Page 1

Anna Kldiaşvili Nino Qaqanidze

İncəsənət

6

Şagirdin kitabı

Birinci hissə


saqarTvelos saxelmwifo himni

Tavisufleba teqsti daviT maRraZis musikis avtori zaqaria faliaSvili himnad daamuSava ioseb keWaymaZem

Cemi xatia samSoblo, saxate mTeli qveyana, ganaTebuli mTa-bari, wilnayaria RmerTTana. Tavisufleba dRes Cveni momavals umRers didebas, ciskris varskvlavi amodis amodis da or zRvas Sua brwyindeba, dideba Tavisuflebas, Tavisuflebas dideba!


Anna Kldiaşvili Nino Qaqanidze

İncəsənət VI sinif Şagirdin kitabı Birinci hissə Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir

„Klio“ nəşriyyatı


Anna Kldiaşvili, Nino Qaqanidze

İncəsənət V sinif, Şagirdin kitabı (Şagirdin kitabı)

Redaktor

Nana Kupraşvili Tbilisi Dövlət Rəssamlıq Akademiyasının professoru, Sənətşünaslıq doktoru

Rəssam

Tamar Cağeli

Tərcüməçi

Emin Mahmudov

Korrektor

Ceyran Ağayeva

Yığıcı operator Sona Xudiyeva Kompüter Dizaynı

İrma Liparteliani

© „Klio“ nəşriyyatı, 2018 © Anna Kldiaşvili, Nino Qaqanidze, 2018 Bütün hüquqlar qorunur ISBN 978-9941-481-66-6 (Hər iki hissənin) ISBN 978-9941-481-64-2 (Birinci hissənin)

MMC „Klio nəşriyyatı“ Ağmaşenebeli pr. 181-2, Tbilisi, 0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge


Mündəricat Kitabdan necə istifadə edək...........................................................................5 I FƏSIL 1. Uğurlu səyahət arzulayırıq.........................................................................6 2. Amsterdam.................................................................................................8 3. Hollandiya peyzajı......................................................................................10 4. Hollandiya rəssamlığı ...............................................................................12 5. Suda şəhərin əksi......................................................................................14 6. Şəhərin gerbi və devizi...............................................................................15 7. Madrid........................................................................................................16 8. Mardid – futbol şəhəri................................................................................18 9. Küçənin lövhəsi..........................................................................................20 10. Quel parkı................................................................................................22 11. Arzular parkı.............................................................................................24 12. Afina.........................................................................................................26 13. Flüger.......................................................................................................28 14. Yunan vazaları ........................................................................................30 10. Qab-qacaq çəkək.....................................................................................31 16. Böyük şəhərlərin həyətləri ......................................................................32 17. Arzular evinin pəncərəsi...........................................................................33 18. İncəsənət muzeyinə səyahət I ................................................................34 II FƏSIL 19. İstanbul....................................................................................................36 20. Şəkilləşdirilmiş tarixi fakt..........................................................................38 21. Xristian və müsəlman İstanbulu...............................................................40 22. Ornament.................................................................................................42 23. Dumanlı Albionun paytaxtı .....................................................................44 24. Yağış necə çəkilir.....................................................................................46


25. İngilis kitab qrafikası ...............................................................................48 26. Şəkilli kitab...............................................................................................50 27. Yeni il ağacı ............................................................................................52 28. Msxeta ....................................................................................................54 29. Gürcüstanın qala-istehkamları ................................................................56 30. Gürcü incəsənəti .....................................................................................58 31. Gürcü naxışları (oyma) ...........................................................................60 32. Gürcü rəssamlığı ....................................................................................62 33. Dəvətnamə...............................................................................................64 34. İncəsənət muzeyinə səyahət II ...............................................................66


I

Kitabdan necə istifadə edək ?

1. Bu şəkili təsvir et. 2. Şəklin kompozisiyası necə qurul­muşdu?

Suallar dərsdə verilmiş materialın yaxşı mənimsənilməsinə kömək edəcəkdir

AMSTERDAMIN DEVIZI, BAYRAĞI VƏ GERBI Amsterdamın devizi belədir: „ləyaqət, mərdlik, şərik olmaq“. Bu üç söz İkinci Dünya müharibəsi zamanı şəhər sakinlərinin göstərdikləri parlaq mərdlik və dözümlülüyünü qeyd etmək üçün hollandiyalılar onu Amsterdamın devizi kimi qəbul etmişlər.

Bu cür forma ilə əlavə məlumat və maraqlı hadisələr verilmişdir

Sizin qarşınızdakı tipik Hollandiya interyeridir. Arxası tamaşaçıya durmuş qız qədim musiqi alətində – klavesində çalır. Güzgüdə onun əksinə diqqət yetirin. Elə təəssürat yaranır, sanki, musiqinin səsi otağa səpələnir. Sizin fikrinizcə, qızın yanında durmuş kişi kim ola bilər.

 LÜĞƏT Motiv — təsvirin xarakterik təkrari elementi.

Yan Vermer. Musiqi dərsi. 1662-1665-ci illər.

Bəzi dərslərdə illüstrasiya ilə bərabər şəkilin və yaxud rəssamın barəsində əlavə məlumat təqdim olunur, eləcə də suallar verilir ki, bunlara da cavab verməlisiniz

Lüğətdə əcnəbi sözlər izah edilmişdir

Rəngli qayışlarla, qaytanlarla, düymələrlə və yaxud muncuq yumruları ilə hazır paltarı dekorativ tərtib edin, təəssüratın gücləndirilməsi üçün isə sizin tərəfinizdən yaradılmış modelləri müvafiq mühitlə uyğunlaşdırın. Ola bilər ki, qarşınıza müəyyən epoxanın kostyumunu yaratmaq, yaxud da onun üçün xarakterik olan elementlərdən istifadə etməklə müasir geyim yaratmaq məqsədini qoymuşsunuz. Mümkündür ki, tematik, məsələn, axşam donları kolleksiyasını da yaratmaq istəyirsiniz. Bu metoddan istifadə etmək sürətlə işləməyə və eyni zamanda öz fantaziyanızı və zövqünüzü aşkar etməyə imkan verəcəkdir. Kim bilir, bəlkə də, sizin üçün bu məşğuliyyət gələcəkdə ixtisasa çevriləcəkdir.

Təcrübə dərslərində əsas mətnlərlə yanaşı qaydalar verilmişdir ki, bunlar da tapşırıqların yerinə yetirilməsində sizə kömək göstərəcəkdir

1. Suda öz əksini tapmış tipik Hollandiya evləri ilə şəhər peyzajı yaradın.

Bu cür işarə ilə sarı çərçivədə yerləşdirilmiş sinif tapşırığı qeyd edilir

2. İstənilən şəhərin bayrağını və gerbini axtarıb tapın, onlar barədə məlumat toplayın və stend düzəldin.

Sarı çərçivədə bu cür işarə ilə evdə yerinə yetiriləsi tapşırıq qeyd olunmuşdur

5


I

1. Uğurlu səyahət arzulayırıq 1. Dünyada bir çox maraqlı şəhərlər vardır. Onlar bir-birilərinə oxşamırlar. Onların hər birinin öz təkrarolunmaz siması var, onların hər biri maraqlı və cəlbedicidir, özünün iqlimi, mədəniyyəti, adət-ənənələri, insanları, həyat tərzi ilə seçilirlər: Aralıq dənizinin mirvarisi Afina, „əbədi şəhər“ Roma, dumanlı Albionun paytaxtı London, göydələnlər şəhəri Nyu-York, dünya modasınının paytaxtı Paris və başqaları... Bu kitabda siz məhz dünyanın ən məşhur şəhərləri ilə rastlaşacaqsınız, xəyalən onların küçələrinə səyahət edəcəksiniz; bu şəhərlərin tarixi ilə, onların xüsusiyyətləri və layiqli yerləri ilə tanış olacaqsınız. Qədim və yaxud müasir memarlıq abidələri, muzeylər, orada mühafizə olunan incəsənət nümunələri ilə tanış olacaqsınız; eləcə də o incəsənət xadimləri ilə tanış olacaqsınız, hansılar ki, özlərinin həyatı və yaradıcılıqları ilə bu şəhərlərlə bağlı olmuşlar.

?

1. Nə zamansa heç fikirləşmisinizmi ki, hansı şəhərə səyahət etmək istərdiniz və nəyə görə?

2. Bütün böyük və ya məşhur şəhərdə elə bir şey olur ki, bu şey şəhərin simasını əks etdirir, onun simvoluna çevrilir.

6


?

I

2. Dünyanın məşhur şəhərlərini burada verilmiş abidələrə əsasən tanıyın.

 LÜĞƏT Orijinal (lat. originalis) — əsli.

Fikirləşirik ki dünyanın müxtəlif ölkələrinin şəhərləri ilə tanışlıq sizin üçün maraqlı olar. Ümidvarıq ki, gələcəkdə sizin hər birinizə bu şəhərlərə səyahət etmək imkanı nəsib olacaqdır və siz onda dəqiq biləcəksiniz hara getməlisiniz və ya nəyə baxmalısınız. Onu da kəşf edəcəksiniz ki, sən demə, incəsənət nümunələrinin orijinalı daha böyük təəssürat yaradır, nəinki kitabda gördüyün illüstrasiyada; hansısa şəhər və ya incəsənət nümunəsi barədə sizin formalaşmış təsəvvürünüz və ya təəssüratınız oraya səyahətdən sonra ola bilsin ki dəyişəcəkdir, lakin ona qədər, bu baş verənədək gəlin, şəhərləri məhz bu kitabların vasitəsi ilə tanıyaq. Elə isə, sizə uğurlu səyahət arzulayırıq.

Dünyada məşhur olan hər hansı bir şəhəri seçin, hansına ki, səyahət etməyi arzulayırsınız, onun barəsində məlumat axtarıb tapın və sinfin qarşısında təqdim edin. İzah edin, nəyə görə məhz bu şəhəri seçdiniz. Tapşırığı yazılı şəkildə təqdim edin.

7


I

2. Amsterdam 1. Amsterdam Niderlandın paytaxtıdır. Onun adı iki sözdən ibarətdir: Amster və Dam. Amster şəhərin üzərində qurulduğu çayın adıdır, Dam isə holland dilində damba deməkdir. Sözbəsöz Amsterdam „Amsterdə Damba“ mənasındadır. Belə bir əfsanə mövcuddur ki, iki balıqçı fırtınadan güclə xilas olur və dəniz onları məhz o bataqlıq əraziyə atır, harada ki, Amster çayı dənizə tökülür. Onlar bu çayın dərəsində məskən salırlar və orada damba tikirlər ki, öz evlərini bol sulu çaydan və dənizin hücumlarından xilas etsinlər. Necə deyərlər, onlar sudan torpağı „oğurlayırlar“. Məlumdur ki, XII əsrdə bu yerdə artıq balıqçıların kifayət qədər iri məskəni mövcud idi. Müəyyən vaxt keçdikdən sonra Amsterdam böyük şəhərə çevrildi. XVI əsrdə o artıq Niderlandın iri ticarət şəhəri idi.

?

1. Niderlandı başqa cür necə adlandırırlar? 2. Niderland Avropanın hansı hissəsində yerləşir?

 LÜĞƏT

AMSTERDAMIN DEVIZI, BAYRAĞI VƏ GERBI Amsterdamın devizi belədir: „ləyaqət, mərdlik, şərik olmaq“. Bu üç söz İkinci Dünya müharibəsi zamanı şəhər sakinlərinin göstərdikləri parlaq mərdlik və dözümlülüyü qeyd etmək üçün hollanar tərəfindən Amsterdamın devizi kimi qəbul edilib. Amsterdamın bayrağında və gerbində Müqəddəs Andriyanın X formalı üç xaçı əks olunmuşdur, bu xaçlar isə rəmzi olaraq məhz ləyaqəti, mərdliyi və şərikliyi əks etdirir.

8

Damba – tikinti, bənd, hansı ki, suyun qarşısını alır.


I

2. Amster çayı şəhərin mərkəzindən axır və onu arxlarla əhatə edir, buna görə də, Amsterdamı „Şimal Venesiyası“ adlandırırlar. Arxlar üzərində yaraşıqlı körpülər salınmışdır, arxlar boyunca isə füsunkar evlər ucaldılmışdır ki, bunların da fasadları Amster sularında əks olunur. Belə bir deyim mövcuddur – tipik Hollandiya evi. Bəli, Amsterdamda məhz belə evlərlə qarşılaşırıq. Bunlar hündür evlərdir, hansıların ki, dar fasadlarında çoxlu pəncərələr var. Bayırdan pəncərələrin ağac örtükləri görünür, halbuki həmin evlərin sakinləri bunlardan demək olar ki, istifadə etmirlər. Sakinlər arzu edirlər ki, bu örtüklərin arasından süzülən Günəş şüalarını öz evlərində „qul etsinlər“.

?

3. Necə fikirləşirsən, nəyə görə Amsterdam evlərinin belə dar fasadları var? 4. Sizin fikrinizcə, nəyə görə fasadlarda çoxlu pəncərə var?

Holland evlərinin yuxarı hissəsi pilləkən kimi daralır. Bu hissə bir çox hallarda relyeflə, ornamentlərlə, heykəllərlə bəzənir. Hollandlar çiçəyi çox sevirlər. Onlar evlərin fasadlarında, pəncərə rəflərində bir çox hallarda çox gözəl „bağ“ salırlar. 3. Hollandiya yel dəyirmanları ilə məşhurdur. Onlar hələ orta əsrlərdə küləyin gücündən istifadə edərək qülləciklər quraşdırdılar, bunların üzərində nəhəng qanadlar bərkitdilər. Külək bu qanadları tərpədir və bu enerji ilə buğda üyüdülür, odun doğranır, bu yolla su vurulur, yağ çalxanırdı. Amsterdamın külək dəyirmanları barədə məlumata hələ 1307-ci ilin sənədində rast gəlirik. Məlumdur ki, XVIII əsrdə Amsterdamda 140 yel dəyirmanı var idi. Hazırda bir neçə köhnə yel dəyirmanı qalmışdır.

Amsterdamın görməli yerlərindən biri olan Vinsent Van Qoqun muzeyi barədə məlumatlar toplayın. Bu rəssamın yaradıcılığını əks etdirən stend yaradın.

