Issuu on Google+

De k a b r

Щягигят

Щягигят

эцъдя дейил, эцъ

эцъдя дейил, эцъ

№12(81)

Dekabr

щягигятдядир

щягигятдядир

2012-ъи ил

İvanişvili dostluq nümunəsi olaraq yaxın günlərdə Bakıya səfər edəcəyini söylədi Gürcüstanla-Azərbaycan arasında dostluq ənənələri bu gün də yaşamaqdadır. Mən Azərbaycanla dostluq münasibətlərinə böyük qiymət verirəm. Ona görə də Amerika Birləşmiş Ştatlarına səfərim təxirə salındığından Azərbaycanla dostluq nümunəsi olaraq səfərimi yaxın günlərdə Bakıya edəcəm. BorchaliNews-un verdiyi xəbərə görə, bu açıqlamanı 150-yə yaxın yerli və beynəlxalq jurnalistin qarşısında edən Gürcüstanın baş naziri Bidzina İvanişvili “ATV XƏBƏR”ə azərbaycanlılara məxsus torpaqların taleyi ilə bağlı sualı da cavablandırıb:”Problem haqqında məlumatım var. Azərbaycanlılara məxsus torpaqların 80%-i əllərindən alınıb. Kənd sakinləri torpaqsız qalıb. Vəziyyət həmin rayonlarda acınacaqlıdır. Ona görə ki, onların əsas məşğuliyyəti torpaqlardı. Əgər torpaqlar sahiblərinə verildikdən sonra artıq torpaq qalarsa, satışa çıxarıla bilər.Biz bununla ciddi məşğul olacağıq. Şəxsən mən özüm söz verdiyim kimi indi də deyirəm – torpaqlar yerli kənd sakinlərinə qaytarılmalıdır. Bununla əlaqədar mənim başçılıq etdiyim komissiya işləyir. Söz verirəm ki, torpaqlar kəndlilərə geri qaytarılacaq”.

Gürcüstan parlamentində çilçıraqlar yerə tökülür Gürcüstan parlamentinin Səhiyyə komitəsinin sədri Dmitri Xundadzenin iş kabinetində işıqlandırma qurğusu tavandan yerə düşüb. Trend-in məlumatına görə, hadisə komitənin iclası zamanı baş verib və çilçıraq deputatların masasının üzərinə düşüb. Xundadzenin qeyd etdiyi kimi, xoşbəxtlikdən xəsarət alan olmayıb. Bununla yanaşı, o qeyd edib ki, kifayət qədər ağır olan çilçırağın yerə düşməsi deputatların həyatını təhlükə qarşısında qoyub. Xundadze insanlar üçün təhlükə törətməməsi üçün parlamentin binasındakı işıqlandırma qurğularının vəziyyətinin öyrənilməsi barədə göstəriş verib. “Əvvəllər zədələnmiş tavandan yağış damcıları damanda biz yalnız gülürdük. İndi isə gülmək vaxtı deyil”, - deputat qeyd edib.

səh.6

Gürcüstan prezidenti

Mixail Saakaşvili İrəvanda səfərdədir

Gürcü politoloq yeni hökumətin atdığı addımların hələ ki ümid vermədiyini səh.7 deyib

!

Гейрят

!

1

Мцстягил-иътимаи-сийаси гязет

Rusiyanın reallaşdırmaq niyyətində olduğu bir «Qafqaz baharı» projesi Gürcüstanda Saakaşvili hakimiyyətinin parlament seçkilərini uduzmasından sonra Cənubi Qafqazda siyasi gəlişmələr xeyli hərəkətlilik qazanıb. İstər Azərbaycan, istərsə də Ermənistanda siyasi fəallıq bir qədər də artıb. Bununla yanaşı Gürcüstanda Rusiyameyilli kimi qəbul olunan qüvvələrin parlament və hakimiyyəti ələ keçirməsindən sonra prosesin Azərbaycanda də təkrarlanacağı yönündə müzakirələr də intensivləşib. Rusiyada RATİ-nin (Rusiya Azərbaycan Təşkilatları İttifaqı) yaradılması, bu təşkilatın açıq şəkildə olmasa da Azərbaycan hakimiyyəti ilə təhdidedici davranışı gerçəkdən də yaxın gələcəkdə bölgədə ciddi siyasi gedişlərin planlaşdırıldığına şübhə yeri qoymur. Baş verənlərə daha ətraflı diqqət yetirmək, olanların və olacaqların mahiyyətinə daha da aydınlıq gətirmək məqsədi ilə bir növ oxşar prosesləri yaşamış Gürcüstanda olayları yaxından müşahidə etmiş, “Qeyrət” Xalq Hərəkatının rəhbərlərindən biri, “Qeyrət” qəzetinin baş redaktoru Zümrüd Qurbanlı ilə söhbətimizi təqdim edirəm. - Zümrüd bəy, son zamanlar Gürcüstanda geden proseslərdə Azərbaycan-Gürcüstan münasibətlərində bir gərginlik hiss olunur. Sizcə, bu nədən irəli gəlir? - Bütün bu gərginliklərə Rusiya- Amerika münasibətləri və onların geopolitik maraqlarının təminatı prizmasından baxılmalıdır. Burada söhbət bəsit bir dövlətlərarası münasibətlərdəki nüans və məqamlardan getmir. Təbii ki, bu gərginliyin mahiyyətini nə qədər gizlətmək, demokratikləşmə və Avropadan alınmış digər qəliblərə sığışdırmaq istəsələr də, siyasi politoloq və analitiklər Gürcüstan-Azərbaycan münasibətlərindəki gərginləşməni məqsədli şəkildə nə qədər bəsitləşdirməyə çalışsalar da, bu ciddi bir siyasi fəsil dəyişməsidir və şərti olaraq belə düşünün; bu Rusiyanın reallaşdırmaq niyyətində olduğu bir «Qafqaz baharı» projesidir..

davamı səh. 4-5

Rusiya Azərbaycanda aranı qarışdıra bilər Hikmət Hacızadə: “Sərhədlərimizə qoşun yığır, diqqəti buna yönəltmək lazımdır”

səh.2

ERMƏNİ ƏSİLLİ KEÇMİŞ ABŞ DİPLOMATINDAN İRƏVANA X Ə B Ə R D A R L I Q səh.3 Birləşmiş Ştatların İsraildəki keçmiş səfiri Edvard Cerecyan: “İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda, 2014cü ildə müharibə başlayacaq və Ermənistan uğur qazanmayacaq”

GÜRCÜSTANLI SOYDAŞLARIMIZ BAKIYA YIĞIŞIB PROBLEMLƏRİNDƏN DANIŞDI

səh.7


2

Гейрят

Щягигят

эцъдя дейил, эцъ

Rusiya Azərbaycanda aranı qarışdıra bilər Hikmət Hacızadə: “Sərhədlərimizə qoşun yığır, diqqəti buna yönəltmək lazımdır” Ümumrusiya Azərbaycan Təşkilatları İttifaqının (ÜATİ) Rusiyanın təsiri ilə yaradılmasına dair ortada heç bir fakt yoxdur, gündəmdə müzakirə olunanlar isə mülahizə və şayiələrdən başqa bir şey deyil. Bunu “Gündəlik Teleqraf”a açıqlamasında politoloq, müstəqil Azərbaycanın Rusiyada ilk səfiri olmuş Hikmət Hacızadə bildirib. H.Hacızadə vurğulayıb ki, “Milyarderlər İttifaqı” Rusiyanın yox, məhz həmin təşkilatda birləşənlərin şəxsi maraqları ilə yarana bilərdi: “Bekarçılıqdan bir ittifaq yaratdılar və bir araya gəldilər ki, diasporçuluq sahəsində müəyyən iş ortaya qoysunlar. Çünki Rusiyadakı Azərbaycan diasporunun problemləri az deyil, ciddi işlər görülməlidir. Amma bu ittifaqın Rusiyanın “Azərbaycana təcavüz planı”na daxil olduğunu düşünmürəm. Hər halda, onların məqsədləri başqadır. Sadəcə, bu məsələ şişirdildi və daxili siyasi proseslərlə, hakimiyyətə təzyiq ehtimalı ilə əlaqələndirildi. Rüstəm İbrahimbəyova da bu qədər təzyiqlər etmək yersiz idi”. Onun fikrincə, sözügedən təşkilatda birləşən milyarderlər Azərbaycan hakimiyyəti üçün təhlükə mənbəyi ola bilməzlər: “Onların çoxu

Azərbaycan hakimiyyətinə yaxın adamlardır. Hətta prezidentin qudası da var o təşkilatda. Əgər belə bir məsələ olsaydı, əvvəldən heç yaxın düşməzdi o ittifaqa. Bakıdan hansısa dairələrin xoşuna gəlməyən hal baş verirsə, bu başqa məsələ. Amma düşünmürəm ki, Rusiya məhz bu yolla Azərbaycana təzyiq etmək istəsin. Heç daxili siyasətə də Rusiyanın təsirindən söz gedə bilməz. Nə müxalifətin, nə də cəmiyyətin Rusiyaya yönələn ciddi marağı yoxdur. Hesab edirəm ki, Rusiya Azərbaycanda daxili siyasi proseslərə yön vermək imkanlarına malik deyil”. Hikmət Hacızadə daha ciddi məqamlara diqqət ayırmağı lazım bilir: “Rusiya Azərbaycanın sərhədlərinə qoşun yığır, diqqəti buna yönəltmək lazımdır. Ən ciddi məsələ, fikrimcə, budur. Sual yaranır ki, Rusiya niyə bizim şimal sərhədlərimizdə belə müharibəyə hazır dayanıb? Azərbaycanı işğal etməyəmi hazırlaşır, yoxsa məqsədi nədir? Azərbaycan hakimiyyəti də məhz bundan narahat olmalıdır”. O, həmçinin milli azlıqlar məsələsinə də toxunub: “Ola bilər ki, Rusiya Azərbaycanda aranı qarışdırmaq istəsin və bunu da milli azlıqlar vasitəsi ilə həyata keçirsin. Bu variantı istisna etmirəm. Rusiya Azərbaycandakı milli azlıqlardan yararlanmağa çalışacaq. Bununla da ölkədəki proseslərə hansısa şəkildə təsir etmək niyyətindədir. Biz isə buna hazır olmalı və tədbirli davranmalıyıq”. Rüstəm

Gürcüstanın Yazıçılar Birliyinin sədri Azərbaycanın “qara siyahısı”na düşdü Buna səbəb onun işğal olunmuş Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsidir.

Gürcüstanın Yazıçılar Biryinin sədri Makvala Qonaşvilinin adı Azərbaycanda arzuolunmaz şəxslər siyahısına salınıb. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib. Makvala Qonaşvilinin arzuolunmaz şəxs elan edilməsinə səbəb onun işğal olunmuş Dağlıq Qarabağa qeyri-qanuni səfər etməsidir. Azərbaycanın Yazıçılar Birliyi də Makvala Qonaşvilinin bu səfərini pisləyir. Yazıçılar Birlyinin üzvü Rəşad Məcid deyir ki, xanım Qonaşvili bir neçə dəfə Azərbaycanın qonağı olub. Və indi gürcüstanlı həmkarlarının belə səhvə yol verməsi qəbuledilməzdir. Rəşad Məcidin sözlərinə görə, bununla bağlı Yazıçılar Birliyi Gürcüstan Yazıçılar İttifaqına öz iradını bildirəcək. Qeyd edək ki, Gürcüstan Yazıçılar Birlyinin sədri də daxil olmaqla, bir qrup gürcü yazıçısı Xankəndində keçirilən beynəlxalq festivalda iştirak edib. Makvala Qonaşvili mətbuata açıqlamasında bildirib ki, o sadəcə poeziya bayramında iştirak etmək üçün festivala qatılıb. Amma bu addımı ilə Azərbaycan qanunlarını pozduğundan xəbərsiz olub.

Ərəb ölkələrini “qoyun“ adlandırdı Həsən Nəsrullah: “Ərəb ölkələri təkcə dəfn mərasimi təşkil edir” İsrailin Qəzzaya hücumu Livandakı “Hizbullah” təşkilatının da etirazına səbəb olub. Belə ki, “Hizbullah”ın baş katibi Şeyx Həsən Nəsrullah İsrailin Qəzzaya hücumuna göz yuman ərəb ölkələrini tənqid edib. Türkiyə mətbuatının verdiyi məlumata görə, “Hizbullah”ın baş katibi Qəzzada baş verən qətliamlarla bağlı öz tərəfdarlarına da səslənib. O, bir sıra ərəb ölkələrini kəskin tənqid edərək qoyun adlandırıb: “Suriyaya silah göndərirlər, amma Fələstinə

bir güllə də göndərmirlər. Əgər o ölkələr qoyunlaşıbsa, Fələstində, Livanda və bir çox ərəb ölkələri içində aslanlar və qəhrəmanlar var”. “Hizbullah” lideri onu da bildirib ki, onlar Qəzzadakı insanların qətlinə biganə qalmayacaqlar: “İran Suriya və Livan keçmişdə olduğu kimi heç vaxt Qəzzadan vaz keçməyəcək. Biz dini və insani vəzifəmizi yerinə yetiririk”. Elturan

щягигятдядир

!

