MEZZO №22

Page 1

İmadəddin Nəsimi 650 Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisis k İnformasiya jurnalı

APREL | MAY | İYUN 2019/№22


ARİF CAHANGİR oğlu MƏLİKOV 13.09.1933 - 09.05.2019


9 may 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli bəstəkar, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, SSRİ və Azərbaycan Respublikasının xalq artisti, Dövlət və Heydər Əliyev mükafatları laureatı Arif Məlikovla vida mərasimi keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər. Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev Arif Məlikovun ömür yolu və bənzərsiz yaradıcılığı barədə danışıb. Qeyd edilib ki, böyük bəstəkar Qara Qarayevin tələbəsi olmuş Arif Məlikov geniş yaradıcılıq diapazonu ilə seçilən sənətkar idi. O, öz istedadını musiqimizin müxtəlif janrlarında sınayaraq instrumental, vokal, simfonik, xor və kamera əsərləri yaratmış, həm kino, həm teatr sənətinə layiqli töhfəsini vermişdir. Nazim Hikmətin librettosuna yazdığı “Məhəbbət əfsanəsi” baleti bəstəkara dünya şöhrəti qazandırıb. Balet ilk dəfə 1961-ci ildə Sankt-Peterburq Akademik Mariinski Teatrında tamaşaya qoyulub. Arif Məlikov səkkiz simfoniyanın, “Nağıl”, “Vətən”, “Metamorfozlar”, “Axırıncı aşırım” simfonik poemalarının, süitaların, “Bu torpaqda iki nəfər”, “İki qəlbin dastanı” baletlərinin, “Torpağın səsi” kantatasının, “Dalğalar” operettasının, Nazim Hikmətin sözlərinə üç romans silsiləsinin, fortepiano və orkestr üçün konsertin, kamera-instrumental əsərlərin, kinofilmlərə, teatr tamaşalarına musiqinin, bir çox mahnıların müəllifidir. Bəstəkarın musiqisi bu gün dünyanın bir çox ölkələrinin möhtəşəm teatr və konsert salonlarında, dövlət tədbirlərində, mədəniyyət günlərində, beynəlxalq musiqi festivallarında səslənir. Vurğulanıb ki, Arif Məlikovun taleyinə yazılmış bir ömrün əfsanəsi yarım əsrdən çoxdur musiqisevərləri öz cazibəsində saxlamaqdadır. Bəstəkarın ümummilli lider Heydər Əliyevə ithaf etdiyi "Əbədiyyət" adlı 8-ci simfoniyası Azərbaycan musiqi mədəniyyətinin növbəti sənət zirvəsidir. Dahi Üzeyir Hacıbəyli və Qara Qarayevin bəstəkarlıq məktəbinin davamçısı olan ustad sənətkar uzun illər ərzində Bakı Musiqi Akademiyasının bəstəkarlıq kafedrasının müdiri kimi bütün səy və bacarığını yeni bəstəkarlar nəslinin yetişdirilməsinə sərf edib. Nazir onu da qeyd edib ki, Arif Məlikov fəal vətəndaşlıq mövqeyi ilə xalqın böyük hörmətini qazanmış ictimai xadim olub. 1990-cı ilin 20 Yanvar hadisələri zamanı Azərbaycan xalqının haqq səsini dünyaya çatdıranlar arasında Arif Məlikov da var idi. Bildirilib ki, bəstəkarın Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib. Arif Məlikov 1965-ci ildə respublikanın Əməkdar incəsənət xadimi, 1978-ci ildə Xalq artisti, 1986-cı ildə SSRİ Xalq artisti fəxri adlarına, 1986-cı ildə Azərbaycanın Dövlət mükafatına, 1998-ci ildə “İstiqlal”, 2013-cü ildə “Heydər Əliyev”, 2018-ci ildə “Şöhrət” ordenlərinə layiq görülüb. Nazir daha sonra deyib: “Arif Məlikov Vətəninə, elinə-obasına bağlı bir insan idi. O, musiqi ilə yaşayır, musiqi ilə nəfəs alırdı. Lakin dünya heç kəs üçün əbədi deyil. Ancaq yaxşı ad və unudulmaz xatirələr insanı hər zaman yaşadır. Böyük bəstəkar, pedaqoq, səmimi və təvazökar insan Arif Cahangir oğlu Məlikovun xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”. Vida mərasimində çıxış edən Bakı Musiqi Akademiyasan rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli Arif Məlikovun onun üçün doğma bir insan olduğunu söyləyib. Bildirib ki, bəstəkarın Nazim Hikmətin sözlərinə yazılmış romansları əsl şedevrdir. Rektor deyib ki, Arif Müəllimin əsl ziyalı kimi Bakı Musiqi Akademiyasında gənc musiqişünasların, bəstəkarların yetişməsinə böyük zəhmət sərf edib. Arif Məlikov dünyasını dəyişsə də, yazdığı əsərlər hər zaman böyük salonlarda səslənəcək, nəinki müəllifinə, həm də mənsub olduğu millətə şöhrət gətirəcək. Arif Məlikovun dünyasını dəyişməsini Azərbaycan elmi üçün də böyük itki hesab edən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, o, böyük akademik düşüncəyə malik bir musiqi xadimi idi. Hər zaman Azərbaycan elmini ləyaqətlə təmsil edən Arif Məlikovun yeni sənətşünaslar, musiqişünaslar nəslinin yetişməsində müəllim, elmi məsləhətçi kimi xüsusi rolu olub. O, Azərbaycan musiqi mədəniyyəti tarixində yüksək zirvələr fəth edib. Heç tərəddüd etmədən demək olar ki, Üzeyir Hacıbəylinin “Arşın mal alan”, Qara Qarayevin “İldırımlı yollarla”, Fikrət Əmirovun “Min bir gecə” əsərlərindən sonra Arif Məlikovun “Məhəbbət əfsanəsi” Azərbaycan xalqına və musiqi mədəniyyətinə dünya şöhrəti qazandırıb. Vida mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova və Arif Məlikovun tələbəsi Ceyhun Allahverdiyev çıxış edərək görkəmli bəstəkarın bənzərsiz sənət dünyasından söhbət açıb, onunla bağlı xatirələrini bölüşüblər. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərhumun ailə üzvlərinə dərin hüznlə başsağlığı veriblər. Arif Məlikovun ailə üzvləri mərhumun xatirəsinə göstərilən ehtirama görə dövlətimizin başçısına və birinci xanıma minnətdarlıqlarını bildiriblər. Vida mərasimindən sonra görkəmli bəstəkarın cənazəsi son mənzilə yola salınıb. Mərhum I Fəxri xiyabanda torpağa tapşırılıb. ALLAH RƏHMƏT ELƏSİN! Mənbə: www.president.az

1


Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASINDA ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 96-CI İLDÖNÜMÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB 10 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Qara Qarayev adına konfrans zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə öncə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək Azərbaycan xalqının görkəmli oğlu olan Heydər Əliyevin zəngin, mükəmməl dövlət quruculuğunu, Azərbaycanın memarı və qurucusu kimi tarixdəki, rolundan danışıb. Daha sonra BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, “Humanitar fənnlər” kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyev və “Solo oxuma və vokal hazırlığı” kafedrasının müdiri, Xalq artisti, professor Xuraman Qasımova çıxış edərək ulu öndər Heydər Əliyevin müdrik, eyni zamanda praqmatik bir lider olduğunu, dövlət quruculuğunda gördüyü işlərdən söz açıblar. Daha sonra Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş tədbirdə film nümayiş olunub həmçinin musiqi nömrələri səslənib. Belə ki, F.Əmirov “Poema-monoloq” (BMA-nın III kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Orxan Hüseynov, müşayiət BMA-nın baş müəllimi Nərgiz Salmanlı), S.Hacıbəyov “Lay-lay” (BMA-nın tələbələri, Beynəlxalq və Respublika müsabiqələr laureatları İsgəndərova Sona və Həsənova Elmina, müşayiət BMA-nın məzunu, Beynəlxalq və Respublika müsabiqələr laureatı Zuleyxa Usubova), S.Əliyeva “Qayıt əzizim” (BMA-nın magistr pilləsinin I kurs tələbəsi, Respublika müsabiqələr laureatı Orxan Cəlilov, Müşayiət Natiq Yusibov), Tomas Tallis “İf you love me”, Orlando Lasso “Vilanella” Tomas Victoria “Motet” (Bakı Musiqi Akademiyasının “Lumineux” vokal ansamblı (Bədii rəhbər və dirijor BMA-nın baş müəllimi Naala Baratelia)), F.Əmirov “Azərbaycan elləri” (BMA-nın məzunu, Beynəlxalq və Respublika müsabiqələr laureatı Fatimə Cəfərova, müşayiət BMA-nın məzunu, Beynəlxalq və Respublika müsabiqələr laureatı Zuleyxa Usubova) əsərləri ifa olunub.

2


ÖZBƏKİSTANDA “AYRILARMI KÖNÜL CANDAN-AZƏRBAYCAN!” ADLI MÖHTƏŞƏM KONSERT KEÇİRİLİB 21 may 2019-cu il tarixində Özbəkistan Dövlət Konservatoriyasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Ayrılarmı könül candan-Azərbaycan!” adlı möhtəşəm konsert proqramı keçirilib. Tədbirdə öncə çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri Hüseyn Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən danışmışdır. Azərbaycanın Özbəkistandakı Səfirliyi, Səfirliyin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən konsertdə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli, Xalq artisti Gülnaz İsmayılova, Əməkdar artistlər Anar Şuşalı, İslam Manafov, Turan Manafzadə, beynəlxalq müsabiqələr laureatları Ərəstun Quliyev, Fəqan Həsənli, Abuzər Manafzadə milli musiqilərimizi ifa ediblər. Konsert proqramının repertuarında dünya şöhrətli Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli “Sənsiz”, “Cəngi”, Fikrət Əmirov “Azərbaycan elləri”, Asəf Zeynallı “Ölkəm”, Rauf Hacıyev “Azərbaycan”, Müslüm Maqomayev “Azərbaycan”, Tofiq Quliyev “Qızıl üzük”, “Sənə də qalmaz” əsərləri iştirakçıların alqışları ilə qarşılanıb.

TÜRKMƏNİSTANDA MDB ÜZVÜ OLAN DÖVLƏTLƏRİN YARADICI VƏ ELMİ ZİYALILARININ XIV FORUMU KEÇİRİLİB 15-16 may 2019-cu il tarixlərində Türkmənistanın paytaxtı Aşqabadda “Cəmiyyətin ümumi humanitar məkanı: mədəniyyət, elm, təhsil sahəsində dialoq” mövzusunda MDB üzvü olan dövlətlərin yaradıcı və elmi ziyalıların XIV Forumu keçirilib. Tədbirin təşkilatçısı MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondudur (DHƏF). Xatırladaq ki, MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğludur. Forumda mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi, Mədəniyyət və Təhsil nazirliklərinin, Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşları, o cümlədən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın direktoru Əliqismət Lalayev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru Nərminə Quliyeva və başqaları iştirak ediblər. Forumun mövzusu “Birlik ölkələrində ümumi humanitar məkan: mədəniyyət, təhsil və elm sahələrində dialoq”dur. Tədbirin açılış mərasimində Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov forum iştirakçılarına təbrik məktubu oxunub. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu İdarə Heyətinin sədri Polad Bülbüloğlu, Azərbaycan mədəniyyət nazirinin müavini Rafiq Bayramov, digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri tədbirdə çıxış ediblər. Forumun açılış mərasimindən sonra plenar və “Birliyin mədəniyyəti: dialoqun universal dili”, “MDB-də təhsil və elm: əməkdaşlığın yeni formatları”, “MDB-də kitab ili” mövzularında bölmə iclasları başlayıb. İclaslarda elm, təhsil və mədəniyyət xadimləri MDB məkanında qarşılıqlı fəaliyyətin müxtəlif aspektləri, təhsil sahəsində yeni əməkdaşlıq formatı, gənclərlə iş üzrə innovasiyalar və mədəniyyətlərarası dialoqun formalaşması məsələlərini müzakirə ediblər. 3


BAKI MUSİQİ AKADEMİYASINDA “NƏSİMİ İLİ” ÇƏRÇİVƏSİNDƏ BƏSTƏKARLAR ARASINDA “NƏSİMİ ROMANS” RESPUBLİKA MÜSABİQƏ-FESTİVALI KEÇİRİLİB Dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrünün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edən mütəffəkkir İmadəddin Nəsimi, Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm etmiş Azərbaycanın dahi şairi Nəsiminin yaradıcılığı dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutmuşdur. Ötən əsrin 70-ci illərində artıq Nəsimi irsinin öyrənilməsi, təbliği və Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yer tutması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilmiş, 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunmuş və həmin dövrdən etibarən Nəsimi irsinin, eləcə də bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılmışdır. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni və mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq 2019-cu ili Azərbaycan Respublikasında “Nəsimi ili” elan etmişdir. Bununla əlaqədar olaraq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası Nəsimi ili” çərçivəsində Bəstəkarlar arasında ilk dəfə olaraq “Nəsimi Romans Müsabiqə Festivalı” elan etdi. İki mərhələdən ibarət müsabiqədə 17 bəstəkar iştirak etmişdir. Müsabiqənin əsas məqsədi gənclərdə Azərbaycan poeziyasına, Nəsimi irsinə maraq artırmaq, yeni musiqi dilini və onun inkişaf yollarını axtarmaq, yeni orijinal kompozisiyaların yaradılması və sənətdə yenilikçi tendensiyaların dəstəklənməsi, rəqabət çərçivəsində yaradılmış zəngin, yeni repertuarın yaranması, yaradıcılıq təcrübəsi mübadiləsi, istedadlı bəstəkarların informasiya və analitik məlumat bazasının formalaşması, ölkəmizdə romans janrına maraq və inkişafın artırılması idi. Müsabiqənin bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, ideya müəllifi və təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Xalq artisti, Üzeyir Hacıbəyli adına BMA-nın Beynəlxalq Əlaqələr üzrə prorektoru, professor Yeganə Axundova, təşkilat komitəsinin üzvləri Xarici tələbələrlə iş üzrə şöbə müdri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətov və BMA-nın İnformasiya və texnologiyalar üzrə mütəxəssisi, xarici tələbələrlə iş üzrə şöbənin işçisi, bəstəkar Röya Hüseynova idi. Bəstəkarlıq təhsili almış, eyni zamanda bəstəkarlıq təhsili almaqda olan 17 gənc bəstəkar arasında keçirilən müsabiqədə 6 nominasiya üzrə mükafatlandırılma nəzərdə tutulmuşdu. I, II, III əsas yerlər üzrə laureat və digər 3 nominasiyada diplomant kimi təltif olunmuş bəstəkarlara diplomlar və pul mükafatları təyin edilmişdi. 29 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında müsabiqə-festivalın açılış mərasimi və seçim turu keçirildi. Müsabiqənin münsiflər heyətinin sədri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycan Respublikasının Xalq artisti, professor Firəngiz Əlizadə, münsiflər heyətinin üzvləri Əməkdar İncəsənət xadimləri, professorlar Aydın Əzimov, Sərdar Fərəcov, Ceyhun Allahverdiyev, Nazim Mirişli, Cəlal Abbasov, BMA-nın Humanitar fənnlər kafedrasının müdiri, Filalogiya elmləri doktoru, professor Tərlan Quliyev olmuşdur. Münsiflər heyəti, gənc və istedadlı bəstəkarların Nəsiminin sözlərinə yazmış olduqları yeni 17 romanslarını dinlədikdən sonra müsabiqənin qaliblərini təyin ediblər. Belə ki, 30 may tarixində müsabiqə-festivalın bağlanış mərasimində BMA-nın Böyük zalında qaliblərin adları elan edildi. Beləliklə, Vüsal Namazlı “Ancaq” romansı I yer, Elvin Quliyev “Neylərəm” romansı II yer, Aysel Əzizova “Dünya duracaq yer deyil” romansı III yerə, Vəfa Bağırzadə, Sevinc Balabəyova, Vüqar Məmmədzadə isə diploma layiq görülüblər. Qaliblər təşkilat komitəsi tərəfindən pul mükafatı ilə də mükafatlandırılıblar. Əsas məqsədlərdən biri müasir gənc bəstəkarların düşüncə tərzində və yaradıcılığında Nəsimi poeziyasının təbliği, dərindən öyrənilməsi, yaradıcılıq ruhunun sirayət olunması və inkişafı olan bu müsabiqə-festival nəinki gənc bəstəkarların, eləcə də gənc musiqiçilərin-ifaçıların da bayramına çevrildi. Gənc ifaçılar da Nəsimi yaradıcılığının dərinliyini, mütəfəkkir şairin irsinin öyrənilməsində yaxından iştirak etdilər. Onlar da bu müsabiqə festivalda yaxından iştirak etdiklərinə görə təşəkkürnamə ilə təltif olundular. Romansları yüksək səviyyədə ifalarına görə Prezident təqaüdçüsü, Respublika və Beynəlxalq müsabiqələr laureatı Fuad Əlizadə və beynəlxalq müsabiqələr laureatı Rza Xosrovzadə isə ən yaxşı ifaçı kimi fəxri fərmana layiq görüldülər. Bundan əlavə müsabiqə çərçivəsində müsabiqədə iştirak edən gənc bəstəkarlar haqqında qısa xronoloji informasiya və münsiflər heyəti haqqında qısa məlumat verilən bukletlər dərc olundu. Müsabiqənin əsas ideyası 2019-cu il Nəsimi ili elan olunması ilə əlaqədar olaraq Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustası, dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan Nəsimi poeziyasının gənc nəsil musiqiçiləri tərəfindən öyrənilməsi, bu dərin və mürəkkəb yaradıcılıq xəzinəsindən gənc bəstəkarların yararlanması, istifadəsi nəticəsində romans janrında müasir repertuarın yaradılması olmuş və deyə bilərik ki, müsabiqə yüksək səviyyədə başa vurulmuş, nəticədə nəzərdə tutulan məqsəd və ideya uğurlu şəkildə həyata keçirilmişdir. Gənc bəstəkarların əsərlərindən ibarət Nəsimi qəzəllərinə yazılan romanslar (istənilən instrumental müşayiətdə) repertuarının semantik vəzifəsi Azərbaycanın etnik mədəniyyətinə köklənən, dinləyicilərin geniş auditoriyasını mədəni və mənəvi inkişafına töhfə verən ruhani, Nəsimi poeziyası ilə vəhdət daşıyan musiqinin yaradılması idi. Müsabiqədə səslənən yüksək professionallıqla yazılmış 17 romans Azərbaycan Respublikası Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin maliyyə dəstəyi ilə toplu şəklində çap olunmuş və bir çox kitabxanalara istifadə üçün təqdim edilmişdir. Kitaba maraq nəinki ölkəmizdə, eləcə də ölkəmizdən kənarda da duyulmaqdadır. Müsabiqə Festivaldan sonra müsabiqə üçün gənc bəstəkarların 4


