"InForex"#14

Page 53

İŞ PRİNSİPİ

Bazar mexanizmləri

Bu, necə işləyir:

Faiz dərəcələri mexanizmi “İn forex” jurnalı sizə yeni rubrika təqdim edir. “Bu necə işləyir” rubrikasıda fundamental faktorlarının bazara təsir mexanizmlərini hərtərəfli açıb göstərməyə çalışacağıq. Əvvəlcə faiz dərəcələrindən başlayaq. Mərkəzi bankların valyuta kurslarına nəzarəti həyata keçirmək üçün bir neçə yolları var. Bu yollar əsasən üç istiqamətə ayrılır: açıq bazarda əməliyyatlar, vacib bank ehtiyatları normasının təyin edilməsi və faiz dərəcələri. Pul kütləsinə nəzarət etməkdə məqsəd ölkədə iqtisadi artımı stimullaşdırmaq və iqtisadiyyatı ifrat hallardan qorumaqdır. Gəlin, üçüncü yolla – faiz dərəclərinin nizamlanması ilə daha yaxından tanış olaq. Çünki əvvəla, treyderlər bu amillə daha çox üzləşirlər, ikincisi isə, hazırda bu mövzu daha aktualdır. “Faiz dərəcələri” deyəndə Mərkəzi Bankın kommersiya banklarına krediti hansı faizlə verməsi nəzərdə tutulur. Elə bu tərifdən başa düşmək çətin deyil ki, faiz dərəcələrinin azalması milli valyutanın kursuna mənfi, artırılması isə müsbət təsir göstərməlidir. Amma məsələ heç də bu qədər sadə deyil. Bir tərəfdən baxanda, mexanizm belə işləyir: Mərkəzi bank faiz dərəcələrini azaldır. Kommersiya bankları daha həvəslə və daha böyük həcmdə ssuda götürməyə başlayırlar. Nəticədə bank ehtiyatwww.i nf o r ex.az (012 ) 4375323, 4367844

ları artır. Kommersiya banklarının daha aşağı faizlə daha çox kredit vermək imkanı yaranır (çünki ehtiyatları artıb). Demək, valyuta bazarında təklif artır. Bəs tələb necə? Axı Mərkəzi Bankın addımı tələbə heç bir təsir göstərmir... Amma məsələyə başqa bucaq altında da baxmaq olar. Hökumət büdcənin kəsirini maliyyələşdirmək üçün özəl sektordan pul vəsaitlərini cəlb edir. Bu, adətən qiymətli kağız- ların buraxılması yolu ilə həyata keçirilir.Həmin kağızların gəirliyi adətən faiz dərəcələrinin səviyyəsindən birbaşa asılı olur. Demək, faiz dərəcələri azalanda dövlətin buraxdığı qiymətli kağızların gəlirliyi də aşağı düşməlidir. Bu isə özünü hökumətin cəlb etdiyi pulların səviyyəsində göstərməyə bilməz. Əgər dövlət büdcəsinin kəsirini örtmək üçün az vəsait cəlb edilirsə, onda hökumətin xərcləri də azalır. Nəticədə büdcə kəsiri ilə valyuta kursunun arasındakı əlaqə dövrəyə girir.

Faiz dərəcələri aşağı salınanda ölkənin aktivləri investisiya cazibəsini itirir. Nəticədə kapitalın xaricə axması güclənir. Demək, yerli investorlara daha çox xarici valyuta lazım olur. Bu, o deməkdir ki, valyuta bazarında milli valyutanın təklifi çoxalır. Bu isə onun məzənnəsinin aşağı düşməsinə gətirib çıxarır. Nominal kursun aşağı düşməsi öz növbəsində, daxili bazarda yerli məhsulların xaricilərə nisbətən ucuzlaşmasına

səbəb olur. Bu da ixracın artıb, idxalın azalmasına gətirib çıxarır. Başqa sözlə, ticarət balansının müsbət saldosu artır. Amma unutmaq olmaz ki, faiz dərəcələrinin azalması ilə valyuta kursunun düşməsi arasıdakı əlaqənun bu cür olmadığı vaxtlar da var. İqtisadi böhranlar zamanı adətən mexanizmin işi pozulur. Bu zaman hətta faiz dərəcələrinin artırılması fonunda belə, milli valyutanın enişinin davam etməsi mümkündür.

İn Forex 04 (14) aprel, 2011 Jurnalı forumda müzakirə et

53


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.