Kəhf surəsi, Peyğəmbərimiz (s.ə.v)-in və bir çox İslam aliminin diqqət çəkdiyi bir surədir. Bu surədə çatdırılan Kəhf və Rəqim əhlində, hz. Musa və elm sahibi biri ilə əlaqədar hadisələrdə və hz. Zülqərneyn hekayəsində bir çox sirlər və Axırzamana işarələr var. Peyğəmbərimiz (s.ə.v) də, Kəhf surəsinin Axırzamanla əlaqəli olduğunu bildirmişdir. Bir hədisdə "... kim onun (Dəccalın) cəhənnəminin bəlasına uğrasa Allahdan kömək diləsin və Kəhf surəsinin ilk ayələrini oxusun ki, atəş İbrahimə olduğu kimi, bu atəş də o kimsəyə soyuq və salamatlıq olsun. " şəklində bildirilmişdir.
Kəhf surəsində, Axırzamanda çıxacaq olan dəccaldan və onun yer üzünə yaymaq istədiyi dinsizlik axınlarından qorunmaq və insanlığa bəla gətirəcək olan bu fitnəyə qarşı mübarizə apara bilmək üçün lazımlı işarələr, həmçinin müsəlmanların almalı olduğu dərslər var. Peyğəmbərimiz (s.ə.v)-in Axırzamanda bu surəni oxumağı tövsiyə etməsi, bu vəziyyətə açıq bir işarədir.