Page 1

№ 4 | MART 2016


www.sabirabadlife.com

Baş redaktor / Təsisçi : Ramid Ağayev Qrafika və dizayn : RamidESİGN (Ramid Ağayev) E-mail: sabirabadlayf@gmail.com Telefon: (+994) 55 509 05 05

MART 2016

Bütün hüquqlar qorunur. www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Smart MÜNDƏRİCAT

“SABİRABAD LAYF”

“HƏYATA BAXIŞINI DƏYİ...”

MART 2016

Bütün hüquqlar qorunur.

TOXUN VƏ OXU...

HƏYATA BAXIŞINI DƏYİŞ... SƏH. 5

TERRORA YOX! - deyirik SƏH. 8

BİR MƏTİN HEKAYƏSİ SƏH.13

SOSİALİZMİ SEVƏN SOSİAL GƏNC - Cəlal Hüseynbəyli SƏH.14

DÜNYANIN ƏN SAVADLI XALQLARI SƏH.18

LEO və OSCAR SƏH.20

SƏS VER QAZAN! - Müsabiqə SƏH.22

AZƏRBAYCANDA YAŞAYAN POTENSİAL HOLLİVUD ULDUZU Turan Aliev SƏH.26

KİŞİ KLUBU SƏH. 33

7 DAİRƏVİ MƏŞQLƏR SƏH. 34

KÜÇƏ FUTBOLU - Müsabiqə SƏH. 38

ONLAYN SATIŞ SƏH. 40

İNGİLİS DİLİ - DƏRS 3 SƏH. 45

MƏKTƏB DİREKTORU NECƏ OLMALIDIR? SƏH. 50

GƏNCLİK SƏRHƏDLƏRİ OLMAYAN BİR YAŞAM DEMƏKDİR ... Zəbulla Yadigarlı SƏH.52

TƏBRİKLƏR... SƏH.58

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


HƏYATA BAXIŞINI DƏYİŞ...


www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


6 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


HƏYATA BAXIŞINI DƏYİŞ... Həyatda hər kəs nəyisə dəyişmək istəyir. Kimi ətrafındakı insanlardan narazıdır, kimi işindən kimisi isə sadəcə narazıdır, amma bilmir nədən niyə narazıdır... Hər birimiz bu həyatda bir dəfə yaşayırıq. Çox şeylərdə də yalnız bir dəfə seçim etmək haqqımız olur. Məsələn universitetə qəbul olduqda, hər hansı peşəyə sahib olduqda və yaxud kimisə sevdikdə... Lakin dəyişəcəyimiz bir şey var ki, onu dəyişdikdə sevmədiyimiz və məcburiyyətdən qəbul etdiyimiz təhsil sahəsini, iş tapmaq çətin olduğu üçün məcburiyyətdən işlədiyimiz yeri, vacib olduğu üçün münasibət qurduğumuz insanlardan və s amillərdən qurtula bilərik... Bu baxışımızdır. Həyata baxışımız... O baxışki, bizlərə özümüzü göstərəcək, o baxış ki, bizlərə əsl həyatı göstərəcək, o baxışki, ətrafımızda baş verənlərə qarşı əsl fikirlərimizi düşüncələrimizi bizə göstərəcək... Həyatına yeni bir vərəq aç! O vərəq ki, ləkələrsiz, çızma-qaralarsız olsun. O vərəq ki, bu günün işləri sabah qoyulmasın, o vərəq ki, o vərəqdən etibarən zaman sənin üçün qızıldan qiymətli olsun...

DƏYİŞ... DƏYİŞ Kİ, SƏN DƏ KİMİSƏ DƏYİŞDİRƏ BİLƏSƏN...

AĞ VƏRƏQDƏN

BAŞLA...


#ANKARA 13 MART 2016

#BRÜSSEL 22 MART 2016

TERRORA YOX! - deyirik... 8 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


#PAKISTAN 27 MART 2016

Terror cəmiyyətimizin ən böyük düşmənidir. Hansı ki, bu düşmən ya insanlığı məhv edəcək ya da ki... Ötən mart ayı ərzində dünyanın müxtəlif yerlərində müxtəlif terror aktları ilə yadda qaldı. Hansıki bu terror aktlarında neçə insan həyatını itirdi. Əslində cəmiyyət sanki bu terror hadisələrinə öyrənişmiş kimi görünsə də qorxulusu budur ki, terror hadisələri adiləşir və adiləşdikcə insanlarda insanlıq, Allaha sevgi, mərhəmət hissini özlərində məhv edirlər. Cəmiyyətdə insanların bir çox hissəsi sanki potensial terrorçuya və ya terror qurbanına çevrilmişlər. Biz insanlar Allahın yaratdığı ən mükəmməl varlıqıq. Hansıki bu varlıq Onun adını çəkərək dünyada böyük vəhşiliklər törədir. Bütün terror hadisələrinin qurbanlarına, dinindən irqindən asılı olmayaraq hər kəsə Allahdan rəhmət diləyib, terrorçulara isə ölüm yox, Allahdan qəlblərinə əsl Allah sevgisi arzulayıram. Dünyamızı terrordan və terrorçudan ölüm yox, məhz bu sevgi xilas edə bilər. Bütün insanlara ətrafınızda yaxınınızda olan gənclərə insanlara qarşı diqqətli olmağa çağırıb, müxtəlif problemli insanlara əl tutub onları terrorçu və ya potensial qatil olmaqdan xilas etməyə çağırıram. Bilin və unutmayın ki, dünyada Pis və Yaxşı insan yoxdur. Pis və ya Yaxşı olan insan vardır. Allah hamımızı qorusun. Amin! - Ramid Ağayev

9 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


TERROR QURB

GÜNAHSI 10 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


BANI OLAN

IZLAR... 11 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


MAŞINLAR

KİŞİNİN

SADİQ

ƏNXƏRCLİ HƏYAT

YOLDAŞIDIR...

2015-Cİ İLİN

ƏN YAXŞI MAŞINLARI

APREL 2016

12 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Bir Mətin Hekayəsi...” Ramid Ağayevin müəllifi olduğu bu hekayə Suriyada doğulub orada böyüyüb tərbiyə alan iki əkiz qardaşın həyatından bəhs edir. Hansıki bu qardaşlar bir çox dünya ölkələrini dolaşır orada terror hadisələri və bir çox cinayətlər törədirlər. Hekayədə sədaqət, cəmiyyətin insan həyatına müdaxiləsi, mənfəət xatirinə yaranan dostluqlar, yalan sevgi və tamahın insanı hansı yollara apara biləcəyi göstərilmişdir. Bir həyat hekəyəsi olan “Bir Mətin Hekayəsi”nin ilk hissəsini jurnalımızın APREL 2016 buraxılışında yayımlanacaqdır.

13 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


SOSİALİZMİ

SEVƏN SOSİAL GƏNC...

