Page 1

INFOREX EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

1

WEEKLY

288 OKTYABR


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

2

SƏBİNƏ GÜL


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

3

Salamlayıram, iki vacib cütlük haqqında danışmaq istəyirəm. EURUSD Burada enişə meylli dinamika görürəm, amma buralarda əsas da yaradıla bilər.


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

4

SƏBİNƏ GÜL


EKSPERT FIKIRLƏRI

SƏHİFƏ

INFOREX WEEKLY

5

GBPUSD Eyni sözləri funt haqqında da demək olar. Cütlük buradan aşağıda möhkəmlənməlidir ki, enişi davam etdirsin


SƏHİFƏ

TEXNİKİ ANALİZ

INFOREX WEEKLY

6

DOLLARDA ORDERLƏRIN ARTIMI RISK YARADIR, GOLDMAN SACHS Goldman Sachs gözləyir ki, ABŞ dollarımöhkəmlənməkdə davam edəcək, amma bu iqtisadiyyatın möhkəm olacağını göstərir. «Çoxlu yaxşı xəbərlər artıq qiymətdə əksini tapıb və investorlar alışlardadırlar. ABŞ iqtisadiyyatı güclü olduqca dollar da güclü olaraq qalacaq. Amma biz hesab edirik ki, əgər iqtisadiyyatda kiçik bir ləngimə olarsa, sürətli eniş başlaya bilər». ABŞ-DA BLOKÇEYN MÜHƏNDISLƏRINƏ TƏLƏB 400% ARTIB Sürətlə inkişaf edən blokçeyn texnologiyası bu sahə üzrə mütəxəssilərə güclü tələb yaradıb və bu da blokçeyn mühəndisliiyi ixtisasını ən yüksə gəlir gətirən sahəyə çevirib. CNBC məlumat verir ki, ABŞ-da bu mühəndislər orta hesabla $150,000 - $175,000 pul qazanırlar ki, bu da onlar süni intellekt mühəndislərinin qazanc səviyysinə yaxınlaşdırıb. Bu sahə üzrə mütəxəssis az olduğu üçün onlara tələb güclüdür”, - Hired СЕО-su Mehul patel bildirir.

BITKOINƏ KEÇMƏK ÜÇÜN 8 SƏBƏB

BU HƏFTƏ BIZI HANSI HADISƏLƏR GÖZLƏYIR?

Avro, dollar və ya funt varsa rəqəmsal valyutanı işlətmək nə üçün lazımdır? Yaxşı sualdır. Amma bu sualın yaxşı da cavabları var.

Çərşənbə axşamı, 30 oktyabr ABŞ ConferenceBoard istet=hlakçıların inam indeksi

1. Öz vəsaitlərinə tam nəzarət etmək Bitkoin və digər kriptovalyutalar öz vəsaitlərimizə daha güclü nəzarət etməmizə imkan yaradır. Çünki özümüzlə pullarımız arasında vasitəçiyə ehtiyacımız qalmır. Məsələn bankın pul köçürməmizi nə qədər vaxta həyata keçirməsini diqtə etməsinə ehtiyacımız olmur. 2. Tranzaksiyaların ucuzluğu Pul tranzaksiyalarında vasitəçi aradan qaldırılarsa, köçürmələrdə qənaət edilmiş olur. Ticarətçilər üçün də bitkoin qəbul etmək kredit kartı ilə ödəniş qəbul etməkdən asandır.

Çərşənbə, 31 oktyabr Avrozonada illik infliyasiya rəqəmləri. ABŞ ADP məşğulluq indeksi Cümə axşamı, 1 noyabr Böyük Britaniya sənaye sektorunda işgüzar aktivlik indeksi Böyük Britaniyada infliyasiya hesabatı İngiltərə Bankının iclası, faiz dərəcələri qərarı ABŞ sənaye sektorunda işgüzar aktivlik indeksi. Cümə, 2 noyabr ABŞ, NFP əmək bazarı statistikas

