Issuu on Google+

İPƏKÇİ w w w . i p e k c h i . i n f o

“...“İpəkçi”nin yaradıcı kollektivinə haqq-ədalət uğrunda mübarizə aparmaqda, bütün qüvvələri səfərbər etməkdə, hər bir oxucuda müstəqil Azərbaycanın sabahına inam yaratmaqda böyük uğurlar diləyirəm",

1933-cü ildən nəşr edilir

Heydər Əliyev.

AZƏRBAYCAN İPƏKÇİLƏRİNİN AÇIQ TRİBUNASI

№ 7 (2271)

19 iyul 2010-cu il

Qiyməti 40 qəpik

YAĞIŞDAN SONRA ÇIXAN GÖBƏLƏKLƏR, YAXUD FÖVQƏLADƏDƏ HALLAR NAZİRLİYİNİN ŞƏKİ QÜVVƏLƏRİ Başqa yerləri deyə bilmərik, amma Şəkidə baş verən fövqəladə halların 99 faizi yağışla əlaqədar olur və yağışdan sonra necə göbələklər çıxırsa, Şəkidə də eləcə, demək olar ki hər yağışdan sonra Fövqəladə Hallar Nazirliyinin Şəki təmsilçiləri çıxırlar televiziya ekranına və bəyanat verirlər ki, bəs, dəymiş ziyanı hesablamaqla məşğuluq?! Amma nəyi və niyə hesablayırlar heç kim bilmir. İnanmaq olmur ki, Daşağıl kəndində, 7 toyuğunu, 1 xoruzunu seldə, türklər demişkən, “kayb etmiş” Fatma nənəyə 7 toyuğun və 1 xoruzun pulunu ruslar demişkən, “zaplatit” edəcəklər? Elə həmişə hesablayırlar, amma hələ ki, bir adam onların 1 qəpiyini görməyib, əgər veriblərsə də maraqlıdır ki, nədənsə, indiyə qədər televiziyada elan etməyiblər?! Bir də ki, əgər, təbii fəlakət nəticəsində hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanı Fövqəladə Hallar Na-

zirliyi ödəməlidirsə, o halda, bəs sığorta şirkətləri nəyə gərəkdir?!

1988-ci ildə Ermənistanda zəlzələ olanda, ermənilər yaxşı pul qazanmışdılar Ağır texnika və xüsusi komissiya ilə zəlzələ baş vermiş əraziləri gəzirdilər. Gəlirdilər, görürdülər, Əhməd kişinin mal tövləsi bir az əyilib, çağırırdılar Əhməd kişini, əlbəttə, əgər hələ o vaxta qədər qaçmayıbdırsa, deyirdilər ki sənin bu mal damının heç 200-300 manat qiyməti yoxdur, gəl bunu uçuraq, yazaq ki, guya, burada qiyməti azı 30 min manat olan 2 mərtəbəli bir ev var imiş. Sən 30 min manata imza atacaqsan, biz isə sənə cəmi 10 min manat, özü də nağd, pul verəcəyik. Əhməd kişi də görürdü ki, sərfəli təklifdir, imza atırdı və 10 min manatı da sevinə-sevinə qoyurdu cibi-

nə, gedirdi evinə. Amma belə şeylər o vaxt yalnız Ermənistanda ola bilərdi, Azərbaycanda heç kimə 1 qəpik də verməzdilər. Məsələn, 30 il əvvəl Şəki şəhərində bir balaca sel oldu, “Əmanət kassası”nın arxasındakı 1 ev uçdu, heç nə vermədilər...

Fövqəladə hallarda Fövqəladə Hallar Nazirliyinin Şəkidəki nümayəndələri hara da olurlar? Onlar da hamı kimi qaçırlar! Yəni fövqəladə hal baş verəndə, hamı Fövqəladə Hallar Nazırliyinin adını unutmalı və hamı öz başının çarəsini özü qılmalıdır. Fövqəladə hallarda operativ hərə-kət üçün Səki şəhərində saxlanılan Fövqəladə Hallar Nazirliyi hərbi hissəsinin vəzifəsinin nədən ibarət oldu-

ğunu isə kimsə bilmir? Əgər onların vəzifəsi yağışdan sonra yolları palçıqdan təmizləməkdirsə, bu işi əslində, “komunxoz” işçiləri görməlidir. Deyilənlərə görə, bu hərbi hissə heç də Fövqəladə hallar üçün yox, əslində, pullu balalarının əsgəri xidməti üçün təşkil edilmişdir.

O vaxtlar Fövqəladə Hallar Nazirliyi yox idi, lakin fövqəladə hallarda heç kimi indiki kimi Allahın ümidinə buraxmırdılar 15 iyulda Şəkiyə bərk yağış yağdı. Qurcana çayı daşdı və Şəki şəhərində sel hadisəsi baş verdi. Burada qeyri-adi heç bir şey yoxdur. 20-30-ildən bir Qurcana çayı daşa bilər. Sonuncu dəfə Ardı 3-cü səhifədə

BU İLİN 1-Cİ YARISINDA ŞƏKİ VEB-MƏKTƏBİ DMOZ İNTERNET KATALOĞUNUN DAHA 3 XALQIN DİLİNDƏKİ – TÜRKMƏN, ÖZBƏK VƏ UYĞUR DİLLƏRİNDƏKİ, KATEQORİYALARINI YARATMIŞDIR DMOZ-un şərti adı “Salis” olan azərbaycanlı-şəkili redaktoru, bu ilin 1-ci yarısında, ilk dəfə olaraq, həmin kataloğun türkmən, özbək və uyğur dillərində yeni kateqoriyalarını yaratmaqla, özünün, Şəkinin

və Azərbaycanın adını, əbədi olaraq həmin qardaş xalqların internet tarixinə daxil etmiş oldu! Biz, “İpəkçi”nin əvvəlki saylarının birində, DMOZ, yəni Açıq Kataloq Layihəsi, haq-

qında məlumat vermişik və göstərmişik ki, bu kataloq, “Google” İnternet Kataloğunun və onlarla digər veb-kataloğun, həmçinin, “Google” axtarış sisteminin əsas bazasıdır. İndi isə qardaş türk-

mən, özbək və uyğur dillərinin bugünkü vəziyyəti və bu dillərdə internetin inkişaf səviyyəsi barədə bir neçə kəlmə qeyd etmək istəyirik. Ardı 4-cü səhifədə

“İPƏKÇİ” KEÇMİŞ SSRİ-DƏ İLK QƏZETLƏRDƏN BİRİ, AZƏRBAYCAN SSRDƏ İSƏ İLK QƏZET İDİ Kİ KOMMUNİST PAR TİYASININ ORQANI OLMAQDAN İMTİNA ETMİŞDİR! Ba x: s əh. 2

İyulun 22-si Azərbaycan milli mətbuatının yaranmasının 135-ci ildönüm günüdür!

MƏTBUAT ŞURASININ “OYUNCAQ” RƏHBƏRLİYİ ŞƏKİYƏ NİYƏ GƏLMİŞDİ?! Azərbaycan mətbuatının 135 ilik yubileyi ərəfəsində, şanlı tarixi və tarixi ənənələri olan Şəki mətbuatı özünün ən çətin, ən ağır, ən acınacaqlı dövrünü yaşamaqdadır! Hələ, Sovet hakimiyyətindən öncə mətbəəsi olan Şəki şəhərində, indi heç bir mətbəə fəaliyyət göstərmir. Sovet dövründən qalmış mətbəə binası, avadanlıqları ilə, həmin binada yerləşən “Şəki fəhləsi” və “Şəkinin səsi” qəzetlərinin redaksiya otaqları ilə birlikdə, qeyri-qanuni olaraq satılmış, 20 nəfərdən çox işçisi olan “Şəki fəhləsi” qəzetinin, redaktor istisna olmaqla, bütün əməkdaşları, həmçinin, 10 illərlə bu mətbəədə can qoymuş, saç ağartmış fəhlələr, mürəttiblər, çapçılar işdən qovulmuşlar! O adamlar işdən qovulmuşlar ki, onlar qışın soyuq şaxtasında yoldan tapdıqları bir taxta parçasını sevinclə aparırdılar evə ki, sobaya atsınlar, özləri və uşaqları, heç olmasa, yarım saat qızınsınlar, o adamları işdən qovdular ki, onlar gündüz saat 1-ə, 2yə qədər gözləyirdilər ki, elektrik verilsin, heç olmasa, yemək bişirə, çay qoya bilsinlər, çünki pulları yox idi odun almağa. Əlbəttə, söhbət indiki zamandan getmir, yaxın keçmişdən gedir, 7-8 il əvvəldən. Elə mətbəə binası da həmin dövrdə satılmışdır. Məmurları heç nə maraqlandırmırdı, onlar yalnız mətbəəni və mətbəə binasını satmaq və bunun müqabilində ciblərinə pul qoymaq barədə düşünürdülər... Regionlar üzrə ilk müstəqil qəzetin, “Şəkinin səsi”nin, redaksiyasını da satan məmurlar, bu qəzetin həmtəsisçisi və o vaxtkı baş redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti, mərhum Salis Məmmədovdan çəkinərək, ona sağlığında Şəki icra hakimiyyətinin binasında bir otaq vermişdilər, dünyasını dəyişən kimi, həmin otağı və otaqdakı avadanlıqları da qəsb etdilər! Nəinki Azərbaycanda, hətta, bəlkə də bütün post-Sovet məkanında nəşri davam edən yeganə fəhlə qəzetinin – “İpəkçi” qəzetinin, redaksiya otağı da, üstəlik, bütün avadanlıqları da yerli hakimiyyət tərəfindən “müsadirə” edilmişdir! Vaxtilə, Açıq məktublarla Şəki şəhərində neçə -neçə beşmərtəbəli binanın tikilməsinə nail olan və bunun müqabilində yüzlərlə ailənin evlə təmin edilməsinin əsas səbəbkarı hesab edilən “İpəkçi” qəzeti, indi redaksiya otağı olmadan fəaliyyət göstərməkdədir! Özü qəzet nəşr edə və qəzet redaksiyası saxlaya bilməyən Şəki icra hakimiyyəti, ənənəvi qaydada, digər Şəki qəzetlərinə qısqanclıq hissi ilə yanaşmaqdadır. Eqoistliyin səviyyəsi o həddə çatmışdır ki, biz nəinki digər rəsmi tədbirlərə dəvət edilmirik, hətta, “Azərbaycan Milli Mətbuatının 135 illik yubileyinin keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən iyulun 10-da Şəki şəhərində təşkil edilmiş konfrans, həmin sərəncamdakı müddəalara zidd olaraq “tam məxfi” şəraitdə, yəni bizim iştirakımız olmadan keçirilmişdir! Əgər, məqsəd bizi Prezidentə, dövlətçiliyə qarşı qaldırmaqdırsa, qoy heç özlərinə əziyyət verməsinlər, bilsinlər ki, biz necə ki heç vaxt bu yolu seçməmişik, bundan sonra da heç vaxt o yolla getməyəcəyik, amma, necə ki həmişə haqq-ədalət uğrunda mübarizə aparmışıq, bundan sonra da mübarizə aparacağıq, əvvəlkindən daha kəskin və daha effektli! Mətbuat Şurasından isə bizə bildirdilər ki, “bizim məqsədimiz Şəkidə keçirilən tədbirdə iştirak etmək idi, biz heç kimi tədbirə dəvət etməmişik, sizi Şəki icra hakimiyyəti dəvət etməli idi”. Bizim, “siz axı Prezidentin müvafiq sərəncamı ilə Şəkiyə gəlmişdiniz və Şəkidə tədbirin keçirilməsi Şəki icra hakimiyyətinə yox, sizə tapşırılmışdır, mahiyyət də bundən ibarət idi ki, siz “Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim” edəsiniz, əgər konfransda, Şəkinin aparıcı qəzetinin redaktoru iştirak etməyibsə, nəyin əsasında təkliflər hazırlamısınız?”, sualımıza cavab olaraq isə Mətbuat Şurasının oyuncaq bir qurum olduğunu bildirdilər. Biz isə hesab edirik ki, oyuncaq heç də Mətbuat Şurası yox, əslində şuranı oyuncaq quruma çevirən “oyuncaq” rəhbərliyidir! Aydın Məmmədov, “İpəkçi” qəzetinin redaktoru, “Şəkinin səsi” qəzetinin həmtəsisçisi və baş redaktoru.

