Issuu on Google+

Tibb Təhsilində Yeniliklər Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi

Yanvar 2009

Almaniyada Tibb Tәhsili

Federasiyası (IFMSA)

Almaniyada tibb universitetinә qәbul federal strukturlar vә universitetlәrin özlәri tәrәfindәn idarә olunur. Әsas kriteri son orta mәktәb ballarıdır. Lakin son zamanlar әrizә seçimi dә tәtbiq edilmәkdәdir. Bu kriteri müxtәlif fakultәlәr arasında fәrqlidir. Tibb tәhsilinin ilk 2 ili preklinik tәhsildir. Bu müddәt әrzindә tәlәbәlәrә fizika, kimya, biologiya, anatomiya, biokimya vә s fәnnlәri tәdris edilir. Bu 2 ilin sonunda tәlәbәlәr federal tibb imtahanı verirlәr. Bu bölümü bitirdikdәn sonra tәlәbәlәr klinik fәnnlәrә başlayırlar. Klinik bölümdә 3 il әrzindә tәlәbәlәr klinik fәnnlәr üzrә tәhsil alırlar. Yәni, daxili xәstәliklәr, cәrrahiyyә, ginekologiya, pediatriya, patologiya vә s. Tibbi tәhsilin son ili “praktik il adlanır”. Bu il әrzindә tәlәbәlәr hәr biri 3 ay olmaqla 3 tәcrübә keçirlәr: daxili xәstәliklәr, cәrrahiyyә vә tәlәbәnin özünün seçimi üzrә bir tәcrübә.

Tibb Tәhsili üzrә Daimi

Almaniyada 36 tibb fakultәsi var:

Biz IFMSA-SCOME-in Milli nümayәndәliyi olaraq bu bülletenlәr vasitәsilә müasir tibb tәhsilindә olan yeniliklәri, metodları, tibb tәhsili sahәsindә elmi tәdqiqat işlәrinin xülasәlәrini vә tibb tәhsilindә Bolonya prosesinin gedişini işıqlandırmaq niyyәtindәyik. Bununla Prezident İlham Әliyevin Azәrbaycanın Ali Tәhsil müәssisәlәrinin Avropa Ali Tәhsil Mәkanına inteqrasiyası ilә bağlı tәdbirlәr haqqında 2008-ci il yanvarın 31-dә imzaladığı sәrәncamın hәyata keçirilmәsinә öz töhfәmizi vermәk arzusundayıq. Rüstәm Әliyev Tibb Tәhsili Üzrә Koordinator

nome@azermds.org

Beynәlxalq Tibb Tәlәbәlәri Assosiasiyaları

Komitә (SCOME) Azәrbaycan Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi (AzerMDS)

Bülleten 4

• Charité Universitätsmedizin Berlin • Ruhr-Universität Bochum • Bonn • Cologne • Dresden (TU) • Düsseldorf • Erlangen-Nürnberg • Essen • Frankfurt am Main • Freiburg • Gießen

• • • • • • • • • • • • • •

6 il tәhsildәn sonra tәlәbәlәr son federal imtahanı vermәklә universiteti bitirirlәr. Mәzunlar hәkim titulu vә hәkim işlәmәk lisenziyası alır. Tibb Doktoru akademik adı paralel olaraq hәm dә elmi dissertasiya işlәmiş tәlәbәlәrә verilir. Әgәr hәkim xәstәlәrlә sәrbәst işlәmәk arzusundadırsa rezidentura tәhsili dә almalıdır. İlk faza (preklinik) 2 il / 4 semester (1ci subfaza) İlk dövlәt imtahanı [çoxseçimli test + şifahi imtahan] İkinci faza(klinik faza) 1 il/2 klinik semester (2ci subfaza) 2 il/4 klinik semester (3cü subfaza) Praktik İl (PJ) (4cü subfaza) 3bölümdә hәr biri 16 hәftә olan klinik tәcrübә: • daxili xәstәliklәr • cәrrahiyyә • tәlәbәnin öz seçimi ilә olan tәcrübә İkinci dövlәt imtahanı [çoxseçimli test + şifahi imtahan]

Göttingen Greifswald Halle-Wittenberg Hamburg Hannover (MHH) Heidelberg Heidelberg-Mannheim Jena Kiel Leipzig Lübeck Magdeburg Mainz Marburg