3. Sürət Beynəlxalq köçürmələrin köçürməsində puldan başqa vaxta da qənaət edilmiş olur. 4. Rahatlıq Bitkoinlə onlayn ödənişlər daha rahatlıqla həyata keçirilmiş olur. Siz köçürmə etmək üçün şəxsi məlumatlarınızı təqdim etmyə ehtiyac görmürsünüz. 5. Təhlükəsizlik Sahibkarlara fiat pullardansa bitkoin götürmək daha əlverişlidir, kredit kartları ilə ödəniş edilərkən onu ləğv etmək də olur. Bitkoin ödənişləri isə geri dönüşü olmayan ödənişdir, ona görə də fırıldaq etmək şansı məhduddur. 6. Konfidensiallıq Bitkinin əsas üstünlüklərindən biri də onun anonimliyi qorumasıdır. Bitkoin tranzaksiyalar yalnız sizin cüzdanınıza bağlıdır. 7. Etibarlılıq Bitkoin blokçeyni —bir ranqlı ödəniş sistemidir (p2p). Bu sizi və qarşınızdakını sövdə iştirakçıları edir. Sizə tranzaksiya etmək üçün bank lazım deyil. 8. İnvestisiya etmək imkanı Bitkoinin qiyməti 10 il əvvəl olduqca az idi, 2017-ci ildə isə onun qiyməti $20 000 səviyyəsinə qalxdı. Əsas kriptovalyuta bizlərə həmişəlik gəlib və investisiya yatırmaq gələcəkdə olduqca böyük gəlir gətirə bilər.

ING KANADA DOLLARI BARƏDƏ BU HƏFTƏLIK PROQNOZ VERIB Ola bilsin ki, Kanada Bankı rəsmilərinin tonu bəziləri üçün gözləniləndən daha sərt olub, amma pul-kredit siyasəti barədə bütün pozitiv xəbərlər artıq qiymətdə əksini tapıb, deyə ING analitikləri yazırlar. Onlar bildirirlər ki, bu həftə əsas diqqətlər avqust üzrə ÜDM-ə, Kanadada əmək bazarı rəqəmlərinə yönələcək. ---------------------------------------------------------------------“Güclü iqtisadi rəqəmlər USD/CAD cütlüyü üçün müqavimət zonası yaradacaq ki, bu da cütlüyü 1.32 səviyyəsindən aşağıda salayacaq. Bu səviyyədən yuxarıda möhkəmlənmək üçün ABŞ iqtisadi əhvalruhiyyənin yaxşılaşması baş verməlidir”, - ekspertlər


SƏHİFƏ

TEXNİKİ ANALİZ

INFOREX WEEKLY

7

BU SƏBƏBLƏRDƏN NEFT HƏLƏ KI, BUĞA RALLISINI DAVAM ETDIRƏ BILMƏZ

BRENT NEFTININ ALIŞ ORDERLƏRI MINIMUMA DÜŞÜB - CFTC

2-AYLIQ

Rusiya və OPEK bir birinə əks açıqlamalar edirlər. İran sanksiyalarının və ABŞ-da seçkilərin vaxtı gəlir.

Son həftə ərizndə iri spekulyantlar Brent neftinin fyuçerslərində və opsionlarında alış orderlərinin həcmini 48 333 müqavilə azaldaraq 360 785 müqaviləyə çatdırıblar. Bu barədə CFTC məlumat verir.

Oktyabrın sonuncu ticarət həftəsinə daxil olmuşuq. WTI markalı neft $68 qiymətindən yuxarı qalxmağa çalışsa da, buna nail olmayıb. Neft bazarının iştirakçıları əsas hasilatçıların qarışıq açıqlamalarından nə gözləmək lazım olduğunu bilmirlər. Belə ki, Rusiya energetika naziri A. NOvak İstanbulda jurnalistlərə açıqladı ki, neft bazarında təkliflər azalmağa doğru gedir. Rusiyada neft hasilatı həcmləri sovet dövründən əvvəlki perioda nəzərən olduqca yüksəkdir. Ölkə hasilat həcmini saxlamaı və bir az artırmağı planlaşdırır.

SPEKULYANTLAR WTI NEFTINI YEDDINCI HƏFTƏDIR KI, SATIRLAR — CFTC

OPEK isə bildirir ki, 2019-cu ildə hasilat həcmlərini nisbətən azaldacaq, çünki bazarda ehtiyatların çoxluğu balansı poza bilər.

WTI nefti yeddi həftədir ki, ardıcıl olaraq satılır. WTI fyuçerslərində və opsionlarda alışların həcmi 36 560 müqavilə azalaraq 206 295 müqaviləyə çatıb.

Oktyabrın əvvəllərində WTI qiyməti $77 səviyyəsinə toxundu. Brent isə $86.73 səviyyəsini yoxladı. O zamandan bəri qiymətlər təxminən 12.5% düşüb. Neftin payız rallisi İrana qarşı tətbiq olunacaq sanksiyalarla əlaqəli idi. Bazar qorxurdu ki, İran ixracının azalması OPEK və onun tərəfdaşları tərəfindən kompensasiya edilə bilməyəcək.Amma hazırda belə bir fikir var ki, əgər Rusiya ilə Səudiyyə Ərəbistanı hasilatı artırarlarsa, İran neftinin yeri tamamilə dolacaq. Bu ehtimallar da neftin yenidən ucuzlaşmasına gətirdi.

