Page 1

AzerMDS “Azәrbaycan Hәkimlәr vә Tәbib Tәlәbәlәr” İctimai Birliyi (AzerMDS) 2005-ci ildә Azәrbaycanda IFMSA-in (Beynәlxalq Tibb Tәlәbәlәri Assosiasiyaları Federasiyası) tәrkibindә tәsis edilib. IFMSA (International Federation of Medical Students` Associations) bütün dünya tibb tәlәbәlәri assosiasiyalarının müstәqil, qeyrihökumәt vә qeyri-siyasi federasiyasıdır. 100 ölkәdәn 102 milli tәşkilat bu federasiyaya tamhüquqlu üzvdür vә dünyanın dörd bir yanından 1 milyona yaxın tibb tәlәbәsini tәmsil edir. AzerMDS 2004-2006-cı illәrdә IFMSA-da namizәd üzv kimi fәaliyyәt göstәrmişdir. 2007-ci ildәn isә bu federasiyanın tamhüquqlu üzvüdür. 2007-ci ildә “Azәrbaycan Hәkimlәr vә Tәbib Tәlәbәlәr” İctimai Birliyi Azәrbaycan Republikasının qeyri-hökumәt tәşkilatı kimi qeydiyyata alınıb. AzerMDS-in Vәzifәsi AzerMDS-in vәzifәsi Azәrbaycanlı hәkimlәrin vә tәbib tәlәbәlәrin yüksәk ixtisaslı mütәxәssis kimi yetişmәsinә, sәhiyyә vә ictimai sağlamlıq problemlәrinin hәllindә aktiv iştirakına dәstәk olmaqdır.

ӘLAQӘ

BIR TİBB TӘLӘBӘSİNDӘN DAHA FӘRQLİ

Tibb Tәhsili Üzrә Milli Koordinator Rüstәm Әliyev, nome@azermds.org IFMSA - SCOME Director Nikos Davaris, scomed@ifmsa.org AzerMDS www.azermds.org, office@azermds.org IFMSA www.ifmsa.org SCOME vikipediya http://wiki.ifmsa.org/scome SCOME Mailing List groups.yahoo.com/group/ifmsa-scome/ IFMSA forumu tezliklә

TİBB TӘHSİLİ ÜZRӘ DAİMİ KOMİTӘ

AzerMDS – SCOME AzerMDS-in Tibb Tәhsili Üzrә Daimi Komitәsi olub IFMSA vә AzerMDS-ә bağlı fәaliyyәt göstәrir. IFMSA layihәlәrini, eyni zamanda sәrbәst layihәlәr hәyata keçirir. SCOME yalnız Tibb tәhsilinin tәkmillәşmәsi üçün deyil, eyni zamanda tibb tәlәbәlәrinin dünyagörüşünün artması üçün dә çalışmaqdadır.

AzerMDS

www.AzerMDS.org

AzerMDS


IFMSA • SCOME Siz gündә 12 saat universitetinizdә qalmaq istәrdinizmi? Bәli? Bu halda siz yәqin başqa dünyadasınız, xahiş edirik dәrhal bizimlә әlaqә yaradın :) Xeyr? Nәyi isә dәyişmәk istәrdiniz? Biz sizә bunun yolunu göstәrә bilәrik.

IFMSA • SCOME

• • •

Tibbi tәhsil alan bir milyondan çox tәlәbә tәhsillә bağlı problemlәrlә üzlәşir vә birlikdә bunun öhdәsindәn gәlmәyә çalışırlar. Komanda işi sizin problemlәrinizin açarıdır.

SCOME nәdir?

