Page 1

Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Bütün Hüquqlar Qorunur. Saytın Və Ya Elektron Jurnalın Materiallarından Tam Və Ya Qismən İstifadə Edərkən TexnoMedia.com Saytına Müvafiq Aktiv Keçidin Qoyulması MÜTLƏQDİR. http://www.texnomedia.com Copyright © 2010 1


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Jurnalın Bölümləri: TEXNOVATOR – QISA XƏBƏRLƏR.........................................4-15 TEXNOBƏLƏDÇİ ......................................................................16-22 Sərt Disk Və Ya CD/DVD-dən Pozulmuş Məlumatları Bərpa Etmək Üçün 3 Sınanmış Pulsuz Proqram? MARAQLI .................................................................................23-26 Multimedia “Manea” Kürəciyi: Beynin Məşqi Üçün Qacet İNTERNET.................................................................................27-28 14 Yaşlı Böyük Britaniyalı Məktəbli Necə İnternet-Milyoner Oldu? İT................................................................................................29-32 İT Frilanserlərə Olan Tələb Sürətlə Artmaqdadır

2


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası İNTERNET..........................................................................................................................4-5 PandaLabs: 2010-cu İlin Ən Çox Müşahidə Olunan Virusları KOMPÜTER..........................................................................................................................6 2011-ci İlin III Rübündə Intel Prosessorlarının 70%-dən Çoxu 32 nm Olacaq MULTİMEDİA...................................................................................................................7-11 Çoxfunksiyalı Hexound Qulaqlığı RƏQƏMSAL...................................................................................................................12-13 Polaroid Yanvarda Yeni “Şəkli Özüçıxaran Fotokamera” Nümayiş Etdirəcək? AVTO..............................................................................................................................14-15 Yeni nəsil Porsche 911 Sportkarı

3


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası İNTERNET PandaLabs: 2010-cu İlin Ən Çox Müşahidə Olunan Virusları

PandaLabs laboratoriyası 2010-cu il müddətində ən çox müşahidə olunan virusların reytinqini açıqlayıb. Laboratoriya mütəxəssisləri bu siyahıya son 12 ay ərzində ən çox yadda qalan virusları daxil edərək onların hər birini komik nominasiyaya layiq görüblər. “Ən qoçaq” virus Stuxnet.A. olub. Bu zərərli kod dispetçer idarəetməsi və məlumatların toplanması sisteminə, başqa sözlə, əhəmiyyətli infrastrukturlara hücum məqsədilə işlənib hazırlanmışdır. “Ən təhlükəsiz qurd” nominasiyası isə Clippo.A virusuna “verilib”. Belə ki, bu virus kompüterə yükləndikdən sonra bütün sənədləri şifrə ilə “qoruyur”. Beləliklə də, istifadəçi sənədi təkrar aça bilmir. Virus bunu nə üçün edir? Maraqlısı da odur ki, bunun elə bir 4


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 səbəbi yoxdur, çünki istifadəçiyə şifrəni almaq və ya antivirus əldə etmək təklif olunmur. Bu virus, sadəcə, kompüter istifadəçisini qıcıqlandırmaq məqsədilə yaradılıb. “Ən qənaətcil” qurd isə SecurityEssentials2010 (təbii ki, rəsmi deyil, saxta antivirus MS) seçilmişdir. Bu zərərli kod hər hansı bir saxta antivirus kimi fəaliyyət göstərir. O, istifadəçiyə xəbərdarlıq edir ki, onun kompüterinə təhlükəli viruslar hücum edib və yalnız adı çəkilən bu antivirusu almaqla qurğunu viruslara qarşı müdafiə etmək olar. Bu saxta antivirus kodunun dizaynı kifayət qədər inandırıcı və həqiqətəuyğundur. Reytinqin tam siyahısını burada oxuya bilərsiniz.