“ŞƏKİ-İPƏK” ASC-NİN BOYAQ-BƏZƏK İSTEHSALATI NƏZDİNDƏ FƏALİYYƏT GÖSTƏRƏN TİKİŞ SEXİNDƏ HAZIRLANMIŞ

1OOO DƏST MƏKTƏBLİ FORMASI ANBARDA YIĞILIB QALMIŞDIR... 2 ildir ki “Şəki-İpək” ASC-nin Boyaq-Bəzək istehsalatında iş ahəngi bərpa olunub, amma qismən, istehsalat tam gücü ilə işləmir. Bu ildən etibarən, daha əvvəllər istehsalatın 3 mərtəbəli nəhəng binasının 2-ci və 3-cü mərtəbələrdə yerləşmiş dəzgahlar da 1-ci mərtəbəyə köçürülmüş və istehsal prosesi yalnız 1-ci mərtəbəni əhatə etməyə başlamışdır. “2-ci və 3-cü mərtəbələrdən qurtarmışıq”, – istehsalatın meneceri Mirzəli Məmmədov belə dedi və əlavə etdi ki, “əvvəllər gülvuran dəzgahlar 3-cü mərtəbədə, parça qurudan dəzgahlar isə 2-ci mərtəbədə idi, bu hazırkı şəraitdə bizim üçün əlavə xərc və istehsal prosesinin uzanması deməkdir, yəni yuxarı mərtəbələrə su vermək, par vermək, parçanı liflə qaldırmaq və bunun üçün əlavə işçi saxlamaq və s. Ona görə, istehsalın maya dəyərini aşağı salmaq məqsədi ilə biz lazım olan bütün

dəzgahları 1-ci mərtəbəyə köçürdük. İndi 1-ci mərtəbədə həm parçanı boyayırıq, həm gülləyirik və həm də quruduruq. Hətta bu yaxınlarda şablon hazırlamaq üçün lazer aparatı da alınıb, o da 1-ci mərtəbədə quraşdırılmışdır”. Mirzəli Məmmədov həm də bildirdi ki, “istehsalatda 3-ü texniki işçi olmaqla, cəmi 25 nəfər işləyir, daha əvvəllər, Toxucu istehsalatında toxunan parçalar Mərkəzi anbara verilirdi və oradan da xam parça kimi satılırdı. İndi isə Boyaq-bəzək istehsalatının fəaliyyəti qismən bərpa edildiyinə görə, Mərkəzi anbardakı xam parça bura gətirilir, müştərilərin sifarişinə uyğun olaraq boyanır, yaxud güllənir”. Menecer şikayətlənir ki “əvvəllər SSRİ dövründə, Moskvada yarmarkalar keçirilirdi, bizim istehsalat isə azı 6 ay həmin yarmarkaya hazırlaşırdı, sonra müxtəlif çeşidli məhsullar ilə yarmarkada

Şəkildə: Etibar İsrafilov, boyaq hazırlayan.

iştirak edirdi, oraya SSRİ-nin hər yerindən alıcı təşkilatların, tikiş fabriklərinin nümayəndələri gəlirdilər, sonra bizimlə müqavilə bağlayırdılar ki, filan çeşidli maldan bizə filan qədər göndərin. İndi biz özbaşına heç nə hazırlamırıq, müştəri bizə sifariş verir ki mənim üçün filan rəsmli, filan boyalı parça istehsal et və əvvəl nümunə üçün hazırla görüm necə hazırlayırsan, sonra baxarıq. Bu yaxınlarda Moskvadan belə bir sifariş aldıq və nümunə hazırlayıb özlərinə göndərdik, bəzi nöqsanları qeyd elədilər, bizə qaytardılar ki onların sifarişlərini yenidən işləyək və biz də bu dəfə tam onlar deyən kimi etdik nümunə göndərdik, bəyəndilər. İndi gözləyirik ki, nə qədər sifariş verəcəklər biz də istehsal edək”. Biz istehsalatın sexlərində gəzərkən, yalnız maxer tipli parçaların boyanma prosesini seyr edə bildik. Öyrəndik ki, bu parçalar boyandıqdan sonra, istehsalat nəzdində fəaliyyət göstərən tikiş sexinə göndərilir və orada onlar doğranır, yanları tikilərək dəsmal halına salınır sonra isə qablaşdırılir.

Bu sexdə həm də müxtəlif çeşidli paltarlar, o cümlədən məktəbli kostyumları da istehsal olunub. Lakin Mirzəli Məmmədov şikayətləndi ki, “bizim istehsal etdiyimiz 1000 dəst məktəbli forması anbarda yığılıb qalıb, camaat gedib bazardan Türkiyə-Çin istehsalı olan keyfiyyətsiz məhsulları alırlar biz isə öz malımızı sata bilmirik ki, bu istiqamətdə istehsalı davam etdirək, halbuki, bizim hazırladığımız kostyumlar daha keyfiyyətli və qiymətlərinə görə alıcı Şəkildə: “Şəki İpək” ASC Boyaq-Bəzək İstesalatının meneceri üçün daha sərfəlidir, cəmi Mirzəli Məmmədov. 24-28 manat! Təhsil Nazirliyi və Şəki Təhsil şöbəsi isə nədənsə, bizimlə alış-veriş etməyə meyilli deyil...

Şəkildə: “Şəki İpək” ASC Boyaq-Bəzək İstesalatının Tikiş sexində qablaşdırılmış məhsil bağlamaları (dəsmallar) satışa hazır vəziyyətdə.

Şəkildə: Boya-Bəzək İstesalatının Tikiş sexində hazırlanmış qadın paltarı

www.ipekchi.info


2

Azəbaycan mətbuatı -135

19 iyul 2010-cu il

İPƏKÇİ

AZƏRBAYCAN MİLLİ MƏTBUATININ 135 İLLİK YUBİLEYİNİN KEÇİRİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN

SƏRƏNCAMI 2010-cu ildə zəngin tarixi ənənələrə malik Azərbaycan milli mətbuatının 135 ili tamam olur. 1875-ci il iyulun 22-də görkəmli maarifçi və publisist Həsən bəy Zərdabi tərəfindən nəşr olunmağa başlayan “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün qabaqcıl ideyalarını və mütərəqqi fikirlərini əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır. Mürəkkəb, lakin şərəfli inkişaf yolu keçmiş milli mətbuatımız həmişə xalqımızın şanlı tarixinin güzgüsü olmuşdur. XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində “Əkinçi” ənənələrini davam etdirən “Ziya”, “Kəşkül”, “Şərqi-rus”, “Həyat”, “İrşad”, “Molla Nəsrəddin” və digər nəşrlər insanları yüksək ideallar uğrunda mübarizəyə səsləmiş, milli oyanış və özünüdərk prosesinin aparıcı nümunələri kimi tanınaraq şöhrət qazanmışlar. Azərbaycan mətbuatı xalqımızın azadlıq arzularının gerçəkləşməsinə, mənəvi dəyərlərinin

qorunmasına, mədəniyyətinin tərəqqisinə, qabaqcıl ictimai fikrin, milli şüurun formalaşmasına böyük töhfələr vermişdir. XX əsrin sonlarında müstəqillik qazandıqdan sonra demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu özünün inkişaf modeli kimi qəbul edən Azərbaycan Respublikasında söz və məlumat azadlığının təmin edilməsi, kütləvi informasiya vasitələrinin sərbəst fəaliyyətinə zəruri şərait yaradılması prioritet vəzifə kimi müəyyənləşdirilmişdir. Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılmış, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılmışdır. Heydər Əliyevin fərman və sərəncamları ilə mətbuatın maddi-texniki bazasının, iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin azad fəaliyyəti üçün əlverişli şəraitin təmin edilməsi məqsədilə çoxsaylı tədbirlər həyata keçirilmiş, mətbuatdövlət münasibətlərində mütərəqqi ənənələrin əsası

qoyulmuşdur. Hazırda Azərbaycanda yüzlərlə mətbuat orqanı, informasiya agentliyi, teleradio şirkətləri, sürətlə inkişaf edən internet resursları vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilərək cəmiyyətimizin informasiyaya olan ehtiyacının ödənilməsində əhəmiyyətli rol oynayırlar. Ölkəmizin sürətlə inkişaf etdiyi, demokratikləşmə prosesinin dərinləşdiyi, cəmiyyət həyatının bütün sahələrinin yeniləşdiyi müasir dövrdə kütləvi informasiya vasitələrinin, o cümlədən milli mətbuatımızın qarşısında yeni vəzifələr durur. Bu gün Azərbaycan mətbuatı müasir informasiya cəmiyyəti quruculuğunda, sosial ədalət və şəffaflığın təmin edilməsində, milli həmrəyliyin və tolerantlığın möhkəmləndirilməsində, demokratik özünüdərkin, siyasi mədəniyyətin inkişafında, milli-mənəvi və ümumbəşəri dəyərlərin qorunub saxlanması və təbliğində mühüm rol oynamalı, tədris və maarifləndirmə sahəsində fəaliyyətini gücləndirməlidir. Azərbaycan jurnalistikası peşəkarlıq, obyektivlik, qərəzsizlik, yüksək milli şüur və vətənpərvərlik prinsiplərinə dönmədən

əməl etməli, söz və məlumat azadlığından suiistifadənin qarşısı qətiyyətlə alınmalıdır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da mətbuat qarşıda duran vəzifələri yeni informasiya resurslarının ardıcıl inkişafı ilə şərtlənən mürəkkəb rəqabət mühitində yerinə yetirir. Azərbaycan dövlətinin artan imkanları milli mətbuatımızın inkişafı yolunda çətinliklərin aradan qaldırılması, onun aktual problemlərinin həlli məqsədilə kompleks tədbirlərin həyata keçirilməsinə şərait yaratmışdır. Bu gün mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi, müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin stimullaşdırılması, dövlət orqanları ilə mətbuat arasında səmərəli əməkdaşlığın inkişafı, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artmasına daha münbit şəraitin yaradılması, onların sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan dövləti və cəmiyyətinin qarşısında duran mühüm vəzifələrdir. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında, demokratikləşmə və müasir vətəndaş cəmiyyəti quruculuğunda milli mətbuatın

rolunu nəzərə alaraq qərara alıram: 1. Azərbaycan milli mətbuatının 135 illik yubileyi ölkəmizdə geniş qeyd olunsun. 2. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına tapşırılsın: 2.1. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Mətbuat Şurası ilə birlikdə Bakı şəhərində və respublikanın bölgələrində yubiley tədbirlərinin keçirilməsini təmin etsin; 2.2. Bir ay müddətində jurnalist təşkilatlarının və redaksiyaların təklifləri əsasında Azərbaycan milli mətbuatının inkişafında xüsusi xidmətləri olan jurnalistlərin mükafatlandırılması haqqında təklifləri Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti akı şəhəri, 10 iyun 2010-cu il.