D ekabr

Tbilisidə innovasiyaların inkişafı mövzusunda konfrans keçirilib Gürcüstan paytaxtında Avropa Birliyinin maliyyə dəstəyi ilə “Elm, texnologiya və innovasiyaların inkişafı sahəsində Avropa Birliyi, Mərkəzi Asiya və Cənubi Qafqaz əməkdaşlığı” mövzusunda iki günlük beynəlxalq konfrans başlayıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Avropa, Orta Asiya və Cənubi Qafqaz ölkələrindən gələn alimlər, ekspertlər və beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Azərbaycanı 4 alimin təmsil etdiyi tədbiri İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru Aleksandr Kvitaşvili açaraq, tədbirin mahiyyəti və burada müzakirə olunacaq mövzuların aktuallığı haqqında konfrans iştirakçılarına məlumat verib: “Bizim məqsədimiz elm və texnika sahəsində kooperasiyanı yaxşılaşdırmaq, ölkələrarası əməkdaşlığın bütün mexanizmlərini inkişaf etdirmək və hər bir sahədə dövlətin dəstəyi və addımı, elmi yeniliklər haqqında fikir və tövsiyələrimizi Avropa Birliyinə çatdırmaqdır”. Konfransın ilk plenar iclasında müxtəlif ölkələrin alimləri çıxış ediblər və ekspertlərin suallarına cavab veriblər. Azərbaycan Mülli Elmlər Akademiyasının Yer elmləri şöbəsinin akademik katibi Arif İsmayılzadə APA-ya açıqlamasında mövzunun aktual olduğunu vurğulayıb: “Müasir elmin əldə etdiyi uğurlar müxtəlif sahələrdə daha böyük kooperasiya tələb edir. Bu gün elmdə yüzilliklərdən üzü bu yana çox böyük dəyişikliklər olub. Şübhəsiz ki, bu gün elm yeni metodlar və mexanizmlər tətbiq etməklə yeni forma alır. Bu aspektdə və bu səviyyədə keçirilən konfrans yeni imkanlar müəyyən edir ki, biz elmin inkişafı yolunda bu imkanlardan səmərəli istifadə edək. İki günlük konfrans çərçivəsində qəbul olunan tövsiyələr əsaslı bir sənəd kimi elmin əsaslarını təşkil edəcək və ölkələrimizdə olan elmi dəyişikliklər haqqında təsəvvürlərə malik olacaq. Şübhəsiz ki, bu sənədlərdə Azərbaycan alimlərinin irəli sürdüyü təklif və rəylər də öz layiqli yerini tapacaq. Bu gün Azərbaycanda kibernetika, kimyəvi elmlər və yanacaq-enerji resursları sahəsində inkişaf daha yüksəkdir”. Nizami Məmmədzadə

Qafqaz Siyasi Texnologiyalar İnstitutu fəaliyyətə başladı Azərbaycanlılar Assosiasiyasının sədri İsrail Məhərrəmov məlimat verib. O qeyd edib ki, yeni təsis edilən Qafqaz Siyasi Texnologiyalar İnstitutu (QSTİ) tədris mərkəzi funksiyasini yerinə teyirəcək və konfliktologiya, siyasi analiz, o cümlədən beynəlxalq münasibətləri əhatə edən profil kurslar təşkil edədcək. İsrail Məhərrəmov bildirib ki, rəhbərlik etdiyi “Amal” Gürcüstan Gənc Azərbaycanlılar Assosiasiyası 2010-cu ildə Tbilisidə təsis edilib və Gürcüstan Ədliyyə Nazirliyində rəsmi qeydiyyata alınıb. Assosiasiya 2 noyabr 2011-ci ildən Gürcüstan Türkləri Konfederasiyasının (GTK) təsisçi-assosativ üzvüdür. Qafqaz Siyasi Texnologiyalar İnstitutu assosiasiya tərəfindən törəmə sturuktur kimi yaradılıb və sosioloq, Bakı Dövlət Universitetinin məzunu Mehdi Musayev İnstitutun direktoru təyin edilib. Bu gündən etibarən, “Konfliktologiya” kursu üzrə mühazirələr başlayacaq. İnstitutun kursları virtual olaraq, elektron vasitələrlə aparılacaq. Mühazirələri siyasi elmlər üzrə mütəxəssislər deyəcək. “Konfliktologiya” kursu 25 nəfərdən ibarət qrupu əhatə edir və dekabrın 20-si kursu bitirən şəxslərə diplomlar təqdim ediləcək. İnstitutun “Konfliktologiya” kursu Qarapapaq Türklərinin Baş Şadı Öndər Aksunun ianə şəklində ayırdığı maliyyə vəsaiti heasbına həyata keçirilir. 2013-cü ilin fevral ayından etibarən isə Qafqaz Siyasi Texnologiyalar İnstitutu Marneuli və Bakıda “Krizislərin idarə olunması” və “Siyasi psixologiya” kursaları təşkil edəcək.


De k a b r

Щягигят

эцъдя дейил, эцъ

щягигятдядир

!

ERMƏNİ ƏSİLLİ KEÇMİŞ ABŞ DİPLOMATINDAN İRƏVANA XƏBƏRDARLIQ

Гейрят

3

Birləşmiş Ştatların İsraildəki keçmiş səfiri Edvard Cerecyan: “İşğal edilmiş ərazilər Azərbaycana qaytarılmalıdır, əks halda, 2014-cü ildə müharibə başlayacaq və Ermənistan uğur qazanmayacaq” LİNKS təşkilatının icraçı direktoru Denis Sammut: “Danışıqların dalana dirənməsi qoşunların təmas xəttində gərginliyi artırır”. Dağlıq Qarabağ münaqişəsi ətrafında status-kvonun uzanması Ermənistan üçün təhlükəlidir. Bu fikirlə erməni əsilli keçmiş amerikalı diplomat, Birləşmiş Ştatların İsraildə səfiri olmuş Edvard Cerecyan çıxış edib. Amerika KİV-lərinin xəbərlərinə görə, Cerecyan “Ərəb baharı: Türkiyənin regionda rolu və Yaxın Şərq ermənilərinin gələcəyi” mövzusunda məruzəsində Qarabağ münaqişəsi barədə danışıb. Nüfuzlu keçmiş diplomat deyib ki, Ermənistan işğal etdiyi Azərbaycan ərazilərini geri qaytarmalıdır.b“Əks halda, 2014-cü ildə regionda müharibə başlayacaq və Ermənistan bu müharibədə uğur qazana bilməyəcək”, — deyə Cerecyan bildirib. Keçmiş diplomat əlavə edib ki, Azərbaycan sürətlə silahlanır və vaxt ermənilərin əleyhinə işləyir. E. Cerecyan Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına dair protokolların dondurulmasından da təəssüfləndiyini deyib. O bildirib ki, həmin protokolların imzalanması prezident Serj Sərkisyanın mövqelərini laxladıb. Bununla belə, erməni əsilli keçmiş diplomatın fikrincə Ermənistanın əsas problemi korrupsiyadır, Azərbaycan və Türkiyənin tətbiq etdiyi blokada isə onun vəziyyətini daha da ağırlaşdırır. Qeyd edək ki, E.Cerecyan erməni diasporunun ən nüfuzlu simalarından biri hesab edilir. O, bir vaxtlar dövlət katibi vəzifəsinə namizəd kimi göstərilirdi. ABŞ-ın İsraildəki səfiri vəzifəsini tutan diplomatlar isə dövlət katibinin müavini ilə eyni ranqda hesab edilir.

ABŞ-ın Rusiyadakı keçmiş səfiri: “Karasinlə tez-tez bu məsələdən danışırdıq…” ABŞ-ın Rusiyadakı keçmiş səfiri Con Bayerli də Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətdən narahatlıq ifadə edir. Onun sözlərinə görə, bu münaqişəni həll etmək üçün ABŞ-la Rusiya əməkdaşlığı davam etdirməlidir.

ZYUQANOVDAN QARABAĞA DAİR AÇIQLAMA Rusiya həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdar olub”. APAnın məlumatına görə, bu fikirləri Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Bakıda keçirilən iclasında iştirak edən Rusiya Kommunist Partiyasının sədri Gennadi Zyuqanov deyib.“İstənilən müharibə, istənilən dava sülhlə qurtarır. Sülhə nail olmaq üçün bütün nüansları, iqtisadiyyatı, psixologiyanı, dünyadakı vəziyyəti, başqalarının təcrübəsini nəzərə almaq lazımdır. Lakin bu kimi forumlarda çətin şəraitlərdə optimal və düzgün həll yolunu necə tapmağı öyrənmək olar. Biz Qafqazda sülh olmasını, savadlı, hər iki tərəfi qane edən qərarların qəbul olunmasını istəyirik. Rusiya həmişə buna dəstək verib”.

“ABŞ və Rusiyanın İrəvan və Bakı ilə yaxşı münasibətləri var. Bu münasibətlər tərəfləri gərginliyi azaltmağa və münaqişənin həllinin ancaq danışıqlar yolu ilə mümkün olduğuna inandırmaq üçün istifadə edilməlidir”, — deyə diplomat bildirib. C. Bayerli deyib ki, o, Moskvada işləyərkən Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə tez-tez ünsiyyətdə olurdu: “Biz Karasinlə Dağlıq Qarabağ barədə çox danışırdıq, demək olar ki, bütün hallarda bizim mövqelərimiz üst-üstə düşürdü. Biz zorakılıqlara son qoyulmasını istəyirdik. Çalışırdıq ki, münaqişənin dinc yolla həllinə dair danışıqlar davam etdirilsin. Biz təmas xəttində zorakılıqların artması və insanların həlak olması ilə bağlı çox narahat idik”. Denis Sammutun İtaliyadan yayılan məruzəsi. Dağlıq Qarabağ münaqişəsi üzrə nüfuzlu beynəlxalq ekspertlərdən hesab edilən, Britaniyanın LİNKS təşkilatının icraçı direktoru Denis Sammut isə İtaliyanın xarici siyasət məsələləri üzrə aparıcı mərkəzlərindən olan “İstituto Affari İnternazionali”nin məcmuəsində dərc edilmiş məruzəsində danışıqlar prosesinin gələcəyi ilə bağlı təhlil verib. “Kazandan sonra; Dağlıq Qarabağ sülh prosesi üçün həlledici məqam” başlıqlı məruzəsində ekspert qeyd edir ki, ATƏT-in Minsk Qrupu indiyədək əldə edilmiş bütün irəliləyişləri bir arada cəmləşdirməli, daha şəffaf fəaliyyət göstərməli və buraxılmış səhvləri diqqətlə analiz etməlidir. “ATƏT-in Minsk Qrupu ictimaiyyətə danışıqların gedişinə dair daha aydın mənzərə təqdim etməlidir. Bütün danışıqlar prosesi ərzində geniş ictimaiyyətlə təmasların məhdud olması Minsk Qrupunun ən zəif tərəfi olub”, — deyə Denis Sammut yazır. Ekspert Dağlıq Qarabağın danışıqlarda birbaşa tərəf kimi iştirakına dair erməni tərəfinin çağırışlarını da yada salır. Onun fikrincə, Minsk Qrupu həmsədrləri regiona səfərləri zamanı Xankəndinə də baş çəkir və bununla göstərmək istəyirlər ki, Dağlıq Qarabağ da prosesin iştirakçısıdır. Lakin Qarabağ ermənilərinin Minsk Qrupuna etimadı azalır. D. Sammut hesab edir ki, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində gərginliyin artması danışıqlar prosesinin dalana dirənməsi ilə birbaşa bağlıdır. Onun sözlərinə görə, vasitəçilərin bütün səylərinə baxmayaraq, 2011ci ilin avqustundakı Kazan görüşündən sonra atəşkəsin pozulması halları intensivləşib. Təkcə 2011-ci ildəki insidentlər zamanı 20 nəfər həlak olub, 36 nəfər isə yaralanıb. Ekspertin fikrincə, təmas xəttində snayperlər vəziyyəti daha da gərginləşdirir və bu da tərəflərin siyasi ritorikasına təsir edir. D. Sammut qeyd edir ki, Rusiya və Avropa İttifaqı tərəflər arasında etimad yaratmağa daha çox diqqət ayırmalıdır, əks halda, vəziyyət nəzarətdən çıxa bilər.

Yeni vasitəçilik sxemi yarana bilər — Minsk Qrupu+Avropa İttifaqı D. Sammut Avropa İttifaqının (Aİ) fransalı diplomat Filip Lefortu Cənubi Qafqaz üzrə xüsusi nümayəndə təyin etməsi faktını da yada salır. Onun fikrincə, bu təyinat Aİ-nin Qarabağa dair danışıqlar prosesində daha fəal rol oynamasına səbəb olub və Minsk Qrupundakı rolunu gücləndirib. Lakin Rusiyanın dominant rolu qalmaqdadır.Ekspertin sözlərinə görə, Avropa İttifaqının Qarabağ münaqişəsində rolunun artırılması nəinki faydalıdır, həm də zəruridir.“Avropa İttifaqı Cənubi Qafqazda aparıcı oyunçuya çevrilir, ilk baxışdan hiss olunmasa da bu, belədir. Avropa İttifaqının rolunun artması Qarabağ məsələsində də öz təsirini göstərəcək.