İstənilən texnika ilə külək dəyirmanı çəkin.

9


I

3. Hollandiya peyzajı XVII əsrdə Hollandiyada rəssamlar meydana gəldilər, hansılar ki, öz vətənlərinin görüntülərini çəkdikləri rəsmlərdə əks etdirirdilər. Onlar insan yaşamayan vadiləri, xəlvət və sakit yaşayış məskənlərini, kəndləri, arxlarda hərəkət edən balıqçı qayıqlarını çəkirdilər. Bir sözlə, onlar Hollandiya kəndinin təbiətini, onun sakit məişətini əks etdirirdilər. Bu rəsm nümunələrində Hollandiyanın uzanıb gedən, ucu-bucağı görünməyən məkanları göstərilir, səma böyük yer tutur. Əksərən kül rənginə çalan mavi rəngdə, parlaq mavi rəngdə yox; bəzən dumanlıdır, bəzən onun başı üzərində böyük bulud topaları üzür. Həmin şəkillərdə bu dibsiz fəzanın təəssüratı bu cür yaranır. Əlbəttə ki, Hollandiya peyzajının ayrılmaz hissəsi yel dəyirmanlarıdır ki, bunların da qülləcikləri gözlə görünməyən vadilərdə nəhəng insanlar kimi düzülmüşdür. Bu peyzajlarda əmin-amanlıq hökm sürür və doğma təbiətə məhəbbət hissləri aşılayır.

Yakob van Reysdal. dəyirman. 1670-ci il.

Əvvəlcə hansı ölçüdə və formada kağız üzərində işləyəcəyinizi seçin. Səma çəkmək üçün akvarelin mavi rəngli boyasından istifadə edin. Əvvəlcə kağızı isladın, sonra onun yuxarı hissəsinə ehtiyatla boyanı qoyun. Qurumasını gözləyin. Sonra yaş süngər, pambıq və ya cib dəsmalı ilə mavi rəngli boyanı ehtiyatla elə „yuyun“ ki, ağ buludların təəssüratı yaransın.

10


Formatın aşağı hissəsinə su səpin. Bu hissəni də əvvəlcə isladın və sonra ona yaşıl və açıq-bənövşəyi rəng yeridin, necə ki bu illüstrasiyalarda göstərilmişdir. Yarpaq quruyan zaman nazik fırça ilə müxtəlif ölçülü, azca əyri-üyrü horizontal xətlər çəkin. Bu xətlərin vasitəsi ilə siz sakitləşmiş, azca tərpənən suyun səthi təəssüratını yaradacaqsınız.

Bu cür hazırlanmış fonda fırça ilə yel dəyirmanının konturunu cızın. Kompozisiyanı elə hissələrə ayırın ki, tarazlıq prinsipi pozulmasın. Asimmetrik kompozisiya da yarada bilərsiniz. Sonra yuxarıdan quru səthə rəng yeridin. Yel dəyirmanının hansı rəngdə olması sizin işinizdir. Eləcə də dəyirmanın örtüyünün və qanadlarının rəngini seçin. Rəngin qradasiyasından istifadə edə bilərsiniz.

Akvarel ilə yel dəyirmanlı Hollandiya peyzajı çəkin.

Qiqa. 11 yaşında.

11

I


I

4. Hollandiya rəssamlığı XVII əsr Hollandiya rəssamlığı incəsənət tarixində xüsusi yer tutur. Bu dövrün rəssamları – Yan Vermeer, Piter de Hox, Yan Sten və başqaları öz dövrlərinin Hollandiyasını çox gözəl çəkmişlər. Onların əsərlərində adi insanları adi mühitdə görə bilərsiniz, harada ki onların məişəti üçün xarakterik olan interyer, əşyalar, paltar, ev heyvanları, ətraf mühit, insanlar arasında qarşılıqlı əlaqələr, situasiyalar – bir sözlə, hər şey, nə ki, o dövrün vətəndaşının gündəlik həyatına aiddir. Holland rəssamları gözəlliyi və füsunkarlığı məhz gündəlik həyatda tapırdılar və öz əsərlərində insanları və onların ətrafında mövcud olan mühiti böyük məhəbbət və səmimiyyətlə əks etdirirdilər.

Sizin qarşınızdakı tipik Hollandiya interyeridir. Arxası tamaşaçıya durmuş qız qədim musiqi alətində – klavesində çalır. Güzgüdə onun əksinə diqqət yetirin. Elə təəssürat yaranır, sanki, musiqinin səsi otağa yayılır. Sizin fikrinizcə, qızın yanında durmuş kişi kim ola bilər.

Yan Vermeer. Musiqi dərsi. 1662-1665-ci illər.

XVII əsr Hollandiya rəssamının emalatxanası belə görünürdü. Bu kompozisiyada pərdə hansı rolu oynayır? Rəssamın emalatxanası yaxşı işıqlandırılmışdır. Diqqət yetirin, işıq haradan düşür. Qadının mavi donu və sarı kitab şəkildə rəngli aksent yaradır.

Yan Vermeer. Rəssamın emalatxanası. 1666-cı il.

12


I

Holland evinin balaca, dar, rahat həyəti. Həyətdə hansı əhval-ruhiyyə hökm sürür və bunu nə yaradır? Şəkildə sadə insanların gündəlik həyatı əks olunmuşdur. Bu təəssüratı nə yaradır?

Piter de Hox. Həyət. 1658-ci il.

Bu şəkildə kifayət qədər imkanlı ailə əks olunmuşdur. Bunu deməyə bizə qadının zəngin geyimi və... (sadalamanı davam etdir) imkan verir.

Yan Sten ??? 1658-1662-ci illər.

Bu şəkildə rahat interyerdə holland ailəsinin trapesiya səhnəsi əks olunmuşdur. Şəkildə təqdim olunmuş hər bir əşya hollandiyalıların o dövrkü məişətinin tipik nümunəsidir. Təsvir edin, burada əks olunmuş insanlar bir-biriləri ilə necə münasibətdədirlər. Yan Sten. Yeməkdən qabaq dua mərasimi. 1663-1665-ci illər.

13


I

5. Suda şəhərin əksi Siz artıq bilirsiniz ki, Amsterdamın evləri həyət tərəfdən uzadılmışdır, özünün dar fasadları ilə isə küçəyə çıxır. Bir-birinin ardınca quraşdırılmış pəncərələrin „deşik-deşik“ edilmiş müxtəlif rəngli, yaraşıqlı fasadları küçədə canlı ritm yaradır və Amsterdamın çoxsaylı arxlarının güzgü varı səthində füsunkar əks yaradır. Fotoya diqqət yetirin, bütün düz xətlər suyun mavi səthində əks olunarkən necə öz formasını dəyişir.

Tamuna. 11 yaşında.

İstənilən formalı kağız götürün, horizontal şəkildə yarıya qatlayın və əvvəlcə üst qatında evlər çəkin. Sonra şəkilin aşağı hissəsində işləməyə başlayın. Əvvəlcə evlərin əksinin əyri-üyrü siluetlərini, pəncərələrini, dam örtüklərini çəkin. Sonra onlara boya çəkin. Diqqət yetirin, əks halında rəng daha solğundur. Boya quruduqdan sonra mavi boyanın geniş çəkilişləri ilə suyun şəkilini çəkin. Əksi alınmış tikililəri sadə ottisk-monopit texnikası ilə yarada bilərsiniz. Bunun üçün vərəqin aşağı hissəsini ehtiyatla qatlayın və boya quruyanadək artıq çəkilmiş tikililərin üstünə sərin.

1. Suda öz əksini tapmış tipik Hollandiya evləri ilə şəhər peyzajı yaradın.

14

2. İstənilən şəhərin bayrağını və gerbini axtarıb tapın, onlar barədə məlumat toplayın və stend düzəldin.


6. Şəhərin gerbi və devizi Bilirsənmi ki, bütün Avropa şəhərlərinin öz devizi, bayrağı və gerbi var. Bu adət-ənənə orta əsrlərdə formalaşmışdır və bu gün də mövcuddur. Litvanın paytaxtı Vilnüsün olduqca maraqlı gerbi var.

?

1. Amsterdamın devizini, bayrağını və gerbini yadınıza salın. 2. Vilnüsün gerbində təqdim olunan fiqurları təsvir edin. Onların atributlarına diqqət yetirin. 3. Vilnüsün gerbinin hansı kompozisiyası var?

Vilnüs şəhərinin gerbi

Vilnüsün gerbinin qırmızı rəngində çiynində uşaq suda gedən kişi əks olunmuşdur. Bu müqəddəs Krestofordur. Deyilənlərə görə, Müqəddəs Krestofer zorba, iri bədənli bir romalı imiş və çarın xidmətində dururmuş, sən demə, bu onu heç də qane etmirmiş. O bir xristian rahibin yanına getdi və xahiş etdi ki, İsa Məsihin xidmətində durmağı ona öyrətsin. Rahib onu bol sulu çayın yanına apardı və öz çiynində insanları çaydan keçirməyi tapşırdı. Bir dəfə o çiynində balaca uşaq aparırdı, çayın ortasında uşaq elə ağırlaşdı ki, Kristofer onu aparmaqda çətinlik çəkdi. Uşaq bu qəhrəmana İsa Məsih olduğunu, bütün aləmin ağırlığını çiynində daşıdığını dedi. Sonra İsa Məsih romalını xaç suyuna çəkdi və ona yeni ad – Xristefor adını verdi ki, bu da „İsa Məsihi aparan“ deməkdir. Vilnüsün devizi belədir – „birlik, ədalət, ümid“. Bu üç anlayışı gerbdə əks olunmuş əşyalar əks etdirir: qədim Roma silahı (pastsia) birliyin, tərəzi ədalətin, lövbər isə ümidin nişanəsidir.

?

3. Təsvir edin, Romanın gerbində əks olunan nədir və izah edin nəyə görə. 4. Bu gerbdə hansı kompozisiyalı prinsipdən istifadə olunmuşdur?

Romanın gerbində siz S.P.Q.R. latın hərflərini görürsünüz... Bu Romanın devizi olan sözlərin ilk hərfləridir. Romanın devizi isə „Senat və Roma xalqı“ dır. Əksər hallarda gerbin kompozisiyası simmetriya və tarazlıq prinsipi ilə qurulur.

Sizin şəhərin və ya yaşayış məntəqəsinin devizini və ya gerbini yaradın.

Roma şəhərinin müasir gerbi

15

I


I

7. Madrid 1. Nə qədər qəribə olsa da, İspaniyanın paytaxtı Madridin adı öz mənbəyini ərəb sözündən götürür. „Maxer-it“ ərəbcə bol sulu bulaq deməkdir. Bu yer, həqiqətən də, göz yaşı kimi duru bulaqları ilə məşhur idi.

?

1. Necə fikirləşirsən, İspaniya paytaxtının adının ərəb mənşəli söz olduğuna səbəb nə idi? Bu təsadüfdür?

MADRIDIN RƏMZI Madridin rəmzi ayıdır, bu ayı ağacın giləmeyvəsini yeyir. Keçmişdə bu yerdə, həqiqətən, ayılar məskunlaşmışdılar və giləmeyvə çox idi. Madridin mərkəzi meydanlarından birində ayı heykəli qoyulmuşdur, bu ayı ağacın barına can atır. Madrid. Ayı

2. Madridin bünövrəsi təqribən 852-ci ildə Kordova əmirinin oğlu I Məhəmməd tərəfin­ dən qoyulmuşdur. O təpəciklərdən birində qala-istehkam tikdi. İspaniyanın ərəblərdən azad edilməsindən sonra (1085-ci il) Madrid xristian İspaniyanın tarixində əhəmiyyətli yer tutdu. Bu zaman İspaniyanın paytaxtı Toledo idi. 1561-ci ildə İspaniya kralı II Filip paytaxtı Madridə köçürtdü. Kiçik yaşayış məskəni get-gedə böyük krallıq şəhərinə çevirildi. Tikinti vüsət aldı, əhalinin sayı artdı. Madrid yavaş-yavaş, əsrlər boyu tikilirdi. Onun memarlığı, tikililəri, meydanları, parkları, fəvvarələri, küçələri təkrarolunmaz və cəlbedicidir. Madridin əhəmiyyətli yerlərindən biri baş meydandır – Plaza Mayor. Bu meydanın tikintisini III Filipp memar Xuan Qomes de Moraya həvalə etmişdir. Meydanın tikintisi 1617-ci ildə şəhərin köhnə, kələ-kötür formaya malik ticarət meydanının yerində başlanmışdır. Memar bir neçə qədim tikilini (çörəkxana, qəssabxana) saxlamışdır, lakin bütövlükdə tamamilə yeni, qaydaya salınmış planlaşdırmaya malik qapalı meydan yaranmışdır.

Madrid. Plaza Mayor

16


Düzbucaq formalı meydana 437 eyvan çıxır, tağlarla açılan aşağı hissədə isə mağazalar yerləşdirilmişdir. Keçmişdə burada xalq bayramları, cəngavər turnirləri və korrida da təşkil olnurdu. Bu meydanda cərəyan edən hadisələrə 50 000 nəfərə qədər insan tamaşa edə bilərmiş. 1847-ci ildə İspaniya şahzadəsi II İzabellanın nikah mərasimini qeyd etmək üçün bu meydanda axırıncı dəfə korrida keçirilmişdir. Bundan başqa həmin meydanda İspaniya krallarının xeyir-dua mərasimi keçirilirdi; elə buradaca Auto Dape, bazar günləri isə yarmarka təşkil olunurdu, eləcə də, bu meydanda qədimdə müqəssirləri xalqın gözləri qarşısında cəzalandırırdılar.

?

2. Bilirsənmi, korrida nə­ dir? 3. Françisko Riçinin şəkilini təsvir və təhlil edin.

Françisko Riçi. Auto Dape. 1683-cü il.

