Page 1

İnformasiya Texnologiyasını bizimlə izləyin

1

1(6) 2014

https://www.facebook.com/compuser.info

Hardware

A

Software

Network

Apps

Games

Windows

Linux

Mac OS

Salam Əziz oxucular

rtıq 2 il fasilədən sonra compuser.info elektron jurnalını bərpa etmək qərarına gəldim. Bu 2 il ərzində demək olar ki, çoxlu hadisələr və s. başıma gəldiyindən heç imkan olmadı bu işlə məşğul olum. Ancaq qərara gəldim ki, hər bazar ertəsi Sizə yeni compuser.info jurnalı hazırlayım. Əgər kimsə bu işdə mənə kömək etmək istəsə çox minnətdar olardım. Həmin adamlar həftədə heç olmasa bir məqalə göndərsə onu jurnalda yerləşdirərdim. Bunun üçün məqalə və ona gedəcək şəkilləri göndərmək kifayət edir. Qeyd etmək istəyirəm ki, tək

əldən səs çıxmaz. İT-sahəsində ana dilimizdə məlumat çox azdır. Ancaq bu sahəni öyrənmək istəyən və başqa dilləri bilməyən adamların sayı çoxdur. Məqsədimdə odur ki, belə adamlara ilk addım atmaqda kömək edək. Yazdığınız məqalələri elviz.ismayilov@gmail.com elektron poçtuna göndərə bilərsiz. Compuser.info jurnalına keçdikdə isə cəmi 5 nömrəsi çıxdı. Bu il üçün məqsədim ən azı 12 nömrəsini hazırlamaq. Ümidvaram ki, bu istəyimi yerinə yetirməkdə mənə köməklik etmək istəyənlər tapılar. Hörmətlə Elviz İsmayılov. elviz.ismayilov@gmail.com


Oyunlar

Hardware Software Mobiles Apps Games Oyun haqqında

İstehsalçı: Ubisoft Nəşr: Ubisoft Rəsmi internet səhifəsi: assassinscreed.ubi.com/en… Çoxistifadəçi: Bəli Janrı: Action Oyun mühilkəri: PC, Xbox 360, PS3 Sistem tələbləri: məlum deyil PC üçün buraxılış: 14 yanvar 2014 il PC üçün buraxılış (Rus dilində.): 15 yanvar 2014 il Xbox 360 üçün buraxılış: 14 yanvar 2014 il PS3 üçün buraxılış: 14 yanvar 2014 il

2

compuser.info


Hardware Software Mobiles Apps Games

Oyunlar

Assassin’s Creed: Liberation HD Oyununun qısa məzmunu

O

yun 1765-ci ili əhatə edir. Həmin an Şimalda Amerika inqlabına hazırlıq gedir, ispanlar isə cənub ştat olan Luiziananı ələ keçirmək istəyirlər. Onlar bu planı həyata keçirmək üçün Avelina ilə qarşılaşmalı olacaq. Avelinaya gəldikdə, düşmənlərini bütün mümkün olan üsullar ilə öldürməyə malik olan və mövcud silahların hamısını məharətlə istifadə etməyi bacarır. Oyunun əsas xüsusiyyətləri: İstifadəçi Avelinanı idarə edəcək. Avelina fransız və afrikan qarşılıqlı bir muzdlu döyüşçüdür. Əsas məqsədi mövcud olan silahlar ilə tapşırıqları yerinə yetirməlidir. Düşmənləri bu silahlar vasitəsi ilə öldürmək tələb olunur. Oyunun əsasında AnvilNext nüvəsi durub. Bu nüvə vasitəsi ilə oyun qrafikasında mövcud olan bütün fizika daha real və oyunun detalları daha dəqiqdir. Oyunda hər bir missiyanı yerinə yetirdikdə siz daha da oynamaq istəyəcəksiz.

compuser.info

3


Məqalə

B

Hardware Software Mobiles Apps Games

2014-cü ildə ən çox ehtiyac olunan İT-mütəxəssilər.

