Issuu on Google+

International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

  Bülleten №2 Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası (IFMSA)  Tibb Təhsili üzrə Daimi Komitə (SCOME)  Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) 

IFMSA - SCOME IFMSA humanitar prinsiplәr әsasında işlәyәn şәbәkә olub, bütün dünyada 100 ölkәdәn 1 Milyondan çox tibb tәlәbәsini birlәşdirir. İl әrzindә bütün dünyada 8.000-dәn çox tәlәbәnin mübadilәsinә şәrait yaradır. Tәşkilat inkişaf etmәkdә olan ölkәlәrin tәbib tәlәbәlәrini xüsusi diqqәt mәrkәzindә saxlayır. IFMSA Birlәşmiş millәtlәr tәşkilatı vә Ümumdünya Sәhiyyә Tәşkilatı tәrәfindәn rәsmәn tanınmış bir şәbәkәdir. IFMSA-in 6 qolu var. SCOPE, SCORE, SCOME, SCORA, SCOPH, SCORP. SCOPE vә SCORE - tibb tәlәbәlәri dünyanın müxtәlif ölkәlәrindә 1 aydan 6 aya qәdәr istәdiyi sahә üzrә hәm ixtisas, hәm dә elmi mübadilә keçә bilәr. SCOME - öz mәqsәdlәrinә nail olmaq yolunda tibb tәhsilinin müxtәlif aspektlәri ilә maraqlanan tәlәbәlәrin müzakirә forumu kimi fәaliyyәt göstәrir.

Biz, Beynәlxalq Tibb Tәlәbәlәri Assosiasiyaları   Federasiyası- IFMSA-in Tibb tәhsili üzrә daimi komitәsinin (SCOME) Milli nümayәndәliyi olaraq bu bülleten vasitәsilә müasir tibb tәhsilindә olan yeniliklәri, metodları, tibb tәhsili sahәsindә elmi tәdqiqat işlәrinin xülasәlәrini, tibb tәhsilindә Bolonya prosesinin gedişini işıqlandırmaq niyyәtindәyik. Bununla Prezident İlham Әliyevin Azәrbaycanın ali tәhsil müәssisәlәrinin Avropa ali tәhsil mәkanına inteqrasiyası ilә bağlı tәdbirlәr haqqında yanvarın 31-dә imzaladığı sәrәncamın hәyata keçirilmәsindә öz töhfәmizi vermәk arzusundayıq. Rüstәm Әliyev Tibb Tәhsili Üzrә Milli Koordinator

IFMSA tәcrübәsi göstәrir ki, tibb tәlәbәlәri tәhsillәrinin müasir cәmiyyәtin tәlәblәrinә uyğunlaşdırılmasının әn aktiv tәrәfdarlarıdırlar. Bu sahәdә aparılan elmi tәdqiqat nәticәlәrinә әsaslanaraq, tibb tәlәbәlәri olaraq qәrara aldıq ki, mәqsәdimiz tәlәbәlәrin vә mütәxәssislәrin müasir standartlara uyğun tәhsili vә tәlimi, tәcrübә mübadilәsi vә bu sahәdә mәlumatların yayılmasından ibarәt olmalıdır. Hazırladığımız ilk bülletendә IFMSA vә EMSA tәrәfindәn tәşkil edilәn Bolonya prosesinә hәsr olunmuş 3-cü simpoziumun yekunu olan Bolonya bәyamnamәsi vә Tibb Tәhsili mәqalәsini tәqdim etdik. Burada qeyd olundu ki, Avropanın Tibb Tәlәbәlәri dәyişkәnliyi, mütәhәrrikliyi vә keyfiyyәtin tәminatını müdafiә edәn Bolonya prosesinin bir çox müddәalarını ciddi şәkildә dәstәklәyir: “Avropada Tibb tәhsilinin müasir standartlara uyğun keyfiyyәtinin tәmini üçün ümumi bir sistemin olması zәruridir. Vahid sistemin yaradılması tibb tәhsilindә qarşılıqlı inteqrasiyanı artıracaq vә gәlәcәk tibbi mütәxәssislәrin tәhsil keyfiyyәtini yüksәldәcәk. Avropada Tibb tәhsilinin harmoniklәşmәsi istәnilәn sistemdә hәlledici rol oynayacaqdır vә prosesin bütün mәrhәlәlәrindә tәlәbәlәrin cәlb olunmasını zәruridir”. İkinci bülletenimizdә isә “Education for Health” jurnalından tibb tәsilindә müasir tәdris metodlarını әks etdirәn mәqalәlәrin xülasәlәrini tәqdim edirik. IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

