Issuu on Google+

4/

2012

ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR! Elşən Gəncəvi

LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ Zaur Əliyev

AZÄRBAYCANDA RESURS SÄMÄRÄLİLİYİ VÄ YAŞIL ARTIM PERSPEKTİVLİYİ Nailə Əliyeva

AZÄRBAYCANDA RÄQÄMLİ CİHAZLAR Seymur Rəsulov

Səfir R.Morninqstar: “...əgər mühakimə etməyi bacarmırsınızsa və insanlarla necə rəftar etməyi bilmirsinizsə, heç vaxt müvəffəqiyyət əldə edə bilməyəcəksiniz.”

DÖVLÄT MÄKTÄBLÄRİNDÄ ÇALIŞAN MÜÄLLİMLÄRÄ İNAM, TÄHSİLİN KEYFİYYÄTİ VÄ AZÄRBAYCANDA İNSAN RESURSLARI Aynur Ramazanova

NÄ ÜÇÜN CÄMİYYÄTİMİZDÄ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR? Nərmin Carçalova


ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

4/ 2012

Rüblük jurnal

Baş redaktor: Nigar Məmmədova Koordinator: Rövşən Nəcəfov Redaksiya heyəti: Fuad Əliyev Vüsal Xanlarov Emin Hüseynzadə Yusif Axundov Pərvanə Bayramova Aytəkin Əsgərova Vüqar Allahverdiyev Fuad Cəfərli Fariz Hüseynov

REDAKTORDAN

SÄFİR R.MORNİNQSTARLA MÜSAHİBÄ Nigar Məmmədova

Elşən Gəncəvi

Zaur Əliyev

12

AZÄRBAYCANDA RESURS SÄMÄRÄLİLİYİ VÄ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

Art-dizayner İman Hüseynov

AZÄRBAYCANDA RÄQÄMLİ CİHAZLAR Seymur Rəsulov

16

22

DÖVLÄT MÄKTÄBLÄRİNDÄ ÇALIŞAN MÜÄLLİMLÄRÄ İNAM, TÄHSİLİN KEYFİYYÄTİ VÄ AZÄRBAYCANDA İNSAN RESURSLARI Aynur Ramazanova

Tel.: (+994 12) 437 13 46; 437 14 95 E-mail: office@aaa.org.az www.aaa.org.az

10

LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

Nailə Əliyeva

AAA-nın ofis ünvanı AZ1065, Azərbaycan, Bakı şəhəri, C.Cabbarlı küç. 40, “Kaspian” Biznes Mərkəzi

4

İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR!

Korrektor Rəna Kərimova

© AAA. Müəlliflərin mövqeyi AAA-nın mövqeyi ilə üst-üstə düşməyə bilər.

2

26

NÄ ÜÇÜN CÄMİYYÄTİMİZDÄ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR? Nərmin Carçalova

32

“AAA” İCTİMAİ BİRLİYİNİN HÄYATA KEÇİRDİYİ LAYİHÄLÄR

36


REDAKTORDAN

Əziz oxucular, Sizə “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi tərəfindən nəşr edilən “Context” jurnalının dördüncü sayını diqqətinizə çatdırmaqdan məmnunluq duyuram. Jurnalın dördüncü sayında siz müxtəlif məsələləri əhatə edən maraqlı məqalələrlə tanış olacaq, gərəkli məlumatlar əldə edəcəksiniz. Bu məlumatlar, əsasən, təhsil, informasiya texnologiyaları, gender, ətraf mühit və lobbiçilik sahələrini əhatə edən mövzuları əks et‑ dirir. Sizi jurnalımızın bu sayında gələcəkdə uğurlarınızın davam‑ lılığını artıran yeni məlumatlar, bir sıra yeniliklər gözləyir. Bun‑ lardan biri Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Riçard L. Mor‑ ninqstarla apardığım maraqlı müsahibədir. Bununla yanaşı, siz “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi tərəfindən həyata keçirilən uğurlu layihələr haqqında da qısa məlumat əldə edəcəksiniz. Həmçinin bu sayımızda “ABŞ Təhsilli Azərbaycan Məzun‑ ları” İctimai Birliyi haqqında məlumatlar əldə edə və Birliyin sədri Aynurə xanım Piriyevanın məzunlara müraciəti ilə tanış ola bilərsiniz. “Context” jurnalının redaktoru kimi bütün dəyərli oxucu‑ larımızı salamlayır və ümid edirəm ki, məlumatlarımızdan isti‑ fadə edərək yeni uğurlar qazanacaqsınız və jurnalımızın bu sayı da ürəyinizcə olacaq.

Nigar Məmmədova, Baş redaktor

2

www.aaa.org.az


4/ 2012

Əziz dostlar, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin (AAA) dərc etdiyi "Context" jurnalının növbəti buraxılışını Sizə təqdim edirik. “Context” jurnalı Azərbaycan gənclərinin yeni fikir axınına töhfə vermək niyyətindədir. Düşünürük ki, cəmiyyətimizin inkişafı üçün hər zaman fərqli baxışlara ehtiyac var. Buna görə də jurnalımızın yeni sayında müxtəlif mövzular təqdim edərək, gənc‑ lərin ictimai və sosial bazasının inkişafına təkan vermək arzusun‑ dayıq. Həmçinin qurmaq istədiyimiz gələcəyin daha davamlı olması üçün gənclərin fikir antologiyasını keçmişə təqdim edirik. Ümid edirəm ki, müəlliflərimizin fikir məhsullarından bəhrələnəcəksiniz. Öz fikir və təkliflərinizi bizimlə bölüşməyinizi Sizdən xahiş edirəm. Biz hər zaman Sizin təkliflərinizə və əmək‑ daşlığınıza açığıq.

Hörmətlə, Aynurə Piriyeva, “ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyinin (AAA) sədri

“ABŞ Təhsilli Azərbaycan Məzunları” İctimai Birliyi (AAA) Azərbaycanda ABŞ Dövlət Departamentinin təhsil mübadilə proqramlarının məzunlarını bir‑ ləşdirən qeyri‑hökumət təşkilatıdır. AAA 2003‑cü ilin oktyabrında bir qrup azər‑ baycanlı məzunun bir araya gələrək öz bilik və bacarıqları ilə inkişaf edən Azərbaycana kömək etmək məqsədilə yaratdıqları birlikdir. Birliyi ABŞ Dövlət Departamenti və USAID tərəfindən maliyyələşdirilən müxtəlif mübadilə pro‑ qramlarını təmsil edən 13 məzundan ibarət heyət idarə edir. Birliyin sədri iki il müddətinə seçki yolu ilə müəyyənləşir. 2012‑2014‑cü illər üçün Birliyin sədri Aynurə Piriyeva seçilib. Hazırda AAA “Azərbaycan Biznes Keys Müsabiqəsi”, “Bakı Hüquq Jurnalı”, “Context” jurnalı, “Uğur hekayəm...” və s. kimi layihələr həyata keçirir. //www.facebook.com/AzerbaijaniAlumniAssociation @AAA_Azerbaijan

CONTEXT |

3


SƏFİR R.MORNİNQSTARLA MÜSAHİBƏ

SƏFİR R.MORNİNQSTARLA MÜSAHİBƏ

‑ Cənab səfir, Azərbaycana gəlməmişdən öncə ölkəmizin mədəniyyəti və ümumiyyətlə, Azər‑ baycan haqqında nə bilirdiniz? ‑ Bildiyiniz kimi, bundan qabaq Azərbaycana təxminən 20 səfərim olub. Əvvəllər gəldiyim zaman energetika məsələlərinə cəlb edilmişdim və bu səfərlər uzunmüddətli zaman çərçivəsində idi. Mən heç vaxt bir neçə gündən artıq səfərdə olmamışam. Buna baxmayaraq, təbii ki, mənim Azərbaycan haqqında təəssüratlarım var idi və mən ilk dəfə gəldiyim vaxtdan, yəni 1995‑ci ildən bəri burada edilmiş əsrarəngiz dəyişikliyi görə bildim. Mənim, həqiqətən də, ölkə haqqında geniş məlumatım yox idi. Lakin, indi səfir kimi gəldiyimə və yalnız ener‑ getika məsələləri ilə deyil, həmçinin digər mürəkkəb məsələlər haqqında da müzakirələr apardığıma, Şəki, Lənkəran, Oğuza getmək şansı əldə etdiyimə görə hal‑hazırda Azərbaycan haq‑ qında, həqiqətən də nə düşündüyümü deyə bilərəm. Bu, çox gözəl təcrübə idi və mən ölkə boyunca gəzməyi səbrsizliklə gözləyirəm, çünki mən təkcə Bakıya deyil, bütün ölkə üçün göndərilmiş səfirəm. Beləliklə, mən ölkə daxilində daha çox səyahət etməyi planlaşdırıram. ‑ Zəhmət olmazsa, bizə ailəniz haqqında qısa məlumat verə bilərsinizmi? Çünki daha çox hə‑ yatınızın peşəkar sahəsi ilə tanışıq, bu səbəbdən, ailəniz haqqında olan məlumatları bizimlə bölüş‑ məyinizi istərdik... ‑ Belə, qısa məlumat çox çətindir, çünki bizim ailə çox böyükdür (gülür). Siz, həyat yoldaşımla bir‑

4

www.aaa.org.az

likdə iqamətgahımda keçirdiyimiz qəbulda da işti‑ rak etmisiniz. Təbii ki, o, buradadır. Bizim 4 uşağımız ‑ 2 oğlumuz, 2 qızımız, həmçinin 6 nəvəvmiz ‑ 3 oğlan, 3 qız var. Beləliklə, biz böyük ailəyə sahibik. Ümid edirəm ki, onlar bizi burada olduğumuz müddət ərzində ziyarət edəcəklər. Həqiqətən də, Azərbaycanda olmağın yeganə mənfi cəhəti uşaqlarımdan və nəvələrimdən uzaqda qal‑ mağımdır, zaman fərqinə görə onlarla zəngləşmək və əlaqə qurmaq çətindir. Beləliklə, biz ümid edirik ki, onlar bura gələcəklər. Bizim 4 uşaqlarımız çox fərqlidirlər. Onlar ölkənin müxtəlif hissələrində yaşayırlar. Onların hər birinin müxtəlif məşğu‑ liyyətləri var. Biri həkimdir, biri hökumət işçisi və eyni zamanda yazıçıdır. Bizim 3‑cü övladımız kon‑ saltinq şirkətində məsləhətçidir. 4‑cü övladımız isə kulinardır. Onlar Şimali Maine, Boston, Vaşinqton və San‑Fransisko şəhələrində yaşayırlar və demək olar ki, ölkənin hər yerinə səpələniblər. ‑ Siz həmişə məşğul şəxs olmusunuz. Ailə qayğısı həyat yoldaşınızın üzərində olub, yoxsa bunu birlikdə həll etmisiniz? ‑ Biz bunu birlikdə edirik, bu, bir az fərqlidir, çünki bizim uşaqlarımız artıq böyükdürlər. Onların özlərinin şəxsi həyatı və qayğılarına qalmalı olduqları ailələri var. Lakin inanıram ki, siz də ailə qurub yaşlananda övladlarınızın neçə yaşı ol‑ masına baxmayaraq, hər zaman onlar üçün narahat olacaqsınız. Və mən əminəm ki, hal‑hazırda sizin valideynləriniz sizin üçün narahat olurlar və nə qədər yaşa dolsanız belə, yenə də narahat olacaqlar. Ümid edirik ki, onlar hələ ki, yanımızda qalacaqlar.


4/ 2012

Belə ki, Feys hər şeyin yolunda olub‑olmadığından əmin olmaq üçün, elektron məktub yazıb zənglər etməyə çoxlu vaxt sərf edir: həm uşaqlarımız, həm də nəvələrimiz üçün. O, həmişə bu hissəni öz üzərinə götürür. Təbii olaraq, mən də maraq‑ lanıram, ancaq onun buna daha çox vaxtı var. Ancaq yenə də bizim övladlarımız böyükdürlər və onların öz həyatı var. ‑ Tərcümeyi‑halınızı oxuduqda gördük ki, siz təcrübəli və çalışqan insansınız. Bütün vəzifələri‑ niz həmişə böyük məsuliyyəti tələb edib. Həya‑ tınızda elə bir an olubmu ki, siz bütün bu çətinliklərdən bezib, hər şeydən uzaqlaşıb, özü‑ nüzü başqa sahədə sınamaq istəyəsiniz? ‑ İlk öncə, onu deyim ki, mən xoşbəxtəm və öz işimdən zövq alıram. Ancaq elə günlər də olur ki, sən öz‑özünə deyirsən ki, “mən bunu nəyə görə edirəm?”..Lakin bu, nadir hallarda olur (gülür). Çox şanslıyam ki, mənim 4 müxtəlif karyeram var. Mənim iş karyeram 42 ildir ki, davam edir. İlk 10,5 il hüquqşünas kimi çalışdım, sonra 12 il biznesdə özümü sınadım. Daha sonra Klinton prezident seçiləndə hökumət üçün işləməyə getdim və uzun illər Klinton Administrasiyasında xidmət etmişəm. Sonra Klinton və Obama Administrasiyası arasında tədris üzrə karyeram olub. Və artıq hökumətdə işləməyə qayıtmışam. Beləliklə, dönüb son 42 ilə baxdıqda, 10 il hüquqşünas, 12 il biznes, 12 il hökumətdə, 8 və ya sonrakı illər müəllim kimi işləmişəm. Bu fürsəti əldə etmişəm. Dörd müxtəlif karyeraya sahib olduğum üçün özümü şanslı hesab edirəm. Hər insan bunu edə bilməz. ‑ Siz, həmçinin Beynəlxalq Təhsil üzrə Amerika Şurasının direktoru kimi də işləmisiniz. Amerikada təhsil almağa şərait yaradan mübadilə proqramları haqqında nə düşünürsünüz? Prioritet və perspektivləri nələrdir? ‑ İlk öncə, mən Beynəlxalq Təhsil üçün Amerika Şurasının direktorlar heyətində idim. Bu tam ştat iş deyildi, bu, direktorlar heyətinin üzvü olmaq kimi bir şey idi və mənim oraya cəlb olunmağımın səbəblərindən biri də, məhz mənim bu mübadilə proqramının əhəmiyyətli dərəcədə vacib olduğunu hesab etməyim idi. 1990‑cı ildə hökumət işinə geri qayıtdığım zaman bizim sistem proqramlarımızı icra edərkən həmişə mübadilə proqramlarını vurğulamışam. Düşünürəm ki, mübadilə proqram‑

ları amerikanlılarla digər ölkələr, Azərbaycan və ya başqaları arasında əlaqə qurmaq üçün ən yaxşı yoldur. Mən düşünürəm ki, bunun çox böyük dəyəri var. Mübadilə proqramları mənim hər zaman vurğuladığım sürətli təsirə malikdir. Mən bununla nəyi demək istəyirəm: təcrübə əldə etmək, ABŞ‑a getmək, təhsil almaq, ailə ilə yaşamaq, ABŞ haqqında hər şeyi obyektiv şəkildə öyrənmək və Azərbaycana geri qayıtmaq... ‑ ...Öyrəndikərini bölüşmək. ‑ ...Bəli, siz öyrəndiklərinizi bölüşdünüz. Sizin danışmağa ailəniz, dostlarınız, iş və tələbə yol‑ daşlarınız var. Həyatınız boyunca ABŞ‑dakı təcrübələriniz və bu təcrübələrin sizin həyatınıza necə təsir etməsi haqqında müxtəlif insanlara danışacaqsınız. Beləliklə, siz ABŞ‑a getməklə yüz‑ lərlə insana ABŞ haqqında təəssüratlarınızı danışa‑ caqsınız və bu, çox dəyərlidir. Bu, başqa yöndə də özünü göstərir. Amerikalılar Azərbaycana gələndə və ABŞ‑a geri qayıdanda da eyni şeyləri Azərbay‑ can haqqında danışırlar. ‑ Bildiyimiz kimi, siz və xanımınız Feys mübadilə proqramının məzunlarısınız. Öz şəxsi təcrübənizdən bizimlə və ya mübadilə proq‑ ramının gələcək iştirakçıları ilə paylaşmaq istədiyiniz hər hansı məqamlar vardırmı? ‑ (Gülümsəyir) Mən uzun müddət əvvəl mübadilə proqramı üzrə tələbə olmuşam, sözün əsl mənasında, 50 il bundan öncə İsveçdə orta məktəb tələbəsi idim. Faktiki olaraq, yayda, cəmi 3 ay müd‑ dətində orada olmuşam. Feys bir il sonra Almani‑ yada mübadilə üzrə tələbə oldu. Mən şəxsən öz adımdan deyə bilərəm və əminəm ki, Feys mənim‑ lə razılaşacaq, çünki bu, həqiqətən də, mənə həy‑ atımı formalaşdırmaqda kömək etdi və mənə geniş dünyagörüşü verdi. Siz bilirsiniz, mən bütün ömrüm boyu ABŞ‑da yaşamış və kənara çıx‑ mamışdım. Düşünürəm ki, bu, mənim beynəlxalq münasibətlərə marağımı oyatdı. Hesab edirəm ki, əgər mübadilə proqramı üzrə tələbə olmasaydım, nə vaxtsa beynəlxalq münasibətlərlə maraqlan‑ masaydım, bəlkə də indi burada sizinlə söhbət et‑ məyəcəkdim. Bir sözlə, bu, mənim həyatıma təsir edib. Mən hələ də 50 il əvvəl birgə yaşadığım ailənin üzvləri ilə yaxın əlaqə saxlayıram. Ümid edirəm, siz də birgə yaşadığınız ailənin üzvləri ilə hələ də əlaqələrinizi qoruyursunuz.