* Ümumi alışların həcmi 29 288 müqavilə azalaraq 271 077 müqaviləyə çatıb;

* Ümumi alışların həcmi 39 164 müqavilə azlaraq 407 933 müqaviləyə çatıb; *Ümumi satışların həcmi 9 169 müqavilə artarq 47 148 müqaviləyə çatıb.

QIZILIN QIYMƏTININ ARTMASI SPEKULYANTLARI SATIŞLARI BAĞLAMAĞA VADAR EDIR — CFTC Qızılın enişinə hesablanmış orderlərin həcmi yenidən azalıb. CFTC məlumat verir ki, spekulyantlar qızılın fyuçers və opsionlarında satış həcmlərini 10 473 müqavilə azaldaraq 26 899 müqaviləyə çatdırıblar. * Qızılda ümumi alışların həcmi 2 068 müqavilə artaraq 109 469 müqaviləyə çatıb; * Qızılda ümumi satışların həcmi azalaraq 136 368 müqaviləyə çatıb.

8 405 müqavilə

* Ümumi satışalrın həcmi 7 272 müqavilə artaraq 64 782 müqaviləyə çatıb.

Bu həftə demək olar ki, qiymət sıçrayışları olmadan keçə bilər, çünki bazar İran saksiyalarının başlanacağı ərəfədə gözləmə mövqeyi tutmağa üstünlük verəcək.

SPEKULYANTLAR NƏHAYƏT KI, DOLLARI SATMAĞA BAŞLAYIBLAR FTC -nin son hesabatından görünür ki, son həftə ərzində spekulyantların əhvalı elə də dəyişməyib. Maraqlı hallardan yalnız vroda açıq marağın artımını və yenada satışların aktiv olaraq bağlanmasını göstərə bilərik. Həmçinin funtda, aussidə və lunidə buğa əhvalının güclənməsi müşahidə olunub. Yena ən çox satılan valyutadır, onun ardınca aussi, avro, funt, kivi və frank gəlir. Dollarda təmiz alışların həcmi $1.3 milyard azalaraq $26.825 milyarda çatıb. Avroda təmiz satışların həcmi 0.1 milyard artsa da, hər iki istiqamətdə açıq maraq $1 milyarddan çox artıb. Spekulyantlar üçüncü həftədir ki, yenada satışları bağlayırlar. Kanada Bankının faiz dərəcələri barədə qərarı lunidə satışların azalmasına səbəb olub. Aussidə spekulyativ orderlərdə elə bir dəyişiklik baş verməyib, satışların həcmi rekord səviyyədədir.


SƏHİFƏ

INFOREX WEEKLY

TEXNİKİ ANALİZ

8 EUR/USD, GBP/USD VƏ BTC/USD BARƏDƏ TEXNIKI ANALIZ, 29 OKTYABR - 2 NOYABR 2018 EURUSD Texniki olaraq avro/dollar ötən həftə enişi davam etdirərək 1,1300 səviyyəsinə çatıb. Bura ilk baxışdan güclü səviyyəyə oxşayır və qırılması elə də asan deyil. Gözləmək olar ki, cütlük qalxışa meyl edəcək və qalxış hədəfi 1.1500 səviyyəsində görünür. Amma siyasi xəbərlərin də təsiri güclüdür, ona görə də hansısa ticarət qərarı vermək riskli ola bilər.

GBP/USD Funtda vəziyyət avrodakına bənzəyir. Cümə günü dönüş patterni yaranıb, ona görə də funtun 1,3000 səviyyəsinə hədəflənmiş dönüş həyata keçirəcəyini gözləmək olar. Amma burada da siyasi xəbərləri nəzərə almaq lazımdır.


TEXNİKİ ANALİZ

SƏHİFƏ

INFOREX WEEKLY

9 BTC/USD Bitkoin hazırda kiçik diapazonda qalıb və uzun müddətdir ki, bu vəziyyət davam edir. Cütlük olduqca yavaş templə hərəkət edərək 6181 dəstəyindən yuxarıda qalır.


SƏHİFƏ

INFOREX WEEKLY

EKSPERT FIKIRLƏRI

10

288

"InForex Weekly"#288  

"InForex Weekly"#288: treyderler ucun heftelik online Forex icmali

"InForex Weekly"#288  

"InForex Weekly"#288: treyderler ucun heftelik online Forex icmali