5


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası KOMPÜTER 2011-ci İlin III Rübündə Intel Prosessorlarının 70%-dən Çoxu 32 nm Olacaq

Hal-hazırda, Intel prosessorlarının 75%-ni 45 nm və yalnız ¼ hissəsini 32 nm çipləri təşkil edir (nm və ya nanometr ölçü vahidi olub milyardda bir metr, yəni 10−9 m-ə bərabərdir). Lakin 2011-ci ilin ilk rübündə Sandy Bridge prosessorunun meydana çıxması ilə 32-nm çiplərinin bazarda mövqeyi dəyişəcək. Bununla yanaşı, gələn ilin elə ilk rübündəcə şirkət təchizatında 45-nm prosessorlarının ümumi çəkisi 65%-ə enəcək. 2011-ci ilin ikinci rübündə 32-nm çiplərinin ümumi payı 50%-dək artacaq və nəhayət, III rübdə 70%-i üstələyəcək. Qalan hissəni isə 45-nm prosessorları təşkil edəcək. Intel ümidvardır ki, 2011-ci ilin ilk rübündə şirkətin 32-nm tipli çip təchizatında Sandy Bridge prosessorlarının payı 15%, II rübdə 35%, III rübdə isə 60% təşkil edəcək,

6


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Yeri gəlmişkən, gələn ilin artıq son rübündə Intel ilk 22-nm prosessorlarının istehsalına başlamaq niyyətindədir. Belə olduğu təqdirdə o, AMD ilə müqayisədə texnoloji üstünlüyə malik olacaq.

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası MULTİMEDİA Çoxfunksiyalı Hexound Qulaqlığı Bir sıra texniki qurğular kimi, müasir qulaqlıqlar da getdikcə çoxfunksiyalılığı və yeni xüsusiyyətləri ilə seçilir. Hexound qulaqlığı da bu qəbildəndir.

7


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 İstənilən qulaqlıqda başlıca meyar, əlbəttə ki, onun səsləndirmə qabiliyyətidir. Prinsip etibarilə, qulaqlığın yerinə yetirməli olduğu yeganə funksiya da elə budur. Lakin bu gün müasir qulaqlıqlara digər funksiyalar da əlavə olunur. Hexound qulaqlığının konseptini irəli sürən dizayner Li Zonq Fa (Lie Zhong-Fa) da qurğuya bir neçə funksiya əlavə etmişdir.

Hexound Qulaqlığının Özəllikləri Bu aksessuarın əsas özəlliyi ondan ibarətdir ki, o, həm qulaqlıq rejimində, həm də audiokolonka kimi işləyə bilər. Qulaqlığı audiokolonkaya çevirmək üçün “qulağı” yarımhalqa çənbərdən ayırmaq kifayətdir. Bu mini audiokolonkalar kilovattlarla səs çıxara bilməsə də, onlarda musiqi kifayət qədər aydın və ucadan səslənir.

8


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Hexound qulaqlığının digər bir özəlliyi onun halqasına yerləşdirilmiş günəş batareyalarıdır. Bu batareyalar sayəsində qulaqlığın ayrıca enerji təchizatına ehtiyacı qalmır. Ondan istənilən zaman fəal şəkildə istifadə edə bilərsiniz. Təbii ki, Hexound qulaqlığında heç bir naqil yoxdur. İstər qulaqlıq daxilində, istərsə də onunla şəxsi kommunikator, telefon və ya kompüter arasında istənilən informasiya fəal iş rejimində ötürülür.

9


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

10


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Qulaqlıqda USB Portu da Var Bu qulaqlıqda musiqini tez yükləmək və ya əlavə enerji təchizatı məqsədilə kompüterə qoşulmaq üçün USB çıxış da var. (əlavə enerjiyə ehtiyac, görünür, günəşli havaların az olduğu məkanlarda yarana bilər).

11


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası RƏQƏMSAL

12


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Polaroid Yanvarda Nümayiş Etdirəcək?

Yeni

“Şəkli

Özüçıxaran

Fotokamera”

Polaroid şirkəti jurnalistləri 2011-ci ilin yanvar ayında CES 2011 sərgisində keçirəcəyi təqdimata dəvət edib. Dəvətnamənin üzərinə "grey revealed" adlı tapmacalı ifadə və hansısa qurğunun çıxıntılı təsviri həkk olunmuşdur. Belə güman edilir ki, gələn il adı çəkilən tədbirdə dərhal şəkil çıxaran yeni kamera nümayiş ediləcək. Xatırladaq ki, Polaroid şirkəti çəkilmiş fotoları dərhal özüçıxaran lent fotoaparatı istehsalından sonra daha böyük populyarlıq qazanmışdır. İndi, görünür, şirkət bu ənənəni yenidən dirçəltmək niyyətindədir.