- Cəlal Hüseynbəyli 14 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


MÜSAHİBƏ Özünüzü təqdim edin. Cəlal Hüseynbəyli, 20 yaşlı Xəzər Universiteti “Siyasətşünaslıq” tələbəsi. Sol düşüncəyə sahib olan, vaxt tapdıqca dizayn işlərilə məşğul olan, dəqiq planlara sahib gənc. Cəlal yoxsa Hüseynbəyli? Sizə hansı formada müraciət daha xoşdur? Hüseynbəyli olaraq müraciət edilməsinin mənə daha çox xoş gəldiyini etiraf etməliyəm. :)

ömür yaşayır. Doğulduqları gündən, öldükləri ana qədərki ömür. Bəziləri isə 2 ömür yaşayır.

Gələcəkdə cəmiyyəti bir şəxs olaraq və bir politoloq olaraq necə görürüsünüz?

Birincisi doğulduqları andan, öldükləri ana kimi, İkincisi isə, öldükdən sonra yaşayacaqları həyat. Və öldükdən sonra yaşaya bilmək üçün, heç vaxt unudulmayacaq işləriniz, faydalalarınız olmalıdır mənim fikrimcə. ən böyük istəklərimdən biri də cəmiyyət üçün unudulmayacaq “Kimsə” olmaqdır. :)

Gələcəkdə Politologiya üzrə mütəxəssis olduqdan sonra necə görəcəm bilmirəm amma cəmiyyətin bir parçası kimi, o qədər də indiki cəmiyyəti sevmirəm. Gələcəkdə hər şeyin çox çox daha yaxşı olacağına ümid edirəm.

Fəaliyyətiniz və ya məşğuliyyətiniz haqda danışın.

Bərabər olmaqmı, yoxsa bərabərliyə uymaqmı? Sizcə hansı daha çətindir?

Bır sıra Start-Up layihələrində çalışmışam və rəhbərlik etdiyim bir layihəm də var. Bundan başqa 1 ildən çoxdur bir sıra sosial-ictimayi sahələrdə fəaliyyət göstərmişəm. Budan əlavə bir müddətdir Grafik Dizaynla da məşğulam. 12 yaşımdan Blogger olarq da bir sıra müxtəlif mövzularda məqalələrimi online olaraq nəşr etmişəm.

Əgər siz daxilən bərabərliyi qəbul edib, daxilən bərabər olmursunuzsa, bərabərliyə uymaq hər zaman Sizin üçün çox daha çətin olacaqdır. Məncə “Bərabərlik” elə bir anlayışdır ki, əgər siz bunu qəbul edirsinizsə, demək ki siz “Egoizm” adlandırdığımız məhfumdan tamamilə təmizlənmişsinizdir. Və yalnız bundan sonra Siz “Bərabərliyə uyğunlaşa bilərsiniz” :)

Siz əslində kimsiz?

Siyasət və incəsənət? Sizcə bu bir reallıqdır yoxsa sadəcə subyektiv uyğunluq?

Cəlal Hüseynbəyli kimdir... gəlcəkdə “Böyük Kimsə” olmaq üçün çalışan bir şəxs :) Gələcəkdə Sizcə Siz kim olacaqsız bizim cəmiyyətdə? Hər zaman gələcəkdə kim olcağımla bağlı açıqlamadığım dəqiq bir hədəfim olub :) Bilirsiz, hər bir insan dünyasını dəyişir. Bəziləri sadəcə 1

“Siyasət” özü bir “İncəsənət”, “İncəsənət” özü bir “Siyasət”-dir. Sizcə “Oxumaq, oxumaq, yenə də oxumaq....” yoxsa “Oxumaq, oxumaq arada oynamaq...”?

Sizcə insan hal-hazırda təkamül edir yoxsa tənəzzül? İnsanlıq yarandığı gündən tənəzzül edir, yoldaş. İnsanlıq heç bir zaman irəli getməyib, yəqin ki də getməyəcək. Cəmiyyət gündən günə irəliləyib amma bu “insanlığın” irəli getməsi, təkamül etməsi demək deyil. Cəmiyyət təşəkkül tapdığı gündən, indiyə baxsaq çox irəliləyib: Texnologiya, Elm, İdman, İncəsənət... Amma bular hər zaman irəlilədikcə “İnsanlıq” addım-addım geriləyib... Suallar çətin olmadıkı? Xeyir, cavablandırmaq olduqca xoş idi :) Müsahibə ilə bağlı son sözünüz. Müsahibə ilə bağlı dedikdə, suallar çox xoş idi. Birdə ki Jurnalınıza və Sizə uğurlar arzulayıram. Gələcəkdə daha nümufzlu mükafatlara sahib olmanız diləyi ilə ... Təşəkkür edirik!

Oxumaq, Oxumaq arada “bir az” oynamaq. :)

15 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


SƏH.38

o küçədən başlar...


www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


DÜNYANIN

ƏN SAVADLI

XALQLARI

Amerikanın Mərkəzi Konnektikuta Dövlət

alınıb. Araşdırmada yalnız 61 dövlətin adı qeyd

Universiteti (Central Connecticut State University)

edilib. Yəni araşdırmada 200 ölkənin əhalisindən

çox maraqlı elmi araşdırma aparıb. Deməli universitet dünyanın 200 ölkənin əhalisi arasında ən

nəticə olaraq 61 ölkənin reytinqi göstərilir. Sizə həmin araşdırmada ilk 55 yerdə qərarlaşan ölkələri

savadlı xalqları təyin edib. Bu 200 ölkənin əhalisinin

təqdim edirik. Qeyd edək ki, ilk yerdə Finlandiya,

“savadlı davranış xarakteri”ndən tutmuş yazıboxumaq bacarığına, akademik göstəricilərinə,

sonuncu yerdə isə Botsvanadır (61-ci yer). Məlumat üçün bildirək ki, bu siyahıda Azərbaycanın

kitabxanaların, məktəblərin keyfiyyətinə, ölkənin

adı yoxdur. Qonşularımızdan Rusiya 27-ci, Türkiyə

kompüter təchizatına qədər, bir çox amillər nəzərə

50-ci, Gürcüstan isə 51-ci yerdə qərarlaşıb.

FİNLANDİYA

1

KANADA

11

NORVEÇ

2

FRANSA

12

İSLANDİYA

3

LÜKSEMBURQ

13

DANİMARKA

4

ESTONİYA

14

İSVEÇ

5

YENİ ZELANDİYA 15

İSVEÇRƏ

6

AVSTRALİYA

16

ABŞ

7

BÖYÜK BRİTANİYA

17

ALMANİYA

8

BELÇİKA

18

LATVİYA

9

İSRAİL

19

NİDERLAND

10

POLŞA

20

18

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


QƏBƏLƏ  İSTANBUL

49.99 USD

19 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


O VAXTDAN BUNU

İSTƏYİRƏM...

