Page 1

Marneuli   Gənclər   mərkəzinin   idarə   heyətinin   üzvü   Emin  Əhmədovla müsahibə Mərkəz,   Gürcüstanda   yaşayan   gənclərimizlə   bağlı   hansı   layihələri   həyata   keçirir? İlk öncə bizə ayirdiginiz vaxt üçün təşəkkürümü bildirirəm və təşkilatla bağlı qısa məlumat vermək istərdim. Marneuli Gənclər Mərkəzi (MGM) 2003-cü ildən fəaliyyət göstərir. MGM-nin missiyası, Gürcüstan gənclərinin savadlı, məsuliyyətli, fəal, inteqrasiya olunmuş vətəndaş olmaları, bölgənin və digər bölgələrin ictimai həyatında iştirak etmələri üçün onların təhsil, idman və mədəniyyət sahəsində inkişafına dəstək olmaq, həmçinin gənclərin gürcü cəmiyyətinə inteqrasiyasına dəstək olmaqdır. Təşkilatın əsas məqsədi gənclərin inkişafı, işlə təmin olunması, inteqrasiyası, ölkənin ictimai həyatında və qərarların qəbul olunmasında iştirak etməsidir. Təşkilatımız bir çox layihələr həyata keçirmişdir və hal hazırda da layihələrimiz davam edir. Marneuli Gənclər Mərkəzi əsasən gənclərin təhsili, fiziki sağlamlığı, cəmiyyətə inteqrasiyası, ümumiyyətlə gənclərin inkişafına yönəlik layihələr həyata keçirir. 2011-ci ildə həyata keçirilən layihələrə gəldikdə isə bunları qeyd edərdim: “Yerli QHT-lərin inkişafı və əməkdaşlığı forumu” layihə- “Cəmiyyətin İnkişafı Fondu” (CİDA) tərəfindən maliyyələşdirilir. Məqsəd yerli QHT-ləri inkişaf etdirmək, onların rəqabətə davamlılığını gücləndirməkdir. “Məcburi köşkünlərin işlə təmin olunması”- layihə Avrasiya Əməkdaşlıq Fondunu dəstəyi ilə həyata keçirilir. Layihənin məqsədi 2008-ci ildə baş verən Gürcüstan – Rusiya müharibəsi nəticəsində məcburi məskunlaşdırılmış qaçqın gənclərin və yerli azərbaycanlı gənclərin işlə təmin olunması və onların inteqraiyasıdır. Digər bir layihə kimi gənclərin və tələbələrin inkişafını nəzərdə tutan “Gənclərin İnkişafı Akademiyasını” göstərmək istərdim. “Gənclərin İnkişafı Akademiyasının” yaranmasında əsas məqsəd gənclərin bilik və səviyyəsini daha da yüksəltmək və inkişaf etdirməkdir. Bu proqram çərçivəsində tələbələrə və digər gənclərə müxtəlif mövzularda mühazirələr, treininqlər və görüşlər keçirilir. Daha bir layihəmiz “Marneuli rayonunda idmanın inkişafı və sağlam həyat tərzi” layihəsidir. Layihə World Vision Germany-nin dəstəyi ilə keçirirlir. Layihə çərçivəsində MGM- də gencler ucun body-building zalı, gizlar üçün isə fitnes zalı yaradılmışdır. Marneuli Gənclər Mərkəzində (MGM) gənclər üçün müxtəlif kurslar fəaliyyət göstərir, bunlar ingilis dili, gürcü dili, kompüter və jurnalistika kurslarıdır. Kurslar 3 ay ərzində davam edir və hər üç ayda bu kurslardan 250 gənc və yeniyetmə bəhrələnir. Bu günə kimi kurslardan minlərlə gənc bəhrələnmişdir. Onların əksəriyyəti bu gün müxtəlif yerlərdə işlə təmin olunublar və ictimai həyatda fəal iştirak edirlər. Bundan elave idman bölməmizdə boks, kik boks, akrobatika, kapoeyra, bodibilding, fəaliyyet gosterir. Layihələr və kurslarla paralel olaraq müxtəlif tədbirlərimiz, aksiyalarımız və görüşlərimiz də olur. Əlbəttə, bütün bu fəaliyyətlər gənclərin inkişafına xidmət edir və müsbət nəticəsini göstərməkdədir.