Əgər Minsk Qrupu yenidən formalaşdırılsa, Avropa İttifaqı onun tərkibində yer alacaq. Lakin bu, baş verməsə, Minsk Qrupu+Avropa İttifaqı formatında yeni sxem yarana bilər. Bu, danışıqlar prosesində ”restart”a gətirib çıxara və buraxılmış səhvlərə yenidən baxmağa imkan yarada bilər”, — deyə D. Sammut vurğulayıb. Bununla belə, ekspert qeyd edir ki, regionda status-kvonun saxlanılmasına və münaqişələrin dondurulmasına tərəfdar olanlar da var. D.Sammut bunun Avropanın ucqarlarından birində yeni münaqişənin alovlanması üçün olduqca riskli yanaşma olduğunu bildirir. “Qarabağda yeni müharibə ”Kalaşnikov” avtomatları və köhnə sovet hərbi texnikası ilə aparılmayacaq. Bu müharibədə hərbi sənayenin ən yeni nailiyyətləri istifadə olunacaq və uduzan bütün tərəflər olacaq”, — deyə D.Sammut bildirir. Andrey Areşev: “Hazırda danışıqlar prosesinin reanimasiyası cəhdləri baş verir” Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun baş elmi əməkdaşı Andrey Areşevin Qarabağ münaqişəsi ətrafındakı indiki vəziyyət barədə təhlilində isə deyilir ki, danışıqlar prosesində 2011-ci ilə qədər xeyli fəallıq müşahidə edilib. Lakin bu səylər nəticəsiz qalıb.“Hazırda danışıqlar prosesinin reanimasiyası, yaxud ən azından belə görüntü yaradılması cəhdləri baş verir. Avropa İttifaqının rolunun fəallaşması barədə söz-söhbətlər artır. Avropa ölkələrinin sülhyaratma missiyasında iştirakına dair hipotetik fikirlər yayılır. Lakin bütün bunlar reallıqla uzlaşmır və münaqişənin təsirinə məruz qalan insanların real həyatına heç bir təsir göstərmir”, — deyə rusiyalı ekspert qeyd edib. A. Areşevin sözlərinə görə, Bakı müntəzəm olaraq xəbərdarlıq edir ki, danışıqlar nəticə verməsə hərbi yola əl atacaq. Lakin onun fikrincə, Bakının hərəkətlərində özünə inamsızlıq müşahidə edilir. Rusiyaya təklif edilən “Qarabağ əvəzində qaz” və ya “Qarabağ əvəzində Qəbələ RLS” variantları qeyrieffektiv olub. Azərbaycan tərəfi Madrid prinsiplərində nəzərdə tutulan və Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsinə dair referenduma razılıq ifadə edib, ancaq referendumun hansı şərtlər çərçivəsində keçirilməli olduğu açıq qalır.

Minsk Qrupu imitasiya ilə məşğuldur Rusiyalı ekspert münaqişə ətrafında qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda təmas xəttində gərginliyin artdığını, snayper müharibəsinin getdiyini də yada salır. A. Areşev bildirir ki, Ermənistan da silahlanma yarışında Azərbaycanla ayaqlaşmağa çalışır, bu məqsədlə Rusiyanın köməyindən istifadə edir və məhdud da olsa öz hərbi xərclərini artırır. Rusiyalı ekspertin sözlərinə görə, buna paralel olaraq Ermənistanda Dağlıq Qarabağ ətrafındakı rayonların qaytarılması ideyası ətrafında dönüş yaşanır. Belə ki, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonra bu ərazilər alver predmeti olaraq görülürdüsə, indi “erməni torpaqlarının bir hissəsi” kimi təqdim edilir. Digər tərəfdən, Ermənistan “DQR”in tanınması istiqamətində beynəlxalq kampaniya aparır. A. Areşevin sözlərinə görə, Qarabağ münaqişəsi ətrafında vəziyyət kövrəkdir və hər an nəzarətdən çıxa bilər. Belə vəziyyətdə Minsk Qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyır və təəssüf ki, indiki beynəlxalq münasibətlərin ümumi vəziyyətini əks etdirir. Minsk Qrupu həmsədrlərinin ictimaiyyət üçün verdikləri bəyanatlar isə əksər hallarda reallıqdan uzaq olur.


4

Гейрят Əvvəli səh.1-də

- Yəni Gürcüstanda hakimiyyət dəyişikliyinin arxasında Rusiyanın barmağımı var idi? - Burada üç ciddi faktor üst- üstə düşmüşdü. Birinci Amerikada prezident seçkisi ilə Gürcüstanda parlament seçkilərinin eyni zamana təsadüf etməsi. İkincisi ictimaiyyətdə Saakaşvili rejiminin və çinovniklərinin siyasətinə qarşı ciddi bir müxalif münasibətin formalaşması və Suriyada Amerikanın bir çıxmaza düşməsi nəticəsində siyasi və hərbi imicinin sual altına alınması. Bütün bunlar Gürcüstandakı proseslərin şəkil və formasını dəyişdirdi. Yəni «Qafqaz baharı» hazırlanmış bir proje idi və Rusiyanın bu projedə həm iqtisadi, həm siyasi, həm hərbi, həm kriminal qüvvələri prosesin içinə daxil olmuşdu. Əlavə variantlar da hazır idi. Milli və dini zəmində qarşıdurma prosesi, sabotaj və təxribatlar planı. Yəqin ki, bunlar lazım gəlsə işə düşəcəkdi. - Məsələn... - Bilirsiniz ki, seçki qabağı dövrdə Pankisi dərəsində Gürcüstan hakimiyyəti antiterror kodu altında çeçenlərlə qarşı-qarşıya gəldi. Mən izlədiyim və oxuduğum analizlərdə bir çox məqamlara cavab ala bilmədim. Çünki bunun terrorla və ya başqa bir amillə əlaqəsi yox idi. Bu, Çeçen və Şimali Qafqaz xalqını Gürcüstanla qarşı-qarşıya qoymaq üçün hazırlanmış mərhələnin ilkin etapı idi və bu etap ilk növbədə mövcud hakimiyyəti hədəf almışdı. Proseslərin dərinləşməsi hakimiyyətin müqavimətindən asılı idi. Elə ilk mərhələdə hakimiyyət bu tələyə düşmüşdü və orada keçirilən əməliyyatın arxa planını sezə bilməmşdi. Sadəcə ona müəyyən xüsusi xidmət orqanları tərəfindən ötürülmüş məlumata kəskin reaksiya verərək bunu uğurlu bir iş sanmışdı. Əslində isə ciddi olaraq Şimali Qafqazdakı müəyyən qüvvələrlə üzüzə qoyulmuşdu. Onlara lazım gəlsə intiqam üçün yaşıl işıq yandırılması kifayət idi. - Dini qarşıdurma prosesi də demişdiniz... - Lançxuti rayonunda bu gun provaslavlarla müsəlmanlar bir kənddə qarşı qarşıyadır. Qaqaz emiratı altında birləşən dini qruplar gah Gürcüstan hakimiyyətinə mesajlar verir, gah da verdiyi bəyanatları təkzib edir. Batumidə məscid tikintisi məsələsi gündəmə gətirilərək bir narazılığın formalaşmasına çalışılır. Bu üzdə görünənlərdir. Allah bilir bizim bilmədiyimiz başqa nələr var. Bunların dərinləşməsi, dediyim kimi, hakimiyyət dəyişikliynin istiqamətlərinin yönündən asılı bir siyasi projenin tərkib hissəsidir. Yəni Cürcüstan üzünü Rusiyaya tutarsa, bu proseslər dərinləşməyəcək. «Qafqaz baharı» projesinin əsas məqsədi də budur ki, Gürcüstan NATO-dan üz çevirsin, Amerika bazalarının Rusiya sərhədlərinə yaxınlaşması mümkün olmasın. Rusiyanın strateji əməkdaşı Ermənistan bölgədə yalnız qalmasın. Və Qafqazın siyasi, hərbi nüfüz dairəsi ya Rusiyanın xeyrinə dəyişsin, ya da Amerika ilə balanslı bir nüfüz bölgəsi olsun. - Amma Gürcüstana baxanda adama elə gəlirdi ki, sanki Rusiya burada çoxdan unudulub və geri dönməsi mümkün deyil. Həm də Abxaziya və Cənubi Osetiyanın Rusiya tərəfindən açıq aşkar dəstəklənməsindən sonra... - Gürcüstanda Rusiyanın unudulması hələ Rusiyada Gürcüstanın unudulması demək deyildi. Məhz bu sizin gödüyünüz zahiri əminlik Saakaşvili hakimiyyətinin və Amerikanın bölgədə siyasi süqutunun başlanğıcı oldu. İndi hər gün Amerika və Avropa siyasi liderləri ən azından Qafqazda az çox siyasi söz sahibi olmaq üçün bütün güclərini işə salıblar, amma artıq gecdiir və onlara verilən təminat və vədlər boş sözdən ibarət olaraq qalacaq. Təbii, Qərb siyasi prosesləri tamamilə uduzmamaq üçün hələ ki əlindəki bəzi məqamları zamanında dəyərləndirə bilərsə, vəziyyəti ən azından tarazlaşdıra bilər. Məsələn, Azərbaycan və Türkiyə ilə münasibətlərdə deklarativ və ikili standartda deyil, cidd siyasi, hərbi və iqtisadi əməkdaşlığa getsə, ən azından Qafqazda virtual deyil, real olaraq müəyyən siyasi nüfuz dairəsinə malik olar. Bu əməkdaşlıq Qarabağ məsələsinə münasibətdə də özünü əks

Щягигят

эцъдя дейил, эцъ

щягигятдядир

!

D ekabr

Rusiyanın reallaşdırmaq niyyətində etdirməlidir. Yoxsa «dovşana qaç, tazıya tut» siyasəti ilə Qərb bölgədə güvənilməyəcək bir siyasət yürütməklə tamamilə bölgədən tədric olacaq və siyasi və milli münaqişələrin açarı Rusiyanın əlinə geçəcək. İş o yerə gəlib çıxıb ki, Almaniya Gürcüstan-Rusiya münasibətlərini nizama salmaq üçün arabulucu olmağa hazır olduğunu bildirir. - Dedikləriniz Gürcüstanın müstəqilliyini təhdid etmirmi? - Hələ seçkilər bitməmiiş Gürcüstanın MDB-yə qapısının açıq olması haqqında Rusiya yetkililərinin bəyanatı, Gürcüstandakı prosesləri ciddi izlədikləri haqqında açıqlamaları, Abxaziya-Gürcüstan dəmiryolunun açılması haqqında müzakirələr bunu göstərir ki, Gürcüstanın məhdud çərçivədə müstəqilliyinə gedən bir siyasi durumla üzüzəyik. Yəni Gürcüstan Rusiyanın xarici siyasi vektorunun qanadı altında bir siyasət yürüdə bilər. Və ya Rusiya ilə razılşmamış hərbi siyasi bir xəttə müstəqil imza ata bilməz. «Qafqaz baharı» Qafqazın Rusiyaya geri qaytarılmasının müasir formasıdır. - «Qafqaz baharı» nın uğurlu olmasında daxili siyasətdə hansı məqamlar əsas amil oldu? - İlk novbədə əhalinin maddi və sosial vəziyyətinin ağırlığı. Daha sonra dövlətin bu sahədə apardığı siyasətin qeyri-ciddiliyi və çinovniklərin vətəndaşa münasibətində qeyriobyektivliyi. Sosial təminatın qeyri-şəffaflığı və anlaşmazlığı. Bu sahədə işləyən dövlət məmurlarının xalqla işləməməsi. Məsələn mənim dörd məktəbyaşlı övladım var. Mən bilmirəm dövlət mənə hansı yardımı nəzərdə tutur, hansı sosial təminatı verib. Bir dəfə səhiyyə üzrə sığorta etdim ailəmi və hər ay pul yatızdırdım. Sonra aptekə getdim. Sığorta kağızına görə ötür-ötür oynadılar və sonra da dərmanlara normadan iki qat artıq pul istədilər. Sığorta kağızını tulladım və getdim başqa aptekdən ucuz qiymətə dərman aldım. Xəstəsi əməliyyata ehtiyacı olanlar gedib dövlət məmurlarına yalvarmalı idi. Onun da kefi istəsə bu pulu verərdi, istəməsə yox. Əməliyyatların da qiyməti çox baha və bu pulu ödəməyən insanlara tibbi yardım göstərilmirdi. Onlar ölümlə üz-üzə qalırdı. Bu vəhşi kapitalizmdə belə olmayan insani münasibətlərin çöküşü deməkdir. Yəni sosial sahədəki özbaşınalıq və qatmaqarışıqlıq ciddi narazılığın amillərindən biri idi. Digər bir amil iqtisadi təzyiq idi. Normal azad ticarətə, kiçik biznesə qarşı böyük cərimə və həbslərlə insanların evini satmasına, hətta intihar etməsinə səbəb olan siyasət yürüdülürdü. Xüsusən də azərbaycanlılara qarşı bu cərimələrin iki-üç qat artıq olduğu haqqında dəfələrlə mətbuatda və görüşlərdə ciddi etirazımıza belə məhəl qoyulmurdu. Hətta biznes sahiblərinin mitinq və aksiyaları onların işini daha da ağırlaşdırırdı. Yəni daxili siyasətdə bunun kimi amil və faktorları çox sadalamaq olar. Təkcə Marneuli rayonunda 12 min, Qardabani rayonunda 5 minə yaxın şərti cəza alan şəxs var. Onların hərəkət məhdudiyyəti və ya böyük məbləğdə cərimələr verməsi yetər ki, hakimiyyətin əleyhinə müəyyən qüvvə formalaşsın. Hər kəsi qorxutmaq mümkün deyil ki. Və qorxutmaq istədiklərin kəmiyyətcə çoxaldıqca bu siyasət effektlik əmsalını itirir. Təhsil sistemində olan narazılıqlarımızı mətbuat konfranslarından bilirsiniz. Biabırçı bir sistem var və hər gələn nazir də ağlına gələni etməklə Gürcüstanda təhsili bərbad vəziyyətə salıblar. Xüsusən də azərbaycanlılara qarşı təhsil siyasəti acınacaqlı vəziyyətdədir. Həm gürcü dilini öyrən deyirlər, həm də gürcü məktəbinə gedən şagirdlərə öz müəllimlərini pulla əlavə dərs üçün tutmasan uşağın öyrənəcəyi bir şey yoxdur... - Bütün bünlar hakimiyyət dəyişikliyinin səbəbidirsə, «Qafqaz baharı» nəyə gərəkirdi? - Bunlar hakimiyyət dəyişikliyi üçün faktor və insan resursu demək idi. Bunlar siyasi dəyişiklik üçün istifadənin uğurlu olubolmamasında daxili siyasətə təsir göstərəcək

