Page 1

İPƏKÇİ w w w. i p e k c h i . b i z

1933-cü ildən nəşr edilir

Redaksiyadan

“...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm”, – Heydər Əliyev.

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

Yeni Azərbaycan Partiyasının V qurultayında oktyabrda keçiriləcək prezident seçkiləri üçün İlham Əliyev cənablarının namizədliyi irəli sürülmüşdür 7 iyun 2013-cü il tarixdə, Bakıdakı “Buta” sarayında Yeni Azərbaycan Partiyasının (YAP-ın) V qurultayı keçirilmişdir. YAP-ın 600 mindən çox üzvünü təmsil edən nümayəndələr tərəfindən 2013-cü ilin oktyabrında keçiriləcək prezident seçkiləri üçün partiyanın sədri, dövlətimizin başçısı İlham Əliyevin namizədliyi irəli sürülmüşdür. Qurultayda İham Əliyev həm də y en id ən YA P - ın s ədr i s eçildi. Mehriban Əliyeva, Akif Əlizadə, Əli Əhmədov və Əli Həsənov isə ona müavin təyin edildilər. “İPƏKÇİ” və “ŞƏKİNİN SƏSİ” QƏZETLƏRİ RESPUBLİKAMIZDA PREZİDENTLİK LİMİTİNİN LƏĞVİ İLƏ BAĞLI 2009-cu İL MARTIN 18-də KEÇİRİLMİŞ REFERENDUMUN TƏŞƏBBÜSKARI VƏ SƏBƏBKARI İDİ! (Xronologiya)

sürmüşdür! Kim deyirsə ki bunu o edib, boş şeydir. Bəlkə də kimsə ürəyindən keçirmişdir, amma Salisə qədər kimsə dilinə gətirməyə cəsarət etməmişdir. Salis isə bunu etdi, “Şəkinin səsi” qəzetində təşəbbüs irəli sürdü və mən də Milli Məclisin iclasında bu təşəbbüs barədə məlumat verdim. Kim istəsə gedib baxa bilər, Milli Məclisin arxivində stenoqramı durur. Aydın Məmmədov: Əlbəttə, xatırlayırıq, Televiziyada da göstərirdilər... Hadi Rəcəbli: Bu gün isə Salis təşəbbüs irəli sürür ki, prezident ömürlük seçilməlidir. Mən öz adımdan deyirəm, Salisin adından yox, referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, bir şəxs dəfələrlə Azərbaycan Respublikasının Prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?! Bu vətəndaş hüququnun pozulmasıdır! Axı, möhtərəm İlham Əliyev, Heydər Əliyev siyasi kursunun davamçısıdır, bu kurs isə müvəffəqiyyətli bir kursdur, ölkədə sabitliyin təminatçısıdır. Gəlin baxaq Rusiyaya: V.Putin iki müddət prezident seçildiyindən, Rusiya Konstitusiyasına əsasən bu gün, üçüncü dəfə seçilə bilmədi. Amma ruslar Putini istəyirdilər. İstəsələr də onu seçə bilmədilər. Deməli, bir tərəfdən, bir vətəndaşın prezident seçilə bilmək hüququ pozulursa, digər tərəfdən milyonlarla vətəndaşın öz istədiyini prezident seçmək hüququ pozulub. Qeyd: Bu müsahibə “Şəkinin səsi” və “İpəkçi” qəzetlərində və bu qəzetlərin veb -saytında dərc olunmuşdur.

07.03.08; 13.00; Milli Məclis, Deputat korpusu, Hadi Rəcəblinin iş otağı. Aydın Məmmədov: Bildiyiniz kimi, “Şəkinin səsi” qəzetinin 22 fevral buraxılışında müstəqil siyasi tədqiqatçı Elşən Nəsibovun “Azərbaycan ictimaiyyətinə müraciət”i dərc olunmuşdur, Azərbaycan Prezidentinin seçilmə məhdudiyyəti barədə. Sizin münasibətiniz? Hadi Rəcəbli: Əvvəlcə bir neçə kəlmə də Salis haqqında deyim. Salisdə peşəkar jurnalistə xas olan bütün cəhətlər var; cəsarətlidir, fanatikdir, öz üşini sevir, təşəbbüskardır. Məsələn, “Heydər Əliyev” ordeninin yaradılması təşəbbüsünü ilk dəfə Salis Məmmədov irəli

**** 26 oktyabr 2008-ci il; prezident seçkilərindən 2 həftə sonra. Prezident İlham Əliyev 5 il sonra 3-cü dəfə prezident seçilə bilərmi? Azərbaycanda bu prezident seçkiləri gözlənildiyi kimi, necə ki 5 il əvvəldən məlum idi, eləcə İlham Əliyevin qeyd-şərtsiz qələbəsi ilə başa çatdı. Amma növbəti dəfə kimin prezident seçiləcəyi barədə heç kim qəti proqnoz verə bilmir. Belə ki Azərbaycan Respublikasının Konstitusiyasına görə bir şəxs dalbadal 2 dəfədən artıq prezident seçilməməlidir və bu səbəb-

Re d a k s i y a d a n :

dən də İ.Əliyevin 3-cü dəfə prezident seçilmək hüququ yoxdur. Amma prezidentin tərəfdarları, məsələn, Hadi Rəcəbli belə hesab edir ki, “referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, bir şəxs dəfələrlə Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!”. Sitat, bir neçə ay əvvəl Milli Məclisin Sosial Siyasət Daimi Komissiyasının sədri, millət vəkili Hadi Rəcəblidən götürdüyümüz müsahibədəndir. Müsahibənin tam mətni, bir sıra maraqlı məqamları ilə birlikdə, “Şəkinin səsi” qəzetində və qəzetin veb saytında dərc olunub, baxa bilərsiniz. Qeyd: Bu məqalə “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin bloq-saytında, həmçinin, avtomatik olaraq, o vaxtın aparıcı xəbər saytlarından biri olan “Metbuat.info”da dərc olunmuşdur. *** 9 noyabr 2008-ci il Prezidentlik üçün limitin ləğv olunması ilə bağlı Hadı Rəcəblinin təşəbbüsünü Siyavuş Novruz və digər deputatlar da dəstəklədilər Hadi Rəcəblı: “...referendum çağrılmalıdır, Konstitusiyaya düzəliş edilməlidir ki, bir şəxs dəfələrlə Azərbaycan Respublikasının prezidenti seçilə bilər. Biz nəyə görə möhtərəm İlham Əliyevin 3-cü dəfə prezident seçilmək hüququna məhdudiyyət qoymalıyıq ki?!”... Əvvəlcə, millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, bu günlərdə isə digər millət vəkilləri Siyavuş Novruz, Aydın Mirzəzadə, Mixail Zebelin də KİV-nə verdikləri müsahibələrdə Hadı Rəcəblının təşəbbüsünü olduğu kimi dəstəklədiklərini nümayiş etdiriblər. “Şəkinin səsi” qəzetinin daimi oxucularına və bizim veb-səhifələri müntəzəm olaraq izləyənlərə məlumdur ki, bu ilin mart ayında millət vəkili, Sosial Siyasət Daimi Komissiyas ın ın s ədr i Ha d i R əcəb li, P r ezid en t İlham Əliyevin 5 il sonra, 3-cü dəfə də prezident seçilə bilməsi üçün Konstitusiyaya müvafiq düzəlişin edilməsi barədə ideya ortaya atmışdır və onun bu təşəbbüsü barədə ilk dəfə “Şəkinin səsi” qəzeti və “Şəkinin səsi” qəzetinin veb səhifələri məlumat yaymışdır.

Şəkildə: Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Lənkəranda çıxış edərkən, (arxada Hadi Rəcəbli). Qeyd: Bu məqalə də “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin bloq-saytında, həmçinin, avtomatik olaraq, o vaxtın aparıcı xəbər saytlarından biri olan “Metbuat.info”da dərc olunmuşdur.

Milli Qurtuluş Günündə – 15 iyun 1993-cü il tarixdə, nəşrə başlayan və ulu öndər Heydər Əliyev hələ Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməmiş, onu Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edən ilk mətbu nəşrin – “Şəkinin səsi” qəzetinin, 20 yaşı tamam olur! Hörmətli oxucularımız. Məlumunuz olduğu kimi bu il “İpəkçi” qəzetinin 80, “Şəkinin səsi” qəzetinin isə 20 yaşı tamam olur. Bildiyiniz kimi, “İpəkçi” qəzetinin 12 dekabr 1990-cı il tarixli, 33-34 (1967 -1968) saylı nəşrində, V.İ.Lenin tərəfindən deyilmiş və sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı, mərhum redaktor Salis Məmədov tərəfindən qəzetin başlığı üzərindən yığışdırılmiş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ.Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdi. Bu, həmin vaxta qədər, Azərbaycan sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə tək-tük hallarda təsadüf edilən bir hadisə idi. Beləliklə, “İpəkçi” qəzeti hələ SSRİ dövründə Azərbaycanda Kommunist partiyasına və hökumətinə tabe olmayan ilk leqal qəzet oldu! Lakin “İpəkçi” qəzetinin redaktoru hələ Şəki İstehsal İpək Birliyindən maaş alırdı və üstəlik, qəzetin çap xərci də bu müəssisə tərəfindən ödənilirdi. 1992-ci ildə, AXC-Müsavat hakimiyyəti dövründə, Şəkidəki və Bakıdakı “bəy”lər, “İpəkçi” qəzeti ilə yola getmədilər. Hətta o vaxtkı Mətbuat və İnformasiya naziri Sabir Rüstəmxanlı iki dəfə televiziyada çıxış edərək “İpəkçi” qəzetinin ünvanına kəskin fikirlər söyləmiş, onu “Şəkidə oturub, Bakıdakı rəhbərlərin işlərinə qarışmaqda” “günahlandır”mışdı. Bundan başqa “İpəkçi” qəzetinin qapadıması, yaxud redaktorunun – Azərbaycan Respublikasının ilk Əməkdar jurnalistlərindən biri olan Salis Məmmədovun, “təqaüd”ə göndərilməsi barədə də Şəki İstehsal İpək Birliyinin rəhbərinə göstəriş verilmişdi. Nə etməli? Bu zaman ağlımıza gəldi ki, özümüz “Şəkinin səsi” adlı yeni bir qəzet təsis edək. Amma necə? Nazir Sabir Rüstəmxanlı imkan verərdimi ki biz yeni qəzet təsis eləyək? Üstəlik, təsis üçün dövlət rüsumu da bizim maddi imkanımız ilə müqayisədə çox böyük məbləğ idi. “Şəkinin səsi”nin Mətbuat və İnformasiya Nazirliyində qeydiyyatdan keçməsi üçün, mərhum Salis Məmmədov telefonla o vaxtkı Baş Prokuror İxtiyar Şirinova müraciət etdi. Baş Prokurorun işə qarışması nəticəsində yeni qəzetin qeydə alınması yolunda əsas maneə aradan qalxmış oldu. “Şəkinin səsi” üçün dövlət rüsumunu isə Ali Sovetin deputatı, dostumuz Kazım Məmmədov ödədi... 1993-cü ilin iyun ayının 15-də, Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskin idi. Axşam Milli Məclisdə, Ali Sovetin həm də Prezident səlahiyyətlərini icra edəcək yeni sədri seçiləcəkdi. Belə bir gündə, günorta vaxtı “Şəkinin səsi” qəzetinin 1-ci sayı Şəki mətbəəsində nəşr olunurdu. Bu sayda günün və dövrün ictimai-siyasi mənzərəsi olduğu kimi əks etdirilmiş, Azərbaycan mətbuatında ilk olaraq Heydər Əliyev Azərbaycan xalqının “böyük rəhbəri” kimi təqdim edilmiş və onun Azərbaycanda hakimiyyətə qayıdışı belə yüksək qiymətləndirilmişdi: Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə paytaxtda deyil, şübhəsiz ki, respublikamızın digər bölgələrində də ona güclü rəğbət hissi doğurmuşdur. Bu gün Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil... Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır. Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasi-iqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sülhünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir...

Bax: səh. 3.

ŞƏKİDƏ QURTULUŞ GÜNÜ MÜNASİBƏTİ İLƏ MÖHTƏŞƏM KONSERT Mlli Qurtuluş Günü ərəfəsində - 12 iyun tarixdə, axşam saat 21 00-da başlayan konserti Şəki şəhərinin İcra hakimiyyəti başçısı Elxan Usubov və digər rəsmilər, şəhər sakinləri və hörmətli qonaqlar da izləyirdilər. Konsert proqramı çərçivəsində Nadir Qafarzadə öz repertuarından seçdiyi mahnıları ifa etdi. Daha sonra konsertdə digər tanınmış müğənnilər çıxış etdilər. Konsert proqramı möhtəşəm atəşfəşanlıqla başa çatdı. Yeri gəlmişkən, qeyd edək ki həmin gün Şəkidə iki yeni məktəb binası - Aşağı Layskı kəndində 360 şagird yerlik, Əlyar kəndində isə 80 şagird yerlik yeni məktəb binaları istifadəyə verilmişdir. Bu münasibətlə keçirilmiş açılış mərasimlərində isə Şəki şəhərinin İcra hakimiyyəti başçısı Elxan Usubov, müvafiq idarə və təşkilat nümayəndələri, kənd sakinləri, müəllim kollektivi və şagirdlər iştirak ediblər. Şəkinin İcra hakimiyyəti başçısı E.Usubov açılış mərasimlərində çıxış edərək hər iki məktəbin müəllim kollektivini və məktəbliləri təbrik etmişdir. Əlavə edək ki, Əlyar kəndində inşa edilmiş 80 şagird yerlik ümumtəhsil məktəbinin tikintisinə 2012-ci ilin iyulunda başlanılmışdı. Məktəb idman zalı və kompüter otağı ilə yanaşı, 12 otaqdan və fənn kabinələrindən ibarətdir. Aşağı Layısqı kəndində inşa edilmiş 360 şagird yerlik tam orta məktəbdə isə 18 sinif otağı, fənn kabinələri, akt zalı, idman zalı, 2 kompüter otağı, kitabxana var. Hər iki məktəb binası müasir avadanlıqlarla və istilik sistemi ilə təchiz edilmişdir. Şəkildə: Şəhər rəhbərliyi və hörmətli qonaqlar sadə sakinlələ birlikdə konsertə tamaşa edərkən.

