Düşünən insan Jurnalı, Dekabr 2011

Page 63

www.derinbilgiler.net

və bu malları Allah yolunda xərcləyərək Allaha yaxınlaşmaq üçün bir vasitə kimi istifadə edərlər. Dünyada var-dövlət arxasında qaçmaqdansa, axirətdə onları əsl zənginliyə qovuşduracaq əxlaqı hədəf seçərlər. Belə ki, bu mövzuda bizim üçün ən gözəl nümunə hz. Süleymanın rəftarıdır. Böyük var-dövlətə və mülkə sahib olan hz. Süleyman bu zənginliyi nə məqsədlə istədiyini: “...Mən mal sevgisini Rəbbimin zikrindən dolayı sevirəm… (Sad surəsi, 32)” - sözləri ilə ifadə etmiş və malını Allah yolunda din əxlaqının təbliğ edilməsi üçün istifadə etmişdir.

Cənnəti qazanarlar Allaha iman gətirən və keçici dünyanın bərbəzəyinə lazımi qədərdən çox əhəmiyyət verməyən, hər şeyin yalnız Allahdan gəldiyini bilən və bu səbəblə mallarını Allah yolunda xərcləyən möminlər Allahın rəhmətini və cənnətini uma bilərlər. Qısa sürən dünya həyatı yerinə sonsuza qədər sürəcək axirət həyatını seçdikləri üçün, əslində, dövlətli olanlar da onlardır. Bütün malını Allah yolunda xərcləyən, dünya həyatı əvəzində axirəti satın alan möminlər keçici dünyanın yerinə sonsuz zənginliyi və qurtuluşu seçərlər. Bir Quran ayəsində möminləri Allah qatında gözləyən gözəl son belə xəbər verilmişdir: Mallarını Allah yolunda xərcləyənlərin və xərclədiklərinin ardından minnət qoymayan və əziyyət verməyənlərin Rəbbi yanında mükafatları vardır. Onlara heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər. (Bəqərə surəsi, 262)

www.dusuneninsan.net / 63


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.