Page 1

www.madad.net www.madad.az

Mədəd Azərbaycan Xəbər Bülleteni Direktorun müraciəti

1

Ayın təlimçisi

2

Ayın işçisi

3

Strateji Plan

4

Əsas yeniliklər

5

Quizzz

6

Yeni Missiyamız Mədəd Azərbaycan təşkilatının missiyası dövlət qulluqçuları, biznes və vətəndaşların peşəkar inkişafı üçün öyrənmə prosesində innovasiya və təhsil imkanları təklif etməkdir saytımız həm Azərbaycan

www.madad.net həm ingilis dillərində fəaliyyət www.madad.az göstərməyə başladı! www.facebook.com/madadazerbaijan

1

Direktorun müraciəti Əziz Həmkarlar,

May ayından etibarən, hər həftə Mədəd Azərbaycan Bülleteni işıq üzü görəcək. Bülleten daxili ünsiyyət vasitəsi kimi, təşkilatın fəaliyyəti çərçivəsində yeniliklər barədə Sizə mütəmadi məlumat verəcək. Bülleten yuxarıda gördüyünüz kimi bir neçə hissədə ibarət olacaq və növbəti saylarda bu hissələrin redaktorları Siz də ola bilərsiniz. Ümidvaram ki, bülleteni bəyənəcəksiniz. Onun məzmunu ilə əlaqədar rəy və təkliflərinizi newsletter@madad.net elektron ünvanına göndərə bilərsiniz. Hər birinizə işlərinizdə uğurlar arzulayıram.

Ayın təlimçisi aşağıdakı meyyarlara uyğun təyin ediləcək:

2

adınız ola bilər

AYIN TƏLİMÇİSİ

burada Sizin

Vüsal Xanlarov, Mədəd Azərbaycan, İcraçı Direktor.

AYIN İŞÇİSİ

3

Samir Cavadov


www.madad.net www.madad.az

Mədəd Azərbaycan Xəbər Bülleteni

4

Strateji Plan

2012-ci ilin Fevral ayında Mədəd Azərbaycan təşkilatının 2012-2015-ci illər üzrə Strateji Planı açıqlandı. Təşkilatın yeni missiyası, dəyərləri, uzun və qısa müddətli məqsədləri təyin edildi. Hədəflər təyin olundu və hədəflərə çatmağımızda maneələr araşdırılıb, onların həlli yolları aydınlaşdırıldı. Nəticədə görüləcək işlərin siyahısı hazırlandı və prioritetləşdirildi. Bu sayımızda May ayının sonuna qədər görüləcək işlərin siyahısını nəzərinizə çatdırıram:

1 - Təşkilatın Biznes İnkişaf və Tədqiqatlar və İnkişaf departamentləri yaradıldı. Biznes inkişaf üzrə məsul şəxs Cəmalə İmanova, Tədqiqatlar və inkişaf üzrə məsul şəxs Ülkər Babayeva təyin edildilər.

2 - Təşkilatın Biznes İnkişaf Strategiyası hazırlanır. Yeni layihə mövzuları və maliyyə mənbələri aydınlaşdırılır. 3 - Təşkilatın Monitorinq və Dəyərləndirmə Strategiyası hazırlandı və pilot olaraq həyata keçirilir. Məsul şəxs Fuad Cəfərov təyin olundu.

4 - Təlimçilərin sayını və onların iş keyfiyyətini artırmaq məqsədilə iyun-avqust aylarında yeni fəaliyyətlər planlaşdırılır. Ətraflı yeni sayımızda! 5 - Təşkilatın maliyyə hesabatları Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğunlaşdırıldı. Məsul şəxs Sevinc Əliyeva təyin edilmişdi. 6 - Təşkilatın Biliklərin İdarəolunıası Sistemi üzərində iş başladı. Məsul şəxslər Ülkər Babayeva və Məryam Cabbarova təyin olundu.

7 - İşçi heyətinin və təlimçilərin motivasiya strategiyası hazırlanır. Məsul şəxs Səbinə Sərdarova təyin edilib. 8 - İşçi heyəti üçün onların İş Təsviri və Təşkilatın Prosedurları üzrə təlimlər keçirildi. Məsul şəxs Səbinə Sərdarova. 9 - İşçi heyətinin ilkin qiymətləndirilməsi keçirildi. Məsul şəxs Səbina Sərdarova. 10 - və son olaraq, Mədəd təşkilatında Tarazlaşdırılmış Bal Sistemi işçi və təlimçi heyətinə təqdim olunacaq. İlk olaraq, işçilər üçün bu sistem Mayın 8-i təqdim olunacaq.

5

Kurrikulum Təlimləri tenderlərində iştirak edirik eHökümət mövzusunda yeni təlim proqramının adaptasiyasına başlayır Xarici təhsil sistemlərinin öyrənilməsi və tətbiqi üzrə yeni layihələr hazırlanır Tarazlaşdırılmış Bal Sistemi tətbiq ediləcək Özbəkistanda fəaliyyətimizi qurmağa çalışırıq Təlimlərimizin məsafədən tədrisi araşdırılır Təlim iştirakçılarının onlayn sertifikasiya sistemi hazırlanır

QUİZZZ

BİZƏ UĞURLAR!

Əsas Yeniliklər

6

Suala ən tez cavab verənə Park Cinema-ya iki nəfərlik bilet HƏDİYYƏ!

Mədəd Azərbaycan missiyasında neçə “Ə” hərfi var? Cavablarınızı vusal@madad.net ünvanına göndərin.

Madad Azerbaijan Internal Newsletter  

May 8, 2012