Şəkidə ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Şəki özü bir muzeydir” Respublika elmi-praktik konfransı keçirilmişdir Mayın 7-də Şəki şəhər İcra hakimiyyətin Akt zalında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş “Şəki özü bir muzeydir” mövzusunda Respublika elmi -praktiki konfransı keçirilmişdir. “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin və şəhər İcra hakimiyyətinin birgə təşkil etdikləri tədbirdə

respublikanın tanınmış alimləri, ziyalılar, şəhər ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyevin abidəsi önünə əklil qoymuş, gül-çiçək düzmüş, onun əziz xatirəsini ehtiramla yad etmişlər. Tədbirin əvvəlində ulu öndərə həsr olunmuş film nümayiş etdirilmişdir. Konfransı giriş sözü ilə Şəki şəhər İcra

hakimiyyətinin başçısı Elxan Usubov açaraq qeyd etmişdir ki, tariximizin yetirdiyi ən böyük şəxsiyyətlərdən olan Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün dünya xalqlarının və bəşəriyyətin tarixinə daxil olmuşdur. Heydər Əliyevin 30 ildən artıq Azərbaycana rəhbərliyi dövründə ölkəmizin inkişafı və qüdrətlənməsi naminə gördüyü tarixi xidmətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu illərdə xalqın ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində əldə edilmiş uğurlar məhz Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilmişdir ki, respublikanın hər yerində olduğu kimi, Şəki şəhərində də dahi şəxsiyyətin anadan olmasının 90 illiyi silsilə tədbirlərlə geniş qeyd olunur. Keçirilən tədbirlərdə ulu öndərin Vətən və xalq qarşısındakı tarixi xidmətləri bir daha xatırlanır, onun siyasi kursunun bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi xüsusi vurğulanır. Konfrans “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin sədri Dünyamin Xəlilovun aparıcılığı ilə davam etmişdir. Konfransda Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxış edərək ulu öndərin milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına verdiyi

əvəzsiz töhfələrdən danışmış, ümummilli liderin 2002-ci ilin noyabrında Şəkiyə səfəri, keçirdiyi görüşlərlə bağlı xatirələrini bölüşmüşdür. Konfransın plenar iclasının birinci bölməsində “Heydər Əliyev və Şəkinin sosial-iqtisadi inkişaf tarixi”, “Şəkinin arxeoloji abidələri haqqında”, “Şəkinin tarixi qalaları”, “Şəki tarixinin öyrənilməsində AMEA-nın Azərbaycan Tarixi Muzeyi kolleksiyasının əhəmiyyəti”, “Orta əsr Şəki xanlığı”, “Şəkinin orta əsr tarixi abidələri”, “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai Birliyinin mədəni irsin qorunmasında və təbliğində əsas fəaliyyəti”, “XVIII əsr Şəki sənətkarlığı”, “Şəki arxeoloji abidələrinin öyrənilməsi” və digər mövzularda məruzələr dinlənilmişdir. Konfransın ikinci bölməsində “Şəkinin tarixi abidələrinin regionda turizmin inkişafında rolu”, “Şəki şəhəri Azərbaycanın ən mühüm tarixi şəhərlərindən biri kimi”, “Azərbaycanda tarixi turizmin təbliğində Şəkinin rolu”, “Dünya Bankının Şəkinin tarixi abidələrinin bərpası layihələrinin həyata keçirilməsində Heydər Əliyevin rolu”, “Şəki bölgəsində turizmin imkanları”, “Heydər Əliyevin azərbaycançılıq məfkurəsində ədəbiyyat və dil məsələləri” və digər mövzularda məruzələr dinlənilmiş, çıxışlar olmuşdur. Konfransın gündəliyinə uyğun olaraq elm adamları və qonaqlar daha sonra Şəkinin qədim tarixi abidələri ilə tanış olmuşlar. Günün ikinci yarısından sonra konfrans iştirakçıları rayon mərkəzindən 23 km məsafədə yerləşən Fazıl kəndinə ekskursiya etmiş, burada “Əbədi sükut dünyası” adlı labirint muzeylə yaxından tanış olmuşlar. Günün sonunda “Şəki özü bir muzeydir” Respublika elmi-praktik konfransı yekunlaşmışdır. Məmməd Həmidov

Rasim Həsənov indi Şəki şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə İcra hakimiyyəti başçısının nümayəndəsidir “Şəki-İpək” ASC-nin sabiq baş mühəndisi, ipəkçilik və toxuculuq sənayesi üzrə respublikada ən təcrübəli mütəxəssislərdən biri olan Rasim Həsənov 2012-ci ilin yanvar ayından etibarən Şəki şəhər 1 saylı sahə inzibati ərazi dairəsi üzrə İcra hakimiyyəti başçısının nümayəndəsi vəzifəsində işləyir. O, 2006-cı ildə “Şəki -İpək” ASC-nin Baramaaçan istehsalatında ASC rəhbərliyinə qarşı baş vermiş fəhlə etirazları ilə əlaqədar ASC rəhbərliyi tərəfindən daha 7 nəfər yerli mütəxəssisin işdən qovulmasına etiraz edərək öz ərizəsi ilə baş mühəndis vəzifəsindən getmişdir. R.Həsənov söhbət zamanı “İpəkçi”nin müxbirinə bildirdi ki, “Şəki-İpək” ASC-nin normal fəaliyyət göstərməsi, burada qısa zaman kəsiyində indikindən 10 dəfə artıq, yəni azı 2 min nəfərin işləməsi heç də fantastika deyil, əslində, mümkün olan bir işdir və bir mütəxəssis kimi, istənilən anda bu istiqamətdə doğma müəssisəyə kömək etməyə hazırdır.


2

15 iyun 2013-cü il

Aydəmir Türk yazıçısı, mütəfəkkir, iqtisadçı, tarixçi və bir müəllim olan Şövkət Sürəyya Aydəmir, 1919-1920-ci illərdə Nuxada (Şəkidə) müəllimlik etmiş, 1920-ci ilin martında Nuxadan Qarabağa yola düşən 400 nəfərlik könüllülər dəstəsinin komandanı olmuş və o zaman bir xalq qəhrəmanı kimi məşhurlaşmışdı. O, həmin ilin 30 aprel tarixində XI Qızıl Ordunun Nuxaya daxil olmasını da öz gözləri ilə görmüş və bu hadisələrin hamısını daha sonralar öz əsərində ətraflı təsvir etmişdir. Şövkət Sürəyya 1920-ci il sentyabrın 1-də Bakıda öz işinə başlayan Şərq xalqlarının I qurultayında Nuxa şəhərindən göndərilmiş nümayəndə kimi iştirak edibdir. O, 1932-ci ildə Türkiyədə nəşrə başlayan “Kadro” adlı jurnalın yaradıcılarından və Kadro hərakatının rəhbərlərindən də biri idi. Yaşlaşdığı zaman, yazıçılığa girişmiş, türk tarixində əhəmiyyətli rolu olan şəxsiyyətlər barədə əsərlər yazmışdı. Öz həyatından bəhs etdiyi “Suyu arayan adam” (1959), Atatürk və İnönü dövrləri haqqında hər biri 3 cildlik “Tək adam” (1963-65) və “İkinci adam” (1966-68) adlı kitabları onu bir yazıçı kimi məşhurlaşdırdı. Şövkət Sürəyya müxtəlif dövrlərdə fərqli ideologiyaların tərəfdarı olmuşsa da, onun əsas məqsədi Türkiyənin qurtuluşu və irəliləməsi idi. Gəncliyində turancı, 1925 - 1927-ci illər arasında Türkiyə Kommunist Partiyası idarəçisi, 1927-ci ildən sonra isə kamalist rejimin tərəfdarı və qurucusu kimi fəaliyyət göstərmişdi.

Uşaqlıq və gənclik illəri 1897-ci ildə Ədirnədə Balkan köçkünü, torpaqsız bir ailənin uşağı kimi dünyaya göz açmışdı. Atası Mehmet ağa, vaxtilə Bolqarıstanın Deliorman adlı yerində torpaq sahibi, varlı bir adam olmuşsa da, sonradan bütün var-dövlətini itirmişdi və Ədirnədə bağbanlıq edirdi. Anası savadlı bir adam olan Şaziylə xanım idi. Şövkət Sürəyya oxuyub-yazmağı anasından öyrənmişdi. Məhəllə məktəbindən sonra hərbi məktəbdə təhsil almağa başladı. Kiçik yaşlarından etibarən siyasətlə maraqlanırdı. Hələ 11 yaşında ikən İttihad və Tərəqqi Cəmiyyətinin üzvü oldu. Balkan müharibələrinin əvvəlində anasını və bir böyük qardaşını itirdi. Ədirnənin işğalınadək, gözlənilən qətliamdan xilas olmaları üçün İstanbula yola salınmış uşaqlar arasında o da vardı. Küleli Hərbi Liseyinə qəbul olundu. Amma Ədirnənin işğaldan azad edilməsindən sonra bir oğlunun da hərbçi olmasını istəməyən atasının tələbiylə Ədirnəyə qayıtdı. Ədirnə Rüştiyəsi və müəllim məktəbində (bugünkü Ədirnə Liseyində) təhsil aldı. Bu illərdə turancı baxışları qəbul etdi. Diğər böyük qardaşının Sarıqamışda həlak olmasından təsirlənərək, könüllü olaraq I Dünya Müharibəsinə – Qafqaz cəbhəsinə getdi, döyüşlərdə iştirak etdi və yaralandı. Türk ordusunun Qafqaz cəbhəsindən geri çəkilməsindən sonra Ədirnəyə qayıdan Şövkət Sürəyya, müəllimlik təhsilini tamamladı. Ədirnənin yunanlar tərəfindən işğalı zamanı isə bir müddət yerli müqavimət hərəkatlarına qatıldı.

Nuxada 1918-ci ildə Azərbaycanın müstəqilliyini bəyan etməsi və təhsili inkişaf etdirmək üçün Türkiyədən müəllimlər istəməsi nəticəsində, Şövkət Sürəyya Nuxa şəhərinə müəllim işləməyə ezam edildi. Nuxaya gedərkən o, vaxtilə mütaliə etdiyi Müfidə Feritin “Aydəmir” adlı turançılığı təbliğ edən romanındakı qəhrəmanın adını – “Aydəmir”i, özünə soyadı götürdü. Xatirələrində də yazdığı kimi “O gündən sonra mənim adım Aydəmir oldu. Çünki Turanda idim və mən də bir Aydəmir idim”. Aydəmir Nuxada yerli ziyalılarla, ilk növbədə tanınmış din xadimi və alim Axund Fərəcullah Pişnamazzadə ilə dostluq əlaqələri qurmuşdu. Həmin dövrdə şəhərdəki əsas təhsil müəssisəsi dərslərin rusca aparıldığı Nuxa progimnaziyası idi. Məktəbə Rusiyada universitet bitirmiş Məmməd Əfəndizadə rəhbərlik etsə də iki-üç nəfərdən başqa, qalan müəllimlər rus və qeyri millətlərin nümayəndələri idilər. Təhsilin milliləşdirilməsinə ilk növbədə bu progimnaziyadan başlanmışdı. Aydəmirin yazdığına görə, ideyanın əsas müəlliflərindən biri kimi ortaya düşdüyündən bir müddət sonra yalnız türk dili, ədəbiyyat, tarix deyil, coğrafiya, hətta həndəsə dərslərini də aparmalı olmuşdu. Tədrisə yeni, milli ruhlu gənclər cəlb edilmişdi.

1920-ci ilin martında Qarabağ erməniləri qiyam etmişdilər. “Qarabağ kimin əlində isə, Kür vadisinə və Azərbaycan düzənliklərinə o yuxarıdan baxa bilər”, – deyə, bu regionun ölkə üçün strateji əhəmiyyətini dəqiq qiymətləndirən Aydəmir, özünün yazdığına görə, Şəki könüllülərinin Əsgəran savaşına yollanmalarının təşəbbüskarı olmuş və hərb təcrübəsi olan kiçik zabit kimi onlara rəhbərlik etmişdi. Bir neçə gün içərisində Şəkidən və kəndlərindən Qarabağın müdafiəsinə getmək istəyən dörd yüzdən çox könüllü toplanmışdı. Dəstəyə rəhbərlik gənc müəllim Aydəmirə həvalə olunmuşdu. Şəhər əhalisi adından ona at və mauzer hədiyyə edilmişdi. Bütün bunları o, özü sonradan belə təsvir edir: “Ata mindim, dəstənin önünə keçdim. Qaladan çıxıb şəhərin ana küçəsi ilə düzənliyə tərəf enməyə başladıq. Qabaqda uca səslə təkbir edənlər gedirdi. Yolların kənarları, pəncərələr, balkonlar, divarların, ağacların, damların üstü yüzlərlə qışqıran, ağlayan, alqışlayan qadın, kişi, qoca, cavan və uşaqlarla dolmuşdu”... Qarabağ uğrunda savaşda Şəki könüllüləri 15 qurban verdilər. Əvəzində isə qələbəni Şuşada bayram etdilər. Şövkət Sürəyya hətta Gövhər ağa məscidinin minbərindən nitq də söylədi. Aydəmir 30 aprel 1920-ci il tarixdə XI Qızıl Ordunun Nuxaya necə daxil olduğunu da öz gözləri ilə gördü: “Arıq atların qoşulduğu sınıq-salxaq arabalara qarmaqarışıq şəkildə əşyalar, çadırlar, pulemyotlar yığılmışdı. Atlılarla piyadalar biri-birinə qarışmışdı. Kimin əsgər, kimin zabit, kimin komandan olduğunu təyin etmək mümkün deyildi”... Bundan sonra Aydəmir 1920-ci il sentyabrın 1-də Bakıda keçirilmiş Şərq xalqlarının I qurultayında Nuxadan göndərilmiş nümayəndə kimi iştirak etdi. Bu qurultay onun kommunizmə marağını artırdı. Qurultaydan 10 gün sonra, yenə Bakıda keçirilmiş Türkiyə Kommunist Partiyasının toplantısında da iştirak edən Şövkət Sürəyya, bu ideologiyanı öyrənmək həvəsinin gücü ilə Milli mübarizəyə qatılmaq əvəzinə, Nuxaya dönməyi üstün tutdu. O, Nuxada Sitarə adlı bir qızı sevirdi. Bu qız Cənubi Azərbaycandan anası ilə gəlib Nuxada məskunlaşmışdı: “Sitarə bir sultandı. Könlümün sultanı. İllərcə yuxuma girən, taleyimin aradığı dilbər hər halda o idi... Bəlkə əzəldən bir -birimizə nəsib olmaq üçün yaranmışdıq. Bəlkə də nağıllardakı kimi bir dərviş xəbərimiz olmadan eşq badəsini ikimizə də içirmişdi. Bəlkə dağları, dənizləri qismətimə qovuşmaq üçün aşmışdım?”, – üstündən otuz il keçəndən sonra dəruni bir duyğu ilə yazılan bu sətirlər Aydəmirin o zamankı hisslərinin ani, ötəri olmadığını bir daha sübuta yetirir. Lakin qızı başqa oğlana nişanlayırlar, Şövkət Sürəyyaya isə Nuxanı tərk edib əvvəl Tiflisə, oradan isə Batuma gedir.

Batumda və Moskvada Şövkət Sürəyya Batumda Kommunist partiyasına üzv olur. Sonra bir müəllim

həmkarının bacısı ilə evlənir və bu evliliyi ömrünün sonuna qədər davam etdi. Daha sonra Batumdan Moskvaya gedərək xeyli türk tələbəsinin də təhsil aldığı Şərq Zəhmətkeşləri Kommunist Universitetinə qəbul olundu. İqtisadi və ictimai elmlər məktəbində iqtisad təhsili aldı. 1923-cü ildə Türkiyəyə geri döndü.