13


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Ötən il bazara 5 Mp PoGo rəqəmsal kamerası təqdim edilmişdi. Bu məhsul kamera və mürəkkəbsiz çap edən Zink printerinin uğurlu kombinasiyasının təcəssümü idi. Belə güman edilir ki, CES 2011 sərgisində məhz bu modelin yenilənmiş versiyası nümayiş ediləcək. Hər halda dəvətnamənin üzərindəki şəkil aydın təsvir edilmədiyindən qurğunun dəqiq nə olduğunu təyin etmək mümkün deyil. Bu təsvir kameradan çox, proyektoru xatırlatsa da, jurnalistlər yenə də hesab edirlər ki, onlar yeni “şəkli dərhal çap edən kamera”nın təqdimatına dəvət alıblar.

TEXNOVATOR – Qısa Xəbərlər Rubrikası AVTO Yeni Nəsil Porsche 911 Sportkarı

14


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Almaniyanın Autobild məcmuəsi yeni Porsche 911 sportkarı barədə müəyyən təfərrüatları açıqlayıb. Bu Model Yığcamlığı İlə Seçilir Bu informasiya jurnalın çap versiyasında dərc edilib. Yeni nəsil Porsche 911 avtomobilinin qabarit uzunluğu 56 millimetr (4,49 metrədək), təkər bazası isə 10 millimetrədək (2360 millimetr) artırılacaq. Maşının yüksəkliyi isə 11 mm (1299 mm-ədək) azaldılacaq. Standart avtomobilin eni olduğu kimi qalacaq. Bununla belə, modelin bəzi modifikasiyalarında kuzovun (banın) arxa hissəsi 60 mm genişləndiriləcək. Bundan əlavə, avtomobilin (baza komplektasiyanın) kütləsi təqribən 45 kiloqram azaldılacaq və 1525 kq-a çatdırılacaq.

Yeni Porsche 911-in Səciyyəvi Xüsusiyyətləri Növbəti nəsil Porsche 911 üçün yeni arxa asqı hazırlanmışdır. Avtomobilin gücünü artırmaq və yanacağa daha çox qənaət etmək məqsədilə mühərrik də modernləşdirilmişdir. 3,6 litr baza aqreqatı 3,4 litrliklə əvəz ediləcək. Yeni modelin at gücü isə 350-yə çatacaq ki, bu da əvvəlki versiyadan 5 dəfə artıqdır. Bu qədər at gücü sayəsində sportkar saatda 288 km sürət əldə edə biləcək. Orta yanacaq sərfiyyatı 13% azalacaq (100 km yürüşə cəmisi 8,5 litrədək). Carrera S modifikasiyası təkmilləşdirilmiş 3,8 litrlik aqreqatla (400 at gücü) təchiz edilmişdir (buna qədər 385 at gücü idi). Belə mühərrikli avtomobil 100 km/saat sürəti 4,5 15


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 saniyədə yığa biləcək. Bu modelin maksimal sürəti isə saatda 302 km-ə çatacaq. Yanacaq sərfiyyatı 100 km-ə 9,1 litr təşkil edəcək (14% daha az). Bundan əlavə, yeni Porsche 911 əvvəlki tək, həm arxa ötürücülü sistemlə, həm də tam ötürücülü transmissiya ilə buraxılacaq. Platforma polad strukturunu qoruyub saxlayacaq, kuzov isə alüminium, polad və kompozit materiallardan hazırlanacaq. Avtomobilin ümumdünya premyerası 2011-ci ilin sentyabr ayında Frankfurtda keçiriləcək avtoşouda baş tutacaq.

