Issuu on Google+

International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

  Bülleten №1 Beynəlxalq Tibb Tələbələri Assosiasiyaları Federasiyası (IFMSA)  Tibb Təhsili üzrə Daimi Komitə (SCOME)  Azərbaycan Həkimlər və Təbib Tələbələr İctimai Birliyi (AzerMDS) 

SCOME Müasir informasiya alәmindә olan rәngarәnglik, әhalinin xәstәliklәr barәdә geniş mәlumata malik olmasına gәtirib çıxarır vә nәticәdә xәstәlәrin hәkimlәrә olan inamı azalmış olur. Bütün bunlara baxmayaraq tibbi tәhsil ocaqları öz tәdris planlarında dәyişikliklәr etmәyә cәhd göstәrmir, sistemsiz edilmiş dәyişikliklәr vermir. Tibb isә heç bir nәticә fakultәlәrindә tәdris edәn müәllimlәrin pedaqoji tәhsilinin olmaması da bir tәrәfdәn tәlәbәlәrin bu vә ya digәr tәdris predmetini mәnimsәmәsindә çәtinliklәrlә qarşılaşmasına sәbәb olur.

Biz, Beynәlxalq Tibb Tәlәbәlәri Assosiasiyaları Federasiyası- IFMSA-in Tibb tәhsili üzrә daimi komitәsinin (SCOME) Milli nümayәndәliyi olaraq bu bülleten vasitәsilә müasir tibb tәhsilindә olan yeniliklәri, metodları, tibb tәhsili sahәsindә elmi tәdqiqat işlәrinin xülasәlәrini, tibb tәhsilindә Bolonya prosesinin gedişini işıqlandırmaq niyyәtindәyik. Bununla Prezident İlham Әliyevin Azәrbaycanın ali tәhsil müәssisәlәrinin Avropa ali tәhsil mәkanına   inteqrasiyası ilә bağlı tәdbirlәr haqqında yanvarın 31-dә imzaladığı sәrәncamın hәyata keçirilmәsindә öz töhfәmizi vermәk arzusundayıq. Rüstәm Әliyev Tibb Tәhsili Üzrә Milli Koordinator

Bütün bunları nәzәrә alaraq, әnәnәvi tәdris planı ilә tәhsil alan tәlәbәlәrin müasir cәmiyyәtdә sәhiyyәnin tәlәblәri ilә ayaqlaşa bilәcәyi bir qәdәr şübhә doğurur. Elmi araşdırmalar göstәrir ki, müasir tibbi tәdris planı daha savadlı hәkimlәr yetişdirmәk üçün tәlәbәlәrә tibbin sirrlәrini dәrindәn öyrәtmәlidir.Tibbdә elmi tapıntılara әsaslanan bir sıra yeni yanaşmaların meydana çıxmasına baxmayaraq, tibbi tәhsil ocaqlarındakı tәdris planında yeniliklәrә çox az hallarda tәsadüf etmәk olur. Bir çox universitetlәrdә yeniliklәr barәdә mәlumatın azlığı, digәrlәrindә isә bu yeniliklәrin tәdris planına salmaq cәhdlәrinin olmaması tibb tәhsilinin inkişafında yubanmanın әmәlә gәlmәsinә sәbәb olur . Tibbi tәdris planlarının birbaşa tibb tәlәbәlәrinә tәtbiq olunmasını nәzәrә alaraq, tibb tәlәbәlәrinin dә bu prosesә tәsir etmәk vә bu sahәdә öz sözlәrini demәk imkanları olmalıdır. Belәki tibb tәlәbәlәri öz tәhsil sәviyyәlәrini müasir standartlara, cәmiyyәtin ehtiyaclarına uyğunlaşdırmaq üçün әllәrindәn gәlәni etmәyә hazırdırlar. Burada kömәyә Standing Committee On Medical Education (SCOME) gәlir.

IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS) SCOME öz mәqsәdlәrinә nail olmaq yolunda tibb tәhsilinin müxtәlif aspektlәri ilә maraqlanan tәlәbәlәrin müzakirә forumu kimi fәaliyyәt göstәrir. 90-dan artıq ölkәdә aktiv olan IFMSA tәcrübәsi göstәrir ki, tibb tәlәbәlәri tәhsillәrinin müasir cәmiyyәtin tәlәblәrinә uyğunlaşdırılmasının әn aktiv tәrәfdarlarıdırlar. Bu sahәdә aparılan elmi araşdırmaların nәticәlәrinә әsaslanaraq, tibb tәlәbәlәri olaraq qәrara aldıq ki, mәqsәdimiz tәlәbәlәrin vә mütәxәssislәrin müasir standartlara uyğun tәhsili vә tәlimi, tәcrübә mübadilәsi vә bu sahәdә mәlumatların yayılmasından ibarәt olmalıdır.

Bolonya Bәyannamәsi vә Tibb Tәhsili Avropa Tibb Tәlәbәlәrinin Bәyanatı Meguve, Fransa, 4 İyul 2004 IFMSA (International Federation of Medical Students’ Associations) vә EMSA (European Medical Students’ Association) tәrәfindәn tәşkil edilәn Bolonya prosesinә hәsr olunmuş 3-cü simpoziumun yekunu.

Xülasә Bolonya prosesinin bir çox cәhәtlәri Avropanın tibb tәlәbәlәri tәrәfindәn alqışlanır. Tibb tәhsili, dәyişkliklәrә mәruz qalacağı halda bir çox yöndәn digәr tәhsil sahәlәrindәn fәrqlәnәcәk vә biz bu bәyanatla daha fәrqli üç cәhәtin vacibliyini vurğulamaq istәyirik. 1. Avropada Tibb tәhsilinin müasir standartlara uyğun keyfiyyәtinin tәmini üçün ümumi bir sistemin olması zәruridir. Vahid sistemin yaradılması tibb tәhsilindә qarşılıqlı inteqrasiyanı artıracaq vә gәlәcәk tibbi mütәxәssislәrin tәhsil keyfiyyәtini yüksәldәcәk. 2. Biz tibb tәhsilindә olan iki-pillәli (bakalavr-magistr) strukturun yaratdığı mәnfi tәsirlәrdәn narahatıq. Avropada Tibb tәhsilinin harmoniklәşmәsi istәnilәn sistemdә hәlledici rol oynayacaqdır. 3. Prosesin bütün mәrhәlәlәrindә tәlәbәlәrin cәlb olunmasını zәruri hesab edirik.

Ümumi plan 1999- cu il İyun Bolonya Bәyәnnamәsi1 aşağıdakı vәzifәlәri tәsis etdi: 1. 2. 3. 4.

Asan başa düşülәn vә müqayisә oluna bilәn dәrәcәlәrin qәbulu (NARIC/ENIC, DE) İki pillәli sistemin qәbulu – diplomöncәsi vә diplomdan sonrakı ECTS Sistemi kimi kredit sisteminin yaradılması Sәrbәst hәrәkәtin effektiv tәtbiqinә olan maneәlәri aradan götürmәklә inteqrasiyaya imkan yaratmaq 5. Keyfiyyәtin tәminatı üçün Avropa ilә әmәkdaşlığı aşılamaq 6. Ali tәhsildә zәruri Avropa vahidlәrini aşılamaq Bәyannamәyә uyğun olaraq bu mәqsәdlәrә "bizim tәşkilatı sәlahiyyәtlәrimiz vә mәdәniyyәt, dil, milli tәhsil sistemi vә Universitet sәrbәstliyinә tam hörmәt" çәrçivәsindә nail olunmalıdır. Növbәti iki görüş keçirilmiş vә aşağıdakı mәsәlәlәr әlavә edilmişdir. Praqa Kommunikesi2 19 May 2001-ci il: 7. Davamlı (uzunmüddәtli) tәhsili ümumi strategiyaya tәtbiq etmәk 8. Ali tәhsil müәssisәlәri vә tәlәbәlәr 9. Avropa Ali Tәhsil Mәkanı-nın cәlbediciliyini aşılamaq Berlin Kommunikesi3 19 Sentyabr 2003-cü il: 10. Avropa Tәdqiqat Mәkanını (European Research Area) tәsis etmәk. 1 http://www.bologna-bergen2005.no/PDF/00-Main_doc/990719BOLOGNA_DECLARATION.PDF 2 http://www.bologna-bergen2005.no/PDF/00-Main_doc/010519PRAGUE_COMMUNIQUE.PDF 3 http://www.bologna-bergen2005.no/PDF/00-Main_doc/030919Berlin_Communique.PDF

IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

Bizim Münasibәtimiz 1. Asan başa düşülәn vә müqayisә oluna bilәn dәrәcәlәrin qәbulu Tibbi dәrәcәlәr Avropa Birliyi daxilindә 93/16 saylı Tibb Tәhsili Direktivinә istinadәn asan başa düşülәn vә müqayisә oluna bilәn sәviyyәdәdir. Bu anlayış daha sonralar Diplom әlavәsi әrәfәsindә daha da tәkmillәşdirilә bilәr. 2. İki pillәli sistemin qәbulu – diplomöncәsi vә diplomdan sonrakı. Biz tibb tәhsilindә iki pillәli (bakalavr-magistr) strukturun tәtbiqindәn yarana bilәcәk mәnfi tәsirlәrdәn narahatıq. Tibb tәdris planını müasirlәşdirmәyә yönәlәn hazırkı iş göstәrir ki, tәmәl vә klinik fәnlәrin erkәn inteqrasiyası daha yaxşı hәkimlәr yetişdirmәk üçün zәruridir. Bu hәmçinin "Yaşlıların öyrәnmә nәzәriyyәsi (Adult learning theory)" tәrәfindәn dә dәstәklәnir, hansı ki, faktiki biliyә malik olmaqla onu gerçәk hәyati situasiyalarda tәtbiq etmәk arasındakı fәrqi etiraf edir. İki pillәli strukturun tәtbiqi Flexner-in 1910-cu il hesabatında4 göstәrilәn tәmәl vә klinik fәnlәr arasındakı әnәnәvi fәrqin möhkәmlәnmәsinә imkan vermәyәcәk. Tibbdә iki pillәli strukturu tәtbiq edәn ölkәlәrdә hәkimlik dәrәcәsi alanların keyfiyyәtini tәmin etmәk mәqsәdilә tәlәbәlәrdәn Tibb Magistrinә keçmәk üçün Tibb Bakalavrı vә ya akademik ekvivalentli bakalavr dәrәcәsini almaq tәlәb olunur. Tibbdә "iki-pillәli strukturun tәtbiqindә Avropa konsensusu" olmadan iki mәrhәlәli sisteminin tәtbiqi asan başa düşülmә vә müqayisә oluna bilmәnin ciddi şәkildә çәtinlәşmәsi ilә nәticәlәnәcәk. Bәzi Tibb Tәdrisi proqramları fәnlәri bir neçә illәr әrzindә tәdris edir. Belә tәdris proqramlarında iki-pillәli tәdris planının tәtbiqi bu fәnlәrin süni parçalanmasına gәtirib çıxaracaq vә mütәhәrrikliyi mәhdudlaşdıracaq. Bunun qarşısını Bakalavr vә Magistr proqramları üçün bәlәdçi vәsaitlәr tәqdim etmәklә almaq olar. Bunun üçün bir model Tibb tәhsilindә Avropa Baş Tәdris Planının (European Core Curriculum) ideyası әsasında 1993-cü ildә Britaniya Ümumi Tibb Şurası tәrәfindәn hazırlanmış 5 N-li AMEE Tәhsil Bәlәdçisi5-dir. Biz eyni zamanda Avropada Ali tәhsil üçün vahid dәrәcә strukturunun olmasının dәyәrini anlayırıq. Tibb tәhsili üçün mütәhәrrikliyin vә Magistr dәrәcәsini seçmәk üçün imkanların artırılmasını nәzәrdә tuturuq. 