

SƏBİNƏ GÜL

Salamlayıram və hər kəsə uğurlar arzulayıram.
Valyutaların gözlənilən hərəkətlərinə baxaq.
AUDUSD - Cütlük qeyd edilmiş trend xəttini yuxarı qırıb və həmin xətdən yuxarıda ticarət aparır, buradan yuxarıda qaldıqca qalxışa meylli ola bilər.

SƏBİNƏ GÜL

GBPUSD
Burada cütlük müqaviməti qırıb və növbəti qalxış hədəfinəistiqamətlənmiş kimi görünür. Qeyd edilən xətdən yuxarıda qaldıqca qalxışa meyllilik davam edə bilər.

Qızıl ötən həftə geniş diapazonda aşağı -yuxarı hərəkət edib. XAU/USD “Santa rallisi” perioduna qədər qalxış həyata keçirə bilər, deyə analitiklər bildirirlər. - Çərşənbə günü Conference Board dekabr üçün inam indeksini drəc edəcək. İnamın yüksəlməsi Amerika trejeris kağızlrının gəlirliyini artıracaq və XAUUSD -ə təzyiq göstərəcək və əksinə.
Həftə sonuna yaxın ABŞ iqtisadi analizlər bürosu PCE rəqəmlərini açıqlayacaq. Güclü rəqəm qızıla təzyiq göstərə bilər və əksinə.
Bazar iştirakçıları riskə marağa xüsusi diqqət göstərəcəklər. Əsas indekslərin zəif göstəricilərindən sonra investorlar aşağı qiymətlərdən istifadə etməyə çalışacaqlar ki, bu da “Santa rallisi” üçün yol açacaq. Əgər ABŞ fond indeksləri ABŞ - da qalxarsa, XAU/USD buğa impulsu yığa bilər”.
GBP/USD: 1.21 SƏVIYYƏSI QIRILARSA, 1,18 ƏRAZISINƏ YOL AÇLACAQ - SCOTIABANK


GBP/USD çətinliklərlə üzləşir, çünki qrafiklər potensial enişdən xəbər verir, deyə Scotiabank analitikləri bildirirlər.
Britaniya funtunun kəskin enişdən özünə gələ bilməməsi funtu zəif saxlayır. Əsas dəstək 1.2105 səviyyəsindədir.
Ola bilsin ki, funt “baş - Çiyinlər” fiqurunu formalaşdırmağa çalışır və 1.21 səviyyəsi çiyin zonasıdır, qırılma 1.18 səviyyəsinə yol açacaq.
Müqavimət - 1.2320/40”.
AUD/USD 0,6700 ərazisində ticarət aparır.
Danske Bank analitikləri bildirirlər ki, AUD/USD qarşıdakı 3 ayda 0,66, 6 aydan sonra isə 0,65 səviyyəsində ticarət aparacaq.



USD/JPY: QLOBAL INFLIYASIYA PROQNOZU VƏ ABŞ XƏZINƏDARLIQ KAĞIZLARININ DƏYƏRLIYI DIQQƏTDƏDIR - DANSKE BANK
USD/JPY 136,50/80 səviyyəsindən aşağıda ticarət aparır, Danske Bank analitikləri bildirirlər ki, cütlük bir aydan sonra 137, 3 aydan sonra 139, 12 aydan sonra 128 səviyyəsinə çatacaq.
“USD/JPY üçün qalxış riskləri qlobal gəlirlik səbəbindəndir, ola bilsin ki, intervensiyalar müvəqqəti olaraq qalxışı zəiflədə bilər.
Gələcəyə nəzər salaraq biz yenanın möhkəmlənəcəyini gözləyirik”.
EUR/USD: IL SONU RALLISI BAŞA ÇATMIŞ KIMI GÖRÜNÜR - SCOTIABANK
EUR/USD qalxışa meylli olsa da ton yumşaq olaraq qalır. Socitbank analitikləri gözləyirlər ki, cütlük qarşıdakı bir neçə həftədə konsolidasiya edcək, ardınca isə qalxşa başlayacaq.
“Biz əvvəlki kimi hesab edirik ki, mövqeləşdirmə və buğa əhvalı avroda rallinin gücünün azaldığını göstərir və konsolidasiya ehtimalını artırır.
1.0650/55 səviyyəsi hazırda ilkin müqavimət zonasıdır. Dəstək 1.0500/10 səviyyəsindən keçir”.
XAU/USD BARƏDƏ 2023 - CÜ ILIN SONU ÜÇÜN PROQNOZ $1 900 QIYMƏTINƏ QƏDƏR QALDIRILIB - ANZ
ANZ Bank qızıl barədə gələn ilin sonu üçün proqnozu $1 900 qiymətinə qaldırıb.