u məqalə “Какие ИТспециальности будут самыми востребованными в 2014 году?” məqaləsinin qısa tərcüməsidir. Məqaləni daha geniş şəkildə oxumaq istəyənlər sonda olan linkə keçməklə oxuya bilər. 1. Proqramçı. Bu siyahıda liderliyi proqram təminatı yazan mütəxəssilər tutur. Sorğu zamanı iştirak edən şirkət müdirlərinin cavabı bu il üçün 49% yeni proqramçı işə götürəcəklər. Çünki proqramçılar hal-hazırda ən çox ehtiyac olunan mütəxəssilər sayılır. Qeyd etmək lazımdır ki, müasir İT-biznes proqramçılar üzərində qurulubdur. Bu mütəxəsilərə ehtiyac hətta gələn il arta bilər. 2. Help-desk texniki dəstək Sorğuda ikinci yeri 37% ilə help-desk durur. Bu sahəyə maraq artır. Ayani olaraq keçən ilin statistikasına baxsaq görəcəyik ki, help-desk 3-cü yerdən 2-yə qalxdı. Mütəxəssislər bu sahənin artımını İTbiznesin artmasından irəli gəlir. Artımın ikinci səbəbəni isə yazılmış proqramların yayılması zamanı dəstəklənməsi məsələsi ortaya çıxır. Bu meyarlar əsasında helpdesk mütəxəssislərinə ehtiyac var. 3. Şəbəkə və şəbəkə administratorları Bu sahəyə də son ildə maraq artıb.

4

Keçən ildən fərqli olaraq bu il 8-ci yerdən 3-cü yerə qalxan şəbəkə administrator mütəxəssislərinə ehtiyac artıb. Bu yalnız Coputerworld-in statistikası deyil. Beynəlxalq iş birjasında bu özünü göstərir. Robert Half Technology şirkətinin sorğusuda anoloji olaraq bu statistikanı ortaya çıxartdı. Ancaq bu hələm son deyil. Sorğunun nəticəsi göstərir ki, güclü və savadlı şəbəkə administratoruna ehtiyac gələn ildə 55% artacaq. Mütəxəsisslərin qeydinə əsasən bu üsulla onlar bir güllə vasitəsi ilə iki dovşan vurmaq istəyirlər. Çünki müdirlər bu sahəyə götürdüyü işçilərə əlavə olaraq verilənlər bazasınında adminliyi tapşırırlar. Bu işçi iki işi birlikdə görə bilər. Qısa olaraq yaxşı DBA mütəxəsisini axtarmaq lazım olamayacaq. Əlavə məlumatlandırmaq lazımdır ki, mobil texnologiyanın artması administratorlara ehtiyac olacaq. Onların əsas işi çoxlu sayda Wi-Fi şəbəkələrin dəstəklənməsidir. 4. Mobil qurğu və planşetlərə proqram təminatının yazılması. Sorğunun nəticəsinə görə 27 % ilə 2014-cü ildə mobil qurğular üçün proqram təminatı yazan və layihələşdirən mütəxəssislərə ehtiyac olacaq. Bu sahəyə də maraq keçən ildən daha çox artıb. 2013-cü ildə bu sahəyə təlabat 9-cu yerdə idi. Mobil sahələrin inkişafı ilə əlaqədar iki xəbər mövcuddur biri yaxşı

compuser.info


Hardware Software Mobiles Apps Games

o birisi pis. Yaxşı ondan ibarətdir ki, bu mütəxəssilərə ehtiyac artacaq. Pis xəbər isə onadan ibarətdir ki, tam ştat üçün belə mütəxəssisləri tapmaq çətin olacaq. Bəzi məlumatlar var ki mobil platforma üzrə mütəxəssisləri tapmaq o qədər çətin olacaq ki, vakant yerin 3-də ikisini doldurmaq problemi yaranacaq. Bu sahədə mütəxəssislərin az olması bir növ proqramçı kimi təhsil alan tələbələrin əsas desktop və veb proqramlaşdırma üzrə maraqlanmasıdır. Səbəblərdən biri isə ondan ibarətdir ki, istifadəçi digər köməkçi qurğulara az proqram yükləyirlər. Ancaq statistikaya əsasən birinci qurğular son zamanlar mobil və planşetlər olacaq. Sahəyə marağın artması qarşıda proqnozlaşdırılır. əsas problem isə yazılmış proqrama düzgün auditoriya seçmək və yaxud auditoriya kütləsini tapmaq. 5. Layihələrin idarə edilməsi Keçən ildən fərqli olaraq bu il 2-ci yerdən 5-ci yerə düşüb. Layihə menencerinə ancaq ehtiyac yenədə artacaq. İş adamların bu ildə layihə menenceri vəzifəsinə götürdükləri şəxslərin seçimi daha sərt olacağını qeyd ediblər. 6. Verilənlər bazasının idarə edilməsi 2014-cü ildə bu sahəyə maraq daha da artacaq. Rəhbərlərin qeydinə görə bu il 25 % yeni DBA üzrə mütəxəssislər işə qəbul olunacaq. Keçən ilin sorğusunda

