Mezzo № 16

Page 37

Hidayət Əliyev (müəllim: professor Natavan Şeyxova) çıxış ediblər. Master-klasslarda Hendelin, Vivaldinin ariyaları səsləndirildi. Sergeis Jegers tələbələrin ifalarını dinləyərək öz fikirlərini bildirmiş, sonda öz ifalarını kontr-tenor səslə nümayiş etdirmişdir. 24 noyabr 2017-ci il tarixində Friderik Şopen adına Varşava Musiqi Akademiyasının assistenti Bryla Aqnieszka Przemtk tərəfindən ustad dərs keçirilmişdir. Qeyd etmək lazımdır ki, açıq dərs son dərəcə maraqlı və fəal bir məkanda keçirilirdi (mühitin də böyük əhəmiyyəti var). Diqqəti cəlb edən o idi ki, Bryla Aqnieszka pianoçunun diqqətini hər bir musiqi məqamına böyük bacarıqla cəlb edə bilirdi: heç bir musiqi parçası, heç bir dinamik, tembr göstərişləri, o cümlədən bəstəkar tərəfindən irəli sürülən ştrixlər onun diqqətindən yayınmırdı. Bununla da tələbədə fikrin cəmləşdirilməsi inkişaf etdirilərək, onda məsuliyyəti artırır, musiqi mətninin qüsursuz bir şəkildə oxunmasına diqqət yetirilirdi. Çünki yalnız bur cür yolla bu və ya digər əsərin musiqi məzmununu ifadə etmək mümkündür. Pianoçuluq baxımdan texniki çətinliklərin aradan qaldırılması üçün məsləhətlər verərək, Bryla Aqnieszka ifaçıya texnikanı məqsədə çevirməyi məsləhət bilmir, əksinə, texnikadan musiqi obrazının ifadəsi üçün vasitə kimi istifadə etməyi tövsiyə edir. Təqdim olunmuş musiqi materialının arasında o, ən iri və ən xırda məqamları, bu və ya digər musiqi elementlərini seçib müəyyənləşdirməyi təklif edərək, bir növ müəyyən faktura yaratmağı tövsiyə edir. 6-7 dekabr 2017-ci il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında İspaniyanın məşhur pianoçusu, Alfonso X Kral Universitetinin və Vigo Konservatoriyasının professoru, beynəlxalq müsabiqələrin jüri heyətinin üzvü Pablo Vigo Galdo, fortepiano fakültəsinin tələbələri üçün ustadlıq dərsləri keçib. Ustad dərslərində Nərgiz Əliyeva (F.List “Tarantella), Fidan Mirheydərzadə (F.Şopen “Etüd” № 12 c-moll”), Tofiq Şıxıyev (Y.Brams “Sonata” f-moll), Rəşid Behbudov (F.Şopen “Konsert” e-moll I h), Fuad Əlizadə (F.Şopen “Ballada” №1 g-moll), Vüsalə Babayeva (F.Şopen “Andante spianato and Grand Brilliant Polonaise”), Aytən Həşimli (F.Şopen 2 Mazurka), Nəriman Əmiraslanov (Şubert-List “Ave Mariya”), Ceyran İsayeva (L.V.Bethoven “Sonata” №7 D-dur II, III h.), Nigar Heydərli (L.V.Bethoven “Sonata” №17 d-moll II, III h.) iştirak ediblər. Həmçinin BMA nəzdində məktəb-studiyanın üçüncü sinif şagirdi Z.Şükürova ustad dərsində iştirak edərək İ.Benda Sonatina а-moll; S.Şaminad Elegiya d-moll əsərlərini ifa edib. Hər bir iştirakçını diqqətlə dinləyən professor Pablo Galdo öz tövsiyyələrini, məsləhətlərini onlarla bölüşüb, fortepianoda ifa metodikası, səslənmə, pedalizasiya haqqında məruzələr aparıb. Keçirilən ustad dərsləri tələbə və müəllim heyətinin marağına səbəb olmaqla bərabər, böyük rəğbətini də qazanıb. Professor Pablo Vigo Galdo tələbələrə gələcək işlərində uğurlar arzulayıb.

35


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.