Yenidən Türkiyədə Şövkət Sürəyya Türkiyəyə döndükdən sonra “Aydınlıq” jurnalında kommünist fikirləri təbliğ edən məqalələrini dərc etdirməyə başladı. 1924-cü ildə isə onun Sədrəddin Cəlal Antel ilə birlikdə hazırladığı “Lenin və leninizm” adlı kitabı çap olundu. Şövkət Sürəyya Türkiyə Kommunist Partiyasının üçüncü qurultayında (1925) partiyanın Mərkəzi Komitəsinin yeddi üzvündən biri oldu. Türkiyə Fəhlə və Kəndli partiyasının (Türkiye İşçi ve Çiftçi Fırkası'nın) 1 may tarixində “Bütün ölkələrin proletariatı birləşin” yazılı broşüra paylamasına görə həyata keçirilmiş 1925-ci il həbsləri nəticəsində jurnal qapadıldı, Aydəmir isə Ankara İstiqlal Məhkəməsində, o dövrün bir çox kommunistləri ilə birlikdə mühakimə olunaraq 10 illik həbs cəzasına məhkum edildi. Nazim Hikmət isə o vaxt 15 ilik cəza almışdı. Şövkət Sürəyya həbsxanada ikən “Müasir Türkiyənin iqtisadi inkişaf istiqamətləri” adlı növbəti kitabını yazdı, lakin bu əsəri çap edilmədi. Afyon türməsində ilyarım həbsdə qaldıqdan sonra 29 oktyabr 1927-ci ildə elan edilən ümumi əfv sayəsində azadlığa çıxdı. 1927-ci il həbsləri nəticəsində yenidən tutulsa da, bu dəfə vaxtında bəraət ala bildi və azadlıqda qaldı. Bundan sonra kommunizm xəttindən ayrılıb bir növ milliyyətçi kommunizm anlayışını müdafiə etməyə başladısa da, Türkiyə üçün ən etibarlı ideyanın kamalizm olması qənaətinə gəldi. Sonra Türkiyə Kommunist partiyasının üzvlüyündən çıxdı. Kommunistlər isə əvəzində onu partiyanı polisə satmaqda günahlandırdılar. 1928-ci ildə dövlət məmuru olaraq Ankarada işə başladı. 1951-ci ilə qədər pedaqoq və iqtisadçı olaraq müxtəlif dövlət vəzifələrində işlədi. 1932-ci ildə Atatürkün təklifi ilə Yaqub Qədri Qaraosmanoğlu ilə birlikdə “Kadro” jurnalını çıxartdı. Jurnal bağlanıldığı zaman Ankara Ticarət məktəbində müdir olan Aydəmir, bu vəzifəsində 1936-cı ilə qədər işlədi. Sonra 2 il Ankara Bələdiyyəsində iqtisad müdiri, daha sonra isə İqtisadiyyat nazirliyində işləmiş və İsmət İnönünün etibarını qazanmışdı. Kommunist keçmişi səbəbiylə daima sıxışdırılsa da, uğurları səbəbiylə yüksəlirdi... 1951-cü ildə təqaüdə çıxdıqdan sonra yazıçılığa başladı. 25 mart 1976-ci ildə Ankaradakı evində vəfat etmişdir. Ankara bələdiyyə sədrinin əmri ilə tabutu Türkiyə bayrağına sarılı olaraq dəfn edilmiş, yaşadığı evin qabağından keçən küçəyə onun adı verilmişdir. Qeyd. Məqalə “İpəkçi” qəzetinin redaksiyası tərəfindən azırlanmış və daha ətraflı elmi variantı Vikipediaya yerləşdirilmişdir.

"İpəkçi" qəzetini 80 il ik yubileyi münasibətilə təbrik edirlər “İpəkçi” qəzetinin 80 illik yubileyi ilə bağlı olaraq, adi və elektron poçt vasitəsi ilə redaksiyamıza bir xeyli təbrik məktubu gəlmişdir. Bu məktubların hamısını qəzetimizin yubiley nömrəsində dərc edəcəyik. Hələlik isə 80 illik yubileyimizlə bağlı olaraq redaksiyamıza ünvanlanmış ilk 6 təbrik məktubunu aşağıda dərc etməyi məqsədəuyğun hesab etdik: Qəzetinizin 80 yaşını ürəkdən təbrik edirəm! 80 il Azərbaycan mətbuatında hər qəzetə nəsib olmayan şərəfli bir ömürdür. Mən qəzeti yaradanlara və bu gün aramızda olmayanlara Tanrıdan rəhmət diləyir, bu gün aramızda olub onu yaşadanlara isə cansağlığı və qüvvət arzulayıram! İndiki durumda rəngli və yüksək poliqrafik keyfiyyətlə qəzet buraxmaq hər oğulun işi deyil, buna görə də əməyinizi yüksək dəyərləndirirəm. Bir köhnə qəzetçi kimi, Sizi şanlı yubileyiniz münasibətilə bir daha ürəkdən təbrik edir, “qələminiz kəsərli, iradəniz sarsılmaz olsun” deyirəm. Hörmətlə, Ədalət Tahirzadə, tarixçi, publisist, filologiya üzrə fəlsəfə doktoru, 10.03.2013. *** Hörmətli Aydın müəllim. “İpəkçi” qəzetinin 80 illik yubileyi münasibətilə Sizi təbrik edir, Sizə cansağlığı, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq. Səhifələrində yer alan materialların rəngarəngliyi və orijinallığı ilə seçilən qəzetinizin hər nömrəsi maraqla oxunur. İnanırıq ki, ictimai fikrə təsir imkanı olan və ətrafına geniş oxucu kütləsi toplayan bu mətbu orqan rayonumuzda və ölkəmizdə baş verən hadisə və proseslər haqqında obyektiv, hərtərəfli informasiyalara gələcəkdə də geniş yer ayıracaqdır. Hörmətlə, Elxan Usubov, Şəki şəhərinin icra hakimiyyəti başçısı, 18.03.2013. *** Hörmətli Aydın bəy! “İpəkçi” qəzetinin 80 yaşı tamam olması münasibətilə Sizi, qəzetinizin kollektivini və Şəki ipəkçilərini səmimi qəlbdən təbrik edirəm! Şəki ipəyinin təbliği, ipəkçilərimizin Vətənimizdə tanınması, yüngül sənayemizin aparıcı sahələrindən olan ipəkçiliyin inkişafı istiqamətində qəzetinizin danılmaz rolu var. Arzu edirəm ki, Şəki ipəyi qəzetinizin ərsəyə gəldiyi vaxtlarda və fəaliyyət göstərdiyi yaxın keçmişdə olan şöhrətini yenidən özünə qaytarsın və “İpəkçi” həftəlik, gündəlik qəzetə çevrilsin. Hörmətlə, Murad Nəbibəyov, "Şəki bələdiyyəsi" qəzetinin baş redaktoru, 20.03.2013.

Hörmətli Aydın müəllim! Rəhbərlik etdiyiniz “İpəkçi” qəzetinin 80 illik yubileyi münasibətilə əməkdaşlarınızı və Sizi AMEA Şəki Regional Elmi Mərkəzinin kollektivi adından səmimi qəlbdən təbrik edirəm. Uzun müddət “İpəkçi” nin Şəki ipəkçilərinə verdiyi töhfəni, onların problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirir, daim səhifələrinizdə həmişəki kimi obyektiv materialların dərc ediləcəyinə ümid edirik. Arzum budur ki, Şəki ipəyinin tarixi şöhrəti yenə də özünə qayıtsın və sizin qəzetin səhifələrində Şəki ipəkçilərinin xoş müjdələrindən xəbər tutaq. Qəzetiniz uzunömürlü olsun. Dərin hörmətlə, İradə Rövşən, AMEA Şəki Regional Elmi Mərkəzinin elmi katibi, memarliq uzrə fəlsəfə doktoru, 20.03.2013. *** Hörmətli Aydın müəllim, “İpəkçi” qəzetinin 80 illiyi münasibətilə Sizi və qəzetinizin kollektivini səmimi qəlbdən təbrik edirəm! Sizlərə daha da uğurlu fəaliyyət arzu edirəm! Tərxan Paşazadə, Sumqayıt şəhəri, 9.04.2013. *** Hörmətli Aydın bəy! Dünyanın ən gözəl ölkəsi olan Azərbaycanın, ən qədim şəhəri olan Şəkinin, ən oxunaqlı qəzeti olan “İpəkçi” qəzetinin 80 yaşı tamam olur. Bu münasibətlə, sizi və doğma “İpəkçi” qəzetimizi, “Hədəf” vebstudiyası adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Dünya səviyyəsində, gündəlik internet mətbuatının ən çox oxunaqlı olduğunu nəzərə alsaq, qəzet və jurnallara olan ehtiyacın azaldığını görərik. Lakin buna baxmayaraq “İpəkçi” qəzeti hər zaman, öz oxucuları tərəfindən sevilə - sevilə oxunur. Nəinki Şəkidə, eyni zamanda Respublikamızın digər rayonlarında da geniş oxucu kütləsi toplamış, “İpəkçi” qəzetinin, sadəcə aylıq deyil, həftəlik, gündəlik qəzet olmasını arzulayırıq. Sizə böyük uğurlar arzulayır və bir daha təbrik edirəm. Hörmətlə: Aslan Həsənli, “Hədəf” Vebstudiyasının rəhbəri, 4.05.2013.

İPƏK Çİ

QƏDİM XALQ SƏNƏTİ TƏKƏLDUZ, DÜNƏNİ VƏ BU GÜNÜ

Qədimdən qadınların uşaqlarından, ev işlərindən qalan boş vaxtlarını əl işləri kimi faydalı işlərlə dəyərləndirməkləri bu gün dekorativ tətbiqi sənətin bir qolu olan bədii tikmə sənətinin yüksək səviyyədə inkişaf etməsinə gətirib çıxarmışdır. Evin xanımları tərəfindən hazırlanan bu tikmələr müxtəlif məqsədlər üçün istifadə olunurdu. Azərbaycanda məişətdə populyar və geniş yayılmış bədii tikmə növlərindən biri də qədim tarixə malik təkəlduz tikmədir. Əsrarəngiz təsvir və naxışlarında xalqın sənət ruhunu yaşadan milli xalçalarımız və digər xalq sənətlərimiz kimi təkəlduz sənəti də tarixi köklərə söykənən xalq yaradıcılığıdır. Bu sənətin ilk nümunələrinə biz hələ Sasanilər dövründə rast gəlsək də təkəlduz sənəti get-gedə təkmilləşmiş və orta əsrlərdə bir xalq sənəti kimi öz yerini tutmuşdur. Təkəlduz sənətinin inkişafı yun və ipək kimi xammalın və təbii rənglərin burada istehsal olunması faktı ilə sıx əlaqədardır. Bu sənət maddi mədəniyyətimizin bir sahəsi olmaq etibarilə böyük əhəmiyyətə malikdir. Qədimdən öz sənətkarlığı ilə məşhur olan Şəki, təkəlduz sənətinin də vətəni sayılır. Burada zaman-zaman xalq tətbiqi sənətinin qədim və zəngin ənənələri mövcud olmuşdur. Şəkidə ipəkçiliyin başlıca yer tutması burada təkəlduz sənətinin inkişafına böyük təkan vermişdir. Təkəlduz sənəti Şəki təkəlduz ustalarının əməyi nəticəsində inkişaf etmiş, öz təşəkkülünü tapmış, gələcək nəsillərə ötürülmüşdür. Onların yaratdığı təkəlduz nümunələri Azərbaycanın sərhədlərindən kənarda da məşhur idi. Bu tikmə növü qadınların sevimli sənəti olsa da, xırda əmtəə istehsalı səviyyəsinə yüksələndən sonra kişilər də bu sənətlə məşğul olmağa başlayıblar. 19-cu əsrdə təkəlduzçuluğun mərkəzi Şəki şəhəri sayıldığı bir dövrdə də bu işlə əsasən kişilər məşğul olurdular. Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Məşədi

Səttar, usta Əliabbas, Cabbar Əlizadə, Rza Tağızadə, Abuzər Lətifov o dövrün məşhur təkəlduz ustaları idi. Adlarını sadaladığımız bu sənətkarların hazırda Azərbaycan Dövlət İncəsənət Muzeyində, Şəki Xalq Tətbiqi Sənət muzeyində, Şəkidə Tarix Diyarşünaslıq muzeyində, S.Peterburqdakı Etnoqrafiya muzeyində və s. yerlərdə bir çox maraqlı əsərləri saxlanmaqdadır. Kompozisiya, rəng vəhdəti və ornament motivləri cəhətdən milli ənənələrə sadiq qalan bu işlər 19-cu əsrin ornamental tikmələri haqda gözəl təsəvvür yaradır. 19-cu əsrin birinci rübündə Şəkidə mahud parça üzərində müxtəlif rəngli ipək saplarla təkəlduz tikmə digər sənət növlərini kölgədə qoymuşdu. Bu zaman burada təkcə yəhər üzü bəzəyən 22, başmaq üzü bəzəyən 50, püştü üzü tikən 16 dükan fəaliyyət göstərirdi. Təkəlduzçuluq bir sənət olmaq etibarilə şəxsi orijinal bir yaradıcılıqdır. Burada, başqa sahələrdə olduğu kimi, texniki vərdişində əhəmiyyəti böyükdür. Təkəlduz işləri geyim və müxtəlif məişət əşyalarının üzərində görülür. Çünki xalq hər şeyi məişətdə istifadə etmək məqsədilə bəzəməyə, ondan zövq almağa və bunlar vasitəsilə gənc nəsli yaradıcılıq ruhunda tərbiyələndirməyə çalışır. Üzərinə təkəlduz işlənilən məişət əşyalarından xüsusi mahud və məxmər parçaları, balış üzləri, stol örtüklərini, taxça və pəncərə pərdələrini, müxtəlif namazlıqları; geyimlərdən isə arxalığı, çəpkəni, zilpuşu, belbağını və qurşaqları göstərmək olar. Bu sadalanan məişət əşyalarının üzərinə, onların istifadə olunmasına görə müəyyən kompozisiyalarda təkəlduz işlənilirdi. Şəkidə xeyir və şər məclislərində, dini mərasimlərdə, mövlud mərasimlərində oturmaq üçün yerdə dövrə şəklində düzülən dör-döşəklərinin üzərinə qoyulan puştular-

Əziz oxucularımız. Bildiyiniz kimi, “İpəkçi” qəzeti ən yaxşı halda, ayda bir dəfə nəşr edilir. Səbəb də budur ki, bizim heç bir maddi-texniki bazamız, redaksiya ofisimiz və maliyyə dəstəyimiz yoxdur. Əgər sizin aranızda qəzetimizə maliyyə dəstəyi göstərmək imkanında olan və yardım etmək istəyənlər varsa, onlar, lütfən, aşağıdakı hesabımıza istədiyi məbləğdə pul köçürə bilərlər: MƏMMƏDOV AYDIN SALİS (pl/kart hesabı 178380102 )

