Nizami Gÿncÿvi
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisistik İnformasiya jurnalı
880
APREL - MAY - İYUN 2021/№28
“XARIBÜLBÜL” MUSİQİ FESTİVALI Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə ölkəmizin mədəniyyət paytaxtı Şuşanın Cıdır düzündə mayın 12-13-də “Xarıbülbül” musiqi festivalı keçirilib. Qədim mədəniyyət beşiyi olan Şuşa 29 ildən sonra yenə doğmalarını, qonaqlarını qarşılayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva Şuşada Cıdır düzündə təşkil olunan “Xarıbülbül” musiqi festivalında iştirak ediblər. Dövlətimizin başçısı festivalın açılışında çıxış edib. “Xarıbülbül” musiqi festivalının ilk günündə ölkəmizdə yaşayan müxtəlif xalqların musiqi yaradıcılığı “Azərbaycan musiqisində multikulturalizm” mövzusunda təqdim edilib. Ölkəmizin müxtəlif bölgələrində yaşayan ayrı-ayrı xalqların musiqi qrupları və ifaçıları öz çıxışları ilə Azərbaycanın millətindən, dinindən asılı olmayaraq hər bir kəsin vahid Vətəni olduğu mesajını bütün dünyaya çatdırıblar. Festivalın ikinci günü keçirilən Qala-konsertdə Xalq artistləri Rauf Abdullayev, Yalçın Adıgözəlov, Əməkdar artist Fuad İbrahimov və Murtuza Bülbülün dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xalq artisti Gülbacı İmanovanın bədii rəhbərliyi ilə Azərbaycan Dövlət Xor Kapellası çıxış ediblər. Konsertdə Üzeyir Hacıbəylinin, Fikrət Əmirovun, Qara Qarayevin, Ələkbər Tağıyevin, Müslüm Maqomayevin, Niyazinin, Tofiq Quliyevin, Vasif Adıgözəlovun və digər bəstəkarların əsərləri təqdim olunub. Festival çərçivəsində Xalq artistləri Alim Qasımov, Azərin, Dinarə Əliyeva, Elçin Əzizov, Əlixan Səmədov, Fərhad Bədəlbəyli, Mənsum İbrahimov, Murad Adıgözəlzadə, Natiq Şirinov, Polad Bülbüloğlu, Samir Cəfərov, Teyyub Aslanov, Yusif Eyvazov, Əməkdar artistlər Fərqanə Qasımova, Mirələm Mirələmov, Sahib Paşazadə, Şəhriyar İmanov, Şirzad Fətəliyev və digər ifaçıların çıxışları da alqışlarla qarşılanıb. Konsertdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vaxtı ilə işğal altında olan ərazilərimiz haqqında söylədiyi “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu. Biz onlarsız yaşaya bilmərik” fikirlərini və Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin Şuşa şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edildiyi gün xalqımıza müraciətində dediyi “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!” sözlərini əks etdirən videoçarx təqdim edilib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsindən sonra ilk dəfə keçirilən “Xarıbülbül” musiqi festivalı incəsənət xadimlərinin “Azərbaycan” mahnısının birgə ifası ilə yekunlaşıb. Mənbə: President.az
FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN AKADEMİYASI İLƏ Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI ARASINDA BİRGƏ ƏMƏKDAŞLIQ BARƏDƏ MÜQAVİLƏ İMZALANIB 23 iyun 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyası ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) arasında birgə əməkdaşlıq barədə müqavilənin imzalanma mərasimi olub. Tədbirdə FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli iştirak ediblər. BMA-da keçirilən tədbirdə çıxış edən rektor F.Bədəlbəyli FHN Akademiyasının nümayəndə heyətini akademiyada görməkdən məmnun olduğunu bildirib. Rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqqında ətraflı məlumat verən professor vurğulayıb ki, imzalanan müqavilə ilə qarşılıqlı əlaqələr hər iki tərəf üçün faydalı olacaq. FHN Akademiyasının rəisi B.Salayev də görüşdən məmnunluğunu ifadə edərək rəhbəri olduğu ali təhsil ocağı barədə məlumat verib, imzalanmış sənədin əhəmiyyətindən danışıb. B.Salayev qeyd edib ki, akademiyada mədənikütləvi tədbirlər zamanı müxtəlif səpkili musiqi nümunələrinin ifa edilməsi, Dövlət himninin, təntənəli keçid üçün nəzərdə tutulan marşların səsləndirilməsi üçün 30 nəfərdən ibarət orkestr fəaliyyət göstərir. Daha sonra iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləni FHN Akademiyasının rəisi general-mayor Baba Salayev və BMA rektoru, professor Fərhad Bədəlbəyli imzalayıblar. Müqavilədə yaradıcılıq əlaqələrinin inkişaf etdirilməsi, nəşrlərin, tədris və metodiki vəsaitlərin mübadiləsi, beynəlxalq və respublika səviyyəli elmi konfransların, simpoziumların və seminarların birgə təşkili, hər iki ali təhsil müəssisəsinin maddi-texniki bazasından və kadr potensialından qarşılıqlı razılaşma əsasında istifadə, istedadlı şəxslərə qayğı və diqqət göstərilməsi istiqamətində birgə fəaliyyət nəzərdə tutulub. Sonra BMA-nın bir qrup tələbəsi mərasim iştirakçıları qarşısında konsert proqramı ilə çıxış ediblər. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti
BAKI MUSİQİ AKADEMİYASININ QONAĞI 24 iyun 2021-ci il tarixində Antalya Kültür və Eğitim Vakfı Universitetinin (AKEV) rektoru Prof. Dr. Kamile Perçin Akgül Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qonağı olmuşdur. BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli qonağı qəbul edərək akademiyanın tədris, elmi, beynəlxalq əlaqələri haqqında geniş məlumat vermiş, gələcəkdə uğurlu ortaq əməkdaşlığın yaranacağını bildirmişdir. Görüşdə Bakı Musiqi Akademiyasının Tədris işləri üzrə prorektoru, professor, pedaqoji elmlər namizədi, Əməkdar müəllim Nərminə Quliyeva, Elmi tədqiqat və yaradıcılıq işlər üzrə prorektor, fəlsəfə elmləri doktoru, professor, Əməkdar incəsənət xadimi Gülnaz Abdullazadə, Beynəlxalq Əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor, Xalq artisti Yeganə Axundova və rektor müşaviri Amil Xudiyev iştirak etmişlər. Beynəlxalq əlaqələrin genişlənməsi ilə bağlı müzakirələr aparılmış və iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq müqaviləsi imzalanmışdır. Antalya Kültür və Eğitim Vakfı Universitetinin rektoru Kamile Perçin Akgül, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi münasibəti ilə təbrik edərək akademiya rəhbərliyinə səmimi qarşılanmaya görə dərin minnətdarlığını bildirmişdir. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti
2
BAKI MUSİQİ AKADEMİYASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB 7 may 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının (BMA) “Maestoso” tələbə klubu Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş xatirə tədbiri keçirilib. Online qaydada keçirilən tədbirdə ilk olaraq Heydər Əliyevin ömür yolunu əks etdirən videoçarx nümayiş olunub. Daha sonra akademiya tələbələrinin “Heydər Əliyev və Mstislav Rostropoviçin dostluğunun Azərbaycan musiqi mədəniyyətinə tövhəsi”, “Azərbaycan musiqi mədəniyyətində Heydər Əliyev fenomeni” və s. mövzularda bir-birindən maraqlı məruzələr təqdim edildi. Məruzələrdən sonra tələbələrin ifasında musiqi nömrələri təqdim olundu. Tədbirdə BMA-nın “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova Heydər Əliyevin Azərbaycan cəmiyyətini saflaşdırdığını və gələcək nəsillər üçün sivil dəyərlərə əsaslanan, millimənəvi dəyərləri yaşatmağa qadir olan bir ölkə miras qoyduğunu söylədi. Daha sonra Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova Heydər Əliyevin musiqi xadimlərinə göstərdiyi diqqətdən söhbət açaraq, gənc tələbələri məhz Ulu öndərin Azərbaycanın Musiqi mədəniyyəti tarixində buraxdığı izləri araşdırıb məruzə etdikləri üçün alqışladı. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti
NƏSİMİ RAYONU YENİ AZƏRBAYCAN PARTİYASI (YAP) VƏ BAKI MUSİQİ AKADEMİYASININ (BMA) BİRGƏ LAYİHƏSİ 25 may 2021-ci il tarixində 28 may Respublika günü münasibətilə Bakı Musiqi Akademiyasının 2-ci Qarabağ müharibəsində iştirak edən məzun və tələbələri ilə Zoom proqramında görüş keçirildi. Görüşü Bakı Musiqi Akademiyasında YAP-ın sədri və Həmkarlar təşkilatının sədr müavini Fidan Hüseynova aparırdı. Tədbir şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlandı. Daha sonra BMA-nın məzunu Qazi bəstəkar Vüqar Məmmədzadənin yazdığı marş səsləndirildi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəylinin gənclərə öz ürək sözlərini ifadə edən video roliki təqdim edildi. İgid əsgərlərimizə, qazilərimizə söz verilərək, onların yaşadıqları çətin döyüşlərin xatirələri və qələbə sevincinin həyəcanları dinlənildi. Nəsimi Rayonu YAP sədri, Millət vəkili Məlahət İbrahimqızı, BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova, elmi işlər üzrə prorektor, professor Gülnaz Abdullazadə, Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov və beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, xarici tələbələrlə iş üzrə mütəxəssis Röya Hüseynova çıxış edərək Ali Baş Komandan cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində qazanılmış zəfərdən və müharibə iştirakçılarının misilsiz şücaətlərindən bəhs etdilər. Çıxış edənlər vətən müharibəsində iştirak etmiş BMA-nın tələbə və məzunlarının simasında bütün igid əsgərlərimizə təşəkkür etdilər, şəhidlərimizin ölməz xatirəsini dərin hüznlə yad etdilər. Sonda BMA-nın baş elmi işçisi, dosent eyni zamanda, Qazimiz Vüqar Məmmədzadənin anası Maya Qafarova diqqət və qayğıya görə çıxış edənlərə və tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi. BMA Yeni Azərbaycan Partiyasının sədri, BMA Həmkarlar İttifaqı Komitəsinin sədr müavini FİDAN HÜSEYNOVA 3
BAKI MUSİQİ AKADEMİYASININ “MAESTOSO” TƏLƏBƏ KLUBU İLK TƏDBİRİNİ KEÇİRİB 9 aprel 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Maestoso” tələbə klubu online qaydada Qazilərlə görüş keçirib. BMA-nın “TarixNəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova tədbiri açıq elan edərək, müharibə iştirakçısı kapitan Rüfət Məmmədovu, qazi Baş leytenant Fuad Quliyevi, qazi əsgər Azər Adıgözəllini salamlayaraq, “Maestoso” klubunun ilk tədbirinin qürur verici görüş olduğunu bildirdi. Klubun işlərində tələbələrə möhtəşəm ideyalarla yorulmadan əmək sərf etməyi arzu etdi. Daha sonra söz BMA-nın Tədris işləri üzrə prorektoru, professor, Əməkdar müəllim Nərminə Quliyevaya verildi. Prorektor tələbələri yaradılan klub münasibəti ilə təbrik edərək, onlara öz təşəbbüskar tədbirlərini milli mədəniyyətin beşiyi olan Şuşada keçirməyi arzuladı. Tədbirdə iştirak edən “Musiqi tarixi” kafedrasının müdiri, professor Ülviyyə İmanova və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, vətən uğrunda sağlamlığından keçən zabitlərimizə dərin minnətdarlıq hisslərini çatdırdılar. Tələbələrimizə gördükləri işdə uğur arzu edərək, “Maestoso” klubunun məhz ilk tədbirinin Qazilərlə görüş olmasının gənclik üçün önəmli hadisə olduğunu vurğuladılar. “Maestoso” klubunun üzvü, “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Mustafayeva Neyjən 44 günlük müharibə zəfərini tarixi faktlar əsasında hazırladığı məruzəsi ilə çatdırmış, klub adından qazi zabitlərimizə, işıqlı gələcəyimiz üçün onlara borclu olduğumuzu söylədi. Daha sonra “Musiqişünaslıq” ixtisası üzrə təhsil alan I kurs tələbəsi Rəhimova Nərmin “Yaşat” fondunun məqsədi və məramından söz açaraq, fondun qazilər üçün həyata keçirilən təşəbbüskar və qayğıkeş işlərindən söhbət açdı. “Maestoso” klubunun hər bir gənc üzvünün adından qazilərimizə şəfa diləyərək, alınan Qarabağı göz nuru kimi qoruyacaqlarına əminliklərini bildirdilər. Daha sonra tədbir müharibə iştirakçılarının çıxışları və tələbələrin onlara ünvanladığı sual-cavab mərhələsi ilə davam etdi. Sonda hər bir qazi belə bir işdə gəncliyin maariflənməsinin vacibliyini bildirərək, onlara mənəvi dəstək olduqları üçün tələbələrə öz minnətdarlıqlarını söylədilər və klubun fəaliyyətində uğurlar arzu etdilər. Bakı Musiqi Akademiyası Tarix-nəzəriyyə fakültəsinin tyutoru MƏNSURƏ QULİYEVA
BAKI MUSİQİ AKADEMİYASINDA “BÖLGƏDƏ SÜLH AZƏRBAYCAN SİYASƏTİNİN AYRILMAZ TƏRKİB HİSSƏSİ KİMİ” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLİB 9 may 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Maestoso” tələbə klubunun “Bölgədə sülh Azərbaycan siyasətinin ayrılmaz tərkib hissəsi kimi”mövzusunda tədbiri keçirildi. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Humanitar fənnlər” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Tərlan Quliyev mövzu ətrafında sülhün qorunması və müharibənin fəsadları barəsində maarifləndirici məruzəsi ilə çıxış edərək, tələbələrə “Sülh”ün bir cəmiyyətin, bütövlükdə bəşəriyyətin arzuladığı dəyər olduğunu söylədi. Professor milli-mənəvi dəyərlərimizin zorakılığı, qəddarlığı qəbul etmədiyini, ancaq vətənlə, torpaqla bağlı olan istənilən məsələdə milli mentalitetimizin vətəndaşları dövlətin dayağı olan ordunun sırasına çəkdiyini söylədi. Sülh istəyən dövlət başqasının torpağına tamah salmaz. Torpaqlarımıza tamah salanları işğalçılıq niyyətindən, ordumuzun yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan əsgərlərinin döyüş əzmi və qələbə ruhu ilə daşındırdıq deyərək, tələbələri müzəffər ordumuzun igid əsgərlərinin qanı, canı bahasına qələbə çaldıqları Qarabağ torpağını-əzəli Azərbaycan torpağını göz bəbəyi kimi qorumağa və əmanətə layiqincə sahib çıxmağa çağırdı. Tədbirin sonunda tələbələr professor Tərlan Quliyevə dəyərli çıxışına görə minnətdarlıq hissi ilə təşəkkürlərini bildirdilər. Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tyutoru MƏNSURƏ QULİYEVA 4