bir məsələ idi. Amma, Gürcüstanın Amerika ilə münasibətləri, bir sıra islahatları və formalaşdırılmış demokratik imici, hakimiyyətin ciddi resurslara malik olması və prezident seçkilərində etirazlara qətiyyətli reaksiyası kənardan müdaxiləsiz hakimiyyət dəyişikliyini sual altında qoyurdu. Bir də ki, baş verən prosesslər və hakimiyyət dəyişikliyi Gürcüstanın xarici və daxili siyasətindəki antirusiya mövqeyinə, qloballaşma siyasətində Qərbin aparıcı siyasi xəttinə, Amerikanın Ortadoğuda, Uzaq Şərqdə, Əfqanıstanda və digər bölgələrdə apardığı siyasətə Qafqaza qarşı qoyulan bir təpkidir. Rusiya bu layihəni illərdi hazırlayırdı və xatırlayırsınızsa, bundan əvvəl prezident seçkilərində zəngin iş adamlarından Aleksndr Ebralidzenin və digər Rusiyayönlü gürcü siyasətcilərinin adı hallanırdı. Daha sonra Badri Patarkatsişvili və Rusiyada yaşayan gürcü əsilli oliqarx və siyasətçilər işə cəlb olundu. Amma, o zaman yuxarıda adını çəkdiyim amillər yox idi və ən əsası Gürcüstanın daxili resursları gözardı edilmişdi. Daha sonra bu resurslar işə salındı və birdə baxdınız ki, siyasi opponentlərlə bərabər Robert Strua kimi sənət adamları, fotoqraflar, jurnalist və alimlər, yazıçı və şairlər hakimiyyətin üzünə ağ oldular. Robert Strua etiraz etdiyi günün səhəri onu Moskvaya teatra rejissorluğa dəvət etdilər. Sizcə, bunlar təsadüfdürmü? Bu qədər təsadüfü belə yanyana qoysan mütləq olar. - Sizcə, Azərbaycan «Qafqaz baharı» projesinin harasındadır? - Azərbaycana yönəlik siyasətdə artıq ilk addımlar Kreml tərəfindən atılıb. Lakin ilk öncə layihənin Gürcüstanda uğurlu olması lazım idi. - Nədən? - Birincisi, Qafqazda Qərbə və Amerikaya ən yaxın dövlət Gürcüstan hesab olunurdu. İkincisi, bölgədə Kremlə qarşı ən kəskin ittihamları və siyasəti Gürcüstan yürüdürdü. Üçüncüsü Qafqaz xalqlarına və xüsusən də Dağıstan, çeçen, inquş, çərkəz xalqlarına münasibətdə Gürcüstan müəyyən siyasət formalaşdırmağa və dəstək olmağa çalışırdı. Dördüncüsü Gürcüstan Azərbaycandan kiçikdi və sosial partlayışın astanasına gəlmişdi və bir də Gürücstan Rusiyanın strateji partnyoru Ermənistanın iqtisadi blokadadan çıxmasında önəmli coğrafi mövqeyə malik bir məkandır. Təbii ki, digər önəmli şərtlər də az deyildi. Amma ən onəmlisi Gürcüstandan Azərbaycanın iqtisadi proyektləri keçir və bu prioritet kimi görünsə də, bəzi hallarda antiprioritetə çevrilə bilir. Digər bir məqam isə, Azərbaycana qarşı layihəyə start verliəndə ictimai fikri yonləndirmək, informasiya və digər məsələlərdə Gürcüstan azərbaycanlılılarından istifadə etməyin mümkünlüyüdür. Azərbaycanda bir milyona yaxın Gürcüstan əsilli azərbaycanlı yaşayır və hər gün gömrükdən minlərlə Gürcüstan azərbaycanlısı keçir. Belə bir dinamik ortama və ya topluma nəzarət etmək qeyri mümkündür. Haşiyə olaraq qeyd edim ki, Azərbaycanın gömrük, miqrasiya, dövlət yol polis məmurları da davranış və hərəkətləri ilə Gürcüstan azərbaycanlılarını narazı salmaqla onlara şərti olaraq bu «mənəvi haqqı»da vermiş olur. - Dediniz ki ilk addımlar atılıb. Nəyi nəzərdə tutursunuz? - İlk öncə milli birliyin parçalanmasına xidmət edən müzakirələrə imkan yaradılıb. Çörəyini yediyin birinə xəyanət edərkən cığallıq etmək, bəhanələr bulman gərəkir. İndi Azərbacana söykənən, mənən Azərbaycan hesabına böyüyənlər bir məqam, bəhanə gəzirlər ki, onlara verilmiş sifarişi yerinə yetirsinlər. Onlar həm istəyirlər sifarişi yerinə yetirsinlər, həm də xalqın gözündən düşməsinlər. Nə qədər Kremlin əli başlarında olsa da, onlar bilir ki, sonucda onlara sahib çıxacaq, ya da qaba dillə desək onları adam yerinə qoyan Azərbaycan xalqı olacaq. Ona görə də onlar bir bəhanə bulub «keçi suyu bulandırdı» oyunu oynayırlar... - Nədən, onlar ziyalı deyilmi..

- Öncə bir məqamı qeyd edim. Dünyanın hər yerində minlərlə yazıçı, şair, rəssam, hekəltaraş, teatrda, sirkdə çalışan insan var və onlar heç də bizim şair və yazıçılarımızdan, dramaturq və publisistlərimizdən az istedadlı və ya savadsız deyil. Amma onlar orada sıradan insanlar sayılır və hətta bəzən sıradan insandan da pis müamilə görürlər. Sənətə, sənətkara, yazıçı və şairə xüsusi qiymət, onu yüksək mərtəbəyə qaldırmaq Azərbaycan xalqının sənətə, abidəyə, sözə verdiyi qiymətin təcəssümüdür. Və bir də son yüz ildə təhsildə tərbiyədə formalaşan dəyər ölçüsünün nəticəsidir. Bəlkə də dünyanın heç bir yerində yazıçı və şair müasir Azərbvaycanda olduğu qədər müqəddəs və hörmətə, imtiyaza, qayğı və sevgiyə malik deyil. Amma bir neçə əsr oncə Nizamini kasıb komasında yaşadan, Füzulnin salamını almayan, Nəsiminin dərisini soyan, Sabiri, Cəlili təhdid edən, Axundova Quran oxumaq istəməyən xalq olduğumuzu da unutmamalıyıq. Bəzən insan bəzi xəyanətə o qədər əsəbləşmir. Kasparovu dunyaya Azərbaycan bəxş etdi və adam Azərbaycanın əleyhinə çıxış edəndə uzağı düşünürsən ki, çörəiyimizin duzu yoxdur. Lakin, azərbaycanlı bir yazıçının, şairin, ziyalının oturub hansısa oliqarxın ona dediyini və ya tapşırdığını müxtəlif bəhanələrlə ortaya atıb gündəm yaratması təəssüf doğurur. Robert Strua məsələsini yuxarıda xatırlatdım və ən azından buna onun mənəvi haqqı olduğunu söylədim, amma, illərdir Azərbaycanın mənəvi divarlarına, hakimiyyətin özəl qayğısına söykənib tanındıqdan sonra kimlərinsə dəyirmanına su tökmək yanlış bir mənəviyyatın göstərgəsidir. - Nədən oliqarxlar özləri deyil, elələrini danışdırırlar? - Oliqarx olduqları üçün. Onlar nəsə desə sabah onların biznesləri üçün problem yaranacağından ehtiyatlanırlar. Onlar, hər onlara deyiləni özləri desəydllər və yerinə yetirsələrdi, o zaman bu qədər vardövləti toplaya bilməzdilər. Onlar hər zaman əlbuyruqçusu tapırlar. Lazım olanda qoldan güclü, lazım olanda dildən güclü. Həmdə ki, pul yığmağı bacarmaq hələ bu adamın ağıllı olduğu demək deyil və ya gözəl natiq, analitik, siyasətçi, messanat olması deyil. Onların çoxu bizim «Novruzəli» ağılda və səviyyədədir. Bir də baxırsan “facebook”da yazdılar filan əlilə iki kilo ət yardımı etdim. O ağılda olanlar da ona yazır - «Allah canınızı sağ etsin, əskik olmayın». Harada görünüb yardım edəsən, onu da bəyan edəsən. Mən də bir dəfə istədim yazam hansı dilənçiyə neçə qəpik verdiyimi, amma, nə qədər elədimsə adlarını demədilər. İndi bu meşşan oliqarxların əl buyruqçuları «Qafqaz baharı»nda ilkin mərhələ kimi istifadə olunan əl kağızlarından başqa bir şey deyil. Zamanı gəlincə silinib atılacaqlar. Onlar hər zaman ikinci rollarda olacaqlar. Daha sonra köməkçi rolların formalaşması prosesi gedəcək.. - Bəs baş rolda kimlərdir - Rejissorun seçdikləri insanlar... - Yəni dostları... - Yox, rejissorun dostu olmaz. Onu artistlər deyər, filan rejissor mənim dostumdur. İndi oliqarxların çoxu artistlik edir. Biri deyir İlham Əliyev mənim dostumdur. Biri deyir Putinlə «çaşka - loşka»yam. Bunlar boş sözlərdir. Əksinə, bunları deyənlər istedadından şübhə edən artistlərdir. O ki qaldı onların kimliyinə, bunu bilmək üçün siyasətçi olmağa nə gərək var. Rusiya yaratdığı qurumla «Qafqaz baharı»nın Azərbaycan ayağındakı qrupu müəyyənləşdirib. RATİ məhz bu iş üçün Kremlin dəstək verdiyi qurumdur. - Amma onlar müsahibələrində bunu qətiyyətlə təkzib edirlər... - Onlar, yəni kimlər?... - Məsələn Rüstəm İbrahimbəyov... - Mən onun bu fikri təkzib etdiyini sanmıram. Əksinə onun müsahibələri bir manevr, bir priyomdur və təkzib edə-edə Azərbaycan ictimaiyyətində antihakimiyyət, antiprezident əhvali-ruhiyyəsi təbliğ edir. O, Azərbaycan vətəndaşlarının seçim haqqına belə sayğılı


De k a b r

Щягигят

эцъдя дейил, эцъ

щягигятдядир

!