Fransanın Kolmar şəhərinin nümayəndə heyəti Şəkidə olmuşdur Azərbaycanın Fransadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Kolmar şəhərinin nümayəndə heyəti iyunun 1-də Şəkidə olmuşdur. Kolmar şəhərinin meri Jilber Meyerin başçılıq etdiyi nümayəndə heyətinin tərkibinə meriyanın nümayəndələri, Fransanın ölkəmizdəki səfirliyinin məsul əməkdaşları və digər qonaqlar daxil idi. Şəki şəhər İcra hakimiyyətində keçirilən görüşdə fransalı qonaqlara şəhərin tarixi, mədəniyyəti, özünəməxsus adət-ənənələri, iqtisadiyyatı, əhalinin məşğuliyyəti, habelə turizm potensialı barədə ətraflı məlumat verilmişdir. Qonaqların diqqətinə çatdırılmışdır ki, 2012-ci ildə Şəki şəhərinin yaranmasının 2700 illiyi təntənə ilə qeyd olunmuşdur. Qədim ipəkçilik ənənələrinə malik Şəkidə fəaliyyət göstərən “Şəki-İpək” ASC regionun ən böyük sənaye müəssisələrindəndir. Müəssisə istehsal olunan ipək məhsulları dünyanın bir sıra ölkələrinə ixrac olunur. Şəki, həmçinin dünya əhəmiyyətli tarix-memarlıq abidələri ilə məşhurdur. Burada turizmin inkişaf etdirilməsi çox əlverişli coğrafi şərait və infrastruktur mövcuddur. Hər il bu şəhərdə beynəlxalq səviyyəli festivallar, tədbirlər keçirilir. Hazırda şəhər özünün yeni inkişaf mərhələsini yaşayır. Səmimi qonaqpərvərliyə görə minnətdarlığını bildirən Jilber Meyer Şəki ilə Kolmar şəhəri arasında bir çox oxşar cəhətlərin olduğunu diqqətə çatdırmışdır. Bildirilmişdir ki, Kolmar şəhərinin 70 min nəfər əhalisi vardır. Ətraf kəndlər də daxil olmaqla, bu bölgədə 110 min insan yaşayır. Kolmar turizm şəhəridir. Turizm sektoru şəhər iqtisadiyyatının 15 faizini təşkil edir. Hər il bu şəhərə 3-3,5 milyon turist gəlir. Turistlərin daha çox cəlb edilməsi üçün şəhərdə ilboyu müxtəlif festivallar, sərgilər və digər tədbirlər keçirilir. Mer gələcəkdə Şəki ilə Kolmar şəhərlərinin qardaşlaşmasında maraqlı olduqlarını bildirmişdir. Qonaqlara Şəki ilə bağlı xatirə hədiyyələri təqdim olunmuşdur. Daha sonra fransalı qonaqlar şəhərin görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuşlar. Şəki xanlarının sarayı ilə tanışlıq zamanı qonaqların diqqətinə çatdırılmışdır ki, bu saray XVIII əsrə aid dünya əhəmiyyətli nadir tarixi-memarlıq abidəsidir. Şərq memarlığının incisi hesab olunan Şəki xanları sarayının keçən il 250 yaşı tamam olmuşdur. Sarayın həyətindəki 500 ilə yaxın yaşı olan qoşa Xan çinarları fransalı qonaqların xüsusi marağına səbəb olmuşdur. Qonaqlar sarayın eyvanından şəhərin qədim məhəllələrini seyr etmiş, saray önündə xatirə şəkilləri çəkdirmiş, çay süfrəsinə qonaq olmuşlar. Sonra Kolmar şəhərinin nümayəndə heyəti fransız dilinin də tədris olunduğu şəhərdəki 1 saylı tam orta məktəbə baş çəkmiş, müəllimlərlə görüşmüşdür. Şəkiyə səfərləri çərçivəsində qonaqlar Kiş kəndindəki qədim alban məbədinə də getmiş, “Şəki-İpək” ASCdə və şərab zavodunda istehsal prosesi ilə maraqlanmışlar. AzərTAc

da da təkəlduz tikməyə rast gələ bilərik. Orta əsrlərdə gəlin köçən qızların cehizlərində bu cür təkəlduzlu puştuların olması adət halını almışdır. Hal-hazırda da yaşlı insanların evlərində təkəlduzlu puştular qorunub saxlanılır. Təkəlduz tikmə üçün yerli və gətirilmə parçalardan - başlıca olaraq qırmızı, qara, tünd sürməyi və başqa rəngli mahuddan istifadə olunurdu. Mürəkkəb və yaraşıqlı naxışı olan və xoşrəngli ipək saplarla tünd rəngli parça üzərində icra olunması bu tikmələri başqa tikmələrdən fərqləndirən xüsusiyyətdir. Həmçinin incə zövqlə hazırlanan bir birinə sarmaşan nəbati motivlər və quş təsvirlərindən ibarət olan təkəlduz tikmənin naxışları gözəl rəng və kompozisiya ahəngdarlığı ilə də fərqlənir. Təkəlduz kompozisiyası və bəzəkləri cəhətdən müxtəlifdir. Gəzməli və gəzməsiz; şaxəli və şaxəsiz; içli və içsiz olur. Haşiyə bəzəkləri, adətən, tünd rəngli ipək saplarla, həm də miqyas etibarilə kiçik naxışlarla tərtib olunduğu halda, məmulatın mərkəz hissəsini tutan xonça naxışları, kompozisiya etibarilə nisbətən mürəkkəb olub, açıq rəngli iri naxışlardan ibarət tikilirdi. Xalça sənətində olduğu kimi, Təkəlduzda da ustanın fikri daima stilizə edilmiş naxışların motiv və elementlərini yaratmaqdır. Təkəlduz üçün nəbatat aləmindən müxtəlif yarpaqlar, gilənar, qızılgül, alma çiçəyi, zanbaq, bənövşə, meynə yarpağı, əncir yarpağı; heyvanat aləmindən isə ceyran, bülbül, qaranquş və digər motiv və elementlər səciyyəvidir. Təkəlduz sənətində sapların rənglərinin bir - biri ilə uyğun olması əsas şərtlərdən biridir. Şəki təkəlduzu üçün səciyyəvi rənglər: qara, narıncı, yaşıl, püstəyi, qəhvəyi, ağ, sarı, şəkəri, bənövşəyi, çəhrayı və qırmızıdır. Bu sapların ümumi rəng vəhdətliyi ustanın sapları seçmə və onları uyğunlaşdırma bacarığından asılıdır. Şəki təkəl-duzçuları bu işdə mahir sənətkardırlar. Usta sifarişçidən qəbul etdiyi məmulat üzərində müxtəlif rənglərə boyadığı ipək sapla əlvan naxışlar tökürdü. Bunun üçün təkəlduz tikmədə iki sadə alətdən – qasnaq və qarmaqdan (qüllab) istifadə edilir. Hər hansı bir məmulata naxış saldıqda əvvəlcə parçanı qasnağa tarım çəkib onun üzərinə ikinci bir qasnağı kip otuzdururlar. Sonra parçanın üzərinə naxış konturları iynə ilə deşilmiş kağız qoyub, tabaşir tozu ilə naxışın rəddini məmulat və ya parçaya köçürürlər. Bu əməliyyat qurtardıqdan sonra usta sağ əli ilə sapı üstdən qarmağa ilişdirib, alta verir və qasnağın altından sol əli ilə sapı çəkir. Sonra onlar münasib rəng çalarına malik ipək sapla tikilib doldurulurdu. Beləliklə, zəncirəbənzər ilmələr qeyd olunan istiqamətdə gedir və müəyyən olunmuş naxış kompozisiyanı əmələ gətirir. Ardı 4-cü səhifədə.

H/h: AZ05AIIB45810019442000013120 Kapital bank, 1 saylı Sabunçu filialı Kart № 4169 7413 9951 89 Sevimli oxucularımız. “İpəkçi” qəzetinin 80 illik yubileyi ərəfəsində bu qəzet barədə fikrinizi bilmək bizim üçün xoş olardı; əgər qəzet haqqında təəssüratınızı bizə bildirmək, təklif və iradlarınızın “İpəkçi” qəzetin növbəti sayında dərc edilməsini istəyirsinizsə, lütfən bunları yazılı şəkildə bizim adi, yaxud elektron poçtumuza göndərin.

Bu ilin avqust ayı üçün Bayraq meydanındakı inşa işlərinin başa çatdırılması nəzərdə tutulur Şəki şəhərində tikilməkdə olan yeni inzibati mərkəzin tərkibinə Heydər Əliyev Mərkəzi, Şəki şəhər İcra hakimiyyətinin yeni binası, Bayraq meydanı və park daxildir və bu mərkəz, 6 ha sahəni əhatə edir. Prezident İlham Əliyev cənabları 2012-ci ilin sentyabrın 9-da Şəkidə Heydər Əliyev Mərkəzinin təməlqoyma mərasimində iştirak etmiş və mərkəzin layihəsini əks etdirən stendlərə baxmışdı. O vaxt dövlət başçısına məlumat verilmişdi ki, mərkəzin tikintisi ulu öndərin xatirəsinin əbədiləşdirilmək məqsədini daşıyır. Burada dahi rəhbərin irsinin öyrənilməsinə və təbliğinə geniş yer ayrılacaqdır. Mərkəzin ümumi sahəsi 5 min 629 kvadratmetr olacaqdır. Ərazidə Heydər Əliyev parkı, Bayraq meydanı və Şəki şəhər İcra hakimiyyəti üçün yeni bina da inşa olunacaqdır. Üç mərtəbədən ibarət olacaq Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulur. Orijinal memarlıq üslubunda inşa olunacaq Heydər Əliyev Mərkəzi, 1969-cu ildən başlayaraq Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın keçdiyi inkişaf yolunu tam mənası ilə sərgiləməlidir. Bu mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli imkan yaradacaqdır. Prezident İlham Əliyev, Heydər Əliyev Mərkəzinin təməlini qoymuş və tikinti işlərinin yüksək səviyyədə görülməsi ilə bağlı müvafiq tapşırıqlarını vermişdi. Hal-hazırda, nəzərdə tutulmuş ərazidə tikinti işləri davam edir. Bu ilin avqustunda Bayraq meydanındakı inşa işlərinin yekunlaşdırılması nəzərdə tutulur.

ŞƏKİDƏ MÜASİR TİPLİ MODERN TİCARƏT KOMPLEKSİNİN TİKİNTİSİNƏ BAŞLANILMIŞDIR Şəki-Zaqatala zonasında turizmin böyük inkişaf potensialı mövcuddur. Ona görə də hazırda turizm və istirahət zonalarında müvafiq infrastrukturun yaradılması üzrə lazımi işlər həyata keçirilir. Belə bir infrastruktur layihələrindən biri də Şəkinin Salman Mümtaz küçəsinin aşağı hissəsində inşa olunması planlaşdırılmış, ümumi tikinti sahəsi 29649 m2 olan və şərq memarlıq üslubunu özündə əks etdirəcək “Şəki Şərq Ticarət Mərkəzi”dir. Nəzərə almaq lazımdır ki, Şəki respublikanın ən qədim ərazilərindən hesab olunur. Və hal-hazırda bura turizm baxımından respublikada ən çox inkişaf etmiş yerdir. Elə bu aspektdən yanaşılaraq, Şəkinin orta əsrlər şəhəri görünüşünün saxlanması üçün, son illər şəhərin küçə və xiyabanlarında plansız inşa edilmiş müxtəlif təyinatlı ticarət obyektlərinin, gələcəkdə qarşılıqlı razılaşmalar əsasında yeni modern ticarət mərkəzinə köçürülməsi planlaşdırılır. Bundan sonra aparılacaq tikinti-inşaat işlərində ilk növbədə milli dəyərlər qorunub saxlanılacaq, yeni tikililər şərq memarlıq üslubunu özündə əks etdirəcəkdir. Bu isə regiona səfər edən turistlər üçün yeni tikililərin də qədim dövrlərə aid olması təəssüratı formalaşdıra bilər. Müasir və Şərq stilində inşa ediləcək “Şəki Şərq Ticarət Mərkəzi” regionda analoqu olmayan bir kompleks olacaqdır. Mərkəzdə kənd təsərrüfatı məhsulları, tikinti materialları, min bir xırdavat, mebel və aksessuarları, yüngül sənaye mallarının satış bölmələri ilə yanaşı, kafe, restoran və digər məişət xidmətləri göstərən obyektlər də olacaqdır. Əlavə edək ki, ticarət mərkəzi üçün 25 ha torpaq sahəsi ayrılmışdır. Dayanacaqların, yeraltı soyuducuların və anbarların, o cümlədən ticarət mərkəzi ətrafında yeni yolların salınması da nəzərdə tutulur. Burada mehmanxana və yeni avtovağzal binalarının inşası da layihəyə əlavə edilə bilər. Ticarət mərkəzinin yaradılmasında əsas məqsəd Şəki şəhərində səkilərin üstündə, tarixi abidələrin önündə, avtobus dayanacaqlarının yaxınlığında və s. yerlərdə fəaliyyət göstərən plansız tikilmiş küçə ticarəti obyektlərinin, şəhərin memarlıq üslubuna ciddi xələl gətirməsinin qarşısını almaq, Şəkini tarixi-memarlıq görkəmini bərpa etməkdir. Belə yerlərdə ticarətlə məşğul olan hər bir fiziki və ya hüquqi şəxsə təzminat əvəzi yeni ticarət mərkəzində uyğun yer təklif ediləcəkdir. Əslində, belə böyük ticarət mərkəzinin tikilib istifadəyə verilməsi də bu işlərin tam həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Sərxan Rəsulov


İPƏKÇİ

3

15 iyun 2013-cü il

ŞƏKİNİN SƏSİ Qəzetin təsisçiləri Salis və Aydın Məmmədovlardır.

№1 15 iyun 1993-cü il.