3. Madrid muzeylər şəhəridir. Sofiya muzeyi, Tissey muzeyi və s. buradadır. Madridin muzeyləri arasında, əlbəttə ki, Prado muzeyi seçilir, bu muzeydə incəsənət nümunələrinin dünyada ən zəngin kolleksiyalarından biri mühafizə olunur. 1819-cu ildə kral VII Ferdinandın əmri ilə təntənəli şəkildə krallıq muzeyi açılmışdır, buraya İspaniya kralları saraylarında mühafizə edilmiş şəkillər gətirilmişdir. İndi həmin muzeydə 5000-dək eksponat saxlanılır. Əlbəttə ki, Prado Muzeyində ispan rəssamlarının zəngin kolleksiyası mühafizə edilir. El Qrekonun, Velaskesin, Qoyyanın, Surbaranın və başqalarının əl işləri burada saxlanılır.

Reyna Sofiya muzeyi

 LÜĞƏT

Auto Dape — dini mərasimlər, proseslər, Allaha ibadət duaları, müttəhimlərə hökm cəzasını hamının gözü qarşısında oxumaq və onu icra etmək.

Prado muzeyi

Burada verilmiş muzeylərin fasadlarını təsvir edin. Onları bir-biri ilə müqayisə edin. Diqqət yetirin, müasir memarlıq elementləri harada istifadə edilmişdir.

17

I


I

8. Mardid – futbol şəhəri 1. Madrid həm də futbol şəhəridir. Madridin „Real“ ı dünyada ən qədim futbol komandalarından biridir. Onun doğma Santiyaqo Bernabeu stadionu 1947-ci ildə tikilmişdir və 80 000-dən çox tamaşaçı tutur.

?

1. Bilirsinizmi, bu stadion kimin adını daşıyır? 2. Həmin stadionu təsvir edin.

Madrid. Santiyaqo Bernabeu stadionu.

Santiyaqo Bernabeu stadionunun qaçış cığırı yoxdur, tribunalar olduqca örtülüdür, sanki, oyun meydançasının başını örtür. Tamaşaçı yerləri örtülüdür, əgər stadiona yuxarıdan baxsaq, görərik ki, o həqiqətən kral tacına bənzəyir. Künclərdə qüllələr yerləşdirilmişdir.

Madridin „Real“ klubunun loqosu

Madrid. Santiyaqo Bernabeu stadionu

?

18

3. Madridin „Real“ klubunun hansı futbolçularını tanıyırsınız? 4. Sinifə bu komandanın nai­li­ yyətləri barədə danışın. 5. Madridin „Real“ klubunun loqosunu təsvir edin. Onun tər­ kib elementləri barədə öz fikrinizi ifadə edin.


2. Madriddə ikinci stadion da vardır, bu stadion digər məşhur komandaya, „Atletiko Madrid“ klubuna məxsusdur və o, Visente Kalderonun adını daşıyır. Stadion 55 000 tamaşaçı tutur. „Atletiko“ bu stadionda axırıncı oyununu 2017-ci ilin may ayında keçirmişdir. Stadion çox tamaşaçıya xidmət göstərə bilmirdi, ona görə də, Madridin məhəllələrindən birində daha böyük ölçülü stadion tikilir.

?

6. Kalderon stadionunu təsvir edin. 7. Onu Santiyaqo Bernabeu ilə müqayisə edin. Onlar arasında hansı fərqlər vardır? 8. Dünyada məşhur olan daha hansı stadionları tanıyırsınız.

MADRIDIN FUTBOL KLUBLARININ PREZIDENTLƏRI Santiyaqo Bernabeu Madridin „Real“ klubunun oyunçusu idi və 1912-1927-ci illərdə bu komandanın şərəfini qoruyub. 1943-1978-ci illərdə o „Real“ klubunun prezidenti olub. Visente Kalderon isə Madridin „Atletiko“ klubunun prezidenti olub (1964-1987ci illər).

Madrid. Visente Kalderon stadionu

1. Sinifdə futbol mövzusunda əl işləri çəkin. Rəsm işində istənilən üsul ilə əsas cəhəti ayırmağa çalışın.

Temuri. 11 yaşında

2. Dünya stadionları barədə məlumat axtarın və stend hazırlayın.

Nino. 11 yaşında

19

I


I

9. Küçənin lövhəsi Fikir vermisinizmi, sizin şəhərdə, qəsəbədə, massivdə küçələrin adları necə qeyd olunmuşdur? Bir qayda olaraq bu metal lövhələrdir ki, bunların üzərində də küçələrin adları yazılır. Madrid bu cəhətdən olduqca maraqlı və orijinal həll təklif edir. Madridin küçələrində keramik piltələrlə döşənmiş lövhələri görmək olar, bunların üzərində küçələrin adları ilə yanaşı, olduqca davamlı boya ilə müvafiq təsvirlər çəkilmişdir.

?

1. Burada verilmiş küçənin lövhəsi nümunəsini təsvir edin. Onların kompozisiya və rəng həlli barədə mülahizə yürüdün. 2. Müəyyənləşdirin ki, təsvir yazının manerasına nə dərəcə uyğun gəlir.

Arenal küçəsinin lövhəsi

Arenal İspan dilində „qumlu yer“ deməkdir. Buna müvafiq olaraq, bu lövhədə şəhərin tikilməkdə olan peyzajını və insanlarını görürsünüz, hansılar ki bu yeri qumdan təmizləyirlər. Bu kiçik ölçülü səhnədə küçənin tarixi əks olunmuşdur.

Servantes küçəsinin lövhəsi.

Bəzi lövhələrdə insan portretləri verilmişdir, bəzilərində isə gerb və yaxud həmin yerin mənzərəsi; bəzi küçələr müqəddəslərin adını daşıyır və lövhələrdə bu müqəddəslərin rəmzi və yaxud onların təsvirləri çəkilmişdir.

Tikişçilər küçəsinin lövhəsi

20

Heyvanlar cərgəsi küçəsinin lövhəsi

Alaqala küçəsinin lövhəsi


Puerta Del Sol – „Günəşin kandarı“. Meydan belə adlanır, bu meydanı Madridin ürəyi hesab edirlər. Bu meydandan müxtəlif istiqamətlərə çoxlu küçələr gedir ki, bu da, həqiqətən, Günəşin şualarını xatırladır. Bu abrada „Günəş kandarı“ nın real görüntüsü öz əksini tapmışdır, hansını ki, sanki, uşaq əli ilə çəkilmiş Günəş işıqlandırır.

„Günəşin kandar“ ı meydanı. Lövhə

„Günəşin kandar“ ı meydanı. Lövhə

Müqəddəs Martin küçəsinin lövhəsi

Müqəddəs Yeronimo IV əsrdə fəaliyyət göstərirdi. O, İncili latın dilinə tərcümə etmişdir, buna görə də, onu tərcüməçi himayəçisi kimi qəbul etmişlər. Rəvayətə görə, bir dəfə Müqəddəs Yeronimo Betlemdə, monastrın qarşısında başqa rahiblərlə birlikdə otururmuş. Bu zaman şir görünür, onun ayağına tilişkə batıbmış, heyvan ağrıdan axsayırmış və yazıqcasına ulayırmış. Bunu görən qorxmuş rahib-monozanlar qaçırlar, Müqəddəs Yeronimo isə şirə yaxınlaşır. Şir ağrıyan pəncəsini itaətkarlıqla irəli uzadır və keşiş onun pəncəsindən tilişkəni çıxarır. Minnətdar olan şir bundan sonra monastırda qalır və rahiblərə xidmət edir. Buna görə də, bu müqəddəs insanı rəssamlıqda tez-tez şir ilə birlikdə əks etdirirlər.

Adını nəzərə almaqla sizin küçənin abrasını düzəldin. Əksləri səthdə düşüncə ilə bölün.

Albrext Dürer. Müqəddəs Yeronimosenakta. 1514-cü il.

İlk növbədə fikirləşin, lövhəni hansı materialdan hazırlayacaqsınız. Bundan sonra fikirləşin, onun üzərində hansı təsviri çəkəcəksiniz. Bu halda küçənizin adını mütləq nəzərə almalısınız. Əvvəlcədən müəyyənləşdirin, hansı rənglərdən və üsullardan istifadə edəcəksiniz, təsvirləri kompozisiya şəkilində necə böləcəksiniz və yazı necə olacaq. Nəzərə alın ki, sizin abraya daxil edilmiş təsvir uzaqdan yaxşı nəzərə çarpmalıdır.

21

I


I

10. Quel parkı Böyük ispan memarı Antonio Qaudi deyirdi: „Təbiətdə düz xətlər mövcud deyil...“ O öz tikililərini yaradarkən bu ideyaya əsaslanırdı. Bu dahi memar XX əsrin əvvəlində Barselonada 15 hektar sahədə uzanıb gedən park yaratdı və onda bir çox tikililər yerləşdirdi. Bu parkı bu günün özündə belə „Möcüzələr ölkəsi“ adlandırırlar. Parka ikitərəfli pilləkən ilə gedirik; girişdə fəvvarə ilə rastlaşırıq, bu fəvvarə mozaika ilə bəzədilmiş heyvanların heykəllərindən tərtib edilmişdir.

Giriş. Fəvvarənin detalı Quel parkı. Giriş

Parka daxil olan tamaşaçını yüzsütunlu salon qarşılayır. Qəribə formalı sütunlar və dalğalı tavan elə bir təəssürat yaradır, sanki, bütün salonun interyeri „həyəcanlanır“ və hərəkət edir. QAUDI EKSPERIMENTI Salonun divarlarının ətrafı boyunca əyilmiş formalı stullar düzülmüşdür. Məlumdur ki, Qaudi əlahiddə eksperimentlər keçirirdi: gipsdən düzəldilmiş hələ yaş formaya çılpaq insan otuzdururdu ki, stul parkın seyr edənləri üçün əlverişli, insan bədəninin müvafiq biçimi olaydı və onlara istirahət imkanları verəydi. Ona görə də, salonun bütün divarları boyunca düzülmüş istirahət stullarının qəribə axını, düz olmayan biçimi vardır.

Yüzsütunlu salon

Meydan

22


Parkda çoxlu tikili və bunlar arasında memarın özünün evi də vardı. Bu tikililər qəribə formadadır – düz xətlərdən, bucaqlardan məhrumdur və mozaik dekorla genbol bəzədilmişdir. Bəzən evlərin fasadı gözəl ornamentlərlə çəkilmişdir. Qaudinin evi

Quel parkı. „Şəkərləmə evi“

Bağda köşklər, süni mağaralar, meydanlar quraşdırılmışdır, burada gəzintiyə çıxanlar istirahət edə bilərlər. Park piyada gəzənlər üçün yollar və cığırlar ilə „kəsik-kəsik“ edilmişdir. Yol tez-tez müxtəlif, qəribə formalı tağlar altından keçir.

Quel parkı. Piyada seyrə çıxanlar üçün konstruksiyalar

?

1. Quel parkının burada verilmiş tağlarının və sütunlarının formasını təsvir edin. 2. Onlarda qəribə olan nədir?

Bu cür fantastik formalı tağlar altında seyrə çıxmış insanda elə bir təəssürat yaranır, sanki, o nağıllar aləmindədir. Daş sanki canlanır, qəribə formalar yaradır və bununla da təbiətə çox gözəl yaraşır. İnsan əlinin yaratdığı ilə təbiətin harmonik uyğunlaşması Qaudi yaradıcılığının başlıca prinsipi idi. Bu parkda yaşaya biləcək nağıl qəhrəmanı və ya qəhrəmanları fikirləşin, onlar barədə hekayətlər yazın və sonra şəkillərini çəkin.

23

I


I

11. Arzular parkı Antonio Qaudinin Barselonada yaratdığı park aydın surətdə göstərdi ki, insan özünün ən ülvi ideyalarını da həyata keçirə bilər. Sizdə də belə bir arzu parkı yaratmaq ideyası yaranmadı ki? Çalışın ki, Qaudi tərəfindən parkda tikilmiş evləri yada salasınız və o cür fantastik tikililər yaratmağa çalışasınız. Sonra onları sinif tərəfindən yaradılmış ümumi parkda yerləşdirəsiniz.

Müxtəlif rəngli vərəqlərdən uca qüllələr yarada bilərsiniz. Bunun üçün onları dairəvi şəkildə bükməli, yapışdırmalı və başlarına rəngli, üçbucaq şəkilli örtüklər qoymalısınız.

Hasar hazırlamaq üçün kağızın bir tərəfindən pillələr düzəldin. Düzbucaq formasını verin və künclərdən bir-birinə yapışdırın. Müxtəlif formalı rəngli kağızları cırın və onun üzərinə yapışdırın. Bir tərəfdən divarın kəndarını da „inşa edə“ bilərsiniz.

Hazırlanmış qüllələri hasarın daxilində birbirinin yanında düzün. Qüllələrdə, bir qayda olaraq, iri saatlar da olur. Saatın siferblatının düzəldilməsi və qüllədə onun bərkidilməsi sizin üçün də çətin olmayacaq. Əgər onun eyvanında gözəllər gözəli şahzadə də təsvir olunsa, sizin yaratdığınız qala-istehkam həqiqi tikiliyə oxşayacaq.

24


Plastilindən müxtəlif ölçülü kvadrat və düzbucaqlı formaları düzəldin. Örtük üçün üçbucaq formalarından istifadə edin. Bu tikililərin hansı formalı pəncərələri olmasını istərdiniz: dəyirmi, oval yoxsa dördbucaq? Bütün bunların hamısı sizin əlinizdədir. Bəlkə sınaqdan keçirəsiniz, sizin sevimli ədəbi əsərlərdən hansınınsa qəhrəmanının evini düzəldəsiniz və yaxud orijinal formalı fəvvarə yaratmağa üstünlük verəsiniz. Bəlkə səyahətçiləri aparmaq üçün balaca maşınlar yaradasınız, yaxud dəmiryol xətti düzəldəsiniz. Əsl memar kimi fantaziyanıza cövlan etmək imkanı verin.

Bu evləri bütün sinif tərəfindən yaradılmış parkda yerləşdirməlisiniz. Onların ətrafında kol-koslar quraşdır­ma­ lısınız, xışıldayan yaşıl ağaclar basdırmalı və parkı güllərlə bəzəməlisiniz. Qalanı sizin fantaziyanızdan asılıdır.

İstənilən materialdan arzu parkı üçün nağılvari tikililər yaradın. Parkın özünü isə ümumi sinif birgə düzəltsin.

