Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisistik İnformasiya jurnalı
YANVAR - FEVRAL - MART 2021/№27
“ƏZİZ ŞUŞA, SƏN AZADSAN! ƏZİZ ŞUŞA, BİZ QAYITMIŞIQ! ƏZİZ ŞUŞA, BİZ SƏNİ DİRÇƏLDƏCƏYİK! ŞUŞA BİZİMDİR! QARABAĞ BİZİMDİR! QARABAĞ AZƏRBAYCANDIR!” İLHAM ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva yanvarın 14-də və martın 16-da Azərbaycanın işğaldan azad edilən mədəniyyət paytaxtı Şuşa şəhərində olublar. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı ucaldıb daha sonra Şuşa şəhərindəki Saatlı məscidini, Gövhərağa və Yuxarı Gövhərağa məscidlərini ziyarət edib məscidlərə “Qurani-Şərif” bağışlayıblar. Səfəri çərçivəsində Prezident və ailə üzvləri 30 ilə yaxın Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılan dahi şəxsiyyətlərimizin – Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün güllələnmiş büstlərini tarixi yerlərinə qaytarıb və abidələrin açılışını ediblər. Daha sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva keçmiş Şuşa Rayon Partiya Komitəsinin binasında olub, həmçinin hərbiçilərlə görüşüblər. Şuşadakı Natəvan bulağı ilə tanış olan Prezident İlham Əliyev və ailə üzvləri Bülbülün dağıdılmış evmuzeyinə baxıb, Şuşadakı Qazançı kilsəsində olublar. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva vaxtilə Molla Pənah Vaqifin büstünün olduğu yerə gəlib həmçinin Cıdır düzündə çay süfrəsinə qonaq olublar. Mənbə: President.az
FƏRHAD BƏDƏLBƏYLİ: “ŞUŞAYA QALİB KİMİ GƏLMİŞİK” Qarabağ həsrəti ilə Azərbaycan xalqı 30 ilə yaxın yaşadı. Mənfur düşmən Azərbaycanın ən gözəl torpaqlarını, ərazisinin 20 % -ni işğal edərək talan etmiş, soyqırım törətmiş, Qarabağda yaşayan bütün azərbaycanlıları öz ata-baba yurdlarından didərgin salmışdı. Bu ədalətli mübarizədə sülh tərəfdarı olan Azərbaycan dövlətinin bütün cəhdlərinə baxmayaraq azğın düşmən öz mənfur maraqlarından əl çəkməyərək işğalçı siyasətini davam etdirmək niyyətində idi. Belə vəziyyət uzun sürə bilməzdi. Nəhayət bu haqsızlığa Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində son qoyuldu. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan igidləri bu savaş uğrunda tökülən qanların qisasını almış oldu. Biz Qarabağımıza qovuşduq! Biz Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın və Bülbülün vətəni olan mədəniyyətimizin beşiyi Şuşamıza qovuşduq. Əslən Şuşadan olan Azərbaycanın Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli, Şuşamız, Qarabağımız azad olana qədər böyük ürək ağrısı ilə hər tədbirdə, hər qastrol səfərlərində bu haqda söhbət açır və Qarabağ arzusunu dilə gətirirdi. Vətən müharibəsindən sonra 24 yanvar 2021-ci ildə Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birgə Şuşa şəhərinə səfər etdilər. Yerli mətbuata verdiyi müsahibədə Fərhad Bədəlbəyli Şuşa şəhərini bütünlüklə gəzdiklərini qeyd edib. Səfər təəssüratını jurnalistlərlə bölüşən F.Bədəlbəyli bildirib: “Biz Şuşaya gedərkən Füzuli rayonundan keçirdik. Orada bütün kəndlər darmadağın olmuşdu, heç bir dənə də olsun salamat bina görə bilmədik. Bu bizə çox pis təsir elədi. Sanki bir kino idi, hələ belə şey görməmişəm. Doğrudur, televiziyada işğaldan azad olunmuş ərazilərdəki dağıntıları görürdüm, lakin bunu öz gözünlə görəndə insan dəhşətə gəlir. Təsəvvür edin, hər yerdə, yolun sağında, solunda minaların olması ilə bağlı xəbərdarlıqlar yerləşdirilib. Ermənilər hələ də bizə minaların yerini demirlər. Neçə il lazımdır ki, bu torpaqları təmizləyək... Şuşa postuna qədər bizi sülhməramlılar və öz əsgərlərimiz ötürdü. Əsgərlərimiz bizi səmimi salamlayırdılar. Biz onlar üçün corab, papaq, əlcək, siqaret aparmışdıq. Yəni maşınlarımızı nə qədər mümkün idisə doldurmuşduq...” Daha sonra o ölməz sənətkar Bülbülün evini ziyarət etməsindən danışıb: “2008-ci ildə biz Qarabağa səfər edən zaman Polad Bülbüloğlunun evinə getmişdik. Təbii ki, çox kədərli hislər yaşadıq. Gördüklərimiz bizim üçün xoşagəlməz mənzərə idi. Çünki Şuşa düşmən tapdağı altında idi. Amma bu dəfə azad Şuşaya qalib kimi gəlmişik. Sağ olsun Cənab Prezidentimiz, şəxsən Polada tapşırıq verdi ki, gəl atanın evini təmir et! Mən, Polad müəllim və memar Rizvan Zeynalov bir yerdə gəlib evə baxdıq. Bülbülün Ev muzeyi necə olmalıdır, necə təmir edilməlidir, orada hansı işləri görmək lazımdır kimi planlar quruldu. Bu, çox vacib idi. Sonra Şuşada yerləşdirilən güllələnmiş büstlərə baş çəkdik, Üzeyir Hacıbəyov, Xan qızı Natəvan və Bülbülün büstlərini ziyarət etdik. Ondan sonra əlbəttə ki, Cıdır düzündə olduq, gəncliyimizi yada saldıq." F.Bədəlbəyli öz müsahibəsində Azərbaycan əsgərinin necə igidiklə savaşdığını da qeyd edərək bildirib: “Cıdır düzündə də oldum. Oradan bir qədər aşağıya baxırdım və heç cür başa düşə bilmirdim ki, bizim əsgərlər əllərində avtomatla, silahlarla o dağları necə qalxıblar. Bu, möcüzədir! Bunu ancaq qəhrəmanlıq filmlərində görürdük. Onlar kino idi, amma Şuşadakı döyüşlər həqiqətdir. Azərbaycan aslanları bunu edib. İndi deyirlər ki, Şuşa döyüşləri haqda bütün hərbi tədris ocaqlarında danışılacaq, öyrəniləcək. Daşaltıda biz Riyad Əhmədovu yada saldıq. Riyad 1993-cü ildə orada qəhrəmancasına həlak olmuşdu. Bildiyiniz kimi, həmin vaxt çox xoşagəlməz hadisələr baş vermişdi, satqınlıq olmuşdu. Ürəyimdə dedim ki, “Riyad, sənin qanın yerdə qalmadı, əsgərlərimiz sənin qisasını aldılar”. 2
Həmçinin Fərhad Bədəlbəyli Şuşaya ziyarəti zamanı atası, Azərbaycanın tanınmış aktyorrejissoru Şəmsi Bədəlbəylinin evini tapa bilmədiyini qeyd edib: “Atamın evini yandırıb dağıdıblar. Ona görə onun yerini heç cür tapa bilmədim.” Bu isə bir daha vandal düşmənin törətdiyi vəhşiliklərə sübutdur. Mədəniyyətin mərkəzinə çevriləcək Şuşamızda F.Bədəlbəyli bundan sonra keçiriləcək festival və tədbirlər haqqında da danışaraq, öz istəklərini dilə gətirdi: “İndi artıq quruculuq dövrüdür. Hər birimiz fikirləşməliyik ki, Şuşanı öz əvvəlki gözəl vəziyyətinə qaytarmaq üçün nə edək. Əlbəttə ki, ilk növbədə məktəblər tikilməlidir. Çünki təhsil çox vacibdir. Bildiyiniz kimi, Şuşada əvvəllər “Şuşa gimnaziyası” fəaliyyət göstərirdi, orada fransız dilində dərslər keçirilirdi. İndi də məktəblər, təhsil ocaqları, mədəniyyət evləri tikilməlidir. Sovet dövründə Şuşanın arxitekturasını korlayıb, 5 mərtəbəli “xruşovkalar” tikilmişdi. Fikrimcə, bu binalar sökülüb, yerində tamamilə fərqli Şuşa qurulacaq. Beləliklə, Şuşanı muzeyşəhər kimi bərpa etməliyik, necə ki, İçərişəhəri etmişik. Əlbəttə ki, ilk növbədə “Xarı-bülbül” festivalını bərpa edəcəyik. Fikrim var orada təxminən iyun-iyul aylarında yay akademiyası təşkil edim, peşəkarlar orada ustad dərsləri keçsinlər. Hətta mən də gedib musiqi tarixi haqqında mühazirələr oxuyardım...” Gözəl təəssüratlarla doğma yurdu Şuşadan qayıdan Bədəlbəyli bu günləri görəcəyinə hər zaman əminliklə inandığını qeyd edərək Ali Baş Komandan və Müzəffər Azərbaycan Ordusuna öz dərin təşəkkürünü bildirdi. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
3
İKİNCİ QARABAĞ MÜHARİBƏSİNDƏ FƏAL İŞTİRAK ETMİŞ BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏ VƏ MƏZUNLARI 1980-ci illərdən başlayan Azərbaycan və Ermənistan arasında gedən Qarabağ konflikti 1992-ci ilin qışında tərəflər arasında yaranan genişmiqyaslı döyüşlərlə nəticələnmişdi. 1994-cü ilə qədər sürən bu döyüşlərdə Azərbaycan tərəfi 11.557 hərbçi şəhid verdi, 50.000 yaralı əsgər, 4210 itkin düşmüş əsgər, 1.000.000-na yaxın azərbaycanlı məcburi köçkün, çox sayda sivil əhali isə həlak oldu və Azərbaycan torpaqlarının 20% ərazisi Ermənistan tərəfindən işğal altına keçdi. 1994-cü ildə atəşkəs imzalandı. Atəşkəs imzalanmasına baxmayaraq Ermənistan tərəfi uzun illərdir Azərbaycana təzyiqlər göstərir, dəfələrlə ciddi şəkildə atəşkəsi pozurdular. 2020-ci ildə daha da gərginləşən bu vəziyyət atəşkəsdən sonra ən uzun müddətli və gərgin döyüş oldu. Heç bir sülh danışıqlarına gəlməyən, imzalanmış sənədlərə məhəl qoymayan, azğın düşmənə artıq layiqli cavab verməyin zamanı çatmışdı. Azərbaycanın sərhəd ərazilərini hər tərəfdən ağır artilleriyalarla atəşə tutan, dinc əhalini öldürən düşmən tərəfi, Azərbaycanın Ali Baş Komandanının rəhbərliyi ilə Müzəffər ordumuz tərəfindən “Dəmir Yumruq” əməliyyatı ilə məğlub edildi. Azərbaycan ordusu düşmənin zənn etdiyi kimi zəif və hazırlıqsız deyildi. İllərdi ordumuzun gücləndirilməsi işləri aparılırdı. Müasir silahlarla təchiz olunmuş ordumuz yüksək səviyyəli təlimlər keçmişdi. Xüsusi təyinatlı döyüşçülərimiz ən yaxşı hərbi məktəblərdə dərs almış, ən ağır döyüşlərə hazırlaşmışdılar. Ali Baş Komandanımız İlham Əliyev 2020-ci ilin sentyabr ayında qismən səfərbərlik elan etdiyi zaman gənclərimiz könüllü olaraq orduya qoşulur, düşmən tapdağı altında inləyən torpaqlarımızı azad etməyə yollanırdılar. Hər kəs orduya getməyə can atır, canını vətənin azadlığı uğrunda qurban verməyə hazır idi. 44 günlük Vətən Müharibəsində biz bir xalq olaraq birliyimizi, gücümüzü bu savaşda göstərdik. Qələbə qazanan Azərbaycanın Müzəffər ordusunun haqq uğrunda qəhrəmancasına vuruşan əsgərlərinin ağılasığmaz şücaəti, döyüş taktikaları bütün dünyanı heyrətə gətirdi və hələ uzun müddət bu mübarizlik, bu qəhrəmanlıq haqda danışılacaqdır. İllərdir həsrətində olduğumuz Bülbülün səsi, Xanın avazının gəldiyi incəsənətimizin beşiyi olan, Üzeyir bəy ocağı, Qarabağın gözü Şuşa şəhərinin düşmən əsarətindən azad olunmasında, əlbəyaxa, əfsanəvi döyüşlər dillər əzbəri oldu. Şuşanın işğaldan azad olunması Qarabağ müharibəsinin həlledici məqamına çevrildi və Ali Baş Komandan bu sevindirici xəbəri rəsmi olaraq Şəhidlər Xiyabanından qürurla bir başa verməklə, canlarını azadlıq yolunda qurban vermiş şəhidlərimizin qanının yerdə qalmadığını bəyan etmiş oldu. İncəsənət aləmində öz sözünü demiş oğullarımız, gənclərimiz də bu savaşda geridə qalmadı. Öz sənətlərini unudaraq, ondan önəmli olan vətənimizin müdafiəsinə könüllü olaraq qatıldılar. Təməli Üzeyir Hacıbəyli tərəfindən qoyulmuş musiqi təhsil ocağı olan Bakı Musiqi Akademiyasının tələbə və məzunları - gənc igidlərimiz də ordu sıralarına qoşuldular. Onlarla görüşlər zamanı qəhrəmanlarımızın döyüş xatirələrini dinlədikcə qürur duyur, onlarla fəxr etdik. Onların hər biri çox çətin savaşlardan, sınaqlardan keçmişdir. Bakı Musiqi Akademiyasının igid tələbə və məzunlarını yaxından tanıyaq. QARAYEV ATƏŞ İBRAHİM OĞLU - 10 avqust 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2012-2014-cü ildə Hərbi Xidmətdə olmuş, 20142018-ci illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsinin “Vokal” ixtisası üzrə bakalavr pilləsində təhsil almışdır. Təhsil aldığı müddətdə Azərbaycan Dövlət Akademik Opera Balet Teatrının və Azərbaycan Dövlət Akademik Musiqili Teatrının solisti olub. 2020-ci ildə Qarabağ Müharibəsinə səfərbərlik elan edildikdə könüllü olaraq müraciət etmiş və Cəbrayıl, Hadrut, Xocəvənd, Şuşa uğrunda gedən döyüşlərdə uğurla iştirak etmişdir. Azərbaycan Respublikası Prezidentinin “Gənclər günü” münasibətilə 2 fevral 2021-ci ildə imzaladığı Sərəncamla Atəş Qarayev Gənclər üçün Prezident mükafatına layiq görülüb. Rusiyanın Bolşoy Teatrının gənclər truppasının ilk azərbaycanlı solisti olmuşdur. Hal-hazırda Ankara Dövlət Operasının solistidir. 4
MƏMMƏDZADƏ VÜQAR ƏBDÜLƏLİ OĞLU - 25 oktyabr 1996-cı ildə Bakı şəhərində anadan olmuşdur. 2014-cü il Musiqi Kollecinin “tar ifaçılığı” sinfini, 2019-cu ildə isə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Tarix-nəzəriyyə” fakültəsinin, “Bəstəkarlıq” ixtisasının bakalavr pilləsini bitirmişdir. (prof. A.Əzimovun sinfi). Bir çox beynəlxalq və respublika müsabiqələrinin laureatı kimi, müxtəlif janrlı əsərlərin müəllifidir. 2020-ci il Almaniyanın R.Şuman adına Düsseldorf Konservatoriyasına qəbul olmuş lakin pandemiya səbəbindən gedə bilməmişdir. 23 iyul 2020-ci il tarixində Milli Ordu sıralarına hərbi xidmətə yollanaraq Vətən Müharibəsi başlanan müddətdən cəbhə bölgələrində - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa uğrunda gedən döyüşlərdə iştirak etmiş və yaralanmışdır. Döyüşlərdə göstərdiyi şücaətə görə "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilmişdir. 2021-ci ildə “Gənclər günü” münasibətilə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin ən yaxşı bəstəkarı” nominasiyası üzrə mükafata layiq görülüb. Vüqar Məmmədzadəyə Milli Məclisin Mədəniyyət Komitəsinin təbrik və təşəkkür məktubu təqdim edilib. Qarabağ Vətən Müharibəsi qazisidir.