“UĞUR YALNIZ ÇƏTİN ƏMƏK VƏ ƏZMKARLIQLA QAZANILIR” Dünya şöhrətli opera müğənnisi, Azərbaycanın Xalq artisti və pedaqoq, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Solo oxuma və opera hazırlığı kafedrasının müdiri, professor Xuraman Əkrəm qızı Qasımova 1951-ci il iyunun 6-da Bakı şəhərində anadan olub. 1970ci ildə 23 saylı məktəbi bitirərək Ü.Hacıbəyov adına Konservatoriyaya (indiki Bakı Musiqi Akademiyası) daxil olub. Təhsilini uğurla başa vurduqdan sonra Opera və Balet Teatrının truppasına qəbul edilib. Gənc yaşlarında "Liftçi qız", "Mən ki gözəl deyildim" və "Həyat bizi sınayır" filmlərində baş rollarda çəkilib. Xuraman Qasımova yaratdığı kino obrazlarında özünü o qədər yaxşı göstərib ki, çoxları onun opera səhnəsinə gedişini Azərbaycan kinematoqrafiyası üçün itki hesab edirdilər. Xuraman Qasımova 1977-ci ildə Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilən gənc vokalçıların Zaqafqaziya Respublikaları arasında müsabiqədə 1-ci yerə layiq görülüb. Eyni zamanda Özbəkistanın paytaxtı Taşkənt şəhərində keçirilən Ümumittifaq müsabiqəsində də iştirak edən Xuraman Qasımova ilk dəfə olaraq Azərbaycanı təmsil edərək Qlinka adına müsabiqənin laureatı olmuşdur. Xuraman Qasımova, 1981-ci ildə Yunanıstanda Beynəlxalq müsabiqədə iştirak edərək birinci mükafat və "Qran pri" - qızıl medal qazanıb. 1982-ci ildə Moskva şəhərində P.İ.Çaykovski adına Beynəlxalq müsabiqənin laureatı olaraq yeddinci yeri tutub və gümüş medal qazanıb. Azərbaycan ifaçıları arasında yeganə sənətkardır ki, bu ada layiq görülüb. Qasımova tez-tez Sovet İttifaqının respublikaları və xarici ölkələrə qastrol səfərləri edib. O, Avstriya, İtaliya, Fransa, Yunanıstan, Portuqaliya, Norveç, ABŞ, Çin, Misir, Kuba, Türkiyə, Almaniya və s. ölkələrdə geniş konsert proqramları ilə çıxışlar edib. Xuraman xanım Opera Teatrının səhnəsində dünya, rus və Azərbaycan klassiklərinin musiqilərini uğurla ifa edib. İfa etdiyi obrazlar arasında Mimi və Müzetta (Puççini “Boqema”), Sevil və Dilbər (F.Əmirov “Sevil”), Tatyana (P.İ.Çaykovski “Yevgeni Onegin”), İolanta (P.İ.Çaykovski “İolanta”), Zemfira (S.Raxmaninov “Aleko”), Aida (C.Verdi “Aida”), Dezdemona (C.Verdi “Otello”), Toska (C.Puççini “Toska”) və s. Xuraman xanımın yaradıclığı daima ölkə rəhbərliyinin də diqqətində olmuşdur. Belə ki, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev, Xuraman və Fidan Qasımova bacılarının sənətini yüksək qiymətləndirmiş, Azərbaycan vokal məktəbinin inkişafında xidmətləri olan iki dəyərli sənətkarımızın xüsusi yerini vurğulamışdır. Xuraman Qasımova müxtəlif illərdə Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Respublikasının Dövlət Mükafatı Laureatı, Prezident təqaüdçüsü, “Şöhrət”, “Şərəf” və nəhayət 70 illik yubileyi münasibətilə cənab İlham Əliyev tərəfindən “İstiqlal” ordeni ilə təltif olunmuşdur. 1982-ci ildən Bakı Musiqi Akademiyasında dərs deyən X.Qasımova, 1994-cü ildən akademiyanın Solo oxuma kafedrasına rəhbərlik edir, 1996-cı ildən akademiyanın professorudur. Onlarla gənc istedadlara yol açmış, onları yeni uğurlara, müsabiqələrə hazırlamış Xuraman Qasımova gənclərə daim belə söyləmişdir: “Mən həmişə gənclərə tövsiyə edirəm ki, daima öz yaradıcılıqlarına tənqidlə yanaşsınlar. Heç vaxt yaddan çıxartmaq olmaz ki, səhnədə uğur yalnız çətin əmək və əzmkarlıqla qazanılır”. Biz də öz növbəmizdə dəyərli sənətkarımız Xuraman Qasımovanı 70 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, yeni yaradıcılıq uğurları arzu edirik. BMA-nın Tarix-Nəzəriyyə fakültəsinin I kurs tələbəsi, Musiqişünas ÖZLƏM ƏLİYEVA
5
BAKI MUSİQİ AKADEMİYASI (BMA) VƏ SANKT PETERBURQ DÖVLƏT KONSERVTORİYASI BMA-NIN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR HƏYATA KEÇİRİB 2021-ci il Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası üçün tarixi əhəmiyyətli il hesab olunur. Belə ki Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Azərbaycan Dövlət Konservatoriyası adı ilə 1921-ci ildə əsası qoyulmuşdur. Bu il çərçivəsində BMA-nın 100 illik yubileyinə həsr olunmuş bir sıra konsertlər, tədbirlər, layihələr nəzərdə tutulmuşdur. Onlardan biri də 30 aprel tarixində kiçirilmiş Rimski-Korsakov adına Sankt-Peterburq Dövlət Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə BMA-nın 100 illiyi münasibətilə online canlı bağlantı və konsertdir. Konserti BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova açıq elan etdi. O, konsert iştirakçılarını salamlayaraq öz çıxışında akademiyanın 100 illiyi münasibətilə bir çox tədbirlərin, konsertlərin keçiriləcəyini vurğuladı. Bu konsertin isə belə tədbirlərin ilki olduğunu qeyd etdi. Yeganə Axundova Sankt-Peterburq Dövlət Konservatoriyasının nümayəndələrinə xoş arzularını çatdıraraq sözü Beynəlxalq əlaqələr şöbəsinin müdiri Regina Vyaçeslavovna Qlazunovaya verdi. Regina Vyaçeslavovna Qlazunova BMAnın 100 illik yubileyi münasibəti ilə akademiya kollektivini təbrik etdi, bütün tədbir iştirakçılarına xoş arzularını bildirdi və çıxış üçün sözü Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru, Rusiyanın Əməkdar artisti, professor Aleksey Nikolayeviç Vasilyevə verdi. Professor Aleksey Nikolayeviç Vasilyev Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd edərək, uğurlar arzu etdi. Daha sonra SSRi və Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Professor Aleksey Nikolayeviçə çıxışı, xoş sözləri, təbrikləri üçün təşəkkürünü bildirərək Sankt-Peterburq Dövlət Konservatoriyasının tarixindən və Azərbaycan musiqi tarixindəki əhəmiyyətindən danışdı. Hər iki rektor öz növbəsində Rusiya və Azərbaycanın qonşu ölkələr olaraq, daim həmrəy olduğunu və bir-birinin mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğuladılar. Çıxışlardan sonra konsert proqramına keçid alındı. Konsertin l hissəsində Sankt-Peterburq Dövlət Konservatoriyasının tələbələri maraqlı proqramla çıxış etdilər. Konsertin II hissəsində BMA-nın tələbələri "İfaçılıq" fakültəsinin III kurs tələbəsi, Beynəlxalq və respublika müsabiqələrinin laureatı Məhəmmədəli Paşazadə, Beynəlxalq və respublika müsabiqələri laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva (professor Nərminə Quliyeva və Anar Məmmədovun sinfi), Beynəlxalq və respublika müsabiqələri laureatı, "İfaçılıq" fakültəsinin I kurs magistr tələbəsi, Prezident təqaüdçüsü Orxan Hüseynov (professor Nəzmiyyə Abbaszadənin sinfi), dosent Nərgiz Salmanlı, "İfaçılıq" fakültəsinin IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Elmira Həsənova (professor Gülnaz İsmayılovanın sinfi), beynəlxalq müsabiqələr diplomantı Məryəm Yusifova, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, "Fortepiano" fakültəsinin III kurs tələbəsi Leyla Zeynalova (professor Kəmalə Neymanovanın sinfi), Beynəlxalq və respublika müsabiqələri laureatı, “İfaçılıq” fakültəsinin II kurs tələbəsi Əziz Pənah (dosent Fuad İmanovun sinfi), Beynəlxalq və respublika müsabiqələri laureatı, "Fortepiano" fakültəsinin II kurs tələbəsi Cəmalə Abdinzadə, Bakı Musiqi Akademiyasının simli kvarteti: Nəzrin Aslanlı, Rauf Abıyev, Səbuhi Axundov, Orxan Hüseynov öz ifalarını təqdim etdilər. Onların ifasında Malkolm Henri Arnoldunun klarnet və fortepiano üçün "Sonata" op.29, F.Əmirovun "Monoloq-poema", Cüzeppe Verdinin "Don Karlos" "Neigiardin del bello" operasından Ebolinin ariyası (Canzone del velo), F.Şopenin "Etüd" op.25 N.10 h moll N.Rimski-Korsakov "Şəhrizad" simfonik suitasından "Şahzadə Qələndərin hekayəsi" Üzeyir Hacıbəylinin "Arazbarı" əsələri səsləndi. Konsertin sonunda Y.Axundova və R.Qlazunova bütün konsert iştirakçılarına təşəkkürlərini bildirdilər və belə tədbirlərin davamlı olmasını arzuladılar. Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
6
BAKI MUSİQİ AKADEMİYASI (BMA) VƏ ESTONİYA MUSİQİ VƏ TEATR AKADEMİYASI BMA-NIN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR HƏYATA KEÇİRİB 22 iyun 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və Estoniya Musiqi və Teatr Akademiyası ilə birgə BMA-nın 100 illiyinə həsr olunmuş konsert, akademiyanın yubileyinə həsr olunmuş onlayn canlı bağlantı və konsertlər silsiləsindən biridir. BMA-nın Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Yeganə Axundova bütün iştirakçıları salamlayaraq konserti açıq elan etdi. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2021-ci il 26 may tarixində, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyinin qeyd edilməsi ilə əlaqədar sərəncam imzaladığını bildirərək qeyd etdi ki, bu münasibətlə artıq bir çox silsilə konserttədbirlər keçirilib və belə konsertlər davamlı olacaqdır. Sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli Estoniya Musiqi və Teatr Akademiyasının rektorunu və iştirakçıları salamlayaraq, Estoniya Musiqi və Teatr Akademiyasının rektoru, professor İvari İljaya söz verdi. Professor İvari İlja Bakı Musiqi Akademiyasının 100 illiyi münasibətilə öz təbrikini çatdıraraq, bu təhsil ocağının musiqi tarixində böyük rol oynamasını və bir əsr boyunca akademiyanın dünyaca məşhur, görkəmli musiqiçilər yetişdirdiyini, böyük nailiyyətlər əldə etməsini qeyd etdi. Hər iki rektor Estoniya və Azərbaycanın dost ölkələr olaraq, daim birbirinin mədəniyyətlərinə hörmətlə yanaşdıqlarını vurğuladılar. F.Bədəlbəyli də ilk öncə xoş sözlərə və təbriklərə görə Estoniya Musiqi və Teatr Akademiyasının rektoru və bütün kollektivə dərin təşəkkürlərini bildirdi. O, professor İvari İljanın istedadlı bir ifaçı olmasını təqdir edərək, həmkarını Azərbaycana dəvət etdi və tezliklə onu şəhərimizdə görməsindən şad olduğunu vurğuladı. Rektorlar, belə konsertlərin ənənəyə çevrilməsini ümid edərək birgə fəaliyyətin inkişaf etdirilməsinin uğurlu olmasını arzuladılar. Çıxışlardan sonra konsert proqramının l hissəsində Estoniya Musiqi və Teatr Akademiyasının tələbələri Valeri Leviand (klarnet); Ralf Taal (piano), Damaris İlves (soprano); Tiiu Sisask (piano), Eduard Tubin, Marten Meibaum (violonçel); Lea Leiten (piano), Mantas Sernius (piano) çıxış etdilər. Onların ifasında Jan Fransua "Mövzu və variasiyalar", Şarl Quno "Romeo və Culyetta" operasından “Culyettanın valsı”, "XIII əsrdən Trubadurun mahnısı", Ferens List "Mefisto vals" N.1, S51 əsərləri səsləndi. Estoniya Musiqi və Teatr Akademiyasının tələbələrinin ifasından sonra konsertin II hissəsində BMA-nın tələbələri, magistr pilləsinin l kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı Elxan Niftiyev (piano), II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Zərrin Əliyeva (skripka) (müşayiət: Arzu Səfərova), “Sabah” qrupunun III kurs tələbəsi, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Leyla Zeynalova (piano), II kurs tələbəsi, Respublika və beynəlxalq müsabiqələr laureratı Əziz Pənah (qaboy), II kurs tələbəsi Erol Rzayev (violonçel), Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, Əməkdar artist, "Solo oxuma" kafedrasının baş müəllimi İlham Nəzərov, (müşayiət: Beynəlxalq müsabiqələr laureatı Mədinə Ağayeva), BMA-nın simli kvarteti-Xəyalə Abdullayeva, Rauf Abıyev, Səbuhi Axundov, Orxan Hüseynov öz ifalarını təqdim etdilər. Onların ifasında F.Şopen Etüd N.11 a moll op.25, Niyazi "Rast" simfonik muğamından parçalar, L.V.Bethoven qoboy, violonçel və fortepiano üçün trio op.11, l hissə Mart Saar "Mis see oli", Ü.Hacıbəyli "Arazbarı" əsərləri səsləndi. Konsertin sonunda professor Y.Axundova bütün konsert iştirakçılarına təşəkkürünü bildirərək belə tədbirlərin davamlı olmasını arzuladı. BMA-nın Xarici tələbələrlə iş üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
7
ETNOORQANOLOGİYA: AKTUAL PROBLEMLƏR VƏ VƏZİFƏLƏR Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100 illiyi çərçivəsində “ETNOORQANOLOGİYA: AKTUAL PROBLEMLƏR VƏ VƏZİFƏLƏR” mövzusunda onlayn qaydada Zoom proqramı vasitəsilə beynəlxalq elmipraktiki konfrans keçirilmişdir. Konfransda 29-30 aprel 2021ci il tarixində Azərbaycan, Türkiyə, Rusiya, Dubay (BƏƏ), Oman Sultanlığı, Gürcüstan, Qazaxıstan, Özbəkistan ölkələrinin alimləri məruzələrlə çıxış etmiş, Qırğızıstandan isə konfransa çoxsaylı dinləyicilər qoşulmuşdur. Konfrans Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin çıxışı ilə açıq elan olundu. Bədəlbəyli çıxışında tarixin mühüm bir parçası olan qədim alətlərin bərpası və tanınması üçün vaxtı ilə M.Kərimovla birlikdə görülən geniş maştablı layihələri xüsusilə vurğuladı. Qədim alətlərin tanınmasının və təbliğinin aparılmasını qeyd edərək, türk dünyasında bir-birinə bənzəyən alətlərin daim birlik və dostluq simvolunun göstəricisi olmasını dilədi. Daha sonra BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın Beynəlxalq Əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi, professor Lalə Hüseynova iştirakçıları salamladı. Həmçinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi, yerli və xarici ölkələrdən elm sahəsində məsul vəzifələrdə çalışan dinləyicilər də konfrans iştirakçılarına öz ürək sözlərini söylədi. Konfransın açılış mərasiminin qonaqlarından biri olan Universitetlərarası İncəsənət Şöbələri Təhsil Şurasının sədri, Türkiyə Yüksək Öğretim Kurulu Xarici işlər üzrə Qiymətləndiricisi, Yıldız Texnik Universitetinin İncəsənət və Dizayn fakültəsinin dekanı Turan Sağer çıxışında ustad-şagird ənənələrindən, bu xüsusun pandemiya dönəmində də davam etməsindən, hətta onlayn şəraitdə daha da genişmiqyaslı şəkil almasından danışaraq, belə ortamda bir çox dəyərli elm xadimləri ilə fikir mübadiləsi aparmağın vacibliyini və önəmini vurğuladı. Bugünkü onlayn şərtlərin artıq normal yaşam şəraitinə keçdiyimiz dönəmdə də davam edəcəyini söyləyərək, uzaq məsafələrdən böyük salonların dünya şöhrətli orkestr və ifaçıları dinləmə imkanlarının yarandığını, sənətin yeni bir istiqamət aldığını və bu istiqamətin daha da inkişaf edərək həyatımızın ayrılmaz hissəsinə çevriləcəyini bildirdi. 29 oktyabr İstanbulda Taksim meydanında inşa edilən yeni Atatürk Mədəniyyət Mərkəzində türk dövlətlərinə məxsus musiqi alətlərindən ibarət muzeyin açılışı olacağını və dünyanın dörd tərəfindən ölkəyə gələn turistlərin muzeylə tanışlığının alətlərimizin tanınmasında böyük rol oynayacağını söylədi. Konfransın moderatoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, BMA-nın elmi laboratoriyasının müdiri Nuridə İsmayılzadə olmuşdur. Konfransda ənənəvi milli musiqi alətlərinin etnik kimliyi müasir mədəniyyət məkanında etnoorqanologiya ənənələrinin qorunması və inkişafı xalq çalğı alətlərinin bərpası və təkmilləşməsi orqanologiya elmi musiqişünaslıqda milli musiqi alətlərinin Avropa musiqi sisteminə uyğunlaşması problemləri bəstəkar yaradıcılığında xalq çalğı alətlərindən istifadə bölmələri üzrə çıxışlar olmuşdur. Məruzəçilərdən Türkiyədən professor Abbasova İradə, Bitmez Mehmet, Kılınçer Zafer, Omandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Şıxəliyeva Şəbnəm, Qazaxıstandan pedaqoji elmlər namizədi, dosent İmaşeva Aygül, Özbəkistandan professor Şaripov Niqmatcan, sənətşünaslıq doktoru Muradova Zulfiyya, sənətşünaslıq üzrə fəlsəfə doktoru Taşmatova Azadgül, Rusiyadan sənətşünaslıq doktoru, professor Kartaşova Tatyana, Dubaydan Antipova Viktoriya, Azərbaycandan sənətşünaslıq üzrə fəlsəfə doktoru Ağayeva Surayə, sənətşünaslıq elmləri doktoru, professor Nəcəfzadə Abbasqulu, sənətşünaslıq üzrə fəlsəfə doktoru, AMK-nın professoru Xalıqzadə Fəttah, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Həbibə, sənətşünaslıq üzrə fəlsəfə doktorları Rauf Bəhmənli, Əliyev Mübariz, Şirinova Səadət, Rzayeva Mehparə, Rəhmanlı Əhsən, Azərbaycan Respublikasının Xalq artisti Sadıqov Ənvər, Azərbaycan Respublikasının Əməkdar artisti Əliyeva Təranə, AMKnın baş müəllimi Əsədullayeva Mehri, BMA-nın elmi laboratoriyasından Nəsirova Fidan, İsayev Zeynal və digər iştirakçılar maraqlı çıxışlar etmişdir. Bütün iştirakçılara sertifikat təqdim olunmuş və “Etnoorqanologiya: aktual problemlər və vəzifələr” beynəlxalq elmi konfransının materialları və elmi məqalələr toplusu” dərc olunmuşdur. Konfransa qatılan qonaqların sayını əsas götürərək, qeyd edə bilərik ki, mövzu kifayət qədər aktual və vacib istiqamətlərdəndir. Konfansda məruzəçilərin maraqlı çıxışları və təqdimatları böyük müzakirələrə səbəb oldu. Aparılan diskussiyalar, səslənən fikirlər, verilən təkliflər bu istiqamətin daha da dərindən araşdırılmasının və musiqi elminə yeni tövhələrin verilməsinin vacibliyini bir daha göstərmiş oldu. 8