20 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


LEOvə 2016 - cı ilin ƏN YAXŞILARI bilindi. Söhbət OSCAR mükafatının 2016-cı il üzrə sahiblərindən gedir. Bu Oscar mükafatı digərlərindən fərqləndi, çünki bu il artıq 20 ildir ki, bu mükafata layiq olub amma onu hələ də əldə etməyən məşhur aktyor Leonardo Dicaprio axır ki, arzusuna çatdı. O jurnalımızın əvvəlki buraxılışında bəhs etdiyimiz “Sağ qalmış” filmindəki roluna görə ilin ƏN YAXŞI KİŞİ AKTYORU adına layiq görüldü. Bəlkə də bir çoxunuz bu filmə baxmamısınız və bir çoxunuz Leonardo Dicaprionu məhz bu filmə görə tanımamısınız. O zaman ortaya belə bir sual çııxır... Bəs niyə Leo indiyə kimi Oscar mükafatına layiq görülməmişdir? Yəqin ötən illərdə ki, Oscar mükafatlandırma mərasimləri yadınızdadır. O hər zaman onun adı çəkilmədikdə çox məyus olurdu. Leonardo Dicaprio özünü bütün dünyaya Titanik filmi ilə sevdirmişdir. Hansıki bu film dünyanın ən çox Oscar mükafatına layiq görülmüş filmlərindən biridir. Qeyd edim ki, Titanik filmi 1997-ci ildə çəkilib və o zaman Leonun nə az nə çox düz 21 yaşı vardı. Bəli bəlkə də ö dövürdə məşhur olan aktyor və aktrisaların yanında 21 yaşlı bir gəncin Oscar mükafatına namizədliyinin verilməsi bir çoxlarını narahat edərdi. Lakin buna baxmayaraq Leo Ceyms Komeronun Titanik filmi ilə bütün dünyada tanındı. Qızların idealı olan bu gənc məhz Titanik filmindən sonra Hollywood-un ən sevilən ulduzu oldu. Gəlin qısa olaraq onun həyatına bir nəzər salaq. Leonardo Dicaprio komikslər müəllifi olan Corc Dicaprio-nun yeganə oğludur. Onun efir həyatı 2.5 yaşından başlayıb. Hansıki, o bu yaşından atasının aparıcısı olduğu uşaq teleşousunda dəfələrlə çəkilmişdir. Leonun atası iitalyan-alman əsilli ailədəndir. Anası isə İrmelin İndenbirken qərbi

Almaniyada doğulmuşdur. Anası rus , atası almandır. Hətda 2010-cu ildə Sankt Peterburqda pələnglərin ümümdünya qorunması sammitində (Pələngli Sammit) qonaq olan Leonardo Dicaprio Putin ilə söhbəti zamanı rus nənəsi Elena haqqında danışıb ki, o ailəsi ilə 2 yaşından Almaniyaya köçsə də rus dilində yaxşı danışırmış. Leonun adına gəldikdə isə onun adını anası Leonardo Da Vincinin şərəfinə Leonardo adlandırmışdır. Leo 14 yaşından aktyorluq sənətinə başlayıb. O bir çox seriallarda , hətda məşhur Santa Barbara serialının bir neçə seriyasında çəkilmişdir. Qeyd edim ki, o bir neçə dəfə “ Qızıl Qlobus”, “ Bafta” beynəlxalq mükafatlarına layiq görülmüşdür. Leonardo “Aviator” , Uol stritdən olan canavar” “Qanlı almaz” “ Sağ qalmış” filmlərində oynadığı rola görə Oscar mükafatına namizəd olsa da sonda “Sağ qalmış” filminə görə Oscar mükafatını aldı. Hətda mükafatlandırma mərasimindən sonra restoranların birində qalibiyyətini qeyd edib çıxarkən Oscar-ını unudubmuşda :) Çox sevdiyimiz aktyoru Oscar mükafatına layiq görüldüyü üçün jurnalımız adından təbrik edirik və biz bilir ki, o “o vaxtdan Oscara layiq aktyordur! “ Növbəti səhifəyə keçid edib Leonardo Dicaprionun hansı filmlərdəki rolunu daha çox bəyəndiyinizi bildirə bilərsiniz. Ən çox bəyənilən filmi bəyənənlər sırasından bir nəfər təsadüfü seçim əsasında seçiləcəkdir və qalibə jurnalımızdan həmin filmin DVD diski hədiyyə veriləcəkdir.

NÖVBƏTİ SƏHİFƏDƏ MÜSABİQƏYƏ QOŞULUN...

21

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


ver, SƏS

QAZAN...

Leonardo Dicaprionun hansı filmlərdəki rolunu daha çox bəyəndiyinizi bildirə bilərsiniz. Ən çox bəyənilən filmi bəyənənlər sırasından bir nəfər təsadüfü seçim əsasında seçiləcəkdir və qalibə jurnalımızdan həmin filmin DVD diski hədiyyə olaraq təqdim ediləcəkdir.

Titanik

Başlanğıc (İnception)

Uol Stritdən olan canavar ( WOLF from Wall Street)

Sənin seçimin...

BURA DAXİL OL VƏ SEÇİMİNİ QEYD EDƏRƏK MÜSABİQƏDƏ İŞTİRAK ET

22 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Sabirabad rayonunda ilk dəfə...

SƏH.

40

AYAQQABINI ONLAYN BURADA ALIN... 23 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Sabirabad LAYF” jurnalının “ÖZÜNƏ GÜVƏN...” YANVAR—FEVRAL 2016 buraxılışı

24 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


INTERNET REKLAM ƏLAQƏ 055 509 05 05

İnternet reklam sifarişçinin istəyi əsasında lokal (yəni yerli, hər hansı rayon və şəhərdən olan internet istifadəçilərin görməsi üçün) və xüsusi auditoriya əsasında təşkil edilir. Məsələn sifariş veririsiniz və sizin istəyinizdən asılı olaraq məhsulunuzu Sabirabad rayonu ərazisində 18-35 yaşlı internet istifadəçisi olan gənclər (kişilər) görür.

25

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Ən böyük arzularımdan biri gözəl bir filmə çəkilməkdir.” - Turan Aliev

26 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Azərbaycanda kinomatoqrafiya sahəsinin inkişaf etməməsi, aktyorluq və model biznesinin demək olarki olmaması ölkəmizdə bu sahə üzrə potensial bacarıq və istedada malik gənclərin karyera qurmaq üçün ölkədən kənara çıxmasına səbəb olması heç kəsə sirr deyil. Lakin son zamanlar guya inkişaf edən kimi görünən serial və kino biznesi yenə həmişə olduğu kimi bir növ monopoliyadadır. İstənilən film və ya seriala aktyor seçimində rejissorun kənarda axtarış etmək praktikası demək olarkı yoxdur. Model biznesinə gəldikdə isə ölkəmizin özünün brend geyim və aksessuarları olmadığından bu sahədə inkişafdan qalmışdır.

buraxılışının üz qabığında məhz həmin bu gəncdir. Göründüyü kimi bu gənc həm xarici görünüş, həm də aktyorluq bacarığına görə heç də Hollivud ulduzlarından geri qalmır. Lakin çox təəsüf ki, Azərbaycanda bunu görən hər hansı bir rejissor yoxdur.

