Page 1

15 amart:qezet.qxd 01.06.2011 8:03 Page 1

İPƏKÇİ 1933-cü ildən nəşr edilir

“...“İpəkçi”nin yaradıcı kollektiinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm", – Heydər Əliyev.

MÜASİR AZƏRBAYCAN MİLLİ İDEYANIN TƏCƏSSÜMÜ KİMİ www.azerbaijan-news.az

Ramiz MEHDİYEV, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ad augusta per angusta (lat.) – Zirvəyə aparan yol çətin olur. Azərbaycan Prezidenti İlham Əliyev 2011-ci il mayın 10-da “Buta” sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə təntənəli mərasimdəki nitqində demişdir: “Bu gün Azərbaycan dinamik inkişaf edən, öz ehtiyaclarını özü ödəyən müasir ölkədir. Bizim siyasətimiz çox açıqdır, aydındır. Güclü iqtisadi təməl üzərində müasir siyasi sistemin formalaşdırılması, dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, azərbaycançılıq ideologiyasının gücləndirilməsi məsələləri bizim üçün prioritet məsələlərdir... Biz müstəqilliyi bərpa etmişik, qoruyub saxlaya bilmişik. Bu gün müstəqilliyi möhkəmləndiririk. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük nemətdir, ən böyük dəyərdir”. (“Azərbaycan” qəzeti, 12 may 2011-ci il). Məqalənin mövzusunun açılmasında bu fikirlər əsas rol oynayır. SSRİ-nin süqutu ərəfəsində 1991-ci il oktyabrın 18 -də Azərbaycan müstəqilliyini yenidən bərpa etmişdir. Hər bir xalqın tarixində 20 il o qədər də böyük müddət deyildir. Lakin Azərbaycan üçün bu illər ciddi sınaqlar dövrü idi: o, müstəqil dövlət kimi yaşaya biləcəkdimi?! Zaman göstərdi ki, Azərbaycan xalqının milli ruhu sönməmişdi, əgər bu millətin layiqli lideri, dünya miqyaslı dövlət xadimi olarsa, o, istənilən çətinlikləri dəf edə bilər. Bu illər ərzində həll edilən məsələlərin xarakterini əvvəlki illərlə əsla müqayisə etmək olmaz. XIX əsrdə və XX əsrin əvvəllərində azərbaycanlıların bir neçə nəslinin həyata keçirmək uğrunda mübarizə apardığı milli ideya özünün həqiqi təcəssümünü məhz müstəqil Azərbaycanın mövcud olduğu bu 20 ildə tapmışdır. İranla müharibə nəticəsində 1828-ci ildən Rusiya imperiyasının tərkib hissəsinə çevrilmiş Şimali Azərbaycanda XIX əsrin ikinci yarısından etibarən dini identiklikdən Azərbaycan milli ideyasının formalaşmasının başlanğıcı olan etnik identikliyə keçid ideyası bu məkanda ideya axtarışlarının mərkəzində dayanırdı. Bu

dövrdə ən ümdə məqsəd etnik şüurun dini şüurdan ayrılması ideyası idi. XIX əsrin A.A.Bakıxanov, M.F.Axundzadə, Mirzə Kazımbəy kimi mütəfəkkirləri bu yöndə çalışırdılar. Milli məsələ XX əsrin əvvəlində Azərbaycan cəmiyyətində xeyli aktuallaşmışdı və bunun da ciddi səbəbləri vardı. Həmin dövrdə Azərbaycan sənaye cəmiyyəti yaradılması yoluna qədəm qoymuş və ümmənin (müsəlman icmasının) etnik-mədəni millət mərhələsinə transformasiyası prosesi başlanmışdı. O dövrün Azərbaycan ziyalılarının milli problemləri nə səviyyədə başa düşmələrini bizim yazıçıların, publisistlərin, şairlərin, ictimai xadimlərin əsərlərində görmək olar. Azərbaycanda inqilabaqədərki milli təfəkkür əvvəlcə türkçülük və etnik millətçilik ideologiyası kimi inkişaf edirdi. Bu, həmin ideyanın transformasiyası üçün mühüm və zəruri platforma idi, çünki çox böyük bir regionun türkdilli əhalisinin tarixi və mədəni yaddaşına əsaslanırdı. Bu ideologiya öz milli hüquqlarının müdafiəsi işində bütün türkdilli xalqların birliyi və həmrəyliyini, ayrıca türk (Azərbaycan) millətinin, perspektivdə isə dövlətinin yaranmasını təmin etməli idi. Sonrakı dövrdə bizim mütəfəkkirlər milli identiklik ideyasını irəli sürməyə başladılar. Bu ideya azərbaycançılıq ideologiyasının formalaşmasına keçidi nəzərdə tuturdu, onun növbəti hədəfi isə milli ideya idi. Azərbaycanda genişlənən kəskin siyasi mübarizə milli ideyanı öz məntiqi sonluğuna – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasına gətirib çıxardı. Bu, bizim böyük əcdadlarımızın fəaliyyətinin kvintessensiyası idi. Əlbəttə, bütün bu məqsədlər formalaşmaqda olan Azərbaycan cəmiyyətində çox böyük izahat işi aparmağı tələb edirdi. Ziyalıların görkəmli nümayəndələri öz intellektini bu məsələlərin həllinə sərf etməli, cəsarət və məsuliyyət nümayiş etdirməli idilər. Əhalini böyük dəyişikliklərə hazırlamaq, insanların tarixi və mənəvi dəyərləri dərk etməsi, onlarda etnik mənlik şüuru oyatmaq üçün vaxt lazım idi. Bütün bu işlər çarizm tərəfindən müqavimətlə, onun Cənubi Qafqaz müsəlmanlarına tətbiq etdiyi məhdudiyyətlərlə üzləşirdi. Əhali onun üçün ənənəvi olmayan etimadsızlıq, şübhəlilik, bəlkə də düşmənçilik şəraitində yaşayırdı. Üstündən neçə-neçə onilliklər keçəndən sonra soydaşlarımızın həyatının həmin dövrünü dərindən düşünəndə anlamağa başlayırsan ki, onlar nə qədər hüquqsuz, təhqiramiz şəraitdə yaşamışlar. Yeri gəlmişkən deyək ki, sovet hakimiyyəti dövründə də Kremldə azərbaycanlılara qarşı etimadsızlıq olmuşdur. Bunu mən öz şəxsi həyat təcrübəmə və Azərbaycan Kommunist Partiyasının rəhbərlərindən biri kimi iş təcrübəmə əsasən deyirəm. Əgər bu gün xalqımız mövcuddursa və çoxları üçün nümunədirsə, bu, yalnız və yalnız onun daxili insan resursları və istedadı sayəsindədir. XX əsrin əvvəlində o dövr üçün az-çox bitkin məzmun kəsb etmiş Azərbaycan milli ideyası və birləşdirici ideologiya kimi “azərbaycançılıq” milli ruhu və milli-mədəni yüksəlişin mexanizmlərini dirçəltmək, o cümlədən xalqı öz tarixi torpaqlarından tədricən qovulmaqdan xilas etmək cəhdi idi. Bu ideyanın reallaşdırılması xalqın öz milli muxtariyyətini, sonradan isə suveren, müstəqil dövlətini yaratmasını nəzərdə tuturdu. 1918-ci ilin mayında Azərbaycan dövlətinin yaradıl-

“Şəki-İpək” ASC-nin Xalca sexi Mustafayeva Adilə,

Nurəhmədova Arzu,

Səlimova Türkan

ması Azərbaycan xalqının milli mənlik şüurunun formalaşması prosesinin obyektiv yekunu oldu. M.Ə.Rəsulzadə 1952-ci ildə Münxendə çıxan “Qafqaz” jurnalında yazırdı: “Böyük dövlətlər Azərbaycanı 1920-ci il yanvarın 12-də tanımışlar. Bu, artıq gerçəkləşmiş milli ideyanın təntənəsi günü idi. O vaxtdan Azərbaycan müstəqil dövlət kimi beynəlxalq ailəyə daxil olmuşdur”. Azərbaycan milli ideyası prioritetlərin müəyyən edilməsində uzun bir yol keçmişdir. Bu müddətdə əvvəlcə dini tərkib hissə yaranmış, sonradan o, tədricən milli mənlik şüurunun mədəni-tarixi paradiqmasına – türkçülüyə transformasiya etmişdir. XIX-XX əsrlərdə Azərbaycanda ictimai fikrin təkamülü milli inkişafın “türkləşmə, islamlaşma, avropalaşma” prioritetlərini əks etdirən formulu yaratmışdır. Bu gün məhz həmin ideyalar Azərbaycanın Dövlət bayrağının üç rəngində təcəssüm olunur. XIX-XX əsrlərin tarixi zaman kəsiyində C.Məmmədquluzadə, M.Ə.Sabir, Y.V.Çəmənzəminli, Ə.Topçubaşov, Ə.Ağayev, Ə.Hüseynzadə, H.Zərdabi, F.Xoyski, M.Ə.Rəsulzadə və digər milli klassiklər və görkəmli maarifçilər azərbaycanlıların milli mənlik şüurunun oyanışında başlıca rol oynamışlar. Onlardan bəziləri həm də müstəqil Azərbaycan dövlətinin yaradılmasının təməlini qoymuşlar. Göstərilən dövr azərbaycanlıların tarixində həmişə bu insanların adları ilə bağlı olacaqdır. Bununla belə, tarix sübut etmişdir ki, nəzəri fikrin formalaşdırılması onun tərkib hissələrinin əməli şəkildə həyata keçirilməsi qədər məsuliyyətli işdir. Təəssüf ki, bir sıra obyektiv və subyektiv daxili və xarici səbəblər üzündən birinci Azərbaycan Respublikasının liderləri dövlətçiliyimizin uzunmüddətliliyinə nail ola bilmədilər. Nəticədə keçən əsrin 90-cı illərinin əvvəlində Sovet İttifaqı dağılana qədər müstəqillik ideyaları boğuldu. SSRİ-nin dağılması ilə Azərbaycan xalqı milli ideyanın həyata keçirilməsi – müstəqil milli dövlətçiliyin qurulması üçün daha bir tarixi şans əldə etdi. Lakin 1990-cı illərin əvvəlində həm Azərbaycanın daxilində, həm də qlobal geosiyasi kontekstdə cərəyan edən ictimai-siyasi proseslər, regiondakı qüvvələr nisbəti, üstəlik, həmin dövrdə hakimiyyətdə olmuş şəxslərin siyasi baxımdan qeyri-yetkinliyi, millətin və dövlətin inkişafının strateji prioritetlərini lazımınca təsəvvür etməmələri bu vəzifənin tam şəkildə yerinə yetirilməsini təhlükə qarşısında qoymuşdu. XX əsrin əvvəlində qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti dövrünün ibrət götürülməmiş mənfi dərslərinin təkrarlanması təhlükəsi 1993-cü ildə özünü aşkar şəkildə göstərməyə başlamışdı. Mənfi ictimai-siyasi proseslərin gedişi təkidlə tələb edirdi ki, Azərbaycanı tamamilə dağılmaq və ya parçalanmaq təhlükəsindən yalnız sözün həqiqi mənasında tarixi miqyaslı, həm Azərbaycan millətinə xas olan mühüm dəyərlərin müəyyən toplusunun təcəssümü rolunda, həm də qeyri-standart siyasi qərarların güclü və iradəli mənbəyi rolunda çıxış etməyə qadir olan şəxsiyyət xilas edə bilər. Yalnız böyük dövlət xadimi milləti xilas edə, onun ideyasını həyata keçirə bilər. Fəlsəfə elmində çoxdan təsdiqlənmişdir ki, milli ideya cəmiyyətin həyatında, siyasi praktikada mühüm rol oynayır. Ona görə də hər bir millətin öz milli ideyası Ardı 2-ci səhifədə

“Şəki-İpək” ASC Almaniyadan yeni dəzgahlar almışdır ASC-nin texniki direktoru Şahin Əzizov “İpəkçi”yə məlumat verir ki, yaxın günlərdə Almaniya istehsalı olan yeni toxucu, pambıq əyirici və parça boyayıcı dəzgahlar müəssisəyə gətiriləcəkdir. Hələlik, biz hazırlıq işləri görmüşük, məsələn, həmin dəzgahların quraşdırılması nəzərdə tutulan sexlərdə yerlərin boşaldılması, istifadəyə yararsız avadanlıqları sökülməsi və s.

313-saylı otaq “İpəkçi” qəzetinin redaksiyasına verildi Məlun olduğu kimi, son 10 il ərzində, “İpəkçi” qəzeti ofissiz fəaliyyət göstərməkdə idi. Bu günlərdə isə “Şəkiİpək” ASC idarə heyətinin sədri Marat Əkbərovun göstərişi ilə ASC-nin inzibati binasındakı 313 saylı otaq “İpəkçi” qəzetinin redaksiyası üçün ayrılmışdır.

