MEZZO № 21

Page 1

Soltan Hacıbəyov 100

Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Elmi Publisis k İnformasiya jurnalı

YANVAR | FEVRAL | MART 2019/№21


SOLTAN HACIBƏYOV 100 SSRİ Xalq artisti, Dövlət mükafatı laureatı, dahi bəstəkar, görkəmli ictimai xadim, dünya şöhrətli məşhur Hacıbəyov nəslinin nümayəndəsi Soltan Hacıbəyov Azərbaycan milli musiqisinə sıx tellərlə bağlı olan, onun inkişafında, simfonik musiqimizin tərəqqisində əvəzsiz xidmətləri olmuş simalardan biridir. S.Hacıbəyov elə sənətkarlardandır ki, nə yazırsa yazsın xalqın ürəyinə dərin yol tapmış, əsərləri dillər əzbəri olmuşdur. Onun ilk yaradıcılığı Azərbaycan musiqisinin çiçəklənmə dövrünə təsadüf etmişdir. Bəstəkarın "Karvan" simfonik lövhəsi, II simfoniyası, orkestr üçün "Uvertüra"sı, "Konserti", "Bolqar süitası", "Hind lövhələri", "Gülşən" baleti, "İskəndər və çoban" operası, "Skertso"su, mahnıları, musiqili komediyaları xalqın dillər əzbəri olmuş, Azərbaycanın möhtəşəm musiqi çələngində özünə əbədi yer tutmuşdur. O, Üzeyir Hacıbəyov yaradıcılığı ənənələrinə dərindən yiyələnmiş, xalq musiqisinə əsaslanaraq öz gözəl sənət incilərini yaratmışdır. Soltan Hacıbəyov öz yaradıcılığında teatrla sıx bağlı olmuşdur. Müxtəlif dövrlərdə onun Mirzə İbrahimovun "Kəndli qızı", S.Vurğunun "İnsan", S.S.Axundovun "Eşq və intiqam", Z.Xəlilin "Qatır Məmməd" pyeslərinə yazdığı musiqidən parçalar indi də öz təravətini itirməmiş, xalq arasında geniş yayılmışdır. Bəstəkarın yaradıcılığında melodiklik, millilik, həm muğamlarımıza, həm aşıq musiqisinə vurğunluq aydın nəzərə çarpır. Bununla yanaşı rus, Qərbi Avropa bəstəkarlarının yaradıcılığını dərindən bilərək onları duymaq bacarığı da bəstəkarın yaradıcılığında özünü göstərir, Şostakoviçin simfonik yaradıcılığına rəğbət hissi xüsusilə nəzərə çarpır. S.Hacıbəyovun ilk simfonik əsəri "Variasiyalar", daha kamil qələm təcrübəsi isə I simfoniyadır. Bu simfoniyada da bəstəkara xas olan millilik özünü büruzə verir. Bu simfoniyanın ardınca bəstəkar özünün şah əsəri olan "Karvan" simfonik lövhəsini yazır. Ecazkar qüvvəyə malik olan bu maraqlı əsər, demək olar ki, bütün dünyada məşhur olmuşdur. Təsadüfü deyil ki, "Karvan" simfonik lövhəsi dirijorların repertuarında indi də layiqli yer tutur. Ümumiyyətlə S.Hacıbəyovun simfonik əsərləri, xüsusilə "Üvertüra" öz rəngarəngliyi, emosionallığı ilə seçilir. "Karvan" simfonik lövhəsi, digər əsərlərilə yanaşı "Üvertüra" da məşhur dirijorların, o cümlədən Sidney Xartın repertuarında özünə layiqli yer tutmuşdur. "Uvertüra" 1956-cı ildə yazılmışdır. Məqsədyönlü dinamik inkişaf, şən, optimist əhval-ruhiyyə, forma lakonikliyi, maraqlı orkestrləşmə - bütün bunlar "Uvertüra"nın əsas cəhətləridir. Yəqin ki, D.Şostakoviçin bu əsəri yüksək qiymətləndirməsi təsadüfi olmamışdır. Simfonik orkestr üçün "Konsert" əsəri bəstəkarın digər simfonik əsərləri ilə birgə milli köklərə yiyələnərək müasir musiqi ifadə vasitələrinin, müasir musiqi dilinin tələblərinə cavab verən səviyyədə yazılmışdır. Böyük simfonik orkestr üçün yazılmış "Konsert" əsəri S.Hacıbəyov yaradıcılığında böyük nailiyyətlərdən biridir. Bəstəkarın növbəti əsəri, dillər əzbəri olan "Gülşən" baleti ənənəvi klassik balet nümunələri ilə zəngindir. Baletin musiqi dili öz milliliyilə seçilir. Əsərin musiqisi şən, canlı, məqsədyönlü, çılğın emosiyalarla zəngindir. Yeni, parlaq orkestr rəngarəngliyi burada da özünü göstərir. Bəstəkarın qələmindən çıxan bütün əsərlər, istər simfonik lövhələr, istər balet nömrələri, istər instrumental əsərlər, istərsə də mahnılar - bu əsərlər hamısı xalq arasında geniş yayılmış, və özünə əbədi yer qazanmışdır. Bəstəkarın dahiliyini, böyüklüyünü, xəlqiliyini göstərən əsas amil də elə budur. Soltan Hacıbəyov Azərbaycan mədəniyyət tarixində çox önəmli yer tutan böyük sənətkar olaraq Azərbaycan simfonizminin təməlini qoyan ilk bəstəkarlardan olmuş, müasir mövzuya həsr edilmiş ilk baletin müəllifidir. Onun skripka və orkestr üçün yazılmış konserti Azərbaycanda ilk instrumental konsertlərdən biri olaraq, milli musiqidə yeni janr sahəsi kimi xüsusilə uğurlu nümunədir. Bəstəkarın 27 yaşında olarkən yazdığı "Karvan" simfonik lövhəsi, simfonik orkestr üçün "Konsert" əsəri bəşəriyyətə bəxş olunmuş gözəl incilərdən sayılaraq dünyanı dolaşmışdır. Bu isə hər şeydən əvvəl bəstəkarın xalqa bağlılığı və nadir istedadının bəhrəsidir. O, elə böyük bəstəkarlardan olmuşdur ki, qısa ömür sürdüyü müddətdə nə yazırsa yazsın, həm öz xalqı tərəfindən, həm bütün bəşər övladları tərəfindən gözəlliklə qavranılmışdır. Onun əsərlərini Stravinski partituraları ilə bir səviyyədə qiymətləndirmişlər. S.Hacıbəyov uzun illər Azərbaycan Dövlət Filarmoniyasına rəhbərlik etmişdir. O, 1963-cü ildən SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü olmuş, 1947-ci ildən taleyini Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası ilə bağlamış, dosent, professor olmuş, 1969-cu ildən ömrünün sonuna kimi rektor vəzifəsində çalışmışdır. O, rektor olarkən "Xalq nəzəri" və "Tarixi nəzəri" şöbələrini birləşdirmiş, Elmi tədqiqat musiqi kabinetinin fəaliyyətini bərpa etmiş 1971-ci ildə Azərbaycan Xalq musiqisi kabineti açmışdır. Onun rektorluq fəaliyyəti dövründə Konservatoriya “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif olunmuşdur. Böyük bəstəkar və ictimai xadim olan Soltan Hacıbəyov Azərbaycan Dövlət Konservatoriyasında yüksək ixtisaslı kadrlar hazırlanmasında göstərdiyi xidmətlərə görə 2 dəfə “Qırmızı Əmək Bayrağı Ordeni” ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Xalq artisti, Bakı Musiqi Akademiyasının professoru ÜLVİYYƏ HACIBƏYOVA


İSMAYIL HACIBƏYOV 70 Azərbaycan musiqisinin zəngin milli ənənələrini özündə əks etdirən, müasir musiqimizin layiqli davamçılarından olan İsmayıl Hacıbəyov dahi Üzeyir bəyin özülünü qoyduğu Hacıbəyovlar dinastiyası bəstəkarlarının sonuncusu olaraq, qüdrətli Qarayev məktəbinin də layiqli təmsilçisi olmuşdur. İsmayıl Hacıbəyov öz istedadı, intellekti ilə seçilən, ensiklopedik biliyə malik olan əsl Azərbaycan ziyalısı kimi ailəsinin mənsub olduğu milli musiqi ənənələrini özündə birləşdirən bəstəkar, digər tərəfdən böyük müəllimi Qara Qarayevin layiqli tələbəsi kimi öz dəsti-xətti ilə seçilən, daim axtarışda olan Şərq, Qərb mədəniyyəti tendensiyalarını, milli ənənələri, təbii olaraq müasirliyi də özündə əks etdirmişdir. Sözün böyük mənasında sənətkar olan İsmayıl Hacıbəyov həyata baxışı, prinsipiallığı, tələbkarlığı ilə seçilən, bununla yanaşı çox mülayim, yumşaq insan olan əsl zadəgan zövqlü və ruhlu ziyalı olmuşdur. Bu ziyalılığın arxasında isə işıqlı, nurlu, təmiz, təvazökar, həm də azad, dözümlü, möhkəm, dahiyanə istedada malik bir bəstəkar, bir vətəndaş dururdu. O, “millilik” anlayışını daha geniş qavrayaraq onun yeni cəhətlərini üzə çıxarmış və yaradıcılığı ilə onu dinləyicilərə sevdirmişdir. İsmayıl Hacıbəyov müasir musiqi ifadə vasitələrini öz milli dilində təzahür edərək özünməxsus əsərlər yaratmağa nail ola bilmişdir. Bəstəkarın təbiətindən irəli gələn çılğınlıq, qabarıq obrazlılıq onun qələmindən çıxan çoxşaxəli yaradıcılığının əsas meyarlarından birini təşkil etmişdir. Onun publisistikasına nəzər salsaq, rəsm əsərlərini nəzərdən keçirsək, musiqisini yenidən dinləyib xatırlasaq, bu fikirlərin təsdiqini tapmış oluruq. Doğrudan da “Azərbaycan musiqi sənətinin ən dəyərli nümunələrindən biri” ifadəsini bəstəkarın bütün yaradıcılığına şamil etmək olar. İsmayıl Hacıbəyovun məqalələri, xüsusilə müəllimi Qara Qarayev haqqındakı son məqaləsi də bu fikrimizi bir daha təsdiq edərək onun haqqında yazılmış məqalələrdən “ən dəyərlisindən biri” adlandırsaq səhv etmərik. Bəstəkarın rəsm əsərlərini nəzərdən keçirdikdə onun Üzeyir bəyə, Stravinskiyə, Şostokoviçə, Qara Qarayevə, Soltan Hacıbəyova, Ülviyyə Hacıbəyovaya həsr etdiyi tabloları da gözəl sənət incilərindən biri sayıla bilər. Doğrudan da Üzeyir bəyin nəslinin nümayəndəsi olaraq Soltan Hacıbəyovun övladı olmaq səadəti ona nəsib olmuş, kiçik yaşlarından onun musiqisi və dünya musiqisi klassiklərinin əsərlərini dinləyərək böyüyüb boyabaşa çatmışdır. İsmayıl Hacıbəyovun yaradıcılıq taleyinin ilk uğuru isə əvəzolunmaz müəllimi Qara Qarayev olmuşdur. Elə bu cəhətlərə nəzər salmaq kifayətdir ki, erkən yaradıcılığında bəstəkar "Paqanini mövzusuna variasiyalar" kimi samballı fortepiano əsərinin müəllifi olmuşdur. Fortepiano musiqisində bəstəkar məcmuə xarakterində nümunələr yaratmışdır. "Vatto ruhlu eskizlər", "Albomdan səhifələr", "Üç idilliya" buna gözəl nümunədir. Vokal əsərlərində də məcmuəyə üstünlük verən bəstəkar orkestr üçün yazılmış əsərlərində isə müxtəlif janrlara müraciət etmişdir. Simfonik orkestr üçün "Uvertüra", kamera orkestri üçün "Konsertino", "Naxışlar" simfonik feeriya və s. Dediyimiz kimi, vokal əsərlərində silsilələrə nümunə olaraq Səməd Vurğunun sözlərinə "Bahar", Dante və Fridrix fon Hauzenin sözlərinə "Molbı", Yesenin və Puşkinin sözlərinə "İki romans"ı qeyd etmək olar. İsmayıl Hacıbəyov Azərbaycan musiqi tarixində milli neoklassisizmin yaradıcısı kimi iz qoyub getmişdir. Onun "Cəngi" rapsodiyası, Üzeyir bəyin bir ariyası üzərində yazdığı "Firuzə" operası buna parlaq nümunədir. İsmayıl Hacıbəyov yaradıcılığında ən çox skripka, fleyta, fortepianoya müraciət etmiş, fleyta və orkestr üçün "Konsertştuk" əsəri ona böyük uğur gətirmişdir. Dünyasını çox tez dəyişən bəstəkar ürəklərdə dərin iz qoymuş, daim ailəsinin idealı olaraq qalmış, müdriklik, zəhmətsevərlik, alicənablıq, bir sözlə, əsl ziyalı keyfiyyətlərini özündə parlaq əks etdirən Hacıbəyov kimi xatirələrdə əbədi iz qoyub getmişdir. O, incəsənətin bütün sahələrinə yiyələnmiş bir şəxsiyyət idi. Bəstəkar, müəllim, publisist, ictimai xadim, rəssam, pianoçu, gözəl ata... Bakı Musiqi Akademiyasının doktorantı MƏHƏMMƏD VƏLİYEV 1


XOCALI ŞƏHİDLƏRİNİN ƏZİZ XATİRƏSİNƏ HƏSR OLUNMUŞ ANIM TƏDBİRİ KEÇİRİLİB 25 fevral 2019-cu il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan musiqi zalında Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş Orqan konserti keçirilib. Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş faciədir. Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir. Hər il olduğu kimi bu ildə Bakı Musiqi Akademiyasının, Xocalı şəhidlərinin əziz xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Əvvəlcə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra konsertin bədii rəhbəri Əməkdar İncəsənət xadimi, professor Tahirə Yaqubova, BMA-nın müəllim və tələbə heyətinin iştirakı ilə konsert proqramını təqdim edib. Bekə ki, Orqan konsertində BMA-nın baş müəllimi, Beynəlxalq müsabiqə laureatı Səbinə Bəylərbəyova (orqan), Azərbaycan Milli Konservatoriyasının tələbəsi Orxan Hüseynli (xanəndə), BMA-nın professoru, Əməkdar müəllim Rasimə Babayeva (orqan), BMA-nın məzunu Şəfəq Abdullayeva (orqan), BMA-nın tələbə xoru (Xorun bədii rəhbəri, dirijor: Əməkdar artist Yulizana Kuxmazova), Əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı İlham Nəzərov (kontrtenor), BMA-nın tələbəsi İslama Abdullayeva (soprano) çıxış edərək, R.Ramazanov "And" (Xocalı şəhidlərinin xatirəsinə), İ.S.Bax - 2 xoral prelüdü, Q.Qarayev - "Lay-lay" ("İldırımlı yollarla" baletindən, orqan üçün işləyəni BMA-nın professoru, Əməkdar İncəsənət xadimi Tahirə Yaqubova), A.Sandvoll "İntroduksiya və passakalya", C.Perqolezi - "Stabat Mater" ("Hüzünlü ana") əsərlərini ifa ediblər. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