Tәhsildә Qarşılıqlı-Peşәkar Tәdris Planının Tibbdә Tәtbiqinin Strukturu VR Curran, D Sharpe A Framework for Integrating Interprofessional Education Curriculum in the Health Sciences

Education for Health, 20/3, 2007 Әnәnәvi olaraq sәhiyyә sahәsindә mütәxәssislәrin hazırlanması ”bunker” prinsipi üzәrindә qurulurdu, belә ki, mütәxәssislәr bir-birindәn tәcrid olunmuş şәraitdә hazırlanırdılar. Kanadada hal-hazirda mövcud olan komitә vә qurumlar isә tibb sahәsindәki mütәxәssislәrin tәhsili vә ixtisaslaşmasında dәyişikliklәrin vacibliyini qeyd edirlәr. Qarşılıqlı-Peşәkar baxış özündә "Dәrsdәn Kәnar" vә "Körpü" tәdris metodlarının sәciyyәvi xüsusiyyәtlәrini birlәşdirir. Bu plan "tәtbiqi", "davamlı", "әvvәldәn-nәticәyә" vә "qarışıq" öyrәnmә metodları vә prinsiplәrinә әsaslanır vә tәlәbәlәri onları tәlimlәrinin erkәn mәrhәlәlәrindә Qarşılıqlı-Peşәkar tәhsilә gәtirmәyi vә mütәmadi olaraq biliklәri möhkәmlәtmәklә davam etmәyi tәklif edir. "Dәrsdәn Kәnar" metod adi dәrs saatlarından kәnar vaxtda Qarşılıqlı-Peşәkar tәhsilin tәtbiqini xarakterizә edir. Daha tәtbiqi vә intensiv model olan "Körpü" peşәkar tәdrisdә daha paylaşımlı, şәrikli öyrәnmәni tәklif edir vә bir çox hallarda müxtәlif sahәlәrdәn olan tәlәbәlәrin xüsusi ixtisas fәnlәrinә keçmәdәn öncәki periodda birlikdә oxuduğu qrupları әhatә edir. Qarşılıqlı-Peşәkar tәhsil (QPT) iki vә daha artıq sahәdәn olan üzvlәri (yaxud tәlәbәlәri) әhatә edir. QPT qrupları hәr bir akademik vahidә tәtbiq olunur. Bu qruplar da hәr bir vahidin tәdris planını әhatә edәn ümumi cәdvәl әsasında kurslarda eyni dәrs saatında birlәşdirilir. Bu "blok strukturu" adlanır. Burada müxtәlif sahәlәrdәn olan nümayәndәlәr arasında qarşılıqlı әlaqәni asanlaşdıran "hadisә әsaslı" vә "problem әsaslı" kimi kiçik qrup formatları istifadә edilir. Preklinik mәrhәlәdә tibb tәlәbәlәri klinikadan kәnar olmasi sәbәbindәn real klinik situasiyalar gәrçәkliyi vә tәcrübәsindәn xәbәrsizdirlәr. Bu mәrhәlәdә öyrәtmә strategiyası ümumi sağlamlıq, xәstәliklәrin profilaktikası konsept vә prinsiplәrini әhatә edir. Klinik mәrhәlә klinikanın tәlәbәyә tәqdim olunma mәrhәlәsidir. Bu mәrhәlәdә tәlәbәlәri QP әmәkdaşlığa cәlb etmәk üçün çoxsaylı fәrqli xәstә qrupları ilә müxtәlif öyrәtmә metodları tәklif olunur. Blok strukturuna uyğun olaraq buraya pediatriya, reabilitasiya, heriatriya, HIV/AIDS, psixiatriya sahәlәrindә birgә tәlim aid edilir. Sonrakı komponent isә demonstrativ praktika әsasında tәlәbәlәri birgә işin müxtәlif modellәri ilә tanış etmәk vә praktik tәcrübәni artırmaqdır. QPT eyni zamanda proqramı әn yaxşı şәkildә tәtbiq etmәk üçün tәlimçilәrin tәhsil sәviyyәsini müntәzәm qaldırmağı da әsas mәqsәdlәrdәn biri hesab edir.

IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

Sәhiyyә Xidmәti vә Xәstәlәrin Tәhlükәsizliyini Tәkmillәşdirmәnin Kontekstual Öyrәnilmәsi Contextual Learning to Improve Health Care and Patient Safety Mikkelsen J, Holm H

Education for Health, 7 online, 23 November 2007 Sәhiyyәdә xidmәt keyfiyyәtlәrinin vә tәhlükәsizliyinin tәkmillәşdirilmәsinin fәrdi, kollektiv vә tәşkilati sәviyyәlәrdә müştәrәk öyrәnilmәsinin böyük әhәmiyyәti vardır. Bir fәrdin diqqәtsizliyi vә ya sәriştәsizliyi ucbatından әmәlә gәlmiş sәhvlәrin araşdırılaraq aradan qaldırılması hәr hansı bir mikrosistemin (burada: ambulatoriya vә ya xәstәxana) tәşkilatçıları üçün hadisәnin sadә analizindәn başlamalıdır. Mәsәlәn, cәrrahi әmәliyyat zamanı xәstәnin qan qrupuna uyğun olmayan qanın köçürülmәsindәn yaranmış arzuolunmayan nәticәlәr hәm fәrdi (o anda tibb işçisinin uyğunsuzluğa fikir vermәmәyi), hәm kollektiv (üzvlәr arasında qeyri-dәqiq mәlumat mübadilәsi), hәm dә tәşkilati (xәstәxananın qanköçürmә siyasәtinin olmaması) sәviyyәlәrdә problemlәrin olduğunu göstәrir. Mikrosistemlәrdә hәm kollektiv, hәm dә orada tәcrübә keçәn tәlәbәlәr üçün Sәhiyyә xidmәti vә xәstәlәrin tәhlükәsizliyini tәkmillәşdirmәnin kontekstual öyrәnilmәsi baxımından elmә әsaslanan, qarşılıqlı öyrәnmә mühiti olmalıdır. İxtisaslı biliklәrә vә tәkmillәşdirmә siyasәtinә әsaslanan, sәhvlәr üzәrindә öyrәnmәyi nәzәrdә tutan bir neçә model mövcuddur. “Hәssas sistem sindromuna” әsaslanan birli, ikili “ilgәk” vә daha da mәhsuldar olan üçlü “ilgәk” metodları, sәhvin dәrin analizini tәmin edәn “planlaşdır - et - öyrәn - tәtbiq et” (plan - do - study - act, PDSA) zәnciri, Norveçdә uğurla tәtbiq olunan BEST (better and systematic trauma treatment) modeli bunlara misal ola bilәr. Belә metodların sәhiyyәdә tәtbiqi tәlәbәlәrә elmi biliklәrini tәcrübәdәn keçirmәyi, kollektiv işlәmәyi, mәlumat mübadilәsini vә liderlik xüsusiyyәtlәrini öyrәdir vә onlara bu metodların әhәmiyyәtini kәşf etmәyә imkan yaradır.