olduğu bir «Qafqaz baharı» projesi deyil. Xalqın seçdiyi bir prezident haqqında təsadüfi bir adammış kimi danışır. İfadəyə baxın - «Prezident məni saymırsa, mən də onu saymıram». Prezidentin yürütdüyü siyasəti tənqid etmək olar. Prezidentin hər hansı bir çıxış və qərarına kəskin etiraz etmək olar. Bunlar normaldır, amma prezident haqqında belə danışmaq sadəcə yanlışdır. İstər indiki, istər keçmiş, istər gələcək prezidentlər olsun, onlar Azərbaycan xalqının mandat verdiyi, müəyyən mərhələdə etibar etdiyi insanlardır və onlara etiraz haqqı onların tutduğu mövqeyə münasib olmalıdır. İndi biri qalxıb desə ki , Rüstəm İbrahimbəyonun yazdığı və ya çəkdiyi sənət nümunələri cəfəngiyyatdır, əsərləri səviyyəsiz və bədiilikdən uzaqdır, mən elə yazıçı tanımıram, xoş olmaz ki. Yazısı ədəbi tənqidlə, siyasətçi siyasi dillə tənqid olunmalıdır. Yəni sözümün canı budur ki, Rüstəm İrahimbəyov RATİ-nin qarşısına qoyulan məqsədi təkzib edə-edə, gündəmə gətirməklə və ictimai fikir formalaşdırmaqla məşğuldur. Əslində ondan tələb olunan da budur. - RATİ-nin üzvlərinin əksəriyyətinin imkanlı iş adamı olması bu təşkilatın güclü işləməsini şərtləndirmirmi? - Azərbaycan ictimaiyyətində yanlış bir strategiya var - «Bir olmalıyıq, bir təşkilatda birləşməliyik» Və yaxud Gürcüstanda belə deyirlər - «Hər kəs mütləq gürcü dilini bilməlidir». Nədən İsveçrədə hər kəs İsveç dilini bilmək məcburiyyətində deyil? Hər zaman çalışırlar ki, hər kəsi bir kisəyə yığsınlar. Eyni yerdən idarə olunsun. Nəticədə eyni yer sənin əleyhinə olanda başqa yer qalmır. Amma, müxtəliflik olunca birisi sənin əleyhinə olarsa ona qarşı qoyula biləcək digər qüvvələrdən istifadə oluna bilər. Rusiyada xeyli müxtəlif təşkilatları bir yerə toplamaq siyasi uzaqgörənlik olmazdı. Çünki o yeganə təşkilatın başçısınnın mövqeyinə təsir kifayətdir ki, «ordusuz general»a dönəsən. Yakutiyadakı azərbaycanlı ilə Moskvadakı azərbaycanlının problemi də eyni deyil. Həm də Rusiyanın coğrafi böyüklüyü göz önünə alınmalıdır. Ona görə də Rusiyada müxtəlif Azərbaycan təşkilatları olmalıdır və RATİ kimi süni təşkilatlara Rusiya daxilində, Rusiya mətbuatında reaksiya verilməlidir. İki-üç müxtəlif reaksiya Rusiyada onların sabun köpüyündən yaradılmış imiclərini sual altına qoya biləcəyindən onlar heç bir zaman başlarından yekə işə girməzlər. Yəni sən Bakıda Rüstəm İbrahimbəyovu nə qədər istəsən tənqid et, bunun Rusiyadakı imic və mövqeyinə təsiri olmadığından əsil reallıq kölgədə qalır.. - Rusiyanın Gürcüstanda həyata kecirdiyi «Qafqaz baharı»nda o qədər də gürcü oliqarx bir təşkilatda birləşməmişdi. Sizcə, nədən bu qədər azərbaycanlı oliqarxını bir təşkilata toplamaq zərurəti ortaya çıxıb? Yəni bütün təşkilatları RATİ bir ad altında toplamaqla siyasi təsir gücümü qazanmaq istəyir? - Öncə bir nöqtəyə diqqətinizi çəkim. Rusiyada Azərbaycanlılara məxsus onlarla təşkilat var. Amma bu təşkilatların heç birində nə böyük sahibkarları görmək mümükündü, nə də oliqarxları. Halbuki, o təşkilatların imkanlı adamların dəstəyinə daha çox ehtiyac var. Lakin, nədənsə bütün imkanlı adamlar məhz RATİ-yə toplaşıb. Təbii ki, bu təsadüfi sayıla bilməz. Ya onlar hamısı bir yerə toplanıb müəyyən bir tapşırığı yerinə yetirirlər, ya da ki, sadə kütlənin birləşdiyi təşkilatlara üzv olmağı özlərinə sığışdırmırlar. Bir növ gürcülərin «Generallar klubu» kimi bir şey yaradıblar. Mən zənn etmirəm ki, hər hansı bir xeyirxah məqsəd üçün bu zəngin iş adamlarını bir yerə toplamaq mümkün olsun. Dərbənddə, Borçalıda minlərlə ehtiyac içində yaşayan insan var, onlarla bərbad vəziyyətdə məktəb, mədəniyyət evi, kitabxana var. Bir çox kəndin yolu, suyu, qazı belə yoxdur. İnsanlar var ki, qışda soyuqdan donmamaq üçün odun belə almağa imkanı yoxdur. Məktəblər çantası olmayan, kitabı, dəftəri, qələmi olmayan, nor-

mal əlbisələri olmayan şagirdlərlə doludur. Mən heç eşitməmişəm ki, bu adları hallanan oliqarxlar bu məqamlara diqqət yetirsin. Gürcüstanda yaşayan azərbaycanlıların imkan daxilində bütün problemlərinə hər vasitə ilə yardımçı olmağa çalışmışam. Ən çətin, kriminalın özbaşınalıq elədiyi bir dövrdə belə xalqla çiyin-çiyinə olmağa çalışmışam..! Gürcü milliyyətçiliyi ilə üzüzə qalmışam! Gürcüstan azərbaycanlılarının hüqülarını müdafiə edən ilk ictimai-siyasi təşkilatı yaratmışam. Oniki ildən çoxdur ki, «Qeyrət» xalq hərəkatı fəaliyyət göstərir. İlk ictimai-siyasi qəzet yaratmışam. On ildən çoxdur ki, qəzet vasitəsi ilə xalqın problemlərini gündəmdə saxlamağa çalışıram. Borçalının bütün problemlərinə aid onlarla mətbuat konfransı keçirmişəm. İlk dəfə yüksək səviyyədə Borçalıda Novruz bayramının təntənəli şəkildə qeyd olunmasını siyasilərin və polislərin hədə qorxusuna baxmayaraq təşkil etmişəm. İndi Borçalıda bu yöndə fəaliyyət göstərən çoxlu sayda təşkilat var. Mən heç eşitməmişəm ki, milyonlarla pulu olan bu insanlar Borçalıda və ya Dərbənddə bu aspektdə bir araya gəlsinlər. Onlar üçün Borçalı da, Dərbənd də mən deyərdim ki, Qarabağ da cibləridir. Bir haşiy��ni də qeyd edim ki, bu oliqarxlardan birinin atasını gürcü kriminalları əvvəlcə oğurlayıb, daha sonra cəsədini yol kənarına buraxmışdılar. O zaman bu oliqarxın atasının üstündə ictimaiyyəti ayağa qaldırmışdım. Gürcüstan, Azərbaycan, Rusiya mətbuatını prosesin izlənilməsinə cəlb etmişdim. Hər gün yüz kilometrdən çox məsafəni qət edərək zərərçəkənin evinə baş çəkməyə gedirdim. Oliqarxın bizə ən böyük dəstəyi vizit kartını verməsi olub. Qaldı kı RATİ-nin bütün təşkilatları bir yerə toplamaqla siyasi təsir gücü qazanmaq istəməsinə, bu aysberqin bizi inandırmaq istədikləri formal bir fikirdir. Əslində Rusiyadakı müxtəlif Azərbaycan təşkilatlarını müstəqil fikir və etirazdan məhrum etmək üçün bü metod seçilib. Yəni bir növ onların «səsi alınıb», sanki onlar yoxmuş kimi bir illiuziya yaradılıb. - Atasının məsələsində real mövqe göstərdiyiniz oliqarxın adını açıqlaya bilərsinizmi? - Nə önəmi var? Önəmli olan odur ki, onların bəziləri üçün mənəviyyat, vətən, torpaq, yurd anlamsız ifadələrdir. - Bütün bunları sadalamaqda aranmış bu təşkilatın xüsusi bir tapşırıq yerinə yetirməklə görəvli olduğunumu söyləmək istəyirsiniz? - Bunun belə olduğunu anlamaq çətin deyil. Tutaq ki, onlar doğrudan da vətənə xidmiət etmək istəyirlər. Azərbaycan hakimiyyətinə yardımçı olmaq istəyirlər. Deyək ki, Azərbaycan hökuməti də bu yardımı istəmir. O zaman nədən onlar israr edirlər? Məntiqə görə onlar küsüb getməli idilər pul qazanmaqlarının dalınca. Amma onlar: «Mən mütləq yardımçı olmalıyam!»deyib dururlar. Demək ki, torbada pişik var. Bu məsələnin sadə izahıdır, ancaq diqqətlə izləsəniz, onların bu fəaliyyətlərini açıq aydın görmək mümkündür. - Sizcə, qəribə deyilmi, bu qrupda zəngin iş adamları ilə bərabər ziyalıların da eyni məqsədə alət olması? Axı onlar daha geniş spektrdə düşünə bilər və bu işin arxasındakı niyyəti sezə bilərdilər. - Burada qəribə bir şey yoxdur. Bu tamamlayıcı aksessuardır. Bu qrupa rəng və dil vermək üçün, «milli çalarlar»ı guya gücləndirmək üçün belə kosmopolit ziyalıların qatılması vacib şərtlərdən biridir. - Nədən kosmopolit? - Mən şəxsən Rüstəm İbrahimbəyovun əsərlərində Azərbaycanın milli dəyərlərinə, mənəvi dünyasına, ədəbi və tarixi irsinə xas olan xüsusiyyətləri görməmişəm. Onun bir çox əsəri əxlaqi sərhədlərimizin çox uzağında olan mövzulardır. O əsərləri oxuyan Azərbaycanlı nə vətənpərvər olar, nə də ki, milli hisslərə dəyər verər. O əsərlərə milliliyi verən, yalnız, müəllifin Azərbaycanlı

olmasıdır. - Sizcə, onu hansı hisslər məcbur edir ki, bu yaşında və bu qədər titulu ola-ola siyasətə qoşulsun? - Deyirlər ki hər şeyin bir qayçısı var. Məsələn: dostluğun qayçısı - zarafatdır. Mərdliyin qayçısı - satqınlıqdır. Gözəlliyin qayçısı - səliqəsizlikdir. Ədəbiyyatın, poeziyanın, sənətin qayçısı - siyasətdir. Bizdə deyərlər ki, aşığın sözü qurtaranda «neynimneynim» deyər. Görünür indi bir sox sənətçinin ilham pərisi dollara aşiq olub. O zaman, təbii ki, ədəbiyyatçı siyasətçiyə çevriləcək. Digər tərəfdən mətbuatdan izlədiyim qədər onun villası, evləri torpaq sahələri və digər mal varlığı heç də oliqarxlardan az deyil. Amma onlardan fərqli olaraq o bunları titullar altında ört-basdır edib, oliqarxlar isə hər zaman həm kriminalın həm də Rusiya hakimiyyətinin diqqət mərkəzindədir. Yəni o, əslində maskalanmış oliqarx kimi bir şeydir. - Bunun nəyi pisdir? - Yenə bizdə deyərlər ki, çörəyi çörəkçiyə ver. Ədəbiyyatçı o zaman siyasətçiyə çevrilə bilər ki, bunu təmsil etdiyi millətin milli mənafeyi tələb etsin və o, sadəcə bir anlıq, yalnız bir məqamda siyasətçi olar. Məsələn: İlya Cavcavadze kimi, Pançikidze kimi, Cabua Amicevi kimi, Yusif Səmədoğlu kimi, Bəxtiyar Vahabzadə kimi və adını çəkmədiyim yüzlərlə ziyalımız kimi. Belə ziyalılar millətin ən dar anında siyasətçilərin bacara bilmədiyini bacarırlar. İndi siyasət olub «dım-dım» halvası. Hər yoldan keçən bir təşkilat yaradır, bir cəmiyyət qurur, döşünə bir nişan taxır, olur siyasətçi. O boyda Qarabağ dərdi qalıb qıraqda, yazısı torpaq villa davasındadır. Adamın bir az həyası olar. Siz heç Rüstəm İbrahimbəyovun Qarabağ haqqında mətbuat konfransını, Moskvada keçirdiyi dəyirmi masanı, verdiyi bəyanat və etirazlarını eşidibsinizmi? Onu cəbhə xəttində, soyuqda, qarda vətən torpağı uğrunda döyüşən əsgərlərin yanında görübsünüzmü? Topladığı var-dovlətdən bir şəhid ailəsinə yardım etdiyini, bir şəhid körpəsini oxutduğunu , dəstək olduğunu eşidibsinizmi? - Siz, Rüstəm İbrahimbəyovun müsahibələrini oxumusunuzmu? Və belə bir forma Gürcüstandakı hakimiyyət dəyişikliyi öncəsi oldumu? - Oxumuşam. Belə anlamışam ki, Rusiyadakı bir təşkilatda vitse-prezidentlik institutu ləğv olunandan sonra bu adam küsüb. Mən çox dərinə getmək istəmirəm, amma onu bilirəm ki, əgər bu gün Rusiyadakı azərbaycanlıların mədəni muxtariyyəti yoxdursa, dövlət dumasında təmsil olunmurlarsa, Rusiyanın bir çox yerlərinə səpələnmiş azərbaycanlıların hüquqları tapdalanırsa, demək ki, çox iş görülməyib. Məncə, Rusiyada yaranan bir təşkilat Azərbaycanda Rusiyanı deyil, Rusiyada Azərbaycanın milli dəyərlərini təbliğ etməlidir. Azərbaycan həqiqətlərinin, Azərbaycan mədəniyyətinin, tarixinin, incəsənətinin dünyaya çatdırılmasına vəsilə olmalıdır. Ən ümdəsi Azərbaycan əleyhinə yürüdülən istənilən siyasətin qarşısında olmağı bacarmalıdır. Yoxsa Putinə söykənib Azərbaycana barmaq silkələmək və həm də azərbaycançılıqdan dəm vurmaq bəsit bir siyasətdir. - «Qafqaz baharı»nın Azərbaycanda uğurlu olması üçün ilkin şərt nədir? - Öncə Gürcüstanda bunun bərqərar olması gərəkir. Daha sonra RATİ-nin Azərbaycanda fəaliyyətinə start veriləcək. Hələ ki, belə çirkin müzakirələrlə siyasi bir məşq edilir. - Bunun qarşılığı olaraq Azərbaycan hakimiyyəti nə etməlidir? - İlk növbədə baş verəcək proseslər planlaşdığı kimi davam etdirilərsə məsuliyyət RATİ-nin üzərinə düşür. Onlar Azərbaycanın müstəqilliyi və sabitliyi naminə gərəkirsə Azərbaycan hakimiyyəti və onun qurumları ilə əməkdaşlıq çərçivəsində işləməlidir və yaxud təşkilatın buraxıldığını elan etməlidirlər. Qaldı ki, Azərbaycan hakimiyyətinə, orada