“İPƏKÇİ” KEÇMİŞ SSRİ-DƏ İLK QƏZETLƏRDƏN BİRİ, AZƏRBAYCAN SSR-DƏ İSƏ İLK QƏZET İDİ Kİ KOMMUNİST PARTİYASININ ORQANI OLMAQDAN İMTİNA ETMİŞDİR! “İpəkçi” qəzetinin 20 il əvvəlki – 12 dekabr 1990-cı il tarixli, 33-34 (19671968) saylı nəşrində, V.İ. Lenin tərəfindən deyilmiş və Sovet mətbuatının atributu olan “Bütün ölkələrin proletarları birləşin!” şüarı qəzetin başlığı üzərindən götürülmüş, daha əvvəl “Azərbaycan Kommunist partiyası V.İ. Lenin adına Şəki İstehsal İpək Birliyi Komitəsinin, Birlik Həmkarlar İttifaqı, Komsomol Komitələrinin və baş direktorluğun orqanı” olan bu qəzet, bu dəfə “Şəki ipəkçilərinin açıq tribunası” elan edilmişdir. Bu, həmin vaxta qədər, Azərbaycan Sovet mətbuatında analoqu olmayan, keçmiş SSRİ-də isə təktük hallarda təsadüf edilən bir hadisə idi. Qəzetin həmin sayında, “Oxucularımıza” sərlövhəli baş məqalədə isə redaktor, mərhum Salis Məmmədov böyük qətiyyət, cəsarət və uzaqgörənliklə atılmış bu addım barədə daha təfsilatı ilə bəyanat verir. Məqalənin Azərbaycan Mətbuatının 135-ci yubiley günü ərəfəsində aktuallığını və xüsusi əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq, onu təkrarən dərc etməyi məqsədəmüvafiq hesab etdik:

OX U C UL A R I MI Z A 60 ilə yaxındır ki, “İpəkçi” qəzeti sizinlə dostluq, ünsiyyət edir, ən fərəhli, ən çətin anlarda sizə üz tutur və sizinlə məsləhətləşir. “İpəkçi” sizinlə birgə boya-başa çatmış, yaşa dolmuş, Şəki ipək sənayesinin, Şəki fəhlələrinin mübarizələrlə, qələbələrlə, məhrumiyyətlərlə dolu salnaməsini yaratmışdır. Zaqafqaziyanın ən böyük sənaye nəhəngi hesab edilən, çox zəngin, şərəfli keçmişi olan İstehsal İpək Birliyinin 8 min nəfərlik kollektivi son illərin çətin sınaqlarından da alnıaçıq çıxmış, öz doğma müəssisələrini yeni qaydalarla idarə edərək qabaqcıl, öndə gedən kollektiv kimi tanınmışdır. İndi fəhlələ-

rimiz, mühəndis-texniki işçilərimiz həyata daha ayıq nəzərlə baxır, yeri gələndə öz müəssisələrinin, şəhərlərinin, respublikalarının qeyrətli təəssübkeşləri kimi çıxış edirlər. Bu gündən etibarən “İpəkçi” qəzeti Şəki ipəkçilərinin açıq tribunası kimi nəşrini davam etdirməyə başlayır. Bu isə o deməkdir ki qəzetimiz Azərbaycan ipəkçilərinin, Şəki fəhlələrinin sağlam ideyalarına, arzu və istəklərinə, onların mənəvi dünyasına daha yaxından bələdçilik edəcək, ipəkçilərin, böyük bir kollektivin əmək, siyasi, sosial-iqtisadi həyatını yeni məzmunda işıqlandıracaq, fəhlə sözünə, fəhlə istəyinə öz münasibətini daha açıq bildirəcəkdir. “İpəkçi” qəzeti bu gün fəxr edə bilər

ki, o, 60 ilə yaxın fəaliyyəti dövründə həmişə şəkililərin, Şəki ipəkçilərinin, fəhlələrin mənafeyini müdafiə etmiş, onları düşündürən siyasi, sosial-iqtisadi məsələlərə toxunmuş, bu zaman sözün əsl mənasında Şəki fəhlələrinin açıq tribunasına çevrilmişdir. Və bu gün inamla deyə bilərik ki, təkcə Şəki fəhlələri yox, bütün şəkililər yenidənqurmanın, aşkarlığın təmiz, sərt, eyni zamanda çoxlarının xoşuna gəlməyən ab-havasını “İpəkçi” qəzetinin səhifələrində hiss etmişlər. Qəzet özünün son 57 ildəki amalına sadiq qalaraq yenidənqurmanın, aşkarlığın əleyhdarlarını, üzdə özlərini xalq mənafeyinin, yenidənqurmanın fəal müdafiəçiləri kimi göstərən, əslində isə həyata şəxsi arzularının pəncərəsindən baxanları, xalqı düz yolundan azdıranları özünün ən kəsərli, qılıncdan da iti söz silahı ilə, necə deyərlər, “məhşər ayağına” çəkmiş, belələrinin əsl antipod olduğunu, qanlarındakı ekstremist əhval-ruhiyyəni açıb göstərmişdir. “İpəkçi” oxucularını bir daha əmin edir: o yerdə ki kollektivin – fəhlə mə-

nafeyinin, ipəkçi haqqının, hüququnun, daha dəqiq desək, böyük hərflərlə yazılan insanın mənafeyinə qəsddən, təcavüzdən söhbət gedir, “İpəkçi” həmişəki kimi öz mübariz səsini ucaldacaq, haqqın, ədalətin keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqdır. Uzun illər, elə yarandığı dövrdən “İpəkçi” qəzeti də təmsil etdiyi müəssisə partiya, həmkarlar ittifaqı və komsomol komitələrinin orqanı kimi nəşr edilmişdir. Bütün bu uzun müddət ərzində “İpəkçi”, onun fəhlə müxbirləri öz üzərilərində həm də şəhər partiya komitəsinin – etiraf edək ki, çox vaxt azad düşüncəni, azad fikri buxovlayan təsirini, hegemonluğunu hiss etmişlər. Aydın məsələdir ki fəhlə qəzeti durğunluq illərində də, ondan əvvəlki vaxtlarda da orqanı olduğu təşkilatların xəttini yeritsə də, heç vaxt həqiqət yolundan dönməmiş, həmişə neqativ hallara qarşı mübarizə aparmışdır. Heç bir yad təsir, inzibati amirlik cəhdləri onun iradəsini qıra bilməmiş, o, sağlam fəhlə əqidəsinin müdafiəçisi olmuşdur. Və bu gün onu da etiraf etməliyik ki,

“İpəkçi” ən çətin anlarda, bürokratlarla, onu nüfuzdan salmağa çalışan “qara” qüvvələrlə üzləşərkən, heç də həmişə şəhər partiya komitəsindən, eləcə də birliyin ictimai təşkilatlarından arzu etdiyi köməyi, mənəvi yardımı ala bilməmişdir. Eşq olsun şəkililərə, Şəki ipəkçilərinə, qeyrətli oğul-və qızlarımıza ki, onlar “İpəkçi”ni çətin anlarda darda qoymamış, onun əlindən tutmuş, qəzetin – haqqın, ədalətin tərəfinə keçmişlər. Biz qəzetimizi Şəki ipəkçilərinin açıq tribunasına çevirərkən, yenə də halallıqla dolanan qeyrətli fəhlə-ipəkçi oxucularımıza, bütün şəkililərə üz tutur, onları bizimlə həmrəy olmağa, tribunamızda öz sözlərini heç kəsdən qorxmadan, çəkinmədən açıq deməyə ça-ğırırıq. Əziz oxucular, bizim sizinlə dostluq etməyimizə – çətin şəraitdə ümumi işimizə kömək edən təkliflərinizə, arzu və istəklərinizə, mübariz fəhlə, ipəkçi sözünə ehtiyacımız vardır. Qəzetimizin səhifələri üzünüzə açıqdır. Bu tribunaya qəlbi Vətən qeyrətli, torpaq sevgisi, xalq məhəbbəti ilə dolu olan hər kəs çıxıb, xalqla üz-gözə, göz-gözə dayanıb, kimsədən çəkinmədən öz sözünü – düzü-düz, əyrini-əyri deyə bilər. Bu gün Şəki ipəkçilərinin açıq tribunası kimi nəşrini böyük həvəslə, inamla davam etdirən qəzetin Sizin – elə hamının yanında başı uca, üzü ağdır. Təkcə elə bu bir ilin səhifələrini çevirsəniz, siz “İpəkçi”nin necə böyük çətinliklərlə üzləşdiyinin, xalqın, fəhlələrin, ürəyindən olan mövzulara, problemlərə necə cəsarətlə toxunduğunun bir daha şahidi olacaqsınız. “İpəkçi” heç bir şəxsi mənafe güdmədən öz vəzifələrini yerinə yetirərkən, Şəki Şəhər partiya Komitəsinin sabiq birinci katibi

İyulun 1-i, “İpəkçi” qəzetini 44 il redaktə etmiş mərhum Salis Məmmədovun doğum günü idi, həyatda olsa idi, bu il onun 78 yaşı tamam olacaqdı Salis Məmmədsani oğlu Məmmədov 1932-ci il iyul ayının 1-də Nuxa şəhərində anadan olmuşdur. 15 yaşında, 06.02.1948-ci il tarixdə, Nuxa radio məlumatları redaksiyasında məlumatçı kimi əmək fəaliyyətinə başlamış və 23.12.1951-ci il tarixə qədər, Nuxa radio verilişləri redaksiyası ləğv edilənədək, orada işləmişdir. 25.07.1952-ci il tarixdən "Nuxa fəhləsi" qəzeti redaksiyasında, 01.04.1962-ci il tarixdən isə Nuxa rayonlararası "Lenin bayrağı" qəzetində ədəbi işçi olmuşdur. 1959-cu ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində qiyabi təhsil almağa başlamış və 1965-ci ildə bu təhsil ocağının diplomuna yiyələnmişdir. (Yeri gəlmişkən, tələbəlik illərində o, Bəxtiyar Vahabzadənin "Gülüstan" poemasını "Nuxa fəhləsi" qəzetində nəşr etdirməklə, həmin dövr üçün kifayət qədər böyük və indi də xatırlanan bir qalmaqal yaratdı, baxmayaraq ki bu məsələdə onun adı indiyədək heç vaxt hallanmayıb. Salis Məmmədov özü bu baradə belə deyirdi: "Jurnalistika fakültəsində qiyabi təhsil alarkən, Bakıda Bəxtiyar Vahabzadə ilə tez-tez görüşürdüm. Bir dəfə o, mənə "Gülüstan" poemasının əlyazmasını verdi. Mən də Şəkiyə qayıdanda onu redaktor Məhyəddin Abbasova təqdim etdim və poema nəşr olundu. Növbəti dəfə Bakıya gedəndə özümlə "Gülüstan" poeması nəşr olunmuş xeyli "Nuxa fəhləsi" qəzeti apardım və onları yaymağa başladım. Sonra Bəxtıyar müəllim məndən xahiş etdi ki, həmin nömrəni yaymağı dayandırım, belə ki buna görə onu incidirdilər. Amma daha gec idi..."). 03.04.1965-ci il tarixdə Salis Məmmədov Nuxa şəhər partiya Komitəsi bürosunun qərarı ilə Nuxa İpək Kombinatında çıxan "İpəkçi" qəzetinə

redaktor təyin edilir. 12.12.1990-cı il taixdə özbaşına olaraq, bu qəzetin ənənəvi təsisçilərindən və Azərbaycan SSR-də ilk dəfə Sovet mətbuatı üçün ənənəvi "Bütün ölkələrin proleterları birləşin!" şüarından imtina edən Salis Məmmədov, onu "Şəki İpəkçilərinin Açıq Tribunası" elan edir. O, vəfatına qədər - 29.01.2009-cu il tarixədək, düz 44 il həmin qəzetin redaktoru oldu. Ötən əsrin 90-cı illərinə qədər həm də Azərbaycan Jurnalistlər İttifaqının orqanı - "Müxbir" bülleteni, redaksiya heyətinin üzvü olan Salis Məmmədov, 1991-ci ilin 23 oktyabrında Azərbaycan Respublikasının Əməkdar Jurnalisti fəxri adına da layiq görülmüşdür. 1993-cü ildə isə oğlu Aydın Məmmədovla birlikdə, regionlar üzrə ilk müstəqil qəzeti -"Şəkinin səsi"ni, təsis etmiş və vəfatına qədər bu qəzetin baş redaktoru olmuşdur. Sovetlər dövründə “Lenin Yubiley” medalı, “Şərəf Nişanı” ordeni, Azərbaycan Jurnalistlər İttifaqının “Qızıl Qələm” mükafatı, müstəqillik illərində, 2005-ci ildə, “Tərəqqi” medalı ilə təltif edilmişdir. 1993 və 1994-cü illərdə, onun redaktor olduğu "İpəkçi" qəzetinin 60 illik yubileyi münasibəti ilə mərhum sabiq prezident Heydər Əliyev, şəxsən, qəzetə təbrik məktubu və təbrik teleqramı göndərmişdir. "İpəkçi" qəzeti hələ Sovet dövründə Respublika və İttifaq miqyasında kifayət qədər ad-san qazanmışdır. Qəzetin qaldırdığı məsələlər həm Respublika və həm də İttifaq nazirliklərində müzakirə edilir, hər dəfə də müsbət həll olunurdu. Bəzən isə, hansısa bir tənqidi yazıya görəsə "İpəkçi" ni gecə saatlarında, xəlvəti çap etdirmək lazım gəlirdi... Həyatının son illərində keçirdiyi ağır xəstəlik,