Turan Əliyevin 21 yaşı var. Hal-hazırda Odlar Yurdu Universitetinin sonuncu kurs tələbəsidir. Sakit, mədəni və istedadlı gənc hal-hazırda öz peşəsi ilə məşğul olur. O da digər itirdiyimiz bacaracaqlı insanlar kimi öz gələcəyini xaricdə qurmağa çalışır. Ən böyük arzularından biri kinoya çəkilməkdir. Biz jurnalımız adından Turan Əliyevə karyerasında bolBu gün mən sizə model olaraq eləcə də aktyor olaraq bol uğurlar arzulayırıq və ümid edirik ki, o bütün çox gözəl imkanlara və istedada malik bir gənci arzularına çatacaqdır və biz onu nə vaxtsa dünyanın tanıdacağam. Hansıki bu gənc Azərbaycanda ən məşhur və tanınmış ulduzları arasında görəcəyik. doğulub boya-başa çatıb və hal-hazırda model olaraq Hər kəsi istedadlı gəncləri dəstəkləməyə və onlara öz fəaliyyət göstərir. Məlumat üçün qeyd edim ki, ölkəmizdə şərait yaratmağa çağırıram. Çünki sonda jurnalımızın “Həyata baxışını dəyiş...” adlı bu itirən biz oluruq...

27 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


28 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


29 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


30 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


31 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Sabirabad LAYF” jurnalının “Marsa gedən ilk Sabirabadlı...” DEKABR 2015 buraxılışı

32 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Kişi üçün dostluq önəmlidir. Çünki bir kişinin cəmiyyətdə siması bir növ onun dostlarıdır. Misal üçün kimsə kimdənsə necə insan olduğunu soruşduqda adətən qısa olaraq “o filankəslə oturur-durur deyərlər... “ Dost seçərkən diqqətli olun.

klubu

KİŞİ

33 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Hər bir gənc gözəl sağlam bədənə sahib olmaq istəyir. Lakin bu istəyə yetmək üçün mütamadi idman etmək, sağlam həyat tərzi keçirmək lazımdır. “Sabirabad LAYF” jurnalı gənclərə düzgün sağlam həyat tərzi aşılamaq üçün “Kişi Klubu” adlı xüsusi rubrika təqdim edir. Bu rubrika hər buraxılışımızda müxtəlif maraqlı mövzulara toxunulacaq və gənclərin marağına səbəb olacaq yazılarla məlumatlar yayımlanacaqdır.

34 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Bu gün sizlərə evdə məşq edərək əzələli bədənə sahib olmanın yolları haqqında danışacağıq. Qeyd edək ki, evdə məşq edərək əzələ yığmaq üçün düzgün qidalanmaq, sağlam həyat tərzi yaşamaq lazımdır. Yayın yaxınlaşdığını nəzərə alaraq və çimərlik mövsümünə kimi gözəl bədənə sahib olub yayda çimərlikdə yüksək özünəinam hissinizi yaşamaq istəyirsinizsə o zaman dərhal aşağıda qeyd etdiyimiz qaydalara riayət edərək müntəzəm proqrama uyğun məşq edin. Unutmayın evdə məşq sizdən güc və səbr tələb edəcəkdir. 1. Düzgün qidalanma. Düzgün qidalanma əzələ kütləsinin artımınında uğurun 85%-ni təşkil edir. Yaxşı qidalanmasanız bütün əziyyətiniz heçə gedəcək. Düzgün qidalanma deyən də aşağıdakılar nəzərdə tutulur: * zülal qəbulunu artırmalısınız (ət, yumurta, balıq, kəsmik). Əgər normal sutkalıq zülal təlabatı bədənin hər bir 1 kq çəkisinə 0,5 qramdırsa, siz bu təlabatə 1,5 qram ilə bağlamalısınız; * karbohidratları minimuma endirməlisiniz. Karbohidratlar enerji üçün lazımdır. Bu səbəbdən tez karbohidratlardan (çörək, şəkər, bulka) imtina edərək, gec karbohidratlara keçmək lazımdır (yulaf, qarabaşaq, makaron). Üstəlik onları yalnız günün birinci yarısında qəbul etməlisiniz, axşam yeməyiniz isə yalnız zülaldan və meyvə-tərəvəzlərdən ibarət olmalıdır. 2. Əzələlərə gücün artırılması. Ştanqa kimi güclü stres verən avadanlığınız olmayacağına görə, əzələləyə stres verməyin başqa üsullarından istifadə etməli olacaqsınız. Dairəvi məşqlər və kardiogüclərdən istifadə etməlisiniz. Kardioməşqlər sizdə dözümlüyü artıraraq, artıq çəkidən də azad edəcək. Ev şəraitində kardioməşqlər barəsində bizim saytımızda məlumat əldə edə bilərsiniz.

EVDƏ

ƏZƏLƏ YIĞMAQ... 35 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


7 DAİRƏVİ

MƏŞQLƏR Yəgin məktəbdə sizlərə dartınmağı

DARTINMA

öyrədiblr. Məşqiniz də dartınmadan başlayacaq.

10 dəfə dartındıqdan sonra növbəti məşqə keçin.

PARTLAYIŞLI JİMLƏR

Adi jimdir, lakin yerə yaxınlaşdığınız zaman özünüzü yerdən yuxarıya doğru elə itələyin

ki, əlləriniz yerdən qalxmış olsun. 8 təkrar yerinə yetirin və istirahət etmədən növbəti məşqə keçin.

Şəkildə göstərildiyi kimi hərəkəti yerinə

BIR AYAQ ÜZƏRİNƏ ÇÖMBƏLMƏ

yetirin. Oturacaqdan istifadə edərək bir

ayaq üzərində çömbəlmə məşqini edin. Hər ayaq üçün 8 təkrar yerinə yetirin.

Bir neçə dəqiqə istirahətdən sonra, yenidən təkrarlayın. Siz gün ərzində minimum 4 dəfə dairəvi olaraq məşqləri yerinə yetirməlisiniz. Həftədə dörd dəfə məşq etməlisiniz: bazar ertəsi, çərşənbə, cümə axşamı, şənbə. Turnikiniz yoxdursa, ən yaxın idman meydançasına gedə bilərsiniz.

36

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


TƏRS TUTUŞ İLƏ DARTINMA

Bu səfər dartınaraq bitsepslərə işləyəcəksiniz. Dartınma zamanı bitsepslərinizi hiss etməyə çalışın. 12 təkrar yerinə yetirin və dərhal növbəti məşqə başlayın.

DİVARDA ƏLLƏRLƏ JİM Başaşağı əlləriniz üstündə durun. Ayaqlarınızı divara dirəyin. Sakitcə özünüzü aşağı buraxın və qalxın. Minimum 5 təkrar yerinə yetirin.

OTURACAQLARDA JİM

İki oturacaq hazırlayın. Birinə ayaqlarınızı qoyun, digərinə əlləriniz ilə arxalanın. Jim edin, trisepslərinizi hiss edin. 12 təkrardan sonra sonuncu məşqə başlayın.

Turnikdə sallanaraq ayaqlarınızı maksi-

TURNİKDƏ AYAQLARIN QALDIRILMASI

mum yuxarı qaldırın. Tələsməyin, yellənməyin, presin işlədiyini hiss edin. 12 təkrar yerinə yetirin.

37 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“KÜÇƏ FUTBOLU” MÜSABİQƏSİ Müsabiqənin məqsədi :

Müsabiqədə qalib necə seçiləcək?