Гейрят

5

savadlı və yüksək potensiallı siyasətçilər çoxdur. Onlar nə etmək gərəkdiyini çox gözəl bilirlər. Birdə ki, mən nə etmək lazım olduğunu burada söyləsəm, müəyyən strategiya qursam qarşı tərəfə taktika üçün imkan vermiş oluram. O səbəbdən problemlərin həllini, əminəm ki, Azərbaycan hakimiyyəti mütləq tapacaq. Mən sadəcə «Qafqaz baharı»nın Azərbaycanın gələcəyini payıza döndərməsini istəmirəm. - Azəbaycan - Gürcüstan münasibətlərində indi ən vacib məqam nədir? - Heç bir şəkildə bu münasibətlərin gərginləşməsinə imkan verməmək ən önəmli məsələdir. Bütün təxribat və provakasiyalar əslində bu münasibəti gərginləşdirmək və Gürcüstanla Azərbaycanı üz-üzə qoymaq üçündür. Bu həm ermənilərin arzusudur, həm Rusiyanın, həm də bögədə siyasi nüfuz qazanmaq istəyən ölkələrin, xüsusən də, İran kimi Azərbaycana etibar etməyən dövlətlərin arzusudur. Ona görə də Gürcüstanla münasibətlər yalnız iqtisadi, siyasi deyil həm, də bir başa müxtəlif nazirliklər, cəmiyyət və qurumlar vasitəsi ilə olmalıdır. Yəni hər şey bir şəxsin iradəsi ilə dəyişməməlidir və ya o şəxs əvəz olunarkən siyasi bir boşluqla üz-üzə olmamalıyıq. Unutmaq lazım deyil ki, çox ciddi proseslər gedir və hər anın bir hökmü var. İlk növbədə Gürcüstan azərbaycanlılarının Azərbaycan ərazisində problemləri həll olunmalıdır. İstər gömrükdə, istər miqrasiya məsələlərində mövcud vəziyyət dəyişməli, hüquqi baza yaradılmalıdır. Azərbaycanda yaşayan bir mil-yona yaxın Gürcüstan əsilli soydaşlarımızın Azərbaycan dövlətçiliyinin əsgərləri olmasına kimsənin şühbəsi olmamalıdır və kimlərsə bu kütləni beş üç qəpik üçün, yanlış davranış və oyunlarla hakimiyyətdən narazı salmamalıdır. Bu məqamı düşündükləri üçündür ki, RATİ-nin tərkibində Gürcüstan əsilli oliqarxlara ehtiyac duyulub. Gürcüstanla iş birliyi siyasi, iqtisadi, humanitar əməkdaşlıq və ən əsası Gürcüstan azərbaycanlılarının maddi asılılıq problemi Azərbaycan hakimiyyətinin indi ən ümdə məsələsi olmalıdır və bu pərakəndə, bəsit tapşırıqla deyil, planlı şəkildə olmalıdır. Gürcüstanda fəaliyyət gösitərən Azərbaycan şirkətlərində bir də baxırsan bir ailənin «məmə deyənindən pəpə yeyəninə» qədər işlə təmin olunub. Amma minlərlə ailə işıq pulunu belə verə bilmir. Bu klanlaşmaya, qohumbazlığa son qoyulmalıdır. Son illərdə Gürcüstan azərbaycanlılarının Azərbaycanla bağlılığı iqtisadi cəhətdən mümkün olub. Yəni alver münasibətlərindən o yana gedilməyib. Gürcüstan azərbaycanlılarının Azərbaycanda müxtəlif sahələrdə təhsilinin önü açılmalıdır. Bir nəfər də doktor, alim yetişdirilməyib burada keçən 20 ildə. Nədən azərbaycanlılar Türkiyənin müxtəlif bölgələrində oxumalıdır və ya müxtəlif dini təmayüllü litsey və mədrəsələrdə təhsil almalıdır? İllərdir Gürcüstan azərbaycanlıları üçün müasir peşə öyrədən bir məktəbin açılması nədən bu qədər çətin olub? Bir teatr binasının təmiri nədən problemə dönüb? Əgər orada problemi həll etmək zaman istəyirsə, yenisini tikmək o qədər də zor olmamalı idi. Problemlər və gündəmdə duran məsələləri sadalamağa ehtiyac yoxdur. Çünki bunların əksəriyyəti illərdir həll olunmayan və hər kəsə məlum məsələlərdir. Sadəsə bir az diqqət və qayğı, biraz da siyasi uzaqgörənliyə ehtiyac var.

S.S


6

Гейрят

İvanişvilidən Saakaşviliyə jest

Baş nazir və onun komandası prezident Mixail Saakaşvilinin impiçmentini elan etməyə hazırlaşmır. Gürcüstan mətbuatının verdiyi məlumata görə, baş nazir Bidzina İvanişvili bəyan edib ki, o, parlamentin və hökumət başçısının səlahiyyətlərinin genişləndirilməsini sürətləndirməyi planlaşdırır. “İmpiçment olmayacaq. Heç kim təəccüblənməsin. Konstitusiya dəyişikliyində hüquqi proseslər başlanacaq. Bu proseslər ondan ibarət olacaq ki, prezident seçkilərinə qədər Konstitusiyada parlamentin və baş nazirin səlahiyyətlərinin artırılması, buna müvafiq olaraq prezidentin səlahiyyətlərinin azaldılması istiqamətində dəyişikliklər olacaq”. Onun sözlərinə görə, prezident seçkiləri Konstitusiyaya uyğun olaraq 2013-cü ilin oktyabr ayında keçiriləcək. İvanişvili onu da əlavə edib ki, Konstitusiyada dəyişikliklər üçün Gürcüstana Amerika və Avropadan ekspertlər dəvət olunacaq.

Ən təhlükəli terrorçuların siyahısında Bin Ladenin yerini amerikalı reper tutub Üsamə Bin Ladenin adının məlum səbəblərdən ən təhlükəli terrorçuların siyahısından çıxarılmasından sonra onun yerini gənc amerikalı tutub. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i ABŞ Federal Təhqiqat Bürosunun (FTB) saytına istinadən xəbər verir. Ömər Şəfik Həmmami Alabamada doğulub və orada boya-başa çatıb. 28 yaşlı Həmmami öz tərcümeyihalında Alabamada qayğısız uşaqlıq illəri keçirdiyini yazır. Axtarışda olan terrorçunun sözlərinə görə, onun malik olduğu partlayıcı xarakter (anası amerikalı, atası isə suriyalıdır) irsidir və hələ uşaq bağçasında onun sərt xarakteri artıq özünü büruzə verib. Həmmami indiyə qədər ABŞ vətəndaşı olsa da, çoxdan Birləşmiş Ştatlarda yaşamır: o təhsil aldığı universiteti ataraq islamçı sələfilərə qoşulub. O, cihadçı replər yazaraq ingilisdilli gəncləri terrorçuların sıralarına daxil olmağa təhrik etdiyinə görə təhlükəli hesb edilir. FTB-yə onun 2006-cı ildən terrorçularla əlaqələrə malik olduğu məlumdur. Hazırda Ömər Həmmami Əl-Qaidə ilə əlaqədə olan Somalidəki “Əş-Şabab” qruplaşmasının rəhbəri hesab edilir. Ana dilinin ingilis dili olmasından istifadə edən amerikalı rep üslubunda cihad və islam haqqında təğlibati mahnılar yazır. Onun artıq bu tip altıya yaxın bəstəsi var. Xüsusi xidmət orqanları ehtiyat edir ki, Həmmaminin hip-hop yaradıcılığı ingilisdilli gəncləri müqəddəs müharibəyə başlamağa məcbur edə bilər. Belə ki, reperin mahnıları internetdə kifayət qədər məşhurdur.

Türkiyə istehsalı olan ilk təyyarə “Türkquşu” adlandırılacaq Bir neçə il ərzində yaradılması planlaşdırılan Türkiyə istehsalı olan ilk təyyarə “Türkquşu” adlandırılacaq. Bu barədə Trend “Anadolu” agentliyinə istinadən məlumat verir. Təyyarənin adı Türkiyə Aviasiya Assosiasiyasının saytında keçirilən müsabiqənin nəticələri əsasında seçilib. Altı ay ərzində istənilən şəxs təyyarənin adı ilə bağlı təklif verib, sonra isə sayt ziyarətçiləri arasında keçirilən səsvermə yolu ilə “Türkquşu” adı seçilib. Təyyarənin hazırlanmasının 2014-cü ildə başa çatması gözlənilir. Həmin ildə təyyarənin istismara verilməsi planlaşdırılır.

Щягигят

эцъдя дейил, эцъ

щягигятдядир

Gürcüstandan Azərbaycana qanunsuz mobil telefon və aksessuarlar keçirmək istəyiblər Gürcüstandan Azərbaycana qanunsuz yolla mobil telefon və aksessuarlar keçirilməsinin qarşısı alınıb. BorchaliNews-un Dövlət Gömrük Komitəsinin saytına istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Gürcüstan vətəndaşı Maqamedali Nəsibovun idarə etdiyi “Mercedes Benz Sprinter 416 CDİ” markalı sərnişin mikroavtobusuna gömrük nəzarəti zamanı həmin avtobusun salonunda, gömrük nəzarətindən gizlədilmiş şəkildə “Nokia” və “Samsung” markalı cəmi 95 ədəd mobil telefon (müxtəlif modelli) və müxtəlif mobil telefonlara aid aksessuarlar - 95 ədəd karton qutu, 92 ədəd akkumulyator, 92 ədəd qidalandırma cihazı və 63 ədəd qulaqcıq aşkar edilərək saxlanılıb.

Gürcüstanın NATO-ya cəlb edilməsi Rusiya ilə münasibətlərdə ciddi nəticələr gətirə bilər NATO-nun genişlənməsi məsələsində Rusiyanın fikrincə, bu Avropada kooperativ təhlükəsizlik sisteminin yaradılması məntiqinə ziddir və ayırıcı xəttlərin yalnız coğrafi mövqedən yerini dəyişir. BorchaliNews-un verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyasının NATO-da daimi nümayəndəsi Aleksandr Qruşko bəyan edib.“Gürcüstana gəlincə, əminəm ki, NATO-da bu ölkənin gələcəkdə Alyansa cəlb etməyə dair istənilən addımın Rusiya-NATO münasibətləri və Avropa təhlükəsizliyi üçün nəticələrin ciddiliyini anlayırlar. Bunu anlamaya bilməzlər”, - deyə diplomat Brüsseldə juralistlərə bildirib. Onun fikrincə, “Gürcüstanın Alyansla yaxınlaşması siyasətinin bizim Cənubi Osetiya və Abxaziya ilə münasibətlərimizə və onların müdafiəsi üzrə öhdəliklərimizə hər hansı üsulla təsir edə biləcəyini NATO tərəfinin gözləməsi qətiyyən reallığa əks olardı”

Gürcüstan vətəndaşları Qazaxda yanacaqdoldurma məntəqəsinə basqın ediblər Qazax rayon Polis Şöbəsindən APAya verilən məlumata görə, hadisə rayonun Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb. Kənd ərazisində fəaliyyət göstərən “Fərid” yanacaqdoldurma məntəqəsinə gələn maskalı 2 naməlum şəxs orada işləyən Cavanşir Bayramovu tapança və avtomat silahla hədələyərək əl-qolunu yapışqanlı kağızla bağlayıblar. Quldurlar yanacaqdoldurma məntəqəsindən 4000 manat pul aparıblar. Qazax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Gürcüstan vətəndaşı Nodar Qaruçava tutulub. Hadisənin digər iştirakçılarının Anquli Apşilava və Aleksandre Apşilava olduğu müəyyən edilib. Nodar Qaruçavanın idarə etdiyi “Man” markalı avtomaşına baxış zamanı hadisə törədilərkən istifadə olunmuş 1 ədəd “AK” silahı, 1 ədəd “Revolver” markalı tapança, 1 ədəd süngü-bıçaq, 1 ədəd patron darağı, 30 ədəd avtomat və 6 ədəd tapança patronu aşkar edilərək götürülüb.

!

D ekabr

Bidzina İvanişvili azərbaycanlılara torpaqlarını qaytarmaq barədə vəd verdi Gürcüstan, Tbilisi, 22 noyabr /Trend, müxbir N.Kirsxaliya/ Gürcüstanın Baş naziri ədaləti bərpa etmək və Gürcüstan vətəndaşı olan azərbaycanlılara keçmiş hakimiyyətin onlardan aldığı torpaqları qaytarmaq niyyətindədir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Gürcüstanın baş naziri Bidzina İvanişvili Tbilisidə mətbuat konfransında deyib. “Biz seçkiqabağı dövrdə yerli əhali ilə görüşdük və öyrəndik ki, xaricilərə satmaq üçün onların hətta şumlanmış torpaqlarını alıblar”, - o qeyd edib. İvanişvili söz verib ki, yeni hökumətin prioriteti Gürcüstan vətəndaşlarıdır və Azərbaycan əsilli Gürcüstan vətəndaşları öz torpaqlarını geri alacaqlar: “Bizim üçün prioritet Gürcüstan vətəndaşlarıdır. Biz xarici investisiyaları alqışlayırıq, lakin vətəndaşlarımız hesabına deyil”, - baş nazir vurğulayıb.