25

I


I

12. Afina 1. Yunanıstanın paytaxtı Afina dünyanın ən qədim şəhərlərindən biridir. Antik dövrdə Afina qədim yunan mədəniyyətinin ən əhəmiyyətli mərkəzi idi. Akropol Afinanın gözəlliyidir. Farslarla müharibədən sonra dağıdılmış Afina Akropolu e.ə. V əsrin ikinci yarısında bərpa edilib, daha dəqiq desək, yenidən tikilib. Afina Akropol çox gözəl ansambldır. Bilirsinizmi, ansamblı nə deməkdir? Bu vahid orqanizmidir, hansı ki, müxtəlif hissələrdən ibarətdir və bu hissələr bir-biri ilə harmonik şəkildə uyğunlaşmışdır. Həqiqətən də, Afinanın Akropolu hündür dirəklər üzərində qurulmuş bir neçə tikilinin birliyidir. Parfenon Erexteyon

Profillər

Pinakoteka PROFILLƏR Profillər giriş deməkdir. Memar Mnesikles tərəfindən e.ə. 437-432-ci illərdə tikilmişdir. Bu nəzərə çarpan köşkdür, bu hər iki tərəfindən sütunlar ilə açılmışdır və iki qatlı dam ilə örtülmüşdür. Akropol meydanına buradan daxil olurdular.

PINAKOTEKA Pinakoteka — Qədim Yunanıstanda rəngkarlıq əsərlərinin saxlandığı məkan. Bu, unudulmuş divarlarla əhatələnmiş ağır bir bina idi.

26

Nike Apterosun məbədi

NIKE APTEROS MƏBƏDI Nike Apteros qanadsız Nike deməkdir. Kiçik ölçülü, yaraşıqlı məbəd memar Kalikrates tərəfindən e.ə. 427- 421-ci illərdə tikilmişdir.


I PARFENON Akropolisin baş məbədi İktinos və Kalikratesi tərəfindən e.ə. 447-438-ci illərdə tikilmişdir. Sarımtıl rəngli mərmərdən tikilmiş, hər tərəfdən sütunlarla əhatə olunmuş məbəd ansamblın ən böyük tikilisidir.

EREXTEYON E.ə. 421-406-cı illərdə tikilmiş Parfenon ilə müqayisədə daha asimmetrik proporsiya ilə xarakterizə edilir.

2. Belə ki, Afina akropolunda yerləşmişdir: Profillər, Pinakoteka, Nike Apterosun məbədi, Parfenon və Erexteyon. Lakin məsələ odur ki, onlar bir-birinə münasibətdə necə yerləşdirilmişdir?

Akropol meydanının görüntüsü. Sxem. Profillərin görüntüsü. Sxem.

Akropol girəcəyində dayanan tamaşaçı mərkəzdə profilləri görür. Onun solunda ağır, kütləli Pinakoteka, sağında isə Nike Apterosun balaca məbədi durur. Beləliklə, tamaşaçı demək olar ki, „bir tərəfli ağırlaşmış“ olur, çünki burada tarazlıq pozulmuşdur. Profillərdən ötüb keçən kimi ziyarətçi meydanda peyda olur, burada da ağırlıq tamamilə qarşı tərəfə bölünür: indi sağ tərəfdə ağırlıq daha çoxdur, çünki məhz həmin tərəfdə daha iri Parfenon, solda isə nataraz Erexteyon durur. Məhz bu anda profillərin qarşısında pozulmuş tarazlıq bərpa olunur.

Beləliklə, Akropolisin tikintiləri vahid, harmonik ansambl yaradır. İnsan isə özü bu harmoniyanın yaradılmasında iştirak edir və bu təbiidir. Çünki qədim yunanlar hesab edirdirlər ki „insan hər şeyin ölçüsüdür“.

Afinanın adı ilə bağlı yunan mifini axtarıb tapın. Bu mifin hər hansı bir epizodunu rəsm edin.

27


I

13. Flüger ?

1. Burada verilmiş tikililəri təsvir et. 2. Sizin fikrinizcə, bu qədimidir, yoxa müasir? 3. Necə fikirləşirsən, bunun hansı təyinatı ola bilərdi?

1. Afinanın məhəllələrindən birində yerləşən bu baxımsız, səkkiz guşəli qülləcik e.ə. I əsrdə tikilmişdir. Bu sadə tikilinin yeganə bəzəyi onun yuxarı hissəsindəki sərhədlərdə yerləşdirilmiş relyefdir. Burada səkkiz küləyin təsviri verilmişdir. Məhz ona görə də bu tikilini „küləklər köşkü“ adlandırırlar. Onun funksiyalarından biri külək ilə bağlı idi. Nə zamansa onun başında flüger durmuşdu, Afinalılar bu flüger ilə küləyin istiqamətini müəyyənləşdirirdilər. Bundan başqa, köşkün daxilində su saatı, necə deyərlər, Klepsidra yerləşdirilmişdi. Beləliklə, küləklər köşkü qədim meteoroloji abidədir, bunun vasitəsi ilə havanı müəyyənləşdirir və vaxtı öyrənirdilər. 2. Flüger sadə, mobil avadanlıqdır, bunun vasitəsi ilə küləyin istiqaməti və gücü müəyyənləşdirilir. O iki hissədən ibarətdir. Aşağı şaquli oxa üfüqi lövhəcik və ya ox bərkidilmişdir, hansı ki, ox ətrafında sərbəst fırlanır. KÜLƏK ALLAHLARI Yunanların təsəvvürünə görə dünyəviliyin səkkiz küncünün küləyi mövcud idi və onların hər birinin öz adı vardı: Boreas – Şimal küləyi, Zepiros – Qərb, Afelites – Şərq, Notos – Cənub, Kaykas – Şimal-şərq, Euros – Cənub-şərq, Lipsos – Cənub -qərb və Skiron – Şimal-qərb.

Lövhənin və yaxud oxun nazik hissəsi ona işarə edir ki, külək haradan əsir.

Lövhənin və oxun bir tərəfi enli olmalıdır.

Flüger Avropa ölkələrində, ən çox da dəniz sahili şəhərlərdə xüsusi ilə populyar idi. Onu evin çardağında, əksər hallarda məbədin günbəzində bərkidirdilər. Əksərən flügeri horizontal oxa taxırdılar – hər hansı bir təsvir ilə. Onlar arasında ən populyarı xoruz təsviri idi.

28


I 3. Flügeri siz də hazırlaya bilərsiniz.

Əvvəlcə oxlar hazırlayın. Ağacdan və ya bərk kartondan istifadə edə bilərsiniz və onu ağacın nazik və uzun hissəsinə bərkidin. Oxu sizin istəyinizlə müxtəlif rənglə boyaya bilərsiniz. Karton üzərində özünüz arzu etdiyiniz təsvirin siluetini çəkin, kəskin və təzadlı (kontrast) rənglərlə çəkin.

Əgər sizin düzəldiyiniz flügerin necə işlədiyini yoxlamaq istəyirsinizsə, həyətə və yaxud eyvana çıxın, flügeri irəli uzadılmış əlinizdə tutun. Bununla siz küləyin hansı tərəfdən əsdiyini yoxlaya bilərsiniz. Hazırladığınız flügeri hansı dayaq üzərində bərkidəcəyiniz barədə düşünün.

 LÜĞƏT

Meteorologiya – Yer kürəsinin atmosferi barədə elm; meteoroloji tikililər – tikinti, harada ki təbiət hadisələrini müşahidə edirlər.

Öz əlinizlə flüger düzəldin.

29


I

14. Yunan vazaları Qədim Yunanıstan keramika məhsulları ilə məşhur idi, bu məhsulları yunanlar bütün Aralıq dənizi sahilləri ölkələrinə aparırdılar. Qədim yunan keramika qablarının formaları rəngarəng və nəfis idi, bir qayda olaraq, bu qablar şəkillərlə bəzədilirdi. Birinci vazada qırmızı fonda fiqurlar qara rənglə çəkilmişdir. Bu cür vazaları qara fiqurlu vazalar adlandırırlar.

?

1. İkinci vazada fon və fiqurlar nə rəngdədir? 2. Bu cür rənglərə malik vazaları necə adlandırardınız? 3. Necə fikirləşirsiniz, onun hansı təyinatı ola bilərdi?

Yunanlar öz keramika məhsullarında mifoloji sujetlər və personajlar əks etdirirdilər. Kolx Medeası və onun hadisəsinə yunan vazalarının şəkillərində tez-tez rast gəlinir.

?

30

3. Arqonavtlar mifindən Medeanın tarixini yadınıza salın. 4. Sizin fikirinizcə, burada təqdim olunmuş vazalarda mifin hansı epizodları əks olunmuşdur?


10. Qab-qacaq çəkək Qədim Yunanıstanda qabın rəsminə fiqurları bəzəməzdən əvvəl onu ornamentlər ilə bəzəyirdilər. Ornament, əsasən, həndəsi olurdu, buna görə də ornament ilə çəkilmiş yunan vazalararı həndəsi üsluba mənsubdurlar. Həndəsi üsulun qabında bir çox hallarda qədim Yunanıstan üçün xarakterik olan həndəsi ornament ilə rastlaşırıq və bu meandr adlanır. Bu iki qulpdur, bu qulplar bir-birinin əks tərəfindədir və bir-birinə geydirilmişdir. Meandr yunan vazalarının formasının zolaqları ilə uzanır, bu zolaqlar arasında tez-tez heyvanların, quşların və yaxud insanların surətləri təsvir olunur.

Meandr

?

Yunan vazası

1. Həndəsi üsullu yunan vazasını təsvir edin. 2. Bu vazada ornament və fiqurlar bir-birini necə əvəz edir?

Gəl, indi yunan ornamenti ilə müasir qabın bəzədilməsinə çalışaq. Bunun üçün birdəfəlik stəkanlar da karımıza gələr.

Əvvəlcə kağız üzərində və yaxud parçada rəngli ornament yaradın. İstənilən motivdən, o cümlədən yunan meandrından da istifadə edə bilərsiniz. Sizin tərəfinizdən kağızda və ya parçada icra olunmuş ornamentli zolaqları birdəfəlik stəkana bükün və yapışqanlayın. Əgər zolaqlar arasında məsafə qalsa, qədim yunanlar kimi, bu boş yerləri heyvanların və ya insanların fiqurları ilə doldurun.

Birdəfəlik stəkanı ornamentli mo­ tivlərlə bəzəyin.

31

I


I

16. Böyük şəhərlərin həyətləri Əgər kənddə yaşayırsansa, aydınıdır ki, sizin öz həyətiniz olacaqdır, ancaq şəhərdə əksər hallarda bir neçə çoxmərtəbəli evin ümumi həyəti vardır və bu həyətdə çoxlu uşaq toplaşır. Onlar gəzişirlər, oynayırlar, heyvanlarını gəzdirirlər. Bu cür həyət həmişə səsküylü və qarışıq olur.

Çoxmərtəbəli evlər və onların sakinləri ilə birlikdə böyük şəhərin həyətini çəkin. Əl işini yaradarkən kompozisiyalı bölünmənin sizin üçün arzu edilən üsulundan (tarazlıq prinsipi, simmetrik və ya assimterik kompozisiya) istifadə edin.

Fikirləş, sizin həyətinizdə maraqlı nə baş verir. Çəkin və bu barədə öz sinif yoldaşlarınıza danışın.

32


I

17. Arzular evinin pəncərəsi Pəncərə, ilk baxışda, evin adi atributudur, ancaq əgər onun forması və ya rəngi seçilirsə, o evin bəzəyinə çevrilə bilər. Əgər pəncərənin rəfində pişik yatırsa və güllü dibçək durursa, o zaman biz onun arxasında mövcud olan məkanın, binanın rahatlıq və hərarətini də hiss edirik.

Avropanın müxtəlif şəhərlərində tez-tez pəncərə rəfində düzəldilmiş „bağ“ və yaxud sarmaşıqla örtülmüş divarlarla, müxtəlif cür boyanmış örtüklərlə rastlaşırıq ki, bunlar adi evi rahat və gözəl göstərir. Siz öz evinizin fasadında nə cür pəncərə görmək istərdiniz?

Arzular evinizin pəncərəsinin şəkilini çəkin.

Nino. 11 yaşında

33


I

18. İncəsənət muzeyinə səyahət I Kitabın bu hissəsində siz dünyanın üç şəhəri ilə tanış oldunuz: Amsterdamla, Madridlə və Afina ilə.

?

1. Sadalayın, bu şəhərlər hansı ölkələrdə yerləşir.

Siz artıq həmin şəhərlər barədə müəyyən təsəvvür əldə etmişsiniz. Onlarda mühafizə olunan bir çox görməli yerlərlə tanış olmusunuz. Bu qısa təsviri səyahət sizdə onlar barədə daha çox öyrətmək arzusu yaratdımı, yaxud ürəyinizdə ölkələr barədə, hansılarda ki bu şəhərlər yerləşir, daha çox bilmək istəyi baş qaldırdımı? Məsələn, Yunanıstanda, Afinadan başqa bir çox qədim və ya müasir şəhərə görmək olar. Yaxud Madriddən başqa İspaniyanın hansısa şəhəri barədə bir şey eşitmisinizmi: Barselona, Toledo, Bilbao... Bu ölkələrin görməli yerlərini, tarixi abidələrini hər biriniz tədqiq edə bilərsiniz. Əgər sinif yoldaşlarınızla qrup halında birləşsəniz, hər hansı bir ölkəni seçə bilərsiniz və onun görməli yerləri, eləcə də, orada fəaliyyət göstərmiş sənətçilər barədə məlumat toplayarsınız. Foto-material yığarsınız, stendlər düzəldərsiniz, məruzələr yazarsınız, şəkillər çəkərsiniz ki, bunlarda da öz təəssüratlarınızı ifadə edərdiniz və sonra bütün bunların hamısını geniş auditoriya qarşısında təqdim edərsiniz. Sizin incəsənət aləminə səyahətiniz, həqiqətən, baş tutumuş olacaq. Nailiyyətlər arzulayırıq, səyahətçi tədqiqatçılar!

Yunanıstan

Qədim yunan keramikası Sunion burnu. Poseydon məbədi

Hozio Lukas məbədi. Mozaika

34

Meteor monastrı


I

Hollandiya

Haaqa

Yan Sten. Nahar. 1660-cı il.