Nəsiminin qəzəllərinə yazılmış romansları Nəsimi ili çərçivəsində keçirilən bir çox ölkədaxili və ölkəxarici tədbir və konsertlərdə uğurla ifa olunur. Bu özü belə müsabiqənin uğurla nəticələnməsi və gənclərin inkişafına böyük dəstəyin bir nümunəsi hesab oluna bilər. Müsabiqənin bağlanış mərasimində nəşr olunmuş kitablar gənc bəstəkarlara və qonaqlara təqdim olundu. Bu isə gənc bəstəkarlara verilmiş ən böyük dəyər və hədiyyə idi. Festivalda Xalq artisti Teyyub Aslanov, Əməkdar artistlər Elşən Mansurov, Əliağa Sədiyev, Kənan Kərimov, İlham Nəzərov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Beynəlxalq və Respublika müsabiqələr laureatları Hüseynağa Aslanov, Sabirə Abdullayevanın ifasında Cabbar Paşazadənin tarda müşayiət ilə bədii qirayətlə başlanan konsertdə BMA-nın müəllimi, əməkdar artist İlham Nəzərovun öz ifasında Nəsiminin sözlərinə yazdığı “Ey təbib” adlı romansı (pianoda müşayət BMA-nın məzunu Günel Bəkirova), bəstəkarlıq ixtisası üzrə magistr məzunu Üzeyir Məmmədovun fleyta, arfa, vibrafon və ksilofon üçün yazdığı “Nəsimi oxuyarkən” adlı əsəri ifa olundu. Konsertin sonunda Azərbaycan Respublikasının əməkdar artisti Əliağa Sədiyev (tar), Respublikasının əməkdar artisti Elşən Mansurov (kamança), Kənan Kərimov (nağara) müşayəti ilə Azərbaycan Respublikasının Xalq artisti Teyyub Aslanov və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin muğam kafedrasının tələbələrinin ifasında Nəsiminin sözlərinə muğam kompozisiyası ifa olundu. BMA-nın İnformasiya və texnologiyalar üzrə mütəxəssisi RÖYA HÜSEYNOVA

5


SOLTAN HACIBƏYOVUN 100, İSMAYIL HACIBƏYOVUN 70 İLLİYİNƏ HƏSR OLUNMUŞ GƏNC MUSİQİÇİLƏRİN RESPUBLİKA FESTİVALI KEÇİRİLİB Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında 14-20 may 2019-cu il tarixində Soltan Hacıbəyovun 100, İsmayıl Hacıbəyovun 70 illiyinə həsr olunmuş (fortepiano və vokal nominasiyaları üzrə) gənc musiqiçilərin Respublika Festivalı keçirilib. Festivalda Azərbaycanın 16 şəhər və rayonlarından 160-a yaxın musiqiçi qatılıb. Tədbirin özəlliyi ondan ibarətdir ki, iştirakçılar klassik əsərlərlə yanaşı hər iki bəstəkarın əsərlərini ifa etməli idilər. İştirakçıların çıxışlarını BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti qiymətləndirmişdir. Münsiflər heyətinə BMA-nın professorları – Nərminə Quliyeva, Tərlan Seyidov, Nəzakət Rimazi, Xuraman Qasımova, Elnarə Məmmədova, Ülviyyə Hacıbəyova və məktəb-studiyanın müəllimləri – Sevda Məmmədova, Ayşə Əliyeva, Nərgiz Mansurova daxil idi. Festivalı giriş sözü ilə Fərhad Bədəlbəyli açaraq, Hacıbəyovlar sülaləsinin, Soltan Hacıbəyov və oğlu İsmayıl Hacıbəyovun yaradıcılıqlarının Azərbaycan musiqi sənətinin inkişafında böyük rolundan danışdı, Müasiri olan İsmayıl Hacıbəyovla bağlı xatirələrini bölüşdü və bəstəkarın əsərlərini sevərək ifa etdiyini qeyd etdi. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova çıxış edərək bəstəkarların yaradıcılığından, məktəbstudiyanın geniş fəaliyyətindən söz açdı. Öz növbəsində professor Ülviyyə Hacıbəyova festivalın təşkilatçıları – professor Tərlan Seyidov və onun kollektivinə dərin minnətdarlığını bildirdi. Tədbirdə iştirak edən Züleyxa Qarayeva-Bağırova, Xuraman Qasımova, Alla Bayramova və digər görkəmli incəsənət xadimləri bu iki bəstəkarın əsərlərindən ibarət konserti böyük maraqla izlədilər. Konsertdə tanınmış musiqiçilər iştirak edirdi – Ülviyyə Hacıbəyova, Gülnaz İsmayılova, Nəzakət Rimazi, Elnarə Kəbirlinskaya, Fəridə Məmmədova, Səbinə Əsədova, Töhfə Babayeva, Səidə Tağızadə, Soltan Məmmədova, Aleksey Miltıx, Vaxtanq İmanov, Ceyla Seyidova, Səbinə İbrahimova və b. 20 may tarixində Respublika festivalına yekun vuruldu. Professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi münsiflər heyəti tərəfindən seçilən 13 iştirakçı müsabiqənin laureatı adına layiq görülmüşdür. Bağlanış mərasimində diplomların təqdimatı, laureatların yekun konserti və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Orta ixtisas musiqi məktəb-studiyasının Uşaq musiqi teatrının ifasında Soltan Hacıbəyovun “İsgəndər və çoban” uşaq operasının (Nizaminin əsəri əsasında) premyerası ilə festival sona çatdı. Bakı Musiqi Akademiyasının Mətbuat xidməti

6


“AZƏRBAYCAN KONSERTMEYSTER SƏNƏTİNİN İNKİŞAFINDA ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR NAİLƏ İBRAHİMOVANIN YERİ VƏ ROLU” MÖVZUSUNDA ELMİ-PRAKTİK KONFRANS KEÇİRİLİB Azərbaycanda ixtisaslı musiqiçi kadrların hazırlanmasında misilsiz xidmətləri olan, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı kafedrası”nın müdiri olmuş, yüksək peşəkarlığı ilə seçilən pedaqoq, gözəl alim, professor, mərhum Nailə xanım İbrahimova yoxluğu ilə onu sevənlərin qəlblərində niskinlik izləri buraxıb. Həyatı boyu vətəni, xalqı, onun gələcəyi olan gənc nəsillər üçün çalışmış, onların bilik və bacarıqlarının yüksək səviyyəyə qalxması yolunda bir musiqiçi və əsl pedaqoq kimi əlindən gələni əsirgəməmişdir. Nailə İbrahimovanın məhz bu keyfiyyətləri yaxın günlərdə “AZƏRBAYCAN KONSERTMEYSTER SƏNƏTİNİN İNKİŞAFINDA ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR NAİLƏ İBRAHİMOVANIN YERİ VƏ ROLU” mövzusunda keçirilmiş Elmi-Praktik Konfransın iştirakçılarının məruzələrinin əsas qəyəsini təşkil etdi. Konfransda Azərbaycanın tanınmış elm və musiqi xadimləri - Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, Əməkdar İncəsənət və elm xadimi, AMEA-nın həqiqi üzvü, sənətşünaslıq doktoru, professor Zemfira Səfərova, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək Nailə xanımın elmi-pedaqoji fəaliyyəti, Azərbaycan elminə, konsertmeyster sənətinə gətirdiyi yeniliklər, həmçinin onunla bağlı ölməz xatirələrini öz məruzələrində təqdim etdilər. Konfrans çərçivəsində izləyicilərə rejissoru Namiq Zeynalov, müəllifi Nailə xanımın tələbəsi dosent Könül Hüseynovanın olduğu Nailə xanım İbrahimovanın həyat və yaradıcılığından bəhs edən “QƏLBİMİZDƏ YAŞAYAN İNSAN” filmi təqdim edildi. Daha sonra konfrans çərçivəsində Nailə İbrahimovanın rəhbərlik etmiş olduğu “Konsertmeyster ustalığı” kafedrasının müəllimləri - professor Gülnarə Məmmədyarova, dosentlər Tofiq Bədirxanov, Könül Hüseynova , baş müəllim Yuliya Kərimovanın iştirakı ilə təşkil olunmuş konsert proqramı təqdim olundu. Konsertin solistləri səhnəmizin parlaq opera ulduzları Azərbaycan Respublikasının Xalq artistləri Gülnaz İsmayılova və Fidan Hacıyeva, Azərbaycan Respublikasının Əməkdar artisti Anton Ferştandt, o cümlədən Opera Studiyasının solisti Adil Axundov, Yuliya Behbudova idilər. Bütün konsert iştirakçıları maraqlı proqram ilə öz yüksək ifaçılıq məharətlərini bir daha nümayiş etdirmiş oldular. Onu da qeyd edək ki, konsertdə Azərbaycan Respublikasının Əməkdar artisti Yulizana Kuxmazovanın rəhbərliyi altında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə xoru da çıxış edərək proqrama xüsusi bir rəng qatmış oldular. Sonda Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli çıxış edərək bütün konfrans və konsert iştirakçılarına dərin minnətdarlığını bildirdi “ Müəllim zəhməti danılmazdır. Müəllimlərin tələbələr tərəfindən bu cür xatırlanması və onların xatirələrinin əbədiləşdirilməsi dahi Üzeyir bəy ənənlərindəndir. Mən konfransın sədri professor Gülnaz xanım Abdullazadəyə, təşkilatçısı Könül Hüseynovaya təşəkkürümü bildirirəm. Onu da qeyd edək ki, Elmi-Praktik konfransın sədri Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə, konfransın təşkilatçısı isə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Könül Hüseynovadır. Bakı Musiqi Akademiyasının Mətbuat xidməti

7


BAKI MUSİQİ AKADEMİYASINDA LOLA AUDİOVİZUAL SİSTEMİNİN SINAQLARI KEÇİRİLİB 22 iyun 2018-ci il tarixində AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Azərbaycan elm və təhsilinin Avropaya inteqrasiya olunmasında GEANT şəbəkəsinin rolu” mövzusunda toplantı keçirilmişdir. Toplantının yekun qərarlarından biri GEANT (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Assosiasiyasının Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sisteminin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) quraşdırılması olmuşdur. Bu qərardan irəli gələn vəzifələrin icrası məqsədilə 2019-cu ilin aprelin 18-də AMEA İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış LOLA audiovizual yayım sistemi sınaq rejimində nümayiş olundu. Tədbirdə BMA-nın rektoru, Xalq artisti, professor Fərhad Bədəlbəyli, akademiyanın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, professor Yeganə Axundova, BMA-nın tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyeva, BMAnın səs mühəndisi və operatoru Azər Əsgərov, BMA-nın Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyeva, AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun texnologiyalar üzrə direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov, institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev, institutun 4 saylı şöbəsinin baş mütəxəssisləri Tural Mustafayev və Oqtay Ələkbərov, eləcə də sistemin BMA-da quraşdırılmasına məsul olan Estoniyalı nümayəndələr iştirak edirdi. Sınaqlar zamanı məsafədən idarə olunan texnologiyaya əsaslanan LOLA sistemi vasitəsilə Estoniyada quraşdırılmış sistemlə onlayn bağlantı yaradılaraq bu texnologiyanın musiqi ifası ilə nümayişi həyata keçirildi. Qeyd olundu ki, LOLA layihəsi real zamanda musiqi nümayişlərini təmin etmək məqsədi daşıyır və fiziki olaraq bir-birilərindən uzaq məsafədə olan ifaçı və musiqiçiləri qabaqcıl şəbəkə xidmətləri vasitəsilə onlayn bağlantı ilə bir araya gətirir. Bildirildi ki, bu texnologiya müxtəlif coğrafi ərazilərdə yerləşən tədbirlərdə (konsertlər, master-klasslar, tədris və s.) iştirakı zəruri olan ifaçı və musiqiçilərin böyük zaman itkisinə səbəb olan səyahətlərinin onların həmin tədbirlərə onlayn bağlantı vasitəsilə qoşulması ilə əvəzlənməsinə xidmət edir. R.Ələkbərov Azərbaycan musiqi irsinin, bəstəkarlarımızın əsərlərinin, xalq musiqisi nümunələrinin dünyada təbliği və dünyəvi dəyərlərin paylaşılması baxımından böyük imkanlara malik olan bu audiovizual sistemin BMA-da tətbiqinin müsbət nəticələr verəcəyinə əminliyini ifadə etdi. Hazırda dünya üzrə 100-dən çox təşkilatın LOLA texnologiyasından istifadə etdiyini diqqətə çatdıran R.Ələkbərov İnformasiya Texnologiyaları İnstitutunun dəstəyi ilə BMA-da quraşdırılmış texnologiya vasitəsilə bu institutlarla əlaqə yaratmaqla birgə musiqi dərsləri, mühazirələr və konsertlər həyata keçirilə biləcəyini bildirdi.

TÜRKİYƏDƏ IV BEYNƏLXALQ AVROPA ELM, SƏNƏT VƏ MƏDƏNİYYƏT KONFRANSI KEÇİRİLİB 2019-cu ilin aprel ayının 18-21 tarixləri arasında müxtəlif ölkələri təmsil edən 80-ə yaxın iştirakçı ilə Türkiyənin Antalya şəhərində IV Beynəlxalq Avropa Elm, Sənət və Mədəniyyət Konfransı keçirilmişdir. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi-tədqiqat və yaradıcılıq işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə “Antik Etos Eğitiminin Avrupa Müzik Estetiği Üzerindeki Etkisi” və BMA-nın aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həbibə Məmmədova “Azerbaycan'lı Bestecilerin Operalarında Tarihi Kahramanlık Mevzusu” ilə bu tədbirdə çıxış etmişlər. Konfransda professor Gülnaz Abdullazadə, dosent Həbibə Məmmədova, həmçinin oturum başkanı (moderator) kimi də iştirak edib.