2


"XOCALIYA ƏDALƏT" BEYNƏLXALQ KAMPANİYASI ÇƏRÇİVƏSİNDƏ “QAR ÇİÇƏYİ” TAMAŞASININ TƏQDİMATI KEÇİRİLİB Xocalı faciəsi dünya tarixində yaşanmış ən dəhşətli faciələrdəndir. Bir gecənin içində qədim Xocalı yerlə yeksan edildi. Xocalı sakinləri həmin gün ən dəhşətli zülmün şahidi oldu. Cinayətkar erməni qoşunlarının vəhşiliyi nəticəsində Xocalı əhalisindən 613 nəfər öldürülmüş, 487 nəfər şikəst olmuş, 1275 nəfər dinc sakin - qocalar, uşaqlar, qadınlar əsir götürülərək ağlasığmaz erməni zülmünə və işgəncələrinə məruz qalmışlar. 150 nəfərin taleyi hələ də məlum deyildir. Bu əsl soyqırım idi. Xocalıda öldürülmüş 613 nəfərdən 106 nəfəri qadın, 63 nəfəri uşaq, 70 nəfəri qoca insanlar olmuşlar. Xocalı faciəsində 8 ailə bütövlükdə məhv edilmiş, 24 uşaq hər iki valideynini, 130 uşaq isə valideyinlərindən birini itirmişdir. Onlar insanları diri-diri yandırır, başlarını kəsir, üzlərinin dərisini soyur, körpə uşaqların gözlərini çıxarır, süngü ilə hamilə qadınların qarınlarını yarır, qız-gəlinlərə təcavüz edir, amansızca, xüsusi qəddarlıqla öldürürdülər. Ermənilər hətta meyitləri də təhqir edirdilər... Bu faciədən sağ qurtara bilən insanların danışdıqlarından insan dəhşətə gəlir. Sağ qalan insanlar da çox ciddi xəsarət almışlar. Faciə bütün Azərbaycan xalqını dərindən sarsıtmış, hətta azərbaycanlı olmayanlar belə Xocalıda baş verən hadisələri eşidərkən biganə qala bilmir. Xocalıya çox sayda əsərlər, şerlər, musiqi yazılmışdır. Hər il Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda bu dəhşətli faciənin qurbanlarının əziz xatirəsinin yad edilməsi üçün dövlət tərəfindən bir çox tədbirlər, layihələr həyata keçirilir. 2008-ci ilin may ayından Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə "Xocalıya Ədalət" Beynəlxalq kampaniyası çərçivəsində bir çox aksiyalar, tədbirlər həyata keçirilir. Kampaniyanın məqsədi Xocalı soyqırımı haqqında həqiqətlərin dünyada yayılması, bu faciənin Azərbaycan xalqına qarşı soyqırımı kimi tanınmasına nail olunması, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Faciənin 27-ci ildönümünün keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 fevral 2019-cu il tarixdə imzalanmış müvafiq Sərəncamı əsasında, Azərbaycan Dövlət Musiqili teatrında Gənclər və İdman Nazirliyi tərəfindən “Xocalıya ədalət” kampaniyası çərçivəsində “Qar çiçəyi” hekayəsi əsasında tamaşa təqdim edilib. Tamaşa, Sərəncamdan irəli gələn müddəaları təmin etmək və eyni zamanda, "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramına (gənclər arasında vətənpərvərlik, dövlətçilik,milli-mənəvi və ümumbəşəri dəyərlərə hörmət hisslərinin yüksək səviyyədə aşılanması) müvafiq olaraq keçirilib. "Qar çiçəyi" hekayəsi əsasında hazırlanan tamaşanın müəllifləri Yefim Abramov (İzrail) və Leyla Bəyim Cəfərova, rejissoru Xalq artisti Vaqif Əsədov, Layihənin rəhbəri Gənclər və İdman Nazirliyinin əməkdaşı Günay Rəhimova, Rus dilindən tərcümə edən Şahrun Süleymanova, tamaşanın musiqi redaktoru Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Xarici tələbələrlə iş üzrə şöbə müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Vüqar Hümbətovdur. Əsər 2017-ci ildə Londonda Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq müsabiqədə qalib gəlib. İlk öncə aparıcı, Əməkdar artist Elnur Kərimov səhnə əsəri barədə məlumat vermişdir. “Qar çiçəyi” hekayəsi əsasında qurulmuş eyni adlı tamaşada Xocalı faciəsinin canlı şahidləri və zərərçəkmişləri olan Natəvan, Fikrət və Pərvizin hekayəsindən bəhs edilir. Tamaşanın təqdimatı zamanı hər şey səhnədə baş verir, izləyicilər də səhnədə xüsusi təyin olunmuş dairəvi çərçivədə sanki hekayənin içindəymiş kimi iştirak edirdilər. Qeyri ənənəvi şəkildə qurulumuş tamaşada musiqiçilər də səhnədə əyləşərək tamaşanı müşayət edirdilər. Tamaşada istifadə olunan xüsusi işıqlandırma və işıq effektləri də onun dramatik xəttinin daha da vurğulamasında yardımçı olmuşdur. Gənc və istedadlı aktyorlar həmçinin Bakı Musiqi Akademiyasının və Azərbaycan Milli Konservatoriyasının tələbə və məzunları iştirak etdiyi tamaşada, Azərbaycan və avropa bəstəkarlarının əsərlərindən, eləcə də muğamlardan istifadə olunmuşdur. Uğurlu musiqi tərtibatı, təsirli hekayə və peşəkar, professional rejissor işi izləyicilərə dərin emosional təsir bağışladı. Tamaşa başlayan andan izləyicilər özlərini baş verən hadisələrin içində hiss edərək, böyük dərdimiz olan bu hadisəni yenidən gözləri önündə canlandıraraq bütün tamaşa boyu, göz yaşlarına hakim ola bilmədilər. ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN! BMA-nın İnformasiya Texnologiyaları mütəxəssisi RÖYA HÜSEYNOVA

3


2 FEVRAL GƏNCLƏR GÜNÜ 1 fevral 2019-cu il tarixində “Gənclər günü” münasibətilə Təhsil Nazirliyi bir qrup gənc müəllimlə görüş keçirib. Əvvəlcə tədbir iştirakçıları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna ekskursiya ediblər. Daha sonra “Muğam Klub”da Təhsil Nazirliyinin rəhbər heyətinin iştirakı ilə gənc müəllimlərlə görüş keçirilib. Təhsil naziri Ceyhun Bayramov müəllimləri 2 fevral - Gənclər Günü münasibəti ilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ceyhun Bayramov gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu, bu istiqamətdə ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən çoxsaylı sərəncamlar imzalandığını, layihələr həyata keçirildiyini bildirib. Gənc müəllimlərlə görüşdən məmnun olduğunu vurğulayan Ceyhun Bayramov şagirdlərin milli dəyərlər əsasında formalaşmasında hər bir müəllimin üzərinə düşən vəzifələrdən danışıb. Çıxışının sonunda nazir gənc müəllimlərə Azərbaycanın sabahı naminə fəaliyyətlərində uğurlar arzulayıb. Görüşdə gənc müəllimlərin çıxışından sonra tədbir bədii hissə ilə davam edib. Qeyd edək ki, tədbirin bədii hissəsi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) təşkilatçılığı ilə baş tutub. İfaçılar qismində BMA-nın tələbələri ilə yanaşı, Azərbaycan Milli Konservatoriyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllim-tələbə heyəti həmçinin Bakı Xoreoqrafiya Akademiyasının rəqs ansamblı çıxış edib.

2 fevral 2019-cu il tarixində Azərbaycan Velosiped İdmanı Federasiyası və Respublika Velotrekinin həmçinin Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) birgə təşkilatçılığı ilə 2 fevral “Gənclər günü” münasibətilə tədbir həyata keçirilib. Respublika Velotrekində keçirilən tədbirdə, öncə gənclər arasında velosiped yarışı keçirilmiş daha sonra rəsmi hissə baş tutmuşdur. Rəsmi hissədə BMA-nın Tarix-nəzəriyyə fakültəsinin tələbəsi Günel Seyidova “Azərbaycan təhsili və mədəniyyətində gənclər siyasəti” mövzusunda məruzə ilə çıxış edib. Daha sonra tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının, Azərbaycan Milli Konservatoriyasının həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər. Musiqi proqramında Ü.Hacıbəyli “Arazbarı”, Monti. “Çardaş”, Nəsimi irsindən “Etməgil”, “Neylərəm?”, “Ayrılır qəzəlləri”, Muğam kompozisiyası “Qarabağ şikəstəsi” əsərləri ifa olunub.

4


2 FEVRAL GƏNCLƏR GÜNÜ 31 yanvar 2019-cu il tarixində Nəsimi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2 fevral - Azərbaycan gəncləri günü münasibətilə konsert proqramı eləcə də istedadlı və yaradıcı gənclərin mükafatlandırma mərasimi baş tutub. Gənclər tədbirinə rayonun istehsalatda, elm, mədəniyyət, təhsil, ictimai, elmi-pedaqoji fəaliyyətdə və idman sahəsində fərqlənən qabaqcıl gəncləri, rayon ictimaiyyətinin nümayəndələri, çoxsaylı qonaqlar dəvət olunmuşdur. Tədbirdə çıxış edənlər ölkədə və Nəsimi rayonunda gənclərlə bağlı görülən işlərdən danışmış, gəncləri bayram münasibəti ilə təbrik etmiş, onlara uğurlar arzulamışlar. Mərasimdə rayonun ictimai-siyasi həyatında, təhsildə, idmanda, elm, mədəniyyət sahələrində fərqlənən gənclərə Nəsimi rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları və hədiyyələri təqdim olunmuşdur. Mükafatlanan gənclər sırasında Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının istedadlı tələbələri Ceyhun Əzizov, Vüqar Məmmədzadə və Vüsalə Babayeva yaradıcı fəaliyyətlərinə görə diplom və mükafatlarla təltif olunublar. Tədbirdə qonaq qismində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının prorektoru, Xalq artisti, professor Yeganə Axundova da iştirak edib. Bayram tədbirində Bakı Musiqi Akademiyasının istedadlı tələbələrinin, Azərbaycan Milli Konservatoriyası tərkibində Musiqi Kollecinin Nəfəs və zərb alətləri ansamblının və 3 saylı Uşaq Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivinin iştirak etdiyi konsert proqramı təqdim olunub.

5 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında müxtəlif fakultələrdə təhsil alan bir qrup seçilmiş tələbə BMA-nın ictimai-siyasi həyatında fəal iştirakına, mədəni-kütləvi tədbirlərin təşkilində fərqləndiyinə görə həmçinin 2 fevral “Gənclər günü” münasibətilə Fəxri Fərmanla təltif olunublar. Qeyd edək ki, diplomları tələbələrə BMAnın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Azərbaycan Respublikasının Xalq artisti, professor Yeganə Axundova, İfaçılıq fakültəsinin dekanı, Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, Həmkarlar İttifaqının sədri, Əməkdar müəllim, dosent Aqil Qafulov, Tarix-nəzəriyyə fakültəsinin dekanı, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova və Fortepiano fakültəsinin dekanı, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Nəzakət Rimazi təqdim edərək onlara öz ürək sözlərini və təbriklərini çatdırmışlar. 5


BAKI MUİSİQİ AKADEMİYASININ OPERA STUDİYASINDA P.İ.ÇAYKOVSKİNİN “QARATOXMAQ QADIN” OPERASI SƏHNƏLƏŞDİRİLİB 8-11 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında P.İ.Çaykovskinin “Qaratoxmaq qadın” operası nümayiş olunmuşdur. Qeyd edək ki, tamaşanın dirijoru Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov, quruluşçu-rejissor, opera rejissorlarının Beynəlxalq müsabiqələrinin laureatı Aleksey Smirnov (Rusiya), xormeyster Xalq artisti, professor Gülbacı İmanova, konsertmeyster Yuliya Kərimova və quruluşçu-rəssam Elena Bodrova (Rusiya) olan tamaşanı izləyənlər sırasında BMAnın rektou, Xalq artisti, professor Fərhad Bədəlbəyli və bir çox qonaqlar olmuşdur. Səbirsizliklə gözlənilən bu premyeranın uğur qazanması bura cəlb olunan bütün iştirakçıların böyük zəhməti hesabına baş tutmuşdur. Qeyd edək ki, tamaşanın solistləri qismində Əməkdar artistlər Fəridə Məmmədova, Anton Ferştandt, Səbinə Əsədova, Adil Axundov həmçinin BMA-nın vokal kafedrasının tələbələri, Opera studiyasının xoru ilə yanaşı 12 nömrəli uşaq musiqi məktəbinin xoru yüksək profesionallıqla çıxış ediblər.