Rembrant. Qeyri-qanuni oğulun qayıtması

Utrext

Hollandiya milli ayaqqabısı

Hollandiya krujevası

İspaniya

Dieqo Velaskes. Sebastiyan de Mora

Köşk keramikası

El Qreko. Portret

Barselona. Saqrada Familia (Müqəddəs Ailə kilsəsi)

35


II

19. İstanbul 1. İstanbul dünyada yeganə şəhərdir ki, iki qitədə yerləşir.

?

1. İstanbul hansı qitələrdə yerləşir? 2. İstanbul hansı ölkədə yerləşir? 3. Bu ölkənin paytaxtının adını deyin.

İstanbul. Bosfordan görünüş

Bosfor boğazı boyunca uzanıb gedən bu şəhər iki imperiyanın – Bizans və Osmanlı imperiyalarının paytaxtı idi. Əfsanəyə əsasən, e.ə. 667-ci ildə Yunanıstanın Meqara şəhərindən olan Bizant adlı şəxs burada yaşayış məskəni salır və bu məskənə Bizantioni adını verir. 324-cü ildə Böyük Konstantin (306-337-ci illər) bu şəhərdə nəhəng tikinti işlərinə başlayır. 330-cu ildə onu II Roma elan edir, Konstantinopol adlandırır və imperiyanın paytaxtını rəsmi olaraq buraya köçürür. Roma İmperiyasının iki hissəyə parçalanmasından sonra Konstantinopol Bizans imperiyasının paytaxtına çevrilir. Əsrlər boyu Konstantinopol Şərq xristianlığının (pravoslavlıq) mərkəzi olub. 1453-cü ildə türklər şəhəri tutdular, Osmanlı Sultanı II Mehmet onu Osmanlı imperiyasının paytaxtı elan etdi.

?

4. Osmanlı imperiyasının əhalisi hansı dinə qulluq edirdi? 5. Bu gün Türkiyə əhalisi hansı dinə sitayiş edir?

İSTANBUL, YOXSA KONSTANTINOPOL? İstanbul adı öz mənbəyini yunan dilindən alır. „Eys Tin Polin“ yunan dilində „şəhərdə“ deməkdir. 1930-cu ilədək şəhərin rəsmi adı Konstantinopol idi; 1930-cu il, martın 28-də isə Türkiyə hökuməti qərar qəbul etdi ki, şəhərə İstanbul adı verilsin.

2. İstanbul müxtəlif mədəniyyətlərin birləşdiyi yerdir. Burada hansı epoxanın abidələrinə rast gəlməzsən? Qədim yunan və Roma, xristian və müsəlman mədəniyyət abidələri; İstanbulun Arxeoloji Muzeyində antik dövr rəsm əsərlərinin zəngin kolleksiyası; Makedoniyalı İsgəndərin sarkofaqı... Bu cür sarkofaqlarda qədim yunanlar və romalılar öz ölülərini dəfn edirdilər. Makedoniyalı İsgəndərin sarkofaqı. E.ə. IV əsr.

36


Sarkofaqın forması yunan məbədini xatırladır. Onun divarları relyeflə bəzədilmişdir, burada döyüş və ov səhnələri əks etdirilmişdir. İsgəndərin özü at üzərində, döyüş geyimində, şir dərisindən paltarda və imperator tacı ilə təsvir olunur. Məhz bu relyefə görə bu sarkofaka Böyük İsgəndərin adı verilmişdir. Əslində, o hansısa sərkərdənin qəbri idi.

ANTIK DÖVR Qədim Yunan və Roma mədə­ niyyətləri e.ə. XII əsrdən IV əsrə qədər olan dövrü əhatə edir.

Bazalik sisterni. VI əsr.

3 . İstanbulda antik dövrün bir çox tikililəri və ya onların fraqmentləri qalmışdır. Antik dövrdə İstanbulun su ilə təchizatı məsələsi yaxşıca yoluna qoyulmuşdu. Burada təqribən 40-a yaxın yeraltı su rezervuarı, yəni sisterni aşkar edilmişdir, bu sisternlərə həm yağış, həm də bulaq suyu toplanırdı və sonra su paylayıcı sistem vasitəsi ilə bütün şəhərə verilirdi. Şəhərin mərkəzində yerləşmiş bu cür rezervuarlardan biri „Bazilik sisterni“ nin tikintisinə Böyük Konstantinin dövründə başlanmışdır. Bu olduqca nəhəng sütunlu salondur, bu sistern 80 000 kub metr su tuturdu. 4 metr enində divarlar və tağlar oda davamlı kərpic ilə tikilmişdi. Salonda 8 metr hündürlüyündə 336 sütun vardı. Burada müxtəlif növ mərmərlərin müxtəlif cür işlənmiş sütunları ilə rastlaşırıq. Sütunlardan birinin aşağı hissəsi Meduza Qorqosun başının əksi ilə haşiyələnmişdir. Bu sistern XVI əsrədək fəaliyyət göstərirdi, indi isə o, muzeyə çevrilmişdir.

 LÜĞƏT

Dini ardıcıl – Hər hansı bir dinin tərəfdarları, ardıcılı. Rezervuar – Mayenin böyük ehtiyatının saxlandığı tikili.

İstanbul muzeyində mühafizə olunan qədim sivilizasiyaların (Misir, Mesopotamiya, Antik dövr) nümunələri barədə məlumatları axtarıb tapın, stend yaradın və sinifdə təqdim edin.

Bazilik sistern. Sütunun bazasında Meduza Qorqonanın başı

37

II


II

20. Şəkilləşdirilmiş tarixi fakt 1. Tarix olduqca maraqlı fəndir. Müharibələr, ölkələrin qurulması, şəhərlərin yaradıl­ ması, qanunların yaradılması və s. Tarixdə nələr tapa bilməzsiniz? Əksər hallarda tarixi hadisə rəssamın təxəyyül mənbəyinə çevrilir. Məhz konkret tarixi fakt – 1204-cü il, 13 apreldə xaçlılar tərəfindən Konstantinopolun alınması XIX əsr fransız rəssamı Ejen Delakruanı bu mövzuda böyük tarixi rəsm əsəri yaratmağa təşviq etmişdi.

?

1. Bu şəkili təsvir edin. 2. Şəkilin kompozisiyası necə qurulmuşdu?

Ejen Delakrua. Konstantinopolun alınması. 1840-cı il.

XAÇLILAR TƏRƏFINDƏN KONSTANTINOPOLUN ALINMASI 1196-cı ildə Bizans imperatoru İsaaq Anqelozu onun qardaşı III Aleksi taxtdan saldı. 1201-ci ildə İsaaqın oğlu taxtı qaytarmaq üçün xaçlılara müraciət edib kömək istədi. Onlar razı oldular, taxtı zorla ələ keçirənə qarşı yürüşə başladılar və 1204-cü ildə Konstantinopolu tutdular. Onlar şəhəri yandırdılar, alt-üst etdilər.

?

3. Yadınıza salın. Xaçlılar kimlər idi və onların məqsədləri nə idi? 4. Onları nə üçün xaçlılar adlandırırdılar?

2. Xaçlıların əlahiddə geyimi və yaraqlanma üsulu vardı. Onların geyiminin zəruri atributu xaç idi. Onların döyüş təchizatına metaldan ağır yaraq, zəncir köynək, dəbilqələr, əlcəklər, qalxanlar, nizələr, qılınclar daxil idi.

38


II ?

5. Xaçlıların yaraqlarını nəzərdən keçirin. Həmin əşyaları təsvir edin. 6. Necə fikirləşirsiniz, bu cür geyimlə döyüşmək çətin deyildimi?

3. Rəssamlar öz rəsm əsərlərində tez-tez o döyüşləri təsvir edirlər, hansılar ki bu və ya digər ölkənin tarixində həlledici rol oynamışdır. Bunlar, bir qayda olaraq, çoxfiqurlu kompozisiyalardır. Fransız rəssamı Jan-Lui Ernest Mezonie döyüşdən əvvəl fikrə getmiş Napoleonun ordusunu təsvir etmişdi. Burada döyüşçülərin fiqurları statikdir. Yan Mateykosun rəsmi isə döyüşün kəskin fiqurlarının dinamizimi ilə verilmişdir.

Jan-Lui Ernest Meysonye. Napoleon və onun müttəfiqləri. 1868-ci il.

 LÜĞƏT

Qəsbkar — Taxtı zorla ələ keçirmiş şəxs, hansı ki hakimiyyəti qeyri-qa­ nuni yolla ələ keçirmiş və yaxud baş­ qasının hüquqlarına yiyələnmişdir.

Yan Mateyko. Qrunevald döyüşü. 1878-ci il. Fraqment

İstənilən texnika ilə xaçlılar mövzusunda rəsm işi yaradın. Illüstrasiyalarda verilmiş materialdan istifadə edin.

39


II

21. Xristian və müsəlman İstanbulu Siz artıq bilirsiniz ki, İstanbul (Konstantinopol) bütün orta əsrlər boyu Bizans imperiyasının paytaxtı idi. 1453-cü ildə onu Osmanlılar işğal etdilər. Hər bir epoxa şəhərə öz dağını çəkmişdir. Burada xristian kilsələri və müsəlman məscidləri indi də qalmaqdadır. Xristian epoxasında Konstantinopolda çoxlu məbədlər tikildi. Onlar arasında Aya Sofya adı ilə tanınan məbəd xüsusi ilə seçilir, bu məbəd Bizans imperiyasının əsas məbədi, onun dini mərkəzi idi. Onun tikintisi 537-ci ildə başa çatdırılmışdır. Deyilənə görə, məbəd o qədər füsunkar və möhtəşəm idi ki, onun içərisinə daxil olan imperator Yustinian həyəcanla demişdi: „Sənə şükürlər olsun, Allah, mən sənə üstün gəldim, Solomon!“

İstanbul. Aya Sofya. VI əsr.

?

1. Bilirsinizmi, Yustinian kimi nəzərdə tuturdu, hansı padşahı və onun hansı tikilisi ilə müqayisə edirdi?

Aya Sofya dünyada ən böyük məbədlərdən biridir. Onun 32 metr diametrli və 55 metr hündürlüyü olan yarım sferalı nəhəng günbəzi dörd güclü bürcə söykənir. Günbəzin dibində yaxın-yaxın kəsilmiş geniş pəncərələrdə işıq elə bol düşür ki, pəncərələr arasında qalmış divarlar görünmür və biz yalnız işığın „dairəsini“ görürük; elə bir təəssürat yaranır, sanki, günbəz heç nəyə söykənmir və havada o yan-bu yana tərpənir. Məbəd bir neçə növ rəngli mərmər ilə üzlənmişdir, mozaikalarla və daşda ovulmuş gözəl ornamentlərlə bəzənmişdir. AYA SOFYANIN TARIXI „Sofya“ ilahi müdriklik deməkdir. Bu yerdə məbədi ilk dəfə Böyük Konstantin tikdi, lakin o məbəd yandı. Bugünkü məbəd İmperator Yustinian dövründə (483565-ci illər) memarlar İsidori Mileter və Antimoz Traleli tərəfindən tikilmişdir. 1453-cü ildə sultan II Mehmet məbədin məscidə çevrilməsini əmr etdi. Məbədə dörd əlavə minbər tikdilər, onu bəzəyən mozaikaları isə suvaqla örtdülər. Yalnız 1935-ci ildə Türkiyə Cümhuriyyətinin başçısı Atatürkün əmri ilə Aya Sofya muzeyə çevrildi, onun divarları təmizləndi, freskalar və mozaikalar aşkar olundu.

40

Aya Sofya. İnteryer


II

AYA SOFYANIN GÖRMƏLI YERLƏRI Aya Sofyanın görməli yerlərindən biri „Ağlayan sütun“ dur, bu sütunda deşik açılmışdır. Belə bir əfsanə yaranmışdır ki, insan bu deşiyə əlini soxsa və ürəyində arzu tutsa, həmin arzu mütləq gerçəkləşir. „Soyuq pəncərə“ adlandırılan məkan da buradadır. Bu pəncərədən həmişə yayın ən isti günlərində belə sərin meh əsir. Aya Sofya. Mərmər plitələr

İstanbulun digər xristian məbədləri barədə məlumat toplayın.

 LÜĞƏT

Minarə – tikili, haradan ki müsəlmanları ibadətə dəvət edirlər. Aya Sofyanın mozaikası. XII əsr. plitələr

2. Aydınıdır ki, İstanbulda müsəlman memarlığı abidələri də çoxdur. Məscidlərin minarələri İstanbul panoramasının ayrılmaz hissəsidir. Məscidlər arasında ən böyüyü və gözəli İslam arxitekturasının şah əsəri olan Göy məsciddir. Bu məscidə ona görə Göy deyirlər ki, onun interyeri ən gözəl bitki ornamentləri ilə bəzədilmiş mavi rəngli keramik piltələrlə üzlənmişdir. Məscidin mərkəzi hissəsi nəhəng günbəzlə örtülmüşdür. Onun interyeri yaxşı işıqlandırılır, məscidin divarları və günbəzində yerləşdirilmiş 206 pəncərədən içəri işıq düşür.

Mavi Məscidin interyeri

GÖY MƏSCID Göy məscid 1606-1616-cı illərdə Sultan I Əhmədin sifarişi ilə memar Sedefkar Mehmed Ağa tərəfindən tikilmişdir. Bu tikintinin tarixinin bütün detalları 6 cilddən ibarət əlyazmada dəqiqliklə təsvir olunmuşdur, bu cildlər indi İstanbul saraylarından birinin kitabxanasında saxlanılır. Bu məscidin tikilməsinə bir çox köhnə tikintilər qurban verilmişdir: burada yerləşmiş Bizans imperatorlarının sarayı, antik dövr ippodromunun bir hissəsi, Bizans zadəganlarının yaşayış evləri və s. uçurdulmuşdur.

41


II

22. Ornament 1. Siz artıq bilirsiniz ki ornament əşyanın bəzəyi deməkdir. Memarlıq abidələrini, paltarı, silahı, qabı və s. ornamentlərlə bəzəyirlər. Bu və ya digər mədəniyyəti və ya epoxanı həmin bəzəklərlə də tanımaq mümkündür.

?