Sabirabad LAYF jurnalı küçə futbolunun inkişafı və küçədə futbol oynayan uşaqların yeniyetmələrin, həvəsləndirilməsi üçün “Küçə Futbolu” adlı müsabiqə elan edir.

- Müsabiqənin şərtlərinə uyğun olan fotoşəkillər jurnalımızın rəsmi Facebook səhifəsində paylaşılacaqdır və ən çox bəyənilən müzakirə olunan şəkillər arasında təyin etdiyimiz münsiflər heyyəti qalibi təyin edəcəkdir.

Müsabiqənin təsviri :

- Qalib gəlmiş şəkilə nə hədiyyə olunacaqdır?

Sabirabad rayonu mərkəzində, küçələrdə və ya kəndlərdə futbol oynayan bir qrup yeniyetmələr (12 - 18 yaş arası) küçədə futbol oynayarkən çəkdikləri maraqlı fotoşəkili (şəkilin minimum həcmi 1 Mb olmalıdır) sabirabadlayf@gmail.com elektron poçtuna və ya Facebook səhifəmizin mesaj bölümünə aşağıdakı məlumatları qeyd edərək göndərməlidilər.

- Şəkil göndərən məlumat yazmalı

özü

haqqında

qısa

Jurnalımız tərəfindən qalib gəlmiş şəkildə olan futbol oynayan gənclərdən müsahibə alınacaqdır. Ən əsası həmin bir qrup gəncə çox gözəl bir futbol topu hədiyyə olunacaqdır. Müsabiqənin bitmə tarixi Müsabiqədə iştirak üçün aprel ayının 30-na kimi şəkillər qəbul olunacaqdır. Qalib may ayının 15-i açıqlanacaqdır.

Küçədə futbol TƏLƏSİN!!

oynayan

gənclər

- Yaşayış yeri haqda qısa məlumat yazmalı - Futbol oynadıqları ərazınin, küçə və ya kəndin adını yazmalı - Futbol oynayan komandanın üzvlərinin adları (şəkildə olan uşaqların adları) - Əlaqə nömrəsi - Şəkilin çəkildiyi tarix

HƏDİYYƏ...


Unutma! “Messi və ya Ronaldo olmağa gedən yol küçələrdən keçir ...”

39 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


055 555 60 39

ONLAYN

SATIŞ

Sabirabad rayonunda ilk dəfə...

SİFARİŞ ET! ENDİRİM QAZAN!

ONLAYN

SİFARİŞ

40

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


44 AZN

Model: Nike Air Max Ölçü 36, 37, 38, 39 ,40 , 41 Rəng: müxtəlif Sabirabad rayonuna çatdırılma pulsuzdur!

40 AZN

Model: Adidas Yeezy Ölçü 36, 37, 38, 39 ,40 , 41 Rəng: ağ, qara

Sabirabad rayonuna çatdırılma pulsuzdur!

44 AZN

Model: Nike Air Force Ölçü 36, 37, 38, 39 ,40 Rəng: ağ Sabirabad rayonuna çatdırılma pulsuzdur!

Model: Adidas Superstar Unisex Ölçü 36, 37, 38, 39 ,40 , 41 Rəng: ağ,

40 AZN

Sabirabad rayonuna çatdırılma pulsuzdur!

Ayaqqabıları “Onlayn Sifariş” bölümündən və ya qiymətlərin üzərinə vuraraq onlayn sifariş verə bilərsiniz. Bundan başqa qeyd edilən WhatsApp nömrəsinə yazaraq sifariş verə bilərsiniz.

41 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


42 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


ONLAYN TƏKLİF

QUTUSU

Hər hansı təklifin var? O zaman yuxarıdakı işarəyə vuraraq “Onlyan Təklif” göndər səhifəsinə keç və təkliflərini bizə yaz.

43 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


EROS

RAMAZOTTI

27 APREL

BAKI, Kristal Zal Biletin qiyməti 29 - 500 AZN

Biletiləri Bakı şəhər kassalarından və ASAN Xidmət Mərkəzlərində yerləşən kassalardan əldə edə bilərsiniz.

44 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


İNGİLİSCƏ

DANIŞMAĞI BİZİMLƏ

ÖYRƏN... 3-cü dərsi ilk dəfə görürsünüzsə, 1-ci və 2-ci dərsi oxuyub öyrənməlisiniz. Bunun üçün jurnalın əvvəlki buraxılışlarına baxın və oradan öyrənin. Jurnalın əvvəlki buraxılışlarna buradan keçid edə bilərsiniz.

DƏRS 3

Sabirabad LAYF DEKABR 2015 Sabirabad LAYF YANVAR 2016 İngilis dilində ənənvi olaraq qarşısında artikl işlədilən və işlədilməyən çoxlu miqdarda “donmuş söz birləşmələri” mövcuddur. Bu cür söz birləşmələrini əzbər öyrənmək lazım gəlir.

Aşağıdakı cümlə qurluşunu yadda saxlayın: There is a.... Where is the …. Həmçinin aşağıdakı cümlələri yadda saxlayın: The (book) is on the (table) Ancaq - The (book) is on a little (table) Mötərizədəki isimlər ixtiyarı ola bilər. Həmçinin sifətlər də ixtiyarı ola bilər. “On” sözönü əvəzinə başqa bir sözönü və ya onu əvəz edən söz birləşməsi məsələn “in front of” ola bilər. ÇALIŞMA 1 Lazım olan hallarda nöqtələrin yerinə artikl qoyun. 1) There is … big tree in … garden. 2) There is … bank near here. - Where is … bank? 3) There is … new supermarket in … center of our … town. 4) There is … hotel over there. … hotel isn’t cheap. 5) Where is … cat? - cat is on … sofa. 6) Where is … book? - … book is on … shelf. 7) Where are … flowers? - … flowers are in … beautiful vase.

8) Where is … vase? - … vase is on … little table near … window. 9) Open window, please. … weather is fine today. I can see … sun in … sky. I can see … nice little bird. … bird is sitting in … big tree. … tree is green 10) There is … little white cloud in … sky.

Aşağıdakı donmuş söz birləşməsini yadda saxlayın: In__ front ÇALIŞMA 2 Lazım olan nöqtələrin yerinə artikl qoyun. 1) There is … wonderful small computer in … front of … books there. 2) Where is … soup? - … soup is in … big saucepan on … gas cooker. 3) Where are … cutlets? - … cutlets are in … refrigerator on … little plate. 4) There is no … bread on … on … table. Where is … bread? 5) There is … little brown coffee table in our … room in front of … sofa. 6) Where is … table in your … room? 7) There is … thick carpet on … floor in my mother’s … room. 8) Is your brother at … home? - No, he is at … work. He works at … big factory. He is … engineer. 9) My sister has many … books. … books are in big bookcase. 10) … weather is fine today. Let’s go and play in … yard. There are many … children in … yard. They are playing with … ball

45 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


POEZİYA

Mirzə Ələkbər Sabir “ Millət necə tarac olur olsun, nə işim var? Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Qoy mən tox olum, özgələr ilə nədi karim, Dünyavü cahan ac olur olsun, nə işim var?! Səs salma, yatanlar ayılar, qoy hələ yatsın, Yatmışları razı deyiləm kimsə oyatsın, Tək-tək ayılan varsa da, həq dadıma çatsın, Mən salim olum, cümlə cahan batsa da batsın, Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Salma yadıma söhbəti-tarixi-cahani,