Salis Məmmədovun ictimai-siyasi həyatda iştirakını və jurnalistlik fəaliyyətini heç də zəiflətmədi. Təsəvvür edin, ömrünün yalnız son günlərində, 2008-ci ilin yalnız dekabr ayında, "Şəkinin səsi"nin 4 təşəbbüsü ən yüksək qanunverici orqanlarda müzakirə olunmuşdur! "Şəkinin səsi" Azərbaycanlıların indiki Ermənistan ərazisindən son deportasiyasının 20-ci ildönümü münasibəti ilə Azərbaycan hökumətini bu dəhşətli cinayəti, qətliamı, düz 20 il ört-basdır etməkdə ittiham edir, 20 ildən sonra, guya, 3 ay ərzində deportasiya barədə məhkəmə iddiası qaldıracaq komissiyanı isə böyük uzaqgörənliklə “yalançı” hesab edir və əvəzində, oz oxucularına vəd verirdi ki "sağlıq olsun, 3 ay sonra Azərbaycan xalqı adından onlar yox, məhz, elə biz özümüz bu iddianı Haaqa Məhkəməsinə təqdim edəcəyik!" İctimai yerlərdə siqaret çəkməyin qadağan edilməsini də ilk olaraq tələb edən "Şəkinin səsi" idi. Azərbaycan ziyalılarının yerli telekanalarlara yox, FM tezliyində yayımlanan xarici radiolara qulaq asmasını da ilk olaraq deyən, məhz, "Şəkinin səsi" olmuşdur. Amma "Şəkinin səsi" xarici radioların FM tezliyindən çıxarılmasını yox, sadəcə, yerli televiziya verilişlərinin keyfiyyətinin yaxşılaşdırılmasını istəmişdi. Eləcə də, bu gün prezidentlik limitinin ləğv edilməsini də birbaşa, “Şəkinin səsi”nin adı ilə bağlamaq mümkündür. Belə ki son prezident seçkilərindən, cəmi, 2 həftə sonra, məhz, “Şəkinin səsi” qəzetinin veb səhifələrində prezidentlik limitinin ləğv edilməsi üzrə kompaniyaya start verilmişdir! İlham Əliyevə prezident seçilməsi münasibəti ilə göndərdiyi təbrik məktubunun prezidentin rəsmi internet saytında dərc edilməməsinə görə isə

Salis Məmmədov prezidentə ikinci bir Açıq məktub da yollamağa məcbur olmuş və son məktubunda da prezidentə sədaqətini bir daha nümayiş etdirmişdir: “...Niyə bu mövzu üçün 2ci, 3-cü kateqoriyalı hesab edilməli olan adamların – məsələn, hansısa, əməkdar artistin nəvəsinin, nəticəsinin təbriki o saytda dərc olunur mənimki yox?! Mənim nə dövlət, nə hökumət, nə xalq, nə Vətən və nə də Sizin qarşınızda heç bir qəbahətli işim yoxdur. Ömrümü alnıaçıq, şərəflə yaşamışam. Hesab edirəm ki, bu hal, Prezident aparatının işçilərinin (Əli Həsənovu nəzərdə tuturdu, - A.Məmm.) mənə qarşı növbəti qərəzkarlığıdır, onlar bir çox jurnalistlərin necə Sizin əleyhinizə çıxış etməsinə nail olublarsa, məni də eləcə, Sizin əleyhinizə qaldırmağa, Sizə olan inamımın itməsinə çalışırlar. Amma mən heç vaxt Prezidentə qarşı çıxmamışam və bundan sonra da çıxmayacağam. Amma həmişə haqq uğrunda mübarizə aparmışam və yenə də aparacağam, əvvəlkindən daha kəskin, daha effektli”. 26 Bakı Komissarının, o cümlədən, S.Şaumyanın qəbrinin Bakının mərkəzindən götürülməsi, M.Rəsulzadə, F.X.Xoyski və Azərbaycan Demokratik Respublikasının digər liderlərinin qəbirlərinin Vətənə köçürülməsi "Şəkinin səsi"nin ən çox toxunduğu mövzu idi ki, bunlardan birincisi yalnız Salis Məmmədovun ölümü ərəfəsində reallaşdı. Salis Məmmədov 2009-cu il yanvar ayının 29-da, uzun sürən xəstəlikdən sonra vəfat etdi və yanvarın 30-da, nakam vəfat etmiş qardaşı Xamisin qəbrinin yanında, ata-anasının qəbirlərinin arxasında torpağa tapşırıldı. Allah onlara rəhmət eləsin.

“İpəkçi” qəzetinin sabiq redaktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti mərhum Salis Məmmədov, o, düz 44 il bu qəzetin redaktoru olmuuşdur

Azər Mustafazadənin, respublika prokuroru İlyas İsmayılovun, həmçinin şəhər partiya komitəsinin indiki birinci katibi Mürvət Əliyevin, habelə, Azərbaycan KP MK-nın keçmiş rəhbərliyinin xalqa, kommunistlərə zidd, demokratiya ilə bir araya sığmayan mövqelərini tənqid etmiş, rayonun hüquq işçilərini ancaq haqqın. ədalətin keşiyində dayanmağa çağırmışdır. Bu yenilməz xətti gələcəkdə daha qətiyyətlə davam etdirəcəyik. Gələn ildən “İpəkçi”nin auditoriyası daha da geniş olacaqdır. Hazırda İstehsal İpək Birliyinin xalqın yanar ürəyi olan dağlıq Qarabağda – Xocalıda, Ağdaşda və Qaxda filialları fəaliyyət göstərir. “İpəkçi”nin oxucuları heç şübhəsiz respublikamızın ən qaynar nöqtələrindən səsimizə səs verəcək, üzlərini daha qətiyyətlə bizim tribunamıza doğru çevirəcəklər. “İpəkçi” 12 dekabr 1990-cı il

Milli mətbuatın 135 illiyi münasibətilə iyulun 22-də "Gülüstan" sarayında böyük bir tədbir keçiriləcəkdir Tədbirdə, Prezident İlham Əliyev cənablarının da şəxsən iştirak edəcəyi gözlənilir. Sonuncu dəfə belə bir tədbir düz 5 il əvəl, 2003-cü ildə, Azərbaycan mətbuatının 130 illik yubileyində təşkil edilmişdi. O vaxt da “Gülüstan” sarayında keçirilən tədbirdə Prezident İlham Əliyev cənabları iştirak etmişdir. Yeri gəlmişkən, əlavə edək ki, həmin təbirə biz – “Şəkinin səsi” və “İpəkçi” qəzetlərinin redaktorları Salis və Aydın Məmmədovlar da dəvət edilmişdik və o vaxt, mərhum Salıs Məmmədov “Tərəqqi” medalı ilə təltif olunmuşdur. R.S. Salis Məmmədovun vəfatından sonra maliyyə çətinlikləri ilə bağlı olaraq Azərbaycanın bütün regionları üzrə ilk müstəqil qəzet – “Şəkinin səsi” cəmi 1 dəfə nəşr olunmuşdur. Əgər, maliyə dəstəyi olarsa, tezliklə, bu qəzetin nəşri bərpa edilə bilər.


İPƏKÇİ

3

19 iyul 2010-cu il

Fətəli xan Xoyskinin bacısının qəbrini yer üzündən silməyə cəhd etməsi, Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinə uğursuzluq gətirdi! Ötən sayımızda məlumat verdik ki, Şəki “Xan qəbristanlığı”nda, Fətəli xan Xoyskinin bacısının qəbri üzərindəki sağlam başdaşı Şəki Mədəniyyət və Turizm şöbəsi tərəfindən götürülmüşdür. Bu hadisəni, qəbri və Fətəi xan Xoyski ilə bağlı Şəki şəhərindəki bütün izləri qəsdən itirməyə cəhd kimi qiymətləndirərək tələb etdik ki, başdaşı təcili olaraq öz yerinə qaytarılmalıdır! Lakın Şəki Mədəniyyət şöbəsi bizim tələbimizi yerinə yetirmədi, guya ki başdaşını təkrarın öz yerində dikəltmək üçün yarım vedrə “sement” deyilən bir şey lazımdır və bu “sement” deyilən, adını eşitdiyimiz, üzünü isə görmədiyimiz şeyin yarım vedrəsi o qədər baha imiş ki, Şəki Mədəniyyət və Turizm şöbəsi onu əldə etmək iqtidarında deyil?! Bu arada Şəki şəhər Mədəniyyət və Turizm şöbəsi Azərbaycan Respublikasının Hesablama Palatası tərəfindən təftişə məruz qaldı. Nəticədə, şöbənin məsul vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə halla-

rına yol verilməsi, rəsmi sənədlərə saxta məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi və sair ciddi nöqsan və çatışmazlıqlara yol verilməklə kassadan nağd pul vəsaitlərin əsassız olaraq silinməsi faktları aşkar edildi və şəhər mədəniyyət və turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi açıldı. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, “araşdırma zamanı ödəniş cədvəllərində yekun məbləğin artırılması, əmək haqqı cədvəllərində işçilərə əsassız olaraq artıq hesablanmış vəsait hesabına yaranmış vəsaitin bir hissəsinin şöbənin işçilərinin, eləcə də kənar şəxslərin adlarına açılmış əmanət hesablarına, digər hissəsinin isə şöbənin strukturlarında işləməyən kənar şəxslərin və şöbənin müxtəlif strukturunda çalışan işçilərin adına saxta açılmış bankomat kartlarına ödənilməklə 1 milyon 394 min 75 manat məbləğində pul vəsaitinin hesabdan çıxa-

rılması, müavinət alanların ödəniş cədvəllərində sayı artırılmaqla 80 min 661 manat vəsaitin əsassız olaraq kassadan silinməsi və xüsusi vəsait üzrə yığılan 7 min 103 manat məbləğində nağd pulun kassaya mədaxil olunmaması (ümumilikdə 1 milyon 481 min 840 manat) aşkar edilmişdir. Bundan başqa, müxtəlif hüquqi və fiziki şəxslərdən büdcə vəsaiti hesabına alınması rəsmiləşdirilmiş inventar, avadanlıq və mal-material qiymətlilərinin mədaxil edilməməsi və həmin materialların faktiki varlığının müəyyən olunmaması səbəbindən 849 min 592 manat məbləğində çatışmazlıq, balansda olmayan nəqliyyat vasitələrinə, habelə şöbənin işçisi olmayan şəxslərin adına rəsmiləşdirilməklə 34 min 906 manat dəyərində yanacağın artıq silindiyi, elektrik enerjisi haqqının bir sıra mədəniyyət obyektləri üzrə sayğac göstəricilərinin çox göstərilməsi səbəbindən 54 min 228 manat artıq ödənildiyi və sair müəyyən olunub. Göstərilənlərlə yanaşı, şöbə üzrə