Ü.Hacıbəyli adına BMA-nın təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransa Azərbaycan Milli Konservatoriyası, Naxçıvan Dövlət Universiteti, İstanbul Texnik Universiteti, İnönü Universiteti, Ardahan Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyası, Aydın Adnan Menderes Universiteti, L.V.Sobinov adına Saratov Dövlət Konservatoriyası, Özbəkistan Dövlət Konservatoriyası, Y.Recebi adına Özbəkistan Milli Musiqi Sənəti İnstitutu, Özbəkistan Dövlət Konservatoriyasının elmi-istehsalat eksperimental “Milli çalğı” laboratoriyası, Özbəkistan Respublikasının Milli qvardiyasının ixtisaslaşdırılmış akademik liseyi, Özbəkistan Elmlər Akademiyasının Sənətşünaslıq İnstitutu, Gürcü ənənəvi musiqisi muzeyi, Melodika Musiqi və Rəqs İnstitutu (Dubay), Kurmanqazı adına Qazaxıstan Milli Konservatoriyası, digər institut və elmi laboratoriyaların nümayəndələri qatılmışdır. Bu, konfransa olan marağın göstəricisi olmaqla yanaşı, BMA-nın dəfələrlə ev sahibliyi etdiyi çoxsaylı beynəlxalq və yerli tədbirlərin yüksək səviyyədə təşkil olunmasından xəbər verir. Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının elmi işçisi KÖNÜL ƏHMƏDOVA
BAKI MUSİQİ AKADEMİYASINDA “BƏSTƏKAR VƏ ZAMAN” RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB 20-21 aprel 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) online formatda “Bəstəkar və zaman” Respublika elmi konfransı keçirilmişdir. Konfransın açılışında BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın Beynəlxalq Əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Ye g a n ə A x u n d o v a ç ı x ı ş e t m i ş l ə r. K o n f r a n s d a musiqişünaslarla yanaşı, ifaçıların (pianoçu, vokal, tarzən və s.) iştirak etməsi təqdirəlayiq hal kimi qeyd olunmuşdur. Gülnaz Abdullazadə, Aytac Rəhimova, Həbibə Məmmədova və Mehparə Rzayeva konfransın bölmə rəhbəri olmuşlar. İki gün davam edən “Bəstəkar və zaman” Respublika elmi konfransında təqdim olunan çıxışlar klassik muğam ifaçılığından tutmuş müasir bəstəkar yaradıcılığına qədər müxtəlif mövzuları əhatə etmişdir. Bunların içərisində aktual olan sosial-mədəni, musiqi tədrisi, muğam ifaçılıq məsələləri, klassik və müasir bəstəkar əsərlərinin tədqiqi ilə bağlı mövzular üstünlük təşkil etmişdir. Bu mövzulardan Azər Dadaşovun musiqisində dini mövzu və multikultural dəyərlərin təcəssümü (Xankişiyeva İlhamə), “Fənlərarası əlaqə prosesində musiqili səhnə əsərlərindən istifadənin məktəblilərin estetik mədəniyyətinə təsiri (Sadıxzadə Hicran)”, “Elmira Nəzirovanın fortepiano üçün “Sonata-poema” əsəri” (Məryəm Yusifova), “Qara Qarayevin “Bakı haqqında mahnı” əsərinin vokal ifaçılıq təhlili” (İlham Nəzərov), “Fərəc Qarayevin həyat və yaradıcılığına bir nəzər” (Firuz Hüseynov) və b. qeyd etmək olar. İki gün davam edən konfrans, maraqlı müzakirələr, diskussiyalar və iştirakçılara sertifikat verilməsi ilə sona çatıb. Konfransın materialları kitab şəklində çap olunmuş bütün iştirakçılara təqdim edilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dissertantı MƏRYƏM YUSİFOVA 9
BAKI MUSİQİ AKADEMİYASINDA “NİZAMİ ROMANS” RESPUBLİKA MÜSABİQƏ-FESTİVALI KEÇİRİLİB Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə əsasən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 yanvar 2021-ci il tarixli sərəncamı ilə 2021-ci il ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunmuşdur. “Nizami Gəncəvi İli” ilə bağlı tədbirlər planı çərçivəsində Nizami irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə cari ilin əvvəlində elan olunan gənc bəstəkarlar arasında “Nizami Romans” Müsabiqə-Festivalı 30 iyun 2021-ci il tarixində yekunlaşmışdır. “Nizami Romans” Müsabiqə-Festivalı perspektivli və yaradıcı istedadlı bəstəkarları müəyyən edərək 2021-ci il “Nizami ili” kontekstində Nizaminin sözlərinə romansların yazılması ilə Nizami irsinin gənc bəstəkarlar tərəfindən araşdırılması, Nizami yaradıcılığının müasir gənc bəstəkarların yaradıcılığına təzahürü, onların Azərbaycan ədəbi irsinə müraciəti, gələcək fəaliyyətlərində peşə inkişafı, yaradıcı gənclərin dəstəklənməsi məqsədi ilə eyni zamanda yeni musiqili dil və onun inkişaf yollarının axtarılması müsabiqənin təşkilinin əsas vəzifələrdən biri idi. “Nizami Romans” Respublika müsabiqə-festivalının bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli olmuşdur. Müsabiqədə gənc bəstəkarların yazdıqları yeni əsərlərin seçilməsi üçün Azərbaycanın tanınmış, görkəmli bəstəkarları və filoloqlarından ibarət münsiflər heyəti təşkil olunmuşdur. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan SSR əməkdar incəsənət xadimi, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadə, münsiflər heyətinin üzvləri isə Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasnın “Bəstəkarlıq kafedrası”nın müdiri, professor, bəstəkar Aydın Əzimov, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, pianoçu, bəstəkar Ceyhun Allahverdiyev, Azərbaycan Respublikasının Əməkdar İncəsənət Xadimi, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Azərbaycan Milli Konservatoriyasının professoru, bəstəkar Cəlal Abbasov, Filalogiya üzrə elmlər doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Humanitar fənnlər kafedrasının müdiri, professor Tərlan Quliyev olmuşdur. Müsabiqəyə 18-35 yaş arası hal-hazırda akademik bəstəkarlıq təhsili alan və ya bəstəkarlıq ixtisası üzrə məzun olan 13 gənc bəstəkar qatılmışdır. Qeyd edək ki, müsabiqənin əsas məqsədlərindən biri də müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nizami poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafıdır. Bunları nəzərə alaraq müsabiqə üçün yazılmış yeni əsərlərdən ibarət gənc bəstəkarların “Nizami Romans” toplusu kitabı da nəşr edilmişdir. Qeyd edək ki, layihənin müəllifi Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, professor Yeganə Axundovadır. Gənc bəstəkarların əsərlərindən ibarət “Nizami Romans” toplusu kitabının redaktorları Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və bəstəkar Röya Hüseynova olmuşdur. Müsabiqədə 6 nominasiya üzrə qiymətləndirmə aparılmışdır. Laureat I yerin qalibi İlahə İsrafilova, Laureat II yerin qalibi Fərid Fətullayev, Laureat III yerin qalibi Ülkər Aşurbəyova, Diplomant IV yerin qalibi Sara Amirian, Diplomant V yerin qalibi Elvin Quliyev, Diplomant VI yerin qalibi Nigar Süleyman olmuşdur. Qaliblərə öncədən təyin olunmuş pul mükafatları, kitab və diplomlar təqdim edilmişdir. Bundan əlavə müsabiqənin iştirakçısı olan bəstəkar, qazi Vüqar Məmmədzadəyə “Əsərin musiqi alətlərinin orjinal tərkibinə görə”, diplomu təqdim edilmişdir. Qazi, vokal ifaçısı Atəş Qarayev isə müsabiqənin “ən yaxşı ifaçısı” adına layiq görülmüşdür. Digər iştirakçılara isə Fəxri fərman, nəşr olunmuş “Nizami Romans” toplusu kitabı və bukletlər hədiyyə olunmuşdur. Eləcə də müsabiqədə ifa olunan əsərlərin ifaçılarına və təşkilat komitəsinin nümayəndələrinə Təşəkkürnamə təqdim edilmişdir. 10
Müsabiqənin Təşkilat Komitəsinin sədri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq Əlaqələr, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, təşkilat komitəsinin üzvləri BMA-nın İnformasiya texnologiyaları və xarici tələbələrlə iş üzrə mütəxəssisi, bəstəkar Röya Hüseynova, Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov olmuşdur. BMA-nın Xarici tələbələrlə iş üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
11
NƏZAKƏT RİMAZİ PORTRETİNİN PARLAQ ÇALARLARI... Bugünkü qəhrəmanımız artıq uzun illərdir ki, yaradıcılıq və karyera inkişafını diqqətlə izlədiyim, burada zəhmət və əzmin böyük rolunun şahidi olduğum maraqlı bir insan, nəcib, məlahətli bir Azərbaycan xanımıdır. Bu xanım Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qocaman divarları arasında ixtisaslı-musiqiçi kadrların yetişdirilməsi ilə misilsiz xidmətləri olan, öz yüksək peşəkarlığı ilə seçilən və hər zaman öz üzərində çalışaraq dayanmadan, usanmadan fəaliyyət göstərməkdən böyük zövq alan hörmətli professor, fortepiano fakültəsinin dekanı, Azərbaycan Respublikasının əməkdar müəllimi Nəzakət xanım Rimazidir. Yaxın günlərdə həyatının 60-cı baharını qeyd edən Nəzakət xanımın keçdiyi həyat yolu mənim böyük marağıma səbəb olaraq öz müşahidələrimi sizinlə paylaşmağıma gətirib çıxardı. Mən tələbəlik illərimdən Nəzakət xanımın pedaqoji ustalığına böyük maraq hissi ilə yanaşmışam. Onun sinfində təhsil alan tələbə yoldaşlarımın maraqlı, rəngarəng, mürəkkəb repertuarları və burada diqqəti cəlb edən peşəkar təfsir elementləri Rimazi sinfinin tələbələrinin ifa üslubunu fərqləndirən maraqlı məqamlardan idi. Həmin repertuar İ.Bramsın Sonata və Variasiyaları, F.Listin Es dur Konserti, N.Metnerin g-moll və Faciəvi Sonataları, S.Prokofyev və A.Skryabinin Sonataları, S.Frankın PrelüdiyaXoral və Fuqası və bu kimi digər mürəkkəb əsərlərlə zənginləşmiş şəkildə təzahür edirdi. Tələbələrinin ifalarının timsalında Nəzakət xanımın bir müəllim kimi zəngin bədii düşüncə qabiliyyəti, aydın, iti zəkası, fantaziya aləminin dərinliyi və yüksək bədii zövqü xüsusilə diqqəti cəlb edirdi. Sinfində təhsil aldığımdan böyük qürur hissi duyduğum əməkdar müəllim, professor Yuriy Sabayevlə Nəzakət xanımın yaradıcı-dostluq münasibətləri, onların bəstəkarlar, əsərlər barəsindəki maraqlı diskussiyaları biz tələbələrin dünyagörüşünün, bədii fantaziyalarının, yaradıcılıq axtarışlarının zənginləşməsində misilsiz rol oynadığını qeyd etməliyəm. Bizim Böyük zalda konsert əhval-ruhiyyəsi ilə keçən imtahanlarımızdan sonra Nəzakət xanımın ifamıza olan münasibəti biz gəncləri daha da ruhlandırır, yeni ifalara, yeni mürəkkəb əsərlər dəryasına baş vurmağa sövq edirdi. Bu cür dəyərli fikirlər çox zaman Nəzakət xanımın müəllimi olmuş əməkdar artist, professor Rafiq Quliyev tərəfindən də irəli sürülürdü. Düşünürəm ki, həqiqətən də, müəllimin, pedaqoqun əsas vəzifəsi tələbəni ruhlandıraraq onu yeni üfüqləri fəth etməyə doğru istiqamətləndirməkdən ibarətdir və məhz bu baxımdan üç müəllim - Rafiq Quliyev, Yuriy Sabayev və Nəzakət Rimazi şəxsən mənim xatirələrimdə belə həkk olunaraq silinməz izlər buraxmışlar. Nəzakət xanımın uşaqlıq illərindən indiki dövrümüzə qədər olan yaradıcılıq inkişafını izləmək məqsədilə onun həyatının maraqlı məqamlarını diqqətinizə çatdırmaq istərdim. Nəzakət Rimazi Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. 7 yaşında o, 20 saylı Musiqi məktəbinə qəbul olunur. Onun istedadı hələ kiçik yaşlarından özünü açıq şəkildə büruzə verməyə başlayır. Belə ki, Nəzakət xanım musiqi məktəbində oxuyarkən M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində Azərbaycan Dövlət Simfonik Orkestri ilə bir neçə dəfə çıxış etmişdir. Musiqinin sehrli aləminə qərq olmuş qızcığaz saatlarla fortepiano arxasında oturaraq məşğul olmaqdan bezib usanmır, ancaq gələcək taleyini bu peşə ilə bağlamağı da düşünmürdü. Riyaziyyat vurğunu olan Rimazi dəfələrlə riyaziyyat olimpiadalarında müvəffəqiyyətlə iştirak etsə də, anasının təkidi ilə 1976-ci ildə Asəf Zeynallı adına Musiqi Texnikumuna daxil olur. Daha sonra təhsilini 1980-1985-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası) davam edir. Pianoçu əzmi, zəhməti və parlaq istedadı sayəsində buranı iki ixtisas - Azərbaycan Respublikasının Əməkdar artisti, professor Rafiq Quliyevin sinfi üzrə fortepiano və Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Tahirə Yaqubovanın rəhbərliyi altında orqan üzrə fərqlənmə diplomları ilə bitirir. Müəllimlik fəaliyyətinə başladığı 8 saylı Uşaq Musiqi məktəbində (1985-1994-cü illər ərzində) Nəzakət Rimazi müvəffəqiyyətli pedaqoji işinə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Respublika metodik-tədris kabineti tərəfindən 5 Fəxri Fərman ilə təltif olunmuşdur. 1989-1992-ci illərdə о, həmçinin məktəbin fortepiano şöbəsinə rəhbərlik etmişdir. 1992-ci ildən Nəzakət Rimazi məhz Rafiq Quliyevin dəvəti ilə Bakı Musiqi Akademiyasında “İxtisas fortepiano” kafedrasında çalışmağa başlayır. N.Rimazi, 1994-cü ilədək Rafiq Quliyevin assistenti vəzifəsində işləmiş, 1994-cü ildən müəllim, 1998-ci ildən baş müəllim, 2003-cü ildən dosent, 2013-cü ildən isə bu şanlı kollektivin professoru vəzifəsinə qədər ucalmışdır. İstedadlı musiqiçi öz üzərində işləyən və daima axtarışda olan pedaqoqlardandır. Səxavətli və mehriban bir insan olmasına baxmayaraq, o, işində olduqca məsuliyyətli, ciddi və tələbkardır. N.Rimazinin bir pedaqoq kimi gərgin əməyi onun tələbələrinin uğurlu ifalarında hər zaman duyulur. Onlara aşıladığı biliklər, fərdi yanaşma tərzi, yaradıcılıq təxəyyülü nəticəsində tələbələri ifa etdikləri əsərlərin bədii-emosional məzmununu aydın və obrazlı şəkildə yaratmağı bacarırlar. Bu isə öz növbəsində tələbənin ifa etdiyi əsərlərin əsas mahiyyətini, əsərin ideya-məzmununu aydın şəkildə anlamasına kömək etmiş olur. İşlədiyi illər ərzində Nəzakət Rimazi bir sıra peşəkar musiqiçilər yetişdirmişdir. Onların sırasında Beynəlxalq müsabiqələr laureatları və qalibləri də var. Məsələn, qaliblərdən Əzizov Cavid, Nəbizadə Sevinc, Mahmudova Qəmər, Əliyeva Nərgiz, Abdinzadə Cəmalə və İslamova Jalə duetini misal göstərə bilərik. Onu da qeyd edək ki, 2018-ci ildə Fransada keçirilən Adilə Əliyeva adına XII Beynəlxalq Pianoçular Müsabiqəsinin qalibi, məhz Rimazi sinfinin yetirməsi Əzizov Ceyhun olmuşdur. Həmçinin, onun bir neçə məzunları Avstriya, Macarıstan, Norveç və Türkiyədə magistr təhsili almış, dörd nəfər məzunu fəlsəfə doktoru adına layiq görülmüşdür. Nəzakət xanımın tələbələri müxtəlif səhnələrdə, o cümlədən, Bakının bir çox məktəblərində, Alman-Azərbaycan Mədəniyyət Birliyinin “Kapellhaus” konsert salonunda, Bakı Musiqi Akademiyasının zallarında keçirilən konsertlərdə daima çıxışlar edir, Azərbaycanın və dünyanın orta və Ali məktəblərində fəaliyyət göstərirlər. 12
