Page 1

İNCƏSƏNƏT

5

Anna Kldiaşvili Nino Qaqanidze

İncəsənət

5

Şagirdin kitabı


saqarTvelos saxelmwifo himni

Tavisufleba teqsti daviT maRraZis musikis avtori zaqaria faliaSvili himnad daamuSava ioseb keWaymaZem

Cemi xatia samSoblo, saxate mTeli qveyana, ganaTebuli mTa-bari, wilnayaria RmerTTana. Tavisufleba dRes Cveni momavals umRers didebas, ciskris varskvlavi amodis amodis da or zRvas Sua brwyindeba, dideba Tavisuflebas, Tavisuflebas dideba!


Anna Kldiaşvili Nino Qaqanidze

İNCƏSƏNƏT V sinif Şagirdin kitabı

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir

„Klio“ nəşriyyatı


Anna Kldiaşvili, Nino Qaqanidze

İncəsənət V sinif, Şagirdin kitabı

Redaktor

Nana Kupraşvili Tbilisi Dövlət Rəssamlıq Akademiyasının professoru, Sənətşünaslıq doktoru

Rəssam

Tamar Cağeli

Tərcüməçi

Emin Mahmudov

Korrektor

Ceyran Ağayeva

Yığıcı operator Sona Xudiyeva Kompüter Dizaynı

İrma Liparteliani

© „Klio“ nəşriyyatı, 2018 © Anna Kldiaşvili, Nino Qaqanidze, 2018 Bütün hüquqlar qorunur ISBN 978-9941-481-63-5

MMC „Klio nəşriyyatı“ Ağmaşenebeli pr. 181-2, Tbilisi, 0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge


Mündəricat Kitabdan necə istifadə edək.................................................................. 5 I FƏSIL 1. Tətil .................................................................................................. 6 2. Kompozisiya nədir . .......................................................................... 8 3. Vərəq seç ......................................................................................... 10 4. Fəzada rənglər ................................................................................. 12 5. Dəniz və fəza ................................................................................... 13 6. Şən adamcığazlar............................................................................. 14 7. Pəncərələrdə işıq ............................................................................. 15 8. Parisdə gürcü sənətçiləri . ................................................................ 16 9. Payız peyzajı . .................................................................................. 18 10. Pişiyi hara qoyaq . .......................................................................... 19 11. Zooparkın sakinləri . ....................................................................... 20 12. Hamısı mənim vətənimdir............................................................... 22 II FƏSIL 13. Səth və faktura ............................................................................... 24 14. Əl işinin təyinatı .............................................................................. 26 15. Meşəni övladlarına saxla . .............................................................. 28 16. Qədim dünyanın heykəlləri . ........................................................... 30 17. Gülüş hədiyyə kimi.......................................................................... 32 18. Silindir ilə ottisk .............................................................................. 33 19. Yağışlı hava ................................................................................... 34 20. Dördayaqlı dost .............................................................................. 35 21. Hamısı mənim vətənimdir............................................................... 36 22. Qırmızı papaqlı göbələklər ............................................................. 38 23. Fiqurlar və ətraf mühit..................................................................... 40 24. İllüstrasiyalı „Odissey“ .................................................................... 42 25. Yelpik.............................................................................................. 44 III FƏSIL 26. Portret............................................................................................. 46 27. Əyləncəli şpilkalar........................................................................... 48 28. İnteryerin eskizi............................................................................... 49 29. Şəkil, epoxa, ölkə............................................................................ 50 30. Dünyanın məşhur qüllələri ............................................................. 52 31. Gələcəyin qülləsi ............................................................................ 54 32. Yeni il.............................................................................................. 55 33. Yeni il karnavalı............................................................................... 56 34. Qrafika............................................................................................. 58


35. Dinamika......................................................................................... 60 36. Rəssamlıqda ritm ........................................................................... 62 37. Kiçik daşlar üzərində şəkil . ............................................................ 63 38. Hamısı mənim vətənimdir............................................................... 64 IV FƏSIL 39. Proporsiya ...................................................................................... 66 40. Müxtəlif ölçülü əşyalar . .................................................................. 67 41. Yenə də böyüyəcəklər . .................................................................. 68 42. Şəkil və təəssürat . ......................................................................... 69 43. Əyri güzgü ...................................................................................... 70 44. Döyüş səhnələri ............................................................................. 72 45. Anaya hədiyyə . .............................................................................. 74 46. Sinif stendi . .................................................................................... 75 47. Pasxa.............................................................................................. 76 48. Hamısı mənim vətənimdir............................................................... 78 49. Köhnə və təzə şəhər....................................................................... 80 V FƏSIL 50. Çəkilmə və rəng qradasiyası........................................................... 82 51. „Köhnə“ və „təzə“ rəngkarlıq .......................................................... 84 52. Almanı necə çəkək . ....................................................................... 86 53. Nəhəng heykəllər ........................................................................... 88 54. Parça ilə applikasiya....................................................................... 90 55. Gürcüstanın çarları . ....................................................................... 92 56. Akvarel – pak və yüngül boya ........................................................ 94 57. Hamısı mənim vətənimdir............................................................... 96 58. Sərgi salonu.................................................................................... 98 59. İnsan, məşğuliyyət, ətraf mühit....................................................... 100 60. Gil ilə işləyirik.................................................................................. 102 61. Akvarium......................................................................................... 103 62. Gürcüstanın mənzərələri . .............................................................. 104 Layihə – Məktəbin həyəti ..................................................................... 106 Yekun dərsi — 1.................................................................................... 107 Yekun dərsi — 2.................................................................................... 108 Yekun dərsi — 3.................................................................................... 110 Yekun dərsi — 4.................................................................................... 112 Yekun dərsi — 4.................................................................................... 114 Lüğət .................................................................................................... 117


Kitabdan necə istifadə edək Fəslin nömrəsi, dərsin sıra nömrəsi və başlığı

Suallar dərsdə verilmiş materialın yaxşı mənimsənilməsinə kömək edəcəkdir

Lüğətdə əcnəbi sözlər izah edilmişdir

„Yer kürəsi – mənim evimdir„mövzusunda kompozisiya yarat. Simmetrik, yaxud asimmetrik kompozisiyanın qurulması üsulundan istifadə et.

Dərsin əsas mətni

Sarı çərçivədə bu cür işarə ilə evdə yerinə yetiriləsi tapşırıq qeyd olunmuşdur

Dərsin yaxşı mənimsənilməsinə əsas mətn ilə birlikdə illüstrasiyalar da kömək göstərəcəkdir

Sarı çərçivədə bu şəkildə sinifdə həll olunası tapşırıqlar verilmişdir


I

1. Tətil Tətil bitdi və yeni dərs ilinin başlanğıcında uzun vaxt ərzində bir-birilərini görməyən sinif yoldaşları yenidən bir yerə toplaşdılar. Onların danışmağa sözləri çoxdur, bir-biri ilə bölüşəsi fikirləri kifayət qədərdir. Yəqin bir-birinizə danışırsınız, harada istirahət etdiniz, maraqlı nələr gördünüz. Bir çoxlarınız Gürcüstanın müxtəlif guşələrinə yollanmış olardınız, tanış olmayan insanlarla rastlaşar, gözəl təbii mənzərələr görərdiniz; bəlkə də başınıza şən əhvalatlar da gəlmiş olardı və bircə ona can atırsınız ki, bir-birinizə həmin hadisələr barədə danışasınız.

İndi, bu sözləri oxuyan zaman, sizin qarşınızda incəsənətin yeni dərsliyi durur. Bu dərslik vasitəsilə bütün il ərzində siz böyük incəsənət aləmi ilə, bədii üsullar və texnika rəngarəngliyi ilə, Gürcüstanın müxtəlif guşələrinin təbiəti və mədəniyyət abidələri ilə tanış olacaqsınız.

6


I

Siz artıq bilirsiniz ki, İncəsənət insanlar arasında münasibətlərin ən yaxşı vasitəsidir. Gəlin, bu imkandan istifadə edək və nə barədə danışmağı daha çox istəyirsinizsə, bütün siniflə bölüşün, lakin sözlə yox – rəsmlərlə. Çalışın ki, ətraf mühit, təbiət, nə də hadisənin maraqlı detalları diqqətinizdən kənarda qalmasın. Sizin hər biriniz əgər öz əlişlərinizi sinfə təqdim etsəniz və olmuşları danışsanız, öz rəsmlərinizdə nəyin əks olunduğunu söyləsəniz, sinif yoldaşlarınız sizin təəssüratlarınızı bölüşərlər, sizinlə birlikdə şənlənər və sanki Gürcüstanın dağ və aranının təbiətini öz gözləri ilə görərlər.

Yay hadisələri, sizin təəssüratlarınız barədə bir-birinizə şəkillər vasitəsilə söhbət açın. İstənilən üsuldan və materialdan istifadə edin.

7


I

2. Kompozisiya nədir Kompozisiya Latın sözüdür və tərtib etmək, əlaqələndirmək deməkdir. Şəklin səthində rəssamlar müxtəlif təsvirləri bir-biri ilə əlaqələndirir, yəni şəkli çəkərkən kompozisiya yaradırlar. Müxtəlif əşyaların şəkil müstəvisində bir-biri ilə necə əlaqələndirilməsinə əsasən kompozisiya müxtəlif cür ola bilər. Sən artıq bilirsən ki, simmetrik və asimmetrik kompozisiyalar mövcuddur.

?

1. Bu kompozisiyadan hansı simmetrik və hansı – asimmetrikdir? 2. Yadına sal, simmetriya oxu nədir. 3. Simmetrik ox boyunca hansı kompozisiya yaradılmışdır? Öz fikrini əsaslandır.

Əziz Apollinare Nuovo mozaikası. VI əsrin əvvəli

1

Fra Anjeliko. Körpənin qəbulu. 1440-41 il

2

Məlum faktdır ki, əgər tərəzinin üstünə eyni çəkiyə malik cisimlər qoyularsa, onda tərəzi tarazlıq vəziyyətində olar. Şəkildə də belədir – əgər simmetriya oxunun hər iki tərəfində bərabər həcmə malik təsvirlər bölüşdürülmüşdürsə, onda kompozisiyada tarazlıq qorunur, yəni kompozisiya tarazlaşdırılmışdır.

a

?

8

b

4. Bunlardan hansı kompozisiya simmetrikdir? 5. Bunlardan hansı tarazlaşdırılmış kompozisiyadır? Sənin fikrini əsaslandır.


I

Simmetrik kompozisiya, bir qayda olaraq, tarazlaşdırılmışdır. Necə fikirləşirsən, asimmetrik kompozisiyanın tarazlaşdırılmış olması mümkündürmü? 3

4

San Apollinare Nuovo mozaikası. VI əsrin əvvəli Rembrandt van Reyn. Fərsiz oğulun qayıdışı. 1666-1669 il.

?

6. Üçüncü kompozisiyanı təsvir et. O simmetrikdir, yoxsa asimmetrik? 7. Necə düşünürsən, bu kompozisiya tarazlaşdırılmışdırmı? Sənin mülahizəni əsaslandır. 8. Dördüncü, beşinci və altıncı kompozisiyalar barədə mülahizə yürüt, onlar tarazlaşdırılıbdırmı, simmetrikdir, yoxsa asimmetrikdir?

San Apollinare Nuovo mozaikası. VI əsrin əvvəli

5

„Yer kürəsi – mənim evimdir“ möv­ zusunda kompozisiya yarat. Simmetrik, yaxud asimmetrik kompozisiyanın qurulması üsulundan istifadə et.

6

Andrey Rublyov. Üç üqnum. XV əsr.

Gördüyün kimi, kompozisiya düzəldərkən müxtəlif epoxalarda müxtəlif üsullardan geniş istifadə etmişlər. İndi, nə zaman ki, artıq simmetrik və asimmetrik kompozisiyaların qurulması qaydası ilə tanış oldun, sən də onlardan öz düşüncələrini həyata keçirmək üçün istifadə edə bilərsən.

9


I

3. Vərəq seç Əgər burada verilmiş rəsmlərə diqqət yetirsəniz, görərsiniz ki, onlar müxtəlif cür formalardadır. Birinin dairəvi forması var, digəri dar və hündürdür, üçüncü isə – alçaq və enlidir. Rəssamlar rəsmi yaradarkən onun formasını özləri seçirlər.

Yan van Eyk

Filippo Lip

Leonardo da Vinçi

10


I

Sərbəst mövzuda iki rəsm yarat. Rəsmin birini eninə vərəqdə, ikincisini isə uzununa vərəqdə.

Uzununa vərəq Eninə vərəq

Sandro, 7 yaş

Nanuka, 7 yaş

?

1. Birinci rəsmin forması necədir? 2. Hansı rəsmdə daha çox fiqur əks olunmuşdur və onların forması necədir? 3. İkinci rəsmi təsvir et, burada əks olunmuş mühit səndə hansı təəssüratı yaradır?

11


I

4. Fəzada rənglər Rəngin bir əlahiddə xüsusiyyəti vardır – əgər yaxından diqqət yetirsəniz, o aydındır, lakin səndən nə qədər uzaq olsa, o öz kəskinliyini itirir və açıq rəngə çalır. Rəssamlar rəngin bu xüsusiyyətindən öz rəsmlərində tez-tez istifadə edirlər.

?

1. Sənin fikrincə, rəngin kəskinliyi uzaq məsafədə nə üçün itir? 2. Fikirləş, rəssamlar rəsm üzərində işləyərkən rəngin kəskinliyini azaltmaqla nəyə nail olurlar? 3. Birinci rəsmə diqqət yetir və təsvir et, harada daha tünd rənglərdən istifadə olunmuşdur – öndə və ya arxa planda? 4. Sənin fikrincə, tünd və açıq rənglərin bu cür düzülüşü hansı təəssüratı yaradır?

Şəkildə tamaşaçıya yaxın əks olunmuş hissə ön görünüşü, yaxud planı təşkil edir. Şəklin dərinliyində əks olunan görünüş isə arxa plan adlandırılır.

1

2

Təsəvvürünə gətir ki, sən yamyaşıl otla örtülü düzənlikdə dayanmısan, sənin önündə fəza açılır, uzaqda hündür yaşıl dağlar görünür, yuxarıdan isə mavi rəngli səma sənə baxır.

?

5. Bu cür peyzajı necə çəkərdin? Hansı hissə lap tünd yaşıl və hansı isə açıq yaşıl olardı?

Peyzaj çək, burada rənglərin sərtliyi vasitəsilə fəza təəssüratı yarat. Sənə artıq məlum olan rənglərin bir-birinə qatışdırılması üsulundan istifadə et.

3

12


5. Dəniz və fəza Dəniz sahilində olarkən, yəqin ki, fikirləşmisən, sənin önündə necə göz işlədikcə uzanıb gedən səma açılır. Vərəq müstəvisi üzərində həmin fəzanı necə əks etdirmək olar? Dənizdə, dağda, kənddə və yaxud şəhərdə olarkən hər hansı bir görünüş əgər xoşunuza gəlsə və onu kağız üzərinə köçürmək arzusunda olsanız, ilk növbədə müvafiq forma seçməlisiniz. Sonra isə kompozisiyanı format üzərində necə böləcəyin, onu bərabər şəkildə doldurub doldurmayacağın barədə fikirləşməlisən. Dəniz mövzusunda rəsm çək; çalış ki, orada dənizin sahilindən görünən ən yaxın məkanın təəssüratını əks etdirə biləsən. Vərəqdə karandaşla horizontal xətt çək. Bununla sən ön və arxa planı bir-birindən ayıracaqsan. Əyri-üyrü xətlər vasitəsilə dalğaları qeyd elə. Horizontal xəttin yaxınlığında iki müxtəlif ölçülü üçbucaq vasitəsilə yelkənli qayıq görünüşünü yarat.

Boya ilə işləməyə başlamazdan əvvəl, kağızdan uyğun ölçülü üçbucaqlar kəs və qayıqların yelkənlərinə ört. Sonra səmanın bir hissəsini islat və boyaları yaş səthə köçür – yuxarıya mavi, aşağıya isə – qırmızımtıl. Vərəq quruduqdan sonra qayıqlardan örtülmüş kağızları qopart və onları boya ilə işlə rəsmin aşağı hissəsində, bizə yaxın, quru kağızda qara, mavi və sarımtıl dalğavari cizgilərdən istifadə et. Uzaqda isə, yəni şəkilin yuxarı hissəsində, daha açıq rəngləri əks etdir. Artıq bildiyin kimi, bu sənə rəsmdə səmanı əks etdirmək imkanını verəcəkdir.

Lüğət

İllüziya — hər hansı bir şeyi eybəcərləşdirərək, səhvən əks etdirmək.

Qayıqların surətinin alınması üçün artıq qurumuş səthdə yaş süngər və ya pambıq vasitəsilə boyanı „yu“. Bu cür batmaqda olan Günəşin effektini alacaqsan və uzaq fəzanın illüziyasını yaradacaqsan.

13

I


I

6. Şən adamcığazlar Sən artıq bilirsən ki, şəkillərlə hadisələrin əks etdirilməsi olduqca həvəsləndiricidir. Bu şəkildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasının tələbəsi bir adamcığazın başına gələnləri əks etdirmişdir.

?

1. Hər bir hücrəyə yerləşdirilmiş adamcığazın pozasını, hərəkətini təsvir et. 2. Adamcığazın hər bir pozasının nə əks etdirdiyini müəyyənləşdirməyə çalış. 3. Şəkillərə əsasən adamcığazın tarixçəsini söylə.

İlk növbədə kağızı özünün seçdiyin material ilə tamamilə ört. Mari Xevsuriani. Adamcığazlar. 2009 il.

Sənin arzuladığın detalları – evləri, bitkiləri, heyvanları... hadisəni daha yaxşı söyləməkdə sənə kömək edəcək hər bir şeyi əks etdirə bilərsən.

Sonra müxtəlif əşya ilə təsvi­ rlə­ri yarat və yaxud applikasiya texnikasından istifadə et. Adamcığaz üçün hər bir epizoda uyğun poza və hərəkət axtarıb tap.

Sənin rəsmlərini bir böyük formatda yerinə yetirə bilərsən.

Adamcığaza ad qoy, dostlarınla birlikdə onun barəsində əhvalat düşünün və düşündüklərini şəklə köçürün.

14


I

7. Pəncərələrdə işıq Yaşıl ağaclarla əhatə olunmuş bu yaraşıqlı evlər adi şəklə bənzəyir, lakin, əgər diqqətlə baxsanız, görərsiniz ki, bu belə deyildir. İki mərtəbəli evlərin qapı – pəncərəsindən mavi rəngli, qızılgül rəngli və mərcan rəngli şüalar yayılır. Hündür ağacın yaşıl budaqlarında quşlar yuva salmışlar. Bu kompozisiyanın bütün elementləri-evlər, bulud, ağaclar və onların detalları müxtəlif cür düzəldilmişdir. Bir əl işində adi rəsm və kağızdan applikasiyanın bir neçə sadə, lakin effektli üsulundan da istifadə edə bilərsiniz.

Rəngli kağızdan sənin üçün arzu edilən bir neçə ev forması kəs. Qapıların, pəncərələrin və eyvanın detallarını və bu oyuqları da ehtiyatla kəs, onların konturlarını isə flomaster ilə çək.

Oyuq bəzi yerdə mavi rəngə çalır, bəzi yerdə isə otağın və ya rəngli pərdələrin rəngi görünür. Bu effektə çatmaq üçün rəngli kağızdan pəncərə formaları kəs və ilk növbədə onları formata, sonra pəncərələr düzəldiləcəyin hissəyə yapışdır. Evləri qat-qat seçil­miş formatda yapışıdır, yadın­ dan çıxarma ki, formatın rənginin təbii mühitin yara­ dılmasında böyük əhəmiyyəti vardır. Əgər lazımı formatın yoxdursa, ağ kağızı özün rəngləyə bilərsən.

Ağacların forma və ölçüsünü seç. Onlar evləri bütünlüklə örtməməlidir. Ağac budaq­ larında sənin üçün arzu olunan sakinləri sadala. Applikasiya üsulu ilə „Pəncərələrdə işıq“ mövzusunda rəsm işi yarat.

15


I

8. Parisdə gürcü sənətçiləri XX əsrin əvvəlində Paris müasir incəsənətin mərkəzi idi. Dünyanın müxtəlif ölkələrindən sənətçilər buraya gəlirdilər. Onlar arasında gürcü rəssamları da var idi: David Kakabadze, Elene Axvlediani, Ketevan Mağalaşvili, Şalva Kikodze, Feliks Varlamişvili, Lado Qudiaşvili və başqaları. Onlar burada müxtəlif rəssamlıq məktəblərində oxuyurdular, sərgilərdə iştirak edirdilər və Parisin rəssamlıq həyatına fəal qoşulmuşdular. Onların əksəriyyəti sonralar vətənə qayıtdı və fəaliyyətini burada davam etdirdi.

Lado Qudiaşvili. „Sosxali“ balığı. 1920-ci il

Lado Qudiaşvili. Faytonda kef süfrəsi. 1920-ci il

XX əsrin iyirminci illərində Parisin bir neçə qalereyasında naməlum bir gənc rəs­samın rəsm əsərlərinin sərgisi təşkil edildi. Şəkillərdə eləcə də naməlum, lakin cəlbedici şəhər həyatı əks olunmuşdu – qəribə geyimli kişilər, sanki rəqs edirdilər, faytona qoşulmuş atlar öz sərnişinlərini ildırım sürəti ilə aparırdılar, bütün detalları dinamik ritm birləşdirirdi. „Bu gənc kimdir, o kimləri çəkir?“ – deyə maraqlanan Parislilər soruşurdular. Bu şəkillərin müəllifi gürcü rəssamı Lado Qudiaşvili idi, o Parisə oxumaq üçün getmişdi. Onun əl işlərində isə köhnə Tbilisinin həyatı əks olunmuşdu. Lado Qudiaşvili Parisdə böyük nailiyyət qazandı. Onun bir neçə rəsm əsəri məşhur muzeylərin kolleksiyalarına düşdü. Onların sərgilənməsi barədə Parisdə maraqlı resenziyalar dərc edildi.

?