Bəşər Əsəd Azərbaycanı da ittiham etdi BMT Təhlükəsizlik Şurasına göndərilən siyahıda Azərbaycan vətəndaşlarının da adları var. Suriya silahlı müxalifət sıralarında Azərbaycan vətəndaşlarının döyüşdüyünü iddia edib. Suriya rəsmiləri BMT Təhlükəsizlik Şurasına “Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən” öldürülmüş 143 əcnəbi vətəndaşın siyahısını təqdim edib. Bu barədə APA “Inner City Press”ə istinadən məlumat verir. Siyahıda Azərbaycan vətəndaşlarının adı da var. Bir ay əvvəl Suriya BMT Təhlükəsizlik Şurasına 108 nəfərlik analoji siyahı göndərmişdi.Yeni siyahıda Qətər, Səudiyyə Ərəbistanı, Tunis, Misir, Sudan, Liviya, Əfqanıstan, İordaniya, Türkiyə, Azərbaycan, Yəmən, İraq, Küveyt, Livan, Əlcəzair, Çad, Pakistan, Rusiya vətəndaşları, həmçinin fələstinlilər var. Qeyd edək ki, İranın “Arannyus.ir” saytı Suriya dövlət televiziyasına istinadən hökumət qoşunları ilə toqquşmalarda İslamov Zaur Ələsgər oğlu adlı Azərbaycan vətəndaşının öldürüldüyü barədə xəbər yayıb.

Gürcüstan prezidenti Mixail Saakaşvili İrəvanda səfərdədir Gürcüstan prezidenti Mixail Saakaşvili Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” sammitinin ikinci sammitində iştirak etmək üçün Yerevana gədib. BorchaliNews-un “ArmTodey” saytına istinadən verdiyi xəbərə görə, səfər çərçivəsində onun Avropa Komissiyasının prezidenti Jozu Manuel Barrozu ilə görüşü nəzərdə tutulub. Sammitdə iştirak etmək üçün AXP sədri Vilfred Martens və Moldova baş naziri Vladimir Filat da İerəvana gələcək. Avropa Xalq Partiyasının “Şərq tərəfdaşlığı” birinci sammiti bu ilin iyulunda Batumidə keçirilib.


De k a b r

Щягигят

эцъдя дейил, эцъ

Gürcü politoloq yeni hökumətin atdığı addımların hələ ki ümid vermədiyini deyib Bakıda Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə “Post-sovet təfəkkürünün durulması: Liberalizm və münaqişələrin həlli” mövzusunda beynəlxalq konfrans keçirilib. Publika. Az-ın verdiyi məlumata görə, konfransda Qafqaz regionundakı çözülməmiş münaqişələr, onlara yanaşma tərzləri, münaqişələrin həllinə maneə olan səbəblər və digər məsələlər müzakirə olunub.Tədbiri açan Milli və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri, politoloq Leyla Əliyeva böyük təşkilatların səylərinə baxmayaraq, indiyə kimi Qafqazdakı münaqişələrin həll edilməsinin qeyri-mümkün olduğunu bildirib. Leyla Əliyeva qeyd edib ki, “20 ildir ki, münaqişələrin həll olunmaması başqa bir müstəviyə keçmək zərurəti yaradır”. Münaqişələrin həlli üçün xarici faktorlarla yanaşı, daxili faktorların da vacib olduğunu qeyd edən Leyla Əliyeva münaqişə olan ölkələrdə liberalizm proseslərinin cərəyan etmədiyini dilə gətirib. Münaqişələrin həlli prosesində normaların açıq şəkildə pozulduğunu vurğulayan politoloq, əslində, normasız bir regionda yaşadığımızı söyləyib. O, bunun bariz nümunəsi kimi, regionun üç ölkəsindən ikisinin ərazisinin işğal edilməsini və hər bir işğal faktında Rusiya amilinin mühüm yer almasını göstərib.Tbilisi Dövlət Universitetinin Qafqaz Tədqiqatları Beynəlxalq Məktəbinin rəhbəri G. Nodia çıxışında liberal cəmiyyətlərdə münaqişələrin mövcudluğunun mümkün olmadığını deyib. Amma o, eyni zamanda bildirib ki, bu da bir utopiyadır: “Çünki liberal cəmiyyətin yaradılması mümkün deyil”. O, qeyd edib ki, istənilən imperiyanın dağılması milli münaqişələrin yaranması ilə müşahidə olunur. O, bu baxımdan, SSRİ-nin də istisna olunmadığını vurğulayıb. Amma o, liberalizm vasitəsilə yeni münaqişələrin yaranmasının qarşısını almağın mümkün oldğunu deyib. G.Nodia Saakaşvili Gürcüstanının liberal bir quruluş olmadığını söyləyib. O, bunun hazırkı prezidentin avtoritarizmi ilə bağlı olduğunu bildirib: “2008-ci ilə kimi hamı elə başa düşürdü ki, Rusiya və ABŞ razılığa gələ bilərlər. Amma müharibə göstərdi ki, bu, mümkün deyil. Yeni hökumətdə vəziyyət tam aydın deyil. Atılan addımlar hələlik ümid vermir”.

щягигятдядир

!

Гейрят

7

GÜRCÜSTANLI SOYDAŞLARIMIZ BAKIYA YIĞIŞIB PROBLEMLƏRİNDƏN DANIŞDI Onlar miqrasiya şərtlərinin yumşaldılmasını tələb edir; Borçalı əhli Azərbaycanda qalma müddətinin bir aya endirilməsini təxribat sayır. Noyabrın 28-də Bütöv Azərbaycan Ocaqları Konseyinin təşkilatçılığı ilə Bakıda - “Trend” informasiya agentliyinin konfrans zalında Gürcüstan azərbaycanlılarının qarşılaşdığı miqrasiya probleminə həsr olunmuş mətbuat konfransı keçirildi. Gürcüstanlı soydaşlarımız “Miqrasiya haqqında” Qanuna edilən dəyişikliklərə etirazlarını bildirdilər. Belə ki, Azərbaycana gələn soydaşlarımızın qeydiyyata düşməsinə bürokratik əngəllər yaradılır, bir aydan çox Azərbaycanda qalan və qeydiyyata düşməyən Gürcüstan vətəndaşları 401 manat məbləğində cərimə olunurlar. Tədbirdə 100-dək Gürcüstan vətəndaşı iştirak edirdi. “Borçalı” İctimai Cəmiyyətinin İdarə Heyətinin üzvü Zahir Əlisoy çıxış edərək öncə seçkilərdən sonra Rusiyanın bölgədə milli zəmində münaqişələr yaratmaq cəhdləri haqqında

təqdim olunacaq”. K.Ramazanlının sözlərinə görə, tələbələr, əmək miqrantları, Qamsaxurdiya dövründə qovulanlar və Azərbaycan vətəndaşı ilə evlənənlər daxil olmaqla, Gürcüstandan Azərbaycana dörd kateqoriya miqrant gəlir: “Əmək miqrantları üçün illik dövlət rüsumu 1000 manatdır. Azərbaycan reallığında heç bir müəssisə rəhbəri işçisi üçün iş icazəsi almır. Bu insanlar tutulanda 400 manat cərimə olunur, bəziləri isə deportasiya olunurlar. Qamsaxurdiya dövründə isə Bolnisi rayonundan 800, Kazıretidən 400, Dmanisidən 400, Tbilisidən 650 ailə qovulub. Onların beş mininin nə vətəndaşlığı, nə də qaçqın statusu var. Övladları burada hərbi xidmətə aparılıb, amma onlara vətəndaşlıq verilmir. Bundan başqa, üzvlərinin biri Azərbaycan, digəri Gürcüstan vətəndaşı olan ailələrin sayı 50 mindir. Onlara vətəndaşlıq verilməlidir”. K.Ramazanlı ölkə rəhbərliyinə və Dövlət Miqrasiya Xidmətinə müraciət etmək üçün sənəd hazırladıqlarını

danışdı. Z.Əlisoy həmçinin bildirdi ki, bu, Gürcüstan hakimiyyətinin məsələdə məsuliyyət daşımadığı anlamına gəlmir. Cəmiyyət rəsmisi bildirdi ki, Gürcüstanda azərbaycanlıların yaşadığı ərazilərdə törədilən təxribatların və gürcüstanlı miqrantların Azərbaycanda qalmaq müddətinin 1 il 6 aydan mərhələlərlə bir ayadək azaldılması təsadüfi deyil. O bildirdi ki, Gürcüstandan Azərbaycana iş dalınca gələn soydaşlarımızın əksəriyyəti fəhlə və taksi sürücüsü işləyir: “Onların isə 1 aya görə 400 manat cərimə ödəmələri qeyrimümkündür. Bu Borçalı əsilli insanların Azərbaycanı tərk etməsi deməkdir. Gürcüstanda hüquqi dövlət qurulsa, demokratik cəmiyyət formalaşsa da, bu ölkə çox kasıbdır. Gürcüstana qayıdan və iş tapa bilməyən Borçalı sakini əcnəbi ölkələrə üz tutmalı olur. Bu isə genefondumuza zərbədir. Rusiya əslən Gürcüstandan olan insanların Borçalıya sərmayə yatırmasına imkan vermir. Eyni zamanda Azərbaycan hakimiyyəti də Borçalıda iş yerləri açmağa yardımçı olmur. Yaxşı olardı ki, Borçalıda sovet dönəmindən qalan zavod və fabriklərə sərmayə qoysunlar”. Müstəqil ekspert Kamran Ramazanlı bildirdi ki, bir gün öncə eyni mövzu ilə bağlı Marneulidə Gürcüstan parlamentinin deputatı Mahir Dərziyevin təşəbbüsü və Gürcüstandakı Azərbaycan səfirliyinin və QHT-lərin iştirakı ilə tədbir keçirilib: “Məsələ ilə bağlı sənəd hazırlanıb, Azərbaycan hakimiyyətinə

bildirdi. Müsavat başqanının müavini Tofiq Yaqublu baş verənləri Azərbaycan hakimiyyətinin gürcüstanlı soydaşlarımıza yeritdiyi siyasət kimi qiymətləndirdi: “Bu ölkəni idarə edənlər yad adamlardır, bizdən qisas almaq istəyirlər. İnsanların Borçalıdan köçünün qarşısını almaq söhbəti isə bəhanədir. Dünya qloballaşır. Bu cür qaydaları yumşaltmaq lazımdır. Tanıdığım biri 20 illik zabitdir, Qarabağda döyüşüb, ona hələ də şəxsiyyət vəsiqəsi verilmir. Bu bizim xalqımıza qarşı düşünülmüş cinayətdir”. Professor Hidayət Quliyev isə dedi ki, artıq 100 nəfər 401 manat məbləğində cərimələnib: “Bizim ingilisdən, fransızdan fərqimiz yoxdurmu? Biz yad deyilik. 5 üzvü olan ailə 2000 manatı necə ödəyəcək? Gürcüstanda da Azərbaycanda da bizi istəməyən barmaqlar var. Bu barmaqlar kəsilməlidir”. Tədbir iştirakçıları bəyan etdilər ki, Rusiyada əcnəbi vətəndaşların qeydiyyatı üçün 4 manat 50 qəpik, Azərbaycanda isə 9 manat qeydiyyat pulu əvəzinə 100-120 manat rüşvət alırlar. Camal Yusifov adlı Borçalı sakini dedi ki, Azərbaycanda onlara üçüncü sort insan kimi baxırlar: “Biz də 20 Yanvar hadisələrində, Qarabağ müharibəsində döyüşüb şəhidlər vermişik. Biz əcnəbi kateqoriyaya daxil deyilik. Biz də azərbaycanlıyıq”.

MOSKVADA BAĞLANACAQ BAZARLARIN– SİYAHISI Məlumdur ki, Moskvada bazarlarında işçilər arasında azərbaycanlılar çoxluq təşkil edir. Bu yaxınlarda Moskva meri Sergey Sobyanin jurnalistlərə açıqlamasında bildirmişdi ki, şəhərdə fəaliyyət göstərən bazarlar bağlanacaq, onların yerində parklar salınacaq, avtomobil dayanacaqları tikiləcək. “Moskvada yerləşən bazarların çox hissəsi 2013-cü il iyunun 1-dək ləğv ediləcək. Gələn il Rusiya paytaxtında cəmi 48 bazar fəaliyyət göstərəcək ki, onlar da tədricən bağlanacaq”, deyə mer qeyd etmişdi. Bazarların bağlanmasına 2013-cü ilin yanvarından başlanacaq. Sirr deyil ki, Moskvadakı bazarlarda çalışanların böyük əksəriyyəti azərbaycanlılardır. Yayılan bu xəbər indidən Moskvada yaşayan və bazarlarda gündəlik çörək pullarını çıxaran həmyerlilərimizi təşvişə salıb. Söhbət ondan gedir ki, bir müddət əvvəl Moskvada azərbaycanlıların çalışdığı iki ən böyük bazarın – “Çerkizovo” və “Lujniki”nin qapadılması nəticəsində minlərlə həmyerlimiz işsiz qalmışdı .Düzdür, onların bir çoxu Rusiyanın əyalətlərinə və elə Moskvanın başqa bazarlarına köç edə bildi. Xüsusən, “Lujniki” bağlanandan sonra həmyerlilərimiz Quba yəhudilərinin nəzarətində olduğu “Sadovod”a axışdılar. Amma indi vəziyyət tamam dramatikdir. Çünki Sobyanin birdən-birə onlarla bazarı bağlamaq qərarına gəlib. O, gələn il paytaxtda cəmi 48, sonrakı illərdə isə daha az bazarın qalacağını deyir. Moskvadakı mənbələrdən gələn il bağlanacağı qətiləşən bazarların siyahısını əldə edib. Məlumata görə, Moskvanın şimalındakı “Petrovskaya-Razumovski”, “Medvedkovo”, “Mnevniki”, “Timiryazevski”, “Sxodnenski”, “Leninqradski”, “Lianozovski”, “Koptevski”, “Şukinski”, “Tuşinski”, “Oktyabrskoe pole”, paytaxtın qismən mərkəzi dairəsində yerləşən “Butırski”, “Rijski”, “Lefortovski”, cənubda yerləşən və əsasən göyərti topdansatışı kimi tanınan “Tekstlişiki”, habelə “Kuzminka”, “Vıxino”, “Domodedovo”, “Tyopliy stan”, “Emeral” və sairə bazarlar bağlanacaqların arasındadır. Ən maraqlı məqam isə Moskvanın iki ən böyük meyvə-tərəvəz topdansatışı ilə məşğul olan “Pokrovski” və “Xlebnikovo” bazarının qara siyahıya düşməsidir. Çünki burada azərbaycanlılardan ibarət böyük bir kontingent çalışır”, - deyə mənbə bildirib

