Page 1


Anama məktub...


Nigar

Dünyanın ən gözəl şeyi səninlə söhbət etməkdir. Mənə problemlərimi necə həll edəcəyimə çox kömək edirsən. Məni ən çox sən anlayırsan. Səninlə olanda mən hecnədən qorxmuram. Səni çox sevirəm canım Anam!


Nihat

Nəyə görə məni eləmədiyim şeylərə görə danlayırsan və döyürsən. Məni incidirsən, ağlamağıma səbəb olursan. Qırdığım dibcəkdən daha çox sən də məni döyərək qəlbimi qırırsan.


Cavid

Qardaşımla oynayanda, mən onunla bəzən dalaşanda, sən ancaq mənə əsəbləşib, məni döyürsən. Mən çox vaxt heçnə etmirəm amma sən mənə qulaq asmırsam və hər dəfə səhvi məndə görürsən.


Leyla

Ən böyük xəyalım aktrisa olmaqdır. Xəyal deyirəm çünki bu mənim üçün ancaq xəyaldır. Sizin isə bu xəyalımdan xəbəriniz belə yoxdur. Mən doğulmamışdan əvvəl nə olacağıma siz qərar verirsiz. Mənim istəmədiyim həkimliyi oxumağa məcbur edirsiz. Hər şeyimə siz qərar verisiz. Bu isə məni həyatda uğursuz edir.


Banu

Atam daha çox qardaşlarımla vaxt kecirdir. Onlarla futbol aynayır məndə oynamaq istəyəndə, sən qızsan, qızlara olmaz deyir. Axı məndə atamla futbol oynamaq istəyirəm.


Məryəm

Məni hər dəfə danlayirsan, pisləyirsən, döyürsən. Səndən bir dəfədə olsun yaxşı söz eşitməmişəm. Bəzən məni sevmədiyini düşünürəm. Mənə qarşı nəyə görə belə pissən? Dərsdən evə geləndə üzümə belə gülmürsən.


Rauf

Səninlə oyun oynamaq istəyəndə, mənə telefonu əlimə verirsən. Mən telefonıa deyil səninlə, vaxt kecirtmək və oyun oynamaq istəyirəm. Sənin üçün çox darıxıram. İşdə olduğun üçün səni çox az görürəm. Mənimlə biraz vaxt kecirtməyini istəyirəm.


Nihat

Mən bir şey demək istəyənda sən hər dəfə məni susturursan. “Az danış sən uşaqsan” deyirsən. Balaca olduğum üçün mənim söz deməyə haqqım yoxdur?


Nərmin

Ana sən hər dəfə məni başqa uşaqlarla qarşılaşdırırsan. Camaatın uşağı daha ağıllı, tərbiyəlidi, anasının sözünə qulaq asır, onu eləyir, bunu eləyir və mən isə yaxşı şeylər eləyəndə məni dəyərləndirmirsən


www.anonimmektublar.com Burda hər şey anonimdir. Ailənizdən, yaxınlarınızdan, dostlarınızdan, tanışlarınızdan gizləmək istədiyiniz və onlara demək istədiyiniz düşüncələrinizi anonim məktub onlaraq bura yaza bilərsiniz. Məqsədimiz sizin düşüncələrinizi qinamaq yerinə sizə dəstək olmaqdır. Bütün məktublar anonim olaraq qalır. Məktublarınızı bizimlə bölüşə bilərsiz.


Profile for ilduza.mammadova

Letter Book  

Letter Book  

Advertisement