Page 1


Narkomaniyanın yayılması millətin sağlam həyat tərzi üçün təhlükə törədir. Narkotik maddələrin qəbul edilməsi ilə insan fiziki və psixoloji cəhətdən məhv olur. Narkomaniya yaddaş və təfəkkürü pozur,həyata siyasi proseslərə qarşı laqeydlik yaradır. Cəmiyyətin böhranllı dövründə narkomanlıq artır,sosial munasibətlərə mənfi təsir göstərir. Narkomaniya orqanizmin zəifləməsinə bədənin arıqlamasına və fiziki gücün düşməsinə gətirib çıxarır.Orqanizmin zəhərlənməsi daxili orqanların qara ciyər və böyrəyin zəhərlənməsinə gətirib çıxarır.Narkomanlar içərisində ən geniş yayılmış xəstəlik hepatitdir. Ən qorxulu xəstəliklər orqanizmə qan vasitəsilə daxil olur və vena vasitəsilə qəbul olunan narkotiklərdən istifadə edən narkomanlar qan ilə tez-tez rastlaşırlar. Rəsmi statistikaya görə son beş ildə Azərbaycanda narkomanların sayı 10 dəfə artıb. Son məlumatlara əsasən respublikada narkomanların rəsmi sayı 22 mindən nəfərdən artıqdr. Azərbaycanda daha geniş istifadə olunan narkotiklər tiryək,heroin, çətənə, həşiş, ekstazi, kokain. və LSD-dir. Dünyada 2 milyon narkoman var ki,onların 40-45% qadın və uşaqlardır.


Son illərin statistikasında qeyd olunur ki, ölkədə 14-17 yaş həddində olan yeniyetmələrdən 32 nəfəri narkoman kimi qeydiyyatdadır Bu gün Azərbaycan gəncliyində narkomaniya adlı bir xəstəlik var. Bu xəstəliyin yaranma səbəblərindən ən önəmlisi məşğulluqla bağlıdır. Gənclərin işsizlik problemləri onların səmərəsiz həyat yaşamaqlarına səbəb olur. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün xüsusi yerlər olmadığına görə, narkomaniya kimi zərərli vərdişlərə meyl göstərirlər. Gənclərin asudə vaxtının səmərəli keçirilməsi təmin olunmalı, onların elmə, idmana marağı artırılmalı, ölkənin ictimaisiyasi həyatında onların rolu təmin edilməlidir. Gənclər anlamalıdırlar ki, onların gələcəyi aldıqları təhsilin keyfiyyətindən asılıdır.Narkotik vasitələrə meyl göstərmənin digər səbəbi gənclərdə mənəvi boşluğun olmasıdır. Bu gün gənclər təhsildən,milli mənəvi dəyərlərimizin öyrənilməsindən çox əyləncəyə daha çox vaxt ayırırlar. Əyləncə həddindən artıq olanda siqaret, spirtli içki kimi zərərli vərdişlərə meyllənirlər


Narkotikadan cəmi bir dəfə istifadə etmək narkomaniyaya yol açmaq deməkdir. Acınacaqlı hal odur ki, son dövrlər orta məktəblərdə və universitetlərdə də narkomaniyaya qurşananların sayı artmaqdadır.Azərbaycanda gənclərin narkotik vasitələrə meyllənməsinin qarşısını almaq üçün cəzbedici əks-təbliğat formalarından istifadə olunmalıdır. Narkomaniyanı təbliğ edən filmlər,spirtli içkiləri təbliğ edən reklamlar o qədər cazibedicidir ki, gənclər narkotik vasitələrə,spirtli içkilərə meyl göstərirlər. Bunun əksi olaraq eyni cəzbedici əks-təbliğat materialları, filmlər və kampaniyalar hazırlanmalıdır.


,mhnbjythcvjhgv  

7tg8ytviytcvutfycv uiyhgb viugv oyg