TEXNOBƏLƏDÇİ Sərt Disk Və Ya CD/DVD-dən Pozulmuş Məlumatları Bərpa Etmək Üçün 3 Sınanmış Pulsuz Proqram Bu günlərdə forumların birində sörf edərkən bır sıra kompüter istifadəçilərinin bu problemlə qarşılaşdığının şahidi olduq. Bu səbəbdən, TexnoMedia elektron jurnalının budəfəki nömrəsinin texnobələdçi rubrikasında tez-tez soruşulan aktual bir suala praktik cavab vermək qərarına gəldik: Sərt Disk və ya CD/DVD-dən Pozulmuş Məlumatları Yenidən Necə Bərpa Etmək Olar? Bir sıra kompüter istifadəçiləri bu halla çox zaman formatlaşdırma prosesindən sonra qarşılaşır. Əlbəttə, belə bir vəziyyət arzuolunmazdır. Xüsusən də kompüterinizdə bu qurğudan dəfələrlə dəyərli olan informasiya saxlamısınızsa, şübhəsiz, böyük təlaş və çarəsizlik hissi ilə dərhal problemin həlli yollarını axtarmağa başlayacaqsınız. Belə bir halla formatlaşdırma zamanı üzləşə bilərsiniz, yaxud da qəfildən disk oxunmaya bilər. İstənilən halda təlaş keçirmək əvəzinə rasional çıxış yolu tapmağa çalışın. Aşağıdakı Tövsiyələrə Əməl Etməklə Siz İtirilmiş Məlumatları Yenidən Bərpa Edə Bilərsiniz: Tövsiyə 1: İlk növbədə, yadda saxlayın ki, korlanmış diskə qətiyyən heç bir məlumat yazmaq olmaz. Tövsiyə 2: 16


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Hər şeydən öncə, pozulmuş faylların səbətdə (recycle bin) olub-olmadığına əmin olun. Və yaxud xatırlamağa çalışın: bəlkə nəvaxtsa pozulmuş informasiyanın surətini çıxararaq kompüterdə başqa yerdə saxlamısınız?! Tövsiyə 3: Əgər yuxarıdakı cəhd bir nəticə verməsə, o zaman itmiş informasiyanı bu və ya digər dərəcədə bərpa edən pulsuz proqramlardan faydalana bilərsiniz. İtmiş İnformasiyanı Bərpa Etməkdə Yardımçı Olan 3 Pulsuz Proqram 1. File Recovery PC INSPECTOR™ File Recovery 4.x proqramı məlumatların bərpası üçün artıq uzun müddətdir ki, istifadə olunur.

Bu proqram təminatı FAT 12/16/32 və NTFS fayl sistemlərini dəstəkləyir. PC INSPECTOR™ File Recovery Proqramının 4.x Versiyasının Bəzi Özəllikləri: • Boot Sektor pozulmuş və ya itmiş olsa belə, proqram avtomatik olaraq yaddaş. qurğusunu və ya FAT fayl yerləşdirmə cədvəlini tapır; • Faylları, orijinal saat və tarixi qoruyub saxlamaqla bərpa edir; • Bərpa edilmiş məlumatları saxlamaq üçün şəbəkə yaddaş qurğularını da dəstəkləyir; • Kataloqdan istinadı olmayan faylları da bərpa edə bilir; • “Special Recovery” (xüsusi bərpa) funksiyası bu formatları dəstəkləyir: ARJ AVI BMP CDR DOC DXF DBF XLS. PC INSPECTOR™ File Recovery Proqramının Əsas Funksiyaları Bu utilit 3 başlıca vəzifənin öhdəsindən gəlir: • Təsadüfən pozulmuş və artıq Windows səbətində olmayan faylları axtarıb tapa bilir; 17


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 • •

Sistemdə yaranmış ziddiyyətlər üzündən itmiş informasıyanı aşkarlayır; Cədvəl bölməsinin zədələnməsi və ya digər səbəbdən itmiş FAT-bölmələri virtual olaraq yenidən yarada bilir (FAT- File Allocation Table – bir sıra kompüterlərdə tətbiq edilən fayl sistemidir).

PC Inspector File Recovery-nin əsas özəlliyi ondan ibarətdir ki, o, informasiyanın yerləşdiyi faylı öz orijinal tarixi və saatı ilə bərpa edir. Bununla yanaşı, proqramın digər faydalı cəhəti onun şəbəkə diskində pozulmuş faylları bərpa edə bilməsidir. PC Inspector File Recovery proqramı yüksək sürətilə seçilir və interfeysi istifadə baxımından o qədər də mürəkkəb deyil. Bu pulsuz proqramı buradan yükləyə bilərsiniz. 2. UFS Explorer Professional v3.6 Bu utilit itmiş informasiyanı bərpa etmək üçün sürətli və anlaşıqlı bir proqramdır.