BAYRAMOV MURAD OQTAY OĞLU – 08 oktyabr 1998-ci ildə Bakıda anadan olmuşdur. 2015-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakültəsinə qəbul olmuşdur. O, təhsilini 2019-cu ildə bitirmiş, 2020-ci ildə Hərbi xidmətdə olmuşdur. Qarabağ müharibəsi başlayan andan könüllü olaraq müraciət etmiş Murad Bayramov, Füzuli, Cəbrayıl, Xocəvənd, Hadrut, Şuşa uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir.
ƏMİRLİ ADİL BƏXTİYAR OĞLU – 22 may 1999-cu ildə Xaçmaz şəhərində anadan olmuşdur. 2020-ci ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi müəllimliyi” ixtisası üzrə bakalavr pilləsinin I kursuna qəbul olmuş, lakin qəbul olduğu il Qarabağ müharibəsi hərbi çağırışlarına çağırılmış və müharibəyə yollanmışdır. Füzuli, Xocəvənd, Cəbrayıl döyüşlərində şücaətlə döyüşmüşdür. Hal-hazırda Bakı Musiqi Akademiyasının I kurs tələbəsidir.
QULUZADƏ ƏZİZAĞA RÖVŞƏN OĞLU – 26 iyun 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. 2016-cı ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İfaçılıq” fakültəsinin “Simli alətlər” kafedrasına skripka ixtisası üzrə bakalavr pilləsinə daxil olmuşdur. 2020-ci ildə təhsilini bitirib hərbi xidmətə yollanmışdır. Hərbi xidmətdə olduğu dövürdə Qarabağ müharibəsi başladığı üçün hərbidən döyüşlərə yollanmış, Füzuli, Xocavənd bölgələrində gedən döyüşlərdə məharətlə döyüşmüşdür. FİDAN HÜSEYNOVA BMA Yeni Azərbaycan Partiyasının sədri, BMA Həmkarlar İttifaqı Komitəsinin sədr müavini 5
TƏBRİK EDİRİK! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev fevralın 8-də Yusif Yevgenyeviç Axundzadənin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Tanınmış hərbi dirijor, Azərbaycan Respublikasının Xalq artisti, pedaqoq Yusif Axundzadə Azərbaycanda musiqi sənətinin inkişafında xidmətlərinə görə təltif olunub. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Nəfəs və zərb alətləri kafedrasının müdiri, Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, general-mayor Yusif Axundzadənin Fevralın 6-da 75 yaşı tamam olub. Biz də öz növbəmizdə dəyərli Yusif müəllimi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı arzulayırıq.
Многоуважаемый Мурад Магометович! От имени коллектива Бакинской Музыкальной Академии им.У.Гаджибейли и от себя лично поздравляю Вас со знаменательными событиями - 90-летним юбилеем, присуждением ордена «Достлуг» («Дружба») и «Почетного диплома Президента Азербайджанской Республики»! Эти награды связаны между собой делом всей Вашей жизни, искренней приверженностью лучшим традициям музыкального искусства, сохранением и развитием культурных связей между народами. Ваш славный творческий путь, насыщенный яркими событиями и большими достижениями, волей судьбы начался в стенах нашего учебного заведения. Мы гордимся, что такой самобытный композитор, дирижер и педагог, наделенный поистине неиссякаемой созидательной энергией, является нашим выпускником! В этот знаменательный для Вас день желаем крепкого здоровья, благополучия и творческого вдохновения! С уважением, народный артист СССР и Азербайджана, ректор Бакинской Музыкальной Академии им. Узеира Гаджибейли, профессор Фархад Бадалбейли 30.01.2021
Глубокоуважаемый Фархад Шамсиевич! Огромное спасибо за теплое и душевное поздравление. Да, я высоко ценю годы обучения в Азербайджанской Государственной Консерватории имени Узеира Гаджибекова, здесь я встретился с великими деятелями культуры Азербайджана: Кара Караевым, Фикретом Амировым, Тофиком Кулиевым, Афрасиябом и Шамси Бадалбейли, маэстро Ниязи, Арифом Меликовым, Васифом Адыгезаловым, Тофиком Бакихановым. Будучи совсем молодым, имел возможность услышать и увидеть Великого Узеира Гаджибекова. Всегда помню Вашу встречу со мной в Академии, в тот день у меня глубоко билось сердце от самой встречи и от воспоминаний, нахлынувших на меня. Вам огромное спасибо за поздравление и я счастлив что смог оставить после себя такие воспоминания на своей родине Азербайджана, там где в свои годы я имел встречи с великим Гейдаром Алиевичем, а так же имел близких друзей и однокашников. Всегда помню первое своё публичное выступление в консерватории, в мае 1949 года, афиша которой до их пор хранится в моём архиве, затем моё выступление с оркестром в 1953 году на сцене летней филармонии где я солировал как пианист в своём произведении симфоническая поэма "Памяти 28 героев Панфиловцев". Звучал оркестр под управлением Афрасияба Бадалбейли, замечательным музыкантом и человеком с которым я дружил. Как сейчас помню свой концерт в Государственной Азербайджанской Филармонии, 4 февраля 1962 года, где я впервые дирижировал оркестром имени Узеира Гаджибекова в своём авторском вечере, совпадение 8 февраля этого же года родился мой сын Хаджимурад и конечно незабываемые встречи с Вами в театре песни Рашида Бейбутова и в помещении Академии. Передайте поклон и мои благодарности Всем Вашим коллегам! С уважением и дружбой Мурад Кажлаев 6 04.02.2021
TƏHSİL NAZİRLİYİ YANINDA İCTİMAİ ŞURA VƏ “AZEDU ACADEMY”-NİN BİRGƏ TƏŞƏBBÜSÜ İLƏ “XXI ƏSRİN UNİVERSİTET MODELİ” MÖVZUSUNDA ONLAYN FORMATDA MÜZAKİRƏ KEÇİRİLİB 21 yanvar 2021-ci il tarixində Təhsil Nazirliyi yanında İctimai Şura və “Azedu Academy”-nin birgə təşəbbüsü ilə “XXI əsrin universitet modeli” mövzusunda onlayn formatda müzakirə keçirilib. Təhsil naziri Emin Əmrullayevin iştirakı ilə keçirilən müzakirəyə nazirlik yanında İctimai şuranın üzvləri, eləcə də qurumun bir sıra əməkdaşları qatılıblar. Müzakirələrdə təhsil nazirinin müşaviri Elnur Nəsibov, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru Cəfər Cəfərov, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov, Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva, Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru İbrahim Cəfərov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudova, ADA Universiteti, Milli Aviasiya Akademiyasının nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynov, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Lənkəran Dövlət Universitetinin rektor əvəzi Natiq İbrahimov, Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusubov, Azərbaycan Texnologiya Universitetinin rektoru Akif Süleymanov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının nümayəndəsi, Azərbaycan Turizm və Menecment Universitetinin rektoru İlham Mədətov, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov, Gömrük Akademiyasının rektoru Qulu Novruzov, Bakı Mühəndislik Universitetinin rektoru Havar Məmmədov, Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlı, "Odlar Yurdu" Universitetinin rektoru Əhməd Vəliyev, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev, Bakı Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov, İdman Akademiyasının rektoru Fuad Hacıyev iştirak ediblər. Mənbə: muallim.edu.az
TƏHSİL NAZİRLİYİNİN TƏŞKİLATÇILIĞI İLƏ SOSİAL MEDİA SAHƏSİNDƏ TƏLİM TƏŞKİL OLUNUB 24 fevral 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nümayəndələri, “2007-2015-ci il Dövlət Proqramı” məzunları, Təhsil Nazirliyi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Zoom proqramı vasitəsilə onlayn təlimdə iştirak ediblər. . Təlim "Sosial media marketinqi nədir?”, “SMM kanalları və onların özəllikləri”, “PR və təhsil sahəsində SMM-in rolu” mövzularını əhatə etdi. İlk öncə təlimi Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov açıq elan edərək, təlimçiləri təqdim etdi. Sonra təlimin açılış nitqini Təhsil Nazirinin müavini Firudin Qurbanov və Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov etdilər. Onlar dezinformasiyanın qarşısının alınması, SMM kanallarında məlumatların düzgün yayılması, Təhsil Nazirliyinin media ilə əməkdaşlığı, peşekar və məsuliyyətli jurnalistikanın, mətbuat xidmətlərinin inkişaf etdirilməsi barədə məlumatlar verdilər. Ardınca söz digər təlimçilərə verildi. Əvvəlcə Koreyada "Sənaye və sistem mühəndisliyi" üzrə ixtisaslaşmış Səyyarə Hüseynova dövrümüzün aktual SMM kanallarından olan "İnstagram" və "Clubhouse" sosial şəbəkələrindən, bu kanalların tarixçəsi, istiqamətləri, dünya və ölkəmiz üzrə istifadəçi statistikası, burada gəlirli məzmunlar, reklam növləri, trendlər, bloger piyarı haqqında video təqdimat formasında ətraflı izah etdi. Digər təlimçi Mançester Universitetinin "Komputer elmləri, biznes və idarətmə" fakültəsinin məzunu Səkinə Vəliyeva Sosial Media Marketinqi, sosial medianın alqoritmi, ən çox istifadə edilən platformalardan və onların özəlliklərindən (facebook, youtube, whatsapp, instagram) bəhs etdi. Daha sonra NewCastle Universitetinin Marketinq üzrə ixtisaslaşmış məzunu Zəhra Məmmədli iştirakçılara "Youtube"un qısa tarixçəsi, onun biznes üçün istifadə qaydaları, "Tiktok" sosial media kanalının təhsil sahəsində istifadə edilə bilməsi barəsində iştirakçılara geniş məlumatlar verdi. Sonda isə iştirakçıların mözvu ilə bağlı bütün sualları ətraflı şəkildə cavablandırıldı və Sosial Media Marketinqi haqqında olan bu təlim hər kəs tərəfindən maraqla qarşılandı. Bakı Musiqi Akademiyasının Mətbaut Xidməti 7
BAKI MUSİQİ AKADEMİYASINDA 20 YANVAR HADİSƏLƏRİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB 19 yanvar 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn qaydada Vətənimizin müstəqilliyi dövründə, son 31 ildə baş verən hadisələrə - xalqımızın azadlığı, dövlət müstəqilliyi uğrunda mübarizəsinə, “Qanlı Yanvar” hadisələrinə və son günlər yaşadığımız Qələbə sevincini bizə bəxş edən Şəhidlərimizə həsr olunmuş “Öncə Vətəndir” mövzusunda online tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açıq elan edən elmi – tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə bildirdi ki, 31 il ərzində bütün xalqımız 20 Yanvar faciəsini qeyd edir və dərin hüzünlə şəhidlərimizi anır. Bu il isə fərqlidir, biz bir xalq olaraq şəhidlərimizin qarşısında başımızı dik tutmuşuq, Qarabağımızda Şanlı Azərbaycan Ordusu, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında Zəfər çalmışdır. Biz Qarabağımıza qovuşmuşuq! Daha sonra çıxış edən Ü.Hacıbəyli adına BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor G.Abdullazadə 20 yanvar hadisələrinin, xalqımızın azadlıq mübarizəsi tarixində qəhrəmanlıq səhifəsi kimi yaddaşlarımıza həkk olunmasını bildirdi. 1990-cı il qanlı 20 Yanvar gecəsində ölkəsinin, xalqının azadlığını, şərəfini hər şeydən uca tutan mərd Vətən oğullarının övladları, bu 31 il ərzində Vətən sevgisi ilə böyüyən igid oğullarımız xalqımıza Böyük Qələbə gününü yaşatdı. G.Abdullazadə öz çıxışında, Azərbaycanın və SSRİ-nin xalq artisti, Ü.Hacıbəyli adına BMA-nın rektoru, professor F.Bədəlbəylinin xüsusi olaraq tədbir iştirakçılarına ünvanlanmış sözlərini çatdırdı: “Fərhad müəllim keçirilən anım gününə xüsusi önəm vermiş və bildirmişdir ki, Qanlı 20 Yanvar və II Qarabağ müharibəsində canlarından keçən, igid oğullarımız vahid amal - Vətənimiz uğrunda Şəhidlik zirvəsinə ucalmışlar!” Tədbirdə şəhidlərimizi hörmətlə yad edən aparıcı elmi işçi, dosent A.Abduləliyev “20 yanvar: Milli müstəqilliyə gedən yol” adlı məruzə ilə çıxış edərək bildirdi ki, Qanlı 20 Yanvar faciəsi Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, azadlıq mübarizəsinin oyanış günü olmuşdur. A.Abduləliyev o müdhiş günlərdə Ümummilli lider Heydər Əliyevin xüsusi nəzarət altında olmasına baxmayaraq hadisələrə düzgün hüquqi-siyasi qiymət verdiyini, xalqının yanında olmasını və Sovet İmperiyasını qəti şəkildə qınadığını bir daha tədbir iştirakçılarına xatırlatdı. Onlayn qaydada keçirilən dəyirmi masada iştirak edən Ü.Hacıbəyli adına BMA-nın tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, əməkdar müəllim, professor N.Quliyeva iştirakçıları salamlayaraq, Allahdan Şəhidlərimizə rəhmət dilədi və bildirdi ki, Bakı Musiqi Akademiyasında hər il 20 Yanvar şəhidləri yad edilir, müxtəlif konfranslar və konsertlər keçirilərək anılır. Yaxın gələcəkdə dəyirmi masaların, konfrans və konsertlərin məhz Şuşada keçirilməsinin vacibliyini bildirdi. Əslən qarabağlı olan tar ustadımız Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyev, “Biz hamımız Vətən yolunda canından keçməyə hazır olan əsgərik! Bir xalq olaraq peşəsindən aslı olmayaraq hər birimiz Ali Baş Komandanımızın ətrafında birləşərək düşmənə qalib gəlmişik” deyərək möhtəşəm ifası ilə anım tədbirinə xüsusi ovqat bəxş etdi. Daha sonra tədbirdə iştirak edən Ü.Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının xalq artisti, professor Y.Axundova, Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, 20 yanvar İB-nin sədri S.Əzimzadə, 20 yanvar fondu-20 yanvar şəhid ailələrinin hüquqlarının təmin olunması İB-nin sədri M.Qocaman, AMEA-sı Gİ-nun Kartoqrafiya şöbəsinin müdiri Ş.Əzizov, Qarabağ müharibəsi əlilləri, qaziləri və şəhid ailələri İB-nin sədri M.Mehdiyev, Almaniyada yaşayan həmyerlimiz, jurnalist E.Həsənov, II qarabağ müharibəsinin qazisi, xüsusi təyinatlı T.İmanov – hər biri öz çıxışlarında şahidi olduqları acı xatirələrindən, faciənin nəticələrinin Azərbaycan xalqının inam və iradəsini qıra bilmədiyindən, daha da Vətən uğrunda mübarizə mücadiləsinin artmasına səbəb olmasından danışdılar. 20 yanvar hadisələrinə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin, daha sonra isə Prezident İlham Əliyev tərəfindən davam etdirilməsini xüsusilə vurğuladılar. Dəyirmi masada çıxışlar arası Vətən uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş musiqi nömrələri Azərbaycan Respublikasının xalq artisti, professor R.Quliyevin birbaşa onlayn ifasında “Qarabağ təranələri”, II Vətən müharibəsində şəhid olmuş Xudayar Yusifzadənin ifasında “Vətən yaxşıdır” təsnifi, Azərbaycan Respublikasının xalq artisti, professor Z.Məmmədovanın ifasında “Qələbə marşı” və bir neçə video çarxlar səsləndirildi. Sənətşünaslıq üzrə fəlsəfə doktoru BMA-nın böyük elmi işçisi MEHPARƏ RZAYEVA