8


PARİSDƏ UNESCO-NUN BAŞ QƏRARGAHINDA BAKI DÖVLƏT UNİVERSİTETİNİN 100 İLLİYİ TƏNTƏNƏ İLƏ QEYD OLUNUB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci il 14 noyabr tarixli Sərəncamı əsasında Bakı Dövlət Universitetinin 100 illik yubileyi geniş miqyasda qeyd olunur. Parisdə UNESCO-nun baş qərargahında da Bakı Dövlət Universitetinin (BDU) 100 illik yubileyi təntənə ilə keçirilib. Yubiley tədbirinə təhsil naziri Ceyhun Bayramov, mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Elnur Sultanov, BDU-nun rektoru Elçin Babayev, Fransadakı səfirimiz Rəhman Mustafayev, UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, Təhsil Nazirliyi, BDU və Mədəniyyət Nazirliyinin nümayəndə heyəti, UNESCO yanında daimi nümayəndəliklərin rəhbərləri, Fransada akkreditə olunmuş diplomatik korpusun, işgüzar dairələrin, mədəniyyət və elm nümayəndələri, bu ölkədəki azərbaycanlı icmasının nümayəndələri qatılıb. Tədbirdə UNESCO yanında daimi nümayəndəliyimizin rəhbəri, səfir Anar Kərimov, təhsil naziri Ceyhun Bayramov, BDUnun rektoru Elçin Babayev çıxış ediblər. Natiqlər ölkəmizin tarixi, onun nailiyyətlərindən danışaraq, Bakı Dövlət Universitetini onun əsas nailiyyətlərindən biri olduğunu diqqətə çatdırıblar. BDU ilə fəxr etdiklərini bildirərək, onun regionda ilk universitet, müsəlman Şərqində isə ilk Avropa tipli ali məktəb olduğunu vurğulayıblar. BDU-nun məzunlarından söz açaraq, onların tanınmış şəxsiyyətlər olduğunu bildiriblər. 1969-cu ildə universitetin 50 illiyində onun dünya şöhrətli məzunu ümummilli lider Heydər Əliyev bildirib ki, universitetin yaradılması vətənpərvər qüvvələrin qələbəsi idi, gənc azərbaycanlılara dünya mədəniyyətinin və elminin qapılarını açmaq, onların təhsil alması məqsədilə bu qüvvələrin bir neçə illik mübarizəsinin nəticəsidir. Həmçinin BDU-nun məzunları arasında fizika üzrə Nobel mükafatı laureatı Lev Landau, Yusif Məmmədəliyev, Aida İmanquliyevanın adları səsləndirilib. Dayanıqlı inkişafın reallaşmasında təhsilin roluna, bu baxımdan BMT və UNESCO-nun narahatlığı, ölkəmizin UNESCO vasitəsi ilə bəzi ölkələrdə təhsilin inkişafına verdiyi töhfələr, Azərbaycan-UNESCO əlaqələrinə Birinci vitse-prezident Mehriban Əliyevanın töhfələri, Qoşulmama Hərəkatına və İslam Əməkdaşlığı təşkilatına üzv olan bir çox ölkələrin gənclərinin ölkəmizdə təhsil ala bilməsi üçün Azərbaycan Prezidentinin müvafiq Sərəncamından danışılıb. UNESCO baş direktorunun Afrika departamenti üzrə müavini Firmin Eduard Matoko qurumun baş direktorunun adından tədbir iştirakçılarını salamlayıb. O, ölkəmizlə UNESCO arasındakı əlaqələrə toxunub. Bugünkü tədbirin mədəni irs, dialoq, mədəniyyət müxtəlifliyi ruhunu əks etdirdiyini diqqətə çatdırıb. Tolerantlıq, dialoq, mədəniyyət müxtəlifliyi, qarşılıqlı anlaşma və xalqlar arasında həmrəylik məkanında olan BDU-nun elmi təşviq etməsindən danışıb. Bu gün BDU-nun afrikalı məzunlarının ölkələrində mühüm vəzifələrdə çalışdıqlarını qeyd edib. Ölkəmizin UNESCO-ya verdiyi töhfələri yüksək qiymətləndirib. Tədbirdə BDU-nun 100 illik tarixini dolğun əks etdirən videoçarx göstərilib. UNESCO-nun binasının foyesində BDU-nun 100 illik fəaliyyətini əks etdirən tarixi və müasir şəkillərdən ibarət sərgi nümayiş olunub. Tədbirin mədəniyyət proqramı çərçivəsində konsert təşkil edilib. Konsertdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Almaniya Münhen Yeni Filarmoniya Simfonik Orkestrlərinin baş dirijoru, Yevgeni Svetlanov adına IV Beynəlxalq dirijorlar müsabiqəsinin laureatı, Əməkdar artist Fuad İbrahimovun dirijorluğu, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin müşayiəti ilə gənc musiqiçilərimizin ifası dinlənilib. Beynəlxalq müsabiqələr laureatı Elvin Xoca Qəniyev (skripka), Etibar Əsədli (piano), Vurğun Vəkilov (piano), Ağarəhim Quliyev (fleyta), Məhərrəm Hüseynov dünya və Azərbaycan bəstəkarlarının əsərlərini ifa ediblər. Onların ifası dinləyicilər tərəfdən böyük rəğbət və alqışlarla qarşılanıb. Xatırladaq ki, UNESCO-nun İcraiyyə Şurası tərəfindən 2018-2019-cu illər üzrə yubileylər siyahısına Bakı Dövlət Universitetinin 100 illik yubileyinin qeyd edilməsi təklifi Baş Konfransın Parisdə keçirilən 39-cu sessiyasında müsbət dəyərləndirilib və bu il yubiley tədbirlərinin qeyd olunması qərara alınıb.

9


BAKI MUSİQİ AKADEMİYASINDA ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜNƏ HƏSR OLUNMUŞ S.RAXMANİNOVUN VOKAL YARADICILIQ NÜMUNƏLƏRİNDƏN İBARƏT KONSERT KEÇİRİLİB 10 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Ümummilli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş S.Raxmaninovun vokal yaradıcılıq nümunələrindən ibarət konsert gecəsi keçirilib. Gecədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Konsertmeyster ustalığı” kafedrasının professoru Gülnarə Məmmədovanın sinfi III kurs tələbəsi, Beynəlxalq Müsabiqələr laureatı Eldəniz Ələkbərzadə (fortepiano) və solistlər: Azərbaycan Respublikasının Əməkdar artistləri Səbinə Əsədova və Anton Ferştandtın (vokal) ifasında dahi rus bəstəkarı S.Raxmaninovun əsərləri (“Пора”, “Утро”, “Проходит все”, “Ты помнишь ли вечер”, “В молчании ночи тайной”, “Не пой, красавица, при мне”, “Молитва”, “Пред иконой”, “У врат обители”, “Христос воскрес”, Сцена у люльки из оперы “Алеко”, Каватина Алеко из оперы “Алеко”, “О, не грусти”, “Вчера ли мы встретились”, “О, нет молю, не уходи”) səslənib. Konsert dinləyicilərin gur alqışları ilə sona çatıb.

BAKI MUSİQİ AKADEMİYASINDA “MÜASİR AZƏRBAYCAN BƏSTƏKARI VƏ ZAMAN” RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə 11-12 aprel 2019-cu il tarixlərində “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransı keçirilib. Konfransda ilk öncə Ü.Hacıbəyli adına BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, fəlsəfə elmləri doktoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, BMA-nın Tədris işləri üzrə prorektoru, pedaqogika üzrə fəlsəfə doktoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva və BMA-nın Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova çıxış edərək iştirakçılara bu mühüm yolda yeni nailiyyət və uğurlar arzu ediblər. Daha sonra “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransında bir-birindən maraqlı məruzlər səslənib və mövzu ətrafında müzakirələr aparılmışdır. Qeyd edək ki, iki gün ərzində davam edən konfransda Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Ülviyyə İmanova, Sənətşünaslıq üzrə elmlər doktoru, BMA-nın professorları Cəmilə Həsənova, Könül Nəsirova, Aytac Rəhimova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Leyla Zöhrabova, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Alyona İnyakina, Dilbər Məmmədova, Mina Babayeva bölmə rəhbəri qismində iştirak edib. “Müasir Azərbaycan Bəstəkarı və Zaman” adlı Doktorant və gənc tədqiqatçıların Respublika elmi konfransının sonunda bütün iştirakçılara sertifikat təqdim edilib.

10


ESTONİYADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TƏBLİĞİNƏ HƏSR OLUNMUŞ KONSERT KEÇİRİLİB Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu il üçün nəzərdə tutulan I Qrant müsabiqəsində “Mədəni Əlaqələrin İnkişafına Dəstək” (MƏİDİB) ictimai birliyinin qalib olmuş “Estoniyada Azərbaycan mədəniyyətinin təbliğinə həsr olunmuş konsert proqramının təşkili” layihəsi uğurla yekunlaşıb. Layihə 16 may tarixində Tallin şəhərində, Estoniya Teatr və Musiqi Akademiyasının (ETMA) konsert salonunda uğurla həyata keçirilib. Qeyd edək ki, tədbirin ərsəyə gəlməsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) və ETMA yaxından iştirak edib. Layihənin əsas məqsədi Azərbaycan musiqisini beynəlxalq arenada təbliğ etmək, istedadlı gəncləri geniş auditoriyaya tanıtmaqdan ibarət idi. Layihə çərçivəsində Azərbaycan və Estoniya arasında qarşılıqlı təhsil və mədəniyyət körpüsü yaradılmış və gələcək uğurlu layihələrin təməli qoyulmuşdur. Belə ki, Estoniya Konservatoriyası və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası arasında eyni zamanda ETMA və MƏİDİB arasında Memorandum – “Dostluq müqaviləsi” imzalanıb. Layihə çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbə və müəllim heyəti - BMA-nın Beynəlxalq Əlaqələr və Tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova (piano), MƏİDİB sədri, BMA-nın doktorantı və əməkdaşı İlahə İsrafilova (bəstəkar), beynəlxalq müsabiqə laureatları - Ümidə Abbasova (skripka), Fəqan Həsənli (piano), Atabəy İsmayılov (tar), ETMA-nın prorektoru Henry David Varema ilə bir səhnəni bölüşərək maraqlı konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Azərbaycan bəstəkarlarından Ü.Hacıbəyli, F.Əmirov, Q.Qarayev, V.Adıgözəlov, F.Bədəlbəyli həmçinin gənc bəstəkar İ.İsrafilova, dünya bəstəkarlarlından R.Şuman, İ.Brams, S.Raxmaninov, A.Lemba və b. əsərləri səsləndirilib. Səslənən əsərlərlər xüsusi rəğbətlə qarşılanıb. Azərbaycan musiqisi auditoriyanın geniş marağına səbəb olub. Layihə müvəffəqiyyətlə başa çatıb.

AZƏRBAYCANDA “FRANKOFONİYA HƏFTƏLƏRİ” KEÇİRİLİB 21 aprel 2019-cu il tarixində ölkəmizdə Frankofoniya Həftələrinin bağlanışı münasibətilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Fransanın Azərbaycandakı səfirliyinin və “Institut Français” institutunun Azərbaycandakı nümayəndəliyinin dəstəyi ilə klassik musiqi axşamı keçirilib. Tədbirdə çıxış edən Fransanın ölkəmizdəki səfiri xanım Aureliya Buşez Frankofoniya Həftələrini Azərbaycan ictimaiyyətinin fransızdilli ölkələrin mədəniyyəti ilə tanış olmasında böyük rol oynayan mühüm hadisə kimi dəyərlədirib. A.Buşez diqqətə çatdırdı ki, bu gün məşhur fransız dirijoru Natali Moranın rəhbərliyi altında Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına Simfonik Orkestrinin ifasında görkəmli alman bəstəkarı Robert Şumanın əsərləri səslənəcək. Solist qismində, Azərbaycan Respublikasının Xalq artisti, pianoçu, professor Yeganə Axundova və Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə çıxış edəcəklər. Frankofoniya Həftələri çərçivəsində filmlər nümayiş olunub, musiqi axşamları, sərgilər, müsabiqələr və başqa tədbirlər təşkil edilib.

11


Ü.HACIBƏYLİ ADINA BAKI MUSİQİ AKADEMİYASI TƏDQİM EDİR: I BEYNƏLXALQ CAZ FESTİVALI VƏ ELMİ-YARADICILIQ KONFRANSI 29-30 aprel bütün dünyada geniş nüfuzunu qazanmış Beynəlxalq Caz Günü kimi qeyd olunur. Dünya şöhrətli caz ulduzu, pianoçu və bəstəkar, UNESCO-nun sülh məramlı səfiri Herbi Henkokun təşəbbüsü və UNESCO ilə H.Henkok Caz İnstitutunun bilavasitə dəstəyi və təşkili altında keçirilən bu ümumbəşəri bayrama müxtəlif ölkələr, qitə və mədəniyyətlər qoşulur. 6-8 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası ümumdünya səviyyəsində keçirilən caz bayramına qatılıb öz ilkin layihəsi – I Beynəlxalq Caz Festivalı və Elmi-Yaradıcılıq Konfransını gerçəkləşdirdi. Festival VIII Beynəlxalq Caz Günü çərçivəsində keçirilib və üç gün ərzində müxtəlif tədbirləri əhatə edib. Beynəlxalq Caz Günü – ilk dəfə 2012-ci ildə Parisdə həyata keçirilmiş hadisədir. Bu, artıq bir ənənəyə çevrilmiş geniş əhatəli ümumdünya forumudur ki, məşhur caz ulduzlarının iştirakı ilə konsertləri, görüşləri, müzakirələri, ustad dərsləri, kino təqdimatlarını və digər tədbirləri özündə birləşdirir, eləcə də müxtəlif ölkələrdən qonaqları, cazsevərləri, həvəskarları bir araya toplayır. Forumun keçirildiyi ilk gündən başlayaraq Azərbaycan bu dünyəvi ənənəyə qatılmışdır. 2012-ci ildə Parisdə UNESCO-nun baş qərargahında keçirilən ilk forumda Azərbaycanlı gənc və məşhur cazmen, “Henkokun Dostları” proqramına daxil edilmiş azərbaycanlı caz ulduzu, Azərbaycan Respublikasının Əməkdar artisti İsfar Sarabski və bəstəkar, pianoçu, “Bakustik Jazz” qrupunun rəhbəri, Xalq artisti Salman Qəmbərov təmsil etmişdir. Festival çərçivəsində keçirilən gənc ifaçıların müsabiqəsi iki gün- 6-7 may davam etmişdir. Müsabiqənin münsiflər heyətinə Əməkdar incəsənət xadimi, saksofonçu, caz sənətimizin veteranlarından biri Rafiq Seyidzadə, tanınmış caz ifaçısı, Xalq artisti, “Bakustik Jazz” qrupunun rəhbəri Salman Qəmbərov, BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva və BMA-nın “Xor dirijorluğu” kafedrasının müəllimi, “Səs” müsabiqəsinin rəsmi treneri Dmitri Babayev daxil olmuşlar. İki yaş qrupu üzrə keçirilən bu müsabiqədə 36 gənc ifaçı iştirak etmişdir. Respublikamızın bölgələrindən də müsabiqəyə böyük maraq var idi. Belə ki, Bakı ilə yanaşı Yevlax, Gəncə, Sumqayıtdan müsabiqəyə qatılan iştirakçılar arasında 21 laureat, 7 diplomant seçilmiş, digər iştirakçılar isə festivalın sertifikatı və hədiyyələr ilə təltif olunmuşlar. May ayının 6 və 7-si baş tutan caz konsertləri böyük sayda dinləyiciləri ətrafına toplamışdır. BMA-nın nəzdindəki Opera studiyasının səhnəsində baş tutan konsertlər ölkənin ən qabaqcıl caz qruplarının və solo ifaçıların iştirakı ilə keçmişdir. 6 may bəstəkar və caz ifaçısı, hal-hazırda Azərbaycan cazını Fransada təmsil edən Etibar Əsədli, beynəlxalq müsabiqələr laureatı Əfqan Rəsul və istedadlı caz pianoçusu, bəstəkar Elbəy Məmmədzadə, eləcə də kontrabas və bas-gitara ifaçısı, Əməkdar artist Ruslan Hüseynovun və Elvin Bəşirovun iştirakı ilə keçib, dinləyicilərin rəğbətini qazanmışdır. 7 may – festivalın daha iki caz konserti keçirilmişdir. BMA-nın böyük zalında baş tutan konsertin iştirakçıları – beynəlxalq müsabiqələr laureatları – pianoçular Fəqan Həsənli və Tural Qasımlı, pianoçu bəstəkar Sevda Məmmədli, sonda isə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Əlahiddə-Nümunəvi Orkestri nəzdində Estrada heyəti çıxış edərək, (bədii rəhbər və dirijor – Əməkdar incəsənət xadimi Rüfət Axundzadə) böyük caz və estrada proqramı təqdim etmiş və dinləyicilər tərəfindən alqışlarla qarşılanmışdır. 7 may tarixində BMA-nın Opera-studiyasında yetkin və gənc ifaçıların, çağdaş heyətlərin iştirakı ilə daha bir caz axşamı baş tutmuşdur. Arslan Növrəslinin etno-caz ansamblı, caz fəaliyyətinə yenicə başlamış pianoçu Nicat Aslanovun triosu və müğənni, beynəlxalq müsabiqələr laureatı, caz müğənnisi Nərmin Məmmədli, daha bir gənc ifaçı, pianoçu Pərviz Məmmədovun etno-caz heyəti, sonda isə Əməkdar artist, caz pianoçusu və bəstəçisi İsfar Sarabski öz sənət dostları – Ruslan Hüseynov (kontrabas) və Elvin Bəşirov (zərb alətləri) ilə konserti tamamlamışdır. I Beynəlxalq Festivalın davamı – 8 may tarixində keçirilən I Beynəlxalq Elmi-Yaradıcılıq Konfransı olmuşdur. Konfrans “Beynəlxalq Caz Günü ənənəsi” mövzusu ətrafında məsələlər dairəsinə əsaslanıb, bu dünyəvi caz hadisəsinin mədəni və sosial cəhətlərinə, caz ifaçılığında gender problemlərinə, dünya və Azərbaycan qadın caz ifaçılarının fəaliyyətinə həsr edilmişdir. Konfransda Ü.Hacıbəyli adına BMA-nın, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim və dissertantları iştirak etmişdir. 12


Konfransın məntiqi davamı olan caz vokal üzrə ustad dərsi – caz müğənnisi, pedaqoq, İngiltərənin Gildholl Musiqi və Dram Məktəbinin məzunu olan Səbinə Hacıyevanın, beynəlxalq müsabiqələr və caz festivallar laureatı Əfqan Rəsulun iştirakı ilə böyük müvəffəqiyyətlə müəllim və tələbə heyəti tərəfindən qarşılanmışdır. Onu da qeyd edək ki, I Beynəlxalq Caz Festivalı və Elmi-Yaradıcılıq Konfransının bədii rəhbəri SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, dünya şöhrətli pianoçu, professor Fərhad Bədəlbəyli, təşkilat komitəsinin rəhbəri BMA-nın tədris işləri üzrə prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva olmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Musiqişünas, TURAN MƏMMƏDƏLİYEVA

13


“YENİ İDEYALARIN TÜKƏNMƏZ AXININDA” 19 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, “Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar” kafedrasının müdiri, professor Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Musiqi tarixi” kafedrasının dosenti İnna Pazıçevanın “Yeni ideyaların tükənməz axınında” monoqrafiyasının təqdimetmə mərasimi və elmi-publisistik, beynəlxalq mətbu orqanı olan “Musiqi Dünyası” jurnalının 20 illiyinə həsr olunmuş konfrans keçirilib. SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli mərasimi açaraq, qonaqları salamladı və Tariyel Məmmədovun yaradıcılıq uğurlarından söz açdı. Mərasimdə professor Tariyel Məmmədovun yaradıcılıq fəaliyyətini işıqlandıran qısametrajlı film nümayiş olundu. Filmdə T.Məmmədovun yaradıcılığı, “Musiqi dünyası” jurnalı ilə bağlı fəaliyyəti işıqlandırılıb, bir neçə görkəmli musiqi xadimlərinin təəssüratları təqdim olunub. Daha sonra Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə T.Məmmədovun yaradıcılığı və fəaliyyəti bağlı dəyərli fikirlərini söylədi. Bununla yanaşı Xalq artisti, professor Ramiz Quliyev, Əməkdar müəllim, “Musiqi tarixi” kafedrasının müdiri, professor Ülviyyə İmanova, Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov da “Musiqi Dünyası” jurnalı üçün musiqişünasın göstərdiyi böyük əzmdən söz açaraq, T.Məmmədovun yaradıcılığı ilə bağlı xoş təəssüratlarını bölüşdülər. Tədbirdə Azərbaycan Respublikasının Əməkdar artistləri Elnarə Kəbirlinskaya, Tövhə Babayeva və BMA-nın III kurs tələbəsi Orxan Hüseynov, Ü.Hacıbəylinin “Aşıqsayağı” triosunu, BMA-nın IV kurs tələbəsi vokal ifaçısı Mahir Tağızadə, Dilarə Kərimova (fortepiano) Jules Massnenin “Elegiya” romansını, BMA-nın II kurs tələbəsi Aydın Zeydullayev Duke Ellingtonun “İn a sentimental mood” əsərini, BMA-nın pianoçu tələbələri Leyla Zeynalova və Nərmin İsmayılova Pulenkin “Sonata”sını, BMA-nın I kurs tələbəsi Məhəmmədəli Paşazadə, Kamilla Sadırxanova (fortepiano) Həsən Rzayevin “Çahargah” əsərlərini ifa etdilər. Təqdimatın sonunda professor Tariyel Məmmədov “Musiqi Dünyası” jurnalının ərsəyə gəlməsindən söz açaraq həmçinin “Yeni ideyaların tükənməz axınında” monoqrafiyasına görə İnna Pazıçevaya və bütün həmkarlarına öz dərin təşəkkürünü bildirdi.

BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏLƏRİ BEYNƏLXALQ MÜSABİQƏDƏ UĞURLA ÇIXIŞ EDİBLƏR 30 aprel - 5 may 2019-cu il tarixlərində Gürcüstanın Tiflis şəhərində Vaja Çaçava adına Beynəlxalq Musiqi müsabiqəsi keçirilib. Qeyd edək ki, bu müsabiqə ilk dəfə 2017-ci ildən keçirilir və görkəmli musiqiçi, Moskva və Tiflis Konservatoriyalarının professoru Vaja Çaçavanın xatirəsinə həsr olunub. Hazırki müsabiqə “Vaja Çaçavanın beynəlxalq fondu” və Gürcüstanın bəstəkarlar ittifaqının dəstəyi ilə həyata keçirilib. Müsabiqədə Koreya, Rusiya, Azərbaycan, Gürcüstan, Qazaxıstan və Ukraynadan gənc və istedadlı musiqiçilər iştirak ediblər. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Sabah” qrupu tələbələri müsabiqədə uğurla çıxış edib, həmçinin juridə BMA-nın prorektoru, professor Nərminə Quliyeva da təmsil olunmuşdur. Müsabiqə iki turdan ibarət olub. Birinci və ikinci turda münsiflərin rəğbətini qazanmış BMA tələbələri müsabiqədə yüksək bacarıq və ustalıq nümayiş etdiriblər. Belə ki, “Solo ifaçılıq” nominasiyası üzrə Bağırzadə Səid (II kurs) - 1 yer Laureat adına, Əmiraslanov Nəriman (III kurs) – 3 yer Laureat adına, Eldarlı Gülnaz (II kurs) - 2 yer Laureat adına, İmanova Günel (II kurs) - 2 yer Laureat adına layiq görülüb. “Kamera musiqisi” nominasiyası üzrə - Əmiraslanov Nəriman, Xuduzadə Təhminə, Əmirli Nəzrin -1 yer üzrə Laureat adını qazanıblar. Eyni zamanda BMA-nın konsertmeysteri, beynəlxalq müsabiqələr laureatı Fəqan Həsənli (I yer) və BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının illustratoru Güllübəyim Məmmədova (II yer) müsabiqədə iştirak edərək diplomlarla təltif olunublar. Müsabiqənin sonuncu günündə qaliblərin Qala Konserti keçirilib. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 14


ELM İ RA ƏL İYEVA - 90 14 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrasının professoru Elmira Əliyevanın 90 illik yubileyinə həsr olunmuş konsert keçirilmişdir. Konsertdə Elmira xanımın tələbələrindən tutmuş bir çox ziyalı şəxslər yaxından iştirak etmişlər. Konsertin aparıcısı Könül Arifqızı tədbir boyu Elmira Əliyevanın yaradıcılıq yolunu işıqlandırmış və onun haqqında dəyərli fikirlər dilə gətirmişdir. Musiqi proqramında Elmira xanımın tələbələri və tanınmış musiqiçilər yaxından iştirak edərək bir sıra maraqlı əsərlər səsləndirmişlər. Belə ki: Quluzadə Rəfiqə - S.Raxmaninov Etüd-lövhə op.33 N 6, Eyyub Əliyev (violonçel)– S.V.Raxmaninov “Vokaliz” (müşayiət: Hüseynova Tomris), A.Piazolla – “Qış” İfaçılar: Lalə Muxtarova (skripka), Eyyub Əliyev (violonçel), Arzu Əsgərli (Fortepiano), Ceyhun Allahverdiyev – “Əbədi”, Səadət Xəlilova (skripka) – Q.Qarayev skripka üçün sonata III hissə, “Pastoral” (Fortepianoda müşayiət: Zemfira Əliyeva), Orxan Hüseynov – O.Zülfüqarov “Muğamsayağı və rəqs” (Fortepianoda müşayiət: Nərgiz Salmanlı), Nərgiz Salmanlı – S.Raxmaninov “Elegiya”, Nəzakət Rimazi və Elnarə Kəbirlinskaya – “Quastavino Argentina”, Ülviyyə Hacıbəyova – Niyazi “Vals”, Səbinə Əsədova və Fəridə Məmmədova – K.Sen-San “Bolero” (Fortepianoda müşayiət: Quluzadə Rəfiqə) əsərləri ilə çıxış etmişlər. Konsert gurultulu alqışlarla sona çatmış və xoş təəssüratlarla yaddaşlarda qalmışdır.

BAKI MUSİQİ AKADEMİYASININ “BƏSTƏKARLIQ” KAFEDRASI TƏLƏBƏLƏRİNİN KONSERTİ KEÇİRİLİB 25 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Bəstəkarlıq” kafedrasının tələbələrinin əsərlərindən ibarət konsert həyata keçirilmişdir.Artıq ənənə halını alan və hər il keçirilən konsertin məqsədi gənc bəstəkar tələbələrin əsərlərinin tamaşaçı auditoriyası qarşısında səsləndirilməsinə şərait yaratmaq və onların yaradıcılığına stimul qatmaqdır. Qeyd edək ki, konsertdə həm bakalavr həm də magistrda təhsil alan tələbələrin əsərləri yer almışdır. Belə ki, konsert proqramında bir sıra maraqlı əsərlər – magistr II kurs tələbəsi Əhədova Tamilla (müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikov) Fortepiano üçün sonata (II-III hissələr), bakalavr I kurs tələbəsi Süleymanova Nigar (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün 5 prelüd, bakalavr III kurs bəstəkarlığın seçmə fənn tələbəsi Nuranə Cabbarlı (müəllim: Kərəm Əkbərov) Fleyta və piano üçün pyes, Romans “Qadın ürəyi”, bakalavr III kurs tələbəsi Sara Amirian Dilruba (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Fleyta və Klarnet üçün Sonatina (I hissə), bakalavr II kurs tələbəsi Əliyeva Aydan (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Violonçel və fortepiano üçün 2 pyes. Adajio və Skertso, Bakalavr I kurs tələbəsi Afsarianmohassel Seyedsobhan (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün 6 prelüd, bakalavr II kurs tələbəsi Tofiq Rzayev (müəllim: Bəstəkarlıq kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru Arzu Məmmədova), Klarnet və Fortepiano üçün 4 pyes, bakalavr II kurs tələbəsi Abdullayeva Nərmin (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün variasiyalar, magistr I kurs tələbəsi Salmanov Toğrul (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Fortepiano üçün sonata (I hissə), magistr I kurs tələbəsi Namazlı Vüsal (müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Bəstəkarlıq kafedrasının müdiri, professor Arif Məlikov) Fortepiano üçün 4 prelüd, bakalavr IV kurs tələbəsi İmanova Almaz (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Ceyhun Allahverdiyev) Sonatina (I hissə), magistr I kurs tələbəsi Quliyev Elvin (müəllim: Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Bəstəkarlıq kafedrasının professoru Nazim Mirişli) Fortepiano üçün 4 prelüd, bakalavr II kurs tələbəsi Saleh Nəzərov (müəllim: Bəstəkarlıq kafedrasının müəllimi Pikə Axundova) 2 romans “Ömür” – sözləri: Bəxtiyar Vahabzadə “Bir dünyasan sən ayrı” – sözləri: Nigar Əliyeva, bakalavr III kurs bəstəkarlığın seçmə fənn tələbəsi Hüseynova Tutu (müəllim: Kərəm Əkbərov) 2 Prelüd, bakalavr IV kurs tələbəsi Məmmədzadə Vüqar (müəllim: Bəstəkarlıq kafedrasının professoru Aydın Əzimov) Kvartet III hissəli (II,III hissələr) səsləndirilmişdir. Konsert proqramı tələbələrin və dinləyicilərin yaddaşında maraqlı təəssüratlarla yadda qaldı. Bakı Musiqi Akademiyasının Mətbuat xidməti 15


BAKI MUSİQİ AKADEMİYASININ MÜƏLLİMLƏRİ TÜRKİYƏDƏ “TÜRKSOY”UN TƏŞKİLATÇILIĞI İLƏ “AŞIQ VEYSƏL ANMA İLİ” TƏDBİRİNDƏ İŞTİRAK EDİBLƏR 27-30 aprel 2019-cu il tarixlərində Türkiyə Respublikasında “Türksoy” təşkilatı tərəfindən böyük türk ozanı, türk aşıq ədəbiyyatının görkəmli nümayəndəsi Aşıq Veysəl Şatıroğlunun doğumunun 125 illiyi münasibətilə “Aşıq Veysəl anma ili” adlı anım tədbiri keçirilib. Tədbirin özəlliyi burada tədbirə qatılmış musiqiçilərin öz bəstəkarlıq qabiliyyətini nümayiş etdirərək Aşıq Veysəlin sözlərinə bəstələnmiş mahnıları ifa etmək idi. Burada müxtəlif ölkələrdən, iştirakçılarla yanaşı, qeyd olunan tədbirdə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Xor-dirijorluq” kafedrasının müəllimi, Əməkdar artist, dosent Yulizana Kuxmazova və “Solo oxuma və opera hazırlığı” kafedrasının müəllimi, Əməkdar artist İlham Nəzərov iştirak ediblər. Belə ki, Yulizana Kuxmazova Aşıq Veysəl Şatıroğlunun sözlərinə “Kara Toprak” adlı xor əsərini, İlham Nəzərov isə Aşıq Veysəl Şatıroğlunun “Kardeşim” şeirinə yazdığı “Beni hor görme!” adlı mahnısını təqdim edib. Qeyd edək ki, “Beni hor görme!” mahnısı İlham Nəzərovun ilk bəstəsidir. Tədbir həmçinin bir növ təqdim olunmuş əsərlərin premyerası kimi də tarixdə qaldı. Anma tədbirləri Türkiyənin müxtəlif şəhərlərində keçirilən möhtəşəm konsert proqramları ilə böyük marağa səbəb olub. Bu musiqiçilərin də yaradıcılığında əlamətdar bir hadisə kimi xüsusilə vurğulanmalıdır. Qeyd edək ki, Yulizana Kuxmazova və İlham Nəzərovun təqdim edilən əsərləri “Türksoy”un rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək diplomlarla mükafatlandırılımışdır.

BAKIDA VIII İSLAM DÜNYASI KLASSİK MUSİQİ İFAÇILARININ BEYNƏLXALQ MÜSABİQƏSİ KEÇİRİLİB 9 aprel 2019-cu il tarixində Bakıda səkkizinci İslam Dünyası Klassik Musiqi İfaçılarının Beynəlxalq Müsabiqəsinin dinləmələri keçirilib. ISESCO, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Xarici İşlər nazirliklərinin dəstəyi, “Kainat” Gənclik Mərkəzinin təşkilatçılığı Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) reallaşan dinləmələrdə Azərbaycanla yanaşı, Misir, Türkiyə, Mərakeş, İran, Başqırdıstan, Özbəkistan, Qazaxıstan, və Tacikistandan yaşı 20-dək olan klassik musiqi ifaçıları iştirak ediblər. 11 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi və qala-konserti keçirilib. Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev müsabiqənin əhəmiyyətindən danışaraq bildirib ki, ənənəvi olaraq reallaşan müsabiqədə iştirak edən ölkələrin sayı artmaqdadır. Müsabiqə müxtəlif ölkələrdən olan gəncləri bir araya gətirir, onların öz istedadını nümayiş etdirməsinə şərait yaradır. Həmçinin belə tədbirlər ölkələr arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirməyə xidmət edir. Daha sonra tədbirdə çıxış edən “Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova səkkizinci dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini bildiriblər. Bunun ardınca müsabiqə qaliblərinin adları açıqlanaraq (I yerlərin sahibləri: fortepiano - Əli Vəliyev (Azərbaycan), Məhşitfər Sədra Ramin (İran); simli alətlər - Səidə Əhmədova, Aydan Hacıəhmədova (Azərbaycan), Samat İlmuradov (Qazaxıstan); nəfəs alətləri - Aleksandr Belov (Başqırdıstan, Rusiya), Moldir Kudaybergenova (Qazaxıstan)) onlara mükafatlar təqdim olunub. Sonda qaliblərin iştirakı ilə qala-konsert təqdim edilib. Bakı Musiqi Akademiyasının 16 Mətbuat xidməti


BAKI KİTAB MƏRKƏZİNDƏ “ƏDİLƏ HÜSEYNZADƏ. MƏHƏBBƏTLƏ DOĞULMUŞAM” KİTABININ TƏQDİMATI KEÇİRİLİB 20 aprel 2019-cu il tarixində Bakı Kitab Mərkəzində “Ədilə Hüseynzadə. Məhəbbətlə doğulmuşam” kitabının təqdimatı keçirildi. Kitab görkəmli bəstəkar və pedaqoq, Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq fakültəsinin ilk qadın məzunu, Üzeyir Hacıbəylinin son sevimli tələbəsi Ədilə Hüseynzadənin zəngin həyat və yaradıcılıq yolunu işıqlandırır. Toplantını giriş sözü Mərkəzin direktoru Günel Rzayeva açdı. Kitabın müəllifi Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə tədqiqat üzərində işindən, müəllimi – Ədilə xanımla ünsiyyətinin özəlliklərindən ətraflı məlumat verdi. Təqdimatda bəstəkarın musiqisini Xalq artisti Fidan Hacıyeva, beynəlxalq müsabiqələr laureatı SəidəTağızadə, Əməkdar artist Aleksey Miltıx ifa etdilər. Ədilə Hüseynzadənin tələbələri, həmkarları Lalə Hüseynova, Elnarə Dadaşova və başqaları kitab haqqında təəssüratlarını, habelə bəstəkarla bağlı xatirələrini bölüşdülər.