NETTY Milli İnternet Mükafatı uzrə müsabiqədə Şəki veb-məktəbinin 8 saytı, o cümlədən, "İpəkçi" qəzetinin "ipekchi.info”, həmçinin, "Şəki tarixi" saytı da nominant oldu! 7-cı dəfə keçirilən NETTY Milli İnternet Mükafatı uğrunda müsabiqənin 14 may tarixdə başa çatmış ilkin mərhələsi, yəni virtual jürinin səsverməsi Şəki saytları üçün xüsusilə uğurlu olmuşdur. Belə ki, 12 nominasiyadan 8 nominasiyanın hər biri üzrə Şəki veb-məktəbinə aid 1 sayt nominant ola bilmişdir. Ümumiyyətlə, 20-dən çox Şəki saytı 9 nominasiya üzrə müsəbiqəyə qatılmışdır. Müsabiqənin şərtlərinə görə, hər nominasiya üzrə yalnız ilk 3 ən çox səs toplamış sayt 2-ci mərhələyə – Mükafatlandırma mərhələsinə adlaya bilərdi. Virtual jürinin 7 günlük, 7may - 14 may tarixləri arası, səsverməsinin nəticəsi olaraq, may ayının 14-də Şəki saytları arasından 8 -nin, o cümlədən: "Əlişahoğlu" veb-studiyasının hazırladığı 1. “Qırmızı bağ” saytı “Mədəniyyət və incəsənət” nominasiyası üzrə 11 sayt sırasında 17 səslə 4/5-ci yerləri bölüşdürərək; 2. “Əhməd Bal” saytı “Korporativ sayt” nominasiyası üzrə 34 sayt sırasında 17 səslə 3-cü yeri tutaraq; 3. Erməni Terroru saytı “Azərbaycan” nominasiyası üzrə 20 səslə 24 sayt sırasında 2-ci yeri tutaraq; “İpəkçi” və “Şəkinin səsi” qəzetlərinin baş redaktoru Aydın Məmmədovun hazırladığı 4. “ipekchi.info saytı” “İnformasiya və xəbərlər” nominasiyası üzrə 28 sayt sırasında 15 səslə 2-ci yeri tutaraq; 5. “Şəki tarixi” saytı “Elm və “İpəkçi” qəzetinin “ipekchi.info” saytı təhsil” nominasiyası üzrə 43 sayt NETTY 2010-un Mükafatlandırma mərasisırasında 14 səslə 3-cü yeri mində e-tabloda nümayiş etdirilir. tutaraq; "Teymur" veb-studiyasının hazırladığı 6. “Xan Cənnət Bağı” “Azərbaycan” nominasiyası üzrə 17 sayt sırasında 17 səslə 4-cü yeri tutaraq; “MicroEnn Group Production” veb-studiyasının hazırladığı 7. “Şəki Şəhər İcra Hakimiyyətinin Rəsmi İnternet Səhifəsi” “Dövlət saytı” nominasiyası üzrə 16 sayt sırasında 13 səslə 3-cü yeri tutaraq; “Aznetworks.biz Production”un 8. “Aznetworks.biz” saytı “Servis-saytlar” nominasiyası üzrə 32 sayt sırasında 12 səslə 3-4-cü yerləri bölüşdürərək “Nominant sertifikatı”nı əldə etmiş və bu saytların hər birinin yaradıcı kollektivi 24 may tarixində Səməd Vurğun adına Rus Dram Teatrında

Şəkildə: NETTY 211-in mükafatlandırma mərasimi; soldan: Orxnan Daşdəmirov, Aslan Əlişahoğlu, Aydın Məmmədov və Qoşqar Əhmədoğlu

keçirilmiş Netty 2011-un təntənəli mükafatlandırma mərasimində dəvət edilmişdir.

İpəkçiliyin inkişafına dair konsepsiya hazırlanıb Bu barədə məlumatı Azərbaycan Elmi Tədqiqat İpəkçilik İnstitutunun direktoru Allahverdi Seyidov verib. Onun sözlərinə görə institut tərəfindən tərtib olunan 8 bölmədən ibarət olan konsepsiyada ipəkçiliyin inkişafına aid bir sıra məsələlər əks olunub. Bunlardan ipəkçiliyin aktuallığı, yem bazasının yaradılması, toxum istehsalı və yaş barama istehsalı kimi məsələləri göstərmək olar. A.Seyidovun sözlərinə görə, konsepsiya Nazirlər Kabinetinə təqdim edilib. “Konsepsiyanı hazırlamaqda əsas məqsəd respublikamızda ipəkçiliyi yenidən, müasir metodlarla bərpa etdirməkdir. Artıq bu sahəyə diqqət artıb. Belə ki regionların 2009 – 2013-cu illər üzrə iqtisadi inkişaf proqramında respublikanın 6 rayonunda və Naxçıvan Muxtar Respublikasıda ipəkçiliyin inkişafı əsas məsələlərdən biri kimi qeyd edilib. Artıq bir elmi tədqiqat institutu olaraq bu sahədə fəaliyyətə başlamışıq” deyə, A.Seyidov məlumat verir. A.Seyidov həmçinin, bildirir ki, ipəkçiliyin inkişafına təkan olaraq İnstitutun Goranboy rayonunun Faxralı kəndi ərazisində yerləşən təcrübə stansiyasında 300 minə yaxın tut ağacı tingi yetişdirilib təsərrüfatlara paylanacaq. A.Seyidov ipəkçiliyin iqtisadi baxımdan çox əlverişli bir sahə olduğunu vurğulayır: “Respublikamızda barama qəbulu var, lakin barama istehsal edənlər yoxdur. Kiçik bir hesablama aparaq; qrenalar – yəni, barama toxumları, hazırlanıb çıxış alınandan sonra yetişdirənlərə verilir. 2 nəfər minimum 50 kiloqram barama istehsal edə bilər. Bu pro-ses 20 gün çəkir. Baramanın 1 kiloqramının 3 manata qəbul edildiyini nəzərə alsaq, onda 2 nəfərin 20 günə 150 manat pul qazandığını görərik. Maddi vəziyyətləri aşağı olan kəndlilər bu sahə ilə məşğul olsalar yaxşı qazanc əldə edə bilərlər” . Ann.az, 19, aprel, 2011-ci il

Şəkidə QİÇS daşıyıcısı kimi qeydiyyatda olan 40 nəfərdən biri yaşı tamam olmayan körpədir Bu ilin yanvar ayında QİÇS virusu daşıyıcısı kimi qeydiyyata alınan bu azyaşlının üzərində daim nəzarət saxlanılır. 1988-ci ildən fəaliyyət gostən və 6 rayona xidmət edən Şəki regional QİÇS diaqnostika laboratoriyasının müdiri Kəmalə Abdullayeva QİÇS virusu daşıyıcılarının sayının ilbəil artdığını bildirir. “2008-ci ildə QİÇS-ə müsbət nəticə kimi qeydə alınan 19 nəfər bu mərkəzdə qeydiyyatdadır. 19 nəfərdən 9 nəfər Şəki sakinidir”, - deyə Kəmalə Abdullayeva vurğulayıb. Kəmalə Abdullayevanın sözlərinə görə, 2008-ci ildə bu virus daşıyıcılarının region üzrə sayı cəmi 19 nəfər təşkil edirdisə, son üç ildə bu rəqəm artıq 40-ı ötüb. Səhiyyə Nazirliyinin bu ilin mart ayında verdiyi xüsusi əmrə əsasən artıq respublikada yaranan 6 regional QİÇS-lə mübarizə mərkəzlərindən biri də Şəkidə fəaliyyətə başlayacaq. Labaratoriya müdirinin sözlərinə görə, yeni yaradılacaq mərkəzdə bölgədə olan virusu daşıyıcıları, xəstələrin müayinə və müalicə olunmaqla onlara, stasionar qaydada xüsusi palatalarda qalmaq imkanları da yaranacaq. Yeni yaranacaq mərkəz üçün bina hazır olana qədər mərkəzi rayon xəstəxanasının infeksion şöbəsində 2 nəfərlik palata ayrılacaq. Həkimin sözlərinə görə, QİÇS daşıyıcısı olan xəstələr nə qədər tez aşkar olunarsa, onların müalicəyə cəlb edilməsi həmin xəstələrin digərlərini yoluxdurma riskini azaldar. Qeyd edək ki, belə xəstələrin müalicəsi üçün dövlət tərəfindən böyük məbləğdə vəsait ayrılmasına baxmayaraq, 1 yaşı olmayan körpənin də bu virusun daşıyıcısı olması bölgədə sözün həqiqi mənasında həyacan təbili çalmağa əsas verir. www.anspress.com 28.05.2011


15 amart:qezet.qxd 01.06.2011 8:03 Page 2

2

31 May 2011-ci il

"Şəki-İpək" ASC; Toxucu İstehsalatının Hazırlıq sexi (foto-reportaj) Burada ayda orta hesabla 1500 kq. ipək açılır və toxucu dəzgahı üçün əriş sarınır.

Bəhlulova Zeynəb, və Qabilova Çimnaz (ipəkaçanlar)

Hacıbabayeva Arzu (ərişçi)

Nuxa (Şəki) şəhərində qələmə alınmış TATAR (–AZƏRBAYCAN) UŞAQ NAĞILLARI

1. ŞAHZADƏ Biri vardı, biri yoxdu, bir padşah var idi. Onun cürbəcür üzüm növləri olan gözəl bir bağı var idi. Bir dəfə padşah bağda gəzirdi və üzümlərə baxıb fərəhlənirdi. Birdən, o gördü ki, orda-burda tənəklər sındırılıb və üzümlər də xarab edilib. O, bağbanını və öz nökərlərini çağırıb soruşdu: Padşahın bağını xarab etməyə kim cəsarət edib? Onlar hamısı cavab verdilər ki, bu barədə heç nə bilmirlər. Padşahın üç oğlu var idi. O, böyük oğlunu göndərdi bağa qarovula. Amma şahzadə özünü saxlaya bilməyib yatdı. Səhər məlum oldu ki, gözəgörünməz düşmən yenə də bağa girmiş, tənəkləri qırmış, üzümləri də xarab etmişdir. Padşah ortancıl oğlunu göndərdi, amma bu da heç nə bilmədi. Axırda, qarovula kiçik şahzadə gedir. Səhərə qədər ayıq-sayıq qalmaq üçün, gənc şahzadə barmağını kərtdi və ağrısı daha da çox olsun deyə, yarasının da üstünə duz səpdi. Şahzadə əlində ox-kaman, oturub səbirlə düşməni gözləyir. Budur görür: nəhəng və əcaib div gəlir. Bağın içi ilə gedir, tənəkləri qırır və üzüm yığır. Şahzadə yayı dartıb oxu buraxdı, amma dəymədi. Div bağda insan əməlini hiss edən kimi, qaçmağa başladı, şahzadə isə cumdu onun dalınca. Onlar xeyli müddət qaçdılar, şəhərdən xeyli uzaqlaşdılar və bir səhraya yetişdilər. Nəhayət, div böyük bir daşa yetişib onu qaldırdı, düşdü quyuya və gözdən itdi. Şahzadə evə döndü, uzun kəndir götürdü, qardaşlarını çağırdı və onlarla birlikdə daşın yanına qayıtdı. Qardaşlardan heç biri daşı tərpədə bilmədi, amma kiçik şahzadə bir dəfə əlini vurmaqla onu götürüb kənara atdı. O, kəndiri belinə sarıdı və qardaşlarına göstəriş verdi ki onu quyuya sallasınlar və gözləsinlər. Qardaşlar şahzadəni quyuya salladılar, orda oturub gözlədilər. Quyu çox dərin idi. Şahzadə elə ki onun dibinə çatdı, kəndiri özündən açdı və başladı irəliləməyə. O, yerin altında xeyli getdi. Nəhayət, gördü ki üç gözəl qız taxtda oturub. Şahzadəni görən kimi ona qışqırdılar: – Ay bədbəxt! Bura necə gəlmisən? Bu saat div durar, o sənə rəhm etməz, səni öldürər. Şahzadə isə onlara dedi: – Mən eşitmişəm ki divlər canlarını şüşədə saxlayırlar. Siz mənə göstərin ki sizin divin həmin şüşəsi hardadı, mən isə onu öldürüm və sizi də azad edim. Hamısından ən qəşəngi olan gənc qız, şahzadəyə istədiyi şüşəni göstərdi və yenə qaçdı öz yerinə. O, divin canı olan şüşəni götürdü. Div hiss eləyən kimi ki onun canı düşmənin –Adəm evladının əlindədir həmin dəqiqə nərə çəkdi və çıxdı döyüşə. O, şahzadənin üstünə atılıb onu parçalamaq istədi. Amma şahzadə şüşəni daşa çırpdı və nəhəng yıxılıb öldü. Bu işdən şad olan qızlar şahzadəni əhatəyə alıb, qalib gəldiyinə görə onu təbrik etdilər və azad olduqlarına görə minnətdarlıq etdilər. O, qızların hamısını düşdüyü yerdəki kəndirin yanına gətirdi və bunu əvvəlcə yaşca ən böyük qıza sarıyıb qardaşlarına qışqırdı ki dartsınlar. Onu dartıb çıxardılar. Sonra ikinci qız çıxarıldı. O zaman ki növbə kiçik qıza çatdı, bu, şahzadəyə dedi: – Mən o biri qızlardan qəşəngəm. Əgər, sənin qardaşların məni görərlərsə, onda, səni burdan çıxarmazlar və sən quyunun dibində həlak olarsan. Qoy əvvəl səni çıxarsınlar, sonra isə məni.

İPƏKÇİ

R.S. Vaxtilə, bu nağıllar “Nuxa rus – sünni-tatar uçilişi”nin müəllimi S. Abdurrəhman tərəfindən qələmə alınmış və 1905-ci ildə Tiflisdə çap olunmuşdur, indi isə biz onları ruscadan, təkrarən, azərbaycancaya çevirib, qəzetimizdə dərc edirik və Şəki nağıllarını Şəkiyə qaytarmaq istəyirik.