8
BAKI MUSİQİ AKADEMİYASINDA XOCALI SOYQIRIMI QURBANLARI ANILIB 1992-ci il 26 fevral "Xocalı faciəsi" kimi Azərbaycan tarixinin yaddaşına həkk olundu. Ermənistan silahlı qüvvələri bütün beynəlxalq hüquq normalarına zidd olaraq, keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib, azərbaycanlılara qarşı soyqırım aktını törətdi. Bu hərbi təcavüz zamanı şəhər ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində darmadağın edilmiş, dinc sakinlərə amansızcasına divan tutulmuşdu. Yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı Xocalı sakini milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilmişdi. Bu hadisədən sonra 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin təşəbbüsü ilə fevralın 26-sı tarixi “Xocalı faciəsi” kimi qəbul olundu. Heydər Əliyevin 25 fevral 1997-ci ildə verdiyi N 498 qərar nəticəsində, hər il fevral ayının 26-sı saat 17:00-da Azərbaycan Respublikasının ərazisində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq sükut dəqiqəsi elan olunur. Heydər Əliyev Xocalı soyqırımının onuncu ildönümü ilə əlaqədar Azərbaycan xalqına 2002-ci il 25 fevral tarixli müraciətində qeyd edirdi: “Azərbaycan hökuməti və xalqı qarşısında Xocalı soyqırımı və bütövlükdə ermənilərin Dağlıq Qarabağda törətdikləri vəhşiliklər haqqında həqiqətləri olduğu kimi, bütün miqyası və dəhşətləri ilə dünya dövlətlərinə, parlamentlərinə, geniş ictimaiyyətə çatdırmaq, bütün bunların əsl soyqırımı aktı kimi tanınmasına nail olmaq vəzifəsi durur. Digər tərəfdən, faciənin əsl beynəlxalq hüquqi-siyasi qiymət alması, onun ideoloqlarının, təşkilatçılarının və icraçılarının layiqincə cəzalandırılması bütövlükdə insanlığa qarşı yönəlmiş belə qəddar aktların gələcəkdə təkrarlanmaması üçün mühüm şərtdir”- Heydər Əliyev 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xocalı soyqırımı haqqında qeyd etmişdir ki: “Xocalı faciəsi iki yüz ilə yaxın bir müddət ərzində erməni millətçilərinin və onların havadarlarının xalqımıza qarşı apardığı etnik təmizləmə və soyqırım siyasətinin davamı və qanlı səhifəsi idi.” – İlham Əliyev 2017-ci ildə Bakının Azadlıq meydanından, Xətai rayonunda ucaldılmış “Ana Harayı” abidəsinə doğru hərəkətə başlayan yürüşdə, 40 mindən çox insan iştirak etmişdir və hər il faciə günü bu, bir ənənə kimi davam etdirilir. Ədaləti bərpa etmək üçün Azərbaycan dəfələrlə sülh danışıqları və digər həll yollarına əl atsa da, hər atılan addımda düşmən tərəflə razılığa gəlməyə nail ola bilmirdi. Bu haqsızlığa, bu soyqırıma dünya birliyi hələ də susurdu. Düşmən tərəfin son təzyiqləri nəticəsində Azərbaycan dövləti, Azərbaycan xalqı bu haqsızlığa ədalətli şəkildə son qoymağa qərar verdi. Nəhayət Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Ermənistan ordusunu məğlub edərək şanlı tarix yazdı. Ermənistan Respublikası tərəfindən 30 ilə yaxındır davam edən işğalçılıq siyasəti Azərbaycan Respublikasının Ali Baş Komandanı və Müzəffər Azərbaycan Ordusunun qətiyyəti ilə dəf olundu. Torpaqlarımızın işğaldan azad olunması ilə Azərbaycan igidləri bu savaş uğrunda tökülən qanların qisasını almış oldu. Lakin tariximizə yazılan qanlı yaddaşlarımız, faciələrimiz hər zaman xatırlanacaq, keçiriləcək tədbirlərlə, görüşlərlə bu faciənin qurbanları daim yad ediləcəkdir. 25 fevral 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professor, müəllim və tələbə heyətinin iştirakı ilə Zoom proqramı vasitəsilə onlayn tədbir keçirildi. İlk olaraq Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək Azərbaycan və SSRİ-nin Xalq artisti, Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və dərin hüznünü tədbir iştirakçılarına çatdırdı. Tədbirə başlamamışdan öncə ənənəvi olaraq Xocalı soyqırımı qurbanları bir dəqiqəlik sükutla yad edildi. Y.Axundova 1992-ci ildə Xocalıda əliyalın, dinc sakinlərə qarşı mənfur düşmən tərəfindən törədilən vəhşiliklər, öz el-obasından didərgin düşən, qaçıb xilas olmaq istəyən insanlara aman verilməyən, günahsız soydaşlarımıza yollarda, meşələrdə pusqu quran erməni hərbçilərinin xüsusi amansızlıqla qətlə yetirməsi haqqında danışdı. O, Xocalı soyqırımı qurbanlarının xatirəsini anaraq, bu soyqırımın Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Dağlıq Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olduğunu qeyd etdi. Sonra tədbirdə qonaq qismində iştirak edən Xocalıda doğulub, böyüyən Samirə Hüseynova həmin qanlı gecənin şahidi olaraq, qadınlara, uşaqlara, yaşlılara, insanlığa qarşı ermənilər tərəfindən görünməmiş qəddarlıqlardan, amansızlıqlardan danışaraq, yaşadıqları dəhşətləri, acı xatirələrini xatırladı. Ardınca Yeganə Axundova çıxış üçün sözü BMA-nın Xarici tələbələrlə iş üzrə şöbə müdiri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətova verdi. İncəsənət xadimləri əlbəttə ki “Xocalı faciəsi” mövzusunu heç zaman yaddan çıxarmır və illər keçdikcə də bu mövzuda yeni-yeni əsərlər yaradır. Sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov mövzu əsasında araşdırmalar aparıb və Xocalı faciəsinə həsr olunmuş əsərlər barəsindəki yeni maraqlı məruzəsini dinləyicilərə təqdim etdi. Məruzəçi bu mövzuda yazılmış bir neçə əsəri dinləyicilərə təqdim edərək əsərlər haqqında geniş məlumat verdi. (L.Vaynşteyn “Sənin yazın gələr”, A.Çaykovski “Xocalı rekviyemi” (Solistlər: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, pianoçu, professor Fərhad Bədəlbəyli, Novaya Rosiya Dövlət Simfonik Orkestrinin bədii rəhbəri, Moskva solistləri kamera orkestrinin yaradıcısı Yuri Başmet, Azərbaycanın Əməkdar artisti Sahib Paşazadə və başqaları) Daha sonra tədbirin təşkilatçısı, prorektor Yeganə Axundova 44 günlük Vətən müharibəsi haqqında, qələbəmiz barədə fikirlərini söylədi, bir daha xalqımızı təbrik edərək bu savaşda 4 məzunumuz Qarayev Atəş, Məmmədzadə Vüqar, Quluzadə Əzizağa, Bayramov Murad və 1 tələbəmiz Əmirli Adilin (I kurs) qəhrəmanlıqla iştirak etməsindən bəhs etdi və BMA-nın professor, müəllim və tələbə heyətinin onlarla fəxr etdiyini vurğuladı. Sonda Y.Axundova BMA-nın "Nəfəs və Zərb alətləri" kafedrasının müdiri, Azərbaycanın Xalq artisti, professor, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi Hərbi Orkestr Xidmətinin rəisi, general-mayor Yusif Axundzadəni, Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Şərəf" ordeninə layiq görülməsi münasibətilə təbrik edərək çıxış üçün sözü Y.Axundzadəyə təqdim etdi. Çıxışlar arasında BMA-nın tələbələrininin tədbirə həsr olunmuş ifaları səsləndirildi. (Abdullayeva Şəfəq, Abdinzadə Cəmalə, Ələkbərzadə Əzizə, Əliyeva Zərrinin ifasında Qara Qarayev, Samuil Barber və Cavanşir Quliyevin əsərləri səsləndirildi) Tədbir Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin rəisi, Əməkdar İncəsənət xadimi, dosent, polkovnik-leytenant Rüfət Axundzadənin rəhbərliyi ilə "Qələbə marşının" sədaları ilə yekunlaşdırıldı. Vebinarda BMA-nın 100-dən artıq professor, müəllim və tələbə heyəti dinləyici qismində iştirak etmişdir. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
9
BAKI MUSİQİ AKADEMİYASI “MÜASİR DÖVRDƏ İNFORMASİYA MÜHARİBƏSİ PROBLEMLƏRİ VƏ ONUN TƏSİRİ” ADLI II VEBİNARI TƏŞKİL EDİB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün “Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” adlı 2-ci vebinar 12 fevral 2021-ci il tarixində “Zoom” proqramı vasitəsilə keçirilmişdir. İlk öncə vebinarın icraçısı, Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək Azərbaycan və SSRİ Xalq artisti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru professor Fərhad Bədəlbəylinin salamlarını və bu mövzunun onun üçün önəmini vurğulayaraq xoş arzularını vebinar iştirakçılarına çatdırdı. Yeganə Axundova da öz növbəsində məsələyə münasibətini bildirərək, vebinarı açıq elan etdi. Sonra vebinarda Azərbaycan Respublikasının Əməkdar jurnalisti, Filologiya elmləri doktoru, Bakı Dövlət Universitetinin “Jurnalistika” fakültəsinin dekanı Vüqar Zifəroğlu “Müasir dövrdə media manipulyasiya və informasiya müharibəsi”, “Media məkanımıza müdaxilədə başlıca hədəflər”, “Dezinformasiya ilə mübarizə”, “Eyni xəbərin fərqli təqdim olunma üsulları”, “Vacib mövzularda güvənilən və rəsmi xəbər mənbələrinə müraciətin önəmi”, mövzuları ilə ətraflı çıxış etdi. O, informasiya müharibəsində gənclərin sosial şəbəkələrdə necə aktiv olmaları haqqında və informasiya mübadiləsi zamanı düşmənin hədəfinə çevrilməmək, qarşı tərəfdən manipulasiya edilməmək üçün diqqətli olmağın vacib olduğunu vurğulayaraq maraqlı tövsiyələr verdi. Qeyd edək ki, bu mövzu ilə bağlı ilk vebinar dekabr ayında keçirilmişdir, BMA-nın müəllim-tələbə heyətinin çoxsaylı istəklərini nəzərə alaraq əməkdar jurnalist Vüqar Zifəroğlunu dəvət edərək ikinci vebinar təşkil olundu. Vebinar diskussiya formatında keçirildi. Görüşdə BMA-nın professor-müəllim heyətindən, professor Mina Hacıyeva, dosent Xatirə Həsənzadə, BMA-nın Elmi laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov öz təcrübələrini bölüşərək bu qlobal məsələyə dair fikirlərini söylədilər. Müəllim və tələbələr qonağa suallar ünvanlayıb, müasir dövrdə çox böyük önəm daşıyan informasiya müharibəsi problemləri və onun həlli ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihə həyata keçirməyin zəruriliyini qeyd etdilər. Həmçinin BMA-nın işçi heyətindən Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı, baş müəllim Günel Eyvazzadə, Fortepiano fakültəsi tyutoru, fortepiano, orqan və klavesin kafedrasının müəllimi Gülnar Mirqasım, Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə mütəxəssisi Zülfiyyə Şəfiyeva, Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbə heyəti də vebinarda dinləyici qismində iştirak etmişlər. Tələbə heyəti də öz növbəsində aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər. Müasir dövrdə informasiya müharibəsi problemləri və onun təsiri” vebinarının moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova olmuşdur. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
“MÜASİR MUSİQİ TƏHSİLİNDƏ ELMİN ROLU” ADLI BEYNƏLXALQ ONLAYN KONFRANS KEÇİRİLİB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası, N.A.Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası və A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə birgə 28 yanvar 2021-ci il tarixində “Müasir musiqi təhsilində elmin rolu” adlı beynəlxalq onlayn konfrans keçirib. Konfransın aparıcısı – laboratoriyanın elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva əvvəlcə musiqişünaslıqda müasir elmi araşdırmalarla müasir musiqi təhsili arasında əlaqədən danışıb. Məruzəçi diqqətə çatdırıb ki, “Müasir musiqi təhsili” beynəlxalq konfransı ənənəvi olaraq hər il Sankt-Peterburqda keçirilir. Budəfəki, sayca 19-cu konfrans bu il Azərbaycanda xüsusi bölmə (“Azərbaycanda müasir musiqi təhsili: yaradıcılıq, elm, texnologiyalar” adı altında) ilə təqdim olunur: Onlayn konfransda BMA-nın elmi və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor G.Abdullazadə, Azərbaycan Milli Konservatoriyasının Beynəlxalq münasibətlər şöbəsinin müdiri, Əməkdar incəsənət xadimi C.Səlimxanov, BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.İsmayılzadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müdiri, professor K.Dadaşzadə, A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyasının müdiri, professor İ.V.Vorontsova, N.A.Rimski-Korsakov adına SanktPeterburq Konservatoriyasının professoru M.S.Zalivadnı, Belarus Dövlət Musiqi Akademiyasının İnformasiya texnologiyaları şöbəsinin müdiri N.S.Şuşkeviç və başqaları iştirak ediblər. Qeyd edək ki, Ü.Hacıbəyli adına BMA-nın “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanologiya və akustika” elmi tədqiqat laboratoriyası A.İ.Gertsen adına Rusiya Dövlət Pedaqoji Universitetinin “Musiqi kompüteri texnologiyaları” elmi laboratoriyası ilə əməkdaşlıq edir. Konfransda Azərbaycan alimlərinin məruzələri böyük maraq doğurub və diskussiyalara səbəb olub. Gələcəkdə elmi əlaqələrin davam etdirilməsi və birgə seminarların keçirilməsinə dair təkliflər səslənib. Mənbə: medeniyyet.az 10