18


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Proqram Windows mühitində tam təhlükəsiz şəkildə, “Only read” (“yalniz oxuma” - “только чтение”) rejimində bır sıra populyar daşıyıcı tipləri və fayl sistemlərində pozulmuş informasiyanı bərpa etməyə imkan verir. Bunun üçün əlavə drayver yükləməyə ehtiyac belə qalmır. UFS Explorer Professional Recovery Proqramının Əsas Funksiyaları: • UFS Explorer Professional Recovery proqramının cari versiyası Windows əməliyyat sistemi tərəfindən tanınan istənilən fiziki diskdən (o cümlədən, fləş-daşıyıcıdan) lazımi informasiyanı bərpa edə bilər. •

Bundan əlavə, proqram disk nümunələrini, o cümlədən, CD/DVD (.iso, .mdf…) və VMWare, MS VirtulaPC və Parallels Workstation kimi virtual diskləri dəstəkləyir.

Quraşdırılmış RAID massiv konstruktoru virtual olaraq istənilən konfiqurasiyaya malik RAID massivləri (hətta RAID5-i) bərpa etməyə imkan verir. [RAID (Redundant Array of Inexpensive Disks – ucuz disklərin əlavə dəsti) - böyük həcmdə informasiyanın saxlanması, mübadilə sürətinin artırılması və məlumatların etibarlı şəkildə qorunmasının təşkilidir. Bir neçə adi (ucuz) vinçester qrupundan ibarət olan RAIDsistem sadə konroller tərəfindən idarə olunur]. UFS Explorer Professional Recovery Proqramının Özəllikləri: 19


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 1. Digər utilitlər kimi, UFS Explorer Professional Recovery də Windows: FAT12, FAT16, FAT32, NTFS, NTFS5; Linux: Ext2, Ext3, ReiserFS; BSD: UFS/UFS2; MacOS: HFS/HFS+ fayl sistemlərindən məlumatları birbaşa oxumağa imkan verir. 2. Bundan əlavə, proqram CD/DVD-də ISO9660/UDF, XFS və Mac UFS fayl sistemlərini tam dəstəkləyir. Eyni zamanda, bütün fayl sistemləri üçün itmiş informasiyanın bərpası imkanı mövcuddur. 3. FAT, NTFS, Ext2/3, UFS, XFS kimi bir sıra fayl sistemləri üçün əlavə genişləndirilmiş analiz metodları tətbiq edilir ki, bu zaman fayl sistemindəki metainformasiyanın hətta “qalıqlarından” istifadə etməklə faylları bərpa etmək mümkün olur. Məlumatların analizi və bərpası üzrə müxtəlif alətlərdən istifadə etməklə, bu proqram vasitəsilə pozulmuş informasiyanı ən qısa zaman kəsiyində maksimal dəqiqliklə bərpa etmək mümkündür. Bu zaman istifadəçi bərpa prosesi üzərində tam nəzarət imkanı əldə edir: utilit zəruri olduqca bərpa alətlərindən istifadə etməyə və onları lazımi şəkildə nizamlamağa imkan verir. Proqramın təklif etdiyi bir sıra alətlər təcrübəli istifadəçilər və informasiyann bərpası sahəsində mütəxəssis olanlar üçün nəzərdə tutulub. Onlar bu peşəkar alətlərdən faydalanaraq lazımi məlumatları yüksək dəqiqliklə və qısa zamanda bərpa edə bilərlər. Proqram Daim Təkmilləşməkdədir Proqram informasiyanın bərpası üzrə ixtisaslaşmış şirkətlərin iştirakı ilə daim təkmilləşdirilir (məsələn, Amerikanın DataTech Laboratories Inc. şirkəti kimi). Nəticə etibarilə də, bu həll digər rəqib məhsullardan öz yüksək keyfiyyəti ilə seçilir. Bu proqramın daha bir üstünlüyü ondan ibarətdir ki, o, bır sıra daşıyıcı formatları, əksər populyar fayl sistemlərini dəstəkləyir və eləcə də, məlumatlara çıxış zamanı tam təhlükəsizliyi təmin edir. Ətraflı məlumat əldə etmək və proqramı yükləmək üçün bu səhifəni ziyarət edin. CD Recovery Toolbox Free 1.1.9 Bu proqram CD, DVD, HD DVD, Blu-Ray və s. bu kimi müxtəlif növ disklərdən pozulmuş faylları bərpa etməyə imkan verir.