ƏQLİ MÜLKİYYƏT AGENTLİYİ ERMƏNİ SAXTAKARLIQLARINA QARŞI BAKI MUSİQİ AKADEMİYASININ ELMİ ARAŞDIRMALARINA DƏSTƏK VERƏCƏK Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, professor Gülnaz Abdullazadə ilə görüşüb. Görüşdə Akademiyanın Elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə, baş elmi işçi, Əməkdar incəsənət xadimi, professor Arif Əsədullayev və aparıcı elmi işçi, dosent Ariz Abduləliyev də iştirak edib. Müsiqişünas alimləri salamlayan Kamran İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına yönəlmiş institusional islahatları xüsusi qeyd edib və agentliyin ölkəmizdə əqli mülkiyyət hüquqları, o cümlədən müəlliflik hüququ və folklor nümunələrimizin qorunması sahəsində həyata keçirdiyi tədbirlər haqqında danışıb. Gülnaz Abdullazadə ermənilər tərəfindən xalqımızın musiqi əsərlərinə qarşı saxtakarlıq fəaliyyətinin Bakı Musiqi Akademiyasında elmi cəhətdən araşdırılması sahəsində görülən işlər barədə məlumat verərək bu istiqamətdə aparılan işlərdə agentliyin dəstəyinə ehtiyaclarının olduğunu diqqətə çatdırıb. Qonaqlar Azərbaycan xalq musiqi alətlərinin təbliği üçün beynəlxalq festivalların təşkilinin vacibliyini, kustar vasitələrlə düzəldilmiş musiqi alətləri ilə dünya səviyyəsinə çıxmağın mümkün olmadığını və belə alətlərin istehsalı üzrə fabrikin tikilməsinə ehtiyacın olduğunu diqqətə çatdırıb, bu sahədə təbliğat işinin artırılması məqsədilə alimlərin elmi araşdırmalarının çap olunmasında dəstəyə ehtiyaclarının olduğunu vurğulayıb. Kamran İmanov ermənilərin plagiat fəaliyyətinin əsas səbəbinin onların Azərbaycan xalqının tarixi torpaqlarında avtoxton olduqlarını sübut etmək olduğunu xüsusi vurğulayaraq Əqli Mülkiyyət Agentliyinin Azərbaycan müəlliflərinin əsərlərinin və folklor nümunələrinin erməniləşdirilməsi cəhdlərinə qarşı mübarizə apardığını, bununla əlaqədar tarixi, etimolojiliqvistik və hüquqi cəhətdən əsaslandırılmış arayışlar və şərhlər hazırlandığını, erməni saxtakarlıqları barədə beynəlxalq təşkilatlara, o cümlədən ÜƏMT və YUNESKO-ya etiraz məktubları göndərildiyini diqqətə çatdırıb və bu mövzuda çoxsaylı konfrans, dəyirmi masa və digər tədbirlər keçirildiyini, kitablar, müxtəlif növ təbliğat materiallarının çap olunaraq geniş ictimaiyyət arasında yayıldığını bildirib. Görüşdə Agentlik tərəfindən Bakı Musiqi Akademiyasının əməkdaşlarının erməni saxtakarlıqlarının ifşa olunması sahəsindəki fəaliyyətlərinə dəstək veriləcəyi, o cümlədən onların elmi araşdırmalarının çap olunmasında köməklik göstəriləcəyi, agentlik tərəfindən təşkil olunan tədbirlərdə məruzə ilə çıxış etmələrinə şərait yaradılacağı xüsusi qeyd edilib və gələcək səmərəli əməkdaşlığa inam hissi ifadə olunub. Bakı Musiqi Akademiyasının 6 Mətbuat Xidməti


MUSİQİŞÜNAS-ALİM SƏADƏT ABDULLAYEVANIN XATİRƏSI ANILIB 13 mart 2019-cu il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında görkəmli musiqişünas-alim, sənətşünaslıq elmləri doktoru Səadət Abdullayevanın xatirəsi anılıb. Tədbirdə, həmçinin alimin xatirəsinə həsr olunmuş “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” və “Nizamidə musiqi. Musiqidə Nizami” kitablarının təqdimatı keçirilmişdir. Tədbiri Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə açaraq tanınmış alimin ömür yolu və zəngin yaradıcılığından bəhs etmişdir. O çıxışında bildirib ki, elə insanlar var onları xalqımızın taleyinə Allahın bir lütfü kimi qəbul edirik. Zəngin və mənalı ömür yaşayan dərin düşüncəli alim, musiqişünas, pedaqoq, Bəstəkarlar İttifaqının fəal üzvlərindən olmuş Səadət xanım belə insanlardandır. “Səadət xanım bir amalı seçib və həyatı boyu bu amal üçün xidmət göstərib. Onun kitabları, tədqiqatları, dərslikləri, metodik vəsaitləri bizim elmimizi çox zənginləşdirib. Alətşünaslıq böyük elmdir, bizim qədim alətlərə maraq, onları bərpa etmək, öyrənmək, orkestr üçün işləmək çox lazımlı və musiqişünaslığa aid sahədir. Səadət xanım alətşünaslıq elminə müraciəti Azərbaycan xalqının milli dəyərlərə yenidən baxışı ilə üst-üstə düşdü. Biz elə dövrdə yaşayırıq ki, artıq bu məsələlər siyasi məna da daşıyır. Bizim təkcə musiqimizə, muğamımıza, xalq mahnılarımıza deyil, alətlərimizə də təcavüzlər özünü göstərir. Bu baxımından Səadət xanımın tədqiqatları təkcə musiqişünaslığa böyük töhfə deyil, eyni zamanda, siyasi baxımdan da çox önəmli və lazımlı işlərdir”, - deyə Xalq artisti vurğulayıb. Daha sonra BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə dəyərli alim və doğma bacısı haqqında ürək sözlərini dilə gətirib onun zəhmətkəş alim və nəcib insan olduğunu vurğulayıb. Tədbirdə bildirilib ki, “Çalğı alətləri ilə bağlı yaradıcılıq ömrü” kitabında çox böyük sevgi ilə musiqişünasın həyat və yaradıcılığının əsas tarixləri, ömrünün önəmli günləri qeyd olunur, təhsil illəri, elmi-pedaqoji fəaliyyəti işıqlandırılır. Dərc olunmuş əsərləri, tədris-metodiki və elmi-kütləvi işləri, kitablarının məzmunu və onlara yazılan rəylər, dissertantlara elmi rəhbərliyi, rəsmi opponentliyi, redaktoru olduğu kitablar və dərs vəsaitləri haqqında məlumat verilir. Onun musiqişünaslığımıza gətirdiyi elmi yeniliklər, araşdırmalarının təcrübi əhəmiyyəti, alətşünaslığa, təsviri sənətə dair tövsiyələri, musiqimiz və çalğı alətlərimizə aid fikirləri açıqlanır. “Nizamidə musiqi. Musiqidə Nizami” kitabında isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığının vətənində qiymətləndirilməsi, məşhur “Xəmsə”sində baxılan ümumbəşəri ideyalar, ədəbi irsi və obrazının incəsənətin müxtəlif növlərinə aid əsərlərin yaradılmasında rolu qeyd olunur. Sonra tədbir məruzələrin dinlənilməsi ilə davam edib. Məruzələrdə diqqətə çatdırılıb ki, Səadət xanımın tədqiqatları əsasən milli çalğı alətlərimizin inkişaf tarixinin öyrənilməsi, quruluş, səslənmə və istifadə xüsusiyyətlərinin araşdırılması, onların türk məkanında oxşar alətlərlə müqayisəsi və eləcə də gələcək inkişaf yolları ilə əlaqədar olub. Müasir Azərbaycan alətşünaslığının əsasını qoyanlardan biri olan alim əsərlərində Azərbaycan ərazisində geniş istifadə olunan, sonralar isə sıradan çıxan çalğı alətlərinin bərpa edilməsi problemini qaldırıb. Tədbirin bədii hissəsində Xalq artisti Munis Şərifovun bədii rəhbərliyi ilə Qədim Musiqi Alətləri Ansamblı çıxış edib. Mənbə: Azərtac

7


PROMETEY BAKIDA 29 mart 2019-cu il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Prometey Bakıda” adlı qeyri-ənənəvi konsert keçirildi. Əməkdar artist Fuad İbrahimovun rəhbərliyi ilə Azərbaycan Dövlət Simfonik Orkestri maraqlı konsert proqramı ilə dinləyicilər qarşısına çıxdı. Konsertdə Azərbaycanın akademik musiqi səhnəsində çox nadir hallarda ifa olunan iki əsər İ.Stravinski “Simurq quşu” süitası və A.Skryabinin orkestr, fortepiano, orqan, işıq partiyası üçün rəngli klaviatura Luce (tastiera per luce) üçün yazılmış “Prometey: Alov Poeması” əsərləri səsləndi. Əlbəttə ki, tərtib olunmuş bu konsert proqramı dinləyicilərin hədsiz marağına səbəb olmuşdur. Bu addım artıq özü bir uğur sayıla bilər. Qarşıya qoyulmuş məqsəd maraqlı və cəzbedici olduğu qədər həm də texniki və bədii tərəfdən də bir o qədər də çətin idi. Qeyd edək ki, “Simurq quşu” süitası İqor Stravinskinin ən tanınmış və maraqlı əsərlərindən olan eyniadlı baletindən bəstəkarın özü tərəfindən seçilmiş bəzi hissələrdən ibarət əsərdir. Əsər öz müasirliyi, rəngarəngliyi və çətinliyi ilə seçilir. Hər zaman repertuar seçimində qeyri ənənəvi, maraqlı, standart olmayan seçimlər edən dirijor Fuad İbrahimov bu gün üçün seçmiş olduğu bu əsər də əbəs yerə konsert proqramına əlavə edilməmişdi. Məhz bu əsər konsertin əsas maraq doğuran, Bakıda premyerası olacaq digər əsərə konsepsiya baxımından ən uğurlu seçim idi. İ.Stravinskinin Simurq quşu süitasının uğurlu ifasından sonra digər çətin əsər, sınaq, orkestr heyətini, dirijoru, xor heyətini eləcə də solist pianoçunu gözləyirdi. Çox nadir hallarda ifa olunan “Prometey: Alov Poeması”, həmin gün, Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində premyerasını yaşayacaqdı. Təbii ki, bu məsuliyyəti solist olaraq, Azərbaycan Respublikasının Xalq artisti, pianoçu, hər zaman repertuar seçimində yeniliklərə üstünlük verən, bir çox yaddaqalan konsertlərin idea müəllifi və icraçısı, Azərbaycanın ifaçılıq məktəbinin inkişafı uğrunda daim çalışan və hər zaman axtarışda olan, müasir musiqi təfəkkürünə sahib tanınmış musiqiçi Yeganə Axundova öz üzərinə götürmüşdü. Çox az zaman içərisində olan məşqlərə baxmayaraq əldə olunan nəticə həddən çox uğurlu idi. Nəzərə alsaq ki, Filarmoniyanın səhnəsində ilk dəfə səslənən, dünyaca məhşur, müasir, böyük orkestr heyəti, xor, solist, işıq və instolasiya effektlərinin iştirakı ilə ifa olunan bu əsəri qısa müddət ərzində ərsəyə gətirmişlər, bu tam anlamı ilə mümkünsüzün bacarılması deməkdir. Təbii ki, dinləyicilər böyük səbrsizliklə əsərin ifasını gözləyirdilər. Əsərin ifası zamanı istifadə olunan bəstəkarın göstərişlərinə əsasən tərtib olunmuş işıq effektləri dinləyiciləri valeh etmişdir. Qeyd edək ki, əsər bundan illər öncə Moskvada, eləcə də bir çox ölkələrdə səslənsə də çox nadir halda işıq effektləri ilə birgə,daha dəqiq desək bəstəkarın yazdığı tam heyətdə ifa olunmuşdur. Bu səbəbdən musiqisevərlər və musiqiçilər üçün bu əsl festival-bayram xarakterli konsert hesab oluna bilərdi. Bəstəkarın qeydinə görə partiturada əsər səslənən zaman görmək istədiyi işıq rənglərini notlarla göstərmiş və buna xüsusi olaraq işıq avadanlığına qoşulmuş xüsusi rənglərdən ibarət klaviatura təsis edilmişdi. Məsələn həmin klaviaturada do səsi-qırmızı, lya səsi-yaşıl, fa səsi-göy və s. rənglərdə verilmişdir və o səslər basıldığı zaman zal həmin rəngə boyanmalıdır. Bəstəkar eyni zamanda bu əsərlə bağlı bir çox idealarının olduğunu amma o dövrün şərtlərinə əsasən mümkün olmadığını qeyd edərək, gələcək dövrlərdə ifa zamanı əsas konsepsiyanı saxlamaqla müəyyən əlavələrin edilməsinin mümkün olduğunu qeyd etmişdir. Belə ki bu, ifa zamanı da bəstəkarın qeydlərindən əlavə onun şərtlərinə uyğun olaraq müəyyən fərqli effektlər də musiqiçilərin ideyası əsasında əlavə edilmişdi. Bu zəngin görüntü və professional ifa izləyiciləri sözün əsl mənasında ovsunlamışdı. Əsər A.Skryabinin və K.Balmontun sözləri ilə başladı və dinləyicilərin gurultulu alqışları ilə bitdi. “Sanki nəğmə oxuyan, göydən yerə enən ayın, musiqi bürclərinin, musiqidən yaranmış ieroqliflər və daşların xəyaldır. Prometey odunun, çılğın atəşinin hərəkəti, günəşin şövqü, kainatın dolğun sehrli enerjisi, yaradıcı prinsipi, işığın mübarizə azadlığıdır... İşığın məhz Skryabin musiqisi ilə uzlaşması qaçılmazdı, çünki onun bütün musiqisi işıq saçır..” BMA-nın İnformasiya Texnologiyaları mütəxəssisi RÖYA HÜSEYNOVA

8


XALQ ARTİSTİ, PROFESSOR ZƏHRA QULİYEVA VƏ ONUN TƏLƏBƏLƏRİNİN KONSERTİ KEÇİRİLİB 25 Yanvar 2019-cu il tarixində Azərbaycan Dövlət Akademik Filarmoniyasında Xalq artisti, professor Zəhra Quliyeva və onun tələbələrinin konserti keçirilib. Pedaqoji fəaliyyətinin 40 illik hesabatına həsr etdiyi konsert proqramında ilk olaraq Zəhra Quliyeva özü səhnəyə çıxıb. O, XIX-XX əsrlərin qovuşuğunda yaşamış görkəmli ingilis bəstəkarı Edvard Elqarın əvvəlcə violin və fortepiano üçün yazdığı, sonradan simfonik orkestrin müşayiətilə ifa olunmaq üçün işlədiyi “Salut d'amour” əsərini ifa edib. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin, Vyana Konservatoriyasının məzunu, “Xəzər virtuozları” orkestrinin bədii rəhbəri və baş dirijoru Mustafa Mehmandarovun idarəsi ilə çıxış edəcəyi də konsertə marağı xeyli artırıb. Zəhra xanımın ardınca növbə onun yetirmələrinə çatıb. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) magistrantı Səbinə Quliyeva və tələbəsi Aydan Salamova simli alətlər üçün şah əsərlər bəstələmiş Antonio Vivaldinin “İki violin və orkestr üçün konsert”ini ifa ediblər. Bunun ardınca adı dünya musiqi tarixinə virtuoz violin ifaçısı və bəstəkar kimi düşmüş Pablo Sarasatenin ispan rəqsləri motivləri əsasında “Tsapateado” əsərini BMA-nın III kurs tələbəsi Xədicə Mirqulamlı, Kamil Sen-Sansın “Violin və orkestr üçün 3-cü konserti”nin I hissəsini Bülbül adına Orta ixtisas musiqi məktəbinin şagirdi Çinarə Əzimova, Ernst Şossonun “Poema”sını BMA-nın magistrantı Nəzrin Aslanlı ifa ediblər. Xatırladaq ki, öz mükəmməl ifası ilə klassik musiqi həvəskarlarından bol alqış və gül dəstəsi qazanan hər üç ifaçı beynəlxalq müsabiqələr laureatıdır. Konsertdə sonuncu səslənən Yan Sibeliusun “Violin və orkestr üçün konserti”nin ifası bir qədər sürpriz olub. Belə ki, konsertin I hissəsini beynəlxalq müsabiqələr laureatı, Bülbül adına məktəbin 11-ci sinif şagirdi Osman Mustafazadə, II və III hissələrini isə hazırda təhsilini Almaniyada davam etdirən beynəlxalq müsabiqələr laureatı Fəridə Rüstəmova səsləndirib. Proqram bitincə Zəhra xanım öz tələbələri ilə səhnəyə çıxaraq, Mədəniyyət Nazirliyinə, filarmoniyanın rəhbərliyinə və konsertin ərsəyə gəlməsində əməyi keçən bütün heyətə, Azərbaycan Dövlət Simfonik Orkestrinə və onun bədii rəhbəri, baş dirijoru, Xalq artisti Rauf Abdullayevə minnətdarlıq edib. Konsert bütün dinləyicilərin gur alqışları ilə sona çatıb.