CONTEXT |

5


SƏFİR R.MORNİNQSTARLA MÜSAHİBƏ

‑ ...Bəli, biz hələ də sıx əlaqə saxlayırıq. ‑ Çox gözəl. Beləliklə, mübadilə proqramının, həqiqətən, mənim həyatıma böyük təsiri olub. ‑ Necə düşünürsünüz, yaxşı təhsil müvəf‑ fəqiyyətin açarı hesab edilə bilər? ‑ Əlbəttə. Yalnız sizin öyrəndiklərinizə görə deyil, bu, həm də sizə müəyyən bir şəkildə düşün‑ məyə kömək edir və sizə gələcək həyatınızda müvəffəqiyyət əldə etməyə şərait yaradır. Azərbay‑ canda keçirdiyim qısa müddət ərzində bir sıra görüşlərim olub və mən yüzlərlə gənc ilə söhbət et‑ mişəm. Görüşlərin əksəriyyəti təhsilə həsr edilmişdi. Onlar yalnız Azərbaycanda deyil, ABŞ və digər xarici ölkələrdə təhsil almaq istəyirlər. Mən artıq dəfələrlə demişəm, düşünürəm ki, Azərbay‑ canın gələcəyi gənclərdir və gələcək onilliklər ərzində bu ölkədə, həqiqətən də, vacib rol oynaması üçün gəncləri hazırlamaqda təhsil əsas rol oynayır. Mən Azərbaycanın gələcəyini çox pozitiv görürəm, çünki mən gənclər haqqında müsbət düşünürəm. Düşünürəm ki, təhsil mühümdür. ‑ Sizin müvəffəqiyyət formulunuz nədir? ‑ Düşünürəm ki, sizin nəzərdə tutduğunuz kar‑ yerama əsaslanan bir çox şey danışa bilərəm. Müəyyən məqamlar daha əhəmiyyətli ola bilər. Bu‑ rada bir sıra ümumi məqamlar da var. Birincisi, siz üzərində işlədiyiniz məsələ haqqında çoxlu məlumata malik olmalısınız: əgər siz hüquqşü‑ nassınızsa, sizin hüquq haqqında təsəvvürünüz ol‑ malıdır; əgər siz biznesmensinizsə, siz biznes sahəsində nə etməli olduğunuzu bilməlisiniz; əg��r diplomatsınızsa, siyasi məsələlər haqqında ümumi anlayışınız olmalıdır. Amma bununla kifayətlən‑ mək olmaz. İşlədiyiniz sahə ilə əlaqədar bilikləriniz vacibdir, ancaq bu kifayət deyil, sizin sağlam düşüncə tərziniz, mühakimə etməyiniz və insan‑ larla əlaqə qurmağınız daha zəruridir. Dünyanın ən ağıllı insanı olsanız belə, əgər mühakimə etməyi bacarmırsınızsa və insanlarla necə rəftar etməyi bilmirsinizsə, heç vaxt müvəffəqiyyət əldə edə bilməyəcəksiniz. Mən özüm də rast gəlmişəm, düşünürəm ki, insan nəyi bilmədiyini dərk etmə‑ lidir, çünki siz hər şeyi bilə bilməzsiniz. Ətrafınızda sizin bilmədiklərinizi bilən yaxşı insanlar olmalıdır. Həmçinin birgə işlədiyiniz insanlara güvənməyiniz də önəmlidir. Əgər siz rəhbərsinizsə, bəzi işləri başqalarına həvalə də etməlisiniz, çünki hər şeyi siz

6

www.aaa.org.az

özünüz edə bilməzsiniz. Siz nələr baş verdiyini bilməlisiniz, lakin eyni zamanda işlədiyiniz insan‑ lara güvənməlisiniz. Ətrafınızda yaxşı insanlar ol‑ malıdır. Mənim mühüm hesab etdiyim əsas məqamlar bunlardır. ‑ Nəhayət, bir peşəkar olaraq bizim məzunlara nə arzulayırsınız? ‑ Mən məzunlara və bütün gənclərə gələcəyə irəliləmək üçün müvafiq təhsilə yiyələnməyi onlara az öncə qeyd etdiyim bəzi məqamlar haqqında düşünməyi tövsiyə edərdim. İşlədiyin sahə üzrə mütəxəssis olmağı anlamaq kifayət deyil, lakin sağlam düşüncə tərzi mühakimə etmə bacarığı və digər qeyd etdiyim şeylərin nə qədər əhəmiyyətli olduğunu vurğulasam da azdır. Düşünürəm ki, bunu etiraf etmək vacibdir və əlbəttə, bu, mənim müvəffəqiyyətli karyeramda bir həqiqət olub. Həmçinin nə zaman qarşınıza çıxan imkanlardan istifadə etməli olduğunuzu bilməlisiniz. Ola bilsin ki, müvəffəqiyyət qarşılaşdığın biri, ünsiyyət yarat‑ dığındır və ya müvəffəqiyyət elə qurduğun kar‑ yeranın özüdür. Lakin, imkanlardan necə yararlanmağı gözləmək müvəffəqiyyət deyil. Qarşınıza çıxan imkandan nə zaman istifadə etməyi bilmək çox vacibdir. Bunlar mənim gənclərə arzu edəcəyim əsas şeylərdir. Ümid edirəm ki, onlar Azərbaycanda gözəl imkanlar əldə edəcəklər və mən burada gənclərlə daha çox ünsiyyətdə ola biləcəyimi səbirsizliklə gözləyirəm. Məncə bu, çox mühüm təcrübədir. Məsələn, sizin kimi xanım müxbir. Qadın üçün ictimaiyyətdə tamamilə bərabər hüquq əldə etmək və sizin kimi, qarşısına çıxan imkanlardan yararlanmaq bacarığına malik olmaq çox əhəmiyyətlidir. ‑ Maraqlı müsahibəyə görə çox sağ olun. Əlavə olaraq, qeyd etmək istərdim ki, bu, mənim ilk müsahibəm idi... ‑ Siz çox gözəl iş bacardınız və mən də çox şadam ki, sizin ilk müsahibənizin subyekti oldum. Sonda mən sizə gələcək fəaliyyətinizdə uğurlar və müvəffəqiyyətli karyera arzulayıram. ‑ Təşəkkür edirəm!

Nigar Məmmədova


“BAKCELL” ŞİRKƏTİ “JUNIOR ACHIEVEMENT AZƏRBAYCAN” TƏŞKİLATI İLƏ BİRGƏ YENİ BİR TƏŞƏBBÜSƏ START VERDİ

“Bakcell” şirkəti “Junior Achievement Azərbaycan” təşkilatı ilə birgə yeni bir təşəbbüsə start verdi Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil in‑ ternet provayderi “Bakcell” şirkəti böyük məmnu‑ niyyətlə elan edir ki, “Junior Achievement Azərbaycan” təşkilatı ilə birgə gənclərin karyera çevikliyinin inkişaf et‑ dirilməsinə yönəlmiş yeni bir təşəbbüsə start verildi. “Mobil Telekommunikasiya sahəsində Karyera” adlanan (Careers in Mobile Telecom ‑ CiMT) illik proqram çərçivəsində 45 nəfər universitet tələbəsi təcrübə proq‑ ramı vasitəsilə işə hazırlıq və biznes etika haqda biliklər əldə edəcək, mobil telekommunikasiyalar və idarəçiliyin əsaslarını öyrənəcəklər. Tələbələrin bacarıqlarının artırıl‑ masına yönəlmiş fəaliyyətlərlə yanaşı, proqram çərçi‑ vəsində mobil telekommunikasiya şirkətində stajkeçmə proqramı üzrə tədris kursunun yaradılması da nəzərdə tutulub. Proqramda Mingəçevir və Gəncə şəhərlərinin 4 uni‑ versitetinin üçüncü və dördüncü kurs tələbələri iştirak edəcəklər. “Bakcell” ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə layihə iştirakçılarına əldə etdikləri biliklərin real iş yerlərində tətbiq etmək imkanı verəcək. “Bakcell” şirkəti Azərbaycanın telekommunikasiya

8

www.aaa.org.az

sektorunun ən əsas iştirakçılarından biridir və biz sürətlə inkişaf edən bu qabaqcıl sektorun daha da inkişaf et‑ dirilməsi üçün İKT mütəxəssislərinin hazırlanmasının vacibliyini dərk edirik. “Bakcell” gənclərin təlimi və kar‑ yera inkişafı üçün sərmayələr yatırır və bu, bizim cəmiyyətin gələcəyinə yönəlmiş korporativ sosial mə‑ suliyyətimizin bir hissəsidir. Biz gənc tələbələrə mobil telekommunikasiya sahəsində bilik əldə etmək və geniş karyera imkanları olan bu sənayeyə daha yaxın olmaq üçün dəstək göstəririk”, ‑ deyə “Bakcell” şirkətinin baş icraçı direktoru Riçard Şirer bildirib. “Alcatel Lucent” şirkətinin dəstəyilə “Mobil Telekom Biznesində İT” təlim seanslarına Türkiyədən təlimçilər dəvət olunacaq. 2009‑cu ildən etibarən “Bakcell” və “JAA Azerbaijan Mobil Telekommunikasiya Biznesinə Giriş” (MTBG) adlı birgə lahiyəni həyata keçirirlər. Proqram çərçivəsində 150 nəfərdən artıq texniki ixtisaslı universitet tələbəsinə “Bak‑ cell” və Alcatel‑Lucent şirkətlərində ixtisaslaşdırılmış praktiki hazırlıq və stajkeçmə proqramı vasitəsilə əldə edilmiş işə hazırlıq və biznes‑etika bacarıqlarını real iş yerində tətbiq etmək üçün imkan yaradılıb.


PAŞA BANK VƏ “JAA” TƏŞKİLATI BAKI VƏ QUBA GƏNCLƏRI ÜÇÜN BİZNES TƏLİMLƏRİ KEÇİRİR

4/ 2012

PAŞA Bank və “Junior Achievement Azərbaycan” Bakı və Quba gəncləri üçün biznes təlimləri keçirir PAŞA Bank ASC və “Junior Achievement Azərbay‑ can” təşkilatı Bakıda və Qubada yaşayan gənclər tərəfindən kiçik və orta müəssisələrin yaradılmasına dəstək verən “Davamlı Müəssisənin İnkişaf Pro‑ qramı”nı uğurla davam etdirir. Proqramda iştirak üçün sahibkarlıq fəaliyyəti ilə maraqlanar, bu işlə məşğul olan tələbə, çalışan və ya işsiz gənclərdən ibarət 200‑dən artıq ərizəçidən 60 nəfər seçilmişdir. Aprel ayında başlanan proqram sahibkarlıq, işə hazırlaıq və işgüzar etika üzrə biznes təlimlərilə davam etdirilir. “JAA” təşkilatı tərəfindən təlimat‑ landırılmış mütəxəssislərin keçirdiyi təlim proqramı iştirakçılara uğurlu sahibkarlıq fəaliyyətinin əsas ele‑ mentlərini, bazar riskləri və rəqabət bacarığını, məh‑ sulu seçdikdə onun bütün müsbət və mənfi xüsusiyyətlərinin qiymətləndirilməsini, biznes planın düzgün yazılmasını və fərdi sahibkarlığı

maliyyələşdirən investorların üstünlük verdiyi amil‑ lərin tədqiqatını öyrədir. Təlim proqramıyla yanaşı, təşkilatçılar proqram iştirakçıları üçün yerli biznes və bank sektorunun nü‑ mayəndələri ilə mütəmadi görüşlər təşkil edirlər. Bu görüşlər vasitəsilə iştirakçı gənclər fərdi biznes sek‑ torunun tələb və çətinlikləri haqqında bilavasitə məlumat alır, maliyyə və investorların cəlbetmə kanal‑ larını tədqiq edir, biznesi davamlı saxlayan bütün mühüm komponentlərin nəzərə alınmasını öyrənirlər. “Davamlı Müəssisənin İnkişaf Proqramı” kiçik və orta sahibkarlığın inkişafına, maliyyə imkanlarının əldə edilməsinə və sağlam biznes mühitinin formalaş‑ masına köməklik göstərmək məqsədi daşıyır. Pro‑ qramın sonunda iştirakçı gənclər müəssisələrinin istehsal etdiyi məhsul və xidmətləri sərgi tipli tədbirdə təqdim etmək imkanı əldə edəcəklər.

CONTEXT |

9


İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR!

İNSANI YOL, YOLU DA NAVİQATOR TANIYAR! İLK DƏFƏ NAVİQATOR SİSTEMİ İLƏ RUMINİYADA TANIŞ OLDUM Buxarestdə, aeroportdan otelə gedərkən taksidən istifadə etməli oldum. Taksiyə minəndə maşının içindən “xırıltılı” səslər gəlməyə başladı. Maşına mindiyim andan mehmanxanaya gedənə kimi rumın dilində danışanın robot olduğunu anladım. Onu da bildim ki, sürücü gedəcəyimiz ərazinin adını xüsusi aparatla səsləndirir və aparatdan cavab gözləyirdi. Aparatdan aldığı cavab sürücünü qane edirdi. Çünki gedəcəyimiz yerdə yerləşən mehmanxana aparat va‑ sitəsi ilə sürücüyə dəqiq təsvir edilirdi. Mehmanxanada bir gün qaldıqdan sonra, növbəti gün yenidən taksi ilə Azərbaycan səfirliyinə getməli oldum. Yenə “xırıltılı” səslər gəlsə belə, maşında robot olmadığından əmin idim. Axşamüstü səfir‑ likdən dəmiryol vağzalına xüsusi maşınla getdim.

10

www.aaa.org.az

Elşən Gəncəvi Bakalavr ‑ Azərbaycan Dövlət İqtisad Universiteti, Beynəlxalq İqtisadi Münasibətlər Magistr ‑ Timişiora Qərb Universiteti, Siyasi Elmlər Gun.Az İnformasiya Agentliyində müxtəlif sosial və ictimai mövzularda müəllif yazıları ilə çıxış edir.

Xüsusi maşın gördüyüm taksilərdən fərqli idi. Maşında həm danışan, həm də yolu göstərən aparat vardı. Bu aparat naviqator idi. Naviqator dəmiryol vağzalına gedəcək qısa yolu sarı rəngdə işarələr ilə göstərərək sürücünün işini asanlaşdırıdı. Bundan başqa, yolda radar olarsa, hər hansısa yolda təmir, tıxac olarsa, naviqator sürücüyə xəbərdarlıq bildirməklə dəqiq mə‑ safəni göstərir. SÜRÜCÜNÜN ƏN YAXIN YOLDAŞI ‑ NAVİQATOR! Naviqatorlar Azərbaycanda geniş yayıl‑ mayıb. Hətta belə bir stereotip də formalaşıb ki, navi‑ qatordan istifadə edən sürücülər el içində “xam” kimi adlandırılır. Təəssüf ki, bu stereotip gündən‑ günə yenilənən və daim təkmilləşən Azərbay‑ canımızda çox güclüdür. Amma Avropada təkmilləşmə və yenidənqurma tempi bizə nisbətən daha zəif olmasına baxmayaraq, hər bir sürücüdə naviqator var. Naviqatorlar Azərbaycanda yardımçı funksiyasından daha çox yaraşıq vəzifəsini daşıyır. Azər‑ baycanlı sürücülər unudurlar ki, naviqatorlar, hətta onların həyatlarını belə xilas edə bilər. Ümumiyyətlə, naviqatorlarla Azərbaycan insanı ABŞ və Avropa istehsalı olan filmlər vasitəsi ilə tanış olub. Filmlərdə bu qeyri‑


4/ 2012

adi sistemlər insana rahatlıq və səmərəlilik təsəvvürü yaradır. Azərbaycanın dünya standartlarına cavab verən yolları ilə yanaşı, naviqator sistemləri Azərbay‑ can yollarının keyfiyyətliliyinə təminat verir. Bütün bu məsələlərlə yanaşı, meqapolisə çevrilən Bakı şəhərində gündəlik yaranan, bir neçə saata yaxın ömrü olan tıxac problemi Azərbaycan sürücüləri üçün yenilik deyil. Lakin təsəvvür edin ki, bu tıxaclarda işə gecikən zaman itirilən pullar deyil, təcili tibbi yardımla və ya şəxsi maşınla xəstəxanaya aparılan bir yaxınınızdır. Bu an tıxaclar insan nifrə‑ tinə tuş gələ biləcək yeganə obyektə çevrilir. Tıxac nəticəsində itirilən pul, əsəb, sağlamlıq və stressdir. Bu zaman günahkardan çox, pozitiv düşünüb çıxış yolu tapmaq lazımdır. ÖZÜNÜZƏ YOLDAŞ SEÇİN! Nə yaxşı olardı, hər gün avtomobilinizi “xod”layıb istənilən yerə gedərkən arxalandığınız bir yoldaşınız sizə zəng vurub, gedəcəyiniz yolun üstündə harada təmir işləri getdiyin, harada tıxac olduğunu bildirsin. Əfsuslar olsun ki, belə diqqətlə çox nadir halda üzləşirik. Amma insafla deyə bilərik ki, Bakıda istənilən yerə getmək üçün bir deyil, bir neçə alternativ yollar

var. Ən əsası, bu barədə sizə gün ərzində məlumatlar ötürən, naviqator xidmətini yerinə yetirən həmkarlar var. SONDA... Naviqator sistemi bütün dünyanın gündən‑günə formalaşan və yenilənən xəritəsinə uyğunlaşdırılır və daim yenilənir. Bu gün Bakıda yeni ticarət mərkəz‑ ləri, kafelər, restoranlar, otellər, əyləncə yerləri, klublar artmaqdadır. Artıq Bakı kimi şəhərdə yol soruşmağı “xamlıq” kimi qiymətləndirmək bir qədər gülünc olardı. Məncə, 40‑50 ilin sürücüləri artıq in‑ gilis və italyan dilində olan məntəqələri tapmaqda çətinlik çəkirlər. Amma naviqator sistemində bu da var. Yetər ki, adını qeyd edəsiniz. Naviqatorlar durmadan müasirləşən və avropalaşan Azərbaycan yollarının, küçələrinin pro‑ fessional bələdçisidir. Yetər ki, sürücülər naviqator‑ ları özlərinə yoldaş seçsinlər. Çünki naviqatorlar sürücünün ən etibarlı yol yoldaşıdır. Necə deyərlər, insanı yolda tanıyarlar. Bu, naviqatorlara da aiddir. Əminliklə deyərdim ki, naviqatorlar sizi tıxac‑ larda qalmaqdan, stressdən azad edəcək, işlərinizə yardımçı, ailənizə yaxın dost, sizə də yol yoldaşı ola‑ caq.

