Azərbaycan Tibb Xəbərləri jurnalı Azərbaycan – Almaniya Tibb Əməkdaşlıq Cəmiyyətinin rəsmi orqanı kimi 2009-cu ildə təsis edilmişdir. Jurnalın həm elektron, həm də çap variantı beynəlxalq ISSN şirkəti üzrə qeydiyyatdan keçmiş və müvafiq qeydiyyat nömrələri alınmışdır. Jurnalın ideyası geniş oxucu kütləsinə, həkimlərə, tibb mütəxəssislərinə bütün dünyada tibb sahəsində olan müasir yeniliklər, tibb sahəsinin əldə etdiyi nailiyyətlər və müxtəlif xəstəliklərin müalicəsində olan mövcud olan yeni yanaşmalar haqqında məlumatlar çatdırmaqdır.
http://med-news.az/