Nəzakət Rimazinin məhsuldar, yüksək peşəkarlıq səviyyəli ifaçılıq və pedaqoji fəaliyyətini hər zaman uzlaşdırmağı bacarması diqqətəlayiqdir. Pianoçunun ifaçılıq ustalığı onun beynəlxalq aləmdə əldə etdiyi nailiyyətlərlə qiymətləndirilmişdir. Vurğulamaq lazımdır ki, yüksək ixtisaslı pedaqoq olmaqla yanaşı, N.Rimazi ifaçılığa hər zaman kifayət qədər geniş yer ayırır. N.Rimazi bir çox Beynəlxalq musiqi festivalları və müsabiqələrində uğur qazanmış, istər solo, istər duet ifaçısı kimi özünün yüksək professionallığını nümayiş etdirmişdir. Belə ki, Nəzakət xanım, pianoçuların II Respublika müsabiqəsində (1979-cu il) və orqan ifaçılarının I Respublika müsabiqəsində (1996-cı il) laureat adına layiq görülmüşdür. Professionallıq səviyyəsini artırmaq üçün о, 1989-1990-cı illərdə Tallin şəhərində orqan ifaçılığına həsr olunmuş, görkəmli alman musiqiçiləri Hans Qebxard, Leo Kremerin və ispan orqan ifaçısı Lui Qonsales Uriolun başçılığı ilə keçirilən Beynəlxalq seminarlarda iştirak etmişdir. 1992-ci və 1997-ci illərdə Nəzakət Rimazi İspaniyanın Daroka şəhərində qədim musiqiyə həsr olunmuş festival və seminarların iştirakçısı olmuşdur. Təcrübəli müəllim, istedadlı pianoçu Nəzakət Rimazi öz həmkarları arasında da böyük nüfuz qazanmışdır. Müntəzəm olaraq musiqi məktəblərində metodist-məsləhətçi kimi çıxışlar edən musiqiçi bir mütəxəssis kimi dəfələrlə Respublika və Beynəlxalq müsabiqələrdə münsiflər heyəti üzvlüyünə dəvət olunmuşdur. Ölkə rəhbərliyi Nəzakət xanımın zəhmətini yüksək qiymətləndirmiş, 2008-ci ildə o, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür. Nəzakət Rimazi müntəzəm olaraq Bakının müxtəlif səhnələrində, o cümlədən, Azərbaycan Akademik Dövlət Filarmoniyasında, R.Behbudov adına Mahnı və rəqs Teatrında, «ÜNS» yaradıcılıq mərkəzində, Azərbaycan Bəstəkarlar İttifaqında, Alman-Azərbaycan Mədəniyyət Birliyinin “Kapellhaus” konsert salonunda, Kamera və Orqan musiqisi zalında, Beynəlxalq Muğam Mərkəzində, Bakı Musiqi Akademiyasının Böyük Zalında keçirilən konsertlərdə həm solo, həm də digər musiqiçilərlə Talehə Əliyeva (violin), Məleykə Əhədzadə (violin), Gülnaz İsmayılova (vokal), Nərminə Quliyeva (fortepiano), Şəhla İbrahimova (violin), Fəridə Sultanova (fortepiano), Elnarə Kəbirlinskaya (fortepiano) və digərləri ilə ansambl tərkiblərində çıxışlar etmişdir. 2013-cü ildə İtaliyanın Joya Del Kolle şəhərində keçirilən Pyetro Ardjento adına Beynəlxalq müsabiqədə Nəzakət Rimazi, Bakı Musiqi Akademiyasının professoru Elnarə Kəbirlinskaya ilə birgə fortepiano dueti üzrə laureat adına layiq görülmüşlər. Məhz bu müsabiqədə qazanılan uğurdan sonra Nəzakət Rimazi yaradıcılıq əməkdaşlığı etdiyi pianoçulardan olan Elnarə Kəbirlinskaya ilə birgə beynəlxalq festivallara dəvət olunaraq duet şəklində çıxışlar etmişlər. Buna misal olaraq 31 iyul 2013-cü ildə V Qəbələ Beynəlxalq Musiqi Festivalının çərçivəsində Nəzakət Rimazi – Elnarə Kəbirlinskaya duetinin böyük konsert proqramını misal göstərmək olar. Daha sonra isə 22 sentyabr 2013-cü il tarixində N.Rimazi və E.Kəbirlinskaya Bakı Musiqi Akademiyasının Böyük zalında Ü.Hacıbəyli adına V Beynəlxalq Musiqi Festivalı çərçivəsində məşhur Litva dueti Vilija Poskute – Tomas Daukantas ilə eyni səhnəni bölüşərək D.Miyo, A.Vivaldi, A.Rozenblat, A.Piatsolla, A.Məlikov və S.Raxmaninovun əsərlərini böyük məharətlə ifa etmişlər. 2015-ci ilin 25 sentyabr tarixində Bakı Musiqi Akademiyasının Böyük zalında Ü.Hacıbəylinin 130 illiyinə həsr olunmuş VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində də Rimazi – Kəbirlinskaya dueti dinləyicilərə çox maraqlı və rəngarəng proqram təqdim etmişdir. Onların bu festival çərçivəsində növbəti çıxışı 2019-cu ildə, XI festival çərçivəsində baş tutmuşdur. Bu konsertlərdən əlavə, 2014-cü ilin 21 dekabr tarixində Bakı Musiqi Akademiyasının Böyük zalında Nəzakət Rimazi öz tələbələrinin iştirakı ilə professor Rafiq Quliyevin anadan olmasının 80 illiyinə həsr olunmuş böyük konsert proqramı təşkil etmiş, konsertin ikinci hissəsində Rimazi – Kəbirlinskaya dueti mürəkkəb və parlaq əsərlərlə tamaşaçı qarşısında böyük müvəffəqqiyyətlə çıxış etmişdir. 2015-ci il mayın 25-də Argentina səfirliyinin təşəbbüsü ilə Beynəlxalq Muğam Mərkəzində Argentinanın 250-illiyinə həsr olunmuş möhtəşəm konsert tədbiri təşkil olunmuşdur. Konsertdə Rimazi – Kəbirlinskaya dueti yenidən öz möhtəşəm çıxışı ilə tamaşaçıların yaddaşlarında təkrarsız izlər salmışdır. Nəzakət xanımın 22 illik aradan sonra yenidən orqan alətinin arxasına keçərək professor, Əməkdar incəsənət xadimi Tahirə Yaqubova tərəfindən Bakıda təşkil olunmuş “Barokkodan müasir dövrə qədər” adlı Orqan Musiqisi Festivalının iştirakçısı olur. Festivalın yekun konsertində Nəzakət xanım iki əsər - müəllimi Rafiq Quliyevin xatirəsinə ithaf etdiyi İ.S.Baxın monumental Passakaliya və fuqasını, daha sonra isə Cavad Tağızadənin rəhbərliyi ilə “Baku Chamber Orchestra” ilə H.Hendelin orqan və orkestr üçün Fa major konsertini ifa etməsi də böyük maraqla qarşılanmışdır. Pedaqoji və ifaçılıq fəaliyyəti ilə yanaşı N.Rimazi elmi-metodiki işlərə də xüsusi diqqət yetirir. О, bir sıra elmi məqalələrin, metodiki işlərin və dərs vəsaitinin müəllifidir. 2011-ci ildə isə pianoçu “Vasif Adıgözəlovun fortepiano və orqan musiqisinin üslub xüsusiyyətləri və təfsir məsələləri” adlı dissertasiya işini müdafiə edərək musiqişünaslıq üzrə fəlsəfə doktoru alimlik dərəcəsi adına layiq görülmüşdür. İş fəaliyyətindəki gərgin zəhmətinin nəticəsi olaraq 2016-cı ildə Bakı Musiqi Akademiyasının fortepiano fakültəsinin dekanı vəzifəsinə qədər ucalmış Nəzakət xanım, hal-hazırda öz fəaliyyəti ilə Azərbaycanın istedadlı gənclərinin yetişdirilməsi yolunda öz əməyini əsirgəməməkdədir. Biz də öz növbəmizdə Nəzakət xanımı 60 illik yubileyi münasibətilə təbrik edir, ona yeniyeni sənət zirvələrinin fəthini arzu edirik! Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Sənətşünaslıq üzrə fəlsəfə doktoru KÖNÜL HÜSEYNOVA
13
BAKI MUSİQİ AKADEMİYASINDA "NARKOMANLIĞA QARŞI MÜBARİZƏDƏ MAARİFLƏNDİRMƏ TƏDBİRLƏRİNİN ROLU" ADLI TƏDBİR KEÇİRİLİB Bəşəriyyət üçün qlobal problemlərdən biri də narkomaniyadır. Cəmiyyətdə “ağ ölüm” kimi tanınan narkomaniya bəlasının insan həyatında sağalmaz, dərin fəsadlar yaratması hər kəsə məlumdur. Narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Gənclər və yeniyetmələr arasında narkotik maddələrin daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə olduğu kimi, Azərbaycanda da tədris, səhiyyə ocaqlarında, hüquq-mühafizə orqanlarında və digər təşkilatlarda sağlam nəslin formalaşması istiqamətində maarifləndirici tədbirlər təşkil olunur. 2021-ci il 22 aprel tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) "Narkomanlığa qarşı mübarizədə maarifləndirmə tədbirlərinin rolu" adlı online görüş keçirilib. İlk olaraq vebinarda BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova hər kəsi salamlayaraq, tədbiri açıq elan etdi. Sonra o, akademiyanın rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəylinin salamlarını və bu kimi maarifləndirici tədbirlərin mütəmadi keçirilməsinin zəruriliyini iştirakçıların nəzərinə çatdırdı. Y.Axundova narkomaniyanın insan sağlamlığına zərərləri, onun fəsadları haqqında danışaraq, həmçinin tələbələr arasında narkomaniya və digər zərərli vərdişlərə qarşı maarifləndirici tədbirlərin keçirildiyini vurğuladı. Sonra Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı Milli informasiya sektorunun müdiri Raqif Allahverdiyevə söz verildi. R.Allahverdiyev ölkəmizdə narkomanlığa qarşı mübarizənin gücləndirilməsi, antinarkotik təbliğatı, narkomanlığa düçar olmuş şəxslərin sağlam həyata qaytarılması, qanunvericiliyin təkmilləşdirilməsi və digər məsələlərlə bağlı qarşıya ciddi vəzifələrin qoyulduğunundan bəhs etdi. O, həmçinin ilk növbədə orta və ali təhsil müəssisələrində narkomaniyaya qarşı maarifləndirici tədbirlərin, mütəxəssislərin iştirakı ilə görüşlərin daha geniş şəkildə keçirilməsi, yeniyetmə və gənclərin asudə vaxtlarının təşkili, onların idmana cəlb olunması, sağlam və bilikli böyüməsi istiqamətində görülən işlərin genişləndirilməsinin mühüm əhəmiyyət kəsb etməsini vurğuladı. Daha sonra Bakı şəhər Narkoloji Mərkəzin həkim narkoloqları Fizzə Baxışova, Təriqə Quliyeva narkomaniyanın ağır fəsadlarını izah etdilər. Onlar keçirilən görüşdə ilk növbədə statistik rəqəmlərə müraciət edərək narkomaniyanın ən çox əhalinin hansı yaş qrupları arasında daha geniş yayılmasını rəqəmlərlə iştirakçıların diqqətinə çatdırdılar. Həkimlər narkotik vasitələrdən asılılıq müayinələri, test mərkəzləri haqqında ətraflı məlumat verdilər. Vebinarda narkotik vasitələrdən asılı olan insanlarla münasibətlərdə riayət olunması vacib olan şərtlər, incəliklər, narkomanların ailələrinin, yaxınlarının üzərinə düşən məsuliyyət yükü, narkomaniyanın acı sonluqları, narkomanlar ilə aparılan müalicə metodları, psixo terapiya və s. kimi mövzular da müzakirə olundu. Sonda məruzəçilər mövzu ətrafında tələbələrlə müzakirə apararaq, onları maraqlandıran sualları cavablandırdılar.
ƏCNƏBİ TƏLƏBƏLƏR HƏRBİ QƏNİMƏTLƏR PARKINDA Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 4 may 2021-ci il tarixində ölkəmizdə təhsil alan əcnəbi tələbələrin Hərbi Qənimətlər Parkına səfəri təşkil olunub. Tədbirdə 49 ölkədən olan 71 əcnəbi tələbə, ali təhsil müəssisələrinin nümayəndələri və Təhsil Nazirliyinin əməkdaşları iştirak edib. Təşkil olunmuş səfərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında təhsil alan İran İslam Respublikası vətəndası, magistr pilləsinin bəstəkarlıq ixtisası üzrə I kurs tələbəsi Amirian Sara Aliakbar qızı iştirak etmişdir. Səfər çərçivəsində 44 günlük Vətən müharibəsi nəticəsində əldə edilmiş şanlı qələbə barədə məlumat verilib. Azərbaycan ordusunun əzmi və qətiyyəti hərbi qənimətlər fonunda nümayiş etdirilib, eləcə də digər zəruri məqamlarla tanışlıq təşkil edilib. Sonda iştirakçıların təəssüratları dinlənilib, yerli və dünya Kütləvi informasiya vasitələrinə müsahibələr verilib, xatirə şəkli çəkdirilib. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 14
BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏLƏRİ MÜKAFATLANDIRILIB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) tələbələri, bakalavr Pənah Əziz və magistr Aygün Qəhrəmanova qış-imtahan sessiyasını əla nəticələrlə bitirdiklərinə görə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin adlı təqaüdünə layiq görülüblər. Adlı təqaüd 09 aprel 2021-ci il tarixində BMA-nın tədris işləri üzrə prorektor, professor Nərminə Quliyevanın, dekanlarprofessorlar Nəzmiyyə Abbaszadə, Gülzar Mahmudovanın və Həmkarlar İttifaqı təşkilatının sədri-dosent Aqil Qafulovun iştirakı ilə keçirilən tədbirdə tələbələrə təqdim edilmişdir.
BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏLƏRİ HƏRBİ QƏNİMƏTLƏR PARKINA EKSKURSİYA EDİBLƏR 18 may 2021-ci il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Hərbi qənimətlər" parkında gəzinti təşkil edilmişdir. Gəzintidə Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsinin tələbə üzvləri iştirak etmişdir. Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində torpağlarımızın azad edilməsi və dövlət başçısı İlham Əliyevin uğurlu daxili və xarici siyasəti barədə gəzinti zamanı tələbələrə məlumat verilmişdir.
“AZƏRBAYCANIN
BÜTÖVLÜYÜ NAMİNƏ CANINDAN KEÇƏN VƏTƏN ÖVLADLARI” MÖVZUSUNDA MÜHAZİRƏ KEÇİRİLİB
23 iyun 2021-ci il tarixində “Microsoft Teams” proqramı vasitəsilə, online formatda “Maestoso” tələbə klubunun təşkilatçılığı ilə Ü.Hacıbəyli adına BMA-nın “Humanitar fənlər” kafedrasının baş müəllimi Xavər Səfərovanın “Azərbaycanın bütövlüyü naminə canından keçən vətən övladları” mövzusunda mühazirəsi keçirilib. “Yaşat” fondunun fəaliyyət istiqamətlərindən söhbət açan Xavər xanım qeyd etdi ki, 1331 şəhid ailəsi üzvü, 1605 yaralı və 6 itkin ailəsi üzvünün məişət şəraiti yaxşılaşdırılıb, 33 şəhid ailəsi üzvü və 2 yaralının təhsili nəzarətə götürülüb. Bundan başqa 493 şəhid ailəsi üzvü, 426 yaralı və 4 itkin ailəsi üzvünün istehlak kreditləri ödənilib, eləcə də 621 şəhid ailəsi üzvü və 176 yaralının tibbi ehtiyacları qarşılanıb. Həmçinin, yeni doğulmuş 59 şəhid övladının zəruri tibbi xərcləri qarşılanıb, hər bir uşağın adına bank hesabı açılaraq 5.000 manat depozit qoyulub. Fondun vəsaiti hesabına 63 ağır yaralı müalicə edilməsi məqsədi ilə Türkiyə Respublikasına göndərilib, onlardan 7–si sağalaraq geri qayıdıb. "YAŞAT” Fondunun dəstəyi ilə ölkəmizə gətirilən türkiyəli həkimlər tərəfindən 150-dən çox yaralı müayinə edildiyindən söhbət açaraq, dünyanın bir çox ölkələrində müharibə və can savaşı olduğunu, lakin heç bir ölkədə vətəninin igid oğullarına belə qayğı və isti münasibət göstərilmədiyini qeyd etdi. Tədbirin gedişatında Xavər xanım tələbələrin suallarını cavablandıraraq, onlara vətən torpağının dəyərini bilmək və torpağı göz bəbəyi kimi qorumağa səslədi. Sonda “Humanitar fənlər” kafedrasının baş müəllimi Xavər Səfərova “Azərbaycan sarsılmazdır!! Qarabağ Azərbaycandır!” şüarı altında öz çıxışını tamamladı. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 15
BAKI MUSİQİ AKADEMİYASININ 100 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ USTAD DƏRSLƏRƏ START VERİLİB Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə uşaq musiqi və incəsənət məktəblərinin şagirdləri üçün online "Ustad dərslər" layihəsinə start verilmişdir. 29-30 iyun 2021-ci il tarixində reallaşan ustad dərslərin keçirilməsinin əsas məqsədi bütün ölkə üzrə musiqi məktəblərində, kolleclərdə təhsil alan tələbələrin peşəkarlıq səviyyəsini artırmaqdır. Layihə çərçivəsində 29 iyun 2021-ci il tarixində Ü.Hacıbəyli adına BMA-nın kiçik zalında "Simli alətlər" kafedrasının professoru, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hökümə Əliyeva, 30 iyun tarixində isə BMA-nın Q.Qarayev adına konfrans zalında "İxtisas fortepiano" kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Günel Kazımova ustad dərslər keçirmişlər.