S iz i d eyib gəlmiş ik. .. li Sabir Rüstəmxanlı “Şəkinin səsi” qəzetinə “doğum” şəhadətnaməsi verməklə bu qədim yurda, onun vətənpərvər oğullarına, ziyalılarına, bütün Şəki əhlinə öz böyük məhəbbətini bir daha təsdiqlədi. Lirik, kövrək şeirləri ilə şəkililərin rəğbətini qazanan Nəriman Həsənzadə də oxucularımıza ən xoş arzularını çatdırdı. “Şəkinin səsi” üçün mövzu baxımdan sərhəd yoxdur. Siz qəzetimizin səhifələrində Trud-Sarıca düzünün bərəkətini artıran taxılçılarımızın, üzümçülərimizin, heyvandarlarımızın, habelə tütünçü, kümdar, meşə işçisindən tutmuş adi suçuya, gözətçiyə qədər hamının, hər kəsin qayğıları, gündəlik problemləri ilə tanış olacaqsınız. Şəkinin ictimaisiyasi qəzeti kimi nəşrə başlayan bu açıq tribunadan hər kəsə öz sözünü deməyə, obyektiv mövqedən tənqid etməyə, şəhər və kəndlərimizdə baş verən hadisələrə öz prinsipial münasibətini bildirməyə imkan veriləcəkdir. Çalışacağıq ki, sözümüz qısa və kəsərli olsun. Siz bu qəzetin səhifələrindən qədim və gözəl şəhərimiz, onun sənaye, tikinti, təhsil, xidmət müəssisələri, ticarət, kommersiya, iaşə obyektləri, sahibkarlığa, biznesə, icarəyə, kooperasiyaya can atan iş adamlarımız, gənc milyarderlərimiz barədə müntəzəm, ətraflı məlumat alacaqsınız. Şəki Universitetinin, teatrımızın, mədəniyyət ocaqlarımızın fəaliyyəti də diqqətimizdən yayınmayacaqdır. Sizə xoruz səsi eşitməyən – operativ, təzə-tər xəbərlər, şəhər həyatının ən müxtəlif sahələrindən maraqlı məlumatlar verəcəyik. “Şəkinin səsi” nöqsanlara, əliəyriliyə, rüşvətxorluğa, qanunçuluğun pozulması, təmiz, namuslu adamların ləyaqətinin tapdanması – zorakılıqla işdən çıxarılması hallarına qarşı qətiyyətlə çıxış edəcək, bu sahədə hüquq-mü-

MİLLƏT VƏKİLİNİN ÜRƏK SÖZLƏRİ:

Həqiqət yolunu azmayın Mən Salisin bir jurnalist kimi cəsarətinə, 30 il redaktoru olduğu “İpəkçi” qəzetinin təsir gücünə yaxından bələdəm. Deputat seçilərkən, nazir olarkən barəmdə gedən məqalələri bu qəzetdə məmnuniyyətlə oxumuşam. Ona görə də istedadlı, qorxmaz eloğlumun “Şəki-

nin səsi” adlı qəzet buraxmaq istədiyini eşidəndə çox sevindim. İnanıram ki, “Şəkinin səsi” də “İpəkçi” kimi təkcə bir şəhərdə yox, bütün respublikada əl-əl gəzəcək, öz təsisçisinin və baş redaktorun hörmətini artıracaq, Şəki və şəkililər barədə bizə əsl həqiqəti çatdı-

“ŞƏKİNİN SƏSİ” QƏZETİNİN BAŞ REDAKTORU, TƏSİSÇİSİ VƏ NAŞİRİ S.MƏMMƏDOVA

şəkililəri arxa cəbhədə ilhamla çalışmağa səfərbər edəcəkdir. Hüseyn MUSTAFABƏYLİ, Şəki Şəhər İcra hakimiyyətinin başçısı.

Şəhərimizdə yeni mətbu orqanın – “Şəkinin səsi” qəzetinin nəşrə başlaması münasibəti ilə icra aparatı adından və şəxsən öz adımdan Sizi və yaradıcı kollektivinizi təbrik edirəm. Şübhə etmirəm ki, qəzetiniz şəhər və kəndlərimizin həlli vacib problemlərindən, inkişafımıza əngəl olan nöqsanlardan yazacaq,

“QARABAĞ” RESTORANINDA KÖRPƏ GÜLÜŞLƏRİ “Qarabağ” restoranının kollektivi bu yaxınlarda nəcib və xeyirxah iş görmüşdür. İaşə-

“Əhməd məsələsi”dir...

Günlərin birində icra aparatında şöbə müdiri işləyən Mahir bəyə də qara xəbər çatdırdılar: İşdən azadsan, yerini təhvil ver! Səbəb? Mahir bəyə “səbəb” adlı bir arayış verdilər. Və izah etdilər ki, “filanfilan” məsələlərə görə sizi aparatdan xaric edirik. Mahir bəy başa düşdü ki, bu səbəb deyil – “Əhməd məsələsidir”. “Öldü var, döndü yoxdur” deyib, şəhər məhkəməsinə üz tutdu. Burada “Qanun şahdır” prinsipi ilə işə baxdılar. Mahirin haqlı olduğu sübut edildi və o, bəraət aldı. Mahirin sağ əli vəzifədən haqsız çıxarılanların başına. Eşitdiyimizə görə son vaxtlar daha bir neçə müdir – Şəki şəhər ticarətinin direktoru Fikrət Cəfərov, Şəki Tibb Məktəbinin direktoru Elmira Hacıyeva, konserv zavodunun direktoru Mahir Qasımov da məhkəmənin qərarı ilə öz işlərinə bərpa olunublar. Məndən olsa, vəzifədən zorla çıxarılan, bir neçə ay işsiz qalan müdirlərin əmək haqlarını dövlətin cibindən yox, onları işsiz qoyan əsl səbəbkarların – icra hakimiyyəti başçısı müavinlərinin “cib xərclik”lərindən ödətdirərdim.

*

SÖZÜN DÜZÜ - BAŞA BƏLADIR

“HƏSANAĞA”NIN QOHUMU

Çayçı Allahyar.

HƏBLƏ DİMAX LAZIMDIR

• Balığı dəryaya atma, qıtlıqdır. Balıq da, xaliq də bilir. •Keçmişdə dayılar adamları qaldırıb vəzifə kreslosuna qoyurdu, indi dayıları ayı yerinə qoymurlar: mitinqlərdə bir neçə dəfə

Redaksiya heyəti:

İyulun 13-də Milli Məclisin fövqəladə iclası olmuşdur. Milli Məclisin üzvləri parlamentin spikeri İsa Qəmbərin istefasını qəbul etmişlər. İclasa sədrlik edən Tamerlan Qarayev Heydər Əliyevə söz vermişdir. Heydər Əliyev demişdir:

TƏBRİKLƏR

Bu qəzetin gələcəyinə inanıram Həyatımın ən qaynar illəri Şəki ilə bağlı olub. Şəkinin torpağı nə qədər barlı-bərəkətlidirsə, adamları da bir o qədər geniş ürəkli, dost qədri biləndir. Mənimlə uzun illər ümumi işin xeyrinə sıx ünsiyyət eləyən ziyalılardan, ötkəm jurnalistlərdən biri də bu gün “Şəkinin səsi” qəzetinin təsisçisi – baş redaktoru kimi yenidən söz-sənət meydanına atılan, qələmi qılıncdan da kəsərli olan Salisdir. Bu gün də onunla dostluğumuz davam edir: mənzilimdə, iş stolumun üstündə “İpəkçi”ni görəndə çox qəzetləri kənara qoyub, Bakıda da “Salisin qəzeti” kimi məşhurlaşan qəzeti oxuyuram. Salis Məmmədovun “Şəkinin səsi” adlı qəzet buraxacağını eşitdikdə bir daha yəqin etdim ki, bu qələm-sənət fədaisinin iş meydanında yormaq, söz köhlənindən endirmək mümkün deyil. Mən bu qəzetin gələcəyinə inanıram. Çünki bu qəzetin beşiyi başında həyatın ən çətin sınaqlarında həqiqətə, doğru sözə arxalanan, yaşamağın mənasını həmvətənlərinə xidmətdə görən zəhmətkeş bir jurnalist dayanır. Mən “Şəkinin səsi”nin yaşaması üçün ona sponsorluq etməyə və imkanım daxilində qəzetə hər cür kömək göstərməyə hazıram. Sadıq MURTUZAYEV, Bakı şəhəri.

***

“Aqil ABBAS, gözün aydın!” Jurnalistlər güclü rəqibi xoşlamasalar da, “Ədalət” və “Boz qurd” qəzetlərinin baş redaktoru Aqil Abbas rəqibindən qorxan kişilərdən deyil. Özü demişkən, İsgəndər məktəbini keçib. Salis bəy Bakıda Aqil Abbasla görüşərkən, niyyətini tam açıqlasaydı Aqil bəy mərdi-mərdanə deyərdi: “Şəkililər Teymurun, Nadir şahın canına vəlvələ salıb, dünyaya meydan oxuyan fatehlərin gözünün odunu ala bilibsə, bir şəkili balasının iki qəzetin baş redaktoru olması əsla təəccüblü deyil. Əksinə, mən bu təcrübənin digər bölgələrdə də yayılmasını arzulayardım. Təki qəzetçinin həyat

Əziz yumor həvəskarları, “Dünya gülməsə, yaşaya bilməz” deyənin atasına min rəhmət! Sizi zorla, necə deyərlər, qıdıqlayıb güldürmək istəmirik. Bir azca dodağınız “qaçsa”, qırışığınız açılsa bəsimizdir. Bircə xahişimiz var, şəkilisayaq, hər sözümüzdən “söz qayırıb”, dediklərimizi özünüzə götüməyəsiniz.

İcra başçısının müavini: -Borcunu nə tez qaytardın bəy? Hələ maaşa çox qalıb

axı... Şöbə müdiri: -Guya, xəbərin olmadı – sənin kimi, mənə də indicə “cib xərcliyi” verdilər.

İSTİQLAL ŞİRNİSİ -Qonşu, deyirlər Şəkidə İstiqlal günü münasibəti ilə şirni paylayırlar... -Çəkisi nə qədərdir? -250 qram...

CƏBHƏÇİ DEYİL -Məşədi, niyə bizim uşağı özünə müavin götürmürsən? -Üz vurma, Soltan bəy, oğlun cəbhəçi deyil, onu dükana buraxa bilmərəm.

ƏZİZ KƏLBƏCƏRLİLƏR, ŞƏKİ CAMAATI SİZİNLƏDİR! Şəki prokurorluğunun əməkdaşları doğma torpaqlarından didərgin düşüb, bu obaya pənah gətirmiş kəlbəcərli qaçqınların kədərinə ürəkdən şərik olurlar. Şəki prokuroru Çingiz Məmmədov üç aylıq əməkhaqqısını soydaşlarına verməklə, rəhbərlik etdiyi kollektivə gözəl nümunə göstərmişdir. Prokurorluğun digər əməkdaşları da iki aylıq məvaciblərini qaçqınlar üçün ayırmışlar. Yığılmış 200 min rubl miqdarında vəsait, taxılçılıq sovxozundakı yurddaşlarımıza paylanılmış-

ABŞ prezidenti cənab B.Klinton Əbülfəz Elçibəyə bir-birinin ardınca üç namə göndərmiş –Dağlıq Qarabağ hadisələri ilə bağlı təəssüf hissini bildirmişdir. Cavan prezident üç məktub göndərmək əvəzinə, erməni dığalarına bir qulaqburması versəydi daha təsirli olmazdımı?

YELTSİNİN “SAQQIZINI” KİM OĞURLAYIB?! Rusiya prezidenti Yeltsin yamanca əl-ayağa düşüb. Əlləri

Sadıq Murtuzayev, Teymur Xəlilov, Kazım Məmmədov, Mürşüd Fərəcov, Tahir Məmmədov, Tofiq Əzizov, Məmməd Cabbarov, Əhməd və Arzu Abdulhəmidovlar, Həmid Mikayılov, Natiq Məmmədov, Nazim Şirinov, Əbdülhəmid Abdullayev, Bəşarət Paşayev, Mahmud Məmmədov, Vaqif Həmidov, Rəşad Cumayev, Sabir Əfəndiyev, Elxan Ağabəyli, Çingiz Nağıyev, Akif Sala-

–Mən xalqımın səsini eşidib, onun mənə olan istəyini duyaraq, vicdanımın tələbi, prezident Əbülfəz bəyin xahişi ilə gəlmişəm. Biz birlikdə mürəkkəb vəziyyətdən çıxış yolları axtarmalı, milli barışığa, milli həmrəyliyə doğru getməliyik. Baş vermiş faciənin eşqi tükənməsin, sözün düzünü yazmaqdan, deməkdən çəkindəsin”. Köhnə həmkar, həmyerli kimi baş redaktora demək istəyirəm ki, möhkəm dayan. Bəlkə də İsgəndər bəyə oxşar səxavətli dost, sözünün üstündə duran sponsor tapmaq çətindir. Amma “İpəkçi”nin Bakıda olan oxucuları arasında düz sözə səcdə qılan, qəzetçi əməyini qiymətləndirən mərd oğullar da az deyil. Elə götürək el ağsaqqalımız Nadir Quliyevi və onun kimi digər xeyirxahlarımızı. İnanıram ki, onlar “Şəkinin səsi” qəzetini yaşatmaq üçün əllərindən gələni əsirgəməyəcəklər. Aqil Abbas Amerikanı görüb onu cənnət adlandırsa da, istəkli dostum Salis üçün cənnət elə Şəkinin özüdür. Və heç kəs şübhə eləmir ki, baş redaktor Amerikanı görə bilməsə də, “Şəkinin səsi” qəzetinin sorağı Amerikadan gələcək. Axı, vaxtı ilə Amerika jurnalistləri də “İpəkçi”nin hünərindən çox yazmışdılar. Təkcə qalır, Aqil Abbas ahəngində yazmaq. Amma yox! Mənim qələminə, istedadına hörmət etdiyim Salis Məmmədov yeni qəzetində də 30 il “İpəkçi”də yazdığı kimi – Salissayağı – düzü-düz, əyrini-əyri – öz ahəngində yazsa daha yaxşıdır. Başqa cür mümkün də deyildir. Qəzetinizin qədəmləri sayalı, sözü kəsərli olsun! Zaman QARAYEV, yazıçı–jurnalist.