BAKI MUSİQİ AKADEMİYASINDA “31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜ” NƏ HƏSR OLUNMUŞ RESPUBLİKA ELMİ-PRAKTİKİ KONFRANSI KEÇİRİLİB 30 mart 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının təşkilatçılığı ilə onlayn rejimdə “31 Mart Azərbaycanlıların Soyqırımı günü”nə həsr olunmuş Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda Respublika elmi-praktiki konfrans keçirilmişdir. İlk öncə 31 Mart Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla konfrans iştirakçıları tərəfindən yad edilmişdir. Elmi-praktiki konfransın moderatoru BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə konfransın əhəmiyyətini vurğulayaraq, ilk olaraq Ü.Hacıbəyli adına BMA-nın rektoru, Azərbaycanın və SSRİ-nin Xalq artisti, professor Fərhad Bədəlbəylinin konfrans iştirakçılarına ünvanlanan videomüraciətini səsləndirdi. Fərhad Bədəlbəyli Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda Respublika elmi-praktiki konfransının keçirilməsinin vacibliyini vurğulayaraq bildirdi ki, ermənilərin musiqimizə, mədəniyyətimizə qarşı apardıqları təcavüzkar siyasətlərinin kökü çox qədimlərə söykənir. Ermənilər məqsədyönlü şəkildə daima saxtakarlığa əl ataraq, musiqimizi özünküləşdirməyə cəhd etsələr də, buna nail ola bilməmişlər, ona görəki, Azərbaycanın dəyərli musiqişünas alimləri, elm xadimləri, sənətkarları ermənilərin plagiat fəaliyyətini sübut edərək, Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə aparmışlar. Daha sonra “Xor dirijorluğu” kafedrasının baş müəllimi Dilarə Quliyevanın rəhbərliyi altında, fortepiano fakültəsinin “Musiqi müəllimliyi” ixtisasının III kurs tələbələrinin ifasında “Laçın” xalq mahnısına hazırlanmış videorolik nümayiş olundu. Konfrans iştirakçılarını salamlayaraq BMA-nın tədris işləri üzrə prorektoru, əməkdar müəllim, pedaqoji elmlər namizədi, professor Nərminə Quliyeva, Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunun xüsusi aktuallığını bildirərək, mövzunun daha geniş müstəvidə müzakirə olunmasını, beynəlxalq səviyyədə araşdırılaraq dünya ictimaiyyətinə çatdırılmasının vacib olduğunu söylədi. Daha sonra çıxış edən BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazədə konfransda təqdim olunan mövzunun bizim üçün, bir xalq olaraq ağrılı olduğunu, dönə-dönə bu mövzuya müraciət etməyimizə baxmayaraq hər dəfə yeni-yeni erməni saxtakarlığının inanılmaz faktları ilə qarşılaşdığımızı bildirdi. Ermənilərin bizim mədəni irsimizə vurduqları ziyanın dünya ictimaiyyətinə çatdırılmasının strateji məna daşıdığını diqqətə çatdıran G.Abdullazadə bildirdi ki, keçirilən konfrans ermənilərin musiqimizə qarşı apardıqları işğalçı siyasətinə son qoyulmasında önəmli addımlardan olacaqdır. Hesabat xarakterli məruzə ilə çıxış edən dosent Nuridə İsmayılzadə, Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda elmi laboratoriyanın alimlərinin xüsusi əzmlə çalışdıqlarını və əldə etdikləri elmi – nəzəri sübutların geniş ictimaiyyətə ötürülməsinin önəmini diqqətə çatdırdı. Bu istiqamətdə xüsusilə ilk araşdırmaları ilə müxtəlif elmi seminarlar keçirən aparıcı elmi işçi, dosent Ariz Abduləliyevin və böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin tədqiqatlarını vurğulayaraq hələ gələcəkdə bir çox elmi araşdırmaların aparılacağını bildirdi. Konfransda elmi məruzələri ilə çıxış edən: filologiya elmləri doktoru, professor, BMA-nın “Humanitar fənnlər” kafedrasının müdiri Tərlan Quliyev (Mirzə Bağır Əliyevin “Qanlı günlərimiz” əsəri (1918-1920) Naxçıvanda Soyqırımın tarixinin öyrənilməsinə aid bir mənbə kimi), sənətşünaslıq elmləri doktoru, professor, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun “Azərbaycan xalq musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin müdiri İradə Köçərli (Ü.Hacıbəyli irsindən ermənilərin daha bir oğurluğu), Azərbaycanın xalq artisti, professor, BMA-nın elmi-tədqiqat laboratoriyasının baş elmi işçisi Ramiz Quliyev (Azərbaycan musiqi alətlərinin erməni musiqiçilər tərəfindən mənimsənilməsi), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru Fəttah Xalıqzadə (Erməni folklorunda Azərbaycan musiqisinin təsirləri), əməkdar incəsənət xadimi, professor, BMA-nın “Bəstəkarlıq” kafedrasının müdiri Aydın Əzimov (Mədəni əlaqələr və plagiat), sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının dosenti Vəfa Xanbəyova (Плагиат как армянская национально-культурная политика), sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Rauf Bəhmənli (Azərbaycan təsnifinin erməniləşmiş variantı), sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Nərminə Bayraməlibəyli (”Заимствование или случайность?”), filoloq Seyran Mirzəyev (Саят Нова. Я с Хиджрой друга пробудился) - alim tədqiqatçılar olduqca maraqlı faktlar təqdim edərək erməni saxtakarlığını bir daha sübut etdilər. Çıxış edən alimlər müxtəlif aspektlərdə maraqlı faktlar, sübutlar təqdim edərək Azərbaycan xalqının mədəni irsinin ermənilər tərəfindən mənimsənilməsini ifşa etdilər. Çıxışlar arası səsləndirilən musiqi nömrələri konfrans iştirakçıları tərəfindən xüsusi rəğbətlə qarşılandı. Elm və musiqi xadimlərinin, tanınmış musiqişünasların, alimlərin, o cümlədən də qonaq qismində iştirak edən: Ü.Hacıbəyli adına BMA-nın beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Y.Axundova, Bakı Xoreoqrafiya Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent E.Pənahova, BMA-nın “Metodika və xüsusi hazırlıq kafedrası”nın dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Z.Abdulla, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi dünyası” radiojurnalının aparıcısı, əməkdar mədəniyyət işçisi S.Şirinova, “Xor dirijorluq” kafedrasının baş müəllimi D. Quliyevanın və başqalarının iştirakı ilə Azərbaycan xalq musiqisinə qarşı erməni plagiatı mövzusunda keçirilən Respublika elmi-praktiki konfransı yüksək elmi səviyyədə keçirilərək, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə təqdim edilə biləcək bir sıra təkliflərin nəzərə alınması ilə yekunlaşdı. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, BMA-nın böyük elmi işçisi MEHPARƏ RZAYEVA
11
AZƏRBAYCAN – TÜRKMƏNİSTAN ƏLAQƏLƏRİ MƏDƏNİ MÜSTƏVİDƏ 12 mart 2021-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Türkmənistan Respublikasının Müstəqilliyinin 30 illiyi və Türkmənistanın 2021-ci ili "Beynəlxalq sülh və etimad ili" elan etməsi münasibətilə Bakı Musiqi Akademiyası, Türkmənistan Milli Konservatoriyası ilə internet vasitəsi ilə canlı bağlantı və konsert keçirildi. Konsert Maya Quliyeva adına Türkmənistan Milli Konservatoriyası və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı, Türkmənistanın Azərbaycan Respublikasındakı Səfirliyinin dəstəyi ilə təşkil olundu. Konsert Türkmənistan Milli Konservatoriyasının rektoru, Sənətşünaslıq namizədi Rasul Xanqeldiyeviç Amanqeldiyevin, SSRİ və Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin çıxışları ilə açıq elan olundu. Hər iki rektor öz çıxışında bu iki ölkənin eyni soydan, eyni dindən iki qardaş ölkə olduğunu, həm türkmən, həm azərbaycan xalqının mədəniyyətinin, dilinin və incəsənətinin yaxınlığını vurğuladılar. Onlar həmçinin belə konsertlərin tez-tez, mütəmadi təşkil edilməsini təklif edərək, əlaqələrin daha da möhkəmlənməsinin arzusunda olduqlarını qeyd etdilər. F.Bədəlbəyli və R.Amanqeldiyev çıxışlarının sonunda konsertin təşkilatçılığı üçün Türkmənistanın Azərbaycandakı Səfirliyinə təşəkkürlərini bildirdilər. Sonra tədbir konsert proqramı ilə davam etdi. İlk olaraq Türkmənistan Milli Konservatoriyasının tələbələri (Nurmuradov Altın, Amanova Mercen, Xocaqurbanova Oqulkeyk, Doliev Baxram, Muxieva Aybolek, Ataev Taxir, Xocalenov Kakaqeldı, Saparmıradov Quvanç, Ağamıradova Əzizə, Vyaçeslav Zarudin) Qara Qarayev "Yeddi gözəl" baletindən "Adajio", Nurı Xalmemmedov "Dütarın səsi", Çarı Nurımov "Ekspromt-fantaziya", Nurı Xalmemmedov Simli kvartetin II hissəsi, Nurı Xalmmedov "Gözəl Şirqazi", Danqatar Ovezov, Adrian Şapoşnikov "Şaxsənəm və Qərib" operasından “Şaxsənəmin ariyası” əsərlərini ifa etdilər. Ardınca Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri konsert proqramı ilə çıxış etdilər. İfaçılar Nurı Xalmemmedov “Ballada” (solist: II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Mədinə Ağayeva), Fikrət Əmirov “Mənim Azərbaycanım” (solist: IV kurs tələbəsi Nigar Əsgərova, müşayiət: I kurs magistr tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rəhimə Qurbanova), Tofiq Quliyev "Ləzginka" (solistlər: II kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatları Ofeliya Dadaşova və Məryəm Məmmədova), Tofiq Quliyev "Sənə də qalmaz" (solist: IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə, müşayiət: Nərmin Rzayeva), Üzeyir Hacıbəyli “Arazbarı” (ifa edir: Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının simli alətlər kvarteti) əsərlərini ifa etdilər. Pandemiya vəziyyətini nəzərə alaraq internet vasitəsi ilə keçirilən bu canlı bağlantı və konsert dinləyicilərin böyük marağına səbəb oldu. Bu formatda konsert proqramı Azərbaycanda ilk dəfə keçirilirdi. Konsert iştirakçıların gurultulu alqışları ilə sona çatdı. Konsertin təşkilində Xarici tələbələrlə iş üzrə şöbə müdiri Vüqar Hümbətov, BMA-nın beynəlxalq şöbəsinin əməkdaşı Günel Eyvazova, BMA-nın səs mütəxəssisi Azər Əsgərov və Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova iştirak etmişlər. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA
12
İSVEÇİN STOKHOLM İNCƏSƏNƏT UNİVERSİTETİ VƏ BAKI MUSİQİ AKADEMİYASI BİRGƏ MÜHAZİRƏ KEÇİRİB 5 fevral 2021-ci il tarixində İsveçin Stokholm İncəsənət Universitetinin müəllimi, 2020-ci ildə İsveç İnstitutu tərəfindən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında qonaq mühazirəçi kimi fəaliyyət göstərməsi üçün təqaüdə layiq görülən bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 2" ("New directions in composition - 2") mövzusunda növbəti onlayn mühazirə keçirilib. Giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova cənab Flodinə mühazirələrin keçirilməsinə görə təşəkkürünü bildirmiş və bütün iştirakçılara uğurlar arzulamışdır. Mühazirədə BMA-nın Musiqi nəzəriyyəsi kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Turan Məmmədəliyeva, Bəstəkarlıq kafedrasının müəllimi, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova, BMA-nın səs mütəxəssisi, bəstəkar Azər Əsgərov və Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin tələbələri iştirak ediblər. Vebinar BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin layihələr üzrə koordinatoru Zülfiyyə Şəfiyevanın moderatorluğu ilə keçirilib. Qeyd edək ki, 18 dekabr 2020-ci il tarixində bəstəkar Anders Flodin tərəfindən Bakı Musiqi Akademiyasının Tarixnəzəriyyə fakültəsinin tələbələri üçün "Bəstəkarlıqda yeni istiqamətlər - 1" ("New directions in composition - 1") mövzusunda ilk mühazirə keçirilmişdir. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti
"MƏİŞƏT ZORAKILIĞINA YOX DEYƏK!” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 noyabr tarixli 2307 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Fəaliyyət Planı"nın aidiyyəti bəndlərinin icrasını təmin etmək məqsədilə 2021-ci il 16 fevral tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsinin iştirakı ilə "Məişət zorakılığına YOX deyək!” adlı Zoom proqramı vasitəsi ilə maarifləndirici vebinar keçirilib. Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın Beynəlxalq əlaqələr, İctimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova giriş sözü ilə çıxış edərək, SSRİ və Azərbaycanın Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəylinin salamlarını və xoş arzularını tədbir iştirakçılarına çatdırdı. Vebinarın icraçısı Y.Axundova öz növbəsində məsələyə münasibətini bildirdi və onlayn tədbiri açıq elan edərək bu mövzu ilə bağlı çıxış edəcək qonağı təqdim etdi. Tədbirdə məruzəçi qismində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin baş məsləhətçisi Tural Hüseynzadə iştirak edərək, “Məişət zorakılığı” mövzusu ətrafında maarifləndirici məlumatlarla çıxış etdi. T.Hüseynov həmçinin tələbələrin ailə-məişət zəminində üzləşdikləri problemlər və ya bu kimi hallar yaranacağı təqdirdə-psixoloji zorakılıq haqqında onların verdikləri suallara ətraflı cavab verərək, mövzunun hüquqi tərəflərinin də izahını verdi. Vebinar geniş müzakirələrlə, daha çox diskussiya şəklində davam etdi. Görüşdə BMA-nın professor-müəllim heyəti də fəal iştirak edərək, təlimçiyə suallar ünvanlayaraq, ailə-məişət zorakılığı, onun növləri, erkən evlilik, cəmiyyətdə gender bərabərliyi, iqtisadi, psixoloji zorakılıq, fiziki zorakılıq, şiddət və onun həlli yolları ilə bağlı birgə fəaliyyət üçün maraqlı təkliflər irəli sürərək, gələcəkdə bu istiqamətdə birgə qarşılıqlı layihələr, təlimlər həyata keçirməyin, eyni zamanda müəyyən tədbirlərin görülməsinin zəruriliyini qeyd etdilər. Bütün tələbələr vebinarda aktiv iştirak edərək, əldə etdikləri məlumatlardan məmnun qaldıqlarını, mövzunun onlar üçün faydalı olduğunu, belə vebinar və layihələrin davamlı olmasını arzuladıqlarını bildirdilər. "Məişət zorakılığına Yox deyək!" adlı vebinarın moderatoru Beynəlxalq Əlaqələr şöbəsinin mütəxəssisi, bəstəkar Röya Hüseynova idi. BMA-nın İnformasiya və Texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA 13