İnkişaf Etmәkdә Olan Ölkәlәrdә Tibb Tәhsilinin vә Sәhiyyә Göstәricilәrinin Inkişafına Yardım: Çatışmayan Hәlqә Capacity Building in Medical Education and Health Outcomes in Developing Countries: the Missing Link Morahan PS, Norcini JJ

Education for Health 7, 2007 İnkişafa yardım yerli ehtiyacları ödәmәk üçün sistemin öz hesabına fәaliyyәt göstәrmә qabiliyyәtinin yaranması kimi başa düşülür. Bu, fiziki infrastruktur vә yaxud tәlimatçı olmadan vә ya maliyyә dayandırıldıqdan sonra sәrbәst çalışa bilәn fәrdlәrin sayının vә bacarığının artması vasitәsi ilә hәyata keçirilir. Beynәlxalq Tibbi Tәhsil vә Tәdqiqatın Tәrәqqi Fondunun ( FAIMER - The Foundation for Advancement of International Medical Education and Research ) mәqsәdi inkişaf etmәkdә olan ölkәlәrdә tibb tәhsil sistemini güclәndirmәklә tәhsil keyfiyyәtini tәmin etmә mümkünlüyünü IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

yaratmaqdır. Bu mәqsәdlә biz FAIMER tәhsil proqramını, inkişafa yardımı vә proqramın qiymәtlәndirilmәsini tәsvir edirik. FAIMER inkişafa yardım proqramının aşağıdakı quruluşundan istifadә edir: 1. Dәyişiklik etmәk üçün potensiallı, gәnc vә istedadlı fәrdlәri vasitәçi olmaq üçün müәyyәnlәşdirmәk. 2. Mühitә uyğun olan effektiv tәhsil әlavәlәrini tәşkil etmәk vә çatdırmaq. 3. Әldә olunmuş bilik vә bacarıqların real hәyatda tәtbiq edilmәsinә yardımçı olmaq. 4. Yüksәlmә vә tәrәqqi şansı olan, davamlı karyera yolunu inkişaf etdirmәk.

Mütәmadi Qayğı Göstәrәn vә Tibb Mәntәqәlәrindә Çalışan Kiçik Tibb İşçilәrinә Onlayn Tәlimin Keçirilmәsi: Yeni İmkanlar E-Learning Education Solutions for Caregivers in Long-Term Care (LTC) Facilities: New Possibilities MacDonald CJ, Walton R.

Education for Health, 10 November 2007 Daim öyrәnmәk vә hәr zaman yenilәşmәk sәhiyyә xidmәti sahәsindә normal hal kimi qәbul olunur. Bugünki tibbi xidmәt tәminatçıları, sәhiyyә xidmәti işçilәrindәn müasir texnologiya vә uyğun mәlumat bazası olan professional hazırlıq kurslarında iştirak etmәlәrini tәlәb edir. Bu yolla onlar sәhiyyәnin keyfiyyәtini vә әhalinin sağlamlığını yaxşılaşdırmaq imkanını qazanırlar. Bununla belә, xroniki xәstәlәrә mütәmadi qayğı göstәrәnlәrә bu cür tәlimlәrdә iştirak etmәk hәmişә mümkün olmur. Mәhz bu baxımdan, online tәhsil proqramları tibbi xidmәt işçilәri üçün bir kömәkdir. Online tәhsil proqramları dedikdә, әsasәn işçilәri öz işlәrindәn uzun müddәtә ayırmayan online kurslar nәzәrdә tutulur. ABS idarәçiliyi (Amerikanın Cәnubi İllinois ştatında yaşlı nәslә 25 ildәn artıq xidmәt göstәrәn bir qurum) kompleks tәdrisin nәticәlәrini, kiçik tibb işçilәri vә xroniki xәstәlәrә mütәmadi qayğı göstәrәnlәrin maraq dairәsini bilmәk üçün “Online hәll etmә: mütәmadi xidmәt zamanı tәmin edilәn keyfiyyәtli qayğı üçün, keyfiyyәtli hazırlıq” proqramını tәklif edir. Bu proqram lazımi bilik vә tәcrübә aşılamaqla tibb mәntәqәlәrindә çalışan kiçik tibb işçilәri vә digәr qayğı göstәrәnlәr üçün nәzәrdә tutulmuşdur. Hәm dә proqram müxtәlif sahәlәrә aid olub, müxtәlif savad, tәcrübә vә qabiliyyәtә malik tibb işçilәri üçün münasibdir. Proqramın modulu iki әsas istiqamәtdә qurulmuşdur: 1) Hәr yerdә istifadә oluna bilәn informatika texnologiyasının üstünlüyündәn faydalanmaq. 2) Mütәmadi xidmәt göstәrәn tibb mәntәqәlәrindә çalışan kiçik tibb işçilәrinin spesifik ehtiyaclarını nәzәrә almaq. Bu cür proqramlardan sәhiyyә sistemindә istifadә etmәk hәm tәlim, vaxt vә hәm dә maliyyә baxımından sәrfәlidir.

IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

Sәhiyyә ilә Tibbin İntegrasiyası: Yeni Tәdris Planına İlkin Addımlar. Integrating Public Health and Medicine: First steps in a New Curriculum Klinken Whelan A, Black D.

Education for Health 7, 22 November 2007 Yaxın keçmişdәki infeksion xәstәlik partlayışları vә humanitar krizlәr ictimai sağlamlığın tәbabәtdә nә qәdәr önәmli yerә sahib olduğunu göstәrdi. Hazırda ictimai sağlamlığın natamam ali tәhsil proqramında tәdris olunmasının çәtinliyi qeyd edilir. İctimai sağlamıq tәdrisi proqramları ABŞ-da diqqәtәlayiq dәrәcәdә inkişaf etdiyi halda, Avstraliya vә Asiya – Sakit Okean regionunda belә bir proqramın qurulması çәrçivәsindәki fәaliyyәtlәrdә yekdil rәy yoxdur. Cәnub – Şәrqi Asiya İctimai Sağlamlıq İnstitutları Birliyi (SEAPHEIN) öz fәaliyyәtlәrini daha çox Magistr proqramlarına, Avstraliyada Federal İctimai Sağlamlıq vә Araşdırmalar Proqramı isә tam ali tәhsilә fokuslamışdır. Bu fәaliyyәtlәrin heç birindә natamam ali tәhsil proqramları yoxdur. 2004-cü ildә Yeni Cәnubi Uels Universitetindә (UNSW) әnәnәvi tәhsil sistemindәn yeni tәhsil sisteminә keçid olan Yeni Sәhiyyә proqramının tәqdimatı keçirilmişdir. Özündә ictimai sağlamlığı, tibbi vә elmi birlәşdirәn bu proqram natamam ali tәhsil proqramı üçün nәzәrdә tutulmuşdur. Yeni proqram üç fazadan ibarәtdir: 1. “Ssenariyә әsaslanmış tәhsil” -ilkin kliniki tәcrübәlәrin qazanılması vә ünsiyyәt bacarıqlarının inkişaf etdirilmәsi, Cәmiyyәt vә Sağlamlıq kursunun tәdrisi. 2. “Praktikaya әsaslanmış tәhsil”- tәhsillә bәrabәr sәrbәst layihәlәr yerinә yetirilir. 3. “Sәrbәst әks etdirmә tәhsili” Proqram yeni olduğu üçün proqramın uğurlarından universitet mәzunlarının sәhiyyә sistemindә işlәmәsindәn vә kursda öyrәndiklәrini öz tәcrübәlәrindә istifadә etmә sәviyyәsinin analizindәn gәlәcәkdә danışmaq olar.

Peşәkar Tәdris-Xidmәtininin Yeniliklәrini Artırmaq vә Zәrәrli Vәrdişlilәrin Aradan Qaldırılması Üçün Әmәkdaşlıq Partnering to Enhance Interprofessional Service-Learning Innovations and Addictions Recovery Kedzierski M., Johnson Crowley N.