Şahzadə cavab verdi ki: – Yox! Birinci sən çıx, sonra isə mən çıxaram. Qardaşlarım məni burda qoymazlar! Qız dedi: –Yaxşı, amma yadında möhkəm saxla, əgər onlar səni çıxarmasalar, onda bu tərəfə get – əvvəlcə iki qoyunla rastlaşacaqsan, biri qara, biri ağ. Əgər sən ağ qoyunun belinə otura bilsən, o səni işıqlı dünyaya atacaq, əgər çaşıb qara qoyunun belinə otursan, o səni qaranlıq dünyaya atacaq. Qara qoyundan qaç və yalnız ağ qoyunun belinə min, onda, tezliklə bizə qovuşarsan! Bundan sonra qızı quyudan çıxardılar. O vaxt ki növbə şahzadəyə çatdı, qardaşları onu quyunun ağzına azca qalana qədər qaldırıb, birdən kəndiri kəsdilər və bədbəxt şahzadə quyunun dibinə yuvarlandı. Özləri isə qızları evə apardılar və atalarına dedilər ki, guya, onların kiçik qardaşları quyuya birinci düşüb və divlə davada həlak olub. Bundan sonra isə özləri quyuya düşmüş, divi öldürmüş, həmin qızları azad etmiş və evə gətirmişlər. Padşah da kiçik oğlu haqqında böyük qardaşların danışdıqlarına inandı. Kiçik şahzadə isə quyunun dibində özünə gəldikdən sonra durub, gözəl qızın göstərdiyi tərəfə getdi. O, orada qara və ağ qoyunu tapdı və istədi ağ qoyunun belinə minsin amma qara qoyun onu çaşdırdı və o, bunun belinə sıçrayaraq qaranlıq dünyaya düşdü. Həmin dünyada xeyli gəzib-dolaşdı. Nəhayət, gördü ki, bir qız əlində yemək aparır. O, qızdan soruşdu: – Bu nədir? Qız cavab verdi: – Bu plovdur. – Hara aparırsan onu? – Orada bir əjdaha var. O, çayın başında oturub və bizə su vermir. Mən bu plovu aparıram ona. Əjdaha plovu yeyən vaxt, mən səhəngimi doldurub evə gətirəcəyəm. Bizdə hamı hər gün belə edir. O, plovu qızın əlindən alıb yeyəndən sonra əjdahanın yanına getdi və onu öldürüb suyu buraxdı. Bunu görən qız əllərini əjdahanın qanına boyayıb şahzadənin kürəyinə basdı. Bundan bir neçə adam xəbərdar olub getdilər o yerin padşahına xəbər verməyə ki, guya, onlar imiş əjdahanı öldürənlər və onun camaatının canını qurtaranlar. Bundan sonra şahzadə yoluna davam etdi və qollu -budaqlı böyük bir ağac gördü. O, dincəlmək üçün ağacın kölgəsində yatdı. Birdən yuvada olan quş balaları, elə haray-həşir saldılar ki, şahzadə diksinib yuxudan ayıldı. O gördü ki uzun və əcaib bir ilan quş balalarını yemək üçün ağaca dırmaşır. Onlar isə vahiməyə düşüb hay-küy salıblar. O, ilanı öldürüb atdı, qayıtdı öz yerinə və yenə yatdı. Şahzadə yatan zaman, yuvaya böyük bir quş – quşcuğazların anası qondu. Şahzadəni görən kimi: “deməli, budur hər gün balalarımı bir-bir

yeyən düşmən!” deyə, fikirləşib şahzadənin üstünə şığıdı. İstədi ki qanadı ilə onu vursun, o saat balaları yuvadan qışqırdılar: – Anaaa, ona dəymə! O, bizim düşmənimizi – ilanı öldürdü və bizi xilas etdi! Onda, quş böyük qanadlarını şahzadənin başının üstündə geniş açdı və onu günəş şüasından mühafizə etdi. O vaxt ki şahzadə yuxudan doydu və ayağa qalxdı, quş ondan soruşdu ki balalarını ilandan xilas etməsinin əvəzində nə istəyir? Şahzadə isə heç nə istəmədi, bircə, xahiş etdi ki onu işıqlı dünyaya çıxarsın. Quş göstəriş verdi ki, bir qoyun və bir bardaq süd gətirsin. Şahzadə o yerin padşahının yanına yollandı və bildirdi ki o, əjdahanı öldürüb və onun təbəələrinə su verib. Padşah ona inanmadı. Onda, şahzadə dedi ki bunu filan qız görüb. Qız isə şahzadənin sözünü təsdiq etdi. Onda, padşah qıza sual verdi ki bunu necə sübut edə bilər? Qız şahzadənin kürəyindəki qanlı işarəni göstərib dedi ki bunu öz əli ilə vurmuşdur. Hamı inandı və soruşdular ki öz zəhmətinin müqabilində nə istəyir? “Bir qoyundan və bir bardaq süddən başqa heç nə!” deyə, şahzadə cavab verdi. Həmin saat tələb olunan şeyləri ona verdilər. O, qoyunu kəsdi, ətinin və bir bardaq südün hamısını gətirdi quşun qabağına. Quş ona dedi ki, nə vaxt “qağ” deyə, qışqırarsa, onda, ona bir tikə ət verməlidir, “çağ” deyə, qışqırdıqda isə süd. Şahzadə əti və südü götürüb quşun belində oturdu. Quş öz yükünü qaldırdı yuxarı və yuxarıda öz “qağ” və “çağ”larını qışqıran vaxt, elə, şahzadədən ət və süd alır. Onlar artıq xeyli yüksəyə qalxmışkən, işıqlı dünyaya çatmağa azca qalmışkən isə ət qurtardı. Amma quş qışqırdı “qağ!”. Nə etməli? Şahzadə belə etdi: bıçağını çıxarıb öz ayağından bir tikə ət kəsdi və verdi quşa. Quş o saat başa düşdü ki bu, insan ətidir və onu udmayıb dilinin altında saxladı. O, son gücünü toplayıb işıqlı dünyaya çıxdı. Quş şahzadəni yerə qoydu və ona təklif etdi ki, ayağa durub getsin. Amma şahzadə ağrısını quşdan gizlətmək üçün, guya, yorulub və dincəlməlidir, deyə getməkdən imtina etdi. Quş dayanıb xeyli gözlədi. Şahzadə isə ayağa duran kimi o saat yıxıldı, səhhəti hərəkət etməyə imkan vermədi. Quş dilinin altından əti çıxardıb onu şahzadənin yarasına qoydu və öz qanadları ilə bunu sıxdı. Ondan sonra onun ayağı tamamilə sağaldı. Şahzadə ayağa durdu və öz ölkəsini axtarmağa getdi. Xeyli axtardıqdan sonra nəhayət öz vətənini tapdı. Getdi atasının yanına və öz qardaşlarının etdikləri haqda ona danışdı. Ata – padşah, öz böyük oğlanlarını çağırıb onları edam etdirdi. Kiçik oğlunu isə vəliəhd təyin etdi və onu kiçik qızla evləndirdi. Ardı, yəni sonrakı nağıllar, növbəti saylarımızda dərc olunacaqdır.

Ramiz Mehdiyev

www.azerbaijan-news.az

MÜASİR AZƏRBAYCAN MİLLİ İDEYANIN TƏCƏSSÜMÜ KİMİ Əvvəli 1-ci səhifədə

Məmmədov Güləddin (usta köməkçisi), Rəcəbova Rəvanə (ərişçi)

Mustafayev Eldar (sex rəisi), Şamilova Dilbər (ipək didən)

Toxucu istehsalatının baş meneceri İsrafilov Abbas

Həmtəsisçilər : 1. “Şəki-İpək” şirkəti; 2.

M. Salis

(Baş) Redaktor: Aydın Məmmədov.

Çapa təqdim edildi: 31.05.2011. Sifariş: 1893. Tiraj: 500. Şəhadətnamə № 177.

olmalıdır, əks halda həmin millətin yaşamağa haqqı yoxdur. Filosoflar milli ideyanı xalqın taleyini, onun vəzifəsini ifadə edən və taleyüklü məsələlərin həlli üçün milli enerjini səfərbər edən inteqrativ milli mənlik şüuru konsepsiyası adlandırırlar. Milli ideya bir insanın ixtirası deyil, o, xalqın şüurunun dərinliklərindən qaynaqlanır və konkret tarixi məqamda sosial reallıq onu dəstəkləyir. Çoxmillətli dövlətdə ərazi bütövlüyünü qoruyub saxlamaq üçün milli ideya dilindən, etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq, ölkənin bütün əhalisinin maraqlarını nəzərə almalıdır. Milli ideya cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır. Milli ideyanın mahiyyətinin məğzi nədən ibarətdir? Qeyd etmək lazımdır ki, milli ideya əvvəlcə milli şüurun oyanması, müstəqillik uğrunda mübarizə ilə şərtlənən əqli nəticə, ictimai ideya kimi yaranır. Dövlətçilik yaranıb təkamül etdikcə, ölkənin sosial-iqtisadi mövqeyi möhkəmləndikcə, mədəniyyət inkişaf etdikcə milli ideya tədricən milli maraqlarla, dövlətin beynəlxalq birlikdə rolunun elmi dərki ilə qovuşur. Bu şəraitdə milli ideya elmi cəhətdən əsaslandırılır və müvafiq ideologiyanın formalaşması üçün zəmin kimi çıxış edir. Millətin indi və gələcəkdə salamatlığı, inkişafı və tərəqqisinin strategiyası kimi milli ideya milləti sıx birləşdirir, onu möhkəmləndirir, millətin vahid tam kimi fəaliyyət göstərməsinə şərait yaradır, bütövlükdə cəmiyyətin mənafelərini ifadə edən davranış qaydaları, qanunlar və digər mühüm ictimai-siyasi qaydalar formalaşdırmağa kömək edir. Milli ideya etnosun (millətin), onun bənzərsiz mədəniyyətinin, təkrarsız “Mən”inin qorunub saxlanmasına imkan yaradır. Milli ideya mənəvi və rəmzi mənada müəyyən dəyərlər toplusu kimi çıxış edir. Bu halda formalaşması xalqın mənəvi seçimi ilə sıx bağlı olan milli ideyanın ən mühüm tərkib hissəsi və özəyi ərazinin və millətin yaradıcısı və qorunub saxlanmasının təminatçısının rəmzi kimi məhz millət və milli dövlət ideyası çıxış edir. Əgər milli ideya tarixi təcrübəyə, sosial-mədəni dəyərlərə və ənənələrə əsaslanmırsa, o, həyat qabiliyyətli ola bilməz. Müasir mərhələdə Azərbaycan milli ideyasının leytmotivi Azərbaycanın müstəqil mahiyyət kimi dərk edilməsi olmalıdır. Bundan ötrü isə milli ideyanın özü şəxsi, ictimai və dövlət varlığının baza dəyərlərini ehtiva etməlidir. Ölkənin BMT tərəfindən tanınmış sərhədləri daxilində qorunub saxlanmasına yönəldilmiş Azərbaycan milli ideyasının və onun mahiyyətinin həyata keçirilməsi ərazi, əhali və idarəçilik kimi əsas xüsusiyyətlərə malik olan dövlətin ən mühüm vəzifəsidir. Azərbaycan xalqı məhz öz milli ideyasını müəyyən etmək yolu ilə millətə çevrilmişdir. Milli ideya və milli ideologiya anlayışlarını qarışdırmaq olmaz. Elmi ədəbiyyatda onların eyniləşdirilməsi hallarına tez-tez rast gəlmək olar. Hərçənd, məÜnvanımız: Az.5500. Şəki şəhəri, F.x.Xoyski -1, otaq 313. E-mail: aydin.salis@gmail.com. Tel.: 055 793 23 83; 012 451 20 32; 0177 423 15,

lum olduğu kimi, qərarlaşmış milli dövlətə bunların hər ikisi xasdır. Buna baxmayaraq, çox vaxt milli ideyanı səhvən, ideologiya kimi təsnif edirlər. Halbuki onların funksiyaları müxtəlifdir: milli ideyanı strategiya kimi səciyyələndirmək olar, ideologiya isə ideyanın reallaşdırılmasına kömək edən taktikadır. İdeologiya milli ideyanın cəmiyyətdə yayılması metodları və vasitələridir. O, milli ideyanın daşıyıcısıdır. Reallıq dəyişir, onun təqdim edilməsinin metodları və formaları da dəyişməlidir. Şəksiz təşkilatçılıq xüsusiyyəti olan ideologiya cəmiyyətin mənəvi həyatının ən mühüm strukturudur, lakin ondan yalnız milli məsələlərin həlli, milli ideyanın reallaşdırılması üçün zəruri mexanizm kimi istifadə etmək lazımdır. Nəzərə almaq lazımdır ki, milli birliyə xidmət edən ideologiya milli ruhun mənəvi meyarlarına uyğun olmalıdır. Lakin əgər milli şüura tətbiq edilmiş həqiqilik meyarı surroqat həqiqətlə əvəz edilirsə, onda hakimiyyət nüfuzunu itirir, milli dəstəkdən məhrum olur. Dövlət ideoloji fəaliyyətlə məşğul olmağa, yəni konkret milli və dövlətçilik dəyərlərini dəstəkləməyə və təbliğ etməyə borcludur, eyni zamanda, başa düşməlidir ki, milli ideologiya milli ideyanı əvəz etməməlidir. İdeya həyata keçirilməsi nəzərdə tutulan, müəyyən nəticəyə gətirib çıxarmalı olan bir niyyət, yaxud “nəzəri sistemin əsasını təşkil edən məntiqi prinsipdir” (bax: Социологический энциклопедический словарь. М. 1998, с. 94). İdeologiya isə insanların gerçəkliyə və bir-birinə münasibətini dərk etməyə, qiymətləndirməyə imkan verən, müxtəlif sosial qrupların və cəmiyyətlərin mənafelərini ifadə edən baxışlar və ideyalar sistemidir. Milli ideologiya bütün millətin mənafelərini ifadə etdikdə, onun həyatına, inkişaf vektoruna, ölkə əhalisinin əksəriyyətinin dünyabaxışının mühüm hissəsinə çevrildikdə öz məqsədini doğrulda bilər. Son 20 ildəki siyasi inkişaf göstərmişdir ki, Azərbaycan cəmiyyəti üçün təkcə milli ideya yetərli deyildir, ölkəyə milli maraqlara söykənən yeni, müasir siyasi ideologiya lazımdır. Məhz bu səbəbdən müasir Azərbaycanın ideoloji konstruksiyasının mahiyyətinin müəyyən edilməsi çox aktual məsələdir. Artıq 18 ildir ki, “azərbaycançılıq” ideoloji konstruksiyası bu missiyanı gerçəklikdə öz üzərinə götürmüşdür. Bu konstruksiya mühüm funksional keyfiyyətlərlə zəngindir. Onların mahiyyəti ölkəni mənəvi və fiziki cəhətdən zəiflətmək cəhdlərindən qorumaqdan, Azərbaycanı unitar, hüquqi və demokratik dövlət kimi möhkəmləndirmək və inkişaf etdirməkdən ibarətdir. Azərbaycançılıq ideologiyası elə bir mənəvi dəyərdir ki, o, müstəqil və öz yolu ilə gedən Azərbaycanı informasiya baxımından koqnitiv (idraki) sivilizasiyalar sırasına, yəni biliklərə əsaslanan və biliklər iqtisadiyyatı yaradan cəmiyyətə çevirəcəkdir. Milli ideyanın və azərbaycançılıq ideologiyasının reallaşdırılması yalnız o halda uğurlu hesab edilə bilər

“İpəkçi” qəzetinin kompüterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

“İpəkçi” qəzeti müstəqil KİV olaraq fəaliyyət göstərir və bu qəzetdə dərc olunmuş xəbər və məqalələrin məzmununa görə “Şəki-İpək” ASC heç bir məsuliyyət daşımır!