AZƏRBAYCAN TƏSNİFİNİN ERMƏNİLƏŞMİŞ VARİANTI Azərbaycan xalqı qədim və çox zəngin musiqi irsinə malikdir. Onun zənginliyi xalq musiqimizin çoxşaxəli janrları (xalq mahnıları, halaylar, rəqs havaları, yallılar və s.) ilə xarakterizə olunur. Zənginliyimizin digər meyarı Azərbaycan xalqına məxsus olan aşıq və muğam sənətinin mövcudluğudur. Lakin çox təəssüf ediləcək bir haldır ki, uzun illər Azərbaycan xalqı ilə yanaşı yaşamış və bu xalqın qədim adət-ənənəsini, mədəniyyətini, eləcə də folklor və professional musiqisini öyrənmiş bədnam qonşumuz olan erməni xalqı hal-hazırda dünyanın hər yerində ifa etdikləri Azərbaycan xalq mahnı və rəqs havalarını öz musiqisi, erməni folkloru kimi təqdim edirlər. Öz folkloru, xalq musiqisi olmadığından Azərbaycan musiqisinə yiyələnmək arzusu erməniləri bu yolda hər cür yalana (plagiata) və saxtakarlığa istiqamətləndirmişdir. Onlar xalq musiqimizin ən sevilən, ən ürəyəyatımlı mahnı və rəqslərinin adlarını, şeir mətnlərini dəyişərək, bu havaların melodik məzmununa yad intonasiyalar əlavə edərək hər vəchlə mənimsəməyə, erməniləşdirməyə çalışmışlar. Təqdim etdiyimiz bu məqalədə erməni saxtakarlığını nümayiş etdirən daha bir musiqi kompozisiyası haqqında məlumat vermək istərdik. Bu kompozisiya Azərbaycanda artıq 20 ilə yaxındır ki, “Qarabağ inciləri” adı ilə tanınmaqda idi. Əsərin yaradıcısı isə görkəmli bəstəkarımız Fikrət Əmirov olduğu söylənilirdi. Lakin Azərbaycanın qədim tarixi ərazisi sayılan Qarabağ bölgəsi erməni işğalı altında olduğu dövrdə həmin kompozisiya ermənilər tərəfindən dəfələrlə səslənmiş və dünya xalqlarının səhnələrində erməni musiqisi kimi təqdim edilmişdir. Bunun bariz nümunəsi kimi 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən XXXI Yay Olimpiya Oyunları yarışlarında gimnastika yığmasının erməni mənşəli üzvü Seda Tutxalyanın təsnifat mərhələsindəki çıxışını, həmin musiqinin sədaları altında ifasını göstərə bilərik. Daha sonra, müxtəlif internet saytlarında həmin kompozisiya “Artsax” adı ilə təqdim olunmuş və bu bəstənin müəllifinin Ara Gevorkyan olduğu qeyd edilmişdir. Belə faktların yayılması sözsüz ki, Azərbaycanın musiqi ictimaiyyətinin nəzərindən kənarda qala bilməzdi. Böyük mübahisəyə səbəb olan bu məsələ musiqişünaslar arasında geniş müzakirəyə çıxarılmış, həmin musiqinin tarixi, melodik məzmunu yenidən tədqiq edilmişdir. Məlum olmuşdur ki, bu kompozisiya Fikrət Əmirova aid deyil. Bu faktı bəstəkarın oğlu, bu gün atasının sənətini şərəflə davam etdirən Cəmil Əmirov da təsdiqləmişdir. Digər tərəfdən aydınlaşmışdır ki, kompozisiyanın müəllifi həqiqətən də erməni bəstəkarı Ara Karlenoviç Gevorkyandır. Öz açıqlamasında A.Gevorkyan bu musiqinin ona aid olduğunu və 2001-ci ildə ilk dəfə orkestr müşayiəti ilə hazırladığını bəyan etmişdir. İlk növbədə sual yaranır ki, bəs nə üçün bu melodiya uzun illər məhz, Azərbaycan musiqisi kimi tanınmış və qəbul edilmişdir? Bunun isə yalnız bir cavabı var. Həmin musiqi bizim doğma intonasiyalar üzərində qurulmuş, xalq musiqimizdən götürülmüşdür. Kökündə Azərbaycan musiqisini əks etdirən bu kompozisiyanın melodik məzmununun əslində hansı mahnı və ya rəqs melodiyasından götürüldüyünü dəqiqləşdirmək müəyyən zaman tələb edirdi. Çünki musiqi irsimiz o qədər zəngindir ki, onun bütün nümunələrinin ayrı-ayrılıqda araşdırılması tez başa gəlmir. Bunun üçün 300-ə yaxın xalq mahnısı, 350-dən çox rəqs melodiyası, 100-dən çox yallı havası, 70-dən çox halay musiqisi, eləcə də professional musiqi nümunələri təhlil edilməlidir. Adlarını saydığımız musiqi nümunələrinin araşdırılması nəticəsində məlum olmuşdur ki, erməni musiqisi kimi təqdim olunan kompozisiyanın melodik məzmunu Azərbaycanın çox məşhur təsniflərindən biri olan, dahi şairimiz Məhəmməd Füzulinin “Can vermə qəmu-eşqə ki, eşq afəti-candır” adlı qəzəlinə bəstələnmiş mahnıdır. Bu mahnı muğam ifaçılığı, xanəndəlik sənətində özünə dərin kök salmış melodiyalardandır. Şur muğamının Hicaz şöbəsində təsnif kimi oxunan bu mahnının musiqisini analiz edərkən onun melodik məzmunu ilə yuxarıda qeyd etdiyimiz kompozisiyanın musiqisinin eyni olduğu aşkara çıxmışdır. Dediklərimizi sübuta yetirmək üçün əvvəlcə Hicaz təsnifinin not yazısından bir hissəni nəzərdən keçirək;
İndi isə erməni kompozisiyasının musiqi məzmununu not yazısında izləyək;
Eyni ladda göstərilmiş bu not yazılarını təhlil edərkən görürük ki, təsnifin melodiyasındakı ana xətt digər melodiyada olduğu kimi saxlanılmış, yalnız musiqinin ritmik ölçüsü dəyişmiş və Şur muğamına yönələn (ayaq verən) “mib” işarəsi istifadə olunmamışdır. Not yazılarında ritmin üç paylı vəzndən dörd paylı vəznə keçməsi səsləri fərqli uzunluqda və fərqli qruplaşmada təzahür etdirsə də, hər iki melodiya öz səsdüzümü baxımından tamamilə eyni səslənməni saxlayır. Məsələn; “Hicaz təsnifi”ndəki dairəvi işarə ilə qeydə alınan ardıcıllıq
erməni musiqisindəki səsdüzümü ilə eyni quruluşdadır.
Hər iki melodiya ifa olunduğu ladın V pilləsindən (x.5) başlayır, daha sonra dairələrdə göstərilmiş səsdüzümü ilə pillə-pillə aşağıya, tonika (T) pilləsinə enir. Melodiyaların cavab cümlələri də eyni qaydada, IV pillədən (x.4) başlayaraq pilləvari ardıcıllıqla tonikaya qayıdaraq tamamlanır.
14
Azərbaycan xalq musiqisindən bəhrələnən erməni bəstəkarı təsnifin ritmik ölçüsünü dəyişməklə onu Cəngi musiqisinə çevirməyi də səbəbsiz deyil. Belə ki, başlanğıc mövzunun ardınca nağaraların “cəngi ritmi” altında daha bir qədim rəqs melodiyamız – “Bayandur” cəngisi səsləndirilir. Lakin onu da qeyd etməliyik ki, A.Gevorkyan bu rəqsimizin melodiyasına yersiz müdaxilə etməklə onu tamam bərbad vəziyyətə salmış, sözün əsl mənasında erməniləşdirmişdir. Rəqsə əlavə edilmiş eybəcərlikləri duymaq üçün əvvəlcə erməni bəstəsindəki not yazısını izləyək;
“Bayandur” cəngisinin əsl orijinal musiqisini dinlədikdə bu iki melodiyanın nə dərəcədə fərqli olduğu, Azərbaycan musiqisinin nə qədər zəngin olması bir daha öz təsdiqini tapır.
Hər bir bəstəkar istənilən xalqın musiqi folkloruna müraciət edə bilər və istənilən xalq musiqi nümunəsinin üzərində işləyərək, onun forma və ritmik quruluşunu dəyişərək yaradacağı yeni əsərində istifadə edə bilər. Lakin əsərinin təqdimatında bəhrələndiyi mövzunun haradan, hansı xalqın folklor musiqisindən götürüldüyünü bəyan etməklə həmin xalqın razılığını, halallığını almalıdır. Erməni bəstəkarı Ara Gevorkyanın Azərbaycan xalq musiqisinin iki müxtəlif janrına aid melodiyasını öz musiqisi, öz məhsulu kimi təqdim etməsi ilk növbədə özünün bəstəkar adına xələl gətirmişdir. Digər tərəfdən bu kompozisiyanı “Artsax” adlandırmaqla o, Azərbaycan xalqına qarşı öz nankorluğunu və əsl düşmən münasibətini göstərmişdir. A.Gevorkyanın öz kompozisiyasında müraciət etdiyi ilk və əsas melodiya hələ XVIII əsrdə tanınmış Azərbaycan xanəndələrinin repertuarında istifadə olunan təsniflərdən biridir. Həmin dövrdən günümüzə kimi bu təsnif Azərbaycan Muğam sənətində adı qızıl hərflərlə qeyd olunan bütün tanınmış xanəndələrimiz tərəfindən ifa edilib. Yeri gəlmişkən qeyd edə bilərik ki, Azərbaycan radiosunun “Qızıl fondu”nda saxlanılan köhnə audio yazılarından biri də Bülbül Məmmədovun ifa etdiyi həmin “Şur təsnifi”dir. Bu təsnifin ifaçılarından Seyid Şuşinski, Mütəllim Mütəllimov, Əbülfət Əliyev, Hacıbaba Hüseynov, Nəriman Əliyev, Yaqub Məmmədov, Əlibaba Məmmədov, Tələt Qasımov, Ağaxan Abdullayev, Razi Şükürov, Səxavət Məmmədov, Alim Qasımov və başqalarının adını çəkə bilərik. Həmin təsnif bu gün gənc xanəndələrə də öyrədilir, muğam ocaqlarında tədris olunur. Şur muğamının təsnifi kimi ifa olunan musiqinin dahi şairimiz Məhəmməd Füzulinin qəzəli ilə qeyd edildiyi mənbələrdən biri ilk dəfə 1979-cu ildə Qafar Namazəliyevin tərtibatı ilə çapdan çıxmış “Azərbaycan xalq mahnı və təsnifləri” toplusudur. Bu toplu 1985-ci ildə yenidən nəşr edilmiş və həmin melodiya “Hicaz təsnifi” adı ilə işıqlandırılmışdır. Digər mənbələrdən biri isə görkəmli musiqişünas-alim Ramiz Zöhrabovun 1983-cü ildə Moskvada nəşr olunmuş “Azərbaycan təsnifləri” (Азербайджанские теснифы) məcmuəsidir. Uzun illər Muğam sənətinin tədqiqi ilə məşğul olmuş R.Zöhrabov bu məcmuəsinə ən tanınmış, ən məşhur təsnifləri daxil etmişdir. Həmin məcmuədə “Hicaz təsnifi” adı ilə verilmiş melodiyanın həm not yazısı, həm də qəzəlin seir mətni öz əksini tapmışdır. Azərbaycan xalq musiqisinə, eləcə də professional musiqisinə qarşı ermənilərin plagiat faktları hər zaman davam etməkdədir. Sovetlər dönəmində Azərbaycan xalqı belə faktlara əhəmiyyət verməmiş, ermənilərin düşmənçilik əməllərinə göz yummuşdur. Artıq bu saxtakarlıqlara son qoyulmalıdır. Belə plagiat faktlarının qarşısını vaxtında almaq üçün hər birimiz xalq musiqi xəzinəmizi dərindən öyrənməliyik. Azərbaycanın musiqi ictimaiyyəti, bəstəkarlarımız, musiqişünaslarımız, instrumental ifaçılarımız xalq musiqimizi dayanmadan araşdırmalı, tədqiq etməli və olduğu kimi də gələcək nəsillərə ötürməlidir. ƏDƏBİYYAT 1. Azərbaycan xalq mahnı və təsnifləri. Tərtib edəni: Qafar Namazəliyev. Bakı, “İşıq”, 1985, 196 s. 2. Зохрабов Р.Ф. Азербайджанские теснифы. Москва, Сов. Композитор, 1983, 328 с. RAUF BƏHMƏNLİ Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük elmi işçisi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru 15
MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİMİZİN UĞURLARI 10 yanvar 2021-ci il tarixində Qazaxıstanın Nur-Sultan şəhərində təşkil olunan “Astana stars” VI Beynəlxalq online festival-müsabiqəsində Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Beynəlxalq müsabiqələr laureatı GÜLLÜBƏYİM MƏMMƏDOVA uğurla çıxış etmişdir. İfaçı, festival çərçivəsində “Рождественские звезды” adlı müsabiqədə akademik vokal ifaçılığı üzrə Qran-Pri mükafatına layiq görülmüş, eləcə də münsiflər heyəti onun çıxışını yüksək dəyərləndirərək “Təşəkkürnamə” ilə təltif etmişdir. Həmçinin, Bakı Musiqi Akademiyasının konsertmeysteri VÜSALƏ BABAYEVA “Təşəkkürnamə” ilə təltif olunmuşdur. GÜLLÜBƏYİM MƏMMƏDOVA həmçinin, 3 fevral 2021-ci il tarixində İspaniyada online təşkil olunan “Online Wave” müsabiqəsində “Akademik vokal ifaçılığı” üzrə çıxış edərək I yerə layiq görülmüşdür. 2021-ci ilin yanvar ayında Qazaxıstanın Nur-Sultan şəhərində online qaydada keçirilən I Beynəlxalq "İnternational Music Astana" vokal-instrumental müsabiqəsində Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının professoru TSİALA SİNAMDZQVARİŞVİLİnin tələbələri uğurla iştirak ediblər. Belə ki, III kurs tələbəsi SƏBİNƏ ELDARLI və IV kurs tələbəsi GÜLNAZ ELDARLI I yerə layiq görülmüş, II kurs tələbəsi SƏMRA HƏSƏNLİ isə “Qran-Pri” ilə təltif olunmuşdur. Professor Tsiala Sinamdzqvarişviliyə isə "Təşəkkür məktubu" göndərilmişdir. 03.02.2021-10.02.2021-ci il tarixində Çexiya Respublikasının təşkilatçılığı ilə Hollandiyanın Amsterdam şəhərində Avropa Festival Layihəsi çərçivəsində “Netherlandish Golden Tulip” adlı online müsabiqə keçirilib. Müsabiqədə Avstriya, Azərbaycan, Almaniya, Belarus, Bolqarstan, Qazaxıstan, Litva, Latviya, Moldova, Polşa, Rusiya, Ukrayna, Çexiya, Rumuniya və başqa ölkələr iştirak etmişlər. Bu mötəbər müsabiqədə ölkəmizi akademik vokal üzrə, Beynəlxalq müsabiqələr laureatı, “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi GÜLLÜBƏYİM MƏMMƏDOVA uğurla təmsil edərək I yerə layiq görülmüşdür. Münsiflər heyəti Güllübəyim Məmmədovanın ifasını yüksək dəyərləndirərək, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasına “Təşəkkür məktubu” göndəriblər. 21 fevral 2021-ci il tarixində Los-Anceles şəhərində onlayn şəkildə keçirilən "Hollywood Star" Beynəlxalq İncəsənət Müsabiqəsində Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının tələbələri uğurla iştirak etmişlər. “Solo nominasiyası” üzrə dosent KƏMALƏ MİRBABAYEVAnın tələbələri NURCAN RZAYEVA (II kurs), RUSLAN RZAYEV (III kurs), ƏSMƏR BABAYEVA (III kurs), "Fortepiano dueti" nominasiyası üzrə isə professorlar NƏZAKƏT RİMAZİ və LALƏXANIM RZAYEVAnın II kurs tələbələri CAMALƏ ABDİNZADƏ və ƏZİZƏ AĞAZADƏ I yerə layiq görülüblər.