“İSLAM DÜNYASI GƏNC KLASSİK MUSİQİ İFAÇILARININ (20 YAŞADƏK) X BEYNƏLXALQ MÜSABİQƏSİ” KEÇİRİLİB “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, ISESCO və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) dəstəyi ilə “İslam Dünyası gənc klassik musiqi ifaçılarının (20 yaşadək) X Beynəlxalq Müsabiqəsi” ötən ildə olduğu kimi bu ildə online qaydada keçirilib. Təşkilat Komitəsinə 200-dən artıq iştirakçı ərizəsi daxil olmuş və onlardan hər 2 yaş qrupu üzrə keçirilən onlayn dinləmələrin nəticələrinə əsasən 37 nəfər may ayının 14-də müvafiq olaraq final mərhələsinə vəsiqə qazanmışdır. Müsabiqənin finalı 4 iyun tarixində onlayn formatda baş tutdu. Bu misabiqəyə İslam dünyasının fərqli ölkələrini təmsil edən çox istedadlı gənclər qatılmışdı. Bunlardan Türkiyə, Rusiya Federasiyası (Başqırdıstan, Tatarstan), İran, Türkmənistan, Özbəkistan, Qazaxıstan, Tacikistan kimi müxtəlif ölkələri qeyd etmək olar. Münsiflər heyətinin sədri Xalq artisti, BMA-nın prorektoru, professor Yeganə Axundova (Azərbaycan), Münsiflər heyətinin üzvləri Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva (Azərbaycan), Tacikistan Respublikasının Bəstəkarlar İttifaqının sədr müavini, bəstəkar Səngəli Həmidov (Tacikistan), Başqırdıstan Respublikasının Əməkdar incəsənət xadimi, Zaqir İsmagilov adına Ufa Dövlət İncəsənət və Rəssamlıq Akademiyasının nəfəs və zərb alətləri şöbəsinin müdiri, professor Lidiya Fomenko (Rusiya Federasiyası), Daşkənd şəhər 20 saylı Uşaq Musiqi və İncəsənət Məktəbinin fortepiano şöbəsinin müdiri Gülnarə Əmirəliyeva (Özbəkistan), “SƏMA” Musiqi Məktəbinin pedaqoqu Hossein Malekizadeh (İran), Anadolu Universitetinin Simfonik Orkestrasının direktoru Murat Sümer (Türkiyə), Abay adına Qazax Dövlət Akademik Opera və Balet Teatrı İctimaiyyətlə əlaqələr, marketinq və auditoriya ilə əlaqələr meneceri, musiqi müəllimi Zarina Aytekova (Qazaxıstan) olmuşdur. İştirakçılar 3 fərqli nominasiyada (simli, fortepiano və nəfəs alətləri) 17 yer üzrə sertifikatlarla təltif olundular. Qran-pri mükafatını isə Azərbaycan təmsilçisi, kiçik qrup üzrə skripka ifaçısı Elmira Dadaşova layiq görülmüşdür. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 16
BAKI MUSİQİ AKADEMİYASININ BEYNƏLXALQ ƏLAQƏLƏRİ VƏ BEYNƏLXALQ LAYİHƏLƏRİ 19 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Ali Neft Məktəbi və Qara Dəniz Universitetləri Şəbəkəsinin birgə təşkilatçılığı ilə “PostCOVID dönəmində ali təhsil və tədqiqat” mövzusunda vebinar keçirilib. Vebinarda açılış nitqi ilə Azərbaycan Respublikasının Təhsil naziri Emin Əmrullayev, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və Qara Dəniz Universitetlər Şəbəkəsinin Baş katibi Eden Mamut çıxış etmişlər. Panel məruzəçiləri qismində isə UNICA-nın prezidenti prof. Luciano Saso, Qara Dəniz Universitetlər Şəbəkəsinin prezidenti prof. Perikles A.Mitkas, Rumıniyanın Ploiesti Neft-Qaz Universitetinin professoru Florinel Dinu və Varna Tibb Universitetinin professoru Todorka Kostadinova çıxışlarını təqdimatla ediblər. Vebinara Türkiyə, Rumıniya, Bolqarıstan, Yunanıstan, Ukrayna, Gürcüstan və Albaniyadan müxtəlif universitetlərin professor-müəllim heyəti ilə yanaşı 300-dək iştirakçı qatılıb. Vebinarda Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak etmişdir. Onlayn görüş zamanı ənənəvi tədrisin hazırda mümkünsüzlüyünün təhsil ictimaiyyətinə psixoloji təsiri, distant təhsilin yaratdığı imkanlar, distant təhsildən istifadə qaydaları və səmərəliliyinin artırılması üçün görüləcək işlər müzakirə edilmişdir.
Britaniya Şurasının elan etdiyi “Creative Spark” proqramı çərçivəsində Böyük Britaniyanın East London Universiteti tərəfindən Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Qazaxıstan-Amerika Universitetinin müəllimləri üçün onlayn “Təlimçilər üçün təlim” modulu təşkil edilib. 5 may 2021-ci il tarixində baş tutan ilk təlim East London Universitetinin əməkdaşı, müəssisə meneceri Rebecca Moodie tərəfindən keçirilib. Sahibkarlıq strategiyasının inkişaf etdirilməsi mövzusuna həsr olunmuş görüşdə BMA-nın “Bəstəkarlıq” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova; “Konsertmeyster ustalığı” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Hüseynova; “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina; “Orqan və klavesin” kafedrasının baş müəllimi Səbinə Bəylərbəyova; və Fortepiano fakültəsinin baş müəllimi Zərif Kərimova iştirak ediblər. Həmçinin, növbəti həftələrdə Sahibkarlıq tədrisinin inkişafı və Sahibkar tələbələrin dəstəklənməsi mövzularında modullar təşkil ediləcək. Qeyd edək ki, Bakı Musiqi Akademiyasında layihənin koordinatorları Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektor, professor Yeganə Axundova və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Zülfiyyə Şəfiyevadır.
7 may 2021-ci il tarixində İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020ci ildə İsveç İnstitutu tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Sonology - telegram from the ear” mövzusunda üçüncü onlayn mühazirə keçirilib. Həmçinin, 18 dekabr 2020-ci il və 5 fevral 2021-ci il tarixlərində bəstəkar Anders Flodin'in Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər" ("New directions in composition") mövzusunda daha 2 mühazirəsi keçirilib. Qeyd edək ki, mühazirələr Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr şöbəsinin dəstəyi ilə təşkil olunub. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 17
TÜRKİYƏDƏ VII BEYNƏLXALQ “MUSİQİ VƏ RƏQS” KONQRESİ KEÇİRİLİB VII Beynəlxalq “Musiqi və rəqs” konqresi 28-30 may 2021-ci il tarixində Türkiyənin Çeşmə bölgəsində keçirilmişdir. Sakarya Universiteti, Antalya Mədəniyyət və Təhsil Fondu Universiteti (AKEV), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Bakı Xoreoqrafiya Akademiyası, Gəncə Dövlət Universiteti və Qırğızıstan Ənənəvi Musiqi Fondunun ortaqlığı ilə təşkil olunan konqresin məqsədi ölkədə və xaricdə, xüsusən Türk Dünyasında musiqi və rəqs sahəsində çalışan alimlər, sənətçilər və tələbələri bir araya gətirmək, qeyd olunan sahələrlə bağlı elmi mübadilə aparmaqdır. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İran, Macarıstan, Çin, Oman, İngiltərə daxil olmaqla 132 nəfər ənənəvi və distant şəkildə konqresdə iştirak etmişdir. Tədbir 105 müəllifə (həmmüəlliflərlə bərabər) aid olan 87 məruzə, 17 konsert/performans, 2 workshop və 4 əsərdən ibarət sərgi ilə iştirak həyata keçirilmişdir. Konqresin açılışında distant və ya əyani çıxış edənlər sırasında Sakarya Üniversitetinin rekoru Prof. Dr. Fatih Savaşan, Antalya Mədəniyyət və Təhsil Fondu Universitetinin (AKEV) rektoru, Prof. Dr. Kamile Perçin Akgül, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova, Gəncə Dövlət Universitetinin “Musiqi fənnləri” kafedrasının müdiri, sənətşünaslıq üzrə elmlər doktoru, professor Sevda Qurbanəliyeva, Qırğızıstanın Xalq artisti, sənətşünaslıq doktoru, professor Roza Amanova və Qırğızıstan Ənənəvi Musiqi Fondunun rəhbəri Adila Kermenaliyeva iştirak etmişlər. Açılış çıxışlarından sonra Qırğızıstan Ənənəvi Musiqi Fondunun rəhbəri Adila Kermenaliyeva və Beynəlxalq Musiqi və Rəqs Konqresi Koordinatoru Kürşad Gülbeyaz arasında musiqi, rəqs və mədəniyyət sahəsində ortaqlıq müqaviləsi imzalanmışdır. Bakı Musiqi Akademiyasından konqresdə əyani olaraq, Sənətşünaslıq üzrə fəlsəfə doktorları, dosentlər Xatirə Həsənzadə, Nərgiz Hüseynova, Həbibə Məmmədova, Həqiqət Yusifova, müəllim Aysel Əsədova, baş laborant Ləman Mehdiquliyeva maraqlı məruzələrlə çıxışlar ediblər. VIII Beynəlxalq “Musiqi və rəqs” konqresi 1-3 oktyabr 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illiyi çərçivəsində Bakıda, IX konqress isə 2022-ci ilin aprel ayında Bişkekdə keçiriləcəkdir.
Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti
18
MUSTAFA KAMAL ATATÜRK VƏ MUSİQİ MƏDƏNİYYƏTİ Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında 25 may 2021-ci il tarixində BMA-nın doktorantı, elmi işçi Könül Əhmədovanın MUSTAFA KAMAL ATATÜRK VƏ MUSİQİ MƏDƏNİYYƏTİ başlıqlı “Çağdaş türk musiqisinin inkişaf yolları və Atatürk dövrü” adlı onlayn qaydada elmi seminarı keçirilmişdir. Elmi seminarı elmi laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə başlayaraq ilk sözü Elm və yaradıcılıq işləri üzrə prorektor, f.e.d, professor Gülnaz Abdullazadəyə verdi. Gülnaz xanım çıxışında Azərbaycan - Türkiyə elmi və mədəni yaradıcılıq əməkdaşlığının təməl qoyulduğu illərdən dövrümüzədək olan yaradıcılıq əlaqələrindən danışdı. Həm Azərbaycanda, həm də Türkiyədə təhsil alan doktorantların adlarını sadalayaraq “Bir millət, iki dövlət” şüarının xüsusilə böyük əhəmiyyəti olduğunu vurğuladı. Azərbaycan və Türkiyə elmi əlaqələri, mənəvi platformanın genişlənməsi və qorunub saxlanılması ilə bağlı bir çox işlərin görülməsini xüsusilə qeyd etdi. Elmi seminarın əsas təşkilatçısı və məruzəçisi Könül Əhmədova müasir Türk musiqisinin inkişaf mərhələrləri və Mustafa Kamal Atatürkün musiqi sahəsində gördüyü işlər haqqında ətraflı məruzə ilə çıxış etdi. Atatürkün bu istiqamətdə əsas hədəflərinin Qərbin qabaqcıl musiqi qurumlarının bənzərinin Türkiyədə yaradılması, bu qurumların iş prinsiplərinin öyrənilməsi, müasir yazı texnikası vasitəsilə Anadolu xalq musiqisini inkişaf etdirmək, çağdaş bir səviyyəyə qaldırmaq və tanıtmaq, ifaçılıq və opera janrının inkişafı və s. olduğunu bildirdi. XIX əsrdə yaranan “Musiqi-i Humayun”un müasir Türkiyə professional musiqi mədənəyyətinin inkişafındakı yeri və rolu, XX əsrin əvvəllərində yaranan “Darülbedayi”nin, “Musiqi Müəllimlər Məktəbi”nin fəaliyyəti xüsuslilə vurğulandı. Çağdaş Türk musiqisinin formalaşmasında, Türkiyənin dünyada tanınmasında dövlət hesabına xaricdə təhsil alan tələbələrin xidmətləri, həmçinin məşhur musiqiçilərin buraya dəvəti də qeyd olundu. Məruzəçi çıxışında bildirdi ki, Cümhuriyyətin ilk günlərindən “Musiqisiz inqilab olmaz” fikrini söyləyən dahi şəxsiyyət bu xüsusda dünyada köklü dəyişikliklər edən liderlər içində özünəməxsus və təkrarsızdır. O, cəmiyyətdə müasir musiqi təfəkkürünün formalaşması üçün öz ruhuna yaxın olan musiqilərdən belə imtina etmişdir. Bəşəriyyətin “dili” olan musiqinin ölkəsində inkişafı üçün, bütün istiqamətlərdə tez bir zamanda yüksək nəticələr əldə etmək üçün ardıcıl göstərişlər vermişdir. Türkiyə musiqi mədəniyyətinin təşəkkülü və inkişafında tərəqqi etdirib, Qərb musiqisinin bu gün işğal etdiyi zirvəyə çatmağını arzulamışdır. Sonda ulu öndər Heydər Əliyevin Mustafa Kamal Atatürk haqqında söylədiyi fikirlər səsləndirildi:“Türkiyə Cümhuriyyətinin yaradıcısı Atatürk elə bir şəxsiyyətdir ki, onun haqqında nə qədər danışsan yenə də azdır. Atatürkün həyatını, fəaliyyətini daim öyrənmək lazımdır”. Elmi seminarda mövzu ilə bağlı slayd və “Dağ başını duman almış” marşı, “Harf marşı”, “Köçekçe” suitası və Fazıl Sayın ifasında “Troya sonata: Axilles”in video səslənməsi təqdim edildi. Seminarda BMA-nın prorektoru, f.e.d., professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Musiqi nəzəriyyəsi. kafedrasının müdiri, BMA-nın professoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru Könül Nəsirova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, laboratoriyanın aparıcı elmi işçisi, Xalq artisti Zümrüd Məmmədova, laboratoriyanın bütün əməkdaşları, M.K.Atatürk Mərkəzinin Dil, ədəbiyyat və mədəniyyət şöbəsinin müdiri Pərvin Quliyeva və digər qonaqlar məruzəçini ürəkdən təbrik etdi və yaradıcılıq uğurları arzuladılar. BMA-nın elmi işçisi FİDAN NƏSİROVA
19
NİZAMİ İRSİ MUSİQİDƏ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyi ilə bağlı imzaladığı sərəncama əsasən 2021-ci il ölkəmizdə“Nizami Gəncəvi ili” elan edilmişdir. Şairin yubileylərinin qeyd olunduğu illəri, haqlı olaraq Azərbaycan musiqisinin “Nizami dövrü” adlandırırlar. Bir əsr ərzində bəstəkarlarımız Nizaminin qəzəllərinə və obrazına 70-ə yaxın əsər həsr edərək klassik musiqinin bütün janrlarına müraciət etmiş, eyni zamanda mahnı və romanslar da bəstələmişdirlər. Nizami yaradıcılığı və obrazı əsasında yaradılan əsərlər tez-tez səhnələrdə qoyulmaqda, konsert salonlarında səslənməkdədirlər. Dünya poeziyasında “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını birləşdirən “Xəmsə” ilə şöhrət qazanmış Nizami Gəncəvinin bədii irsi dövrümüzdə də müasirliyi ilə seçilir. Onun yaşadığı dövrdən doqquz əsr keçməsinə baxmayaraq, o yenə də yaşayır, onun zəngin yaradıcılığı tədqiqatçıların indiyə qədər deyilməmiş fikirlərini aşkar edərək “nizamişünaslığa” və eləcə də “musiqişünaslığa” yeni əsərlər töhfə vermişdilər. Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir. Təkcə Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı “Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin, Qara Qarayevin “Yeddi gözəl” baleti, “Leyli və Məcnun” simfonik poemasının, Fikrət Əmirovun “Nizami” baleti, “Nizami” simfoniyasının adlarını çəksək, şairin yaradıcılığının milli musiqimizin inkişafında nə qədər böyük rol oynadığını təsdiqləyə bilərik. XX əsrin ikinci yarısından başlayaraq, Respublikamızda musiqi mədəniyyətinin inkişafı ilə əlaqədar olaraq musiqi sənətinin bütün janrlarında əsərlər yazılır, professional bəstəkarlar, dirijorlar və ifaçılar yetişmişdilər. Məlum olduğu kimi, 1939-cu ilin mayın 3-də Azərbaycan SSR Xalq Komissarları Soveti, Nizami Gəncəvinin anadan olmasının 800 illik yubileyini keçirmək haqqında qərar çıxarır. Bütün yaradıcı insanlar kimi, bəstəkarlar da bu işə böyük həvəslə qoşulur. Lakin, 1941-ci ildə başlayan Böyük Vətən müharibəsi yubiley günlərinin keçirilməsini təxirə salır, yaradıcılıq işlərinə təsir edir. Nəzərdə tutulan əsərlərdən yalnız Əfrasiyab Bədəlbəylinin “Nizami”, Niyazinin “Xosrov və Şirin”, Boris Asafyevin “Slavyan gözəli” operaları tamamlanır. Üzeyir Hacıbəyli Nizaminin “Yeddi gözəl” poeması ilə səsləşən yeddi musiqili qəzəli yazmağı nəzərdə tutsa da, onlardan ikisini, yəni “Sənsiz” və “Sevgili canan”nı gerçəkləşdirir. Üzeyir Hacəbəyli Nizaminin qəzəllərinə yazdığı mahnıları “musiqili qəzəl” adlandırmış və Azərbaycan bəstəkar yaradıcılığında bu janrın təməlini qoymuşdur. Üzeyir Hacıbəylinin “Sənsiz” və “Sevgili canan” musiqili qəzəllərinin ilk ifaçısı professional vokal sənətimizin banisi Bülbül olmuşdur. Nizaminin poeziyası ilə ruhlanan bəstəkarlar şairin “Xəmsə”si, qəzəlləri və keçdiyi həyat yolu əsasında çoxlu sayda müxtəlif janrlarda musiqi əsərləri yazmışlar. Bəstəkarların özlərinin etiraflarına görə, şairin humanist ideyaları və yaratdığı obrazlar onlar üçün tükənməz ilham mənbəyi olmuşdur. Son əsrdə nəşr olunan elmi işlərdə Nizami Gəncəvinin musiqi dünyası, onun zəngin bədii irsi və obrazı əsasında yaradılan musiqi əsərlərinin təhlili Azərbaycan musiqişünaslığın əsas tədqiqat mövzularından biri olduğunu göstərir. Nizami Gəncəvinin poeziyasında musiqiyə, muğama, çalğı alətlərinə və ifaçıların ustalığına dair deyimlər, şairin musiqi dünyasından bəhs edən əsərlərdə, yaradıcılığına aid kitabların ayrı-ayrı bölmələrində, çoxlu sayda məqalələrdə, Yaxın Şərq və Mərkəzi Asiya xalqlarının musiqi mədəniyyətinə həsr olunan araşdırmalarda təhlil olunur. Nizami Gəncəvinin əsərlərində musiqinin, bəstəkarların yaradıcılığında şairin obrazı və bədii irsinin əksi məsələlərinə ilk dəfə keçən əsrin 40-cı illərində görkəmli bəstəkar, dirijor, musiqişünas, publisist və ictimai xadim Əfrasiyab Bədəlbəyli toxunmuşdur. Rus dilində “Nizami musiqi haqqında və musiqidə” adı ilə yazılan işin əlyazması Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində (fond № 595, siyahı 1, № 113, s. 28-95) saxlanılır. Həmin tədqiqat işində Nizaminin musiqi dünyası, poemalarında verilən musiqi səhnələri və çalğı alətləri şərh olunur. Əfrasiyab Bədəlbəylinin “Nizami”operası 1941-ci ildə başlayan Böyük Vətən Müharibəsinə görə təxirə salındığından operanın premyerası 1948-ci il dekabrın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baş tutmuşdur. Beləliklə, Nizami obrazı ilk dəfə opera səhnəsində yaradılmışdır. Librettosu bəstəkarın iştirakı ilə Məmməd Səid Ordubadinin “Qılınc və qələm” romanı əsasındadır. Əsərdə Nizaminin: “Mənəm ol şəhi-məani ki, fəzilətim əyandır, Yer ilə zəmanə hakim hünərim bir asimandır” sözləri ilə başlanan Nizaminin ariyası Niyazinin dirijorluğu ilə Bülbülün ifasında səslənmişdir. Fikrət Əmirovun simli orkestr üçün yazdığı simfoniya şairin anadan olmasının 800 illiyi münasibətilə “Nizaminin xatirəsinə” (1947) adı ilə yazılmışdır. Dünyanın məşhur dirijorları – Leopold Stokovski, Şarl Münş, German Abendrot, Gennadi Pojdestvenski, Niyazi və b., əsəri özlərinə məxsus səsləndirmişlər. Qara Qarayevin “Üç təsnif” (1939) səs və simfonik orkestr üçün yazdığı vokal-simfonik əsər Cabbar Qaryağdıoğlunun ifasında Nizaminin sözləri oxunan “Leyli”, “Şirin” və “Sarənc” (“Şur” muğamının şöbəsi) təsniflərinə əsasən işlənilmiş, şairin “Leyli və Məcnun” və “Xosrov və Şirin” poemalarının qəhrəmanları vəsf edilir. Q.Qarayev “Yeddi gözəl” (1952) 4 pərdə 10 şəkilli baletini 1952-ci ildə yazmışdır. Baletin librettosu Nizami Gəncəvinin eyniadlı poeması əsasında işlənilmişdir. Əsərdə məhəbbət və xalqın səadəti naminə insanın mənəvi cəhətdən zənginləşməsi tərənnüm edilir. Balet 1952-ci il noyabrın 7-də M.F.Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulmuşdur. Tamaşa böyük maraqla qarşılanmış, ölkənin musiqi həyatında və beynəlxalq aləmdə böyük əks-səda doğurmuşdur. 20
Qara Qarayevin “Yeddi gözəl” (1949) simfonik orkestr üçün yazdığı simfonik süita eyniadlı baletin musiqisi əsasında yazılıb. Qara Qarayevin böyük simfonik orkestr üçün yazdığı “Leyli və Məcnun” (1947) simfonik poeması Nizami Gəncəvinin anadan olmasının 800 illiyi ilə əlaqədar yazılmışdır. Əsər SSRİ Dövlət mükafatına (1948) layiq görülmüşdür. Bəstəkar Zülfüqar Hacıbəyovun “Nüşabə” (1946) operası (librettosu Abdulla Şaiqindir) Nizami Gəncəvinin “İskəndərnamə” poeması əsasında yazılmışdır. Uvertüra və əsərin qəhrəmanı Nüşabənin bir ariyası yazılsa da, opera tamamlanmışdır. Bəstəkarın arxivində əlyazması şəklində (153 vərəq) operanın klaviri, partiturası və orkestrləşdirilmiş nümunələri saxlanılır. Digər əsərlər arasında Süleyman Ələsgərovun “Nizami”(1990) vokal-simfonik poeması solist, xor və simfonik orkestr üçün yazılmışdır. Sözləri Hikmət Ziyanındır. Şair və yazıçılarımız Nizami dühasından ruhlanaraq, onun keçdiyi zəngin həyat yolunu işıqlandıran və “Xəmsə” süjetlərini əks etdirən çox maraqlı dram əsərləri yaratmışdılar. Bəstəkar Ə.Bədəlbəyli Nizaminin “Xosrov və Şirin” poeması əsasında Səməd Vurğunun yazdığı “Fərhad və Şirin” dramına da ilk olaraq musiqi bəstələmişdir. Sonralar teatr musiqisi janrına və kino növlərinə tanınmış bəstəkarlarımız da müraciət edərək, bu sahədə uğurlar qazanmışlar. Onların sırasında “Nizami” (1982) bədii filmi daha məşhurdur. Film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” və “Mosfilm” kinostudiyaları tərəfindən çəkilmişdir. Tarixi-bioqrafik filmdə şairin obrazı, yaşadığı dövrün siyasi və həyat tərzi, insan münasibətləri öz əksini tapmışdır. Şairin insana və ədalətə olan münasibəti önə çəkilir. Musiqini SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik orkestri səsləndirmiş, dirijoru Elşad Bağırov olmuşdur. Baş rolun ifaçısı SSRİ xalq artisti Müslüm Maqomayev (Nizami Gəncəvi) filmdə Ü.Hacıbəylinin “Sənsiz” romansını səsləndirmişdir. Nizami Gəncəvinin əsərlərində musiqi ilə bağlı anlayışların çoxu çalğı alətləri ilə əlaqədardır. Şairin “Xəmsə” və lirikasında 40-dan çox alətlərin adları ilə yanaşı, quruluşları, hansı materialdan hazırlanması, çalınma tərzi, başqa alətlərlə birləşərək müxtəlif ansamblların tərkibində səslənməsi haqqında çox qiymətli məlumatlara rast gəlmək olur. Dünya ədəbiyyatının klassiki olan Nizami Gəncəvinin zəngin məzmunlu, yüksək ideyalı əsərlərində əks etdirdiyi insan zəkası, əxlaqi keyfiyyətlər, ədalətli, azad cəmiyyət və məhəbbətin tərənnüm etməsi yaradıcı insanları həmişə düşündürmüş, poeziya dili ilə ifadə etdiyi ibrətamiz fikirlərinə ixtisasından asılı olmayaraq saysız-hesabsız insanların istinadı olmuşdur. Bunu muzeylərin divarlarını bəzəyən tablolar, bədii xalçalar, zallarda nümayiş etdirilən nadir sənətkarlıq nümunələri, meydan və xiyabanlarda ucaldılan heykəlləri sübut edir. Şairin heykəlləri Azərbaycandan kənarda dünyanın səkkiz ölkəsinin paytaxt və şəhərlərində qoyulmuşdur. Gəncənin girişində tarixin bütün kəşməkeşlərinə baxmayaraq qorunan qəbri üzərində 22,4 m hündürlüyündə tünd qırmızı qranitdən, milli ornamentə uyğun səkkizbucaqlı şəkildə Nizami Gəncəvi məqbərəsi ucaldılıb, ətrafında “Xəmsə qəhrəmanları” bədii-monumental kompozisiya, poemalarının adları həkk edilən beş kitab abidəsi yaradılmışdır. Nizami poeziyası elə bir tükənməz mənbədir ki, neçə illər keçsə belə, şairin “İskəndərnamə”də qeyd etdiyi kimi: “Nə qədər şair var, söz var, şeir var, Dünyada onlardan mənəm yadigar!” Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant NİGAR BAYRAMOVA
BAKI MUSİQİ AKADEMİYASINDA “NİZAMİ-880 VİDEOÇARXLARIN YARIŞI” MÜSABİQƏSİ KEÇİRİLİB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsi və Həmkarlar İttifaqı Komitəsinin təşəbbüsü ilə təşkil olunmuş “NİZAMİ-880 Videoçarxların yarışı” müsabiqəsi keçirilib. Müsabiqənin nəticələri 01 iyun 2021-ci ildə Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova tərəfindən “Microsoft Teams” proqramı vasitəsilə online formatda açıqlandı. I, II, III yerlərə layiq görülən tələbələr, yaradıcı həvəslə hazırladıqları təqdirəlayiq video çarxlara görə akademiya rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə mükafatlandırıldı. Sevindirici haldır ki, “Tarix-nəzəriyyə” fakültəsi tərəfindən təşkil olunmuş müsabiqədə təkcə Musiqişünaslıq, Xor-dirijorluq və Bəstəkarlıq ixtisasının tələbələri deyil, “Fortepiano” və “İfaçılıq” fakültəsinin tələbə heyəti də fəal iştirak etmişdir. Müsabiqədə Komissiya üzvlərinə 12 videoçarx təqdim olunmuşdur. Üzvlər-Tədris işləri üzrə prorektor, Əməkdar müəllim, professor N.Quliyeva, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ü.İmanova, Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor G.Mahmudova və “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor K.Nəsirovanın seçimi ilə I yerə Kazımzadə Gülnur (Musiqişünaslıq I kurs) və Məmmədzadə Fatimə (Bəstəkarlıq I kurs), Zəhra-Cahan Şirəliyeva (“Fortepiano” fakültəsi II kurs Sabah qrupu), II yerə Babayeva Gülər (Etnomusiqişünaslıq IV kurs), Məmmədli Müjgan (Musiqişünaslıq II kurs), III yerə Mustafayeva Neyjən (Musiqişünaslıq I kurs), Zeynalova Gülşad (Xor-dirijorluq I kurs) layiq görüldülər. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 21
“XARIBÜLBÜL” (Kharibulbul) MUSİQİ ALBOMU İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə “Xarıbülbül” (Kharibulbul) musiqi albomu ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Parisdə yaşayan həmyerlimiz, Beynəlxalq müsabiqələr laureatı, pianoçu-bəstəkar Etibar Əsədli, layihənin musiqi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Layihə Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsinin şanlı qələbəsinə həsr olunub. Layihənin adı ilə Vətən müharibəsinin simvoluna çevrilmiş Xarıbülbülün adının eynilik təşkil etməsi heç də təsadüfi deyildir. Belə ki, bu qələbədə Ali Baş Komandanın ətrafında sıx birləşən dünyanın dörd bir yanında yaşayan həmvətənlərimizin birliyi və bərabərliyi bu layihədə də öz əksini tapmışdır. Dünyanın müxtəlif ölkələrində (Fransa, ABŞ, Türkiyə, İtaliya və b.) yaşayan istedadlı həmvətənlərimizin ifasında hazırlanan bu musiqi albomu Qüdrətli Prezidentimizə, Müzəffər Ordumuza və özünü Azərbaycanlı sayan hər bir insana hədiyyədir. Diskdə Azərbaycan musiqilərinin ən gözəl nümunələri, bəstəkar mahnıları yer almışdır. Diskin içində Xarıbülbül və ifaçılar haqqında ingilis dilində məlumat yerləşdirilmişdir. Musiqi albomunun hazırlıq işləri Parisdə və Bakıda aparılmışdır. Albomda Etibar Əsədli, İlham Nəzərov, Müşfiq Quliyev, Sahib Əsədli, Elnur Hüseynov, Tutu Aydınoğlu, Şəhriyar İmanov, Samirə Əfəndi, Məhərrəm Hüseynov, İsmayıl Zeynalov, İmamyar Həsənov, Ələfsər Rəhimov, Ağarəhim Quliyev və b. bir-birindən dəyərli ifaları yer almışdır. İfaların seçilməsi ilə yanaşı musiqi alətlərinin də seçiminə xüsusilə yanaşılmışdır. Belə ki, diskdə tar, kamança, balabanda olan ifaların, milli musiqimizin dünyada tanıdılması istaqəmətinə bir töhfə olacağını düşünən təşkilat komitəsi, repertuar seçiminə də xüsusi diqqət ayırmışdır. Mənbə: azertag.az
“ETERNITY” (Əbədilik) MUSİQİ ALBOMU İCTİMAİYYƏTƏ TƏQDİM OLUNUB Dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikasında 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında sərəncamını əsas götürərək, Azərbaycan Diasporuna Dəstək Fondunun maliyyə dəstəyi ilə hazırlanmış “ETERNITY” (Əbədilik) musiqi albomu ictimaiyyətə təqdim olunub. Layihənin rəhbəri Türkiyədə yaşayan həmyerlimiz, Mimar Sinan Güzel Sanatlar Universitetinin doktorantı, musiqiçi Vüqar Qurbanov, musiqi redaktoru Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov, prodüseri, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov, dizayneri isə Səbinə Rəhimzadədir. Azərbaycan dili, tarixi və mədəniyyətinin təbliği baxımından olduqca aktual olan layihədə, Azərbaycanın dahi şəxsiyyəti və böyük şairi Nizami Gəncəvinin sözlərinə Üzeyir Hacıbəyli, Əfrasiyab Bədəlbəyli, Ağabacı Rzayeva, Tofiq Quliyev, Cahangir Cahangirov, Fikrət Əmirov, Süleyman Ələsgərov, Sevda İbrahimova, Gülnaz Abdullazadə, Ceyhun Allahverdiyev, Dilşad Əliyeva tərəfindən bəstələnmiş mahnı-romanslar yer almışdır. Albomun üz qabığında Nizami Gəncəvinin siması əks olunub, içərisində isə dahi şair, həmçinin ifalar haqqında ingilis dilində məlumat yerləşdirilmişdir. Musiqi albomunda tanınmış vokal ifaçılarından, Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Samir Cəfərov, Gülnaz İsmayılova, Əməkdar artistlər Fəridə Məmmədova, Anar Şuşalı, İlham Nəzərovun ifalarında bir birindən dəyərli musiqi nümunələri lentə alınmışdır. İfaçıları fortepianoda Xalq artisti Ülviyyə Hacıbəyova, həmçinin Dilşad Əliyeva, Svetlana Əhmədova, Təranə Məmmədova, Ülviyyə Kazımova, Bəbir Bəbirli müşayiət etmişdir. XXI əsr Azərbaycan vokal məktəbinin nümayəndələrinin ifasında həmin romanslar incə zövqlə, yüksək peşəkarlıqla səsləndirilmiş və onların qəlbləri oxşayan ifalarında Nizami poeziyasının gözəlliyi, dərinliyi öz bütünlüyü ilə əks olunmuşdur. Mənbə: azertag.az 22
“NİZAMİ YARADICILIĞI DÜNYA MƏDƏNİYYƏTİ KONTEKSTİNDƏ” ADLI ONLAYN KONFRANS KEÇİRİLİB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Tarix-nəzəriyyə və Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültələrinin birgə təşkilatçılığı ilə 1 iyun 2021-ci il tarixində “Nizami-880” ili çərçivəsində “Nizami yaradıcılığı dünya mədəniyyəti kontekstində” adlı onlayn konfrans keçirilib. Giriş sözü ilə çıxış edən BMA və BDU fakültə dekanları – professor Gülzar Mahmudova və dosent Elçin Məmmədov Nizaminin zəngin yaradıcılıq yolunu işıqlandırıb, bu cür tədbirlərin təşkilinin professor –müəllim heyəti və tələbələr üçün əhəmiyyətini vurğulayıblar. Sonra məruzəçilər çıxış edib. BMA-nın Humanitar fənlər kafedrasının müdiri professor Tərlan Quliyev “Nizami poemalarının vəzni”, Musiqi nəzəriyyəsi kafedrasının müdiri professor Könül Nəsirova “Nizami irsi Azərbaycan bəstəkar musiqisi kontekstində: açılmayan səhifələr” və kafedranın professoru Aytac Rəhimova “Nizami dövründə incəsənətin qarşılıqlı əlaqəsi”, BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının müdiri, professor Səhər Orucova “Nizami Gəncəvi yaradıcılığında folklor”, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti Sevinc Qocayeva “Xəmsə” milli-mənəvi dəyərlər kontekstində” və BDU-nun Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının doktorantı Aynurə Qurban “Fərhad və Şirin” poemasının Amasiya dalğası” adlı məruzələrlə çıxış ediblər. Məruzələrdə dahi şairin poetik mirası, Nizami poeziyasında folklor ənənələrinin tətbiqi, milli-mənəvi dəyərləri, incəsənətin müxtəlif növlərinə təsiri, bəstəkar musiqisində tətbiqi yolları barədə maraqlı fikirlər və müşahidələr yer almışdır. Tədbirin onlayn-konsert hissəsində BMA-nın Konsertmeyster ustalığı kafedrasının dəstəyi ilə Nizaminin sözlərinə Ü.Hacıbəylinin romansları və digər kompozisiyalar Leyla Zeynalova, Camalə Abdinzadə, Mahir Tağızadə, Aydan Cəfərova, Lalə Xəlillinin ifasında səslənmişdir.