Ümumi olaraq idman bölməmizdə 147, təhsil kurslarında isə 225 nəfər var. 7 illik fəaliyyət dönəmində bizim mərkəzdən 5000-dən artıq gənc bəhrələnib. Amma bununla kifayətlənmirik, beynəlxalq donorlarla çalışmağa və onlarla əməkdaşlıq etməyə üstünlük veririk. Beynəlxalq donorlarla yanaşı biznes strukturlarla da əməkdaşlıq edirik. Məqsədimiz yalnız Kvemo Kartlini deyil, eyni zamanda bütün Gürcüstanı əhatə etməkdir.

Bu gün gənclərimizin əsasən hansı problemlərlə üzləşirlər? Təhsil problemi bölgə üçün ən aktual problemdir. Məktəblərdə kadr çatışmamazlığı və şəraitin olmaması bu problemi daha da kəskinləşdirir. Bəzi dövlət və qeyri-dövlət proqramları və layihələri keçirilməsinə baxmayaraq görülən işlər bu problemin aradan qalxmasına kifayət etmir. İşsizlik problemi də öz aktuallığı ilə geridə qalmır. Təhsili olmayan gənclər əsasən xarici dövlətlərdə müvəqqəti iş yerləri tapırlar. Xaricə iş tapmaq üçün üz tutan gənclərimizin qeydiyyat olunmalarında və iş tapmalarında da çətinliklər var.

Mərkəzin   fəaliyyəti   üçün   Azərbaycan   və   Gürcüstan  hakimiyyətindən hansısa yardımlar göstərilirmi? QHT olaraq fəaliyyətimizi əsasən donor təşkilatlarla, layihələr vasitəsiylə qururuq.  Ancaq  dövlət strukturları  və  yerli hakimiyyətlə   də   əməkdaşlığımız  olur. Misal  olaraq   yerli   hakimiyyətin   dəstəyi   ilə   sentyabr   ayında   başlayacaq   “Gənclər   –   daha   yaxşı   gələcək üşün” layihəsini göstərmək olar. Azərbaycan dövlətinin yardımı kimi ARDNŞ­in dəstəyini yüksək qiymətləndiririk.  Yerləşdiyimiz 1200 kv metrlik, tərkibində  3 idman zalları, auditoriyaları, xalçaçılıq sexi  və   s.   olan   ikimərtəbəli   binanın   ARDNŞ­in   yardımıyla   bizə   təmənnasız   istifadəyə  verilməsi, texniki bazanın təminatı, binanın təmiri, kommunal xidm ətl ərin ödənişi və  s.  göstərmək olar. Bundan  əlavə SOCAR­Georgiya­ya layihə ilə də müraciət etmişik. Bu  bütün Gürcüstanı əhatə edəcək, gənclərin inkişafına yönəlik bir layihədir. Ümidvarıq ki,  həmin layihənin də Gürcüstan gənclərinin inkişafına böyük dəstəyi olacaqdır.    

Soydaşlarımızın   gürcü   cəmiyyətinə   inteqrasiya   hansı  səviyyədədir? Son   illərdə   Gürcüstan   dövləti   milli   azlıqların   gürcü   cəmiyyətinə   inteqrasiyası   üçün  müxtəlif   layihələr   həyata   keçirməkdədir   ki,   bunun   da   əsasını   dövlət   dilinin   yüksək  səviyyədə   öyrədilməsi  təşkil edir. Milli azlıqların abituriyentləri  üçün nəzərdə  tutulan   4+1 proqramını da xatırlatmaq yerinə düşərdi ki, bu da dövlət dilini bilməyən gənclərin   ana   dilində   imtahan   verərək   ali   məktəblərə   qəbul   olunmasını   n əz ərd ə   tutur.   Bu   proqram çərçivəsində  gənclər bir il  ərzində  gürcü dilini öyrənir, ilin sonunda isə  gürcü   dilindən imtahan verərək birinci kursa daxil olur.  Qeyd olunanlarla yanaşı bildirmək istəyirəm ki, inteqrasiya prosesi kəndlərdə çox zəif  inkişaf   etmişdir.   Kəndlərdəki   əsas   problemlər   kimi   aşağıdakıları   qeyd   etmək   yerinə  düşərdi: təhsilin aşağı səviyyədə  olması, işsizlik, məlumat çatışmamazlığıdır və  s. Bu  problemlər isə nəticədə inteqrasiya prosesinin zəifl əməsin ə g ətirib çıxarır.