ki, onlar əhalinin sosial aktiv təbəqələrinin səfərbər edilməsi, inkişaf və modernləşdirmə strategiyası, ölkənin qarşısında duran məsələlərin həlli ətrafında hakimiyyətin xalq kütlələri ilə həmrəyliyinin təmin olunması vasitəsinə çevrilsin. Xalqın milli mənlik şüurunun oyanması ilə milli ideyanın yaranması arasında çox böyük zaman kəsiyi vardır. Milli ideya qəti şəkildə yalnız millətin yaranması ilə formalaşır, yəni tam qərarlaşmış formaya düşür. Bizim müasir Azərbaycan üçün milli ideya anlayışının məzmununu nə ilə dolğunlaşdırmaq barədə düşünməyimizə ehtiyac yoxdur. Strateji məqsədlər ölkənin Konstitusiyasında müəyyən edilmişdir. Ona görə də milli ideyanın maddiləşdirilməsi Azərbaycan Konstitusiyasının reallaşdırılması yolu ilə həyata keçirilir. 1995-ci ildə qəbul edilmiş Konstitusiya ölkənin bütün vətəndaşlarını birləşdirən ideyadır. Bütün insanları təkcə keçmiş haqqında xatirələr deyil, məhz Konstitusiya birlikdə saxlayır. Bu gün Azərbaycan Konstitusiyası Azərbaycan milli ideyasının rəsmi ifadəsidir. Bəs milli ideyanın və xalqın dəyər oriyentasiyalarının mahiyyəti nədən ibarətdir? Heç şübhəsiz, əsas dəyərlərdən biri məhz dövlətçilikdir. Dövlətin ali dəyərləri isə müstəqillik, dövlət suverenliyi, habelə mədəniyyət, din və ənənə dəyərləridir. Milli ideya Azərbaycan cəmiyyətinin və dövlətinin həyatının əsas məqsədi və mənasıdır. XXI əsrdə Azərbaycan milli ideyasının əsas tərkib hissələri bunlardır: dövlətin, ərazi bütövlüyünün və müstəqilliyin qorunub saxlanması, iqtisadiyyatın hərtərəfli inkişafı, vətəndaşların firavanlığı (buraya bir sıra komponentlər daxildir), müasir təhsil standartları, mənəvi inkişaf, demokratiya, təhlükəsizlik və ondan irəli gələn tam bir sıra məsələlər. Tarix sübut etmişdir ki, dövlətin, cəmiyyətin və qlobal proseslərin inkişafını müəyyən edən başlıca amillərdən biri şəxsiyyət fenomenidir. Tarixi proseslərə obyektiv surətdə təsir göstərən bütün başqa amillər konkret ictimai-siyasi, geosiyasi, sosial-iqtisadi şəraitdən asılıdır. Şəxsiyyətin rolu isə prioritet kimi çıxış edir, çünki məhz konkret şəxsiyyət özünün fəaliyyəti və qəbul etdiyi qərarlarla xalqların, dövlətlərin tarixinə və dünya nizamına təsir göstərə bilər. Bəşəriyyətə ən qədim zamanlardan bəri çoxlu görkəmli insanlar, şəxsiyyətlər məlumdur, dünya tarixinin ayrı-ayrı dövrləri, bütöv epoxalar, millətlərin keçmişi və bu günü onların adı ilə bağlıdır. Bu tarixi şəxsiyyətlər öz əməlləri ilə xalqların həyatında o qədər dərin iz qoyurlar ki, millətin və dövlətin inkişafının həmin dövrü konkret görkəmli siyasi şəxsiyyətin ideyalarının təcəssümünün nəticəsi kimi onların adları ilə səciyyələndirilir. Bir çox xalqların tarixi təcrübəsi milli tarixin böhranlı zaman kəsiyində məhz müəyyən şəxsiyyətin sayəsində ölkədə vəziyyətin necə dəyişməsinə, həyati əhəmiyyətli məqsədlərə nail olmaq üçün cəmiyyətin və onun ən yaxşı nümayəndələrinin sıx birləşməsinə dair parlaq misallarla zəngindir. Ardı növbəti sayımızda

■"İpəkçi" qəzeti respublikamızda nəşri davam edən yeganə çoxtirajlı (Sovet dövründə müəssisə qəzetləri belə adlanırdı), yeganə fəhlə qəzetidir! ■"İpəkçi" qəzeti 12.12.1990-ci il tarixdə, özünü "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edərək, hələ

Sovet dövründə, rəsmən, müstəqil Azərbaycan mətbuatın əsasını qoymuşdur! ■Azərbaycan Sovet mətbuatında ənənəvi "Bütün ölkələrin proletarları birləşin!" şüarından və Kommunist partiyasının təsisçiliyindən də ilk dəfə - 12.12.1990-ci il tarixdə, "İpəkçi" qəzeti mtina etmişdir!


15 amart:qezet.qxd 01.06.2011 8:03 Page 3

Ş

“...“Şəkinin “...“Şəkinin səsi” sağlam mövqe tutmuş, qanuni yolla seçilmiş Prezidentimizin və Konstitusiyamızın müdafiəsmüdafiəsinə yönəldilən yazılarla çıxış etmiş, silahlı müxalifətlərin ifşa olunmasında böyük rol oyamışdır”, oyamışdır” – Akademik Ramiz Mehdiyev və Hidayət Orucovun “Qəsd” kitabından iqtibas.

Redaksiyadan

əkinin səsi

K ü t l ə v i İ n f o r m a s i y a Va s i t ə l ə r i n i n İ n k i ş a f ı n a D ö v l ə t D ə s t ə y i F o n d u n u n i c r a ç ı d i re k t o r u Vüqar Səfərlidən bizə cavab məktubu və ... Hörmətli Aydın müəllim! Sizin Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Akademik Ramiz Mehdiyevə ünvanlandığınız 28 mart 2011-ci il tarixli №07(712)-li məktubunuz tərəfimizdən araşdırılmışdır. Araşdırma zamanı məlum olmuşdur ki, Sizin rəhbərlik elədiyiniz qəzet Fondun keçirdiyi müsabiqələrdə iştirak etməmişdir. Buna görə də Fondun maliyyə yardımından kənarda qalmışdır. Nəzərinizə çatdırırıq ki, KİV-nə ayrılan maliyyə vəsaitləri əsasən, Fondun keçirdiyi müsabiqələr vasitəsi ilə həyata keçirilir. Sizin rəhbərlik etdiyiniz qəzet də müsabiqədə iştirak edərək həmin vəsaitlərdən faydalana bilər. Müsabiqələrin keçirilməsi müddətini və şərtlərini Fondun www.kiv.gov.az saytından əldə edə bilərsiniz. Hörmətlə, V.M.Səfərli.

İ C T İ M A İ - S İ YA S İ Q Ə Z E T

№ 2 (438)

07.04.2011

30 may 2011-ci il

Qiyməti 10 qəp.

ŞƏKİ RAYONUNUN OXUD KƏNDİNƏ DƏ TƏBİİ QAZIN VERİLMƏSİ BƏRPA OLUNDU Uzun illər fasilədən sonra mayın 30-da Şəki rayonunun Oxud kəndinə təbii qazın verilişi bərpa olunmuşdur. Bu münasibətlə keçirilən mərasimdə Şəki

Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov ölkəmizdə 28 May-Respublika Günü ilə bağlı tədbirlərin davam etdiyi bir vaxtda kəndə təbii

qazın verilməsinin sakinlər üçün əsl bayram hədiyyəsi olduğunu bildirmişdir. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatının yaxşılaşdırılması istiqamətində son dövrlər dövlətimizin başçısı tərəfindən ardıcıl tədbirlərin həyata keçirildiyini nəzərə çarpdıran icra başçısı, regionların 2009-2014-cü illərdə sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramına uyğun olaraq, növbəti illərdə digər şəhər və rayonlar kimi, Şəki şəhərinin və rayonun digər yaşayış məntəqələrinin də qaz təchizatının yaxşılaşdırılması, yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün zəruri tədbirlərin nəzərdə tutulduğunu diqqətə çatdırmışdır. Mərasimdə Milli Məclisin deputatı Əli Məsimli əhalinin məişət problemlərinin həlli, sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığını bildirmiş, 2011-ci il dövlət büdcəsinə ediləcək dəyişikliklərin, ilk növbədə pensiya və əməkhaqlarının artırılması ilə

F.x.Xoyskinin bacısının başdaşı yerinə qaytarılacaqdır Bu həftə F.x.Xoyskinin bacısının Şəki “Xan qəbristanlığı”ndakı qəbrinin başdaşısı yerinə qaytarılacaqdır, – deyə, Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov bizimlə söhbət əsnasında növbəti dəfə vəd vermişdir. Məlum olduğu kimi, ötən il Şəki şəhər Mədəniyyət və Turizm Şöbəsi tərəfindən Şəki “Xan qəbristanlığı”nda təmizlik işləri aparılarkən, Fətəli xan Xoyskinin bacısı Səltənət bəyimin qəbrinin üstündəki başdaşı, həmçinin, Səltənət bəyimin anasına aid başdaşı hissələri və 4-5 digər yazılı başdaşı qalıqları bu qəbristanlıqdan götürülərək Şəki Tarix və Diyarşünaslıq muzeyinə təhvil verilmişdir.

bağlı nəzərdə tutulan tədbirlərin bu qayğının bariz nümunəsi olduğunu xüsusi vurğulamışdır. Mərasimdə kəndin icra nümayəndəsi Oruc Əhmədov, kənd ağsaqqalı Bəlyar Məmmədov, ziyalılar çıxış edərək əhalinin sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə sakinlər adından Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Sonra qazın verilişini bildirən məşəl alovlandırılmışdır. Məlumat verilmişdir ki, 5 minə yaxın əhalisi olan Oxud kəndinə təbii qazın verilməsi 1994-cü ildən dayandırılmışdı. Qaz verilişini bərpa etmək məqsədi ilə ARDNŞ-in “Azəriqaz” İstehsalat Birliyi tərəfindən 6 min metr uzunluğunda orta və 19 min 800 metr uzunluğunda aşağı təzyiqli qaz xətləri təmir olunmuşdur. İlkin mərhələdə kənddə olan 769 abonentin 125-i “mavi yanacaq”dan istifadə edəcəkdir. Sonrakı iki ayda isə digər abonentlərə də təbii qazın verilməsi təmin olunacaqdır. AzərTAc

O zaman biz bu işin qəbrin, həmçinin, F.x.Xoyskinin Şəki ilə bağlılığını göstərən izlərin itməsinə səbəb olacağını bildirmişdik və A.İbrahimxəlilov da bizim iradımızla razılaşaraq, söz gedən başdaışnın yerinə qaytarılması barədə müavini İsmayıl müəllimə göstəriş vermişdir. Lakin sonuncu şəxs, düz yarım ilə yaxındır ki, bu problemin həlli istiqamətində heç bir əməli iş görməmişdir. Yeri gəlmişkən, onu da əlavə edək ki, həmin qəbristanlığın yanındakı 1770-ci ildə tikilmiş “Xan məşcidi” neçə illərdir ki bir qrup şəxs tərəfindən zəbt edilmiş və qapıları həm turistlərin və həm də dindarları üzünə qapadılmışdır. Şəki Mədəniyyət və Turizm Şöbəsi abidəyə nəzarət edə bilmir, baxmayaraq ki əllərində müsbət məhkəmə qərarı var, amma ki qərarın icrasına nail ola və abidəyə nəzarət edə bilmirlər! A.Məmmədov