“BMA-100” MAGİSTR TƏLƏBƏLƏRİN RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB Azərbaycan Respublikasının Təhsil Nazirliyinin müvafiq qərarına uyğun olaraq 7-8 may 2021-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) 100-illik yubileyi çərçivəsində “BMA-100” magistr tələbələrin Respublika elmipraktiki konfransı keçirilmişdir. Konfransda Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyasının magistr tələbələri iştirak ediblər. Konfransın açılışında Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, pedaqogika üzrə fəlsəfə doktoru, professor Nərminə Quliyeva, BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, fəlsəfə üzrə elmlər doktoru, professor Gülnaz Abdullazadə, BMA-nın Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq üzrə elmlər doktoru, professor Gülzar Mahmudova, “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elmira Pənahova iştirakçıları salamlayıb, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 100 illik yubileyi münasibətilə təbrik etdilər. Konfransda iki gün ərzində 17 məruzəçinin işi dinlənilmişdir. Mövzular əhatə dairəsinin genişliyi və müxtəlifliyinə görə diqqəti cəlb edirdi. Ulu Öndər, Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan musiqi mədəniyyətinin inkişafındakı misilsiz roluna, 100-illiyi qeyd olunan BMA-nın tarixinə, dahi Azərbaycan mütəfəkkiri Nizami irsinin çağdaş dövrün incəsənətində əks-sədalarına, həmçinin müasir musiqişünaslığın problemlərinə həsr olunmuş aktual məsələlər müzakirə olundu. BMA-nın tarix-nəzəriyyə fakultəsinin dekanı, professor Gülzar Mahmudova, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Tariyel Məmmədov, “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirova, “Musiqi tarixi” kafedrasının müdiri, Əməkdar müəllim, professor Ülviyyə İmanova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Musiqişünaslıq” kafedrasının müdiri, Əməkdar incəsənət xadimi, professor Kamilə Dadaşzadə, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq üzrə prorektoru, dosent Elmira Pənahova BMA-nın professorları İmruz Əfəndiyeva, Mina Hacıyeva, dosent Alyona İnyakina məruzələrin dinlənilməsində və müzakirələrdə iştirak ediblər. Konfransda çıxış edən komissiya üzvləri təqdim olunan məruzələrin əhatəliliyini xüsusi qeyd etdilər. Ümumi fikri nəzərə alaraq, bu məruzələrin “Musiqi dünyası” jurnalında dərc olunması tövsiyə olundu. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 23
XƏBƏRLƏR 8 aprel 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi-tədqiqat laboratoriyasında elmi işçi Nazlı Mustafayevanın onlayn qaydada seminarı keçirilmişdir. Məruzəçi seminarda “Süleyman Ələsgərovun musiqili səhnə əsərləri” adlı mövzusu ilə çıxış edərək, görkəmli Azərbaycan bəstəkarı, qayğıkeş pedaqoq, Üzeyir Hacıbəyli adına Respublika Dövlət Mükafatı laureatı, Azərbaycan Respublikasının xalq artisti, professor Süleyman Ələsgərovun yaradıcılığı haqqında ətraflı məlumat verdi. S.Ələsgərovun yaradıcılığının böyük bir hissəsini musiqili-səhnə əsərləri təşkil edir. İki opera və on iki musiqili komediyanın müəllifi olan Süleyman Ələsgərov ən müxtəlif mövzulara müraciət etmiş və çox maraqlı musiqili-səhnə əsərlərini yaradaraq Azərbaycan bəstəkarlıq məktəbi tarixində silinməz iz qoymuşdur. Nazlı Mustafayeva eyni zamanda çıxışında qeyd etdi ki, S.Ələsgərovun yaradıcılığında teatr, musiqili komediya və operetta janrında yazdığı əsərlər və dram tamaşalarına yazdığı musiqi əsas yerlərdən birini tutur. Opera, operetta janrında yazdığı əsərlər onun bəstəkarlıq fəaliyyətinin birinci istiqamətini, dram əsərlərinə yazdığı musiqi isə ikinci istiqamətini təşkil edir. S.Ələsgərov iki operanın müəllifidir: 1961-ci ildə N.Nərimanovun “Bahadır və Sona” dramı əsasında eyni adlı ilk operasını, sonralar isə C.Cabbarlının “Solğun çiçəklər” adlı ikinci operasını bəstələmişdir. Eyni zamanda bu əsərlər uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet teatrında tamaşaya qoyulmuş, teatrın daimi repertuarına daxil edilmişdir. Hər iki opera klassik qərb, rus və Azərbaycan operalarının ənənələrinə əsaslanaraq Azərbaycan opera məktəbinin ənənələrini zənginləşdirmişdir. Seminarda həmçinin bəstəkarın 1945-ci ildə yazdığı ilk musiqili komediyası “Məhəbbət gülü” əsəri haqqında da məlumatlar verildi. İlk musiqili komediyanın uğurundan ilham alan S.Ələsgərov sonralar bir-birinin ardınca “Ulduz”, “Özümüz bilərik”, “Milyonçunun dilənçi oğlu”, “Sevindik qız axtarır”, “Həmişəxanım” və s. əsərlərini yaradır. Məruzəçi eyni zamanda bu əsərlərin bir neçəsinin video lentini də nümayiş etdirib. Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, xalq artisti, professor Zümrüd Məmmədova, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, böyük elmi işçi Zeynal İsayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, elmi işçi Fidan Nəsirova mövzu ətrafında maraqlı müzakirələr apararaq dəyərli fikirlərini bildirdilər. 13 aprel 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında “Zülfüqar Hacıbəyovun yaradıcılığı və "Nüşabə" operası” mövzusunda elmi işçi Fidan Nəsirovanın onlayn qaydada seminarı keçirilmişdir. Məruzəçi Üzeyir Hacıbəylinin böyük qardaşı və silahdaşı olmuş Zülfüqar Hacıbəylinin (1884-1950) qısa da olsa yaradıcılığına nəzər salmış və sonra onun yarımçıq qalmış "Nüşabə" operasının təhlilini edərək seminar iştirakçılarına təqdim etdi. 1907-ci ildə Bakıya köçmüş Zülfüqar Hacıbəyli yaradıcılığına başlayır. Onun ilk qələm təcrübələri operettaları olmuşdur. Operettalardan "Əlli yaşında cavan", "On bir yaşlı arvad", "Evliykən subay" və digər əsərlərini nümunə gətirmək olar. Onun bəstələdiyi əsərlərdən biri 1915-ci ildə yazılmış və yaradıcılığında mühüm yer tutan "Aşıq Qərib" məhəbbət dastanı olmuşdur. Əsərin səciyyəviliyi onda idi ki, opera xalq musiqisi ilə Avropa musiqisinin sintezini özündə əks etdirirdi. Görkəmli sənət xadimlərindən biri kimi Z.Hacıbəyov respublikanın ictimai-mədəni həyatında da fəallıq göstərib. Bu sahədə olduqca çox çalışıb. Lakin yazıb başa çatdıra bilmədiyi çoxlu sayda əsərləri qalıb. Arxivdə müxtəlif janrlarda yazdığı yarımçıq qalmış əsərləri vardır. Abdulla Şaiqin librettosuna yazılmış "Nüşabə" operası üzərində işlədiyini sübut edən çoxlu materiallar aşkar edilmişdir. "Nüşabə" operası Nizami Gəncəvinin "İsgəndərnamə" poemasının motivləri əsasında yazılmışdır. Bəstəkarın özü tərəfindən bu opera üzərində olan fikirləri bildirir ki, məhz Zülfüqar Hacıbəyov Nizami Gəncəvinin poemasına müraciət edərək "Nüşabə" operasını yazır. Məruzəçi onu da qeyd etdi ki, "Nüşabə" operasında Bərdə hökmdarı Nüşabənin igidliyi və şücaəti tərənnüm olunur. Nizami Gəncəvi öz poemasında mərd, iradəli, ağıllı və bacarıqlı Bərdə hökmdarı Nüşabə obrazını yaratmaqla yeni tipli dövlət başçısından, ədalətli quruluşdan söz açmışdır. Dahi şair Nizaminin yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan bu əsərində ideal cəmiyyət təsvir olunmuşdur. Məruzəçi çox maraqlı bir faktı da qeyd etdi ki, Nizami Gəncəvinin "İsgəndərnamə" poemasını fars dilindən azərbaycan dilinə Abdulla Şaiq və Mikayıl Rzaquluzadə birlikdə tərcümə etmişlər. Abdulla Şaiqin "Nüşabə" pyesi Nizaminin süjeti əsasında yaranan maraqlı sənət örnəyidir. "Nüşabə" operasının əks olunan səhnəsi 5 bölmədən ibarətdir. Seminarın sonunda elmi laboratoriyanın əməkdaşları mövzu ətrafında fikirlərini bildirdilər.
24
20 aprel 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi tədqiqat laboratoriyasında “Azərbaycanın xalq musiqi aləti kamançanın bəzi orqanoloji və akustik xarakteristikaları” mövzusunda, böyük elmi işçi Zeynal İsayevin onlayn qaydada seminarı keçirilmişdir.
Məruzəçi qeyd etmişdir ki, hal hazırda laboratoriyamızda Azərbaycanın milli xalq çalğı aləti kamançanın səs dalğasının ən mühüm akustik xarakteristikalarından biri olan amplitud–tezlik xarakteristikalarının müəyyənləşdirilməsi və bununla da onun tembr xüsusiyyətlərini yaradan ən əsas səbəblərdən biri olan harmoniklərin elmi baxımdan təyin olunması istiqamətində elmi araşdırmalar aparılır. Bu elmi tədqiqat işi kamançanın tarixində ilk dəfədir aparılır və bu sahədə atılan ilk addımdır. Seminarın sonunda elmi tədqiqat laboratoriyasının əməkdaşları məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdirlər. 22 aprel 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında “Azərbaycan klassik muğam ifaçılığı və pandemiya: covid-19” mövzusunda aparıcı elmi-işçi, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin onlayn qaydada seminarı keçirilmişdir. Məruzəçi qeyd etmişdir ki, pandemiya dövründə ölkəmizdə tətbiq olunmuş sərt karantin rejiminin qaydalarına tam riayət olunmaqla müəyyən elmi tədqiqatlar aparılmış, müxtəlif elmi problemlərin daha da dərindən öyrənilməsi davam etdirilmiş, müxtəlif onlayn seminarlar və onlayn elmi konfranslar keçirilmiş, habelə bu işlər də bir çox hallarda müasir informasiya texnologiyaları və innovatik texniki vasitələrin tətbiqi ilə aparılmışdır. Məruzəçi daha sonra qeyd etmişdir ki, muğamlarımızın bu günə qədərki vəziyyəti haqqında gələcək nəsillər mütləq müəyyən bilgilər əldə etməlidirlər. Odur ki, muğamlarımızın bu günki vəziyyətini, bu günki formasında nota yazıb çap etdirməkdə də əsas məqsədlərimdən biri bu olmuşdur. Çünki hər muğam ifaçısı öz istədiyi kimi ifa edir. Bu səbəbdən də zaman keçdikcə muğamlarımızda yeni-yeni dəyişikliklər və deqradasiyalar yaranır. Seminarın sonunda elmi tədqiqat laboratoriyasının əməkdaşları məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirmişdirlər. 23 aprel 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva Başkir Dövlət Universitetində "Müasir insanın varlığının etnotarixi, hüquqi və mədəni-linqvistik əsasları" adlı Beynəlxalq Elmi və Praktik Konfransda çıxış etmişdir. Konfrans etnosların, müasir insanın və cəmiyyətin mənəvi, fəlsəfi, siyasi-hüquqi, dil inkişafının aktual məsələlərinin hərtərəfli öyrənilməsinə yönəldilmişdir. Müxtəlif ölkələrin (Azərbaycan, Rusiya, Moldova, Vyetnam, Özbəkistan, Qazaxıstan, Qırğızıstan) konfrans iştirakçıları öz mövzularıyla maraqlı çıxışlar etmişlər. Professor M.Hacıyeva beynəlxalq konfransda "Azərbaycan mədəniyyətinin inkişafı" adlı mövzu ilə çıxış etmiş, Azərbaycan qədim tarixindən, orta əsr alimlərindən, şairfilosoflarından və XX-XXI əsr bəstəkarların əsərlərindən bəhs etmiş, qədim Azərbaycan torpaqları, Qarabağı qaytarılan II Qarabağ müharibəsi haqqında ayrı-ayrı ölkələrin alimlərinin nəzərinə çatdırmışdır. Professor M.Hacıyeva rəhbərliyi altında Tarixnəzəriyyə fakültəsinin IV kurs tələbəsi Gülər Babayeva "Azərbaycanda xanəndəlik sənətinin inkişafı" adlı mövzusu ilə konfransda çıxış etmişdir. 27 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi Elmi təminat və araşdırmalar şöbəsi tərəfindən “İdarəçilikdə müasir tendensiyalar: Yeni mədəni menecment” adlı onlayn seminar keçirilmişdir. Seminarda Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina Hacıyeva çıxış edərək “Müasir musiqi menecmentinin Azərbaycan musiqisinə tətbiqi” adlı məruzəsində incəsənət sahəsində menecment fəaliyyəti, musiqi menecmenti, bu istiqamətlərdə beynəlxalq təhsil və təcrübənin əhəmiyyəti, həyata keçirilən layihələrdə müasir idarəetmə modelləri və digər istiqamətlərdən geniş söhbət açmışdır. 27 aprel 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" kafedrasının professoru, fəlsəfə elmləri doktoru Mina xanım Hacıyeva Rusiya Elmlər Akademiyası "Etnologiya və antropologiya" İnstitutu Medical Antropology Center Qafqazda uzunömürlük problemi mövzusunda konfransda iştirak etmişdir. Konfransda sağlam həyat müdrüklüyü, sosio-mədəni faktorlar və etno-psixoloji aspektlər müzakirə olunmuşdur.