Education for Health, 22 November 2007 Tәdris-xidmәti öyrәtmә vә öyrәnmә strategiyasi ilә müәyyәnlәşdirilir, bu da çoxmәnalı cәmiyyәt xidmәti ilә öyrәnmә tәcrübәsini zәnginlәşdirmәk, mülki mәsuliyyәti öyrәtmәk vә cәmiyyәti güclәndirmәk üçün tәlim vә tәsvir ilә bütünlük tәşkil edir. Tәdris-xidmәti proqramları tәlәbәlәrin, fakultәlәrin, ali tәhsil ocaqlarının vә bu qruplar arasındakı әlaqәlәrin mәnfәәti üçün tәşkil olunmuşdur. Peşәkar tәdris-xidmәti nümunәsi bu mәnfәәti artıra bilәr. Bu layihә tәlәbәlәri mәdәni vә sosial tәdbirlәrә cәlb edir, sağlamlıq mәrkәzlәrinin sayının artmasinda müsbәt rol oynayır. O cümlәdәn bu tәcrübәlәr müasir sağlamlıq problemlәrinin, xüsusәn dә xronik IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

xәstәliklәrin profilaktika vә müalicәsinin әsasında duran çәtinliklәrin tәlәbәlәr tәrәfindәn başa düşülmәsini asanlaşdırır. Bu tәşәbbüsün әsas mәqsәdi tәlәbәlәrin dünya görüşünü artlırmaq vә zәrәrli vәrdişi olan tәlәbәlәrin (spirtli içki,hәb vә s.) bu vәrdişlәrdәn yadirğamasını sürәtlәndirmәk üçün peşәkar tәdris-xidmәti yeniliklәrini әrsәyә gәtirmәk vә onları tәqdim etmәkdir. Bu tәşәbbüsә dәstәk olaraq 1997-ci ildә Waşington Universiteti nәzdindә Klinik Tәhsil Mәrkәzindә Elmi Sağlamlıq Әmәkdaşlığı (KTMESӘ) vә Müharibәdәn Xilas olanların Bәrpa Mәrkәzi (MXBM) ”cәmiyyәtşәhәrcik” әmәkdaşlığına başladı. (Seatldakı xaçpәrәst-әsilli MXBM zәrәrli vәrdişi olanların sağalması üçün nәzәrdә tutulan himayәdarlıq proqramlarından biridir. 101 nәfәrdәn artıq insan 6 aydan 12 aya qәdәr bu himayәdarlıq proqramında ödәnişsiz iştirak edә bilәr) Bu yeni layihә KTMESӘ tәrәfindәn yaradılmış tәdris mәqsәdlәrini hesabata aldı. Hesabatın әsas prinsiplәri bunlardan ibarәtdir: beynәlxalq ittifaqlarda iştirak etmәklә dünya ölkәlәri ilә әmәkdaşlıq qurmaq, әhalinin sağlamlığına xüsusi nәzarәt etmәk, tibbin yüksәk sәviyyәdә inkişafına nail olmaq, xәstәliklәrin yaranma sәbәblәrini araşdırmaq vә onları aradan qaldırmaq. Gәlәcәkdә mәqsәd elmi tәdqiqatları daha da genişlәndirmәk, xәstәliklәrin sayını azaltmaq, tәlәbәlәrin bilik vә bacarıqlarını tәkmillәşdirmәk üçün, layihәnin daha da geniş xarakter alması üçün bütün vasitәlәrdәn istifadә etmәkdir. "Tibb Tәhsili" komandamız: Rüstәm Әliyev, Lalә Qasımova, Elşәn Ağayev, Ülviyyә Mәmmәdli, Murad Әlibәyov, Şәfiqә Ağayeva, İlkin Babakişiyev. Azәrbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının dәstәyi ilә çap olunur.

http://azermds.azeriblog.com/, e-mail:amdsforum@yahoo.com

IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


AzerMDS - SCOME - Newsletter 2