3. ECTS Sistemi kimi kredit sisteminin yaradılması ECTS Sisteminin (European Credit Transfer System) yaradılması bir çox Avropa ölkәlәrindә hәyata keçirilә bilәr vә artıq bir neçә Avropa tibb mәktәbindә tәtbiq olunmağa başlamışdır. Bizә görә, tibb tәlәbәlәrinin biliklәrinin düzgün qiymәtlәndirilmәsini tәmin etmәk baxımından Avropada qiymәtlәndirmә sistemi araşdırılmalı vә sübutlarla әsaslandırılmalıdır. ECTS vә qiymәtlәndirmә sisteminin düzgün tәtbiqi Avropada keyfiyyәtli vә mütәhәrrik qiymәtlәndirmә üçün çox әhәmiyyәtlidir. 4. Mütәhәrrikliyi aşılamaq Tibb tәhsilindә mütәhәrriklik ayrı-ayrı kurslardan, yaxud klinik tәcrübәlәrdәn tutmuş (Erasmus proqramında olduğu kimi) digәr dәrәcәlәrә qәdәr bütün sәviyyәlәrindә arzuolunandır. Ümumi bәlәdçi vәsaitlәrin dәrәcә proqramlarında qәbul edilmәsi mütәhәrrikliyi artırmağa kömәk edәr. Lissabon Konvensiyasında6 dәrәcә vә kursların tanınması üçün müәyyәn üsullar hazırlanmışdır ki, bunlar da mütәhәrrikliyin artırılmasında önәmli addımlardandır. 5. Keyfiyyәtin tәminatı üçün Avropa ilә әmәkdaşlığı aşılamaq Biz Rәhbәrlәri Keyfiyyәtin tәminatı üçün Avropada әmәkdaşlıq sistemi barәdә razılığa gәlmәyә çağırırıq. Bu sistemi tәşkil etmәk müstәqil ekspertlәrә hәvalә olunmalıdır. Tibb tәhsilindә bu AMEE (Association for Medical Education in Europe) ola bilәr. Tәlәbәlәrin bu prosesә cәlb olunması mütlәq şәrtdir. Keyfiyyәtin tәminatına dәrәcә proqramları üçün ümumi bәlәdçi vәsaitlәrin yaradılması vә bir sıra standartların, mәsәlәn "Keyfiyyәtin Yaxşılaşdırılması üzrә WFME Qlobal Standartları7"-nın qәbul edilmәsi yolu ilә nail olmaq olar. Bütün tibb mәktәblәrinin ümumi Avropa akkreditasiya sisteminә qoşulması tәhsil keyfiyyәtinin yüksәlmәsinә vә müxtәlif mәktәblәr arasında müqayisә aparmağın üsullarını yaratmağa vә әldә etmәyә kömәk edә bilәr. Biz uzlaşmanı alqışlayırıq, lakin bununla yanaşı Avropada tibb mәktәblәrindә müxtәlifliyin qorunub saxlanmasını da vacib hesab edirik. IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


