Sabirabad LAYF Jurnalı MART 2016

Page 7

HƏYATA BAXIŞINI DƏYİŞ... Həyatda hər kəs nəyisə dəyişmək istəyir. Kimi ətrafındakı insanlardan narazıdır, kimi işindən kimisi isə sadəcə narazıdır, amma bilmir nədən niyə narazıdır... Hər birimiz bu həyatda bir dəfə yaşayırıq. Çox şeylərdə də yalnız bir dəfə seçim etmək haqqımız olur. Məsələn universitetə qəbul olduqda, hər hansı peşəyə sahib olduqda və yaxud kimisə sevdikdə... Lakin dəyişəcəyimiz bir şey var ki, onu dəyişdikdə sevmədiyimiz və məcburiyyətdən qəbul etdiyimiz təhsil sahəsini, iş tapmaq çətin olduğu üçün məcburiyyətdən işlədiyimiz yeri, vacib olduğu üçün münasibət qurduğumuz insanlardan və s amillərdən qurtula bilərik... Bu baxışımızdır. Həyata baxışımız... O baxışki, bizlərə özümüzü göstərəcək, o baxış ki, bizlərə əsl həyatı göstərəcək, o baxışki, ətrafımızda baş verənlərə qarşı əsl fikirlərimizi düşüncələrimizi bizə göstərəcək... Həyatına yeni bir vərəq aç! O vərəq ki, ləkələrsiz, çızma-qaralarsız olsun. O vərəq ki, bu günün işləri sabah qoyulmasın, o vərəq ki, o vərəqdən etibarən zaman sənin üçün qızıldan qiymətli olsun...

DƏYİŞ... DƏYİŞ Kİ, SƏN DƏ KİMİSƏ DƏYİŞDİRƏ BİLƏSƏN...

AĞ VƏRƏQDƏN

BAŞLA...


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.