Issuu on Google+

Qarabağ münaqişəsi və münaqişənin həlli yolunda atılan adımlar. Münaqişənin həll edilə bilməməsi səbəbləri


Qara bağ

Əvəlla allah səbr verməsin çünki artıq iyirmi il keçib. Nə az nə çox iyirmi il, hansı iyirmi il ki, bu zaman kəsiyində bir neçə imperiyanı yerindən oynadıb, yer üzündən silmək olardı. Bu qədər müəddət ərzində biz anacaq telekanallarda işğal olunmuş rayonların hava proqnozunu təqdim etməklə kifayətlənmişik, doğrudur bu yanlış addım deyil, əksinə doğru addımdır çünki o ərazilərin hava xəbərlərini təqdim etməmək, onları xəritədən çıxartmaq və o ərazilərin artıq inzibati cəhətdən Ermənistana məxsus olduğunu qəbul etmək kimi bir şeydir. Ancaq hər halda, istər istəməz bu hava proqnozları, “dövlətimiz Qarabağı müharibə yolu ilə azad etməyə qadirdir”, “Bizim hərbi büdcəmiz onların ümumi büdcəsində iki dəfə çoxdur” kimi bəyənatlar və ifadələr artıq bezdirici hal alıb. Münaqişənin həll olunması güc amilindən asılıdır, gəlin etiraf edək ki, güclü dövlət deyilik. Düşünməyin ki, vətən xainiyəm ama obyektiv düşünmək lazımdır ki, Yunanıstan, İtaliya, İspaniya kimi iqtisadi böhran içində boğulan dövlətlər ən zəif vaxtlarında belə bizdən güclüdürlər. Deyirlər, niyə müharibə yolu ilə torpaqlarımızı geri qaytarmırıq? Obyektiv şərtlər altında aparılan müharibələrə ikinci dünya müharibəsinin başa çatması ilə son qoyuldu və artıq BMT, NATO, ATƏT kimi təşkilatlar yarandı ki, hansı ki, bu təşkilatlar, müharibəni qadağan edir, münaqişələrin dinc yolu ilə həll edilməsinin tərəfdarı olurdular. Doğrudur 1945-ci ildən sonra baş verən müharibələrə 38-ci paraleldə baş verən Şimali Koreya və Cənubi Koreya arasındaki müharibə, 17-ci paraleldə baş verən Vyetnam müharibəsi, İraq və Küveyt arasında baş verən Körfəz müharibəsi və başqa bir neçə müharibələri nümunə göstərmək olar ancaq gəlin razılşaq ki, bu müharibələr obyektiv şərtlər altında aparılan müharibələr deyildi və savaşan tərəflər özləri də istəmədən öz məqsədlərindən, öz mənafelərindən daha çox qütbləşmə nəticəsində dünyanın iki fövqəlgücünə çevrilən ABŞ və SSRİ-nin maraqları üçün savaşırdılar. Biz də əgər müharibə başlatmaq istəyinə düşsək, hansı ki, bu mümkünsüzdür çünki Liviya təcrübəsindən də gördüyümüz kimi, NATO və BMT kimi fövqəldövlət qurumlar münqişəyə dərhal müdaxilə edəcəklər. Çünki bu təşkilatlar “müharibədən qaçmaq, münaqişələrin dinc yolla həll etmək” kimi müdəalardan ibarət nizamnamə əsasında qurublar. Deməli, beynəlxalq təşkilatlara zidd siyasət yürütmək olmaz, əksinə müharibədən qaçınaraq, onlarla müttəfiq olmaq və məsələni