FRANSADA ƏDİLƏ HÜSEYNZADƏYƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB 4 iyun 2019-cu il tarixində Azərbaycan Respublikasının Fransadakı səfirliyinin Mədəniyyət mərkəzində Azərbaycan Dövlət Konservatoriyasında bəstəkarlıq təhsili almış ilk azərbaycanlı qadın, görkəmli bəstəkar və pedaqoq, Əməkdar İncəsənət xadimi Ədilə Hüseynzadənin kamera-instrumental və vokal əsərlərindən ibarət konsert keçirilmişdir. Konsert Azərbaycan qadınlarına seçmək və seçilmək hüququnun verilməsinin 100 illiyinə həsr olunmuşdur. Konsert Fransada Azərbaycanın Dostları Assosiyasiyasının təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyi və Paris Azərbaycan Evinin dəstəyi ilə baş tutmuşdur. Tədbirdə Fransada Azərbaycanın Dostları Assosiyasiyasının baş katibi, Paris Azərbaycan evinin prezidenti Mirvari Fətəliyeva, Assosiyasiyasının prezidenti Jan Fransua Mansel, Azərbaycanın Fransadakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşaviri Vaqif Ağayev, Əməkdar İncəsənət xadimi, musiqişünas-alim, professor Zümrüd Dadaşzadə, Ədilə Hüseynzadənin tələbələri Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Əməkdar İncəsənət xadimi, bəstəkar Elnarə Dadaşova və Azərbaycan Milli Konservatoriyanın prorektoru, musiqişünas, professor Lalə Hüseynova çıxış etdilər. Bütün çıxışları Fransada Azərbaycanın Dostları Assosiyasiyasının layihələr rəhbəri, Paris Azərbaycan Evinin vitse prezidenti Mehri Quliyeva son dərəcə həssas şəkildə, yüksək professionallıqla, hətta Ədilə xanımın romanslarına aid poetik misraları belə orijinala yaxın tərzdə tərcümə etdi. Konsertin bədii hissəsində Ədilə xanım Hüseynzadənin əsərlərindən tərtib olunmuş maraqlı proqram təqdim olundu. Bəstəkarın romansları, fortepiano fuqası, violonçel və fortepiano üçün sonatinası xüsusi şövqlə səsləndi. İfaçılar Azərbaycan Respublikasının Xalq artisti Fidan Hacıyeva (metso-soprano), Beynəlxalq müsabiqələr laureatı Səidə Tağızadə (piano), Əməkdar artist Aleksey Miltıx (violonçel) idi. Bütün əsərlər son dərəcə yüksək maraqla dinlənildi, ifaçılar isə alqışlar və gül-çiçəklərlə qarşılandı. Konsertin sonunda Ədilə xanımın nəvəsi Səbinə Əliyeva tədbirin təşkilatçılarına və ifaçılarına səmimi duyğuları ilə təşəkkürünü bildirdi. Konsertə dəvət almış insanlar sırasında Fransanın Kolmar şəhərinin meri Jilber Meyer, Azərbaycanın Litvadakı səfiri Cavanşir Axundov, Fransanın Azərbaycanda ilk səfiri olmuş Jan Peren, fransalı diplomatlar, iş adamları, mədəniyyət, incəsənət xadimləri var idi. Bakı Musiqi Akademiyasının Mətbuat xidməti 17


SƏNƏT YOLUNU İŞIQLANDIRAN ULDUZLAR 27 iyun 2019-cu il tarixində Kamera və Orqan musiqisi zalında Əməkdar incəsənət xadimi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, görkəmli orqan ifaçısı Tahirə xanım Yaqubovanın yaradıcılığına həsr olunmuş kitabın təqdimatı və konsert keçirilmişdir. Tədbiri giriş sözü ilə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, professor Fərhad Bədəlbəyli açdı. O, öz çıxışında Tahirə xanımın orqan musiqisinin inkişafındakı xidmətlərini yüksək qiymətləndirərək, onu öz sənətinin Məcnunu adlandırdı. Xalq artisti, professor, bəstəkar Elnarə Dadaşova da, Tahirə xanımın yaradıcılığı haqqında dəyərli fikirlər söylədi. Təqdim olunan kitab Tahirə xanımın dostları, həmkarları, tələbələrinin onun haqqında olan ürək sözləri və düşüncələri əsasında fəlsəfə elmləri doktoru, istedadlı musiqiçi İmina Əliyeva tərəfindən xüsusi ustalıq və zövqlə tərtib edilmişdir. Konsertdə Əməkdar müəllim Rasimə Babayeva, Beynəlxalq müsabiqələr laureatları Səbinə Bəylərbəyova, Nigar Məmmədova, Şəfəq Abdullayeva, truba ifaçısı İsa Məmmədov çıxış edərək, Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirdilər. Konsertdə bir birindən maraqlı musiqi nömrələri təqdim olundu.

AZƏR DADAŞOV ADINA PİANOÇULARIN IV BEYNƏLXALQ MÜSABİQƏSİ KEÇİRİLİB Azərbaycan Bəstəkarlar İttifaqının və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə Azər Dadaşov adına Pianoçuların IV Beynəlxalq müsabiqəsi keçirilib. 2010-cu ildən keçirilən və artıq ənənəyə çevrilən müsabiqə Bakıda hər üç ildə bir dəfə keçirilir. Müsabiqənin təşkilat komitəsinə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə rəhbərlik edir. Qeyd edək ki, dördüncü müsabiqə də bundan əvvəl keçirilən digər müsabiqələr kimi 3 turdan ibarət olub. Dinləmələr iki yaş qrupu – kiçik (16 yaşadək) və böyük (16-25 yaş arası) yaş qrupları üzrə keçirilir. Birinci turda müsabiqə iştirakçılarının çıxış proqramına İ.Bax, Y.Haydn, V.Motsart, L.Bethoven, F.Kulaunun əsərləri, həmçinin Azər Dadaşovun üç Sonatinası və onun “6 miniatür”, “6 prelüd”, “Atmacalar”, “Çiçəkçin” silsiləsindən fortepiano pyesləri daxil edilib. İkinci turda F.Şubert, F.Şopen, R.Şuman, E.Qriq, A.Dvorjak, İ.Brams, S.Raxmaninovun əsərləri, həmçinin müsabiqənin zəruri hissəsi olan A.Dadaşovun üç kompozisiyası – “Baqatel”, “Məzəli rəqs” və “Həmd-Səna” səsləndirilib. Üçüncü turda iştirakçıların seçimi ilə Azər Dadaşovun üç “Fortepiano üçün konsertlər”indən biri və ya bəstəkarın fortepiano və orkestr üçün “Poema” əsəri ifa edilib. Laureatları müəyyən edən nüfuzlu münsiflər heyətinin tərkibinə SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli (sədr), həmçinin BMA-nın prorektoru, Xalq artisti, professor Yeganə Axundova, BMA-nın prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, “İxtisas fortepiano” kafedrasının müdiri, BMA-nın professoru Nəzakət Rimazi, Xalq artisti, professor Azər Dadaşov daxil idi. Birinci mükafata və I dərəcəli diploma Aysu Mustafazadə layiq görülüb (Astara şəhər Uşaq musiqi məktəbi, 13 yaş). İkinci mükafat və II dərəcəli diplom dörd iştirakçıya təqdim edilib: İlknur Zeynalov (BMA nəzdində Məktəb-studiya, 10 yaş), Emil Rəhimov (34 nömrəli Uşaq musiqi məktəbi, 11 yaş), Humay Nəbiyeva (BMA nəzdində Məktəb-studiya, 16 yaş), Könül Məmmədova (Qazaxıstan, 24 yaş). Üçüncü mükafata və II dərəcəli diploma Tomris Eyvazlı layiq görülüb (F.Əmirov adına 5 nömrəli İncəsənət məktəbi, 10 yaş). Müsabiqə qalibinin pedaqoqu, Astara musiqi məktəbinin müəllimi Aybəniz Dadaşovaya xüsusi diplom və mükafat təqdim edilib. BMA-nın Böyük zalında laureatların mükafatlandırılması mərasimi və qala-konsert təşkil edilib. Müsabiqə qaliblərinə fəxri diplomları və mükafatları Xalq artisti, müsabiqənin bədii rəhbəri, professor Azər Dadaşov təqdim edib. Yekun qala konsertində müsabiqənin laureatlarının ifasında Azər Dadaşovun əsərləri səsləndirilib. 18

Bakı Musiqi Akademiyasının Mətbuat xidməti


BAKI MUSİQİ AKADEMİYASININ TƏLƏBƏLƏRİ FİLARMONİYADA KONSERT VERİB 21 iyun 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin konserti keçirilib. Konsertdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayiəti ilə (dirijor: Əməkdar artist Fuad İbrahimov ) İohannes Brams – Violin və orkestr üçün Konsert op.77 (I hissə), Frederik Şopen - “Andante spianato və parlaq polonez” op.22, Karl Veber - Konsertino (op.26), Edvard Qriq – Fortepiano və orkestr üçün Konsert lya-minor op.16 (II, III hissə), Sergey Raxmaninov – Fortepiano və orkestr üçün Konsert N3 op.30 (I hissə), V.A.Motsart – Fleyta və orkestr üçün Konsert sol-major (I hissə), A.Jampyeri. Venesiya karnavalı, Dmitri Şostakoviç – Fortepiano və orkestr üçün Konsert N2 op.102 (II, III hissə), Sergey Raxmaninov – Fortepiano və orkestr üçün Konserti N2 op.18 (I hissə) əsərləri səsləndirilib. Solistlər qismində Respublika və beynəlxalq müsabiqələr laureatları Aytən İbrahimova (violino), Vüsalə Babayeva (piano), Səid Bağırzadə (klarnet), Ceyhun Əzizov (piano), Mədinə Ağayeva, Kamran Talıblı, Məhəmmədəli Paşazadə (klarnet), Leyla Zeynalova, Emil Əhmədzadə çıxış ediblər. Konsert dinləyicilər tərəfindən gurultulu alqışlara müşayiət olunub.

BAKI MUSİQİ AKADEMİYASININ ƏMƏKDAŞLARI ÇEXİYADA SƏFƏRDƏ OLUB 1-5 aprel 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının (BMA) Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyeva və akademiyanın səs mütəxəssisi Azər Əsgərov Çexiya Respublikası Praqa İfaçılıq Sənəti Akademiyasında (Academy of Performing Arts in Prague) keçirilmiş Network Performing Arts Production Workshop (İfaçılıq Sənəti Şəbəkəsi İstehsalı Seminarı) – NPAPW 2019-da iştirak ediblər. NPAPW mütəmadi olaraq Avropanın şəhərlərindən birində və ABŞ-da təşkil olunan konfransdır. Bu konfransda iştirak edən ifaçılar, ali musiqi təhsili müəssisələrinin nümayəndələri və İT mütəxəssisləri təqdim edilən təkmilləşdirilmiş şəbəkələrdən istifadə etməyə imkan verən texnologiyalar vasitəsilə canlı və onlayn ifaların, ustad dərslərinin və bu kimi digər tədbirlərin təşkili ilə bağlı zəngin təcrübə əldə edirlər. NPAPW 2019-da Ultragrid, MVTP, Jacktrip, Nimbra, Conference XP texnologiyaları ilə yanaşı, Bakı Musiqi Akademiyasının Avropa İttifaqının Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində qoşulduğu və GEANT (Ümumavropa Tədqiqat və Bilik Şəbəkəsi) tərəfindən maliyyələşdirilən LoLa (Low Latency Audio Visual Streaming System) texnologiyası haqqında ətraflı təqdimat keçirilib. NPAPW 2019-un ilk günündə qeyd olunan texnologiyalar haqqında onları inkişaf etdirən universitetlərin nümayəndələri tərəfindən təlimlər keçirilib, ikinci gün iştirakçılar 3 qrupa ayrılaraq LoLa, MVTP və Ultragrid texnologiyalarından istifadə edərək onlayn ifaların təşkili ilə yaxından tanış olublar, üçüncü gün isə onlayn ifalar auditoriyaya nümayiş olunub. 19


BAKI MUSİQİ AKADEMİYASININ QONAQLARI 30 aprel 2019-cu il tarixində Böyük Britaniyanın Oksford Universitetinin professorları David Kerr və Nicholas B La Thangue Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qonağı olaraq BMA-nın rektoru, SSRİ və Azərbaycan Republikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər. Görüş zamanı Azərbaycan və Böyük Britaniya arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsil ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib. Həmçinin, iki ölkənin tarixi inkişafı, musiqi mədəniyyəti haqqında müxtəlif məsələlər ilə bağlı söhbət aparılıb. Görüş əsnasında Xalq artistləri, professorlar Fərhad Bədəlbəylinin və Yeganə Axundovanın həmçinin BMA-nın fortepiano fakültəsinin tələbəsi Ceyhun Əzizovun ifaları qonaqlara təqdim olunub. Oksford Universitetinin professorları David Kerr və Nicholas B La Thangueun ilə görüş, xoş təəssüratlar, qarşılıqlı təqdim edilmiş hədiyyələr və birlikdə çəkilmiş xatirə şəkli ilə başa çatıb.

6 may 2019-cu il tarixində Rumıniyanın Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Dan İancunun xanımı Mihaela İancu Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qonağı olub. Qonaq BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüb. Görüşdə Rumıniyanın Avropa İttifaqı Şurasında prezidentlik dönəminin başa çatmasına həsr olunacaq konsertin Bakı Musiqi Akademiyasının dəstəyi ilə təşkili haqqında müzakirələr aparılıb. 23 may 2019-cu il tarixində GEANT Assosiasiyası layihələrinin icraçı rəhbəri Leoni Şafer Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında LOLA audiovizual sistemi ilə tanış olub. Görüşdə BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova, səs mütəxəssisi Azər Hacıəsgərli, AMEA İnformasiya Texnologiyalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, texnika üzrə fəlsəfə doktoru Babək Nəbiyev iştirak ediblər. Leoni Şaferin BMA-ya səfərinin əsas məqsədi GEANT-ın (Avropa Elm və Təhsil Şəbəkələri Assosiasiyası) Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect (Eastern Partnership Connect) layihəsi çərçivəsində reallaşdırılan, uzaq məsafədən insanların bir-biri ilə əlaqə yaratmasına imkan verən və sərhədsiz musiqi imkanları təqdim edən LOLA (LOw LAtency – aşağı gecikməli) audiovizual yayım sistemi ilə tanışlıq xarakteri daşıyırdı. Öncə professor Yeganə Axundova Bakı Musiqi Akademiyası haqqında daha sonra LOLA audiovizual yayım sisteminin imkanları barədə qonaqlara ətraflı məlumat verib. Görüşün sonunda Leoni Şafer Şərq Tərəfdaşlığı ölkələrini birləşdirən EaPConnect layihəsi çərçivəsində reallaşdırılan bu audiovizual sistemin BMA-da tətbiqini, İnformasiya Texnologiyaları İnstitutunun bu kimi layihələrə qoşulmasını yüksək qiymətləndirdi. 20


BAKI MUSİQİ AKADEMİYASINDA USTAD DƏRSLƏRİ KEÇİRİLİB 4 aprel 2019-cu il tarixində Kanadalı violonçel ifaçısı, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının məzunu, Montreal kamera musiqisi cəmiyyətinin bədii rəhbəri, Montreal Raxmaninov Triosunun təsisçisi Velitçka Yotçeva Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin tələbəsi ilə ustad dərsi keçib. Keçirilən ustad dərsdə BMA-nın “Simli alətlər” kafedrasının III kurs tələbəsi Orxan Hüseynov iştirak edərək Nikkolo Paqanini Moisey mövzusuna variasiyalar, Dmitri Şostakoviç sonata I və II hissələrini ifa edib. Ustad dərsdə əsərlərin ümumi təhlili, obrazı Velitçka Yotçeva tərəfindən təqdim edilib. BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən ustad dərs bütün auditoriya tərəfindən maraqla qarşılanıb. 4 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında Budqosk Musiqi Akademiyası və F.Şopen adına Varşava Universitetinin müəllimi Yeva Poblotskinin ustad dərsi keçirilib. Ustad dərsdə Bakı Musiqi Akademiyasının tələbələri Ceyhun Əzizov (F.List - Ricardanza), Fuad Əlizadə (F.Şopen –Ballada – g moll), Atabala Manafzadə (S.Prokofyev - Sonata), Vüsalə Babayeva (F.Şopen – Etüd op.25 №11) iştirak ediblər. Qeyd edək ki, pianoçu ustad dərsdə əsərlərin ifaçılıq xüsusiyyətlərini araşdırmağa, nəzəri məlumatlar verməyə çalışırdı. Budqosk Musiqi Akademiyası və F.Şopen adına Varşava Universitetinin müəllimi Yeva Poblotskaya tərəfindən aparılan ustad dərs çox yüksək səviyyədə keçərək bütün tələbələr və müəllimlər tərəfindən maraqla qarşılanıb.

24 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında Meksika marimba ifaçısı, Meksika Mədəniyyət və İncəsənət qrantının qalibi Javier Nandayapa tərəfindən ustad dərsi keçirilib. Javier Nandayapa ustad dərsində tələbələrlə öz təcrübələrini bölüşüb. Onlara əsərlər üzərində ifa texnikalarını öyrədib. Ustad dərsində tələbələr - Rəsul Zülfüqarlı (I kurs) - Kees Schonenbeck “Marimba üçün konsert (I hissə)”, Akif Rəhimov (II kurs) - N.P.Budaşkin “Domra üçün konsert (II, III hissə)”, Ramiz İsmayılov (II kurs) -H.Rzayev “Konsertino”, Kamil Hüseynzadə (Bül-Bül adına Orta İxtisas Musiqi Məktəbinin 9-cu sinif şagirdi) - Р.Щедрин “В подражение Альбенису”, H.Rzayev “Sonatina (I hissə)” əsərlərini ifa ediblər.

21


BAKI MUSİQİ AKADEMİYASINDA “MƏZUN GÜNÜ” KEÇİRİLİB İnsan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Belə yadda qalan, hər an xatırlana biləcək günlərdən biri də tələbəlik illəridir. Həyatımızın ən əziz çağları məhz tələbəlik illərinə təsadüf edir. Bu illər hər bir insanın həyatında unudulmaz mərhələdir. Məhz təhsil müddətində bir sıra biliklərə yiyələnən gənclər ən əhəmiyyətli uğurlarına da həmin təhsil ocaqlarında nail olurlar. Belə təhsil ocaqlarından biri də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasıdır. Ü.Hacıbəyli tərəfindən əsası qoyulan bu təhsil ocağının doğma divarları arasında tələbəlik illərimizin ən dəyərli və yadda qalan illəri keçmişdir. Həmçinin bu illər ərzində görkəmli musiqiçilərlə ünsiyyətdə olmaq, ölkənin qabaqcıl incəsənət xadimlərindən dərs almaq, Azərbaycan ifaçılıq tarixinə adını qızıl hərflərlə yazmış sənətkarların ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərlərini dinləmək, dünyanın və ölkənin aparıcı musiqiçilərini Bakı Musiqi Akademiyasının səhnəsində görmək, bir sözlə, incəsənət aləminə səs salan mədəni tədbirlərin bir başa şahidi olmaq qürurverici bir hissdir. Bu səbəbdən də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının məzunu adının məsuliyyətini çiyinlərimizdə daşımaq bizim üçün bir fəxr, böyük bir şərəfdir. 27 iyun 2019-cu il tarixində hər il olduğu kimi ənənəyə sadiq qalaraq, bu il də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında təntənəli “Məzun günü” qeyd olundu. Müstəqil həyata qədəm qoyan məzunlar bu əlamətdar günü çox sevinclə qarşıladılar. Unudulmaz tədbir günündə BMA-nın professor-müəllim və tələbə heyəti yaxından iştirak etdi. Öncə BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, görkəmli pianoçu, professor Fərhad Bədəlbəyli səhnədə çıxış edərək gənc məzunlara öz təbriklərini çatdırıb. O, gənclərə təhsil ocağının, Ü.Hacıbəyli məktəbinin qoyduğu ənənələr əsasında bu yolu davam etdirməyi tövsiyyə edərək, dəyərli məsləhətlərini dilə gətirib. Daha sonra BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova BMA-nın yaranma tarixindən və tələbələrin uğurlarından söz açıb. Ardınca BMA-nın musiqişünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirən məzunu Aygün Qəhrəmanova akademiyanı bitirən bütün məzunlar adından çıxış etmiş, müəllim və valideynlərə sonsuz təşəkkürlərini çatdırmışdır. Əlamətdar məzun günü tələbələr tərəfindən hazırlanmış konsert proqramı ilə davam edib. Ardınca rektor, prorektorlar və dekanların iştirakı ilə diplomların təntənəli təqdimetmə mərasimi baş tutub. Yaxın Şərqdə musiqi ixtisası üzrə ilk ali təhsil müəssisəsi olan Bakı Musiqi Akademiyası bir əsrə yaxın şanlı tarixə malikdir. 1921-ci ildə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin təşəbbüsü ilə yaradılmış Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) hazırda Azərbaycanın aparıcı ali təhsil ocaqlarından birinə çevrilmişdir. Akademiyada beynəlxalq müsabiqələr laureatları, görkəmli bəstəkarlar, alim və tədqiqatçılardan ibarət professor-müəllim heyəti çalışır. BMA-nın məzunları müxtəlif xarici ölkələrdə keçirilmiş beynəlxalq müsabiqələrdə uğurla çıxış edir və bu təhsil ocağı milli və dünya musiqi ənənələrinin layiqli təmsilçisi kimi bu gün də fəaliyyətini yüksək səviyyədə davam etdirir. Bu ocaq hər birimizə doğma və əzizdir. Bu əzəmətli ocaqdan məzun olmaq isə qürur vericidir. Məzun adını qazanan bütün tələbələri təbrik edir, gələcək fəaliyyətlərində və şəxsi həyatlarında uğurlar arzu edirik. Bakı Musiqi Akademiyasının məzunu, Musiqişünas AYGÜN QƏHRƏMANOVA

22


BAKI MUSİQİ AKADEMİYASINDA TƏHSİL ALAN ƏCNƏBİ TƏLƏBƏLƏRİN KONSERTİ KEÇİRİLİB 4 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında akademiyada təhsil alan əcnəbi tələbələrin konserti keçirilib. Konsertdə fortepiano fakültəsinin III kurs tələbəsi, Qazaxıstan Respublikası vətəndaşı Mamedova Könül, magistr pilləsinin skripka ixtisası üzrə I kurs tələbəsi, Türkmənistan vətəndaşı Abdullayev Elçin, Tarix-nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə I kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı Afsarianmohassel Seyedsobhan Seyedhashemin, fortepiano fakültəsinin I kurs tələbəsi, Qazaxıstan Respublikası vətəndaşı Bairamova Sevda, fortepiano fakültəsinin I kurs tələbəsi, Rusiya Federasiyası vətəndaşı Dzhavadova Leila, ifaçılıq fakültəsinin skripka ixtisası üzrə I kurs tələbəsi, Türkmənistan vətəndaşı Abdullayev Nuradin, ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Gharehbaghi Sisan Atefeh, fortepiano fakültəsinin hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Jamfarsadi Alireza, ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə II kurs tələbəsi, Rusiya Federasiyası vətəndaşı Akhmedova Aminat, tarix-nəzəriyyə fakültəsinin bəstəkarlıq ixtisası üzrə III kurs tələbəsi, İran İslam Respublikası vətəndaşı Sara Amirian, ifaçılıq fakültəsinin solo oxuma ixtisası üzrə hazırlıq kursunun tələbəsi, İran İslam Respublikası vətəndaşı Shishehgarkhaneh Zahra çıxış edib. Tələbələrin ifasında F.Şopen. Noktürn c-moll, N.Paqanini Sonatina №4, İ.S.Bax. Konsert f-moll, Skryabin Preludiyalar op.16, Q.Qarayev Kiçik vals, prelüdiya, Bonocini. “Griselda” operasından Aria, T.Quliyev Qəmgin mahnı, Şopen Fantaziya ekspromt cis-moll, Paolo Tosti, Ricardo Mazzola. İl pescatore canta, S.Rüstəmov “Hardasan?” əsərləri səsləndirilib.

BEYNƏLXALQ MUĞAM MƏRKƏZİNDƏ BAKI MUSİQİ AKADEMİYASININ “İXTİSAS FORTEPİANO” KAFEDRASI TƏLƏBƏLƏRİNİN KONSERTİ KEÇİRİLİB 22 may 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas Fortepiano” kafedrası tələbələrinin “28 May Respublika Günü”nə həsr olunmuş konserti keçirilib. Konsertdə Eldarlı Səbinə - K.Debüssi “Prelüd” a moll (müəllim: professor Ts. Sinamdzqvarişvili), Hacıyeva Günel F.Şopen “Etüd” As dur (müəllim: professor Z.Şəfiyeva), Rzazadə Aygül - K.Debüssi “Ay işığı” (müəllim: professor Rüstəmova Afaq), Əhmədzadə Emil - A.Skryabin “Etüd” N12 (müəllim: professor M.Quliyev), Bəylərova Firuzə - F.Şopen “Fantaziya” (müəllim: professor E.Kəbirlinskaya), Musazadə Maqsud - K.Çerni “Noktürn” E-dur (müəllim: professor Ts.Sinamdzqvarişvili), Hüseynəliyeva Aytən - R.Şuman “3 fantaziya” c moll (müəllim: professor S.Aşumova), Abbaslı Nəzrin - F.List “Paqanini etüdləri” N6 (müəllim: professor M.Adıgözəlzadə), İrşadi Gülnar - F.List “Etüd” f moll (müəllim: professor N.Rimazi), Əliyeva Fatimə - A.Skryabin “Etüd” N5, op.8 (müəllim: professor K.Neymanova), Əlizadə Fuad - F.Şopen “Mazurka” N32 (müəllim: professor Y.Axundova), Əzizov Ceyhun - K.Debüssi “Prelüd” N24 (müəllim: professor N.Rimazi), Babayeva Vüsalə - F.Şopen “Etüd” N23 (müəllim: professor N.Quliyeva) kimi əsərləri səsləndiriblər. Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.

23


BEYNƏLXALQ MÜSABİQƏLƏR LAUREATI ZÜLEYXA ABDULLA AZƏRBAYCAN DÖVLƏT AKADEMİK FİLARMONİYASINDA KONSERT VERİB 3 iyun 2019-cu il tarixində, M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “İxtisas fortepiano” kafedrasının dosenti, beynəlxalq müsabiqələr laureatı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Züleyxa Abdullanın Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri ilə birgə konserti keçirilmişdir. Konsert, orkestrin bədii rəhbəri və baş dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimovun dirijorluğu ilə baş tutmuşdur. Orkestrin ifasında F.Şubertin “Uvertüra” do minor və E.Qriqin Holberq-Süita op.40 əsələri səsləndirilmişdir. Konsert proqramında Züleyxa Abdullanın solistliyi ilə İ.S.Baxın fortepiano və orkestr üçün re minor konserti dinləyicilərə təqdim olunmuşdur. Konsertdə, həmçinin müasir fransız bəstəkarı P.Tilluanın solo fortepiano və simli orkestr üçün “Perit ut vivat” əsəri Bakıda ilk dəfə ifa edilmişdir. Hər iki əsər solistin uğurlu təfsiri nəticəsində dinləyicilər tərəfindən böyük alqış və rəğbətlə qarşılanmışdır.

SAKİT! İMTAHAN GEDİR!.. 19 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasının Böyük zalında akademiyanın “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin dövlət imtahanı keçirilib. İmtahan zamanı tələbələr səhnədə S.Raxmaninovun “Aleko” operasından parçalar nümayiş etdiriblər. Qeyd edək ki, tələbələr eyni musiqi səhnəciklərini iki hissədən ibarət şəkildə fərqli ifaçıların ifasında çıxış ediblər. Belə ki, I hissədəki heyətdə - Aleko- U.Cəfərov (bariton) - IV kurs, Zemfira-S.Aslanova (soprano) -IV kurs, Cavan qaraçı - F.Əhmədli (tenor) –solist, Yaşlı qaraçı -Y.Sarafanova (soprano)- solist, Yaşlı qaraçı - A.Ferştandt (bariton) –solist qismində ifa ediblər. İkinci heyətdə isə - Aleko-M.Tağızadə (bariton) - IV kurs, Zemfira-N.Cəfərova (soprano)-IV kurs, Cavan qaraçı-F.Əhmədli (tenor)–solist, Yaşlı qaraçı-E.Həsənova (soprano)-II kurs, Yaşlı qaraçı - A.Ferştandt (bariton)–solist qismində çıxış ediblər. Uğurla nümayiş olunan operanın dirijoru: Cavad Tağızadə, Rejissoru: Zeynəb Safina, Konsertmeysteri: Nabat Bağırova olub. 21 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yerləşən Opera studiyasının Böyük zalında akademiyanın “Solo oxuma və opera hazırlığı” kafedrası tələbələrinin dövlət imtahanı keçirilib. İmtahan zamanı tələbələr səhnədə S.Çaykovskinin “İolanta” operasını nümayiş etdiriblər. Qeyd edək ki, Operanın dirijoru: Xalq artisti, professor Cavanşir Cəfərov, Rejissor: Elvin Mirzəyev, Konsertmeysterlər: İsa Nüşabə,Tatyana Donbik olub. İfaçılar qismində tələbələr: İolanta-Gülşən İbadova-(soprano) (IV kurs), Rene – kralı Anton Ferştandt -(basbariton)–solist, İbn - Hakiya - Hidayət Əliyev (bariton) (IV kurs), Vodemon- İslam Hüseynov (tenor) (IV kurs), Marta - Yelena Sarafanova – solist, Rəfiqələr –Briqitta və Laura - İslamə Abdullayeva (III kurs) və Manya Əşrəfzadə (III kurs) çıxış ediblər.

24


XƏBƏRLƏR 4 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının elmi işçisi, doktorant Ayxan Əfəndiyev akademiyada elmi seminar keçirmişdir. Ayxan Əfəndiyev “MÜASİR MUSİQİNİN YENİ TƏZAHÜR FORMASI ANİME MUSİQİSİ” adlı seminar mövzusu ilə çıxış etmişdir. Məruzəçi Asiyada ən məşhur qadın bəstəkar Yuuki Kajiuranın (“Fate Grand order animasiyasının tərkib hissəsi olan) “Babil” və “Ainion hetarioi” əsərləri barəsində ətraflı məlumat verdikdən sonra onları nümayiş etdirmişdir. 5 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin konserti keçirilib. Konsert Bakı Musiqi Akademiyasının yaranmasının 100 illiyi münasibətilə təşkil edilib. Bədii rəhbəri Xalq artisti, professor, general-mayor Yusif Axundzadə olan orkestr, konsertdə bir-birindən maraqlı musiqi parçaları ifa edib. Konsert çərçivəsində təqdim olunan musiqi nömrələrinin əksəriyyəti ilk dəfə dinlənilib. 12 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə Əməkdar İncəsənət xadimi Azad Əliyevin əziz xatirəsinə həsr olunmuş konsert keçirilib. Konsertdə solist qismində Beynəlxalq müsabiqələr laureatı Tofiq Şıxıyev çıxış edərək Marcello/BachAdagio, J.S.Bach-Partita no2 C minor BWV 826, Wagner/Liszt-Isoldes Liebestod, Fikrət Əmirov-12 Miniatür, R.Schedrin-Basso Ostinato əsərlərini yüksək peşəkarlıqla səsləndirib. Konsert gur alqışlar ilə sona çatıb. 15 aprel 2019-cu il tarixində Bakı Musiqi Akademiyasının Kiçik zalında “Musiqi nəzəriyyəsi” və “Konsertmeyster ustalığı” kafedralarının Məktəb-studiya ilə birgə hazırladığı Məruzə-konserti keçirilib. Xüsusi ilə qeyd etməliyik ki, məruzə-konsertdə hər bir əsərin səslənməsindən öncə dinləyicilərə əsərin bədii məzmununu açıqlayan maraqlı məlumatlarla zəngin olan geniş məruzə və verilən məlumatları əyani şəkildə nümayiş etdirən slayd təqdim olundu. Konsert proqramı öz rəngarəngliyi ilə seçilirdi. Dinləyicilərə klassik ənənəli musiqi ilə yanaşı XX əsrin kino və balet musiqisi də təqdim olundu. İfa zamanı məruzəçi-tələbələr tərəfindən hazırlanan videoçarxlar ifaya xüsusi rəng qatdı. 19 aprel 2019-cu il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin təşkilatçılığı ilə UNESCO tərəfindən elan olunan 23 aprel - “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş konfrans keçirilmişdir. Həmin konfrans “Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda idi və burada ilk dəfə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının mütəxəssisləri məruzə ilə çıxış etmişdilər. Artıq ənənəvi olan bu konfransın aktuallığı Azərbaycan xalqının torpağı, mədəni irsi və tarixinə qarşı əsrlər boyu davam edən, ildən-ilə artan və yeni dövrün elmi-texniki nailiyyətlərindən istifadə etməklə hazırkı günümüzdə daha geniş vüsət alan təcavüzkar erməni saxtakarlığının, erməni plagiatının ifşa olunmasıdır. Beynəlxalq konfrasda Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri, professor Kamran İmanov, Azərbaycan Respublikasının Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin “Siyasi araşdırmalar və analitik təhlil” sektorunun müdiri Fuad Axundov, Rusiyalı alim və publisist, professor Oleq Kuznetsov, AMEA-nın Tarix İnstitutunun direktor müavini, tarixçi-alim Cəbi Bəhramov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə, AMEA-nın Dilçilik İnstitutun “Qədim dillər və mədəniyyətlər şöbəsinin” müdiri İlhami Cəfərsoy, AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi İslam Sadıq, BDU-nun “Arxeologiya və etnoqrafiya” kafedrasının dosenti Kərəm Məmmədov, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının 25


dosenti, elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi Ariz Abduləliyev, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının elmi işçisi Rauf Bəhmənli, Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili, BDU-nun “Asiya və Afrika ölkələri” kafedrasının dosenti Atamoğlan Məmmədli, ali məktəb rektorları, pedaqoqlar, aparıcı media təmsilçiləri, ziyalılar iştirak etmişlər. İlk dəfə ƏMA-nın möhtəbər tədbirinə dəvət alan Bakı Musiqi Akademiyasının mütəxəssisləri öz çıxışlarında Azərbaycan musiqisinə qarşı erməni plagiatına dair yeni faktları elmi dəlillər ilə ifşa etdilər. Ü.Hacıbəyli adına BMA-nın dosenti A.Abduləliyev “Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi”. Ü.Hacıbəyli adına BMA-nın elmi tədqiqat laboratoriyasının işçisi R.Bəhmənli “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” mövzusunda məruzələri maraqla qarşılanmışdır. 22 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası (BMA) Kamera ansamblı kafedrasının BMA-nın 100 illiyinə həsr olunmuş konserti keçirilib. Konsertdə Professor Sadıqzadə Maya və tələbələri Hüseynəliyeva Aytən, Xəlilov Əli, Cəfərov İsmayıl, Nurizadə Adilə, Hacıyeva Gülnar, Eldarlı Gülnaz, İsmayılov Ramiz, Baş müəllim Məmmədova Rimuzər və tələbələri Əzizov Ceyhun, Kərimli Qəmər, Novruzova Turanə, Baş müəllim Əliyeva Talehə və tələbələri Musayeva Gülər, Rzayeva Aytən, Həyatov Heydər, Abbaszadə Zahid, İbrahimli Nilufər və Bayramlı Camal çıxış edib. BMAnın 100 illiyinə həsr olunmuş Kamera ansamblı kafedrasının konsertində tələbələr xarici bəstəkarlardan J.Haydn, V.Mozart, M.Qlinka, R.Schubert və P.Hindemithin əsərlərinə müraciət edərək yüsək səviyyədə ifa ediblər. Bütüb dinləyicilər tərəfindən böyük maraqla qarşılanan konsert gur alqışlar ilə sona çatıb.

23 aprel 2019-cu il tarixində Kamera və Orqan Musiqisi zalında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının tələbəsi İslama Abdullayevanın solo konserti keçirilib.(müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fidan Qasımova) Konsertin adı, mövzuya uyğun olaraq “Baroque” adlanıb. İlk olaraq “Furioso” simli kvartetinin violonçelisti Əsmər Kərimli səhnəyə çıxaraq öz ifasına başlayıb daha sonra konsertin konsertmeysteri Lalə Hüseynli və zalın müxtəlif tərəflərindən violində ifa edərək Səid Məmmədov, Süleyman Babakişizadə, violada isə Üzeyir Mahmudbəyli səhnəyə çıxıblar. Onların ifasında Barokko dövrünün dahi bəstəkarlarının əsərləri ifa edilib (G.F.Hendel, H.Pörsell, A.Stradella, K.Monteverdi, C.B.Perqolezi, K.Qlyuk). Qeyd edək ki, bəzi ariyalar və duetlər Azərbaycan səhnəsində ilk dəfə səsləndirilib. Konsert yalnız İslama Abdullayevanın parlaq ifası ilə deyil, həm də onun aktoyrluq bacarığı ilə yadda qalıb. O, ifa etdiyi əsərlərin texniki cəhətdən çətin olmasına baxmayaraq asanlıqla roldan rola keçərək obrazın emosional xarakterini tamaşaçılara çatdıra bilib. Qeyd edək ki, konsert proqramında Əməkdar artist İlham Nəzərovla 3 duet və 1 solo əsər ifa edən ifaçı tamaşaçıların gurultulu alqışları ilə müşayiət olunub. 23 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akdemiyasının Böyük zalında “Konsertmeyster ustalığı” kafedrasının 40 illik müstəqil fəaliyyətinə həsr olunmuş Yubiley Konserti keçirilib. Konsertdə BMA-nın “Konsertmeyster ustalığı” kafedrasının solistləri, BMA-nın fortepiano fakültəsinin və digər fakültələrin tələbələri iştirak ediblər. Musiqi proqramında V.Adıgözəlov, N.Rimskiy-Korsakov, F.Bədəlbəyli, F.Kreysler, Ü.Hacıbəyli, S.Raxmaninov, R.Şedrin, V.Monti, H.Rzayev, C.Verdi, M.Maqomayev yaradıcılığından rəngarəng musiqi nömrələri səslənib.

26


23 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Əməkdar incəsənət xadimi, professor, ustad kamança ifaçısı Arif Əsədullayevin 70 illik yubileyi çərçivəsində Azərbaycan musiqisi üçün vacib və aktual məsələlərdən biri olan “Milli musiqi dəyərlərimizi qorumaq günün tələbidir” adlı elmi seminar keçirilmişdir. Tədbirdə BMA-nın tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMAnın elmi tədqiqat laboratoriyasının müdiri Nuridə İsmayılzadə yubilyarı təbrik etdilər. A.Əsədullayevin çıxışı zamanı dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan muğam sənətinə əvəzsiz töhfələri haqqında söz açılmış və onun davamçıları—Məhəmməd Saleh İsmayılov, Bayram Hüseynli, Ramiz Zöhrabov, Elxan Babayevin adları çəkilmişdir. Daha sonra söz Arif Əsədullayevə verildi. O seminarı yüksək professonallıqla dinləyicilə təqdim etdi. Seminar sırasında Xalq artisti, görkəmli tar ifaçısı Ramiz Quliyev, Xalq artisti Vamiq Məmmədəliyev, laboratoriyanın əməkdaşları Zeynal İsayev və Ariz Abduləliyev dəyərli və səmimi fikirlərini səsləndirdilər. Seminar iştirakçılarının bir çoxu Arif müəllimə maraqlı suallar ünvanladı və onun fikir və düşüncələri diqqətlə dinlənildi. 25-26 aprel 2019-cu iltarixində Bakı Xoreoqrafiya Akademiyası Təhsil Kompleksində (BXA) akademiyanın 90 illik yubileyinə həsr olunmuş konsertmeyster ustalığı üzrə I Respublika müsabiqəsi keçirilib. İki mərhələdən ibarət olan müsabiqənin münsiflər heyətinə Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevanın sədrliyi ilə BXA-nın bədii rəhbəri, Xalq artisti Kamilla Hüseynova, BXA-nın xarici əlaqələr üzrə prorektoru, Xalq artisti Təranə Muradova, BXA-nın Baletmeyster sənəti kafedrasının müdiri, professor Lyudmila Həsənova, BMA-nın Konsertmeyster ustalığı kafedrasının müdiri, professor Leyla Abbasquliyeva, Əməkdar müəllim, professor Gülnarə Acalova daxil edilib edilib. İki gün davam edən yarışmaya Azərbaycanın müxtəlif bölgələrindən 50-yə yaxın gənc ifaçı qatılıb. Münsiflər heyətinin qiymətləndirməsi nəticəsində ilk üç yerin qalibləri diplomlar, müsabiqə iştirakçılarına isə sertifikatlar təqdim edilib. 30 aprel 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında akademiyanın İfaçılıq fakültəsinin fleyta ixtisası üzrə IV kurs tələbəsi, Beynəlxalq müsabiqələr laureatı Nəzrin Əmirlinin solo konserti keçirilmişdir. Konsertə Q.Qarayev, F.Doppler, E.Bach və C.Reineckenin fleyta üçün yazılmış məhşur əsərləri səslənmişdir. Qeyd edək ki, ifaçının müəllimi Azərbaycan Respublikasının Xalq artisti, Prezident təqaüdçüsü, professor Müzəffər Ağamalızadədir. İfaçını fortepianoda Respublika və Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Nəriman Əmiraslanov müşayiət edib. Konsert dinləyicilərin gur alqışları ilə sona çatıb. 1 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Fortepiano, orqan və klavesin” kafedrasının “Bahar konsert”i keçirilib. Konsert proqramında Bakı Musiqi Akademiyasının “Fortepiano, orqan və klavesin” kafedrasının baş müəllimi Bəylərbəyova Səbinə və BMA-nın tələbələrinin (Rəsulzadə Nəzrin, Persan Ruslan, Nemətova Gülnişan, Məmmədzadə Fidan, Süleymanova Nigar, Nadirli Səma, Qasanova Tomris, Musayeva Fərəh, Mirzəyeva Mədinə, Mustafayeva Arzu, İskəndərli Sona, Məmmədova İlahə, Bakkalzadə Zəhra, Salamzadə Nəzrin, Qurbanova Rəhimə, Babayev Elvin, Kərimova Nigar, İsmayılov Emil, Abbaszadə Fəridə, Fətəliyeva Ümidə, Qazıyeva Səmra, Ayşə Cəmil, Abdullayev Nürəddin, Zülfüqarlı Rəsul, Nağızadə Fidan, Rüstəmov Sübhan, Talıblı Kamran) ifasında Azərbaycan və dünya bəstəkarlarının bir sıra rəngarəng musiqi nömrələri səslənib. 27


6 may 2019-cu il tarixində Bakı Dövlət Universitetində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının bir qrup elmi işçiləri Bakı Dövlət Universitetin Tarix fakültəsinin dekanlığının təşkilatçılığı ilə elmi seminar keçiriblər. Fakültənin dekanı, dosent Azad Rzayev və Laboratoriyanın müdiri Nuridə İsmayılzadə giriş sözü ilə çıxış edərək BDU-nun 2019-cu ildə 100 illik yubileyi ilə bağlı keçirilən həmin seminarın silsilə tədbirlərdən biri olduğunu vurğuladılar. Daha sonra seminarın məruzəçisi, elm-tədqiqat laboratoriyanın elmi işçisi Rauf Bəhmənliyə söz verildi. O, “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” mövzusunda slaydlarla zəngin, musiqi nömrələrinin fonunda hazırladığı elmi məruzəsini seminar iştirakçılarına təqdim etdi. Məruzəçi Rauf Bəhmənli uzun illər ərzində apardığı tədqiqatlar nəticəsində XX əsrin 1927ci ildə Müslüm Maqomayev tərəfindən toplanılmış çox saylı Azərbaycan xalq rəqslərindən ibarət topluya müraciət etdi və onların əksəriyyətinin erməni bəstəkar və ifaçılarının plagiatına məruz qaldığını qeyd etdi. Bu faktı slaydlarda göstərilən konkret musiqi nömrələri ilə təsdiq etdi. Tədbirdə BDU-nun professor - müəllim heyəti və tələbələr də iştirak edirdi. 13 may 2019-cu il tarixində Avstriyanın OEAD təşkilatının dəstəyi ilə Landmark otelində "Əməkdaşlıq və Təhsil Səfəri" proqramı çərçivəsində dörd fərqli ali təhsil müəssisəsini təmsil edən (dövlət universitetləri, özəl universitetlər, tətbiqi elmlər universitetləri və müəllimlərin təhsili üzrə universitet kollecləri) 22 nəfərlik eskpert heyətinin görüşü və seminarı keçirilib. Seminar zamanı Avropa Komissiyası tərəfindən maliyyələşdirilən Erasmus+ International Credit Mobility (KA107 – ICM) və Erasmus+ Capacity Building in Higher Education (KA2 – CBHE) layihələrinin müştərək şəkildə yazılması və digər əməkdaşlıq istiqamətləri müzakirə olunub. Keçirilmiş seminarda Azərbaycan ali təhsil müəssisələrindən 27 nümayəndə iştirak edib. Tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını (BMA) Beynəlxalq əlaqələr şöbəsinin koordinatoru Zülfiyyə Şəfiyeva və İnformasiya texnologiyaları mütəxəssisi Röya Hüseynova təmsil ediblər. Seminar zamanı BMA-nın təqdimatı keçirilib, networking sessiyasında isə Avstriyanın ali musiqi təhsil müəssisələri ilə əməkdaşlıq imkanları müzakirə olunub və qarşılıqlı informasiya mübadiləsi həyata keçirilib. Həmçinin, Vyana Musiqi və İncəsənət Universitetinin Beynəlxalq əlaqələr departamentinin layihə meneceri Theresa Aichinger BMA-nın qonağı olaraq akademiyanın fəaliyyəti haqqında ətraflı məlumat əldə edib. 14 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Konsertmeyster ustalığı” kafedrası tələbələrinin konserti keçirilib. Belə ki, “Konsertmeyster ustalığı” kafedrası üzrə professor Musayeva Elmira, baş müəllimlər Əhmədzadə Gülnarə, Zeynalova Leyla, Sultanova Safuranın sinfinin tələbələri ilə keçirilən konsert maraqlı, yaddaqalan olmuşdur. Azərbaycan və dünya bəstəkarlarının repertuarına müraciət edən tələbələr, ifalarında böyük məharət nümayiş etdirərək ifa zamanı solistlə ahəng yaratmağa nail olmuşlar. 14 may 2019-cu il tarixində “Görkəmli tarzən, Xalq artisti, “Şöhrət” və “Şərəf” ordeni mükafatçısı, professor Ramiz Quliyev yaradıcılığına bir nəzər: musiqi irsimizin, tar ifaçılıq sənətinin təbliği” mövzusunda elmi seminar keçirilib. Bakı Musiqi Akademiyasının elmi-tədqiqat laboratoriyasının təşkil etdiyi seminarda, görkəmli tarzən Ramiz Quliyevin musiqi irsimizin xəzinəsi sayılan yaradıcılıq səhifələri bir daha işiqlandırılmışdır. Elmi-tədqiqat laboratoriyasının elmi işçisi Aynur Çələbiyeva hörmətli tarzənin yaradıcılğını bir daha isıqlandıraraq, xüsusilə R.Quliyevin Vətəndən uzaqlarda, xarici ölkələrdə konsert fəaliyyətini araşdıraraq olduqca maraqlı seminar mövzusu ilə çıxış etmişdir. Seminarda R.Quliyevin yaradıcılıq fəaliyyətinin əsas mərhələlərini vurğulayan bir sıra konsert proqramlarından fraqmentlər səsləndirilmiş, ustadın ABŞ, Türkiyə, Əfqanıstan, Hollandiya, İsveçrə, ADR, Kanada, İran, Fransa, Norveç, İsrail və.s. ölkələrdə böyük müvəffəqiyyətlə keçirilmiş konsertləri haqqda geniş məlumatlar verilmişdir. A.Çələbiyeva çıxışı zamanı R.Quliyevin Azərbaycan tar ifaçılıq sənətinə bəxş etdiyi əvəzsiz töhvələri haqqında söz açmış və ustada Dövlətimiz tərəfindən, xüsusilə də Ulu Öndərimiz Heydər Əliyev tərəfindən daima qayğı və hörmətin göstərilməsini vurğulamışdır. 28


Seminarda iştirak edən Ramiz Quliyev tədbir ilə əlaqədar məmnunluğunu bildirmiş və elmi-tədqiqat laboratoriyasının bu qəbildən olan layihələrini bəyənərək, bütün bunların musiqimizə, mədəniyyətimizə verilən dəyərin bariz nümunəsi olduğunu xüsusilə vurğulamışdır. Mövzu ilə əlaqədar laboratoriyanın əməkdaşları Əməkdar İncəsənət Xadimi, professor A.Əsədullayev, dosent A.Abduləliyev, bəstəkar R.Ramazanov dəyərli fikir və mülahizələrini bildirdilər. Sonda laboratoriyanın müdiri sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent N.İsmayılzadə çıxış edərək keçirilən seminarı yüksək qiymətləndirdi və milli-mənəvi dəyərlərimizin qorunması və təbliğı prosesində hələ çox işlərin görülməli olduğunu vurğuladı. 16 may 2019-cu il tarixində mütəfəkkir şair İmadəddin Nəsiminin zəngin irsinin öyrənilməsi məqsədi ilə “Nəsimi haqqında nə bilirik” adlı elmi seminar kecirilmişdir. Elmi seminarda BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Sevda İsayevanının dahi Azərbaycan şairi Nəsimi irsininin öyrənilməsi mövzusuna müraciət etməsi laboratoriya kollektivi tərəfindən dərin maraq və diqqətlə qarşılanmışdır. Məruzəçi çıxışında Nəsimi irsinin fəlsəfi dərinliklərindən söz açmış, onun həyat və yaradıcılığı haqqında fikirlərini səsləndirmişdir. Nəsiminin poetik dünyası sonrakı sənət adamlarını da ruhlandırmış, onun şərəfinə əsərlər yazılmış, film çəkilmişdir. Seminarda görkəmli bəstəkar Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən musiqi nömrələri maraqla dinlənilərək, “Nəsimi” filmindən də fraqmentlərə baxıldı, seminarın sonunda isə müzakirələr keçirildi. Labortoriyanın elmi işcilərindən fəlsəfə doktoru, dosent Yalçın Abdulla , BMA-nın dosenti, aparıcı elmi işçi Ariz Abduləliyev, Əməkdar İncəsənət Xadimi, professor Arif Əsədullayev müzakirələrdə çıxış edərək mövzu haqqında öz fikirlərini bildirdi və Nəsimi yaradıcılığı ilə bağlı ölkənin daxilində və xaricində rastlaşdıqları maraqlı məlumatları kollektivin əməkdaşları ilə bölüşdülər. 22 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik Zalında “İxtisas fortepiano” kafedrası tələbələrinin “Fortepiano dueti” fənni üzrə konserti keçirilib. Konsertdə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məmmədova Arzu, dosent Sultanova Sevinc, baş müəllimlər Axundova Könül, Sultanova Fəridə, müəllim Əmirova Cəmilənin tələbələri çıxış ediblər. Konsertdə çıxış edən tələbələr maraqlı konsert proqramı nümayiş etdiriblər. Konsert proqramı maraqlı təəsüratlarla yadda qalıb. 22 may 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə BMA-nın Qara Qarayev adına Konfrans zalında görkəmli bəstəkar və müəllim, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının “Musiqi İfaçılıq sənətinin və pedaqogikanın aktual problemləri” adlı Elmi-İfaçılıq konfransı keçirilib. Qeyd edək ki, Elmi-İfaçılıq konfransın təşkilat komitəsinin sədri Azərbaycan Respublikasının Əməkdar müəllimi, pedaqoji elmlər namizədi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tədris işləri üzrə prorektoru, professor Nərminə Quliyevadır. Bununla yanaşı Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Tərlan Seyidov, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, fortepiano fakültəsinin dekanı, professor Nəzakət Rimazi, Əməkdar incəsənət xadimi, ifaçılıq fakültəsinin dekanı, professor Nəzmiyyə Abbaszadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, “Metodika və xüsusi pedaqoji hazırlıq” kafedrasının müdiri, dosent Elnarə Məmmədova konfransın təşkilat komitəsinin üzvləridir. Görkəmli bəstəkar, Xalq artisti, professor Sevda İbrahimovaya həsr olunmuş Elmi-İfaçılıq konfransında ilk öncə sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova ön söz ilə çıxış edərək “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının yaranması, son 50 illik fəaliyyəti, bəstəkar Sevda İbrahimovanın kafedranın həyatındakı rolu haqqında ətraflı məruzə səsləndirib. Daha sonra “Metodika və Xüsusi Pedaqoji Hazırlıq” kafedrasının müəllimlərinin çıxışları səslənib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Elnarə Məmmədova, Əməkdar müəllim, professor Məhərrəmzadə-Şirinova Svetlana, Əməkdar müəllim, professor İrina Nəcəfəliyeva, Əməkdar müəllim, 29


professor Leyla Məmmədəliyeva, Əməkdar müəllim, pedaqoji elmlər doktoru, professor Tamilla Kəngərlinskaya, Sənətşünaslıq namizədi, professor Sevil Mustafayeva, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nərgiz Hüseynova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Həqiqət Yusifova, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Fatima Əliyeva, Pedaqogika üzrə fəlsəfə doktoru, dosent Mədinə Tuayeva, Arzu Rzayeva, dosent Nərgiz Əlizadə, baş müəllimlər Sevda Ağasiyeva, Arzu İsmayılova Qalina Danilova müxtəlif məruzələrdə bəstəkarın həyat və yaradıcılıq yolunun ətraflı müzakirəsi, bəstəkarın fəaliyyətinin ən parlaq yolları, onun müraciət etdiyi musiqi janrları və əsərləri haqqında geniş çıxışların səsləndirilməsi bütün auditoriya tərəfindən maraqla qarşılanıb. Konfransda BMA-nın müəllim heyəti ilə bərabər tələbələr də aktiv iştirak ediblər. 29 may 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında, akademiyanın Fortepiano fakültəsinin II kurs tələbəsi, Respublika və Beynəlxalq müsabiqələr laureatı Elxan Niftiyevin solo konserti keçirilib. (müəllim: SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor F.Bədəlbəyli) İfaçı, Motsart, Şopen, List və Raxmaninov yaradıcılığına müraciət etmiş və öz bənzərsiz ifası ilə dinləyicilərin zövqünü oxşamışdır. 3 iyun 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında pianoçu Atabala Manafzadənin solo fortepiano konserti keçirilib. Konsertdə pianoçu – D.Şostakoviç “Prelüd və Fuqa” N 14, M.Ravel “Gaspard de la nuit”, S.Prokofyev “Piano sonata N 6” əsərlərini ifa edib. Onun peşəkar və səlis ifası dinləyicilərin zövqünü oxşayıb. Konsert gurultulu alqışlarla tamamlanıb. 3 iyun 2019-cu il tarixində BMA-nın Elmi tədqiqat laboratoriyasının əməkdaşları 1 iyun “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibəti ilə 2018–ci ildə təməli qoyulmuş “Musiqimizi tanıdaq” adı altında xeyriyyə aksiyası bu il də yeni bir məkanda baş tutmuşdur. Bilgəh qəsəbəsində yerləşən 11№ li İnteqrasiya Təlimli İnternat məktəbində təhsil alan uşaqlar ilə görüş keçiriblər. İnternat məktəbində 1000-dən çox uşaq təhsil alır. Təhsil alan uşaqların 182 nəfəri xüsüsi qayğı tələb edən, autizm və daun sindromu xəstəliyindən əziyyət çəkən uşaqlardır. Musiqimizin təbliği üçün internat məktəbinə yollanan elmi laboratoriyanın əməkdaşları, laboratoriyanın müdiri, dosent, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, Xalq artisti Zümrüd Məmmədova, Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev, aparıcı elmi işçi, bəstəkar Rüfət Ramazanov, böyük elmi işçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Mehparə Rzayeva, elmi işçilər doktorant İlahə İsrafilova, doktorant Könül Əhmədova, doktorant Nigar Bayramova, elmi işçilər Sahilə Əzizova, Aynur Çələbiyeva müxtəlif maraqlı mövzularla şagirdlər qarşısında çıxış etmiş, musiqi nümunələri dinlətmiş və ən qiymətli hədiyyə olan kitablarını məktəbə hədiyyə etmişlər. 11 iyun 2019-cu il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasının elmi işçisi Nərminə Hüseynovanın, Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş elmi seminarı baş tutmuşdur. Məruzəçi, Mehriban xanım Əliyevanın təşəbbüsü və birbaşa rəhbərliyi ilə həyata keçirilən layihələr, mədəniyyətlərarası dialoqa həsr olunmuş beynəlxalq forumların Bakıda dəfələrlə baş tutması, digər xalqların dini tollerantlığının, azadlığının təmin olunması və s. məsələlər öz geniş şəkildə əksini tapmışdır. Məruzədə qeyd olunmuşdur ki, Azərbaycanın şifahi ənənəli professional musiqisinə aid olan muğam sənətinin son dövrlərdə inanılmaz yüksək səviyyədə bütün dünyada geniş təbliğ olunması məhz Mehriban xanımın əməyinin bəhrəsidir. Son 10 il ərzində UNESCO tərəfindən qəbul olunmuş 13 qeyrimaddi mədəni irs nümunələrindən birincisi olan muğam sənəti, daha sonra 2008-ci ildə UNESCO və İSESCO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsində, Azərbaycan 30


muğamı ilə yanaşı, tar ifaçılıq sənəti, aşıq sənəti, xalça toxuculuğu və b. UNESCO-nun Reprezentativ siyahısına daxil olundular. Nərminə Hüseynova hazırladığı məruzəsində göstərilir ki, Mehriban Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mütəmadi keçirilən və muğam nəzəriyyəsinin inkişafında böyük rol oynayan “Muğam aləmi” beynəlxalq elmi simpoziumları vasitəsilə dünyanın tanınmış musiqi alimlərini Azərbaycan musiqi elminə cəlb etməyə müvəffəq olunmuşdur. Nəsildən-nəsilə ötürülən muğam sənətinin inkişafında Heydər Əliyev Fondu tərəfindən keçirilən televiziya muğam müsabiqələrinin də böyük əhəmiyyəti vardır. Məruzçi qeyd etmişdir ki, Mehriban xanım Əliyevanın klassik musiqinin inkişafına da verdiyi dəyər özünü Heydər Əliyev Fondu tərəfindən hər il Qəbələ şəhərində keçirilən Beynəlxalq Musiqi Festivalıdır. Dünya şöhrətli musiqiçilərin və orkestrlərin həmin festivallarda yerli musiqiçilərlə bərabər iştirak etmələri hər dəfə böyük maraqla qarşılanır. Onun musiqi mədəniyyətimizin inkişafı və təbliği yolunda saysız xidmətləri yalnız bu gün üçün deyil, gələcək nəsillərə verilən misilsiz töhvələrdir. 11 iyun 2019-cu il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasının bir qrup əməkdaşları Sabunçu rayonunun Maştağa qəsəbəsində 255 saylı tam orta məktəbin qonağı oldular. Məktəbdə musiqi ilə məşğul olan çoxlu sayda şagirdlər var və bu istedadlı şagirdlər konsert proqramı ilə çıxış etdilər.

13 iyun 2019-cu il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasında “Azərbaycan bəstəkarlarının yaradıcılığında Tofiq Bayram poeziyası” adlı elmi seminar keçirilmişdir. Seminarda Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı şair Tofiq Bayramın sözlərinə yazılmış görkəmli bəstəkarlarımızın musiqi əsərlərindən söhbət açıldı. Elmi-tədqiqat laboratoriyasının elmi işçisi, BMA-nın doktorantı Nigar Bayramova şairin yaradıcılığını bir daha işıqlandıraraq, xüsusilə, şairin maestro Niyazi ilə dostluğundan və onun təşəbbüsü ilə M.F.Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri kimi təyin edilməsindən, onların birgə yaradıcılıq fəaliyyətindən bəhs edən arxiv materiallarla, əlyazmalarla dinləyiciləri tanış etdi. Daha sonra SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, bəstəkar, professor Arif Məlikovun Tofiq Bayramla dostluğundan, onların birgə yazdıqları “Vətən” vokal-simfonik poemasından, “Şirin qızım” adlı romansı haqqında ətraflı məlumat verildi və həmin musiqilərin audio versiyası səsləndirildi. Bundan başqa məruzəçi, şairin sözlərinə bəstələnmiş musiqi əsərlərini video şəklində nümayiş etdirdi: C.Cahangirovun “Göy göl”, Niyazinin “Azərbaycan-Monqolustan”, S.Ələsgərovun “Vağzalı çalınır”, Q.Əsgərovun “Əziz dostum”, R.Mirişlinin “Xəzərim”, Sərxan Sərxanın “Ay gecikən, məhəbbətim” və s. 18 iyun 2019-cu il tarixində BMA-nın elmi-tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abduləliyev Azərbaycan musiqişünaslığı üçün mühüm və hər zaman aktual olan “Misri: Qədim kökdən çağdaş bəstə üslubuna doğru” adlı elmi seminar keçirmişdir. Məruzəçi A.Abduləliyev aşıq musiqisinin tarixi, dünəni və bu günü haqqında mühazirə söyləyərək, şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sənəti olan aşıq yaradıcılığı barədə olduqca maraqlı və son dərəcə mühüm məlumatlar əldə etmişdir. Məruzəçinin əldə etdiyi məlumatlar və araşdırmalar Azərbaycan musiqişünaslığının daim aktual problemlərindən biridir. Seminarda aşıq sənətinin tarixi ilə yanaşı, bu sənətin Ü.Hacıbəyli ənənəsindən irəli gələn bəstəkar yaradıcılığında da müxtəlif üsullarla təzahürünə diqqət yetirən A.Abduləliyev, xüsusilə S.Ələsgərovun yaradıcılığına müraciət etmişdir. Bəstəkarın “Aşıqvarı” əsərini təhlil edən məruzəçi, aşıq və bəstəkar yaradıcılığının təmas nöqtələrini, xalq yaradıcılığının professional musiqidə istifadə formalarını aşkara çıxartmışdır. Seminar aşıq musiqisinin tədqiqi materialları, not nümunələri və audio səslənmə ilə paralel aparıldığından müqayisəli təhlilə xüsusi yer verilmiş ki, bu da olduqca maraqla qarşılanmışdır. 31


20 iyun 2019-cu il tarixində BMA-nın elmi tədqiqat laboratoriyasında “Musiqinin və səsin insan orqanizminə təsiri və bu təsir nəticəsində insanın neyro-endokrinoloji sistemində baş verən proseslər” adlı elmi seminar keçirilmişdir. Seminarı laboratoriyanın böyük elmi işçisi Zeynal İsayev aparmışdır. Məruzəçi bildirmişdir ki, üçüncü minilliyin musiqisi tamamilə insanlara xidmət etməlidir. Odur ki, musiqinin müalicəvi aspektləri, müxtəlif xəstəliklərin ilkin mərhələsində müalicə profilaktikası kimi musiqi terapiyasının istifadə olunması daha geniş vüsət alacaqdır. O göstərmişdir ki, musiqini dinlədikdə həm insanın mərkəzi sinir sistemində və həm də endokrin və immun sistemlərində olduqca mürəkkəb və eyni zamanda da çox maraqlı proseslər baş verir. Neyrofiziologiya, neyron (yəni sinir hüceyrəsi) və neyron şəbəkələri, baş beynin işi və mərkəzi sinir sisteminin funksional xarakteristikası haqda məlumatlar verilmişdir. Seminarda əyani vasitələr və video filmlərdən istifadə olunaraq, digər bu kimi məsələlər də aydınlaşdırılmış, çoxsaylı suallar cavablandırılmışdır. 23 iyun 2019-cu il tarixində tarixində İsveçrənin Lixtenşteyq şəhərində “Evangelische kirche” kilsəsində Azərbaycan və İsveçrə arasında əməkdaşlığın əsasının qoyulmasının 20 illik yubileyinə həsr olunmuş konsert keçirilib. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının İfaçılıq fakültəsinin Violonçel ixtisası üzrə təhsil alan III kurs tələbəsi, Prezident təqaüdçüsü Orxan Hüseynov sözügedən konsertdə solist qismində çıxış edib. Konsert “İl mosaico" İsveçrə Gənclər Orkestrinin müşayiəti, dirijor və bədii rəhbər Hermann Ostendarp'ın rəhbərliyi altında baş tutub. Tədbir İsveçrənin Azərbaycandakı Səfirliyi, Bakı Musiqi Akademiyası və Azərbaycanın İsveçrədəki Səfirliyinin təşkilatı dəstəyi ilə həyata keçirilib. Həmçinin, tədbirdə coğrafiya üzrə məşhur İsveçrəli professor Willi Stammherr Azərbaycan haqqında təqdimat nümayiş etdirib. 25 iyun 2019-cu il tarixində BMA-nın elmi tədqiqat laboratoriyasının elmi işçisi, dissertant Nəsirova Fidan “Zülfüqar Hacıbəyovun operettaları” adlı elmi seminar keçirmişdir. Azərbaycan musiqi tarixində mühüm rol oynamış bəstəkarlarımızdan biri də Zülfüqar Hacıbəyovdur. Hacıbəyovlar nəslinin görkəmli nümayəndəsi, Üzeyir bəyin böyük qardaşı olan Zülfüqar Hacıbəyovun milli musiqi teatrının təşəkkülü və inkişafındakı xidmətləri xüsusilə böyük olmuşdur. Tədqiqatçı Zülfüqar Hacıbəyovun operettalarının yaranma tarixi haqqında ətraflı məlumat verdi. Bununla yanaşı bəstəkarın operettalarının dövrü mətbuatda dərc olunan qəzetlərdə məqalələri tədqiqatçı tərəfindən əməkdaşlara təqdim edildi. Eyni zamanda bəstəkarın səsyazma arxivindən “Evliykən subay” adlı musiqili komediyanın lent yazısını əldə edib, seminarda səsləndirdi. Zülfüqar Hacıbəyovun komediyalarında dövrü üçün aktual məsələlər qaldırılır, köhnəlmiş adətənənələr gülüş hədəfinə çevrilir, cəhalətə, qadın hüquqsuzluğuna qarşı etiraz bildirilmişdir.Daha sonra mövzu ətrafında müzakirələr aparıldı və suallar cavablandırıldı.

32


TƏLƏBƏLƏRİMİZİN UĞURLARI 27-31 mart 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Solo oxuma və opera hazırlığı” kafedrasının IV kurs tələbəsi MAHİR TAĞIZADƏ (bariton) Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalında iştirak edərək III yerə layiq görülüb. (müəllim: dosent Svetlana Mirzoyeva və Əməkdar artist Səbinə Əsədova) Qeyd edək ki, Qazaxıstanın Astana şəhərində təşkil olunmuş N.Tlendiev adına Beynəlxalq “Öz elim” VI Musiqi Festivalının münsiflər heyəti qismində SSRİ Xalq artisti, professor Bibigül Axmetovna Tulegenova, Qazaxıstan və Tatarıstan Respublikasının Xalq artisti Nurcamal Usenbaeva, Qazaxıstan Respublikasının Əməkdar İncəsənət xadimi Ulan Kejenbekov, Rusiya Federasiyasının Əməkdar artisti Tatyana Qorbunova, Qazaxıstan Respublikasının Əməkdar artisti Musabaev Talğat təmsil ediblər. 2–7 aprel 2019-cu il tarixlərində klassik musiqi və folklorun geniş yayılması, xüsusi istedada malik uşaq və gənclərin aşkara çıxarılması, müxtəlif milli mədəniyyətlərin birliyini təbliğ etmək məqsədilə Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində Gənc İfaçıların “WORLD HARMONY” Beynəlxalq Klassik və Folklor Musiqi Müsabiqəsi keçirilib. Müsabiqə Azərbaycan, Almaniya, Belarusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Ukrayna, Macarıstan və Litvadan beş yaş kateqoriyası üzrə 346 ifaçı, altı xor kollektivi, iki rəqs qrupu və 19 ansambl iştirak edib. Aprelin 7-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, MDB-yə üzv dövlətlərin Beynəlxalq Humanitar Əməkdaşlıq Fondunun, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin təşkilati dəstəyi ilə keçirilən "World Harmony" müsabiqəsinin qala-konserti olub. Qeyd edək ki, münsiflər heyəti qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasınının Tədris işləri üzrə prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva, BMA-nın “İfaçılıq” fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının müdiri, Xalq artisti, professor Yusif Axundzadə iştirak ediblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Fortepiano fakültəsinin III kurs tələbəsi ELDƏNİZ ƏLƏKBƏRZADƏ Qran Pri mükafatına layiq görülüb. Həmçinin MƏHƏMMƏDƏLİ PAŞAZADƏ I kurs (klarnet) I yer, RƏSUL ƏLİYEV IV kurs (fleyta) III yer, NEMƏT TANRIVERDİYEV III kurs (trombon) III yer, KAMRAN MƏMMƏDOV III kurs (faqot) III yer, GÜLLÜBƏYİM MƏMMƏDOVA (BMA-nın illistratoru) III yerə layiq görülüblər. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Bəstəkarlıq” kafedrasının II kurs tələbəsi NƏRMİN ABDULLAYEVA (müəllim: BMA-nın professoru, Əməkdar incəsənət xadimi Ceyhun Allahverdiyev) 19.06.2019-27.06.2019 tarixlərində Moskvada keçirilən Elena Fabianovna Gnesinanın 145 illiyinə həsr olunmuş İfaçı və bəstəkarların XI beynəlxalq “Романтизм: истоки и горизонты” müsabiqəsində “Bəstəkar-ifaçı” nominasiyasında iştirak edərək Rusiyanın Xalq artisti, P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq kafedrasının professorları V.P.Ovçinnikov, V.V.Belyayev və T.A.Çudova tərəfindən I yerə layiq görülmüşdür.

Azərbaycan Respublikası Təhsil Nazirliyi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə 6-8 may 2019-cu il tarixində BMA-da keçirilən I Beynəlxalq Caz Festivalında akademiyanın Fortepiano fakültəsinin I kurs tələbəsi RUSLAN RZAYEV solo nominasiyası üzrə I yerə həmçinin II kurs tələbəsi EMİL ƏHMƏDZADƏ ilə fortepiano ansamblı nominasiyası üzrə də I yerə layiq görülüb.

TƏBRİK EDİRİK!


BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov

BU NÖMRƏDƏ YAZIRLAR

Turan Məmmədəliyeva

Röya Hüseynova

Aygün Qəhrəmanova

BİZİMLƏ ƏLAQƏ: Tel: (+99412) 493 80 00 Facebook: Baku Music Academy Email: humbatov.vugar@gmail.com Elektron jurnal: issuu.com/vugarhumbatov


Turn static files into dynamic content formats.

Create a flipbook
Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.