Leyla İLQAR


8

Гейрят Гейрят

Щягигят

Suriyaya silah göndərən rus şirkətinin rəhbəri öldürüldü

Suriyaya hərbi ləvazimat göndərən Rusiya şirkətinin direktoru öldürülüb. APA-nın Rusiya bürosunun məlumatına görə, Tula şəhərində yerləşən “Konstruktorskoe Büro Priborostroenie” (KBP) fabrikinin direktor muavini Vyaçeslav Truxaçev silahlı basqın nəticəsində öldürülüb. Rusiya Təhqiqat Komitəsindən veilən açıqlamada Truxaçevin axşam saatlarında işdən çıxarkən killer tərəfindən öldürüldüyü bildirilib. Killer V. Truxaçevin baş nahiyəsinə atəş açıb. Təhqiqat Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin cinayətin üstünün açılması üçün Moskvadan Tulaya əməliyyat qrupu göndərildiyini söyləyib.Qeyd edək ki, Tula şəhərindəki “Konstruktorskoe Büro Priborostroenie” fabriki bir müddət öncə Suriyaya gedən təyyarənin Türkiyədə məcburi endirilməsi zamanı gündəmə gəlib. Türkiyə tərəfi bu fabrikdə istehsal edilən hərbi ləvazimatın Suriyaya sivil təyyarə ilə göndərilməsinə müdaxilə edib və hərbi ləvazimatları müsadirə edib.

“Quran”ı öyrənə bilmədi deyə oğlunu öldürdü Britaniyada bir qadın Quran ayələrini əzbərləməyi bacarmadığına görə oğlunu döyərək öldürüb. Xəbərə görə, daha sonra qadın uşağının cəsədini gizlətmək üçün onu yandırıb. Əvvəlcə 7 yaşlı oğlanın yanğın nəticəsində öldüyü bildirilib. Ancaq aparılan tibbi ekspertizadan sonra onun bədənində vəhşicəsinə döyüldüyünü göstərən çoxlu yara izləri tapılıb. 32 yaşlı Sara Ege oğlunu Quran ayələrini öyrənə bilmədiyinə görə hirslənərək öldürdüyünü etiraf edib.

Bu ölkədə ölülərin dərisini soyurlar

Tibetlilərdə dini inanclarından qaynaqlanan qəribə dəfn ayini var. Əksər xalqlardan fərqli olaraq onlarda insanları torpağa tapşırmaq doğru sayılmır. Tibetdə yalnız cinayətkər və özünü öldürənlər basdırılmağa “layiq” görülür. Burada inanırlar ki, torpaq ruhun metafizik aləmdə səyahətinə, daha doğrusu, digər bədənə köçməsinə mane olur. Ona görə də tibetlilər cəsədi yandırmağa üstünlük verirlər. Lakin bu bahalı ayindir. Tibetdə yanacaq materialları az və bahalı olduğundan, kasıblar onu ala bilmir. Bu səbəbdən imkansızlar, adətən, vəfat etmiş yaxınlarını çaya atırlar. Əksər buddist rahibləri isə öldükdən sonra məbədin divarına hörülür, ibadət yerinin daxilində isə din adamlarının şərəfinə sərdəbalər ucaldılır. Lakin Tibetdə “jhator” (quşlara verilən ehsan) adlanan tükürpərdici adət daha çox yayılıb. Yerli hakimiyyət bu dəhşətli mərasimlə mübarizə apararaq ona qadağa qoysa da, bir çox tibetli yaxınları son mənzilə məhz bu yolla yola salır. “Səma dəfni” kimi məşhurlaşan həmin adətin məğzi belədir: buddistlərin inancına görə, cəsəd boş qabdan başqa şey deyildir. Və meyit “boş-boşuna çürüməsin” deyə, ölmüş şəxsin yaxınları nəşi hündür yerə çıxararaq daş, balta və bıcaqla cəsədi parçalayır və yırtıcı quşlara yem verirlər.

Toy şəklini 88 il sonra çəkdirənlər Çində 1924-cü ildə evlənən cütlük 88 il sonra toy şəkli çəkdirmək istərkən ortaya maraqlı mənzərə çıxıb. Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, evləndikləri gün toy şəkli çəkdirməyən yaşlı ər-arvad nəhayət bu xəyallarını gerçəkləşdirməyə imkan tapıblar. Yerli foto şirkətinin yardım təklifini qəbul edən 101 yaşındakı Vu Conqan ilə 103 yaşındakı arvadı Vu Soqnşi çəkdirdikləri şəkillərlə bütün dünyada diqqət mərkəzinə düşüblər. Şəkil çəkdirmək üçün gəlin və bəy paltarı geyən ərlə arvad indi də xoşbəxt olduqlarını bildirirlər.

эцъдя дейил, эцъ

щягигятдядир

Gürcüstandan ixrac edilən avtomobillərin çoxu Azərbaycana aparılır Gürcüstandan ixrac edilən avtomobillərin çoxu Azərbaycana aparılır. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu il Gürcüstanda minik avtomobillərin ixracı 30 faiz artıb. Gürcüstan statistika idarəsinin məlumatına görə, 2012-ci ilin yanvar-oktyabr ayları ərzində ölkəyə 483, 611 mln. dollarlıq avtomobil gətirilib, ötən ilin müvafiq dövründə bu rəqəm 370, 871 mln. olub. Məlumata görə, 2012-ci ilin yanvar-oktyabr aylarında Gürcüstandan Azərbaycana 283, 282 mln. dollar həcmində minik avtomobilləri aparılıb. Bu rəqəm keçən il 134, 832 milyon dollar təşkil edib. Gürcüstana gətirilən avtomobillərin yarıdan çoxu Azərbaycana satılır.

Gürcüstan mandarinlə bağlı Azərbaycanla danışıqlar aparır Gürcüstan mandarin idxalına gömrük rüsumlarının azaldılması barədə Azərbaycanla danışıqlar aparır.” Azərbaycan Gürcüstanın bu məsələ ilə bağlı danışqılar apardığı ölkələrin sırasına daxildir”, - Trend-in məlumatına görə, bunu jurnalistlərə Acariyanın kənd təsərrüfatı naziri Zaur Putkaradze bildirib. Gömrük rüsumlarının azaldılması haqqında danışıqlar Belarus və Ermənistanla da aparılır. Artıq Ukrayna ilə razılaşma əldə olunub və Gürcüstandan Ukraynaya mandarin ixracına gömrük rüsumu təxminən iki dəfə azaldılıb. İkitərəfli danışıqlar nəticəsində sitrus meyvələrinin ixracatçıları bundan sonra bir ton mandarinə görə 1100 dollar əvəzinə 600 dollar rüsum ödəyəcəklər. Putkaradzenin sözlərinə görə, iki ölkənin Kənd Təsərrüfatı Nazirlikləri və Ukraynanın Gömrük Departamenti arasında danışıqlar bir həftə davam edib.Nazir qeyd edib ki, bu gün mandarinin bazar qiyməti yerli bazarda 40-70 tetri arasında tərəddüd edir.

Gürcüstanda 10 nəfər soydaşımız “Spid”dən əziyyət çəkir Qonşu Gürcüstan respublikasında 3588 nəfər vətəndaş spid xəstəliyinə tutulub ki, onlardan da 10 nəfəri soydaşımızdır. BorchaliNews-un verdiyi məlumata görə, son iki həftə ərzində qonşu Gürcüstan respublikasinda yeni 14 nəfər vətəndaşda spid xəstəliyinin aşkarlandığı bildirilib. Qeyd edək ki, ümümilikdə qonşu ölkədə 3588 nəfər vətəndaş spid xəstəliyindən əziyyet çəkdiyi deyilir ki, onlardan da 2630 nəfəri kişi 950 nəfəri isə qadindir. Onu da bildirək ki, son bir il ərzində 2012- ci ilin yanvarından bu gunə qədər 473 nəfər bu xəstlikdən Gurcustan mərkəzi infeksion xəstəxanasinda qeydiyatdan keçib. Hal hazirda isə qonşu ölkədə 3588 nəfər spid xəstəliyinə tutulanlardan 1358 nəfəri müalicə götürür ki, onlardan da 37-si uşaqdır. Məlumat üçün onu da bildirək ki, qonşu ölkədə ilk dəfə spid xəstəliyinə tutulan vətəndaş 1989-cu ildə qeydiyata alinib. O, gündən bu günə qədər isə qonşu ölkədə bu xəstəlikdən ölənləТясисчи вя баш редактор: rin sayi 779 nəfərЗцмрцд Орхан dir. Məlumat üçün onu da qeyd edək Мясул катиб: ki, Tbilisi mərkəzi Закир Гурбанов infeksion xəstəxaФотооператор: nasından aldığıНамаз Эянъяли mız məlumata əsaДизайнер: sən ümumilikdə Якрям Гящряманов xəstəliyə tutulan Редаксийанын цнваны: 3588 nəfərdən , 10 Марнеули шящяри, Иракли кцчяси nəfəri Gürcüstan Ялагя телофону: 599 55 26 33 vətəndaşı olan soyЕ-маил: zumrud_qurbanov@mail. ru daşlarımızdır.

DDekabr ekabr

!

Dünyanın ən varlı 200 insanı arasında Gürcüstanın baş nazirinin də adı var Meksikalı telekommunikasiya maqnatı Karlos Slim dünyanın ən varlı adamıdır. Bu barədə məlumat “Bloomberg” agentliyinin tərtib etdiyi “Dünyanın ən varlı 200 insanı” adlı hesabatda yer alıb. Hesabatda qeyd olunur ki, 72 yaşlı Karlos Slimin sərvəti 77,5 milyard dollara bərabərdir. Siyahının 2-ci pilləsində “Microsoft” korporasiyasının həmtəsisçisi Bill Qeyts dayanır. İnformasiya Kommumikasiya Texnologiyaları sektorunun şəriksiz lideri olan “Microsoft”un sahibi 64,4 milyard dollar sərvətə sahibdir. Dünyanın ən varlı 3-cü şəxsi isə Amancio Ortega hesab olunur. Pərakəndə ticarət sektorunda fəaliyyət göstərən “İnditex” şirkətinin 76 yaşlı sahibi Orteganın sərvəti 53,6 milyard dollar təşkil edir. BorchaliNews-un Zaman qəzetinə istinadən verdiyi məlumata görə, “Bloomberg”in tərtib etdiyi varlı adamların siyahısında Varren Buffet 4-cü, İngvar Kampard isə 5-ci sırada yer alıb. Maliyyə sektorunda fəaliyyət göstərən 82 yaşlı ABŞ vətəndaşı Buffetin 48,4 milyard, məşhur İKEA markasının sahibi 86 yaşlı İsveç vətəndaşı Kampardın isə 41,8 milyard dollar sərvəti var. Bunlardan başqa, ilk onluğa daha 5 ABŞ vətəndaşı daxil olub. Hər birinin 38,6 milyard dollar sərvəti olan Carles Koç və David Koç 6-cı və 7-ci pillədə qərarlaşıblar. 8-ci yerdə Larri Ellison (37,2 milyard dollar), 9-cu yerdə Kristi Valton (30,5 mil-yard dollar), 10-cu yerdə isə Cim Valton (29,3 milyard dollar) qərarlaşıblar. Məlumat üçün bildirək ki, “Dünyanın ən varlı 200 insanı” adlı hesabata Rusiya vətəndaşı olan həmyerlimiz - “Lukoyl” şirkətinin prezidenti Vahid Ələkbərov da daxil edilib. Dünyanın ən varlı 72-ci adamı olan Vahid Ələkbərovun 12,3 milyard dollar dəyərində sərvətinin olduğu bildirilir. Məşhur “Feysbuk” internet şəbəkəsinin 28 yaşlı sahibi Mark Zukerbergin sərvəti isə 10,7 milyard dollara bərabər olub və siyahıda 88-ci yerdə qərarlaşıb. Gürcüstanın yeni baş naziri 56 yaşlı Bidzina İvanişvili də 6,3 milyard dollar sərvəti ilə dünyanın ən varlı 200 insanından biri olub. O, siyahıda 180-ci yerə sahib olub. Dünyanın 200-cü milyarderinin isə 5,8 milyard dollar sərvəti var. Bu şəxs, “Bloomberg”in siyahısında yer alan sayca 61-ci ABŞ vətəndaşı Con Saldır. Гейдиййатдан

10.04.2009-ъу

илдя

кечмишдир Гейдиййат нюмряси:72056 Гязет хейриййячилик щесабына чап олунур вя пулсуздур. Мцяллифлярин мювгейи иля редаксийанын мювгейи цст-цстя дцшмяйя биляр. Факта эюря мясулиййяти мцяллиф дашыйыр. Мягалялярин щазырланмасында мцхтялиф мятбуат

органларындан

олунуб. Ялйазмалар эери гайтарылмыр.

истифадя


Dekabr2012=81