8 may 2021-ci il tarixində Böyük Vətən Müharibəsindəki qələbənin 76-cı ildönümünə həsr olunmuş “Сердце помнит! Память чтит!” adlı Beynəlxalq Konfrans keçirilmişdir. Konfrans Bakı Dövlət Universitetindəki “Russkiy Mir” Fondunun Rus Mərkəzi tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina Azərbaycan musiqiçilərinin Böyük Vətən müharibəsində iştirakı və Azərbaycan bəstəkarlıq yaradıcılığında hərbi mövzunun əks olunması haqqında ətraflı məlumat vermişdir. Tədbirin musiqi hissəsi Bakı Musiqi Akademiyasının instrumental fakültəsi tələbələri Nailə Xasiyeva, Ruslan Persan və Emil İsmayılovun çıxışları ilə təqdim edilmişdir. 25
27 may 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vəliyev Məhəmmədin “İsmayıl Hacıbəyovun həyat və yaradıcılığı” adlı online seminarı keçirilmişdir. Azərbaycanın musiqisinə Dahi bəstəkarımız Üzeyir bəyi, məşhur bəstəkar Soltan Hacıbəyovu bəxş edən görkəmli Hacıbəylilər ailəsinin nümayəndəsi olan, öz maraqlı üslubu və musiqisi ilə bugün də yaddaşlarda qalan İsmayıl Hacıbəyovun yaradıcılığı hər zaman musiqişünasların maraq dairəsində olmuşdur. Seminar əsnasında bəstəkarın əsasən vokal musiqisi və kamera-instrumental əsərləri barəsində ətraflı olaraq bəhs edilmiş,maraqlı fikirlər səsləndirilmişdir. İ.Hacıbəyovun yaradıcılığında vokal musiqisinə marağı gənc yaşlarından yaranmışdır. Məruzəçi tərəfindən bəstəkarın 60cı illərin sonunda Dantenin sözlərinə yazdığı vokal məcmuəsi və A.S.Puşkin, S.A.Yesenin kimi qüdrətli şairlərin sözlərinə bəstələdiyi əsərlər qeyd edildi. Bəstəkarın müraciət etdiyi şairlər sırasında S.Vurğun və T.Elçin kimi Azərbaycan poeziyasının məşhur nümayəndələrinin adlarının da olduğu vurğulanmalı haldır. Xüsusən, S.Vurğunun sözlərinə “Bahar” vokal silsiləsi (1976), A.S.Puşkin və S.A.Yeseninin sözlərinə bəstələdiyi 2 romansı (Fidan Qasımovaya həsr edilmişdir) qeyd etmək olar. Bu əsərlərdə gənc bəstəkarın formalaşmış üslub cizgiləri özünü aydın olaraq büruzə verir. Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları maraqlı suallar və təkliflər vermişdirlər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Azərbaycan gəlin havaları” adlı yeni toplusu nəşr olunub. Ömrünün 38 ilini qədim xalq rəqslərimizin toplanmasına və tədqiqinə həsr etmiş R.Bəhmənli Rəqs janrının bütün növlərini (yallı, cəngi, qaytağı və s.) dərindən araşdırmış, bu günə kimi Azərbaycanın demək olar ki, bütün bölgələrinə aid 500-ə yaxın oyun havasının melodiyasını əldə etmiş və nota salmışdır. Azərbaycanın qocaman musiqiçilərinin, ustad sənətçilərinin ifasından yazılmış bu rəqs melodiyalarının çoxu artıq unudulmuş, yaddaşlardan silinmiş havalardır. Müəllifin “Azərbaycan gəlin havaları” toplusu da onun uzun illər apardığı tədqiqatlarından biridir. Topluda, bu gün toy rəqsi kimi tanınan, toy mərasimlərinin himninə çevrilmiş “Vağzalı” havasının etimologiyası, qərinələr ötüb gəlmiş bu havanın qədim adları, növləri geniş şəkildə araşdırılmış və müxtəlif bölgəyə aid, tamamilə fərqli melodik məzmuna malik 10 “Gəlin havası”nın not yazısı işıqlandırılmışdır. “Vağzalı” musiqisi ilə əvəzlənən bu gəlin havaları uzun illər ifa edilmədiyi üçün artıq xalqın hafizəsindən silinmişdir. Müəllif tərəfindən əldə olunan biribirindən gözəl bu gəlin havaları artıq notlaşdırılaraq yenidən həyata vəsiqə qazanmışlar. Bu mənada adı çəkilən toplunun işıq üzü görməsi çox vacib və aktualdır. Daha bir sevindirici məqam isə bu havaların ifası səsləndirilən CD diskin toplu ilə bərabər təqdim edilməsidir.
1 iyun 2021- ci il tarixində “Maestoso” tələbə klubu XXI əsr dünya elminin ən nəhəng simalarından biri, əsasını qoyduğu qeyri-səlis məntiq nəzəriyyəsi ilə elmin dünyaya baxışını dəyişən dahi Lütfi Zadənin həyat yoluna həsr olunmuş “Lütfi-zadə 100” adlı online tədbirini keçirmişdir. “Tarix-nəzəriyyə” fakültəsinin dekanı, professor Gülzar Mahmudova tədbirdə ön söz söyləyərək, Lütfi-Zadənin hər bir azərbaycanlının qürur mənbəyi olduğunu, görkəmli azərbaycanlı alimin adının dünyanın elm tarixinə qızıl hərflərlə həkk olunduğunu dilə gətirdi. Daha sonra “Tarixnəzəriyyə” fakültəsinin Musiqişünaslıq ixtisasının I kurs tələbəsi Əliyeva Özləm Lütfi-Zadənin bəşəriyyətin inkişafına, insanların rahatlığına, rifah halını yaxşılaşdırmağa xidmət edən elmi ideya və kəşfləri haqqında məruzə səsləndirərək, 2011-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə dünya şöhrətli alimin Texnologiyaların inkişafına verdiyi töhfələrlə mədəniyyətlərarası dialoqun qurulmasında göstərdiyi xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edildiyini söylədi. Daha sonra Lütfi-Zadəninin xatirəsini yad etmək məqsədi ilə, klubun tələbələri görkəmli alimin dünya tarixinə düşən 10 müdrik kəlamını səsləndirmişdirlər. Sonda “Fortepiano” fakültəsinin Sabah qrupunun II kurs tələbələri, Beynəlxalq Respublika Müsabiqələri Laureatları Abdinzadə Cəmalə və İsayeva Jalə “Alban xalq mövzuları əsasında süita” (F.Əmirova-E.Nəzirova) musiqi əsərini səsləndirdi. Daha sonra professor Gülzar Mahmudova tələbələrin belə bir mövzuda maariflənməsini çox təqdirəlayiq bir hal olduğunu söyləyərək, bu işdə əməyi keçən hər bir tələbəni alqışladı və onlara Lütfi-Zadənin müdrik kəlamlarını həyatda özlərinə şüar seçməyi arzu etdi. 1 iyun 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında onlayn rejimdə növbəti seminar keçirilmişdir. Seminarda elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, Azərbaycan Respublikası Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü, bəstəkar Rüfət Ramazanov “Xor musiqisinin tarixi və onun Azərbaycanda inkişaf mərhələləri” adlı elmi məruzəsi ilə çıxış etmişdir. Məruzəçi qədim tarixi inkişaf mərhələlərinə malik olan xor mədəniyyətinin təzahürü və dünya xalqlarının musiqisində geniş vüsət tapmasından danışarkən, olduqca maraqlı tarixi faktlara əsaslanmışdır. Qədim Yunan, Bizans xor mədəniyyətləri və daha sonra orta əsrlərdə Qərbi Avropa ölkələrinin professional xor sənəti haqqında ətraflı məruzə edən Rüfət Ramazanov, eyni zamanda da, kotolik kilsələrində səslənən xor musiqisini də araşdıraraq seminar iştirakçılarının nəzərinə çatdırmışdır. 26
Daha sonra məruzəçi xor musiqisinin Azərbaycanda inkişaf mərhələləri haqqında məlumat vermişdir. Azərbaycanda ilk xor mədəniyyətinin banisi dahi Üzeyir Hacıbəyli olduğunu vurğulayan məruzəçi, 1926-cı ildə Azərbaycan Dövlət Konservatoriyasında ilk çoxsəsli Azərbaycan xorunun da yaradılmasının məhz Üzeyir bəyə məxsus olduğunu qeyd etdi. Xor musiqisi daha sonralar müxtəlif nəsil Azərbaycan bəstəkarlarının yaradıcılıqlarında yüksək professionallıqla öz parlaq təcəssümünü tapmışdır deyən məruzəçi Rüfət Ramazanov, müasir dövrün xor musiqisi haqqında məlumat verərək müxtəlif nümunələrlə seminarını davam etdirmişdir. Məruzəçi bəstəkar Rüfət Ramazanov seminarın sonunda öz yaradıcılığına müraciət edərək Y.İmrənin sözləri əsasında qələmə aldığı “Zərrələr” qarışıq a kapella xoru üçün silsiləsini və İ.Nəsiminin sözlərinə “İki qəzəl” qarışıq a kapella xoru üçün yazılmış əsərlərinin video yazısını seminar iştirakçılarının nəzərinə çatdırmışdır. Seminarın sonunda çıxış edən elmi–tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, xüsusilə dinləmək üçün təqdim olunan bəstəkarın öz yaradıcılığına müraciət etməsini alqışlayaraq, əsərlərin Azərbaycan xor musiqisinnin dəyərli nümunələri olduğunu vurğuladı. Elmi seminar və dinlənilən əsərlər haqqında müxtəlif dəyərli fikirlər söyləyən elmi-tədqiqat laboratoriyasının əməkdaşları: Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Fidan Nəsirova, elmi işçi Nigar Bayramova və digərləri tərəfindən mövzu ətrafında suallar verilərək maraqlı diskussiyalar aparılmışdır. 2 iyun 2021-ci il tarixində Bakı Musiqi Akademiyasında təşkil edilmiş İngilis dili klubunu müvəffəqiyyətlə bitirmiş tələbələr yekun təqdimatlarla çıxış ediblər. Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin tələbələri Nəzrin Babayeva, Mədinə Hüseynova, Nüşabə Hacıyeva və Elnurə Sadıqova, İfaçılıq fakültəsinin tələbələri Günel İsmayılova, Osman Mustafazadə, Sübhan Rüstəmov və Kamran Talıblı, Tarix-nəzəriyyə fakültəsinin tələbələri Gülər Babayeva və Müjgan Məmmədli dərslərdə aktiv iştirak etmiş və kursu uğurla keçmişlər. Qeyd edək ki, 2020/21-ci tədris ilində Bakı Musiqi Akademiyasında İngilis Dili Klubu British Council tərəfindən elan olunan Creative Spark proqramı çərçivəsində təşkil edilib və İngilis dili dərslərini BMA tələbələri üçün Azərbaycan Memarlıq və İnşaat Universitetinin Strateji planlaşdırma şöbəsinin müdiri, AZMİU-da Creative Spark proqramının meneceri Türkan Əliyeva tədris edib. Onlayn tədbirdə Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova klubu uğurla bitirmiş tələbələri təbrik etmiş və onlara uğurlar arzulamışdır. Britaniya Şurasının Təhsil proqramları üzrə koordinatoru Sevinc Ağazadə Creative Spark proqramının tələbələrin inkişafı üçün yaratdığı imkanları və İngilis dili biliklərinin təkmilləşdirilməsi üçün İngilis dili klubunun əhəmiyyətini qeyd etmiş, təqdimatlarını uğurla etmiş tələbələri təbrik etmişdir.
21 iyun 2021-ci il tarixində Böyük Vətən Müharibəsinin başlanmasının 80 illiyinə həsr olunmuş “День Памяти и Скорби” adlı Beynəlxalq tədbir keçirilmişdir. Tədbir Bakı Dövlət Universitetindəki “Russkiy Mir” Fondunun Rus Mərkəzi tərəfindən təşkil edilmişdir. Konfrans çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina Bakı Musiqi Akademiyası tələbələrinin "Свеча Памяти" beynəlxalq aksiyasında iştirakı haqqında məlumat vermişdir. Tədbirin musiqi hissəsi Bakı Musiqi Akademiyasının instrumental fakültəsi tələbələri Bahar Məmmədova və Nailə Xasiyeva çıxışları ilə təqdim edilmişdir.
27
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİMİZİN UĞURLARI Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru Elnarə Kəbirlinskayanın I kurs tələbəsi İLQARƏ TALIBOVA 2 müxtəlif Beynəlxalq müsabiqədə uğurla iştirak etmişdir. Belə ki, 27.02.2021-02.03.2021-ci il tarixində Ukraynada keçirilən "Constellation-2021 Spring of our hope" onlayn musiqi müsabiqə-festivalın laureatı, Türkiyədə keçirilən "Bravo" Beynəlxalq onlayn musiqi müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Bu münasibətlə tələbənin müəllimi, professor ELNARA KƏBİRLİNSKAYA da xüsusi diplom və sertifikatla təltif olunmuşdur. 5 may 2021-ci il tarixində keçirilən “Tessa” beynəlxalq instrumental janr və akademik vokal müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor asissenti, Əməkdar incəsənət xadimi RÜFƏT AXUNDZADƏnin tələbələri FƏRİD HACIYEV Qrand pri və MEHMAN SƏLİMOV I yerə layiq görülərək diplomla təltif olunmuşlar. Müəllim R.Axundova isə təşəkkür məktubu təqdim edilmişdir.
11.05.2021-26.05.2021 tarixlərində (Türkiyə-Ukrayna) keçirilən I Beynəlxalq "Musiqi Ca Renaissance" Müsabiqəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "İxtisas-Fortepiano" kafedrasının tələbələri III kurs NURAY BAYRAMOVA və magistr pilləsinin I kurs tələbəsi ALİYƏ AĞAYEVA I yerə layiq görülüblər. Bu münasibətlə müəllim, dosent GÜLNARƏ MİRZƏYEVAya da təşəkkür məktubu ünvanlanıb.
2021-ci il may ayında Polşada onlayn qaydada keçirilən "XVII İnternational Culture Caravan" adlı müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının truba ixtisası üzrə tələbəsi FƏRİD HACIYEV Qrand Pri mükafatı alaraq, diplomla təltif edilmişdir. Müəllim, BMA-nın dosenti RÜFƏT AXUNDZADƏ və müşayiətçi ARZU ƏSGƏRLİyə isə təşəkkür məktubu təqdim edilmişdir.
28
20-25 may 2021-ci il tarixində keçirilən gənc musiqiçilərin iştirak etdiyi lV beynəlxalq “EVGENİ MİKALADZE” müsabiqəsində Bakı Musiqi Akademiyasının tələbəsi OSMAN MUSTAFAZADƏ Qrand Pri (İrakli Beridze adına) mükafata layiq görülərək, diplomla təltif olunmuşdur.
28-30 may 2021-ci il tarixində Barselona şəhərində onlayn formada gənc ifaçılardan ibarət rus klassik musiqisinin “Русская альборада” adlı VI Beynəlxalq müsabiqəsi keçirilmişdir. Fortepiano nominasiyası üzrə münsif heyətinin tərkibində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tədris İşləri üzrə prorektoru, professor, Əməkdar müəllim, Pedaqoji elmlər namizədi Nərminə Quliyeva iştirak etmişdir. Müxtəlif nominasiyalar üzrə keçirilən müsabiqədə iştirak edən Bakı Musiqi Akadmeiyasının tələbələri, Fortepiano-solo nominasiyası: ƏZİZƏ AĞAZADƏ (I yer; müəllim: professor SAMİRƏ AŞUMOVA), MƏRYƏM MƏMMƏDOVA (I yer; müəllim: dosent NƏRGİZ SALMANLI), RƏHİMƏ ƏHMƏDOVA (II yer; müəllim: professor YEGANƏ AXUNDOVA), İLQARƏ TALIBOVA (II yer; müəllim: professor ELNARƏ KƏBİRLİNSKAYA), PƏRVİN ƏSGƏROVA (II yer; müəllim: NƏRGİZ MANSUROVA), CƏMİLƏ BƏŞİRLİ (II yer; müəllim: SEVDA BABAZADƏ), ARİAN GHAHRAMANİ (III yer; müəllim: NƏRGİZ KƏNGƏRLİ); İnstrumental ifaçılar nominasiyası: İLAHƏ MƏMMƏDOVA (fleyta, II yer; müəllim: dosent ORXAN ZEYNALLI), İnstrumental ansamblı nominasiyası: CAMALƏ ABDİNZADƏ – JALƏ İSLAMOVA (I yer, müəllim: professor NƏZAKƏT RİMAZİ); Vokal nominasiyası: NİGAR RƏHİMOVA (III yer, müəllim: professor XURAMAN QASIMOVA). 2021-ci ilin iyun ayında Qazaxıstanın Almatı şəhərində keçirilən (online) müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının I kurs tələbələri TASURA HÜSEYNOVA və AYAN HƏSƏNOVA II yerə layiq görülüblər. (Müəllim: Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Baş müəllim SEVDA MƏMMƏDOVA)
“Nizami Gəncəvi ili"nin qeyd edilməsi çərçivəsində
2021-ci ilin aprel-iyun aylarında "Puşkin və Nizami planetar əhəmiyyətli ən böyük yaradıcılarıdır" mövzusunda onlayn müsabiqə keçirilmişdir. Müsabiqə Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Respublikasındakı Rusiya Federasiyasının Səfirliyi, Azərbaycan Respublikasındakı Rossotrudniçestvonun Nümayəndəliyi, Azərbaycanın Rus icması tərəfindən təşkil edilmişdir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri: CƏMALƏ ABDİNZADƏ, NAİLƏ XASİYEVA, LEYLA C AVA D O VA , T O M R İ S H Ə S Ə N O VA , B A H A R MƏMMƏDOVA, EMİL İSMAYILOV və MAHİR TAĞIZADƏ müsabiqənin “Musiqi” kateqoriyasının qalibləri olmuşdurlar. BMA-nın tələbələri üçün müsabiqə proqramının təşkilatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının baş müəllimi ALYONA İNYAKİNA idi. 18 iyun 2021-ci il tarixində Rusiya Məlumat və Mədəniyyət Mərkəzində BMA tələbələrinin konserti və qaliblərin mükafatlandırılması keçirilmişdir.
BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov
BU BU NÖMRƏDƏ NÖMRƏDƏ YAZIRLAR YAZIRLAR
Könül Hüseynova
Fidan Nəsirova
Nigar Bayramova
Könül Əhmədova
Röya Hüseynova
Mənsurə Quliyeva
Fidan Hüseynova
Özləm Əliyeva
BİZİMLƏ ƏLAQƏ: Tel: (+99412) 493 80 00 Facebook: Baku Music Academy Email: humbatov.vugar@gmail.com Elektron jurnal: issuu.com/vugarhumbatov