1. Burada verilmiş ornamentlərə diqqət yetirin və onları təsvir edin. 2. Müəyyənləşdirin, onlar arasında hansı oxşarlıq və fərq vardır. 3. Sizin fikrinizcə, bu ornamentlər arasında Şərq ornamenti hansıdır?

Qrafik arabeska

2. Şərq ornamenti azad şəkildə, hər çür çərçivədən kənar səthi örtür, o səthə xalça kimi yapışdırılır. Arabeska (arabeska italyan sözüdür və „ərəbcə“ deməkdir) ornament növü Şərqdə yaranmış və Avropaya yayılmışdır. Arabeskada həndəsi motivlər və bitki motivləri bir-birinə qarışır. Bir çox hallarda onların içərisinə ərəb yazıları da yerləşdirilir. Arabeska bir neçə motivin təkrarı ilə yaradılır. Onların hər tərəfə istiqamətlənən sonsuz axını səthi tamamilə örtür. Bu ornament istənilən yerdə elə dayandırıla bilər ki, onun bütövlüyü pozulmasın. Belə ornament fondu qeyri-məqbul edir, çünki ornament motivləri onu bütünlüklə doldurur. Avropalılar bunu „boşluq qorxusu“ adlandırırdılar. Bu cür ornamenti Şərq mədəniyyətində hər yerdə yerləşdirirdilər: tikililərin interyerində, fasadlarda və ya günbəzlərdə, qablarda, kitab üzlərində, parçada və s.

Relyefli Arabeska

42


3. Siz yəqin gürcü-xristian məbədində olmusunuz, bizim məbədlərin fasadları daşda ovulmuş ornamentlərlə gen-bol bəzədilmişdir. Ornamentə, eləcə də, gürcü məbədlərinin şəkillərində də rast gəlinir.

?

4. Sizin fikrinizcə, orta əsrlərin gürcü ornamenti Şərq ornamentinə bənzəyirmi? 5. Onlar arasında hansı əsaslı fərq mövcuddur?

 LÜĞƏT Motiv – təsvirin xarakterik təkrari elementi.

Nikordzmindanın relyef ornamentləri

İstənilən üsulla, gürcü və tipik Şərq orna­ men­tlərindən istifadə etməklə dekorativ əl işi yaradın. Verilmiş nümunədən istifadə et. Rəngin qradasiyasından da istifadə edə bilərsən.

Qelati freskasının ornamenti

43

II


II

23. Dumanlı Albionun paytaxtı 1. Dumanlı Albion Avropanın ən qərbində yerləşən dövlətin – Böyük Britaniyanın digər adıdır. Əgər yadınıza gəlirsə ki, bu ölkə adalarda yerləşir, asanca başa düşəcəksiniz ki, bu ad ona nəyə görə verilmişdir. Onun paytaxtı London da istisna deyildir. Burada da tez-tez yağış yağır və duman olur. Bu şəhər Temza çayı üzərində yerləşir və bu çayda tikilmiş onlarca qədim və ya yeni körpü şəhərin əsl gözəlliyini təşkil edir. Orada, harada ki qədimdə romalı əsgərlərin balaca ticarət məskəni, Londinium yerləşmişdir, orta əsrlərdə kütləvi hasarlarla və su ilə dolu xəndəklərlə əhatə olunmuş Tauerin girilməsi çətin olan qala-istehkamı tikildi, 1894-cü ildə tikilmiş Tauerin körpüsü isə İngiltərə paytaxtının rəmzinə çevrildi.

Tauer körpüsü

?

Tauer qala-istehkamı

1. London Tauerini və onun məşhur körpüsünü necə xarakterizə edərdiniz və onların memarlıq siması hansı asosiasiyanı yaradır. 2. Londonun daha hansı məşhur tikilisi onun rəmzi hesab olunur.

TAUER Tauer qala-istehkamı eyni vaxtda həm krallıq iqamətgahı, həm də xəzinənin saxlandığı yer idi. Arsenal da, Observatoriya da dustaqxana idi, bu dustaqxananın divarları zadəganların və krallıq soyadının nümayəndələrinin işgəncə və həbsini unutmamışdır. Dustaqxana ilə əlaqədar bir məlum əfsanədə hekayət edilir ki, əgər məhbusun pəncərəsini qarğa döyəcləyərdisə, o ölümə məhkum idi və onu tezliklə ölümlə cəzalandırırdılar. Köhnə ənənəni qoruyub saxlamaq üçün XVII əsrdən etibarən bu günədək Tauerdə kralın əmri ilə həmişəlik olaraq 6 qarğa yaşayır, hansılara ki əlahiddə qulluq edir və nəzarətdə saxlayırlar. Belə bir rəvayət mövcuddur ki, Tauerin dustaqxanasında və sarayın dəhlizlərində tez-tez keçmiş məhbusların kabusları görünür. Bu rəvayət öz növbəsində turist axınına səbəb olur.

44


2. Londonun daha bir diqqətəlayiq tikilisi Vest Minster Abbatlığı və sarayıdır. Krallıq rezidensiyasının Vest Minsterə köçürülməsindən sonra London iki mərkəz kimi formalaşdı: iqtisati mərkəz – City, Siyasi və mədəni mərkəz – Vest Minster. İndi burada krallıq rezidensiyası yoxdur. Vest Minsterin divarları arasında indi İngiltərə parlamenti yerləşir. Vest Minster Abbatlığı İngiltərə tarixinin canlı salnaməsidir, onun bir küncündə bütün məşhur ingilis şairlərinin xatirə lövhəsi yerləşdirilmişdir.

Bukinqem sarayı

3. İngilislər mühafizəkarlıqları ilə məşhur­ durlar. Bu nəinki təkcə incəsənət abidələrinə, eləcə də, dövlətçilik quruluşuna və gündəlik həyat tərzinə də aydın sirayət edir. İngiltərə bu günün özündə belə monarxiya ilə idarə olunur. Bukinqem sarayının qarşısında ənə­ nə­vi formada bəzənmiş qarovul dəstəsinin dəyişməsi mərasimi və atlı qvardiyanın paradı Londonun daha bir diqqətəşayan cəhətidir. Ənənəyə məhəbbət Londonda hər addımda hiss olunur. Burada müasir avtomobillərin çatışmazlığının nəzərə çarpmadığına baxmayaraq, Londonun küçələrində yenə də ikimərtəbəli qırmızı avtobuslar şütüyür və köhnə modalı taksilər hərəkət edir. Küçənin telefon butkalarının və reklam sütunlarının da ənənəvi olaraq dəyişilməz foması vardır.

Parlament binası

London küçəsi

Londonun başqa diqqətəlayiq tikililərini də axtarıb tapın və sinif də təqdim edin.

 LÜĞƏT

Monarxiya – İdarə etmə forması, hansında ki dövlətin başında bir şəxs – kral və ya monarx durur.

45

II


II

24. Yağış necə çəkilir Bəzilərimizin qızmar Günəş və parlaq rənglərlə çəkilmiş peyzaj xoşumuza gəlir, belə hallara daha çox cənubda yerləşən ölkələrdə rast gəlinir; bəzilərini isə solğun rənglərin harmoniyası cəlb edir. Əgər Londonun dumanlı sahillərinin yağışlı küçələri bir çox rəssam üçün öz köksünü açmışdırsa, şəkildə yüngül dumana bürünmüş görüşün gözəlliyi insanı valeh edir. Bu effekti vermək üçün rəssamlar ən çox akvarel boyalarından istifadə edirlər. Akvarel ilə işləyərkən boyanın nazik təbəqəsini bir-birinin üzərinə elə qoymaq lazımdır ki, onlar bir-birinin altından nəzərə çarpsın, bu da dumana bürünmüş peyzajın özünəməxsusluğunu ideal surətdə əks etdirsin.

Uiliam Turner. Dumanlı peyzaj. 1819-cu il.

?

Con Buton. London, parlament. 1966-cı il.

1. Burada təqdim edilmiş əl işlərinə diqqət yetirin, dumana bürünmüş tikililər, suda əşyanın əksi və sair detalların necə verildiyini təsvir edin.

Akvarellə işləməyə başlayanadək vərəqi fırça ilə və yaxud suyu sıxılmış süngərlə isladın və qurumasını gözləyin. Bu cür səthdə qoyulmuş izlər azca sulu alınır, formaları kəsən kontur isə, sanki, nəzərəçarpmazdır, sanki, həqiqətən, dumana bürünmüşdür.

46


II Yağışdan islanmış tikilinin və yaxud küçələrin şəklini çəkmək üçün səthdə çəkmənin texnikası karınıza gələ bilər. Müxtəlif rəngli boyada yüngülcə isladılmış fırça ilə ləkələri bir-birinin yanında elə qoyun ki, onların sərhədləri bir-birinə qarışsın. Yağışdan sonra səkidə, islanmış pəncərələrdə və yaxud vitrinlərdə bu cür iz qalır. Fırçanın ucu ilə bir-birinin ardınca qıyqacı qoyulmuş əkslərlə yağış təəssüratını asanca yarada bilərsiniz.

Tako. 11 yaşında

Andro. 11 yaşında

Akvarel boyasından istifadə etməklə yağışlı və ya dumanlı peyzaj yaradın.

47


II

25. İngilis kitab qrafikası XIX əsrin sonunda və XX əsrin əvvəlində təsviri incəsənətin sahələrindən biri olan qrafika olduqca populyar idi, ən çox isə kitab illüstrasiyası. Bu həm də təbiidir, çünki həmin epoxada, yəni televizorun və kompüterin mövcud olmadığı dövrdə kitablara əlavə olunmuş şəkillər oxucunun gözləri qarşısında oxuduğu hadisənin assosiasiyasını yaradırdı. İngiltərədə kitab illüstrasiya etməyin zəngin ənənəsi mövcud idi. İstənilən kitab şəkillərlə bəzədilirdi. Bəzi müəlliflər öz əsərləri üçün elə özləri şəkillər çəkirdilər. Məsələn, sizə məlum olan „Mauqli“ nin müəllifi, ingilis yazıçısı Redyard Kiplinq öz əsərləri üçün şəkilləri özü çəkmişdi.

Orbi Berdsli XIX əsrin ən tanınmış ingilis qrafikaçılarından biri idi. Burada bir populyar tarixi romanın illüstrasiyası təqdim edilmişdir: romanın qəhrəmanı İzolda məktub yazır. Şəkildə əks olunmuş fiquru və fonu, hansında ki o təqdim olunmuşdur, təsvir edin.

Orbi Berdsli. Kitab illüstrasiyası. 1893-cü il.

Bu həmin əl işidir, hansı ki Orbi Berdsliyə dünya şöhrəti gətirmişdir. Diqqət yetirin, o bu əl işində xətlərdən necə ustalıqla istifadə etmişdir. Burada xətt olduqca axıcıdır, möhtəşəmdir və lətafətlidir.

Obri Berdsli. Kitab illüstrasiyası. 1894-cü il.

48

Yəqin, nəzərinizə çarpdı ki, rəsm əsərinin yuxarı hissəsində xətlər ağda qara ilə çəkilmişdir, aşağı hissəsində isə qadının donunun uzun ətəyi qara fonda ağ krujevalı ornament ilə bəzədilmişdir. Bu üsul hansı təəssüratı yaradır?


II

Bu uşaq kitabının illüstrasiyasıdır. Sizin fikrinizcə, şəkillər hansı nağıldandır? Öz mülahizənizi əsaslandırın. Rəssam bu illüstrasiyada nağılın hansı epizodunu çəkmişdir? Rəssam bu əl işində dinamikanı hansı bədii üsulla vermişdir?

Eleanor Vere Boil. Illüstrasiya. 1902-ci il.

Kitabın bu cür illüstrasiyası rəngli qrafikanın nümunəsidir. Burada təqdim olunmuş personajlar kimlərdir? Onlar nə işlə məşğuldurlar? Bu əl işini necə adlandırardınız? Ətraf mühiti təsvir et. Sizin fikrinizcə, bu illüstrasiyada ilin hansı mövsümü əks olunmuşdur? Bu əl işi hansı əhval-ruhiyyəni yaradır?

Sesili Meri Beyker. İllustrasiya. 1918-ci il.

Bu iki əl işi Rediard Kiplinqə məxsusdur. Yəqin ki, bu müəllifin məşhur „Filin xortumu necə böyüdü“ və „Xəyala dalmış pişik“ romanlarını oxumusunuz.

Rediard Kiplinq. Illüstrasiya

Bu illüstrasiyalar qara-ağ qrafika nümunələridir. Diqqət yetirin və təsvir edin, fil necə çəkilmişdir. Sizin fikrinizcə, ikinci illüstrasiyada dərinliyin və məkanın təəssüratı necə verilmişdir.

Rediard Kiplinq. Illüstrasiya

49


II

26. Şəkilli kitab 1. Sevimli kitabınızı açarkən gözləriniz önünə ilk növbədə o şəkillər gəlir, hansılarla ki o şəkillənmişdir. Qaraağ və yaxud rəngli illüstrasiyalar əsərlərin personajlarını və o mühiti əks etdirir, hansında ki hadisələr baş verir. Illüstrasiyalara əsasən onu da başa düşmək olur ki, bu və ya digər əsər hansı ölkəyə mənsubdur və yaxud hansı epoxadan bəhs edir.

?

1. Burada təqdim olunan illüstrasiyalara diqqət yetirin. Müəyyən etməyə çalışın, hansı ölkənin əsərləri şəkilləşdirilmişdir. 2. Çalışın, illüstrasiyalara əsasən hər hansı bir nağılı tanıyın.

2. Kitabın illüstrasiyası nəinki təkcə bu və ya digər epizodu şəkilləşdirir, eləcə də oxucuda müəyyən əhval-ruhiyyə yaradır. Bunun üçün rəssam müvafiq rənglər, kompozisiya və format seçir. Uşaqlar kitabı oxuyana qədər onun illüstrasiyalarını nəzərdən keçirməyi xoşlayırlar, çünki onlar rəsmlərin vasitəsi ilə nağılın sehrli aləminə əvvəlcədən „daxil olurlar“.

50


?

II

3. Bu rəsmi necə adlandırardınız? 4. Burada verilmiş illüstrasiyaya diqqət yetirin. O hansı əhval –ruhiyyənin yaranmasına səbəb olur? 5. Revaz İnanişvilinin bu hekayəsi ilə tanış olun və öz təəssüratınızı bildirin. Illüstrasiyanın əhval-ruhiyyəsi əsərdən alınan təəssürata uyğun gəlirmi?

Cemal Lolua. Revaz İnanişvilinin hekayələrinin illüstrasiyaları

3. Əgər hər hansı bir ədəbi əsər – hekayə, şeir, nağıl çox xoşunuza gəlirsə, siz özünüz də onu şəkilləşdirə bilərsiniz. Əvvəlcə mətni diqqətlə oxuyun; əsərlərin o epizodlarını seçin, hansılar ki, sizin fikrinizcə məzmununa görə hamısından əhəmiyyətlidir. Personajları və ətraf mühiti elə əks etdirin, necə ki siz təsəvvür edirsiniz. Illüstrasiyalara müvafiq epizodun mətnini də əlavə edə bilərsiniz. İstəsəniz, öz rəsm nümunənizi böyük formatda yerləşdirin, istəsəniz, əldəqayırma kitab forması verin.

Nika. 11 yaşında „Beşik mahnısının hikməti“. Illüstrasiyalar

Ədəbi əsərlər seçin. Mətnlə diqqətlə tanış olun. Qruplara ayrılın və ayrı-ayrı epizodları şəkilləndirin. Sinifdə birgə təqdimat təşkil edin.

51


II

27. Yeni il ağacı Yeni il elə bir bayramdır ki, dünyanın bütün ölkələrində böyük də, kiçik də eyni sevinclə qeyd edir. Bu bayram ilə əlaqədar ənənələr öz başlanğıcını qədim dövrlərdən alır. Hər bir ölkənin Yeni illə əlaqədar öz ənənələri vardır, lakin onları bir şey əlaqələndirir. Demək olar ki, hər yerdə Yeni il ağacı qoyulur.

?

1. Gürcüstanda Yeni il ağacını necə adlandırırlar və o necədir?

Gürcüstanda Yeni ildə bütün ailələrdə çiçilaki qoyulardı. Onu fındıq ağacından hazırlayardılar. Çiçilaki günəşi əks etdirirdi, onun dalğalı saçaqları isə – Günəşin şüalarını. Çiçilakini min cür meyvə və şirniyyatla bəzəyirdilər. Ucuna xaç yerləşdirirdilər, onun üstünə isə nar və ya çəyirdəkli meyvə bərkidirdilər. Gürcülərin inancına görə, bu cür bəzənmiş çiçilaki bol və məhsuldar ildən xəbər verilməli idi.

?

2. Sizin ailədə çiçilakinin bəzədilməsinin hansı ənənəsi vardır?

Avropanın bir çox ölkələrində Milad və Yeni il mərasiminin zəruri elementi təntənəli şəkildə bəzənmiş şam ağacıdır. Həmişə yaşıl şam ağacı əbədi həyat rəmzidir. Şam ağacının Milad və Yeni il əlaqələndirilməsi və onun bəzədilməsi ənənəsi öz başlanğıcını Almaniyadan alır. Əvvəlcə şam ağacını şirniyyatla, şəkərdən hazırlanmış fiqurlarla, meyvə ilə, kağızlardan kəsilmiş çiçəklərlə, parça ilə bəzəyirdilər. Sonralar alman şüşə mütəxəssisləri şüşədən şam ağacı üçün oyuncaqlar hazırladılar. Milad və yeni il bayramında bütün ailə şam ağacının başına toplaşır. Hədiyyələri, hansıları ki ailə üzvləri bir-birinə bağışlayırlar, məhz şam ağacının ətrafına düzürlər. Hədiyyələrin açılması olduqca xoşagələn mərasimdir.

ŞAM AĞACI NECƏ IŞIQLANDI 1895-ci ildə ingilis teleqrafçısı Ralf Moresin beyninə belə bir dahiyanə ideya gəldi – iş zamanı, o telefon qurğularında elektrik lampalarının sırasına diqqət yetirən zaman elektrik lampalarının bu sırasını şam ağacına dolaya biləcəyini təsəvvürünə gətirdi. Onun ideyası elə həmin il Amerika Birləşmiş Ştatlarında həyata keçirildi. Ağ Evin qarşısında elektron girliand ilə bəzənmiş ilk şam ağacı qoyuldu.

52


II

Şam ağacının oyuncaqlarından onun zirvəsində yerləşdirilən ulduz ən əlahiddəsidir. Bu ulduz milad ilə əlaqədardır. Məlum olduğu kimi Milad gecəsi Betlehemin başında ulduz peyda olur, bu falçıların və çobanların yol göstəricisinə çevrilir. Məhz həmin ulduzun vasitəsi ilə onlar İsa Məsihin doğulduğu yerə gedib çatırlar.

ŞAM AĞACINDA PARLAQ IPLƏR NECƏ PEYDA OLDU Çoxlu övladı olan bir xeyirxah və kasıb qadın elə bir çıxılmaz vəziyyətdə idi ki, Yeni ildə şam ağacını bəzəmək üçün heç nəyi yox idi. Əlbəttə, bəzədilməmiş şam ağacını otaqda qoydu. Gecə hörümçəklər şam ağacına daraşdılar və budaqlarda tor qurdular. Səhər yeniyetmə İsa Məsih qadına qonaq gedir. Şam ağacını görən kimi dua etməyə başlayır və hörümçək torları o andaca parlaq gümüşə çevrilir.

İndi siz özünüz təsəvvür edin, hamı təbii şam ağacı qoysa, bu təbiətə necə böyük ziyan vura bilər. Siz burada müxtəlif materialdan hazırlanmış şam ağacları görürsünüz. Siz də öz fantaziyanızın gücü ilə istənilən materialdan orijinal şam ağacı düzəldə bilərsiniz.

İstənilən materialdan Yeni il ağacı düzəldin. Nə ölçüdə olacağını və onu nə ilə bəzəyəcəyinizi özünüz qərara alın.

53


II

28. Msxeta 1. Gürcüstanın qədim paytaxtı Msxeta Kür və Araqvi çaylarının birləşdiyi sahədə yerləşir. Onun tarixi öz başlanğıcını e.ə III minillikdən alır. Şəhərdən keçən ticarət yolları və əlverişli coğrafi yerləşmə üzündən Msxeta həmişə ölkənin həyatında mühüm rol oynayırdı. O, bizim çoxəsrlik tariximizin bir növ muzeyidir, hansı ki hər bir tarixi epoxanın zəngin izini saxlayır. XX əsrdə Msxetada və onun ətraflarında aparılan arxeoloji qazıntılar zamanı neçə-neçə tapıntı aşkar edildi. Kürün sağ sahilində Bagineti dağında İberi çarlarının iqamətgahı yerləşirmiş. Bagineti saraylarının, məişət və özünü müdafiə tikililərinin bizə gəlib çatmış fraqmentləri inkişafın yüksək pilləsində duran cəmiyyətin mövcudluğundan xəbər verir. Qəbirlərdə tapılmış qızıl və gümüş əşyalar isə bunu təsdiq edir ki, məzarlar yüksək təbəqənin nümayəndələrinə məxsus imiş.

Msxeta. Armazisxevi

Msxeta. Armazisxevi

?

1. Qəbirlərdə aşkar edilmiş əşyalara diqqət yetirin, onları təsvir və xarakterizə edin. 2. Sizin fikrinizcə, bu əşyaların yüksək dəyərlərini nə müəyyənləşdirir: qədimliyi, materialın qiymətli olması, əl işlərinin keyfiyyəti, yoxsa başqaları? Mülahizələrinizi əsaslandırın.

Qızıl bəzək əşyalarının rəngarəngliyi, bolluğu və düzəldilməsinin yüksək ustalığı ondan xəbər verir ki, zərgərlik İberi çarlığında incəsənətin ən inkişaf etmiş sahələrindən biri imiş. Msxetada tapılmış zərgərlik nümunələri hazırda Gürcüstan milli muzeyinin qızıl fondunda saxlanılır.

Msxeta. Armazisxevi

2. Msxetada əhəmiyyətli xristian müqəddəsləri məskunlaşmışdır və onlar arasında ən başlıcası xilaskar Məsihin tunikasıdır (kvartıdır), hansını ki bu torpaqda cırıq-cırıq etmiş, yerində isə qədim gürcü kilsəsi tikmişlər.

?

54

3. Məsihin tunikasının Gürcüstana gətirilməsi tarixini yadınıza salın.


II Msxeta xaçı. VI-VIII əsrlər.

Svetisxoveli. 1010-1029-cu illər.

Xristianlıq dövlət dini elan olunduqdan sonra Msxetada bir çox böyük və kiçik kilsə tikilir. Onların hər biri xristianlığı yayanların və ya müqəddəslərin yerləşdikləri ərazilərlə əlaqədardır. V əsrin ikinci yarısında, Vaxtanq Qorqasalinin çarlığı dövründə Msxetada katolikosun iqamətgahı yerləşirdi. VI əsrdə Gürcüstanın paytaxtı Tbilisi oldu, lakin Msxeta öz əhəmiyyətini itirmədi, o ölkənin əsas dini mərkəzi oldu. Qayalı dağının zirvəsindən müqəddəs Cvari monastır bizə boylanır. Xristianlığın qəbulundan sonra bu dağda möcüzəvi xaç ucalır, hansı ki çoxlu ziyarətçi cəlb edirdi. Əvvəlcə xaçın yanında balaca kilsə də tikdilər, lakin VI–VII əsrlərin qovşağında millət başçısı I Stepanozun təşəbbüsü ilə böyük məbəd tikirlər, bu məbədin mərkəzində möcüzə yaratmaq xüsusiyyətinə malik ağac xaç qoyulmuşdu. Hazırda məbədin interyerində xaçın pyedestalı qalmışdır. Alimlər belə fikirləşirlər ki, divarlar daxildən mozaika ilə bəzədilmişdi, fasadları isə indi relyeflər bəzəyir.

?

4. Məsihin tuniki cırıq-cırıq edildiyi yerdə olan ağac və ondan yonulmuş sütunun tarixini yadınıza salın.

3. XI əsrin başlanğıcında o yerdə, harada ki, Məsihin tuniki cırıq-cırıq edilmişdi, qədim kilsənin əvəzində yeni məbəd tikdilər, onu möcüzəvi xüsusiyyətə malik sütuna hörmət əlaməti olaraq „Svetisxoveli“ adlandırdılar. Məbədin fasadında düzəldilmiş yazı xəbər verir ki, onu memar Arsukidze tikmişdir. Svetisxovelinin interyerində tunikin cırıq-cırıq edilməsi və heyvan sütunun ucaldıldığı yerdə düzbucaq şəkilli köşk vardır ki, burada da Müqəddəs Ninonun həyatını əks etdirən səhnələr əks olunmuşdur.

Msxetanın tarixi abidələrinin xəritəsini yaradın. www.istoria.ge internet ünvanından istifadə edin.

Svetisxoveli. Möcüzəvi sütunun yerində tikilmiş köşk.

55


II

29. Gürcüstanın qala-istehkamları Gürcüstanın istənilən şəhərində və ya kəndində müşahidə etmək bacarığına malik göz tariximizin və mədəniyyətimizin qədim abidələrini – kilsə-monastırlarımız, qalaistehkamlarımızı, qüllələrimizi, qədim yaşayış yerlərimizi və sairəni asanlıqla görər. Onların bəzisi bu günün özündə belə qürurla dayanır, bəzisi yarıya qədər uçmuşdur və restavrasiya olunmalıdır. Abidələrimizin qədimliyi və gözəlliyi onlara baxanları sehrləyir və bizi qürurlandırır. Bütün Gürcüstanın yox, heç olmasa, öz guşəmizin abidələrini yaxşımı tanıyırıqmı? Gəlin, biliyimizi yoxlayaq, Gürcüstanın qədim qala-istehkamlarını yadımıza salaq: Tbilisi – Narın qala, Msxeta – Bebrissixe, Qori – Qorissixe.

Narın qala

?

Qorissixe

1. Gürcüstanın qala-istehkamlarının sıralamağa davam etdirin.

Xurtvisi

?

Bebrissixe

2. Fotolarda verilmiş qala-istehkamlar barədə hər hansı bir əfsanə bilirsinizmi?

Surami qalası

56


Sizin regionun hər hansı bir tarixi abidəsinə baxmağa gedərkən, özünüzlə mütləq istənilən rəsm materialı və foto aparat götürün. Abidədə olarkən onun təsvirini yaradın. Çalışın ki mümkün qədər çox xarakterik detalı yadınızda saxlayasız və sonra evdə onu rəsm üzərində işləyərkən tamamlayın. Abidə yerində çəkilmiş foto şəkillərdən də istifadə edə bilərsiniz. Çəkiləsi abidə üçün çox diqqətlə kağız formatı seçin və onu tamamilə doldurmağa çalışın.

Siz və sizin sinif yoldaşlarınız öz aranızda danışın və o abidələri aranızda bölüşdürün, hansıları ki, çəkməyi qərara almısınız. Əl işlərini başa çatdırdıqdan sonra onları bir stenddə toplayın, yanında onlar barədə əldə etdiyiniz məlumatı yerləşdirin və sizin guşənin görməli yerlərinin xəritəsini yaradın.

Laşa. 12 yaşında

Rəngli karandaşlarla sizin guşənin tarixi abidələrinin təsvirini yaradın. Görməli yerlərin xəritəsini düzəldin.

57

II


II

30. Gürcü incəsənəti Gürcüstan qədim mədəniyyətə malik ölkədir. Bütpərəstlik epoxasında və xristian orta əsrlərində burada memarlıq, təsviri və tətbiqi incəsənətin gözəl abidələri yaradılırdı. Hər nə ki qədimlikdən və bir-birinin ardınca baş verən müharibələrdən xilas olub qalmışdı, bu gün Gürcüstanın milli xəzinəsi hesab olunur. Bədiiliklə və relyeflə bəzədilmiş kilsə, monastırlar Gürcüstan da və onun sərhədlərindən kənarda səpələnmişdir. Oyma və rəngkarlıq ikonaları, əl yazmaları kitabları, şüşə əşyalar bəzək əşyaları və naxışla tikilmiş(qumaş) əşyalar muzeylərin saxlanc yerlərində qorunur.

Oşki məbədi Gürcüstanın tarixi əyaləti olan Tao- Klarcetidə tikilmişdir. Bu gün həmin məbəd Türkiyə ərazisində yerləşir. Məbədin ümumi görünüşünü təsvir edin. Onun fasadı necə bəzədilmişdir? Bu məbəd, eləcə də bir çox başqa gürcü məbədləri olduqca çox zədələnmişdir. Onun yenidən qurulması artıq başlanmışdır və onda gürcü restavratorları da iştirak edirlər. Oşki. X əsr.

Xristian məbədlərinin freskalarında, bir qayda olaraq İncilin və Tövrətin süjetləri, müqəddəslərin sürətləri, çarların və şan şöhrətli soyadları nümayəndələrinin portretləri öz əksini tapmışdı. Qelati Məryəm Ana məbədinin interyeri mozaika və divar rəssamlığı ilə bəzədilmişdi. Məbədin ibadət yerində kimin surəti əks olunmuşdur? Xristian məbədinin interyeri tamaşaçıya hansı təsiri bağışlayır. Məbədin interyeri. Qelati. X əsr.

58


II

Gürcü kilsə – monastırlarında dini xarakterli əl yazmaları kitabları yaradılırdı. Əl yazmaları, bir qayda olaraq illüstrasiyalarla yəni, miniatürlərlə bəzədilmişdir. Diqqət yetirin Mokvi İncilinin bu vərəqi necə bəzədilmişdir. Necə fikirləşirsən, bir belə əl yazma kitabının yaradılmasına nə qədər vaxt və əmək sərf etmək lazım gəlir.

Mokvi İncili. XIV əsr.

Oyma incəsənətinin Gürcüstanda zəngin ənənəsi vardır. Oyma ikonaları Gürcüstanın müxtəlif guşələrində yaradılırdı. Burada təqdim olunmuş İkonanı və onun mərkəzi təsvirini təsvir edin. Bir çox hallarda ikonanın mərkəzində yerləşdirilmiş təsvirin ətrafı kiçik ölçülü səhnələrdən ibarət oyma çərçivə ilə haşiyələnir.

Məryəm Ana ikonası. Zarzma. XI əsr.

Şemokmeddə tapılmış bu lövhə gil şüşə qablar hazırlamaq texnikası ilə yaradılmışdı. Necə fikirləşirsən, burada İncilin hansı epizodu əks olunmuşdur? Bu kompozisiyada istifadə olunmuş mina rəngləri və onun koloritini təsvir edin. Mina texnikası çox mürəkkəbdir. Əvvəlcə qızıl lövhə üzərində elə qızıldan arakəsmələrlə təsvir yaradılır, sonra isə bu arakəsmələr arasında rəngli şüşə kütləsi tökülür. Boyun bağı. Şemokmedi. X əsr.

59


II

31. Gürcü naxışları (oyma) Gürcüstan memarlıq abidələri ilə zəngindir; ölkəmizdə elə bir yaşayış məntəqəsi yoxdur ki orada bir və ya bir neçə kilsə olmasın. Müxtəlif zamanların bütün gürcü xristian məbədi özünə məxsus bədii simaya malik olmuşdur, lakin bir xüsusi əlamət vardır ki bu da demək olar ki onların hamısı üçün xarakterikdir. Bu fasadların xüsusi naxışlarla bəzədilməsidir.

?

1. Samtavisi məbədinin fasadını təsvir edin. 2. Fasadın hansı elementləri na­ xış­larla bəzədilmişdir.

NAXIŞ Naxış memarlıq tikililərinin fasad­ larında və interyerlərində yerləşdirilmiş daşda ovulmuş bədii bəzəkdir. Bir qayda olaraq, o ritmik təkrarsız elementlərdən – heyvanlardan, bitkilərdən və həndəsi fiqurların üslublaşdırılmış təsvirlərindən ibarət olur.

Samtavisi. XI əsrin başlanğıcı

Bəzi gürcü məbədi naxışlarla bol bəzədilmiş olur, bəzisində isə – bir iki nümunəsinə rast gəlinir, lakin onların hamısı ustalıqla yerinə yetirilmişdir və daş üzərində oyma sənətinin zəngin ənənəsindən xəbər verir. Bizim əcdadlarımız naxışlarla bəzəyirdilər və məbədin fasadının əhəmiyyətli hissələrini bununla ayırırdılar: pən­ cərələrin kənarlarını, məbədə girişləri, günbəzləri və s.

?

3. Safari və Rkoni məbədləri qapılarının bəzəyi.

Safari. XIII əsr.

60

Rkoni. XIII əsr.


İki gürcü məbədi pəncərəsinin bəzəyi sizin qarşınızdadır. İlk baxışdanca aydın olur ki Zeda Vardziya və Ananuri məbədlərinin naxışları bir-birindən necə fərqlənir.

Zeda Vardziya. XI əsr.

?

Ananuri. XVI əsr.

4. Naxışın bu iki nümunəsi bir-birindən nə ilə fərqlənir?

Gürcü məbədlərinin naxışında bitki motivlərinə tez-tez rast gəlinir. Məsələn, Kaspi Metexi naxışında tənək salxımı və yarpaqları əks olunmuşdur. Bəzən naxış bir-birinə girintili çıxıntılı həndəsi fiqurlarla yaradılır. Bu cür naxış hörmə adlandırılır. İndi, nə zaman ki naxış barədə bu qədər şey öyrəndik, ekskursiyaya gedərkən yəqin ki, məbədin bəzəyinə əlahiddə diqqət yetirəcəksiniz; bəlkə də çalışacaqsınız ki, naxışın o nümunələrini, hansılar ki xüsusi ilə xoşunuza gələcəkdir, onların şəkilini çəkməyə çalışacaqsınız. Naxışı çəkərkən çalışın, onun ümumi formasına, tərkib elementlərinə və onların bir-birini əvəz etməsinə yaxşı diqqət yetirin. Eləcə də ona diqqət yetirməlisiniz ki, naxışın hansı hissələrinə dərin kölgə düşür və hansı hissələr daha çox işıqlandırılmışdır.

Ertatsminda. XIII əsr.

Tamuna. 12 yaşında

Xopa məbədi. Ksani dərəsi. XIII əsr

Ksani Metexi. XIII əsr.

Sizin seçdiyiniz hər hansı bir gürcü məbədi naxışının təsvirini karandaşla yerinə yetirin.

61

II


II

32. Gürcü rəssamlığı Şəkil, hansını ki rəssam xüsusi rəssamlıq dəzgahının, molbertin üzərinə qoyur və kətan üzərində yağlı boya ilə çəkir, dəzgah rəssamlığı nümunəsidir. Dəzgah rəssamlığı Gürcüstanda XVIII əsrin axırında meydana gəlmişdir. Sonrakı əsrlərdə onun bütün janrları: portret, peyzaj və natürmort sürətlə inkişaf etdi, gürcü rəssamlığının yaradıcılığı ilə isə bütün dünya tanış oldu.

Bu cür portretlər bir zaman Tbilisidə böyük məşhurluq qazanmışdı. On illiklər ərzində onları Tbilisili rəssamların neçə-neçə nəsilləri yaradırdı və adı da Tbilisi portretləri adlandırılırdı. Şəkildə təqdim olunmuş gənc qadını təsvir edin, onun geyimini xarakterizə edin. Sizin fikrinizcə, bu insan hansı epoxada yaşayırdı? Cəmiyyətin hansı təbəqəsinə aid idi. Sizə bu qənaətə gəlməyə nə imkan verir?

A. Ovnataniani. Melikişvilinin portreti. XIX əsr.

Bu şəkilin müəllifi heç zaman şəkil çəkmək öyrənməmişdir. Pirosmani Tbilisili vətəndaşların kef səhnələrini tez-tez çəkirdi. Kef çəkənlər sanki tamaşaçı qarşısında məxsusi dayanırlar çünki onlar masanın üç tərəfində oturmuşlar. Kef çəkənlərin sifətinə diqqət yetirin və onların hərəkətinə nəzər salın. Onların ümumi və xarakterik hansı cəhətləri vardır? Açılmış süfrəni diqqətlə nəzərdən keçirin və onda təqdim olunmuş əşyaları, xörəkləri təsvir edin. Niko Pirosmani. Beş tavadın kef məclisi. 1906-cı il.

62


II QiqoQabaşvili. Alaverdoba. 1899-cu il.

Ənənəvi xalq bayramlarını əks etdirərkən, rəssam hər bir detalı dəqiqliklə çəkir: fiqurları, onların geyimini, çardağını və arabasını, ətraf mühiti... buna əsasən o zaman ki, məişəti bütünlüklə təsəvvür edə bilərik. Sizin fikrinizcə, hansı detal şəkilin adını doğruldur.

Şəkili təsvir edin. Onun məzmununu öz sözlərinizlə əks etdirin. Burada cəmiyyətin hansı təbəqəsinin məişəti əks olunmuşdur? Aleksandr Mirevlişvili gürcü rəssamları arasında ilk birinci rəssamlardan biri idi ki öz rəsmində sadə insanların həyatını, çətinliklərini əks etdirmişdir. Aleksandr Mrevlişvili. Alçaq çəpər. 1893-cü il.

Bu şəkildə fiqur baxıcıya yaxın gətirilmişdir, ona görə də siz hər şeyi dəqiqliklə nəzərdən keçirə bilərsiniz. Sizin fikrinizcə, burada təqdim olunmuş şəxs hansı epoxanın adamıdır? O nə ilə məşğuldur və hansı sosial təbəqəyə mənsubdur? Necə fikirləşirsiniz, bu şəkil hansı janra mənsubdur?

Mose Toidze???. 1903-cü il.

63


II

33. Dəvətnamə Dərsliyin hər bir fəslinin sonunda siz „incəsənət aləminə səyahət“ dərsliyi ilə rastlaşardınız, bunlar üçün isə siz müxtəlif ölkənin barəsində məlumat toplayar, stend təşkil edər, şəkillər çəkər, məruzələr yazar və bütün bu materialları geniş auditoriya qarşısında təqdim edərdiniz. Bu barədə düşünməmişsiniz ki, sizin sinfin əl işlərinin təqdimatına kimləri dəvət edəcəksiniz. Hörmətli qonaqları necə və nə formada dəvət edəcəksiniz. Aydındır ki bunun üçün dəvətnamə hazırlamaq lazım gələcəkdir. Kitabın bu hissəsində siz Türkiyənin, Böyük Britaniyanın və Gürcüstanın təqdimatını keçirməli olacaqsınız. Müvafiq olaraq, dəvətnamə də ilk baxışdanca insanda onu hansı tədbirə dəvət olunduğu barədə təsəvvür yaratmalıdır.

Dəvətnamə üçün istənilən forma seçin və onu kartondan hazırlayın. Onu rəngli lentlərlə də bəzəyə bilərsiniz.

Bu ölkənin incəsənətinin hər bir elə nümunəsini seçin, hansı ki, sizin fikrinizcə, bu ölkə üçün ən tipikdir və bu mədəniyyətin özünəməxsusluqlarının yaxşı əks etdirir. Bu abidələri və yaxud onların qara-ağ illüstrasiyalarını çəkə, kəsə və rəngləyə bilərsiniz.

64


II

Kəsilmiş, hazırlanmış təsvirləri kartondan olan dəvət­na­ məyə elə yapışdırın ki, rəsmin hissəsi dəvətnamənin qıra­ ğından kənara çıxsın. Çalışın ki yazmaq üçün yer qalsın.

D ə v ə tn a m ə Yazını əllə edə və yaxud müvafiq şrifti kompüter özünüzün zövqünüzə uyğun olaraq seçə bilərsiniz.

Dəvətnamə

və ə D

m tna

ə

Dəvətnamənin iç tərəfində mətni yazın, bu mətn insana sizin tədbiriniz barədə – nəyə həsr olunduğu, nə zaman və harada keçirildiyi barədə dəqiq məlumat verəcəkdir. Dəvətnamə ilə birlikdə tədbirin proqramını da göndərə bilərsiniz. Bu cür dəvət olunduqdan sonra, yəqin ki bütün qonaqlar təşrif buyuracaqdır.

„İncəsənət aləminəsəyahət“ in təqdimatı üçün dəvətnamə hazırlayın. Kompozisiyalı quruluşun müvafiq üsulundan istifadə edin.

65


II

34. İncəsənət muzeyinə səyahət II Kitabın bu hissəsində siz dünyanın daha üç olduqca maraqlı şəhəri ilə tanış olacaqsınız: İstanbulun, Londonun və Msxetanın.

?

1. Sadalayın, bu şəhərlər hansı ölkələrdə yerləşir.

Gəlin, yenə də səyahətçilərə çevrilin və indi bu ölkələrdə maraqlı yerləri, başqa şəhərləri, incəsənət nümunələrini, adlı sanlı incəsənət xadimlərinin əl işlərini axtarıb tapın və onları geniş ictimaiətə tanış edin. Yenidən əl işlərinin və foto stendlərin sərgisini vəkomfransını təşkil edin.

Böyük Britaniya

Stounhenci

I Yelizavetanın portreti

Kenterberin kafedralı və vitrajları

London

66


II

Türkiyə

Kappadokiya Dördlər kilsəsi

Tetrapiloni

Trabzonun Aya Sofya rəssamlığı

Türk xalçası

Gürcüstan

Vardzia Larqvisi dördbaşlısı

Alaverdi

Bolnisi sionisinin relyefi

David Qareci. Bertubani. Satrapezo rəssamlığı.

67


Bu dərsliyin satışı faktı aşkarlandığı təqdirdə, xahiş edirik, bizimlə qaynar-xətt nömrəsi ilə əlaqə saxlayasınız (+995 32) 2 200 200

Dərslik/seriya barədə əlavə məlumatı veb-səhifədən əldə edə bilərsiniz: https://www.facebook.com/PublishingHouseklio


ISBN 978-9941-481-64-2

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir

ხელოვნება, მე-6 კლასი, მოსწავლის წიგნი, პირველი ნაწილი, აზერბაიჯანულ ენაზე  

ხელოვნება, მე-6 კლასი, მოსწავლის წიგნი, პირველი ნაწილი, აზერბაიჯანულ ენაზე  

Advertisement

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded