ჩვენი საქართველო, მე-5 კლასი, მოსწავლის წიგნი, 1-ლი ნაწილი, აზერბაიჯანულ ენაზე

Page 1

Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

BIZIM GÜRCÜSTAN Şagirdin kitabı BIRINCI HISSƏ



Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

5

BIZIM GÜRCÜSTAN Şagirdin kitabı Birinci hissə

Gürcüstan Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi tərəfindən 2018-ci ildə qriflənmişdir

“Klio” nəşriyyatı


Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili

Bizim Gürcüstan, V sinif, birinci hissə Şagirdin kitabı

Seriyanın redaktoru

Rəssam Xəritələr

Elene Medzmariaşvili

İvane Qipşidze Zurab Laoşvili

Kompüter təminatı Mamuka Loladze Nana Esartia Üz qabığının dizaynı Elene Varamaşvili

Tərcümə edən Emin Mahmudov Korrektor Ceyran Ağayeva Yığıcı operator Sona Xudiyeva © “Klio” nəşriyyatı, 2018 © Roland Topçişvili, Elene Medzmariaşvili, Nodar Elizbaraşvili, Giorgi Avtandilaşvili, 2018

Bütün hüquqlar qorunur ISBN 978-9941-481-69-7 (Hər iki hissənin) ISBN 978-9941-481-70-3 (Birinci hissənin)

MMC “Klio Nəşriyyatı” Ağmaşenebeli Prospekti, #181-2, Tbilisi,0112 Tel: (+995 32) 234 04 30 E-mail: book@klio.ge www.klio.ge


MÜNDƏRICAT Dərsin strukturu..................................................................................................... 4 Gürcüstanın fiziki xəritəsi....................................................................................... 6 Tarixi-etnoqrafik regionların xəritəsi...................................................................... 8 GIRIŞ............................................................................................................................ 10 1. Viktorina “Bizim Gürcüstan”.............................................................................. 11 2. Ölkəmizin regionlarının öyrənilməsində bizə nə kömək edir.............................12 3. Xəritə................................................................................................................. 14 4. Üfüqün cəhətləri................................................................................................ 16 5. Yerin planı.......................................................................................................... 18 6. Hadisələrin vaxtında müəyyənləşdirilməsi.........................................................20 7. Tarixdə il hesabı................................................................................................. 22 Necə tədqiq edək ..................................................................................................24

FƏSIL 1 KARTLI.......................................................................................................................... 26 1.1. Kartli – Gürcüstanın coğrafi mərkəzi............................................................... 28 1.2. Kartli – Gürcüstanın siyasi mərkəzi................................................................. 30 1.3. Kartli və onun qonşu diyarları......................................................................... 32 1.4. Kartlinin qala-istehkamları.............................................................................. 34 1.5. Rəngarəng Kartli.............................................................................................. 36 1.6. Kartlidə məskunlaşma tipləri.......................................................................... 40 1.7. Kartlidə təsərrüfat sahələri............................................................................. 42 1.8. Qarşılıqlı yardım ənənəsi................................................................................. 45 Nə bilirəm və nə bacararam . ................................................................................ 48

FƏSIL 2 İMERETI....................................................................................................................... 50 2.1. İmeretinin yerləşməsi və təbiəti..................................................................... 52 2.2. İmeretidə məskunlaşma tipləri....................................................................... 56 2.3. İmeretililərin təsərrüfat məşğuliyyəti.............................................................59 2.4. İmeretidə mədəniyyət abidələri..................................................................... 62 2.5. İmeretidə gündəlik həyat................................................................................ 64 2.6. İmeretinin şəhərləri........................................................................................ 66 Nə bilirəm və nə bacararam................................................................................... 68

3


DƏRSIN STRUKTURU İstinad sual

Fəsil və başlıq

1

ÖLKƏMIZIN REGİONLARININ ÖYRƏNILMƏSINDƏ BIZƏ NƏ KÖMƏK EDIR Ölkəmizin regionlarını elmin hansı sahəsi və necə öyrənir?

Mənbə 1. Heredot dünyada ilk tarixçi hesab olunur

Lüğət

İstinad sözlər

Xalqın və ölkənin keçmişini öyrənmək üçün alimlər müxtəlif vasitələrdən istifadə edirlər. Bunlar, ilk növbədə, yazılı mənbələrdir. Uzun tarix boyu, insanlar yazı yaratdıqdan sonra, salnaməçilər baş vermiş faktları yazıya alırdılar. İnsanlar səyahət etməklə yanaşı, onlardan fərqli mədəniyyətə və ənənələrə malik xalqları təsvir edirdilər; insan qrupları tərəfindən yaşayış yerinin dəyişdirilməsini, yəni miqrasiyanı, dövlətlərin yaranmasını, müharibələri, xalqlar arasında qarşılıqlı münasibətlərin başqa formalarını qeydə alırdılar; onlara naməlum və ya məlum olan xalqların geyiminin, yaşayış tərzinin, yeməklərinin və nəqliyyat vasitələrinin necə olduğunu təsvir edirdilər. Salnaməçilər tərəfindən qeydə alınmiş bütün bu və digər hadisəni tarixçilər öyrənirlər. Belə ki, tarix insanların, xalqların və ölkələrin keçmişini öyrənən elmdir. Keçmişin öyrənilməsində bizə arxeologiya da kömək göstərir, bu sahə yerin altında mövcud olan qədim mədəniyyət nümunələrini elmi cəhətcə öyrənir.

Etnoqrafiya keçmiş həyatın tədqiqində olduqca böyük töhfə daxil edir. Tarixdən və arxeologiyadan fərqli olaraq, o, müasirliyi də öyrənir. Müxtəlif xalqların meydana gəlməsi, onlar tərəfindən yaradılmış ənənələr, qayda-qanunlar və həyat tərzi etnoqrafiyanın maraq predmetidir. Bu elm sahəsi həm keçmişdə, həm də bu gün xalqın həyatı ilə əlaqədar bütün problemləri öyrənir. Əgər arxeoloq mədəniyyətin keçmiş qalıqlarını yerin altında axtarırsa, etnoqraf bu mədəni hadisələri xalqda axtarıb tapır. Coğrafiya da bizim ölkənin öyrənilməsində bizə kömək göstərir. Coğrafiya Yer kürəsinin və onun ayrı-ayrı hissələrinin, ölkələrinin təbiətini, əhalisini, təsərrüfatını, onların ərazi yerləşməsini və özünəməxsusluğunu öyrənir. Vətənimizin keçmişi və mədəniyyəti, tarixi-etnoqrafik regionların özünəməxsusluqları təbii coğrafi amillərlə də şərtlənir. Buna müvafiq olaraq, tarix, etnoqrafiya, coğrafiya bir-biriləri ilə sıx əlaqədədir.

LÜĞƏT

Etnoqrafiya – qədim yunan sözüdür. “etnos” xalq deməkdir, “qrafos” – qeydə almaq. Coğrafiya – yunan sözüdür. Əsasında bu durur “ge/gea” – Yer kürəsi və “qrafo” – qeydə almaq deməkdir.

TAPŞIRIQ

3. Etnoqrafiya nəyi öyrənir? Sənin fikrincə, sənin regionunun öyrənilməsində bu sahə sənə necə kömək edə bilər. 4. Coğrafiya nədir və o nəyi öyrənir? 5. Şəkil, foto və istənilən bir şey axtarıb tap, hansı ki, təsvir edəcəkdir: a) sənin regionunun təbiətini; b) sənin regionun üçün xarakterik olan həyat tərzini.

LÜĞƏT

Ən qədim sap və bal

Tarix – qədim yunan sözüdür və nəql etmək deməkdir. Salnaməçi – tarixi hadisələrin yazılı şəkildə verilməsi. Keçmişdə tarixçilər belə adlanırdı. Arxeologiya – yunan sözüdür. “ Arxaos” qədim deməkdir, “loqos” – elm. Mənbə 2. Dzudzuana mağarasında arxeoloji işlər. İmereti TAPŞIRIQ

1. Tarix nəyi öyrənir? 2. Arxeologiya nəyi öyrədir?

12

Yer kürəsi tarixində ən qədim sap Gürcüstan ərazisində tapılmışdır. Gürcü arxeoloqları Qərbi Gürcüstanda, İmeretidə, Dzudzuana mağarasında qədim sap nümunəsini aşkar etmişlər. Onu elmi cəhətcə öyrəndikdən sonra, məlum olmuşdur ki, bu sap təqribən 34 min il bundan əvvəl kətan bitkisindən hazırlanmışdır. Eləcə də Gürcüstanda, Borjomi rayonunda, arxeoloji qazıntı zamanı, alimlər ən qədim bal aşkar etmişlər. Ehtimala görə, saxsı qab 5500 il bundan əvvəl düzəldilmişdir və onda bal saxlanılırmış. Mənbə 3. Ən qədim bal

BIZIM GÜRCÜSTAN 5 GİRİŞ

Tarixin vərəqləri Mənbə şəklində verilmiş illüstrasiya

Suallar və tapşırıqlar

Rubrika

Miflər və əfsanələr Maraqlı məlumat Tarixdə şəxsiyyət

4

BIZIM GÜRCÜSTAN 5

13


Ön söz Bu dərslikdə sən yeni fənni- “Bizim Gürcüstan” fənnini öyrənməyə başlayırsan. Bu dərslik öz ölkənin öyrənilməsində sənə kömək göstərəcəkdir; onun keçmişi və müasir dövrünə münasibətdə səndə maraq oyadacaqdır; biləcəksən, sənin ölkən harada yerləşir; onun etnik, mədəni və ya dini rəngarəngliyini, onun unikal təbiətini kəşf edəcəksən; biləcəksən, Gürcüstanın diyarları bir-birlərindən nə ilə və necə fərqlənir və anlayacaqsan ki, bu rəngarənglik bizim ölkəmizin zənginliyidir; əmin olacaqsan ki, vahid dövlət quruculuğunda bütün regionların xidməti vardır. Dərk edəcəksən ki, burada yaşayan bütün insanlar, o cümlədən, sən və sənin həm yaşıdların Gürcüstan vətəndaşlarısınız; anlayacaqsan ki, nəinki təkcə öz diyarınıa və ümumiyyətlə, bütün ölkəyə qayğı göstərməlisən, eləcə də onun gələcəyini təmin etməlisən. Bunun üçün isə Gürcüstanı yaxşıca tanımalısan. Müəlliflər kollektivi

5


GÜRCÜSTANIN FIZIKI XƏRITƏSI

41°

k fso u

arxizi

d

q e d i

baqsani

r u s ev T i s !

s

i f

!

i

k oo od

k odor

xaiSi!

x e

bul

m. Sxara

a n e Ti s

5068

q e di r io

! (

!

jvari

walenjixa

asxis

Cxorowyu

masivi

! (

! (

! R riR ! ngu

zugdidi

n

! (

mam

cageri oni

ambrolauri rion i

! R

martvili

! (

q

s

i

a WSaoris wylsc. wyaltubo tyibuli saCxer ! ! ! ( ( xobii( ! ( ! WiaTura ( senaki xoni xo b d tyibulis ! ( a (! b e ! R wylsc. ! quTaisi R r Ti s !l ( Terjola i m e o i abaSa r io n i b i ! ( ! ( lob foTi ! aR samtredia paliastomis zestafoni m i tba ! ( ! ( ! ( x r ! lanCxuTi vani baRdaTi( ureki ! i ! xaragauli ( ( ! l 999 Coxatauri ! (

s

si sk i4 60

stam

v

! R ozurgeTi

i 108

5

2182 zekaris uR.

qobuleTi( !

R

borjomi ( !

! waR

i

ar baTumi m. mtirala q a r T v e l oabasTumani kv mt bakuriani s a s xulo a 1336 s a T r i a ! adigeni ( ! PxelvaCauri ! m x ( ! ( 2025 vale Suaxevi re goderZis uR. ! ! R ( ! Wo ( qeda T ! sarfi ! ( aspinZa axalcixe !

v

!

i

42°

en gur i

e

s

r

s T i

ro

q

i

e

i

anaklia !

vo

n

lentexi galis wylsc. ! gali (

v

nalC

Tirniauzi

4700 m. uSba mestia ( !

jvris wylsc.

!

oCamCire ( !

a

! (

i

m. ialbuzi

i

q e di

is

tyvarCeli

l

k

z

o

s

! gulrifSi(

no

5642

amtyelis tba

ri

! P soxumi

S

a

Teberda

2782 kluxoris uR.

43°

f e

n

a

2746 maruxis uR.

b zi

so biWvinTa Wi ! axali aToni ( 13 ! gudauTa 3

!

o

k

z i f i b s

gagra( !

!

v

riwis tba

m. arabika 2656

l

3232 m. urupi

a

43°

42° yaraCaevski !

k

3183 m. ziareTi

3165

x

! borCxa

m. arsiani

a

!

( axalqa !

v

xofa

i T em. did

e

174

q

n bzo

roxi

a tr

d

!

a

a

T

s

BIZIM GÜRCÜSTAN 5

qi

a

e

ari tkv

a

42°

j

p xanCalis t

madaT !

artaani

T

i Cildiris tba

r

Wo

41°

xozafinis (karwaxis) tba

s

r ro

1450 m. yajalayi

6

u

m

! (

i n

rize

xi

41°

arTvini ( ! 1984 saraleTis uR.

l

43°


yizlari pirobiTi aRniSvnebi

45°

44°

!da ( siRrmeebi simaRleebi, m

dasaxlebuli punqtebi

mozdoki T

baqsani baqsan i !

! P

! (

e r gi

proxladni !

!

! (

q

d

e

ni

yelis tba java

cxinvali !

2500 3000 3500 ufro maRali

mxaris

hidrografia

sxva aRniSvnebi 2494 simaRliTi niSnuli

mdinare

urus-marTani

4493

r

barisaxo!

q sa n i

e

d

a

qd. evis al smi o

e on fr

q

! P grozno

3367 uReltexili

tba, wyalsacavi myinvari

43°

Waobi

m. combolgo

n d i s

2725

3294

m. tebulismTa !

4285 m. diklosmTa

m. didi borbalo

aRvali

q

i

!

fasanauri

m. Saviklde 3578

Jinvalis wylsc.

s

i

ed !

q

bo

g

!

li

qar axalgori TianeTi e i da ! ( Tl ! ( duSeTi S a ! ( is sionis wylsc. l a i rikoTis uR. ruisi! l 999 ! ! ! qareli( ( z gremi axmeta ufliscixe va ! n! ( urbnisi ! i (! yvareli ! R k xaSuri o e ! gori! mtkv kaspi s ! R muxrani ! ( m didi ateni a ari kavTisxevi uramos b t g Telavi a omi ( s lagodexi ! ! v qd az . m. civi o ! ( ! R a a waRveri mcxeTa r ! n i ri 1991 i a gurjaani v T i s q e d i sagarejo ! Tbilisi s ! ( l e2757 m. arjevanimanglisi bakuriani ! ( Tbilisis wylsc. wyneTi a tabawyuris ! ! q tba i r i siRnaRi walkis wylsc. algeTis wylsc. ! re kojori ! ! ( v T wnori ! ( s spinZa i r TeTri wyaro walka rusTavi i ! R m ! ( T T i o! q a rTli i a em. didi abuli bolnisi e m ( s dedofliswyaro(! marneuli ! s ( x v ! ( ram gardabani i 3301 faravnisn e z ! ( q jandaris tba axalqalaqi o a k e e ! T tba kazreTi v g t i ! ( a a dmanisi x

d i q e

!

jvris uR.

!

2000

saxelmwifos avtonomiuri respublikis

! (

stefanwminda

2379 l

1500

sazRvao gza

is

i

! (

1000

i

dagbaSi

z

rokis uR.

v

200

aqsanis wylsc. 500

gudermesi

i

m. myinvarwveri

i

0

o

i

ylsc.

5033

!

! sazRvrebi

a

Te rg

100

200

Selkovskaia

! P vladikavkazi

do

d erwos tba

e

a r x i

r

m i

a

100

municipalitetis centri sxva dasaxlebuli punqti

gzebi

iTum kale

! (

q

d

! P magasi

T

2995

saCxere ! ura ( ! ( Ti s e er i lob aR

q

buroni !

n

oni

s

a l x a n C u rT i s

500

mxaris centri

avtomagistrali gzatkecili rkinigza

a

mamisonis 2820 uR.

i

s

! (

! alagiri (

i

i

nazrani beslani ! (

ardoni ( !

e

J

s

elxotovo

r io

n

u

avtonomiuri respublikis dedaqalaqi

san i

tereki

!

Ter gi

664

! P nalCiki

1500

! P ! R ! (

f e d e r a c i a

ufro Rrma

saxelmwifos dedaqalaqi

kosobi

42°

i

al

i

na

g

arag vi

axvi

d

k

e

n

e

! P

! (

alaverdi ( !

stefanavani !

!

! aRsTafa

yazaxi

2344 m. CaTini ! Tumaniani

s o m x e T i 44°

mtk

45°

Tauzi!

va

ri

i

e

r

i

!

r

arfiliCis wylsc.

z

axtala

io

3196 taSiri ! m. aCkasari

i

madaTafis tba

n

alazani

a

! ( l p xanCalis tbaninowminda

j

v

a

x

a

i

ri io

d

zaqaTala

mingeCeviris wylsc.

b

41°

a

46°

7


GÜRCÜSTANIN TARIXI-ETNOQRAFIK DIYARLARININ XƏRITƏSI

saqarTvelos istoriul-eTnografiuli a

f

x

a

u z

s

e

e

T

dalis (kodoris xeoba) svaneTi

T

i

s

i

qvemo svaneTi samurzayano

i

l

v

g

r

el

v

Sa vS

ar

T

qvemo (vake) imereTi

)

BIZIM GÜRCÜSTAN 5

j

r

e

T

eT

q

x

e

i ar

i

u

i m i e r

r

e

t a o

s

c m a

uS eT i i an a t

kola

a m i e r

t a o

8

zemo imereTi

Tori

kl

n Wa

qvemo raWa

o i m e r e T i

a W a r a

i T e

r a W a

a

i T e z a (l

3

e

R

zemo raWa

okriba

g u r i a

z

xu C e

i

mi

me

a

sa

S

f

zemo svaneTi

s v a n e T

T

pa la ka c

r

i

ax v a j io


iuli mxareebi

cifrebiT aRniSnulia: 1 - maRran-dvaleTi

mT iu

7

l i

f

eT

5

q a

i

Sida qarTli

6

c TuSeTi

i

i

a Sida kaxeTi

gaRma kaxeTi

er

r

S

a

eT i

av

3 - mTis raWa 4 - kudaro 5 - xando 6 - WarTalo 7 - gudamayari 8 - Tbilisi

he re T

k a x e T i

qvemo qarTli

T

qiziyi

a

z

s o m x e T i

e

o) il ng ai (s

i

i

gare kaxeTi

i

xe a jav

8

l

Ti le a ri T

j

T

Tori

a n i

1

4

r

xevs ur

x e v i

mo reTi

o

e

i eT l a 2 dv

3

W a

d

T i

zemo raWa

2 - Truso

e

wo-Tiane

f

r b a i

saxelmwifo sazRvari sazRvari istoriul-eTnografiul mxareebs Soris zRvis sanapiro masStabi 1: 2 400 000

9


GIRIŞ

Girişdə biləcəksən ki, ölkəni öyrənməkdə sənə nə kömək göstərəcəkdir. Gürcüstan harada yerləşir; xronologiya nədir və zaman oxu nə deməkdir, xəritə nədir, onu necə “oxumalısan” və zəruri məlumatı ona necə daxil etməlisən; Gürcüstanın coğrafi yerləşməsi onun təbii şəraitinə və inkişafına necə təsir göstərir; bu ölkə nəyə görə tarixi-etnoqrafik regionlara bölünmüşdür; öz regionunu necə yaxşı öyrənə biləcəyini aydınlaşdıracaqsan; bu işdə sənə kömək göstərəcək mənbələr nə dərəcədə rəngarəngdir.

10

BIZIM GÜRCÜSTAN 5


VIKTORINA “BIZIM GÜRCÜSTAN” Təsəvvür et ki, Gürcüstanda “Mən və mənim ölkəm” devizi altında şagirdlərin festivalı keçirilir. Bu tədbirdə iştirak etmək üçün verilmiş anketi doldurmaq lazım gəlir.

1. Dəftərdə anketi cız və nümunə əsasında doldur. Adı

Anna

Soyadı

Giorgadze

Sənin ünvanın: Küçə/məhəllə/qəsəbə/kənd

Al. Çavçavadze 11

Şəhər/qəsəbə/kənd

Tbilisi şəh.

Sənin şəhərinin /kəndinin yerləşdiyi region

Kartli

Sənin regionun/ölkənin barəsində bildiyin üç ən diqqətəlayiq yerin adını yaz

1. Botanika bağı

2. Birtvisi qalası

3. Qara dəniz

2. Anketləri ümumiləşdirin və aşkarlayın, hansı görməli yerlər ən

çox səs “topladı”; bu diqqətəlayiq yer barədə məlumat toplayın, onu təqdimat üçün hazırlayın və öz əl işlərinizi sinfə təqdim edin; öz əl işlərinizin sərgisini təşkil edin.

11


ÖLKƏMIZIN REGİONLARININ ÖYRƏNILMƏSINDƏ BIZƏ NƏ KÖMƏK EDIR

1

Ölkəmizin regionlarını elmin hansı sahəsi və necə öyrənir?

Mənbə 1. Heredot dünyada ilk tarixçi hesab olunur

Xalqın və ölkənin keçmişini öyrənmək üçün alimlər müxtəlif vasitələrdən istifadə edirlər. Bunlar, ilk növbədə, yazılı mənbələrdir. Uzun tarix boyu, insanlar yazı yaratdıqdan sonra, salnaməçilər baş vermiş faktları yazıya alırdılar. İnsanlar səyahət etməklə yanaşı, onlardan fərqli mədəniyyətə və ənənələrə malik xalqları təsvir edirdilər; insan qrupları tərəfindən yaşayış yerinin dəyişdirilməsini, yəni miqrasiyanı, dövlətlərin yaranmasını, müharibələri, xalqlar arasında qarşılıqlı münasibətlərin başqa formalarını qeydə alırdılar; onlara naməlum və ya məlum olan xalqların geyiminin, yaşayış tərzinin, yeməklərinin və nəqliyyat vasitələrinin necə olduğunu təsvir edirdilər. Salnaməçilər tərəfindən qeydə alınmiş bütün bu və digər hadisəni tarixçilər öyrənirlər. Belə ki, tarix insanların, xalqların və ölkələrin keçmişini öyrənən elmdir. Keçmişin öyrənilməsində bizə arxeologiya da kömək göstərir, bu sahə yerin altında mövcud olan qədim mədəniyyət nümunələrini elmi cəhətcə öyrənir.

LÜĞƏT

Tarix – qədim yunan sözüdür və nəql etmək deməkdir. Salnaməçi – tarixi hadisələrin yazılı şəkildə verilməsi. Keçmişdə tarixçilər belə adlanırdı. Arxeologiya – yunan sözüdür. “ Arxaos” qədim deməkdir, “loqos” – elm. Mənbə 2. Dzudzuana mağarasında arxeoloji işlər. İmereti TAPŞIRIQ

1. Tarix nəyi öyrənir? 2. Arxeologiya nəyi öyrədir?

12

BIZIM GÜRCÜSTAN 5


Etnoqrafiya keçmiş həyatın tədqiqində olduqca böyük töhfə daxil edir. Tarixdən və arxeologiyadan fərqli olaraq, o, müasirliyi də öyrənir. Müxtəlif xalqların meydana gəlməsi, onlar tərəfindən yaradılmış ənənələr, qayda-qanunlar və həyat tərzi etnoqrafiyanın maraq predmetidir. Bu elm sahəsi həm keçmişdə, həm də bu gün xalqın həyatı ilə əlaqədar bütün problemləri öyrənir. Əgər arxeoloq mədəniyyətin keçmiş qalıqlarını yerin altında axtarırsa, etnoqraf bu mədəni hadisələri xalqda axtarıb tapır. Coğrafiya da bizim ölkənin öyrənilməsində bizə kömək göstərir. Coğrafiya Yer kürəsinin və onun ayrı-ayrı hissələrinin, ölkələrinin təbiətini, əhalisini, təsərrüfatını, onların ərazi yerləşməsini və özünəməxsusluğunu öyrənir. Vətənimizin keçmişi və mədəniyyəti, tarixi-etnoqrafik regionların özünəməxsusluqları təbii coğrafi amillərlə də şərtlənir. Buna müvafiq olaraq, tarix, etnoqrafiya, coğrafiya bir-biriləri ilə sıx əlaqədədir.

LÜĞƏT

Etnoqrafiya – qədim yunan sözüdür. “etnos” xalq deməkdir, “qrafos” – qeydə almaq. Coğrafiya – yunan sözüdür. Əsasında bu durur “ge/gea” – Yer kürəsi və “qrafo” – qeydə almaq deməkdir.

TAPŞIRIQ

3. Etnoqrafiya nəyi öyrənir? Sənin fikrincə, sənin regionunun öyrənilməsində bu sahə sənə necə kömək edə bilər. 4. Coğrafiya nədir və o nəyi öyrənir? 5. Şəkil, foto və istənilən bir şey axtarıb tap, hansı ki, təsvir edəcəkdir: a) sənin regionunun təbiətini; b) sənin regionun üçün xarakterik olan həyat tərzini.

Ən qədim sap və bal Yer kürəsi tarixində ən qədim sap Gürcüstan ərazisində tapılmışdır. Gürcü arxeoloqları Qərbi Gürcüstanda, İmeretidə, Dzudzuana mağarasında qədim sap nümunəsini aşkar etmişlər. Onu elmi cəhətcə öyrəndikdən sonra, məlum olmuşdur ki, bu sap təqribən 34 min il bundan əvvəl kətan bitkisindən hazırlanmışdır. Eləcə də Gürcüstanda, Borjomi rayonunda, arxeoloji qazıntı zamanı, alimlər ən qədim bal aşkar etmişlər. Ehtimala görə, saxsı qab 5500 il bundan əvvəl düzəldilmişdir və onda bal saxlanılırmış. Mənbə 3. Ən qədim bal

GIRIŞ

13


2

XƏRITƏ Xəritə nədən bəhs edir?

Təkcə bir baxışla bütün dünyanı “gözdən keçirmək” yalnız qlobusun və xəritənin vasitəsilə mümkündür. Xəritələrin yaradılması minilliklərə söykənir. Bizə qədər gəlib çatmış dünyanın ən qədim xəritəsinin demək olar ki, 2 min illik tarixi vardır. Bu xəritəni qədim yunan coğrafiyaşünasları yaratmışlar. Xəritənin köməyi ilə biz Yer kürəsinin səthi və onun hissələri barədə təsəvvür əldə edirik. İstənilən ərazinin xəritədə əks olunması onun kiçildilməsini tələb edir. Ərazinin kiçildilməsi üçün miqyasdan istifadə olunur. Miqyasın üç növü var: kiçik, orta və böyük. Ərazi nə qədər böyükdürsə, onu daha çox kiçiltmək (xırdalamaq) lazım gəlir. İri miqyaslı xəritələri Yerin planı da adlandırırlar. Xəritədə Yer kürəsinin istənilən coğrafi obyektini təsvir etmək mümkündür. Bunun üçün şərti işarələrdən istifadə edirlər. Məsələn, çay mavi və əyri-üyrü xətlərlə əks olunur, göl və dəryaça- mavi rənglə, dövlət sərhədi – qırıq-qırıq xətlərlə, kilsə -xaç ilə, dəniz limanı isə – lövbər formalı işarə ilə, zirvə – üçbucaq və yaxud nöqtə vasitəsilə və s. Şərti işarələr vasitəsilə xəritəni “oxumaq” olar. Onları, mətn izahatları ilə birlikdə, xəritə dili və yaxud legenda adlandırırlar. Legenda xəritənin hansısa boş hissəsində (əsasən aşağı küncündə) təqdim edilmiş olur.

Mənbə 1. Dünyanın ən qədim xəritələrindən biri

ŞƏRTI IŞARƏLƏR YOLLAR

YAŞAYIŞ MƏSKƏNLƏRI

Avtomagistral

MÜXTƏLIF GÖSTƏRICILƏR

1000 000-dən artıq əhalisi olan

Şose

Çay

100 000-dən 500 000-dək

Dəmir yolu

Göl

50 000-dən 100 000-dək

Dəniz yolu

10 000-dən 50 000-dək 10 000-az

SƏRHƏDLƏR

Dövlətin

Muxtar Respublikanın

Hündürlük göstəricisi Aşırım Dəniz limanı

DƏRINLIKLƏR VƏ YÜKSƏKLIKLƏR, M Daha dərin

Mənbə 2. Gürcüstanın kiçik miqyaslı xəritəsi və legendası

14

BIZIM GÜRCÜSTAN 5

Daha yüksək


Xəritə vasitəsilə coğrafi obyektin yerləşməsini və formasını müəyyənləşdirmək, məsafəni ölçmək, sahəni hesablamaq, yerin hündürlüyünü dəqiqləşdirmək və s. mümkündür. Məzmunla əlaqəli xəritələri birgə qruplaşdırırlar ki, bu tərtibdən də atlas alınır. Xəritə coğrafiya və tarixin öyrənilməsi vasitələrindən biridir. Təhsil sahəsindən başqa, xəritələr elmin müxtəlif sahələrində də istifadə olunur. Xəritə səfər zamanı da, hərb işində, kənd təsərrüfatında və s. əvəz olunmazdır. Artıq xeyli vaxtdır ki, xəritələrin tərtib olunmasında kompüterdən istifadə edirlər. Onları rəqəmsal (elektron) xəritələr adlandırırlar. Onda obyektləri axtarıb tapmaq daha asandır ki, buna da göstəricilər bankı kömək göstərir. Müasir xəritələrin tərtibatında aero (hava) və kosmik şəkillərdən də istifadə edirlər.

Mənbə 3. Qlobus Yer kürəsinin kiçildilmiş modeli

Mənbə 4. Rəqəmsal xəritədə Tbilisinin təsviri TAPŞIRIQ

LÜĞƏT

1. Böyük ərazinin xəritədə əks etdirilməsi üçün nə lazımdır? 2. Miqyaslar neçə növə bölünür? 3. Xəritədə coğrafi obyektləri əks etdirmək məqsədi ilə nədən istifadə edirlər? 4. Şərti işarələr necə seçilmişdir? 5. Xəritə dili nəyə deyilir və o xəritənin harasında yerləşdirilir? 6. Mənbə 4-ün nümunəsi əsasında, sənin regionunun təsvirini internetdə axtar tap. 7. Sənin regionunun təsvirində coğrafi obyektləri (dağ, çay, dərə, dəryaça və s.) axtar tap. Müəllimin və sinif yoldaşlarının köməyi ilə onların adlarını aydınlaşdır.

Xəritə – Yer kürəsinin səthinin və yaxud onun hissəsinin kiçildilmiş təsviri. Miqyas – xəritədə, planda və yaxud qlobusda əsl məsafənin kiçiltmə vahidi. Legenda – xəritəyə daxil edilmiş şərti işarələrin və onların mətni izahlarının birliyi.

GIRIŞ

15


3

ÜFÜQÜN CƏHƏTLƏRI Horizontun tərəflərini bilməyin hansı əhəmiyyəti var?

Yer kürəsinin səthində insanın baxış dairəsinə düşmüş fəza üfüq adlanır. Düz yerdə insan əşyaları 4.5-5 km-dək məsafədə görə bilir. Nə qədər yüksəyə qalxırsa, bir o qədər uzağı görür. İnsanın baxış çevrəsinə heç nəyin mane ola bilinmədiyi yer açıq horizont adlanır. Bu zaman o, bir neçə on kilometrlərlə məsafədə dağları və ya düzənlikləri, şəhərləri və ya kəndləri görə bilir. Əksinə, dərələrdə, meşədə, tikinti – tikintilər arasında və başqa bu cür yerlərdə üfüq məhdudlaşır və o qapalı horizont adlanır. Üfüqün dörd əsas və bir o qədər də aralıq cəhətləri vardır. Üfüqün əsas cəhətləri bunlardır: Şərq, Qərb, Cənub və Şimal. Həmçinin, Şimal-Şərq, Şimal-Qərb, Cənub-Şərq və Cənub- Qərb də bura daxildir. Ş ŞQ

ŞŞ

Q CQ

CŞ C

Ş – Şimal C – Cənub Q – Qərb Ş – Şərq Ş ŞQ – Şimal-Qərb ŞŞ – Şimal-Şərq CQ – Cənub-Qərb CŞ – Cənub-Şərq

Mənbə 1. Üfüqün cəhətləri LÜĞƏT

Oriyentasiya – yerində üfüqün cəhətlərini müəyyənləşdirmək. Şimal qütbü – Yer kürəsinin ən şimal hissəsi, hansına ki, nəzərən Yer kürəsinin başqa istənilən hissəsi cənub istiqamətindədir.

İnsan tanımadığı yerə düşdükdə, oriyentasiyasını (istiqamətini) müəyyənləşdirməkdə çətinlik çəkə bilər. Bunun üçün bizi əhatə edən təbiətə diqqət yetirmək lazım gəlir. Üfüqün cəhətlərini ən tez Günəş vasitəsilə müəyyən edə bilərik. Günəş səhər şərqi göstərir, günorta çağı – cənubu, axşam isə – qərbi. Günorta çağı Günəş, axşam çağı isə Ay Yer kürəsinin səthində ən qısa kölgə yaradır. Bu zaman kölgə şimala doğru yönəlir. Gecə istiqaməti polyar ulduzlar vasitəsilə də müəyyənləşdirmək olur. O müdam Şimal qütbünün “başında” durur. TAPŞIRIQ

1. Horizont hansı halda qapalı olur? 2. Üfüqün neçə cəhəti vardır? 3. Günəş və Ay vasitəsilə üfüqün cəhətlərini necə müəyyənləşdirmək olar?

16

BIZIM GÜRCÜSTAN 5


Üfüqün cəhətlərini bitkilər əsasında da təyin etmək olur. Məsələn, mamır kölgə və rütubət cəlb edir. O qədim tikililərin, böyük qayaların və ağac bitkilərinin şimal hissəsində “ məskunlaşır”. Ağac bitkilərinin qabığı şimal tərəfdən daha tünd və kobuddur. Yağışdan sonra ağacın qabığı cənub tərəfdən daha tez quruyur. Tək qalmış ağacın budaqları şimal tərəfdən daha kiçikdir, nəinki cənub tərəfdən. Dağ yamacları üfüqün cəhətlərini yaxşı göstərir. Əgər bir yamacda meşəlikdirsə, onun qarşı tərəfindəki yamacda isə yalnız otlar bitirsə, deməli bu meşəli yamaclar şimala doğru uzanıb gedir.

Mənbə 2. Tək qalmış ağac

Mənbə 3. Araqvi çayının dərəsi. Xevsureti

Üfüqün cəhətlərinə böcəklər də işarə edir. Məsələn, qarışqaların yuvasının girişi cənuba doğrudur. Yazda istiqaməti müəyyənləşdirmək üçün qara və buza diqqət yetirmək də kara gələ bilər. Qar və ya buzun qalınlığı cənub tərəfdə nisbətən azdır və o sürətlə əriyir. Üfüqün cəhətlərinə xristian kilsələri də işarə edir. Onların ibadətgahları şərq tərəfdə olur. TAPŞIRIQ

4. Tək qalmış ağaca əsasən (mənbə 2) üfüqün cəhətlərini müəyyənləşdir. 5. Bitkilər üfüqün cəhətlərinə (mənbə 3) necə “işarə edir”? 6. Sənin yaxınlığında olan kilsədə ibadət yerinin üfüqün hansı tərəfində yerləşdiyini yoxla. 7. Oriyentasiyanın müxtəlif növlərini müzakirə et və onların sirlərini müəyyənləşdir. GIRIŞ

17


4

YERIN PLANI Yerin planı bizə nəyə görə lazımdır?

Yerin planlaşdırılması zamanı üfüqün cəhətlərini onun çərçivəsi vasitəsilə müəyyənləşdirirlər. Planın sağ hissəsi şərqdir, solu – qərb, aşağısı – cənub, yuxarısı isə – şimaldır. Yer kürəsi səthinin iri miqyasla yerinə yetirilmiş kiçik məhəlləsinin, yaxud da hər hansı bir obyektin çertyoju plan adlandırılır. Planda obyektlər topoqrafik işarələr vasitəsilə əks olunur. TAPŞIRIQ

1. Yadına sal, üfüq nədir və onun hansı cəhətləri vardır? 2. Yadına sal, yerin planlaşdırılması nəyə deyilir?

Topoqrafik işarələr Yaşayış məntəqəsi Yol Körpü Kanal İynəyarpaqlı meşə Enliyarpaqlı meşə Qırılmış meşə Doğranmış meşə

Meyvə bağı Çayır Bataqlıq Mənbə 1. Yerin planı

18

BIZIM GÜRCÜSTAN 5


İstiqamətləri müəyyənləşdirərkən, xüsusən, tanımadığın şəhərləri nəzərdən keçirərkən, yolların salınması zamanı, mühəndis işləri görülərkən plandan istifadə olunur. Onun həmçinin hərbi işdə də böyük əhəmiyyəti vardır. TAPŞIRIQ

3. T diaqramını tərtib et, orada Yerin planlaşdırılması və xəritə arasında hansı fərqlərin olduğunu yaz. 4. Mənbə 1-də verilmiş topoqrafik işarələrlə tanış ol. Onları dəftərinə köçür. 5. Sənin üçün artıq tanış olan topoqrafik işarələr vasitəsilə tanı: Mənim

qarşısından

keçir, hansı ki,

doğru istiqamətlənir, evin arxasında isə

-

- dir.

6. Bu işarələrə əsasən sənin yaşadığın yerin və yaxud məktəbinin yerinin planını tərtib et.

Marko Polo (12541324) – italyan (Venesiya) səyyahı. 17 yaşında atası və əmisi ilə birlikdə Çinə səyahət etmişdir. Ekspedisiya bir neçə il çəkmişdir. Yolda Gürcüstanı və bizim qonşu ölkələri də görmüşdür. 1295-ci ildə vətəninə qayıtmış, orada əsir düşmüşdür. Əsirlikdə olarkən Marko Polonun başına gələnləri yazırdılar. Bunlar əl yazmaları şəklində Avropada yayılmış, burada böyük marağa səbəb olmuşdur.

LÜĞƏT

Ekspedisiya – hər hansı bir məqsəd üçün insanların səyahətə çıxması.

TAPŞIRIQ

7. Sənin fikrincə, yad ölkələrə, şəhərlərə və yaxud istənilən yerlərə müvəffəqiyyətli ekspedisiya təşkil etmək üçün səyyahlara nə lazımdır? 8. Yadına sal, ilk xəritələr nə zaman yaradılmışdır və ehtimal et, o zaman Marko Polonun xəritəsi və yaxud hər hansı bir yerin planı ola bilərdimi. Cavabı əsaslandır.

GIRIŞ

19


5

HADISƏLƏRIN ZAMANDA MÜƏYYƏNLƏŞDIRILMƏSI Hər hansı bir hadisənin hansı ardıcıllıqla və nə zaman baş verdiyini nəyə görə bilməliyik?

TAPŞIRIQ

1. Hadisələrin ardıcıllığını elə dəyiş ki, fərqli hadisələr ala biləsən.

Mənbə 1. Sınmış stul

Keçmiş

Bu gün

Gələcək

2000

2018

2030

Mənbə 2. Zaman oxu

20

BIZIM GÜRCÜSTAN 5

İstifadə etdiyimiz zamanın müəyyənləşdirilməsi sistemini təqvim adlandırırıq. Gürcüstanda istifadə etdiyimiz təqvim zamanı günlərə, aylara, həftələrə və illərə bölür. Təqvimdən istifadə etməyi o asanlaşdırır ki, günlərin öz adları, ayların – adı və sayı və günləri, illərin isə – öz rəqəmi vardır. Zamanın və tarixlərin öyrənilməsi xronologiya adlandırılır. Xronoloji ardıcıllıq o deməkdir ki, ən əvvəl baş vermiş hadisəni birinci yerə qoyuruq, ikinci yerə – bir az sonra baş vermiş hadisəni, üçüncü yerə isə – daha gec baş vermiş hadisəni və s. Hadisələrin ardıcıllığına əməl etmək, tarixi öyrənmək baxımından, xüsusən əhəmiyyətlidir. Bu və ya digər hadisənin səbəbini müəyyənləşdirmək bunsuz mümkün deyildir. Hadisələrin hansı ardıcllıqla baş verdiyini göstərmək üçün zəruri yollardan biri zaman oxudur. Zaman oxu bir gün, ay, bütün il, əsr və s. müddətində baş vermiş hadisələrin qeydə alınması üçün əlverişlidir. Zaman oxunun hər bir bölgüsü həm bir günün, həm də bütövlükdə bir əsrin, hətta minillik dövrü əhatə edə bilər. Zaman oxu vertikal və yaxud horizontal ola bilər.


1200

1300

1400

Marko Polo 1254-cü ildə anadan olmuşdur.

1500 İlk qlobusu 1492-ci ildə Almaniyada hazırlamışlar.

2019 2018 2017 2016 2015

Mənbə 3. Horizontal və vertikal zaman oxu

2014

TAPŞIRIQ

2. Öz həyatının əhəmiyyətli hadisələrini zaman oxunda qeyd elə. 3. Vertikal və ya horizontal zaman oxu çək, hansı ki göstərir: a) O hadisələri, hansılar ki, bütün gün ərzində: saat 8:00 da, saat 12:00 da, saat 13:00 da baş vermişdir. Zaman oxunun hər bir bölgüsü bir saatı əks etməlidir. b) Keçən həftə həyatında baş vermiş hadisəni. Zaman oxunun hər bölgüsi bir günü əks etməlidir. c) Sənin həyatında baş verən əhəmiyyətli hadisələri. Zaman oxunun hər bir bölgüsü bir ili əks etməlidir. d) Zaman oxunda qeyd edilmiş hadisələrə müvafiq foto şəkil yapışdır.

Mənbə 4. Qurucu David küçəsi yenidən restavrasiya olunana qədər

Mənbə 5. Həmin küçə yenidən bərpa olunduqdan sonra

TAPŞIRIQ

4. 4 və 5-ci mənbələrə əsasən Tbilisidə Ağmaşenebeli prospektində baş vermiş dəyişiklikləri təsvir et və bunun barəsində sinifdə mülahizə yürüt. 5. Keçmişdə sənin şəhərində və ya regionunda hansı əhəmiyyətli dəyişikliklər və yaxud hadisələr baş vermişdir? Tədqiqat apar və baş vermiş əhəmiyyətli hadisələrin və dəyişikliklərin təqvimini tərtib et. Onları zaman oxuna köçür. Nəticələri sənin sinfin yekun dərsində təqdim et.

GIRIŞ

21


6

TARIXDƏ IL HESABI İllərin hesablanması haradan başlanır? Tarixçilər hər hansı bir hadisə barədə söhbət zamanı daha çox dəqiqlik üçün dövrləri deyil, əksinə illəri göstərirlər. Məsələn, Gürcüstan öz müstəqilliyini 1991-ci ildə bərpa etdi. Ancaq 1991-ci il nə vaxtdan? İllərin hesablanmasını haradan başlayırıq? Lap qədim zamanlardan dünya xalqları illərin hesablanmasını, yəni tarixdə il hesabını onlar üçün əhəmiyyətli olan hadisədən başlayırdılar. Xristian ölkələri belə bir razılığa gəlmişlər ki, tarixdə il hesabının başlanğıcı şərti olaraq qəbul edilmiş,İsa Məsihin doğum (Milad) ilindən başlansın. Bu sistemi İtaliya rahibi Dionis Mtsire təqribən 1500 il bundan əvvəl tətbiq etmişdir. Belə ki, “Gürcüstan müstəqilliyini İsa Məsihin anadan olduğu gündən (Miladdan sonra) 1991-ci ildə bərpa etmişdir”. Tarix İsa Məsihin anadan olduğu gün ilə başlanmır. İsa Məsihin anadan olduğu günədək də bir çox hadisələr baş vermişdir. Ona görə də bu hadisələr barəsində deyirik ki, “onlar İsa Məsihin doğumundan (Miladdan) əvvəl baş vermişdir”. Zaman oxu, bax, beləcə iki hissəyə bölünmüşdür: Miladdan öncə (qısaldılmış şəkildə belə yazılır M.Ö. – dək) və Miladdan sonra (qısa olaraq, M.S.). Tarixdə il hesabı İsa Məsihin anadan olmasından təkcə tarix kimi də qeyd olunur. Bu terminlərin əvəzində tez-tez aşağıdakılardan istifadə edirlər: bizim eradan əvvəl (b.e.ə.) və bizim era (b.e.). Zaman oxunda İsa Məsihin anadan olması “1” rəqəmi ilə qeyd edilir.

1500

1000

500

100 20 10

Miladdan öncə (İsa Məsih doğulmazdan əvvəl) (b.e.ə.)

100

0

İsa Məsihin doğulması

500

1000

1500

2000

Miladdan sonra (İsa Məsihin doğulduğu gündən) (b.e.)

Mənbə 1. Zaman oxu

Məsələn, İsa Məsih anadan olandan 10 il əvvəl baş vermiş hadisə barədə deyirik ki, “bu hadisə İsa Məsih doğulmazdan 10 il əvvəl baş vermişdir”. İsa Məsih doğulmazdan 20 il əvvəl isə daha böyük rəqəmdir, ancaq bu o deməkdir ki, hadisə daha əvvəl baş vermişdir və daha qədim hadisədir. İsa Məsih anadan olduqdan sonra, rəqəm nə qədər böyükdürsə, hadisə bir o qədər yenidir. Məsələn, M.Ö., yəni b.e.ə. 400 il daha əvvəl olmuşdur, nəinki b.e. 100 il. Lakin b.e. 2000-ci il bizə daha yaxındır nəinki, b.e.ə. 500-cü il. İl hesabının başqa sistemləri də mövcuddur. Məsələn, müsəlman ölkələrində il hesabı islamın banisi – Məhəmməd peyğəmbərin Mədinəyə hicr etməsi ilə başlanır. Bu hadisə M.S. 622-ci ildə baş vermişdir.

22

BIZIM GÜRCÜSTAN 5


Mənbə 3. Yəhudilərin təqvimi

Mənbə 2. Müsəlmanların təqvimi

Yəhudilər illərin qeydə alınmasını daha əvvəldən başlayırlar, nəinki xristianlar. Bizim eranın 2000-ci ili yəhudi təqvimi ilə 5760-cı ildir, İslam təqvimi ilə isə – 1420-ci il. Alimlər zaman oxunu belə bölmüşlər: əsrlər və minilliklər. Bir əsrdə yüz il vardır. On əsr isə bir minilliyə bərabərdir. Əgər deyiriksə, “ Biz XXI əsrdə yaşayırıq”, bu o deməkdir ki, İsa Məsihin anadan olduğu gündən iki dəfə min il ötmüşdür. Diqqət yetirin ki, XXI əsrdə il 21 rəqəmi ilə deyil, əksinə 20 rəqəmi ilə başlayır. 1959-cu il 19-cu əsr deyil, əksinə 20-ci əsrdir. Məsələn, 150-ci il II əsrdir ona görə ki, o İsa Məsihin anadan olduğu gündən ikinci yüzillikdir; 250-ci il isə ona görə III əsrdir ki, o İsa Məsihin anadan olduğu gündən üçüncü yüzillikdir. B.e. I əsr 1

50

B.e. II əsr 100

150

200

B.e III əsr 250

300

TAPŞIRIQ

1. Əsrlərə onların ekvivalenti olan hər hansı bir ili əlavə et: XX əsr, b.e. III əsr, b.e. V əsr. 2. İllərə onların ekvivalenti olan əsrləri əlavə et: b.e. 1585-ci il, b.e. 895-ci il, b.e. 1415-ci il, 1832-ci il.

Mənbə 4. İllər və əsrlər

Bəzən hər hansı bir hadisəni, faktı yanlışlıqla başqa epoxaya, başqa dövrə, başqa vaxta aid edirlər. Buna anaxronizm deyilir.

TAPŞIRIQ

3. Tutaq ki, kimsə sənə 1945-ci ildə istehsal olunmuş mobil telefon təklif etdi. Alarsanmı? Cavabı əsaslandır. 4. Mənbə 5-ə diqqət yetir. Zaman ilə uyğunlaşmayan nə görürsən? 5. Tarixçilər üçün anaxronizm sözü “yanlış” sözünün sinonimidir. Bu barədə öz fikrini bildir. 5. Nənəndən və babandan soruş, onlar sən yaşda olarkən hansı texnika əşyası mövcud deyildi, indi isə gündəlik həyatın ayrılmaz hissəsidir.

Mənbə 5. Kompüterin yanında cəngavər GIRIŞ

23


NECƏ TƏDQIQ EDƏK? Zamanın şahidləri danışırlar Ağmaşenebeli prospektində yaşayan kişi: Əvvəlki illərdə bu qədim tikililər uçub dağılırdı, dar küçələrdə avtomobillər hərəkət edirdi və hava o qədər çirklənmişdiki, bayıra çıxmaq istəmirdik. Pəncərələrimiz bağlı olurdu ki, havaya atılan tüstülərdən başqa, daimi səs -küy də binaya az daxil olsun. Qadın: Küçənin yenidən qurulması başlanılanda, bir az əziyyət çəkdik. Bütün küçə qazılmışdı, bağlanmışdı və evə daxil olmaq belə problem idi. İndi isə bu prospekt olduqca gözəldir, tikililər təmir edilmişdir. Avtomobillərin hərəkəti qadağan edilmişdir və avtomobillərdən havaya atılan tüstülər bizi daha narahat etmir. Bizim küçə bu gün turistlərin və Tbilisililərin sevimli istirahət və əyləncə yeridir.

ABIDƏLƏR MƏNBƏ KIMI

David Ağmaşenebelinin heykəli

Heykəl də mənbələrdən biridir. O keçmişdə baş vermiş hər hansı bir hadisə ilə əlaqədardır və bu hadisənin xatirə rəmzinə çevrilmişdir. Özlərinin məzmunlarına əsasən, heykəllər bir-birlərindən fərqlənirlər. Müxtəlif abidələr mövcuddur, hansılar ki: • Hər hansı bir şəxsiyyətin xatirəsini qeyd etmək məqsədi ilə qoyulur. Məsələn, Qurucu Davidin Tbilisidəki abidəsi bu qəbildəndir.

• Keçmişdə baş vermiş hadisələri yada salmaq məqsədi ilə ya-

radılır. Məsələn, Didqori vadisində gürcülərin qələbəsini qeyd etmək üçün xatirə kompleksi yaradılmışdır.

Didqori memorialı

• Bu və ya digər epoxada yayılmış inşaat, memarlıq incəsənətini

əks etdirir. Məsələn, Uplissixedə qayalıqda düzəldilmiş şəhər, bu abidəni YUNESKO dünyanın mədəni irslər abidələrinin müvəqqəti namizəd siyahısına daxil etmişdir.

• Həmçinin təbiət abidələri də mövcuddur, hansılar ki, təbiə-

Telavinin çinarı

24

BIZIM GÜRCÜSTAN 5

tin böyük yaradıcılıq cəhətini əks etdirir. Məsələn, Telavinin mərkəzində mövcud olan minillik çinar, belələrinə aiddir, hansının ki, insanların, şəhərin, regionun taleyi ilə bağlı öz tarixi vardır. Bu çinar barədə rəvayətlər də mövcuddur.


• Elə tikililər mövcuddur ki, onların abidə statusu vardır.

Əksər hallarda müəyyən tikili xüsusi olaraq bu və ya digər epoxanı və onun ruhunu əks etdirir. Bu cür tikililərin abidə statusu vardır və əlahiddə müdafiə olunurlar. Belə abidələr bu statusu əks etdirən nişanlar daşıyırlar.

Ançisxati Armazi

Ateni Sionu

Abidə statusunu əks etdirən nişan

Məryəm Ana kilsəsi

Nekrisi kilsəsi LÜĞƏT

Svaneti qüllələri

Memorial – nəyinsə, yaxud kiminsə xatirəsini əbədiləşdirmək üçün düzəldilmiş memarlıq tikilisi. YUNESKO – beynəlxalq təşkilat, hansı ki, mədəniyyət abidələrini mühafizə edir. Mədəni irs – nəsildən nəslə ötürülmüş maddi və qeyri-maddi mədəniyyət abidələri.

TAPŞIRIQ

1. Sadala, hansı növ abidələr təsvir olunmuşdur. Sənin bölgəndə hansı abidələr mövcuddur? 2. Yekun dərsi üçün “Mənim regionumun abidələri” layihəsini hazırla. Bunun üçün: a) Müəllimin köməyi ilə qruplar (iki- üç şagird) yaradın. b) Sizin regionda mövcud olan abidələri yazın və onlardan birini seçin. c) Sizin diyarın abidələri barədə rəvayətlər axtarıb tapın. d) Öyrənilmiş abidələr üzrə PPT-də (Microsoft Power Point proqramı) sinif qarşısında təqdimat keçirin. GIRIŞ

25


FƏSIL 1.

ru

KARTLI

u - le C x

i

i

ra

Wa

e

s

i

x

r

e

cx

m

l

920

S

a i d

q

fr

on e

rikoTis uR.agara

kur. surami !

! A

i

! xaSuri qar .

borjom-xaragaulis erovnuli parki

a Zam

i

kur

T e

! A

a

x

Bu fəsildə Şərqi Gürcüstanın ən böyük tarixi-etnoqrafik regionunu – Kartlini öyrənəcəksən. Kartli Knyazlığının yaradılması barədə əfsanə ilə tanış olacaqsan; biləcəksən, nəyə görə bu diyar Gürcüstanın siyasi, mədəni və coğrafi mərkəzi hesab olunur; hansı əhəmiyyətli şəxsiyyətlər və hadisələr Kartli ilə əlaqədardır; coğrafi yerləşməsinin onun iqtisadi inkişafına, məskunlaşma tiplərinə hansı təsiri vardır; onun üçün hansı təbii hadisələr xarakterikdir və onlardan özünü necə müdafiə etmək olar; tolerantlıq, qarşılıqlı yardım kimi ənənələrin hansı əhəmiyyəti vardır; burada xristianlıq necə yayılmışdır və Kartlidə hansı etnik, mədəni və dini qrupların nümayəndələri yaşayırlar; fikirləşəcəksən, sənin diyarın üçün hansı işləri görə bilərsən.

Tamar

i

T

m. loxoni 1925 q

a

v

A rexa !

-

j

nadarbaze

e

x

26

BIZIM GÜRCÜSTAN 5


pirobiTi aRniSvnebi

! P

ruseTis federacia rokis uRt. 2996

a vk a k 3184zekaris uR.

i

d

i

! . ! !

d e

a

a

s

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili

q

!balaani A

r T

wyalsc.

ananuri!

v

! axalgori .

e l o

s

i qsan

aragvi

fr

Jinvali!

m

xovle

! A

tana

tba, wyalsacavi simaRliTi niSnuli CanCqeri uReltexili

avtomagistrali gzatkecili rkinigza

! duSeTi . v a bazaleTis k e !oZisi tba urbnisi lamisyana A ! A ! samTavisi A A ! ! ufliscixe igoeTiA ! A Woporti! gori mtk kaspi ! A vari !muxrani A ateni ! .

kur. biisi !

mdinare sxva aRniSvnebi

avtomagistrali sxva dasaxlebuli punqti gzatkecili kurorti rkinigza gzebi

Jinvalis

! .

a Zam

CanCqeri

hidrografia

a

2344

1952 orboZali

kur.yanCaveTi !

! . qareli

mxaris centri

gzebi municipalitetis centri

T

! A

mdinare saxelmwifos istoriul-geografiuli tba, wyalsacavi provinciis daculi teritoriis

kurorti

e

cxinvali

hidrografia

saxelmwifos dedaqalaqi sxva dasaxlebuli punqti

l

p

! .

v

TamaraSeni A !

taralia xvi

q a r T l i on s ! e ruisi A variani agara ! ! A A

i

o

q e 3877 d i

aRkveTili

d a

ri

! P

! !

m

! kur. java liaxvis

q

sazRvrebi

dasaxlebuli punqtebi municipalitetis centri

! .

R

m. zilgaxoxi 3858

di

saxelmwifos istoriul-geografiuli provinciis daculi teritoriis mxaris centri pirobiTi aRniSvnebi saxelmwifos dedaqalaqi

! .

a

il iax vi

m xu

s i onis

a

s

le C

25

sazRvrebi

dasaxlebuli punqtebi

! A

T

kavTisxevi

q e s d T r i a l e T i i algeTis 2757 m. arjevani nakrZali kur. manglisi !

! .

i

2148 ! A levitana m. sabuRro

mcxeTa

Tbilisis wyalsc.

a

n e

"""

A rexa !

walkis wyalsc.

T

i

kur. wyeTi

x c

tanZia

xr a

mi

o

! marneuli .

al ! AalgeTi ge Ti

! AkazreTi

m

! dmanisi .

jandaris tba

e

v

darbazi ! A

k

i

s ! . gardabani

A sioni!

a bed de

azerbaijani

s

a

maSa ver a

! AsarTiWala

a

i

! A

m

a r T l ri kva mt

bolnisi v e ! . q

!

q

T

! A

sarkineTi

! A

e

xrami

rusTavi

x

TeTri wyaro ! . ! A winwyaro

x r ami

a

kumisis tba

k

algeTis wyalsc.

! . walka

A darbazevi!

Tbilisi ! P !

0

s

o

m

x

e

T

i

9km

27


1.1

KARTLI – GÜRCÜSTANIN COĞRAFI MƏRKƏZI Kartli nəyə görə Gürcüstanın coğrafi mərkəzidir?

Kartli Şərqi Gürcüstanda, dağlar arası aranın mərkəzi hissəsində yerləşir. O Gürcüstanın ən böyük tarixi-etnoqrafik diyarıdır. Kartli iki hissəyə bölünür – Şida Kartli və Kvemo Kartli. Əsrlər boyu Kartli Gürcüstanın siyasi və iqtisadi mərkəzi idi. Gürcüstanın paytaxtı Tbilisi Kartlidə yerləşir. Ölkənin qədim paytaxtı Msxeta da buradadır.

Mənbə 1. Msxeta və onun ətrafları TAPŞIRIQ

1. Kartli Gürcüstan xəritəsində hansı yeri tutur (bax sxematik xəritə, səh. 27)? 2. Kartli xəritəsinə (səh. 26-27) əsasən: a) Gürcüstanın hansı tarixi-etnoqrafik regionları Kartli ilə həmsərhəddir? b) Kartlidə dağlar, dərə-təpələrmi çoxdur, düzənliklərovalıqlarmı? c) Kartli İmereti ilə hansı aşırım vasitəsi ilə birləşir? d) Msxeta yaxınlığında hansı çaylar bir-biri ilə qovuşur?

Kartli Gürcüstanın müxtəlif regionları ilə əhatə olunmuşdur. Şərqi və Qərbi Gürcüstan arasında birləşdirici baş avtomobil magistralı və dəmir yol xətti onun üzərindən keçir. Asiyadan Avropaya çəkilmiş çox böyük neft və qaz kəmərləri buradan keçir, hansılar ki, Avropanı bu təbii resurslarla təmin edir. Çindən Avropaya gedən ən uzun dəmir yol xətti də Kartlidən keçir. Neft kəmərlərinin və qaz kəmərinin Gürcüstan ərazisindən keçməsinin bizim ölkəmiz üçün böyük əhəmiyyəti vardır. Buna görə başqa ölkələr Gürcüstana pul ödəyirlər.

28

BIZIM GÜRCÜSTAN 5


Sav i zR va

a Rv sz pii kas

“Böyük İpək yolu” Kartlidən və ümumiyyətlə, Gürcüstandan “ Böyük İpək Yolu”nun hissələrindən biri keçirdi. Bu yol ilə ipək Çindən başqa ölkələrə satılırdı. Müxtəlif mallarla yüklənmiş karvanların keçdiyi yollarda neçə-neçə ölkə yerləşirdi. Ticarət müxtəlif xalqların mədəniyyətlərinin bir-birinə təsirinə, onların zənginləşməsinə şərait yaratdı. Fərqli xarici görünüşə, mədəniyyətə və dilə görə bəzi əcnəbiləri və tanımadıqlarını gürcülər “çinlilər” adlandırırdılar. Concol, kav CineTi kas ia mandarin, ərik, yasəmən, düyü, çay və bir neçə sort üzüm Gürcüstana Çindən yayılmışdır. xmel TaSu a zRv a

indoeTi

Mənbə 2. Böyük İpək Yolu

TAPŞIRIQ Mənbə 3. Çindən birinci qatarın daxil olması

ruseTis federacia

sufsa

kaspiis zRva

saqarTvelo Tbilisi

baqo somxeTi

azerbaijani

erzrumi TurqeTi jeihani

gazsadeni navTobsadeni navTobsadeni

3. Müasir “İpək yolu” barədə internetdə məlumat axtarıb tap. Tapılmış materialı sinfə tanış et. Keçmişdə və indiki dövrdə həmin yolun əhəmiyyəti barədə mülahizə yürüdün. 4. Neft və qaz kəmərləri (mənbə 4) hansı ölkələrdən keçir? 5. Necə fikirləşirsən, Kartlinin coğrafi mövqeyinin onun iqtisadi inkişafına hansı təsiri vardır?

Mənbə 4. Qaz və neft kəmərləri KARTLI

29


1.2

KARTLI – GÜRCÜSTANIN SIYASI MƏRKƏZI Kartli Gürcüstanın siyasi mərkəzinə necə çevrildi?

Gürcüstan dövləti çox əsrlərdir ki, mövcuddur. İlk gürcü dövləti bugünkü Kartlinin ətrafında, Miladdan öncə üçüncü əsrdə formalaşmışdır. Tarixin müxtəlif dövrlərində Kartli və Gürcüstan müxtəlif adlar daşıyırdı. X əsrdən etibarən isə Gürcüstan adı yarandı ki, bu da gürcülərin ölkəsi deməkdir.

Mənbə 1. Tarqamos və onun səkkiz övladı

TAPŞIRIQ

1. Gürcüstanın fiziki xəritəsində (6-7) axtarıb tap və fikirləş, hansı regionun əhalisi əkinçilik torpaqlarının çatışmazlığı üzündən Kartliyə yaşamağa gedə bilərdi? 2. Zaman oxunda Kartli çarlığının yaranması əsrini qeyd elə.

Kartli çarlığının yaranması barədə əfsanə Əfsanəyə əsasən Tarqamos İncilli Nuhun oğlu Yafətin uzaq nəsli idi. Tarqamosun səkkiz oğlu var idi. İkinci oğlunun adı Kartlos imiş. Tarqamos öz övladlarına Yer kürəsinin müxtəlif guşələrində ərazilər payladı. Kartlosa Gürcüstanın indiki ərazisi pay düşdü. O, özünün pay ölkəsini Kartli adlandırdı. Onun nəsilləri Kartlidə artıb çoxaldılar. Gürcülər bu Kartlosun nəsilləri hesab edilirlər. Əvvəllər Kartlinin mərkəzi Msxeta idi. Sonralar onun ərazisi gah böyüyür, gah da kiçilirdi. Axırda isə bugünkü sərhədlərə çatdı.

Gürcüstanın bütün tarixi boyu ətraf regionların nümayən­ dələri Kartlidə məskunlaşmağa can atırdılar. Gürcüstanın birləşməsi ideyası da buradan irəli gəlirdi. Kartlinin qonşu regionlarının əhalisinin burada məskunlaşması üçün müxtəlif səbəbləri var idi. Əlverişli coğrafi mövqedən başqa, Kartlidə

30

BIZIM GÜRCÜSTAN 5


olduqca çox əkin-səpin torpaqları var idi, halbuki otlaqları və biçənəkləri daha çox idi. Başqa regionlarda, əsasən, daşlı çınqıllı və meşəli yerlər üzündən, əkinə yararlı torpaq sahələri nisbətən az idi, ona görə də buralarda az məhsul götürülürdü. TAPŞIRIQ

3. Səbəbləri say, Gürcüstanın başqa guşələrindən getmiş insanlar nəyə görə Kartlidə məskunlaşırdılar.

Zedazeni

Armazi

Şiomğvime

Svetisxoveli

Cvari monastırı

Pompeus körpüsü

Mənbə 2. Msxeta və onun ətrafının görməli yerləri TAPŞIRIQ

4. Mənbə 2-ə əsasən və əlavə mənbələrin köməyi ilə sadala. Msxetada və onun ətraflarında hansı tarixi abidələr yerləşir. 5. Mənbə 2-nin köməyi ilə Msxetaya və onun ətraflarına turist marşrutu tərtib et. 6. İnternetdə və ya kitablarda Msxetanın hər hansı bir abidəsi barədə məlumat axtarıb tap. 7. Başqa ölkələrdən olan öz həmyaşıdlarına məktub yaz, bununla sən Gürcüstana gəlmək və Msxetanı görmək üçün onları maraqlandırmış olarsan. 8. Öz məktubunu (illüstrasiyalarla) sinfin divar qəzetində dərc elə.

KARTLI

31


1.3

KARTLI VƏ ONUN QONŞU DIYARLARI Kartlinin qonşu diyarlarla hansı qarşılıqlı əlaqələri var idi?

LÜĞƏT

Get – getə meylli, enişli yamac.

Kartli əsasən düzənliklərdə yerləşir, lakin orada dağlıq ərazilər də vardır. Kartli ilə həmsərhəd olan tarixi-etnoqrafik tərəflər isə dağlıqdır, meşələrlə və əyri yamaclarla örtülmüşdür. Dağlıq diyarlar, əsasən, Kartlidən kənar mövcud ola bilmirdilər, lakin Kartli üçün dağ və orada hazırlanmış əşyalar heç də az gərəkli deyildi. Keçmişdə Kartlidə torpağı böyük kotanla şumlayırdılar. Ona səkkiz baş öküz və camış qoşurdular. Bunun üçün çoxlu miqdarda qayış lazım gəlirdi. Qayış öküzün dərisindən hazırlanırdı. Kartlidə kotan üçün qayışlar hazırlayacaq sayda mal-qara yox idi. Ona görə də bu işdə kartlilərə xevsurlar kömək göstərirdilər. Payızın sonunda onlar arana düşür və qayışlar hörürdülər. Eləcə də, dağdan da böyük miqdarda hörülmüş qayışlar gətirirdilər və müxtəlif məhsullarla dəyişirdilər. Artıq uzun zaman olar ki, Kartlidə torpağı öküzlərin vasitəsilə şumlamırlar və böyük miqdarda qayışlar da daha lazım gəlmir. Lakin Kartli ilə başqa diyarlar arasında əlaqə yenə də kəsilməmişdir. İndi onlar bir-birilərinə başqa sahələrdə kömək göstərirlər.

Mənbə 1. Keçmişdə Kartlidə yayılmış böyük gürcü kotanı və qayışı

Mənbə 2. Traktor

TAPŞIRIQ

1. Kartlidə böyük kotandan istifadə etmək nədən xəbər verir? 2. 1 və 2-ci mənbələri bir-biri ilə müqayisə et. Necə fikirləşirsən, köhnə və yeni vasitələrlə torpağın becərilməsi arasında hansı fərqlər ola bilər. 3. Kartlinin təbii şəraiti ilə orada inkişaf etmiş kənd təsərrüfatı sahələri arasında hansı əlaqələr mövcud idi? 4. Gürcüstanın Milli Muzeyinə ekskursiya təşkil edin. Orada sərgilənmiş kənd təsərrüfatı alətlərinə, o cümlədən, böyük gürcü kotanına baxın. Bu kənd təsərrüfatı alətinin qədim dövrlərdən bu günədək necə inkişaf etdiyinə diqqət yetirin.

32

BIZIM GÜRCÜSTAN 5


Şərqi Gürcüstanın dağlıq ərazilərində heyvandarlıq həmişə əhəmiyyətli məşğuliyyət idi və bu gün də belədir. Qoyunçuluq üçün çəmənliklər və otlaqlar zəruri şərtdir, harada ki, həm qışda, həm də yayda qoyun otarırlar. Kartlidən Gürcüstanın bütün istiqamətlərinə yollar keçir. Əgər dağlı Cavaxetiyə getmək istəyirdisə, mütləq Kartlidən keçməli idi. Çoxlu miqdarda qoyun sürülərinin və naxır-ilxıların sahibləri üçün Trialetidə və Cavaxetidə mövcud olan yay otlaqları böyük əhəmiyyət kəsb edirdi. Kartlilər də qoyun sürülərini otarmaq üçün Cənubi Gürcüstana aparırdılar, öz otlaqlarını isə qış üçün saxlayırdılar.

TAPŞIRIQ

5. Xəritənin (səh. 27) köməyi ilə müəyyənləşdir, keçmişdə çobanlar Msxetadan Cavaxetiyə gəlmək üçün hansı marşrutlardan keçməli olurdular? 6. Təsəvvürünə gətir, çobanın bir adi günü necə ola bilər və əks etdirməyə çalış: o, gündəlik olaraq hansı işləri görməli olur, ona kim kömək edir? 7. Yay aylarında qoyun sürülərinin dağ otlaqlarına sürülüb aparılması nəyə görə zəruri idi? Ət

Süd

Dəri

Mənbə 3. Qoyun sürüsünün ötürülməsi

Yun

Mənbə 4. Qoyun hansı faydaları gətirir

Gürcüstanda qoyun sürülərinin dağ otlaqlarına sürülüb aparılması olduqca qədim ənənədir və bu günədək davam edir. Gürcüstanda xristianlığın yayılmasının Müqəddəs Nino ilə bağlı tarixi bunu təsdiq edir. IV əsrin başlanğıcında Gürcüstanın sərhədlərinə – Gürcüstana daxil olan Ninonu Msxetadan gəlmiş çobanlar qarşılamışlar. TAPŞIRIQ

8. Müqəddəs Ninonun msxetalı çobanlarla görüşü əsrini zaman oxuna köçür. 9. Necə fikirləşirsən, qoyunun yunundan, dərisindən, südündən və ətindən nədə istifadə edirlər. Dəftərdə cədvəl cız və doldur.

KARTLI

33


1.4

KARTLININ QALA-ISTEHKAMLARI Kartli özünü düşmən hücumlarından necə müdafiə edirdi?

Mənbə 1. Qədim gürcü döyüşçüsünün yaraq-yasağı

Mənbə 2. Güləş

34

BIZIM GÜRCÜSTAN 5

Qədim dövrlərdən başlayaraq, dövlətlər bir-biriləri ilə mübarizə aparır və öz ərazilərini genişləndirirdilər. Gürcülər, əsasən, özlərini müdafiə etməli olurdular. Kartlililər başqa gürcülər kimi, güclü döyüşçülər idilər. Döyüşçüləri düşmənin qılınc zərbəsindən zəncirdən köynəkləri müdafiə edirdi. Qılıncı və qalxanı özləri düzəldirdilər. Lakin onların özünümüdafiəsinin əsas vasitəsi qala-istehkamlar və müşahidə köşkləri idi. Onlar elə tikilirdi ki, bir-birinə baxırdı. Müşahidə köşkündə həmişə kimsə keşik çəkirdi. Düşmən göründüyü halda, köşkdə od qalayırdılar və cəmi bir neçə dəqiqə ərzində hücum barədə bütün ölkə xəbərdar olurdu. Müşahidə köşklərindən qəbul olunmuş məlumatdan dərhal sonra, kartlililər öz ailə üzvlərini yaxın meşəlik ərazilərdə gizlədir, özləri qala-istehkamlarda möhkəmlənirdilər və düşmənə qarşı oradan mübarizə aparırdılar. Əmin-amanlıq yarandıqdan sonra dağlıq və meşəlik bölgələrdən ailə üzvlərini gətirir, həyatlarını adi qaydada davam etdirirdilər. Daxil olan düşmən, kəndlərlə yanaşı, kilsə-monastırları və məbədləri də uçurub dağıdırdı. Əhali birlikdə dağıdılmış xristian ziyarətgahlarını tez zamanda bərpa edirdi, gizlədilmiş pak əşyaları- ikonaları, xaçları geriyə qaytarırdı. Kartli ərazisində bu günədək yüzlərlə qala və köşkün xarabalıqları qalmışdır. Onların bir hissəsi bərpa olunmuşdur. İndi onlardan yalnız turistlərin ziyarəti üçün istifadə olunur. Bu gün Kartlini də, bütün Gürcüstanı da gürcü ordusu müdafiə edir. Kartlidə güləş Kartlinin demək olar ki, bütün kəndlərində bayram günlərində torpaq üzərinə tökülmüş mişar ovuntuları üzərində ayağı yalın, güləş çuxası geyinmiş doğruluqsevən gənclər güləşirlər. Yıxılmış və yaxud dizə çökmüş rəqibin üstünə getmək və arxadan hücuma keçmək yolverilməzdir. Güləşin bu cəngavərlik qaydası bizim dövrümüzə qədər, ilkin şəklində gəlib çatmışdır. Bir çox hallarda, düşmən ilə üz-üzə vuruşarkən, döyüşçülər gürcü güləşi fəndlərindən istifadə edirdilər. Bir çox gürcü Olimpiya, Dünya və Avropa çempionları gürcü güləşindən bəhrələnmişdir. Şota Çoçişvili onlar arasındadır, bu idmançı gürcü güləşinin fəndləri ilə bir çox yarışlarda qalib gəlmişdir.


TAPŞIRIQ

Şindisi qəhrəmanları 2008-ci ilin avqust ayında Rusiya – Gürcüstan arasında, necə deyərlər, beş günlük müharibə baş vermişdir. Rusiya qoşunu Kartli ərazisinin bir hissəsini tutmuşdu. Avqustun 11-də Şindisi kəndi yaxınlığında rus əsgərlərinə böyük müqavimət göstərdilər, lakin qeyri-bərabər döyüşdə həlak oldular. Hadisə yerinə getmiş ruslar son dərəcə təəccübləndilər. Onlar inana bilmirdilər ki, Rusiya qoşununun yüz nəfərlik qrupuna qarşı yalnız bir neçə gürcü döyüşürdü. Şindisi döyüşündə 17 gürcü döyüşçüsü şəhid oldu. Bu qəhrəmanlar aşağıdakılardır: Mixeil Dvalişvili, Malxaz Abaşidze, Amiran Şainidze, Aleksandr Oniani, Ruslan Dzuladze, Zviad Katsadze, İlia Qabunia, Roman Zoidze, Kaxa Koşadze, Emzar Dzilosani, Feliks Kakauridze, Vepvxia Cişkariani, Marlen Baramia, İlia Şeğlaşvili, İrakli Canelidze, Şmaqi Kupatadze, Nikoloz Porçxidze.

1. Bu gün Gürcüstanda əsgərlik, eynən müəllimlik və yaxud jurnalistlik kimi, peşə olaraq formalaşdı. Keçmişdə isə düşmən ölkəyə hücum edəndə, kişilər öz işlərinin başını buraxır və ailələrini və vətəni müdafiə edirdilər. Necə fikirləşirsən, hansı daha yaxşıdır və nəyə görə? 2. Tanınmış gürcü güləşçiləri barədə məlumat topla. 3. Sənin fikrincə, Birtvisi qalasının köşklərindən biri nəyə görə Şeupovari adlanır? 4. Köməkçi resurslar vasitəsilə Birtvisi qalası barədə əfsanə axtarıb tap və onun barəsində qısa yazı hazırla. 5. Şindisi qəhrəmanları barədə internetdə məlumat axtarıb tap. Onlar barəsində filmə baxın və sinifdə müzakirə edin.

Birtvisi qalası Birtvisi qalası həmişə Kartlidə çətin ələ keçiriləsi qala hesab olunurdu. O sərt qayalıq dağlarda yerləşir. Bizim əcdadlarımız bütün girişləri və şübhəli yerləri elə möhkəmləndirmişdilər, qalanın alınması, demək olar ki, qeyri –mümkün idi. Birtvisi qalasının vüqarı ən yüksək təpədə tikilmiş “ Şeupovari” köşküdür.

“Şeupovari” köşkü

Qalanın su mənbəyi

Qalanın girişlərindən biri

Mənbə 3. Birtvisi qalası

KARTLI

35


1.5

RƏNGARƏNG KARTLI Kartli əhalisinin tolerantlığına nə dəlalət edir?

LÜĞƏT

Tolerantlıq – dözümlülük, başqasının davranışına və baxışlarına dözümlülük və hörmət.

Müqəddəs Sidonianın hadisəsi Yəhudi Elioz İsa Məsihin libasını (kvarti) Msxetaya gətirdi. Onun bacısı Sidonia bu libası sinəsinə elə basdı ki, yerindəcə vəfat etdi. Elioz geyimi onun əynindən heç çür çıxara bilmədi, ona görə də bacısını libasla birlikdə dəfn elədi. Msxetada, həmin yerdə bu gün Svetisxoveli məbədi tikilmişdir. Müqəddəs Sidonianın xatirə günü Msxetoba, yəni svetisxoveloba kilsə bayramına təsadüf edir.

Kartli coğrafi cəhətcə nəinki təkcə Gürcüstanın, eləcə də Qafqazın mərkəzi hissəsidir. Gürcüstan ətrafında yaşayan xalqlar həmişə Kartlidə cəmləşməyə can atırdılar, harada ki, Gürcüstanın paytaxtı əvvəlcə Msxeta idi, sonralar isə – Tiflis. Əsrlər boyu Kartlidə müxtəlif mənşəli əhali: ermənilər, azərbaycanlılar, yəhudilər, osetinlər, assuriyalılar, kürdlər, yezidlər, yunanlar, almanlar, qaraçılar, ruslar və başqaları yaşayırdılar və indi də yaşayırlar. YƏHUDILƏR KARTLIDƏ Kartlidə qeyri-gürcü əhali arasında, hamıdan əvvəl yəhudilər məskunlaşmışlar. 26 əsr bundan əvvəl onların vətəninə düşmən hücum edir. Düşməndən özünü xilas etdikdən sonra, yəhudilərin bir qrupu Kartliyə gəlmişdir. Msxetanın idarə başçısı onlara burada qalmaq icazəsi verir və elə orada, yaxındaca yerləşdirir. Yəhudilərin gürcülərlə müqayisədə fərqli dini və adətləri var idi, lakin buna görə onlar Gürcüstanda heç zaman tapdalanmırdılar və öz dinlərini və adətlərini qoruyub saxlayırdılar. Sonralar yəhudilər bütün Gürcüstanda yerləşdilər. Kartlidə onlar əsasən Msxetada və Sxinvalidə yaşayırdılar. Bax beləcə Gürcüstan yəhudilər üçün ikinci vətən oldu. Bir çox hallarda onları “gürcü yəhudiləri” adı ilə də xatırlayırlar.

Mənbə 1. Tbilisi sinaqoqu

36

BIZIM GÜRCÜSTAN 5


TAPŞIRIQ

1. Yəhudilərin Kartlidə məskunlaşması əsrini zaman xəttinə keçir. 2. Necə fikirləşirsən, Gürcüstanda yaşayan yəhudilərin “gürcü yəhudiləri” adlandırılması nəyə dəlalət edir ? 3. Mənbə 2-ni təsvir et. Yəhudilər Kartli kəndində hansı işlə məşğuldurlar. Mənbə 2. Yəhudi tacirlər Kartli kəndində

ASSURIYALILAR KARTLIDƏ Yəhudilərdən sonra Kartlidə yaşamağa assuriyalılar gəlmişlər. Onlar, gürcülər kimi, pravoslav xristianlar idilər. Əvvəlcə, V-VI əsrlərdə, Gürcüstanda assuriyalı rahiblər gəzirdilər və xristianlığı yayırdılar. Onlar arasında On üç assuriyalı keşiş kimi məşhur xadimlər də var idi. Sonralar isə, öz vətənlərində assuriyalıların təqibi başlanan zaman, onların bir hissəsi rahiblərlə birlikdə Gürcüstana gəldi və Kartlidə məskunlaşdı. Onların nəsilləri Kanda kəndində bu gün də yaşayırlar. Kandalı assuriyalılar gürcü dilini və ənənələrini yaxşı bilirlər, lakin öz danışıqlarını və mədəniyyətlərini də qoruyub saxlaya bilmişlər. 13 assuriyalı keşişə İoane Zedazneli rəhbərlik edirdi. Msxetanın yaxınlığında, Zedazeni dağında, o, monastır yaratdı və bütün həyatını orada keçirdi. Qalan rahiblər Şərqi Gürcüstanın müxtəlif guşələrinə getdilər və xristian fəaliyyətinə başladılar.

Mənbə 3. Zedazeni monastırında İoane Zedazenelinin qəbri

TAPŞIRIQ

4. Assuriyalıların Kartliyə gəlməsi vaxtını zaman oxuna köçür. 5. On üç assuriyalı keşişdən səkkizi – İoane Zedazneli, Anton Martğopeli, Şio Mğvimeli, İse Cilkneli, Mikael Ulumboeli, Tadeoz Stepandzmindeli, Piros Breteli və İsidore Samtavneli – Kartli ərazisində fəaliyyət göstərirdilər. Assuriyalı keşişlərin adları ilə əlaqədar, o yerləri sadala, harada ki, onlar fəaliyyət göstərirdilər. 6. Dəftərdə iki sütunlu cədvəl tərtib et: “ assuriyalı keşişlər hansı yerlərdə fəaliyyət göstərirdilər?”. 7. Kanda kəndində bu gün yaşamaqda olan assuriyalılar barədə internetdə məlumat axtarıb tap.

KARTLI

37


LÜĞƏT

Sülalə niqahları – müxtəlif ölkələrin hakim çar soyadları (sülalə) üzvləri arasında niqahlar.

OSETINLƏR KARTLIDƏ Kartlidə çoxlu sayda osetin yaşayır. Dağda torpağın azlığı üzündən, XVII əsrin ortalarından onların Şimali Qafqazdan köçürülməsinə başlanmışdır. Şida Kartlinin dağlıq ərazilərində osetinlərin yerləşdirilməsinə isə orada çoxlu kənd xarabalıqlarının mövcudluğu səbəb oldu. Bu xarabalıqlar isə düşmənin tez-tez baş verən hücumlarının nəticəsi idi. Tarixən gürcülər ilə osetinlər arasında mehriban qarşılıqlı əlaqələr mövcud olmuşdu. Şimali Qafqazda yaşayan osetinlər tez-tez Gürcüstana soxulmuş düşmənə qarşı mübarizədə iştirak edirdilər. Gürcüstanın və Osetiyanın çar ailələri arasında sülalə nikahları baş verirdi. Məsələn, Çar Tamaranın anası osetin idi. Gürcü çarları və tavadları osetinlərin Gürcüstanda yerləşdiliməsinə imkan yaradırdılar və onları üç il ərzində buğda ilə təmin edirdilər. 2008-ci ilin Rusiya-Gürcüstan müharibəsi nəticəsində, Şida Kartli əhalisinin böyük hissəsi öz doğma vətənində qaçqına çevrildi.

TAPŞIRIQ

8. Kartlidə, Dzerovanidə mövcud olan qaçqınlar düşərgəsi barədə məlumat topla və onun barəsində mülahizə yürüt ki, bu düşərgə hansı səbəblərə görə mövcuddur. 9. Osetin həmyaşıdlarına tarixi dostluq barədə məktub yaz və fikirləş, köhnə qarşılıqlı münasibətləri necə bərpa etmək olar. Mənbə 4. Dzerovanidə qaçqınların məskunlaşdığı ərazi

ERMƏNILƏR VƏ AZƏRBAYCANLILAR KARTLIDƏ

Gürcüstanın başqa yerlərində olduğu kimi, Kartlidə də gürcülərdən sonra, çoxlu sayda ermənilər və azərbaycanlılar yaşayırlar. Ermənilər, əsasən, Tbilisidə və Kvemo Kartli ərazisində məskunlaşmışlar. Onların əsas məşğuliyyəti ticarət və sənətkarlıqdır. Azərbaycanlılar Kvemo Kartlinin məhsuldar torpaqlarında yaşayırlar və kənd təsərrüfatı ilə məşğul olurlar. Gürcüstanı bostan məhsulları ilə, əksərən Bolnisidə və Marneuli rayonunda yaşayan azərbaycanlılar təmin edirlər.

38

BIZIM GÜRCÜSTAN 5


Mənbə 5. Marneulidə bostan bitkiləri sahələri

Erməni və azərbaycanlı gənclər gürcü dilində oxuyurlar və gürcü həmyaşıdları ilə birlikdə Gürcüstanın ali məktəblərində müxtəlif peşələrə yiyələnirlər. Mənbə 6. XVII əsrin dini xadimi və şairi İosif Saakadzenin erməni keşişinin qəhrəmanlığı barədə məlumatı 1609-cu ildə düşmən Kür çayının sağ sahili ilə gəlirdi, bu zaman onların qarşısına Qoridən olan erməni ruhani şəxsi (“Terter”) çıxdı. O dərhal geri qaçdı, Qori yaxınlığında Kürün üzərində tikilmiş körpünün taxtalarını söküb tökdü və öz şəhərini dağıntıdan xilas etdi. Əgər Qorili Terterin belə şücaəti olmasaydı, düşmən şəhərə asanlıqla yiyələnə biləcəkdi, çünki onun qalası həmin vaxt yenə də dağıdılmış idi və əhali özünümüdafiə etməkdə çətinlik çəkəcəkdi.

Xudu Borçalı Xudu Borçalı Gürcüstanın – sayılıb-seçilən qəhrəmanlarından biri idi. O, azərbaycanlı idi və ömrünün sonunadək Kartli-Kaxeti çarı II İrakliyə sədaqətlə qulluq edirdi. O həmişə çar İraklinin yaxın ətrafında mübarizə aparırdı. Çar Xudunun sədaqətliliyini düzgün qiymətləndirdi və ona özünün şəxsi həyatını etibar etdi. Xudu Borçalı ən ağır döyüşlər zamanı belə çarı tək qoymurdu.

TAPŞIRIQ

10. Necə fikirləşirsən, qorili erməni nəyə görə belə hərəkət etdi? Sənin fikrincə, onu bu hərəkətə hansı hisslər təlqin etdi. 11. Necə fikirləşirsən, çar İraklinin Xudu Borçalıya münasibətdə bu cür qeyri-şərtsiz inamı nədən xəbər verir?

TAPŞIRIQ

12. Sənin fikrincə, dövlət dilinin – gürcü dilinin öyrənilməsinin Gürcüstan vətəndaşları üçün hansı əhəmiyyəti vardır? 13. Tolerantlıq sözünü necə başa düşürsən? 14. Nəyə əsasən hesab edə bilərsən ki, Kartli fərqli millətlərin və dinlərin nümayəndələrinə münasibətdə tolerant idi?

KARTLI

39


1.6

KARTLIDƏ MƏSKUNLAŞMA TIPLƏRI Keçmişdə Kartlidə necə yaşayış məskənləri mövcud idi və bu gün necədir? Kartlidə bu gün yeni kəndlərin əksəriyyəti köhnə kəndlərin yerlərində tikilmişdir, lakin yeni yerlərdə, geniş düzənliklərdə də kəndlərə rast gəlmək olur. Keçmişdə aran yerlərində kəndlər salmırdılar, çünki düşmən hücumu təhlükəsi mövcud idi. Gürcülər daha çox dağların, aşırımların, təpələrin ətəyində məskunlaşırdılar. Belə yerlərdə içməli və suvarma suyu çox olurdu, həm də düşmən hücumları hallarında dağ ətəyi dərələrdən, meşələrdən özlərinə sığınacaq kimi istifadə etmək asan olurdu.

Mənbə 1. Dzinsdzğaro kəndi TAPŞIRIQ

1. Mənbə 1-i təsvir et. Necə fikirləşirsən, keçmişdə bu cür kəndlərdə yaşamaq nə dərəcədə əlverişli və təhlükəsiz idi və bu gün necədir. Cavabı əsaslandır.

Mənbə 2. Kənd çəpəri

40

BIZIM GÜRCÜSTAN 5

Kartlidə məskunlaşma qruplaşma halında idi, bu da o demək idi ki, evlər bir-birinin yanında tikilirdi və həyət və həyətyanı sahələr də çox kiçik olurdu. Böyük kəndlər müxtəlif məhəllələrdən ibarət olurdu. Məhəllələr arasından dar küçələr keçirdi ki, buna da çəpər deyilirdi. Çəpərlər iki cür olurdu – daşla hörülmüş və “canlı çəpər”. Bir çox hallarda kəndlilər öz torpaq sahələrinin sərhədində ağac basdırırdılar. Bir cərgədə düzülmüş ağacları “canlı çəpər” adlandırırdılar. Bu gün şəhərdə və ya kənddə, əsasən, bir çox abad evlər vardır. Keçmişdə kartlililər torpaq örtüklü və salon tipli evlərdə yaşayırdılar. Torpaq evlərə, bir qayda olaraq yuxarıdan dam örtüyü kimi torpaq tökürdülər, bu torpağı təpikləyib bərkitmək böyük zəhmət tələb edən iş idi. Salon tipli yaşayış evinin dam


örtüyü başqa cür olurdu. Örtük böyük tirlərdən tikilirdi, yuxarı qalxdıqca nazilirdi, haradan ki, işıq daxil olurdu və ocaqdan tüstü çıxırdı. O dövrkü evlərin pəncərələri olmurdu və işıq yalnız yuxarıdan düşürdü. Keçmişdə evin düz ortasında ocaq qalanırdı və bu ocağın başında asılmış qazanda xörək hazırlayırdılar. Ocaqda həmişə od olurdu. Onu söndürmək olmazdı. O dövrkü insanların inanclarına görə, ocağın söndürülməsi pis əlamət hesab edilirdi.

Mənbə 3. Kartlidə salon tipli ev

Mənbə 4. Torpaq örtüklü ev

Mənbə 5. Müasir ev

TAPŞIRIQ

2. Sənin fikrincə, Kartlidə nəyə görə qruplaşmış məskənlər olurdu? 3. Bu gün yaşayış məskənləri nəyə görə geniş yayılmışdır (mənbə 1)? 4. Salon tipli evi (mənbə 3) təsvir et. Onun pəncərələrinin olmamasını nə ilə izah edə bilərsən ? 5. 3-5-ci mənbələrə əsasən, köhnə və yeni yaşayış evləri arasında hansı fərqləri görürsən? 6. Dəftərdə cədvəl doldur: “Kartlidə köhnə və yeni yaşayış evləri”.

KARTLI

41


1.7

KARTLIDƏ TƏSƏRRÜFAT SAHƏLƏRI Kartlidə hansı təsərrüfat işləri ilə məşğul olurlar?

Kartli xörəkləri Kartli mətbəxi sulu xörəklərlə məşhurdur. Zoğal, ayran və quzuqulağı doğramacı, çörək xarçosu onlara mənsubdur. Kartli eləcə də özünün turşuları, məsələn, concoli turşusu ilə məşhurdur.

TARLAÇILIQ Kartlililərin əsas məşğuliyyəti tarlaçılıq idi. Tarlalarda onlar dənli bitkilər, əsasən, buğda becərirdilər. Qədim kartlililər buğdaların müxtəlif sortlarını yetişdirmişdilər (dika, dolis puri, tavtuxi). Onlar arasında əsas fərqlərdən biri budur: elə sortlar vardır ki, onlar payızda səpilir, toxum bütün qış aylarında torpaqda qalır və yazda cücərti verir. Eləcə də, elə sortlar vardır ki, bir başa yazda səpilir və tezcə də cücərti verir. Gürcüstan buğdanın qədim istehsalçısı olan ölkə kimi tanınır. Məhsul götürmək üçün, torpağı şumlamaq lazım gəlirdi, sonra səpmək, malalamaq, yetişmiş sünbülləri biçmək, sərmək, döymək, axırda çörək bişirmək. Kartlilərin əsas qidaları çörək və başqa bitki xörəkləri idi. Çörəyi təndirdə bişirirdilər.

Yerin şumlanması

Mənbə 1. Zoğal doğramacı Çörək bişirmə zavodu

Səpmə – malalama

Dəyirman kombinatı

Cücərmə və yetişmə

TAPŞIRIQ

1. Mənbə 1-ə əsasən sadala, buğda hansı yolu keçməlidir ki, sonda onu çörək, bulka və s. şirniyyat şəklində yeyə biləsən.

42

BIZIM GÜRCÜSTAN 5

Xırman, harada ki buğda qurudulur və küləyə sovrulur

Məhsulun yığılması (biçilməsi) və döyülməsi eyni bir vaxtda xüsusi maşınla – kombayn ilə həyata keçirilir

Mənbə 2. Buğdadan çörəyədək


HEYVANDARLIQ Kartlidə heyvandarlıq da inkişaf etmişdir. Təsərrüfatın bu sahəsi əkinçiliyə böyük xidmət göstərirdi. Öküzlərin köməyi ilə torpağı şumlayırdılar. Eyni zamanda, heyvandarlıq məhsulları ilə qidalanırdılar. Qoyun isə əlavə olaraq yun verirdi. Buna görə bizim əcdadlarımız qoyunçuluqla da məşğul olurdular. Yundan sap əyirirdilər və bu ipdən paltar toxuyurdular. Kişilər qoyunu qırxırdılar, bundan sonra qalan işləri isə qadınlar tamamlayırdılar. Toxumaq və tikmək də onların vəzifəsi idi. Keçmişdə ayaqqabını özləri inək və ya camış gönündən hazırlayırdılar. Bu gün parça da, paltar da, ayaqqabı da fabriklərdə hazırlanır.

Mənbə 3. Əl ilə toxuma

Mənbə 4. Kvataxevidə bayram TAPŞIRIQ

2. Mənbə 4-ü təsvir et. a) Kartlili qadınlar və kişilər necə geyinmişlər? b) Süfrədə hansı ənənəni görürsünüz və o bugünkündən nə ilə fərqlənir? c) Nəqliyyatın hansı vasitəsini görürsən? Müasir nəqliyyatdan nə ilə fərqlənir?

KARTLI

43


Mənbə 5. Meyvə qurusu

MEYVƏÇILIK Bütün Gürcüstanda kənd təsərrüfatının əhəmiyyətli sahələrindən biri meyvəçilik idi. Bu cəhətdən bu gün Kartli xüsusi ilə məşhurdur. Meyvə vitaminlərlə zəngindir, lakin ən çox vitamin meyvə qurularında olur, bu qurular isə demək olar ki, hər cür meyvədən hazırlanır. Əgər yayda meyvə qurusu çox quruyursa, onu bişirirlər və elə yeyirlər. Alçadan və gavalıdan pəstil hazırlayırlar. Bu pəstillər həmçinin boğaz ağrısının dərmanıdır. Bu gün meyvəni xüsusi soyuducularda saxlayırlar, ona görə də qışadək qalır. Keçmişdə də meyvənin qış üçün canlı saxlanılmasının müxtəlif yollarını bilirdilər. Məsələn, almanı və armudu torpaqda və qazanlarda saxlayırdılar. Keçmişdə Kartlidə, necə ki, bütün Gürcüstanda, ət xörəklərinə o qədər də can atmırdılar. Müxtəlif əcnəbi səyyahların yazılı mənbələri bu günədək bizə gəlib çatmışdır, orada onlar Gürcüstan əhalisini, onun xarici görkəmini və qida rasionunu təsvir etmişlər. Əcnəbi səyyahlar həmişə qeyd edirdilər ki, gürcülər arıq, incə belli və yaraşıqlı idilər. Bunu isə, qidalar ilə yanaşı, gündəlik əmək də şərtləndirirdi. Keçmiş zamanlarda Kartlidə nadir hallarda tənbəl adam görmək olardı. TAPŞIRIQ

3. Bu gün meyvəni hansı vasitələrlə uzun müddət saxlamaq olur? 4. Sənin müşahidələrinə görə, gürcülərdə və ümumiyyətlə, insanlarda artıq çəki problemi nəyə görə yarandı? Sən artıq çəkidən əziyyət çəkməmək üçün nələr edirsən? 5. Sağlam qidalanma sağlamlığın qorunub saxlanılması üçün nəyə görə əhəmiyyətlidir? Sənin rasionunda meyvə hansı rolu yerinə yetirir?

Üzümü saxlamaq üsulları Keçmişdə üzümün saxlanılmasının mərasim təyinatı da var idi. Üzümlükdə, ən bol məhsullu tənəyin dibində, torpağı eşirdilər, içərisinə ot döşəyirdilər və üstündə salxımları olan üzüm tənəyini meyvəsi ilə bərabər onun üzərinə uzadırdılar. Çuxurda uzadılmış bar verən tənəyin üzərinə iri dəyənəklər və ya taxtalar düzürdülər və onun üstündən torpaq tökürdülər. Mənbə 6. Üzüm salxımları Yeni ilin qabaq günü torpağa basdırılmış tənəklərdən birini ilə dolu çilik çıxarırdılar, tənəyin üzərinə şərab tökürdülər, Yeni ili təbrik edirdilər və deyirdilər: “budur bax, sənin verdiyin şərab, sən elə özün bizi təbrik et və sən özün bolluca şərab ver”. Qalan basdırılmış tənəyi istədikləri zaman çıxarırdılar. Bax beləcə, baharın sonunadək üzüm yeyə bilirdilər. Üzümü saxlamağın daha bir vasitəsi isə çilik (cəən) idi. Bu zaman tənəyi salxımlarla birlikdə onun budağını kəsir və qış üçün saxlayırdılar.

44

BIZIM GÜRCÜSTAN 5


1.8

QARŞILIQLI YARDIM ƏNƏNƏSI Kartlidə qarşılıqlı yardım ənənəsi mövcud idi və bu ənənə bu gün özünü necə büruzə verir?

TƏBII FƏLAKƏTLƏR VƏ ONDAN ÖZÜNÜ QORUMAQ İnsan təbiətdən bir çox mövcudluq imkanları, qida məhsulları, tikinti materialları alır. Torpağı becərmək və heyvandarlıq da təbiətlə qarşılıqlı əlaqə anlamına gəlir. Lakin bir çox yaxşılıqlar ilə yanaşı, təbiət insanlara ziyan verməyi də bacarır. Əksər hallarda buna insanların özləri müqəssir olurlar. Tbilisidə, Vere dərəsində, Qəhrəmanlar meydanı və Zoopark ərazisində, təqribən 50 il ərzində 2 dəfə təbii fəlakət baş vermişdir – coşmuş Vere çayı insanları və heyvanları qurban etdi və şəhərə böyük ziyan vurdu.

Mənbə 1. Tbilisi Zooparkının yerləşdiyi ərazi 2015-ci il iyunun 13-də baş vermiş daşqından sonra

Mənbə 2. Həmin ərazi 2017-ci ildə KARTLI

45


Mənbə 3. “Güc birlikdədir” – Tbilisililər təbii fəlakətin nəticələrinə qarşı mübarizə aparırlar

TAPŞIRIQ

1. Mülahizə yürüt, problemin birgə həll edilməsinin hansı əhəmiyyəti vardır (mənbələr 1-3). 2. Yadına sal, dostuna, ahıl insanlara və yaxud ehtiyacı olanlara hansı halda kömək göstərmisən. Bu hadisəni öz sinif yoldaşlarına danış. 3. Torpaq sürüşməsinə səbəb olan və Vere çayının dərəsində baş vermiş faciənin yaranma səbəblərini qeyd elə. 4. Tbilisililər təbii fəlakətin nəticələrinə qarşı necə mübarizə aparırdılar (mənbə 3)? 5. İnsanlar Vere çayında baş vermiş faciəyə bənzər hadisələrdən yaxa qurtarmaq üçün necə hərəkət etməlidirlər?

46

BIZIM GÜRCÜSTAN 5

Bədbəxtliyi aradan qaldırmaq üçün onu törədən səbəbləri müəyyənləşdirmək lazımdır. Vere dərəsində əhali yenidən XIX əsrdə məskunlaşmağa başladı. Tbilisililərin sayı da sürətlə artırdı. O zaman enerjinin başlıca mənbəyi kömür idi. Yerli əhali əkin-səpin torpağı üçün sahələri meşəni qırmaqla əldə edirdilər, həm də kömürçülüklə məşğul olurdular. Kömürə olan böyük tələbat isə daha çox ağac kəsmək ilə nəticələnirdi. Keçmişdə heç zaman heç kəsin ağac kəsmədiyi yerdə – yamaclıq yerlərdə meşələri qırmağa başladılar. Böyük yağışlar isə bu yerlərin bəzisində torpaq sürüşməsinə səbəb oldu, halbuki əvvəllər buralar meşəlik idi. Bunun nəticəsində isə neçə-neçə faciələr baş verdi.

Mənbə 4. Torpaq sürüşməsi


TAPŞIRIQ

6. Məlumat topla “ Qorili kimi niyə yolun ortası ilə gedirsən!” deyimi necə yaranmışdır. 7. Sinifdə iməcilik planlaşdırın. Bunun üçün əvvəlcədən hazırlaşın: a) Ağac basdırmaq qaydaları ilə tanış olun. b) Bunun üçün ağac tingləri və bellər ehtiyatı yaradın. c) Tingləri basdıracağınız yerləri seçin.

KEÇMIŞDƏ QARŞILIQLI KÖMƏK Yanında durmaq (kömək göstərmək) Gürcüstanın bütün guşələrində adi hadisə idi. Kartlidə insanlar bir-birilərinə əkinsəpin işlərində, biçin zamanı kömək göstərirdilər. Başqa cür təsəvvürə gətirmək belə ola bilməzdi, çünki iri gürcü kotanına təqribən 16-18 öküz-camış qoşurdular. Bu qədər öküz-camış isə çox nadir ailələrdə ola bilərdi. Ona görə də yoldaşlaşmaq, bir-birinə kömək göstərmək olduqca vacib idi. Bu cür əmək birliyi modqami adlanırdı.

TAPŞIRIQ Mənbə 5. Modqami

Kartlidə təsərrüfatın başqa sahələrində də bir-birinə kömək göstərirdilər. Burada sağılan inəklər az olurdu, buna görə də əmək birliyinə müraciət edirdilər. Bu birliyi xanuloba (qadın süd istehsalçıları) adlandırırdılar. Beş və ya daha çox, bəzən isə bir qədər az qonşu qadınlar birləşirdilər və bir həftə ərzində inəkdən sağdıqları südü bir qonşuya verirdilər, o biri həftə isə – bir başqasına və s. Bu üsulla (xap etməklə) az saylı mal-qara sahibi qış üçün pendir və ya yağ ehtiyatı görə bilərdi. Kartlidə həmçinin qonşular və qohumlar ev tikərkən də birbirlərinə kömək göstərirdilər. Dul qadınlara və yetimlərə pulsuz kömək edirdilər. Belə ki, çiyin-çiyinə vermək qədim gürcü ənənəsidir. Gürcüstanda belə bir atalar sözü də mövcuddur: “Yeməyini yalqız yeyən yükü özü qaldırar.”

8. “Yeməyini yalqız yeyən yükü özü qaldırar” atalar sözünü necə başa düşürsən. 9. Dostlarından soruş, gör kiminsə sənin köməyinə ehtiyacı varmı? Əgər imkanın varsa, kömək də elə. 10. Sinif yoldaşlarınla birlikdə həyətin yaşıllaşdırılmasında və ya başqa tədbirlərin həyata keçirilməsində məktəb müdiriyyətinə kömək göstərməyi təklif edin.

KARTLI

47


NƏ BILIRƏM VƏ NƏ BACARARAM 1. Yadına sal, Kartli üçün ən çox xarakterik olan təbiət hadisələri

hansılardır. 2. Qrup halında layihə hazırlayın: “Bizim diyarda təbii fəlakətlərdən yaxa qurtarmaq üçün hansı tədbirləri görmək lazımdır”?

Layihənin həyata keçirilməsi üçün vacib olan addımları planlaşdırın: a) Böyüklərdən müsahibə alın, sizin regionunuzda hansı təbiət hadisələri tez-tez baş verir, buna nə səbəb olur və nəticələri necədir. Müsahibə üçün əlahiddə hazırlaşın: • Razılaşın, kimi sorğu – suala tutacaqsınız. • Sualları əvvəlcədən fikirləşin və onları öz aranızda bölüşün. • Cavabları diktofona və ya dəftərə yazın. • Alınmış cavabları bir-birinizlə bölüşün və nəticələr çıxarın: böyüklərin fikrincə, sizin diyarınızda hansı təbiət hadisələri daha çox baş verir, buna nə səbəb olur.

Mənbə 1. Torpaq sürüşməsi, onun səbəbi və nəticələri

48

BIZIM GÜRCÜSTAN 5

Mənbə 2. Dolu yağması


b) İnternetdə bu təbii fəlakət və onun səbəbləri barədə əlavə məlumat axtarıb tapın. Bunun üçün məktəbin informatika müəllimi ilə birlikdə müvafiq veb səhifələr axtarıb tapın. c) Müsahibəni və internet (yəni elektron) materiallarını cəmləşdirin və PPT-də təqdimat hazırlayın, burada tədqiqatın nəticələrini tezislər şəkilində formalaşdırın və öz sinif yoldaşlarınıza təqdim edin. d) Plakat hazırlayın. Plakata müvafiq rəsmlə yanaşı, çağırış da əlavə edin, hansı ki, cəmiyyətə bunlardan özlərini nə yolla müdafiə edə biləcəklərini xatırladacaq. e) Plakatların sərgisini təşkil edin. MÜSAHIBƏNIN FORMASI

Mənbə 3. Plakat üzərində iş

Respondentin adı ......................... 1. Qeyd olunan problem əhəmiyyətlidirmi və əgər belədirsə, nəyə görə? 2. Bu problemlərin həllində dövlətin rolu necədir? 3. Vətəndaşların bu problemə münasibətdə mövqeyi necədir? 4. Bu problemlər barədə harada məlumat toplaya bilərsiniz?

MÜSAHIBƏDƏ IŞTIRAK EDƏN QRUPUN PLANININ TƏRTIBATI ÜÇÜN FORMA

Respondent ................................ Tarix ......................................... Yer .......................................... Qrupun üzvləri: ......................... Əsas sual

Sualın müəllifi

Yazılışa məsuliyyətli

Əlavə məlumat əldə etməyin məlumat vasitələri: Kitabxana Çap Mediası Müəllimlər Elektron məlumat vasitələri

KARTLI

49


FƏSIL 2.

İMERETI

v a

a

C

e

r

s

i

navenaxevi

b i

ajameTis nakrZali

! beRlevi

zestafoni

m

m

d

! qu .

r e T i s la korbouli ! k o l x e T i s uR. jvari samtredia ! .

geguTi !

o b i R l d a b l o b i a io !

! .

r

sajavaxo

s

Terjola ! .

eguTi !

m

wyaltubo ! . saTa i nak

u

!

is

la iri v e y

! .

q

!

saCxere . !

Zir

WiaTura ! kacxi .

! sxvitori xoni !

ni

! quTaisi .

z

! xreiTi

! tyibuli . tyibulis wylsc.

perevi

-

i

o

W

ltubo ! . saTaflias nakrZali

s

!

T

1217

i d

2862 m. lebeurismTai

cxen is wy al i

a

naqeralas uR.

m

promeTes mR yumisTavi

e

i

!

okaces CannCq.

e

q

gurna

promeTes mRvime ! yumisTavi

u o

l

x

s

-

s a m e g r e l

nCq.

r

n

W

e

a

r

i e T

aja nakr

!

l

e

i

g

m ri Cxe

x

i

. ! Bu fəsildə Qərbi Gürcüstanın tarixi et! salxino ! vani lxino ! baRdaTi Sorapani . grigaleTi noqrafik regionlarından biri – İmereti ilə rikoTis uR. tanış olacaqsınız. Biləcəksiniz, harada yer999 ləşir, necə təbiəti vardır və bunun məs! xaragauli . u kunlaşma tiplərinə, tikililərə və təsərrüfat l a sahələrinə hansı təsiri olmuşdur; evlər rin bir yerdən!başqa yerə köçürülməsinə borjomxani necə nail olurdular; İmereti əhalisi nəyə xaragaulis k i kur. sairme ! i ! görə kənar işlərə getməyə məcbur olurdu; e d a s e q x e müəyyəne vaxtdan sonras bu region necə erovnuli m T i m. mefiswyaro 2850 m parki dəyişmişdir; İmeretidə hansı mədəniyyət aro 2850 2496 abidələri yerləşmişdir və nəyə görə onlara zek 9km zekaris uR. 0 s a s a qayğı ilə yanaşmalıyıq. m !

!

i m c x e - j a v a x e T

50

BIZIM GÜRCÜSTAN 5

c


a

r

W a

-

l

m

r

s

2862 m. lebeurismTai perevi

WiaTura ! kacxi .

! quTaisi .

!

!

yv

navenaxevi

Terjola ! . ajameTis nakrZali

la

r e T i s e m korbouli

iri

i

i

!

uR. jvari

! beRlevi

m

zestafoni

q

o b i R l s

! .

a

la

T

tyibulis wylsc.

!

!

! baRdaTi Sorapani .

grigaleTi

i

saTaflias nakrZali

saCxere . !

d

! tyibuli .

!

! sxvitori

! xreiTi

u

i

e

W

bo

s

Zir

a

naqeralas uR.

1217

i d

e

i

!

!

u

q

gurna

omeTes mRvime avi

x

C

e

m ri Cxe

x

rikoTis uR.

e

l

999

i

! xaragauli . a

pirobiTi aRniSvnebi

borjomxaragaulis

xani

!

e

m

850

kur. sairme

s

x

e

2496 zekaris uR.

q

T

i

s

e

d

dasaxlebuli punqtebi

l

!

! .

i

! . ! !

erovnuli parki

a m T i c x e e x a - j a v

mxaris centri municipalitetis centri sxva dasaxlebuli punqti kurorti

gzebi

0

9km

avtomagistrali gzatkecili rkinigza

sazRvrebi saxelmwifos istoriul-geografiuli provinciis daculi teritoriis

hidrografia mdinare tba, wyalsacavi CanCqeri

sxva aRniSvnebi simaRliTi niSnuli uReltexili karstuli mRvime aeropotri

51


2.1

İMERETININ YERLƏŞMƏSI VƏ TƏBIƏTI İmereti harada yerləşir və orada təbiətin hansı diqqətə layiq mənzərələri vardır? İmereti Gürcüstanın ən böyük tarixi-etnoqrafiq diyarlarından biridir. Coğrafi cəhətcə İmereti Gürcüstanın mərkəzi yerini tutur. “İmereti” adı “İmieri”, yəni Lixi aşırımından o yana, o tərəfindəki diyar sözündən yaranmışdır. Lixi aşırımı Gürcüstanı Şərq və Qərb hissələrinə bölür. Etnoqrafik və coğrafi nöqteyinəzərdən, İmereti iki hissəyə bölünür – Zemo İmereti və Kvemo İmereti. Uzun əsrlər bundan əvvəl İmeretini Arqveti də adlandırırdılar. İmeretinin mərkəzi Kutaisi şəhəridir.

Mənbə 1. Kutaisinin görüntüsü TAPŞIRIQ

1. Xəritənin (səh. 50-51) köməyi ilə sadala, Gürcüstanın hansı guşələri İmereti ilə həmsərhəddir. 2. Xəritənin (səh. 6-7) köməyi ilə aydınlaşdır, əgər İmeretidən avtomobil yolu ilə Racaya getməli olsan, hansı aşırımı keçməlisən. 3. Gürcüstanın tarixi-etnoqrafik diyarları xəritəsinin köməyi ilə (səh. 8-9) aydınlaşdır, Kutaisidən Qara dənizə getmək üçün hansı diyarları keçməliyik. 4. Sadalananlardan hansı yaşayış məntəqələri İmereti ərazisində yerləşmir – Kutaisi, Zestafoni, Samtredia, Saçxere, Çiatura, Vani, Batumi, Qori, Tercola, Bağdati, Telavi, Şroşa, Mestia. 5. Xəritədə (səh. 50-51) axtarıb tap, İmeretidə hansı mühafizə olunan ərazilər yerləşir.

52

BIZIM GÜRCÜSTAN 5


Zemo İmereti və Kvemo İmereti bir-birindən təbii şəraitləri ilə fərqlənir. Zemo İmereti dağ-təpəli diyardır, burada çoxlu dərə təpələr və yüksəkliklər vardır. Onun iqlimi daha qurudur, nəinki Kvemo İmeretidə, hansı ki, Kolxeti ovalığı boyunca uzanıb gedir. Burada, əsasən düzənlik yerlərdir. İmereti mağaralarla zəngindir. Bunların hər birinə təbiət abidəsi adı verilmişdir və bunlara dövlət xüsusi qayğı göstərir. Çoxsaylı mağaralardan Prometey, Sataplia, Tsxaltubo (Tetra), Navenaxebi mağaraları xüsusilə qeyd olunmalıdır. Yer altında mövcud olan salonlar stalaktitlər, stalaqmitlər, daşlaşmış şəlalələrlə və asılmış daş pərdələrlə zəngindir. Sataplia dünyada yeganə yerdir ki, burada dinozavrların 200-dək izi aşkar olunmuşdur.

Stalaktit

Stalaqmit

Mənbə 2. Prometey mağarası Mənbə 3. Dinozavrın izi. Tsxaltuboda tapılmış dinozavr izləri təqribən 50-60 milyon il bundan əvvələ aiddir. Alimlər təsdiq edirlər ki, bu dövrdə Gürcüstan ərazisində onlarca müxtəlif növ dinozavr yaşayırdı. Onların əksəriyyəti ot yeyənlər idi. Lakin yırtıcı dinozavrlar da var idi. TAPŞIRIQ

Mənbə 4. Dinozavrın bərpa edilmiş skeleti

6. “Gürcüstanda dinozavrlar” mövzusunda təqdimat hazırla. Onların nəslinin kəsilməsi səbəbini tədqiq et. Tapşırığın hazırlanması zamanı aşağıdakı veb səhifənin materiallarından istifadə et: http://tskaltubo-crt.ge/portfolio/ sataplia/. 7. Təqdimatı İmeretinin yekun dərsində təqdim et.

İMERETI

53


Gürcüstanın ən dərin kanyonu – Okatse və yüksək şəlaləsi – Kinçxa İmeretidə yerləşir. Bu diyar həmçinin təbiətin möcüzələrindən biri – Katsxi sütunu ilə məşhurdur, bu sütun Zemo İmeretinin Katsxi kəndində yerləşir. Bu təbii qayalıq daşı kütləsindən ibarətdir və sütun forması vardır. Onun hündürlüyü 40 metrdir. Yüksək sütunun başında bizim əcdadlarımız kilsə tikmişlər. Təbiət möcüzələrindən başqa, İmereti həm də müalicəvi suları və faydalı qazıntıları ilə məşhurdur. Məşhur Tsxaltubo və Sairme kurortları buradadır. Tkibuli özünün daş kömürü ilə zəngindir, Çiatura isə manqan ilə.

Mənbə 5. Kinçxa şəlaləsi

Mənbə 6. Katsxi sütunu

Mənbə 7. Sairme kurortu

54

BIZIM GÜRCÜSTAN 5

Sairme Xalq arasında yayılmış rəvayətlərə görə, Sairme bulaqlarını yaralı maralın izi ilə gedən ovçular aşkar etmişlər. Maral sürüləri tez-tez toplaşdığı yerdə, pasdan qızarmış daşlar üzərindən bulaq axıb gedirdi. Bulaqdan bir qədər aralı çobanlar daha bir qəribə yer aşkar etdilər, burada ot həmişə yaşıl olurdu, qar tez əriyirdi, yağış yağdıqdan sonra isə torpaq bir neçə dəqiqədən sonra quruyurdu. Məlum olduğu kimi, bu möcüzələrin səbəbi termal mineral sular idi. Müalicəvi sudan başqa, Sairmedə iynəyarpaqlı və enliyarpaqlı meşələr, təmiz hava mövcuddur. Ona görə də orada sağlamlığı yaxşılaşdırmaq üçün hər cür şərait yaradılmışdır.


Mənbə 8. Tsğalsiteli çayı

Tsğalsiteli barədə əfsanə Tsğalsiteli adlanan qırmızımtıl rəngi olan çay İmeretidən axır. Onun qırmızımtıl rənginə görə xalq əfsanə yaratmışdır, bu əfsanəyə əsasən, çayın suyu döyüşlərdən birindən sonra qırmızı rəngə boyanmışdır. Rəvayətə görə, bu döyüşdə gürcülər düşməni kəskin məğlubiyyətə düçar etmiş və çay da bundan sonra qırmızı rəngə boyanmışdır. Ancaq bu yalnız əfsanədir. Həqiqət isə bundan ibarətdir ki, suyun qırmızı rəngdə olmasının səbəbi torpağın qırmızı rəngə çalmasıdır. TAPŞIRIQ

8. Necə fikirləşirsən, sağlam həyat tərzini qoruya bilmək üçün nə etmək lazımdır. Belə həyat tərzi üçün Sairmedə hansı şəraitlər mövcuddur? 9. Məlumat axtar tap, İmeretidə daha hansı müalicəvi kurortlar yerləşir. Orada hansı xəstəlikləri müalicə edirlər? 10. Nəyə görə çaya Tsğalsiteli adını vermişlər? 11. Sənin diyarında təbiətin hansı möcüzələri mövcuddur? Onlar barəsində məlumat axtarıb tap. 12. Sənin regionunda faydalı qazıntılar vardır? Ondan hansı məqsədlər üçün istifadə edirlər?

LÜĞƏT

Kanyon – çayın dərin dərəsi. Stalaktit – mağaranın tağından konusvari sütun şəkilində uzanmış qabarıq maddə, hansı ki, sızıb gələn əhəngli su damlalarından yaranmışdır. Stalaqmit – mağaranın dibindən konusvari sütun şəkilində ucalan qabarıq maddə, hansı ki tağdan sızıb tökülən əhəngli suyun damlalarından yaranmışdır.

İMERETI

55


2.2

İMERETIDƏ MƏSKUNLAŞMA TIPLƏRI Ətraf mühitin İmereti yaşayış tiplərinə hansı təsiri vardır?

LÜĞƏT

Konsul – vəzifəli şəxs, hansı ki, öz dövlətinin və onun vətəndaşlarının mənafelərini təmsil edir və hər hansı bir yad dövlətin ərazisində onun mənafelərini müdafiə edir.

Zemo İmeretidə əhali əsasən dərələrdə məskunlaşmışdır. Onların kəndləri böyük ərazilərdə səpələnmişdir və müxtəlif məhəllələrdən ibarətdir. Kvemo İmeretidə əhali daha çox yayılmışdır və onların həyəti və həyətyanı sahələri də böyükdür. Dağ-təpəli və meşəli relyefə görə, düşmən İmeretiyə nadir hallarda gedib çata bilirdi. Ona görə də əhalinin birgə, cəm halda yaşaması vacib idi.

Mənbə 1. Zemo İmeretidə kənd

TAPŞIRIQ

1. Mənbə 2-ə əsasən, XVII əsrin orta illərində İmereti yaşayış məntəqələrinin tiplərini təsvir et.

56

BIZIM GÜRCÜSTAN 5

Mənbə 2. XVII əsrin ortalarında Rusiya elçisinin İmeretidə məskunlaşma tipləri haqqında “Kəndlər və qəsəbələr, eləcə də kəndlərin və qəsəbələrin öz evləri, bir-birindən aralıdır, təpələrin yamaclarına, ovalıqlara, dağlar arasındakı sahələrə və dağlara da yayılmışdır. Onların məskunlaşdıqları yerlər və əkin-səpin torpaqları da bulaqların yanındadır. Yalnız sıx, birgə deyil, əksinə iki, üç, on və ya iyirmi-iyirmi ev halında məskunlaşmışlar və bir-birlərindən bir ox atışı məsafəsində aralı yerləşmişlər. Hər bir həyətin ətrafı hər cür meyvə və tənəklə əhatə olunmuşdur. Adama elə gəlir ki, meşədə yaşayırlar, heç görünmür də”.


TAPŞIRIQ

Mənbə 3. Kvemo İmeretidə kənd

Mənbə 4. Fransa konsulu XIX əsrin 20-ci illərində imerelilərin yaşayış məntəqələri barədə “İmerelilər təsərrüfat üçün aran yerlərini, ev-eşik üçün isə yüksək yaylaları, bulaqların yaxınlığını seçirlər. İstilərdən özlərini qorumaq üçün bu ehtiyatlılıqdan başqa... evlərdə ocaq həmişə, gecə və gündüz yanmaqdadır. Bu havanı təmizləmək üçün ən yaxşı vasitədir və bununla yanaşı, torpağın rütubətini də yox edir...”

2. Mənbələr 1-4-ün, eləcə də dərslər 2.1-in mətnlərinin köməyi ilə İmeretinin təbiətini xarakterizə et. 3. Necə fikirləşirsən, mənbə 4-də Fransız konsulunun sözləri Kvemo imeretililərə aiddir, yoxsa Zemo imeretililərəmi? Cavabı əsaslandır. 4. 2 və 4-cü mənbələri bir-biri ilə müqayisə et: bu iki müəllifin təsvirində nələr bir-birinə uyğun gəldi və nələr bir-birindən fərqlidir?

İMERETI YAŞAYIŞ EVLƏRI İki əsr bundan əvvəl İmeretidə birmərtəbəli evlərdən başqa, ikimərtəbəli evlər də tikirdilər. İkimərtəbəli oda- evin birinci mərtəbəsini əhəng daşı ilə, yaxud da qismən, ağacdan tikirdilər. İkinci mərtəbə bütövlüklə taxtalardan düzəldilirdi. Ağac evlər, əsasən, daş sütunlar üstündə yerləşdirilirdi, buna görə də ev nəmlikdən mühafizə olunurdu. Oda ön tərəfdən (bəzən yanlardan da) gözəl eyvanla əhatə olunurdu. Eyvanın

Mənbə 5. İmereti birmərtəbəli oda-ev. Cğvişi kəndində Qalaktion və Tiçsian Tabidzelərin ev-muzeyi

Mənbə 6. İmeretidə müasir ev

İMERETI

57


LÜĞƏT

Samanlıq – bzi və mal-qaranın başqa yemlərinin saxlandığı tikili. Reyka – evin- tikilinin üstünü örtmək üçün istifadə edilən nazik taxta. Qaldırıcı dirək – ağırlığı qaldırmaq üçün texniki alət.

TAPŞIRIQ

5. Necə fikirləşirsən, İmeretidə evləri nəyə görə, əsasən ağacdan tikirdilər? 6. Mənbələr 6 və 7-yə diqqət yetir. Hansı yeniləşmiş detallar görürsən? Sənin mülahizəni izah et. 7. İmereti kəndlisinin həyət-bacasında müxtəlif təyinatlı təsərrüfat tikililərinin mövcudluğu nədən xəbər verir? 8. Sənin fikrincə, evləri nəyə görə daş sütunlar üzərində quraşdırırdılar. 9. Mülahizə yürüt, evlərin bir yerdən başqa yerə köçürülməsini hansı istək və ya tələbatla izah etmək olar.

məhəccərləri naxışlarla bəzədilirdi. İmereti kəndlisinin qapıbacası müxtəlif təyinatlı təsərrüfat tikililəri ilə əhatə olunurdu: darı saxlanılan tikili, samanlıq, toyuq hini, şərab zirzəmisi, tövlə, donuzluq... Evlərin bir yerdən başqa yerə köçürülməsinin İmereti ənənələri İmeretidə evlərlə əlaqədar bir ənənə var idi. Bir halda ki, İmereti evləri ağacdan (taxtadan) quraşdırılırdı və daş sütunlar üzərində dayanırdı, bu evlərin bir yerdən başqa yerə köçürülməsi mümkün idi. Bu gün bu cür ənənə heç kəsi təəccübləndirmir və dünyanın müxtəlif guşələrində evləri tez-tez bir yerdən başqa yerə köçürürlər. Lakin keçmişdə ağır texnikanın və yük maşınlarının olmadığı bir zamanda bu son dərəcə çətin iş idi. Evi bir yerdən başqa yerə köçürən zaman qonşular bir-birlərinə kömək edirdilər. Meşədə iri ağacları kəsir və onu elə təmizləyirdilər ki, diyirləmək üçün əlverişli olsun. Diyirlənmək üçün kəsilən ağacların sayı evin ölçüsündən asılı olurdu. Evin kirəmitini və ya reykasını sökürdülər. Qaldırıcı dirəklərlə qaldırırdılar və diyirlənən tirlərin üzərinə keçirirdilər. Həmin tirlərin vasitəsi ilə oda-evi istənilən məsafəyə köçürə bilirdilər və təzə yerdə yenə də sütunlar üzərində yerləşdirirdilər. İmereti kəndlisinin dediyi kimi, “ke ev cırıldayırdı, ancaq dağılmırdı”. İmeretidə olduğu kimi, Sameqreloda da evləri bir yerdən başqa yerə köçürürdülər.

Mənbə 7. İmerelilər. XIX əsrin ikinci yarısı TAPŞIRIQ

10. Mənbə 7-ni təsvir et. İmerellərin geyimləri necədir. Başqa diyarların, məsələn, Kartlinin geyimi ilə müqayisədə hansı oxşarlığı və fərqləri görürsən(səh. 43, mənbə 4).

58

BIZIM GÜRCÜSTAN 5


2.3

İMERETILILƏRIN TƏSƏRRÜFAT MƏŞĞULIYYƏTI Ətraf mühitin İmereti əhalisinin təsərrüfat məşğuliyyətinə hansı təsiri vardır?

Kvemo İmeretililərin və Zemo İmeretililərin təsərrüfat məşğuliyyəti bir-birindən fərqli olurdu. Kvemo İmereti bağlarında dəfnə ağacı, əncir, xurma, mandarin, çay olur. Zemo İmeretidə isə, təsadüfi istisnalardan başqa, bu meyvələr yayılmamışdır. Kvemo İmeretidə, əsasən, dənli bitkilər becərirlər, lakin burada tənək nisbətən az yayılmışdı. Əksinə, yüksək yerlərdə, yəni Zemo İmeretidə, əsasən, üzümçülüyə və heyvandarlığa üstünlük verirdilər. İmereti yaylasında, əsasən, dənli bitkilər becərməklə məşğul olurdular. Burada dənli bitkilərin bütün növləri mövcud idi, ancaq üstünlük yenə də darıya və ğomiyə verilirdi. Qarğıdalı bitkisi gəldikdən sonra isə o aparıcı bitki oldu.

LÜĞƏT

Yayla – dəniz səviyyəsindən yüksəkdə yerləşən düzəngah. Qıça – qarğıdalı özəyinin ətrafını bürüyən yarpaq

Gürcüstanda Qarğıdalının vətəni Mərkəzi və Cənubi Amerikadır. Gürcüstanda o XVII əsrdə yayılmağa başladı və ondan sonra böyük tərəfdaşlıqla qarşılanır. Ona qulluq etmək və ya becərmək, ğomi və başqa dənli bitkilərlə müqaMənbə 1. Qarğıdalı yisədə, daha asandır. O məhsuldardır. Bu günədək buğdadan sonra qarğıdalı ən geniş yayılmış bitki növüdür. O, Qərbi Gürcüstanda bir çox yerli bitkini, o cümlədən ğomini və darını əvəz etmişdir. Müəyyən vaxt ərzində, Gürcüstanda qarğıdalının yeni növlərini yetişdirmişlər, bu sortlar yerli iqlim şəraitlərinə yaxşı uyğunlaşmışdır və bol məhsuldarlığı ilə seçilir.

Gürcüstanda qarğıdalı hər tərəfli istifadə olunmalı bitkidir. Əhali onun dənindən qida kimi istifadə edir; Onun şaxından və dəni çıxarılmış özəyindən qışda ev heyvanlarının yemləri üçün istifadə olunur; qarğıdalı saçağından müalicəvi maye bişirirlər, qıçadan isə yazda tənək zoğlarını(cücərtilərini) bağlayırlar ki, uzununa istənilən istiqamətə doğru böyüsün.

İMERETI

59


Nübar

Kosmetika TAPŞIRIQ

1. Necə fikirləşirsən, qarğıdalı bitkisi Gürcüstanda ğomi bitkisini nəyə görə əvəz etdi? 2. Sadala, bu gün qarğıdalıdan nədə istifadə olunur? 3. Sənin mətbəxinin qaydalarını yarat. Sadala(sənin fikrincə), hansı İmereti xörəkləri qarğıdalıdan hazırlanmış məhsullara yaraşa bilər.

Quş yemi

Dərman

Çipsilər Qarğıdalı sıyrığı

Sərinləşdirici içki Dondurma

Bitki yağı

Yanacaq

Mənbə 2. Qarğıdalıdan müxtəlif təyinatlarla istifadə edilməsi

Mənbə 3. İmereti xaçapurisi

LÜĞƏT

Kuzə – mayenin töküldüyü qab, bu qaba 16-dan 24 litrə qədər maye sığışır.

60

BIZIM GÜRCÜSTAN 5

İmereti mətbəxi Xaçapuri İmereti mətbəxinin bəzəyidir. Burada, bir qayda olaraq, onu saxsı qabda bişirirlər. Tərəvəz məhsullarından hazırlanmış xörəklərlə və quş əti ilə qidalanırlar. Tərəvəz məhsullarından hazırlanmış xörəklərə İmeretidə ləpə və sirkə vururlar, ədviyyat qarışdırırlar, qızardılmış əti isə suda açılmış sarımsaqla və yaxud sous ilə yeyirlər. Heyvanların ciyər- ürəyindən hazırlanmış xörəklər – ciyər – çəkmə yerlilərin fəxridir. İmeretidə ənənəvi olaraq göbələk xörəkləri hazırlayırlar, bunlar arasında kama-göbələkdən hazırlanmış xörək, niğvi göbələk növündən və baldan hazırlanmış xörəklər olduqca dadlıdır. Əzilmiş lobya buradakıların əsas xörəyidir, bunu bir çox hallarda ləpə və ya qaynadılmış alça sıyığı ilə, qatışdırıb qaynanmış şəkildə hazırlayırlar.

İmeretidə tənək və meyvə ağacları əsasən həyətdə basdırılırdı, bu ağaclar uzaqdan meşəyə bənzəyirdi və evlər demək olar ki, görünmürdü. Hələ orta əsrlərdə hər bir ailə vergi qismində 13-dən 25 kuzə (koka) civarında şərab ödəyirdi. İmeretili üzümçülər əsrlər boyu tənəyin 75-dən çox növünü yetişdirmişdilər. Üzümçülüyün formaları çoxcəhətli idi – həm


təbii, eləcə də süni dayaqlar üzərində düzəldilmiş üzüm bağı. Burada yüksək və alçaq üzümlüklər bir-birini əvəz edirdi. Doğrudur, yüksək tənək çətin çıxılası olur və onun məhsulu da az olur, lakin yuxarı buraxılmış tənək daha cəlbedici olur, çünki ona meh vurur və hörümçək yaxın durmur.