20


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Proqramın köməyilə daşıyıcıların mexaniki zədələnməsi (səthdə baş verən cızılma, qopma və s. izlər) üzündən, eləcə də qeyri-düzgün qeydə alma (diskə yazma) prosesi zamanı itirilmiş vacib informasiyanı yenidən bərpa etmək mümkündür. CD Recovery Toolbox Free 1.1.9 Proqramının Başlıca Funksiyaları Ötürücü qurğusuna qoyulmuş diski dərindən analiz edərək “salamat” qalmış məlumatları müəyyənləşdirərək bərpa edilə biləcək fayl və qovluqların siyahısını tərtib edir. Düzdür, zədələnmiş faylların hamısı bərpa olunmaya bilər. Amma bununla belə, əksər hallarda, proqram ona “tapşırılan” işin öhdəsindən məharətlə gəlir.

CD Recovery Toolbox Free 1.1.9 Proqramının Başlıca Özəllikləri • Proqram daşıyıcı mexaniki zərbə aldıqdan sonra və ya diskə qeyri-düzgün yazma nəticisındə zədələnmiş faylları saya bilir; 21


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 •

Utilitin sadə və anlaşıqlı interfeysi istifadəçini bərpa prosesini addımbaaddım asanlıqla yerinə yetirməyə imkan verir. • CD Recovery Toolbox Free 4 Gb-dan artıq həcmə malik faylları asanlıqla bərpa edə bilir. • Məhsulun daha bir özəlliyi ondan ibarətdir ki, o, bərpa edilmiş faylları saxlamaq üçün diskdə kifayət qədər boş yerin olmaması barədə istifadəçini qabaqcadan xəbərdar edir. Buradan Yükləyin!

MARAQLI Multimedia “Manea” Kürəciyi: Beynin Məşqi Üçün Qacet Hər gün insan beynində minlərlə neyron məhv olur. Zaman keçdikcə nə qədər çox təcrübə toplasaq da, yaş artdıqca intellektimiz də bizimlə birgə “qocalır”. Bu “qocalıq sklerozu”na qarşı mübarizədə Manea adlı maraqlı bir qacet əsl yardımçı ola bilər.

22


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Əqli deqradasiyaya qarşı mübarizə aparmaq məqsədilə, italyan dizayneri Luigi Trabucco beyni məşq etdirmək üçün bu qeyri-adi multimedia qurğusunu işləyib hazırlayıb.

23


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

İxtiranın müəllifi yazır ki, 30 yaşında beynin əqli funksiyası tədricən zəifləməyə başlayır. Bu arada, o həmçinin vurğulayır ki, beyin məşqi fiziki çalışmalar kimi olduqca sadə və faydalıdır. Bunun üçün əlinizə “ağıllı” kürəciyi götürmək kifayətdir. Kürəcik dərhal şifahi danışıq bacarıqları və barmaqların motorikasının təkmilləşdirilməsinə yönəlmiş tapşırıqlar təklif edəcək. Menyuda çoxsaylı rejim və öyrədici tapşırıqlara rast gəlmək mümkündür. Bu rəngarəng çalışmalar sayəsində hər gün təkrarlanan ofis işi şəraitində bir az daha deqradasiyaya uğrayan beyniniz yeknəsəqlikdən qurtulmuş olar. Bu kürəciklə təmasda olmaq üçün istifadəçi onun yan tünd panellərindən tutmalıdır.

24


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

“Ağıllı kürəciyin” instrumentariləri olduqca zəngindir: o, sizinlə söhbət edə, Bluetooth vasitəsilə kompüterə qoşula, internetə çıxış əldə edə bilər. Qacetin mərkəzi hissəsində isə OLED-ekran yerləşir.

25


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

26


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

İNTERNET 14 Yaşlı Böyük Britaniyalı Məktəbli Necə İnternet-Milyoner Oldu? Gənc yaşlardan böyük uğurları ilə seçilən insanlar barəsində hər hansı bir həyat hekayəsi, həqiqətən, çoxlarını ruhlandırır. Böyük Britaniyalı Kristian Ouensin də hekayəti bir daha onu sübut edir ki, istənilən vaxt biznes qurmaq heç də gec deyil və hətta bunun üçün sahibkarlıq təcrübəsi tələb olunmur. Kristian adi fəhlə ailəsində böyüsə də, onun hələ 7 yaşı olarkən öz kompüteri var idi. Hələ uşaq yaşlarında, öz yaşıdlarından fərqli olaraq, Ouens kompüter oyunlara aludə olmaq əvəzinə veb-dizayn sahəsinə böyük maraq göstərməyə başladı. 11 yaşında Ouens ilk dəfə Apple Macintosh kompüterləri ilə tanış oldu, 14 yaşında isə o, Mac OS X əməliyyat sisteminə dair bir neçə proqramı qruplaşdıraraq onları hazırladığı saytda satışa çıxardı. Qeyd edək ki, hal-hazırda belə saytlar çoxdur. Bu saytların mahiyyəti ondan ibarətdir ki, real dəyəri 500 dollar olan proqram dəstini bu resurslardan cəmisi 60-100 dollara əldə etmək olar. Bununla yanaşı, onu da vurğulamaq lazımdır ki, alıcılara qərar qəbulu üçün məhdud vaxt verilir, belə ki, hər belə proqram dəsti yalnız məhdud zaman kəsiyində (məsələn, 30 gün ərzində) satışa çıxarılır. Maraqlısı odur ki, əldə olunan gəlirlərin heç də hamısı proqramı işləyib hazırlayanlarla Kristianın şirkəti arasında bölüşdürülmür. Ümumi mənfəətin 10%-i xeyriyyə məqsədilə xərclənir. Bu biznes gözlənilmədən iri gəlirlər gətirməyə başladı. Belə olduqda, Ouens Mac Box Bundle şirkətini yaradaraq fəal şəkildə onu inkişaf etdirməyə başladı. Artıq halhazırda (ötən iki il müddətində) şirkət Kristiana 1 milyon dollardan artıq gəlir gətirib. Əlbəttə, 14 yaşlı yeniyetmə üçüb bu, heç də pis nəticə deyil! Amma Ouens əldə etdiyi bu böyük uğurla kifayətlənməyərək, 2009-cu ildə yeni startap layihəsi olan Branchr üzərində işləməyə başladı. Bu resurs digər vebsaytlar və mobil proqramlarda kontekst reklamı yerləşdirmək üçün nəzərdə tutulmuş bir şəbəkədir. Resursun fəaliyyətinin ilk ilində Kristian 800 000 dollar gəlir əldə edə bilib. 27


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Kristianın şirkəti kifayət qədər dinamik şəkildə inkişaf edir. Hal-hazırda şirkətdə Ouensdən başqa, 8 nəfər çalışır. Şirkətin reklam biznesinin müştəriləri arasında MySpace kimi iri saytlar da var. Reklam mətnləri isə 11 min saytda yerləşdirilir. Bu həyat və iş hekayəsi bir daha onu göstərir ki, hər bir insan internet vasitəsilə gəlir əldə edə bilər və bunun üçün nə dahi, nə də təcrübəli olmağa ehtiyac yoxdur. Bu gənc britanın müvəffəqiyyətindən bəhs edərkən, bir məqamı nəzərdən qaçırmayaq: O, Windows əsaslı şəxsi kompüterlərlə müqayisədə, Apple kompüterlərinin o qədər də məşhur olmadığına baxmayaraq, dar bir sahəni (nişi) seçib. Və Ouens həqiqətən bu darprofilli sferada böyük nailiyyətlər əldə edə bilib. Kristian öz real hekayəti ilə bir daha sübuta yetirdi ki, uğur qazanmaq üçün heç də kütləvi bir sferaya müraciət etmək mütləq deyil, kiçik auditoriyası olan nişdə də milyon dollar qazanmaq mümkündür.

28


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

İT İT Frilanserlərə Olan Tələb Sürətlə Artmaqdadır Bu gün sürətlə inkişaf etməkdə olan texnologiya və innovasiya dövründə müqavilə üzrə çalışan texniki mütəxəssislərə olan tələbat getdikcə daha da artmaqdadır

. 2011-ci ildə isə ən böyük tələb Android, iPhone və Facebook üçün mobil proqramlar işləyib hazırlayan proqramçılar, eləcə də, HTML5 və Adobe Flash sahəsində mütəxəssis olanlaradır.