1. L. Qudiaşvilinin təqdim olunan əsərlərini təsvir et. 2. Necə fikirləşirsən, bu şəkillərdə göstərilən süjetlər hansı dövrü əks etdirir. Bunları tanımaq hansı detallarla mümkündür? 3. Bu gün bu cür geyimə harada rast gəlinə bilər.

16


Elə həmin dövrdə Fransada məşhur fransız heykəltəraşı Oqyust Rodenin emalatxanasında gürcü heykəltəraşı Yakob Nikoladze oxuyur və işləyirdi. O bu barədə kitab da yazmışdı – „Bir il Roden ilə“, burada Roden barədə və öz həyatı və yaradıcılığının bu mərhələsi haqqında söhbət açılır. Gürcüstana qayıtmış Yakob Nikoladze mədəni həyata fəal qoşulur. Yakob Nikoladzenin ən yaxşı əsərlərindən biri Rustavelinin müasiri, XII əsrin mütəfəkkiri və şairi, „Tamariani“ poemasının müəllifi Çaxruxadzenin portretidir. Çaxruxadze barədə demək olar ki, tarixi məlumat əldə olunmur, portreti yaratmaq üçün heykəltəraşın yeganə mənbəyi Çariça Tamaraya həsr olunmuş bu poetik əsər idi. Yakob Nikoladze. Çaxruxadze. 1948-ci il.

?

1. Çaxruxadzenin portretini təsvir et. 2. Bu portretə əsasən XII əsr şairini necə xarakterizə edərsən? 3. İlya Cavcavadzenin qəbir monumentini təsvir et. 4. İlya Cavcavadzenin ölümü barədə nə bilirsən?

Belə bir rəvayət mövcuddur ki, Yakob Nikoladze Çaxruxadzenin portreti üzərində uzun müddət işləsə də, elə hesab edirdi ki, buna heç cür nail ola bilmir. Bir dəfə, gildən portret düzəldərkən, qapını kimsə döyür. Heykəltəraş bulaşmış əllərini dəsmala sildi və bu tələsikdə dəsmalı büstün başına qoyur. Heykəltəraş qapını qonağın üzünə açır, onu içəri dəvət edir və geri dönəndə, donub qalır: büstün başında təsadüfən qoyulmuş dəsmal elə bir detal idi ki bu şairin sifətini formalaşdırır və portretə tamamlanmış sifət verir. Bu detalı sonralar müəllif mərmər üzərində də həkk etmişdir.

Yakob Nikoladze portret ustadı idi. O Akaki Seretelinin, İlya Cavcavadzenin, Eqnate Ninoşvilinin və başqa gürcü xadimlərinin portretini yaratmışdır. Dahi „Pələng dərisi geymiş pəhləvan“ poemasının müəllifi də Yakob Nikoladzenin diqqətindən yayın­ma­ mışdır. O, Rustavelinin bir neçə heykəlini və büstünü, eləcə də Rustaveli profilini əks etdirən relyefi yaratmışdı.

Lado Qudiaşvilinin və Yakob Nikoladzenin rəsmlərinin illüstrasiyasını axtarıb tap və onların yaradıcılığı möv­zusunda stendlər yarat.

 L ü ğ ət Yakob Nikoladze. İlja Cavcavadzenin qəbrinin monumenti. 1908-1910-cu illər

Büst — heykəltəraşlıq portreti, hansında ki, insanın yalnız başı və çiyinləri təqdim olunur.

17

I


I

9. Payız peyzajı Payız ilin ən gözəl fəslidir; dağ və aran min rəngə çalır. Yayın yaşıllığına payızın rəngləri qarışır, təbiət qırmızı, sarı, narıncı rəngə bürünür. Bildiyin kimi, yaxınlıqda yerləşən ağacların yaşıl örtüyü daha çox parlaq və sıx olur, nəinki uzaqdakı dağın yamaclarında sərilmiş ağacların rəngarəngliyi. Uzaq məsafədə rəng kəskinliyini itirir və əgər bu üsuldan istifadə etsən, şəkildə səmanın təsvirini ala bilərsən.

Sənin üçün arzu edilən peyzajı çək. Ön planda təsvirlər daha böyük ölçüdə olmalıdır. Şəkilə dərinlik effektinin verilməsi üçün isə, arxa planda verilmiş təsvirləri get-gedə kiçilt. Eləcə də, çalış, arxa planda daha açıq rənglərdən istifadə et ki, sənin peyzajında məkanı daha yaxşı əks etdirəsən.

Kontrast rənglərdən istifadə et. Əvvəlcə ön və sonra arxa planı müxtəlif rəngli boyalarla ört. Çalış ki, müvafiq rənglərdən(qırmızı, sarımtıl) istifadə etməklə payız əhvalruhiyyəsini gücləndirəsən. Vərəqi islat və fırçanın dairəvi hərəkəti ilə səmanı çək. Ön planı pastel ilə, yaxud rəngli karandaşlarla işlə, diş fırçası ilə isə, yaxud böyük ölçülü fırçanın vasitəsilə dağları boyalarla „döyəclə“. Arxa planda ağacların nisbətən aydın görünməyən təsvirini almaq üçün buluddan da istifadə edə bilərsən.

Kontrast rənglərdən istifadə etməklə payız peyzajını yarat. Müxtəlif cür faktura almaq üçün müxtəlif materialdan və üsullardan istifadə et.

18


10. Pişiyi hara qoyaq Şəkil çəkməyə başlayan zaman, əvvəlcə yəqin ki, nə çəkəcəyinə qərar verirsən; tutaq ki, pişik çəkmək istəyirsən. İndi, onu fikirləşməlisən ki, sənin pişiyini eninə, yoxsa uzunsov kağız üzərində çəkəcəksən, vərəqin ortasındamı yerləşdirəcəksən onu, yoxsa kənarındamı, o böyükmü olacaq, yoxsa kiçikmi... şəkilin kompozisiyası sənin qərarından asılı olacaqdır.

2 1 İstənilən əşyanın iri və ya kiçik siluetlərini kəs, onları müxtəlif ölçülü və formalı vərəqdə hərəkət etdir, axırda onun yerini formatda seç və yapışdır. Sənin qərarını əsaslandır.

3 4

?

1. Bu şəkillərdə pişik harada yerləşdirilmişdir? 2. Hansı şəkillərdə daha çox boş yer vardır? 3. Hansı şəkillərdə az boş yer qalmışdır? 4. Hansı nümunənin kompozitik həlli xoşuna gəlir və nəyə görə?

19

I


I

11. Zooparkın sakinləri Meşədə, dağda və istər lap zooparkda olarkən quşlar və heyvanlar aləminin bir çox nümayəndələrini görə bilərsiz. Təkəbbürlə gəzişən „taclı“ tovuz quşunun nağılvari rənglərini çəkmək üçün rəssama demək olar ki, bütün rəng palitrası lazım gələr. Çöl ördəyinin, durnanın və yaxud tutu quşunun xarakterik proporsiyaları, formaları və rəngləri böyük müşahidə tələb edir. Bir sözlə, seyr zamanı, yaxud zooparkda olarkən boş durmayacaqsan. Yaxşı olar ki, sadə karandaşlar və kağız həmişə əl altında olsun və sənin üçün maraqlı olan heyvanın və ya quşun surətini surətlə cızmağa çalış.

Məryəm və Mixo. 10 yaş.

Naturadan çəkilmiş təsviri sinifdə öz arzunla düzəldə və sonra boyalarla işləməyə başlaya bilərsən. Sizlərin hər biri ilk növbədə seçilmiş quşu xətlə çəkməli, sonra isə onu rəngləməlisiniz. Formatda təsviri bərabər bölməyə çalış.

20


I

Bir və ya bir neçə rəngdən istifadə etməklə, çəkilmiş quşlara müvafiq fon da yarat. İşin daha maraqlı olması üçün, hər birinizin çəkdiyi rəsmləri birləşdirin və bir böyük dekorativ əsərə çevirin.

Nino. 10 yaşında.

Tamuna və Levan. 10 yaşında.

Çalışın ki, hər bir rəsmə müvafiq çərçivə çəkəsiniz. Çərçivəni tərtib etmək üçün istifadə olunmuş rəngləri bir-birinə uyğunlaşdırın. Belə etdiyiniz təqdirdə, elə bir təəssürat yaranacaqdır ki, sanki ayrı-ayrılıqda deyil, lap əvvəlcədən birgə işləyirdiniz. Bu cür dekorativ rəsmlər ilə sinif otağında zooloji guşə də yarada bilər və onu get-gedə heyvanların və quşların yeni təsvirləri ilə artıra bilərsiniz.

Naturadan çəkilmiş təsvirlərin və sulu boyalar vasitəsilə arzu etdiyin quşu çək.

21


I

12. Hamısı mənim vətənimdir Ötən il sən Gürcüstanın bir neçə guşəsi ilə tanış oldun və onların peyzajlarını da çəkdin. Sən artıq bilirsən ki, bu guşələr öz təbiəti ilə bir-birindən fərqlənir və hər birinin yalnız ona xarakterik olan və təkrar olunmaz siması vardır, bütövlükdə isə onlar Bizim Vətəni – Gürcüstanı yaradırlar.

?

1. Birinci sətri bu dərsin başlığında verilmiş şeiri yadına sal.

Bu il biz Gürcüstanın guşələri barədə daha çox material öyrənəcəyik. Kaxeti: bu sözü eşidən kimi gürcünün gözləri önündə qürurla dayanan Qafqazın qarla örtülü dağları, Alazani çayı və onun sahilləri boyu uzanıb gedən Alazani vadisi canlanır.

?

2. Kaxeti adını eşidən kimi yadınıza daha nələr düşür? 3. Hansı gürcü rəssamı tərəfindən çəkilmiş Kaxeti peyzajı yadına düşür? 4. Kaxeti deyərkən hansı tarixi şəxsiyyət yadına düşür?

Merab Merabişvili. Telavidə II İraklinin heykəli. 1971-ci il.

Kaxeti. Alazani vadisi.

22


II İrakli atası II Teymurazın ölümündən sonra Kartli-Kaxeti çarlığının hökmdarı oldu. İrakli döyüşkən, Gürcüstana qayğı göstərən çar idi. Həyatının böyük hissəsini o, döyüşlərdə və yürüşlərdə keçirmişdi və bir çox hallarda sadə əsgər kimi yaşayırdı. Xalq ona məhəbbətlə „Balaca Kaxi“ adını vermişdi. Telavidə, onun doğulduğu şəhərdə İrakli bütün həyatını keçirmiş və elə oradaca vəfat etmişdir, onun heykəli ucaldılmışdır.

?

I

5. II İraklinin Telavidəki heykəlini təsvir et. 6. Sənin fikrincə, bu heykəl II İraklinin tarixi simasına necə uyğun gəlir?

Bodbi monastırı Kaxetinin görməli yerlərindən biridir, burada gürcülərin maarifçisi Müqəddəs Nino dəfn edilmişdir. Rəvayətə görə, bu Ninonun özünün arzusu imiş. Çar Mirian onun Svetisxovelidə, İsanın üst geyiminin (tunikinin) dəfn olunduğu yer yaxınlığında dəfn olunmasını istədi, lakin 200 nəfər adam müqəddəs Ninonun kiçik ölüm yatağını tərpədə bilmədi və onu elə oradaca, Bodbidə dəfn etdilər.

Bodbe monastırı. Müq. Giorgi kilsəsi, hansında ki, Müqəddəs Nino dəfn olunmuşdur

Monastırdan təqribən 3 km də müqəddəs Nino bulağı yerləşir. Deyilənlərə görə, bu bulaq Müqəddəs Ninonun duası ilə meydana gəlmişdir. Bu suda əl-üzü yuduqdan sonra bir çox ruhi və fiziki cəhətcə gücdən düşmüş insanlar müalicə olunmuşdur.

Müqəddəs Ninonun həyatından bulağın meydana gəlməsi epizodu ilə tanış ol və onu illüstrasiyaya çevir. Bodbedə Müqəddəs Ninonun məzarı.

23


II

13. Səth və faktura Sənin qarşında üç peyzaj vardır; hər üçündə eyni görünüş əks olunmuşdur. Birinci rəsmdə görünüş yalnız adi qara karandaşla yerinə yetirilmişdir, ikincisində – pastel ilə, üçüncüdə isə – yağlı boya ilə.

?

1. Hər bir rəsmi xarakterizə et. 2. Mülahizə yürüt, müxtəlif materialla işlənmiş eyni cür görünüş oxşar təəssürat yarada bilir, yoxsa yox.

1

2

Karandaşla işlənmiş rəsmdə dağlar yüngül görünür, pastel ilə işlənmişdə – nisbətən iri, yağlı boya ilə yaradılmışda isə onlar ağır və relyeflidir.

3

? 24

3. Sənin fikirincə, materialdan başqa bu fərqli təssürratı daha nə yaradır?


Birinci peyzajda dağın səthinin ağ rəngdə saxlanmış kağız səthi yaradır. İkincidə pastel ilə icra olunmuş dağların xovlu, sanki şəffaf səthi vardır, üçüncü isə, yağlı boya ilə çəkilmiş şəkildə geniş, qalın qatlarla dağların dolğun relyefli səthi əks olunmuşdur. Hər üç halda şəklin səthinin müxtəlif xüsusiyyəti vardır – aydın və sadə, xovlu və yüngül, dolğun və relyefik. Səthin xassəsinə, onun işlənmə xarakterinə faktura deyilir. Akvarel boyası özünəməxsus faktura yaradır.

Əvvəlcə, formatda karandaşla sənin arzu etdiyin peyzajı çək. Qab yuyan süngər və akvarel boyası ilə müəyyən effektin alınması üçün sadə paltar şpilkasından istifadə edə bilərsiniz. Peyzajın bəzi hissəsini fırça ilə çəkə bilərsən. Harada qab yuyan süngərlə yaradılmış fakturadan istifadə edəcəyini özün seç.

YAĞLI BOYA

Çox xırda toz halına salınmış boyanı (piqmenti) bitki yağına qatırlar, onu qarışdırıb açırlar və bu üsulla yağlı boya alırlar. Yağlı boyalarla əsasən kətan üzərində çəkirlər. Bu boyanı ilk dəfə XV əsrdə Hollandiyalı rəssam Yan van Eyk istifadə etmişdir. Sonra bu başqa ölkələrdə də geniş yayıldı.

Peyzaj çək. Akvarel boyaları və qab yuyan süngərlə kağızın səthində müxtəlif fakturalar yarat.

25

II


II

14. Əl işinin təyinatı İncəsənət əsərlərinə baxan zaman deyə bilərsən ki, bu incəsənətin hansı sahəsinə aiddir, hansı materialdan yaradılmışdır, onda hansı rənglərdən istifadə olunmuşdur və s, ancaq soruşsalar ki, onun hansı funksiyası vardır, yəqin ki, bu barədə düşünməli olacaqsınız. Bu fotolarda qədim Misir əşyaları əks olunmuşdur.

1

?

1. Burada verilmiş əşyalara diqqət yetir və onları təsvir et. Sənin ehtimalını bildir, qədim misirlilər bu əşyalardan nədə istifadə etmişlər.

2

3

4

26

Aşağıda verilmiş fotolarda xidmətçilərin kiçik ölçülü Misir heykəlləri əks olunmuşdur. Misirlilərin inanclarına görə, bu fiqurlar vəfat etmişə o dünyada xidmət edirdilər – pivə çəkirdilər, xörəklər hazırlayırdılar, geyinməkdə kömək göstərirdilər və s. Buna görə də bu heykəlləri əyanların dəfni zamanı onunla birlikdə qəbirə qoyurdular.


II

Boşqabın təyinatı hamıya məlumdur. Ancaq, bir çox hallarda onun funksiyasını dəyişirlər. Gözəl tərtib edilmiş boşqabı divardan asırlar və yaxud xüsusi hazırlanmış yerdə qoyurlar. Bu halda boşqab dekorativ funksiya daşıyır. Bir dəfəlik boşqablar üzərində işlə. Sənin arzu etdiyin istənilən təsvirdən istifadə et.

 Lüğət

Funksiya — təyinat, öhdəlik. Dekorativ — sakitləşdirici, verən.

gözəllik

27


II

15. Meşəni övladlarına saxla Meşə bizim sərvətimizdir. Onu planetin ağciyərləri adlandırırlar, çünki meşə bizim planetimizi oksigenlə təchiz edir. Oksigen isə insan üçün olduqca zəruri həyati mühit yaradır. Bizim əcdadlarımız bunu yaxşı dərk edirdilər. İlya Çavçavadze yazırdı: „Meşəyə xidmət və yeni meşələr salmaq və onu mühafizə etmək – təkcə bir şəxsin işi deyildir, bu bütün millətin işidir. Hər kimin ki, ürəyi öz məmləkəti üçün yanmırsa, o, məlumdur ki, ağacları allahsızcasına doğrayacaq, məhv edəcək və ona od da vuracaqdır“. Dərrakəli cəmiyyət nəinki təkcə meşələrə ehtiyatla yanaşır, hətta belə özü də meşələr salır, yaşıl örtüyü çoxaldır. Sinifiniz məktəbin həyətində heç olmasa bircə ağac əkə bilsə, çox yaxşı olardı. Siz bununla faydalı iş görmüş olarsınız.

?

1. Parkların və meşələrin qorunub saxlanılması nəyə görə zəruridir? 2. Ağac əkmək nə üçün yaxşı iş hesab olunur?

Zuqdidinin botanika bağı

Batuminin botanika bağı

XIX əsrdən Gürcüstanda bir neçə botanika bağı yaradıldı. Sameqreloda, Dadianilər saraylar kompleksinin tərkibinə botanika bağı da daxil idi, bu bağı salmağa Sameqrelonun knyazı David Dadiani başladı və sonra bu işi onun nəsilləri davam etdirdilər. Bu bağda müxtəlif növ xarici bitkilər və ağaclar əkdilər. Dadianilər əcnəbi bağbanlar da dəvət edirdilər və uzun illər ərzində bu gülüstanlığa ümidlə qulluq edirdilər. Gürcüstanın başqa şəhərlərində də botanika bağları salınmışdır: Tbilisidə, Batumidə və Suxumidə və burada nadir sortlu çoxlu bitki boy atır.

Tbilisinin botanika bağı

28


İnsanın məşğuliyyəti nəticəsində Yer kürəsinin təbiəti bir çox yerlərdə ilkin simasını dəyişmişdir – hava çirklənmiş, meşələr doğranmış, heyvanların və bitkilərin bir çox növlərinin kökü kəsilmişdir. İnsanlar  Lüğət Ekologiya – insanın ekoloji problemləri dərk edirlər, müxtəlif təşkilatlarda məşğuliyyəti nəticəbirləşir və təbiəti mühafizə etmək üçün mübarizə sində ətraf mühitin dəaparırlar. Bütün dünyada təbiəti mühafizə orqanları yişməsi məsələlərini və arasında ən güclü təşkilatlardan biri „Yaşıllar təbiəti mühafizə prohərəkatıdır“ ki, bu hərəkat Gürcüstanda da fəaliyyət blemlərini öyrənən elm. göstərir.

?

3. Meşələrin mühafizəsi ilə əlaqədar plakatları təsvir edin. 4. Bunların hər birində meşəni mühafizə etmək ideyası hansı üsullarla verilmişdir?

İstənilən çəkiliş materialından və ya kompüter texnologiyasından istifadə etməklə ekoloji mövzuda plakat yarat.

29

II


II

16. Qədim dünyanın heykəlləri Heykəltəraşlıq bəşəriyyətin tarixində əhəmiyyətli yer tutur. Qədim dünyada bu formada yaradılmış allahları əks etdirirdilər, öz əcdadlarını, ictimaiyyətin qabaqcıl üzvlərini – rəhbərləri, çarları heykəlləşdirir və onlara pərəstiş edirdilər. Hər bir ölkənin heykəltəraşlığının zəngin ənənəsi vardır. Şumerlərin heykəlləri çaylar arası (Mesopotamiya)mədə­ niyyətin maraqlı hissəsidir. Bu təsvirlər xarakterik sima tipi ilə seçilir. Heykəltəraş ibadətkar pozasında olan insanın geniş açılmış gözlərinə, qıvrım saqqalına, uzun libasına, başının, bədəninin, ətraflarının ölçülərinə xüsusi diqqət yetirir və proporsional nisbət isə şərtidir.

?

1. Burada verilmiş heykəllərə diqqət yetir və müəyyənləşdir, onlardan hansı daha şərtidir və nəyə görə? 2. Sənin fikrincə, hər bir heykəl cəmiyyətin hansı təbəqəsinin nümayəndəsini əks etdirir?

İbadətkarın fiquru. Şumer. B.e.ə III minillik

Qədim dövrün yunan heykəllərinin də olduqca şərti formaları var idi. Məsələn, atletlərin təsvirləri əvvəllər dartılmış və donmuş olurdu. Get-gedə heykəltəraşlar insanın bədəninin proporsi­ yalarının, hərəkətinin təbii verilməsinə nail oldular. Daş materialının möhkəmliyini, yumşaq, işlənilə bilən formalar əvəz etdi və heykəl sanki „hərəkətə gəldi“. Yunan hey­ kəltəraşları insanın hərəkətlərinə diqqət yetirməklə, onun bədəni haqqında çox şeylər öyrəndilər və bu bilik öz yaratdıqları əsərlərdə əksini tapdı.

İbadətkarın fiquru. Şumer. B.e.ə III minillik

?

3. Diqqət yetir və müəyyənləşdir, burada təqdim olunmuş yunan hey­kə­ llərindən hansı daha qədim dövrə aiddir. Sənin mülahizələrini əsaslandır. Kuros. Yunan heykəli. B.e.ə. 580 il.

30

Eirena. Yunan heykəli. B.e.ə. 370 il.