• • • • • • • • • •

Munich (LMU) Munich (TU) Münster Regensburg Rostock Saarbrücken/Campus Homburg Tübingen Ulm Würzburg Witten/Herdecke (PrivatU)

Bülleten 4 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org


Alman Tibb tәhsilindә reformlar:

International

Hal-hazırda Alman tibb tәhsili reformalara mәruz qalır, belәki tibb tәhsilinә

Federation of

qoyulan yeni tәlәblәr preklinik vә klinik tәdris dövrlәrini daha inteqrasiya olunmuş yәni,

Medical Students’

daha әlaqәli etmәk mәqsәdi daşıyır. Kombinә olunmuş mühazirәlәr, rol oyunları vә

Associations

klinik tәcrübәlәr mәslәhәt görülmәkdәdir.

(IFMSA)

Bu mәqsәdlә erkәn klinik tәcrübәlәrin keçirilmәsi, problem әsasında öyrәnmә, rol oyunlarının tәtbiqi, praktik dәrslәrlә kombinә olunmuş mühazirәlәr tәtbiq

Standing Committee

olunmaqdadır.

on Medical

Uzun müddәt әrzindә Alman tibb tәhsili praktik mәşğәlәlәrin azlığına görә

Education (SCOME)

tәnqidlәrә mәruz qalıb. Bir çox tәlәbәlәr tibbi tәcrübәni ancaq tәhsillәrinin son ili keçirlәr. Ona görә dә tәdris müddәti әrzindә daha çox praktik mәşğәlәlәr daxil

Medical Doctors and

edilәcәk.

Students Public Union (AzerMDS)

Tibb tәhsili üçün müraciәt edәn tәlәbәlәrin seçim sistemi dәyişdirilmәkdәdir. Belә ki, 1999-cu ilәdәk yerlәr mәktәb qiymәtlәri vә gözlәmә zamanına görә paylanırdı. Sistem bütün müraciәt edәnlәrә yer tәklif edirdi lakin heç dә hәmişә onların seçdiklәri universitetdә yox. 2000 ci ildә ilk dәfә olaraq universitetlәrә tәlәbә seçmәk imkanı verildi. Bu il bu faiz 24% olmuşdur. Universitetlәr seçimi adәtәn intervyu, imtahan vә mәktәb qiymәtlәri әsasında etmәyә başladılar. Almaniyada tәhsil üçün hansi sәnәdlәr lazımdır? Ümumi kriteri kimi Almaniyada tibb tәhsili almaq üçün xarici tәlәbә öncәdәn öz vәtәnindә mәktәbi bitirmәlidir.

Bülleten Azәrbaycan Respublikası Prezidenti Yanında Qeyri Hökümәt Tәşkilatlarına Dövlәt Dәstәyi Şurasının mailiyyә dәstәyi ilә çap olunur.

Digәr bir şәrt xarici tәlәbәnin mәktәb attestatının Alman mәktәb attestatına bәrabәr olub olmamasıdır. Qeyri-EU ölkәlәrinin tәlәbәlәri üçün Әgәr sizin mәktәb attestatınız Alman mәktәb attestatına bәrabәr sayılmırsa

siz 1 illik hazırlıq kursu

keçmәlisiniz vә sonda imtahan vermәlisiniz. Әgәr tәlәbә artıq öz vәtәnindә 1-3 il tibb tәhsili almışsa belә tәlәbәlәr testdәn azad oluna bilәrlәr. Almaniyada tibb tәhsili almaq imkanı yüksәk son mәktәb imtahan balı tәlәbi ilә mәhdudlaşdırılmışdır. Bәzi tibb universitetlәri daha yüksәk ballar tәlәb edir. Daha әtraflı hәr bir universitetin beynәlxalq offisindәn (Akademisches Auslandsamt) vә universitetlәrin Studienkollegs adlanan qurumlarından almaq olar. Әrizә formaları beynәlxalq offislәrdәn götürülә bilәr. Rezidentura Adәtәn tibb tәhsilini öz vәtәnindә bitirmiş qeyri-EU vәtәndaşları üçün Almaniyada iş icazәsi almaq çәtindir. Onlar aşağıdakı sәnәdlәri hazırlamalıdırlar: A. Yaşamaq icazәsi (Aufenthaltserlaubnis) B. İş icazәsi (Arbeits- und Berufserlaubnis) C. Hәkimlik lisenziyası (Approbation): Alman konstitusiyası 16 ştatın hәr birinә bu sahәdә öz qәrarını vermәk imkanı verir. Vә qeyri-EU vәtәndaşları lisenziyanı iş üçün müraciәt edәcәklәri xәstәxananın mәnsub olduğu uyğun ştatdan almalıdırlar. Bәzi ştatlar lisenziya vermәk üçün “Uğunlaşma zamanı” adlı 12-18 aylıq Alman klinikasında iş praktikası tәlәb edirlәr ki, bu zaman da 3 ixtisas uzrә bölünmәlidir: • cәrrahiyyә • daxili xәstәliklәr • ixtisasçının öz seçimi Hәkim üçün ikinci mәrhәlә ştatın tibb assosiasiyasında qeydiyyatdan keçmәkdir. Әrizә verәn eyni zamanda öz alman dil biliklәrini dә tәsdiq edәn diplom tәqdim etmәlidir. Bülleten 4 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org