2007-2009-cu illərdə müxtəlif müəssisələr tərəfindən yerinə yetirilməsi sənədləşdirilən 188 min 101 manat dəyərində, cari və əsaslı təmir işlərindən 153 min 586 manat dəyərində təmir işlərinin sənədli və nəzarət-ölçü qaydasında auditi ilə icraçılar tərəfindən iş həcmlərinin 135 min 892 manat şişirdilməsi müəyyənləşib. Şəki şəhər Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin hərəkətlərində ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və onlara etibar edilmiş külli miqdarda dövlət əmlakının mənimsəmə və israf etməklə talama cinayətlərinin əlamətləri olduğundan, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179. 3.2, 308.2 və 313-cü mad-dələri ilə cinayət işi başlanıb. Hazırda iş üzrə ibtidai istintaq Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən davam etdirilir”. Deyilənlərə görə, Şəki şəhər

YAĞIŞDAN SONRA ÇIXAN GÖBƏLƏKLƏR, YAXUD FÖVQƏLADƏDƏ HALLAR NAZİRLİYİNİN ŞƏKİ QÜVVƏLƏRİ əvvəli 1-ci səhifədə 30 il əvvəl belə bir hadisə olmuşdur. Fizuli adına parkdakı yay klubunda, mərhum Məmmədbağır Bağırzadə konsert verirdi. Birdən bərk dolu yağdı, tamaşaçılar hamısı səhnəyə qalxmaqla məcbur oldular. Cəmi yarım saat ərzində yer üzü 40 sm. qalınlıqda dolu ilə örtüldü. Qurcana çayı daşdı bir ev uçdu və sel suları, mərkəzi küçələrin bir çox yerində asfaltın altına nüfuz edərək, onu qırışdırdı, yaxud dağıtdı. Şəhər əhalisi başını götürüb qaçanda, rayon rəhbərliyi və bütün idarə müdirləri Qurcana çayının ətrafına toplanmış, cəmi, 5-10 dəqiqəyə bura tikinti təşkilatlarının xeyli ağır texnikası gətirilmişdi ki selin törədə biləcəyi növbəti fəsadların qarşısı alınsın. Bu hadisədən sonra Qurcana çayı heç vaxt daşmayıb. 1987-ci ildə Kiş çayı daşanda, rayondakı bütün ağır texnika Kiş çayının ətrafına cəmləşdirilmişdi. Rayon rəhbəri – Hadı Rəcəbov, şəxsən, çayın o biri tayında, köməksiz vəziyyətdə qalmış

turistləri vertolyotlarla, bu taya gətirirdi. Nə isə... Sözümüzün əsas məqsədi budur ki, o vaxtlar Fövqəladə Hallar Nazirliyi yox idi, lakin fövqəladə hallarda heç kimi, indiki kimi Allahın ümidinə buraxmırdılar...

Daşağıllılar bütün gecəni köməksiz halda dağda gecələyəndə, Fövqəladə Hallar Nazirliyi harda idi?! Məsələn, iyunun 24-də, axşam saatlarında Şəki rayonuna bərk yağış yağdı, Daşağıl kəndini sel basdı. Sabahı gün, yerli televiziya göstərirdi ki, selin evlərinə doğru gəlməsini görən daşağıllılar, başlarını götürüb dağlara qaçıblar və xəstələr, körpə uşaqlarla birlikdə, bütün gecəni dağda gecələyiblər. Sel suları çəkiləndən sonra isə yenidən kəndlərinə qayıdıblar. Kəndə qayı-dandan sonra isə Fövqəladə Hallar Nazirliyinin nümayəndələri peyda olublar və başlayıblar

Dünyanın özü qədər qədim olan Azərbaycanımızın saz və söz dünyasında öz rəngi və parlaqlığı ilə seçilən ulduzlardan birisi də Molla Cümədir. Molla Cümə 1854-cü ildə Şəki rayonunun Göynük mahalında, Aşağı Layisqi kəndində anadan olmuşdur. Molla Cümənin tədqiqatçıları anadan olma tarixini Min üç yüz otuz iki Tarixdədir indi sənə Altmışa çatmış yaşım misralarına istinad edərək onun 1854-cü ildə Şəki rayonunun, Göynük mahalının, Aşağı Layisqi kəndində anadan olduğunu göstərirlər. Çox təəssüflər olsun ki, 1920-ci ildə hakimiyyət başına gələn Şura hökuməti və onun ordusundakı erməni daşnakları Azərbaycanın Milli mənəviyyatına qarşı tuşlanmışdılar. Şəkidə yerləşən Qızıl ordu hissələrindəki mənfur qüvvələrin fitvası ilə elə həmin ilin may ayında Molla Cümə faciəli şəkildə həlak olmuşdur. Molla Cümə yaradıcılığı bir çox alim və tədqiqatçılar tərəfindən öyrənilsə də, f.e.d Paşa Əfəndiyev tərəfindən əsərləri bir neçə dəfə nəşr edilsə də, ustad aşığın Azərbaycan aşıq şeirindəki yeri lazımınca müəyyən edilməmişdir. Əsərləri ilə tanış olduqca məlum olur ki, Molla Cümə mükəmməl mədrəsə təhsili almış, ərəb, fars dillərini dərindən mənimsəmiş, hərtərəfli biliyə, dərin dünyagörüşünə malik bir sənətkar olmuşdur. Molla Cümə aşıqlıq sənətinə çox qədim bir sənət kimi baxırdı. O, bu sənətin mənşəyində şamançılığın, qamançılığın, ozançılığın dayanmasından söhbət açmasa da, bədii bir dildə Adəm peyğəmbərdən üzü bəri gələn bir sənət olduğunu söyləyirdi: Aşıqlıq Adəmdən icad olubdur, Ol Adəm atanın nəvəsiyəm mən. Nə qədər dünyaya aşıq gəlibdir Külli aşıqların anasıyam mən. Aşnayam, gedərəm doğru yolunan, Bülbüləm, söhbətim olar gülünən, Danışsalar yetmiş iki dilinən, Ol qədər arifəm, qanasıyam mən. Molla Cümənin külli aşıqların anası olması fikri nə qədər mübaliğəli olsa da, müəyyən mənada yaradıcılığında özünü doğruldur. Demək olar ki, aşıq şeirinin bütün şəkilləri onun yaradıcılığında əks olunur və bu nümunələr öz mükəmməlliyi ilə diqqəti cəlb edir. O, əsərlərində təşbehlərdən, metaforadan, bədii ifadə və təsvir vasitələrindən yüksək sənətkarlıqla istifadə etmiş və gözəl sənət nümunələri yaratmışdır.

“Şəki bələdiyyəsi” qəzetinin nəşrə başlamasının 5-ci ildönümü münasibəti ilə, qəzetin redaktoru Murad Nəbibəyovu təbrik edirik! “İpəkçi” qəzeti redaksiyası

“vətəndaşlara dəymiş zərəri hesablamağa”. Sual oluna bilər, bəs daşağıllılar bütün gecəni köməksiz halda dağda gecələyəndə, Fövqəladə Hallar Nazirliyi harda idi?!

Analoji hadisədə yolu itirmiş şəxs həyatı ilə vidalaşmalı olmuşdu Digər bir misal, iyunun 14-də Marxalda istirahət edən qonaqlardan biri, axşam saat 8 radələrində dağa qalxır. 2 saat sonra onunla telefon əlaqəsi kəsilir. Bu barədə Şəki Polis Şöbəsinə məlumat verilir, gəlirlər, baxırlar, deyirlər göz-gözü görmür, biz indi heç nə edə bilmərik. Həqiqətdə, doğrudan da elədir, burada heç bir cinayət hadisəsi baş verməmişdir və Şəki Polis Şöbəsindən də nəsə tələb etmək düz olmazdı. Bu fövqəladə bir hal idi. Vertolyotlar havaya qalxmalı və itmiş adam axtarılmalı idi. Düzdür, bu dəfə dağda itmiş adam səhər saat 8 radələrində öz ayağı ilə gəlib çıxa bildi, lakin, bir neçə il

Azərbaycanın yeganə fəhlə qəzeti olan “İpəki”, həmişəki kimi, yenə də fəhlənin haqqının müdfiəsinə qalxmışdı

Mədəniyyət və Turizm şöbəsinin

İmayıllı rayon İcra Hakimiyyəti başçısı Nizami Ələkbərov cənablarına Hörmətli Nizami Ələkbərov. “İpəkçi” qəzetinin redaksiyasına Şəki şəhər sakini Çingiz Cumayevdən sizin rayon barədə bir şikayət məktubu daxil olmuşdur. O, yazır ki,

müdiri Aydın İbrahimxəlilov ümumiyyətlə, heç bir maliyyə pozuntusuna yol vermədiyini bildirməkdə və bütün pozuntuların, ona qədər, yəni onun 2008-ci ildə Mədəniyyət Şöbəsinə müdir təyin edilməsinədək baş verdiyini göstərməkdə israr edir. Əlavə edək ki, o, daha əvvəllər 1992-ci ildən 2008-ci ilədək şəhər 2 saylı mu-siqi məktəbinin direktoru vəzifəsində işləmişdi.

“mən, Şəki şəhəri 4 cü rayon, Giləhli küçəsi ev 3 də yaşayan, Cumayev Çingiz Vəli oğlu 2009 cu il iyul ayında, İsmayıllı şəhərində inşa olunan Zərifə Əliyeva adına isti-rahət parkının qala divarını tikintisində iştirak etmişəm. Mə-nim başçılıq etdiyim, 15 nəfərdən ibarət briqada, Şəki şəhəri və İsmayıllı şəhər məşğulluq idarələri tərəfindən işə cəlb edilmişdik. Bizə tapşırılmış işi müvəffəqiyyətlə başa çatdırmışıq. (Prezidentin keçən il İsmayıllı şəhərinə istirahət parkının açılışına gəldiyi zaman). Bizim zəhmətimizin müqabilində, əmək haqqımız 5723 manat ödənilmədi (Cənab prezidentin İsmayıllı rayonuna səfərindən sonra ödəniləcəyinə söz verilməsinə baxmayaraq, 8 aydır əmək haqlarımız ödənilməyib) ... Biz, onun məktubunu “İpəkçi” qəzetinin 2 iyun sayında, olduğu kimi dərc etmişik, indi isə sizdən xahiş edirik ki, həmin məsələnin araşdırılması və nəticəsinin bizim redaksiyaya bildirilməsi barədə sərəncam verəsiniz. Əvvəlcədən təşəkkür edirik.

əvvəl baş vermiş analoji hadisədə yolu itirmiş şəxs həyatı ilə vidalaşmalı olmuşdu.