Erməni   təşkilatlarının   fəaliyyəti   əsasən   hansı  istiqamətdədir. Bölüçülük xəttini davam etdirirlərmi?


Kvemo   Kartli   (Borçalı)   bölgəsində   əsasən   azərbaycanlıların   yaşadıqlarını   nəzərə  alaraq   deyə   bilərəm   ki,   bu   bölgədə   erməni   təşkilatları   fəal   deyillər,   hətta   yox   dərəcəsindədirlər.

Soydaşlarımızın   çoxluq   təşkil   etdiyi   Borçalı   bölgəsində  iqtisadı yatırımlar qoyulurmu? Problemlərin olması ilə yanaşı işlər də görülməkdədir. Bir neçə dövlət proqramı həyata   keçirilir. Bölgədə   əsasən Azərbaycan şirkətləri fəal işləyir. SOCAR Georgia şirkətinin  yatırımları regionda  əsas yer tutur. Bu yatırımlar yalnız neft deyil, eyni zamanda qeyri­ neft sektorunu da əhatə edir. Görülən   işlərə  baxmayaraq   regionun   iqtisadi   yatırımlara   çox   ehtiyacı   var.   Borçalının  kənd   təsərrüfatı   bölgəsi   olduğunu   nəzərə   alsaq,   bu   sahənin   inkişaf   etməsi   üçün  sərmayə qoyulmasına böyük ehtiyacı var.

Qarşıda hansı layihələri həyata keçirməyi düşünürsünüz? Qarşıda bir çox ideya və layihələrimiz var. İlk növbədə regionda xalçaçılığın tarixi olduğunu və bu günkü tələbatı nəzərə alaraq bu sahəni inkişaf etdirmək istəyirik. Buna texniki bazamız da bu yönlü layihələr həyata keçirdiyimiz üçün təcrübəmiz də imkan verir. Və artıq dəstək almışıq. “Borçalı xalçaçılığının inkişafı” layihəsi “Peas Corps” – un dəstəyi ilə həyata keçiriləcək. Layihə çərçivəsində MGM-də xalçaçılıq kursunun və kitabxananın yaradılması nəzərdə tutulur. Söhbət zamanı qeyd etdiyim və 2011-ci ildə başlayan “Gənclərin İnkişafı Akademiyası” proqramı da bu il davam edəcək. Məqsədimiz bu Akademiyanın daimi fəaliyyətini təmin etməkdir. Bu gün təhsildə olan problemləri nəzərə alaraq layihələrimiz əsasən gənclərin təhsili, cəmiyyətə inteqrasiyası, müxtəlif yönlü inkişafı vəs. priorotetlər üzrə olacaq. Biz əldə etdiyimiz nailiyyətlərlə kifayətlənmirik, çünki qarşıda görüləsi çox işlər var. Son olaraq onu deyə bilərəm ki, bu gün Marneuli Gənclər Mərkəzi artıq regionun ən güclü təşkilatına çevrilməkdədir və bizim fəaliyyətimiz də bu yöndə davam edir. Məqsədimiz müasir düşüncəli, inkişaf etmiş və milli ruhlu layiqli vətəndaşlar yetişdirməkdir. Bizimlə əlaqə: www.myc.ge. e-mail: marneuliyouthcentre@gmail.com Ünvan: Gürcüstan, Marneuli, II Erekle küçəsi #1

Elnur Eltürk


CAUCASUS INTERNATINAL  

Marneuli. Georgia

Advertisement
Read more
Read more
Similar to
Popular now
Just for you