International Federation of Medical Students’ Associations

Standing Committee on Medical Education

Azerbaijan Medical Doctors and Students Public Union (AzerMDS)

6. Ali tәhsildә zәruri Avropa ölçülәrini aşılamaq Biz qәbul etmәliyik ki, Avropada mәdәniyyәtlәrin fәrqli olması hәr ölkәdә tibb tәhsilinin müxtәlif üsullarla tәdrisinә tәsir göstәrir. Biz inanırıq ki, gәlәcәk Avropada tibb tәdrisinin müasir dünyamızın ümumbәşәri dәyәrlәrinә әsaslanması özünü sabahın hәkimlәrinin sürәtlә dәyişәn mühitә vә yüksәk biliklәrә uyğunlaşması ilә göstәrәcәk. Dil öyrәnmәyә diqqәt yetirilmәsi professional әlaqәlәrin genişlәnmәsinә vә mütәhәrrikliyin artmasına gәtirib çıxaracaq. 7. Davamlı (uzun müddәtli) tәhsili ümumi strategiyaya tәtbiq etmәk Sürәtlә inkişaf edәn Sәhiyyә mühiti tәlәbәlәrә mәzun olduqdan sonrakı ixtisas artırmanı vacib edir. Tibb mәktәblәrinin öz mәzunlarını bu proseslәrә hazırlamasında rolu kifayәt qәdәr deyildir. Biz müasir tәdris metodlarından istifadәni vә fәrdi qaydada öyrәnmәyi ömür boyu öyrәnmәnin bünövrәsi hesab edirik. 8. Ali tәhsil müәssisәlәri vә tәlәbәlәr Tәlәbәlәrin “bacarıqlı, fәal vә yaradıcı partnyor8” kimi qәbul edilmәsi tibb tәhsilinin keyfiyyәtinin artmasında irәli atılmış bir addımdır. Biz Rәhbәrlәrin tәlәbәlәri daha aktiv olma çağırışlarını alqışlayırıq vә inanırıq ki, bu bütün sәviyyәlәrdә dәstәklәnәcәk vә hәyata keçirilәcәk. Biz indiki vә gәlәcәk nәslin tәhsili haqqında ciddi düşünürük. Biz sabahın tәhsil sisteminә töhfә verәcәk şәxslәrik. Nәhayәt, biz sabahın müәllimlәri olacağıq. 9. Avropa Ali Tәhsil Zonasının cәlbediciliyini aşılamaq Keyfiyyәtin tәminatı, asan başa düşülәn vә müqayisә oluna bilәn tibbi dәrәcәlәrin Ümumi Avropa Sistemini yaratmaq Avropanı nәinki avropalı, hәmçinin qeyri-avropalı tәlәbәlәr üçün daha çox cәlbedici edәcәk. 10. Avropa tәdqiqat mәkanını tәsis etmәk Bizim biliyә әsaslanan cәmiyyәtimizdә, tәdqiqat müasir universitetin әsas sütunlarından biridir. Biz Avropa tәdqiqat mәkanının yaradılmasının potensial faydalarını görürük vә bir akademiya üçün bunun әhәmiyyәtini vurğulayırıq. Yekun olaraq bir daha qeyd edәk ki, biz dәyişkәnliyi, mütәhәrrikliyi vә keyfiyyәtin tәminatını müdafiә edәn Bolonya prosesinin bir çox müddәalarını ciddi şәkildә dәstәklәyirik. Biz tibb tәhsilindә iki pillәli strukturun tәtbiqindәn yarana bilәcәk mәnfi tәsirlәrdәn narahatıq. Lakin iki pillәli sistemin yerinә yetirilmәmәsi Bolonya prosesinin dә yerinә yetirilmәmәsinә haqq qazandırmamalıdır. Biz Avropada dәrәcә proqramlarında ümumi bәlәdçi vәsaitlәrin olmasının әhәmiyyәtini bir daha vurğulayırıq. Tәmәl fәnnlәrin klinik fәnnlәr dünyası ilә inteqrasiya etmәsi gәlәcәk hәkimlәr olaraq bizim uğurlarımız üçün çox vacibdir. Biz Avropanın yüksәk keyfiyyәtli tibbi tәhsilә doğru aksiyasına fәal olaraq qoşulacağımızı sәbirsizliklә gözlәyirik. 4 Abaham Flexner, Medical education in the United States and Canada, www.carnegiefoundation.org/elibrary/docs/flexner_report.pdf. 5 AMEE Education Guide no 5, R M Harden & M Davis: The Core Curriculum with Options or Special Study Modules. www.amee.org 6 http://www.bologna-bergen2005.no/PDF/02-CoE/970411Lisbon_con_165.pdf 7 WFME Global Standards for Quality Improvement, Basic Medical Education, WFME Office: University of Copenhagen, Denmark 2003 8 http://www.bologna-berlin2003.de/pdf/Prague_communiquTheta.pdf

"Tibb Tәhsili" komandamız: Rüstәm Әliyev, Lalә Qasımova, Elşәn Ağayev, Ülviyyә Mәmmәdli, Murad Әlibәyov, Şәfiqә Ağayeva, İlkin Babakişiyev. Azәrbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının dәstәyi ilә çap olunur.

http://azermds.azeriblog.com/, e-mail:amdsforum@yahoo.com IFMSA (SCOME) – AzerMDS (SCOME) – Newsletter


AzerMDS - SCOME - Newsletter 1