16
2021-ci ilin fevral ayında Avstriyanın Vyana şəhərində onlayn şəkildə keçirilən "Vienna waltz" I Beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyasının "İxtisas fortepiano" kafedrasının tələbələri CAMALƏ ABDİNZADƏ (II kurs) və ƏSMƏR BABAYEVA (III kurs) “Solo nominasiyası” üzrə I yerə layiq görülüblər. Tələbələrin müəllimləri "İxtisas fortepiano" kafedrasının müdiri, professor SAMİRƏ AŞUMOVA və "İxtisas fortepiano" kafedrasının dosenti KƏMALƏ MİRBABAYEVA münsiflər heyəti tərəfindən “Təşəkkür məktubu” ilə təltif olunublar.
2021-ci ilin fevral ayında Danimarkada online keçirilən “Kopenhagen ulduzları 2021” adlı beynəlxalq müsabiqə-festivalda Azərbaycan Respublikasının fortepiano triosunun solistləri, Əməkdar artistlər TÖHFƏ BABAYEVA (skripka), SABİNA İBRAHİMOVA (violonçel), ELNARƏ KƏBİRLİNSKAYA (fortepiano) uğurla iştirak ediblər. Müsabiqə-festivalda müxtəlif nominasiyalar üzrə dünyanın bir çox ölkələrindən 600-dən çox ifaçı iştirak edirdi. Onlayn formatda keçirilən müsabiqədə trionun ifasında Azərbaycanın Xalq artisti Tofiq Bakıxanovun trio N.3 əsəri səsləndirilib. Danimarka Krallığının və dünyanın digər ölkələrinin mədəniyyət və incəsənət xadimlərindən ibarət nüfuzlu beynəlxalq münsiflər heyəti Azərbaycan Dövlət triosunun çıxışını yüksək qiymətləndirərək I yerə layiq görmüş və qızıl medalla təltif ediblər.
10 mart 2021-ci il tarixində İspaniyada onlayn şəkildə keçirilən “World Art Games” Beynəlxalq müsabiqəsində Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının professoru ELNARƏ KƏBİRLİNSKAYAnın tələbələri İLQARƏ TALIBOVA (I kurs) və FİDAN YUNUS (II kurs) uğurla iştirak edərək, I yerə, FİRUZƏ BƏYLƏROVA (III kurs) isə II yerə layiq görülmüşdür.
2021-ci ilin mart ayında Qazaxıstanın Nur-Sultan şəhərində onlayn şəkildə keçirilən "Музыка Весны" VIII Beynəlxalq İncəsənət Müsabiqəsində BMA-nın “İxtisas fortepiano” kafedrasının professoru Elnarə Kəbirlinskayanın III kurs tələbəsi JALƏ MAİLOVA “Qran Pri” mükafatına layiq görülmüşdür. Tələbəsinin uğuru münasibətilə ELNARƏ KƏBİRLİNSKAYA “Təşəkkür diplomu” ilə təltif olunmuşdur.
17
T Ə B R İ K E D İ R İ K ! “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının dosenti LƏTAFƏT YUSİFOVA 70
“Kamera ansamblı” kafedrasının dosenti MİKAYIL HACIYEV 70
“Fortepiano, orqan və klavesin” kafedrasının dosenti DİLŞAD ƏLİYEVA 60
“İnstrumental ifaçılıq” fakültəsinin dekanı, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Əməkdar müəllim”, professor NƏZAKƏT RİMAZİ 60
“İxtisas fortepiano” kafedrasının dosenti EMİL XİNDRİSTANSKİY 60
“Kamera ansamblı” kafedrasının dosenti, fəlsəfə elmləri namizədi VAQİF HACIYEV 60
18
XƏBƏRLƏR 2021-ci ilin yanvar ayında Rusiyanın Sankt-Peterburq şəhərində dünya şöhrətli Mariinski Teatrında görkəmli Azərbaycan bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti dörd gün ərzində uğurla nümayiş olunub. Tamaşalar Mariinski Teatrının Primorski filialının SanktPeterburqa qastrol səfəri proqramı çərçivəsində təqdim edilib. Proqramında P.Çaykovskinin “Yatmış gözəl”, A.Adanın “Korsar” baletləri ilə bərabər Fikrət Əmirovun “1001 gecə” əsəri də əsas yer tutub. Qeyd edək ki, tamaşaların baş dirijoru və musiqi rəhbəri Azərbaycan Respublikasının Əməkdar artisti, Beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Əyyub Quliyev olmuşdur. Tamaşanı izləyən qonaqlar sırasında Rusiyanın Primorski bölgəsinin qubernatoru Oleq Kojemyako da olub. 26 yanvar 2021-ci il tarixində Ü. Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyası tərəfindən onlayn qaydada Azərbaycanın Əməkdar İncəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayevin “Azərbaycanın klassik 12 instrumental muğamı” adlı kitabının təqdimatına həsr olunmuş elmi konfrans keçirilmişdir. Konfransı giriş sözü ilə BMA-nın elm və innovasiyalar üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə açdı. O, Arif müəllimin nota aldığı bu muğamların müəllim və tələbələrin, geniş musiqi ictimaiyyətinin, bəstəkar və musiqişünaslıq ixtisasları üzrə təhsil alan tələbələrin arxalana biləcəyi çox lazımlı tədris vəsaiti olduğunu bildirdi. “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanalogiya və akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə “Arif Əsədullayevin elmi fəaliyyətinə bir nəzər” adlı məruzə ilə çıxış etdi. O, Əsədullayevlər familyasının Azərbaycan musiqi mədəniyyətində önəmli yer tutmasından, Arif müəllimin elmi və pedaqoji fəaliyyətindən danışdı. Nuridə xanım bildirdi ki, nota salınmış bu muğamlar muğamatın onun elminin tədqiqi və təbliği ilə məşğul olan tədqiqatçı və ifaçılar üçün əsl istinad mənbəyidir. 20 ildən artıqdır ki, çox önəmli bir işlə - Azərbaycan instrumental muğamlarını nota salmaqla məşğul olan Arif Əsədullayevin bu aspektdə 5 məcmuəsi işıq üzü görüb. Bu məcmuələr həm tədris repertuarı kimi, həm də solist-ifaçılar üçün qiymətli vasitələrdir. Arif Əsədullayev görkəmli muğam bilicisi kimi Azərbaycanın klassik 7 instrumental muğamını “Çahargah”, “Humayun”, “Rast”, “Bayatı-Şiraz”, “Zabul segah”, “Şur” və “Şüştər” muğamlarını ilk dəfə olaraq ayrı-ayrılıqda nota yazmış, daha sonra isə qalan muğamları – “Mahur hindi”, “Orta Mahur”, “Bayatı Qacar”, “Bayatı-Kürd”, “Vilayəti-Dilkəş”, “Şahnaz”, “Qatar”, “Rahab”, “Dügah”, “Dəşti”, “Şüştər”, “Xaric segah”- instrumental muğamlarını “Azərbaycanın klassik 12 instrumental muğamı” məcmuəsi şəklində geniş musiqi ictimaiyyətinə təqdim etmişdir. Daha sonra elmi tədqiqat laboratoriyasının əməkdaşları, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev “Muğam tədrisinin bəzi elmi-metodik məsələləri”, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar Rüfət Ramazanov “Ustad, müəllim, şəxsiyyət”, emi-tədqiqat laboratoriyasının böyük elmi işçisi Zeynal İsayev “İlkə imza atan - Arif Əsədullayev”, elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli “Muğamların nota 19
alınmasının mühüm xüsusiyyətləri”, Ü.Hacıbəyli adına BMA-nın doktorantı, elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nigar Bayramova “Peşəkarlığın zirvəsində”adlı elmi məruzələri ilə çıxış etdilər. Konfransda Azərbaycanın xalq artisti, professor Ş.Eyvazova, Azərbaycanın Xalq artisti, professor E.İsgəndərov, Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru N.Hüseynova, “Musiqi nəzəriyyəsi” kafedrasının dosenti, sənətşünaslıq namizədi D.Məmmədova, II Qarabağ müharibəsinin iştirakçısı, BMA-nın magistri E.Əmirli, İran İslam Respublikasının vətəndaşı, Ü.Hacıbəyli adına BMA-nın vokal kafedrasının tələbəsi Z.Bağhabzadeh, Azərbaycan Energetika İnstitutu “Layihə smeta” şöbəsinin müdiri S.Mirzəyev, Sankt-Peterburq Musiqi Pedaqoji kollecinin müəllimi L.Qurbanova və tələbələr iştirak ediblər. Sənətşünaslıq namizədi, dosent Dilbər Məmmədova dahi Üzeyir Hacıbəylinin “Xalq musiqisinin əsasları” kitabından, muğamların səs düzümündən və Arif müəllimin nota aldığı instrumental muğamların temperasiyalarından söhbət açdı. Xalq artisti, professor Eldar İsgəndərov Arif Əsədullayevlə birlikdə yazdıqları “7 klassik Azərbaycan muğamı” solo violonçel üçün işlənmiş dərs vəsaiti haqqında öz fikirlərini bildirdi. Arif Əsədullayevin həyat yoldaşı, Azərbaycanın xalq artisti, professor Şəfiqə Eyvazova Arif Əsədullayev haqqında öz ürək sözlərini və konfrans iştirakçılarına minnətdarlığını bildirdi. Sonda Arif Əsədullayev konfransda iştirak edən məruzəçilərə, qonaqlara, elmi-tədqiqat laboratoriyasının əməkdaşlarına xüsusi minnətdarlığını bildirərək, kamançada gözəl ifası ilə konfransı yekunlaşdırdı. Olduqca dolğun və rəngarəng tərtib olunmuş konfransda çıxışlar arası müxtəlif videoçarxlar da nümayiş etdirilmişdir. 28 yanvar 2021-ci il tarixində Mərkəzi Bankın təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə "Rəqəmsal ödənişlərin üstünlükləri" və "Maliyyə savadlılığı" mövzusunda "Zoom" proqramı vasitəsilə görüş keçirilmişdir. Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Ülfət Yusifov mövzu ətrafında tələbələrə geniş məlumatlar verərək, video şəklində tələbələrə izah olunmuşdur. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
2 fevral 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında kiçik elmi işçi, doktorant Ayxan Əfəndiyevin “Türk beşləri və onların müasir musiqidə tutduqları mövqe” mövzusunda onlayn qaydada seminarı keçirilmişdir. Məruzəçi Mustafa Kemal Atatürkün Türk musiqisinə göstərdiyi qayğıdan, musiqiçilərin, şairlərin və ümumiyyətlə bir çox incəsənət adamlarının dövlət hesabına xaricdə təhsil almalarına yardım etməsindən və ən əsas da, “türk beşliyi”ni birləşdirən ümumi məqamlardan bəhs etmişdir. Seminarda beşliyi birləşdirən ümumi məqamlardan çağdaş türk musiqisinin inkişafına inam, modern-evrensel musiqi forması, musiqi dilinə müraciət və çoxsəsli musiqidən istifadə xüsusilə qeyd olunmuşdur. Seminarda Ayxan Əfəndiyev türk beşliyinə daxil olan bəstəkarlar: Cemal Reşit Bey, Adnan Sayqun, Hasan Ferit Alnar, Necil Reşit Rey, Ülvi Cemal Erkin və onların yaradıcılığında xüsusi yer tutan əsərlər haqqında məlumat vermişdir. Əsərlərdən: “10-cu il marşı”, “Yunus Emre” oratoriyası ,“Yalova Türküsü”, “Keloğlan” baleti məruzəçi tərəfindən xüsusilə qeyd olunmuş və bu əsərlərin türk musiqi tarixində əhəmiyyətindən bəhs edilmişdir. Bununla yanaşı seminarda Türk musiqi yaradıcılığının və inkişafının Azərbaycan musiqisi ilə müqayisəli təhlili iştirakçılar arasında maraqlı müzakirələrə səbəb olmuşdur. Seminarın sonunda BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, elmi işçi Könül Əhmədova mövzu ətrafında öz dəyərli fikirlərini bildirmiş və məruzəçiyə dəyərli tövsiyələr vermişlər. 20
4 fevral 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyevanın “N.A.Qarbuzovun zona nəzəriyyəsi: suallar və cavablar” adlı elmi seminarı keçirilmişdir. Məruzəçi səs zonası daxilində fərqli akustik xüsusiyyətlərə malik səslərin eyni keyfiyyətdəki səslər kimi qəbul edilməsi (məsələn, 1-ci oktavanın lya səsi yalnız 440 Hz deyil, 445, 450, 438 və s. ola bilər) haqqında məlumat vermişdir. Eyni zamanda, bu zonadakı qeyd olunan nüansların böyük bədii əhəmiyyətə malik olmasını vurğulamışdır. Bu “ikililiyi” izah etmək üçün İ.Əliyeva “qeyrimükəmməl” eşitmə zonası və bədii cəhətdən şərtləndirilmiş intonasiya zonası kimi anlayışların müvafiq olduğunu təklif etmişdir. Daha sonra İ.Əliyeva bildirmişdir ki, Azərbaycan məqamlarının bütün intervalları da N.A.Qarbuzovun ölçdüyü zonalara daxildir və beləliklə də, Ü.Hacıbəylinin Avropa notasiya tətbiqi nəzəri izahını və ədədi təsdiqini tapmışdır. Seminarın gedişində elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, böyük elmi işçi Zeynal İsayev, elmi işçi Ayxan Əfəndiyev məruzəçiyə müxtəlif maraqlı suallar yönləndirərək mövzu ətrafında çıxış etmişlər.
8 fevral 2021-ci il tarixində Mərkəzi Bankın təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə "Sığorta təlimi", "İcbari və dövlət icbari sığorta" və sığortanın müxtəlif sahələri mövzusunda "Zoom" proqramı vasitəsilə görüş keçirmişdir. Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Afət Həsənova mövzu ətrafında tələbələrə geniş məlumatlar verərək, video şəklində tələbələrə izahat təqdim edilmişdir. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.