Tibb Tәhsili üzrә Daimi Komitә (SCOME) Beynәlxalq Tibb Tәlәbәlәri Assosiasiyaları Federasiyasının (IFMSA) mühüm bir hissәsidir. 1951-ci ildә IFMSA yaranan gündәn bәri SCOME tibb tәlәbәlәrinin әn mühüm mәsәlәlәrindәn biri ilә, onların tәhsili ilә yaxından maraqlanır. Bu, onları bir araya gәtirmәklә, cәmiyyәtin vә onların öz mәnafelәri naminә tibb tәhsilindә irәlilәyişlәrin әldә edilmәsinin bir yoludur. SCOME öz mәqsәdlәrinә nail olmaq yolunda tibb tәhsilinin müxәlif aspektlәri ilә maraqlanan tәlәbәlәrin müzakirә forumu kimi fәaliyyәt göstәrir.

Tәhsil prosesini, tәdris planını vә tәlәbәlәri tәkmillәşdirmәk vә Yer üzәrindәki bütün tibb tәlәbәlәri üçün optimal öyrәnmә mühiti yaratmaq.

SCOME sizin üçün nә edә bilәr?

SCOME-in fәaliyyәt dairәsi:

Sizin tәhsillә bağlı planlarınızın formalaşması vә yenilәnmәsindә mühüm rol oynaya bilәr. Sizin bilik vә tәcrübi bacarıqlarınızın artması üçün tәhsildәn әlavә fәaliyyәt sahәlәri ilә tәmin edә bilәr. Diplomdan sonrakı tәhsilinizi planlaşdırmaqda sizә kömәk edә bilәr. Tibb tәhsilini daha maraqlı etmәk üçün digәr komitәlәrlә birgә iş qura bilәr. Bülleten, işçi qrup, veb sәhifә vә s. vasitәsilә әn son elmi yeniliklәri sizә çatdıra bilәr. Sizin fәaliyyәtinizin genişlәnmәsi üçün lazım olan dәstәyi göstәrә bilәr.

ƒ

Tәdris planının tәkmillәşdirilmәsi

ƒ

Tәlәbәlәrin tәmsil olunması

ƒ

Bolonya prosesi

ƒ

Residency Database – rezidentura haqqında mәlumat almaq, müxtәlif ölkәlәrin rezidentura sistemlәrinin üstünlüklәrini vә çatışmazlıqlarını müqayisә etmәk.

ƒ

Elmi-tәdqiqat üsullarını öyrәtmәk

ƒ

Klinikadan kәnar - sosial әsaslı tibb: yerli icmalarla iş vasitәsilә tәlәbәlәrin praktik vәrdişlәrini inkişaf etdirmәk

Siz SCOME üçün nә edә bilәrsiniz?

ƒ

Çap işlәri (bülletenlәr, bukletlәr, jurnallar ...)

Siz SCOME-in yerli toplantılarına qatılmaqla bizim SCOME ailәsini genişlәndirә bilәrsiniz. Sizin ideya vә tәnqidlәriniz müsbәt qarşılanacaq vә dәyәrlәndirilәcәk. Hәtta siz daha aktiv olmaqla fakültә vә komitәlәrlә danışıqlarda tibb tәlәbәlәrimizi tәmsil edә bilәrsiniz.

Әgәr siz kiçik qrupda özünüzü tәcrübәli hesab edәrsinizsә vә artıq ölkә sәviyyәsindә, hәtta beynәlxalq sәviyyәdә işlәmәk istәyirsinizsә, bu zaman inanılmaz şanslar qazanmaq fürsәti әldә edәcәksiniz.

SCOME-in digәr aspektlәri barәdә hәrtәrәfli mәlumat әldә etmәk istәsәniz, sizi öz tәdbirlәrimizdә görmәyә çox şad olarıq.

Mәqsәdi

IFMSA • SCOME

SCOME-in gәlәcәk layihәlәri Bunun üçün sәrhәd yoxdur!!!

Hәdәfi Ölkәmizdә vә dünyada Tibb Tәlәbәlәrinin әn yüksәk sәsi olmaq.

Әgәr istәsәniz........ SİZ hәtta dünyanı dәyişә bilәrsiniz.

AzerMDS • SCOME

AzerMDS • SCOME

AzerMDS • SCOME

AzerMDS - SCOME - flyer  

AzerMDS - SCOME ; Standing Committee on Medical Education

Read more
Read more
Similar to
Popular now
Just for you