Əyyami-sələfdən demə söz bir də, fılani, Hal isə gətir meyl eləyim dolmanı, nani, Müstəqbəli görmək nə gərək, ömrdü fani;

Yeganə Həmdəm Sən olmalıydın... Göylərdən enəcək mələk vardısa. Qəlbimdə bitəcək çiçək vardısa. Məni sevəcək bir kəs vardısa. Sən olmalıydın! Həyatın mənasın dərk edən andan. Utancaq sevgim kəwf olan andan. Məhəbbətlə dolu böyülk ümmandan. Üzərək gələn sən olmalıydın! Atdın addımların uzaq apardı. Ürəyim sən gedən yollda çırpındı. Gözünün yaşını köksünə sıxdı. Sığınacaq bir sinə sən olmalıydın! Başqasına hördün toy çələngini. Unutdun əhdini bir de sevgini. Gecdi indi axtarma sən Yeganəni. Toy günü getdiyi sen olmalıydın!

Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Övladi-vətən qoy hələ avarə dolansın, Çirkabi-səfalətlə əli, başı bulansın, Dul övrət isə sailə olsun, oda yansın, Ancaq mənim avazeyi-şənim ucalansın;

Millət necə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?! Hər millət edir səfheyi-dünyadə tərəqqi, Eylər hərə bir mənzilü məvadə tərəqqi, Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, -Biz də edərik aləmi-röyadə tərəqqi; Millət nесə tarac olur olsun, nə işim var?! Düşmənlərə möhtac olur olsun, nə işim var?!

Sabirabad rayonunda

MARKETİNQ KURSLARI 40

AZN

Əlaqə : 055 555 60 39 46 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


BİZİ İZLƏ...

47 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


48 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


RƏSSAM MAXI’M - ə PORTRET

SİFARİŞ ET!

49 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Məktəb direktoru necə olmalıdır? Onun hansı öhdəlikləri var? Və digər suallar yəqin bir çoxunuzu maraqlandırır... Xüsusilə mart ayı ərzində məktəb direktoru olmaq üçün müraciət edən müəllimləri... Çünki, onlar direktorun vəzifələri, öhdəlikləri nədən ibarət olduğunu hamıdan daha yaxşı bilməlidirlər. Bəlkə də bir çoxunun bundan xəbəri yoxdur... Qeyd edim ki, məktəb direktoru əslində çox məsuliyyətli və şərəfli bir vəzifədir. Çünki bir növ bir müəllim və ya pedaqoq məktəb direktoru olmaqla sanki digər müəllimlərin başı olmuş olur. Yəni direktor olacaq şəxsin müəllimlik karyerası, həyat tərzi, mədəniyyəti, savadı, biliyi digər müəllimlərə örnəy olacaq dərəcədə mükəmməl olmalıdır. Amma çox təəsüf ki, biz bunları çox da müşahidə etmirik. Buna təhsilimizə baxdıqda çox aydın görmək olur. Ümid edirəm burada qeyd etdiyim direktorların vəzifə funksiyaları direktorluq uğrunda mübarizə aparacaq və ya direktor olmaq istəyən hər kəsə yararlı olacaqdır.

50 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


1. Təlim-tərbiyə prosesini və məktəbin gündəlik fəaliyyətini direktor həyata keçirir: a) məktəbin nizamnaməsi və daxili əmək intizamı qaydaları ilə məktəbin işçilərinə həvalə edilmiş vəzifələrə riayət olunmasını təmin etmək; b) ixtisas və peşə dərəcəsinə uyğun olaraq məktəbin işçilərinin əməyini düzgün təşkil etmək, onların hər birini müəyyənləşdirilmiş iş yerində möhkəmləndirmək, avadanlığın saz vəziyyətdə saxlanmasını, işçilərin əmək şəraitinin sağlam və təhlükəsizliyini təmin etmək; c) əmək və istehsalat intizamının ciddi surətdə

MƏKTƏB DİREKTORU

NECƏ OLMALIDIR ?

gözlənilməsini təmin etmək, iş vaxtının itirilməsinin aradan qaldırılmasına, əmək ehtiyatlarından səmərəli istifadə

əməyinin ödənilməsi şərtlərinə riayət olunmasını və

edilməsinə, sabit əmək kollektivinin formalaşdırılmasına,

əməkhaqqı fondunun səmərəli xərclənməsi üzərində

məktəbdə sağlam iş şəraitinin yaradılmasına yönəldilmiş

müntəzəm nəzarəti təmin etmək;

təşkilati və mənəvi tərbiyə işlərini həyata keçirmək, əmək

x) məktəb işçilərinin gündəlik ehtiyaclarına həssaslıqla

intizamını pozanlara qarşı vaxtında təsirli tədbir görmək;

yanaşmaq, onlar üçün qanunvericilik əsasında müəyyən

ç) işçi alkoqollu içkilər, narkotik maddələr və psixotrop,

edilmiş güzəşt və üstünlüklərin verilməsini təmin etmək;

toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş

y) əməyin mənəvi və maddi cəhətdən stimullaşdırılması

vəziyyətdə işə gələrsə, həmin gün işçini öz vəzifəsini yerinə

rolunu artırmaq, qabaqcıl işçilərin həvəsləndirilməsi

yetirməyə buraxmamaq və mövcud qanunvericiliyə əsasən

məsələlərini həll etmək;

onun haqqında müvafiq tədbirlər görmək;

z) əmək kollektivində işgüzar, yaradıcı şəraitin

d) təlim-tərbiyə prosesini təkmilləşdirmək, əməyin elmi

yaradılmasına kömək göstərmək, işçilərin təşəbbüsünü və

təşkilinin tətbiqi üçün şərait yaratmaq, işin keyfiyyətini,

fəallığını hərtərəfli müdafiə və inkişaf etdirmək, əmək

əmək mədəniyyətini yüksəltmək üzrə tədbirlər həyata

kollektivlərinin yığıncaqlar; istehsalat müşavirələri və

keçirmək, öz məktəbinin və digər məktəb kollektivlərinin

müxtəlif ictimai fəaliyyət formalarından bütövlükdə istifadə

qabaqcıl pedaqoji təcrübəsinin öyrənilməsi, yayılması və

edərək məktəbin idarə edilməsində iştirakını təmin etmək,

tətbiqini təşkil etmək;

işçilərin tənqidi qeydlərinə vaxtında baxmaq və görülən

e) müntəzəm olaraq məktəb işçilərinin yaradıcılıq və

tədbirlər haqqında onlara məlumat vermək.