LÜĞƏT

Hündür tənək – ağac gövdəsinə buraxılmış tənək.

Mənbə 5. Fransız səyyahı Baron de Bay İmeretidə tənək barədə: “Tənək bu ölkədə bütün bitkilərin kraliçasıdır, şərab isə insan üçün əsl pərəstiş timsalıdır”.

TAPŞIRIQ

4. Sərin və rütubətli yerdə hündür tənək nəyə görə alçaq tənəyi üstələyir? 5. Fransız səyyahının sözlərini (mənbə 5) öz sözlərinlə ifadə elə. Mənbə 4. Zemo İmeretidə üzüm bağı

İmereti əsrlər boyu Qərbi Gürcüstanın dulusçuluq istehsalı mərkəzi idi. Bu gün isə gil istehsalı yalnız bir neçə kənddə qalmışdır. Daha heç kəs ailələrdə gil qablardan istifadə etmir, o artıq bir suvenirə çevrilmişdir. Şroşa kəndi, Rikoti aşırımında, avtomobil yolunun kənarında yerləşir. Orada bu günədək gildən müxtəlif əşyalar hazırlanır və yerindəcə satılır.

TAPŞIRIQ

6. Necə fikirləşirsən, Şroşa kəndində dulusçuluğun inkişafına nə kömək etmişdir? 7. İmerelilər gildən nə hazırlayırlar (mənbə 6)? Mənbə 6. Şroşa kəndində yol kənarında gil qabların satışı

İMERETI

61


2.4

İMERETIDƏ MƏDƏNIYYƏT ABIDƏLƏRI İmeretidə hansı mədəniyyət abidələri yerləşir və nəyə görə onlara qayğı ilə yanaşmalıyıq?

İmeretidə gürcü mədəniyyətinin neçə-neçə əhəmiyyətli abidəsi vardır. Gelati monastır kompleksi, Baqrat məbədi, Ubisa və Modzameta burada yerləşir. Gelati Qurucu David tərəfindən tikilmişdir. Həm Ağmaşenebelinin, həm də Tamaranın və başqa çarların freskaları buradadır.

Mənbə 1. Birləşmiş Gürcüstanın birinci çarı III Baqrat tərəfindən tikilmiş Baqrat məbədi (yenidən qurulana qədər), bu məbəd Kutaisidə əsas təpəlikdə yerləşir və Kutaisinin müxtəlif məhəllələrindən yaxşı görünür. Məbəd XVII əsrin sonunda İmeretiyə soxulmuş osmanlılar tərəfindən dağıdılmışdır.

Mənbə 3. Modzameta monastır kompleksi

62

BIZIM GÜRCÜSTAN 5

Mənbə 2. Baqrat məbədi yenidən qurulduqdan sonra (bu işə 2009-cu ildən başlanmışdır). Yenidən qurulma nəticəsində məbədə yeni detallar əlavə olunmuşdur.


Modzameta monastır kompleksi Dzğaltsitela çayı dərəsində yerləşir. Bu ad ona uzun illər ondan əvvəl verilmişdir. VIII əsrdə Gürcüstana soxulmuş düşmənə Arqveti knyazları – David və Konstantin böyük müqavimət göstərmişlər. Axırda yenə məğlub olmuş və əsir düşmüşlər, lakin onların igidlikləri ilə öyünən düşmən qardaşları şərtsiz öldürmək istəmirdi. Ona görə də onlardan xristian dinini dəyişməyi tələb etdi, onlardan rədd cavabı aldıqdan sonra isə onları ölümlə cəzalandırdı. Əhali qəhrəman knyazları elə özlərinin tikdikləri monastırda dəfn etdilər və bu yeri Modzameta (əzab çəkmişlər) adlandırdılar.

Mənbə 4. Gelati monastır kompleksi

Gelati uzun əsrlər boyu İmeretinin və bütövlükdə Gürcüstanın mədəni mərkəzi idi. Gürcüstandan, hətta belə xaricdən təhsil almaq üçün üz tutduqları akademiya da burada yerləşirdi. TAPŞIRIQ

1. Axtarıb tap, Gelati akademiyasında hansı fənlər tədris edilirdi. İndi həmin fənlərdən hansını öyrədirlər və hansını yox? İzah et, nəyə görə. 2. Axtarıb tap, Arqveti nə deməkdir. 3. Mədəni irsi abidələrə və muzeylərə ekskursiya zamanı hansı qaydalara əməl edirsən. 4. Veb səhifədən Baqrat məbədinin yenidən qurulması barədə məlumat axtarıb tap. YUNESKO Baqrat məbədini dünyanın mədəni irsi abidələri siyahısından nəyə görə çıxarmışdır. 5. Mülahizə yürüdün, abidənin ilkin xarici görünüşünün qorunub saxlanmasının hansı əhəmiyyəti vardır.

LÜĞƏT

Muzey – öyrənmək, təhsil məqsədilə və yaxud vizual zövq bəxş etmək üçün insanların yaradıcılığını və onların mühitini təsvir edən faktlar üzrə mövcud olan əhəmiyyətli materialları əldə edir, saxlayır, tədqiq edir və sərgiləyir.

İMERETI

63


2.5

İMERETIDƏ GÜNDƏLIK HƏYAT İmeretidə ailə məişəti necə idi və nə dərəcədə dəyişmişdir?

TAPŞIRIQ

1. Sənin fikrincə, keçmişdə uşaqlar bütün günü mal-qara otarmaqla məşğul olurdularsa, necə təhsil alırdılar? 2. İzah et, nəyə görə Zemo İmeretidə torpağı öküz­ lərlə şumlayırlar (mənbə 1). 3. Nəyə görə İmeretidən kənar işlərə çalışmağa gedirdilər? 4. Necə fikirləşirsən, nəyə görə bu gün İmeretinin kəndlərindən kənar işlərə gedirlər? 5. Sinifdə mülahizə yürüdün, bunun üçün nə etmək lazımdır ki, İmeretidən kənar işlərə getmək istəyənlərin sayı azalsın. Bunun üçün İmeretidə təsərrüfatın ənənəvi sahələrini, təbii sərvətlərini, tarixi abidələrini və s. yadınıza salın, İmereti barədə informasiya toplayın.

64

BIZIM GÜRCÜSTAN 5

Ailə məişəti insanın gündəlik məşğuliyyətidir. Keçmişdə texnologiyalar inkişaf etməmişdi və insanlar bugünkü ilə müqayisədə, daha çox əmək sərf edirdilər. Onların əsas ailə məşğuliyyəti kənd təsərrüfatı idi. Bu gün ailələrin əksəriyyətində adi gün səhər saat 9.00-da işə getməklə başlanır. Keçmişdə hamı öz ailəsində məşğulluq tapırdı. Kişilər ailə işlərini həll etmək üçün işıqlaşanda yuxudan oyanırdılar. İmeretidə heyvandarlıq və əkinçiliklə məşğul olurdular, ona görə də əvvəlcə ev heyvanlarını otlaqlara yola salırdılar və bir az sonra torpaqda işləməyə gedirdilər. Qadınlar əsasən evdə olurdular və ailə işlərini yerinə yetirirdilər. Uşaqlara isə bir çox hallarda mal-qaranın naxırçılığı həvalə olunurdu. Bu gün qadınlar da, kişilər də müxtəlif işlərdə eyni cür çalışırlar, uşaqlar isə məktəbə gedirlər. Kənar işlərdə imeretililər Zemo İmeretinin əhalisi əkinə yararlı torpaq sahələrinin az olması üzündən kənar işlərə görə, əsasən Kartliyə gedirdilər. Orada bir ailənin orta hesabla bir yarım – iki günlük əkin torpağı olduğu bir vaxtda, Kartlidə bir ailənin orta hesabla iyirmi günlük əkin yeri olurdu. İmeretidə, hətta belə bir termin mövcud idi – “nakartli”. Kartliyə işləmək üçün gedən kişini belə adlandırırdılar. Çox zaman, Şida Kartlidə imereli müğənnilərini toylara da dəvət edirdilər. Kənar işlərə getmək ənənəsi Zemo İmeretidə bu günədək qorunub saxlanmışdı. Tbilisidə təmir-tikinti işlərini, əsasən, Saçxeredən və Çiaturanın kəndlərindən gəlmiş əhali yerinə yetirir.

Mənbə 1. Torpağın öküzlərlə şumlanması


İmeretidə daraqları necə hazırlayırdılar Gürcüstan əhalisi darağı, bir qayda olaraq, mağazalardan satın alır, halbuki keçmişdə mağazalar yox idi. O zaman bizim əcdadlarımız darağı özləri hazırlayırdılar. Lakin hamı daraq hazırlamağı bacarmırdı. İmeretidə, eləcə də Racada bunu bacaranlar çox idi. Uzun əsrlər bundan əvvəl İmeretidə darağı heyvanın bişirilmiş buynuzundan hazırlayırdılar. Hələ 150 il bundan əvvəl imeretili ustalar Kartlidə satmaq və yaxud dəyişmək məqsədilə böyük miqdarda daraq aparırdılar. Kartlidə bir xalq şeiri yayılmışdı: “Görünür imeretilisən, Arxana səbət almısan, İçinə daraqlar yığmısan, Satmaq üçün şəhərə aparmısan”.

TAPŞIRIQ

6. Sənin fikrincə, darağı hansı materialdan və necə hazırlayırlar?

Kabaxi – idman oyunu Kabaxi qədim gürcü at oyunudur və İmeretidə populyar idi. Oyun zamanı ox-kamanlı atlılar start xəttinə düzülürdülər. İşarə verildikdən sonra atlılardan biri çaparaq təqribən 6 metrlik qülləyə yaxınlaşırdı, burada isə kubok qoyulmuş olurdu. Qülləyə arzu olunan məsafədə yaxınlaşan zaman, atlı nişangahı vurmaq üçün ona doğru ox atırdı. Hər kəs ən qısa müddətdə nişangahı daha çox vurub yerə salardırsa, qələbə onun olurdu.

TAPŞIRIQ

7. Sadala, hansı idman oyunlarını tanıyırsan. Sağlam həyat tərzinin qorunub saxlanılmasında idman hansı rolu oynayır? Sən idmanın hansı növü ilə məşğul olursan?

Mənbə 2. Kutaisidə Kabaxi. Kastelin rəsmi İMERETI

65


2.6

İMERETININ ŞƏHƏRLƏRI İmereti regionu necə və nəyə görə dəyişirdi? Keçmişdə İmeretinin əhalisi, kəndlərdə yaşayırdı və kənd təsərrüfatı ilə məşğul olurdu. XX əsrin ikinci yarısından etibarən bir çox insanlar şəhərlərə köçdü və müxtəlif zavodlarda işləməyə başladı. Keçmişdə İmeretidə Kutaisidən başqa, heç bir şəhər yox idi. XX əsrdə bir neçə yeni şəhər yarandı. Şəhərin yaranması təbii şəkildə baş verir, bu zaman hər hansı bir yer böyük əhəmiyyət kəsb edir və orada çoxlu insanlar toplaşırlar. İmeretidə Çiatura şəhəri də belə yaranmışdı. Çiatura Qvirila çayının dar və əyri-üyrü dərəsində yerləşir. Əfsanəyə əsasən, onun adı təbii olaraq yaranmışdır. Bugünkü Çiaturanın yerində kiçik bir kənd var imiş və bunu görən səyyah soruşur, “Çiaa,tu raa” (“Qurddur, yoxsa nə?”) Çiatura adı belə yaranmışdır.

Mənbə 2. Çiaturada kanat yolları əsas yerdəyişmə vasitələrindən biridir. Mənbə 1. Çiatura 100 il əvvəl

Çiaturanın şəhərə çevrilməsi tarixi və Akaki Sereteli XIX əsrin axırında Çiaturada əhəmiyyətli mədən filizi – manqan aşkar edildi. Təbiətin bu zənginliyi əl vurulmamış qalmışdı, lakin Akaki Seretelinin bilavasitə təşəbbüsü və rəhbərliyi altında mədənin geoloji tədqiqatı başlandı və bundan sonra onun emalına start verildi. Əcnəbilərin maraqlandırılması məqsədilə, Akaki Sereteli Çiatura mədəni barədə kiçik kitabça tərtib etdi və Peterburqda ingilis, fransız, alman və rus dillərində nəşr etdirdi. Filiz emalının başlanması Çiaturan şəhərə çevrilməsini şərtləndirdi. Filizin çıxarılması tarixi, elə şəhərinin özünün də tarixidir. “Bu gün nə yolu, nə də iz olan bu yerlərə, dəmir yol xətti çəkiləcək, bu düzəngah, Çiatura, tikiləcəkdir” – deyə Akaki yazırdı. Çiaturada dünya manqan ehtiyatının demək olar ki, yarısı yerləşir. Ona görə də onun kəşf edilməsindən cəmi bir neçə il sonra oraya həqiqətən dəmir yol xətti çəkildi, kanat yolları quraşdırıldı. Bu, şəhər əhalinin sayının bir neçə min insanla artmasına səbəb oldu.

66

BIZIM GÜRCÜSTAN 5


Kutaisinin yaranmasının uzun bir tarixi vardır. Hələ yüz min il bundan əvvəl bu ərazidə insanlar yaşayırdılar və bundan sonra da, bu iz yox olmamışdır. Bir şəhər kimi Kutaisinin əsası, ehtimala görə, 3500 il bundan əvvəl qoyulmuşdur. Kutaisi Avropanın ən qədim şəhərlərindən biridir. O ilk dəfə qədim yunan mifi – arqonavtlar barədə hekayətdə xatırlanılır. Orada bu ad Kvitaia (Aia) adı ilə təqdim edilir. Kutaisi Qərbi Gürcüstanın mədəni və siyasi mərkəzidir. Bu gün burada, Gürcüstan parlamenti yerləşir ki, bu da onun siyasi əhəmiyyətini artırır və şəhərin inkişafına şərait yaradır. Pravoslav gürcülərdən başqa, Kutaisi gürcü yəhudiləri və katolik gürcülər üçün də böyük əhəmiyyət kəsb edən şəhər idi. Burada yəhudilərin böyük qrupu yaşayırdı. XIX əsrin başlanğıcında onlar şəhər əhalisinin 25 faizini təşkil edirdilər. Onların özlərinin ibadət evini tikməyə və orada ibadət etmək hüququ var idi. Son onilliklər ərzində yəhudilərin böyük hissəsi İsrailə köçdü. Kutaisidə fəaliyyət göstərən katolik gürcülərdən bəstəkar Zaxari Paliaşvili xüsusilə qeyd olunmalıdır, bu gün Tbilisinin Opera və Balet Teatrı onun adını daşıyır.

Gürcüstan Dövlət Universitetinin yaradılmasında kutaisililərin rolu İlk gürcü universitetinin on iki yaradıcısından 7-si kutaisili idi. Məsələn, filosof Şalva Nutsubidze, psixoloq Dimitri Uznadze, riyaziyyatçı Andria Razmadze, filoloq İosib Kipşidze, Korneli Kekelidze və sair.

Mənbə 3. Kutaisidə Gürcüstan parlamentinin binası TAPŞIRIQ

1. Akaki Seretelinin Çiatura barədə sözlərini mənbə 1 ilə əlaqələndir. Necə fikirləşirsən, mənbə 1-də əks olunmuş Çiatura fotosu filiz çıxarıldıqdan sonra çəkilmişdir, yoxsa ondan əvvəl. 2. Sənin fikrincə, Çiaturanın şəhərə çevrilməsi üçün Akaki Seretelinin xidməti onu necə xarakterizə edir. 3. İmeretinin sənaye şəhərləri barədə informasiya axtarıb tap. Bu şəhərlərdə mövcud olan problemlər və onların həlli yolları barədə mülahizə yürüdün. 4. İzah et, Çiaturanın əhalisi nəyə görə artdı və bunun nəticəsində nə baş verdi. 5. Necə fikirləşirsən, bu gün hər hansı bir kəndin şəhərə çevrilməsi mümkündürmü, yoxsa yox? Cavabı əsaslandır. 6. Zaman oxunda qeyd elə, Kutaisi nə zaman yaranmışdır. 7. Axtarıb tap, Zaxari Paliaşvili hansı operaları yazmışdır? 8. Zaxari Paliaşvilinin “Abesalom və Eteri” tamaşasına baxmağı planlaşdırın.

İMERETI

67


NƏ BILIRƏM VƏ NƏ BACARARAM 1. Diyarşünaslıq muzeyinə (ya Tbilisinin Açıq Səma Altında Muzeyinə) ekskursiya təşkil edin. Ekskursiya üçün əlahiddə hazırlaşın: • Keçilmiş materialdan sizin üçün maraqlı olan məsələləri təkrar edin. • Onlar barədə əlavə məlumat axtarıb tapın. 2. Ekskursiyanın nəticələrini müzakirə edin: • Muzeydə gördüklərin arasında yeni nə var idi? • Dəftərdə muzeydə aldığın əlavə məlumatı qeyd elə. • Sənin xoşuna gələn əşyanın rəsmini çək. • Muzeydə davranış qaydalarına əməl et. 3. Yoldaşlarınla birlikdə sinifdə etnoqrafik əşyaların guşəsini təşkil edin. • Evdə köhnə əşyaları axtarıb tapın və onları bir yerə toplayın. • Hər bir əşyanın tarixini axtarıb tapın və ekskursiya bələdçisi roluna uyğunlaşdırın. 4. Qədim oyuncaqların guşəsini təşkil edin. Evdə valideynlərinizin istifadə etdikləri oyuncaqları toplayın və hamısını bir yerə yığın. Eləcə də əl ilə düzəldilmiş oyuncaqları (keçmişdəki bütün oyuncaqları əl ilə düzəldirdilər!) toplayın. Nəyi düzəltməyi bacardığınızı bir-birinizə öyrədin, məsələn, kağızdan qayıqlar, müxtəlif materiallardan gəlinciklər və s. 5. PPT-də qrup halında (üç-dörd şagird) “Gürcüstanda dinozavrlar” mövzusunda təqdimat keçirin, hansının ki, hazırlanması İmereti fəslinin ikinci dərsindən sonra başlanmışdır. Hazırlığın pillələri: a) Təqdimatın planını tərtib edin. b) Plana əsasən qrupda tapşırıqları bölüşdürün. c) İnternetin köməyi ilə material toplayın. d) Eləcə də kitabxanalarda dinozavrlar barədə kitabları axtarıb tapın. e) İnformatika pedaqoqundan sizə PPT-də işləməyi öyrətməyi xahiş edin. Buna qədər mətni yazın və illüstrasiyalar toplayın. f) Toplanmış materialı slaydlara köçürün və sinifdə PPT-də təqdimat şəkilində təqdim edin. 6. Mən yenə də fikirləşirəm...

Mənbə 1. Etnoqrafik muzey

Mənbə 2. Oyuncaqlar


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.