A. Məmmədov, “İpəkçi” qəzetinin redaktoru. 04.06.2010

Belə çıxır ki, kimlərsə çayı şəhərə doğru axıtmaqda maraqlıdırlar Nə isə... İndi yenə qayıdaq Qurcana çayının daşmasına. Qeyd elədik ki, Qurcana çayı bu il iyulun 15-də daşıb və bu 20-30 ildən bir baş verən təbiət hadisədir. Lakin maraqlıdır ki, sabahı gün, yəni iyulun 16-da, Şəkiyə yağmış adi bir yağış nəticəsində, Qurcana çayı yenə də daşdı. Bax bu artıq, həqiqətən, fövqəladə haldır, yəni rus demişkən, “çe-pe”dir! Bu Kür çayı deyil ki, desinlər, dibi lillə doludur, ona görə səviyyəsi qalxıb, yaxud ermənilər hansısa su anbarını suyunu buraxıblar ki sel olsun! Yəqin ki çayın ətrafındakı bəndin hansısa tərəfində zəif yerlər var, yaxud çayın yatağının hansısa yerində maneə əmələ gəlib, ona görə də yağış yağan kimi çay öz yatağından çıxıb, başlayır şəhərə doğru axmağa. Əgər bunun qarşısını, qəsdən, almırlarsa, belə çıxır ki, kimlərsə çayı şəhərə doğru axıtmaqda və yolların dağılmasında maraqlıdırlar. Xəlil Əhmədov

“İpəkçi” qəzetinin redaktoru cənab A. Məmmədova Hörmətli Aydın müəllim. Sizin 04 iyun 210-cu il tarixli məktubunuza cavab olaraq yazıb məlum edirik ki, Sizin qəzetinizdə Şəki şəhər sakini Cumayev Çingiz Vəli oğlu ba-rədə müraciətə baxıldı. Nəzərinizə çatdırırıq ki, adı çəkilən vətəndaş İsmayıllı şə-hərində inşa edilən Zərifə əliyeva parkında işləməmişdir. Çingiz Cumayev və digər fəhlələr Heydər Əliyev prospek-tinə paralel yerləşən “Qala divarı” kompleksində işləmişlər. İşçilərin əmək haqlarının bir hissəsi ödənilmiş, bir hissəsi maliyyə çətinliyi ilə əlaqədar ödənilməmişdir. Əmək haq-qının qalan hissəsi yaxın vaxtlarda ödəniləcəkdir. Hörmətlə, İsmayıllı RİH-nin Memarlıq və Tikinti şöbəsinin müdiri Mirələsgər Seyidov. 29 iyun 2009-cu il

Molla Cümə yaradıcılığında aşıq şeirinin şəkilləri Molla Cümənin yaradıcılığında da aşıq şeirinin aşağıdakı şəkilləri əsas yer tutur. a)Gəraylılar Molla Cümə gəraylılarının əksəriyyəti aşiqanə mövzudadır. Əziz yara mehman olan Mübarək xas gecəsidir. Qəmli könlüm bir silkələn, Eşqə həvəs gecəsidir. Aşıq xas gecəsində ona dünyada hər şeydən qiymətli olan yarının qonağıdır. Öz könlünü oyadır ki, belə fürsət hər deyəndə ələ düşməz, çəkilən eşq əzabı səni haldan salmasın. Bu yorğunluğu unudub şux olmaq lazımdır. Mən qurbanam sən tək cana, Gəl gözümdən getmə yana. Sağ olsunlar dost, aşina, Düşmənə yas gecəsidir. Sevgi ilə nəfəs alan aşıq, yarının gözündən də, özündən də uzaq getməməsi üçün canını belə qurban verməyə hazırdır. Dost aşinaya xeyir-dua edir və bu İlahi günün ən gözəl gün olduğunu, onun dəyərini qiymətləndirir. Aşığa elə gəlir ki, düşmənləri onun vüsala çatmağını biliblər, yas içindədirlər. Yüzüm yüzdə dildə kəlam, Yuxu bizə olsun haram. Molla Cümə, al intiqam Yardan, qisas gecəsidir. Sevgilisinin vüsalına yetən aşıq sevdalı gündə, hamı üçün normal olan yuxunu yarını doyunca görmək üçün özlərinə haram hesab edir. Əslində çəkdiyi eşq əzabından intiqam alırdı. b) Qoşmaları Molla Cümə fikri, hissi ümumiləşdirmək bacarığına malik qüdrətli bir sənətkar olduğu üçün onun yaratdığı aşıq şeiri şəkillərinin hamısında olduğu kimi, qoşmalarında da gördüyünü, yaşadığını, duyduğunu gözəl lirik bir məzmunda yazmışdır. Mən Cüməni ahuzara yetirdin, Üç dilək istədim, birin bitirdin, Bu sovqatı cənnətdənmi gətirdin, Xurma verən əllərinə dolanım. Xurma ona sevgilisinin əli ilə verildiyi üçün sevgilisinin əlini və xurmanı az qala mifləşdirir, özünü bu əllərə qurban deyir. Yaxud: Cüməyəm, mən səni yad eyləyirəm, Saz çalıb, söz deyib şad eyləyirəm, Bu qədər yanında dad eyləyirəm, Birgə soruşmursan: nə diləyin var? Deyən aşıq özünün sevgilisinə olan ilahi səmimiyyətini, gözəlin qəlbinin daşdan da bərk olduğunu kövrək dillə vermişdir. c) Əvvəl-axırları Molla Cümə bütöv yaradıcılığında olduğu kimi əvvəl axırlarında da müxtəlif, dərin məzmunlu, şirin axıcı dilinən aydın fikir vermişdir. Yanıq Cümə oxlanıbdı, yandırıbdı yeri, göy,

Yağar leysan bahar fəsli, nəbat eylər yeri-göy, Yüz iyirmi dörd min nəbi hörmətinə yeri göy, Yaxşı eylə ölən vəqtə, ayarım haray-haray. Sanki şeirdəki fikir hərəkətə gəlir, gözlərin önündə canlanır. Aşıq İslam dininin böyüklüyünü, saflığını bildiyi üçün Haqqın dərgahına xoş əməl sahibi kimi getməyi arzulayır. ç) Təcnisləri Aşıq yaradıcılığında könül oxşayan dərin məzmunlu təcnis yaratmaq xüsusi məharət, zəngin bilik, şirin təb tələb edir. Axar yaşın qoy tökülsün ayağa, Oğrun-oğrun qovrilginən ayağa Əzəl-axır cəsəd girər ay ağa Onda neylər düşsə didar-didara. Eyni adlı başqa-başqa məna bildirən qafiyələri ustad aşıq elə məharətlə istifadə etmişdir ki, bu da təcnislərinə məna və məzmun dolğunluğu vermişdir. d) Divaniləri Molla Cümə divaniləri müxtəlif məzmunludur. O, bəzən öz-özünə üz tutur. Molla Cümə, öz-özünü yekələtmə dilindən, Yaxşılığın durmuş ikən, yaman gəlməz əlindən, Hərə eylər yüz böhtanı çevriləndə dalından, Başın alıb qaç bir yana, dərbədər dövranıdır. Xalqa deyəsi nəsihətamiz fikri özünə deyir. Ustad sənətkarın yaradıcılığında belə maraqlı tərəflər çoxdur. e) Müxəmməsləri Aşıq yaradıcılığında qüdrətli söz ustadının müxəmməsləri orijinal təsvir, şux tərənnüm, fikir aydınlığı və çox incə lirik axıcılığı ilə seçilir. Hər bəndin sonunda gələn qafiyəni, ondan sonra gələn bəndin birinci misrasının, birinci sözündə işlətməsi müxəmməsə zərif lirik dad verir, onu daha da şirinləşdirir. Oxşarsan İsmi Pünhanə Dərdindən öldüm Alagöz. Alagöz İsmi Pünhana Əvvəl baxışın oxşayır. Həm gözün, kəm kirpiyin Həm qələm qaşın oxşayır. Misgin Abdalın yaradıcılığını tədqiq edən f.e.d. Hüseyn İsmayılov Misgin Abdalın çox kamil təcnislər yaratdığını söyləyir. Alimin bu fikrini Molla Cümənin müxəmməslərinə də şamil etmək olar. Molla Cümənin kitabda bəzi müxəmməsləri beş misra ilə verilmişdir. Aşıq yaradıcılığında bildiyimiz kimi hər misra ikiyə bölünərək beş misralıq bənd, on misra verilir. Yaxşı olar ki, gələcək nəşrlərdə bu nəzərə alınsın. Məncə tədqiqatçı Molla Cüməni şair hesab etdiyi üçün bəndləri beş misradan ibarət vermişdir. ə) Müsəddəsləri Molla Cümə hərdən sevdalı könlü ilə danışır ki, dövranın sənə vurduğu yaraların ağrısını çəkib qurtara bilmirsən, amma bir gözəl görəndə gözün

gözəllikdən doymur, dərdin, əzabın üstünə təzələri gəlir. Bixəbərsən ey könül, nə eyləmiş dövran sənə, Dərdin artmış dəryadan, etməz əlac loğman sənə, Yanğılısan ol qədər, kar eləməz ümman sənə. Ah çəkib ağlagilən gəlibdir bir mehman sənə. Bixəbərsən, ey könül, nə eyləmiş dövran sənə?! Öz könlünə Yaradana üz tutub dua, şükür etməyi məsləhət bilir ki, yerin, göyün sahibi də səndən mərhəmətini əsirgəməsin. Əlacın loğmanda yox, ulu Tanrıdadır. f) Müsəbbələri Qüdrətli söz ustadının müsəbbələri oynaqlığı, diriliyi ilə adamda elə təsəvvür yaradır ki, sanki onun müasirisən, onu ölməz sənətkarın öz dilindən dinləyirsən. İstədim gəlib görəm, ayağıma vuruldu bənd, Qol qanadım bağlanıb, boynuma salındı kəmənd, Atlanıb çıxdı könül, o yolda yoruldu səmənd, Dedilər görüb onu necə dözərsən ay ləvənd, Bilmirsən necə sitəm oldu yaman Məhəmmədə?! Ol cavan Məhəmmədə, ol növcavan Məhəmmədə! Xoşməzaclı, xoşqılıq, şəkərzəban Məhəmmədə! Şeirdəki qəmli ovqat oxucunu bürüməyə başlayır. g) Tərcibəndləri İsmi Pünhan aşiqiyəm, Cümə derlər adıma, Sidq ilə “ah” eyləsəm, qatlaşa bilməz oduma, Hərdən bir haraylaşsam gəlib yetişər dadıma, Dilimdə zikrim odur, düşməyir kimsə yadıma, Bülbülü görən laçın sağsağanı qılmaz yeri, Yeri-yeri dinməz yeri, a boynu dönməz yeri, Sənin kimi itqılıq həqdən utanmaz yeri. (Halal südəmməz yeri!) Dilin əngin imkanlarından məharətlə istifadə edən ölməz sənətkar nəyi görürsə, duyursa onun əbədi portretini yaradıb və yaşadıb. ğ) Zəncirləmələri Dilbərim sənsən mənim, ay təzə növrəstə gülüm, Ay qabaqda tellərin durur dəstə-dəstə gülüm, Hər vaxtda görsəm səni mən düşərəm xəstə gülüm, Gül yanaqdan bir busə şəfqət eylə dosta, gülüm, Of səni qucaqlayım basım bağrım üstə, gəlin! Qucaqlayım belin yar, Sığallayım telin yar, Ver əlimə əlin, yar. Sal boynuma qolun yar. Aman məni yandırır, O şirincə dilin yar Dilin bülbüldü, Yanağın güldü, Saçın sünbüldü, Sinən qəndildi, Birgə insaf etgilən Aşığın öldü. Öldürmə mən yazığı, ay şahü sərdarım, gəlin! Ustad ağıl və təxəyyülün birliyindən canlı, gözəl nümunə yaratmışdır.

h) Qıfılbəndləri Qıfılbəndlər aşıq yaradıcılığında sirr, sehrlə dolu poetik söz iksiridir. Deyişmə zamanı aşıqlar qıfılbənddə məna və müəmma ilə zəngin dərin fikirlərlə aşığın əyarını təyin edirlər. Cümə, fanaram, Dəymə, sınaram, Fikrin qanaram, Sən bizə gəlsən x) Dübeytiləri: Heca və misra sayına görə dübeytilərdə fikri vermək yüksək sənətkarlıq tələb edir. İsmi Pünhan göl sonası, Eylər məni eşq anası, Düşübdür könlünə kəklik, Yaxşı olur çığırtması. Molla Cümə İsmi Pünhanı sonralar görmədən onun incə hisslərini duyub ruhu oxşayan gözəl məzmunlu, axıcı dilə malik şeirlər və dübeytilər yaratmışdır. l) Gözəlləmələri Yol açmışam canda, yar gəlib gəzsin, Basıb tapdalasın, bağrımı üzsün, Bir kərə öldürsün, əlimi üzsün, Susasın qanıma, batsın babala. Babal olar gözəllərdə, Eşitmişik əzəllərdə. İki mələk, yaz illərdə Çiynin üstə edib nalə. Nalə edər hər gün ahu, İşləmə hər günahı. Üzüm haqda, dil duada Çəkərəm hər gün ahı. Gözəlləmələrdə də ustadım əvvəlki şeir şəkillərində olduğu kimi, bədii rəngarənglik, əlvanlıq, məzmun dolğunluğu, fikir obrazlılığı axıcılıqla şeiri tamamlayır. Molla Cümə yaradıcılığı həm də klassik ədəbi janrları əhatə edir. Molla Cümənin şerlərinə mahnılar qoşulmuşdur. Aşıqlar şeirlərini el şənliklərində oxuyurlar. Bu da özündən sonra gələn aşıqlara, estetik, ədəbi bədii təsirini göstərir. Aşıq Siracın yaradıcılığında Molla Cümənin yaradı-cılığının təsiri özünü göstərir.

Abbas Əmbala Ədəbiyyat 1. Molla Cümə, Seçilmiş əsərləri, Bakı – 1983, “Yazıçı”; 2. Molla Cümə, Əsərləri, Bakı – 1995 “Maarif”; 3. Azərbaycan şifahi xalq ədəbiyyatı, P.Əfəndiyev Bakı – 1981, “Maarif”; 4. Molla Cümə, Əsərləri, III cilddə, I cild Bakı – 2000 “Örnək” 5. Misgin Abdal, Bakı – 2001, “Səda”.


4

12 iyul 2010-cu il

İYULUN 24-DƏ ŞƏKİ ŞƏHƏRİNDƏKİ HEYDƏR ƏLİYEV PARKINDA GƏNC İSTEDADLAR – ELVİN ƏHMƏDOV, HÜSNÜ SƏDİYEVİN İŞTİRAKI VƏ “ŞƏKİ” ANSAMBLININ MÜŞAYİƏTİ İLƏ AÇIQ KONSERT KEÇİRİLƏCƏKDİR! Hüsnü Sədiyev 1 dekabr 1988-ci ildə Şəki şəhərində anadan olmuşdur. Musiqiyə marağı hələ kiçik yaşlarından yaranıb. 1997ci ildə Şəki şəhər 2 saylı musiqi məktəbinə daxil olmuş və 2002 - ci ildə qarmon şöbəsini bitirmişdir. İlk qarmon müəllimi Eldəniz Məmmədov olub. 2003-cü ildə Asəf Zeynallı adına musiqi texnikumuna (indiki Milli Konservatoriya nəzdində musiqi kolleci) qəbul olmuşdur. Kollecdə oxuduğu müddətdə Nemət Hüseynov, Sərxan Abıyev və xalq artisti Zakir Mirzəyevdən musiqinin incəliklərini mənimsəmiş-

dir. Kollecdə təhsil aldığı müddətdə görkəmli xanəndələr –

Əlibaba Məmmədov, Alim Qasımov, Gülyanaq Məmmədova və Nəzakət Teymurovanın dərslərini dinləyib, onlar-

DIQQƏT İdarə, müəssisə, təşkilat, özəl sektorlar, fərdi və fiziki şəxslərin nəzərinə! *Elektron səhifələrinin hazırlanması və internet şəbəkəsinə yüklənilməsi. *Elektron səhifənin sahibinə, səhifənin idarə edilməsi üçün təlim. *Elektron səhifəyə uzun müddətli nəzarət və reklamı. *Domen və hostinq xidmətləri. *Peşəkar səviyyədə kurslar. Əlaqə: (070) 250 65 10; (070) 270 65 10 “Əlişahoğlu” WEB STUDIYASI www.webstudiya.net DIQQƏT Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqların valideynlərinin nəzərinə: Əqli və fiziki cəhətdən qüsurlu olan uşaqlar üçün fərdi qaydada ibtidai sinfə dair kurslar təşkil olunur. Əlaqə nömrəsi: (055) 641 40 13 DIQQƏT Peşəkar kompüter kursları: • Veb-dizayn • Veb-master • Qrafika • İnternet • Digər peşəkar proqramlar Əlaqə nömrəsi: (055) 641 40 13 DIQQƏT Şəki veb məktəbinin daha bir yetirməsi - "Teymur" Veb Studiyası fəaliyyətə başladı! Veb-dizayn; Qrafik dizayn; Veb-səhifələrin hazırlanması; Domen və host satışı; Flash və gif animasiya; Banerlərin hazırlanması; Əlaqə nömrələri: (050)725 62 62 (070)354 16 90 E-Mail: ofis@webstudiya.biz Web: www.webstudiya.biz

dan da muğamın sirlərini öyrənmişdir. 2007-ci ildə təhsilini müvəf-fəqiyyətlə başa vurmuş və hal-hazır-da “Şəki” ansamblında fəaliyyət göstərir. Azərbaycan musiqilərindən əlavə dünya musiqilərinə də maraq göstər-məkdədir. Akardion ifaçısı Koptunu olduqca böyük maraqla və həvəslə dinləyir. Ən çox sevdiyi bəsəkarlar isə Tofiq Quliyev və Ü.Hacıbəyovdur. Hal -hazırda ən böyük arzusu sənətdə daha irəliyə getmək, tanınmaq və hər şeydən öncə Şəkini və Azərbaycanı başqa ölkələrdə daha da tanıtmaqdır.

Elvin Əhmədov 1988-ci ildə martın 21-də Şəki şəhərində anadan olub. 2005-ci ildə 18 saylı orta məktəbi bitirib. 19972000-ci illərdə 2 saylı musiqi məktəbində, daha sonra, 20002003-cü illərdə, Bakı 22 saylı musiqi məktəbində, Xalq artisti Mənsum İbrahimovun muğam sinfində musiqi təhsili almış, 2005-ci ildə isə Mədəniyyət və İncəsənət Universitetinin estrada aktyoru fakültəsinə qəbul olunmuşdur. 2006-cı ildə əvvəlcə, “Yeni Ulduz” müsabiqəsinə sənəd verən 2050 iştirakçı arasında 16 finalçıdan biri, 4 aylıq yarışmadan sonra isə “Yeni Ulduz-5”in qalibi olmuşdur. Azərbaycan Respublikasının Gənclər

və İdman Nazirliyinin

təşkil etdiyi “Hünər” 2-ci (2006-cı il) və “Hünər” 3-cü (2006cı il) Vətənpərvərlik Mahnıları Festivalında 1-

əvvəli 1-ci səhifədə Cəmi 1 əsr əvvəl, demək olar ki eyni orfoqrafik qaydalar ilə, eyni əlifba ilə yazan və eyni dildə danışan türklər, azərbaycanlılar, türkmənlər, özbəklər və uyğurlar, bu xüsusda zaman-zaman bir birindən xeyli aralanmış yazılarında fərqli əlifbalar, fərqli orfoqrafik qaydalar tətbiq etməklə, eyni sözləri fərqli şəkildə tələffüz etməyə, fərqli terminlər qəbul etməyə və fərqli danışmağa başlamışlar. Son illər türk xalqlarının birliyindən çox söhbət açılsa da, türk dillərinin yaxınlaşdırılmasından çox söhbətlər getsə də və bu xüsusda nə qədər simpoziumlar, qurultaylar və s.lər keçirilsə də bunlar hamısı əslində boş şeylərdir və həqiqətdə, türkdilli xalqlar bir-birindən daha sürətlə uzaqlaşmaqdadırlar. DMOZ-un türkmən dilində kateqoriyasını yaradan Salis, diqqət yetirmişdir ki həmin ölkədə veb-quruculuğun səviyyəsi heç də qənaətbəxş hesab oluna bilməz, türkmən dilində olan saytların sayı isə 100dən o qədər çox deyil və onların da 30 %-i İran türkmənlərinə məxsusdur. Türkmənlər yazıda artıq latın əlifbasını tətbiq edirlər. Amma, görünür, hələ də bu əlifbada yazıb-oxumaqda çətinlik çəkməkdədirlər. Belə ki, hətta Türkmənistan Elmlər Akademiyasının saytının adında belə orfoqrafik xətaya yol verilmişdir. Maraqlıdır ki, bəzi dövlət saytlarının rus yaxud digər xarici dillərdəki versiyaları olduqları halda, türkmən dilindəki versiyaları yoxdur, yaxud varsa da işləmir.

29 milyon nəfər əhalisi olan Özbəkistanda isə internet nisbətən daha yaxşı inkişaf etmişdir. Özbək dilində bəlkə 1000-ə qədər, yaxud bundan daha çox sayt var. Lakin bu ölkədə rus dilində olan saytlar daha çoxdur. Özbəklər latın əlifbasına keçid mərhələsindədirlər. Onların bir çox saytları latınla olsa da, daha çoxu kirillədir. Özbək latın əlifbası 26 hərfdən ibarətdir, daha doğrusu, heç bir spesifik işarə qəbul olunmamışdır. Onlar ğe səsini yazmaq üçün “g” hərfinin yanına bizim köhnə apostrofu qoyurlar ( g’), şe səsini “sh”, çe səsini isə “ch” kimi yazırlar. Latın əlifbasındakı İks (x) hərfi isə bizdəki kimi xe səsini bildirir. Onu da əlavə edək ki, Özbək kiril əlifbası, əslində, çox qəribə xüsusiyyətlərə malik idi. Məsələn, “a” hərfi özbək sözlərində “ə” kimi, rus sözlərində “a” kimi, “o” hərfi özbək sözlərində “a” kimi, rus sözlərində isə “o” kimi tələffüz olunurdu. Bizim üçün qəribə və mənası məlum olmayan bu xüsusiyyət, təəssüf ki, eyni ilə Özbək latın əlifbası üçün də tətbiq olunmaqdadır. O ki qaldı uyğurlara və həmin dildə internetin səviyyəsinə, hesab edirik ki, bu barədə aşağıdakı qeydlərimiz Azərbaycan oxucusu üçün xeyli maraqlı ola bilər. Uyğurlar Çində, 20 milyon nəfər əhalisi olan muxtar rayon əhalisinin 42%-ni təşkil etməkdədirlər. Həmin rayonun adını biz səhvən, “Sincan Uyğur Muxtar Vilayəti”, “Sintzyan-Uyğur Muxtar Vilayəti”, “Sinczyan-Uyğur Muxtar Vilayəti” kimi yazmaqdayıq. Amma uyğurlar özləri belə deyirlər:

Günün proqramı Kanal S Xəbər Cizgi filmi T/S "Montekristo" Sənədli film Sağlam həyat (təkrar) Hit-mix B/F (təkrar) Kanal S Xəbər T/S "Həbsdən qaçış" Sənədli film Cizgi filmi Təzə-məzə (təkrar) Lüks həyat Hit-mix+ Kanal S Xəbər T/S "Montekristo" Şərəfli ömür Derbi T/S "Həbsdən qaçış" Kanal S Xəbər Bədii film Klip Efirin sonu

Həmtəsisçilər: 1. “Şəki-İpək” şirkəti; 2.

M. Salis.

Redaktor: A. Məmmədov.

21 İYUL 08:58 09:00 09:10 09:30 10:30 12:00 13:00 15:00 15:15 16:00 17:00 17:15 18:30 19:30 20:00 21:00 21:30 22:45 23:30 23:45 01:40 03:00

Qurtuluş gününü iməciliklə qeyd etdilər Milli Qurtuluş Gününü "Şəki İpək" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi və Həmkarlar İttifaqı Komitəsi rəngarəng tədbirlərlə qeyd etmişlər. HİK sədri Sevil İsmayılova əlamətdar gün münasibətilə rayon ictimaiyyətinin keçirdiyi elmi-nəzəri konfransda çıxış etmiş, ümummilli lider Heydər Əliyevin xalqımızın, dövlətimizin gələcəyi naminə göstərdiyi xidmətlərdən danışmışdır. Sonra Cəmiyyətin işçilərinin böyük əksəriyyətinin iştirakı ilə "Gələrsən -görərsən" qalası ətrafında iməcilik keçirilmişdir. İməcilik başlanmamışdan əvvəl ulu öndərin siyasi fəaliyyəti, qüdrətli Azərbaycan yaratmaq naminə gördüyü misilsiz işlər barədə çıxışlar olmuşdur. İməciliyə çıxanlar ağacları budamış, ərazini kol-kosdan, artıq otlardan təmizləmişlər. Qərara alındı ki, bu iməcilik ənənəyə çevrilsin. www.ulfet-az.com 29.06.10

Arxivimizdən:

Sevil arzusuna çatdı Sevil İsmayılovanın adı kombinatda çoxlarına tanışdır. O, xeyli vaxt kombinat nəzdindəki körpələr evində müdir işləmiş, bir neçə dəfə idarə ilk partiya təşkilatının katibi seçilmişdir. Sevil indi öz təhsilini davam etdirir. O, Bakı Ali Partiya Məktəbinə oxumağa getmiş və qəbul imtahanlarını müvəffəqiyyətlə vermişdir. Hazırda təhsildə də qabaqcıllıq nümunəsi göstərir.

Aslan Əlişanoğlu

Günün proqramı Kanal S Xəbər Cizgi filmi T/S "Montekristo" Həftənin qonağı (təkrar) Hit-mix B/F (təkrar) Kanal S Xəbər T/S"Həbsdən qaçış" Sənədli film Cizgi filmi Derbi (təkrar) Hit-mix+ Kanal S Xəbər T/S "Montekristo" İpək kimi Evin içi T/S" Ləğvetmə" Kanal S Xəbər Bədii film Klip Efirin sonu

“Şincan Uyğur Aftonom rayoni”. Dünyada ilk dəfə mətbəə icad etmiş və kitab çap etmiş uyğurların, hal -hazırda azı 4 əlifbası var, rəsmi əlifba isə ərəb əlifbasıdır, hansı ki “Köhnə yazik” deyirlər. Lakin onların “köhnə yazı”sı bizim lap köhnə yazıdan xeyli fərqlənməkdədir. Onlar yazılarında hərəkələrdən istifadə etməklə uyğur dilindəki hər bir səsi dəqiq olaraq göstərirlər. Ərəb sözlərini isə öz tələffüzlərinə uyğun olaraq yazırlar. Şincan Uyğur Muxtar Rayonunun hökumət saytları da bu əlifba ilədir, saytın uyğur versiyası olmadığı halda Ana səhifəsinin lap yuxarısında, çin dilindən əvvəl, məhz uyğur dilində və bu əlifba ilə saytın adı göstərilir. Onların 2-ci əsas əlifbaları isə Şincan Universiteti tərəfindən qəbul olunmuş “Uyğur Kompyuter Yaziqi – UKY”dir. Burada bizdəki kimi “ü” və “ö” hərfləri olsa da özbəklərdəki kimi şe səsini “sh” kimi, çe səsini “ch” kimi yazırlar. Xe səsi isə bizdə və özbəklərdə olduğu kimi iks (x) ilə yazılır. Türkmənlər kimi isə uyğurlar da ve səsini “v” hərfi ilə yox, “w” ilə yazırlar. O ki qaldı uyğur dilində olan saytlara, bu barədə qeyd edək ki, müstəqil dövlətləri olmayan uyğurların dilində internet heç də pis inkişaf etməmişdir, uyğurca saytların sayı 300-ə qədər, yaxud daha çoxdur və hələ üstəlik, uyğur dili üçün xeyli mükəmməl onlayn lüğətlər (uyğurcadan inciliscəyə, türkcəyə, çincəyə) və mətni bir uyğur əlifbasından digər uyğur əlifbasına çevirmək üçün onlayn konverterlər mövcuddur. www.ipekchi.info

24 İYUL

VERİLİŞLƏRİN PROQRAMI (20 iyul-25 iyul) 08:58 09:00 09:10 09:30 10:30 11:00 12:00 13:00 15:00 15:15 16:00 17:00 17:30 18:00 18:30 19:30 20:00 21:00 21:30 22:45 23:30 23:45 01:30 03:00

Azərbaycan Həmkarlar İttifaqlarının “Ülfət” qəze ti yazır:

BU İLİN 1-Cİ YARISINDA ŞƏKİ VEB-MƏKTƏBİ DMOZ İNTERNET KATALOĞUNUN DAHA 3 XALQIN DİLİNDƏKİ – TÜRKMƏN, ÖZBƏK VƏ UYĞUR DİLLƏRİNDƏKİ, KATEQORİYALARINI YARATMIŞDIR

Şəki televiziyası - Kanal S 20 İYUL

ci yerləri tutaraq Diplom və mükafatlara layiq gör ü l müşd ü r. Respublika üzrə keçirilən b i r ç o x musiqi müsabiqələrində dəfələrlə Şəkinin adını birinci etmişdir. Hal-hazırda musiqi fəaliyyətini davam etdirməkdədir.

İPƏKÇİ

22 İYUL 08:58 09:00 09:10 09:30 10:30 11:00 12:00 13:00 15:00 15:15 16:00 17:00 17:30 18:30 19:30 20:00 21:00 22:00 22:45 23:30 23:45 00:20 03:00

Çapa təqdim edildi: 19.07.2010. Sifariş: 2746. Tiraj: 500. Şəhadətnamə № 177.

23 İYUL

Günün proqramı Kanal S Xəbər Cizgi filmi T/S "Montekristo" Unudulmayan ifalar Sənədli film Hit-mix B/F (təkrar) Kanal S Xəbər T/S "Ləğvetmə" Sual var Cizgi filmi Sağlam həyat Hit-mix+ Kanal S Xəbər T/S "Montekristo" Problemlərin özəyi Gəzərsən görərsən T/S "Ləğvetmə" Kanal S Xəbər Kriminal Bədii film Efirin sonu

08:58 09:00 09:10 09:30 10:30 11:00 12:00 13:00 15:00 15:15 16:30 17:00 18:30 19:30 20:00 21:00 21:30 22:00 23:30 23:45 01:30 03:00

Günün proqramı Kanal S Xəbər Cizgi filmi T/S "Montekristo" Lüks həyat (təkrar) Sağlam həyat (təkr) Hit-mix B/F (təkrar) Kanal S Xəbər Evin ici (təkrar) Sənədli film Cizgi filmi Hit-mix+ Kanal S Xəbər T/S "Montekristo" Zarafatın yarısı Müasir cəmiyyət və islam "SMS-lə seçilən B/F" Kanal S Xəbər Bədii film Klip Efirin sonu

Ünvanımız: Az.5500. Şəki şəhəri, Z.Bünyadov, 33. E-mail: aydin.salis@gmail.com Tel.: 055 793 23 83 012 480 12 45 0177 423 15

08:58 09:00 09:10 09:30 10:00 11:00 11:30 12:00 13:00 15:00 15:15 16:00 16:30 17:00 17:30 18:00 18:30 19:30 20:00 21:00 21:30 22:20 23:30 23:45 01:30 03:00

25 İYUL

Günün proqramı Kanal S Xəbər Cizgi filmi Kolorit Müasir cəm. və islam T/S "Qaraca atın macəraları" Maski şou (təkrar) Hit-mix B/F (təkrar) Kanal S Xəbər T/S "Zeta qrupu" İpək kimi(təkr) Şərəfli ömür(təkrar) T/S "Qaraca atın macəraları" Cizgi filmi Təzə-məzə Hit-mix+ (top 10) Kanal S Xəbər Mən Azərbaycan vətəndaşıyam Düyməcik T/S "Zeta qrupu" Panorama Kanal S Xəbər Bədii film Klip Efirin sonu

“İpəkçi” qəzetinin kompüterində yığılmış və “Azərbaycan” nəşriyyatında ofset üsulu ilə çap olunmuşdur.

08:58 09:00 09:10 09:30 10:00 11:00 11:30 13:30 14:15 15:15 16:00 17:00 17:30 18:30 20:30 21:30 22:20 23:30 01:15 03:00

Günün proqramı Kanal S Xəbər Cizgi filmi Düyməcik (təkrar) Klip T/S"Qaraca atın macəraları" B/F(təkrar) Gəzərsən-görərsən Konsert T/S "Zeta qrupu" Azərlə hər bazar T/S "Qaraca atın macəraları" Cizgi filmi B/F " "(azəri) Bu həftə T/S "Zeta qrupu" Həftənin qonağı Bədii film Kriminal (təkrar) Efirin sonu

İpəki” qəzeti müstəqil KİV olaraq fəaliyyət göstərir və bu qəzetdə dərc olunmuş xəbər və məqalələrin məzmununa görə “Şəki-İpək” ASC heç bir məsuliyyət daşımır!

Şəkildə: S. İsmayılova yoldaş.

“İpəkçi”qəzeti №35 (1010) 10 dekabr 1969-cu il

R.S. Sevil xanım İsmayılova daha sonra Şəki şəhər Partiya Komitəsinin katibi, ondan da sonra Vartaşen (indiki Oğuz) rayon Partiya Komitəsinin 1-ci katibi seçilmişdir. O, hal-hazırda yenə də bizimlə birlikdədir – “Şəkiİpək” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədridir.

Sadıq Murtuzayev və Sabir Əfəndiyev İmam Mustafayev haqqında kitab yazıblar Xəbər verildiyi kimi, bu il Azərbaycan prezidenti İlham Əliyev akademik İmam Mustafayevin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. İ. Mustafayev 1954-1959-cu illərdə Azərbaycana rəhbərlik etmişdir. Onun vaxtında – 1956-cı il avqustun 20-də, Azərbaycan SSR Ali Sovetin sessiyası Əsas Qanuna Dövlət dili haqqında maddə əlavə edilməsi barədə qanun qəbul etmişdir. Bu da, 1918-ci il iyunun 27-də Cümhuriyyət hökuməti tərəfidən Azərbaycan dilinin dövlət dili elan edilməsi barədə qanunun bərpası demək idi. Buna görə onu vəzifəsindən çıxarsalar da, həmin maddəni heç cürə Konstitusiyadan çıxara bilmədilər... İmam Mustafayev haqında Bu yaxınlarda Sadıq Murtuzayevin tərtibatı və Hacı Mehman Fərzullayevin redaktorluğu ilə "Vətən" nəşriyyatında "Elin böyük oğlu" adlı 366 səhifəlik kitab çap edilmişdir. Gələn həftə isə, yenə İmam Mustafayev haqqında, lakin bu dəfə Sabir Əfəndiyevin bir kitabı – “Nurun olmur kölgəsi”, işıq üzü görəcəkdir.

ZAQATALA KÜMÇÜLƏRİ MÖVSÜMƏ CİDDİ HAZIRLAŞIRLAR Zaqatala Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, barama mövsümünün başlanması ilə əlaqədar rayonda 120 kümçü ailəsinə ümumilikdə 5,2 kiloqrama yaxın ipəkqurdu toxumu paylanmışdır. Bu il fermerlərə yetişdirəcəkləri məhsulun hər kiloqramı üçün 3 manat ödəniləcəkdir. Cari mövsümdə rayonda barama istehsalının 10 tona çatdırılacağı proqnozlaşdırılır. 2009-cu ildə rayon kümçüləri “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinə 7,9 ton barama təhvil vermişlər. Baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə bu il yaz aylarında rayonun kəndlərində 48 min ədəd tut tingi əkilmişdir. Ümumiyyətlə isə, son 3 ildə səhmdar cəmiyyətin köməyi ilə rayonun baramaçılıqla məşğul olan ərazi vahidlərində 220 min ədəd tut tingi əkilmiş, yeni bağlar salınmışdır.

Əkilmiş tinglərin 70 faizindən çoxu inkişaf etmişdir. AzərTAc 23 may 2010-cu il

ZAQATALADA BARAMA TƏDARÜKÜ BAŞA ÇATMIŞDIR Zaqatala Rayon İcra Hakimiyyətindən bildirmişlər ki, rayonda barama tədarükü başa çatmışdır. Rayon barama toxumu zavodu cari mövsümdə məhsul istehsalı ilə əlaqədar 124 kümdar ailəsi ilə müqavilə bağlamışdır. Kümdarlara 5,2 kiloqrama yaxın ipəkqurdu toxumu paylanmışdır. Kümdarlar bu mövsümdə 6,1 ton yaş barama istehsal etmişlər. Yetişdirdikləri məhsulun hər kiloqramı üçün onlara 3 manat ödənilmişdir. Tədarük edilmiş məhsul “Şəki-İpək” Açıq Səhmdar Cəmiyyətinə təhvil veriləcəkdir. AzərTAc 5 iyul 2010-cu il


İpəkçi - 19 iyul 2010-cu il, №7 (2271)