axtarışlarının inkişaf etdirilməsini, peşə ixtisası səviyyəsinin

2. Məktəbin müdiriyyəti şagirdlərin məktəbdə olduqları və

artırılmasını təmin etmək, müəyyən olunmuş vaxtda

məktəb tərəfindən təşkil edilmiş tədbirlərdə iştirak etdikləri

müvafiq əsasnamələrə uyğun olaraq pedaqoji işçilərin

vaxtlarda onların həyatı və sağlamlığı üçün məsuliyyət

attestasiyasını keçirmək, işləməklə yanaşı tədris

daşıyır. Zədələnmənin bütün hallarında müəyyən edilmiş

müəssisələrində təhsil alan işçilər üçün şərait yaratmaq;

qaydada rayon (şəhər) təhsil şöbəsinə və müvafiq

ə) məktəbi zəruri avadanlıqlarla, tədris vəsaitləri və

həmkarlar ittifaqı komitəsinə məlumat verir.

təsərrüfat inventarları ilə vaxtında təmin etmək üçün

3. Məktəbin müdiriyyəti öz vəzifəsini müvafiq hallarda

tədbirlər görmək;

həmkarlar ittifaqı komitəsi ilə birlikdə və ya onunla

f) əmək qanunvericiliyinə uyğun olaraq əməyin mühafizəsi

razılaşdırmaqla, həmçinin əmək kollektivinin səlahiyyəti

qaydalarına əməl etmək və işçilərin iş şəraitini

daxilində həyata keçirir.

yaxşılaşdırmaq;

Şərəfli müəllimlərin direktor olması arzusuyla...

g) şagirdlərin və məktəb işçilərinin həyatının və sağlamlığının qorunması üçün təminedici şərait yaratmaq, işçilərin texniki təhlükəsizlik, istehsalat sanitariyası və gigiyenası, yanğından mühafizə qaydalarına dair təminatın tələblərini bilmək, onlara riayət olunmasına nəzarət etmək; ğ) dövlət əmlakının mühafizəsini təmin etmək; h) müəyyən olunmuş müddətlərdə əməkhaqqının verilməsi üçün tələb olunan sənədləri təqdim etmək, işçilərin

“OXUMAYAN ŞAGİRDLƏR” APREL 2016 51 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Gənclik mənim üçün sərhədləri olmayan bir yaşam deməkdir...“ - Zəbulla Yadigarlı

Özünüzü təqdim edin. Mən Zəbulla Yadigarli 1993-cü ildə Sabirabad rayonunda dünyaya gəlmişəm. 23 yaşım var. Orta təhsilimi Nizami Gəncəvi adına 5 saylı orta məktəbdə almışam. Ali təhsilimi isə Azərbaycan Texniki Universitetində alaraq yenidən rayona qayıtmışam. Sizə necə müraciət etdikdə xoş gəlir? Ən yaxın dostlarımdan biri mənə “Dahi” deyə müraciət edir J. Bununla yanaşı getdiyim hər fərqli məkanda qarşıma çıxan çox insana adımı iki və ya üç dəfə səsləndirməli oluram. Adımın çox işlək adlar siyahısına daxil olmaması əlbəttə ki, məni sevindirir. Nəticə etibarilə əgər qarşımdakı insan mənə başqa adla xitab edəcək qədər yaxındırsa, mənə ürəyindən gəldiyi kimi səslənə bilər. Əks təqdirdə Zəbulla deyə səslənməlidi. Hər iki halda da mənə xoşdu. :)

52 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


MÜSAHİBƏ Gənc olaraq yaşadığınız gənclikdən razısınızmı? Zaman-zaman həm razı, həm də narazı olduğum vaxtlar olub. Amma indiki zamandan danışsaq gəncliyimdən heç də razı deyiləm. Bu vəziyyəti qısa zamanda dəyişəcəyimə inanıram. Sizcə gənclik nədir? Gənclik mənim üçün sərhədləri olmayan bir yaşam deməkdir. Gənclik bəzən suda boğulduğunu, öldüyünü düşündüyün an tanımadığın birinin sənə əlini uzatması deməkdir. Bəlkə də elə o anda insan həyatının nə qədər dəyərli olduğunun fərqinə varır. Yəni həyatımızda mütləq qorxunc bir hadisə baş verməlidirmi ki, biz gəncliyimizin fərqinə varaq. Gənclik sadəcə əyləncə də demək deyil, qorxunu, cəsarəti, çətinliklərlə mübarizəni, xoşbəxtliyi, bəzən enməyi, bəzənsə qalxmağı, hətta sürünməyi belə özündə birləşdirən sərhədləri olmayan bir marafondur. Bildiyimizə görə Siz Sabirabad rayonunda yaşayırsınız və müxtəlif mövzularda yazılar yazırsınız? Yazılarınız bir növ motivasiya xarakterlidir. Sizcə Sizin yazılarınız cəmiyyətə xüsusilə Sizin kimi gənclərə nə verir? Mən yazılarımla hər yaşdan olan insanlara əlimi uzadıb onları düşdükləri burulğanlı sudan, bataqlıqdan çıxarmaq istəyirəm. Gənclərə çatdırmaq istədiyim isə onların mal-mülk, hər hansı bir ünvana sahib olmadan belə göründükləri və ya olduqları kimi dəyərli ola bilmələridir. Sabirabad rayonunda yaşayan gəncləri təsvir edin. Sizcə onların nəyə ehtiyacı var? Mən də daxil olmaqla rayonumuzda yaşayan gənclərlə birlikdə təsvir edilə bilməyəcək haldayıq. J Bunu dəqiq bilmirəm amma daha çox fərqli düşünməyə, insan əlaqələrini genişləndirməyə, bəlkə də bütün gənclərlə birlikdə yığılıb hərəyə bir ağac əkməyə ehtıyacımız var. Kitab oxumağa maraq göstərməyə, daha yaxşı vərdişlər qazanmağa ehtiyacımız var. Camaat nə deyər deyə

düşünməyə ehtiyacımız yoxdu. Gələcək planlarınız haqqında danışın. Gələcəyə dair planlarımı hələki tərtib etməmişəm. Amma incəsənəti çox sevdiyim üçün gələcəkdə incəsənətin başqa bir qoluyla da məşğul olmağı düşünürəm. Hər hansı bestseller olacaq bir kitab yazmaq haqqında düşünürsünüzmü? Əlbəttə ki, bununla bağlı düşüncələrim səngimək bilmir. Özümdən sonra qoya biləcəyim bir miras varsa, o da kitabdır. Keçəcəyim həyat yolunun ifadə edildiyi bir kitab belə bu dünyadakı insanlara yaşıl işıq olacaq. Təbii ki, bunu zaman göstərəcək. Aldığımız məlumata görə Siz saksafonu çox sevirsiz və dövr olub ki, Siz saksafonda ifa etməyi öyrənmək istəmisiniz və nədənsə bu istəyinizdən daşınmısınız... Bilmək olar bu səbəb nədir? Jazz musiqisini çox sevdiyim üçün saksafona da ayrı bir marağım artmağa başlamışdı. Bununla yanaşı küçə musiqisini və eyni zamanda operanı da çox sevirəm. Saksafonu isə öyrənməklə bağlı qərarsız qalmışdım amma bu istəyimdən qəti olaraq daşınmamışam. Sadəcə qərarsızlıqlarım vardı. Həmişə qulaq asmaqla kifayətlənirdim. Amma mütləq əlimə keçən ilk fürsətdə sınaqdan keçirəcəm. Çünki saksafonu hədsiz çox sevirəm. Sizcə cəmiyyətimizdə hansı insanlar azdır? Maraqlı insanlar yoxsa sadəcə insanlar? Düşünürəm ki, cəmiyyətimizdə insanlar azdır. Sayları az olanları adı üstündə insan olduqları üçün maraqlı insanlar hesab etmək məntiqə uyğun qərardı. Hər iki halda ortaq məxrəcə gəlsək də, nəticə eynidir. Sizə vaxtınızı pul olaraq versəydilər onu nəyə xərcləyərdiz? Bütün ömrüm pul olaraq qarşımda dayansaydı acgözlük etməzdim. Qənaəti sevən biri olduğum üçün pullarımı yavaş-yavaş xərcləyərdim. Həm də tez-tez xərcləsəm ömrüm bitəcək. Əslində çox qarışıq hisslər keçirərdim. Amma yardıma ehtiyacı olan, pulu (ömrü, vaxtı) bitəcək olan insanlara dəstək olardım. Kimsəsizlərə yardım edərdim. Ardı növbəti səhifədə 