Link

Məqalə

bu sahənin adı heç çəkilməmişdir. Çünki bu işi eyni anda şəbəkə administratoru görürdü. NoSQL texnologiyasının və bu tip ekzotik texnologiyaların yaranması yeni gənc mütəxəssislərə ehtiyac olacaq. Bu sahəyə maraqın ikinci tərəfi isə çoxlu sayda məlumatları emal edilməsi məsələsidir. Bu tip məlumatları mütəxəssislər tərəfindən emal edilməsi məsələsi ortaya çıxır bu isə sistem administratorların işi deyil. 7. İdarəetmə sistemkərində təhlükəsizliyin təmin edilməsi Bu sahə öz növbəsində keçən ildən fərqli olaraq 4-cü yerdən 7-ci yerə düşüb. Ancaq sorğuda iştirak edən şəxslər belə mütəxəssislərə ehtiyacın olduğunu qeyd ediblər. Bu sahədə ən böyük problem təhlükəsizlik üzrə güclü mütəxəssislərin az olmasıdır. Böyük şirkətlərin çoxu bu problemlə qarşılaşıblar. Robert Half Technology apardığı təhlil nəticəsində işsiz təhlükəsizlik mütəxəssis yoxdur 8. Biznes təhlilçisi Bu il bu sahə üzrə mütəxəsislərə ehtiyac olacaq. Ancaq keçən ildən fərqli olaraq daha az. Çünki keçən il 5-ci sıradan 8-ci sıraya düşüb. Düzdür sorğuda iştirak edən rəhbərlərin 18%-ı bu istiqamət üzrə işçi işə götürəcək. Bu yalnız onlara ehtiyacın azaldığından irəli gəlmir. Onların maaşlarının yüksək olması bu iqtisadi böhranla üst-üstə düşməsindən irəli gəlir.

http://blogerator.ru/page/it-specialnosti-samye-vostrebovannye-v-2014-godu-prognozi-populjarnost-trendi compuser.info 5


Pascal

Hardware Software Mobiles Apps Games

Pascal proqramlaşdırma dilində sadə proqramın yazılması qaydası Bu bölmədə biz Pascal dilini öyrənməyə başlayacağıq. Burada sırf yazılan proqram üzərində hər məsələni izah etməyə çalışıb. Hissə-hissə proqramlaşdırma dilinin bütün meyyarlarına toxunacağıq. Tədris üsulu ona görə belə seçilib ki, hər-hansı bir proqam yazıb onun işini nəzərdən keçirəsiniz. Bu bir növ oxucuda inam yaranacaq ki, mən bunu etdim.

Bölmə 1. Ekrana məlumatın çap edilməsi.

İlk proqram ekranda hər-hansı bir məlumat çap edəcək. Bu sadəcə istədiyiniz məlumatı ekrana çap edib sonra isə proqram öz işini bitirəcək. Burada proqramın dəqiq sintaksisini nəzərdən keçirəcəyik. Məsləhət. Proqramda verilən şərhləri diqqətlə oxuyun. Şərhlər {} mötərizənin içində yazılır. Əlavə olaraq yazdığınız proqramlara şərh yazmağı unutmayın. Bu çox vacibdir.

Proqram 1.1. İlk proqram. Program first:

Begin Write(‘Salam,’); Writeln (‘dostlar’);

6

{İlk sətr proqramın adı yazılır. Program – açar sözdür, First – proqramımızın adıdır. Adı özümüz seçib yazırıq. Ad ixtiyarı ola bilər yalnız proqramın adı rəqəmlərlə başlamamalıdır. Adın uzunluğu 255 simvoldan artıq olmamalıdır və qeyd etmək lazımdır ki, adlarda ilk 63 simvol eyni olduqda adların eyni ad olduğu kimi qəbul ediləcək. Sətrin sonunda nöqtə vergül yazılır. Bunu da yadda saxlamaq lazımdır. Ondan sonra isə proqramın əsas hissəsi gedir o isə həmişə begin sözü ilə başlayır} {bu sətrdə nöqtə vergül yoxdur növməti kod ekrana salam sözünü çap edir. Diqqətlə baxsanız görəcəksiz kursor salam sözündən sonra durub əgər ekrana mətn çap etmək istəsəniz dırnaq arasında yazın. Əks halda yazsanız bunu dəyişən kimi qəbul edəcək.} {bu sətrin sonunda nöqtə vergül qoymaq çox vacibdir. Növbəti kodda isə dostlar sözü ekrana çap ediləcək. Kursor isə yeni sətrə enir. Bunu isə ln əmrinin vasitəsi ilə edillər. Ln sözünün mənası isə line deməkdir ingilis dilindən tərcüməsi sətr anlamını verir}

compuser.info


Hardware Software Mobiles Apps Games

Pascal

Writeln(‘ bu ise ikinci setrdir’)

{sonuncu writeln əmrində nöqtə vergül işarəsini yazmağa ehtiyac yoxdur. Daha dəqiq isə end sözündən dəvvəl nöqtə vergül işarəsini yazmaq vacib deyil}

End.