Qlobal artımın zəifləməsi geosiyasi risklərin güclənməsi sonunda baş verir, biz hesab edirik ki, riskdən qaçış qızılın qiymətini bahalaşdıracaq.
Bununla əlaqədar olaraq biz aktiv barədə proqnozu $1 900 qiymətinə qalırdıq”.
XAU/USD 2023 - CÜ ILIN SONUNDA $1 850 SƏVIYYƏSINƏ ÇATACAQ - COMMERZBANK
Qızıl üçün bu il hadisələrlə zəngin bir il oldu. Commerzbank analitikləri gözləyirlər ki, gələn ilin əvvəlində qiymətli metal $1 750 qiymətinə düşəcək, ilin sonunda isə $1850 qiymətinə qalxacaq.
Qızıl həm də bizim gözləmələrimizə uyğun olaraq, dolların zəifləməsindən dəstək qazanmalıdır”.
EUR/USD ÇƏTIN KI, UZUNMÜDDƏTLI QALXIŞ HƏYATA KEÇIRSIN - MUFG

EUR/USD 1,0737 maksimumuna qalxsa da MUFG Bank analitikləri cütlüyün artımı davam etdirəcəyinə inanmırlar.
Riskə maraqla bağlı əhvalın pisləşməsi cütlüyün qalxışa davam etməsinə mane olacaq.
İngiltərə Bankının faiz dərəcələrinin artımı barədə ehtiyatlı bildirişlərindən sonra biz EUR/GBP krossunun qalxışı üçün səbəb görürük.
EUR/GBP krossunun qalxışı həm də avronun volatillik baxımından funtdan güclü olmağını əks etdirə bilər.”
EUR/USD: AVRONUN ZƏIFLƏMƏSINƏ SƏBƏB OLA BILƏCƏK 3 FAKTOR - SCOTIABANK

EUR/USD AMB - in “şahin” mövqeyinə baxmayaraq təzyiq altında qalmaqdadır. Scotiabank analitikləri bildirirlər ki, cütlük 3 səbəbdən təzyiq altnda qala bilər.
“Mövqeləşdirmə (Bazarda avronun alışları çoxluq təşkil edir);
Riskdən qaçış; Texniki vəziyyət - avro həddindən artıq alınmış kimi görünür.
- Biz avronun yaxın perspektivləri barədə ehtiyatlı mövqedəyik, amma uzunmüddətli perspektivdə buğa əhvalını saxlayırıq”.
\EUR/USD
BÖYÜK EHTIMALLA GƏLƏN QIYMƏTINƏ QALXACAQ - NORDEA

AY 1,10
EUR/USD AMB - in köməyi ilə 1,07 səviyyəsinə qalxıb, Nordea analitikləri cütlüyün qarşıdakı ayda 1,10 qiymətinə qədər qalxacağını gözləyirlər.
“Fond bazarlarındakı yeni il rallisi dolların zəifləməsinə səbəb ola, avronu gücləndirə bilər, bu da EUR/USD cütlüyünün 1,10 səviyyəsinə qalxışına səbəb ola bilər.
Ümumiyyətlə, EUR/USD cütlüyünün qarşıdakı 3 ayda 1,04 və 0,99 səviyələrinə enişi mümkün görünür. Biz EUR/USD cütlüyünün 2023 - cü ilin sonunda 1,13 səviyyəsinə qalxacağını gözləyirik”.