*** “BƏNZƏRƏM BİR QOCAMAN DAĞA Kİ...”

Nəhayət, arzusunda olduğumuz, illərdən bəri həsrətini çəkdiyimiz, intizarla yolunu gözlədiyimiz bir qəzetin – “Şəkinin səsi” qəzetinin, dünyaya göz açdığı günü gördük. Adın mübarək, nəfəsin uzun olsun – təzə qəzet! İndi qələm götürüb ürəkdən gələn, ruhumuzdan qopan gur səsimizi “Şəkinin səsi”nə qata bilərik. Biz ziyalıları ancaq sözün düzü, həqiqətin bir olan üzü maraqlandırır. Şübhəsisz, “Şəkinin səsi” Sabirsayağı haqq sözü deyərkən utanmayacaqdır. Yəqin ki “Şəkinin səsi”ni alqışlayanlar çox olacaq. Amma, bu qəzetin bostanına qara daş atanlar, onu nüfuzdan salmağa çalışan bədxahlar,

YAŞAYIŞ EVİ TİKİLİR 73 nömrəli təsərrüfatlararası səyyar mexanikləşdirilmiş dəstənin kollektivi tərəfindən “Dör-

EL AĞSAQQALLARIMIZ:

Sadıq Nəbi oğlu MURTUZAYEV Sadıq Murtuzayevi respublikamızda yaxşı tanıyırlar. O, rəhbər kadr kimi bütün vəzifələrdə özünü böyük təşkilatçılıq bacarığı, əsil təsərrüfatçı səriştəsi olan yenilikçi, təşəbbüskar, zəhmətkeş torpağın, adamların dilini gözəl bilən insan kimi göstərmişdir. S.Murtuzayev 10 ildən artıq Şəki partiya təşkilatına rəhbərlik etmişdir. O vaxt geridə qalan bu rayon Sadıq Murtuzayevin zəngin təcrübəsi, biliyi, adamları ən çətin sahələrdə səfərbər etmək bacarığı sayəsində respublikada sözün həqiqi mənasında qabaqcıl təcrübə məktəbinə çevirmişdir. Həmin illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev Murtuzayevin bir kadr kimi iş keyfiyyətlərini yüksək qiymətləndirmiş, ona inanmışdır. S.Murtuzayev həmişə bu etimadı layiqincə, əməli işi ilə doğrultmuşdur. S.Murtuzayev Şəki və şəkililər barədə zehinlərdə kök salmış süstlük, ətalət psixologiyasını şəkililərin öz əli ilə dəyişdirmiş, burada o dövr üçün mütərəqqi hesab edilən aqrar

Ya r ı z a r a f a t , yarıgerçək

AMERİKA PREZİDENTİ MƏKTUB “UÇURUR”

yumruğunu qaldıranlar, bir də görürlər ki, odur ey, qulluq kreslosundadırlar. • Partokratlar şapkalarını başlarına qoyub getdilər, yerinə başı açıq, iştahası kimi yerişi də iti cavan bürokratlar gəldilər. • Dövləti daha nə yıxa bilər, ay ciyi? – Bat, bat, onu da bilmirsən? – “xaş-xaş”, daşbaş, alkaş. Sabir ƏFƏNDİYEV

Baş redaktor M.SALİS. Redaktor M.AYDIN.

Ötən cümə günü yuxarı Karvansaranın altındakı çörək sexinin şefi Rasim bəy növbədə mürgü döyən həmvətənlərinə bildirib ki, bu gün sexdə təcrübə aparılıb, çörə-

yin xəmiri soyuq və bulanlıq su ilə yoğrulub. Təcrübə baş tutmadı, zay olmuş çörəklər küncə yığıldı. Çörəkçilər keflərini pozmadılar. “Nə gedir, kisədən gedir” dedilər, Təcrübənin camaata o “xeyri” oldu ki, adamlar növbədə daha iki saat artıq dayandılar. Çörək sexində gündüz saat 12-ni ötən kimi, işçilər “start xətti”nə düzülüb, aradan çıxırlar. Əlləri çörəkdən üzülənlərin isə “mükafat”ları kobud söz, söyüş və təhqir olur.

Hacı d ayın ın “t elet ayp ” ot ağın d an :

Ş Ə K İ L İ S AYA Ğ I

da.

RASİM BƏYİN KOMANDASI “TƏCRÜBƏ” APARIR

CİB XƏRCLİYİ

Ağabala eşitmisən... Sözünü de! Baş memar Aqil Məmmədovun kefi yaman yuxarıdır... Olar da, torpaq-köşk istəyənlərin sayı getdikcə artır. Şəhərin küçə və məhəllələrində boş yer qalmayıb. Baş memarımızın da ürəyi yumşaqdır. Yuxarıdan razılıq işarəsi alan kimi öz vəzifə borcunu “vicdan”la yerinə yetirir. Əvəzində şəhərin “ağzı burnu” əyilir – cəhənnəmə ki... “quş damları” yük vaqonları kimi baş alıb gedir –cəhənnəmə ki... “qoy biz tox olaq, cümlə cahan batsa da, batsın” cəhənnəmə ki... Ağabala, cəbhəçi olanda nə olar, sözün düzünü danış, ha! Elə bilirsən, tək mən deyirəm?! Şəki camaatının gözü qulağı yoxdur? Srağagün çayçıda bir “yalan” danışırdılar. Guya Aqil bəy pulundan, var-dövlətindən, şəxsi avtomaşınından... hər şeydən nəfsini öldürüb – baş memar olandan sonra restoran üzü görməyib. Hələ deyirlər ki... Nə deyirlər Ağabala?! Bir də deyirlər ki, baş memar “Həsənağa”nın qohumudur. Həm də söyləyirlər ki, şəhərin mərkəzindən keçən çayın yanında yeni torpaq sahəsi “tapıb”, burada “şəhərcik” yaradır. Daha nə deyirlər? Çox şey. Amma, oxucuları yora bilmərəm. Ardı gələn nömrədə...

• Tərsinə fırlanır daha dünya

racaqdır. Əziz dost! Başçılıq elədiyin yaradıcı kollektivdən bircə təmənnam var. Çalışın ki, bu qarışıq zəmanədə həqiqət yolunu azmayın. Millətimiz ən çətin sınaq məqamlarını yaşayır. Qoy, “Şəkinin səsi” bu ağır günlərimizdə yaralarımıza haqq sözündən məlhəm qoysun, kişiliyi, dözümü, mərdliyi ilə seçilən bu yurda, onun vətənpərvər oğullarına əsl şərəf və baş ucalığı gətirsin. Rəhim QAZIYEV Milli Məclisin üzvü.

mək üçün əllərindən gələni əsirgəməmişlər. Uşaq evinin sakinləri də borclu qalmamışlar. Onlar böyükləri mahnı, rəqs, şeir “sovqat”ı ilə sevindirmişlər. Restoran işçiləri balacaları əmin etmişlər ki, bu son görüş olmayacaqdır.

S Ə B Ə B ? !

da.

hafizə orqanlarının mövqeyini oxuculara bildirəcəkdir. Şübhəsiz, nailiyyətlərimiz, uğurlarımız, istedadlı, dünya şöhrətli sənətkarlarımız barədə də ürək dolusu ilə yazacağıq. Əziz həmvətənlər! “Şəkinin səsi” öz səsini sizin səsinizə qatır, sizə arxalanır. Söz yox ki, xoşunuza gəlməyən, ürəyinizcə olmayan yazılarımıza da rast gələcəksiniz. Belə məqamlarda ürəkli olun, əlinizə qələm götürüb təklif və iradlarınızı, arzu və istəklərinizi, giley-güzarınızı ərklə bizə yazın. Sizin ağıllı məsləhətlərinizə bizim həmişə ehtiyacımız olacaqdır. Qəzetimizin maraqlı çıxması üçün ən etibarlı bələdçi oxucu məktubu, oxucu gözü, oxucu sözüdür. Qəzetlərin bazar iqtisadiyyatı şəraitində düşdüyü çətin vəziyyət sizə də yaxşı məlumdur. Göstərdiyimiz xidmətin müqabilində isə sizdən umacağımız az olmayacaqdır. Artıq cari ilin ikinci yarısı üçün “Şəkinin səsi” qəzetinə abunə yazılışına başlanılmışdır. Qəzetimizi ilin axırına qədər həftədə bir dəfə oxumaq üçün ailə büdcənizdən cüzi məbləğ – 50 rubl ayırmağınız kifayətdir. “Şəkinin səsi”ni şəhərimizin qəzet köşklərindən də müntəzəm alacaqsınız. Qəzetimizin bankda xüsusi hesabı olacaqdır. Bütün idarə, müəssisə və təşkilatlar, təsərrüfat, ticarət və kooperativ müəssisələr güzəştli qiymətlərlə öz elanlarını “Şəkinin səsi” qəzetində dərc etdirə biləcəklər. “Şəkinin səsi” hamının səsidir. Onun uzun ömürlü olması, yaşaması, sizə yaxın dost, sirdaş olması isə, əziz oxucular, sizin hər birinizin qəzetimizə münasibətindən asılıdır. İnanırıq ki, Şəkinin imkanlı təsərrüfatları, idarə, müəssisə və təşkilatları, eləcə də pulunu, varını xeyriyyəçilik işlərinə sərf edən, bunu vətəndaşlıq borcu sayan ayrı-ayrı adamlar, komersantlar, kiçik müəssisə sahibləri, azad sahibkarlar öz köməklərini qəzetimizdən əsirgəməyəcəklər. Qəzetimizin yaradıcı kollektivi bizimlə əməkdaşlıq etmək, xoş ünsiyyət yaratmaq istəyənlərin hamısına qabaqcadan öz “sağ olun”u çatdırır.

çilər uşaq evinin balaca sakinlərini qonaq çağırmışlar. Qonaq süfrəsi arxasında balacalara onlara ürəkləri istədikləri kimi xidmət göstərilmişdir. Restoranın işçilərindən E.Məcidzadə, S.Rəfiyev, Ə.Hacıosmanov, N.Cəfərov uşaqları ovundurmaq, onları ürəkdən sevindir-

MƏHKƏMƏDƏ

• Boş apteklər idarəsi. • Dərman atlı olub, xəstə piya-

yenə xalqla birlikdədir

*** Şəkinin hüquq-mühafizə oqanlarının rəhbərləri, bütün əməkdaşları “Şəkinin səsi” qəzetinin ilk nömrəsinin çap edilməsini regionun siyasi-ictimai və mühitində yaddaqalan hadisə kimi qiymətləndirirlər. Əminik ki, yeni qəzet, ətrafında baş verən hadisələrə dərindən nüfuz edəcək, ön sıralarda

Əziz oxucular! “Çayxana lətifələri” bizim aparıcı rubrikamız olacaq. Aparıcı da Allahyar əmidir. Sizin görüb tanıdığınız, “qaynanmış”, həmişə çayından “dəmlədiyimiz” Allahyarı demirik. Bu başqasıdır. Özünün dediyinə görə peşəsi şəhəri bir-iki “kruq” vurub, görüb-eşitdiklərini lətifə düzəldib sizə çatdırmaqdır. Məqsədi də odur ki, çayxanaya girəndə qəndin, çayın bahalığını unudasınız, bazar-zənbil xofunu yaddan çıxarıb bir balaca yüngülləşəsiniz. Beləliklə, Allahyar əminin lətifələrini sizə təqdim edirik.

*

Heydər ƏLİYEV

gedəcək, ali məqsədini bütün Şəki camaatına xidmətdə görəcəkdir. Qəzetin prinsipial və cəsarətli mövqedən çıxış edərək qanunçuluğun möhkəmləndirilməsi işində Şəkinin hüquq-mühafizə orqanlarına yardımçı olacağına şübhə eləmirik. Çingiz MƏMMƏDOV, Şəki şəhər prokuroru. Əmiralı DƏMİROV, Şəki Şəhər Polis İdarəsinin rəisi. Əlövsət PAŞAYEV, Şəki Şəhər Xalq Məhkəməsinin sədri.

ÇAYXANA LƏTİFƏLƏRİ

\

Müstəqil ictimaisiyasi qəzet

Qiyməti 3 manat.

BAŞ REDAKTORDAN: Əziz və möhtərəm oxucular, qədirbilən Şəki camaatı! Gördüyünüz kimi, çox şeydən qıtlıq çəksək də, qəzet sarıdan bolluqdur. Əsl hünər də elə bu çoxluğun içərisində seçilmək, sözün qədir -qiymətini yüksəltmək, respublikamızda müharibə getdiyi bir vaxtda qələmi qılınca çevirməklə haqqın, ədalətin keşiyində dayanmaq, oxucuya əsl həqiqəti çatdırmaqdır. Əziz dost, özümüzü öymürük, sənə ucuz sensasiya, haylı-küylü, bayağı materiallar, qərəzli yazılar vəd etmirik. Vəd etdiyimiz ancaq budur ki, qəzetin baş redaktoru da, əməkdaşları da, redaksiya heyətinin üzvləri də ancaq və ancaq həqiqəti yazacaqlar. Sənin çox vaxt həsrətində olduğun, oxuyub öyrənmək istədiyin həqiqəti! Qəzetimiz “Şəkinin səsi” adlanır. Başqa ad da seçə bilərdik. İstədik ki, göz açdığımız bu qədim və gözəl yudun adını ad seçib, sizin – əziz və mehriban, qədirbilən, zəhmətkeş, sözə qiymət verməyi bacaran şəkililərin görüşünə gələk. “Şəkinin səsi” ancaq sizə ehtiyac olanda – əyri düzü sındıranda, haqq nazilib üzüləndə, qədirbilən, qeyrətli oğullarımızın yeri səhv düşüb müsibət baş verəndə, azad fikirlər, azad düşüncələr buxovlananda, nadanlar, yaltaqlar layiq olmadıqları vəzifə kürsülərində əyləşəndə öz kəskin, ədalətli sözünü deyəcək, kimin kim olduğunu göstərəcəkdir. İgid əsgərlərimiz düşmənin bağrını yarıb qələbə marşı çalanda bu xoş xəbərin ilk qaranquşlarından biri də bizim qəzet olacaqdır. Bu qəzetin səhifələrində həm də cəbhədə hünər göstərən həmyerlilərimizin igidliyindən yazacaq, şəhidlərimizi yad edəcəyik. Azərbaycan Respublikası Mətbuat və İnformasiya naziri, istedadlı şair, alovlu publisist, qeyrətli Vətən oğlu, tanınmış millət vəki-

ŞAD XƏBƏR:

ŞƏKİDƏ MƏDƏNİYYƏT ZURNASI -Bazara gedirsən, bəs zənbilin hanı? -Almağa yox, zurna-balaban səsinə oynamağa gedirəm. -Nə zurnadı elə? -Mədəniyyət zurnası. Eşitmirsən, bayram havası çalınır?! Bax, buna deyərlər, “Aclıq olsun, kef olsun”, atam balası.

“MÜVƏQQƏTİ ÇƏTİNLİK” -Xanpəri, dolanmaq mümkün deyil, bazara girəndə göz-

islahatlar həyata keçirmişdir. Bütün bunlardan yaxşı xəbərdar olan Heydər Əliyev Şəkidəki yeniliklərlə şəxsən tanış olmaq üçün bu qədim yurda gəlmiş, qeyrətli torpaq adamları ilə görüşmüş, onların fədakar əməyini yüksək qiymətləndirmiş, Sadıq Murtuzayevin yaradıcı fəaliyyətindən razı qalmışdır. Respublikamızın siyasi həyatındakı gərginlik, Gəncə hadisələri Sadıq Murtuzayevi də bir vətəndaş-ziyalı kimi ciddi narahat etmiş, düşündürmüşdür. O, “Şəkinin səsi” qəzetinin sponsoru kimi onun baş redaktoru M.Salislə əlaqə saxlamış, təzə qəzet barədə xoş duyğularını bildirdikdən sonra əlavə etmişdir: - Heydər Əliyevin Vətənin bu dar günündə xalqın harayını eşidib Bakıya gəlməsi, qardaş qırğınının qarşısını almaq üçün göstərdiyi təşəbbüslər təkcə paytaxtda deyil, şübhəsiz ki, respublikamızın digər bölgələrində də ona güclü rəğbət hissi

lərim qaralır. -Kefini pozma, Gülpəri. Ölənə qədər müvəqqəti çətinlikdir. MEYXANADA RÜŞVƏT -Bəs deyirdin, vəzifəyə keçəndən sonra işim millətə xidmət olacaq, bu otaqda rüşvət -filan almayacağam? -And olsun o gördüyün Qurana ki, bu otaqda, ya qeyri otaqlarda heç kim rüşvət almır! -Axı “Boz qurd” da yazır, “Mozalan” da ... -Əcəb də eləyirlər, ay dilbilməz. Dünya elə bu otaqdan ibarətdir?! Bu boyda şəhərin bir xəlvətxanası, çayxanası, meyxanası yoxdur?! Key oğlu key, anladın?!