{end sözünə gəldikdə proqram bu sözlə bitir. Onu da bilmək lazımdır ki, end sözündən sonra nöqtə işarəsi qoymaq lazımdır. Bu isə prqoramın sonu deməkdir.}

Qeyd. əsas odur ki, proqram yazan proqramçı nöqtə vergülün nə vaxt qoyacağını bilməlidir. Nöqtə vergülü sətrlər arasında qoyumaq lazımdır. Proqramları sətrsizdə yazmaq olar daha dəqiq bir sətrdə. Ancaq bu proqramın kompüter tərəfindən oxunmasını çətinləşdirir. Proqram gec oxunub ona uyğun iş görəcək. İndi isə bizim proqramımızı nəzərdən keçirsək görəcəyik ki, nöqtə vergülü program hissəsində qoyulub birdə begin-dən sonar başlayan sadalamaların sonunda. Ancaq sonuncu writeln-də sadalama bitdiyi üşün onda qoyulmayıb.

compuser.info

7


Web

Hardware Software Mobiles Apps Games

HTML 5, CSS 3 və uygunlaşdırılmış veb dizayn ilə tanışlıq

Bu bölmədə olan bütün yazılar yuxarıda gördüyünüz kitabın tərcüməsi olacaq. Bütün məqalələr bitdikdən sonra tam olaraq Azərbaycan dilində kitab olacaq. Kitab haqqında məlumatı aşağıda ingilis dilində oxuya bilərsiniz.

8

İndiki zamana qədər hazırlanan saytlar dəqiq ölçü ilə hazırlanırdı. Daha doğrusu 960 px enində. Bu ölçü tam olaraq istifadəçilərə kifayət edirdi. Balaca monitorlarda tam olaraq sayt görsənir böyük monitorlarda isə arxada çoxlu boş sahə əmələ gəlirdi. Artıq çoxlu sayda smartfonların olduğu bir vaxtda bu özünü doğrultmur. İlk olaraq bu Apple şirkətinin iPhone smartfonlarında mövcud oldu. Daha dəqiq isə bu smartfon vasitəsi ilə saytlarda sörf etmək imkanı yarandı. Əlavə olaraq bu tip qurğular vasitəsi ilə internetə girən istifadəçilərin sayı artır. O biri tərəfdən istifadəçilərin kompüter monitorlarının displeyləri 27 və 30 dyumu aşır. Ona görə də smartfon istifadəçiləri ilə kompüter istifadəçilərinin istifadə etdiyi qurğuların monitorları arasında fərq çox böyükdür. Buna görə də saytları bu tip qurğuların hamısı üçün optimallaşdırmaq tələb olundu. Xoşbəxtlikdən bu brauzer inkişafı zamanı saytları onlara uyğunlaşdırmaq üçün alətlər var. HTML 5 və CSS3 vasitəsi ilə dioqanalları fərqli olan qurğular üçün uyğunlaşmış internet səhifələr hazırlamaq olar. Bunun üstün tərəfləri ondan ibarətdir ki, kənar xidmətlərə müraciət etmək lazım gəlmir. Ona görə də bu başlıqda aşağıdakı bölmələri nəzərdən keçirəcəyik. 1. Kiçik ekranların dəstəklənməsinin nə dərəcədə vacib olduğunu 2. Mobil qurğulara müəyyən dizayna salınması 3. Veb səhifəyə müəyyən uyğunluq dizaynın verilməsi 4. Uyğunlaşmış veb səhifələri nəzərdən keçirəcəyik 5. Ekranların və səhifənin ölçüsü arasında fərq anlayışını nəzərdən keçirəcəyik 6. Brauzer genişlənmələrini istifadə edərək səhifələrə uyğun ölçü vermək 7. HTML5- istifadə etməklə daha səliqəsi səhifələr hazırlamaq 8. CSS istifadə etməklə dizaynla bağlı qəliz məsələləri həll edəcəyik. compuser.info

#1 (2014) compuser  

Compuser.info

Read more
Read more
Similar to
Popular now
Just for you