9 fevral 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ruqiyyə Süleymanovanın “Azərbaycan bəstəkarlarının musiqili komediyalarında Nəsibə Zeynalovanın rolu” adlı onlayn seminarı keçirilmişdir. Məruzəçi Azərbaycanın görkəmli kino və teatr aktrisası, Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatı, Milli Musiqili Komediya teatrının inkişafında müstəsna rol oynayan, 40 ildən çox işlədiyi sənət ocağının bütün əsas yaradıcılıq yükünü çiyinlərində daşıyan Nəsibə Zeynalovanın həyat və yaradıcılığı haqqında ətraflı çıxış edərək müxtəlif maraqlı faktlar təqdim etmişdir. Teatr və kino aktyorları arasında elə sənətkarlar var ki, şöhrəti, yaratdığı və həyat verdiyi obrazları yaddaşlarda əbədi yaşayır. Məşhur gülüş ustası, Azərbaycanın teatr və kino tarixinə adını qızıl hərflərlə yazmış sənətkarın, musiqili teatrımızın inkişafında böyük rolu olmuşdur. O yaratdığı obrazlara görə müxtəlif illərdə dövlətimiz tərəfindən xüsusi mükafatlara layiq görülmüşdür. R.Süleymanova onu da qeyd etdi ki, Nəsibə Zeynalovaya “Dövlət Mükafatı Laureatı”,“Hicran” musiqili komediyasındakı “Qızbacı” roluna görə verilmişdir. Nəsibə xanım Zeynalovanın kino obrazları içərisində Fatmanisə (“Ögey ana”); Cahan xala (“Arşın mal alan”); Telli (“Böyük dayaq”); Züleyxa (“Ulduz”); Cənnət xala (“Qaynana”); Əsli xala (“Bəyin Oğurlanması”), zəngin teatr tamaşalarında Cəhrə xala (“Altı qızın biri Pəri”); Zeynəb (“Nənəmin şahlıq quşu”); Nazxanım (“Nazxanım Naz eləyir”) və s. kimi rolları haqqında xüsusilə ətraflı məlumat verən məruzəçi müxtəlif musiqili nömrələr nümayiş etdirmişdir. 21
Məruzəçi seminarda Azərbaycan operettaları və musiqi komediya janrında yaranmış bir çox maraqlı əsərləri təhlil etmiş, tamaşaçıların bədii vasitələr sistemində musiqi ünsürünün dramaturq funksiyasını araşdırmışdır. Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə; xalq artisti, professor Zümrüd Məmmədova; aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İmina Əliyeva; böyük elmi işçi Zeynal İsayev; sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli; elmi işçi Fidan Nəsirova və laboratoriyanın digər üzvləri mövzu ətrafında fikirlərini bildirdilər. 10 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim heyəti və tələbələri ilə pul kreditinin xüsusiyyətləri, kredit götürmə üsulları, bank seçilməsi meyarları, faizlərin ödənilməsi şərtləri haqqında "Zoom" proqramı vasitəsilə görüş keçirilmişdir. Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Rauf Ağayev mövzu ətrafında tələbələrə geniş məlumatlar vermişlər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır. 11 fevral 2021-ci il taixində Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayevanın seminarı keçirilmişdir. “Azərbaycan bəstəkarlarının yaradıcılığında vokaliz janrı” adlı mühazirə ilə çıxış etmiş M.Rzayeva, ilk öncə BMA-nın 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” adlı monoqrafiyası haqqında məlumat vermişdir. Daha sonra vokaliz janrının tarixi inkişaf yolu haqqında və bu janrın gənc vokalçılara ünvanlanan solo-ifaçılıq üçün nəzərdə tutulan texniki solfecio-etüd tipli vokalizlər, klassik romans janrına yaxın olan, lirik ehtiraslı vokalizlər və iri həcmli simfonik orkestr ilə səsin ifasında verilən vokalizlər haqqında məlumat vermişdir. Azərbaycan vokal musiqisi tarixində Tofiq Quliyevin vokalizlərinin açdığı yeni səhifədən, Cahangir Cahangirovun, Oqtay Rəcəbovun, Vasif Adıgözəlovun, Tofiq Bakıxanovun bu janra verdikləri töhvələrdən, həmçinin müasir Azərbaycan vokal musiqisində vokaliz janrının daha sərbəst formalı, daha ritmik və müxtəlif cərəyanları özlərində birləşdirən sənət əsərlərindən; Gülnaz Abdullazadə, Sevda İbrahimova, Eldar Mansurovun vokaliz janrında bəstələdikləri əsərlərin özlərinə məxsus temperament və ekspressivliyi ilə müasir yazı üslubunu özündə ehtiva etdiyi vurğulanmışdır. Gülnaz Abdullazadənin səs və fortepiano üçün yazdığı “Azərbaycan vokalizləri” məcmuəsi və Sevda İbrahimovanın “Vokal musiqi albomuna” daxil etdiyi vokalizləri üzərində xüsusilə dayanaraq, qeyd olunmuşdur ki, əsərlər Azərbaycan musiqi tarixində klassik vokaliz janrının ən dəyərli nümunələridir. Seminar boyu M.Rzayeva mövzu ilə bağlı musiqi nümunələri səsləndirmişdir. Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri, dosent N.İsmayılzadə, xalq artisti, professor Z.Məmmədova, əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor A.Əsədullayev, aparıcı elmi işçi, dosent A.Abduləliyev, aparıcı elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru İ.Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi N.Bayraməlibəyli, aparıcı elmi işçi, bəstəkar R.Ramazanov və laboratoriyanın digər üzvləri mövzu ətrafında maraqlı müzakirələr apararaq dəyərli fikirlərini bildirmiş və BMA-nın 100 illik yubileyinə həsr edilən “Azərbaycan vokalizlərinin səciyyəvi xüsusiyyətləri” monoqrafiyasının müəllifi M.Rzayevanı bu janrda apardığı dəyərli tətqiqatı ilə bağlı bir daha təbrik edərək, yeni yaradıcılıq uğurları diləmişlər.
22
12 fevral 2021-ci il tarixində Azərbaycan Respublikasının Mərkəzi Bankının təşkilatçılığı ilə Bakı Musiqi Akademiyasının müəllim heyəti və tələbələri ilə İstehlak krediti, kreditin bütün tələbləri və şərtləri, sığorta haqqları, zamin hüququ və öhdəlikləri haqqında "Zoom" proqramı vasitəsilə görüş keçirilmişdir. Görüşdə Mərkəzi Bankın nümayəndələri Fərəh Əliyeva və Rauf Ağayev mövzu ətrafında tələbələrə geniş məlumatlar vermişlər. 16 fevral 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynovanın “Muğam aləmi - Beynəlxalq Festivallar çərçivəsində elmi simpoziumlar” adlı Zoom proqramı ilə onlayn seminarı keçirilib. Muğam digər janrlarla yanaşı, Şərq xalqlarının milli mənəvi dəyərlərinin, tarixi və mədəni əlaqələrinin qorunub saxlanılmasında və inkişafında müstəsna rol oynayır. Nərminə Hüseynova öz çıxışında qədim şərqin musiqi janrlarından olan muğamın dünya musiqi mədəniyyətində öyrənilməsinin ən mühüm obyekti kimi daim tədqiqatçıların diqqətində olduğunu qeyd edərək bildirdi ki, müasir zaman daxilində muğamın araşdırılıb, təhlil edilib, öyrənilməsində Azərbaycan musiqi xadimləri yeni perspektivlər və reallıqlar, böyük imkanlar açır. Məruzəçi “Muğam aləmi” Beynəlxalq Festivalının hər iki ildən bir mart ayında, Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqının təşkilatçılığı ilə keçirildiyini qeyd etdi. İlk Festival 2009-cu il, 18-25 martda Bakı şəhərində keçirilib. “Muğam aləmi” Beynəlxalq Festivallarının əsas məqsədi muğam sənəti ilə yanaşı, muğamın təhsili, tədrisi, eləcə də ifaçılıq sənətinin öyrənilməsi, gənc muğam ifaçılarının yetişməsi, eyni zamanda xalqlar arasında beynəlxalq mədəni inteqrasiyanın genişlənməsi məsələləri festival proqramı çərçivəsində bu günə qədər uğurla həyata keçirilir. Məhz “Muğam aləmi” Beynəlxalq Festivallar çərçivəsində keçirilən elmi simpoziumlar dünya alimlərinin mədəniyyət sahəsindəki elmi əməkdaşlıqlarının əyani sübutu oldu. Muğamla bağlı elmi simpoziumlarda təqdim olunan mövzular dünyanın aparıcı musiqişünaslarının diqqət mərkəzində olduğunu bir daha təsdiq etdi. Bu da bütün şərq xalqları üçün muğamın sərhədlərinin olmadığını düşünməyə əsas verir. Azərbaycan Respublikasının birinci vitse-prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva çoxsaylı çıxışlarında: “Muğam qədim köklərə, milli ləyaqətə, duyğulara, emosional daxili sərvətə, mərhəmət və kamilliyə aparan bir amildir” xüsusilə qeyd edir. Məruzəçi seminar boyu mövzu ilə bağlı çoxlu sayda musiqi materiallarından istifadə edərək slayd şəklində əməkdaşlara təqdim etdi. Seminarda elmi-tədqiqat laboratoriyasının əməkdaşları iştirak edirdilər. Sonda laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi İmina Əliyeva, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aparıcı elmi işçi Nərminə Bayraməlibəyli, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar haqda öz ürək sözlərini söylədilər.
23
23 fevral 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında elmi işçi Bəsti Kazımovanın “Bəstəkar Aqşin Əlizadənin simfonik yaradıcılığı - V simfoniya”adlı onlayn seminarı keçirilib. Məruzəçi Azərbaycan bəstəkarlıq məktəbinin parlaq nümayəndəsi, bəstəkar, professor C.Hacıyevin tələbəsi Aqşin Əlizadənin simfonik yaradıcılığı ilə bağlı ətraflı çıxış edib. A.Əlizadə yaradıcılığında Abşeron kənd həyatının obrazları, təsvirləri özünəməxsus yer tutur. Bununla yanaşı musiqimizə yeni obraz, yeni üslub gətirən bəstəkarlar sırasındadır. Bəstəkar yaradıcılığında Q.Qarayev və F.Əmirov üslubunun ənənələrinə xas olan cəhətləri mənimsəyərək özünəməxsus tərzdə davam etdirmiş və A.Əlizadə üslubunu yarada bilmişdir. Bu da əsasən onun simfonik yaradıcılığında özünü büruzə verir. Belə ki, bəstəkarın yaradıcılığında 5 simfoniya xüsusi əhəmiyyət kəsb edir. Simfoniyalarla yanaşı, bəstəkarın yaradıcılıq irsinə kamera orkestri üçün “Uşaq süitası”, “Təntənəli marş”, “Abşeron lövhələri”, “Kənd süitası, “Qəhrəmanlıq musiqisi” əsərlərini göstərmək olar. Bəsti Kazımova bəstəkar Aqşin Əlizadənin simfonik yaradıcılığına müraciət edərək, hər simfoniyanın obrazını, üslub xüsusiyyətlərini, lad, məqam, milli alətlərin istifadəsi və bu alətlərin simfonik orkestrdə başqa alətlər qrupu ilə peşəkar formada uzlaşdırılması haqqıda ətraflı məlumat verdi. Əsasən də V simfoniyanın təhlilini təqdim etdi. Milli köklər, xalq musiqisi bəstəkarın yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Məhz simfonik orkestr üçün nəzərdə tutulmuş V simfoniyada da bəstəkar xalq çalğı alətlərimiz olan zurna, ney, balaban və sazdan istifadə etmişdir. Seminarda məruzəçi bəstəkar Aqşin Əlizadənin foto şəkillərini slayd şəklində və bir neçə əsərlərinin video səslənməsini təqdim etdi. Seminarda elmi-tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov bəstəkar Aqşin Əlizadənin yaradıcılığı ilə bağlı həm maraqlı suallar, həm də öz ürək sözlərini məruzəçiyə bildirdilər.
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) baş müəllimi Naala Baratelianın rəhbərliyi altında BMA-nın "Luminex" xor kollektivi Qara Qarayev adına Kamera Orkestrinin müşayiətilə Xocalı Soyqırımının 29-cu ildönümü münasibətilə G.B.Perqolezinin "Stabat Mater" əsərinin birinci nömrəsini ifa ediblər.
25 fevral 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında böyük elmi işçi Əli Əliyevin “Təhsil sistemində beynəlxalq əməkdaşlıq” adlı onlayn seminarı keçirilib. Məruzəçi çıxışında elmi-texniki tərəqqinin sürətlə inkişaf etdiyini və insan sivilizasiyasının qlobal problemlərini vurğulayıb. Problemlər bütövlükdə cəmiyyətin inkişafında ali təhsilin və elmi tədqiqatların artmasını tələb edir. Hazırda ali təhsil sistemində beynəlxalq əməkdaşlıq genişlənir, distant və virtual təhsil də daxil olmaqla təhsilin təmin olunmasının yeni formaları yaradılır. Əli Əliyev öz çıxışında Azərbaycanın Boloniya təhsil sisteminə keçidi və təhsil sahəsində beynəlxalq əməkdaşlıq barədə məlumat verdi. Boloniya sisteminin əsas müddəalarına uyğun olaraq, Bakı Musiqi Akademiyası, MDB və Avropa ölkələrinin musiqi universitetləri ilə əməkdaşlığı genişləndirir. Çoxtərəfli müqavilələr əsasında görkəmli müəllimlərin master-klassları, beynəlxalq konfransları keçirilir. Məruzəçi 1953-cü ildə Brüsseldə YUNESKO-nun təşəbbüsü ilə yaradılmış 24
ISME (International Society for Music Education)-nin musiqi təhsili üzrə beynəlxalq cəmiyyətinin mühüm rol oynadığını, onun vəzifələrinə müəllim mübadiləsi, elmi və tədris-metodiki materiallar, müəllim və təhsilalanların beynəlxalq akademik mobilliyinin artırılması, vahid informasiya bazasının yaradılması məsələlərinin daxil olduğunu vurğuladı. Əli Əliyev qeyd edib ki, 2018-ci ilin iyul ayında Bakıda 33-cü Beynəlxalq musiqi təhsili cəmiyyətinin ümumdünya konfransı keçirilib. Bir neçə gün ərzində müxtəlif ölkələrdən olan müəllimlərin, musiqişünasların, artistlərin iştirakı ilə forumlar, seminarlar, konsertlər, ustad dərsləri, mühazirələr, görüşlər təşkil olunub. Seminarda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, aparıcı elmi işçi, dosent Ariz Abduləliyev, aparıcı elmi işçi İmina Əliyeva və aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar haqqında öz fikirlərini bildirdilər.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Həmkarlar İttifaqı Komitəsi 8 Mart-Beynəlxalq Qadınlar günü münasibətilə əməkdə və ictimai həyatda fərqlənən qadın ittifaq üzvlərini təbrik edərək onlara hədiyyələr təqdim etmişdir.