“BAKU CHAMBER ORCHESTRA”-NIN “ŞNİTKE. QARAYEV. ŞOSTAKOVİÇ” ADLI MÜASİR MUSİQİ AXŞAMI KONSERTİ KEÇİRİLİB 20 fevral 2019-cu il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestrinin ifasında “Şnitke. Qarayev. Şostakoviç” adlı müasir musiqi axşamı konserti keçirilib. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdində yaranmış “Baku Chamber Orchestra” Gənclər Kamera Orkestri 2011-ci ildən fəaliyyətə başlamışdır və son illər ərzində klassik musiqi mədəniyyətimizdə öz ifası ilə tanınmış, özünəməxsus yer tutmuşdur. Orkestrin bədii rəhbəri SSRİ və Azərbaycanın Xalq artisti, BMA-nın rektoru, professor Fərhad Bədəlbəyli, baş dirijoru əməkdar artist Fuad İbrahimov, direktoru BMA-nın Beynəlxalq Ələqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundovadır. Orkestrin tərkibinə gənc Beynəlxalq Müsabiqə laureatları və istedadlı ifaçılar daxildir. Məlumat üçün qeyd edək ki, “Baku Chamber Orchestra” H.Əliyev Fondunun təşkilatçılığı ilə “Qafqaz Mədəniyyəti günləri” çərçivəsində Fransanın Bordo şəhərində “Theatre Femina” səhnəsində, “Silk and Fire” beynəlxalq festivalı çərçivəsində Fransanın Mulhouse şəhərində, Almaniyanın “Münhen Yeni Filarmonik Orkestri”nin tərkibində, Türkiyə, BƏƏ, İtaliya, Fransa, Yunanıstan, Özbəkistan, Belçika və Azərbaycanın müxtəlif bölgələrində konsert proqramları ilə çıxış etmişdir. Gənclər və İdman Nazirliyi tərəfindən Azərbaycan gənclər günü münasibəti ilə, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəni irsin təbliği istiqamətində fəal iştirakına görə fəxri diplomlara, “Bakılı Cəmiyyəti” tərəfindən “Humay” milli mükafatına layiq görülmüşdür. Gecədə Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Bakı Kamera Orkestri və solistlər - Nəzrin Aslanlı və Rövşən Əmrahovun ifasında Qara Qarayev və Fərəc Qarayevin “Quasi Uno Concerto Grosso” əsəri, Alfred Şnitkenin bir saylı “Concerto Grosso” və Dmitri Şostakoviçin kamera simfoniyası ifa olunub. Müraciət olunan musiqi repertuarı bütün musiqisevərlər tərəfindən rəğbət hissi ilə qarşılanıb. Konsert öz ətrafına topladığı dinləyicilərin gur alqışları ilə sona çatıb. 9


BAKI MUSİQİ AKADEMİYASININ QONAQLARI 19 fevral 2019-cu il tarixində İsveçrənin Cənubi Qafqaz üzrə Azərbaycandakı Əməkdaşlıq Bürosunun direktor müavini Simon Heberli Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuşdur. Simon Heberli BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşmüşdür. Görüşdə Azərbaycan və İsveçrə arasında mədəni sahədə ikitərəfli əməkdaşlığın perspektivləri, Azərbaycandakı İsveçrə Əməkdaşlıq Bürosu və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə İsveçrənin Milli Gününə həsr olunmuş konsert proqramı, ölkəmizdə keçirilən beynəlxalq musiqi tədbirləri haqqında söhbət aparılmış, birgə layilərin keçirilməsi imkanları müzakirə olunmuşdur. Eyni zamanda ikitərəfli əməkdaşlıq münasibətlərinin inkişafının daha da sürətləndirilməsinin əhəmiyyəti vurğulanmışdır. 1 mart 2019-cu il tarixində Macarıstanın Azərbaycandakı Səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesi Mixail Qruber, Macarıstanın İştvan Bokşay adına Reformator Təhsili Mərkəzinin direktoru Papp Kornel və F.List adına Musiqi Akademiyasının müəllimi, tuba ifaçısı Kovacs Zalan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olublar. Qonaqlar BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər. Görüşdə Azərbaycan və Macarıstan arasında mədəniyyət sahəsində möhkəm əməkdaşlıq münasibətləri müzakirə edilib. Həmçinin, Papp Kornel direktoru olduğu Mərkəzin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verib və gələcək əməkdaşlığın mümkün perspektivləri haqqında söhbət aparılıb. 12 mart 2019-cu il tarixində İndoneziya Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri cənab Hacı Husnan Bəy Fanani Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının qonağı olmuş, BMA-nın rektoru, SSRİ və Azərbaycan Respublikasının Xalq artisti, professor Fərhad Bədəlbəyli ilə görüşüb. Görüşdə həmçinin İndoneziya Səfirliyinin Birinci katibi xanım Anggraeni Vidiastuti və BMA-nın Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova iştirak ediblər. Görüş zamanı Azərbaycan və İndoneziya arasında mədəni əməkdaşlıq, musiqi təhsilinin inkişafı, müəllim-tələbə mübadiləsinin artırılması və ali musiqi təhsili ocaqları arasında daha sıx əlaqələrin yaradılması kimi məsələlər müzakirə edilib. Həmçinin, iki ölkənin tarixi inkişafı, etnik xüsusiyyətləri və din haqqında müxtəlif məsələlər ilə bağlı söhbət aparılıb. Bunun ardınca Xalq artisti, professor Fərhad Bədəlbəyli, səfir cənab Hacı Husnan Bəy Fanani, Xalq artisti, professor Yeganə Axundova fortepianoda müxtəlif əsərlər ifa ediblər. 12 mart 2019-cu il Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirinin müşaviri Li Jae Voong və tədqiqatçı Park Dong Shik Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) qonağı olublar. Qonaqlar BMA-nın Beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru, Xalq artisti, professor Yeganə Axundova ilə görüşüblər. Görüş zamanı 2 ölkə arasında dostluq və mədəni münasibətlərin daha da inkişaf etdirilməsinin mümkün perspektivləri müzakirə olunub. Həmçinin, qonaqlar 2019-cu ildə Koreya Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı və akademiyanın dəstəyi ilə K-pop Festivalının keçirilməsi üçün BMA-nın Opera Studiyasının zalına da baxış keçiriblər. Görüş zamanı Koreyada keçiriləcək K-pop Festivalının final turunda Azərbaycanı təmsil edə biləcək K-pop qrupunun yaradılmasına Bakı Musiqi Akademiyasının köməklik göstərməsi və iki ölkənin musiqi mədəniyyəti haqqında maraqlı söhbət aparılıb. 10


BAKI MUSİQİ AKADEMİYASINDA USTAD DƏRSLƏRİ VƏ MÜHAZİRƏ KEÇİRİLİB 27 fevral 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Konfrans zalında V.M.Bextereva adına SanktPeterburq psixotriya və nevrologiya elmi-tədqiqat institutunun psixiatrordinatoru İsmayıl Atayevin “Depresiyalar və musiqi aləmində depresiv reaksiyaların təhlili” mövzusunda mühazirəsi keçirilib. BMA-nın professor-müəllim və tələbə heyətinin iştirakı ilə keçirilən mühazirə bütün dinləyicilər tərəfindən maraqla qarşılanıb. Tələbələr onları maraqlandıran sualları səsləndirib və mövzu ətrafında maraqlı disskusiyalar aparılıb. 27 fevral 2019-cu il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında İtaliya pianoçusu, Milan Konservatoriyasının məzunu, FaSolSi Assosiasiyasının təsisçisi Marko Falossi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri ilə ustad dərsi keçib. Qeyd edək ki, Marko Falossi 1993- cü ildə Tim di Roma mükafatına layiq görülmüşdür ki, bu da ona bir sıra konsertlər verməyə imkan yaratmışdır. 6 CD çıxarmış, 2007-ci ildə öz piano metodunu tədris etdiyi FaSolSi Assossasiyasını təsis etmişdir. "Sonor Fiqurlar" Marko Falossini xarakterizə edən markadır. Marko Falossi tərəfindən aparılan ustad dərsdə təqdim olunan repertuar əsasında pianoçu öz dəyərli məsləhətlərini tələbələrlə bölüşmüşdür. Ustad dərs dinləyici auditoriyası tərəfindən böyük maraqla qarşılanıb.

1 mart 2019-cu il tarixində Macarıstanın F.List adına Musiqi Akademiyasının müəllimi, tuba ifaçısı Kovacs Zalan Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) və Musiqi Kollecində tuba ixtisası üzrə təhsil alan tələbələr üçün ustad dərsi keçib. Ustad dərsində BMA-nın müəllim və tələbə heyəti iştirak edib.

8 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında məşhur violinoçu, pedaqoq, professor Eduard Vulfsonun ustad dərsi keçirilmişdir. Ustad dərsində BMA-nın məzun və tələbələri Ümidə Abbasova, Nəzrin Aslanlı, Qəmər Kərimli, fortepiano kvarteti – Leyla Zeylanova, Fatimə Nəsirli, Əli Əmişov, Əsmər Kərimli iştirak ediblər. Dərsdə Brams “Konsert”, Şosson “Poema”, Sibelius “Konsert”, Brams “Kvartet” əsərləri ifa edilib. Eduard Vulfson iştirakçılara ifaçılığın ən kiçik sirlərini açıqlayaraq, hər bir detalı böyük ustalıqla izah edib.

Ustad dərsində Bakı Musiqi Akademiyasının rektoru, SSRİ və Azərbaycanın Xalq artisti, professor Fərhad Bədəlbəyli, İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov iştirak ediblər. Ustad dərsinin sonunda Bakı Musiqi Akademiyasının rektoru, professor F.Ş.Bədəlbəyli professor Eduard Vulfsona öz təşəkkürünü bildirib. 11


ARİF ƏSƏDULLAYEV 70 Azərbaycan xalqının könlündə milli musiqi ifaçılarımızın yeri hər zaman əziz olub. Bu ifaçılar sırasında həyatının 50 ildən artıq müddətini qədim kamança alətinə həsr edən tanınmış ifaçı, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, hörmətli müəllim, geniş qəlbli insan, professor Arif Əsədullayevin yeri vardır. O, milli musiqi pleyadasında öz layiqli yerini tutmuşdur. 2019-cu il yanvarın 22-də Arif müəllimin 70 illik yubileyi Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqanoloqiya və akustika” elmi-tədqiqat laboratoriyasında təmtəraqlı şəkildə qeyd edilmişdir. Laboratoriyanın bütün üzvləri yubilyarı təbrik etmiş ürəkdən gələn arzularını çatdırmışdılar. Təbrik edənlər sırasında Bakı Musiqi Akademiyasının (BMA) elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadə, laboratoriyanın müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Nuridə İsmayılzadə, aparıcı elmi işçi Ariz Abduləliyev, BMA-nın Həmkarlar İttifaqı Komitəsinin sədri Aqil Qafulov, BMA-nın Kadrlar şöbəsinin müdiri Sevda Axundova, laboratoriyanın akustika üzrə mütəxəssisi Zeynal İsayev və digərləri olmuşdur. Mən də öz növbəmdə bakalavrda oxuduğum müddətdə müəllimim olmuş əziz Arif müəllimə uzun ömr, can sağlığı, bütün arzularının həyata keçməsini və onun adının xalqımızın qəlbində yüzilliklər boyunca yaşamasını diləyirəm! BMA elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi AYXAN ƏFƏNDİYEV

TARİYEL MƏMMƏDOV 70 1 mart 2019-cu il tarixində Azərbaycan Bəstəkarlar İttifaqında tanınmış musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq elmləri doktoru, professor Tariyel Məmmədovun 70 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti professor Firəngiz Əlizadə gələn qonaqları salamlayaraq professor Tariyel Məmmədov, onun fəaliyyəti haqqında dəyərli fikirlərini dilə gətirib və yubiley münasibətilə təbriklərini qeyd edib. Daha sonra dinləyicilər qarşısında Tariyel Məmmədovun baş redaktor olduğu “Musiqi dünyası” jurnalı haqqında videoçarx nümayiş olunub. Ardınca tədbirdə iştirak edən elm xadimləri Tariyel Məmmədovun yaradıcılıq fəaliyyəti haqqında öz fikirlərini söyləyiblər. Belə ki, Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar elm xadimi, Filalogiya elmlər doktoru, professor Məhərrəm Qasımlı “Tariyel Məmmədov haqqında söz”, AMEA-nın müxbir üzvü, Sənətşünaslıq elmləri doktoru, professor Rəna Məmmədova “Tariyel Məmmədovun elmi fəaliyyəti haqqında”, Əməkdar İncəsənət xadimi, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Kamilə Dadaşzadə “Tariyel Məmmədovun elmi yaradıcılığı aşıqşünaslığın yeni mərhələsi kimi”, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Könül Nəsirova “Musiqi dünyası jurnalında Tariyel Məmmədovun fəaliyyəti”, Sənətşünaslıq elmləri doktoru, professor Cəmilə Həsənova “Azərbaycan musiqisində müasir texnologiyaların tətbiq edilməsində Tariyel Məmmədovun rolu” adlı məruzələri ilə çıxış ediblər. Sonda aşıqların ifasında “Urfani” aşıq havası və “Koroğlu” dastanından parçalar səslənib. Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti 12


“BİR NURLU ÖMÜR” Nadir istedada malik elə şəxsiyyətlər var ki, elm aləmində onların çəkdikləri zəhmətin tam həcmi zaman və elmi təfəkkür inkişaf edib zənginləşdikcə aydın dərk edilir. İstedadlı alim, gözəl qadın və ana olan Nuridə İsmayılzadə belə alimlərimizdəndir. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının elmi laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə Cəfər qızı İsmayılzadə 1959-cu il fevral ayının 1-də Bakı şəhərində anadan olmuşdur. O, 1966-1977-ci illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil almış, 1977-1982-ci illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının “Fortepiano” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Nuridə xanım 1983-1998-ci illərdə Bakı Məktəbəqədər Pedaqoji Texnikumunda ilk pedaqoji fəaliyyətə başlamış, 2001-ci ildən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I nömrəli elmi-tədqiqat laboratoriyasında elmi işçi, 2007-ci ildən böyük elmi işçi, 2017-ci ildən baş elmi işçi və elə həmin ildən bu günə kimi elmi laboratoriyanın müdiri vəzifəsində çalışır. 2005-ci ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 2010-cu ildə dosent elmi adını almışdır. Nuridə xanımın elmi yaradıcılığı çox zəngindir. Onun elmi fəaliyyəti nəticəsində bir sıra qəzet və jurnallarda 40-dan artıq məqalələri, dərs vəsaitləri v ə m o n o q r a fi y a l a r ı ç a p o l u n m u ş d u r. B u n l a r d a n – “ И з и с то р и и азербайджанской музыки”, “Традиции меценатства и просветительства”, Баку-2008, “Rus musiqi tarixi”, Bakı-2015, “Böyük maarifçi – Əfrasiyab Bədəlbəyli”, Bakı-2017 dərs vəsaitləri və “Иса Бек Гаджинский. Страницы славной жизни”. “İsa bəy Hacınski. Şanlı ömrün səhifələri”. Bakı – 2012, “Müasirlərimiz: Həsən Ağa Adıgözəlzadə”, Bakı-2015, “На вершине науки – Гюльназ Абдуллазаде”. Баку-2017, “Азербайджано–Российские музыкальные связи в ХХ веке”, Баку-2017 monoqrafiyalarını göstərmək olar. Bu elmi araşdırmalarda, mədəni ənənələrin sintezi, yaradıcı üslubun inkişafı və yeni musiqi cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da musiqişünaslığın gələcəkdə inkişafı üçün çox mühüm zəmin yaradır. Nuridə xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit çərçivəsində Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri özündə təcəssüm etdirir. Bu gün Azərbaycan elminin görkəmli simalarından biri –alim, pedaqoq, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənın doğum günüdür. Nuridə xanımın 60 yaşı bizim elmi tədqiqat laboratoriyasında təntənəli şəkildə qeyd olundu. Mən də labortoriyanın bir əməkdaşı olaraq həmin an ürəyimdən belə bir hisslər keçdi ki, Nuridə xanım haqqında bir kiçik də olsa məqalə hazırlayım. Həm də bu məqalə mənim tərəfimdən balaca da olsa Nuridə xanımın yubleyinə hədiyyə olsun. Mən öz təəsüratlarımı həmkarlarım ilə bölüşdüm, onlar bu işdə mənə böyük dəstək oldular. Onlar Nuridə xanımın həyat və yaradıcılığı haqqında geniş məlumat verdilər. Elmi tədqiqat laboratoriyasının baş elmi işçisi, professor Arif Əsədullayev: - Mən bir ilə yaxındır ki, Nuridə xanımı yaxından tanıyıram. Daha doğrusu onun rəhbərlik etdiyi elmi laboratoriyada baş elmi işçi vəzifəsində çalışıram. Bu müddət ərzində onun çox təvəzökar, həddindən artıq işgüzar olduğunun şahidi olmuşam. O, rəhbərliyi altında çalışan bütün elmi işçilərin mənafeyini öz şəxsi mənafeyindən yüksək tutur, laboratoriyada çalışan əməkdaşların hər birinə elmi və fəxri adlarından, yaş fərqlərindən və tuduqları vəzifədən asılı olmayaraq öz böyük qardaş və bacıları kimi münasibət bəsləyir. Peşəkar pianoçu, gözəl insan, istedadlı musiqişünas, təvəzökar xanım, xalqını, mədəniyyətini bütün varlığı ilə sevən, kamil bir şəxsiyyət olaraq həmişə arzu olunan Nuridə xanıma və onun ailəsinə uzun, sağlam ömür arzulayıram. Allah bu ailəni qorusun. Ad gününüz mübarək! Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, dosent Ariz Abdullayev: - Nuridə xanımı Bakı Musiqi Akademiyasının elmi laboratoriyasında birgə elmi əməkdaşlıqdan tanıyıram. Bu uzunmüddətli əməkdaşlıq onu bir professional alim, tədqiqatçı insan, musiqişünas, pedaqoq kimi daha yaxından tanımağıma səbəb olub. Azərbaycan – Rusiya musiqi əlaqələrinin araşdırılması məhz onun xidmətidir. Bu tədqiqatlar Nuridə xanımın pedaqoji fəaliyyətində də öz əksini tapmışdır. Musiqi kolleclərində, ali musiqi məktəblərində rus musiqi tarixinə dair illərlə hökm sürən dərslik böhranının aradan qaldırılmasında onun alim və pedaqoji əməyi yetərincədir. “Rus musiqi tarixi” adlı dərs vəsaitindən müəllimlər, tələbələr, magistrlər istifadə edirlər. Nuridə xanım Azərbaycanda, Qafqazda və Türkiyədə kifayət qədər məşhur olan görkəmli maarifpərvər ziyalı, şəxsiyyət, xeyriyyəçi və mədəniyyət hamisi Hacıniskilər nəslinin layiqli davamçısıdır. Onun humanist keyfiyyətləri, ünsiyyət mədəniyyəti, sənətdə və elmdə özünətələbkarlığı, məsuliyyət hissi, həmkarlarına diqqətli münasibəti, bir sözlə nəcib insani xüsusiyyətləri əhatəsində olduğu insanlar tərəfindən hörmət və sevgi ilə qarşılanır. Nuridə xanıma dəyərli elmi – pedaqoji fəaliyyətində yeni nailiyyətlər arzulayıram. Elmi tədqiqat laboratoriyasının aparıcı elmi işçisi, bəstəkar, Azərbaycan Bəstəkarlar İttifaqı idarə heyətinin üzvü Rüfət Ramazanov: - Mən Nuridə xanımı 20 ildən artıq bir müddətdir ki tanıyıram, onun öz işinə olan münasibəti, çalışqanlığı həmişə mənim və laboratoriyamızın əməkdaşlarının diqqətini cəlb etmişdir. Nuridə xanım qısa bir müddət ərzində namizədlik dissertasiyasını müdafə etməsi və Azərbaycan musiqi tarixi sahəsində olduqca maraqlı mövzunun araşdırılması, musiqi tarixində bir yenilikdir. N.İsmayılzadənin iki il ərzində laboratoriyaya rəhbərlik etməsi Bakı Musiqi Akademiyasının elmi fəaliyyətinə bir növ ikinci nəfəs gətirmişdir. Onun maraqlı layihələrin işlənilməsinə, təbliği və yaradıcı yanaşması xüsusiyyəti olduqca fərqli və diqqətə layiqdir. Mən də Nuridə xanıma yeni yaradıcı-elmi uğurlar arzulayıram və can sağlığı diləyirəm. “Nur” sözünün mənası - gözün işığı, gözün nuru, sevimli övlad deməkdir. Görünür onun valideynləri gələcəkdə insanlara nur, işıqlı sima bəxş edəcəklərini duyaraq və hiss edərək övladına Nuridə adını vermişlər. Belə bir mənalı ömür yaşamaq hər insanın taleyinə yazılmır. Elə insanlar var ki, onların ömür yolu gələcək nəsillərin həyatına işıq saçır, dünyaya, insanlara nur paylamaq, xeyirxahlıq etmək üçün gəlirlər, məhz Nuridə xanım da belə insanlardandır. O, günəş qədər parlaq ürək sahibi, yüksək mənəviyyat, daxili zənginlik simvoludur. Qəlbini şam kimi əridib ondan xeyirxahlıq, işıq umanların yoluna nur çiləmək üçün doğulmuşdur. Sonda fikrimi bir şerlə bitirmək istəyirəm. Nəsillərə paylayır, gözlərinin nurunu, Ən çətin anda belə itirmir qürurunu. İşçilərlə bölür o qazandığı varını. Qoymarıq itirə o bizə etibarını. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası elmi-tədqiqat laboratoriyasının kiçik elmi işçisi SAHİLƏ ƏZİZOVA 13


BAKI MUSİQİ AKADEMİYASINDA 31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ ELMİ SEMİNAR KEÇİRİLİB 29 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi tədqiqat laboratoriyası 1918ci il 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş “Azərbaycan xalq rəqslərinin ermənilər tərəfindən saxtalaşdırılması və mənimsənilməsi” adlı elmi seminar keçirib. Seminara BMA-nın professor-müəllim və tələbə heyətilə yanaşı, Əqli Mülkiyyət Agentliyidən, Bakı Xoreoqrafiya Akademiyasından və Kütləvi İnformasiya vasitələrindən qonaqlar dəvət olunmuşdur. BMA-nın Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar İncəsənət xadimi, fəlsəfə elmləri doktoru, professor Gülnaz Abdullazadə ilk çıxış edərək, Mart soyqırımı haqqında, ermənilərin tarix boyu etdikləri qəsbkarlıq və təcavüzkarlıqlarından danışdı. Qeyd etdi ki, mart ayında Parisdə təşkil olunan erməni günləri zamanı, Azərbaycanın milli mədəni sərvətlərinin sərgidə nümayiş etdirməklə, hər zaman olduğu kimi düşmən mövqeyində olduqlarını bir daha nümayiş etdirdilər. Daha sonra elmi tədqiqat laboratoriyasının müdiri, dosent Nuridə İsmayılzadə çıxış edərək, 31 mart soyqırımı haqqında, laboratoriya əməkdaşlarının keçirdikləri digər seminarlar və gələcək layihələr haqqında danışdı. Cari ilin ötən ayında Quba rayonunda təşkil olunmuş konsertdən sonra iştirakçılarla “Quba Soyqırımı Memorial Kompleksi”nə getdiklərini və bunun erməni vəhşiliklərinin bariz nümunəsi olduğunu qeyd etdi. Seminarda iştirak edən Əqli Mülkiyyət Agentliyinin “Müəllif-hüquq obyektlərinin qeydiyyatı və hüquq ekspertizası” şöbəsinin müdiri Nadirə Bədəlbəyli, Bakı Xoreoqrafiya Akademiyasının elmi işlər üzrə prorektoru, professor Sonaxanım İbrahimova, Xalq artistləri, professorlar Yusif Qasımov, Elnarə Dadaşova, Ramiz Quliyev də öz fikirlərini bölüşdülər. Daha sonra məruzəçi, elmi tədqiqat laboratoriyasının elmi işçisi Rauf Bəhmənli çıxış etdi. Bildirdi ki, dünyanın hər yerində ermənilərin ifa etdikləri Azərbaycan xalq mahnı və rəqs havaları erməni musiqisi və folkloru kimi təqdim edilir. O, ilk növbədə bu məsələnin tarixi səbəbləri haqqında məlumat verdi, daha sonra erməni saxtakarlıqlarının qarşısının alınması üçün təkliflərini qeyd etdi. Rauf müəllim bütün söylədiyi fikirləri tarixi mənbələrlə sübut edərək bildirdi ki, erməni ziyalılarının da, elm xadimlərinin də söylədiyi fikirlərdən belə nəticəyə gəlmək olar ki, bu xalqın musiqisi digər qonşu xalqların, xüsusilə Azərbaycanın musiqi mədəniyyətindən götürülmüş və zaman ötdükcə mənimsənilmişdir. Rauf müəllim bu kimi mövzularla dəfələrlə müxtəlif ali məktəblərdə, beynəlxalq konfranslarda çıxış etmişdir. 35 il ərzində apardığı tədqiqat nəticəsində Azərbaycanın müxtəlif bölgələrindən 90 adda “Yallı” rəqsləri, 302 qədim xalq rəqs melodiyası toplanmışdır. Onun 2018-ci ildə “Azərbaycan yallıları” adlı dərs vəsaiti çap olunmuş və topladığı qədim rəqslər isə Mədəniyyət Nazirliyinə təqdim olunmuş və Nazirlik tərəfindən çapa hazırlanmaqdadır. Məruzəçi sonda onu da qeyd etdi ki, BMA-da başlamış və davam etdirilən bu layihələrlə, çox aktual mövzulara həsr olunmuş seminarlarla, musiqi ictimaiyyətinin professional sənətkarlarının səyi ilə gənc bəstəkarları, musiqişünasları, ifaçıları düzgün istiqamətləndirərək istəyimizə nail olacaq, xalq musiqimizi yad nəfəslərdən, yad əllərdən qoruyacaq və onu zirvələrə ucaldacağıq. Bakı Musiqi Akademiyasının elmi işçisi KÖNÜL ƏHMƏDOVA

14


AZAD ƏLİYEVİN 90 İLLİK YUBİLEYİ MÜNASİBƏTİ İLƏ VİOLİNOÇULARIN I BEYNƏLXALQ MÜSABİQƏSİ 6-9 fevral 2019-cu il tarixlərində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında görkəmli violinoçu, pedaqoq, ictimai xadim Azad Əliyevin 90 illik yubileyi münasibəti ilə violinoçuların I Beynəlxalq müsabiqəsi keçirilib. Müsabiqəyə 42 ərizə daxil olmuş, 53 iştirakçı mübarizə aparmışdır. Qeyd edək ki, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Rusiya və Ukrayna musiqiçiləri müsabiqədə iştirak etmişlər. Müsabiqənin ideya müəllifi, təşkilatçısı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azad Əliyevin tələbəsi olmuş Məleykə Əhədzadədir. Müsabiqənin münsiflər heyəti arasında Azərbaycanın görkəmli xadimləri, Azərbaycan Respublikasının Xalq artistləri, professorlar Zəhra Quliyeva, Şəhla İbrahimova, Əməkdar İncəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə, digər iştirakçı ölkələrdən nümayəndələr, N.Azadoğlu (Türkiyə), D.Madenova (Qazaxıstan), L.Barştak (İsrail), F.Masuda (Özbəkistan) vardır. Münsiflər heyətinin sədri, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, professor Məleykə Əhədzadədir. Müsabiqədə 4 nominasiya: violin solo, violin duet, kamera ansamblı və konsertmeysterlik ustalığı üzrə iştirakçılar çıxış edib. Müsabiqənin bağlanış mərasimində müxtəlif yaş qrupları üzrə qaliblər mükafatlandırılıb və onların ifasında qala konsert keçirilib. Onu da qeyd edək ki, müsabiqədə Özbəkistan, Qazaxıstan, Rusiya, Azərbaycan, Ukrayna və digər ölkələrdən birbirindən istedadlı gənc musiqiçilər iştirak edib.

“BÖLÜNƏNLƏR” TAMAŞASININ PREMYERASI KEÇİRİLİB 15 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Multikultural layihəsi çərçivəsində “Bölünənlər” adlı tamaşanın premyerası BMA-nın Opera Studiyasında baş tutdu. Bədii rəhbəri Bakı Musiqi Akademiyasının prorektoru, Əməkdar müəllim, professor Nərminə Quliyeva, prodüseri, professor Mina Hacıyeva, quruluşçu rejissoru Elvin Mirzəyev, xoreoqraf Solmaz Arti olan tamaşanın məzmunu olduqca maraqlıdır. Belə ki, yeddi müxtəlif ölkə və dövrlərin sevgi əhvalatını tərənnüm edən tamaşa “ən mükəmməl sevgi, ağlasığmaz sonluq” şüarı altında tamaşaçılara təqdim olundu. Bəşər övladına bəxş edilən ali hiss sayılan sevgi, emosionallıq bu tamaşada parlaq şəkildə öz əksini tapmışdır. Tamaşaya “Bölünənlər” adının verilməsi də təsadüfi deyildir. Ən mükəmməl sevgi hissələrini aşılayan tamaşada sevginin təkcə bioloji varlıqlar arasında deyil, dünyanın müxtəlif ölkələrində, bir-birinə yad insanların arasında da mümkün olduğunu isbat edir. Sözügedən tamaşanın proqramında dünyanın dahi yazıçı və dramaturqlarının əsərləri yer almışdır: Nizami Gəncəvi “Leyli və Məcnun”, Hilermo Figeyredo “Ezop”, Herman Hesse “Sidhartha”, qədim Çin əfsanəsi “Ağ ilanın əhvalatı”, Uilyam Şekspir “Romeo və Culyetta”, Nəcib Məhfuz “Rodopis”, U.Şekspir “Otello” . Bütün bu adı çəkilən əsərlərdə sevgi müxtəlif səpkidə - maneə, haqq, ehtiras, mümkünsüzlük, qarşılıqsız, qınaq, zövq formasında təsvir olunmuşdur. Tamaşada həmçinin maraqlı rəqs nömrələri – hind və çin rəqsləri yer almışdır. Aktyor qismində isə Bakı Musiqi Akademiyasının istedadlı tələbələri uğurla çıxış etdilər: Leyli-Nəzrin Quliyeva, Məcnun-Toğrul Salmanov; Kleya-Ofelya İsgəndərova, Ezop-Coşqun Qadaşov; Kamala-Syuzan Pirəliyeva, Sidhartha-Ramazan Babayev; Susu-Aytac Nəcəfova, Süsiyen-Murad Hacırzalı; Cülyetta-Elnarə Saramanova, Romeo-Əsəd Əsgərov; Rodopis-Aytac Qasımova, Tahu-Fərid Əli; Dezdemona-Ləman Rəhmətova, Otello-Elvin Vahidov. Tamaşada izləyici qismində müxtəlif ölkələrin səfirliklərinin nümayəndələri də iştirak edirdilər. Bu səpkidə ilk dəfə səhnələşdirilən “Bölünənlər” tamaşasının premyerası tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır.

Bakı Musiqi Akademiyasının Mətbuat Xidməti

15


QUBA RAYONUNDA “YURDUMUZA BAHAR GƏLİR” ADLI KONSERT KEÇİRİLİB Bu ilin mart ayının 2-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Elm və yaradıcılıq işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Gülnaz Abdullazadənin, “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadənin və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevin birgə təşkilatçılığı ilə Quba rayonunda “Yurdumuza bahar gəlir” adlı konsert təşkil olunub. Böyük həvəslə və maraqla təşkil olunan region konsertləri, təşkilatçı və ifaçıların vətənpərvər ruhundan irəli gəlir. Xatırlamaq yerinə düşərdi ki, Cənab Prezident İlham Əliyevin sərancamı ilə “Ölkəmizi tanıyaq” tur-aksiyası, Prezident Administrasiyasının təşkilatçılığı ilə bölgələrimizdəki yeni quruculuq işlərinin, müasir komplekslərin, qədim abidələrin, maddi-mənəvi sərvətlərimizin məktəblilər tərəfindən tanınması və sevilməsinə xidmət edir. Regionlarda təşkil olunan konsertlər də sanki bu layihənin davamıdır desək yanılmarıq. Belə ki, BMA-nın doktorant və məzun heyəti bölgələrdə akademik musiqini, Azərbaycan və dünya bəstəkarlarının məşhur əsərlərini, eyni zamanda xalq mahnılarını vokal ifa tərzi ilə təqdim edərək, region dinləyicilərinin musiqi zövqünü formalaşdırmaqla və onlara klassik musiqini sevdirməklə bu layihə davam edir. Qeyd olunan konsert Bəşir Səfəroğlu adına Quba Rayon Mədəniyyət Mərkəzinin konsert salonunda keçirildi. Aparıcı BMA-nın elmi işçisi Könül Əhmədova ilk çıxış üçün səhnəyə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevi, professor Gülnaz Abdullazadəni və Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayevi dəvət etdi. Z.Əliyev çıxışında söylədi : “... Bu gün rayonumuzun mədəni həyatında olduqca əlamətdar bir gündür. İcazə verin əziz qonaqlarımızı və musiqiçilərimizi dağlar diyarı, qədim elm və mədəniyyət mərkəzi olan gözəl Qubamızda şəxsən öz adımdan və rayonumuzun bütün ictimaiyyəti adından ürəkdən salamlayım və onlara rayonumuza xoş gəldin deyim. Belə bir konsert proqramının rayonumuzda təşkilinə görə BMA-nın rektoru cənab Fərhad Bədəlbəyliyə və akademiyanın bütün kollektivinə dərin təşəkkürümü bildirirəm. Hörmətli tədbir iştirakçıları, Ulu öndərimiz Heydər Əliyev hər zaman mədəniyyət sahəsinə yüksək diqqət və qayğı göstərmişdir. Hazırkı dövrdə möhtərəm cənab prezidentimiz İlham Əliyev və Azərbaycan Respublikasının I vitse prezidenti Mehriban xanım Əliyeva da mədəniyyət sahəsinə xüsusi diqqət göstərirlər...”. Sonra Gülnaz xanım Abdullazadə çıxış edərək, hörmətli Ziyəddin Əliyevə qayğı və diqqətinə görə minnətdarlığını bildirdi, rayon rəhbərliyinin öz fəaliyyətində mədəniyyətə, ümumiyyətlə ziyalılığa böyük yer ayırdığını söylədi. Həmçinin, Nazim Ağayevlə uzun müddətdir əməkdaşlıq etdiklərini və Novruz bayramı ərəfəsinə təsadüf edilən “Yurdumuza bahar gəlir” adlı konsertin birgə iş prosesinin üçüncü proyekti olduğunu qeyd etdi. Sonda, gələn qonaqlara, Quba ziyalılarına, Quba əhalisinə öz minnətdarlığını bildirdi. Daha sonra Nazim Ağayev çıxış etdi: “... Bu gün Qubada musiqi bayramıdır desək yanılmaram. Bu həqiqətən belədir. Çünki ölkəmizin ən ali mədəniyyət ocaqlarından biri olan, dünya şöhrətli musiqiçi, hamımızın böyük hörmət bəslədiyimiz, professor Fərhad Bədəlbəylinin rəhbərlik etdiyi Ü.Hacıbəyli adına BMA-nın kollektivinin burada gözəl konserti olacaq. Biz akademiya ilə artıq üçüncü ildir ki, əməkdaşlıq edirik. Məqsəd möhtərəm prezidentimiz cənab İlham Əliyevin regionlara dövlət mədəniyyət siyasətinin həyata keçirilməsi istiqamətində verdiyi önəmdən irəli gəlir. Dövlət mədəniyyət siyasətinin regionlarda uğurla aparılması üçün əlimizdən gələni əsirgəməməliyik...” Konsert Beynəlxalq və Respublika müsabiqələri laureatı Fəqan Həsənlinin ifasında Ü.Hacıbəylinin “Cəngi” əsəri ilə başladı. Proqram instrumental və vokal-instrumental əsərlərdən təşkil olunmuşdur: tarda Beynəlxalq və Respublika müsabiqələri laureatı, gənclər mükafatçısı İbrahim Babayev, fortepianoda müşayət edən Beynəlxalq və Respublika müsabiqələri laureatı, gənclər mükafatçısı Vüsal Aydəmirovun ifasında T.Quliyevin “Sənə də qalmaz”, Vittorio Montinin “Çardaş”, Respublika müsabiqələri laureatı ifaçı Orxan Cəlilov və fortepianoda müşayət edən Natiq Yusifovun ifasında E.İbrahimovanın “Ey Vətən”, xalq mahnısı “Qubanın ağ alması”, fortepianoda F.Həsənlinin ifasında K.Sen-Sansın “Danse Macabre”, Beynəlxalq müsabiqələr laureatları, fortepiano dueti nominasiyasında Qran-pri laureatları Ülviyyə Kazımova və Gülnarə Kərimovanın ifasında K.Qlukun “Orfey və Evridika” operasından melodiya, ifaçı Beynəlxalq və Respublika müsabiqələri laureatı Urfan Cəfərov və fortepianoda müşayət edən BMA-nın baş müəllimi və doktorantı Nigar Məlikovanın ifasında F.Əmirovun “Azərbaycan elləri”, N.Valente və E.Taqliaferrinin “Passione”, skripkada Paolo Serrao adına Beynəlxalq müsabiqə laureatı Rəşid Əliyev, fortepianoda müşayət edən Ü.Kazımovanın ifasında Pablo de Sarasatenin “Qaraçı nəğməsi”, Ü.Kazımovanın “Rondo”, fortepianoda Beynəlxalq müsabiqələr laureatı Ceyhun Əzizov F.Listin “Xorovod Qnomov”, T.Quliyevin “Qaytağı”, İngiltərə Musiqi Federasiyasının Azərbaycan üzrə musiqiçi səfiri, ifaçı Gülşən İbadova, müşayət edən N.Məlikovanın ifasında V.Adıgözəlovun “Bakı haqqında mahnı”, V.Aydəmirovun ifasında F.Bədəlbəylinin “Dəniz”, V.Mustafazadənin “Bayatı-Şiraz” kompozisiyası, G.İbadova, O.Cəlilov və N.Məlikovanın ifasında T.Quliyevin “Sevgi valsı”, G.İbadova və N.Məlikovanın ifasında A.Laranın “Qranada” və sonda U.Cəfərov, G.İbadova və N.Məlikovanın ifasında M.Maqomayevin “Odlar yurdu” əsəri səsləndi. Quba şəhərinin səlahiyyətli nümayəndələri və sakinləri tərəfindən konsert çox yüksək qiymətləndirilərək, bu cür konsertlərin davamlı olması arzu edildi. “Yurdumuza bahar gəlir” adlı konserti Kütləvi İnformasiya vasitələrində də geniş işıqlandırıldı. Bakı Musiqi Akademiyasının elmi işçisi KÖNÜL ƏHMƏDOVA

16


КАФЕДРА “КОНЦЕРТМЕЙСТЕРСКОГО МАСТЕРСТВА” БМА ИМ. У.ГАДЖБЕЙЛИ: “НАМ 40+40!” Как же быстро пронеслось время… Казалось бы совсем недавно, каких-то 80 лет назад скромный класс концертмейстерского мастерства сделал свои первые шаги в составе кафедры специального фортепиано Азгосконсерватории им. У.Гаджибекова… Общее руководство по поручению администрации осуществлял профессор, заведующий кафедрой специального фортепиано Г.Г.Шароев, который придавал этой работе большое значение. В деятельности класса аккомпанемента активное участие принимали многие музыканты и педагоги АГК, и в первую очередь В.М.Козлов – талантливый музыкант и опытный концертмейстер, профессионально владеющий искусством аккомпанемента. В период 30-х – 40-х гг. к работе класса были привлечены Э.Ханина, Э.Алиева. Многие студенты фортепианного факультета прикреплялись в то время для прохождения практики аккомпанемента в классе вокала, а также в оркестровых классах. В конце 50-х годов XX века создается благоприятная ситуация для специализации выпускников фортепианного факультета по аккомпанементу и концертмейстерскому мастерству. В 1961 году руководителем класса аккомпанемента назначается Э.С.Ханина – опытнейший педагог и концертмейстер. В этот период наблюдается расширение учебного плана и увеличения контингента учащихся. Все эти предпосылки приводят к тому, что в 1968 году в число преподавателей концертмейстерского класса привлекаются Т.Агаларова, Э.Аскерова и с 1970 г. И.Алиева. П о м е р е р а с ш и р е н и я у ч е б н о го п л а н а и н а ко п л е н и я о п р ед е л е н н о го о п ы т а в п од гото в ке профессиональных концертмейстерских кадров создались благоприятные условия для выделения предмета “Концертмейстерский класс” в самостоятельную дисциплину. И вот мы подошли к историческому моменту. 40 лет назад в 1977 году создается кафедра “Концертмейстерского мастерства”, которая отныне является самостоятельной! С днем рождения, кафедра! Новую кафедру БМА, в то время Азгосконсерватории возглавила доцент Э.Г.Аскерова, выпускница консерватории по классу профессора Г.Г.Шароева. Работа кафедры поднялась на новую ступень профессионализма. Были заново пересмотрены учебный план, учебнометодические требования, расширен репертуар, задействованы новые возможности для совершенствования концертмейстерских навыков у студентов. Качественно новый этап в жизни кафедры “Концертмейстерского мастерства” наступил, когда руководство кафедрой в 1996 году приняла на себя и.о.профессора Н.А.Ибрагимова – выпускница класса профессора С.А.Кулиевой. Будучи широко эрудированным и профессиональным музыкантом, Н.А.Ибрагимова проявила себя в качестве энтузиаста своего дела и умелого организатора.

По инициативе Наили ханум и совместно со старшим преподавателем кафедры Л.Г.Абаскулиевой были созданы новые программы по концертмейстерскому классу для двух ступеней обучения: бакалавратура и магистратура. Обновился и расширился репертуар, четко определились зачетные и экзаменационные требования. Было упорядочено прохождение концертмейстерской практики, введена обязательная межсессионная аттестация студентов. В с е э т и м е р о п р и я т и я . Н ап р а вл е н н ы е н а ко р е н н о е ул у ч ш е н и е п р е п од а ва н и я п р ед м е т а “Концертмейстерский класс” создали положительный эффект, приведший к значительному повышению уровня и качества подготовки студентов. 17


Одновременно с этим сформировался педагогический коллектив кафедры, который представляет собой профессиональный состав музыкантов, объединенных атмосферой доброжелательности и высокой творческой культуры. В от уже н е с кол ь ко п о кол е н и й п ед а го го в – ко н ц е рт м е й с т е р о в п ед а го го в п е р ед а ют с во й профессиональный опыт молодым концертмейстерам. К сожалению, некоторые из них отсутствуют в рядах кафедры, но их имена и добрая память о них живет по сей день в сердцах коллег и студентов. Это профессор Н.А.Ибрагимова, доценты И.М.Алиева, Т.А.Агаларова, В.А.Алиева.

В результате качественных преобразований на кафедре «Концертмейстерского мастерства» стало возможно проведение в 1999 г. I Республиканского конкурса концертмейстеров, в котором приняли участие не только студенты БМА им.У.Гаджибейли, но и бывшие выпускники. Инициатором проведения конкурса на звание лучшего концертмейстера года выступили заведующая кафедрой «Концертмейстерского мастерства» БМА им. У.Гаджибейли и.о.профессора Н.А.Ибрагимова и старший преподаватель Л.Г.Абаскулиева. Они обратились с просьбой об его претворении к ректору БМА им.У.Гаджибейли профессору Ф.Ш.Бадалбейли и к декану фортепианного факультета профессору О.Г.Абаскулиеву, которые помогли это осуществить. Конкурс состоял из двух туров и включал в себя обширный репертуар, состоящий из крупных и мелких произведений композиторов разных эпох и стилей. Наряду с официальными иллюстраторами кафедры в конкурсе участвовали и тем самым поддержали данное мероприятие: Народный артист СССР Лютфияр Иманов, Заслуженные артисты республики Лариса Виноградова, Агакерим Керимов, профессор Эльдар Искендеров, артистка театра оперетты Б.Швец. Конкурс выявил много талантливых молодых концертмейстеров. Участие в конкурсной борьбе помогло проверить навыки и умения молодых пианистов, а также стимулировало дальнейшее совершенствование их профессионализма. В 2010 году с введением болонской кредитной системы обучения в БМА им.У.Гаджибейли в жизни кафедры “Концертмейстерского мастерства” начался качественно новый этап. В этот период руководство кафедрой было возложено на профессора Абаскулиеву Л.Г. – выпускницу профессора Назировой Э.А. В связи с переходом на новую систему обучения в короткий срок были пересмотрены учебный план, система аттестации студентов, введены новые оценочные критерии для сдачи нормативов в период межсессионной аттестации. Профессор Абаскулиева Л.Г. разработала новые учебные программы по предмету “Концертмейстерский класс” для студентов очного и заочного отделения бакалавриатуры, а также магистратуры в свете требований болонской кредитной системы. Как справедливо указывает в своем учебном пособии “История, теория и практика концертмейстерского мастерства в Азербайджане” Заслуженный деятель искусств, профессор Ибрагимова Н.А.: “Исполнительский репертуар в классе концертмейстерского мастерства является основным учебным материалом, на котором развивается и обучается студент-пианист, поэтому его выбор является важным дидактическим моментом в 1 процессе обучения” . Именно по этим причинам в новых программах были дополнены и расширены репертуарные требования по вокальной и инструментальной музыке. 1

18

Н.А.Ибрагимова – «История, теория и практика концертмейстерского мастерства в Азербайджане». Учебное пособие. Баку, 2006


Необходимость проведения межсессионных аттестаций, которую утвердила на кафедре концертмейстерского мастерства профессор Ибрагимова Н.А. продолжает жить и работать на благое дело воспитания профессиональных концертмейстеров кадров. Более того, необходимо отметить, что определяющие ее требования составили хорошую базу для использования 100-бальной системы оценок, которую предполагает болонская кредитная система. Традиции Наили-ханум в вопросах коллегиальности и уважительного отношенияк друг другу определяют лицо кафедры по с егодняшний день. Дружный и сплоченный коллектив кафедры «Концертмейстерского мастерства» продолжает совершенствовать методику преподавания. В настоящее время на кафедре “Концертмейстерского мастерства” работает: заведующий кафедрой, профессор Абаскулиева Л.Г., профессора Аджалова Г.А., Караева Т.А., Мусаева Э.Д., Мамедьярова Г.Г., доценты Бедирханов Т.Н., Заманова А.А., Гусейнова К.Г., Ашумова А.Ф., Садырханова К.Р., Мамедова В.С. Старшие преподаватели: Ахмедзаде Г.Г., Керимова Ю.М., Гасанова Д.Б., Гараева А.И., Зейналова Л.К., Султанова С.Э., Сулейманова Э.Ю., Ибрагимова Н.А., преподаватель Гасанова Н, старший лаборант Г.Ю.Данилова. Необходимо также перечислить имена иллюстраторов кафедры, которые своим профессионализмом и энтузиазмом способствуют успешному процессу обучения студентов. Это Заслуженная артистка Азербайджана Алиева Р., Беликова Н., Мамедова Е., Яхъяев Т., Мамедова Г., Искендерли А., Гейдарова Ю.

Педагоги кафедры систематически создают учебные и методические пособия, анализирующие вопросы теории и практики концертмейстерского исполнительства, проводят открытые уроки и концерты, в том числе обязательные концерты для студентов группы “SABAH”. Также ведется плановая работа по расширению и углублению педагогического репертуара, пропаганде новых сочинений и, в первую очередь, азербайджанских композиторов. Вся эта многогранная работа в итоге направлена на повышение качества учебно-воспитательного процесса, на создание необходимых творческих и организационных условий для воспитания полноценных концертмейстеров-профессионалов. Еще раз с днем рождения кафедры, коллеги! Удачи и успехов всем нам! Литература 1.Э.Г.Абасова, Д.Х.Данилов, Л.В.Карагичева, К.К.Сафаралиева. Азербайджанская Государственная консерватория имени Узеира Гаджибекова. 1921-1971. Баку – Азернешр– 1972 2.Н.А.Ибрагимова – “История, теория и практика концертмейстерского мастерства в Азербайджане”. Учебное пособие. Баку, 2006 Заведующий кафедрой “Концертмейстерского мастерствa” БМА им. У.Гаджибейли, “Заслуженный педагог” Азербайджана, Кандидат искусствоведения, профессор ЛЕЙЛА АБАСКУЛИЕВА 19


“İNSAN VƏ MÜHİT” İCTİMAİ BİRLİYİNİN İLK MƏDƏNİ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ KLASSİK KONSERT PROQRAMI KEÇİRİLİB 28 fevral 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “İnsan və Mühit” İctimai Birliyinin ilk incəsənət layihəsi keçirilib. Respublika və Beynəlxalq müsabiqələr laureatlarının Ülviyyə Kazımova, Gülnarə Kərimova, Emil Əhmədzadə, Nəriman Əmiraslanov, Alp Əliyev, Fəqan Həsənli, Mahir Tağızadə, Ceyhun Əzizov, Fatimə Əliyeva, Aytən İbrahimova, Süleyman Eyyubov və BMA-nın “Lumineux” xor ansamblının (Bədii rəhbər-Naala Barateliya) iştirakı ilə Azərbaycan və avropa bəstəkarlarının əsərləri səslənib. Bundan əlavə akademiyanın foyesində gənc heykəltaraş və rəssamların əsərləri də nümayiş olunub. Tədbir tamaşaçıların gurutulu alqışları ilə sona çatıb.

BAKI MUSİQİ AKADEMİYASI VƏ PARK BULVAR AVM MARAQLI LAYİHƏYƏ START VERİB Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Park Bulvar alış-veriş mərkəzinin (AVM) birgə təşkilatçılığı ilə bir neçə aydır ki, hər həftə 1 dəfə olmaqla Park Bulvar AVM-in 1-ci mərtəbəsində akademiyanın gənc və istedadlı tələbələri, Prezident təqaüdçüləri, beynəlxalq və respublika müsabiqələr laureatlarının konsertləri təşkil edilir. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları, fortepiano, skripka, violonçel, arfa həmçinin Azərbaycan Milli Konservatoriyasının tələbələrinin də iştirakı ilə tar, kamança, balaban və s. alətlərdə bir-birindən dəyərli musiqi nömrələri dinləyicilərə təqdim olunur. Konsertin keçirilməsində əsas məqsəd ölkəyə gələn turistlərə və yerli sakinlərə xoş anlar yaşatmaq, klassik və milli musiqimiz həmçinin milli alətlərimizin təbliği, ciddi musiqinin daha geniş auditoriyaya tanıdılması həmçinin gənc istedadların stimullaşdırılması məqsədini daşıyır.

20


XƏBƏRLƏR 15 yanvar 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət Mərkəzində "Rossotrudnichestvo" şirkətinin Azərbaycandakı nümayəndəliyi Azərbaycanın aparıcı jurnalistlərinə sertifikatların təltif edilməsi münasibətilə tədbir keçirdib. Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrinin (Maqsud Musazadə (fortepiano), Leyla Cavadova (fortepiano), Məhəmmədəli Paşazadə (klarnet), Validə Səmədova (fortepiano), Mark Zinçenko (kontrabas), Aminat Əhmədova (vokal), Əzizə Ələkbərli (fortepiano), Firuzə Bəylərova (fortepiano), Fəzilə Maksimova (fortepiano), Emil İsmayılov (vokal)) ifasında S.Raxmaninov "Elegiya", A.Məlikov "Noktürn", K.Sen-Sans "Fil", Şnayder-Tranvskiy "Qızıl güllər qarda" romansı, C.Allahverdiyev “Sənsiz”, F.List "Sevgi xəyalları", Mardasov "Xatirə", B.Xovard “Mənim yanıma aya uç” əsərləri səsləndirilib. Qeyd edək ki, konsertin tərtibatçısı BMA-nın “Musiqi nəzəriyyəsi” kafedrasının müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina olmuşdur. 24 yanvar 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) “Kamera ansamblı” kafedrasının professoru Telman Hacıyev, dosentlər: Xavər Əhmədova və Vaqif Hacıyevin birgə təşkilatçılığı ilə onların tələbələrinin konsert keçirilmişdir. BMA-nın tələbələri Qurbanova Rəhimə (fortepiano), Abdullayeva Nərgiz (fleyta), Tanrıverdiyev Neymət (trombon), Xudaverdiyev Rəhim (klarnet); magistr İbrahimova Ədilə (fortepiano), magistr Arzumanzadə Mənzər (fortepiano), Əhmədov Şalbuz (violin), Hacıyev Anar (marimbafon), Rzazadə Aygül (fortepiano) klassik və müasir bəstəkarların əsərlərinə (İ.S.Bax- 3 saylı Sonata, K.Sen-Sans “Sonata” I hissə, Stefan Sulek “Sonata”) müraciət edərək, yüksək peşəkarlıqla ifa ediblər. Qeyd edək ki, konsert proqramı bütün tələbə heyətinin və çoxsaylı dinləyicilərin bayramına çevrilərək, rəğbət hissi ilə qarşılanıb. 24 yanvar 2019-cu il tarixində Azərbayan Dövlət Musiqili teatrında “Lumineux” vokal-xor ansamblının iştirakı ilə Pergolesi'nin "Stabat Mater" əsəri nümayiş olunub. Beynəlxalq layihə çərçivəsində baş tutan tamaşanın dirijoru Anton Lubçenko, xormeysteri BMA-nın baş müəllimi Naala Barateliya, solistlər Fidan Davudova (kontralto) və Stanislavskiy-Nemiroviç teatrının solisti Danchenko Maria Pahar, direktor Daria Panteleeva, Xoreoqrafiya üzrə direktor köməkçisi Olqa Kityaevadır. 30 yanvar 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında “Müasir musiqi” adlı konsert keçirilib. Konsertdə BMA-nın Tədris işləri üzrə Birinci prorektoru, pedaqoji elmlər namizədi, Əməkdar müəllim, professor Nərminə Quliyeva və BMAnın dosenti Yeganə Taptıqovanın tələbələri iştirak ediblər. Tədbirdə Mirqulamlı Xədicə (violin), Rzazadə Aygül (fortepiano), İbrahimov Orxan (klarnet), İmanova Günel (fortepiano), Hacıyeva Günel (fortepiano), Rzayev Bahadur (violin), Əmişov Əli (violino), Tağıyeva Fidan (fortepiano), Hüseynov Orxan (cello), Eldarlı Gülnaz (fortepiano) iştirak edərək Frank Bridj – “Gradle Song”, Can Şu Ven - “Serenada”, Ekaterina Prixodskaya “Yadplanetli”, Efim Adler “Poema”, Ernest Blox “Meditasiya”, Ernest Blox “Prosessual”, Oliver Strnad “AC Promtu”, Qaspar Kassado “Rəqs”, York Bonver “Melody for C string”, Jon Keyc “Bir mənzərə” əsərlərini səsləndiriblər. Qeyd edək ki, müraciət olunan musiqi repertuarının rəngarəngliyi və zənginliyi bütün auditoriya tərəfindən maraqla qarşılanıb.

21


1 fevral 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət mərkəzində gənc istedadların konserti keçirilib. Konsert hər il 2 fevral tarixində qeyd olunan “Gənclər günü”nə həsr olunub. Qeyd edək ki, Azərbaycan gənclərinin I Forumu 1996-cı il fevralın 2-də baş tutub. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələri Rəna Əliyeva, Aydan Cəfərova, Mədinə Ağayeva, Ruslan Persan, Günel İmanova, Gülnaz Eldarlı, Firuzə Bəylərova, Aminat Əhmədova, İsmayıl Cəfərov, Emil İsmaylov, Əzizə Ələkbərli, Gülnar Hacıyeva, Leyla Cəfərova, Adilə Nuruzadə, Fidan Mirheydarzadə, Əməkdar artist Rəna Əliyeva və BMA-nın müəllimi Alyona İnyakina iştirak ediblər. Konsert proqramında Azərbaycan və xarici bəstəkarların əsərləri, eləcə də müasir estrada musiqisindən nümunələr səsləndirilmişdir.

15 fevral 2019-cu il tarixində AMEA Mərkəzi Elmi Kitabxanasında “Elm Çırağı” İctimai Birliyinin tədbiri keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə ərsəyə gəlmiş tədbir “Elm Çırağı” İctimai Birliyinin fəaliyyətinin 5 illiyinə və professor Naidə Məmmədxanova, Bilqeyis Quliyeva, Samirə Mir-Bağırzadə və Afət İslamın müəllifi olduğu kitabın təqdimatına həsr olunub. Tədbirin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllim və tələbələrinin, respublika və beynəlxalq müsabiqə laureatlarının ifasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri ifa olunub.

15 fevral 2019-cu il tarixində Rusiya İnformasiya-Mədəniyyət mərkəzində "Rus romansı axşamı" keçirilib. “Rus romansı axşamı” konsertində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbələri Leyla Cavadova (fortepiano) və Ruslan Persan (vokal), BMA-nın müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Alyona İnyakina, Əməkdar artist Rəna Əliyeva çıxış ediblər. Onların ifasında Şeremetyev "Mən sizi sevirdim”, Кюи "Царскосельская heykəli" (R.Persan və А.İnyakina), S.Raxmaninov "Yuxu" və "Adacıq" (R.Əliyeva və L.Cavadova) romansları səslənib. Tədbirin sonunda Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin başçısı V.Denisov konsertin uğurlu keçirilməsi ilə əlaqədar BMA-nın rəhbərliyinə, konsertin bütün iştirakçılarına öz dərin minnətdarlığını bildirərək bütün ifaçılara hədiyyələr təqdim edib.

8-22 sentyabr 2019-cu il tarixlərində Gürcüstanda yeni təşkil olunacaq təntənəli “Tsinandali Festivalı”nın keçiriləcəyi gözlənilir. Qeyd edək ki, festivalın əsas istiqaməti Jinandrea Nozedanın rəhbərliyi ilə Pan Qafqaz Gənclər Simfonik Orkestrinin formalaşdırılmasıdır.  Bu orkestrin tərkibində Ukrayna, Türkiyə, Qazaxıstan və Qafqaz ölkələrinin musiqiçilərinin iştirakı nəzərə tutulub. Azərbaycan musiqiçiləri öncə 4 fevral tarixində BMA-nın professor, müəllim heyəti tərəfindən təşkil edilən dinləyişlərdən keçmişlər. Bu dinləyişlərdən uğurla keçən musiqiçilər 16 fevral tarixində Tsinandali Festivalının təşkilatçılarından ibarət Komissiya tərəfindən Bakı Musiqi Akademiyasında təşkil olunacaq dinləyişdə iştirak etmişlər. Dinləyişdə İtalyan dirijoru Klaudio Vandelli, festivalın baş meneceri Vaxtanq Qabidzaşvili, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Beynəlxalq əlaqələr üzrə prorektoru, Xalq artisti professor Yeganə Axundova, “İfaçılıq fakültəsinin” dekanı Əməkdar incəsənət xadimi, professor Nəzmiyyə Abbaszadə və “Nəfəs və zərb alətləri” kafedrasının müəllimi Anar Məmmədov juri qismində iştirak etmişlər. Dinləyiş Gürcüstan çəkiliş qrupu tərəfindən lentə alınmışdır. 22


19 fevral 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında “Kamera musiqisi konsertləri seriyası” adlı tədbir keçirilmişdir. Konsertdə professor Kəmalə Neymanova sinfinin tələbələri - Fatimə Nəsirli (violin) Orxan Hüseynov (violonçel), Atabala Manafzadə (fortepiano), Əli Əmişov (viola) Əsmər Kərimli (cello), Leyla Zeynalova (fortepiano) iştirak etmişdir. Onların ifasında dünya şöhrətli bəstəkarlar – Şostakoviç və Bramsın əsərləri səsləndirilmişdir. Konsert dinləyicilər tərəfindən maraqla qarşılanmışdır. 19 fevral 2019-cu il tarixində Beynəlxalq Muğam Mərkəzində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Fortepiano” fakultəsinin magistratura pilləsinin məzunlarından ibarət konsert keçirilmişdir. Konsert Beynəlxalq Muğam Mərkəzi və Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə layihəsi əsasında baş tutmuşdur. Konsertdə məzunlar – Abdullazadə Abbas, Cəfərova Aydan, Əlizadə Fuad, Hüseynli Lalə, Mehdizadə Gülşən, Şahbazlı Aysel, Tağızadə Mahir, Əliyev Əmrulla iştirak etmişdir. Musiqi proqramında Azərbaycan, Rus və Avropa bəstəkarlarının əsərləri səsləndirilmişdir. 21 fevral 2019-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının kiçik zalında “Şifahi ənənəli Azərbaycan musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: orqonologiya və akustika” elmi – tədqiqat laboratoriyasının növbəti elmi seminarı keçirilmişdir. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Mehparə Rzayeva Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Tofiq Quliyevin yaradıcılığına həsr edilmiş məruzə ilə çıxış etmışdir. Elmi seminarda bəstəkarın arxiv materialları əsasında yaradıcılığına bir daha nəzər salınaraq, eyni zamanda yeni dərc olunmuş “Tofiq Quliyevin yaradıcılığında melodik xüsusiyyətlər” adlı dərs vəsaiti təqdim olunmuşdur. Dərs vəsaiti uzun illər aparılmış xüsusi elmi-tədqiqat işi olaraq, arxiv materialları əsasında Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndəsi Xalq artisti, “İstiqlal” ordenli, professor, bəstəkar Tofiq Ələkbər oğlu Quliyevin yaradıcılığının və xüsusən də musiqi dilinin melodik xüsusiyyətlərinin elmi tədqiqininə həsr edilib. Təqdim olunan dərs vəsaitində bəstəkarın bu günə kimi tədqiq olunmayan bir sıra əsərlərinin elmi-nəzəri təhlili verilmişdir. Keçirilmiş seminar olduqca yüksək qiymətləndirilmiş, iştirakçılar mövzu ətrafında özlərinin dəyərli fikir və mülahizələrini bildirmişlər. 6 mart 2019-ci il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Böyük zalında İsrailin Tel-Əviv Universiteti nəzdində "The Buchmann-Mehta School of Music" məktəbinin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, tanınmış violonçel ifaçısı və dirijor Dmitri Yablonski “The Buchmann-Mehta School of Music" məktəbinə qəbul üçün tələbələrin dinləyişini keçirib. Dinləyişdə BMA-nın “İfaçılıq” (Kərimli Qəmər - violin, Mahmudzadə Məmməd - violin, Bağırov Nicat - kontrabas) və “Fortepiano” (İsayeva Ceyran, Rzayeva Nərmin, İrşadi Gülnar) fakültəsinin tələbələri, həmçinin BMA-nın məzunu Ümidə Abasova (violin) iştirak ediblər. 12 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında BMA-nın baş müəllimi Leyla Zeynalova və sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Orxan Zeynallının tələbələrinin iştirakı ilə sinif konserti keçirilib. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının I kurs tələbələr İlahə Məmmədova, Cəmilə Bəşirli, Rəhimə Əhmədova, Lalə Gözəlova, II kurs tələbələri Respublika müsabiqəsinin laureatı Kənan Babayev, Gülxanım Sultanova, Mədinə Bağırova, III kurs tələbəsi Mürsəl Əsgərzadə, IV kurs tələbəsi, Beynəlxalq və Respublika müsabiqələrinin laureatı Rəsul Əliyev çıxış edərək Azərbaycan və xarici bəstəkarların əsərlərini yüksək peşəkarlıqla ifa ediblər. 23


18 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Kiçik zalında BMA-nın məktəb-studiya şagirdlərinin növbəti elmi-ifaçılıq konfransı keçirildi. Layihənin müəllifi, məktəbstudiyanın direktoru və bədii rəhbəri professor Tərlan Seyidovun təşəbbüsü ilə fənlərarası əlaqələri təbliğ edən kompleks tədrisin bu növü artıq illərdir ki, mütəmadi şəkildə tətbiq olunur. BMA-nın elmi-eksperimental bazası olan məktəb-studiyada təcrübə keçən akademiyanın tələbələri konsertdə konsertmeyster qismində çıxış ediblər. Şagirdlər öz şəxsi qavraması və təəssüratları ilə ifa etdikləri musiqi əsərlərinin əsas məğzini açmış və maraqlı rəsmlərini görtərmişdir. Ekranda bəstəkarların, alətlərin və ifa olunan musiqi ilə bağlı maraqlı şəkillərdən ibarət slaydlar nümayiş etdirilmişdir. Qeyri-adi və intellektual konsert böyük müvəffəqiyyətlə keçmişdir. Tədbirdə məktəb-studiyanın müxtəlif ixtisaslar üzrə təhsil alan şagirdləri iştirak etmişdir – fortepiano, orkestr alətləri (simli, nəfəs və zərb), vokal. Pianoçular Əlixanəliheydər Mirzəzadə, İlknur Zeynalov, Məryəm Ələsgərova, Anjelik Şitterer, Nurel Kərimova, Humay Nəbiyeva, violin ifaçısı Elmir Hüseynov maraqlı çıxışları ilə fərqlənmişlər. Saksofonda İsa Kələntərovun, marimbada Ziya Hüseynovun ifadəli çalğıları alqışarla qarşılanmışdır. Fatimə Zamanova və Rəşad Abdullayevin fleyta dueti böyük marağa səbəb olmuşdur.

18 mart 2019-cu il tarixində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Opera Studiyasında “Xoş Gəldin Bahar” adlı konsert keçirilib. Konsertdə gənc musiqiçilər Esmira Rzayeva, Sevinc Kərimova, Mətanət Nurullayeva, Atabəy İsmayılov, Şükür Ömərli, Nihad Orucov, Lalə İbrahimova, Orxan Hüseynov, Nərgiz Salmanlı, Zərrin Əliyeva, Arzu Səfərova, Cahandar Xanlarov, Kamran Talıblı, Nərgiz Kəngərli və “Cəngi muğam” qrupu, “N-Surreal” qrupu, “Modern Folk” qrupu, “Kanonçular ansamblı”, “Səbinə” rəqs qrupu, “Lumineux” Vokal-xor ansamblının ifasında Azərbaycan xalq və bəstəkar mahnıları yüksək peşəkarlıqla səsləndirilib. 24 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Musiqi Mədəniyyət Dövlət Muzeyi – Niyazinin mənzil-muzeyində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Sabah” qrupu üzrə fortepiano fakultəsinin tələbələrinin “Rəqs antologiyası” adlı konserti keçirilmişdir. Konsertdə tələbələr müxtəlif ölkə bəstəkarlarının bəstələdiyi rəqslərdən ibarət maraqlı konsert proqramı ilə çıxış ediblər. Belə ki, Eldarlı Gülnaz: Dave Brubeck "Blue Rondo A La Turk", Günel İmanova: Debussy “Bohemian rhapsody”, Bokkerini “Menuet”, Abbaslı Nərmin: Steve Allen, Robert Brown "Gravy waltz", Mahmudova Sevda: M.Ravel “Grobnica” suitası, Kuperena “Menuet”, Bayramova Gülxanım: Shubert – “Alman rəqsləri”, Oscar Peterson “Laurentide waltz”, Tağıyeva Fidan: Billy Taylor “The Cuban Caper”, Tofiq Quliyev “Qaytağı”, İsayeva Ceyran: Bella Bartok “Macar rəqsləri”, Nəzirli Nəzrin: P.Çaykovski “Dance of the sugar plum”, Moretti – vals, Niyazi “Rəqs”, Hacıyeva Günel: Vorota alqambri, Jay Mcshann “Vine street boogie” əsərlərini ifa etmişlər. Səslənən ifalar dinləyici auditoruyası tərəfindən maraqla qarşılanmışdır. 27 mart 2019-cu il tarixində M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında vokal kamera musiqisi axşamı keçirilib. Musiqi axşamı 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunub. Konsertdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi, Azərbaycan Respublikasının Əməkdar artisti İlham Nəzərov və Günel Bəkirovanın ifasında F.Şubertin "Qu quşu" vokal məcmuəsi səsləndirilib. Məlumat üçün qeyd edək ki, bu əsər kontratenorun ifasında dünyada ilk dəfə olaraq ifa edilib və bu bir dünya premyerasıdır. "Qu quşu" vokal məcmuəsinə 14 mahnı daxildir. Məcmuəyə daxil olan mahnılar 1828 -ci ildə bəstəkarın ölümündən bir neçə ay öncə bəstələnmiş və bəstəkarın həyatının son dövrünü dərinliyi, dramatikliyi ilə əks etdirir. Bəstəkarın ölümündən sonra yaxın dostları onun son mahnılarını bir məcmuədə toplamış və simvolik olaraq "Qu quşu" adlandırmışdırlar. Qu quşu burada nakamlığı əks etdirir. 24


MÜƏLLİM VƏ TƏLƏBƏLƏRİMİZİN UĞURLARI 27 dekabr 2018-ci il tarixində Azərbaycan Həmkarlar Konfederasiyasının keçirdiyi tədbirdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, Əməkdar artist ƏYYUB QULİYEV “İlin peşəkar gənci” müsabiqəsinin fəxri diplomu ilə təltif edilib. 24 yanvar 2019-cu il tarixində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkil etdiyi “İlin peşəkar gənci “ müsabiqəsinə yekun vurulmuşdur. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi ANAR MƏMMƏDOV müsabiqənin qalibləri sırasında yer almışdır. Qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim edilmişdir. 23.01.2019-07.02.2019 tarixlərində Türkiyədə keçirilən V CASPİ ART ULUSLARARASI SANAT YARIŞMASINDA Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Bəstəkarlıq” kafedrasının III kurs tələbəsi SARA AMİRİAN (İran İslam Respublikasının vətəndaşı) fortepiano üçün “Sonatina” (3 hissəli) əsəri ilə münsiflər tərəfindən I yerə layiq görülmüşdür. (müəllim: Əməkdar İncəsənət xadimi, professor Aydın Əzimov) 2 fevral 2019-cu il tarixində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Gənclər günü”nə həsr olunmuş bayram tədbiri keçirilib. Tədbirdə istedadlı və yaradıcı gənclərin mükafatlandırılması mərasimi də baş tutub. Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının doktorantı, gənc bəstəkar İLAHƏ İSRAFİLOVA mükafatlandırılan gənclər sırasında olmuş, diplom və mükafatlarla təltif olunmuşdur. 13-17 mart 2019-cu il tarixlərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin, İtaliya Beynəlxalq Mədəniyyət Assosiasiyasının və C.Hacıyev adına 3 nömrəli 11 illik musiqi məktəbinin təşkilatçılığı ilə “Testene Art Baku” III Beynəlxalq İncəsənət Festival-müsabiqəsi keçirilmişdir. Müsabiqədə instrumental, vokal, rəqs, teatr, folklor, moda və dizayn, dekorativ tətbiqi sənət, xalq çalğı alətləri nominasiyaları üzrə 4-8, 9-12, 13-16, 17-19, 20 yaşdan yuxarı qruplar üzrə respublikamızın və dünyanın müxtəlif ölkələrindən kollektivlər iştirak etmişdir. Müsabiqədə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının BMA-nın “Sabah” qrupunun Fortepiano ixtisası üzrə III kurs tələbəsi FİDAN MİRHEYDƏRZADƏ I yer (müəllim: Əməkdar artist, professor Elnarə Kəbirlinskaya), BMA-nın “Solo oxuma və opera hazırlığı” kafedrasının I kurs tələbəsi EMİL İSMAYILOV II yer (müəllim: Əməkdar artist İlham Nəzərov), BMA-nın “Nəfəs və zərb alətləri” kafedrasının IV kurs tələbəsi TURANƏ İSAYEVA I yer, II kurs tələbəsi İSA MƏMMƏDZADƏ II yer (müəllim: Əməkdar incəsənət xadimi, dosent Rüfət Axundzadə), BMA-nın “İxtisas fortepiano” kafedrasının I kurs tələbəsi RƏHİMƏ ƏHMƏDOVA diploma layiq görülüb. (müəllim: BMA-nın baş müəllimi Könül Axundova)

TƏBRİK EDİRİK!


BAŞ REDAKTOR Sənətşünaslıq üzrə Fəlsəfə Doktoru Vüqar Hümbətov

BU NÖMRƏDƏ YAZIRLAR

Leyla Abasquliyeva Ülviyyə Hacıbəyova

Röya Hüseynova

Könül Əhmədova

Sahilə Əzizova

Məhəmməd Vəliyev

BİZİMLƏ ƏLAQƏ: Tel: (+99412) 493 80 00 Facebook: Baku Music Academy Email: humbatov.vugar@gmail.com Elektron jurnal: issuu.com/vugarhumbatov