DAŞINI DEYƏ BİLMƏRƏM -Sağlığına qismət, mağaza üstünə neçəyə oturdu? -Daşını deyə bilmərəm, torpağına 30 min vermişəm.

dır. Hər bir kəlbəcərli ailəsi beş min rubl almışdır. Oqtay Bağırov, Şəki Şəhər prokurorunun köməkçisi. ***

“ÜMİD”in RUZİ PAYI

dərinləşməsinə yol vermək olmaz. Danışıqlar, qarşılıqlı anlaşma yolu ilə məsələləri müsbət həllinə səy göstərməli, güc yox, ağıl, zəka müdriklik öz işini görməlidir. Mən fəaliyyətimin səmərəli olması üçün Gəncəyə getmək qərarına gəlmişəm. Parlament üzvləri Gəncədəki vəziyyəti öyrənmək, qarşı duran tərəflərlə danışıqlar aparmaq barədə Heydər Əliyevin təklifinə razılıq vermişlər. Elə həmi gün H.Əliyev jurnalistlərin müşayiəti ilə Gəncə şəhərinə yola düşmüşdür. gücsüz, nadan rəqiblər də tapılacaq. Baş redaktorun 45 illik qələm təcrübəsi, açıq döyüşlərdə bərkiyən qələmi deməyə əsas verir ki, “Şəkinin səsi” ən ağır anlarda “vuruşa” hazır vəziyyətdə dayanacaq, işıqdan, həqiqətdən qorxan yarasaların başına söz mərmisi yağdıracaq, “Bənzərəm bir qocaman dağa ki...” məramı ilə özünün qədirbilən oxucularının şərəf və nüfuzunu qoruya biləcəkdir. Kazım Məmmədov, Şəki Şəhər Əhaliyə Məişət Xidməti İstehsalat İdarəsinin rəisi, şəhər Sovetinin sədri, millət vəkili.

*** HAMILIQLA MÜDAFİƏ ETMƏLİYİK

Şəhərimizdə təzə bir qəzetin işıq üzü görməsi “İpək” şirkətinin çoxminli kollektivini də sevindirir. Arzumuz budur ki, “Şəkinin səsi” “İpəkçi” qəzetinin illərdən bəri davam edən mübariz ənənələrini qətiyyətlə davam etdirsin, qısa müddətdə öz oxucularının rəğbətini qazansın. Mən də əlimə qələm götürüb “Şəkinin səsi” qəzetində müntəzəm çıxış edəcək, şirkətimizin, şəhər və kəndlərimizin problemlərindən, həllini gözləyən nəcib məsələlərdən yazacağam. Bilirəm ki, yeni qəzet mövzu sarıdan qıtlıq çəkməyəcək: bərəkətli zəmilərimizdə, üzüm və meyvə bağlarımızda, fermalarda iş görən, zəhmət çəkən adamların arzu və istəklərindən, ön cəbhədə vuruşan həmyerli əsgərlərimizin şücaətindən ilhamla söz açacaqdır. Əminəm ki, şəhərin sənaye, tikinti, xidmət sahələrində çalışan çoxminli fəhlə ordusu da “Şəkinin səsi”ni ümid, inam gözü ilə oxuyacaq, bu qəzet vasitəsilə günün yeniliklərindən, baş verən hadisələrdən, uğur və nailiyyətlərimizdən, işdəki nöqsan və çatışmamazlıqlardan vaxtlı-vaxtında xəbər tutacaq, yeri gələndə isə qəzetin fəal və işgüzar mövqeyini hamılıqla müdafiə edəcəkdir. Tahir Məmmədov, Şəki “İpək” Şirkəti həmkarlar İttifaqı Komitəsinin sədri. dyol” ərazisində 16 mənzilli yaşayış evi tikilir. Smeta dəyəri 36 milyon rubl olan həmin obyekti bu ilin sonuna qədər istifadəyə vermək nəzərdə tutulur.

doğurmuşdur. Bu gün Heydər Əliyev müstəqil respublikamızın ən istəkli övladıdır – xalq yenidən öz böyük rəhbərinə sonsuz məhəbbətini bildirir. İndi bütün Azərbaycanda – qaynar nöqtələrdə, sərhəd bölgələrində dincliyin və əmin-amanlığın hökm sürəcəyi, torpaqlarımızın düşmən tapdağından azad olunacağı gün uzaqda deyil: Heydər Əliyevi təzədən Bakıda, xalqın içərisində görmək, onunla uzun illər ünsiyyətdə olmuş, rəhbərliyi altında işləmiş bir adam kimi mənə də xoşdur. Əliyev müdrik adamdır. Ağır təqiblərə məruz qalmış, lakin heç vaxt onu bir insan, şəxsiyyət kimi sındırmaq mümkün olmamışdır. Sadə və müdrik Azərbaycan xalqı Əliyevin gücünə, onun bir insan, rəhbər kimi gözəl keyfiyyətlərinə yaxşı bələddir. Möhkəm əminik ki, Heydər Əliyev bütün gücünü, bacarığını respublikamızın siyasiiqtisadi həyatındakı böhranın aradan qaldırılmasına, sağlam qüvvələrin bir cəbhədə birləşməsinə, vətəndaş sülhünün yaradılmasına, müharibəyə son qoyulmasına, adamların həyat şəraitinin yüksəldilməsinə yönəldəcəkdir.

“ZİNDAN”ın TƏŞƏBBÜSÜ

DOLANA BİLMİRƏM -Sizin əziz canınız üçün dolana bilmirəm, bir köynəyim var, onun da yaxası süzülüb. Adam içinə çıxmağa utanıram. -Utanma müdir, – deyə az maaş alan işçi dilləndi, – mühasib pul verən kimi, bu dəfə də sizə köynək alaram, “xəcalətdən” qurtararsan. -Ac qaıb üzülərsən dost. -Narahat olma, həkim pəhriz buyurub.

BAQQAL DÜKANI -Hacı Qara, oğlun Bədəli götür gəl bizə. Nökərin Kərəməlini də üstəlik. Müdir bəy mükafat yazıb, 150 qram ət almışam. Dörd nəfərə bir piti, necədir səninçün? -Müdirinə de, cümlə qələm əhlini yığıb gəlsin baqqal dükanıma, bu xəsis canımla hərənizə bir qab plov verim, yanında da 150 qram dəm suyu. Necədir sizin üçün?

Sağ ol , Zöhrab bəy!

“Zindan” kooperativinin 5 yaşı tamam olmuşdur. Bu beş ildə onun sorağı rayonumuzun hər yerinə yayılmışdır. Çünki bu sexdə dəmirdən hazırlanan müxtəlif məişət məmulatları öz yüksək keyfiyyəti ilə həmişə sifarişçiləri razı salır. Bu günlərdə “Zindan” kooperativinin kollektivi yeni, gözəl bir təşəbbüs qaldırmışdır. Söhbət zamanı kooperativin baş ustası Aydın Əhmədov dedi: -Respublikamızda müharibə gedir. Öz doğma ev-eşiyindən didərgin düşən həmvətənlərimizin sayı xeyli artıb. Bu ağır günlərdə onları işə dəvət edirik.

*** TACİR GÜLAĞA

1988-ci ildə Gülağa Hacıvahablı sahibkar dükanı açmışdır. O vaxtdan keçən beş il ərzində əhaliyə nümunəvi xidmət edir. Sahibkar dükanında əsasən xarici ölkələrdə istehsal edilmiş sənaye və ərzaq malları satılır. Buradakı mallar başqa dükanlara nisbətən daha ucuz olur. Söhbət zamanı tacir Gülağa Hacıvahablı dedi: -Biz əhaliyə xidməti günün tələbləri səviyyəsində qurmağa çalışırıq. Dükanımız hər gün səhər saat 10-dan axşam saat 12-yədək açıqdır. Bura gələn müştəriləri gülərüzlə qarşılayır və gülərüzlə də yola salırıq.

Şəhərimizdəki “Ümid” icarə müəssisəsinin (dəsmal sexinin) kollektivi də savab iş görmüşdür. İcarədarlar 50 min rubl dəyərində ruzi payı ilə Taxılçılıq sovxozunda binə qurmuş kəlbəcərli qaçqınların yanına getmişlər. Soydaşlarımız şəkililərin səxavətindən razı qalmış, çətin günün əltutanlarına minnətdarlıqlarını bildirmişlər. Bəşarət HACIZADƏ, müəssisənin işçisi.

İstehsalat kombinatının direktoru Zöhrab Yunusov şəhid ailələrinin hər birinə 5 min rubl yardım etmək qərarına gəlmişdir. Bu məqsədlə şəxsi təsərrüfatından 379 min rubl ayırmışdır. Nəcib və xeyirxah əməlinə görə Zöhrab Yunusova təşəkkür edirik. Fərrux Cəfərov, müəllim.

soydaşlarımızın qanına bulaşmış beş rus “uşağını” ölümdən qurtarmaq üçün bizimkilərin “qılığına” girir. Doğrudur, ermənilər Yeltsinin “saqqızını” oğurlasalar da, bizim prezidentin “saqqızı” etibarlı əllərdədir. Çox güman ki, dünyanın ən böyük demokratının sözünü bu dəfə yerə salmalı olacaqlar. Biz də bir kişiyik, axı...

Yaponları, almanları da mühazirə salonlarında həriflədin. Topladığın kapitalı da ötürdün şəxsi fonduna. Danışanda gah nala döyürsən, gah mıxa. Deyirlər, axır vaxtlar iştahan küsüb. Bizim arvad demişkən, boğazın elə tutulsun ki... Dalını daha demirəm...

QORBAÇOV ACINDAN “ÖLÜR” “Yazıq” Qorbaçov taxtdan düşən kimi altı otağını əlindən alıb, kişini külfəti ilə birlikdə üç otağa qoyublar. Raisa xanım isə göz yaşları içərisində gileylənir: “Bizim heç şəxsi mənzilimiz də yoxdur, Mixail 3900 rubl pensiya alır”. Amma, Moskva eks-prezidentin və onun zövcəsinin göz yaşlarına inanmır. Bizim Hacı dayı da Moskvada bu söhbətləri eşidəndə belə deyib: - Mixail, kimə nömrə gəlirsən? Amerikada camaatı başına yığıb “yenidənqurma” göpu ilə bir milyon qazandın.

moğlu, Bayram Mahmudov, Ənvər İsmayılov, Sıracəddin Heydərov, Tofiq Xəlilov, Nəsib Növbərov, Elxan Allahverdiyev, Allahverdi Cəfərov, Fərahim Süleymanov, Zöhrab Yunusov, Fikrət Cəfərov, Hikmət Abduləzizov, Fərhad Məmmədov, Fərahim Qarayev, Abdulkərim Abdulkərimov.

TANRIDAN BİR DİLƏYİM VAR Heç bilmirəm, Ruslan bəy (Xasbulatovu deyirəm) öz prezidentindən nə istəyir. Görünür, inadkar spikerin könlündən prezident olmaq keçir. Amma, mən – Hacı dayı, Şəki bəyi olmaq fikrindən uzağam. Tanrıdan bircə diləyim var. Allah yerli bəyin ətrafına toplaşan dələduzların könlünə insaf salsın, onlar da bəd əməllərindən əl çəkib “spirtsiz” içkilərdən vura-vura, bəyə “sədaqətlə” xidmət eləsinlər. ...Amma, öz aramızdır, cənab Xasbulatov heç yaxşı iş görmür...

Ünvan:

374510. Şəki şəhəri – 7. Miçurin küçəsi, 33. “Şəkinin səsi” qəzeti redaksiyası. Telefon 4-23-15 Qəzet Şəki mətbəəsində çap edilir. Qeydiyyat № 652. Tiraj 4000

T.Azəroğlu

M.MÜZƏFFƏR

İDARƏ, MÜƏSSİSƏ RƏHBƏRLƏRİNİN VƏ OXUCULARIMIZIN NƏZƏRİNƏ! Əziz oxucular! Yeni nəşrə başlayan “Şəkimin səsi” qəzeti təsərrüfat, idarə, müəssisə və təşkilatların rəhbərlərinə bildirir ki, qəzetə istənilən məzmunda və həcmdə hər cür elan vermək mümkündür. Redaksiya maliyyə vəziyyəti ağır olan kollektivlərin elanlarını güzəştli qiymətlərlə, istisna hallarda pulsuz çap edir. Qəzetdə başsağlığı da vermək olar. Müxtəlif yubiley və toy şənlikləri, ad günləri ilə əlaqədar təbriklərinizi də çap etdirmək üçün redaksiyamıza göndərə bilərsiniz.

Müəlliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Qeyd: Bu səhifədə “Şəkinin səsi” qəzetinin 1-ci, 15.06.1993-cü il tarixli, nömrəsi kirildən latına transliterasiya edilməklə dərc olunmuşdur.


4

İPƏK Ç İ

15 iyun 2013-cü il

Abdulsalam hamamı bərpa edilir

Şəki şəhərindəki Mərkəzi Xəstəxana b i n a s ı n ı n y o l t ə r ə f d ə n f a s a d ı m üa s i r m e m a r l ı q üs l u b u n d a q u r u l m u ş d u r

Şəkinin ilk veb-ensiklopediyası qismən hazırdır

Xəstəxana binası XX əsrin ortalarında inşa olunduğundan binanın əsas yol tərəfdən fasadının görünüşü çox sadə üslubda hazırlanmış, qapı-pəncərə sistemi, 120 metr uzunluğa, 8 metr hündürlüyə malik olan fasad hissəsini adiləşdirmişdir. Fasadın üst hissəsinin milli ornamentli dəmir şəbəkələrlə bəzədilməsi və əsas giriş qapısının qarşısındakı pilləkənlərin yenidən qurulması, binanın ümumi fasadının ağ üzlük daşdan təmir edilməsi kompleksin xarici görünüşünü tamamilə dəyişmişdir. Xəstəxana binasının fasad hissəsinin bərpa və təmir işləri 2012-ci ilin əvvəlində baş-

lanmış və bu ilin aprelində ayında başa çatmışdır. Bu il – 2013-cü il, mayın 5-də rayondan seçilmiş millət vəkillərinin və digər qonaqların iştirakı ilə Şəki şəhər İcra hakimiyyətinin başçısı cənab Elxan Usubov, Mərkəzi Xəstəxana binasının yenidənqurma işlərindən sonra açılış mərasimində iştirak edən qonaqlar qarşısında çıxış etmiş, bütün görülən işlərə görə “Şəkinin mədəni irsinin qorunmasına dəstək” İctimai Birliyinə və onun rəhbəri cənab Dünyamin Xəlilova, rayon rəhbərliyi və Şəki sakinləri adından minnətdarlığını bildirmişdir.