Daş heykəllər ilə yanaşı keçmişdə terrakotadan düzəldilmiş heykəllər də geniş yayılmışdır. Bu materialdan qədim yunanlar, etrusklar istifadə edirdilər. Hindistanda və Amerikada da terrakot heykəlləri yaradılırdı. Ən məşhur terrakota fiqurlarını 1974-cü ildə Çində, imperator Tsi Şin Xuan Dinin qəbrinin yaxınlığında tapmışlar. Torpağa təqribən 8100 terrakota fiquru – döyüşçülər, atlar, döyüş arabaları basdırılmışdı... Fiqurlar natural ölçüdə idi. Hər bir döyüşçünün fərdi görünüşü vardır, onların paltarının və silahının ən kiçik detalları belə canfəşanlıqla işlənib hazırlanmışdı. Alimlər terrakotada qalmış tozu tədqiq etdilər və belə bir nəticəyə gəldilər ki, heykəllər Çinin müxtəlif regionlarında hazırlanırmış. Məsələn, çəkiləri təqribən 200 kiloqram olan atlar, bilavasitə qəbrin yaxınlığında yerləşən emalatxanada yaradılırdı. Göründüyü kimi, bununla o, ağır çəkili yükün daşınması xərclərini azaldırmış.

?

4. Terrakota ordusuna diqqətlə nəzər yetir. Təsvir et, döyüşçülər hansı növ silahlarla təchiz edilmişlər. 5. Sənin fikrincə, bu heykəllər Çinin tarixi və mədəniyyəti barədə hansı məlumatı verir? 6. Necə fikirləşirsən, qədim çinliləri təsəvvür etmək üçün bu ordunun hansı təyinatı ola bilərdi?

Terrakota qoşunu. B.e.ə. III əsr.

İnternet vasitəsilə, yaxud da başqa yolla qədim dünyanın heykəlləri barədə məlumat topla və sinfə təqdim et.

Terrakota fiquru. B.e.ə. III əsr

Terrakota arabası. B.e.ə. III əsr

 Lüğət Atlet – qədim Yunanıstanda idmançı, hansı ki, atletika, ağırlıq qaldırmaqla məşğul olur. Terrakota – bişmiş rəngli gil.

31

II


II

17. Gülüş hədiyyə kimi Mimika sifətin təzahürüdür, sifətdə əks olunan emosiyadır. Biz sözsüz, yalnız mimika vasitəsilə öz təəssüratlarımı bir-birimizlə bölüşə, öz hisslərimizi əks etdirə bilərik, lakin adi qayda ilə söhbət etdiyimiz zaman, mimika təəssüratı gücləndirir, bizim söhbət mövzusuna münasibətimizi əks etdirir, bəzi hallarda deyilənə münasibəti də dəyişir. Kompüter və mobil telefon vasitəsilə biz tez-tez mimika dilindən istifadə edirik, nə zaman ki, bir-birimizə gülümsər və ya narahat olmuş smaylik təsvirlərini göndəririk. Bu təsvirlər insanın mimikasına müşahidə nəticəsində yaradılmışdı, lakin, məlumdur ki, olduqca şərti və sxematikdir. Bu cür təsvirlərin böyük üstünlüyü ondadır ki, onlar hərəkət edəndir. Onların vasitəsilə insanlar vaxta qənaət edirlər və öz emosiyalarını bir-biriləri ilə bölüşməyi bacarırlar.

Real həyatda mimika nisbətən daha rəngarəngdir. Buna əmin olmaq asandır, əgər güzgüdə özünüzə diqqət yetirsəniz, sonra isə hər hansı bir emosiyanın sxematik əksinə çalışsanız, buna əmin ola bilərik. Müxtəlif mimikanı əks etdirən təsviri yaratmaq üçün adi çəkiliş materialı da kifayət edər, lakin, daha yaxşı olar ki, kompüterin imkanlarından istifadə edəsən (məsələn – Paint proqramı) və müxtəlif tipli bu cür təsvirlər yaradasan. Emosiyanı əks etdirən şərti təsvirlər yarat və dostlarına göndər. Təqdimat zamanı alınmış məlumatı mimika ilə təsvir etməyə və səsləndirməyə çalış.

32


II

18. Silindir ilə ottisk Adi rəsm materialı ilə yerinə yetirilmiş şəkildən fərqli olaraq, ottisk texnikası imkan yaradır ki, vaxta və enerjiyə qənaət edəsən və kifayət qədər böyük sahəni rəsmlə sürətlə örtəsən. Ottisk silindrdən istifadə etməklə mümkündür. Bu geniş yayılmış metoddur. Silindrin forması rəsmi arzu edilən səthə sürətlə köçürməyə və yaxşı keyfiyyətli surət almağa imkan verir.

Silindir formalı qutunun örtüyünü və dibini mərkəzdə ehtiyatla deş və kifayət qədər uzunluğa malik ağac və plastik kütlə çubuğu keçir. Çubuq və ya plastik kütlə mütləq möhkəm bərkidilmiş olmalıdır ki, silindrin bərabər hərəkətinə mane olmasın. Silindri nazik qab yuyan silikon süngərdən da düzəldə bilərsən. Bunun üçün həmin süngəri nazik oxa sarımalı və sapla bərkitməlisən.

Silindrə yapışqan ilə kəndir yapışdır; çalış ki, silindrdə kəndir ilə əyri-üyrü və yaxud dalğavari xətlər alasan. Əvvəlcədən bir dəfəlik boşqabda boya hazırla, silindri onda islat, çalış ki, kəndir boyanı yaxşıca hopdursun, sonra isə ox vasitəsilə silindri əvvəlcədən hazırlanmış material – karton, ağac, parça və s. üzərində sürətlə hərəkət etdir. Alınmış ottisk ilə şəkilin çərçivəsini bəzəyə bilərsən.

Silindr vasitəsilə arzu etdiyin səthdə ottisk yarat.

33


II

19. Yağışlı hava Müxtəlif rəngli və fakturalı rəsm və qablaşdırma kağızından bir çox elə əl işləri yaratmaq olar ki, bunlar çəkilmiş şəkillərdən heç nə ilə geri qalmaz. Sənin üçün yaxşı tanış olan applikasiya texnikası, nəinki təkcə insan fiqurlarını, eləcə də evlər, dağlar və yaxud müxtəlif əşyanı əks etdirmək imkanı verir. Fantaziyanı işə salsan, günəşli və ya yağışlı təsviri də ala bilərsən. Bu texnikanın özünəməxsusluğu ondan ibarətdir ki, fikrini dostun ilə birlikdə də həyata keçirə bilərsən. Birgə işləmək isə daha səmərəli və maraqlıdır.

Nana. 11 yaşında

Applikasiya üsulundan istifadə etməklə sənin üçün arzu edilən ilin mövsümünü və yaxud havasını əks etdirən kompozisiya yarat. İlk növbədə, rəngli kağızlardan sənə kifayət edəcək miqdarda fikirləşdiyin təsvirləri yaratmaq istədiyin əşyaların və yaxud həndəsi formalar kəs. Bəzi formanı qayçının əvəzinə bir başa əlinlə cırılmış kağızdan ala bilərsən. Kağızın rənginə, fakturasına və yaxud onun səthində rəsmə xüsusi diqqət yetir. Kağız ilə birlikdə kompozisiyada rəngli qayışlardan, qaytanlardan və istənilən başqa materialdan istifadə etmək olar.

34


II

20. Dördayaqlı dost Əgər evdə sevimli dördayaqlı dostun varsa, onun cinsi, vərdişləri, xasiyyəti barədə hər şeyi biləcəksən. Hətta bəlkə tez-tez itinin cinsi və ağıllı olması ilə öyünürsən də. Bu heç də təəccüblü deyildir. Dostu ki, hər şeydən yaxşı hesab edirik. Çalış, səni evdə intizarla gözləyən itin şəklini çək. Əgər evdə itin yoxdursa, təsəvvürünə gətir ki, o necə olacaqdır. Çalış onun xarakterik əlamətlərini üzə çıxart: rəngini, formasını, hərəkət manerasını. Özünü də heç unutma, ona qayğı göstərmək, onu hər gün gəzintiyə çıxarmaq sənin borcundur. Burası da vardır, gəzinti zamanı yeni dostlar da tapa bilərsən. İt sahibləri bir-biriləri ilə söhbət etməyi sevirlər, onların ki, bir çox ümumi maraqları vardır.

Akvarel boyası ilə „Mən və mənim dördayaqlı dostum“ mövzusunda rəsm çək.

Sənin dördayaqlı dostunu çəkərkən çalış onun xarakterik xüsusiyyətlərini, məsələn: uzun qulaqlarını, qısa quyruğunu, yumru başını, bədənindəki ləkələri dəqiq əks etdirəsən. Yaxşı olar ki, birgə gəzməyi sevdiyiniz mühiti hafizəndə bərpa edə və əks etdirəsən. Akvarel boyası ilə çəkilmiş rəsm səbir və diqqət tələb edir. Boyaya batırılmış fırça ilə çəkiləsi şeyləri əvvəlcə sınaq vərəqində et və yalnız bundan sonra işləməyə başla. Vərəqdə evlər çək. Sonra ön plana insanların və dördayaqlı dostlarının təsvirlərini rənglə ört. Quruduqdan sonra flomasterlə və yaxud karandaşlarla konturunu düzəlt və onu işlə.

Nino. 11 yaşında

35


II

21. Hamısı mənim vətənimdir Kaxeti barədə söhbəti davam etdiririk. Kaxeti memarlıq abidələri ilə olduqca zəngindir; onun Alazani vadisində yerləşən Alaverdi məbədi Kaxetinin bəzəyidir. Bu Gürcüstanda ən hündür məbəddir. Onun yuxarıya ucalmış formasına və proporsional yerləşməsinə görə xalq onu „ağ qu quşu“ adlandırır. „Alaverdi“ türk – ərəb mənşəli sözdür və „Allahın verdiyi“ deməkdir. VI əsrdə bir Assuriyalı keşiş, İosif, Kaxetin müxtəlif guşələrində ibadət edirdi. Axırda o Alaverdi kəndinə yaxın bir yerdə məskən saldı. Bir dəfə sən demə müqəddəs keşiş ova çıxmış Kaxetili tavad ilə rastlaşdı və ona Allah sözü ilə müraciət etdi. Xristian dinini qəbul edən zadəganın köməyi ilə keşiş İosif Müqəddəs Giorginin adına balaca bir kilsə tikir. Müqəddəs keşiş ilə yaxınlaşmaq arzusu ilə oraya çoxlu dindar köçüb gəlir. İosif Alaverdili vəfat edəndə onun şagirdləri keşişi özü tərəfindən tikilmiş məbəddə dəfn edirlər. XI əsrin başlanğıcında Qax çarı Kvirike Müqəddəs Giorginin adına tikilmiş balaca kilsənin yerində Alaverdinin böyük məbədini tikdi. Alaverdi gürcü memarlığının görünməmiş çiçəklənən dövründə Sxetisxoveli və Baqrat məbədlərinə bənzər tikildi. Bu üç məbədin ümumi çox şeyi vardır, lakin Alaverdi onlar arasında bununla seçilir ki, o son dərəcə sadədir, onun fasadları bəzəkdən, relyeflərdən məhrumdur.

Alaverdi. XI əsrin başlanğıcı.

?

1. Kaxetinin daha hansı abidələrini tanıyırsan?

Axali Şuamta. XIV əsr.

Bu cür sadəlik, bəzək xəsisliyi, ümumiyyətlə, Kaxetinin memarlığına xarakterik cəhətdir. Kaxetinin memarlığına eləcə də uzadılmış, yuxarıya baş alıb gedən, ucalığa can atan görünüş və proporsiyalar xarakterikdir.

? 36

Şuamta abidəsinin proporsiyalarını və bəzək – düzəyini xarakterizə et.


Yəqin ki, Assuriyalı keşişlərin VI əsrdə Gürcüstana gəlmələri və burada fəaliyyət göstərmələri barədə eşitmisən.

?

3. Sadala, hansı assuriyalı keşişi tanıyırsan?

Assuriyalı keşişlərdən biri David idi, bu keşiş əvvəlcə Tbilisidə, Mama-David dağında(Mtasminda) fəaliyyət göstərirdi, sonra isə Kaxetidə Qareci düzünə getdi və öz şagirdləri ilə birlikdə orada çoxlu monastır yaratdı. Buna görə də ona David Qareceli adını verdilər. David Qarecinin monastırlarından birində, Lavrada dəfn olunmuşdur. Udabnonun əsas məbədində rəsm nümunələri qalmışdır ki, burada da David Qarecelinin və onun şagirdi Lukianinin həyatını əks etdirən səhnələr təqdim olunmuşdur.

David – Qareci. Udabno monastırı əsas abidəsinin rəssamlığı. XI əsr.

Udabnoda, harada ki, nə su var idi və nə də qida, Müqəddəs Davidin yanına marallar gəlir və David Ata və Lukiani onların südü ilə qidalanırdılar. Bir dəfə də onların yaşadıqları yerə dəhşətli yırtıcı dadandı və maralların balalarını oğurlayıb aparırdı. Müqəddəs David çubuğu əlinə götürdü və vəhşiyə o yerdən uzaqlaşmağı əmr etdi. O da bu əmrə tabe oldu, lakin səmadan ildırım çaxdı və onu yandırdı. Mələk Davidə bildirdi ki, bu Allahın iradəsi idi. Bu illüstrasiyada məhz həmin səhnə əks olunmuşdur. MÜQƏDDƏS ŞIONUN MÖCÜZƏSI Müqəddəs Şio Mğvimeli bir çox möcüzələr icra edirdi. Bir dəfə monastırın sürüsünə canavar hücum etdi. Şio Ata dua etdi və canavara əmr etdi ki, bundan sonra nəinki təkcə sürüyə basqın etməsinlər, həm də ona çobanlıq etsinlər. Doğrudan da, bundan sonra canavar müqəddəs keşişin xeyir-duasını itaətkarlıqla yerinə yetirirdi. Şio Mğvimelinin həyatı haqqında mətnlə tanış ol və onu şəkilə çevir.

37

II


II

22. Qırmızı papaqlı göbələklər Yazda, yağışdan sonra, meşədə çoxlu göbələk bitir. Göbələk həvəskarları bunu bilirlər və onu toplamaq üçün əllərində böyük səbətlər məhz yağışdan sonra meşələrə yollanırlar

?

1. Göbələyi harada görmüsən? 2. Bütün göbələkləri yemək olarmı? 3. Göbələk insana nə kimi zərər verə bilər və nəyə görə?

Göbələk qəribə canlıdır. Onun bitkilərdən fərqli olaraq nə kökləri vardır, nə də yarpaqları, nə çiçək açır və nə də bar verir. Göbələyin bir çox növləri mövcuddur, lakin onların hamısının bir ümumi əlaməti vardır – onların „papaqları var“ . Müxtəlif sortlu göbələyin papağı müxtəlif formalı və rənglidir. Göbələk ayaq üstə başına qoyulmuş papaqla bir çox hallarda canlı vücudu xatırladır. Müxtəlif materialdan qırmızı papaqlı şən göbələklər hazırla.

Bu işi başa çatdırmaq üçün sənə iki müxtəlif ölçülü birdəfəlik stəkan, rəngli kağızlar, boyalar, yapışqan, pambıq lazımdır.

38


II

G

A B

a) Kvadrat formasında qırmızı kağız götür və onu dörd yerə qatla; b) alınmış kvadratın açıq ucunu dairə şəkilli kəs; c) bu cür qırmızı dairə alacaqsan, bunun mərkəzindən əvvəlcə kiçik üçbucaq çək və sonra kəs; d) kəsilmiş ucları bir-birinə yapışdır. Göbələyin papağını alacaqsan, bunun üzərinə ağ kağızdan kəsilmiş dairələr və yaxud pambıq topaları yapışdıra bilərsən.

D

İki bir dəfəlik stəkanı bir-birinə yerləşdir. İndi sənin göbələklərini canlandırmağa çalış. Fırça və boyaqla gözlər və ağız-burun çək; bunun üçün rəngli kağızdan da istifadə edə bilərsən. Çalış, göbələklərin „sifətlərində“ müxtəlif ifadə vasitələri əks etdir, bir də ki, sən artıq mimika barədə çox şey bilirsən.

Stəkanların başına papaq qoy, budur, sənin göbələyin də artıq hazırdır. Sənin göbələklərinə müvafiq mühit də düzəldə bilərsən və onları orada yerləşdirə bilərsən.

39


II

23. Fiqurlar və ətraf mühit Əgər şəkildə çoxlu adam əks olunubsa, deyirik ki, kompozisiya çox adamlıdır, lakin ümumi təəssüratı formatda bu fiqurların yalnız miqdarı deyil, onların bölünməsi də yaradır.

1

?

2

1. Burada təqdim olunmuş kompozisiyanı təqdim et. 2. Onların hər birində kompozisiya necə bölünmüşdür?

Şəkildə məkan, yəni format tamamilə təsvirlərlə doldurulan zaman, tamaşaçıda yüklənmiş, tam doldurulmuş təəssüratı yaranır, əgər bu qədər təsvir formatın yalnız bir hissəsini tutursa, onda daha çox əskiklik təəssüratı qalır. Çoxfiqurlu kompozisiya yaradan zaman şəkildə mühitin hansı yeri tutmasına – səma, torpaq, interyer və onların detallarına –daha böyük əhəmiyyət verilir. Buna müvafiq olaraq, tamaşaçı başa düşür ki, bu və ya digər səhnə yaxındanmı görünür, yoxsa uzaqdanmı; diqqət yalnız fiqurlara yönəldilmişdir, yoxsa hərəkətin baş verdiyi mühit də əhəmiyyətlidir.

?

Edqar Deqa. Yeni Orleanda pambıq ofisi. 1873-cü il.

40

3. Edqar Deqanın şəklini təsvir et. 4. Fiqurları, onların məşğuliyy­ ətini, interyerini və mühitini xa­ rakterizə et. 5. Bu şəkildə hansı atmosfer hökm sürür?


Peyzajın və otağın hər bir elementi şəklin ümumi əhval-ruhiyyəsinin yaradılmasında mühüm rol oynayır. Rəssam kompozisiyanı qurarkən ətraf mühitin detallarını incədən-incə əks etdirən zaman şəklə daha çox hekayət xarakteri verilir . Tamaşaçı nəinki təkcə fəaliyyət göstərən personajlarla, eləcə də detallarla tanış olur ki, bu da ümumi əhval-ruhiyyənin yaradılmasına kömək göstərir. Ətraf mühitin şəkildə əks etdirilməsi məkanın verilməsinin əhəmiyyətli vasitələrindən biridir.

Piter Breygel. Uşaq oyunları. 1560 –cı il.

Peyzajın və yaxud interyerin detallarına, fiqurların ölçülərinə və ətraf mühitlə onların uyğunluğuna əsasən, tamaşaçı təsvirə yaxından, yoxsa uzaqdan baxıldığını, yalnız fiqurlaramı diqqət yetirildiyini, yoxsa ətraf mühitin bütün detallarının əhəmiyyətli olmasını başa düşür.

?

Ernst Kirxner. Rəssamlar. 1926-1927-ci illər.

6. Burada təqdim olunmuş şəkillərə diqqət yetir. Onların hər birində məkan necə verilmişdir? 7. Necə fikirləşirsən, Breygel və Kirxnerin şəkillərində hərəkət uzaqdan baxılıb, yoxsa yaxındanmı? Sənin mülahizəni əsaslandır. 8. Sənin fikrincə, hansı şəkil diqqətlə nəzərdən keçirilməyi tələb edir və nəyə görə?

Sənin üçün arzu edilən olan mövzu seç və çoxfiqurlu kompozisiya yarat. Formata, kompozisiyanın bölüşdürülməsi üsuluna və ətraf mühitə diqqət yetir.

41

II


II

24. İllüstrasiyalı „Odissey“ Bildiyin kimi, miflər insan tərəfindən uydurulmuş hadisələrdir, lakin onlar bir çox hallarda real surətdə baş vermiş hadisələri də əks etdirir. Qədim dünya ölkələrinin – Misirin, Mesopotamiyanın, Yunanıstanın mifologiyası, onların incəsənətinin ayrılmaz hissəsidir. Populyar miflər incəsənətin müxtəlif sahələrinin : ədəbiyyatın, musiqinin, təsviri incəsənətin əsərlərində əks olunmuşdur. Homerin məşhur „Odissey“ əsərində yunan mifik qəhrəmanın – Odisseyin uydurmalarla dolu həyatı əks etdirilmişdir. Troya müharibəsinin qəhrəmanı uzun illər boyu öz evinə, İtaka adasına qayıtmağa can atır, burada onu özünün sadiq ömür yoldaşı Penelop gözləyir. Bu maraqlı tarix uzun əsrlər boyu incəsənət nümayəndələrini həyəcanlandırır. Yunan keramikası nümunələrində „Odissey“ in demək olar ki, bütün epizodları əks olunmuşdur.

1

Con Uiliam Uoterhaus. 1890-cı il.

2

Vazanın təsviri.

Odisseyin tarixini müxtəlif əsrlərdə ingilis, italyan, fransız, rus rəssamları şəkilləşdirirdilər. Onların hər birinin özünəməxsus təqdim etdiyi yunan qəhrəmanı və onun yaxınları, həmin epoxanın yunan aləmi vardır. Bu təbiidir də, çünki miflərdə təsvir olunmuş yerlərin və yaxud personajların barəsində təfərrüatı ilə heç nə məlum deyildir. Alimlər bu gün belə bu barədə mübahisə aparırlar ki, Odisseyin doğma adası İtaka harada yerləşir.

?

1. Sənin fikrincə, birinci və ikinci illüstrasiyalarda „Odisseyin“ hansı epizodu əks etdirilmişdir?

Roma divarının rəsmi. b.e.ə. I əsr.

42

3


II

„Odissey“ də təsvir olunmuş personajlar, onların geyiminin detalları, saç düzümü, gəmiləri və döyüş silahları əsərin yaradıldığı epoxaya müvafiq olaraq dəyişir.

?

2. Dördüncü və beşinci illüstrasiyaları təsvir et. 3. Necə düşünürsən, onlar hansı ölkədə yara­ dılmışdır.

4

5

Pinturikkio. Penelope və adaxlıları. 1509-cu il.

İrakli Parciani. Odisseyin gəmisi. 1983-cü il.

Homerin „Odissey“ XX əsrin gürcü rəssamı İrakli Parciani şəkini vermişdir. Pastel ilə çəkilmiş qrafik nümunələrdə orijinal və xarakterik personajlar əks edilmişdir.

?

6

4. Yeddinci illüstrasiyada təqdim olunmuş nümunələri təsvir et. 5. Burada təqdim olunmuş bütün illüstrasiyada əks edilmiş „Odisseyin“ iki personajını – Penelope və Odisseyi bir-biri ilə müqayisə et.

İstənilən rəsm materialı ilə „Odi­ s­sey“ dən hər hansı bir hissəni şəkilləşdir.

7

İrakli Parciani. Odissey ilə Penelopenin görüşü. 1983-cü il. Jan Jak Laqrene. Odisseyin oğlunun – Telemakın Elene tərəfindən tanınması. 1795-ci il.

43


II

25. Yelpik Heç fikirləşmisənmi, yelpiyin hansı funksiyası vardır? Sənin cavabın sadə olacaqdır. Yelpik yayın isti günlərində zəruri əşyadır; qadınlar yelpiyi yellədirlər və özlərini belə sərinləndirirlər. Halbuki yelpiyin bir zamanlar başqa bir çox təyinatları da var idi. Gəl, başdan başlayaq – yelpik harada meydana gəlmişdir? Qədim zamanlarda Çində yumru, qulplu yelpik işlədirdilər ki, bunu da utiva adlandırırdılar. Bambukun halqavari çərçivəsinə kağız və ya ipək parçası yapışıdırılırdı ki, bu da şəkillərlə bəzədilmiş olurdu. Açılan yelpik çox uzun illər bundan əvvəl Yaponiyada meydana gəlmişdir. O sensu adlanır. Bir sözlə, yelpiyin vətəni Şərqdir. Orta əsrlər Yaponiyasında qadınlar sifətlərini yelpiklə örtürdülər, çünki belə hesab edirdilər ki, yelpik onları bəd nəzərlərdən qoruyacaqdır. Eləcə də belə hesab olunurdu ki, yelpiyin yelləndirilməsi bəd nəzərləri qovur. Yelpiklələ rəqs bütövlükdə bir incəsənət idi və onu Yaponiyada qızlara xüsusilə öyrədirdilər. Yaponiyada yelpiyi yalnız qadınlar deyil, kişilər də istifadə edirdilər. Məsələn, o Samurayların əsas atributu idi; yapon teatrlarının birində isə bütün aktyorların, istər qadın olsun, istər kişi, səhnəyə çıxan kimi əlində mütləq yelpik olmalı idi. Bu əşyadan mərasimlər zamanı Yapon kahinləri də istifadə edirdilər. İri ölçülü şəkilli yelpiklər ilə yaponlar otaqların divarlarını da bəzəyirdilər.

 Lüğət

Samuray — Kəlməsi-kəlməsinə xidmət deməkdir. Yaponiyada hərbi feodal təbəqə, eynən qəhrəman. Ritual — Dini xarakterli adət-ənənələrin birliyi.

44


II

Yelpiyi Avropaya XVI əsrdə Çindən portuqaliyalı tacirlər gətirmişlər. O, İngiltərədə, İspaniyada, İtaliyada geniş yayıldı. İngiltərədə akademiya da yaradıldı ki, burada da yelpikdən istifadə etmə qaydalarını öyrədirdilər. İngiltərə kraliçası Elizabet belə bir qayda yaratdı ki, yeganə hədiyyə, hansını ki, onun tabeliyində olanlar kraliçaya hədiyyə edə bilərdilər, bu yalnız yelpik ola bilərdi. Ona görə də kraliça Elizabetanı „Yelpiklərin himayədarı“ adlandırırdılar. Yelpik İspaniyada xüsusilə populyar idi. İspan qadını evdən yelpik olmadan çıxa bilməzdi. Burada XVII-XVIII əsrlərdə „yelpik dili“ yarandı. Qadınlar yelpiyi hərəkət etdirməklə öz pərəstişkarları ilə „söhbət edirdilər“. Yelpiyin hər bir hərəkəti bir məna ifadə edirdi. Məsələn, arxa ağız ilə həmsöhbətə doğru çevrilmiş yelpik „yox“ demək idi. Yelpik müxtəlif materialdan hazırlanırdı. Açılan yelpiyin „skeletini“ bambukdan, tısbağa çanağından, fil sümüyündən və başqa materiallardan hazırlayırdılar; üzərinə ipək, kağız çəkirdilər, şəkillərlə, gipürlə, tikmələrlə, lələklərlə tərtib edirdilər. Çinlilər və yaponlar yelpiyin üstündə yazılar da yerləşdiridilər.

Nisbətən qalın kağıza istədiyin ornament və ya təsvir çək və yaxud da applikasiya ilə bəzə, sonra kağızı nazik zolaqlara qatla. Vərəqin bir tayını yenə sap ilə bağla . Bu hissəni muncuqlarla və yaxud başqa materialla bəzəyə bilərsən.

yelpikli Samuray

Kağızdan rəsmlə çəkilmiş yelpik yarat.

45


III

26. Portret Bildiyin kimi, portret konkret adamın təsviridir. Portret çəkərkən rəssam çalışır ki, insanın xarici görüşünün və xarakterinin özünəməxsusluğunu əks etdirsin. Bu mürəkkəb vəzifədir və müxtəlif rəssamlar bunun həllinə müxtəlif cür can atırlar.

?

1. Hər bir portreti təsvir et. 2. Portretdə əks olunmuş insanları xa­ ra­kterizə elə.

Rəfael. Baldasare Kastillionenin portreti. 1514-1515-ci illər.

 Lüğət İnteryer – binanın memarlıq və rəssamlıq cəhətdən formalaşdırılmış daxili hissəsi. Detal – bütövün hissəsi.

Vinsent van Qoq. Ata Tanqinin portreti. 1887-ci il.

Portret üzərində işləyərkən rəssamlar insanın geyiminə, saç düzümünə, bəzəkdüzəyinə və ya başqa əşyalarına xüsusi diqqət yetirirlər ki, bu da müşahidə edən tamaşaçıya şəkildə əks olunan insan barədə maraqlı məlumat verir.

? 46

3. Bu portretdə sənin diqqətini hansı detallar çəkir və nəyə görə?


Dostun, ailə üzvünün və yaxud istənilən başqa adamın portretini yaradarkən rəssamlar insanı gah sadə, bir rəngin fonunda əks etdirirlər, gah da az – çox onun ətrafındakı ətraf mühiti dəqiqliyi ilə çəkirlər; peyzajın və ya interyerin bir çox detallarını əks etdirirlər ki, bu da beləcə bu konkret insanın xasiyyətinə, onun məişətinə uyğun gəlir.

?

4. Vinsent van Qoqun və Edqar Deqanın rəsmlərində fonun detallarını təsvir et. 5. Fon bu şəxsiyyətlər barədə hansı məlumatı verir?

III

Bronzino. Eleonora Toledoel öz oğlu ilə birlikdə. 1550-ci il.

Edqar Deqa. Kişi portreti. 1878-ci il.

Rəssam bəzən portreti naturadan çəkir, yəni konkret insan onun qarşısında oturur, rəssam həmin insana baxır, müşahidə edir, öyrənir və kətan üzərində əks etdirir. Bəzən rəssamın hafizəsində həkk olunmuş insan surəti və onun xarakterik əlamətləri rəssama təkan verir ki, bu adamın portretini öz hafizəsinin gücü ilə çəksin. Rəssamlar tez-tez bu zaman özləri də ayrı-ayrı detalları əlavə edirlər, lakin bu detallar təsadüfü, deyildir, bunlar həmin insanın xarakterini və daxili aləmini daha yaxşı əks etdirir. Sənin hər hansı bir dostunun və yaxud adamının portretini naturadan və yax­ ud təxəyyülünün gücü ilə yarat. Fona və xarakterik detallara xüsusi diqqət yetir.

47


III

27. Əyləncəli şpilkalar Bir çox hallarda gündəlik həyatımızda istifadə etdiyimiz sadə bir əşyanın təyinatını dəyişdirə bilərik. Yəqin evinizdə şpilkalarınız var və bunlardan da istifadə edərək ananız paltarı kəndirə bərkidir. Diqqət yetir, bunlardan sənin həmyaşıdların öz əl işlərində necə istifadə etmişlər. Bəzisi rəngli kağızlardan və şpilkalardan cücələr düzəltmişdir, bəzisi yarasalar, bəzisi isə inək. Onların həqiqətən olduqca əyləncəli şpilkaları alınmışdır.

Paltar şpilkalarından, müxtəlif rəngli kağızlardan, süni və ya təbii materialdan istifadə et və öz fantaziyan ilə əyləncəli şpilka yarat.

48


III

28. İnteryerin eskizi Təsviri incəsənət nümunələri ilə tanış olarkən yəqin nəzərinə çarpdı ki, rəssamlar tez-tez müxtəlif interyerlər – zəngin sarayların, məbədlərin, evlərin və s. təsvirini çəkirlər. İnteryerin təsvirini yaratmaq üçün heç də əsl rəssam olmaq zəruri deyil. Fikirləş, necə sinif otağında oxumaq istərdin, yaxud da necə otaqda ürəklə yaşamaq istərdin və sənin təsəvvüründə yaranmış interyer eskizini çəkməyə çalış. Əl işini başa çatdırarkən eskizini yaratdığın otağın təyinatını yadından çıxarma : sinif otağında hökmən partalar və stullar olmalıdır; sənin otağında isə yəqin stol, çarpayı, şkaf və s. Burada təqdim olunmuş illüstrasiyalar tapşırığın yaxşı yerinə yetirilməsində sənə kömək olacaqdır. Anri Matiss

Key Krin

49


III

29. Şəkil, epoxa, ölkə İncəsənət əsərləri, bir qayda olaraq, əsərin yaradıldığı ölkələr barədə böyük məlumat verir. Piramidalar yaxud da Parfenon, Pompeyin villaları, onların rəsmləri, yunan keramikası və başqa şeylər olmasaydı və yalnız tarixi mənbələrə söykənsəydik, Qədim sivilizasiyalar barədə bizim təsəvvürlərimiz yəqin ki, olduqca cılız və ya yanlış ola bilərdi. Bu və ya digər ölkənin incəsənət əsərlərini diqqətlə öyrənmək bizə bu imkanı verir ki, onların şəhərləri və kəndləri, küçələri və meydanları, zənginlərinin və sadə adamlarının gündəlik həyatı barədə bizdə müəyyən təsəvvür yaransın.

?

1. Yan van Eykin təqdim olunmuş rəsmini təsvir et. 2. Arxa planda təqdim ol­unmuş hərəkətə diqqət yetir və onu təsvir et. 3. Ön və arxa planda təqdim olunan səhnələr arasında hər ha­n­sı bir əlaqə mövcuddur yoxsa-yox?

Domeniko Qirlandayo. İohan Natlismtsemelinin doğulması. Fraqment. 1486-1490-cı illər.

Yan van Eyk. Kansler Rolenin Madonnası. 1435-ci il.

50


III

Bəzən rəssam detalları xırdalıqlarına qədər əks etdirir, belə əl işi süjet, hərəkətdə olan insanlar və ətraf mühit barəsində daha dəqiq təsəvvür yaradır. Bu nöqteyi-nəzərdən ilkin İntibah ustalarının əsərləri xüsusi ilə maraqlıdır. Detallarla əks etdirmək onları xüsusilə çox cəlb edirdi və buna görə də onlar tərəfindən çəkilmiş zənginlərin yaşayış evlərinin interyerləri, onların geyimi, saç düzümü və zinət əşyalarının detallarına uzun müddət baxmaq olur. Rəssamlar tez-tez İncilin epizodlarını əks etdirən şəkillərdə də özlərinin müasirlərinin yaşayış yerlərini, o dövrün modasını da can-başla əks etdirilər. Domeniko Qirlandayo. Qadın portreti. 1490-cı il.

?

4. Qadın portretini təsvir et. 5. Sənin diqqətini hansı detallar cəlb edir? 6. Bu portret insan və onun epoxası barədə bizə nə deyir? 7. Aşağıdakı şəkildə arxa planda təsvir olunanlara əsasən insanların məişətini və mühitini təsvir et.

Burada təqdim olunmuş bir neçə əl işinin timsalında aydın nəzərə çarpdı ki, incəsənət əsərləri epoxa, ölkənin və insanların məişəti barədə rəngarəng məlumat verir.

Rəsm yarat, bunun vasitəsilə sən gələcək insanın bizim epoxamız və ölkəmiz barədə təsəvvürünü yaradacaqsan.

Domeniko Qirlandayo. Məryəm ilə Elizabetin görüşü. Fraqment. 1491-ci il.

51


III

30. Dünyanın məşhur qüllələri Dünyanın məşhur memarlıq tikililəri öz epoxasının əhəmiyyətli abidələridir, lakin, onların inşası heç də həmişə rahat şəkildə getmirdi. Onların tarixi neçə-neçə dramatik epizodlarla doludur. Orta əsrlərdə xristian abidələrinin yanında tez-tez əlahiddə qüllələr – zəng qüllələri ucaldırdılar. Zəng qülləsinin zəngləri insanları ibadətə çağırırdı. İtaliyada demək olar ki, bütün nəzərə çarpan diqqətəlayiq abidələrin yanında zəng qülləsi durur, lakin onlar arasında ən məşhuru Piza Kampanile qülləsidir.

?

1. Piza Kampanile nə ilə məşhurdur? 2. Necə fikirləşirsən, Piza qülləsi əvvəldən belə layihələşdirilmişdirmi?

Kampanile. Piza şəhəri. 1174-1284-cü illər.

Əslində Piza qülləsinin hündürlüyü 100 m olmalı idi, lakin tikinti zamanı bünövrə qüllənin ağırlığına dözmədi və tikilməkdə olan qüllə cənuba doğru əyildi. Ona görə də qüllənin inşası 55 metr hündürlükdə dayandırılıdı. Bu qeyri-adi xüsusiyyətinə görə Piza bütün dünyada ad qazandı. Qülləni hər il 3 milyondan çox insan ziyarət edir. Bu gün bütün dünyanın memarları və mühəndisləri qülləni düzəltmədən, əyilməsini necə dayandırmaq üstündə baş sındırırlar.

?

3. Sənin mülahizəni bildir, Piza qülləsinin möhkəmləndirilməsi hansı üsulla mümkündür?

 Lüğət Kampanile – orta əsrlərin və dirçəliş dövrünün İtaliya memarlığında: məbədin yanında tikilən, adi, dörd künc (bəzən dairəvi) zəng qülləsi. Panorama – açılmış, geniş və ətraflı məkanın, adi olaraq yuxarıdan görünüşü.

52


Londonda, Vest Minister saray kompleksində, hazırda Böyük Britaniya parlamentinin yerləşdiyi binada məşhur Biq Ben qülləsi yerləşir. Müqəddəs Stepan adına qüllə 1858-ci ildə tikilmişdir. Onun hündürlüyü 96 metrdir. Yerdən 55 metr hündürlükdə qüllənin bütün dörd tərəfinə nəhəng saatların siferblatları quraşdırılmışdır. Onların diametri 7 metrdir, böyük əqrəb 4 metr uzunluğundadır, kiçik isə 4 metr yarımdan çoxdur. Siferblatların arxasında 13 tonluq zəng yerləşdirilmişdir. Londonun bütün küncbucaqlarında hər saatın sonunda məhz onun zəng səsi eşidilir. Biq Ben saatının mexanizminin çəkisi 5 tondur və bu günün özündə belə dünyada ən dəqiq vaxt göstərir. Bu qülləni onun inşaatçısı Bencamin (Ben) Holun şərəfinə adlandırmışlar, bu adam zorba kişi imiş. Londonun bu rəmzi o qədər populyardır ki, şəhərin demək olar ki, bütün yolayrıcılarında onun balaca oxşarı durur. Biq Ben. London. 1858-ci il.

?

4. Necə fikirləşirsən, Biq Benin balaca oxşarlarını ingilislər necə adlandırırlar?

Fransız mühəndisi Qustav Eyfel XIX əsrin sonunda belə bir qənaətə gəldi ki, Parisdə dəmirdən qeyriadi qüllə tiksin. Bu layihə parisliləri həyəcanlandırdı, qəzetlər etiraz məktubları ilə boyandı. Eyfeli Parisin mənzərəsini pisləşdirməkdə, eybəcər və faydasız konstruksiya tikməkdə təqsirləndirirdilər. Eyfel böyük tikintini rekord vaxtda – 18 ayda başa çatdırdı. 300 metr hündürlüyü olan qüllə bütövlükdə dəmir konstruksiyadan ibarətdir. O 180 000 dəmir detaldan quraşdırılmışdır ki, bunlar da bir-biri ilə nöqsansız birləşdirilmişdir. Nəhəng konstruksiyanın çəkisi 7000 tondur, lakin ağırlıq əvəzinə zəriflik təəssüratı yaradır. O, sanki dəmirdən incə naxışlarla tikilmişdir. Qüllənin əyilmiş „ayaqlarında“ quraşdırılmış liftlərlə hər il milyonlarla turist yuxarı qalxır və baxış meydanında Parisin panoramasına tamaşa edir. Haçansa mövcud olan böyük etirazlara baxmayaraq, Eyfel qülləsi Parisin rəmzinə çevrilmişdir.

 Eyfel qülləsi. Paris. XIX əsrin sonu.

Dünyada mövcud olan qüllələr barədə məlumat topla və sinfə təqdim et( www.ka.wikipedia. org veb səhifəsindən istifadə edə bilərsən)

53

III


III

31. Gələcəyin qülləsi Müxtəlif tip kiçik qüllə tikililəri qədim və orta əsrlər aləminin ayrılmaz hissəsidir. Hər iki epoxada Eyfel qülləsindən sonra bir-birinin ardınca müxtəlif təyinatlı uca qüllələr – televiziya antenaları, su nasosları, yüksək gərginlikli naqillərin quraşdırıldığı qüllələr, aeroportların mayakları və bir çox başqaları tikilirdi. Texniki tərəqqi və yeni tikinti materialı memarlara fantaziyalarının qeyri-adi formalı tikililərini yaratmağa imkan verdi. Gəl, cəsarətli ideyaların maddiləşməsini sən də sına və öz fantaziyanın həyata keçirilməsinə başla.

Müxtəlif cür süni materialdan istifadə etməklə gələcək qüllənin maketini yarat.

54


III

32. Yeni il Bu dərsdə bostan bitkilərinin yarpaqlarını görəndə, yəqin ki, təəccüblənəcəksən. Fikirləşəcəksən ki, kələm və bibər hara və Yeni il hara, lakin məhz həmin bostan bitkisindən biz yeni il oyuncaqları yaradacag. Bunun üçün əvvəlcədən müxtəlif bostan bitkilərinin ehtiyatını yaratmaq lazım gələcəkdir; əgər daha başqa material – pambıq, rəngli lentlər, düymələr, boyalar əlavə etsəniz və öz fantaziyanızı da işə salsanız, işə başlaya bilərsiniz.

Bostan bitkilərindən öz fantaziyana əsasən yeni il oyuncaqları düzəlt.

Bu qar dənəsi yer kökündən və kələm yarpa­ ğından düzəldilmişdir. Həmçinin düymə­lərdən, bantdan və rəngli saplardan istifadə olunmuşdur.

Şaxta baba bolqar bibərindən və kələm yarpaqlarından düzəldilmişdir.

55


III

33. Yeni il karnavalı İstər böyüklər olsun, istərsə də balacalar, Yeni ildə onların hər birində bayram əhval-ruhiyyəsi hökm sürür. Bayramı isə şən keçirmək hamının arzusudur. Məhz buna görə də Yeni il karnaval təşkil etmək üçün ən yaxşı vaxtdır. Karnavalın zəruri atributu maraqlı kostyumdur. Onu öz əlinlə də yarada bilərsən və bunun üçün nə qiymətli parça və nə də əsl xəz dəri, nə də başqa qiymətli material lazım gəlir. Adi rəsm materialını, karton və rəngli vərəqləri, qayışları, qaytanları, gipürü, düymələri, şarları və min cür başqa xırdavatı karnaval kostyumlarının elementlərinə çevirə bilərsiniz.

Karnaval üçün maskanı qalın rəngli kağızdan və ya kartondan hazırlamaq olar. Bərkitmək üçün isə qayış və rezin karına gələr. Əgər onu Günəş eynəyinin saxnağından hazırlasan, maska daha orijinal alınar. Belə halda heç maskanı bərkitmək də lazım gəlməz. Eynəyin ətrafına əlvan kağızdan enli zolaqlar yapışdır, rəngarəng tüklər ilə, parlaq qayışlarla və başqa dekorativ elementlər ilə bəzə.

56


III Bu fotolarda göstərildiyi kimi, papağı kartondan kəsmək və quraşdırmaq olar. Papağın ölçülərini mütləq nəzərə al ki, sonra onu bir-birinə uyğunlaşdırmaq çətininə gəlməsin. Bu üsul ilə qadın papağını hazırlamaq da olar, kişininkini də. Belə ki, eyni vaxtda çəkmək, kəsmək və bir neçə nümunəni qurmaq daha üstündür. Sonra onları bəzəmək sənin fantaziyandan asılıdır, lakin yadından çıxarma ki, karnavalda kimi təcəssüm etdirirsən. Dekorativ elementləri də buna müvafiq olaraq seç. Hər bir detalı dəqiqliklə yapışqan və yaxud yapışqanlı lentin köməyi ilə möhkəmlət ki, karnavalda rəqs edərkən zədələnməsin. Əgər evinizdə belə papaq vardırsa, onu yenidən dəyişdirməyə əliniz gəlirsə, işinizi daha da asanlaşdırarsınız. Toxunma papağa balıq qulaqları, düymələr, toplar və əlvan şərflər daha çox yaraşır, rəngli sapların qalıqları ilə isə həm papaqların və həm də maskaların görkəmini elə dəyişmək olar ki, karnavalda səni heç kəs tanımasın.

İstənilən materialdan orijinal karnaval papağı və maskası düzəlt. Ən yaxşı əl işini aşkar etmək üçün müsabiqə keçirin.

57


III

34. Qrafika Sadə qrafik təsvir əhəmiyyətli ictimai hadisənin rəmzinə çevrilə bilər. Bu 1949cu ildə baş verdi, nə zaman ki Pablo Pikassoya Beynəlxalq sülh konfransının emblemini yaratmağı xahiş etdilər. Pikasso göyərçinin qrafik təsvirini yaratdı ki, bu da həmin vaxtdan etibarən sülh uğrunda mübarizə rəmzinə çevrildi. Sonralar rəssam bu təsvirin bir neçə variantını işləyib hazırladı. Pikasso bu seçimi təsadüfən etməmişdir. Göyərçin lap qədim zamanlardan sülhü əks etdiridi. Məsələn, qədim yunan əfsanəsinə əsasən Məhəbbət ilahəsinin cüt göyərçinləri yuvanı Müharibə Allahının – Marsın dəbilqəsində qoymuşdur. Qoca Allah bu yuvanı dağıtmaq istəməmiş və növbəti qanlı müharibədən imtina etmişdir ki, bununla da çoxlu insan həyatını xilas etmişdir. Tövratda isə göyərçin zeytun ağacının budağını Nuhun sandığında olan insanlara aparmış və bununla onlara məlumat vermişdir ki, daşqın başa çatmışdır.

?

1. Bu göyərçinin təsvirinə diqqət yetir. Təsviri incəsənətin hansı sahəsinin nümunəsinə mənsubdur? 2. Göyərçinin təsvirini əks etdirən o cizgilərə nə deyilir? Pablo Pikasso. Göyərçin. 1949-cu il.

Tanınmış ispan yazıçısı Migel de Servantesin sevimli personajları Don Kixotun və Sanço Pansanın təsvirləri, ilk baxışda, uşaqların rəsminə bənzəyir. Kələ-kötür, sanki cızma qara edilmiş ləkələr, bu iki qəhrəmanın ən xarakterik əlamətlərinə işarədir.

?

3. Bu qrafik rəsmə əsasən məşhur romanın personajlarını xarakterizə et. 4. Necə fikirləşirsən, Onların xarici görüşünün hansı detalları burada xüsusi əks edilmişdir? 5. Sənin fikrincə, bu əl işi hansı qrafik materialı ilə icra olunmuşdur?

 Lüğət Emblem — hər hansı bir ideyanın rəmzi üçün istifadə olunmuş təsvir və ya predmet. Pablo Pikasso. Don-Kixot və Sanço Pansa. 1955-ci il.

58


Pikasso tərəfindən korrida mövzusunda yaradılmış rəsmlər seriyası tünd ləkələr və ağ fon kontrastında düzəldilmişdir. Bu, ilk baxışda, sadə bədii üsulla ənənəvi ispan mənzərəsinin dinamika və dramatizmi çox dəqiq verilmişdir.

Pablo Pikasso. Korrida. 1960-cı il.

?

Pablo Pikasso. Korrida. 1960-cı il.

6. Yadına sal, ispan korridası barəsində nə bilirsən? 7. Bu rəsmlər hansı əhval-ruhiyyəni yaradır?

İyirminci əsrin ikinci tanınmış rəssamı Anri Matiss bir çox qrafik rəsmlərin müəllifidir. Yazıçıların, ictimai xadimlərin, yaxın adamlarının onun tərəfindən yaradılmış qrafik portretləri sanki əlin bir hərəkəti ilə yerinə yetirilmişdir. Mükəmməl kontur rəsmi ilə cizgilənmiş sifətin oval, gözün ifadələri və başqa əlamətlər onları yadda qalan və unudulmayan personajlara çevirir və tamaşaçıda onların xarakterinin özünə məxsusluğu barədə müəyyən təssürat yaradır.

?

8. Lidia ilə Şarl Bodlerin portretlərini müqayisə və xarakterizə et. 9. Onların xarici görkəminin xarakterik əlamətlərini təsvir et.

Matisin „İcmalar və variasiyalar“ adlı qrafik seriyası litoqrafiya texnikası ilə yerinə yetirilmişdir. Bu texnika daşın şumal səthindən ottiskin kağıza köçürülməsini nəzərdə tutur. Mükəmməl elastik xətlər sanki tamaşaçının gözləri qarşısında formalar cızır və təsvirlər də canlı və bilavasitə nəzərə çarpan alınır.

?

Anri Matiss. Lidia. 1948 -ci il.

10. „İcmalar və variasiyalar“ seriyasından qadın təsvirini öz sözlərinlə xarakterizə və təsvir etməyə çalış.

Anri Matiss. Şarl Bodler. 1932 -ci il.

Anri Matiss. „İcmalar və Variasiyalar“. 1949-cu il.

Hər hansı bir əhəmiyyətli ictimai bir hadisəni seç və onun qrafik emblemini yarat. Ən yaxşı əl işlərini etmək üçün müsabiqə keçirin.

59

III


III

35. Dinamika Heç fikir vermisənmi, güclü külək ağacın budaqlarını necə sirkələyir? Otu və gülləri, sanki belindən əyir, sınmış budaqları isə havaya qaldırıb uçurdur. Yəqin onu da müşahidə etmisən ki, bəzi şəkillərə baxarkən tamaşaçı küləyin uğultusunu elə aydın hiss edir, sanki o özü bu şəklin qəhrəmanıdır və külək həqiqətən onun saçını qarışdırır. Rəssamlar bu cür təəssüratları yaratmağı necə bacarırlar? Əgər hərəkətin əks olunduğu şəkillərə yaxşı diqqət yetirsəniz, bu „sirri“ asanca taparsan. Hərəkətin əks olunduğu kompozisiyanı dinamik adlandırırlar. Dinamika fizikanın bir hissəsidir, lakin bu termindən incəsənət nümunələrinə münasibətdə də istifadə edirlər. Əgər bu rəsmlərdə canlı, fəal – hərəkətlər verilmişdirsə, bu zaman dinamika termininə müraciət edilir.

Uorren Tomson. Palmalar. 2002-ci il.

Xarunobu. İki qız küləkdə. 1760-1770-ci illər.

?

1. Burada verilmiş şəkillərə diqqət yetir və onların hər birini ayrı-ayrılıqda təsvir et. 2. Bu şəkillər hansı təəssüratı yaradır? 3. Sənin fikrincə, hərəkət təəssüratını vermək üçün rəssam hansı üsuldan istifadə etmişdir?

60


III

Halikarnasın mavzoleyinin frizi. B.e.ə. IV əsr.

?

4. Bu iki kompozisiyanı bir-biri ilə müqayisə et. Fiqurlar onların han­ sında fəal hərəkət edirlər.

Parfenonun frizi. B.e.ə. V əsrin ikinci yarısı.

Deyə bilərik ki, Halikarnasın mavzoleyində döyüşün əks olunduğu səhnə, olduqca dinamikdir, çünki orada əks olunmuş fiqurlar fəal hərəkət edirlər. Parfenonun frizində əks olunmuş fiqurlar sakitcə dayanmışlar və bununla da onlar statik təəssüratı yaradırlar. Statika yunan sözüdür və hərəkətsiz deməkdir. Bu terminə incəsənətdə sakit və hərəkət etməyən təsvirləri xarakterizə edərkən tez-tez rast gəlinir.

?

5. Sənin fikrincə, statik Tesalonika məbə­ dinin mozaikasında əks olunan fiqurlar dina­ mikdirmi? Onları xarakterizə et.

 Lüğət Dinamika — daxili hərəkət, dəyişkənlik, inkişaf. Termin — söz, hansı ki, hər hansı bir xüsusi anlayışı və yaxud əşyanı qeyd etmək üçün işlədilir.

Thessalonik. Müq. Dimitri məbədinin mozaikası. VI-VII əsrlər

Eyni obyekti (məsələn, fiquru, ağacı) statik və dinamik şəkildə çək.

61


III

36. Rəssamlıqda ritm

® v ® v ® v ® v ® v ® v ® v ® v ® v ® Sən artıq bilirsən ki, ornament oxşar fiqurların təkrarı ilə yaradılır. Məhz bu şərait bir növ ritm yaradır.

San Apollinare Nuovo Mozaikası. VI əsrin başlanğıcı.

?

1. Ornamenti təsvir et. Hansı fiqurların təkrarı ilə ritm yaranır?

Eyni cür elementlərin təkrarı ilə yaradılan ritmə rəssamlıqda da rast gəlmək olar. İkinci və üçüncü illüstrasiyalarda Cənnətə gedən proses əks olunmuşdur ki, bu da bütün məbəd boyu divarlara lent kimi haşiyələnmişdir. Qadın və kişi fiqurlarının və palmaların bir-birinin dalınca qırılmaz, bərabər ritm yaranır.

San Apollinare Nuova mozaikası. VI əsrin başlanğıcı.

?

2. Beşinci illüstrasiyadakı ritm han­ sı üsulla yaradılmışdır?

Qustav Klimt. Gözləmə. 1909-cu il.

Kompozisiyada ritmi vermək nəinki təkcə fiqurların yerdəyişməsi, eləcə də rəngarəng ləkələrin bir-birini əvəz etməsi ilə mümkündür. Qustav Klimtin şəkilində əks olunmuş qadın donunda sarı, üçkünc ləkələrin və mavi, bənövşəyi və yaşıl zolaqların bir-birini əvəz etməsi olduqca canlı, cəld ritm yaradır və bununla o ornamentə bənzəyir. İstənilən üsul ilə ritmik kompozisiya yarat.

62

Qustav Klimt. Güllər səltənəti. 1908-ci il.


37. Kiçik daşlar üzərində şəkil Yəqin hər biriniz dənizin dibində müxtəlif formalı və rəngli gözəl daşlar görmüsünüz. Sahildə insanlar gözlərini yerə dikərək bu cür daşları axtarırlar, lakin elə ki tapırlar, onların gözəlliyi ilə əylənənlər bu kiçik daşları orada qoymağa heyfsilənirlər və onları evə aparırlar. Orada hansı daşlara rast gəlməzsən ki: qırmızı, sarımtıl, yaşıl, çil-çil xallı rəngli daşlara... Bu gözəlliyi görən heç bir kəs rəngsiz çaylaq daşının üzünə heç baxmaq da istəmir, çünki, su dalğaları bu daşları güzgü kimi parıldadır. Belə daşları dənizdə də, çayın sahilində də tapmaq mümkündür. Doğrudur, rəngli daşlar olduqca cəlb edicidir, ancaq çaylaq daşının şumal səthində öz əlinlə peyzaj, natürmort və yaxud sənin dostlarının portretlərinin bütün qalereyasını belə çəkə bilərsən. Bunun üçün yalnız rəngli flomasterlər və ya fırça ilə maye boyalar lazım gələcəkdir, əl işlərin isə orijinal olacaqdır və hədiyyə kimi də karına gələcəkdir.

Yastı daşlar üzərində istənilən material ilə portret çək.

63

III


III

38. Hamısı mənim vətənimdir... Sameqrelo Qərbi Gürcüstanın qədim guşəsidir, bu guşənin böyük tarixi keçmişi vardır. Deyilənlərə görə, qədim zamanlarda Sameqreloda bir böyük palıd ağacı var imiş, yerlilər bu ağacı Cğondidi adlan­ dırırlarmış (cğoni – meq. Palıd.). Onun kötüyündə büt yerləşdirilibmiş. Deyilənlərə görə, Andriya Pirveltsodebuli bu ağacı kəsdirir. Bu yerdə, xristian epoxasında, VII əsrin birinci yarısında işgəncələrə məruz qalmışların, yəni martvillərin adına məbəd – Martvili kilsəsi tikilir, bu kilsənin trapezası (yunanca -masa) da məhz həmin palıdın dibində qoyulur. Məbəd bayırdan relyeflərlə bəzədilmişdir, onun interyerini isə müxtəlif dövrlərdə çəkilmiş rəsmlər bəzəyir. Orta əsrlərdə Cğondideli yepiskopunun iqamətgahı məhz burada idi və bu ənənə indi də davam etdirilir.

?

1. Cğondidi adı ilə hansı rəvayətlər və ənənələr bağlıdır? 2. Cğondidelinin kim olduğunu bilirsənmi?

Martvili məbədi. Relyef. Xilaskarın ucaldılması. VII əsr.

Martvili məbədi. VII əsr.

Son illər ərzində Martvili monastırında böyük tikinti işləri aparılır. Monastır abadlaşdırıldı, Martvili məbədinin freskaları restavrasiya (yenidən qurulur) olunur.

 Lüğət

Kvarti (libas) – bir başa toxunmuş, tikişi olmayan uzun paltar. Relikvia – dini pərəstişkarlıq əşyası, hansının ki, möcüzə yaratmaq gücü vardır. Büt – allahların təsviri, pərəstiş olunan bütlər. İqamətgah – hökumətin, dövlət başçısının və yaxud başqa yüksək vəzifəli şəxsin əyləşdiyi yer. Trapeza – məbəddə, ziyarətgahın tən ortasında yerləşdirilmiş dörd künc masa.

64

Martvili məbədinin ibadət yerinin rəsmi. XIV əsr.


III Dadianilər Saraylarının Zuqdidi Dövlət Tarix-Memarlıq Muzeyi.

Sameqrelonun knyazları – Dadianilər Sameqrelonun əsas şəhəri olan Zuqdididə yaşayırdılar. David Dadianinin və Yekaterine Çavçavadzenin, onların oğlu, Niko Dadianinin sarayları Zuqdididə indi də qalmaqdadır. Dadianilər sarayının kilsəsi və Botanika bağı da burada idi. Hazırda burada Dövlət Tarixi – Memarlıq Muzeyi yerləşir. Muzeyin olduqca zəngin etnoqrafiq və incəsənət nümunələri kolleksiyası vardır, bu kolleksiyanın yığılmasında Sameqrelonun knyazlarının – Dadianilər soyadının böyük xidmətləri vardır. Arxeoloji material, orta əsrlər incəsənətinin nümunələri, Avropanın müxtəlif ölkələrinin çar sülaləsinə mənsub soyadı əşyaları burada saxlanılır. Sarayın kitabxanası qədim əlyazmalarının və nəşrlərinin çoxsaylı cildlərini əhatə edir.

?

3. Bilmirsən ki, Avropa ölkələrinin çar süla­ lə­lərinə mənsub olan soyadı əşyaları Dadianilər sarayının kolleksiyasına necə düşmüşdür?

Məryəm ananın kvartı. Zuqdidi muzeyi.

Zuqdidi muzeyində bir çox müqəddəs xristian əşyaları mühafizə olunur. Onlar arasında ən seçilən müqəddəs əşya Məryəm ananın geyimi, bu geyimi 1923 – 1936-cı illərdə Xobi monastırından gətirmişlər. Elə həmin muzeydə başqa pak əşyalar da mühafizə olunur: Müqəddəs Marinenin biləyi, Müqəddəs Kvirikenin əli, Müqəddəs Giorginin və Müqəddəs İoane Natlismçemelinin sümüklərinin hissələri. Bu relikviyaların Gürcüstana necə düşməsi barədə də müxtəlif mülahizələr mövcuddur. Bir ehtimala görə, bu Müqəddəs və pak əşyaları VIII əsrdə Konstantinopoldan gətirmişlər; başqa bir versiyaya görə, bunlar Gürcüstana XV əsrdə, Konstantinopol türklər tərəfindən alındıqdan sonra düşmüşdür.

Dərsdə sadalanmış müqəddəs əşyalar barədə məlumat axtarıb tap və yazılı şəkildə təqdim et (veb səhifəsindən də istifadə edə bilərsən) www.ka.wikipedia.org.

65


IV

39. Proporsiya Hər bir əşyanın öz siması vardır. Burada əks olunmuş müxtəlif formalı vazaları, müxtəlif cür xarakterizə edə bilərik. Birincisi, hündür və qəşəngdir, çünki onun hündür boğazı və uzunsov qarnı vardır; ikincisi daha alçaq və yoğundur. Onun xaşal qarnı və olduqca alçaq boğazı vardır. Vazanın hissələrinin müxtəlif cür formalarının birliyi bu əşyanın proporsiyasını yaradır.

1 Boğaz

Qarın

 Lüğət

Proporsiya – əşyanın hissələrinin, ölçülərinin bir – birinə uyğun gəlməsi ilə yaranır.

2

3

4

?

1. Üçüncü illüstrasiyada təqdim olunmuş stəkanlara diqqət yetir və onların formalarını və proporsiyalarını sözlə xarakterizə et. 2. Dördüncü illüstrasiyada təqdim olunmuş butulkaların formalarını təsvir et və onların proporsiyalarını xarak­ terizə etməyə çalış. 3. Yadına sal, bu səhifədə təqdim olunmuş çaydan hansı cizgi filimdən götürülmüşdür. Sənin fikrincə, onun propor­ siyası bu personajın xarakterinə nə dərəcə uyğun gəlir?

5

Hər hansı bir əşyanı seç və konturunu çək. Onun proporsiyalarını qorumağa çalış. Ona hər hansı bir personajın simasını da verə bilərsən.

66


40. Müxtəlif ölçülü əşyalar Rəssamlar natürmortda çəkən zaman, hər bir əşyanın forma və proporsiyasını düzgün əks etdirməyə çalışırlar. Lakin natürmortda bir neçə əşya əks olunursa, o zaman onların vəzifəsi bir qədər də mürəkkəbləşir. Piyalə bardaqdan və ya butulkadan kiçik ölçülü olmalıdır, alma qarpızdan balacadır. Böyük və kiçik əşyaların ölçüləri bir-biri ilə uyğunlaşmış vəziyyətdə olmalıdır.

1

?

IV

2

1. Karandaşla çəkilmiş iki rəsmə diqqət yetir. Bunların hansında əşyaların ölçüsünün düzgün uyğunlaşmasına əməl olunmuşdur. 2. Üçüncü illüstrasiyada əşyalar arasında proporsional uyğunluq necədir? 3. Dördüncü illüstrasiyada əşyalar arasında proporsional nisbət necədir?

3

4

Alma ilə natürmort.

Bir neçə əşya seç və natürmort qur. Çək və əşyaların ölçü­ sünü bir-biri ilə uyğunlaşdırmağa çalış.

Butulka ilə natürmort.

67


IV

41. Yenə də böyüyəcəklər Marneuliyə doğru gedən yolun üzərində bir abidə durur, onun adı „Yenə də böyüyəcəklər!“ adlanır. Bu heykəli heykəltəraş Merab Berdzenişvili 1975-ci ildə gürcü xalq şeiri əsasında yaratmışdı. Yenə də böyüyəcəklər Algetin canavar küçükləri; Elə qırılmayacaqlar ki – Düşməndən dərd yeməsinlər...

?

1. Bu sətirlərin məzmununu öz sözlə­ rinlə ifadə et. 2. Həmfikir ol, „düşməndən dərd yemə­ sinlər“ nə deməkdir?

Merab Berdzenişvili. Yenə də böyüyəcəklər. 1975-ci il.

Müəllif bu şeirin məzmununu vermişdir? Ananın ətəyi yanında iki gümrah yeniyetmə durur. Ayaqlarını bir qədər aralamışlar və irəliyə doğru əyilmiş halda əllərində nəhəng ağır qılınc tutmuşlar. Ana sanki əlləri ilə oğullarını qabağa itələyir və onları Vətən uğrunda qurban olmağa yola salır.

1. Elquca Amaşukelinin „Pələng və cəngavər“ heykəlini təsvir elə. 2. Pələng və cəngavər barədə xalq balladası ilə tanış ol. Bu balladada ən əhəmiyyətli nədir?

3. Sənin fikrincə, nəyə görə bu balla­ danın əsasında heykəl yaradılmışdır. Sənin mülahizəni yazılı şəkildə təqdim et.

Elquca Amaşukeli. Pələng və cəngavər. 1975-ci il.

68


42. Şəkil və təəssürat Bədii əsərin yaratdığı təəssürat bəzən o qədər güclü olur ki, tamaşaçıda da həmin mövzuda şəkil çəkmək arzusu oyanır. Bu cür hissləri rəssamların özləri də tez-tez keçirirlər. Lakin, buna bənzər mövzuya baxmayaraq, onların hər biri öz hisslərini özünəməxsus ifadə etməyə çalışır. Təsviri incəsənət tarixində belə əbədi mövzulardan biri Ana-baladır. Bu insan üçün də, sənətkar üçün də eyni cür və həyəcanlandırıcıdır.

?

1. Burada təqdim edilmiş şəkillərə diqqət yetir. 2. Bunlar arasında hansı oxşarlıqları və fərqləri görürsən? 3. Onların hər birini təsvir et və sənin öz təəs­ süratını verməyə çalış.

Pablo Pikasso. Ana-balalıq. 1902-1903-cü illər.

Paul Klee. Ana və bala. 1938-ci il.

Oqyust Renuari. Ana-balalıq. 1902-1903-cü illər.

Sizin üçün arzu edilən mövzu seçin və istənilən rəsm materialından istifadə etməklə rəsm yaradın. Tematik sinif sərgisi təşkil edin və təqdim olunmuş nümunələr barədə mülahizə yürüdün.

69

IV


IV

43. Əyri güzgü Divarlarında güzgülər asılmış otağı təsəvvürünə gətir, lakin adi güzgü deyil, əyri güzgü. Onların bəziləri fiqurları uzununa dartır, bəzisi – eninə. Bəzisi isə bədəni ikiyə kəsir və onları bir-biri ilə tərsinə birləşdirir. Bu cür otaq „Gülüş otağı“ adlanır, çünki bədən proporsiyalarının həddindən artıq dəyişməsi fiquru eybəcərləşdirir, onu gülüş mənbəyinə çevirir. Sizin nənələrinizin və babalarınızın dövründə belə otaqlar istirahət yerlərində, parklarda, xüsusilə quraşdırılırdı ki, insanlar şənlənəydilər. Çünki, gülüş insan üçün çox faydalıdır. Doğurdan da bu otaqlardan tez-tez qəhqəhə səsləri eşidilirdi.

?

1. Təsvir et, əyri güzgüdə proporsiyalar necə pozulmuşdu.

İnsanların bədəni və onun proporsiyaları rəssamların və heykəltəraşların diqqətini həmişə cəlb edirdi. Qədim yunanlar hesab edirdilər ki, gözəlliyin sirri məhz bədən hissələrinin bir-birinə uyğun gəlməsindədir və özləri insan bədəninin ideal proporsiyalarını yaradırdılar.

Poliklet. Doriporos. B.e.ə. V əsr.

70


Renessans dövrünün ustaları da bu məsələni xüsusilə tədqiq edirdilər. İtaliyalı Leonardo da Vinçinin, alman Albrext Dürerin və başqalarının rəsm işlərində aydın görünür ki, onlar insan bədəninin ideal proporsiyalarını necə axtarırlar.

Albrext Dürer. Təsvir Leonardo da Vinçi. Təsvir.

İnsan fiqurunu çəkərkən nəyi bilməlisən? Fiqurun proporsional olması üçün eyni cür ölçü vahidi lazımdır. Rəssamlar üçün bu cür ölçü fiqurun başıdır. Bədənin proporsiyaları isə ona əsasən quraşdırılır, baş hündürlüyə və eninə neçə dəfə sığışır. Buna diqqətlə baxmaq üçün sadə müşahidə kömək edə bilər. Qədim yunan və yaxud intibah epoxasının daha çox xoşuna gələn fiqurunu seç, onun proporsiyalarını ölç və onları qeydə al. İndi sən özün bu cür proporsiyalara malik insanı çəkə bilərsən.

Sənin dostunun iki portretini real və dəyişmiş proporsiyalarla çək.

71

IV


IV

44. Döyüş səhnələri Hələ çox qədimlərdən insanlar çalışırdılar ki, onlar üçün ən əhəmiyyətli olan hadisələri qeydə alsınlar. Bu arzunun həyata keçirilməsində onlara incəsənət kömək edirdi. Ona görə də eyni cür mövzular – ovçuluq, müharibə, əmək səhnələri, çar sarayının həyatı və başqa bir çox şeylərə, müxtəlif epoxanın və ölkənin incəsənətində rast gəlinir. Onlar vasitəsilə bu və ya digər ölkə və xalq barəsində olduqca maraqlı və etibarlı məlumat alırıq. Yazıçılar, yaxud teatr və kino rejissorları, bu və ya digər ölkənin tarixi ilə əlaqədar əsərlər yaradarkən, məhz bu məlumata əsaslanırlar. Bütün ölkələrin: Misirin, Mesopotamiyanın, Yunanıstanın, Romanın, Orta əsrlər Avropasının və başqalarının incəsənətində təcrübi olaraq belə döyüş səhnələrinə rast gəlinir.

?

1. Halikarnasın mavzoleyinin relyefində təqdim olunan döyüş səhnəsini təsvir et. Fiqurların hərəkətinə diqqət yetir.

Skopas. Halikarnasın Mavzoleyinin relyefi. b.e.ə. IV əsr.

Qədim ölkələrin incəsənətində bu mövzuda yaradılmış əsərlər arasında ən məşhuru Pompey şəhərində tapılmış mozaikadır, bu mozaikada Makedoniyalı İsgəndər ilə Farsların çarı II Daranın portretləri də qalmışdır. Zədələnməsinə baxmayaraq mozaika yunan və fars döyüşçülərinin və onların sərkərdələrinin döyüş geyimləri barədə təsəvvür yaradır.

Makedoniyalı İsgəndər ilə Daranın döyüşü. Pompey mozaikası. b.e. I əsr.

72


IV ?

2. Makedoniyalı İsgəndər ilə Daranın döyüş geyimlərini bir-biri ilə müqayisə et.

Avropa ölkələrinin rəssamlığında müharibə və ya döyüş mövzusu o dərəcə populyar idi ki, ona xüsusi olaraq ad da verilmişdi – Batal rəngkarlıq. Müasir rəssamlar hər hansı bir məşhur tarixi döyüş mövzusuna tez-tez müraciət edirlər. Bu cür əsərlərdə tarixi sənədlərdən məlum olan mənzərələr çox dəqiqliklə əks edilir, lakin hər bir rəssam bu və ya digər tarixi hadisəni özünəməxsus şəkildə əks etdirir. Döyüş səhnələri əksər hallarda çox fiqurludur, personajlar dinamikada, yəni hərəkətdə əks olunur ki, əlbəyaxa döyüş effekti yaransın.

3. V. Vereşaginin rəsm əsərini təsvir et. 4. Sənin fikrincə, bu rəsm əsərində hansı epoxa əks olunmuşdur?

Vasili Vereşagen. Döyüş.

1. Sənin baxdığın tarixi döyüşlərin göstərildiyi kino filmləri yadına sal. Onları təsvir et və rəssam tərəfindən yaradılmış döyüş geyiminə, silahına diqqət yetir. 2. Gürcüstan tarixindən hər hansı bir döyüşü əks etdirən səhnə çək.

 Lüğət Batal rəngkarlıq — döyüş səhnələrini əks etdirən rəssamlıq. İnterpretasiya — hər hansı bir bədii əsərin özünəməxsus, yaradıcı tərzdə yerinə yetirilməsi. Hər hansı bir şeyin özünəməxsus, fərqli müzakirəsi. Mozaika — sement qatına bərkidilmiş, bir-biri ilə sıx birləşmiş rəngli daş parçalarının, rəngli şüşənin və sairənin kiçik-kiçik hissələrindən yaradılmış şəkil və ya sifət.

73


IV

45. Anaya hədiyyə Ana günü həmişə sevimli bayramdır. Həmin gün analara gül hədiyyə edirlər. Gül həqiqətən də çox sevilən hədiyyədir. Lakin əgər bu gülləri sən özün, öz əllərinlə hazırlasan və ona həm də hərarət və məhəbbət qatsan, yəqin ki, bu cür hədiyyə ananı iki qat sevindirəcəkdir.

Ağ formata süngər ilə boya hopdur. İri formatın ortasında sınıq xətlər çək, qatla və uclarını bir-biri ilə elə yapışdır ki, çənbər ala biləsən.

Həmin formanın ikinci formatını da yarıya qatla. Bərabər interval ilə üzərində vertikal xətlər çək və vərəqi bu xətlər boyunca qayçı ilə kəs.

Kəsilmiş formatı çənbərə yapışdır və üzərinə özünün hazırladığın gülləri bərkit.

Gülləri müxtəlif formada və rən­ gdə düzəldə və kəsilmiş hissələri yap­ ış­qanlaya bilərsən. Eləcə də onu əvvəlcədən hazırlanmış canlı və yaxud süni güllər ilə də bəzəyə bilərsən.

74


IV

46. Sinif stendi Bütün il boyu yəqin ki, bir çox maraqlı təsvir, rəsm və yaxud foto toplanır, bunları sinif yoldaşlarına, dostlarına və yaxın adamlarına göstərməyə dəyər. Sinif sərgisində onlar sənin yerinə yetirdiyin iş ilə maraqla tanış olacaqlar, lakin sərgilər, bir qayda olaraq qısa müddətli olur. Ən əhəmiyyətli əl işləri, maraqlı ekskursiyalar, incəsənətin tanınmış xadimləri ilə görüşlər, yaxşı olar ki, stenddə əks olunsun, bu stendi isə məktəbdə hər hansı bir nəzərə çarpan yerdə quraşdırmaq olar. Stenddə sərgilənən əl işləri ilə sən özünü və yaradıcılığını ictimaiyyətə tanıdırsan; bütün tədris ili boyu əldə etdiyin məlumatı və biliyi onlarla bölüşürsən. Sənin işinin nəticəsi bununla daha əhəmiyyətli və nəzərə çarpan olur.

Stendi hazırlayanda sənə böyüklərin köməyi lazım gələcəkdir, onun tərtibi isə – mətn, illüstrasiya materialı, dekorativ elementlər – artıq sənin fantaziyandan və təşəbbüsündən asılıdır.

XVII saukunis bolos mTel saqarTve yofila loSi sveticxovlis kuTvnileba glexTa 1025 ojaxi da 237 sofeli.

sveticxoveli – qarTuli kulturis turis, xelovnebisa da arqiteq eva ara umniSvnelovanesi Zegli gamoirC T, mxolod Tavisi mxatvruli Rirsebi , ulobiT didebulebiT da harmoni c, aramed im gansakuTrebuli roliTa Si romelic man qarTveli eris istoria Seasrula. bulia centraluri TaRis qveS moTavse leba marjvena mklavis reliefuri gamosaxu warweraa: „xeli gonioTi, romlis orive mxares Cans, es monisa arsukiZisai, SeundeT„, rogorc marjvena gamosaxes im mizniT, rom ganedidebinaT didostatis ukvdavi Rvawli. uZvelesi legenda, ostatis moWrili marjvenis Sesaxeb, xalxis mdidari fantaziis nayofia, istoriuli wyaroebi amis Sesaxeb arafers gvauwyeben. dasavleTi fasadis dekori taZris yvelaze reliefuri da mxatvrulad gaformebuli nawilia, romelic TiTqmis pirvandeli saxiTaa SerCenili.

„saqarTveloa ra saqarTvelo? usveticxovlo, ugelaTo, ualaverdo„.

li saeklesio sveticxoveli yvelaze didi istoriu gadarCenilTa Soris. igi nagebobaaa saqarTveloSi dRemde saqarTvelos sarwmunoebriv saukuneTa manZilze qristianul IV saukuneSi gaqristianebul cents warmoadgenda. jer kidev aq pirveli eklesia auSenebia, mirian mefes wm. ninos rCeviT ia. romelsac dRemde ar mouRwev li miniatusamxreTis kedelze aris miSenebu saukuneebSi ruli eklesia, romelic XIV-XV gens ieruwarmoad eklesia patara es T. Caudgam jvarcmis salimSi, golgoTas mTaze, qristes brZanebiT adgilze, imperator konstantines zust asls. igi IV s-Si aSenebuli eklesiis ara­ eTaTvis, romelaugiaT im adgilobriv morwmun imSi enaxaT ierusal ba saSuale hqondaT ar Tac sveticxovelSi qristes wamebis adgili. eklesia eZaxdnen aages imitom, rom qalaq mcxeTas „meore ierusalims„.

sveticxoveli mTlianad yofila Semkuli mxatvrobiT. axla mxolod nawiliRaa SemorCenili.

aRsaniSnavia, rom qveynis tragikulma istoriam yvelaze mZime daRi daasva taZris gumbaTs: XIII s-is dasasruls (1283 w.) saqarTveloSi momxdari Zlieri miwisZvris Sedegad gumbaTi Camoiqca. XIV s-is pirvel igi SeakeTa giorgi brwyinvalem es TemurnaxevarSi. gumbaTi meored Camoaqci lengis meomrebma XIV s-is bolos.

Stenddə hər hansı bir tarixi abidəyə təşkil olunmuş ekskursiyanı əks etdirən fotolar sərgilənə bilər. Bu halda fotolar ilə birlikdə bu abidə barədə toplanmış məlumatı da təqdim etmək əhəmiyyətli olar. Görüşləri əks etdirən foto şəkillərlə yanaşı, stendə həmin görüşdə iştirak etməmiş şəxslər üçün görüş zamanı verilmiş ən maraqlı sualların və cavabların mətnini də əlavə elə.

75


IV

47. Pasxa Pasxa ən əhəmiyyətli xristian bayramlarından biridir. Xristianlar bu bayrama xüsusilə hazırlaşırlar. Əsrlər boyu pasxa bayramı ilə əlaqədar ənənələr formalaşırdı. Müəyyən vaxt kəsiyində ənənələr dəyişir. Maraqlıdır, bir əsr bundan əvvəl pasxanı necə qarşılayırdılar? Pasxa mövzusu neçə – neçə rəssamın yaradıcılığında öz əksini tapmışdır. Tanınmış gürcü rəssamı Niko Pirosmaninin bir neçə rəsm əsəri də bu mövzuya həsr olunmuşdur.

Niko Pirosmani. Qurbanlıq qoç. 1914-cü il.

?

1. Niko Pirosmaninin hər iki rəsmini təsvir et. 2. Hansı detallar ona işarə edir ki bu kompozisiya pasxa bayramına həsr edilmişdir? 3. Sənin fikrincə, ənənəvi pasxa süfrəsi dəyişmişdirmi?

Niko Pirosmani. Pasxa natürmortu. 1914-cü il.

76


Niko Pirosmaninin rəsmlərində ağ quzu, yəni ağ qoç əks olunmuşdur. Kilsə üçün ağ qoçun qurban deyilməsi və kasıblara əl tutmaq ənənəsi pasxa bayramı ilə əlaqədardır. Yumurtanın qırmızı rəngə boyanması rəmzi olaraq İsa tərəfindən verilən qurbana işarədir. Yumurtanın boyadılması ənənəsi get-gedə öz simasını dəyişmişdir, indi onu qırmızı ilə yanaşı min cür rənglə boyayırlar, bir çox hallarda üstünə xaç çəkirlər və ya ornament əks etdirirlər.

?

IV

4. Bu günün özündə belə hansı ənənəvi elementlər pasxa süfrəsini bəzəyir? 5. Hansı maraqlı pasxa ənənəsi barədə bir şey eşitmisən?

Zura. 11 yaşında.

Lali. 11 yaşında.

İstənilən rəsm materialı ilə pasxa natürmortu yarat. Öz əl işini təqdim edərkən, sənin ailəndə pasxa bayramını necə keçirdikləri barədə öz sinif yoldaşlarına danış.

77


IV

48. Hamısı mənim vətənimdir... Abxaziya Gürcüstanın çox qədim guşəsidir. Onun təbiəti cazibədar və nadirdir. Burada dəniz və dağ birbirinə qarışır, Qafqaz sıra dağlarının yamacları bəzibəzi yerlərdə dənizə qədər enir. Abxaziya ərazisində insanlar qədim zamanlardan məskunlaşmışlar. Burada tapılmış qədim insan qəbri tikilisi – dolmenin yaşı b.e.ə. III-II minilliklərə gedib çıxır. Bu iri qayalardan düzəldilmiş trapesiya formalı tikilinin ön divarında iri deşik açılmışdır. Bu tikili soyadı qəbrini təmsil edirdi.

Dolmen. b.e.ə. III-II minillik. Abxaziya

?

1. Dolmeni təsvir et. 2. Yadına sal, qədim insanlar vəfat etmişin qəbrinə nələr qoyurdular.

Abxaziya Gürcüstanın o guşəsidir, harada ki y.e. I əsrində Müqəddəs Simon Kananel xristianlığı təbliğ edirdi. O elə oradaca, Abxaziyada vəfat etmiş və deyilənlərə əsasən, hazırda Yeni Afona monastırının yerləşdiyi ərazidə dəfn edilmişdir. Bu gün həmin yerdə köhnə rus kilsəsi yerləşir.

Pisunda məbədinin mozaikası. IV əsr.

Yeni Afoni. XIX əsr.

78


Xristian Abxaziyasının əhəmiyyətli mərkəzlərindən biri Pisunda idi. Pisunda monastırlar kompleksinin qədim məbədi IV əsrdə tikilmişdir və onun döşəməsi mozaika ilə düzəldilmişdir. Onda xristian rəmzləri: quşlar, balıqlar, marallar, bitkilər əks olunmuşdur. X əsrin sonunda bu məbədin yerində böyük kümbəzli kilsə tikildi.

Bedia piyaləsi. X-XI əsrlərin qovşağı.

Pisunda məbədi. X-XI əsrlərin qovşağı.

Mokvanın incili. 1300-cü il.

Bedia məbədi X – XI əsrlərin qovşağında parlaq gürcü çarı III Baqrat tərəfindən tikilmişdir. Məbədi məhz o şəkilləşdirmiş, məbədi bəzəmək üçün ona hədiyyə olunmuş ikonaları, xaçları, piyaləni kilsəyə hədiyyə etmişdir. Kilsənin pak əşyaları eyni zamanda nöqsansız sənət nümunələri idilər. Kilsəyə hədiyyə olunmuş əşyalar arasında Bedianın nadir qızıl piyaləsi də var idi, bu piyalənin yalnız yuxarı hissəsi bizə qədər gəlib çatmışdır. Piyalənin üzərində İsa Məsih, Məryəm Ana və 12 mələk əks edilmişdir. III Baqratın özü Bedia məbədində dəfn olunmuşdur. Abxaziyada digər dini mərkəzlərdən biri Mokvi monastırı idi, bu monastırı X əsrin ortalarında Abxazların çarı III Leon tikdirmişdir. Uzun əsrlər boyu Mokvi güclü gürcü mədəniyyəti ocağı idi, burada əlyazmalarının üzü köçürülür və illüstrasiyalarla bəzədilirdi. Mokvi qədim əşyaları arasında 1300-cü illə tarixlənmiş Mokvi dörd İncili xüsusilə qeyd olunmalıdır. Əlyazması illüstrasiyalarla gen-bol bəzədilmişdir. Bu çox qiymətli əlyazmasıdır, çünki onun bəzədilməsində qızıldan istifadə olunmuşdur. Hazırda Mokvi dörd İncili Gürcüstan Əlyazmalar İnstitutunda saxlanılır.

Abxaziyanın başqa abidələrini də axtarıb tapın və „Bizim Abxaziya“ adlı stend hazırlayın.

79

IV


V

49. Köhnə və təzə şəhər Şəhər həmişə öz simasını dəyişir. Köhnə və yeni tikililər bir çox şəhərlərdə bir-birinin yanında durur. Rəssamlar, bir qayda olaraq, köhnə məhəllələrin görünüşlərini tez-tez çəkirlər. Vaxt keçdikcə köhnə tikililərin əksəriyyəti şəhərin küçələrindən yoxa çıxır və onları yalnız rəngkarlıq və yaxud qrafik əsərlərdə görmək mümkün olur. 1 2

Yevqeni Lansere. Tbilisidə körpü. Qia Buğadze. 2008-ci il.

?

1. Qia Buğadzenin rəsmində təqdim olunmuş şəhərin görünüşünü təsvir et. Öz ehtimalını bildir, burada hansı şəhər əks olunmuşdur?

Hər bir şəhərin öz siması vardır. Bu simanı şəhərin coğrafi yerləşməsi müəyyənləşdirir. Əgər şəhərin relyefi dağlı-təpəlidirsə, bir çox küçə dolanbacdır, əyri-üyrüdür. Düzənliklərdə yerləşmiş şəhərlərdə isə küçələr düzdür və yoxuşa heç yerdə rast gəlinmir. Dəniz və yaxud çay sahilində yerləşmiş şəhərlərin əhəmiyyətli elementlərini sahillər müəyyənləşdirir.

?

4

2. Köhnə və yeni şəhərin görünüşlərini bir-biri ilə müqayisə et. Onların hər biri üçün xarakterik olan əlamətləri formalaşdır.

3

Tbilisinin yeni məhəllələrindən biri

80

Nikolay İqnatov. Səhər mahnısı.


V

Müasir şəhərlərdə çoxmərtəbəli tikililər bir-birilərinin yanında durur. Hündür tikililər arasında iki və ya üç mərtəbəli köhnə tikililər gözdən itir, lakin diqqətli insan sıx məskunlaşmış məhəllələrdə belə müxtəlif təyinatlı tikililəri – yaşayış evlərini, məbədləri, idman tikililərini və yaxud qalereyaları bir-birindən fərqləndirir. Onların hər birinin müxtəlif təyinatları vardır ki, bu da onların xarici simalarında oxuna bilir. 5

?

3. Necə fikirləşirsən, Narın qa­ la­nın hansı təyinatı var idi?

Tbilisi. Narın qala. XX əsrin başlanğıcının fotosu.

Şəhərlər əsrlər ərzində tikilir, buna görə də təbiidir ki, bütün dövrlərdə köhnə tikililərin yanında yeni tikililər meydana gəlirdi. Bu gün də belədir. Bir çox hallarda qədim məhəllələrdə müasir tikililər ucaldılır; memarlar qədim məhəllələrin simasını pozmamağa çalışırlar və yeni tikililəri qədim tikililərə oxşatmağa can atırlar. 6

Köln. Almaniya

?

7

Tbilisi. Yeni körpü.

4. Beşinci fotoya diqqət yetirərkən müxtəlif dövrlərdə tikilmiş binaları necə tanıya bilərsən? 5. Necə fikirləşirsən, altıncı illüstrasiyada hansı tikililər köhnədir və hansı müasir tikilidir? 6. Necə fikirləşirsən, beşinci və altıncı fotolarda təqdim olunmuş köhnə və yeni binalar bir-birinə oxşayırmı? Sənin şəhərində, kəndində mövcud olan köhnə məhəlləni çək. Onda sənin əksin ilə yeni bina yerləşdir. Onu köhnə məhəllə ilə elə oxşatmağa çalış ki, onun siması pozulmasın.

81


V

50. Çəkilmə və rəng qradasiyası Biz tez-tez deyirik: bu don tünd yaşıl və yaxud tünd mavidir, bu isə açıq sarımtıl və yaxud açıq yasəmən rənglidir. Gördüyün kimi eyni rəng həm tünd ola bilər və həm də açıq. Bu illüstrasiyada aydın görünür ki, tünd yaşıl getgedə necə açıqlaşır. Bir rəngin tədricən tünddən açığa keçməsi qradasiya adlanır.

?

1. Sarı rəngin qradasiyasını xarakterizə et.

Rəssamlar öz əl işlərində qradasiya prinsipindən tez-tez istifadə edirlər. Məsələn, məlumdur ki, Pablo Pikassonun yaradıcılığında bir dövr mövcud idi ki, bu zaman rəssam yalnız mavi rəngdən və onun qradasiyasından istifadə edirdi. Buna görə rəssamın yaradıcılığının bu mərhələsini „Mavi rəngli dövr“ adlandırırlar. Bu rəsm əsərində Pablo Pikasso ətraf mühitin və qızın fiqurunu müxtəlif mavi rəngdə çəkmişdir. Burada mavi rəngin tünd mavidən açıq su rəngli maviyə qradasiyasını görürük.

1

?

82

Pablo Pikasso. Qızcığaz. 1903-cü il.

2

Pablo Pikasso. Arlekin. 1905-ci il.

2. Pikasso „Arlekin“ rəsmində hansı rəngin qradasiyasından istifadə etmişdir? 3. Rəngə əsasən Pikassonun yaradıcılığının bu dövrünü necə adlandırardın?


Bu əl işində qradasiya fırçanın geniş, sərbəst çəkilməsi ilə alınmışdır. Qradasiya və müxtəlif cür çəkmələr şəkildə müəyyən təəssüratın yaradılmasına xidmət edir.

3

Alfred Sisli. Gecə. 1897-ci il.

?

4

5

4. Üçüncü və dördüncü kompozisiyalar hansı təəssüratı yaradır? 5. Beşinci və altıncı kompozisiyalar necə təəssürat yaradır?

Rəngin bu xüsusiyyəti rəssama imkan verir ki, peyzajın ən zərif nüanslarını əks etdirsin və bununla da şəkilə baxanda canlı təəssüratı yaratsın. 6

Pol Sinyak. Avinyonda papanın sarayı. 1900-cu il.

1. Akvarel boyası ilə yaşıl, mavi, qırmızı, bənövşəyi rəngin qradasiyasını işlə. 2. Qradasiya üsulundan istifadə etməklə peyzaj yarat.

83

V


V

51. „Köhnə“ və „təzə“ rəngkarlıq Rəngkarlıq incəsənətin ən qədim sahələrindən biridir. Əsrlər boyu yaradılmış rəsm əsərləri bizə onların yaradıldığı epoxanın özünəməxsusluqları barədə mülahizə yürüdə bilmək imkanı verir. Təsviri incəsənətin hansı janrlarına və ya mövzularına üstünlük verildiyi, müxtəlif dövrlərdə müxtəlif ölkələrdə rəssamları nəyi təcəssüm etdirmək daha çox cəlb etməsi əhəmiyyətlidir. Məsələn. Misirdə tapılmış Fayumun portretləri insanın xarici görkəmini, paltarını, bəzəklərini dəqiq əks etdirir. Təqribən iyirmi əsr bundan əvvəl yaradılmış surətlərdə boya bu gün də canlı və parlaqdır.

Fayumun portreti. B.e.ə. II əsr

Renessans epoxasının İtaliyan rəssamlığı, incəsənətin başqa sahələri kimi, harmoniyaya nail olmaq məqsədini daşıyırdı. Ona görə də bu dövrün rəngkarlıq rəsmlərində rənglər bir-birinə uyğunlaşmışdır, onların heç biri gözü „qıcıqlandırmır“, rəsm əsəri isə rahatlıq və harmoniya təəssüratı yaradır.

Pyero De La Françeska. Solomonun və Şeba kraliçasının görüşü. 1450-ci il.

Gerard Terborx. Söhbət. 1064-cü il.

XVII əsr Hollandiya rəssamlığının ən sevimli mövzusu gündəlik həyatı əks etdirmək idi. Tipik Hollandiya evinin qaranlıq interyerlərində bütün detallar böyük diqqətlə əks olunmuşdur. Burada tünd fonda geyimin gümüşü rəngli atlasının və yaxud yüngül ağ krujeva fakturası əksər hallarda qiymətli daş kimi parlayır. Bu şəkillərdə adi əşyalar belə bizə qiymətli şeylər kimi görünür.

? Frans Hals. Piter van Den Brokenin portreti. 1633-cü il.

84

1. Bu səhifədə verilmiş nümunələri bir-biri ilə müqayisə et. Hər birinin koloritini və əks olunmuş əşyaların fakturasını xarakterizə et.


XIX əsrin II yarısında fransız rəssamlarının bir qrupu köhnə rəssamlıq ənənələrini əsaslı sürətdə dəyişdi. Onların şəkillərində dəqiq əks olunmuş fiqurların və mühitin əvəzində, rəssam tərəfindən qəbul olunmuş təəssüratlar əks olunurdu. Bu məqsədə nail olmaq üçün onlar şəkillərin koloritini, kompozisiyasını və yazı manerasını dəyişdilər.

Corc Sera. Meşə cığırı. 1883-cü il.

Pol Sinyak. Venesiya. 1905-ci il.

Rəsmlərin səthi qısa və hərəkət edən rəngli çəkilişlərlə və yaxud nöqtələrlə örtüldü. Təsvirlər bir balaca donuq və sanki qəsdən yayılmış oldu. Rəssamların fikirləşdiklərinə görə, bütün mənzərə tamaşaçının gözləri qarşısında hərəkət etməli idi – külək ağac budaqlarını və ya yarpaqlarını xışıldatmalı idi, suyun səthində dalğalar əks olunmalı idi. Bu rəssamları impressionistlər adlandırırlar. İmpre­ ssionistlərin yaradıcılığı rəngkarlığın yeni ənənəsinin əsasını qoydu.

?

2. Burada verilmiş rəsmləri təsvir et. Onların koloritini və yazı manerasını xarakterizə elə. 3. Onlar hansı təəssüratı yaradır?

Klod Mone. Çətirli qadın. 1875-ci il.

İstənilən rəsm materialı ilə „dəniz­də günəşin batması“ mövzusunda rəsm yarat. Sinifdə təqdim et və söhbət apar, fikrinin daha yaxşı ifadə etmək üçün han­­sı rəssamlıq üsullarından istifadə etmisən.

 Lüğət Kolorit — rənglərin bir-birinə uyğunlaşdırılması, bir-birinin yanında verilməsi, bu da şəkilin bütövlüyünü yaradır. Harmoniya — şəkilin hissələrinin, rənglərin bir-birinə uyğunlaşdırılması.

Alfred Sisley. Körpü. 1872-ci il.

85

V


V

52. Almanı necə çəkək Heç düşünmüsənmi, yumru alma düz kağız üzərində necə çəkilməlidir. İlk növbədə, almanın formasına diqqət yetirilməlidir. O yumrudur, saplağı var, masa üzərində durarkən, onun əks tərəfinə –işıq düşən tərəfə kölgə salır.

Hər hansı bir əşyanı çəkməzdən əvvəl, ona yaxşı diqqət yetir, onun formasını, rəngini mənimsə. Əvvəlcə kağız üzərində karandaşla onun konturunu cız.

Diqqət yetir, almada ən işıqlandırılmış yer haradadır və orada açıq rəngli boyadan istifadə et. İndi ən tünd yerin harada olduğunu tap, yəni almanın hansı hissəsi kölgəyə düşmüşdür. Bu yerdə tünd boya işlət. Bu üsulu rəssamlar işıq – kölgə bölünməsi adlandırırlar.

Almanı çəkərkən ştrixlərdən də istifadə edə bilərsən. Ştrixlərə almanın formasının müvafiq istiqamətlərini ver. Qövs formalı ştrixlərlə sən almaya yumruluq verəcəksən.

Almanı və ya hər hansı bir başqa meyvəni çəkmək üçün pasteldən istifadə edə bilərsən. Pastel kövrək, yumşaq materialdır. Düşün, alma çəkərkən hansı rənglərdən istifadə edəcəksən.

Sən artıq rənglərin qradasiyası ilə tanış olmusan. Həmin üsulu yadına sal və alma şəkili çəkərkən ən tünd yerdən ən açıq yerədək rəngi get – gedə aç. Əgər yaşıl alma çəkirsənsə, yaşılın qradasiyasından istifadə etməlisən, əgər qırmızı çəkirsənsə – onda qırmızı qradasiyanı tətbiq etməlisən.

86


V

Əgər pastel ilə çəkilmiş almaya yuxarıdan barmağınızı qoysanız, rənglər arasında sərhədlər pozulacaqdır, onlar yumşaq halda birindən digərinə keçəcəkdir və buna müvafiq olaraq, forma da yumrulaşacaqdır.

Unutma ki, almaya kölgə də verməlisən. Ancaq hələ yaxşıca diqqət yetir, bu kölgə hansı tərəfə salınmışdır, bu kölgə səthə necə düşür. Bu cür kölgə düşmüş kölgə adlanır. Kölgənin formasına diqqət yetir, sonra karandaş ilə çək və axırda seç, bu kölgə üçün hansı rəngdən istifadə edəcəksən.

Burada verilmiş məsləhətləri nəzərə al və almadan başqa, hər hansı bir başqa meyvəni də bu prinsiplə çəkməyə çalış. Məs., portağal, armud, şaftalı və s.

 Lüğət Ştrix — xətt, hansı ki, əlin bir hərəkəti ilə yaradılır və rəsmin əsas elementlərindən birini əks etdirir.

87


V

53. Nəhəng heykəllər Heykəltəraşlıq təsviri incəsənətin ən qədim sahələrindən biridir. Heykəltəraşlıq nümunələrinə, balacasına, böyüyünə və yaxud da nəhənginə hansı epoxada rast gəlməzsən. Heykəllərin ölçüsü əksər hallarda onun əhəmiyyətindən asılı olurdu. Qədim Misirdə Abu Simbel məbədinin girişinin hər iki tərəfində firon II Ramzesin nəhəng ölçülü heykəlləri yerləşdirilmişdi. Məbəd qayalıqda yonulmuşdu və təbiidir ki, onun real ölçüləri qayanın nəhəng massivinə uyğundur. Məbədin fasadında yerləşdirilmiş fironun dörd heykəli də monolit qayadan yonulmuşa bənzəyir.

Əbu Simbel məbədinin fasadı. B.e.ə. XIII əsr.

Əbu Simbel məbədinin interyeri

Heykəllərin hündürlüyü təqribən 20 metrdir. Hər bir heykəlin ayaqları yanında kraliça Nefertarinin fiquru düzəldilmişdir, bunlar təqribən insan ölçüsündədir. Firon ilə kraliça heykəllərinin ölçüləri arasında fərq məbədə daxil olanları fironun böyüklüyünü aşkarlıqla hiss etdirir. İldə iki dəfə fevralın 22-də və oktyabrın 22-də sübh çağı doğan Günəşin şüası 65 metr uzunluğunda məbədin dərinliyinə çatırdı və torpağa yerləşdirilmiş dörd heykəldən birini firon Ramzesin sifətini bir neçə dəqiqə ərzində işıqlandırırdı. Doğurdan da möcüzədir, Əbu Simbel məbədinin inşaatçıları bütün bunları necə dəqiqliklə hesablamışdılar. 1722-ci ildə Pasxa günü Hollandiyalı Cekob Rocevan Sakit okeanının cənub hissəsində balaca ada tapdı. Yeni tapılmış torpağa pasxa adası adını verdilər. Onun əsas dəyəri 1-dən 10 metrədək hündürlükdə monolit daşın 900-dən çox heykəlidir, bu heykəllər adanın ətrafına səpələnmişdir. Onların bir hissəsinin başında qırmızı silindrlərə bənzər papaqlar( başlıqlar) örtülmüşdür.

Pasxa adasının heykəlləri.

88


Yerli əhali heykəlləri „moai“, yəni nəzərli göz adlandırırlar. Onların əksəriyyəti elə yerləşdirilmişdir ki, uzağa, məkana baxırlarmış kimi görünürlər, az hissəsi isə suya doğru arxa çevirilmiş vəziyyətdə durur və sanki adanın həyatına göz qoyur. Alimlər indinin özündə belə onun barəsində mübahisə edirlər ki, bu heykəllər kimi əks etdirir və bunlar nə məqsədlə yaradılmışdır.

?

1. Pasxa adasının heykəllərini təsvir et. 2. Onlar ənənəvi heykəllərdən nə ilə fərqlənir? 3. Sənin fikrincə, bu heykəllərin hansı təyinatı ola bilərdi?

Pasxa adasının heykəlləri

Nəhəng ölçülü heykəllər təkcə qədim dünyanın ölkələrində yaradılmamışdır ki. 1927-1941-ci illərdə Amerika Birləşmiş Ştatlarında Raşmori dağının qayalıq massivində heykəltəraş Qatsun Borqlum ABŞ-ın 4 prezidentinin – Corc Vaşinqtonun, Tomas Cefersonun, Abraam Linkolun və Teodor Ruzveltun portretlərini həkk elədi. Heykəllər ABŞ dövlətçiliyinin 150-ci il dönümünə həsr olundu, rəmzi olaraq bu dövlətin yaranması və inkişafı ideyasını əks etdirir. Heykəllərin hündürlüyü 18, 6 metrdir. Heykəllərin yaradılmasında heykəltəraş ilə birlikdə 400 adam iştirak etmişdi. Bu heykəllər ABŞ-ın milli memorialı (xatirə) adını daşıyır.

?

4. Raşmori dağının heykəllərini təsvir

et. 5. Sənin fikrincə, Pasxa adası, Əbu Simbel məbədi və Raşmori xatirə heykəlləri arasında hansı oxşarlıqlar və fərqlər vardır?

 Lüğət Monolit — bütöv daş parçası, bütöv daşdan yonulmuş əşya. Memorial — kiminsə xatirəsinə həsr olunmuş abidə. Raşmor dağı Milli Memorialı

İnternet vasitəsi ilə nəhəng ölçülü heykəllər barədə maraqlı məlumat axtarıb tap və sinfə təqdim et (www.ka.wikipedia.org) veb səhifəsindən istifadə edə bilərsən.

89

V


V

54. Parça ilə applikasiya Əgər düşünürsən ki, boş konfet qutusunu, kağızdan kitab üzlüyü parçaları və yaxud daralmış paltarı tezliklə atmaq lazımdır, səhv edirsən. Karton qutuları, rəngli kağız qalıqları, qayışlar, doğranmış parça hissələri – bütün bunların hamısı ilk baxışda yararsız görünsə də, bacarıqlı və fantaziyaya malik insanın əlində bütün bunlar dekorativ əl işlərinin elementlərinə çevrilir. Öz „mal-mülkünə“ nəzər salsan, özün də başa düşəcəksən ki, onların köməyi ilə nə qədər əşyalar düzəldə bilərsən.

Parça qırıqlarından qayçı ilə ehtiyatla çiçək və yarpaq formaları kəs. Əgər əlində arzu etdiyin rəngdə parça olmasa, sulu boyalar və fırça vasitəsilə arzu etdiyinə çata bilərsən. Boyanmış parçanın qurumasını gözlə və onu ehtiyatla kartona yapışdır. Bu əsasla sən əsl şəkil kətanı üzərində işlədiyin kimi işləyə bilərsən. Qab-qacaq, bitki budaqları və dekorativ yarpaqlar çək.

90


V

Kəsilmiş fiqurları bircə-bircə, ehtiyatla sənin əl işinə yapışdır.

Natürmortu canlandırmaq üçün ayrıayrı yerdə yuxarıdan parlaq nöqtələr qoya bilərsən. Boyanın mütləq qurumasını gözlə, sonra isə „istifadə olunmayan əşyalardan“ yaratdığın natürmorta müvafiq yer seç.

Applikasiya üsulu və istənilən süni və ya təbii materialdan ilə dekorativ rəsmlər yarat.

Məryəm. 10 yaşında.

91


V

55. Gürcüstanın çarları Sən yəqin ki, bir çox gürcü çarı və ya tarixi şəxsiyyətinin adını eşitmisən və onların göstərdikləri qəhrəmanlıqları haqqında da bilirsən. Gürcülər bir çarı Qurucu adlandırırdılar, ikincisini Parlaq, üçüncüsünü Başından keçən.

?

1. Yadına sal, bu epitetlərlə (Qurucu, Parlaq, Başından keçmiş) hansı çarları xatırlayırdılar və izah et, nəyə görə.

Orta əsrlərin məbədlərinin şəkillərində milli şəxsiyyətlərin – çarların, feodalların təsvirinə tez-tez rast gələ bilərsən. Onlar bir qayda olaraq, ibadət pozasında əks olunmuşlar.

?

Qelatinin baş məbədinin rəsmi. XVI əsr.

Betaniya rəsmi. XII əsrin sonu.

Gürcü tarixi şəxsiyyətlərinə, bizim böyük çarlarımıza münasibətdə maraq müasir epoxada da azalmamışdır. Gürcüstanın müxtəlif şəhərlərində onların heykəlləri qoyulmuşdur.

?

4. Sənin fikrincə, nəyə görə bu gün də böyük gürcü çarlarının və xadimlərinin heykəllərini qoyurlar? 5. Vaxtanq Qorqasalinin bu heykəli hansı şəhərdə qoyulmuşdur və nəyə görə? Elquca Amaşukeli. Vaxtanq Qorqasali. 1957-1967-ci illər.

92

2. Bu iki illüstrasiyanı təsvir et. 3. Bilmirsən ki, bu illüstrasiyalarda hansı çarlar əks olunmuşlar?


Müasir heykəltəraşlar böyük gürcü çarlarının həyatını, onların qəhrəmanlıq işlərini nəzərə alırlar və buna müvafiq olaraq, onların heykəllərini yaradırlar. Heykəltəraş Merab Berdzenişvili Qurucu Davidi güclü, əzələli at üstündə döyüş formasında təqdim etmişdir. Taclı çar sol əlində sarınmış bağlama tutmuşdur ki, bu da qanunlar külliyyatını əks etdirir, onun yuxarı qaldırılmış sağ əlinin jesti isə bu qanunların yerinə yetirilməsi iradəsinin əksidir. Bu, qanunverici, güclü, döyüşkən çardır.

?

6. Çariça Tamaranın heykəlini təsvir et. 7. Tamarın siması və atributları onun fəaliyyətinə necə uyğun gəlir?

Merab Berdzenişvili. Qurucu David. Tbilisi. 1997-ci il.

Malxaz Siskadze . İrodi Qvelesiani. Çariça Tamara. Axalsixe. 1989-cu il.

1. Gürcüstan tarixindən hər hansı bir tarixi şəxsiyyəti seç və istənilən üsul ilə onun portretini yarat.

2. Çar Parnavazın fəaliyyəti barədə məlumatlar topla və müəyyənləşdir, bu heykəl onun şəxsiyyətinə nə dərəcə uyğun gəlir. Elquca Amaşukeli. Parnavaz. Tbilisi. 1996-cı il.

93

V


V

56. Akvarel – pak və yüngül boya Nə cür şəhərdə və ya kənddə yaşayırsan? Hündür tikililərin küçənin hər iki tərəfinə səpələndiyi, onların arasında maşınlar və insanların o tərəf-bu tərəfə gedib gəldiyi yerdə yaşayırsan, yoxsa orada, harada ki, evlər tikilmişdir, yaraşıqlı həyətlərdə parlaq otlar baş qaldırmışdır və sübh çağı quşların civiltisi eşidilir. Belədir və ya başqa cür, yəqin ki, sən doğma mühitini yaxşı tanıyırsan və onu kağız üzərinə köçürmək vaxtdır. Bunu istənilən rəsm materialı və texnika vasitəsilə etmək mümkündür. Buna müvafiq olaraq, rəsm işi də müxtəlif cür alınacaqdır. Məsələn, akvarel ilə işlənmiş rəsm işi əksərən incə alınır. Doğrudur, bu boya ilə işləməyə nisbətən çox vaxt lazım gəlir, ancaq akvarelin azca ovulmuş rəngləri və şəffaflığı xoşa gələn effekt yaradır və əl işi yüngül və zərif alınır.

Yaxşı olar ki, rəsm işini xüsusi olaraq akvarel boyaları üçün nəzərdə tutulan kağız üzərində yerinə yetirəsən. Əgər adi rəsm vərəqi üzərində işləyirsənsə, təmiz fırçanı suda islat və bərabər şəkildə vərəqə çək. Bu cür hazırlanmış kağızda iki – üç dəqiqədən sonra işləməyə başlaya bilərsən.

Akvarel boyası ilə sənin doğma mühitini əks etdirən əl işini yarat.

94


Əvvəlcə əsas fiqurları – evləri, maşınları, insanları çək. Sonra onları sənin istədiyin rənglərlə rənglə. Ayrıayrı detalları – pəncərələri, qapıları, mağazanın vitrinlərini, örtüklərini – yaxşı olar ki, fərqli, daha tünd rəngli boya ilə yerinə yetirəsən.

V

Diqqət yetir ki, yan-yana qoyulmuş boyalar bir-birinə qarışmasın, yoxsa rəng təmiz və şəffaf olmayacaqdır. Həmçinin fırça və suyun həmişə təmiz olması da əhəmiyyətlidir.

Datuna. 11 yaşında

95


V

57. Hamısı mənim vətənimdir... İmereti Qərbi Gürcüstanın mühüm diyarlarından biridir. O iki hissəyə – Zemo və Kvemo İmeretiyə bölünür. Onun ərazisindən iki böyük çay – Rioni və Qvrila axır. İmereti ərazisində aşkar edilən arxeoloji abidələr təsdiq edir ki, bu diyarda hələ 35 min il bundan əvvəl insan yaşayırdı. İmeretidə ibtidai insanların çoxlu mağara – məskənlərinə rast gəlirik: Devisxvreli, Saqajia, Dzudzuana, Caxati və s. Burada arxeoloqlar qədim insanların hazırladıqları çoxlu alətlər tapmışlar.

Dzudzuana mağarasından qədim insanın silahları.

Dzudzuana mağarası

İmereti tarixi abidələrlə zəngindir. Onlar arasında ən tanınmışlardan biri Qequti sarayıdır, bu tikili Kutaisidən 7 km aralıda Rioni çayının sahilində yerləşir. Qequti gürcü çarlarının qış iqamətgahı kimi tanınır və XII əsrin II yarısında III Giorgi tərəfindən tikilmişdir. Deyilənlərdən məlum olur ki Çariça Tamara qala istehkama tez-tez qonaq gəlirmiş. Qequti eyni zamanda həm saray idi, həm də qala – istehkam. Məhz buna görə də ona qala – salon adını vermişlər, bu salonun təmtəraqlı girişi, tağlı örtüklü parad salonu, buxarılı salonu, hovuzu və soyunma yerləri, su kəməri sistemi olan hamamı varmış. Hazırda Qequti qala-salonu xarabalıqlara çevrilmişdir, lakin bu xarabalıqların özü belə onun əzəmətli keçmişindən xəbər verir.

 Lüğət Mağara — təbii mağara. Dulusçuluq — gilin işlənib ha­ zırlanması və ondan qab-qacaq istehsalı.

96


V

Katsxi sütunu Çiatura rayonundakı Katsxi kəndində yerləşir. O təbii sütunlu qayaya bənzəyir, onun hündürlüyü 40 metrdir. Katsxi sütunu, göründüyü kimi, təqib olunan tərki-dünya rahiblərinin yaşadığı yer idi.

?

1. Sənin fikrincə, tərki – dünya rahibləri kimlər idilər? 2. Təsəvvürünə gətir, rahiblər o sütuna necə çıxır və orada necə yaşayırdılar.

Sütunun yuxarı platformasında iki kiçik ölçülü tikili vardır. Alimlərin fikrincə, bu tikililər ən geci VI əsrdə inşa olunmuşdur. Alimlərin bir hissəsi hər iki tikilini ibadətgah hesab edir, bir qisim alimlərin fikrincə isə, onlardan yalnız biri ibadətgah, ikincisi isə rahiblərin yaşayış tikilisi idi.

Katsxi sütunu

Gürcüstanın bir çox guşələrində, o cümlədən İmeretidə də dulusçuluqla məşğul olurdular. Bu cəhətdən Şroşa kəndi məşhurdur, burada qırmızı torpaqlı gilli torpaqdan yerlilər qab-qacaq hazırlamaq üçün istifadə edirdilər. Burada bu gün də ənənəvi gürcü qabları – çörək bişirmək üçün gildən hazırlanmış qab, bardaqlar, şərab küpü, kasalar, cəmlər və s. hazırlayırlar. Şroşa kəndinin sakinləri öz əl işlərini Qərbi və Şərqi Gürcüstanın birləşdirici şosesində bu gün də sərgiləyirlər və onları istənilən şəxs ala bilər.

Baqrat məbədi. XI əsr.

Baqrat məbədi orta əsrlər gürcü memarlığının ən mühüm abidələrindən biridir. XI əsrdə tikilmiş kümbəz müəyyən vaxt kəsiyində sökülmüşdür. Hazırda məbəd və onun kümbəzi bərpa edilmişdir.

İmeretinin hər hansı bir abidəsini seç. Onun barəsində məlumat və foto material topla. İşini sinif qarşısında təqdim et.

97


V

58. Sərgi salonu Yəqin diqqət yetirmisən ki, muzeylərdə və yaxud sərgi salonlarında insanlar bəzi rəsmlərin qarşısında xeyli dayanırlar və saatlarla ona tamaşa edirlər. Şəkil bəzən insanı elə cəlb edir ki, o geri qayıdır və həmin əsərə dönə-dönə diqqət yetirir. Bəzən təəssürat o qədər güclü olur ki, bu rəsm işi, onun yaratdığı əhval-ruhiyyə muzeydən çıxmış insanı uzun müddət „tərk etmir“.

?

1. İki müxtəlif sərgidə çəkilmiş bu fotoları necə adlandırardın.

Təsviri incəsənət əsərləri insanlar arasında əlaqənin xüsusi vasitəsidir. Hər bir əsər müəyyən süjet ilə bərabər, müəllifin hisslərini, əhval-ruhiyyəsini, münasibətini də əks etdirir. Tamaşaçı əsər ilə tanış olur, onun məzmununu dərk edir, rəssamın və yaxud heykəltəraşın ustalığını qiymətləndirir və get-gedə rəsm əsəri barədə öz fikrini formalaşdırır. Hər bir əsər tamaşaçıda müəyyən assosiasiyalar və emosiyalar da yaradır. Beləliklə, bədii əsərin müəllifi incəsənət vasitəsilə tamaşaçı ilə təmas qurur, özünün demək istədiyini və fikirləşdiyini onunla bölüşür.

?

2. Səndə böyük təəssürat yaradan bədii əsərləri sadala. 3. Çalış, sənin təəssüratını təsvir et və buna nəyin səbəb olduğunu müəyyənləşdir.

Şəkildə əks olunan əhval-ruhiyyə bir çox hallarda „keçici“ olur. Tamaşaçıda da belə bir hisslər oyanır və o sanki şəkildə əks olunan hərəkətin həmiştirakçısına çevrilir. Rəssamlar öz şəxsi hisslərini bu cür əks etdirməyi necə bacarırlar ki, bunlar tamaşaçılar üçün başa düşülən olsun?

 Lüğət Assosiasiya – bir hadisə və ya əşya ilə yaranan zehni əlaqə.

98


İncəsənət əsərlərinin bütün elementləri: xətt, forma, rəng, kompozisiya və bir çox başqa şeylər incəsənətin „nitq dili“ dir. Əgər bu dili yaxşı bilsən, başa düşəcəksən ki, səni nə şənləndirdi və sənin ruhunu nə oxşadı, xatirələrini oyandırdı və ya ümidlə doldurdu. Bir sözlə, incəsənət əsərləri ilə sərbəst əlaqə yarada bilərsən.

?

4. Burada təqdim olunmuş Bencamin Kelin və Mark Şaqalın əsərləri səndə hansı təəssüratı yaradır? 5. Əhval-ruhiyyənə əsasən onlara uyğun adlar seç.

Bencamin Kell. 2002-ci il.

Mark Şaqal. 1957-ci il.

Aşağıda verilmiş peyzajlardan birini yazılı şəkildə xarakterizə et. Sənin mülahizəni əsaslandır.

Edvard Munk. Ulduzlu gecə. 1924-cü il.

Klod Mone. Bağda xiyaban. 1902-ci il.

99

V


V

59. İnsan, məşğuliyyət, ətraf mühit Rəssamlar tez-tez öz rəsm əsərlərində sadə insanları adi iş zamanı əks etdirirlər. Onlar öz adi mühitlərində əks olunurlar, müvafiq sadə və adi geyimdə olurlar. Onların simasına və məşğuliyyətinə əsasən insan asanca başa düşür ki, şəkildə hansı təbəqənin nümayəndəsi əks olunmuşdur. Rəssam Jan – Fransau Mile bu əsərində gənc qızı əks etdirmişdir, bu qız sap əyirir. Onun sadə geyimi var, önünə ağ önlük bağlamışdı, başına isə ağ papaq örtmüşdü. Onun oturduğu stul da, olduğu otaq da sadə və adidir.

Jan-Fransua Mille. Əyirici. 1870-ci il.

 Lüğət Fransua Buşe. Markiza de Pompadur. 1756-ci il.

Zadəganlar — hakim sinfin təbəqəsi, böyük soyadlılar.

İlk baxışdanca məlum olur ki, Fransua Buşenin şəklində tamamilə başqa təbəqənin nümayəndəsi olan qadın əks edilmişdir. Ən qiymətli libasında bəzənmiş gözəl qadın, rahat, taxtda istədiyi kimi söykənmişdir. Əlində açıq kitabı elə tutub, sanki elə indicə oxumağa ara vermişdir və fikirli baxışları uzaqlara yönəlmişdir. Burada mühit də olduqca zəngin və möhtəşəmdir. Hər əşya, ağır və qiymətli parçadan olan pərdələr. Naxışlarla bəzədilmiş ayaqları olan möhtəşəm masa, iri kütləli saat, xanımın ayaqları altına səpələnmiş çiçəklər belə incə və yaraşıqlıdır. Hər şey ona işarə edir ki, qadın zadəgan zümrəsinin nümayəndəsidir.

100


V

Jan-Fransua Mille. 1867-ci il.

Fransua Buşe. 1759-cu il.

?

1. Hər bir əl işini təsvir et. Personajların məşğuliyyətinə, geyiminə və mühitinin detallarına diqqət yetir. 2. Onları bir-biri ilə müqayisə et və mülahizə yürüt, bu şəkillərdə hansı təbəqənin nümayəndələri əks olunmuşlar.

Van Deyk. 1641-ci il. Jan-Fransua Mille. 1868-ci il.

Keçilmiş materiala göz gəzdir. Mülahizə yürüt və öz fikrini bildir, bu və ya digər rəsm əsərində hansı təbəqənin nümayəndələri əks olunmuşlar.

101


V

60. Gil ilə işləyirik Gil kövrək, asan əyilən materialdır, ondan istənilən əşyanı asanlıqla düzəltmək olar. Heç bu da təhlükəli deyil ki, əgər əvvəldən dəqiq olaraq elə bil forma ala bilməyəsən, necə ki fikirləşmişdin. Əgər əvvəldən düşündüyün formanı ala bilməsən, bu elə də qorxulu bir şey deyil. Gildən hazırlanan əl işi hazır olan zaman, onun bəzədilməsinə də diqqət yetirilməlidir. Sadə piyaləni və ya gil bərnisini, dibçəyi quaş boyaları ilə elə bəzəmək olar ki, ona baxmaqdan zövq alasınız. Sənin əl işini bəzəmək üçün həndəsi ornamentdən, istənilən heyvanın, quşun və ya başqalarının təsvirlərindən istifadə etmək olar.

Gildən istədiyin formada dekorativ əşya hazırla və onu quaş boyaları ilə bəzə.

102

Gil ilə işləyən zaman bir neçə sadə qaydaya əməl etməlisən: müxtəlif formalı gil əşyaları gil qurumamış düzəldib başa çatdırmaq lazımdır. Gil tam quruduqdan sonra, hazır əl işini bəzəyə bilərsən. Bu zaman onun forması da zədələnməyəcəkdir.


61. Akvarium Bir çox hallarda insanların evində təkcə dörd ayaqlı heyvanlar olmur. Bəzilərinin evində qəfəsdə quşları, bəzilərinin isə balıqları olur. Balıqlar üçün xüsusi şəffaf qabdan – akvariumdan istifadə edirlər. Ona xırda dəniz daşları düzürlər, su bitkiləri yerləşdirirlər, əlbəttə ki, balıq buraxırlar. Müxtəlif üsullardan istifadə etməklə fərqli faktura al, akvarium yarat və onda müxtəlif rəngli balıqları yerləşdir.

1 3

2

4

Böyük formatda nazik süngərdən və fırçadan istifadə etməklə müxtəlif faktura yarat. Fon quruduqdan sonra su bitkilərinin və balıqların yastı surətlərini yaratmaq üçün jurnallardan müxtəlif fakturalı kağız kəs. Üç ölçülü balıqları jurnallardan kəsilmiş və yaxud sənin tərəfindən çəkilmiş kağızdan düzəldə bilərsən.

103

V


V

62. Gürcüstanın mənzərələri Gürcüstanın dağ və aranının rəngarəng təbiəti gürcü rəssamlarını dəfələrlə cəlb etmiş və onların ilham mənbəyinə də çevrilmişdir. Gürcüstanın hər bir guşəsinin özünəməxsus siması vardır: Qafqazın uca dağları və geniş açılmış Alazani vadisi, göy dənizin göz uzandıqca uzanıb gedən məkanı, böyük və kiçik dağ-təpələrin kələkötür yamaclarına səpələnmiş kəndlər və onlara aparan əyri-üyrü yollar, qarla örtülü olan zirvələr və sanki əlçatmaz yüksəkliklərdə ucaldılmış hündür qüllələr...

1

2

Korneli Sanadze. Quriya. 1966-cı il.

?

David Kakabadze. İmereti. 1919-cu il.

1. Necə fikirləşirsən, mətndə Gürcüstanın hansı guşələri barədə söhbət gedir? 2. Fikirləş və təsvir etməyə çalış, sənin guşənin təbiəti üçün xarakterik olan başlıca cəhət hansıdır?

Gəl, XX əsr gürcü rəssamları tərəfindən çəkilmiş peyzajlara göz gəzdirək və öz gözümüzlə görmək üçün Gürcüstana səyahətə çıxaq. Yəqin, tanış olacaqsınız, rəngli „örtüklərə“ bürünmüş dağları tanıyacaqsınız və onlara rəssam ilə birlikdə, sanki, yuxarıdan baxacaqsınız. David Kakabadze doğma İmeretinin təbiətini yalnız onun üçün xarakterik olan bədii formada əks etdirmişdir. Rəssamlar tez-tez Gürcüstanın eyni guşəsinin, kəndinin və ya şəhərinin peyzajını yaradırlar, lakin onların əl işləri bir-birindən olduqca fərqlənir. Məsələn, qırmızı kirəmitlə örtülü və bütövlükdə yaşıllığa bürünmüş evlər Elene Axvledianinin şəkillərində əks olunmuş Tbilisi mənzərələridir.

Elene Axvlediani. Göy gurultusundan əvvəl. 1973-cü il.

104

3


Tbilisini öz yaradıcılıqlarında müxtəlif nəsillərin bir çox gürcü rəssamı əks etdirmişdir. Onları qədim məhəllələrin gözəlliyi, özünəməxsusluqları, onların təkrarsız olmaları cəlb edir. Tbilisi salnaməsinin yaradılmasında da bu əsərlərdən istifadə etmək olar. 5

4

V

Aleksandr Simakuridze. Tbilisi. XX əsrin 20-ci illəri. Qia Buğadze. Tbilisi. 2009-cu il.

?

3. Üçüncü, dördüncü və beşinci illüstrasiyalarda əks olunmuş Tbilisinin görünüşlərini bir-biri ilə müqayisə et. Onlar arasında hansı oxşarlıqlar və fərqlər vardır? 4. Sənin fikrincə, hansı detallara əsasən başa düşmək olar ki, bu şəkillərdə Gürcüstanın şəhərləri əks olunmuşdur?

İlk baxışda adama elə gəlir ki, Quram Kutateladzenin və Edmund Kalandadzenin peyzajlarında, palitranın sanki bütün rənglərindən istifadə edilmişdir, lakin şəkillərin koloritinə diqqət yetirsəniz, onlar arasında da böyük fərqlər görərsiniz.

?

5. Hər bir peyzajı təsvir və xarakterizə et.

7 6

Edmund Kalandadze. Mavi rəngli dağlar. 1998-ci il. Quram Kutateladze. Payız. 1975-ci il.

Sənin şəhərinin, kəndinin qədim məhəlləsinin görüntüsünü çək.

105


Layihə – Məktəbin həyəti Öz məktəbinin həyətini abadlaşdırmaq üçün, onu necə tərtib etmək barədə sən özün də bir şey fikirləşə bilərsən. Bunun üçün təbii materialdan istifadə etmək olar: daşlardan, yarpaqlardan, ağac budaqlarından və s. Əgər orijinal ideyaların düşünülüb tapılması və həyata keçirilməsi ilə bir-birinizlə yarışsanız, onda layihə həvəslə həyata keçiriləcəkdir. İş başa çatdırıldıqdan sonra, birgə əl işləri ilə şəkillər çəkin və məktəbin stendində yerləşdirin.

Sənin əlində olan təbii material ilə məktəbin həyətini dekorativ tərtib et.


Yekun dərsi – 1 1. Verilmiş işləri müvafiq mətnlə əlaqələndir. Sənin mülahizəni əsaslandır. a) Qədim epoxa

b) Yeni epoxa

1

2

3

4

2. Öz sözlərinlə izah et: Kompozisiya,

simmetriya,

peşəkar,

atribut.

107

I


II

Yekun dərsi – 2 1. Burada təqdim olunmuş təsvirlərin mimikasını, ifadəsini, əhval-ruhiyyəsini xarakterizə et. Bunların hər birinin hansı emosiyanı əks etdirdiyini müəyyən etməyə çalış. Hər bir simaya müvafiq ad qoy.

2. Burada verilmiş kompozisiyalardan hansı çoxfiqurludur? 1

2

Yan Vermeyer. Məktub. 1670-ci il.

3

Piter Breygel. Kəndlilərin toyu. 1567-ci il.

108

Jan-Fransua Mille. Səpinçi. 1870-ci il.


3. Verilmiş fotoları onda əks olunan əşyaların mənşəyi, haradan olması ilə əlaqədar qruplaşdır. a) Qərb (Avropa)

b) Şərq (Yaponiya, Çin)

3 1

4

2

5

7 8 6

4. Verilmiş əl işlərini müvafiq ölkələrlə əlaqələndir. a) Misir

1

b) Mesopotamiya (Çaylar arası)

2

c) Çin

3

d) Qədim Yunanıstan

4

109

II


III

Yekun dərsi – 3 1. Portretlərdə təqdim olunmuş insanları xarakterizə et.

İvan Kramskoy. Naməlum qadın. 1881-ci il.

El Qreko. Cəngavər. 1578-1580-ci illər.

Oqyust Renuar. Yelpikli qızcığaz . 1881-ci il.

2. Öz sözlərinlə izah et: Ritm, dinamika, kampanile

3. Verilmiş abidələri Gürcüstanın müvafiq guşələri ilə əlaqələndir. a) Kaxeti

1

3

110

b) Sameqrelo

2

4


III

4. Hər bir memarlıq tikilisini müvafiq ölkə ilə əlaqələndir. a) Fransa 1

2

b) Gürcüstan

c) İtaliya

d) İngiltərə

3

4

111


IV

Yekun dərsi – 4 1. Hər bir rəsm işi ilə əlaqədar səndə yaranmış təəssüratı kağız üzərinə köçür.

1

3

2

4

2. Hər bir rəsm əsərinin müəllifini və adını yadına sal.

2 1

112

3


IV

3. Müəllifi müvafiq əl işi ilə əlaqələndir. a) Pikasso

b) Varla

c) Pirosmani

d) Matiss

e) Leonardo da Vinçi

2

1

3

5

4

113


V

Yekun dərsi – 4 1. Burada əks olunmuş insanların cəmiyyətin hansı təbəqəsinə mənsub olduqlarını müəyyənləşdir; 2. Bu şəkillərlə alınmış təəssüratı yazılı şəkildə ifadə edin. a) Zadəganlar

b) Orta təbəqə

c) Aşağı təbəqə 2

1

3

4

5

114


V

3. Sadalanmış abidələri Gürcüstanın müvafiq guşələri ilə əlaqələndir: a) Sameqrelo

b) Kaxeti

c) Abxaziya

d) İmereti

2 1

3

4

6 5

115


V

4. Təqdim olunmuş fotolara diqqət yetir. Müəyyənləşdir, onlardan hansı burada verilmiş hər bir terminə uyğun gəlir. a) Ştrix

b) Büst

c) Düşmüş kölgə

1

2 3

4

5. Verilmiş fotolara diqqət yetirin. Müəyyənləşdirin, onlardan hansı burada verilmiş hər bir terminə uyğun gəlir. a) Faktura 1

b) Dinamika 2

d) Kontrast

3

5

116

c) Qradasiya

4

6

7

8


Lüğət Assosiasiya – bir hadisə və ya əşya ilə əlaqədar yaranan zehni əlaqə. Atlet – qədim Yunanıstanda idmançı, hansı ki, atletika, ağırlıq qaldırmaqla məşğul olur. Büst – heykəltəraşlıq portreti, hansında ki, insanın yalnız başı və çiyinləri təsvir olunur. Büt – allahların təsviri, pərəstiş olunan bütlər. Batalik rəngkarlıq – döyüş səhnələrini əks etdirən rəssamlıq. Dekorativ – sakitləşdirici gözəllik verən. Detal – bütövün hissəsi. Dinamika – daxili hərəkət, dəyişkənlik, inkişaf. Dulusçuluq – Gilin işlənib hazırlanması və ondan qab – qacaq istehsalı. Ekologiya – elm, hansı ki insanın məşğuliyyəti nəticəsində ətraf mühitin dəyişməsi məsələlərini və təbiəti mühafizə problemlərini öyrənir. Emblem – hər hansı bir ideyanın rəmzi üçün istifadə olunmuş təsvirin əşyası. Funksiya – təyinat, öhdəlik. Harmoniya – şəklin hissələrinin, şəkillərinin bir-birinə uyğunlaşdırılması. İllüziya – hər hansı bir şeyi eybəcərləşdirərək, səhvən əks etdirmək. İnteryer – binanın memarlıq və rəssamlıq cəhətdən formalaşdırılmış daxili hissəsi. İnterpretasiya – hər hansı bir bədii əsərin özünəməxsus, yaradıcılıq tərzi. Hər hansı bir şeyin özünəməxsus, fərqli müzakirəsi. İqamətgah – hökumətin, dövlət başçısının və yaxud başqa yüksək vəzifəli şəxsin əyləşdiyi yer. Kvarta – bir başa toxunmuş, tikişi olmayan uzun paltar. Kampanile – Orta əsrlərin və dirçəliş dövrünün İtaliya memarlığında: məbədin yanında tikilən, adi, dördkünc ( bəzən dairəvi) zəng qülləsi. Kolorit – rənglərin bir-birinə uyğunlaşdırılması, bir-birinin yanında verilməsi, bu da şəkilin bütövlüyünü yaradır. Mərasim – dini xarakterli adət-ənənələrin birliyi. Mozaika – sement qatına bərkidilmiş, bir-biri ilə sıx birləşmiş rəngli daş parçalarının, rəngli şüşənin və sairənin kiçik-kiçik hissələrindən yaradılmış şəkil və ya sifət. Monolit – bütöv daş parçası, bütöv daşdan yonulmuş əşya. Memorial – kiminsə xatirəsinə həsr olunmuş abidə.


Mağara – təbii mağara. Panorama – Açılmış, geniş və ətraflı məkanın, adi olaraq yuxarıdan görünüşü. Relikviya – din pərəstişkarının əşyası, hansının ki, möcüzə yaratmaq gücü vardır. Samuray – Sözbəsöz xidmət deməkdir. Yaponiyada hərbi feodal təbəqə, eynən qəhrəman. Ştrix – xətt hansı ki, əlin bir hərəkəti ilə yaradılır və hansı ki rəsmin əsas elementlərindən birini əks etdirir. Terrakota – bişmiş rəngli gil. Termin – hər hansı bir xüsusi anlayışı və yaxud əşyanı qeyd etmək üçün işlədilən söz. Trapeza – məbəddə, ziyarətgahın tən ortasında yerləşdirilmiş dörd künc masa. Zadəganlar – hakim sinfin təbəqəsi, böyük soyadlılar.


Bu dərsliyin satışı faktı aşkarlandığı təqdirdə, xahiş edirik, bizimlə qaynar-xətt nömrəsi ilə əlaqə saxlayasınız (+995 32) 2 200 200

Dərslik/seriya barədə əlavə məlumatı veb-səhifədən əldə edə bilərsiniz: https://www.facebook.com/PublishingHouseklio


SBN 978-9941-481-63-5

İNCƏSƏNƏT

5 „Şagirdlərin dərsliklərlə təmin edilməsi proqramı“ çərçivəsində maliyyələşdirilmişdir

ხელოვნება, მე-5 კლასი, მოსწავლის წიგნი, აზერბაიჯანულ ენაზე  

ხელოვნება, მე-5 კლასი, მოსწავლის წიგნი, აზერბაიჯანულ ენაზე

ხელოვნება, მე-5 კლასი, მოსწავლის წიგნი, აზერბაიჯანულ ენაზე  

ხელოვნება, მე-5 კლასი, მოსწავლის წიგნი, აზერბაიჯანულ ენაზე

Advertisement

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded

Recommendations could not be loaded