29


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Qeyd edək ki, son bir neçə ay ərzində iqtisadiyyat sahəsində durğunluq yaşandığından, işsizlik səviyyəsi 9,8%-ə çatmışdır. Texniki sferada işçi sayı yalnızca noyabr ayında bir qədər artmışdır. Bir sözlə, məşğulluğun pik nöqtəyə çatdığı 2007-ci ildən fərqli olaraq, yola saldığımız bu ildə bu baxımdan göstəricilər olduqca aşağıdır. Bütün bunlara rəğmən, istehlakçılar iPhone, Android, iPad və digər bu tipli qurğuları alaraq həyatlarını daha mobil etməyə can atırlar. Nəticə etibarilə, onlar bu qurğuların tam funksionallığını təmin etmək üçün effektiv, amma ucuz proqramlara pul xərcləyirlər.

Müasir dövrdə mobil versiyaya malik statik saytların yaradılmasından daha çox, smartfonlar (əsasən iPhone və Android), ipad planşetlər və digər qurğular üçün mobil proqramların işlənib hazırlanması tendensiyası daha geniş vüsət almaqdadır. 30


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010 Bu səbəbdən, bu gün mobil proqram işləyib hazırlayan mütəxəssislərə olan tələbat olduqca böyükdür. Digər tərəfdən də, ştatdan kənar işçilər şirkətlərə daha ucuz başa gəlir. Nəticə etibarilə, frilanserlər üçün gündən-günə daha geniş perspektivlər açılır. Elance Məşhur Elance.com frilanser saytının statistik məlumatlarına əsasən, mobil proqramlar işləyib hazırlayan texniki mütəxəssislərə olan tələb 2010-cu ildə 98% artıb.

Frilanser bazarında digər yüksəktələbatlı ixtisaslar və sahələr axtarış sistemləri üzrə marketinq (Search Engine Marketing), HTML5 və partnyor marketinqidir (affiliate marketing). Bununla yanaşı, 2010-cu ildə BlackBerry və DHTML üzrə mütəxəssislərə olan tələb azalmışdır. “2010-cu ildə bir sıra şirkətlər öz ştatlarına onlayn işçilər əlavə etdilər və beləliklə də, mütəxəssislərin böyük əksəriyyəti stasionar ofisdə deyil, məsafədən (distansiyadan) işləmək imkanı əldə etdilər. Bu da əmək praktikasında əsaslı irəliləyişdən xəbər verir” – deyə Elance şirkətinin baş direktoru Fabio Rosati vurğulayıb. Ümumilikdə, Elance saytında 375 mindən artıq vakansiya elanı yerləşdirilmişdir. 2006-cı ildən bəri isə belə elanların sayı artıq 1 milyonu ötüb. ODesk ODesk şirkəti 2009-cu ilin əvvəlindən etibarən bugünədək öz saytında 620 mindən artıq vakansiya elanı yerləşdirmişdir. Filippin, Hindistan və ABŞ-dan olan mütəxəssislərə tələbat daha böyükdür.

31


Texnologiya Yenilikləri Üzrə Virtual Jurnal Dekabr, 2010

Ümumilikdə, sırf texniki ixtisaslardan bəhs etsək, o halda tələbatda olan peşələrin reytinqi o qədər də sabit deyil. 50 ən çox tələb olunan işçi kateqoriyası siyahısında 15%-ə yaxını texniki yönümlü deyil. Texniki sferada vakansiyaların sayı internet sayəsində sürətlə artmaqdadır. Amma texniki təcrübə və bacarıqlara böyük tələbin olmasına rəğmən, adı çəkilən bu saytlara nəzər saldıqda aydın olur ki, bu sferada zəhmət haqqı heç də yüksək deyil. 2009 və 2010-cu illərdə Odesk saytında görülən iş üçün saat hesabı ödənilən zəhmət haqqını müqayisə etsək, orta hesabla, əmək haqqı hər saat üçün 10 dollardan 9 dollara enib. Saat hesabı ən yüksək ödəniş səviyyəsi isə şəbəkə və informasiya sistemləri üzrə mütəxəssislər, eləcə də proqram təminatı və veb saytlar işləyib hazırlayan işçilərə təklif olunur: bu sahədə əmək haqqı hər saat üçün 13 dollardan 15 dollaradək qalxıb. Saat hesabı zəhmət haqqının aşağı düşməsindən ən çox mənfəət əldə edən kiçik şirkət və saytlardır. Thumbtack.com saytının rəhbər nümayəndəsi Conatan Svensonun da söylədiyi kimi “İşçi qüvvəsinə sərf olunan xərcləri 90% azaltmaq olarsa, o zaman çox şey mümkün olar”.

32

Jurnal dekabr