Cavid İbrahimov

QƏDİM XALQ SƏNƏTİ TƏKƏLDUZ, DÜNƏNİ VƏ BU GÜNÜ

Yeri gəlmişkən əlavə edək ki, təmir-bərpa işlərini “Şəkinin Mədəni İrsinin Qorunmasına Dəstək” İctimai birliyinin təşəbbüsü və dəstəyi ilə OPUS MMC həyata keçirmişdir. Onlar tərəfindən bu abidənin bərpası işi reallaşıb və yaxın zamanda bir daha turistlərin istifadəsində olacaqdır.

M. Həmidov

Azərbaycanda A-93 markalı benzinin olmadığı rəsmən təsdiqləndi Azərbaycandakı yanacaqdoldurma məntəqələrində A-93 adı ilə satılan benzinin standartlara uyğun olmadığını rəsmən təsdiqlənib. ANS PRESS-in məlumatına görə, Elçin Abbasov adlı vətəndaş “Azpetrol” yanacaqdoldurma məntəqələrində satılan A-93 markalı benzinin hansı standartlara uyğun olduğunu öyrənmək üçün İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətinə məktubla müraciət edib. Martın 15-də xidmətin rəis müavini Araz Əliyevdən məktuba rəsmi cavab gəlib. Cavabda bildirilir ki, Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar zamanı texniki normativ hüquqi aktlara əsasən, respublikada istehsal olunan benzinlər A-80, A-92 və A-95 markalı benzinlər olduğu müəyyən edilib. Bununla bağlı “Azpetrol LTD” MMC-yə göstəriş verilib. Şirkət isə yanacaqdoldurma məntəqələrində “A-93” yazılarının “A-92” ilə əvəz olunacağı barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarını Müdafiə Xidmətini məlumatlandırıb. Məktubda o da bildirilir ki, A-93 adı ilə benzin satan digər yanacaqdoldurma məntəqələri ilə bağlı tədbir görülür. Mahir Məmmədli ANS PRESS

18.03.2013

daksiya heyəti – Abbas Bəxtiyarov, Aydın Məmmədov, Maqsud Mustafayev, Murad Nəbibəyov, Şahid Məmmədkərimov v ə Va q i f K ə r i m o v tərəfindən hazırlanır. Şəkildə: Sheki.biz domenli Şəki veb-ensiklopediyasının redaksiya heyəti, növbəti toplantıdan sonra.

“S Group Decor” reklam və dizayn xidmətləri şirkətinin təşəbbüsü ilə Şəkinin ilk veb-ensiklopediyası hazırlanır. Sheki.biz domenli portalda – veb-ensiklopediyada, Şəkiyə, Şəkinin görkəmli şəxslərinə dair müxtəlif kateqoriyalar üzrə ensiklopedik məlumatlar yerlədiriləcəkdir. Dizayn və digər texniki işlər “Hədəf” veb-studiyası tərəfindən həyata keçirilir. Materiallar isə re-

Hamam çox güman ki, 20-ci əsrin əvvəllərində, Cümə məscidi ilə eyni vaxtda tikilmişdir. Abdulsalam adlı şəxs tərəfindən inşa edildiyinə görə “Abdulsalam hamamı” deyə adlanırdı. 2-ci Dünya müharibəsi illərində hamamdan pendir anbarı kimi istifadə olunmuşdu və elə ona görə də o vaxtdan “Pendir hamamı” adı ilə tanınmağa başladı. Hamam ötən əsrin 80-ci illərinə qədər istifadədə olmuşdu və yeganə hamam idi ki, orada isti su, soyuq suya qızğın par vurulması ilə yox, adi qaydada, yəni suyun özünün qızdırılması yolu ilə əldə edilirdi. Hal-hazırda hamamda təmir-bərpa işləri başa çatmaq üzrədir.

Əvvəli 2-ci səhifədə. Bu yolla məmulat nəbati və ya həndəsi məzmunlu ornament nümunələrindən ibarət dekorativ naxış ünsürləri ilə bəzədildiyindən onun estetik mahiyyəti və əmtəə dəyəri qat-qat yüksək olurdu. Təkəlduz nümunələri o qədər zərif və rəngarəngdir ki, bu gün belə öz estetik mahiyyətini itirməmişdir. Şəkidə təkəlduz sənəti ənənələri bu gündə davam etməkdədir. Qorunub saxlanılan xalq sənətləri içərisində təkəlduz sənəti də mühüm yer tutur. Hal-hazırda Şəkidə təkəlduz emalatxanaları fəaliyyət göstərir ki, burada çalışan ustalar tikdikləri əl işlərini sərgiləyir və satışını təşkil edirlər. Həmçinin müasir dövr təkəlduz ustalarının böyük məharətlə yaratdıqları tikmə nümunələri ölkə daxili və beynəlxalq dekorativ-tətbiqi sənət festivallarında, sərgilərində nümayiş olunur, müvəffəqiyyət qazanırlar. Məhərrəmova Nuriyyə, Şəhla Şahid qızı, Əkbərova Səxavət, Məmmədova Ülviyyə, Səlimli Səyalı, Paşayeva Səkinəxatın, Əzizova Nərgiz, Salamova Yeganə, Ağayeva Gülnar, Məhərrəmova Səadət və Əsədova Samirə hal-hazırda Şəkidə təkəlduz sənəti ilə məşğul olan, onlara yadigar qalan bu sənətin sirlərini gələcək nəsillərə ötürən ustalardırlar. Günümüzdə təkəlduz tikmənin tətbiq olunduğu əşyalarda artmaqdadır. Öncələr təkəlduz daha çox geyimlərdə, puştularda, pərdələrdə işlənilirdisə, bu gün texnologiyanın inkişafı ilə əlaqədar olaraq tətbiq sahələri daha da genişlənib, mobil telefon üzlüklərində, çantalarda, kompüter çantalarında, eynək qablarında və.s əşya-

Şəki Olimpiya İdman və İstirahət Kompleksi

ların dekorativ bəzədilməsində tikmənin bu növündən geniş istifadə olunur. Bundan əlavə təkəlduz nümunələri bu gün interyerləri bəzəyən sənət əsərinə çevrilmişdir. Təsviri sənət əsərləri ilə yanaşı, müxtəlif süjetli kompozisiyalı təkəlduz nümunələri çərçivələrə salınaraq, evlərin, ofislərin, əyləncə mərkəzlərinin divarlarını da bəzəməkdədir. Öncələr daha çox nəbati motivli təkəlduzlu tikmələr işlənsə də, bu gün daha çox sujetli təkəlduzlar tikilməkdədir. Şəki Xan Sarayının divar rəsmlərindən fraqmentlər müasir dövr təkəlduz ustalarının ən çox müraciət etdiyi kompozisiyalardır. Bu gün Şəki sənətkarlarının təkəlduz texnikası ilə işlədikləri tikmələrdə vətənpərvərlik, məhəbbət, musiqi mövzuları daha geniş yer tutur. Portret janrı təkəlduz texnikasıyla 19 - cu əsrin əvvəllərində usta Cabbar Əlizadə tərəfindən işlənsə də bu janra günümüzdə daha çox müraciət olunur. Təkəlduz texnikasıyla işlənən miniatür rəsmlər də çox məşhur tikmə nümunələridir. Ümumiyyətlə, Şəkidə zaman-zaman bu sənətə maraq olmuş, təkəlduz məktəbi formalaşmışdır. Məşhur təkəlduz ustaları bu sənətin texniki xüsusiyyətlərini kamilləşdirib, onları yaşatmışlar. Bu gün yerli və xarici sənətsevərlərin rəğbətini qazanan Şəki sənətkarlarının yaratdıqları nadir sənət əsərləri Azərbaycan dekorativ-tətbiqi sənətini zənginləşdirən sənət nümunələri sırasına daxildirlər. Tünzalə Məmmədzadə, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının doktorantı .

Səkinə Məmmədova cüdo üzrə gənclər arasında Azərbaycan birinciliyində 3-cü yeri tutdu

Yenidənqurma və genişləndirilmə işlərindən sonra yenicə istifadəyə verilmiş Olimpiya İdman və İstirahət Kompleksi eyni vaxtda 200 nəfər qonaq qəbul etmək gücünə malikdir. Yerləşdirmə tipi hotel binası və kotteclər olmaqla iki yerə bölünür. Hotel binası iki mərtəbəli, kotteclər isə bir və iki mərtəbəlidirlər. İstər kottec, istərsə də hotel otaqları yüksək zövqlə bəzədilmiş, mərkəzləşdirilmiş isitmə-soyutma və havalandırma sistemləri ilə təchiz edilmişdir. Müxtəlif idman oyunlarının keçirilməsi üçün zallarla yanaşı, burada rəsmi görüşlərin, tədbirlərin keçirilməsi üçün konfrans zalı da vardır. Qonaqların vaxtlarını səmərəli keçirməsi üçün kompleksdə stolüstü tennis, bilyard, qapalı hovuz, sauna, böyük tennis kortu, aquapark, uşaqlar üçün oyun zalı və s. xidmətlər fəaliyyət göstərir. Bütünlükdə göstərilən xidmət səviyyəsinə, xidmətin çeşidlərinə və otaqların ləvazimat təchizatına görə bu kompleksin fəaliyyəti 5 ulduz standartlarına tam cavab verir.

www.shekiolympichotel.az

Şəkildə: Elçin Abbasov. O, 1963-cü ildə Nuxa (Şəki) şəhərində anadan olmuşdur. 10 №li məktəbin məzunudur. Bakıda ali təhsil alıb. Hal-hazırda “General Motors” şirkətində işləyir. Bir sıra mədəni-texniki sərgilərin təşkilatçısı və təşəbbüskarıdır. Məhz, onun təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda radio ilə idarə edilən kiçik təyyarələrin yarışı keçirilir...

Otaq növü Twin1 Twin2 Queen1 Queen2 Triple Quarter

Sayı 4 8 4 12 2 4

Həmtəsisçilər : 1. Şəki “İpək” şirkəti; 2.

M.Salis .

Baş redaktor: Aydın Məmmədov.

2 2 2 2 3 4

ayrı çarpayı, ayrı çarpayı, nəfərlik taxt, nəfərlik taxt, ayrı çarpayı, ayrı çarpayı,

TV(28 TV(28 TV(28 TV(28 TV(28 TV(28

İnteryer kanal), mini bar, kanal), mini bar, kanal), mini bar, kanal), mini bar, kanal), mini bar, kanal), mini bar,

Çapa təqdim edildi: 14.06.2013. Sifariş: 2252. Tiraj: 1250. Şəhadətnamə № 177

seyf, seyf, seyf, seyf, seyf, seyf,

hamam hamam hamam hamam hamam hamam

Ünvanımız: Şəki şəhəri, Z.Bünyadov küçəsi, ev 33. E-mail: admin@ipekchi.biz . Tel.: 055 793 23 83; 012 451 20 32; 024 244 23 15. 024 244 23 73.

(duş (duş (duş (duş (duş (duş

kabin) kabin) kabin) kabin) kabin) kabin)

Qiyməti 80 AZN 90 AZN 90 AZN 100 AZN 120 AZN 130 AZN

“İpəkçi” qəzetinin redaksiyasının kompüterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

Mərtəbə 1-ci mərtəbə 2-ci mərtəbə 1-ci mərtəbə 2-ci mərtəbə 1-ci mərtəbə 1-ci mərtəbə

“İpəkçi” qəzeti müstəqil KİV olaraq fəaliyyət göstərir və bu qəzetdə dərc olunmuş xəbər və məqalələrin məzmununa görə “Şəki-İpək” ASC heç bir məsuliyyət daşımır!

Xəbər verdiyimiz kimi fevralın 16-da Bakı Şəhər Gənclər və İdman Baş idarəsi tərəfindən təşkil edilmiş cüdo uzrə Bakı şəhər birinciliyində həmyerlimiz 1995-ci il təvəlludlu Səkinə Məmmədova 52 kq cəki dərəcəsi uzrə cıxış etmiş və rəqiblərinin hamısını məğlubiyyətə uğradaraq 1-ci yeri tutmuşdu. Bu qələbəsinə gorə isə o, martda keciriləcək cudo uzrə respublika birinciliyinə vəsiqə qazanmışdı... Cüdo üzrə gənclər arasında Azərbaycan Birinciliyi 26 mart 2013-cü il tarixində Bakı İdman Sarayında start götürdü. Gənclərin seçimi və gələcək beynəlxalq yarışlara hazırlığı məqsədi daşıyan bu yarış Azərbaycanda ənənəvi olaraq keçirilir və iki gün davam etmişdir. Yarışda 21 yaşa qədər gənc cüdoçular mübarizə aparırdılar. Gənclər arasında Azərbaycan birinciliyində respublika üzrə 49 klubdan 318 çüdoçu güclərini sınadı. Onlardan 33 nəfəri qız, 285 nəfəri isə oğlan idi. Səkinə Məmmədova isə birincilikdə öz 52 kq cəki dərəcəsi üzrə 3-cü yeri tutdu. Bununla da o, beynəlxalq yarışlarda Azərbaycanı və Şəkini təmsil etmək hüququ qazanmış oldu. Amma maraqlıdır ki S.Məmmədovanın məşğul olduğu idman novu ilə Şəkidə hec kim məşğul olmur və təbii ki məşqlər də kecirilmir. Bu səbəbdən də o, respublika cempionatına Bakıda fərdi qaydada hazırlaşmış Bakı və Respublika birinciliklərində isə “Qəbələ Bakı” İK-nu təmsil etmişdir. Gündüz Məmmədov ■ “İpəkçi” qəzeti respublikamızda nəşri davam edən yeganə çoxtirajlı (Sovet dövründə müəssisə qəzetləri belə adlanırdı), yeganə fəhlə qəztidir! ■ “İpəkçi” qəzeti 12.12.1990-ci il tarixdə, özünü “Şəki İpəkçilərinin Açıq Tribunası” elan edərək, hələ sovet

dövründə, rəsmən, müstəqil Azərbaycan mətbuatın əsasını qoymuşdur! ■Azərbaycan Sovet mətbuatında ənənəvi "Bütün ölkələrin proletarları birləşin!" şüarından və Kommunist partiyasının təsisçiliyindən də ilk dəfə –12.12.1990-ci il tarixdə, “İpəkçi” qəzeti mtina etmişdir!

"İpəkçi" qəzeti, №2 (2288), 15 iyun 2013  

Şəkiyə dair xəbərlər, Milli Qurtuluş Günü ilə bağlı tədbirlər barədə məlumat, "Şəkinin səsi" qəetinin 20 illiyi münasibəti ilə bu qəzetin 15...