USMLE - The United States Medical Licensing Examination Amerika Birlәşmiş Ştatlarının Tibbdә Lisenziya imtahanı (USMLE) üç mәrhәlәli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricindә alınan tibb tәhsilinin ABŞ-da qәbul edilmәsi üçün gәrәklidir. USMLE, ABŞ әyalәtlәrinin sәhiyyә orqanlarından tәşkil olunan Federation of State Medical Boards (FSMB) ilә tibb sahәsindә imtahan keçirmәyә cavabdeh olan digәr bir orqan National Board of Medical Examiners (NBME) tәrәfindәn tәşkil edilmәkdә vә bu qurumlara әlavә olaraq xarici ölkәlәrdә tibb tәhsili alanların diplom uyğunluğu ilә mәşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dәstәyi ilә hәyata keçirilmәkdәdir. USMLE hәkimlәrin biliklәri, anlayışları vә prinsiplәri xәstәlәrin müalicәsindә etibarlı vә effektiv bir şәkildә tәtbiq etmә qabiliyyәtini qiymәtlәndirmәk mәqsәdi ilә hazırlanmış bir imtahandır. İmtahanın üç mәrhәlәsi dә birbirini tamamlayan tәrkibdәdir. Heç bir mәrhәlә ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymәtlәndirә bilmәz. İmtahanın mәrhәlәlәri USMLE imtahanı 3 mәrhәlәdәn ibarәtdir: Step 1’in mәqsәdi sağlamlıq, xәstәlik vә müalicә mexanizmlәri ilә әlaqәli әsas bio-tibbi anlayışları qavrama vә tәtbiq etmә qәbiliyyәtini qiymәtlәndirmәkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya vә psixologiya fәnnlәri ilә qidalanma, genetika vә s. mövzularda suallardan ibarәtdir. Test sualları әsasәn qrafik vә cәdvәllәri şәrh etmә, patoloji vә normal nümunәlәri ayırd etmә vә tәmәl klinik tibbi biliklәrin tәtbiqi mövzusundadır. Hәr biri 50 sualdan ibarәt 7 ayrı sual blokundan, ümumilikdә 350 sualdan ibarәt bu imtahan üçün ayrılan vaxt 8 saatdır. Sәkkiz saatlıq vaxta bütövlükdә 1 saatlıq faslilәlәr daxildir. Hәr 50 sualdan ibarәt blok üçün 1 saat vaxt verilir. Cavabları tәkrar yoxlamaq üçün geri dönmәk imkanınız yalnız cavablamaqda olduğunuz sual bloku üçün var. Suallar qrup şәklindә, müәyyәn müvzulardan ardıcıllıqla deyil, müxtәlif mövzularda qarışıq şәkildәdir. Fasilәlәri yalnız bloklar arasında ala bilәrsiniz. Bilik әsasәn birbaşa, lakin klinika ilә әlaqәli yoxlanılır. ABŞ’dakı tibb tәlәbәlәrinin әksәriyyәti imtahanın bu mәrhәlәsinә tibb tәhsillәrinin ikinci ilindә girirlәr. Step 2, xәstәlәrin müalicәsi üçün vacib olan profilaktik vә preventiv tәbabәt ilә klinik