11 mart 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının təşəbbüsü ilə İranın görkəmli ustad sənətkarı, elm xadimi, bəstəkar, dirijor Fərhad Fəxrəddininin yaradıcılığına həsr olunmuş onlayn elmi seminar təşkil olunmuşdur. Elmi seminar, məruzəçi, BMAnın doktorantı, elmi işçisi, bəstəkar İlahə Qismət qızı İsrafilova tərəfindən keçirildi. Giriş sözü ilə çıxış edən elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, qonaq qismində iştirak edən İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercanı, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fəlsəfə doktoru Azad Rzayevi, tərcüməçi Səpidə Haşemini və laboratoriyanın elmi işçilərini salamlayaraq seminarı açıq elan etdi. N.İsmayılzadə çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqlar arasında mehriban və sülh şəraitində yaşamanın vacib olmasını dəfələrlə söylədiyini və keçirilən hal-hazırki seminarın ilə ölkə başçısının çağırışının, musiqişünas-alimlər tərəfindən yüksək önəm verilərək dəyərləndirilməsini qeyd etdi. Daha sonra çıxış edən İ.İsrafilova, seminarın ustad Fərhad Fəxrəddininin doğum gününə həsr olunduğunu bildirmiş və öz məruzəsində bəstəkarın yaradıcılığının bir neçə istiqamətdə inkişaf etdiyini diqqətə çatdıraraq, xüsusilə, bəstəkarın İran Milli Musiqisinin tarixi, muğam, kino musiqisi, elmi-tədqiqat işləri haqqında ətraflı məlumatlar təqdim etdi. Məruzəçi, Fərhad Fəxrəddininin monumental əsərlər ərsəyə gətirdiyini, qədim şərq musiqisinin elmi tədqiqatları ilə müasir dövrün tədqiqatçılarının yaradıcılığı arasında böyük körpünün yaratdığını vurğuladı. Daha sonra bəstəkarın məşhur əsərləri arasında “İbn Sina” süitası, Azərbaycan tarı üçün yazılmış konserti və “İmam Əli” tarixi serialından soundtreki İ.İsrafilova tərəfindən nümayiş etdirilmişdir. Növbəti çıxış üçün söz Fərhad Fəxrəddininin Azərbaycan tarı üçün yazılmış konsertinin ilk ifaçısı elmi laboratoriyanın baş elmi işçisi, xalq artisti, professor Ramiz Quliyevə verildi. R.Quliyev öz çıxışında Azərbaycan İran mədəniyyət əlaqələri haqqında, ustad bəstəkarla yaradıcılıq əlaqələrindən Fərhad Fəxrəddininin dirijorluğu ilə konsertdə çıxış etdiyini xatırlatdı. 25
Seminarda çıxış edən İran Səfirliyinin Mədəniyyət Mərkəzinin sədri Ağayi Əliəkbər Purmercan musiqi əlaqələrinin davam etdirilməsində maraqlı olduğunu vurğuladı və 2021-ci il Azərbaycanda “Nizami ili” elan olunduğuna görə iki ölkə arasında birgə layihələrin keçirilməsini arzuladı. Elmitədqiqat laboratoriyasının baş elmi işçisi, xalq artisti Zümrüd Məmmədova İrandakı konserti və festival səfərlərindən danışaraq, İran musiqiçiləri ilə gələcəkdə də əməkdaşlıq etməsinin vacib olduğunu qeyd etdi. Çıxış edənlərin arasında laboratoriyanın böyük elmi işçisi Zeynal İsayev və tərcüməçi Səpidə Haşemi də var idi. S.Haşemi öz çıxışında F.Fəxrəddininin adından iştirakçıları salamlayaraq öz minnətdarlığını bildirdi. Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi; Orqanaloqiya və akustika” laboratoriyasının böyük elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənlinin “Azərbaycan Cəngi rəqsləri” adlı məcmuəsi nəşr olunub. Sözügedən məcmuə, Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmişdir. Bu məcmuə xalqımızın qəhrəmanlıq dastanına yeni səhifə yazan, 30 ilə yaxın erməni işğalı altında qalmış torpaqlarımızın azad olunmasında, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandanımız İlham Əliyev başda olmaqla böyük şücaət göstərən müzəffər ordumuzun qazandığı şanlı qələbəyə, eləcə də Azərbaycan musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin bizlərə miras qoyduğu Bakı Musiqi Akademiyasının böyük təntənə ilə qeyd edəcəyimiz 100 illik yubileyinə həsr olunmuşdur. R.Bəhmənlinin bu tədqiqat əsəri Cəngi rəqsləri haqqında (aşıq cəngiləri istisna olmaqla) yazılmış ilk topludur. Bu qədim rəqs janrı günümüzə kimi araşdırılmamışdır. Onun üçün də düşünürük ki, toplunun musiqimiz üçün əhəmiyyəti danılmazdır. Bu məcmuə xalq musiqi nümunələrinin toplanmasına və araşdırılmasına önəm verən və uzun illər bu sahədə böyük uğurlar əldə edən müəllifin gərgin əməyinin məhsuludur. Kitabda xalqımızın qəhrəmanlığı, igidliyi, vətənpərvərliyi tərənnüm olunan qədim Cəngi havaları geniş tədqiq edilmiş, artıq unudulmuş, hafizələrdən silinmiş 28 cəngi rəqsinin not yazısı işıqlandırılmışdır. Bu, əsasında zurna havası kimi yaranan cəngilər arasında tarixi çox qədimlərə dayanan və şanlı Türk tayfalarının adlarını daşıyanlar (“Oğuzlar”, “Bayat qala”, “Bayandur” və s.), XVIII əsr Azərbaycan xanlıqları dövründə döyüşlərdən öncə zurna və təbillərin müşayiətində ifa edilən (Şəki, Şirvan, Naxçıvan, Qarabağ, Quba və s.) cəngiləri, qədim və müqəddəs Novruz bayramında keçirilən şənlikləri müşayiət etmək üçün ifa edilən (“Novruz” cəngisi, “At oyunu”, “Çaparı”, “Ləngəri”, “Kəbbadə” və s.) cəngiləri, zorxana yarışları, güləş səhnələri (“Cidai-gürz”, “Güşti”, “Pəhlivanı” və s.) kimi digər meydan tamaşalarına həsr edilmiş cəngilər vardır. Göründüyü kimi tarixən xalqımızın sevgisini və rəğbətini qazanmış bu cəngilər uzun illər laqeyd münasibət nəticəsində toplanmamış, araşdırılmamış və nota salınmamışdır. Azərbaycanda cəngi musiqisinə müraciət edən bəstəkarlar isə əksər hallarda Ü.Hacıbəylinin yazdığı “Cəngi” əsərini və ya aşıq musiqisində yaşayan cəngi saz havalarını əsas olaraq götürürdülər. 10-11 mart 2021-ci il tarixində Estoniya Musiqi və Teatr Akademiyasının Bəstəkarlıq, improvizasiya və müasir ifaçılıq departamentinin müəllimi, səs texnologiyaları üzrə mütəxəssis Tammo Sumera tərəfindən Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tarix-nəzəriyyə fakültəsinin Bəstəkarlıq və Musiqişünaslıq ixtisasları üzrə tələbələri və məzunları üçün “Max / MSP proqramına giriş” mövzusunda Zoom platforması vasitəsilə onlayn mühazirələr keçirilib. Mühazirələr iki akademiya arasında icra olunan Erasmus Beynəlxalq Kredit Mobilliyi 2019 Proqramı çərçivəsində təşkil olunmuşdur. Qeyd edək ki, mühazirələr hər iki ali təhsil müəssisəsinin Beynəlxalq əlaqələr şöbələrinin dəstəyilə təşkil olunub. 26
12 mart 2021- ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı Qara Qarayevin Ev muzeyində “QARABAĞIM- DOĞMA YURDUM” adlı konsert keçirilmişdir. Layihənin rəhbəri Ü.Hacıbəyli adına BMA-nın Metodika və xüsusi pedaqoji hazırlıq kafedrasının professoru, əməkdar müəllim Leyla Məmmədəliyevadır. Konsertdə Ü.Hacıbəyli adına BMA-nın doktorantı, musiqişünas Vəfa Həmidova giriş sözü ilə çıxış etmişdir. Daha sonra dahi bəstəkar Qara Qarayevin qızı, Qara Qarayevin Ev Muzeyinin müdiri Züleyxa Qarayeva - Bağırova konsert iştirakçılarını salamlamışdır. Konsertdə BMA-nın professoru, konsertmeyster ustalığı kafedrasının müdiri, əməkdar müəllim Gülnarə Acalovanın tələbələri: BMA-nın II kurs tələbəsi Mehriban Xudiyeva (f-no), III kurs tələbəsi Validə Səmədova (f-no), BMA-nın konsert ifaçılığı kafedrasının illüstratoru, Beynəlxalq müsabiqələr laureatı Güllübəyim Məmmədova (vokal), BMA-nın III kurs tələbəsi Hacırzalı Murad (tar), BMA-nın IV kurs tələbəsi Günel İmanova çıxış etmişlər. Konsertdə Ü.Hacıbəyli, F.Əmirov, V.Adıgözəlov, A.Zeynallı, A.Bəbirovun əsərləri səslənmişdir. Konsertin sonunda Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, əməkdar mədəniyyət işçisi Alla Bayramova yekun sözü ilə çıxış etmişdir.
16 mart 2021-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu, bəstəkar və pianoçu Etibar Əsədli tərəfindən BMA-nın Fortepiano, İfaçılıq və Tarix-nəzəriyyə fakültələrinin tələbələri üçün “Musiqi sahəsində sahibkarlıq” mövsuzunda mühazirə keçirilib. Giriş sözü ilə çıxış edən Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr, ictimaiyyətlə əlaqələr və sosial məsələlər üzrə prorektoru, professor Yeganə Axundova qonağa mühazirənin keçirilməsinə görə təşəkkürünü bildirmiş, mövzunun aktuallığını bir daha vurğulamış və bütün iştirakçılara uğurlar arzulamışdır. Qeyd edək ki, mühazirə Britaniya Şurasının dəstəyi ilə həyata keçirilən və BMA-nın tərəfdaşı olduğu Creative Spark Ali Təhsil Müəssisəsi Proqramı çərçivəsində təşkil olunub. Onlayn formatda baş tutmuş görüşdə musiqi və kreativ sahibkarlıq sahələrində mövcud problemlər və imkanlar, freelancerlik fəaliyyəti, musiqiçilər üçün biznes bacarıqlarının inkişaf etdirilməsinin əhəmiyyəti və bir sıra digər məsələlər müzakirə olunub.
18 mart 2021-ci il tarixində Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasında elmi işçi Nigar Bayramovanın onlayn seminarı keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən bu il ölkəmizdə “Nizami Gəncəvi ili” elan edilib. Azərbaycanın dahi şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi ilə bağlı keçirilən seminarda Nigar Bayramova “Nizami və musiqi” adlı məruzəsi ilə çıxış etmişdir. N.Bayramova məruzəsində, dünya poeziyasında “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl” və “İskəndərnamə” poemalarını birləşdirən “Xəmsə” ilə şöhrət qazanan Nizami Gəncəvinin bədii irsinin dövrümüzdə də müasirliyi ilə seçildiyini qeyd etmişdir. Onun yaşadığı dövrdən artıq doqquz əsr keçməsinə baxmayaraq, o, yenə də yaşayır, poeziya sevərlərin həmişə diqqət mərkəzindədir. 27
Nizami yaradıcılığı və obrazı əsasında yaradılan əsərlər tez-tez səhnələrdə görünməkdə, konsert salonlarında səslənməkdədir. Nizami poeziyası elə bir tükənməz mənbədir ki, neçə illər keçsə belə, tədqiqatçıların onun irsində indiyə qədər deyilməmiş fikirləri aşkar edərək nizamişünaslığa və eləcə də musiqişünaslığa yeni əsərlər töhfə verəcəkləri şübhəsizdir. Onlar dünya ədəbiyyatının klassiki sayılan Nizami Gəncəviyə bir mütəfəkkir-şair kimi yanaşmış, yaradıcılığını isə ən qiymətli mənbə hesab etmiş, bu obraz və mənbədən bəhrələnərək, axtarışlarını və istəklərini gerçəkləşdirərək Nizamiyə həsr olunan ən gözəl əsərlərini yazmışlar. Nizaminin əsərlərinə bəstələnən və obrazına ithaf olunan musiqi əsərləri Azərbaycan mədəniyyətinin ən qiymətli inciləridir. Təkcə Üzeyir Hacıbəylinin şairin qəzəllərinə yazdığı “Sənsiz” və “Sevgili canan” romanslarının, Qara Qarayevin “Yeddi gözəl” baletinin, “Leyli və Məcnun” simfonik poemasının, Niyazinin “Xosrov və Şirin” lirik-romantik operasının, Fikrət Əmirovun “Nizami” baletinin, “Nizami” simfoniyasının adlarını çəksək, Nizami yaradıcılığının milli musiqimizin inkişafında nə qədər böyük rol oynadığını təsdiqləyə bilərik. Bu əsərlər musiqisevərlər üçün tükənməz ilham mənbəyidir. Məruzəçi seminar boyu mövzu ilə bağlı çoxlu sayda musiqi materiallarından və kino fraqmentlərindən istifadə edərək slayd şəklində əməkdaşlara təqdim etdi. Seminarın sonunda elmi-tədqiqat laboratoriyasının müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə məruzəçinin çıxışını yüksək qiymətləndirərək, mövzu ətrafında dəyərli fikirlərini bildirdi. Daha sonra baş elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, xalq artisti Zümrüd Məmmədova, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov seminar ilə bağlı fikir mübadiləsi apararaq, məruzəçiyə dəyərli tövsiyyələrini bildirdilər.
28
I TUR 16 iyun 2021 Yekun mərhələ 18 İyun 2021
Üzeyir Hacıbəyli adına
Bakı Musiqi Akademiyası AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ
Azərbaycan Respublikası Təhsil Nazirliyi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası
“Nizami ili” çərçivəsində GƏNC BƏSTƏKARLAR arasında (18-35)
“NİZAMİ ROMANS” RESPUBLİKA
Müsabİqə- Festİvalı elan edir
MÜKAFATLAR LAUREATLAR I yer - 800 AZN II yer - 500 AZN III yer - 300 AZN IV,V,VI yer diplomantlar 200 AZN dəyərində mükafat və diplomlarla təl f olunma Müsabiqənin bədii rəhbəri: SSRİ və Azərbaycan Respublikasının Xalq Artisti, professor Fərhad Bədəlbəyli
Əsərlərin və sənədlərin təqdimatının son tarixi – 14.05.2021 Dahi Nizaminin sözlərinə yazılmış 1 romans təqdim olunmalıdır. Sənədlər və not yazısı pdf formatında nizamicompetition@gmail.com elektron ünvanına göndərilməlidir. +994504092092 +99412 4987148 nizamicompetition@gmail.com www.musicacademy.edu.az
Qeyd: Bəstəkarlıq təhsili vacib və əsas şərtdir. Bütün iştirakçılara xüsusi serti ikat və nəşr olunmuş “Nizami Romans” toplusu kitabı təqdim olunacaqdır.
BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov
BU NÖMRƏDƏ YAZIRLAR
Rauf Bəhmənli
Mehparə Rzayeva
Röya Hüseynova
Fidan Hüseynova
BİZİMLƏ ƏLAQƏ: Tel: (+99412) 493 80 00 Facebook: Baku Music Academy Email: humbatov.vugar@gmail.com Elektron jurnal: issuu.com/vugarhumbatov