CONTEXT |

11


LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

12

www.aaa.org.az

Zaur Əliyev Siyasi elmlər üzrə fəlsəfə doktoru AMEA‑nın əməkdaşı, BDU‑nun müəllimi


4/ 2012 Bəşəriyyət tarixin yeni bir dövrünə qədəm qoymaq‑ dadır. Bütün dünyanı əhatə etməkdə olan qloballaşma və inteqrasiya prosesləri beynəlxalq münasibətlərin forma və məzmununu dəyişir, sivilizasiyalararası dia‑ loqu zərurətə çevirir, cəmiyyətin ümumi inkişafına daha dinamik xarakter verir. Sovetlər çağında lobbizm haqqında Qərb cəmiyyətində çox geniş yayılmış bu təcrübəni birtərəfli və təhrif olunmuş şəkildə təqdim edən çoxlu kitab və məqalələr çıxıb. “Lobbizm korrup‑ siyanın sinonimidir” sözləri uzun müddət elmi ədəbiyyatlarda üstünlük təşkil edib. İngilis dilinin izahlı lüğəti “Longman”da “lobbiçi‑ lik” sözünün mənası hökumət qərarlarına təsir etmək məqsədi ilə planlanan və həyata keçirilən fəaliyyət kimi izah edilir. Bir çox mənbələrdə qeyd edilir ki, lob‑ biçilik bir qrup hökumətin qərarlarına təsir etmək məqsədi ilə planlanan və bu məqsədlə vətəndaş ilə qərarverici arasında ünsiyyət vasitəsidir. Lobby – in‑ gilis dilindən tərcümədə “gözləmə salonu” adlanır. "Lobbiçilik" isə bir fəaliyyət növüdür, "lobby" sözünün zamanla öz mənasını dəyişməsi nəticəsində for‑ malaşmışdır. Ehtimal olunur ki, bu ifadənin işlədilməsinin tarixi ABŞ‑ın 1869‑1877‑ci illərdə 18‑ci prezidenti olmuş Ulysses S.Granta aiddir. General Grant Villard otelinin lobbisində siqar çəkməyi sevərdi. Mövcud şəraitdən istifadə edən “siyasi alverçilər” müəyyən məsələləri həll etmək üçün onunla danışıqlara girib müvafiq qərarın qəbul olun‑ masına çalışırdılar. Bu işlə məşğul olan “siyasi alverçilərə” “lobbiçi”, bu fəaliyyətə isə "lobbiçilik" fəaliyyəti adı verildi. Qeyd edək ki, lobbi Qərb sisteminin ən mühüm in‑ stitutlarından olub, qanunların və digər dövlət əhəmiyyətli qərarların qəbul edilməsi məqsədilə qanun çərçivəsində hüquqi fəaliyyətdir. Bu cür fəaliyyət hər bir dövlətin xarici siyasətinin əsas is‑ tiqamətlərindən biridir. “Maraq qrupları”nın hərəkətlərinin bütün ölkələrdə öyrənilməsinə baxma‑ yaraq, demək olar ki, lobbiləşdirmə prosesinin bütün tədqiqatları Birləşmiş Ştatlarda mərkəzləşdirilmişdir.

Lobby

Subyektləri

Fəaliyyət

Dövlət hakimiyyəti orqanları

Həmin hadisə nəinki ilk dəfə bu ölkədə təşəkkül tap‑ mışdır, hətta bu gün xeyli adam öz həyatını bu fəaliyyətə həsr edərək peşəkar səviyyədə lobbiçiliklə məşğuldur. Qərb ölkələrində lobbiçilik funksiyasını yerinə yetirən bir çox adamlar bunu özlərinin əsas işlərinə əlavə olaraq, maraq qruplarının və ya həmkar‑ lar birləşmələrinin rəsmi nümayəndəsi kimi yerinə yetirirlər. Hər hansı bir ölkədə lobbizmin inkişafı və iqtisadi inkişaf səviyyəsi, həmçinin həmin ölkədə for‑ malaşmış siyasi və dövlət ənənələri ilə müəyyən olu‑ nur. Ancaq şübhə yoxdur ki, cəmiyyətin yüksək inkişaf səviyyəsi lobbizmin peşəkar formada daha da mədəni səviyyədə fəaliyyətini şərtləndirir. Bu cəmiyyətdə isə güclü olmaqda maraqlı tərəf kimi çıxış edən, inkişaf etməkdə olan və üçüncü dünya ölkələri iri dövlətlərdə təmsil olunmaq məqsədi ilə müxtəlif təbliğat və tanınma vasitələrinə əl atırlar. Bun‑ lara PR, lobby və advocacy (müvəkkilik) kimi an‑ layışlar daxildir ki, biz onları bir‑birindən fərqləndirən xüsusiyyətləri aşağıdakı qaydada təqdim edə bilərik: Birləşmiş Ştatlarda lobbiçiliyin inkişafının ilkin mərhələsində bəzi qruplar öz emissarlarını (lobbiçiləri) hakim dairələrə yeridərək rəqabət prosesində üstünlük əldə etməyə çalışmışlar. Həmin mərhələdə lob‑ biləşdirmə daha çox lobbiçilər və qərar qəbul edən rəsmi şəxslər arasındakı qarşılıqlı münasibətlərin funksiyası idi. Daha bacarıqlı lobbiçiləri olan qrupların öz məqsədlərinə çatması üçün daha çox şanslar var idi. Halbuki bu imkandan məhrum qruplar əlverişsiz vəziyyətə düşür və özlərinin şəxsi peşəkar lobbiçilərini əldə etmək məcburiyyətində qalırdılar. Tədricən pay‑ taxtda və ştatlarda dövlət hakimiyyəti mərkəzləri hakim dairələrlə birbaşa şəxsi əlaqələr yaratmaq imkanları axtaran lobbiçilərlə dolmuşdur. Lobbiçilərin az olduğu dövrlərdə xarakterik olan bilavasitə əlaqə üçün imkanlar yox oldu. Bilavasitə əlaqələr üçün yolların azalması ilə rast‑ laşan lobbiçilər dolayı yolla kommunikasiya va‑ sitələrinə əl atmış, vasitəçilərdən istifadə etməyə başlamışlar. Onların fikrincə, vasitəçilərin lazımi şəxs‑

Advocacy

PR

Dövlət hakimiyyəti orqanları + istənilən yerli və ya xarici struktur

Dövlət hakimiyyəti orqanları + istənilən yerli və ya xarici struktur + idarənin şəxsi personalı, əhali

Maraqların müdafiəsi (yeridilməsi)

Maraqların müdafiəsi (yeridilməsi) + buna imkan yaradan əlavə şəraitin yaradılması istiqamətində iş CONTEXT |

13


LOBBİÇİLİK ANLAYIŞINA QISA BAXIŞ

lərlə daha etibarlı və yaxın əlaqələri vardır. Bu əlaqələr onların dostları və qohumları vasitəsilə yaradılır. Bun‑ dan əlavə, onlar hər hansı siyasətçinin əleyhinə və ya lehinə geniş ictimai fikrin olması təəssüratını yaratmaq məqsədilə kütləvi şəkildə məktub və teleqramların göndərilməsini təşkil etməyə başlamışlar. Bu və ya digər siyasi fikirləri dəyişmək (və ya dəstəkləmək) məqsədilə televiziyada, radioda və qəzetlərdə genişmiqyaslı kampaniyalar təşkil edilirdi. Taktikanın dolayı yollara əl atmaqla dəyişdirilməsi “kökdən lob‑ biləşdirmə” (“Lobbing at the grass roots”) adını almışdır. Vaşinqtonda lobbiləşdirmənin müasir təcrübəsi bilavasitə və dolayı üsulların qarışığından ibarətdir. Fikirlərini şəxsən ifadə etmək kimi bilavasitə üsullara lobbiçilərin əksəriyyəti üstünlük verir, ancaq bunlara həmişə etibar etmək olmaz; heç vaxt lazım olan anda rəsmi şəxslərlə əlaqə yaratmağa təminat ver‑ mək olmaz. Lobbiçilər bilavasitə metodlar təsirsiz qaldıqda, dolayı üsullara əl atırlar. Müasiri olduğumuz əsrdə prioritet sayılan, daim gündəmdə yer alan məsələlərdən biri də lobbiçilikdir. Bu fəaliyyət dünyanın hər yerində aktual məsələyə çevrilir. “Lobbi institutları hər hansı bir xalqın, dövlətin və yaxud hər hansı birliyin və ya müəssisənin maraqlarını güdən siyasiləşmiş ordudur”, desək, yanılmarıq. İstər Şərq‑Qərb, istərsə də okeanın o tayı olan Amerikada bu sahə üzrə fəaliyyət göstərən instan‑ siyalar, istər dövlət, istərsə də qeyri‑hökumət orqanları lobbi işini müxtəlif maraqlar istiqamətində qururlar. Lobbi artıq beynəlxalq münasibətlərin bir elementi hesab olunur. Elə dövlətlər var ki, lobbi fəaliyyəti ilə bağlı xüsusi dövlət proqramı qəbul edirlər. Bu proq‑ ramda lobbiyə, əsasən, başqa ölkədə informasiya daşıyıcısı olmaqla, siyasi tələblərin yerinə yetirilməsi, eyni zamanda beynəlxalq münaqişələrin həlli faktoru kimi böyük diqqət yetirilir. Lobbi hər hansısa bir məsələnin gündəmdə yer alması, onun ictimaiyyət arasında yayılması və təbliğ olunmasında vasitədir. Müstəqilliyinin ilk illərindən etibarən azərbaycan‑ lıların təşkilatlanması məsələsi ilk növbədə ideoloji və tarixi əhəmiyyət daşıyan bir problem idi. Buna nail olmaq üçün Azərbaycan dövlətinin ideya‑siyasi təməlini yaratmaq, onun iqtisadi qüdrətinə və siyasi nüfuzuna güclü inam formalaşdırmaq tələb olunurdu. Bir sözlə, dünyanın müxtəlif yerlərində məskunlaşmış azərbaycanlıların mütəşəkkil diaspor kimi formalaş‑ ması, lobbiçiliyin təşkili Azərbaycanın xarici siyasə‑ tinin prioritet istiqamətlərindən birinə çevrildi. Azərbaycan dövlətinin xarici ölkələrdə tanınması məsələsi gündəmə gəldi və bu zaman “Lobbi” termini elmdə müxtəlif mənalarda işlənməyə başlandı. Bəzən bu termini diaspor mövzusu ilə qarışıq salanlar da olurdu. Lakin zaman keçdikcə, Azərbaycanın beynəl‑ xalq əlaqələri genişləndikcə Azərbaycan lobbisinə

14

www.aaa.org.az

ehtiyacın duyulması mövzunun elmi səviyyədə öyrənilməsinə şərait yaratdı. Azərbaycan lobbisinin formalaşması prosesi çox çətin olsa da, onu idarə etmək, Azərbaycanın ümdə mənafelərinə uyğunlaşdırmaq, bu sahədə məqsədyönlü, ardıcıl iş aparmaq, dövlət qayğısı göstərmək lazımdır. Əks halda lobbiçiliyin formalaş‑ ması prosesi kortəbii şəkildə davam edə bilər, ona təsir göstərən mühüm amillər arasında müxtəlif qeyri‑ obyektiv amillərə rast gəlmək mümkün olar ki, onlar da bu mütərəqqi prosesin inkişafına çox mənfi təsir göstərər. Azərbaycan lobbisinin formalaşmasında xalqın, millətin, dövlətin özü maraqlı olmalıdır, onun fəaliyyəti daim diqqət mərkəzində saxlanılmalıdır. Bu lobbi təşkilatlarının məqsəd və vəzifələri onun fəaliyyətini tənzimləyən şəxslərə tam aydın olmalıdır ki, onlar bu istiqamətdə öz işlərini qura bilsinlər. Azərbaycan lobbisinin yaranması, formalaşması ilk növbədə, diasporun fəaliyyətindən asılıdır. Avropanın, eləcə də dünyanın elə dövlətləri var ki, burada mövcud olan diaspor təşkilatları çox güclüdürlər. Onlar artıq bu ölkələrdə lobbi kimi çıxış edib, Azərbaycanın milli mənafelərini yüksək səviyyədə müdafiə və təmsil etmək qabiliyyətinə malikdirlər. Lakin elə ölkələr də var ki, orada yaşayan həmvətənlər hələ heç diaspor halında birləşə bilmirlər. Əlbəttə, belə ölkələrdə nəinki lobbiçiliyin formalaşmasından, hətta diaspor halında mövcudluğundan belə söhbət gedə bilməz. Hesab edirik ki, bir çox ölkələrin lobbi təcrü‑ bəsindən irəli gələrək, Azərbaycan xaricdə lobbi mexa‑ nizmini yaratmaq üçün aşağıdakı fəaliyyət növlərinə xüsusi diqqət versə, uğurlu nəticələr əldə etmiş olar; 6.1. Siyasət planlama və strategiya inkişaf etdirmə: Qanun qəbuletmə müddətində siyasi təşəbbüs üzərinə uyğun strateji planlar hazırlamaq və uyğun xüsusi hədəflər qoymaq; 6.2. Qanun müdafiəçiliyi: Lobbi fəaliyyətləri müd‑ dətində analizlər edərək əhəmiyyətli güc mərkəzləri, konqres üzvləri və digərləri ilə yığıncaqlar təşkil edərək doğru məlumatlara çatmasını və qərar mexa‑ nizmlərinin istiqamətləndirilməsini təmin etmək; 6.3. Müşahidə etmə və hesabat: Davam etməkdə olan qanun qəbuletmə müddətindəki inkişafların təqibi və araşdırmalar edilərək təxminlər yürüdülməsi; 6.4. Hüquqi analiz: Dövlətimizə təsir edən qanun‑ ların incələnməsi, lazım olan dəyişikliklərin təyin olunması və tələblərə uyğun qanun maddələrini hazır‑ lanması; 6.5. Koalisiya və kampaniya təşkilatı: İcra edilmə‑ kdə olan kampaniyalar mövzusunda digər təşkilatlar‑ dan kömək almaq, yığıncaqlar təşkil etmək, ortaq hərəkət nöqtələri təyin etmək.


The Azerbaijan America Alliance is a non‑profit organization committed to promoting a lasting partnership between Azerbaijan and America. www.azerbaijanamericaalliance.org Email: info@azerbaijanamericaalliance.org @AzAmAll Azerbaijan America Alliance


AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ

YAŞIL ARTIM PERSPEKTİVLİYİ

Nailə Əliyeva

Azərbaycanda iqtisadiyyatın sürətli artımı 1995‑ ci illə müqayisədə 2010‑cu ildə 20 dəfə çox ÜDM‑ə çatıb.1 Artmaqda olan əhalinin yaşam standartlarının yaxşılaşması və iqtisadi fəaliyyətin artan səviyyəsi ətraf mühitə və ölkənin təbii ehtiyatlarına əhəmiyyətli dərəcədə təsir göstərib. Bu tədqiqatın məqsədi Azərbaycanın enerji səmərəliliyini artırmaqda potensialını qiymətlən‑ dirmək və uzunmüddətli, davamlı “yaşıl inkişaf” strategiyasını inkişaf etdirməkdir. Tədqiqat mövcud enerji/təbii sərvətlərdən istifadə və Azərbaycanda ətraf mühit və eyni zamanda CO2 emissiyasının

16

www.aaa.org.az

azaldılması istiqamətində fürsətlər və yaşıl inkişaf, enerji səmərəliliyi barəsində xülasəni təqdim edir. Enerji istehsalından, nəqliyyat və təbii ehtiyyat‑ lardan istifadə nəticəsində yaranan ətraf mühit təsir‑ ləri çox və önəmlidir. Onlar torpaq və su çirklənməsindən başlayaraq, yanacaq yanması, hava tullantıları və istixana qazlarının emissiyalarına (İXQ) qədər növlərlə cərgələnir. Qeyri‑səmərəli is‑ tehsal və qeyri‑sabit istehlakın artması resursla zən‑ gin Azərbaycanda davamlı inkişaf üçün təhlükəli nəticələrə gətirib çıxara bilər.


4/ 2012

ENERJİ SƏRF OLUNMASI Nisbətdə az olan işıq və qaz qiymətlərinə əsasən, enerji səmərəliliyi əhalinin əksəriyyəti arasında, xü‑ susilə şəhərlərdə elə də vacib məsələ kimi görünmür. Azərbaycan 35 Avropa ölkəsi iqtisadiyyatı arasında ən çox enerji intensivliyi siyahısındadır və Mərkəzi Asiyada enerji intensivliyində ilk onluqdadır.2 Eyni hesabatda vurğulanır ki, Azərbaycanda olan 100 şirkət arasında keçirilən sorğunun nəticələri enerji səmərəliliyi qiymətlərinin aşağı və ya orta olduğunu bildirir. Buna baxmayaraq, son illərdə qaz və işıq sərfiy‑ yatının ölçülməsinin təkmilləşdirilməsi enerji sərfi‑ nin hesablanmasını zəruri edir. 2007‑ci ildə enerji qiymətləri 2 dəfədən çox artmışdı. Bu dəyişikliklər Azərbaycanın artan iqtisadi fəallığı fonunda 2007‑ci ildə enerjidən istifadədə azalma ilə nəticələndi. 2007‑ ci ildə enerji qiymətinin 2 dəfədən çox artması birinci il enerji istehlakının 11%, 2009‑cu ildə 13% azalması və 2010‑cu ildə bu göstəricinin eyni səviyyədə qal‑ ması ilə nəticələndi. Bu müddət ərzində 2009‑cu ildən başqa, ÜDM inkişafa doğru getdi. Yeni mərkəz‑ ləşdirilmiş işıq‑nəzarət sistemi işıqdan qeyri‑qanuni istifadənin qarşısını alır. Lakin enerji təchizatı üzərində təkmilləşmiş idarəetmədə narahatçılıqlar mövcuddur: bəzi yerli sakinlər, xüsusilə də kəndlərdə yaşayan əhalinin enerjidən istifadəyə imkanları çatmır.1 Enerji, əsasən, nəqliyyat və enerjinin olduğu yaşayış sahələrində sərf olunur. Kənd təsərrüfatı və enerji sahəsi ölkədə suyun əsas istifadəolunduğu sahələrdir.3 Yaşayış sahələrinin tikintisi Azərbaycanda on ildən yuxarıdır ki, sürətli yüksəlişlə artır. Binaların ümumi yaşayış sahəsi 1995‑2010‑cu illər arasında 16.4 milyon m2 əlavə etməklə 27% çoxalmışdır.4 Lakin binaların səmərəliliyi, dizayn və istifadə olu‑ nan tikinti materialları baxımından enerji itkisini azaltmaq qeyri‑qənaətbəxş olaraq qalır. Binaların ti‑ kintisində istilik izolyasiya materialları, nəzarət sis‑ temləri və enerji‑sərfəli pəncərələr qoymaq çox nadir haldır. Azərbaycanda binalar üçün heç bir enerji səmərəliliyi standartı yoxdur, amma Standart‑ laşdırma, Meteorologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən bu standarlar üzərində ilkin iş aparılır.

ENERJİ VƏ SƏNAYE Kimyəvi, neft‑qaz kimi sənaye sahələri, qida və tütün sənayeləri, qeyri‑metal mineral maddələr (se‑ ment və bu qəbildən olan məhsullar) ən çox intensiv enerji sənayeləridir. BMK‑nin 2008‑ci il sorğusuna7, əsasən enerji və 2009‑2011‑ci illər üçün enerji səmərəliliyinə təklif olunan investisiya nisbəti 2006‑ 2007‑ci illərin faktiki investiyasiyasından 80% yüksək olmuşdur. Lakin səciyyəvi olaraq, KOM tərəfindən həyata keçirilmiş kiçik layihələr enerji səmərə‑ liliyinin qurulmasının məxariclərinin öhdəsindən daha çox gələ bilməzdi. Baxmayaraq ki, şirkətə düşən illik orta enerji sərfi 139,000 dollar8 təşkil edir enerji səmərəliliyinin rəsmi planlaşdırılması və bunun biznes strategiyasına əlavə olunması geniş yayılmış deyildir. Kənd təsərrüfatı, qida və tütün sə‑ nayelərində artan enerji istifadəsi ilə üzləşilir, bu da öz növbəsində istixa‑ naların artan sayı və soyutma avadan‑ lıqlarının istifadəsiylə izah oluna bilər. Azərbaycan xalqının ənənəvi mövsümi yedikləri onların eyni tərəvəz və meyvələri il boyu yeməkləri ilə əvəzlən‑ məkdədir.

NƏQLİYYAT 1995‑ci ildən 2010‑cu ilədək 1000 adama düşən sərnişin avtomobillərinin sayı 2.6 dəfə artaraq 35‑dən 91‑ə qalxdı.(5) Bu artım təkcə ölkədəki havanın çirk‑ lənməsi ilə yekunlaşmadı, eyni zamanda keçilməz

ƏTRAF MÜHİTİN ÇİRKLƏNMƏSİ Hal‑hazırda Azərbaycan bir neçə ekoloji çətinlik ilə üzləşir, bəziləri keçmiş Sovet birliyindən miras qalıb. Məsələn, Sumqayıt sənaye sahəsi və

suaxan yer səthinin inkişafı ilə yeni avtomobil yol‑ larının və körpülərin tikintisinə stimul oldu. Şəhərin böyüməsi özəl nəqliyyat vasitələrinin artımını qarşılaya bilmək üçün yolların geniş‑ ləndirilməsinə gətirib çıxardı ki, bu da özlüyündə şəhər kənarından mərkəzə gəlib‑getmə alternativini aradan qaldırdı. Azərbaycana gətirilən və yaxud da burada is‑ tehsal olunan Nəqliyyat vasitələri Avro‑2 (1996) Avropa Emissiya Standartlarına uyğun olmalıdır. 2012‑ci ilin sonunda bunun Avro‑3 yanacaq standart‑ larına keçməsi planlaşdırılır. 2000‑2012‑ci illərdə Bakıda metro xəttini 31.5 km uzatmaqla mövcud 19 stansi‑ yaya daha 3 stansiya (3 km) əlavə edildi.6 Ekoloji tramvay və trolleybusların ictimai şəhər nəqliyyat seçimlərin‑ dən çıxarılması sonradan ləğv olunmayan neqativ dəyişikliklərdən idi.

CONTEXT |

17


AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

köhnə neft yataqlarında çirklənmələr, qida və tikinti materialların istehsalından tullantıların, hasilat sə‑ nayesində tullantıların və emissiyaların sürətli və davamlı inkişafının nəticələri və sürətlə artan nəqliyyat sektorunun emissiyalarıdır. Nəqliyyatdan havaya buraxılan emissiyalar, demək olar ki, 2000 və 2010‑cu illər arasında iki dəfə, lakin zavod və fabriklərdəki kimi stasionar mən‑ bələrdən çirkləndirici maddələrin ümumi emis‑ siyaları, əsasən, infrastruktur və ya köhnə zavodların bağlanması nəticəsində 2,4 dəfə azalıb. Bəzi ekoloji çətinliklər yerli olsa da, onlar qonşu ölkələri də cəlb edirlər, əsas gözəçarpan içməli su və suvarmaya təsir edən amil olan trans‑sərhəd su resurslarının təhlükəsizliyidir. Kür və Araz çay‑ larında aparılan müntəzəm monitorinq 9 fenolların dəyişkən dərəcələrini və misin mümkün 5 dəfəyədək arta biləcək qatılığını keçə biləcəyini təyin edib. Ölkədə olan əhalinin əksəriyyəti içməli suyun təhlükəsiz olduğuna inanmır, çünki onlar dəfələrlə suda şübhəli zərrəciklər görüblər, neft və xlor iyini hiss ediblər. O da bildirilməlidir ki, hasil olunan suyun 30%‑i çatdırılma zamanı itirilir. 10 Yağıntı‑su novalçalarının zəif idarə olunması və şəhərlərdə keçilməsi mümkün olmayan səthlər, yağış yağan vaxtlarda və ya qarın yerdə əridiyi zaman‑ larda idarə olunan su keçilməsi mümkün olmayan səthlərə (örtülmüş küçələr, dayanacaq məntə‑ qələri,tikinti damları) axır; novalçalar təmiz‑ lənmədən boşaldıldıqda zibillər, kimyəvi maddələr, çöküntülər və digər tullantılar suyun keyfiyyətinə mənfi təsir göstərə bilər. Ölkədə güclü tikinti işləri zamanı təbii bitki örtüyünün və torpağın üst qatının çıxarılması baş verən sahələr eroziyaya meylli olur. Yolların, kör‑ pülərin tikintisindən öncə və sonra eroziya no‑ valçalarda çoxlu sayda çöküntü və lil əmələ gətirir ki, bu da özlüyündə suyun keyfiyyətini korlayır və digər ekoloji problemlərə yol açır. Səs‑küy şəhərlərdə mövcud yolların, binaların tikintisi, binaların bərpa olunması, nəqliyyat və çoxalan əyləncə mərkəzləri səbəbindən əsas problemdir. Azərbaycan hökuməti səs‑küy və vibrasiya ilə bağlı qanun qəbul et‑ mişdir, lakin onun icrası son dərəcə zəifdir. İşıq çirklənməsi də artmaqdadır, lakin onun qarşısını almaq üçün heç bir addım atılmayıb. Tullantıların düzgün idarə edilməməsi və bu sahədə təcrübənin olmaması ölkədə ciddi nara hatçılıq

18

www.aaa.org.az

mənbəyi kimi qalır. Tullantıların qanunsuz formada toplanması geniş yayılıb. Həyətlərdə və küçələrdə tullantıların yandırılması həm şəhər, həm də kənd yerlərində müntəzəm olaraq baş verir. Şan‑şöhrətəlaməti olaraq, insanlar vəziyyət və avtoritet simvolu kimi ehtiyacları olmayan daha böyük ev və maşınlar alırlar. Bataqlıqların qurudul‑ ması ilə kənd yerlərində evlərin ətrafında uzun və hündür daş hasarların tikintisi yaşayış və heyvanlar aləmi koridorunu məhv edir. Fəallaşan tikinti fəaliyyəti daş və viran olmuş yaşayış, çirkli mühitləri geridə buraxaraq, daş və çınqıl üçün yeni kar‑ xanaların işlənməsinə gətirib çıxarır. İQTISADİ, SİYASİ VƏ SOSİAL ÇƏTİNLİKLƏR Azərbaycanın Avropa ölkələrində olduğu kimi ekoloji inkişaf üçün güclü aparıcılara ehtiyacı var (ic‑ timai tələb, qiymət siqnalları). Yaşıllaşma yenidən strukturlaşmanın və diversifikasiyanın bir hissəsi deyil. Mövcud maliyyə resurslarının aşağı səviyyədə olması bir çox ekoloji siyasətin həyata keçirilməsində ümumi sıxıntı yaradır, lakin bu həmişə proqresə gedən yolu bağlayan maneə deyildir. Bu cür maneələr zəif biznes mühitini, emiqrasiya ilə əlaqə‑ dar olaraq beyin axını, böyük qeyri‑rəsmi sahə 11 və nisbətən aşağı səviyyəli işçi məhsuldarlığını əhatə edir. Ümumiyyətlə, enerji səmərəliliyi və ətraf mühit ilə bağlı əsas hüquq və siyasət çərçivələləri adətən bir yerdədirlər, lakin daha mühüm islahatlar hələ də tələb olunur. Mövcud proqramların həyata keçiril‑ məsi və saxlanılması, qanunlar və nizamnamələr real problemlərdir. Proqres siyasi inkişaf şəklində özünü göstərir, lakin heç də, həmişə fəaliyyət planı və effek‑ tiv qanunvericiliklə müşayiət olunmur. Özəl sahə investorları enerji səmərəliliyi sahəsində o qədər də aktiv deyillər. Bütün bunlara səbəb olanlar arasında enerji səmərəliliyini, in‑ vestisiya layihələrini istifadə etməkdə təcrübə azlığını göstərmək olar. Uzunmüddətli risk gözləntisi olan investisiyalara, əsasən, kommersiya bankları uzunmüddətli kreditlər verməkdə könülsüzdürlər. Konstruktiv şərtlər yenilikçiliyə qoyulan investisiyaları dəstəkləmir. Mövcud innovasiya sistemlərində ictimai tədqiqat institutları və dizayn büro‑ ları əsas rol oynayanlar kimi qalmaqda davam edirlər. Lakin çox vaxt tədqiqatı


4/ 2012

dəstəkləyənlər kütləvi resurs qıtlığı ilə üzləşirlər. 2010‑cu ildə elmə qoyulan investisiya dövlət büd‑ cəsinin 0.8%‑ni təşkil etmişdi. (12) Azərbaycanda ETSN həm təbii sərvətlərdən isti‑ fadənin idarə olunması, həm də ətraf mühitin qorun‑ ması məsuliyyətini özündə cəmləşdirir. Bu formada olan institusional təşkilatçılıq, xüsusilə də iqtisadi və tənzimləyici funksiyalar cəmlənəndə ölkənin təbii kapitalından olan qısa müddətli dividentlərin eks‑ traksiyası, adətən onun davamlı, uzunmüddətli isti‑ fadəsinin məqsədlərini kölgədə qoyur (İƏİT). 13 Azərbaycanda ətraf mühitin bəzi aspektləri müxtəlif nazirliklər və təşkilatlar tərəfindən idarə olunur. Ətraf mühitin yüksək mürəkkəb təbiəti təbii ekoloji proramların həyata keçirilməsində ləngiyir. Ekologiya ilə məşğul olan hakimiyyət institu‑ sional və təşkilati zəiflikdən əziyyət çəkir. Aşağı əmək haqqları, Dövlət Tədqiqat İnstitutunda maliyyə təminatına ciddi məhdudiyyətlər və univer‑ sitetlərdə olan düşünülməmiş öyrətmə təcrübələri yeniliyi idarə etmək üçün əsas çətinliklərdir. Bəzi siyasətçilər arasında ümumi fikir odur ki, ətraf mühiti müdafiə, xüsusilə də iqlim dəyişikliyi nəinki sosial‑iqtisadi inkişafda uzun müddətli əsas elementdir, həmçinin o, bir maneədir. Ətraf mühit məsələlərini götür‑qoy edə biləcək vəkillik qruplarının qıtlığı var. Uzunmüddətli davamlı “yaşıl inkişaf” gündəliyinin həyata keçiril‑ məsi üçün QHT‑lərin nəzarəti elmi cəmiyyəti vacib‑ dir. QHT‑lər üçün ekoloji araşdırma aparma və ya parlamentdə ətraf mühit məsələlərini təqdim etmək və ya lobbinin bunları önə çəkməsi üçün QHT‑lərdə limitləşmiş imkanlar mövcuddur. Ekoloji siyasət islahatlarına ətraflı dəstək zəifdir. Əhali arasında, xüsusilə də kənd yerlərində ekoloji maarifləndirmə aşağı səviyyədədir. Bir neçə ekoloji maarifləndirmə proqramları şəhərlərdə həyata keçir‑ ilmişdir. Bakıda olan proqramın məhdud yayımı və auditoriyası var idi. İnkişaf etmiş ölkələrdən fərqli olaraq, Azərbaycanda botanika bağları, tarix və təbiət elmləri muzeylərinə səciyyəvi olaraq, az maliyyə ayrılır və ictimaiyyətdə ekoloji mövzular haqqında məlumatlılığın artırılmasında zəif xidmət göstərirlər. Ən əsası isə, dövlət məktəblərində pis‑ ləşmiş təhsil eyni zamanda ətraf mühit barəsində maarifləndirmədə də aşağı nəticə göstərmişdir. Şəffaflıq və ekoloji layihələrin icrasının sayı üzərində artan narahatlıq mövcuddur. Böyük sənaye layihələri üzrə ictimai dinləmələr az və formaldır. Baxmayaraq ki, ekoloji göstəricilər mövcuddur, lakin onlar çox nadir hallarda siyasi analizlər üçün işlədilir və ya siyasi məqsədlər üçün əlaqələndirilir.

Azərbaycanda ekoloji informasiya zəncirinin hər addımı ilə mübarizə davam edir. (İƏİT) 14. Azərbay‑ canda aşağı karbon iqtisadiyyatı üçün strategiyaların inkişaf etdirilməsi ilə bağlı xüsusi təşəbbüslər haqqında məlumat qıtlığı var və iqlim dəyişikliyi təşəbbüsləri aydın milli təşəbbüs kimi ifadə edilməmişdir. YAŞIL İNKİŞAF PERSPEKTİVLƏRİ / RESURS SƏMƏRƏLİLİYİ Azərbaycanın bəzi iqtisadi inkişaf proqramları onun enerji səmərəliliyini artırmaq və CO2 emis‑ siyasını azaltmaq potensialına malikdir. Onlardan: ‑ Alternativ və bərpaolunan enerji mənbələrindən istifadə dövlət proqramı; ‑ Meşə bərpası və inkişafı üzrə milli proqram; ‑ Ekoloji nöqteyi‑nəzərdən davamlı inkişaf pro‑ qramı. Struktur islahatları və qeyri‑neft sektorunun di‑ versifikasiyası Azərbaycan hökumətinin gündə‑ liyində yüksək yerdə durur və bunun üçün maliyyə neft sənayesi sahəsindən gəlirlər hesabına ayrılır. Alternativ və bərpaolunan enerji sahəsi Azərbay‑ canda böyük potensiala malikdir. Yaşıl inkişaf üçün imkanlar enerji səmərəliliyi (ev təsərrüfatı daxil ol‑ maqla), ekoloji cəhətdən təmiz kənd təsərrüfatı və eko‑aqro‑turizm15 sahələrində də mövcuddur. Yaşa‑ yış binalarının enerji səmərəliliyi qarşıdan gələn bir neçə il ərzində həm binaların daha enerjiyə qənaətli şəkildə tikintisində, həm də mövcud binaları enerji səmərəliliyinə daha yaxın formada idarə etmək baxımından çox ciddi inkişafa ehtiyac duyur. Bir sözlə, Azərbaycan nəqliyyat sistemini “yaşıl‑ laşdırmalıdır”, velosiped sürənlər üçün infrastruk‑ turunu inkişaf etdirməlidir, tramvay və trolleybusları geri qaytarmalı və metro şəbəkəsini genişləndirməlidirlər. Ölkədən xaricdə və ölkə daxilində ekoloji təmiz qidalara tələbatın artması ilə bağlı ekoloji təmiz qi‑ danın uğuruna mümkün potensial vardır. Eroziya və fırtına suları üzərində sıx nəzarət in‑ sanlar üçün örtük materiallarını istehsal edəcək, ərp‑ dən müdafiə, tikinti gedən yerlərdə çöküntünü azaltmaq üçün torpaqların sabitləşdirilməsi və eroziyaya məruz qalmış səthlərin uzun müddətli sabitləşdirilməsini həyata keçirəcək iş yerlərini yarada bilər. NƏTİCƏ VƏ TÖVSİYƏLƏR: Yaşıl inkişaf icmalı Azərbaycanın inkişaf edən məqsədləri ilə eyni cərgəyə qoyula bilər, məsələn, iqtisadi diversifikasiya. Hökumət yaşıl inkişafı

CONTEXT |

19


AZƏRBAYCANDA RESURS SƏMƏRƏLİLİYİ VƏ YAŞIL ARTIM PERSPEKTİVLİYİ

dəstəkləmək üçün onu layihələrinə və proqramlarına maliyyə ayrılmasına meyar kimi yerləşdirə bilər. CO2 emissiyalarını azaltmaq üçün qısamüddətli dəyişikliklər: 1. Sənayelər enerji səmərəliliyini artırma poten‑ sialı olan yüksək səmərəlilik texnologiyalarını əldə etmək üçün vergi azaldılması və ya aşağı faiz dərəcəsi kreditləri kimi maliyyə stimulları ilə təchiz oluna bilər. 2. Binalarda enerji səmərəliliyi standartlarını hə‑ yata keçirtmək binalarda enerji itkisinin qarşısını ala bilər və enerjiyə qənaətli tikinti materialları və ləva‑ zimatları istehsalını təşviq edə bilər. 3. Səmərəli nəqliyyat vasitələrinin yanacağa az qə‑ naət edənlərdən daha çox idxalını təşviq etmək və nəqliyyat vasitələrinə müxtəlif vergi dərəcələri və ya gömrük haqları qoymaqla bu həyata keçirilə bilər. Nəqliyyat vasitələri üçün yanacaq qiymətlərinin artırılması ilə havanın çirklənməsini azaltmaq olar, lakin bu, qısamüddətli enerjiyə qənaət seçimi ola‑ caqdır. 4. Enerjinin idarəetmə sistemlərinin sənaye, yaşayış/ kommersiya və nəqliyyat sahələrində həyata keçirilməsi ‑ CO2 emissiyalarını aşağı dəyərinə kimi azalda bilər. 5. Elektrik stansiyalarında ortamüddətli, ümumi enerji istehsalı, yüksək dönüşüm, səmərəli texnologiyalardan istifadə, təhlükəsiz, etibarlı və iqti‑ sadi baxımdan sərfəli nəqliyyat seçimlərinin inkişaf etdirilməsi istixanalarda qaz emissiyalarını azalda bilər. Enerji səmərəliliyi və yaşıl inkişafın təşviqi üçün siyasi dəyişiklərə ehtiyac var:

1. Enerji səmərəliliyini və yaşıl inkişafı təşviq etmək üçün güclü siyasətlər və əlaqələndirilmiş planların daxil olduğu vahid strategiya dəyişiklik üçün güclü bir stimul olacaqdır. Strategiya konkret olaraq qısa və uzun müddətli enerji səmərəliliyi və yaşıl inkişaf hədəflərini tutmalı, proqresi dəyər‑ ləndirən göstəricilər müəyyənləşdirməli və əməliyyat, istismar xərclərini daxil etməlidir. 2. Ölkədə investisiya iqlimini inkişaf etdirmək və rəqabət aparan bazarları həvəsləndirmək yaşıl iqti‑ sadiyyata özəl maliyyənin cəlb olunmasına kömək edəcəkdir. Özəl sektor ilə əməkdaşlıq etmək vacibdir. 3. Nəqliyyat strategiyası ictimai nəqliyyatı təmiz, davamlı yanacaq və səmərəli nəqliyyat vasitələrini dəstəkləməlidir. 4. Enerji tarifləri, xüsusilə qaz tarifləri, bu mən‑ bənin real dəyərini əks etdirmək üçün uyğunlaşdırıl‑ malıdır.Müxtəlif istifadəçilər üçün olan müxtəlif qiymətlər ünvanlanmalıdır. 5. İşçilərə yaşıl texnologiya və sənaye yönümlü bacarıqlarda təlimatlanmaq üçün siyasət növlərinə ehtiyac vardır. 6. İctimai təhsil proqramları iqlim dəyişikliyi və qeyri‑sabit resurs istifadəsi nəticələrini anlamaq üçün təkmilləşdirməyə yönəlməlidir. 7. Azərbaycanın CDM tələbatı genişdir. Hökumət CDM haqqında məlumata çıxışı asanlaşdırmalı və qlobal karbon bazarına daxil olmaq müəssisələrə kömək etməldir. 8. Hökumətin yaşıl satınalma siyasəti ictimai sek‑ tor orqanlarının məhsulları satın almağa qərar verərkən məhsulların və xidmətlərin ekoloji təsir‑ lərini nəzərə almağı tələb etməyi yaşıl məhsullar üçün tələbat yarada bilər

İSTİNADLAR 1

Azərbaycan Dövlət Statistika Komitəsi

2

Energy Efficiency: A New Resource for Sustainable Growth, 2010, IFC, page 5

9

3

Azerbaijan Alternative Energy Sector Analysis and Roadmap, 2009, Asian De‑ velopment Bank, page 42

10

Georgia, Russian and Ukraine Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyi Azərbaycan Dövlət Statistika Komitəsi

11

Azərbaycan Dövlət Statistika Komitəsi

5

Azərbaycan Dövlət Statistika Komitəsi

12

6

Azərbaycan Dövlət Statistika Komitəsi

13

7

Energy Efficiency: A New Resource for Sustainable Growth, Researching En‑ ergy Efficiency Practicies Among Companies in Armenia, Azerbaijan, Belarus, Georgia, Russian and Ukraine, page 23.

8

20

Development in Eastern Europe and South Caucasus: Armenia, Azerbaijan and Georgia, OECD 2011, page 78, 79

4

Energy Efficiency: A New Resource for Sustainable Growth, Researching En‑ ergy Efficiency Practicies Among Companies in Armenia, Azerbaijan, Belarus,

www.aaa.org.az

Azərbaycan Dövlət Statistika Komitəsi

http://www.oecd.org/dataoecd/59/48/48877396.pdf, Green Growth and Envi‑ ronmental Governance in Eastern Europe, Caucasus and Central Asia, 2011, page 122

14

15

Policies For Better Environment, OECD 2007, page 12

Opportunities and Options for Promoting A Green Economy in the Eastern Partnership Countries, June 2011


AZƏRBAYCANDA RƏQƏMLİ CİHAZLAR

Seymur Rəsulov

AZƏRBAYCANDA RƏQƏMLİ CİHAZLAR 22

www.aaa.org.az


4/ 2012

Texnoloji inkişaf cəmiyyətdə əhəmiyyətli yerini aldıqdan sonra rəqəmsal konstruksiyalar uzunmüd‑ dətli bir mövzuya çevrildi. Bu, artıq o zaman prob‑ lem kimi ortaya çıxdı ki, inkişaf etmiş ölkələr texnoloji yenilikləri qəbul etməyə doğru addım‑ layanda, inkişaf etməkdə olan ölkələr geridə qalmağa başladı. İnternetin ictimaiyyətin istifadəsi üçün açıq elan olunduğu gündən texnologiya və internetdən çox istifadə edən ölkələrlə internetdən az istifadə edən və ya ümumiyyətlə, ona çıxışı olmayan ölkələr arasında olan boşluq artıq uzun illər hökumət, dünya təşkilatları və bir neçə idarələrin müzakirə obyektinə çevrildi. 1991‑ci ildə müstəqilliyini əldə etdikdən sonra Avropanın Asiya ilə qarşılaşdığı strateji məkanda yerləşən keçmiş sovet ölkəsi Azərbaycan mühüm iqtisadi inkişafa nail olur. Baxmayaraq ki, neft və qaz gəlirləri son 21 il müddətində Azərbay‑ canın iqtisadiyyatını gücləndirmişdir və texnologiya bölümü digər başqa sahələr ilə (tikinti və kənd təsər‑ rüfatı) birgə inkişaf edib, lakin bir sıra əsas məsələlərdən dolayı rəqəmsal konstruksiya hələ də dəyişməyərək qalır. Bu hələ də aztəminatlı, köhnə nəsil və aşağı gəliri olan ailələr üçün problem olaraq qalır. Bu məqalə Azərbaycanda rəqəmsal konstruk‑ siyanı müzakirə edəcək. Məqalə ölkədə rabitə və in‑ formasiya texnologiyalarının statistik informasiyası və rəqəmsal bölümün istifadəsinə olan ehtiyacı, həmçinin rəqəmsal təcridi aradan qaldırmağın mümkün variantlarını müzakirə edəcək. RƏQƏMSAL BÖLGÜ (RB) NƏ DEMƏKDİR? Baxmayaraq ki, müxtəlif alimlər rəqəmsal böl‑ günü müxtəlif cür izah edirlər, amma onların ək‑ səriyyəti razılaşırlar ki, RB internetə giriş imkanı olan partiya ilə internətə limitli və ya ümumiyyətlə, girişi olmayan partiya arasında ziddiyyətdir. Jeffrey James bunu “varlı və kasıb arasında İKT‑ dən istifadədə ziddiyyət” kimi müəyyən edir. (James, 2012). Valadez düşünür ki, rəqəmsal bölüm cəmiyyətdə “texnoloji uyğunsuzluqdur”. (Valadez, 2007). Bəzi alimlər bu “malik olmaq” və “malik ol‑ mamaq”ları bərabərsizlik kimi qeyd edirlər. Texnoloji bərabərsizlik resurslara bərabər çıxışın olmamasının nəticəsidir. Valadez Martinə istinadən bildirir ki, rəqəmsal bölümün tərifi “İKT‑yə çıxışa çoxölçülü baxış” kimi əvəz olunmalıdır. (Valadez, 2012). Rəqəmsal bölümə xüsusi yanaşma DiMaggio tərəfindən Valadezin məqaləsində bildirilir. DiMag‑ gio isbat edir ki, rəqəmsal bölüm texnologiyaya qeyri‑bərabər çıxışın nəticəsində yaranır ki, bu da öz növbəsində sosial təcriddən qaynaqlanır. (Valadez, 2012). Yuxarıda göstərilən müxtəlif yanaşmaları və ayrı‑ayrı alimlərin fikirlərini nəzərə alaraq, rəqəmsal

bölümü İKT‑yə çıxışı olan ölkələr və fərdlər arasında boşluq və ya qeyri‑bərabərlik kimi müəyyənləşdirə bilərik. Bu meyara əsaslanaraq, Molinari dünyada 5 milyarddan artıq insanın ya internetə girişinin ol‑ madığını, ya da texnologiyalardan istifadə edə bilmədiklərini qeyd edib. Molinari onları “rəqəmsal dünyadan xaric olunmaq” kimi təsvir edir. (Molinari, 2012). AZƏRBAYCANDA İKT Azərbaycan 1991‑ci ildə müstəqilliyini elan etdi. Müstəqillik əldə etdikdən sonra əsas üstünlük veri‑ lən amil Qərb ölkələri ilə əlaqələrin qurulması idi. Ölkə çox cavan idi və Sovet hakimiyyətindən sonra infrastruktur yaxşı vəziyyətdə deyildi. Neft və qaz ilkin inkişaf etdirilmiş sahələr idi. Müstəqillik əldə edildikdən sonra əsas tədbirlərdən biri 1994‑cü ildə “Əsrin Müqaviləsi”nin imzalanması oldu. Qərbi Konsorsium və Azərbaycan neft və qaz istehsalatında əməkdaşlığa görə müqavilə imzalamışdılar. O vaxtdan bəri bu sahə Azərbaycan iqtisadiyyatında əhəmiyyətli rol oynadı. Neft və qaz sektoru ilə yanaşı, iqtisadiyyatın digər sahələri də yavaş‑yavaş inkişaf etməyə başladı. Kənd təsərrüfatı və İKT investisiya yatırımları üçün ən çox potensiallı sahələr idi. Beynəlxalq təşkilatlar bu sahələri inkişaf etdirmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlığa başladılar. İnformasiya texnologiyaları və rabitə sek‑ toru iqtisadiyyatın digər sahələri kimi sürətlə inkişaf etməyə başladı. İqtisadi inkişaf barəsində olan beynəlxalq hesabatlara əsasən son 5 ildə Azərbaycan İKT sahəsində inkişafın sürəti baxımından aparıcı 10 ölkədən biridir. Məsələn, Regional Yenilikçi Texnoloji Akademiyaya əsasən İKT sektorunda illik orta gəlir 2004 və 2010‑cu illər ərzində kobudcasına desək, 2.5‑ 3 dəfə dünya üzrə orta göstəricisindən yüksəkdir (İn‑ novativ və Akademik 2011). Azərbaycan regionda bir sira yeni layihələrin çoxunu həyata keçirən ilk ölkə olmuşdur. Məsələn ölkədə stasionar şəbəkənin tam rəqəmləşdirilməsi MDB ölkələri arasında ilk dəfə olaraq, Azərbaycanda başa çatmışdır. Mühüm dəyişiklik genişzolaqlı texnologiyada özünü göstərdi. İnternet istifadəçilərinin sayı get‑ gedə artmağa başladı. RİTA‑nın hesabatına əsasən, 2009‑cu ildə genişzolaqlı texnologiyaya giriş imkanı olan şəhərlərin sayı 51 idi (İnnovativ və Akademik 2011). İnternet xidmətləri də gündən‑günə sürətlə genişlənir. Ölkədə 20‑dən çox internet təchizatçıları var. “Bakİnternet” və “Aztelecomnet” dövlət internet təchizatçılarıdır, hansı ki, məhz onlar ölkənin bütün regionlarının internet məsələlərinə baxırlar. Onlar simli və simsiz internet xidmətləri təklif edirlər. Əsas

CONTEXT |

23


AZƏRBAYCANDA RƏQƏMLİ CİHAZLAR

olanları “INTRANS” və “STREAM” dir. Telefon xətti ilə yüksək sürətli rəqəmsal abunəçi təminatı simli texnologiyaları ilə yanaşı, simsiz genişzolaqlı da Azərbaycanda inkişaf edir və Azərbaycan şirkətləri öz xidmətlərini Wi‑Fi, iBurst, WiMax və CDMA texnologiyaları üzərinə təchiz edirlər. Azərbaycan 3G texnologiyasına 2009‑cu ildə keçdi. USAID tərəfindən hazırlanan hesabata görə, Azərbaycanda internet is‑ tifadəçilərinin sayı 2011‑ci ildə təxminən 400.000 nəfər olmuşdur. Mobil sektoru İKT sektorunun inkişafında böyük rol oynayıb. Hal‑hazırda Azərbaycanda 5 mobil tele‑ fon operatoru var. Onlardan üçü ‑ “Azercell Tele‑ com”, “Bakcell”, “Azerfon” GSM mobil operator kimi fəaliyyət göstərirlər. Digər ikisi CDMA mobil telefon operatoru “CATEL” Kaspian Amerikan Telekom LLC və “Aztrank” LLC‑dir. Məsələn, RİTA Dövlət Statis‑ tika Komitəsinə əsasən bildirib ki, hər 100 adama 110 mobil telefon düşür (İnnovativ və Akademik 2011). Bütün bu inkişafları müşahidə etdikcə, Azərbay‑ can vətəndaşlarının hal‑hazırda həyata keçirilən və gələcəkdə keçiriləcək texnoloji dəyişikliklərə hazır olub olmamalarını soruşmamaq qeyri‑mümkündür. Yeni nəsil texnologiyanı asanlıqla qavrayır, yaşlı nəsil isə rəqəmsal olaraq təcrid edilmiş sayılır. AZƏRBAYCANDA RƏQƏMSAL BÖLÜMLƏR

24

www.aaa.org.az

Rəqəmsal ziddiyyət cavan nəslin texnologiyanı gözlənildiyindən daha tez mənimsəməsi nəticəsində inkişaf etməyə başlayıb. Cavanlar arasında internet məkanları geniş yayılmağa başladı. İnternetə çıxış 1990‑cı illərin axırı, 2000‑ci illərin əvvəllərində elə yüksək qiymətə idi ki, insanların internetdən istifadə etmək üçün yalnız ictimai internet klublara və ya in‑ ternet kafelərə getməyə imkanları çatırdı. Buna bax‑ mayaraq, bir neçə il müddətində internet xidmətləri üçün olan qiymətlər və kompüter avadanlıqlarının qiyməti dramatik olaraq aşağı düşdü və evdə inter‑ net, kompüter istifadəçilərinin sayı əhəmiyyətli dərəcədə artdı. Ailələr başa düşdülər ki, uşaqlarının texnoloji dəyişikliklərə hazırlıqlı olmaları üçün texnologiyadan və internetdən istifadə etmək bacarığı əvəzedilməz sayılmağa başlayıb. Lakin, yaşlı nəsil, başqa formada desək, 1980‑ci ildən öncə doğu‑ lanlar bu məsələdə geri qalmağa başladılar. Bu nəsil‑ lər arasında ziddiyyətin bir sıra başqa səbəbləri də var, hansı ki növbəti paraqrafda müzakirə ediləcək. Rəqəmsal bölgünün əsas səbəblərindən biri də öyrənmə vaxtıdır. Yeni texnologiyalardan istifadə etmək üçün təlimlər və vaxt tələb olunur. Bir zaman‑ lar, elə indinin özündə də əksər insanlar kompüter proqramlarını, MS Office proqramlar paketini və in‑ ternetdən istifadəni öyrənmək üçün xüsusi kurslara gedirdilər. Kompüter dərslərinin təşkili və öyrədilməsi biznesə çevrilib və fərdi tütorlara gəlir mənbəyi olmuşdur. Yaşlı nəsil kompüter proqram‑ larını öyrənməyə cavan nəsil kimi elə də maraq göstərmir. Lakin öyrənməyə maraq yeganə faktor deyildir. Rəqəmsal bölgü üçün dil maneə kimi hələ də ikinci əsas səbəb olaraq qalır. Yeni texnologiyaların öyrənmə təlimatları və kompüter proqramları, əsasən, ingilis dilində ortaya çıxır. Bəzi hallarda bir sıra proqramlar rus dilində də gəlir, o da müəyyən qrup insanlar tərəfindən başa düşülür. İngilis dili ilə çətinliyi olanlar üçün rus dilində proqramlardan is‑ tifadə alternativ üstünlük sayılır. Dil maneəsi özünü xüsusi ədəbiyyata və digər oxu ləvazimatlarına gəldikdə də göstərir. Ədəbiyyatın əksəriyyəti və oxu materialları‑ kitablar, lügətlər, CD və DVD‑lər, əsasən, ingilis dilində olur. Rəqəmsal bölgünün digər əsas səbəbi qoşulma üçün müvafiq infrastrukturun mümkünlüyüdür. Dövlət məktəblərinin əksəriyyəti internetə çıxış üçün ümumiyyətlə, uyğun deyillər. İnfrastrukturdan əlavə, müəllimlərin yeniliklərə hazırlığı digər bir çətinlikdir. Dövlət məktəblərində çox az sayda müəl‑ lim texnologiya yönümlüdür və yeni texnologiyalar‑ dan istifadə edə bilir. Buna baxmayaraq, son illərdə müəllimlər texnologiyaya yaxın olmaqdan ötrü müx‑


4/ 2012

təlif təlimlərdən keçirlər. Hökumət mövcud infra‑ strukturu dəyişmək və məktəbləri internetlə əlaqələndirmək üçün addımlar atır. Rəqəmsal bölgünün digər səbəbi də ictimai ləvəz‑ imatların, öyrənmə prosesinə cəlb olunmaq üçün ic‑ timai kitabxanaların çatışmazlığıdır. Ölkədə 4000‑dən çox dövlət kitabxanası var. Lakin bu dövlət kitabxalarının çoxu informasiya mərkəzi və ya icti‑ mai mərkəz olmaqdansa, kitab evi, saxlanma mərkəzi kimi fəaliyyət göstərir. Sonuncu, lakin axırıncı deyil, baxmayaraq ki, mobil telefonlar vətəndaşlar arasında çox məşhur‑ durlar, lakin hələ də mürəkkəb proqramların mobil telefonlarda istifdəsi o qədər də ümumi qəbul olun‑ mur. Smartphone mobil telefonlara sahib olanların əksəriyyəti ondan biznes proqramlardan istifadə əvəzinə, mobil telefon əyləncəsi kimi istifadə edirlər. RƏQƏMSAL BÖLGÜNÜ NECƏ ƏLAQƏLƏNDİRMƏLİ? Milli strategiyanın əsas elementlərindən biri də “rəqəmsal bölgünü” aradan qaldırmaqdır. Azərbay‑ can hökuməti rəqəmsal bölgüləri birləşdirmək üçün bir neçə geniş miqyaslı layihələr həyata keçirib. İn‑ diyədək həyata keçirilənlərdən ən böyüyü “İnsan‑ ların kompüteri” layihəsidir. USAİD‑ə istinadən 10000‑dən çox orta məktəb müəllimi və şagirdinə MS Office kimi xüsusi proqramlar yazılmış kompüterlər verilib. (USAİD, 2011). Son illərdə internet və kom‑ püter istifadəçilərinin sayı artmaqdadır. 2011‑ci ildə internet istifadəçilərinin sayı 100 adamdan 45‑i idi, onların da 12‑nin genişzolaqlı inkişafa girişi var idi. Dövlət kitabxanalarını online etmək və bu kitab‑ xanalardan istifadə edənlərə girişi pulsuz etmək öyrənmə intervalının qısaldılmasına böyük kömək göstərəcək. Kitabaxana istifadəçiləri öz texniki bilik‑ lərini artırmaq üçün asanlıqla gəlib kompüterlərdən və internetdən istifadə edə biləcəklər. Əlavə olaraq, icma mərkəzləri də rəqəmsal bölgünü qoşmaq üçün lazımi köməyi göstərəcəklər. Başlanğıcda bu xidmət barəsində Amerika təcrübəsi yaxşı model ola bilər. Məktəblərdə tədrisin yenidən işlənməsi və daha çox texnologiyanın cəlb olunduğu dərslərin əlavə

olunması şagirdləri texnologiya ilə daha da yaxından tanış olmağa hazırlayacaq. Bundan əlavə, məktəb müəllimləri şagirdlərini hazırladıqları dərs material‑ larını ya internet vasitəsilə göndərməyə, ya da ən azı onların kompüterdə çap olunmuş formasını verməyə həvəsləndirməlidirlər. Öyrənmə prosesinə valideyn‑ lər də cəlb olunmalıdırlar. Nəticədə texnologiya ilə tanış olmaq rəqəmsal boşluğu aradan götürməyi sürətləndirər. NƏTİCƏ Müstəqillikdən sonra neft və qaz gəlirləri Azər‑ baycan iqtisadiyyatını gücləndirdi. İKT sektoru da daxil olmaqla bütün sahələr qərb ölkələrindən gəlir‑ lər və investisiyalar nəticəsində artan templə inkişaf edirdi. Nəticədə, son bir neçə ildə internet xidmətləri və texnologiyanın qiyməti xeyli aşağı düşdü. Buna baxmayaraq, internet xidmətləri və texnologiyanın qiyməti əlverişli olsa da, rəqəmsal bölgü aşağı gəlirli ailələr üçün, yaşlı nəsil və aztəminatlı ailələr üçün həll olunmayan məsələ kimi qalır. Məqalədə, əsasən, yeni texnologiyaların qəbulu, öyrənmə intervalı, dil maneələri, infrastruktur və ləvazimatların çatışma‑ zlıqları və eyni zamanda mövcud məktəb tədrisi məsələlərinə toxunulub. Səbəblərə toxunarkən, boşluqların aradan qaldırılması üçün bəzi təkliflər də verilib. Əgər hökumət fəaliyyət göstərən məktəb və kitabxanalar kimi məkanları ləvazimat və xidmət növləri ilə təchiz etmiş olarsa, rəqəmsal olaraq istisna edilən yenidən daxil edilə və qoşula bilər. Növbəti araşdırma, ölkə regionlarında texnologiyaya olan marağın səviyyəsi və lazımlılığını analiz etmək üçün aparıla bilər. Bu, əsas bizneslərin cəmləşdiyi paytaxt ilə rəqəmsal yayımın çətinlik olaraq qaldığı ölkənin digər regionları arasında müqayisə aparmağa kömək edə bilər. Növbəti araşdırma eyni zamanda hökumətə rayon və şəhər ətrafı icmaları, məktəbləri internetlə əlaqələndirməklə bağlı analizlərinə töhfə verə bilər. Məktəb və kitabxanaları internetə qoşul‑ mağa həvəsləndirmək rəqəmsal boşluğu aradan qaldırmağa təsir göstərmək gücünə malikdir.

İSTİNADLAR Innovative, Regional and Technologies Academy. 2011. “Project Report.”

USAID. 2011. “ICT COUNTRY PROFILE ICT COUNTRY PROFILE.”

James, Jeffrey. 2012. “The Digital Divide across All Citizens of the World : A New Concept Author ( s ): Jeffrey James Reviewed work ( s ): World : The Digital Divide Across AU Citizens of the” 89 (2): 275‑282.

Valadez James. 2012. “Divide: the Redefining Digital Beyond Access to Computers more.” North 90 (3): 31‑44.

Molinari Aleph. Let’s bridge the digital divide! | video on ted.com. http://www.ted.com/talks/aleph_molinari_let_s_bridge_the_digital_di‑ vide.html.

CONTEXT |

25


DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI Hər bir insanın həyatında müəllimlərin rolu çox vacibdir. Onlar məktəbdə tədris etdikləri dərslərdən əlavə, eyni zamanda ədəb‑ ərkan, cəmiyyətdə davranış qaydalarını aşılayırlar. Məktəbi bitirən insanların müəyyən mənada bir dayaq nöqtələri olur və bu, on‑ ların cəmiyyətə uyğunlaşmasına, müxtəlif fəaliyyət növlərində özlərini ifadə etmələrinə şərait yaradır. İstənilən peşə sahiblərinə olan inam onların vəzifələrini vicdanla həyata keçirəcəklərinə və etdiklərindən gözlədikləri nəticələri almaqlarına işarədir. Azərbaycanda müəllimə həmişə böyük hörmət olub. Müəllim‑ lər, eyni zamanda bir çox insanların məsləhətçiləri də olublar. Sovet sistemi müəllimlik sənətinə qarşı həmişə hörmətcil və ehti‑ ramlı olmağı tövsiyə edib. Sovet hakimiyyəti dağıldıqdan və Azər‑

26

www.aaa.org.az

Aynur Ramazanova Bakalavr ‑ Dövlət İdarəçilik Akademiyası, Beynəlxalq Münasibətlər ixtisası Magistr təhsili ‑ ADA, Master of Arts in Diplomacy and International Affairs 2013 ADA Debat Club‑un yaradıcısı və sədri


4/ 2012

baycan dövlət olaraq müstəqilliyini əldə et‑ dikdən sonra, təhsil sistemində problemlər art‑ mağa başladı. Mövcud olan təhsil sistemini dəyişmək üçün yeni islahatlar aparmaq labüd idi. Nəticə etibarilə təhsilin keyfiyyətini artırmaq üçün bir neçə islahat təqdim olundu. Prezidentin 1998‑ci il 30 mart qərarı ilə beynəlxalq standart‑ lara uyğun olaraq, təhsil sistemində inkişaf və onun maddi, texniki bazasının gücləndirilməsi üçün Azərbaycan Respublikası Təhsil Nazirliyi müfəssəl iş görməli idi. Baxmayaraq ki, hal‑ hazırda həyata keçirilən islahatlar rabitə və infor‑ masiya texnologiyalarının məktəblərdə inkişafı və buraxılış imtahanlarının keçirilməsinə yönəldilmişdir, təhsilin keyfiyyəti inkişaf et‑ məmişdir. Hal‑hazırda mövcud olan bir sıra həll olun‑ mayan problem mövcuddur. Əhalinin ək‑ səriyyəti arasında məktəb müəllimlərinə etibar hələ qalsa da, cəmiyyətin müəllimlik sənətinə və müəllim vəzifəsinə münasibəti dəyişmişdir. Müəllimlər məktəblərdə öz öhdəliklərini müx‑ təlif cür həyata keçirirlər və şagirdlərin dərsdə iştirak problemlərinə, təhsil və davranışlarına fərqli yanaşırlar. Bu araşdırmada bir neçə faktdan mənbə kimi istifadə olunub. İlk olaraq müəllif təhsil üzrə müxtəlif kitablardan və məqalələrdən, təhsillə bağlı aparılan analizlərdən istifadə edib. İkincisi, müəllif QTRM Qafqaz barometri 2010 məlumat‑ larına istinad etmiş, Sveta Məcidovanın psixoloji mərkəz sorğusundan və Elmina Kazımzadə, Nailə İsmailova tədqiqatlarından istifadə et‑ mişdir. Üçüncüsü, mütəxəssislər ilə ətraflı müsahibələr təşkil olunub. Bu mütəxəssislər 56 saylı məktəbin keçmiş direktoru (1972‑1984), rayon təhsil şöbəsinin keçmiş rəhbəri və hazırki Xəzər Universitetinin İdarəetmə ofisinin rəhbər müavini Nana Kələntərova və Azərbaycanda Təhsildə İnnovasiya Mərkəzinin direktoru və Azərbaycan Açıq Cəmiyyət İnstitutunun koordi‑ natoru Elmina Kazımzadədir. KİM İNANIR, KİM YOX? CB 2010‑a istinadən Azərbaycanda insanların 66 faizi dövlət məktəblərində çalışan müəllimlərə inam bəsləyirlər. Sorğuda iştirak edənlərin cavab‑ larını analiz etsək, məsələ ilə bağlı daha aydın bir şəkil ala bilərik. CONTEXT |

27


DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

Hazırkı iqtisadi statusu yüksək olan şəxslər müəllimlərə daha çox inanırlar. Özünü xoşbəxt hiss edən insanlar, özünü xoşbəxt hiss etməyən insanlardan daha çox müəllimlərə etibar edirlər. Eyni nəticələri biz həyatından razı olan digər sorğu iştirakçılarından da ala bilərik. Ümümi götürdükdə, əgər onlar öz həyatlarından razıdır‑ larsa, onda problemləri digərləri kimi pis qəbul etmirlər. Maliyyə baxımından yaxşı vəziyyəti olanlar adəti hal kimi uşaqlarına repetitor təyin edirlər. Maliyyə baxımından gəliri az olan insan‑ lar repetitorlar tutmağa ya ümumiyyətlə, ya da qismən gücləri çatmır. Ona görə də onlar müəl‑ limi bəyənmirlər. Onlar müəllimdən vacib məlumatları öyrətməyi gözləyirlər. Müxtəlif yaş qrupları arasında inam dərəcəsi bir o qədər də kəskin şəkildə fərqlənmir. Yüksək təhsil dərəcəsi olan insanlar dövlət məktəblərinin müəllimlərinə daha çox inanmağa meyllidirlər, baxmayaraq ki, müxtəlif təhsil fonunda olan insan qrupları arasında cüzi də olsa, fərq var. Müəllimlərə qarşı olan sevginin bir səbəbi də insanların məktəblərin mövcud vəziyyətindən razı olmalarıdır. Hazırda bir abituriyent univer‑ sitetlərin qəbul imtahanlarına repetitorlarla hazırlaşırlar. Valideynlər də düşünürlər ki, tütor‑ lar olmasa, universitetə qəbul baş tutmaz. Fakt olaraq da, bu, çox çətindir. Buradan bir sual yaranır: müəllimlərin göstərdikləri fəaliyyət özlərini doğrudan da təsdiq edirmi? Bəlkə daha keyfiyyətli keçirilən dərslər şagirdlərə univer‑ sitetə müraciət etməkdə problemlərinin olma‑ ması üçün yardım edə bilər?! Bu gün repetitorlara gedən insanların böyük əksəriyyəti təhsilin keyfiyyətinin göründüyü kimi yüksək ol‑ madığını söyləyir. Ümumilikdə götürsək, bəzi amillər var ki, müəllimlərə cəmiyyətdə münasibəti dəyişmişdir. Müəllimlik səlahiyyəti zəifləmişdir; peşənin üstünlük səviyyəsi, nüfuzu aşağı düşmüşdür. NİYƏ İNANMAMAQ? Dövlət məktəblərində çalışan müəllimlərə qarşı inamsızlığa səbəb olan problemlər nələrdir? Təhsil sisteminin pisləşməsinin qarşısının alın‑ ması. 1. Korrupsiya və qohumbazlıq. Korrupsiya Azər‑ baycan cəmiyyətinin əsas problemlərindən biridir. Müəllimlər arasında olan rüşvətxorluq

28

www.aaa.org.az


4/ 2012

rüşvət vermək istəməyən və ya verə bilməyən şa‑ girdlərə qarşı ayrı‑seçkiliyə gətirib çıxarır. Bun‑ dan əlavə olaraq, rüşvəti götürən müəllim şagirdinin inamını da itirir. Şagirdlərin və onların valideynlərinin üzləşdiyi ədalətsizlik müəllim‑ lərə qarşı inamı azaldır. Sveta Məcidovanın psixoloji mərkəz sorğusuna əsasən, valideynlərin 47%‑i fikirləşirlər ki, rüşvət götürən müəllimlərin sayı 50%‑dən çoxdur. Müəllimlər arasında yalnız 7%‑i etiraf edir ki, rüşvət alırlar və 41% müəllim isə, gündəlik rüşvət alırlar. Hal‑hazırda müəl‑ limin orta əmək haqqı 172.4 manatdır (Kazımzadə, Elmina və Nailə İsmayılova 2009‑ 2010). Azərbaycanda aylıq maaşlar o qədər azdır ki, yaşayış minimumuna yaxındır (işləyən əhali üçün yaşayış minimumu 102 manatdır) (Moy‑ azarplata.az, 2011). 62% müəllim düşünür ki, rüşvəti götürməyin əsas səbəbi maaşların aşağı olmasıdır (Psixoloji Mərkəz, Sveta Məcidova 2008). Bütün çıxışlar, müəllimlərin bu cavabları real‑ lığı əks etdirmir, onlar sadəcə bu və ya digər fəaliyyətə faktiki təsdiq və ya inkar bildirirlər. Rüşvəti verməyin onu götürməklə müqayisədə pis hərəkət olmadığı bizim cəmiyyətimizdə qəbul olunubdur. 2. Müəllimlərin məsuliyyətsizliyi. Bu, müəllimin dərsə ciddi yanaşmadığı zaman baş verir. Məsələn, müəllim dərsi lazımi vaxtda başlamır, sadəcə sinif otağında oturur və ya şagirdlərə nə ilə istəyirlərsə, məşğul olmağa icazə verir, dərs‑ dənkənar söhbətlər edir. Məsuliyyətsiz müəllim sinif otağından da çıxa bilir, şagirdlərin davamiyyətini də yoxlamır. Nana Kələntərova deyir: “Hal‑hazırda məktəblərdə şagirdlərin davamiyyətinə nəzarət edilmir. Keçmişdə əgər şagird 1‑2 gün dərsdən qalsaydı, bunun üzərində müəllimin böyük məsuliyyəti var idi. İndi isə 11‑ ci sinif şagirdlərinin dərsdə iştirak etməsi nadir hadisədir.” 3. Uşaqlara qarşı qeyri‑obyektiv yanaşma. Əgər müəllim bir qrup şagird simpatiya göstərirsə, bu‑ rada biz artıq ayrı‑seçkilikdən danışa bilərik. Sveta Məcidovanın Psixologiya mərkəzinə əsasən şagirdlərin 25%‑i təsdiqləyir ki, məllimlər tərəfindən yaxşı olmayan bu cür davranış mək‑ təbdə əsas problemlərdən biridir. 4. Repetitorluğun məşhurluğu. Sveta Məci‑ dovanın Psixologiya Mərkəzinə əsasən, 48% şa‑

girdin valideynləri bildirir ki, onların uşaqlarının 60%‑i repetitor yanına gedir (və bunların 78%‑i 11‑ci sinif şagirdləridir). Hal‑hazırda Azərbay‑ canda müəllimlərin çoxu məktəb tədrisi ilə yanaşı, evdə də repetitorluqla məşğul olur. Kazımzadə və İsmayılovanın sorğularına əsasən yalnız müəllimlərin 25.1%‑i repetitorluq etdiyini söyləyib. “Müəllimlərin nə zaman imkanı olur ki, əlavə gəlir qazansınlar?” sualına 67% müəllim “şagirdlərə əlavə dərslər keçdikdə, repetitorluq etdikdə” cavabını veriblər. (Psixoloji Mərkəz, Sveta Məcidova 2008). Müəllimlər düşünürlər ki, öz şagirdlərinə əlavə pulsuz dərs keçmək qəbul ediləndir və onlar bunu pul almaq üçün etmirlər. 5. Universitetlərə gedən abituriyentlərin aşağı səviyyəli bilikləri. Baxmayaraq ki, repetitorluq Azərbaycanda çox işlədilən və geniş yayılan məşğuliyyətdir, abituriyentlərin bilik səviyyəsi aşağıdır. Tələbə Qəbulu üzrə Dövlət Komis‑ siyasının sədri (TQDK) Məleykə Abbaszadə deyir ki, orta intellektual səviyyədə olan, məktəbin bu‑ raxılış imtahanlarını əla verən abituriyentlər uni‑ versitetlərə qəbul imtahanında aşağı nəticə göstərirlər. “Kimlər ki məktəb imtahanlarını ”yaxşı”, “əla” nəticələrlə qurtarıb, gərəkdir ki, 400 bal (maksimum bal 700‑dür) yığsın. Lakin bu abituriyentlərin 20‑30%‑i hər bir qrupda 200 bal‑ dan yuxarı nəticə göstərməyiblər. (Zerkalo.az, 2010). Bundan əlavə, o, həmçinin universitetlərə yüksək intellekt ilə girənlərin də rəqəmini açıqladı, ümumi qəbul olanların 3‑5%‑i. (Xronika.az, 2011) 6. Bacarıqların olmaması. Hal‑hazırda müəllim‑ lik peşəsi əla nəticə göstərən abituriyentlər tərəfindən seçilmir.Yüksək potensial və bacarığı olanlar digər daha prestijli sahələrə müraciət et‑ məyi üstün tuturlar. Azərbaycan Pedaqoji İnsti‑ tutunun reytinqi çox aşağıdır (Informer.az, 2010). Bir çoxları ora təsadüfən düşürlər (Elmina Kazımzadə və Nailə İsmayılova, 2009‑2010). Kazımzadə və İsmayılova tərəfindən həyata keçirilən sorğu nəticəsində 50.4% müəllim bildirib ki, onlar bu peşəni təsadüfən seçiblər, pedaqoji fakültənin 57% tələbəsi buranı valideyn məsləhəti ilə seçib, yalnız 27%‑i bu sahəyə marağının olmasından və 10%‑i uşaqlara olan sevgisindən dolayı müraciət edib. Yeni nəsil müəllimlərdə düzgün bacarıq çatışmazlığı var, yaşlı nəsil müəllimlər isə yeni texnologiyalara, CONTEXT |

29


DÖVLƏT MƏKTƏBLƏRİNDƏ ÇALIŞAN MÜƏLLİMLƏRƏ İNAM, TƏHSİLİN KEYFİYYƏTİ VƏ AZƏRBAYCANDA İNSAN RESURSLARI

yeni öyrətmə metodlarına könülsüzdürlər. 7. Yeni kurrikulum və vəsaitlərin yaradılması. Yeni kurrikulum heç də həmişə təhsilin inkişafına səbəb olmur. Bəzən müəllimlərə bu proqramlara adaptasiya olmaq da çətinlik çəkirlər və şagirdlər üçün daha da ağırdır. Yeni vəsaitlər tədris zamanı da bir sıra problemlər yaradır. Şagirdlər qeyri‑ dəqiqlikdən və səhvlərdən, kitabların çətin dilindən narazıdırlar. Əlbəttə ki, bununla üzləşən müəllimlər heç də hər zaman tapşırıqların öhdəsindən gələ bilmirlər. Və bu da onlara qarşı olan inamı azaldır. 8. TQDK sədri bildirir ki,məktəblərdə tez‑tez təhsil proqramında dəyişikliklərin olması abi‑ turiyentlərin universitetlərə qəbul imtahan‑ larında aşağı nəticə göstərmələrinə təsir edir. (Xronika.az 2011). Buna baxmayaraq, problem‑ lərdən biri də odur ki, universitetlərə qəbul im‑ tahanları da uşaqlara bacarıqlarını artırmaqda köməkçi olmur, bu, sadəcə onlara testləri həll et‑ məkdə kömək edir. İmtahanlardan sonra şa‑ girdlərin çoxu öyrəndiklərini unudurlar. Elmina Kazimzadə qeyd edir ki, test sistemi Azərbay‑ canda təhsilə olan inama pis təsir göstərdi. Nana Kələntərova və Elmina Kazımzadə qeyd edirlər ki, ümumiyyətlə, öyrətmə peşəsi cəmiyyətdə hələ də prestijli sayılır. Bu, o fakta əsaslanır ki, yaşlı nəsil hələ də bu peşəyə qarşı hörmətlə yanaşır. Lakin, zamanla bu peşə az cəlbedici və prestijli olacaq. Əgər təhsildə vəziyyət olduğu kimi qalsa, pis‑ ləşməyə doğru gedəcək, keyfiyyətli işçi heyəti çatışmayacaq, sosial problemlər artacaq, müəl‑ limlərin avtoriteti aşağı düşəcək və uşaqların böyüklərə olan münasibətində dəyişiklik olacaq, cəmiyyətdə ədəb qaydaları aşağı səviyyəyə enəcək. NƏ EDİLƏ BİLƏR? Azərbaycanda məktəblərdə olan təhsili inkişaf etdirmək və dövlət məktəblərinin müəllimlərinə olan inamı artırmaq üçün nə etmək lazımdır? Dövlət məktəblərində çalışan müəllimlərə yük‑ sək inamı artırmaq, repetitorluğu azaltmaq, mək‑ təbi bitirənlərin intellektini yüksəltmək və digər iqtisadi və sosial mənfəəti artırmaq kimi nəticələri necə əldə etmək olar? İndi Azərbaycan cəmiyyəti problemi başa düşməlidir və hökumət onları həll etmək üçün

30

www.aaa.org.az

addımlar düşünməlidir. Müəllimlər daha yaxşı çalışmalıdırlar. Bu baxımdan müxtəlif qayda pozuntularını, məsuliyyətlizliyi aradan qaldır‑ maq üçün cəza növləri təyin edən proqramla təh‑ sil prosesinə ciddi nəzarət edilsin. Beləliklə, gözlənilən nəticəni göstərməyən müəllim buna cavabdeh olmalıdırlar. Eyni zamanda müəllim‑ lərə bonuslar və təltiflər verməklə həvəs‑ ləndirmək, aralarında rəqabəti stimullaşdırmaq və onlara professional inkişafın perspektivlərini göstərmək çox vacibdir. Yüksək maaşlar labüddür. Bu, onları daha çox işləməyə və dərslərinin keyfiyyətini artırmağa həvəsləndirəcəkdir. Maaşlar 5 il ərzində addım‑ baaddım 700 manata qədər artırılmalıdır. Bütün bunlar cəmləşərək müəllimin repetitorluq və əlavə gəlir ehtiyacını azaldacaqdır. Əlavə olaraq, Azərbaycanda olan müəllim‑ lərin əksəriyyəti repetitorluğu qeyri‑qanuni edirlər və bu da özlüyündə ölkə iqtisadiyyatına mənfi təsir göstərir. İslahat bu təsirin azaldıl‑


3/ 2011

masına, iqtisadiyyatı stimullaşdırmağa və dövlət məktəblərində şəffaflığı təmin etməyə kömək edəcəkdir. Müəllimlərin vəzifələrini daha yaxşı yerinə yetirmələri tələbə və abituriyentlərin daha yaxşı nəticə göstərmələrinə səbəb olacaq. Hökumət kurrikulum və dərsliklərin yenilənməsi üzrə xərcləri azaldacaq. Ölkənin iqtisadiyyatı neft sektorundan tamamilə asılı ola bilməz. Xidmət sənayesi inkişaf etdirilməlidir. Bu, o deməkdir ki, hökumət insan resursları təhsilinə diqqət yetirməlidir. Beləliklə, insanların təhsilinə yatırılan investisiya ölkə iqtisadiyyatını stimullaşdıracaq, xidmət sə‑ nayesinin inkişafına kömək edəcək. İslahat eyni zamanda müəllimlik sənətinin daha cəlbedici olmasına kömək edəcək, hansı ki, bu da öz növbəsində öyrətmə keyfiyyətinin artırılması ilə insan kapitalı üzərində müsbət təsir yaradacaq. Və nəticədə, ölkə iqtisadiyyatının potensialı güclənəcəkdir.

İSTİNADLAR 1. Azerbaijan Republic. Law on State Budget 2011. Baku: the President of Azer‑ baijan Republic Ilham Aliyev, 2010 2. Caucasus Research Resource Centers. (2010) “Caucasus Barometer”. [dataset] Retrieved from http://crrccenters.org/caucasusbarometer/ on 4 Apr. 2011. 3. Coggshall, Jane G. “Communication Framework for Measuring Teacher Quality and Effectiveness: Bringing Coherence to the Conversation.” National Comprehensive Center for Teacher Quality. Washington, DC. 2007. PDF File. 4. Corrigan, Michael W. and Paul E. Chapman. “Trust in teachers: a motivating element to learning”. Radical Pedagogy. 2008. 25 May 2011. Web. < http://radi‑ calpedagogy.icaap.org/content/issue9_2/Corrigan_Chapman.html> 5. ESP/NEPC (2010). “Drawing the Line: Parental Informal Payments for Educa‑ tion across Eurasia.” Budapest: Education Support Program (ESP) of the Open Society Institute. 2010. Print. 6. Mckean, Aaron. “Azerbaijan Creates New Class of Elderly Unemployed Teachers.” Blog at WordPress.com. 25 Apr. 2011. 29 May 2011. Web. < http://aaronmckean.wordpress.com/2011/04/25/azerbaijan‑creates‑new‑ class‑of‑elderly‑unemployed‑teachers/> 7. Silova, Iveta and Elmina Kazimzade. “The Private Tutoring Epidemics”. Cen‑ ter for Innovations in education. DOC. 31 May 2011 <dspace.khazar.org/jspui/bitstream/123456789/.../Elmina%20Kazimzade.DOC> 8. “Teachers and doctors in Azerbaijan received civil servant status”. Azerbaijan Business Center. 21 Apr. 2011. 31 May 2011. Web. < http://www.abc.az/eng/news/53342.html> 9. Elmina Kazımzadə və Nailə Ismayilova. “Müəllim peşəsinin tədqiqi ilə bağlı sosioloji sorğunun nəticələri”. “SİQMA” İnkişaf və Beynəlxalq Əməkdaşlıq Tədqiqatlar Mərkəzi. Bakı. 2009‑2010. 10. “Orta məktəblərə müəllim seçiminə yeniliklər edilir”. Azadlıq Radiosu. 4 aprel 2011. 1 iyun 2011. Web. < http://www.azadliq.org/content/news/24091083.html> 11. “Təhsil Siyasəti”. İngilis dilindən tərcümə edənlər: Afət Dadaşova və Kam‑ ran Nəzirli. Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu. Bakı: “Mütərcim” Tər‑ cümə Mərkəzi. 2006. Print. 12. Азербайджанская Республика. Распоряжение Президента Азербай‑ джанской Республики о награждении победителей конкурса «Лучший учитель», проведенного в 2009/2010 учебном году. Баку: Президент Азер‑ байджанской Республики Ильхам Алиев, 5 июля 2010 13. Азербайджанская Республика. Распоряжение Президента Азербай‑ джанской Республики о повышении заработной платы работников учеб‑ ных заведений. Баку: Президент Азербайджанской Республики Ильхам Алиев, 6 сентября 2010 14. Бочаров В.П., Спичкина Т.Ю. “Государственное финансирование обра‑ зования в России в контексте мировых тенденций”. Современная эконо‑ мика: проблемы и решения 6(6) 2010: с.9‑13. 15. “В Азербайджане уровень знаний столичных абитуриентов превышает средние показатели по республике.” Azerbaijan Business Center. 3 марта 2011. 1 июня 2011. Web. < http://abc.az/rus/news/52062.html> 16. Вступил в силу расширенный закон о государственном бюджете Азер‑ байджана на 2011 год. Fineko/abc.az. 9 June 2011. 12 June 2011. Web. < http://abc.az/rus/news/main/54895.html> 17. “День учителя: дарить или не дарить?” Неделя// живая газета. 3 ок‑ тября 2008. 31 мая 2011. Web. <http://www.nedelya.az/articlen.php?catno=0180012> 18. Иноземцева Л.Н, Кликунов Н.Д. “Эффективность вложений в высшее образование: определение направления исследований”. 2001. Web. <http://www.mebik.ru/pages/klikunov/articles/art/inozem.pdf > 19. “Интеллектуальный уровень поступающих в ВУЗЫ снизился – Ма‑ лейка Аббасзаде.” “Хроника” Мировые Новости. 23 июля 2011. 1 июня 2011. Web. <http://xronika.az/azerbaijan‑news/12662‑intellektualnyj‑uroven‑ postupayushhix‑v‑vuzy.html> 20. “Коррупция в системе образования: состояние, причины и пути реше‑ ния”. Психологический центр Светы Меджидовой. 2008. 20 мая 2011. Web. < http://www.psychology.az/project_corr.php> 21. “Низкий уровень абитуриентов.” Зеркало.аз: Общество. 27 июля 2010. 1 июня 2011. Web. < http://www.zerkalo.az/2010‑07‑27/society/11413‑abiturienti‑ekzameni> 22. “Образование в Азербайджане.” Википедия// свободная энциклопе‑ дия. 17 апреля 2011. 6 июня 2011. Web. < http://ru.wikipedia.org/wiki/> 23. Прожиточный минимум в Азербайджане. Moyazarplata.az. 2011. 19 июня 2011. Web. < http://www.mojazarplata.az/main/minimalnije‑ doxodi/prozhitochnyj‑minimum> 24. “Список: рейтинг ВУЗов Азербайджана”. Informer.az. 17 мая 2010. 31 мая 2011. Web. <http://informer.az/news/society/175201010328.shtml> 25. Эльчин Сардаров. “Учитель, который дарит добрую жизнь”. Газета “Зеркало”. 26 June 2010. 19 June 2011. Web. <http://www.greenpen.az/news.php?readmore=100>

CONTEXT |

31


NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?

NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR? Nərmin Carçalova Bakalavr ‑ Azərbaycan Dillər Universiteti, Tərcümə fakültəsi Magistr ‑ Azərbaycan Diplomatiya Akademiyası, Diplomatiya və Beynəlxalq Münasibətlər ixtisası

Gender rolları ilə bağlı patriarxal adət‑ənənələr Asiya ölkələrində mühüm rol oynayır. İş yerlərində qadınlara daha az yer ayrılır, daha az maaş verilir və onlar daha çox ayrı‑seç‑ kiliyə məruz qalırlar. İnsanlarda belə bir düşüncə for‑ malaşmışdır ki, qadınların daha çox qorunmağa və müdafiə olunmağa ehtiyacı var. Bu da nəticə etibarilə qadınların təhsil, iş və səyahət etmək imkanının qarşısını alır. Oğlanlara üstünlüyün verilməsi cinslərin doğum nis‑ bətində də özünü birüzə verir. Avropa və Amerikada cinslərin doğum nisbəti normal olsa da, Asiyada kişi‑qadın nisbətindəki artım hiss ediləcək dərəcədə böyükdür. Normal şərtlərdə hər 100 qız körpəyə qarşılıq 105 oğlan körpə dünyaya gəlir. Bu, gender balansını qoruduğu üçün təbii proses sayılmalıdır, çünki kişilər qadınlara nisbətən daha az ömür sürür. Lakin Hindistan, Çin, Ermənistan, Gürcüstan, Albaniya, Cənubi Koreya və eləcə də Azərbay‑ canda hər 100 qız körpəyə qarşılıq 111‑113 oğlan dünyaya gəlir. BMT‑nin Əhali Fondu oğlan uşaqlarına bu cür üstün‑ lüyün verilməsini “bəşəri faciə” adlandırır. Bu, həqiqətən də, belədir, çünki gender balansının pozulması bir sıra fəsadlara gətirib çıxara bilər. Kişilərin immiqrasiyası, pozğunluq, qadın alveri, zorla ərə getmə və qız kör‑ pələrinin öldürülməsi halları adlarını sadaladığımız ölkələrdə çox geniş yayılmışdır. 1970‑ci illərdə ultrasəs cihazlarının meydana çıxması nəticəsində kişi‑qadın artımındakı nisbət daha da böyüdü. Məsələn, 1901‑ci ildə Hindistanda doğulan hər 1000 kişiyə qarşılıq 938 qadın doğulurdu. Bundan əlavə, Çində 1980‑ci illərdə hər doğulan 100 qız körpəyə qarşılıq 108 oğlan uşağı dünyaya gəlirdisə, bu gün 119 oğlan uşağı dünyaya gəlir. Gender balansının pozulması Çində kişilərin evlənmək

32

www.aaa.org.az

üçün xarici ölkələrə üz tutmasına gətirib çıxarıb, çünki ölkənin daxilində qadın çatışmazlığı mövcuddur. Bu məsələ, eyni zamanda pozğunluq və qadın alveri kimi hal‑ ları da özü ilə gətirib. Çin hökumətinin verdiyi məlumata görə, 2001‑2003‑cü illər arasında 42,000 qadın və qız uşağı oğurlanmış və onların 2,256‑sı qadın alverinə məruz qalmışdır. Hesablamalara görə, bu qurbanların sayı hər il 10000 ilə 20000 arasında dəyişir. Göstərilən faktlar Azərbaycanda bu məsələ ilə bağlı tədqiqat aparmaq üçün stimul yaradır, çünki statistikalar Qafqaz regionunda da kişi‑qadın artımındakı nisbətin çox böyük olduğunu göstərir. “Worldstat”‑dan gotürülən sta‑ tistik məlumatlar Qafqaz regionunda kişi‑qadın artımın‑ dakı nisbəti aşağıdakı kimi göstərir: Cinslərin doğum nisbəti Kişi/Qadın Ermənistan

1.124

Azərbaycan

1.116

Gürcüstan

1.113

Statistik məlumatlardan göründüyü kimi, Qafqazda kişi‑qadın artımındakı nisbət kəskin şəkil almışdır. Bu ölkələr Çin və Hindistandan sonra kişi‑ qadın artımında ən böyük nisbətə malik ölkələrdir. Statistika göstərir ki, bu nisbət hər doğulan sonrakı iki, üç və dördüncü uşağa görə daha da artır. Məsələn, 2000‑2004‑cü illərdə hər doğulan ikinci uşağa görə bu nisbət Azərbaycanda 150, Erməni‑


4/ 2012

standa 140, Gürcüstanda isə 145 olmuşdur. Bu ölkələrdə abort halları da çox geniş vüsət almışdır. Azərbaycan Dövlət Statistika Komitəsindən alınan məlumata görə, Azərbaycanda 0–4 yaşları arasında oğlan uşaqları qız uşaqlarından 10% daha çoxdur, yəni bu yaşlar arasında 38 000 qız azdır. Bundan əlavə, 0‑19 yaşlılar arasında bu boşluq daha da artır və 110 000 daha az qız olduğu müşahidə olunur. Göründüyü kimi, Azərbaycanda da bu məsələ heç də adını çəkdiyimiz digər Asiya ölkələrindən fərqli deyil. Bəs bu problemin qaynağı nədir? Nəyə görə cəmiyyətimizdə oğlan uşaqlarına belə üstünlük veri‑ lir? Bir çox mənbələrdə buna səbəb kimi aşağıdakı amilləri göstərirlər: • Oğlanlar valideynlərinin qayğısına qaldığı halda, qız uşaqları ərə gedib ailədən uzaqlaşırlar; • Asiya, eləcə də Azərbaycandakı dinə və mədəniyyətə görə yalnız oğlan uşaqları nəsli davam etdirə bilirlər; • Oğlan uşaqları ailənin var‑dövlətini artırdığı halda, qız uşağı istər ərə getməzdən əvvəl, istərsə də sonra daha çox xərc tələb edir; • Oğlan uşaqları ailəni qoruduğu halda, qız uşaqlarının özlərinin qorunmağa ehtiyacı var. Bu faktorlar müəyyən mənada məsələ aydın‑ laşdırsa da, problemi tam dolğunluğu ilə əks etdirə bilmir. Yenə də tam şəkildə başa düşmək olmur ki, nə üçün Azərbaycanda, eyni zamanda Asiyada Avropa və Amerikadan fərqli olaraq, oğlan uşaqlarına daha çox üstünlük verilir. Buna görə də mən başqa faktorları‑təhsil, gender, din və iqtisadi göstəriciləri əlavə etməklə problemin əsas qaynağını tapmağa çalışacağam. Azərbaycanda bu məsələ ilə bağlı ədəbiyyat və araşdırma çox az olduğu üçün düşünürəm ki, mənim apardığım araşdırma həmin problemlə bağlı insanların maarifləndirilməsində böyük rol oynayacaq. Araşdırma Azərbaycanda, Bakı şəhərinin bir sıra yerlərində aparılıb və bu araşdır‑ maya 18 yaşdan yuxarı, cinsindən, təhsil səviy‑ yəsindən və yaşından asılı olmayaraq, bir çox insan cəlb olunub. Sorğu zamanı onlara verilən sual bu olub: Əgər yalnız bir uşaq seçiminiz olsaydı, onun hansı cinsdən olmasını istəyərdiniz? Bu sual əsasında insanların cəmiyyətimizdə hansı cinsə üstünlük verdiyini müəyyənləşdirdik. TƏHSİLİN ROLU Təhsil insan həyatında mühüm rol oynayır. Təh‑

Təhsil indeksi‑2010

silli və təhsilsiz insanların düşüncə tərzləri həmişə üst‑üstə düşmür. Biz təhsilli insan dedikdə minimum bakalavr dərəcəsi almış və ya ən azından bakalavr pilləsində təhsil alan şəxsi nəzərdə tuturuq. Düşünürəm ki, təhsilin irəli sürdüyümüz problemdə rolu böyük ola bilər. Bunun, həqiqətən, belə olub‑ol‑ madığını yoxlamaq üçün bəzi statistik rəqəmlərə nəzər yetirmək lazımdır. Dunya Bankından alınan bu statistikalardan göründüyü kimi, təhsil sözügedən problemin yaran‑ masında çox az rol oynayır. Qazaxıstanda və Azərbaycanda təhsil səviyyəsi yüksək olsa da, Azərbaycanda kişi‑qadın artımındakı nisbət yüksək, yəni 1.133 olduğu halda, Qazaxıs‑ tanda bu göstərici 1.05‑dir, yəni normaldır. Eynilə Hindistan və ya Əfqanıstanda Azərbaycana nisbətən təhsil səviyyəsi çox aşağı olmasına baxmayaraq, bu ölkələrdə kişi‑qadın artımındakı nisbət müvafiq olaraq 112 və 105‑dir. Azərbaycanda apardığım

Əfqanıstan

Ermənistan

Azərbaycan

Çin

Hindistan

İordaniya

Qazaxıstan

0.367

0.76

0.671

0.623

0.45

0.71

0.834

CONTEXT |

33


NƏ ÜÇÜN CƏMİYYƏTİMİZDƏ OĞLAN UŞAQLARINA DAHA ÇOX ÜSTÜNLÜK VERİLİR?

araşdırma da bu fikri əsaslandırır. Göründüyü kimi təhsilli və ya təhsilsiz olmasına baxmayaraq, insanların çoxu oğlan uşağına üstünlük verir. Bu o deməkdir ki, Azərbaycanda oğlan uşaqlarına üstünlük verilməsi təhsil faktorundan asılı deyil. GENDERLƏRİN ROLU Bir çox ölkələrdə bu məsələ ilə bağlı araşdır‑ maların sonunda gəlinən nəticələrdən biri də o ol‑ muşdur ki, oğlan uşaqlarına daha çox üstünlük verilməsində genderin rolu böyükdür. Deməli, belə qənaətə gəlinmişdir ki, kişilər oğlan uşaqlarına daha çox üstünlük verir, qadınlar isə əksinə. Bunun Azər‑ baycan cəmiyyəti üçün də doğru olub‑olmadığını yoxlamaq məqsədilə bəzi analizlər aparmalıyıq. Məsələn, Azərbaycanda ümumi kişi‑qadın nisbəti 0.97‑dir, yəni demək olar ki, balans təşkil edir, lakin kişi‑qadın doğum nisbəti 113‑dür. Pakistanda kişi‑ qadın nisbəti 1.05 olsa da, doğum nisbəti 107‑dir. Bundan əlavə, Qazaxıstanda isə ümumi kişi‑qadın nisbəti 1.08 olduğu halda, kişi‑qadın doğum nisbəti 1.05‑dir, yəni normaldır. Buradan belə nəticəyə gəlmək olar ki, bu məsələdə gender rolunun da təsiri yoxdur. Eynilə cəmiyyətimizdə insanlar arasında apardığım araşdırma da bunu sübut edir. Bu faiz nəticələri də göstərir ki, Azərbaycanda kişi və ya qadın olmasına baxmayaraq insanların ək‑ səriyyətinin seçimi oğlan uşaqlarına yönəlir. Belə‑ liklə, biz sübut etdik ki, gender rolunun da kişi‑qadın artımının nisbətində heç bir təsiri yoxdur. DİN FAKTORU BMT‑nin Əhali Fondunun apardığı analizlərdə və “Science” jurnalının redaktoru Mara Hvistendalın gender ayrı‑seçkiliyi ilə bağlı kitabında göstərilir ki, bu məsələdə dinin rolu böyükdür. Lakin bu, bir qədər ziddiyyətlidir. Bəziləri mübahisə edirlər ki, dinin rolu danılmazdır, məsələn, Avropada Xristian‑ lıq hökm sürdüyünə görə gender ayrı‑seçkiliyinə rast gəlinmir, amma Azərbaycan da daxil olmaqla bir çox Asiya ölkələrində İslam əsas din olduğuna görə gen‑ der ayrı‑seçkiliyi mövcuddur. Çünki İslam dinində kişi qadından daha üstün hesab olunur və oğlan

34

uşağı ailənin yeganə varisi və davamçısı sayılır. Lakin əgər biz Azərbaycanı, eynilə də Pakistan və Əfqanıs‑ tan kimi Asiya ölkələrini Səudiyyə Ərəbistanla (0‑14 yaş arasında qadın‑kişi artımındakı nisbət 3,939,377/3,800,020‑dir, yəni normaldır) müqayisə etsək, sübut edərik ki, İslam dininin danışdığımız problemdə rolu yoxdur. İQTISADİ İNKİŞAF GÖSTƏRİCİSİ Gördüyümüz kimi, yuxarıda irəli sürdüyümüz faktorlar gender ayrı‑seçkiliyini izah edə bilmədi. Onda biz belə bir hipotez irəli sürə bilərik ki, ölkənin iqtisadi inkişafı qadın‑kişi artımındakı nisbətə təsir göstərən əsas amildir.

Azərbaycan

Çin

Hindistan

Alıcılıq qabiliyyətinə əsasən adambaşına düşən ÜDM (2005,dollarla verilir)

5,981

4,611

2,479

Kişi‑qadın doğum nisbəti

1.116

1.133

1.12

www.aaa.org.az


4/ 2012

Alıcılıq qabiliyyətinə əsasən adambaşına düşən ÜDM (2005,dollarla verilir) Kişi‑qadın doğum nisbəti Avropada iqtisadi inkişaf güclü olduğuna görə gender ayrı‑seçkiliyi yoxdur. Azərbaycanda, eləcə də yuxarıda adını sadaladığımız Asiya ölkələrində oğlan uşaqları ailənin iqtisadi təminatçısı hesab olu‑ nur, çünki adambaşına düşən ÜDM aşağıdır və valideynlər düşünür ki, yaşlandıqdan sonra hökumət onların qayğısına qalmayacaq. Buna görə də onlar oğlan uşaqlarına daha çox üstünlük verirlər, çünki qız uşağı ərə gedib ailədən uzaqlaşdığı halda, oğlan uşağı valideynlərinin qayğısına qalır. Məsələn, bax‑ mayaraq ki, Yaponiya da Asiya ölkəsidir, lakin bu‑ rada gender ayrı‑seçkiliyi yoxdur, çünki ölkə iqtisadi cəhətdən çox inkişaf etmişdir və adambaşına düşən gəlir çox yüksəkdir. Bu statistikalardan da göründüyü kimi, adambaşına düşən gəlir yüksək olan, inkişaf etmiş ölkələrdə cinslərin doğum nisbəti normaldır, lakin inkişafda olan Azərbaycan və digər Asiya ölkələrində bu belə deyil. Apardığım sorğu zamanı oğlan uşaqlarına üstün‑ lük verənlərin yarıdan çoxu səbəb kimi iqtisadi prob‑ lemləri əsas gətirdilər. Hətta qız uşağını abort etdirmiş 32 yaşlı bir qadının söylədikləri mənim çox diqqətimi çəkdi: ”İki qız uşağımız var. Ərim hər ik‑ isini də çox sevir. Üçüncü qız uşağının olmasına da etiraz etməzdi. Lakin o, həmişə bir oğlu olmasının xəyalını qururdu. Ərim məndən xeyli böyükdür və narahat olur ki təqaüd yaşına çatanda ailəmizə baxan olmayacaq. Biz hər ikimiz universitetdə mühazirə deyirik və alacağımız təqaüdün məbləğinin bizi qane edəcəyini düşünmürük.” Deməli, Azərbaycanda oğlan uşaqlarına daha çox üstünlük verilməsinə səbəb təhsil, gender və ya din deyil, məhz ölkənin iqtisadi inkişaf səviyyəsidir.

Yaponya

Norveç

30,933

47,996

1.03

1.04

İsveçrə

1.05

PROBLEMİ NECƏ ARADAN QALDIRMAQ OLAR? Göstərilən faktlar problemin ciddiliyini sübut edir. Əgər vaxtında bu məsələnin həlli ilə bağlı lazımi tədbir görülməsə, Çin və Hindistanda baş verən fəsadların ölkəmizdə də müşahidə olunması labüd şəkil alar. Qadınların bu gün sosial‑siyasi və digər sahələrdə aktiv iştirakı onların heç də kişilərdən geri qalmadığının bariz nümunəsidir. Yuxarıda verilən arqumentlər sübut edir ki, məsələ ilə bağlı əhali arasında məlumat çox aşağıdır. Ümid edirəm ki, göstərilən faktlar problemin cid‑ diliyi barədə insanları məlumatlandıracaq. Bundan əlavə, istərdim ki, problemin həlli yolları ilə bağlı bəzi təkliflər irəli sürüm. Düşünürəm ki, gender ayrı‑ seçkiliyi ilə əlaqədar olaraq, dövlət tərəfindən ciddi abort nəzarəti tətbiq edilməli və əhalini məlumat‑ landırmaq üçün kommunikativ tədbirlər həyata keçirilməlidir. Əvvəla, baxmayaraq ki, Azərbaycanda hamiləliyin 4‑cü ayından sonra abort etdirmək qadağan olunub, ciddi nəzarət olmadığına görə in‑ sanlar ultrasəs cihazları vasitəsilə körpənin cinsiyyə‑ tini öyrəndikdən sonra abort etdirirlər. Buna görə də dövlət tərəfindən məsələ ilə bağlı ciddi nəzarət təd‑ birlərinin həyata keçirilməsi çox vacibdir. Habelə, cinsi qərəzliyə görə aborta qadağalar qoyulması doğum zamanı gender ayrı‑seçkiliyini aradan qaldırsa da, doğuşdan sonra yaranacaq problemi, məsələn, qız körpənin qərəzli şəkildə öldürülməsinin qarşısını ala bilməz. Buna görə də, rasional infor‑ masiya kampaniyalarının aparılması gender ayrı‑ seçkiliyi salan valideynlər üzərində güclü təsir buraxa bilər. Məsələn, qız uşağının üstünlüklərini əks etdirən filmlər, reklamlar və televiziya proqramları gender ayrı‑seçkiliyi ilə bağlı insanlarda neqativ fikir yarada bilər.

İSTİNADLAR 1. Andrew Thomas Hall, “China’s One Child Policy and Male Surplus as a Source of Demand for Sex Selection Trafficking to China”, May 2011

4. Das Gupta, Monica, "Explaining Asia's Missing Women": A New Look at the Data", 2005

2. Carl Haub, “Surprising Son Preference in the Caucasus”, http://www.demographia.ru/eng/articles/index.html?idR=73&idArt=1903, May 2011

5. Juliet ShweGaung, Forced marriages driving human trafficking, UN says,http://www.mmtimes.com/2010/news/512/n51206.html, 2009

3. Central Bureau of Statistics, Vital Statistics: Live births, 2011

6. Mara Hvistendahl, Unnatural Selection: Choosing Boys Over Girls, and the Consequences of a World Full of Men, published by Public Affairs in June 2011

CONTEXT |

35


ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

“Uğur hekayäm...” layihäsi

Azərbaycan Respublikası Gənclər və maqdır. Gənclərin öz gələcəklərini özlərinin İdman Nazirliyi yanında Gənclər Fondunun sahiblənməsi layihə məqsədində bir növ əsas maliyyə dəstəyi ilə “ABŞ Təhsilli Azərbaycan ifadədir. Məzunları” İctimai Birliyi (AAA) “Uğur hekayəm...” layihəsini icra edir. Filmin Lənkəran, Masallı, Gəncə, Qazax, Şəki və Zaqatalada nümayişləri keçirilir. İcra olunan layihədə film hazırlanıb, hansı Gənclərin uğur hekayələrini dinləmək və on‑ ki üç gəncin həyat hekayəsindən bəhs edir. larla müzakirələr aparmaqla region gəncləri Azərbaycan Respublikasının müxtəlif re‑ arasında təhsilə maraq və uğurlu karyera gionlarından olan, xaricdə müxtəlif proq‑ qurmaq üçün stimul yaradılacaq. ramların məzunları olan bu üç gəncin uğur hekayəsi filmdə öz əksini tapıb. Layihənin yekunu olaraq, paytaxt Bakı şəhərində region gənclərinin film haqqında Layihənin məqsədi: şərhləri geniş ictimaiyyətə təqdim ediləcək. İnsanların peşə seçimi etməsinə və peşəkar olmasına nail olmaq gərəkdir. Çəkiliş heyəti: Cəmiyyətə alternativlər təqdim etmək, Rejissor: Elvin Aşirov seçimləri çoxaltmaq, dünyaya iki rəngdən Ssenari: Orxan Hüseynov daha çox baxmaq vacibdir. Yaxşı və uğurlu Operatorlar: Nəsimi Babayev və təhsil almaq gərəkdir. Mətləb Yaquboğlu Montaj: “Visual Factory” “Uğur hekayəm…” adlı layihəni təqdim edərək Azərbaycan gəncləri arasında stimul Layihə rəhbəri: Rövşən Nəcəfov yaratmaq və bu stimulu təhsil üzərində kök‑ ləmək istəyirik. Layihənin əsas məqsədi gən‑ Filmi izləmək üçün: clər arasında təhsilə marağı artırmağa, uğurlu peşə seçimi etməyə, biliyinə güvən‑ Uğur Hekayəm / 2012 məyə, yalnız özünün bacarıqlarıdan istifadə http://www.youtube.com/watch?v=lr5N7nHMZss edərək uğur qazanmağına, stimul yarat‑

36

www.aaa.org.az


Azärbaycan Biznes Keys Yarışması ABCC 2012 Azərbaycan Biznes Keys Yarışması tələbələrə özlərini Azərbaycanın gələcək biznes liderləri kimi hazırlamaq üçün verilən bir imkandır. Qaliblərə dəyərli sponsorlar‑ dan təqaüdlər və qiymətli hədiyyələr verilir. ABCC‑in tarixi 2002‑ci illərə təsadüf edir: Azərbaycandakı biznes keys analizinin çatış‑ mazlığını müşahidə edən MBA Enterprise Corps könüllüləri bu layihəni başladılar. O vaxtdan AAA bu layihəni idarə və təşkil etmək hüququ qazandı. İndiyədək bu layi‑ hədə 500‑dən çox istedadlı tələbələr iştirak edib. Biz 2011‑2012‑ci illərin sentyabr‑oktyabr ayları ərzində Azərbaycan Diplomatik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Xəzər Universiteti, Azərbaycan Turizm Universiteti və Azərbaycan Respub‑ likası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını təmsil edən komandaların iştirak etdiyi yarışmaları təşkil etmişik. “ABCC 2012” layihəsi adı çəkilən biznes şirkətləri tərəfindən maliyyə dəstəyi alır: “PASHA Bank”, “BP”, “Procter&Gamble”, “Zqan” Holding, “Azercell”, “Statoil” və “Coca‑Cola”. Akademik sponsor Azərbaycan Diplo‑ matik Akademiyasıdır.


ABŞ TƏHSİLLİ AZƏRBAYCAN MƏZUNLARI İCTİMAİ BİRLİYİ

“Bakı Hüquq Jurnalı” “Bakı Hüquq Jurnalı”nın əsas məqsədi Azərbaycan və xaricdə təhsil almış hüquqşü‑ nasların qabaqcıl hüquqi düşüncələrini cəmiyyətə çatdırmaq və bu sahənin mütəxəssisləri arasında fikir mübadiləsini artırmaq üçün xüsusi bir platforma yaratmaqdır. Həmçinin nəşr olunacaq məqalələrlə Azərbaycan hüquq sisteminin inkişafına və cəmiyyətimizin hüquqi maariflənməsinə, yüksək peşəkarlığa malik olan Azərbaycan biznes hüquqşünaslarının bir‑ liyinin formalaşmasına və dünya hüquq cəmiyyətinə inteqrasiyasına öz töhfəsini verməkdir. Jurnalın baş redaktoru: Emin Kərimov Növbəti buraxılışlar üçün siz də Azərbaycan hüquqi sahələrin idarə olunmasına yönəlmiş və cari hüquqi təhlilini əks etdirən və tövsiyyələr ehtiva edən məqalələri təqdim edə bilərsiniz. Qeyd edək ki, jurnalda kommersiya hüququ, o cümlədən müqavilə hüququ, kor‑ porativ hüquq və digər əlaqədar mövzu‑ larda olan məqalələrə üstünlük verilir. Facebook Page: http://www.facebook.com/BakuLawJournal

40

www.aaa.org.az


Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yanında Gənclər Fondu www.youthfoundation.az Ünvan: Bakı şәh., Bül-bül pr. 7B, Sahil Biznes Mәrkәzi Tel: (+994 12) 498 95 90 Fax: (+994 12) 498 95 89 Email: office@youthfoundation.az @Youthfund_Az http://www.facebook.com/youthfound



Context Journal 4-2012