onların vasitəsi ilə həll etmək lazımdır. Sual yaranır, bəs yaxşı bizim dövlətimiz də elə bu yolu tutmayıb ki, müharibədən imtina edib, beynəlxalq təşkilatlara üzv olmayıb ki? Doğrudur, elədir. Bəs onda niyə bu təşkilatlar münaqişəni bizim xeyrimizə həll edə bilmir? Birincisi ona görə ki, bu təşkilatlardan İslam Konfransı Təşkilatı və Avrupa Şurası kimi ikinci plan təşkilatlar istisna olmaqla əksər beynəlxalq təşkilatlar məsələyə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı adı altında yox, Ermənistanla Azərbaycan arasında münqaişə olaraq yanaşır. Bizim priortetlərimizdən ön önəmlisi də elə budur ki, məsələni dünya ictimaiətinə Ermənistan-Azərbaycan münaqişəsindən daha çox, Ermənistanın təcavüzü kimi çatdıra bilək. “Beynəlxalq təşkilatlar niyə bu məsələni bizim xeyrimizə həll etmir?” sualına geri dönək. Azərbaycan 1992-ci il 2 mart tarixdə BMTnin üzvü olub, BMT-ni isə beynəlxalq təşkilatların ən universalı və ən güclüsü hesab etmək olar. Beləliklə, deməli BMT dünya güc mərkəzlərindən biridir. Əvvəla BMT ilə bir az tanış olaq və məsələnin niyə həll edilə bilməməsinin mahiyyətini anlayaq. BMT-nin bir çox sosial, iqtisad fəaliyyətlərlə məşğul olan qurumları, altqurumları vardır ki, bunlar daha çox siyasə məsələlər xaricində məsələlərlə maraqlanırlar. Bu altqurumlarla yanaşı BMT-nin iki əsas orqanı vardır ki, bunlar BMT Parlament Assambleyası və BMT Təhlükəsizlik Şurasıdır. Assambleyanın qəbul etdiyi qərarlar sadəcə tövsiyə xarakterlidir və icbari xarakter daşımır. 822, 853, 874 və 884 nömrəli qətnamələr Assambleya tərəfindən qəbul edilib və heç bir məcburi xüsusiyyət daşımır. Bu qətnamlərdə sadəcə olaraq Ermənistana işğal etdiyi torpaqları tərk etmək məsləhət görülür. “Siz Qarabağdan öz ordularınızı geri çəksəydiniz yaxşı olardı” tipli bəyanatlar. Keçək əsas quruma, hansı ki, bu Təhlükəsizlik Şurasıdır və 15 üzvü var, bu 15 üzvlərdən 5-i daimi üzvlərdir ki, bunlar ABŞ, Çin, Rusya, Fransa və Böyük Britaniyadır, digər daimi olmayan 10 üzv isə müxtəlif vaxtlarda dəyişir və bir dövlət yerini başqasına verir. TŞ qəbul etdiyi qərarlar və qətnamələr isə məcburi xarakter daşıyır, hansı ki, yenə də Liviyada bu yaxınlarda baş verənləri nümunə göstərmək olar. Yenə sual yaranır ki, bəs yaxşı onda BMT-nin Təhlükəsizlik Şurası niyə Ermənistanın dərhal işğal etdiyi ərazilərdən çəkilməsini tələb etmir? Qayıdaq TŞ-nin 5 daimi üzvünə, hansı ki, onların arasında Fransa və Rusiya var. Təəssüf ki, TŞ-nin daimi üzvləri veto haqqına sahibdirlər və Ermənistan müttəfiqi olan bu ölkələr Ermənistan əleyhinə qəbul ediləcək hər hansı bir qərara veto qoyacaqlar. Deməli BMT bu işi bacarmır.


NATO-nun qapısını döyək. NATO daha çox bu təşkilata üzv olan ölkələrin problemlərinin həllinə meyl göstərir və NATO “hamımız birimiz, birimiz hamımız üçün” prinsipi əsasında qurulub, yəni üzvlərdən birinin ərazi bütövlüyü pozularsa digər üzvlər dərhal bu ölkəyə yardım göstərəcək. Yenə sual doğacaq, onda NATO-ya üzv olaq və onlar bizim ərazimi bütövlüyümüzü bərpa etsinlər. Birincisi Azərbaycan NATO-ya üzv olacaq gücdə deyil, ikincisi bu gücdə olsa belə, NATO-nun nizamnaməsində belə bir maddə var ki, NATO-ya üzv olmaq istəyən dövlətlərin heç bir ərazi iddiaları və mövcud münaqişələri olmamalıdır, yəni onlar da “sülh” tərəfdaşlarıdırlar. Biz NATO-ya bizim problemimizi həll etmək üçün müraciət etdikə, onların bizə cavabı bu olacaq ki, münqaişənizi həll edin, sonra gəlin üzv olun. Münaqişəni özümüz həll edə bilsəydik, NATO-ya üzv olmaq nəyimizə gərəkdi. Bəs ATƏT və onun Minsk qrupu? Bu ki, sadədədir, həmsədr dövlətlərdən ikisini hamımız yaxşı tanıyırıq, Rusiya və Fransa. Deməli ATƏT-dən də əlimizi üzdük. İslam Konfransı Təşkilatı və ya üzvü olduğumuz Avropa Şurası necə? Onlar ikinci planda qalmış təşkilatlardır və ciddi əhəmiyyət daşımırlar. Nə qədər avantüra kimi görünsə də, mənə görə “PKK amilindən istifadə edib, onları Qarabağa qovmaq və sonda Türkiyə, ABŞ və Azərbaycan orduları birgə terror əleyhinə Qarabağa müdaxilə etmə” metoduna əl atmaq lazımdır. Axı heç kim terora qarşı çıxa bilməz. 11 sentyabr hadisələrindən sonra isə ümumiyyətlə, hansısa ərazi geostrateji və geoiqtisadi cəhətdən əlverişlidirsə, enerji resursları ilə boldursa, orada süni terror yaradıb, daha sonra ora müdaxilə etmək dəb halını alıb. Biz də bu yolla həm ABŞ-a Qarabağın zənginliklərindən pay verərik, onsuzda Kəlbəcərdə və başqa ərazilərdə olan qızıl yataqlarını, enerji ehtiyatları işlədəcək qədər güclü texnika və imkanlara sahib deyilik, həm Türklərin PKK problemindən yaxası qurtarar və ən nəhayət biz problemimizi həll etmiş olarıq. Təbii ki, bunların hamısı “Böyük Ermənistan” xülyası kimi bir avantüradır. Nə deyim cənablar, deyəsən Qarabağ artıq onlarındır....Qara baxtım, könül taxtım.

Orxan İsmayılov BAKI - 2012


Qarabağ Münaqişəsi və Münaqişənin Həlli