Lakın, biz hörmətli icraçı direktorla – Vüqar Sərəfli ilə, telefon əlaqəsi saxladıqda onun bu məktubunda yazdıqlarının doğru olmadığını öyrəndik. Belə ki məktubunda yazdıqlarının əksinə olaraq, V.Səfərli bizim qəzetləri tirajının az olmasına, dövriliyinin də ən yaxşı halda ayda 1 dəfə olmasına görə, bu qəzetlərin onların müsabiqəsində iştirak etmək hüququnun olmamasını bildirdi. Həmçinin, vurğuladı ki, bizim qəzetlərə birdəfəlik dövlət yardımı da verilməyəcək, belə ki dövlət yardımı, bir-iki aparıcı müxalifət qəzeti də gözünə qatılmaqla, əsasən, dövlət qəzetlərinə və məmurların qəzetlərinə verilir, hansılar ki həmin qəzetlər onsuz da dövlət tərəfindən maliyyələşdirilir və hökumət səviyyəsində də həmin qəzetlərə abunə yazılışı təmin edilir və bu tip qəzetlərin, ümumiyyətlə, dövlət yardımına heç ehtiyacları da yoxdur. Məsələn, Vüqar Səfərlinin özünün “Mövqe” adlanan qəzeti ötən il 40 min manatdan çox dövlət yardımı almışdır, amma həmin qəzetin 1 nəfər də olsun oxucusu yoxdur. Başqa sözlə, gündəlik nəşr olunan bu qəzetin 1 nüsxəsi belə satılmır. Lakın V.Səfərli vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, – deyir: “yaxşı edirəm”, bu qəzetə 3 min nəfəri məcburi şəkildə abunə yazdırmışdır! Bəs daimi dövlət dəstəyinə layiq görülən həmin qəzetin keyfiyyəti necədir? Bunu müəyyənləşdirmək üçün, heç olmasa, 1 nüsxə “Mövqe” qəzeti almaq istədik, Bakı ətrafından, şəhərin mərkəzinə qədər bütün qəzet köşklərindən “Mövqe” soruşa-soruşa gəlib çıxdıq Sahil metrosuna, amma tapmadıq, sonra metrodan çıxdıq, getdik üzüyuxarı, nəhayət, Bəşir Səfəroğlu küçəsinin başlanğıcındakı qəzet köşkündə “Mövqe” tapdıq, amma satıcı da heyrətinin gizlədə bilməyib dedi “hələ birinci dəfə görürəm ki, bu qəzetlə də maraqlanan var!”. Hə, indi keçək “Mövqe”nin keyfiyyətinə, hansı ki sahibnin dövlət məmuru olması və vəzifəsindən sui-istifadə etməsi nəticəsində daima dövlət yardımı alır və bu qəzet 3 min nəfərə abunə yazdırılır. Səhifələri A3 ölçüdə olan bu “şanlı” qəzetdə mətn 12-lik Arilal hərfləri ilə, 1 intervalla yığılır! Əhsən, Vüqar müəllim, qəzetinizi 1-ci sinfə gedən uşaqlar üçünmü buraxırsınız? Hə, onu da əlavə edək ki, ictimai-siyasi və rəsmi qəzetlərin mətninin Arial hərifləri ilə yığıldığı yeganə ölkə Azərbaycandır!!! Biz Vüqar müəllimlə telefon söhbətində “İpəkçi”nin Azərbaycanın sonuncu fəhlə qəzeti olduğunu, sonuncu çoxtirajlı qəzet olduğunu vurğuladıq. Vüqar müəllim isə iddia etdi ki, Azərbaycanda fəhlə mətbuatı əvvəllər olub, indi yoxdur (bəs “İpəkçi” – Azərbaycan ipəkçilərinin açıq tribunası, nədir?!). Həmçinin, Vüqar müəllim, mətbuat işçisi və jurnalist olmadığına görə, aydındır ki, “çoxtirajlı” termininin mənasını da bilə bilməzdi və bunun təsdiqi olaraq bizə sual verdi ki, “sizin qəzetin tirajı nə qədərdi ki?”?! Amma bir az əvvəl o, həm də iddia etmişdi ki, guya, düz 35 ildir mətbuatdadır?! Sonradan onun tərcümeyi-halı ilə maraqlandıq, məlumumuz oldu ki, hörmətli Vüqar müəllim 1977-ci ildə Culfa üzümçülük sovxozunda fəhlə işləyib, sonra – yəqin ki, 1978-ci ildə, Bakı poçtamtının qəzet-jurnal ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə girib və hörmətli Vüqar müəllim, siz demə, qəzet çeşidləməyi mətbuat aləmi hesab edirmiş?! Maraqlıdır ki onun tərcümeyi-halında nə vaxtsa jurnalistlik fəaliyyəti ilə məşğul olması barədə heç nə tapmadıq, o, düz 2007-ci ilə qədər yalnız poçt işi ilə, “posılka” bağlamaq işi ilə məşğul olmuşdur! 2007-ci ildə isə birdən-birə oldu söz gedən Fondun icraçı direktoru, hansı ki bu fond peşəkar jurnalistlərin əməyini qiymətləndirmək üçündür. Hə, indi keçək Azərbaycan mətbuatının vəziyyətinə, təzə sözlərlə, Azərbaycan mətbuatının durumuna. Müstəqil Azərbaycanda azərbaycanca dövri-mətbuatın tirajı müstəmləkə hesab edilən Sovet Azərbaycanındakı azərbaycanca dövri-mətbuatın tirajından 70 dəfə azdır!!! Başqa bir misal, indi Rusiyanın müstəmləkəsi hesab edilən Başqırdıstanda heç 1 milyon nəfər başqırd yoxdur, onlar da ana dillərində təhsil almırlar, amma başqırd dilində olan dövri-mətbuatın tirajı Azərbaycan dilindəki dövri-mətbuatın tirajından bir neçə dəfə çoxdur. Maraqlıdır ki, Başqırdıstanda rayon qəzetləri həftədə azı 3 dəfə, 10-15 min tirajla nəşr edilir, Azərbaycanda isə 10 min tirajla nəşr edilən 1 qəzet də olsa yoxdur?! Hə, indi bir neçə kəlmə də Azərbaycan dilinin vəziyyəti barədə; Azərbaycan mətbuatı kimi Azərbaycan dili də ölüb, yiyəsi yoxdur! Orfoqrafiya qaydaları dəqiqləşdirilməyib! Neçə illərdir Latın əlifbasına keçmişik, amma hələ də Kiril hərifləri ilə yazıya aid orfoqrafik işarələrindən və qaydalardan istifadə edirik, məsələn, götürək, qoşa dırnaq işarəsini; halbuki, latın əlifbası ilə yazıda qoşa dırnaq işarəsindən istifadə edilməməlidir, necə ki türkcə və ingiliscə yazarkən, həmin işarədən istifadə olunmur. Həmçinin, hansı sözlərin 1-ci hərfinin yalnız böyük hərflərlə yazılması da hələ dəqiqləşdirilməyib. Dövlət sənədlərində, bəzən, sözlər buraxılır və qrammatik səhvlərə yol verilir. Məsələn, indi yazırlar: “Şəki şəhəri (şəhəri?!) İcra hakimiyyətinin başçısı”?! Əslində isə yazılmalıdır: “Şəki şəhəri və Şəki rayonu üzrə icra hakimiyyətinin başçısı”. Lüğət yoxdur, mövcud olan lüğət isə səhvlərlə doludur...

SULTANLA GÖRÜŞMÜŞ RÖVŞƏN BƏY ƏFƏNDİZADƏ KİMDİR?

Ə d a l ə t TA H İ R Z A D Ə YAZARDAN BİR-İKİ SÖZ Aydın Salis bəy “Şəkinin səsi” qəzeti üçün məqalə verməyimi istəmişdi. Çox fi-kirləşəndən sonra bu yazını hazırladım. Bəri başdan bildirim ki, haqqında danış-dığım kişiylə bağlı araşdırmalarımı yaxın gələcəkdə davam etdirmək niyyətində-yəm, ona görə də bu yazı ilkin variant hesab edilməlidir. 92 İL QABAQ, “ÖVRAQİ-NƏFİSƏ” Çalışdığım AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda ən çox xoşladığım işlərdən biri də əski mətbuatımızı vərəqləməkdir. Haçansa oxuduğun qəzet-jurnalı, yaxud yazını yenidən gözdən keçirəndə əsla yorulmur, bezmir, əksinə, sanki dincəlirsən, çünki hər dəfə hökmən nəsə yeni bir şey tapır, yeni bir sevinc yaşayırsan. Bu dəfə də elə oldu. Artıq neçə dəfə ələk-vələk elədiyim “Övraqi-nəfisə” dərgisinin 1919-cu il 3-cü sayına baxarkən “Rövşən bəy Mustafa oğlu Əfəndizadə” adlı imzasız bir məqalə diqqətimi çəkdi. Bəlkə də çəkməzdi, ancaq oradakı “Şəki” sözü məqaləni mənə sonadək oxutdu və bu yazının ortaya çıxmasına səbəb oldu. Gərəkli bir arayış. “Övraqi-nəfisə” “incəsənət yarpaqları” anlamına gəlir. Bu adı daşıyan ədəbiyyat və incəsənət dərgisinin Bakıda mart-avqust 1919da cəmi 6 sayı çıxıb. Onun baş redaktoru ünlü şairimiz Əliabbas Müznib, redaktoru isə Zülfüqar bəy Hacıbəyli’dir. [Lütfən oxucu diqqət yetirsin! 1919da Hacıbəyli qardaşlarının üçü də: Zülfüqar bəy (1884-1950), Üzeyir bəy (1885-1948) və Ceyhun bəy (1891-1962) Azərbaycan mətbuatının ən seçmələrinin sükanı arxasındadır – Üzeyir bəy türkcə “Azərbaycan” qəzetinin, Ceyhun bəy həmin qəzetin rusca nəşrinin baş redaktorudur, Zülfüqar bəy isə sənət dərgisi çıxarır!]. “ÖVRAQİ-NƏFİSƏ” NƏ YAZIB? Mənfur rus ağalığı çağında, yəni çar və sovet dönəmlərində minlərcə ən şərəfli oğullarımızın cismən məhv edilməsi bir yana dursun, rejim başçıları hətta onların adlarını da unutdurmağa, xalqımızın yaddaşından əbədi silməyə çalışıblar, çünki belə oğullarını tanıyan xalq özünü güclü sayır. Öyünməli, qürur duymalı soydaşlarımızdan biri də Rövşən bəy Əfəndizadə’dir. Onun ən geniş tərcümeyi-halıyla indiyədək yalnız “Övraqi-nəfisə”də tanış ola bilmişik.

Bu dərgidəki məqalədən öyrənirik ki, Rövşən bəy Mustafa oğlu Əfəndizadə 31 dekabr 1884-də Şəki şəhərində doğulub. İlk təhsilə Şəki ibtidai “müsəlmani-rusi məktəbdə” (bunu daha çox “rus-tatar məktəbi” adlandırırlar) başlayıb, 1896-da Şəki rüşdiyyəsinə girib (rüşdiyyə progimnaziya tipli məktəbdi). Həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra 1901-də Bakı Sənaye Məktəbinə daxil olaraq burada iki il oxuyub. Rövşən bəy 1904-də Şəki ibtidai məktəbində müəllimliyə başlayıb. Burada o həm müəllim, həm də nazir (baxıcı) işləyib. 1905-də Rusiyada inqilab baş verərkən imperiyanın hər yerində, o sıradan Azərbaycanda da ictimai mühit hədsiz gərginləşmiş, burada milli münaqişələr güclənmişdi. Bu zaman özəlliklə milli düşüncəli gənc aydınlar ortaya atılaraq sinələrini qabağa verirdilər. Onlardan biri də Rövşən bəy idi. O, milli və ictimai işlərə ciddi qarışdığından Gəncə əsgəri valisi (qeneral-qubernatoru) onun Qafqazdan sürgün edilməsi haqqında əmr verir. Təəssüf ki, Rövşən bəyin məhz hansı “suç”una görə bu cəzaya layiq görülməsi haqqında bu gün əlimizdə heç bir bəlgə və bilgi yoxdur. Ancaq təsəvvür edəcə-yimiz budur ki, erməni-müsəlman davasında o, soydaşlarını hər vasitəylə müdafiə etdiyinə görə valinin qəzəbinə tuş gəlib. “Övraqinəfisə”nin yazdığına görə, şeyxülislam Pişnamazzadə və Əliəkbər bəy Rəfibəyov (18391919) kimi o çağın ən hörmətli kişiləri bu qərarın ləğvinə çalışaraq onun sürgündən qurtulmasına nail olublar. (Burada adı çəkilən “şeyxülislam Pişnamazzadə”nin şəkili Axund Fərəcullah Pişnamazzadə olduğunu düşünürük). Görünür, sürgün əmri ləğv olunsa da Rövşən bəyin daha Şəkidə yaşamasına icazə verilməyib. Bu üzdən o, bir il də Qazax mahalında müəllimlik edib. 1908-dən Tiflis şəhərində müəllim işləməyə başlaması onun dünyagörüşünə, sözsüz ki, müsbət təsir göstərib, çünki o dönəmdə bu şəhər Qafqazın mərkəzi sayılırdı. Müəllim Rövşən bəy Əfəndizadə burada da yenə milli işlərdə önə çıxıb – xeyriyyə işlərində, dram cəmiyyətlərində və başqa məsələlərdə fəallıq göstərib. Birinci Dünya savaşının acı nəticələrindən biri olaraq Tiflisə gətirilən Türkiyə hərbi əsirlərinin, əsir zabitlərinin buradakı yaşamının asanlaşdırılması, yüngülləşdirilməsi üçün R.b.Əfəndizadə hədsiz çalışıb. Qızğın Türk millətçisi və yurdsevəri olan bu kişi dərbədər düşmüş Türk balalarını xristian evlərindən bir yerə toplamaq üçün Tiflisdə yaradılan Darüleytamın (yetimlər evinin) təsisində də yaxından iştirak edib. Bu ağır dönəmdə “qaçqınlar baş vəkili” Xosrov paşa Sultanov’un (1879-1941) təklifi ilə bütün cəbhələri: Qarakilsə və Qarsdan tutmuş İrəvan və Gümrüyə qədər şəhərləri, qəsəbələri, kəndləri, qışlaları və xristian evlərini dönübdolaşaraq tapdığı yetimləri min məşəqqətlə toplayaraq Tiflisə gətirib. Rusiyada 1917-ci il Fevral burjua inqilabından sonra Rövşən bəy Tiflis Müsəlman Milli Komitəsi İcraiyyə Komitəsinin, Qafqaz Hərbi Şurasının üzvü olub. XİRQEYİ-SƏADƏT MƏRASİMİNDƏ Qafqazda müsəlmanların, özəlliklə Türklərin son dərəcə ağır, faciəli durumu istər-istəməz üzləri Osmanlı hakimiyyətinə doğru çevirirdi. Qafqaz Hərbi Şurası da bu fəlakətlər haqqında Osmanlı sultanına məruzə etmək üçün İstanbula bir nümayəndə heyəti göndərib. Heyətin tam tərkibi bu gün bəlli deyilsə də “Övraqi-nəfisə” onlardan yalnız birinin – Rövşən bəyin adını çəkir. Nümayəndələr Tiflisdən Batuma, oradan gəmi ilə İstanbula gediblər. Onlar öncə Xirqeyi-səadət mərasiminə qatılıblar. Azərbaycan oxucusunun Xirqeyi-səadət haqqında bilgiyə ehtiyacı var. Xirqeyi-səadət Peyğəmbər əfəndimiz’in (s.ə.s.)

İstanbulda Topqapı sarayında qızıl və gümüş sandıq içərisində saxlanılan xirqəsinə verilən addır. Yazdığı gözəl qəsidəsinə görə bu xirqəni Peyğəmbər əfəndimiz əshabi-giramdan Kəb ibn Zübeyr’ə hədiyyə etmişdi. (Oxucumuz bunu Peyğəmbər əfəndimizin Veysəl Qərani’yə bağışladığı və bu gün İstanbulda Xirqeyi-şərif camesində saxlanılan xirqəsi ilə qarışdırmasın). Yüzillər boyunca İslam dövlətlərinin böyük ehtiramla qoruduğu Xirqeyi-səadəti Misri fəth etdikdən (1516) sonra Yavuz Sultan Səlim xan’a (1470-1520) Məkkə şərifi başqa qutsal əmanətlərlə birlikdə təslim edib. Bu xirqə xəlifəlik əlaməti sayılır. Məhz ondan ötrü Topqapı sarayında Xirqeyi-səadət dairəsi tikilib və bu müqəddəs əmanət orada saxlanılır. Xirqeyi-səadət zərli bafta işləməli yaşıl atlazdan boğçalara sarılıp qızıl bir siyirtməyə qoyulub, bu siyirtmə də eyni şəkildə boğçalara sarılaraq böyük qızıl bir sandığa yerləşdirilib. Hər il ramazan ayının 12-ci günü Xirqeyi-səadətin içində bulunduğu sandıq Rəvan Odasına daşınır, ümumi bir təmizlik aparılır, bu arada divarlar gül suyu ilə yuyulur, öd ağacı və buxurlar yandırılır, dairənin dirəkləri cilalanırdı. Ramazanın 15-ci günü dövlət başçıları, alimlər, yeniçəri və sipahi ağaları Babüs-səadət (sədrəzəmin iqamətgahı) önündə günortadan qabaq toplanırdı. Sədrəzəm (baş nazir) Ayasofya camesində şeyxülislamla birlikdə namaz qıldıqdan sonra alay halında Ərz Odasına gəlirdi. Padşahla yanındakılar da Xirqeyi-səadət dairəsinə gəldikdən sonra qızıl siyirtmə padşahdakı qızıl açarla açılır və Xirqeyi-səadət ortaya çıxarılırdı. Bu işlər görülərkən padşahın birinci və ikinci imamları ilə xas oda imamı və gözəl səsli müəzzinlər Qurani-kərim oxuyurdular. Öncə padşah, sonra işarə etdiyi kişilər sıra ilə Xirqeyi-səadətə üzlərini və gözlərini sürtərdilər. Padşah üzərlərində Seyyid Şeyxülislam Arif Hikmət bəy’ə aid beytlərin yazıldığı tülbəndləri (tüllü yaylıqlar) Xirqeyi-səadətə sürtüp ziyarətə gələnlərə paylardı. SULTAN V MEHMET RƏŞADIN HÜZURUNDA Azərbaycan heyətinin Xirqeyi-səadət mərasimində bulunması hicri tarixlə 15 ramazan 1335-ci ilə, miladi tarixlə 5 iyul 1917-ci ilə düşür. “Övraqi-nəfisə”nin yazdığından öyrənirik ki, sultan bu mərasimdən qayıtdıqdan sonra öz “güzərgahişahanəsində” (“Yıldız” sarayında) Azərbaycan nümayəndələrini qəbul edib. Doğrudur, “Övraqinəfisə” sultanın adını “mərhum Mahmud şah həzrətləri” yazır, ancaq bunu sırf texniki yanlışlıq saymalıyıq, çünki həmin tarixdə Osmanlı taxtında əyləşən sultan 1918-də dünyasını dəyişmiş V Mehmet Rəşad (hak. illəri: 1909-1918) idi. Beləliklə, Sultan Mehmet Rəşadın qəbul etdiyi nümayəndə heyəti adından Rövşən bəy Əfəndizadə danışıb (deməli, heyətin başçısı o olub). O, sultanın hüzurundakı çıxışına belə başlayıb: “Şövkətli xaqanımız! Qafqaziya Türkləri didari-hümayununuza müştaqdırlar. Onlar da bu tacü taxtın pək xalis övladlarıdır. Hissiyyati-sədaqətimizi lütfən buyurunuz. Böyük Allah sayeyi-səltənətinizi üzərimizdən əksik etməsin, əfəndimiz”. Sonra isə İstanbula gəlişin məqsədini açıqlayıb. Türkiyənin “Tənin” qəzetinin yazdığına görə (3429-cu sayı), “tərəfi-əşrəf xilafətpənahidən” (yəni sultandan) belə bir cavab alınıb: “Siz də, biz də həmdiniz, həmirqiz, bu günlərə nailiyyətimizdən tolayı sizi də, bizi də bəxtiyar ədd elər və həpimizi təbrik edərim. Görüşdüyümüzə məhfuz oldum”. Rövşən bəy Əfəndizadə İstanbulda ikən erməni komitələrinin dünya müharibəsindən öncə və sonra Qafqazda törətdiy cinayətlərə və “məzalimə aid bir müxtərə” (hesabat, raport) tərtib edərək hökumətə verib. Təəssüf ki, Azərbaycan tarixşünaslığında bu səfər

Rövşən bəy ən öndə sağdan ikincidir haqqında indiyədək kiçicik bir qeydə belə rast gəlməmişik. Türkiyə arxivlərinin araşdırılması, orada aparılan danışıqların məzmunun əks etdirən bəlgələrin, sözügedən raportun tapılaraq üzə çıxarılması özəlliklə Azərbaycan tarixçilərini ciddi maraqlandırmalıdır. HACIBƏYLİ QARDAŞLARININ YANINDA “Övraqi-nəfisə” yazır ki, Rövşən bəy Əfəndizadə Türkiyədən qayıtdıqdan sonra “Tiflisdəki məmuriyyətini tərk edib və Azərbaycanın paytaxtı Bakıda ibtidada müəllimliyə girmiş isə də son aylarda Hacıbəyli qardaşları müdiriyyətinə mübaşir (indiki anlayışla: icraçı direktor – Ə.T.) təyin edilməklə hala Türk səhnəsinə xidmət etməkdədir”. Təəssüf ki, “Övraqi-nəfisə” Rövşən bəyin fotosunu dərc etməyib. Bu fotonu tapmaq üçün baxmadığım yer qalmadı. Düşündüm ki, Üzeyir Hacıbəyli ensiklopediyasında olmuş olar, ancaq o boyda kitabda nəinki foto yoxdur, hətta Hacıbəyli qardaşlarının truppası haqqındakı məqaləyə bu truppanı təşkil edənlərin adları belə salınmayıb. Ən sonda yenə yardımçım Hacıbəylilərin özü oldu – Hacıbəyli qardaşları müdiriyyətinin 1918/19-cu teatr mövsümündə çəkdirdiyi kollektiv fotodan Rövşən bəyi aşkarladıq. Şəklin altında iştirakçıların çoxunun adı rusca göstərilib, ancaq Rövşən bəyin adı o qədər səliqəsiz yazılıb ki, onu indiyədək kiminsə düzgün oxuya bildiyinə inanmıram. Beləliklə, həmin fotoda ortada Hüseynqulu Sarabski, Zülfüqar bəy və Üzeyir bəy Hacıbəyli qardaşları, Müslüm Maqomayev təsvir olunub, onların qarşısındasa (soldan) musiqiçi Hacıbaba Şərifov (?–1920), artistlər Abbasmirzə Şərifzadə, Xəlil Hüseynov, icraçı direktor Rövşən bəy Əfəndizadə və artist Cəlil bəy Bağdadbəyov əyləşiblər. ZƏKƏRİYYƏ MÜƏLLİMGİL NƏ YAZIR? Professor Zəkəriyyə Əlizadə’nin başçılıq etdiyi AMEA Şəki Regional Elmi Mərkəzi Azərbaycan tarixi üçün bir-birindən dəyərli olduqca qiymətli əsərlər nəşr etməkdədir. Onların içərisində hələlik 2 cildi

çıxmış “Şəkidə məhəllə adları, soylar və ləqəblər” kitabının ayrıca yeri var. Bu kitabın Zəkəriyyə Əlizadə ilə Sevinc Bəharəddin qızının ərsəyə gətirdiyi 1-ci cildində (Bakı: “Nafta-Press”, 2004, ss.134-136) Rövşən bəy Əfəndizadənin bütün nəsli haqqında bilgi verilib. Buradan öyrənirik ki, Rövşən bəyin babası Məhəmməd əfəndi zəmanəsinin məşhur ruhanilərindən olub. Şəkidəki “Məhəmməd əfəndi piri” adlı ziyarətgah onun məzarı olan yerdir. Məhəmməd əfəndinin oğlu Mustafa əfəndinin ziyarətgahı isə Yuxarıbaşın birinci rayonundakı came məscidindədir. Mustafa əfəndinin 12 oğlunun, 2 qızının olduğu söylənilir. Oğlu Mir Rövşən “1893cü ildə Şəkidə açılan yeni milli məktəbdə rus dili müəllimi işləmişdir. Bu məktəbdə yeni üsulda dərs deyir, ana dili isə gizli tədris olunurdu. Sonralar bu məktəbdə şagird qəbulu azalmışdır. 1906-cı ildən məktəb təzədən camaatın idarəsinə keçmişdir. Giləhli məhəlləsinin adlı ziyalısı Məhəmmədəli Xəlifəzadənin “Təzə həyat” qəzetinin 1907-ci il 5 avqust sayında yazdıqlarından: “Bu gün, 24 iyulda Şəkinin birinci milli məktəbinə camaat tərəfindən müəllim təyin olunduq. […] Burada ikinci müəllim Haşım Məhəmmədzadə, rus dili müəllimi Mir Rövşən Əfəndiyev idi”. İnjiner Mustafanın dediyinə görə, əmisi Mir Rövşən sonralar Bakıya köçmüş, rus dili müəllimi işləmiş, nəhayət, bədnam repressiyanın qurbanı olmuşdur”. Beləliklə, Zəkəriyyə müəllimgil dövrəni qapayır. Ancaq Rövşən bəyin ölüm tarixini dəqiqləşdirmək üçün ilk növbədə MTN arxivində araşdırma aparılmalıdır. YAZARDAN SON BİR-İKİ SÖZ Bu məqalə ilə Azərbaycan oxucusuna Rövşən bəy Əfəndizadə haqqında ilk geniş bilgi veririk. Ancaq inanmaq istərdim ki, bu yazı Azərbaycan tarixində şərəfli rol oynamış gözəl bir ziyalımız haqqında araşdırmaların başlanğıcı olacaq, onun ömür yolu özünə layiq şəkildə öyrənilib millətimizə təqdim ediləcək. 23 may 2011, Bakı.


15 amart:qezet.qxd 01.06.2011 8:03 Page 4

2

31 May 2011-ci il

Şəki Televiziyası

-

KANAL S

Verilişlərin proqramı 31 may - 5 iyun

31 MAY 09:00 Kanal S Xəbər 09:10 Gün gəlir (canlı) 10:00 Kanal S Xəbər 10:10 Gün gəlir (canlı) 11:00 Sağlam həyat (təkrar) 12:00 Hit-Mix 13:20 Bədii film "Oğurluq" 15:00 Kanal S Xəbər 15:15 T/S " Eliza haradadır?" 16:00 Şou məkan (təkrar) 17:00 Evin içi (təkrar) 18:00 Cizgi filmi 18:30 Hit-Mix+ 19:30 Kanal S Xəbər 20:00 Kim haqlıdır? (canlı) 21:00 T/S "Eliza haradadır?" 22:00 Extreme sport 23:00 T/S "İkinci şans" 23:30 Kanal S Xəbər 23:45 Bədii film "Haçiko" 01:30 Klip

1 İYUN 09:00 Kanal S Xəbər 09:10 Gün gəlir (canlı) 10:00 Kanal S Xəbər 10:10 Gün gəlir (canlı) 11:00 "Dağ siçanının macəraları"(uşaq serialı) 11:30 Düyməcik (xüsusi buraxılış) 12:00 Hit-Mix 13:00 Bədii film "Haçiko" 15:00 Kanal S Xəbər 15:15 Sizə qonaq gəlmişik 16:00 Cizgi filmi "Heyvanların ittifaqı"17:30 Nə bişirim? (xüsusi buraxılış) 18:30 Hit-Mİx+ 19:30 Kanal S Xəbər 20:15 Kim haqlıdır? 20:45 Mənim balaca dünyam 22:10 "1 İyun" konserti 23:10 T/S "İkinci şans" 23:30 Kanal S Xəbər 23:45 Bədii film "Şəxsi" 01:45 Klip

2 İYUN 09:00 Kanal S Xəbər 09:10 Gün gəlir (canlı) 10:00 Kanal S Xəbər 10:10 Gün gəlir (canlı) 11:00 "Dağ siçanının macəraları" (uşaq serialı) 11:30 T/S "İkinci şans" 12:00 Hit-Mix 13:00 Bədii film "Şəxsi" 15:00 Kanal S Xəbər 15:15 T/S "Eliza haradadır?" 16:00 Sağlam həyat (canlı) 16:00 Sənədli film 17:50 Savaş bitməyib 18:30 Hit-Mix+ 19:30 Kanal S Xəbər 20:00 Kim haqlıdır? (canlı) 21:00 T/S "Elzia haradadır?" 22:00 NM TV 22:30 Unudulmayan ifalar 23:00 Kriminal 23:30 Kanal S Xəbər 23:45 Bədii film "Namizəd" 01:30 Klip

3 İYUN 09:00 Kanal S Xəbər 09:10 Gün gəlir (canlı) 10:00 Kanal S xəbər 10:10 Gün gəlir (canlı) 11:00 Sağlam həyat (təkrar) 12:00 Hit-Mix 13:00 Bədii film "Namizəd" 15:00 Kanal S Xəbər 15:15 T/S "Eliza haradadır?" 16:00 Avand olsun 16:30 Şərəfli ömür 17:00 Müasir cəmiyyət və islam18:00 Cizgi filmi 18:30 Hit-Mix+ 19:30 Kanal S xəbər 20:00 Kim haqlıdır? (canlı) 21:00 T/S "Eliza haradadır?" 22:00 "SMS-LƏ SEÇİLƏN BƏDİİ FİLM" 23:30 Kanal S xəbər 23:45 Bədii film "Öləndə yatacam" 01:30 Klip

ŞƏKİDƏ MƏDƏNİ İRSƏ LAQEYD MÜNASİBƏT Bu bir danılmaz faktdır ki, Şəki tarixən Azərbaycanın qədim yaşayış məskənlərindən olmaqla, ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynamış, xeyli görkəmli şəxsiyyətlər yetirmişdir. Ta qədimdən, bu şəhər Böyük ipək yolu üzərində yerləşməklə bir çox səyyahları və tacirləri özünə cəlb etmiş, burada sənətkarlıq boy atmış, ticarət ənənələri formalaşmışdır. Bu ənənələr sonralar daha da genişlənmiş, xüsusi əhəmiyyət kəsb edən dolğun bir sahə – ipəkçilik, meydana gəlmiş, bununla da ticarət əlaqələrinin zənciri daha da böyümüşdür. Tarixi məlumatlara görə əsasən, 19-cu əsrdə şəhərimizdə 150-yə qədər xırdalı-irili ipəkçilik manufakturaları fəaliyyət göstərmişdir ki, bunlardan ilk növbədə daha yüksək keyfiyyət və kəmiyyət göstəriciləri ilə fərqlənəni Törə Salam adlı məşhur, xeyirxah tacirin müəssisəsi idi. Həmin rəhmətlik öz istehsal sahəsinə texniki tərəqqini tətbiq etmək məqsədilə xarici ölkələrdən, əsasən də İtaliyadan dəzgahlar alıb burada quraşdırmaqla, çoxlu sayda insanın əməklə məşğul olmasına şərait yaratmışdır. Deyilənlərə görə, hətta Yaponiyanın ipəkçi mütəxəssisləri belə, bu kişinin müəssisəsində istehsal edilən ipəyə ən yüksək qiymətlər verirdilər. Sonralar 5 saylı fabrik adlanan Törə Salamın şəhərimizin mərkəzi ərazisində vaxtilə inşa edilmiş müəssisəsi, qədimi memarlıq abidəsi idi. Bu üçmərtəbəl bina bişmiş kərpic və çay daşından çox orijinal üslubda tikilmişdi. Müəssisənin qazanxanasının 30 metr hündürlüyü olan, bişmiş kərpicdən hörülmüş tüstü borusu da vardı. Bəli, vardı, Azərbaycana müstəqil olana qədər! Şəkinin ipəkçilik mərkəzi kimi müstəsna əhəmiyyətə malik rol oynamasında həmin istehsal sahəsi ilə yanaşı Yanıq məsciddən azca yuxarı hissədə yerləşən fabrik – sonralar barama çeşidləyici sex, Duluslar məhəlləsindəki 7-ci zavod – 1 saylı fabrik, Memarlıq qoruğu zonasında olan 3 saylı fabrik və Qışlaq sahəsində mövcud olan 2 saylı fabrik də bağlandı. Əvəzində böyük bir işsizlər ordusu yarandı. Həm də tarixi əhəmiyyət kəsb edən bu binalar da yaddan çıxdı. Bu hələ bir yana qalsın, Törə Salamın fabrik binaları, onun ətrafında sıx şəkildə yerləşən fərdi evlərin sakinlərinin narazılıqlarına, göz yaşları axıtmalarına baxmayaraq, tamamilə uçurdulub dağıdıldı, tariximizə meydan oxuduldu, daha bir memarlıq abidəsi, qəsdən yox edildi. Yerində iki altımərtəbəli yaşayış binası tikildi. Ədalət naminə deyirəm: Bu nəhəng binalar çox yaraşıqlıdır, zövq oxşayandır, şəhərimizin görkəmini gözəlləşdirib. Kaş belə binalardan Şəkidə çox tikiləydi. Lakin, harada və hansı ərazidə? Şəhərimizin cənub və cənub-şərq hissələrində o qədər boş torpaq sahələri var ki, belə binaların tikintisini həsrətlə gözləyir. Daha, həmin məlum bina kimi, tikinti-memarlıq qanunlarına, mən belə hesab edirəm ki, zidd olaraq, inşa edilməməlidir. Mövcud qanunvericiliyə görə, hündür mərtəbəli binalar inşa edilərkən ara məsafəsi binanın hündürlüyünün iki mislinə bərabər olmalıdır. Görəsən, həmin binalar inşa edilərkən, kim buna icazə verib, bu işdə şəxsi maraq güdülüb, yoxsa, dövlət marağı? Nə üçün adı çəkilən qanunvericilik aktına əməl edilməyib? Mövcud qaydaqanunun bu dərəcədə pozulmasına, görəsən, kim məsuliyyət daşıyır? Digər tərəfdən, əgər Törə Salamın yadigarı – tarixi -memarlıq abidəsi, qorunub saxlanılsaydı, buradakı mövcud avadanlıqlar da yoxa çıxmasaydı, turistlər üçün çox maraqlı baxış obyekti olardı. Belə getsə, yuxarıda adlarını göstərdiyim ipəkçiliyin digər əyani şahidləri olan fabrik binalarını da oxşar acı aqibət gözləyir?! Yaxşı olardı ki, aidiyyəti olan dövlət qurumları mərkəzi hakimiyyət orqanları qarşısında fəaliyyətləri dayandırılan bu fabriklərin işə salınması, bunların qismən də olsa bərpa edilmələri üçün məsələ qaldırsın. Nəzərə alınmalıdır ki, şəhərimizə gələn qonaqlar və turistlər ən çox ipəkçiliklə və onunla əlaqədar sənətkarlıq sahələri ilə maraqlanırlar. Şəhərimizə qədəm qoyan qonaqları və turistləri heyran edən cəhətlərdən biri də buranın qədimi evləri, tikililəri, memarlıq və təbiət abidələridir. Bu baxımdan, Şəki respublikamızın digər şəhərlərindən öz füsunkarlığı ilə seçilir. Xüsusən də “Yuxarıbaş” tarixi-memarlıq qoruğu bu baxımdan çox zəngindir. Heç təsadüfi deyildir ki, hələ Sovet hakimiyyəti dövründə, keçən əsrin 60-cı illərinin axırlarına yaxın bu ərazi tarix-memarlıq qoruğu statusuna layiq bilinmiş və hökumət səviyyəsində təsdiq olunmuşdur. Həmin qoruğun ərazisi, eşitdiyimə görə, Dəyirman arxı çayının F.X.Xoyski küçəsi ilə kəsişdiyi yerdən bu çayın qovuşduğu Qurcana çayından başlayaraq ta şərq istiqamətinə sonadək olan sahəni əhatə edir. Mənə

məlum olduğuna görə, bu qoruğun ayrıca ştat vahidləri vardır. İndi baxaq görək ştatda olan işçilər ümumiyyətlə qoruğa necə xidmət göstərirlər, onun statusuna necə əməl olunmasına nəzarət və rəhbərlik edirlər, bu sahədə qanun pozuntuları olubmu və olurmu? Qoruğu mərkəzi küçəsi olan M.F.Axundov prospekti yaxşısı budur “küçə” adlandıraq, ta keçmişdən sənətkarlıq məskəni kimi tanınıb, burada xeyli sənətkarlıq emalatxanaları mövcud olmuşdur. Hazırda isə bir neçə sənətkar fəaliyyət göstərir, əsasən isə müxtəlif təyinatlı ticarət-iaşə obyektlərinin sayı çoxalıb və çoxalmaqdadır. Vəziyyət heç də qaneedici deyil. Belə ki, son vaxtlar həmin obyektlərdə abadlıq və təmir adı altında qətiyyən yolverilməz işlər görülüb. Binaların fasadına bir çox yerlərdə kafel vurulmuş, tikintilərdə işlədilən kərpiclər boya ilə rəngləmiş, divarlar uyğun olmayan rənglərlə boyanmışdır. Bir çox mağazalarda isə hətta plastik materiallardan qapı və pəncərələr qoyulmuşdur. Əgər qoruğun statusunu nəzərə alsaq, bu ərazidə müasir tipli obyektlərin tikilməsi və bərpa-təmir işlərinin hər kəsin zövqünə oxşar görülməsi qadağındır. Lakin bundan fərqli olaraq ərazidəki 3 saylı orta məktəbin arxasında, Şəhidlər xiyabanının qarşısında müasir üslubda 6 mərtəbəli bina inşa edilmiş və otel kimi fəaliyyət göstərir (Ümumi qəbirstanlığın və Şəhidlər Xiyabanının 3-4 addımlığında nə otel?! Məmm.). Bu, Vətənimiz uğrunda həlak olmuş şəhidlərimizə, belə demək mümkündürsə, hörmətsizliyin bariz nümunəsidir. Ərazidə çoxlu sayda memarlıq abidələri – Aşağı Cümə məscidi (burada vaxtilə Azərbaycanın rəhbəri olmuş, Sovet İttifaqı Ali Sovetinin sədrlərindən biri, görkəmli yazıçı Nəriman Nərimanov şəkililər qarşısında çıxış etmişdir. Amma nədənsə, oraya hələ də onun xatirə lövhəsi vurulmayıb), Yuxarı məscid, iki və bir aşırımlı tağlı körpülər, Aşağı karvansara və Yuxarı karvansara, tunel tipli körpü, xeyli sayda fərdi yaşayış evləri, Qoç Abbas hamamı, Dərə hamamı, Pendir hamamı, Ağvanlar hamamı vardır. Baxaq görək, bu obyektlərdəki vəziyyət necədir? Qoruğun aşağı sərhədindəki Cümə məscidi binasına kimlərinsə bu abidəyə səhlənkarlığı nəticəsində əlavə tikili calanıb, bu hələ bir yana, məscidin minarəsinə az qala bitişik bir mağaza da tikilib?! Bunlar, məncə, yolverilməzdir. Məscidin yaxın qonşuluğundakı hamam binası tam baxımsız vəziyyətdədir. Ərazidəki o biri hamamların binaları da dözülməz haldadır. Aşırımlı tağlı körpülərin vəziyyəti də qeyri-qənaətbəxşdir. Bu körpülər memarlıq abidəsi kimi çox qiymətli və əhəmiyyətlidir. Bunlar həm də keçid rolunu oynayırlar. Bütün qədimi körpülərdə təmir və bərpa işlərinin aparılmasına ciddi ehtiyac var. Ayrıca olaraq qeyd edirəm ki, Sarıtorpaq məhəlləsindəki Gödək minarə məscidinin binası da qəza vəziyyətindədir. Burada son günlərə qədər uşaq bağçası fəaliyyət göstərirdi. Hazıra bağça başqa ünvana köçürülüb. Təəccüblüdür, əksər tarixi və memarlıq abidələrinin divarlarına “Abidə dövlət tərəfindən qorunur” sözləri yazılmış lövhələr vurulub (Şəkinin ən qədim tikilisi olan Xan məscidində isə heç bir lövhə yoxdur, səbəbi barədə “İpəkçi”nin əvvəlki saylarında məlumat vermişik, – Məmm.). İstər-istəməz belə bir sual meydana çıxır: görəsən, şəhər mədəniyyət və turizm şöbəsi, Şəki TarixMemarlıq qoruğunun rəhbərlikləri bu gurultulu sözü necə başa düşürlər? Başqa sözlə, bu təşkilatlar, görəsən, həmin məsələ barəsində aidiyyəti dövlət qurumları qarşısında məsələlər qaldırıblarmı, bunların həllinə qismən də olsa nail olmaq üşün çalışıblarmı? Daha bir giley-güzar: nəhayət ki, təmir-bərpa işlərinə başlanmış Aşağı karvansara kimi möhtəşəm memarlıq abidə binasının üzbəüzündə yerləşən qədimi birmərtəbəli kərpic tikililər, demək olar, təzəcə təmir olunaraq istifadəyə verilmişdir. Eşitdiyimə görə, bu tikililər ANZ şirkətlər qrupuna məxsusdur. Bu tikililər bərpa olunarkən bunların altında yerləşən 130 metrə yaxın uzunluğu olan Tağılı tuneli bir hissəsi, mənə məlum olduğuna görə, işlərin düzgün aparılmaması ucbatından uçudulub dağıdılmışdır. Görəsən, bu amilə göz yumulacaqmı, yoxsa can yandırılacaqdı? Xatirəmdədir, gərək ki 1985-ci ilin may ayı idi. Mən Aşağı karvansara binasında fəaliyyət göstərən 91 saylı texniki məktəbin direktoru vəzifəsini daşıyırdım. Bir gün Azərbaycan KP MK-nın katibi, sonralar respublikamızın xarici işlər naziri olmuş Həsən Həsənov abidəyə baxış məqsədilə buraya gəlmişdir. Şəkinin o vaxtkı rəhbərı Hadı Rəcəbov da onunla idi. Həsən müəllim bina ilə ətraflı maraqlandı, bunu memarlıq incisi adlandırdı, öz əvvəlki görkəmində və statusunda saxlanmaqla təcili hazırlıq işlərinə başlanılıb lazımi sənədləri MK-ya çat-

dırılmasını tapşırdı və söz verdi ki, binada təmir-bərpa işlərinə başlamasına yardımını, köməyini əsirgəməyəcəkdir. Axırda da belə dedi: “Şəki ya Kürdəmir deyil, ya Saatlı, ya da İmişli, o, Vətənimizin təkrarolunmaz incisidir, onu əcdadlarımızın bizə yadigar qoyduqları tərzdə qoruyub saxlamaq və gələcək nəslə ötürmək, təhvil vermək hamımızın ülvi borcudur!”. Şəkimizin tarixi şəhər olduğunu birdəfəlik hamımız təsdiq etməliyik və bununla millətimiz qürur hissi duymalıdır. Vaxtilə, mənim də şərq şirniyyatı ustası işlədiyim yeyinti sənaye kombinatının yerləşdiyi tarixi memarlıq abidəsi sayılan Yuxarı karvansara binası əsaslı təmirbərpa işlərindən sonra bu gün, mübaliğəsiz deyə bilərəm ki, dünyanın hər guşəsindən buraya təşrif buyuran bütün əcnəbiləri heyran edir. O gün uzaqda deyil ki, Aşağı karvansara da xeyirxah, namuslu, vicdanlı, ürəkləri vətən eşqi ilə döyünən əsil şəkililərin zəhməti ilə möhtəşəm memarlıq abidəsi kimi buraya gələnlərin üzünə qapılarını səxavətlə açacaqdır. Adı dillər əzbəri olmuş Şəki Xan sarayından sonra ikinci mühüm əhəmiyyət kəsb edən memarlıq abidəsi Otaq eşiyi məhəlləsindəki Şəkixanovların evidi. Lakin çox təəssüflər olsun ki, baxımsızlıq sayəsində Xan sarayının əkiz qardaşı sayılan bu binaya münasibət arzuolunmazdır (Şəkixanovların evi Şəki xan sarayından əvvəl tikilib, – Məmm.). Hörmətli prezidentimiz cənab İlham Əliyev və Mehriban xanım Əliyeva 2 il bundan qabaq Şəkidə olarkən Şəkixanovların evini də ziyarət etmişdilər. Binanın təmir-bərpa işlərinin aparılmasının zəruri olduğunu irəli sürmüşlər. Gözləmək olardı ki, nəhayət, şəhərimizin başbilənləri təcili qollarını cırmayıb bu abidənin əvvəlki görkəmini özünə qaytaracaqlar. Lakin çifayda, göstərişə əməl olunmur. Şəki Xan sarayının “əkiz qardaşı”ndan biri də şəhərimizin mərkəzi ərazisində – Nizami küçəsindədir. Həmin binanı 1806-cı ildə rəhmətlik Hacı İbrahim öz şəxsi malikanəsi kimi tikdirib. Hazırda burada onun nəsil davamçıları olan iki ailə yaşayır. Sanki, Şəkidə bu cür memarlıq tikilisi yoxdur, aidiyyəti təşkilatlar bura ilə qətiyyən maraqlanmırlar. Binanın üst örtüyü bərbad vəziyyətdədir. Bir sözlə, binanın təmir-bərpa işlərinə çox ciddi ehtiyac var. Yuxarıda artıq qeyd etmişdim ki, şəhərimizdə buraya gələn qonaqlara və turistlərə göstəriləsi xeyli sayda milli memarlıq binaları var. Di gəl ki, bunlara əsasən, olduqca laqeyd, biganə münasibət göstərilir. Əlaqədar cavabdeh təşkilatlar, mənə belə gəlir, elə zənn edirlər ki, Xan sarayını, Yuxarı karvansaranı, Marxalı, Norveç dövlətinin hesabına təmir-bərpa edilən Kiş kəndindəki Həvari kilsəsini və başqa daha bir-iki yeri qonaqlara göstərməklə vəzifələrini bitmiş hesab edirlər. Xeyr, belə deyil! Onlar birdəfəlik bilməlidirlər ki, Şəkidə xeyli sayda milli memarlıq abidələri var və bunların hamısı barədə bütün qonaqlara, turistlərə bunları göstərməklə məlumat verməlidirlər. Qoy hamı bilsin ki, Azərbaycan, onun bir parçası olan Şəki necə zəngin mədəni irsə malikdir və bu irsi necə qoruyub saxlayır. Axı, bu, millətimizin tarixidir! Vaxtilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərkibində struktur dəyişikliyi edilmiş və bu nazirliyin yerində Mədəniyyət və Turizm Nazirliyi təsis olunmuşdur. Buna müvafiq olaraq yerli şəhər və rayon mədəniyyət şöbələri də mədəniyyət və turizm şöbələrinə çevrilmişdir. Lakin, nədənsə, struktur dəyişiklərinə müvafiq olaraq ötən illər ərzində yerlərdə islahatlar aparılmışdır, əvvəlki mədəniyyət şöbələri müdirləri öz vəzifələrini icra etməklə davam etmişlər. Hesab edirəm ki, şəhərimizin timsalında tarix və mədəniyyət abidələrinin əksəriyyətinə biganə yanaşmağın məğzi, nöqsanı elə bundadır. Yaxşı olardı ki, yerli mədəniyyət və turizm şöbələrində müdirin müavini səviyyəsində turizm üzrə mütəxəssis nəzərdə tutulardı. Bu şöbədə hazırda turizm üzrə heç bir mütəxəssis yoxdur. Belə olan təqdirdə hansı peşəkarlıqdan, bu sahəyə hansı canıyanarlıqdan danışmaq olar? Məlumdur ki, Prezidentimizin sərəncamı ilə “2009 – 2015-ci illərə dair Azərbaycanda turizmin inkişafına dair” Dövlət Proqramı təsdiq edilmişdir. Artıq 2 ildən çox müddət arxada qalmışdırsa da, Şəkidə demək olar, heç bir irəliləyiş əldə olunmamışdır. Niyə? Ona görə ki, Şəki mədəniyyət və turizm şöbəsində qeyri-peşəkar kadrlar “fəaliyyət” göstərirlər. Unutmamaq lazımdır ki, Şəki turizm şəhəridir, respublikamızın məşhur turizm məkanıdır, buraya gələn turistlərin və qonaqların sayı digər məkanlardan çox fərqlənir. Ona görə də vacibdir ki, Şəkidə turizmin inkişafı istiqamətində görülən işlər sürətləndirilsin və beynəlxalq standartlar səviyyəsinə qaldırılsın. Şəkinin aidiyyəti üzrə məsul olan təşkilatları yuxarıda sadala-

WEB-STU DİY NET-CLUB A

Tel : (055) 755

5 IİYUN 09:00 Kanal S Xəbər 09:15 Klip 11:00 Düyməcik (təkrar) 11:40 Savaş bitməyib (təkrar) 12:30 Bədii film "Alov içində insan" 15:00 Sənətkar (təkrar) 15:30 NM tV (təkrar) 16:00 Klip17:00 Azərlə hər bazar 18:00 Nə bişirim? (canlı) 19:00 "Dağ siçanının macəraları" (uşaq serialı)19:30 Şərəfli ömür 20:00 Düyməcik 20:30 Bu həftə 21:30 Şou məkan 22:30 Bədii film "Meymunlar planeti"00:45 Kriminal (təkrar) 01:15 Klip

Həmtəsisçilər: 1. M . S a l i s ; 2. Aydın Məmmədov. Baş redaktor: Aydın Məmmədov.

U s ta d Xalq şairi Bəxtiyar Vahabzadənin əziz xatirəsinə Dərin təfəkkürün haqdan var olub, Yerdəki meyarlar sözə dar olub. İşıq sürətilə, səma yar olub, Yaratdın möhtəşəm məbədi, ustad.

Son illərdə Şəki şəhərimizdə inşa edilmiş yaraşıqlı tikililərdən biri: “Çələbi xan” restoranı

Mənəvi kamillik çatdı o ana, Sığmadın nə aya, ilə, zamana. Bədii idrakın yetən məkana, Dedilər sənətdə zirvədi, ustad.

Mənşəyi: Böyük Qafqaz sıradağlarının ağac və çiçəklərindən: Yaradan gülü, çiçəyi arının bəxtinə buta yazıb. Arı, gül-çiçəyə olan əbədi eşqini bal ilə ilahiləşdirib. Əhməd baba da (1826-1919) ixtiyar yaşda bu əfsanəvi gözəlliyin sehrinə düşüb. 1902-ci ildə ailə arıçılıq təsərrüfatının təməlini qoyub. Sonra oğlu, Hacırəsul babaya (18481943) bu sirri, sehri öyrədib. O da bu müqəddəs peşəni oğlu Nəzir babaya (1896-1951) öyrədib. Nəzir baba bu estafeti ulu Əhməd babanın adını daşıyan oğlu Əhmədə (1935-2002) ötürüb. Bu qeyrətli və şərəfli ənənə, Əhməd müəllimin ailəsi tərəfindən davam etdirilir.

TQDK sınaq imtahanlarının nəticələrini iyunun 2-dək açıqlayacaq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın 27 şəhərində keçirdiyi sınaq imtahanlarının nəticələrini iyunun 2-dək açıqlayacaq. Bu barədə bazar ertəsi TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Qazax, Ağstafa, Qobustan, Göygöl, Samux, Şəki, Oğuz, Kürdəmir, İmişli, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Quba, Şabran və Siyəzən şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz rayonlarında keçirilib. Sınaq imtahanlarında iştirak üçün 31842 abituriyent qeydiyyatdan keçib. Növbəti - sonuncu sınaq imtahanı iyunun 5də keçiriləcək. Hazırda həmin imtahana qeydiyyat davam edir. Trend

Ruhunla ən ali hissləri duydun, Etiraf günahı yuyur apaydın. İztirabı müdrik yoluna qoydun, Xeyirxah fikir, söz Kəbədi, ustad. Əsrlə təkbətək qalmışdın yenə, Dövrün gərdişinə gərmişdin sinə. Dirilik gəzirdin sən dönə-dönə, Ömrün poeziya, nəğmədi, ustad. Şairi ucaldıb eşq, səmimilik, Ağılı bəzəyən dərin elmilik. Şərqin müdrükliyi, Türkdə xəlqilik, Yaşayır tarixdə əbədi, ustad. Abbas ƏMBALA R.S. Təəssüf ki, büstün postamenti üzərində şairin doğum və ölüm tarixi, həmçinin abidənin arxasında isə heykəltaraşın adı göstərilmir?!

Şəhadətnamə: 176. Hesab nömrəmiz: 23433080000. “Kapitalbank”ın Şəki Filialı, kod: 200073. Müxbir hesabı: 7028010000.

dığım xüsusiyyətləri nəzərdən keçirməklə yəqin ki, bunlar barədə əməli, işgüzar tədbirlər görəcəklər. Şəhərimizə gələn qonaqlar, turistlər əsasən, sənətkarlıq nümunələri, tarixi-memarlıq abidələri ilə yaxından tanış olmaq, müfəssəl məlumatlar əldə etmək istəkləri ilə yanaşı, eləcə də axşamlar asudə vaxtlarının səmərəli keçmək üçün yer axtarışında olurlar. Bu da təbiidir. Açıq deyirəm: Şəki bu sarıdan üzüqaradır. “Mədəniyyət və istirahət parkı” adı altında şəhərimizdə guya dörd belə məkan var. Hörmətli “İpəkçi” qəzetinin ötən sayında mənim M.F.Axundov adına “Mədəniyyət və İstirahət parkı” barəsində ürəkağrıdıcı mülahizəm getmişdir. Hər halda hesab edirəm ki, bu, obyektiv, danılmaz faktlara əsaslanır və heç kim də bunu inkar edə bilməz. İzdihamlılığına görə şəkililərin ən çox ürəklərinə yatan istirahət ocağı M.Füzuli adına park idi. Bəli, keçmişdə şəhərimizin mərkəzi hissəsində belə bir park vardı – güllü-çiçəkli, təmiz, səliqəli. Buradakı min bir zəhmətlə başa gətirilən azı 500 nəfərlik oturacaq yeri olan əl oyunları stadionunda idmanın voleybol, basketbol, stolüstü tennis, güləş üzrə nəinki şəhər, habelə respublika yarışları keçirilərdi, burada hətta, mötəbər şəxslərlə vətəndaşların görüşləri təşkil olunardı. Mən hələ attraksionları demirəm. Parkdakı geniş yay salonunda müntəzəm olaraq respublikamızın məşhur elm, mədəniyyət və incəsənət xadimləri çıxış edərdilər, konsert və teatr tamaşaları verərdilər. Nakam adına kitabxananın parkda ayrıca qiraət guşəsi də yaradılmışdır... Bu sadaladıqlarım əyləncə yerlərindən indi heç nə yoxdur. Başqa sözlə, əl oyunları stadionu sökülüb, yerində özəl avtomobil dayanacağı yaradılıb, yay salonu, əsil mənada zibilxanaya çevrilib, qiraət guşəsi göyə sovrulub. Ədalət naminə qeyd edirəm ki, parkda bu yaxınlarda qismən də olsa abadlıq işləri aparılıbsa da, amma bu da qaneedici hesab oluna bilməz. Yaraşıqlı hovuz yoxa çıxıb, yenə güllüklərdən, çiçəkliklərdən əsər-əlamət yoxdur. Yaxşı əlamət olardı ki, bu parkın, deyilənlərə görə, filialı adlandırılan, mərhum şair B.Vahabzadənin büstünün qoyulması ilə əlaqədar gediş-gəliş yerləri xeyli abadlaşdırılan “Pensiyaçılar parkı” kimi tanınan xiyabana bir əl gəzdirilsin, burada da güllüklər salınsın, hovuzdakı musiqili fəvvarə yenidən işə salınsın. Bir daha xatırlatmaq istəyirəm ki, keçən əsrin 90-cı illərinin ortalarında Yeni Azərbaycan Partiyası Şəki Şəhər Təşkilatının təşəbbüsü ilə Şəki Şəhər İcra hakimiyyəti 20 Yanvar küçəsinin aşağı hissəsində, polis şöbəsi binası ilə üzbəüz mənzərəli ərazidə Heydər Əliyev adına mədəniyyət və istirahət parkının salınması barədə sərəncam vermişdir. Eşitdiyimə görə, işlərin daha tez getməsi, parkın daha mükəmməl görünüşdə olması üçün ayrıca fond da yaradılmışdır və ayrı-ayrı təşkilatla müəssisələr bu fondun hesabına xeyli miqdarda pul vəsaitləri də köçürmüşdülər. Üstəlik, təmənnasız iməciliklər də keçirilirdi. Həmin ərazidə hətta Heydər Əliyevin və İlham Əliyevin metal lövhələr üzərində iri portretləri də qoyulmuşdur. Sonralar şəhər icra başçısı olan Nazim İbrahimov təzəcə başlanılan tikililəri, basdırılan ağacları ləğv etdirdi, portretləri sökdürüldü, ərazini işbazlara verdirdi, onlarda bu yerlərdə özlərinə fərdi obyektlər tikdirdirdilər. Beləliklə də nəzərdə tutulan Heydər Əliyev parkı mərkəzi ərazidən keçirildi şəhərin ucqarına, necə deyərlər, əlçatmaz, gözgörməz yerə. Bu parkda tədbirlər təşkil ediləndə idarə, təşkilatların kollektivlərini, məktəbliləri ora aparmaq üçün xüsusi avtobusların ayrılması tələb olunur və Şəki camaatının böyük əksəriyyəti yolun uzaqlığına və nəqliyyat xərcinə görə həmin parkı ziyarət edə bilmir Bayram Mahmudov, Şəki şəhər sakini, təqaüdçü

ƏHMƏD-B35A50L

4 İYUN 09:00 Kanal S Xəbər 09:10 Gün gəlir (canlı) 10:00 Kanal S Xəbər 10:10 Gün gəlir (canlı) 11:00 Düyməcik (təkrar) 11:30 Səhhət (təkrar) 12:00 Hit-Mix 13:00 "SMSLƏ SEÇİLƏN BƏDİİ FİLM" 15:00 Kanal S Xəbər 15:15 Cizgi filmi 16:45 Unudulmayan ifalar 17:10 Hit-Mix+ (top 10) 18:00 Nə bişirim? (canlı) 19:00 "Dağ siçanının macəraları" (uşaq serialı) 19:30 Kanal S Xəbər 20:00 20:00 Düyməcik 20:40 Evin içi (canlı) 22:00 Gəzərsən görərsən 23:00 Sənətkar 23:30 Kanal S Xəbər 23:45 Bədii film "Alov içində insan" 02:15 Klip

Şəkinin səsi

VÖEN: 300021785. Çapa təqdim edildi: 31.05.2011. Sifariş: 1894. Tiraj:

500.

Ünvanımız: Az.5500. Şəki şəhəri, Z.Bünyadov, 33. E-mail: aydin.salis@gmail.com Tel.: 055 793 23 83; 012 451 20 32; 0177 423 15;

“İpəkçi” qəzetinin kompterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Qəzet 1993-cü ildə Salis və Aydın Məmmədovlar tərəfindən təsis edilmişdir

S Ə N Ə D L Ə R

İ T M İ Ş D İ R !

Əsgərov Vidadi Sədrəddinoviçə aid sənədlər ( Pasport, Diplom, İş bileti, Üzvilik bileti, və 2 ədəd bank kartı ) itmişdir. Tapanlardan xahiş olunur aşağıdakı telefon nömrələrinə məlumat versinlər: (055) 672 82 01 , (070) 603 64 09.

"İpəkçi" (№4 (2278)) və "Şəkinin səsi" (№2 (438)) qəzetləri, 31 may 2011-ci il  
"İpəkçi" (№4 (2278)) və "Şəkinin səsi" (№2 (438)) qəzetləri, 31 may 2011-ci il  

Şəkiyə və Azərbaycana dair xəbərlər.

Advertisement