tәbabәt biliklәrini başa düşmә vә tәtbiq etmә sәviyyәsini qiymәtlәndirmәyi nәzәrdә tutur. Step 2 sualları, daxili xәstәliklәr, mama ginekologiya, uşaq xәstәliklәri, prevetiv tәbabәt, psixiatriya, cәrrahiyyә vә digәr stasionar müalicә üsulları haqqındadır. Test sualları әsasәn klinik nümunәlәrdәn ibarәtdir. Verilәn nümunәlәrdә müayinә, xәstәlik mexanizminin müәyyәn olunması, müalicә ilә әlaqәli biliklәri yoxlama mәqsәdli suallar soruşulmaqdadır. Hәr biri 46 sualdan ibarәt 8 ayrı sual blokundan, ümumilikdә 370 sualdan ibarәt olan bu imtahan üçün ayrılan vaxt, bütövlükdә 1 saatlıq fasilә haqqınız daxil olmaqla 9 saatdır. İmtahan qaydaları Step 1 ilә eynidir. Bu mәrhәlәdә, sualların әvvәlindәki izahların diqqәtlә oxunması çox vacibdir, çünki suallarda 3 müxtәlif çoxdan seçmәli format istifadә olunur. Klassik 5 variantlı test suallarından başqa, 26 varianta qәdәr soruşula bilәn müqayisә sualları da mövcuddur. Digәr bir sual növü isә; birdәn şox variantın doğru olduğu vә bunların qeyd olunması tәlәb olunan “pick N” formatıdır. Bundan başqa, 2004-cü ildәn etibarәn Step 2’dә istifadә olunmağa başlayan CS (Clinical Skills) imtahanı da, Step 3 CS formatında olan, 10-12 nümunәdәn ibarәt, kompüter dәstәkli xәstәlik simulyasiyasına oxşardır vә bu imtahan da, Step 3 kimi, yalnız ABŞ’dakı test mәrkәzlәrindә keçirilir. Step 3 isә xәstәlәrlә münasibәtdә fәrdi mәsuliyyәtә verilәn önәm ilә ayaqüstü müalicәlәr ilә bağlı bilik sәviyyәsini yoxlama mәqsәdi daşıyır. İmtahanda bir hәkimin işi zamanı etmәli olduğu әsas öhdәliklәr ilә әlaqәli suallar vә bir dә kompüter dәstәkli xәstәlik simulyasiyaları istifadә olunur. Tәqribәn 500 çoxdan seçmәli sualın olduğu kompüter dәstәkli imtahan 2 günlük davam edir. İlk 1.5 gün әrzindә test sualları cavablandırılır, sonra isә 9 әdәd, kompüter dәstәkli xәstәlik simulyasiyalarından ibarәt imtahan keçirilir. İmtahanın test suallarından ibarәt ilk hissәsindә 30-60 dәqiqә әrzindә cavablandırılmalı olan 25-50 sualdan ibarәt bloklar var. Suallarda göstәrilәn klinik vәziyyәt әtraflı olaraq şәkil, sxem vә laborator mәlumatlarla da tәsvir olunur. Hәr sual blokunda soruşulanlar öz aralarında bir-biri ilә әlqәlidir, yәni eyni xәstәlikdәn bir çox fәrqli sual soruşulur. Bülleten 4 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org


AzerMDS Hәkimlәr vә Tәbib Tәlәbәlәr İctimai Birliyi

Suallar; hәmin anda hәkimin tibb mәntәqәsindә, ofisindә, evindә, xәstәxanada

ya

tәcili

yardım

stansiyasında

olması

kimi

fәrqli

tәsәvvürlәrdә soruşulur vә o mövqeyә görә cavab vermәsi tәlәb olunur. Namizәdin, hansı növ tibb mәrkәzindә olduğu, mövqeyi vә imkanları ilә şәrtlәrinin nә olduğu әvvәlcәdәn, sual blokunun әvvәlindә göstәrilir.

AzerMDS - SCOME

Kompüter dәstәkli xәstәlik simulyasiyası şәklindәki suallar Step 3-dә yeni tәtbiq

Tibb Tәhsili Ьzrә

olunmağa başlamışdır vә imtahanın son 3 saat 45 dәqiqәlik hissәsini әhatә edir. CCS

Daimi

(Computer-based Case Simulations) formatı adlandırılan bu hissәdә namizәdin xәstә

Komitә

haqqındakı klinik qәrar vә hәrәkәtlәri, test formatına nisbәtәn daha tәbiidir.

E-Mail: office@azermds.org Web Site: www.azermds.org

çoxdan seçmәli suallarda yanıldıcı vә neqativ ifadәlәrin dә istifadә olunmasıdır. “Әn az

Step 1 vә 2-ә nisbәtәn digәr bir fәrq dә, Step 3-dә soruşulan 4-5 variantlı hansı deyil? Bunlardan әlavә, istisna” kimi söz vә ifadәlәr işlәdilә bilәr, lakin vurğulanması vә diqqәt çәkmәsi üçün böyük hәrflәrlә yazılır. Namizәdlәr imtahanlara istәdiklәri qәdәr müraciәt edib itirak edә bilsәlәr dә, Step 1, 2 vә 3 imtahanlarının hamısının 7 illik müddәt әrzindә verilmәsi tәlәb olunur. Kәçilә bilmәyәn mәrhәlәlәrә tәkrar müraciәt üçün, aradan әn azı 60 günlük bir müddәt keçmәsi mәcburiyyәti vә 1 illik periodda eyni mәrhәlә üçün 3 dәfәdәn çox müraciәt

BE MORE THAN JUST A MEDICAL STUDENT!

edilmәmәsi dә müraciәt vә iştiraka qoyulan digәr mәhdudiyyәtlәrdir. Yanvar ayının ilk 2 hәftәsindә Step 1, 2 CK vә 3 imtahanları keçirilmir. ABŞ vә Kanada’da imtahanların әn çox keçirildiyi vaxtlar isә May-İyul arası ilә Noyabr-Dekabr arası vaxtlardır.

Müvәffәqiyyәt faktorlarına gәldikdә; USMLE’dә yüksәk nәticә әldә edә bilmәyiniz üçün bilik sәviyyәnizi әn yüksәk sәviyyәyә çatdırmaqla yanaşı, USMLE imtahan sual növlәri haqqında da mәlumatlı vә tәcrübәli olmağınız vacibdir. USMLE’dә uğur qazanmanın digәr vacib faktoru isә imtahanda vaxtdan yaxşı istifadә edә bilmәkdir.

***USMLE Step 1 vә ya 2-ә müraciәt edә bilmәk üçün, müraciәt etdiyiniz anda yaxud imtahan verәcәyiniz vaxt etibarilә; • LCME Liaison Committee on Medical Education tәrәfindәn uyğunluğu qәbul edilmiş ABŞ vә ya Kanada’dakı bir tibb fakültәsinin tәlәbәsi vә ya mәzunu olmaq, • AOA America Oteopathic Association tәrәfindәn uyğunluğu qәbul edilmiş bir Amerikan tibb fakültәsinin tәlәbәsi vә ya mәzunu olmaq, • ECFMG Educational Commission for Foreign Medical Graduates tәrәfindәn uyğunluğu qәbul edilmiş ABŞ xaricindә bir tibb fakültәsinin tәlәbәsi vә ya mәzunu olmaq şәrtlәrindәn birinә cavab vermәniz tәlәb olunur. Step 1 vә Step 2 üçün edilәn müraciәtlәrdә; tibb tәhsilini ABŞ vә Kanada’da alanlar NBME, digәr tibb fakültәlәrinin mәzunları isә ECFMG kanalından istifadә edә bilәr. ***USMLE Step 3’ә müraciәt edә bilmәk üçün isә; • Step 1 vә Step 2 imtahanlarını keçmәk, • Tibb Doktoru (MD Medical Doctor) vә ya buna bәrabәr bir dәrәcәyә sahib olmaq, • Müraciәt etdiyiniz komissiyanın tәlәb etdiyi keyfiyyәtlәri daşımaq, • ABŞ xarcindәki tibb fakültәlәrinin mәzunları isә ECFMG Educational Commission for Foreign Medical Graduates tәrәfindәn tәlәb olunan xüsusiyyәtlәrә sahib olmaq şәrtlәrinә cavab vermәniz tәlәb olunur. Step 3 üçün müraciәtlәrdә; әyalәtlәr arası komissiyaların müraciәt şәrtlәri fәrli olduğundan, müraciәt edәcәyiniz әyalәtin tibb komissiyası ilә әlaqә yarada vә ya FSMB Federation of State Medical Boards kanalından istifadә edә bilәrsiniz. Bülleten 4 ● IFMSA-SCOME ● AzerMDS-SCOME ● www.azermds.org


AzerMDS - SCOME - Newsletter 4