53

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


 Bəs çoxlu pulunuz olsa və onun əvəzinə Sizə vaxt versələr həmin vaxtı nəyə sərf edərdiniz? Çoxlu pulu vaxtla əvəz etsək bu mənim üçün ikiqat qazanc olacaq. Əgər ehtiyaclarımızı zamanla ödədiyimiz bir dünyada yaşasaq bu zaman da israfçılıq etmək istəmərəm. Vaxtımın çox hissəsini ailəmə sərf edərdim. Ömrü azalan insanlara da qarşılıqlı razılaşma yolu ilə vaxtımdan verərdim. Nəticədə paylaşmağı sevən, sonsuza qədər yaşayan, birlik içində olan bir dünyada olardıq. J Boş vaxtlarınızda nəylə məşğul olursunuz? Boş vaxtlarımda əsasən kitab oxumağa üstünlük verirəm. Komediya janrında olan və həmçinin də motivasiya xarakterli filmlərə baxmağı sevirəm. İdmanla məşğul olmaq üçün isə heç də idman salonuna getmək şərt deyil. Evdə özüm üçün hazırladığım proqramla məşq edirəm. Sizcə Sizin yaxınlarınızın Sizdən gözlədiyi nədir? Gözləntilərlə yaşamayan biriyəm. Təbii ki, ailəmin mənimlə bağlı gələcəyə dair gözləntiləri ola bilər. Ailəmdən başqa insanların qarşılıqlı hörmətdən əlavə məndən nə isə gözləməsi biraz gülünc səslənir. Çünki dəyər verdiyim insanlara, özünə layiq olan hörməti qazananlara, layiq olduqları dəyəri və anlayışı göstərirəm. Biz suallara görə Zəbulla Yadigarlını müəyyən mənada tanıdıq. Bəs Siz özünüz Zəbulla

Yadigarlını necə tanıyırsınız? Məncə insanın özünü tanıması həyat boyu davam edən bir prosesdir. Zəbulla Yadigarlını tanıyıram deyib özümü aldatmış kimi görünmək istəmirəm. Özümü daha yaxşı tanımadığım üçün insanların məni tanıdığını iddia etməsi heç bir reallığı əks etdirmir. Təbii ki, bəzi nüanslar doğru ola bilər. Dəyişkən xarakterə, dəyişkən ruh halına sahib olduğum üçün bu xüsusiyyətimi bəzən heç sevmirəm. Dəyərlərinə sadiq qalan biri olduğum üçün bu xüsüsiyyətimi daha çox sevirəm. Cavabında çətinlik çəkdiyiniz sual oldumu? “Sabirabad rayonunda yaşayan gənclərin təsviri, onların nəyə ehtiyacı olması” sualı məndə çətinlik yaratdı. Qalan bütün suallar heç də çətin olmadı. Bizə son sözünüz... Müsahibəyə dəvət etdiyiniz üçün, verdiyiniz hər bir sual üçün ayrı-ayrılıqda sizə öz təşəkkürlərimi bildirirəm. Sabirabadda yaşayan gənclərin öz potensiallarını aşkar etmək üçün atdığınız addımlar təqdirəlayiqdir. Biz bilirik ki, bu yaxınlarda Sabirabad LAYF Jurnalı "Ən Yaxşı Xarici Elektron Jurnal" nominasiyası üzrə Dünyanın Ən Yaxşı Elektron Jurnalı Müsabiqəsində ən yaxşı dizayn və tərtibata görə 2-ci yerə layiq görülüb. Bax belə uğurlarınızın davamlı olmasını və Sabirabad LAYF Jurnalının addım-addım zirvəyə qalxmasını arzu edirəm. Bunu bütün sabirabadlılarla birlikdə bacaracağımıza inanıram və sonda sizə sonsuz təşəkkürlərimi bildirirəm. :)

Sabirabad rayonunda KOMPYUTER KURSLARI

35

AZN

Əlaqə : 055 555 60 39

54

www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


BURADA SİZİN REKLAMINIZ OLA BİLƏR…

ƏLAQƏ E-mail: sabirabadlayf@gmail.com Telefon: (+994) 55 509 05 05

55 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Samra

MIRACLE 56 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


“Sabirabad LAYF” jurnalının “Sabirabad Nyu York olsa...” NOYABR 2015 buraxılışı

57 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


TƏBRİKLƏR!

58 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


Dostları Gülşən xanımı ad günü münasibətilə təbrik edir. Ona işlərində daim uğurlar və yeni yeni naliyyətlər arzulayır. Sabirabad LAYF Jurnalıda bu təbriklərə qoşulur və Gülşən xanımı təbrik edir :)

15 MART Gülşən Cumayeva AD GÜNÜ

27 MART

Kənan Bağırov AD GÜNÜ Dostları, xüsusilə Günay, Aysel, Gülşən, Rövşən və bütün iş yoldaşları Kənan müəllimi ad günü münasibətilə təbrik edir ona böyük bir şirkətin prezidenti olmağı arzulayır :) Sabirabad LAYF Jurnalıda bu təbriklərə qoşulur və Kənan bəyi təbrik edir :)

Dostları və qohumları Tural bəylə Aygün xanımı toy günləri münasibətilə təbrik edir və onlara yeni ailə həyatlarında sevinc dolu günlər və xoşbəxtlik arzulayırlar. Sabirabad LAYF Jurnalıda bu təbriklərə qoşulur və Tural bəylə Aygün xanımı təbrik edirik.

6 APREL

Tural və Aygün TOY GÜNÜ 59 www.sabirabadlife.com Sabirabad LAYF Jurnalı № 4 | MART 2016


№ 4 | MART 2016

Profile for Sabirabad Life Magazine

Sabirabad LAYF Jurnalı MART 2016  

Sabirabad LAYF jurnalının MART 2016 buraxılışı "HƏYATA BAXIŞINI DƏYİŞ..." adı altında yayımlanır.

Sabirabad LAYF Jurnalı MART 2016  

Sabirabad LAYF jurnalının MART 2016 buraxılışı "HƏYATA BAXIŞINI DƏYİŞ..." adı altında yayımlanır.

Advertisement

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded