Page 1

Vİsa Platİnum klubu AtaBank ASC-nin Vİsa Platİnum kartının İstİfadəçİsİ üçün xüsusİ təklİf


AtaBank-ın plastik kartlarının Sizə verdiyi üstünlüklər • Dünyanın istənilən nöqtəsində, istənilən valyutada nağdsız alış-veriş imkanı; • Geniş bankomatlar şəbəkəsi bütün dünyada gecə-gündüz və fasiləsiz Sizin xidmətinizdədir. Buna görə də Siz dünyanın istənilən nöqtəsində, istənilən vaxt nağd pulu bankomatdan çıxara bilərsiniz; • Nağdsız hesablaşmalar zamanı valyuta mübadilə məntəqələrindəkindən daha sərfəli konvertasiya kursu; • Ticarət obyektlərində malın alınması, mehmanxanalarda, restoranlarda, səyahət agentliyində və xidmət mərkəzlərində xidmətlərin haqqının komisyonsuz ödənilməsi imkanı; • Sizin kartınızda olan vəsaitlər gömrükdə elan edilmir. Bank kartı nağd pul ilə dolu portmanat qədər soyğunçuları cəzb etmir; • Kartınız itdikdə belə onun içindəki vəsaitlər qorunur. Çünki yad adamın kartından istifadə etmək çox çətindir. Kart (xüsusilə də çip) saxtalaşdırmadan etibarlı şəkildə müfahizə olunur. Siz bu barədə banka xəbər verdikdə isə həmin kart bloklaşdırılır və hesabınıza giriş ehtimalı (bu ehtimal onsuz da cüzidir) tamamilə aradan qalxır; • Kart hesabına AtaBank tərəfindən təklif edilən bir sıra əlavə xidmətlərin qoşulması mümkündür. Bu da bankomat və ya Sizin kompüteriniz vasitəsilə müxtəlif əlavə əməliyyatların aparılmasına imkan yaradır.


“PLATINUM CARD” paketinə daxil olan kartlar 1. Visa Platinum, MasterCard Platinum AtaBank-ın əsas fəaliyyət istiqamətlərindən biri də plastik kartlar bazarının inkişaf etdirilməsidir. Çünki plastik kartlar nağd vəsaitləri əvəz etməklə, mal və xidmətlərin alınması üzrə əlavə imkanlar yaratmaqla insanların gündəlik həyatını rahatlaşdıran proqressiv ödəniş vasitəsi kimi çıxış edir. Həmçinin, ödəniş alətlərin inkişafı çərçivəsində Bank ekvayrinq şəbəkəsini daim genişləndirir, müasir elektron sistemləri və xidmətləri tətbiq edir. Beləliklə, AtaBank öz imtiyazlı müştəriləri üçün xüsusi olaraq hazırladığı yeni kart məhsulunu təqdim edir – Platinum. Yüksək imtiyazlı Platinum kartının tərkibinə AtaBank bir sıra əlavə məhsulları, bonus proqramlarını və yüksək səviyyəli xidməti daxil etmişdir. Platinum kartı üzünüzə heyrətamiz imtiyazlar və imkanlar dünyasının qapısını açır. Bu kart vasitəsilə biz Sizə istədiyiniz ən keyfiyyətli xidməti təklif edirik. Platinum və ona əlavə olunan xidmətlər ən mükəmməl şəkildə Sizin həyat tərzinizə uyğunlaşdırılmışdır. Bu kart dünyanın bütün ölkələrində ticarət, ictimai-iaşə və xidmət obyektləri, otellər və digər müəssisələrdə tanınır və qiymətləndirilir. Platinum kartının istifadəçisi aşağıdakı üstünlüklərə malik olur: - Sərfəli faiz dərəcələri; - “Grace period” (imtiyazlı müddət); - Çoxsaylı əlavə xidmətlər; - Bank tərəfindən yüksək səviyyəli xidmət; - Büdcəyə nəzarət və s.

- İmic; - Prestij; - Kredit xətti; - Sığorta; Platinum paketinə əlavə olaraq aşağıdakı xidmətlər daxil edilmişdir: - Kart oğurlandıqda və ya itirildikdə onun yenidən buraxılması üçün vəsaitlərin bərpası; - Azərbaycan Respublikası ərazəsində bədbəxt hadisələrdən sığorta; - İl ərzində pulsuz səyahət sığortasının (90 günlük) alınması imkanı; - 5 ulduzlu “Excelsior” otelinin xidmətlərindən 10%-lik güzəştlə istifadə etmək; - Məşhur “AtaTravel” turizm agentliyinin xidmətlərindən 10%-ə qədər güzəştlə yararlanmaq imkanı;

- Pulsuz “Priority Pass” kartı; - “Mobile Banking” sisteminə pulsuz qoşulma; - “SMS Banking” sisteminə pulsuz qoşulma; - “SMS Notification” sisteminə pulsuz qoşulma; - “E-card” sisteminə pulsuz qoşulma; - İnternet Bankinq (“Online Banking”) xidmətinə pulsuz qoşulma; - Depozit seyfindən pulsuz istifadə; - İtirildikdə və ya oğurlandıqda kartın təcili bərpası və nağd vəsaitin təcili alınması və s.

Bütün bu xidmətlər haqqında daha ətraflı məlumat növbəti səhifələrdə öz əksini tapmışdır. AtaBank-ın Platinum kartı sayəsində Siz aşağıdakı üstünlükləri əldə edirsiniz:


Mal və xidmətlərin alınması Kartınız vasitəsilə Siz ən müxtəlif ticarət və iaşə obyektlərində mal və ya xidmətlər ala bilərsiniz. Bunun üçün həmin obyekt Visa və ya MasterCard beynəlxalq ödəniş sistemlərinin kartlarını qəbul etməlidir (bu haqda məlumat obyektin qapılarında və ya kassalarında öz əksini tapır). Əməliyyatlar elektron POS-terminalı vasitəsilə “onlayn rejimində” və ya imprinter vasitəsilə “əl ilə” aparıla bilər. Elektron POS-terminalı vasitəsilə əməliyyatın aparılması zamanı xəzinədar kartı oxuyucu qurğudan keçirir və terminalda əməliyyatın məbləğini daxil edir. Müsbət cavab alındıqdan sonra 2 ədəd çek çap olunur. Siz hər 2 çeki imzaladıqdan sonra çekin 1 nüsxəsi Sizə verilir, digəri isə həmin obeyktdə arxivləşdirilir. Lazım olduqda əməliyyat zamanı tərəfinizdən PİN-kod daxil edilməlidir. Bəzi ölkələrdə əməliyyat aparılarkən beynəlxalq pasportun təqdim edilməsi məcburidir. İmprinter vasitəsilə əməliyyatın aparılması zamanı xəzinədar xüsusi çekdə kartınızın ottiskini edir, sonra isə həmin çeki əl ilə doldurur və əməliyyatın aparılması məqsədilə xidmət göstərən prosessinq mərkəzindən telefon vasitəsilə avtorizasiyanı soruşur. Daha sonra Siz doldurulmuş çeki imzalamalısınız. Diqqət yetirin ki, çek tam şəkildə doldurulsun. Doldurulmamış çeki imzalamayın! Çeklər maliyyə sənədləridir. Onları ən azı 90 gün saxlamaq lazımdır!


Mehmanxananın bronlaşdırılması və xidmət haqqının ödənilməsi Mehmanxanada nömrə bronlaşdırarkən Sizdən adınızı, kartın nömrəsini və kartın müddətini soruşacaqlar (bəzən də, əlavə olaraq CVV2 – kartın arxa hissəsində kart nömrəsinin son 4 rəqəmindən sonra çap olunmuş 3 rəqəmli kod). Xidmətlərin göstərilməsindən sonra mehmanxana kart hesabınızdan yekun xidmət məbləğini silir. Lakin bu xidmətlər üçün əvvəlcədən bloklaşdırılmış məbləğə çox vaxt Siz 30 gün ərzində toxuna bilmirsiniz. Bunu aradan qaldırmaq üçün banka xüsusi bildirişin göndərilməsini mehmanxananın işçilərindən xahiş edin.


Avtomobillərin kirayəsi Avtomobilərin kirayəsi zamanı adətən Sizə təqdim edilmiş avtomobilin icarə məbləği kart hesabınızda əvvəlcədən bloklaşdırılır. Son hesablaşma zamanı (bu başqa şəhərdə də həyata keçirilə bilər) kartınızın hesabından yekun məbləğ silinir, lakin ilkin bloklaşdırılmış məbləğ 30 gün ərzində kart hesabınızda blokda qala bilər. Bunu aradan qaldırmaq üçün avtomobili icarəyə verən şirkətdən banka xüsusi bildirişin göndərilməsini xahiş edin.


Nağd vəsaitlərin alınması Kartla nağd vəsaitlərin alınması əməliyyatı bankomat və ya hər hansı bir bankın filialında quraşdırılmış POS-terminal vasitəsilə həyata keçirilir. Bankomat vasitəsilə nağd vəsaitlərin alınması zamanı həmin bankomatın Visa və MasterCard beynəlxalq ödəniş sistemlərinin kartlarını qəbul etdiyinə əmin olmalısınız (adətən bankomatların üzərində müvafiq loqotiplər yerləşdirilir). Daha sonra aşağıdakıları etmək lazımdır: • • • • •

kartı daxil edin; dili seçin; ŞEN-kodu daxil edin; almaq istədiyiniz məbləği daxil edin; nağd vəsaiti və kartınızı götürün.

Unutmayın! Əməliyyat bitən kimi kartı götürmək lazımdır! Əgər Siz əməliyyatdan sonra 30-45 saniyə ərzində kartı götürməsəniz bankomat kartınızı müsadirə edə bilər. Əməliyyat zamanı PİN-kodu düzgün yığmaq lazımdır. Xarici ölkələrdə əməliyyat aparan zaman PİN-kodu 3 dəfə səhv daxil etsəniz bankomat avtomatik olaraq kartınızı müsadirə edə bilər. Çeklər maliyyə sənədləridir. Onları ən azı 90 gün saxlamaq lazımdır! Eyni zamanda, Siz çeklərdən istifadə etməklə büdcənizə də nəzarət edə bilərsiniz.


2. Səyahət Sığortası və Sığorta Kartı AtaBank və AtaSığorta tərəfindən Sizin Platinum kartınıza geniş sığorta planı təklif edilir. Belə ki, Platinum paketin sahibi ilk növbədə AtaSığorta-dan Səyahət Sığortası əldə edir. Səyahət Sığortası nə üçün lazımdır? Xaricdə olduğumuz dövrdə gözlənilməz hadisələr və qəfil xəstəliklərlə qarşılaşa bilərik. Belə hallar bizim istirahətimizi, işgüzar əhval-ruhiyyəmizi pozmaqla yanaşı, çox ciddi miqdarda maliyyə vəsaiti də tələb edir. Bu hadisələrdən sığortalanmamaq gələcəkdə baş verəcək təhlükələr qarşısında aciz qalmaq deməkdir. Əgər bu təhlükələr evimizdən kənarda baş verirsə və köməyimizə heç kim yetişə bilmirsə, onda bizə nə edəcəyimiz barədə yalnız ciddi düşünmək qalır. Məhz, bu səbəbə görə bir çox dövlətdə “Səfər Sığortası” olmayan şəxslərin ölkəyə daxil olmasına icazə verilmir. Bu sığorta növü ilə nələr sığorta olunur? Sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığorta hadisəsi nəticəsində sığorta olunmuş şəxsin aşağıdakı xərcləri sığorta məbləği həddində ödənilir: • • • • •

tibbi (ambulator və stasionar) xidmətlər üzrə xərclər; tibbi daşınma / evakuasiya və repatriasiya; hüquqi yardım; baqajın itməsi; səfərin ləngiməsi və s. üzrə xərclər.

Bank tərəfindən Sizə veriləcək sığorta kartı sayəsində Siz aşağıdakı faydaları əldə edirsiniz: Fayda 1 Platinum kartının istifadəçisinin əmək qabiliyyətinin bədbəxt hadisələrdən sığortası. Bu, sığortalı şəxsin əmək qabiliyyətinin baş vermiş bədbəxt hadisə ilə əlaqədar tam və ya qismən (hissəvi daimi) itirilməsi hallarını əhatə edir. Hər bir hadisə üzrə və ümumi illik ödəniş 5000 manatı aşmır. Bu sığorta planı Azərbaycan Respublikası ərazisində keçərlidir.


Fayda 2 Platinum kartının itirilməsi, zədələnməsi və saxtalaşdırılması faktlarından sonra onun bərpa xərcləri. Hər bir müştəri üzrə limit – ildə 2 kart üzrə bərpa xərclərinin qarşılanması. Fayda 3 Platinum kart istifadəçilərinin səyahət sığortası (il ərzində 90 təqvim günü üçün) Sığortalı şəxsin səfərdə qəflətən baş vermiş hadisələrdən sığortası. Xaricə səfər edən şəxs, özünü baş verə biləcək xəstəlik, bədbəxt hadisə və digər risklərdən sığortalamış olur. Həmin hadisələr baş verdikdə isə o, pulsuz tibbi xidmətlərdən istifadə haqqı qazanır. Franşiza: Sığorta limiti: Ərazi limiti:

50 ABŞ dolları 50 000 ABŞ dolları təşkil edir bütün dünya

Fayda 4 AtaSığorta ASC-nin aşağıdakı sığorta məhsullarına 10%-lik güzəşt: • Əmlak sığortası • İpoteka sığortası • Bankın girovunda olan əmlakın sığortası • Avtomobil sığortası • Səyahət sığortası • Bədbəxt hadisələrdən sığorta • Yük sığortası İstisnalar: - İcbari sığorta növləri; - Bu güzəşt yalnız Platinum kartın istifadəçisi və ya onun həyat yoldaşının birbaşa “Sığorta Etdirən” kimi siyahıya alındığı sığorta müqavilələrinə aid edilə bilər; - Sığorta şərtləri AtaSığorta ASC üçün dövlət və daxili nəzarət strukturları ilə müəyyən edilmiş minimum şərtlərə əsasən müəyyənləşdirilir. Yarana biləcək hər hansı sualla AtaSığorta ASC-yə müraciət edə bilərsiniz:

AtaSığorta ASC N.Nərimanov küç., 55 AZ1006 – Bakı, Azərbaycan, Tel.: (+994 12) 510 40 58 / 59 / 93 Faks: (+994 12) 449 81 41 E-mail: atasigorta@atasigorta.az


3. Priority Pass kartı Priority Pass Sizə bütün dünyada bu sistemin üzvü olan hava limanlarının birinci dərəcəli zallarına daxil olmaq imkanı yaradır. Uçuşun ləngidilməsi, reysin ləğv edilməsi, tranzit uçuşlar zamanı gözləmələr və bu kimi digər problemlər tez-tez səfərə çıxan şəxslərə çox tanışdır. Belə hallarda işgüzar görüşü təyin etmək və ya başqa vaxta keçirmək, ofislə əlaqə saxlamaq və digər məsələlərini həll etmək, demək olar ki, mümkün deyil. Çünki əksər hava limanlarının terminalları istirahət edənlər və turistlərlə doludur. Priority Pass kartına malik olmaqla Siz biletinizin kateqoriyasından asılı olmayaraq hava limanının birinci dərəcəli zalına giriş hüququ qazana, orada sakitlik və rahatlıq tapa bilərsiniz. Priority Pass proqramı əsasən səfərə çıxan biznesmenlər üçün işlənib hazırlanmışdır. Bu o deməkdir ki, Siz aviaşirkətinizdən və aviabiletinizin dərəcəsindən asılı olmayaraq, dünyanın hər yerində bu proqramda iştirak edən zalların bütün xidmətlərindən istifadə edə bilərsiniz. Siz hətta öz qonaqlarınızı və ya biznes partnyorlarınızı da zala dəvət edə bilərsiniz. Priority Pass proqramına aşağıdakı xidmətlər daxildir: • Bütün dünyada 100 -ə yaxın beynəlxalq hava limanında 200-dən artıq birinci dərəcəli zala giriş hüququ; • Aviabiletin dərəcəsindən asılı olmayaraq, bütün birinci dərəcəli zallara daxil olmaq imkanı; • Dincəlmək, sənədlərlə işləmək, qəlyanaltı etmək və ya gözlənilməyən gecikmə, yaxud reys ləğv edildiyi hallarda görüşün vaxtını dəyişdirmək imkanı; • Sakit, rahat şəraitdə telefon və ya faks kimi biznes-xidmətlərdən istifadə etmək imkanı; • Qonaqlarınız üçün birinci dərəcəli zalların xüsusi üstünlüklərindən istifadə etmək imkanı; • Yerli valyutanın alınmasına ehtiyacın olmaması. Priority Pass hava limanlarının zallara daxil olmaq üçün dünyada ən iri müstəqil proqramdır, beynəlxalq aləmdə geniş yayıldığına görə, istənilən digər mövcud proqramlardan üstün cəhətlərə malikdir. Buna görə də, Priority Pass kartının sahibi kimi Siz əksər inkişaf etmiş ölkələrdəki birinci dərəcəli və VİP zallarda göstərilən xidmətlərdən istifadə edə bilərsiniz. Siz və Sizin istənilən qonağınız proqram iştirakçısı olan zaldan istifadə etmək istədikdə Sizin öz Priority Pass kartınızı təqdim etməniz kifayətdir. Sizə dərhal zaldan istifadə etmək imkanı veriləcəkdir. Zalda kartınızın surəti çıxarılacaq və Siz məxaric orderini imzalayacaqsınız. Sizin və Sizi müşaiyət edən hər bir şəxsin zala gəlməsinə görə müvafiq xidmət haqqı hər ayın sonunda Sizin kredit kartından tutulacaqdır. Zala daxil olma haqqı, zaldan asılı olaraq 24-30 ABŞ dolları təşkil edir. Sizi muşaiyət edən Şəxsin zala daxil olma haqqı da 24-30 ABŞ dolları təşkil edir. Ümumi məbləğ kart üzrə ödəmə haqqında aylıq xəbərdarlıqda öz əksini tapacaqdır.

Zalda olarkən Siz telefon, faks və pulsuz içkilər kimi istənilən xidmətdən sərbəst istifadə edə bilərsiniz. Hətta bəzi zallarda Sizə danışıqlar aparmaq üçün lazım olan hər bir şərait yaradılacaqdır. Bəzi zallarda isə Siz hətta duş da qəbul edə bilərsiniz. Hava limanının ümumi zalından fərqli olaraq burda Siz sakitçilikdə oturub öz reysinizi rahat şəkildə gözləyə bilərsiniz.


“PLATINUM CARD” paketinə daxil olan pulsuz elektron xidmətlər 1. “SMS Banking” AtaBank öz müştərilərinə yeni “SMS Banking” xidmətini təqdim etməklə “Yenilikçi bank” imicini bir daha təsdiqlədi. Bu xidmət sayəsində Siz AtaBank-dakı bütün hesablarınız barədə məlumatı Banka müraciət etmədən ala bilirsiniz. Hesaba vəsait daxil olduqda və ya çıxdıqda Siz avtomatik olaraq SMS alacaqsınız. Bununla yanaşı, günün istənilən vaxtı SMS vasitasilə öz hesab qalıqlarınız haqqında məlumat da əldə edəcəksiniz. Bank bazarı inkişaf etdikcə bu xidmətlər də öz inkişafında yeni istiqamətlərə yönələcəkdir. Bu xidmət bütün mobil operatorlarının abunəçiləri üçün göstərilir. “SMS Banking” xidmətinin aşağıdakı üstünlükləri vardır: - Hesablardakı vəsaitlərin hərəkəti barədə (mədaxil və ya məxaric) məlumatların operativ şəkildə alınması; - Məkanından və zamanından asılı olmayaraq məlumatları almaq imkanı; - Məlumatları əldə etmək üçün banka gedilməsinə ehtiyac olmaması. Xidmət üzrə tariflər aşağıdakı kimi müəyyən edilmişdir: o Aylıq abunə haqqı – 3 manat o İllik abunə haqqı – 20 manat

AtaBank-ın Platinum paketinin istifadəçiləri “SMS Banking” xidmətinə pulsuz və avtomatik olaraq qoşulurlar!


2. “Mobile Banking” “Mobile Banking” xidməti vasitəsilə Siz öz plastik kartlarınızı idarə edirsiniz. “Mobile Banking” xidmətinə adətən “SMS İnfocard” (“SMS Notification”) xidməti əlavə olunur. Kart istifadəçiləri bu xidmətlər vasitəsilə icra olunmuş transaksiyalar və ya müəllifləşdirmə əməliyyatı haqqında ətraflı məlumat alır, bir növ öz kartları ilə daimi əlaqədə olurlar. Eyni zamanda, Sizin mobil telefonunuza uğursuz əməliyyatlar haqqında da məlumat daxil olur. Əgər əməliyyatlar tərəfinizdən tanınmırsa Siz kartı dərhal bloklaşdıra bilərsiniz.

“Mobile Banking” xidmətinin üstün cəhətləri: 1. Xidmətlər: - Balans haqqında məlumat - Hesabdan çıxarış - Hesabdakı dəyişikliklər haqqında məlumat - “Card to Card” (“Kartdan karta”) xidməti - “Mənim kodum” (“PİN Change”) xidməti - Kartın bloklaşdırılması xidməti - Digər xidmətlər

2. Ödənişlər: - Mobil operatorlar üzrə (Azercell, Bakcell, NarMobile və Azerfon-Vodafone) ödənişlər - Elektrik enerjisi haqqının ödənişi - Digər kommunal xidmətlər üzrə ödənişlər - Digər ödənişlər

3. Bildiriş: - Bankdakı hesablar, sonuncu əməliyyatlar, hesab üzrə mədaxil və ya məxaric əməliyyatları barəsində SMS vasitəsilə bildirişin alınması “Mobile Banking” xidmətinə qoşulmaq üçün aşağıdakı addımlar atılır: 1. AtaBank-ın bankomatlarından istifadə edərək qeydiyyatdan keçir, üzərində seriya nömrəsi və komponentlər göstərilən çeki çap edirsiniz; 2. Sonra aşağıdakı linkə daxil olaraq midleti telefona yükləyirsiniz: JAVA:MİDP-2.0 versiyası üçün - www.azericard.com/mb/atabank.jad JAVA BİS, yəni yalnız BBM-ə qoşulmuş Blackberry telefonları üçün - www.azericard.com/mb/bis/atabank.jad; 3. Midlet yükləndikdən sonra, xidməti aktivləşdirmək üçün, ATM-dən çap olunmuş seriya nömrəsini və komponentləri daxil edir, daha sonra Midlet üçün PİN-kod yaradırsınız. PİN-kodu 2 dəfə daxil etdikdən sonra “Mobile Banking” xidmətinə qoşulmuş olursunuz.

Qeyd: Midlet – “Mobile Banking” sistemində müxtəlif əməliyyatlar həyata keçirmək üçün xidmətin proqram təminatıdır. Mobil telefonunuzu “Mobile Banking” xidmətindən ayırmaq üçün midleti telefonun yaddaşından silmək kifayətdir. “Mobile Banking” xidməti xüsusi PİN Kodla qorunur (yalnız “Mobile Banking” xidməti üçün müştəri tərəfindən yaradılan kod). Göndərilən SMS-lərdə kartın nömrəsi tam göstərilmir, nömrənin yalnız sonuncu 4 rəqəmi göstərilir. “Mobile Banking” xidməti üzrə illik abunə haqqı avtomatik olaraq tutulur. Müştərinin hesabında vəsait olmadıqda isə sistem bu kartı yaddaşında saxlayır və kart hesabında kifayət qədər vəsait olan kimi abunə haqqını tutur.

Platinum kartların sahiblərinə “Mobile Banking” xidməti pulsuz təqdim olunur!


3. SMS İnfocard (SMS Notification) “SMS İnfocard” xidməti “Mobile Banking” xidmətinin əsas hissəsidir. Lakin “SMS İnfocard” xidməti müstəqil olaraq da istifadə oluna bilər. “SMS İnfocard” xidməti Sizə kartla aparılan bütün əməliyyatlar barədə dərhal SMS-bildirişlər almaq imkanı verir.

“SMS İnfocard” xidməti kartın təhlükəsizliyinin təmin edilməsinin əsas alətlərindən biridir. Kart istifadəçiləri aşağıda göstərilən məlumatları ala bilərlər: - Aparılmış uğurlu əməliyyat haqqında məlumat; - Aparılmış uğursuz əməliyyat haqqında məlumat; - Hər daxil olan SMS-in sonunda cari balans göstərilir; - Müəllifləşdirilmiş (avtorizə) məbləğlər; - Kart hesabına vəsaitlərin mədaxil edilməsi haqqında məlumat; “SMS İnfocard” xidmətini istənilən mobil operatorun nömrəsinə qoşmaq mümkündür. “SMS İnfocard” xidmətinə qoşulma AtaBank-ın bankomatları vasitəsilə və ya Bankın istənilən filialına təqdim edilmiş ərizə forması əsasında həyata keçirilir. Xidmətin ləğv edilməsi məqsədilə Bankın filialına müraciət etmək zəruridir. “SMS İnfocard” xidmətinə qoşulma şərtləri aşağıdaki kimidir: 1. Hər bir kart üçün aylıq abunə haqqı 1,20 manat təşkil edir. 2. Daxil olan SMS-lərə görə heç bir haqq tutulmur. 3. Daxil olan SMS-lərin sayı məhdud deyil. Abunə haqqı hər kartdan ayda bir dəfə avtomatik olaraq tutulur. Müştərinin hesabında vəsait olmadıqda sistem həmin kart haqqında məlumatı yaddaşda saxlayır və vəsait kart hesabına mədaxil olunan kimi abunə haqqını tutur.

Platinum kartının istifadəçiləri üçün “SMS İnfocard” xidməti pulsuz təqdim edilir.


4. E-card (Home Banking) xidməti AtaBank öz Platinum kartının istifadəçilərinə Bankda tətbiq edilmiş “E-card” sisteminə pulsuz qoşulma imkanı yaratmışdır. E-card sisteminin vasitəsilə Siz internetdən istifadə edərək real vaxt rejimində (online) plastik kartlarınızla aşağıdakı əməliyyatları apara bilərsiniz: - kommunal xidmətlərin haqqının ödənilməsi; - mobil operatorların xidmətləri üzrə ödənişlərin edilməsi; - kart hesabı haqqında məlumatların alınması; - kart hesabından çıxarışın alınması; - vəsaitlərin bir kartdan digər karta köçürülməsi (“Card to Card” xidməti). “E-card” sisteminin əsas üstünküləri: - real vaxt rejimində məlumatı izləmək imkanı; - zamandan və məkandan asılılığın olmaması; - şəxsi məlumatların daha operativ və təhlükəsiz yolla əldə edilməsi. “E-card” sistemində istifadə edilən bütün məlumatlar qorunur: - göndərilən bütün məlumatlar kodlaşdırılır; - elektron sertifikatlardan istifadə edilir; - birdəfəlik kodlardan (parollardan) istifadə edilir. Bank tərəfindən kart istifadəçisinə xüsusi zərf və disk verilir. Zərfdə aşağıdakılar saxlanılır: - loqin; - parol; - təhlükəsizlik açarı. Diskdə saxlanılan məlumatlar isə bunlardır: - xüsusi sertifikatlar; - təlimatlar; - parolların kalkulyatoru; - “E-card” sisteminə giriş ünvanı. Sistemə daxil olmaq və yeni versiya haqqında məlumat əldə etmək üçün https://www.hbservice.com/ata.html veb ünvanını yığmaq lazımdır. Yarana biləcək hər hansı sualla AtaBank ASC-yə müraciət edə bilərsiniz!


5. İnternet Bankinq xidməti İnternet Bankinq xidməti müştəriyə dünyanın istənilən yerində, günün 24 saatı, həftənin 7 günü ərzində internetə çıxışı olan istənilən kompüterdən özünün AtaBank-dakı hesablarını izləmək imkanı verir. Bu xidmət vasitəsilə hesab üzrə aşağıdakı məlumatlar əldə edilə bilər: • Hesablar üzrə qalıqlar • İstənilən müddət üçün hesab üzrə çıxarışlar İnternet Bankinq xidmətinin imkanları artdıqca əksər bank əməliyyatlarının real vaxt rejimində (online) də aparılması mümkün olacaqdır. İnternet Bankinq xidmətinin müştəriyə verdiyi üstünlüklər: Operativlik Mümkünlük Sadəlik

bu xidmət operativ olaraq bütün zəruri məlumatları almaq imkanı verir dünyanın istənilən yerində, istənilən an xidmətindən istifadə etmək olar bankla əlaqə saxlamaq üçün internetə çıxışı olan istənilən kompüter müştəri ü çün yetərlidir

Xidmətə qoşulma qaydası: İnternet Bankinq xidmətindən istifadə üçün AtaBank-a ərizə ilə müraciət etmək lazımdır. Müvafiq sənədlər imzalandıqdan sonra müştəriyə İnternet-Bank sisteminə qoşulmaq üçün login və parol verilir.


6. BillPay Bill Pay vasitəsilə müştərilər bir sıra xidmətlərin haqqını onlayn şəkildə ödəmək, hətta xeyriyyəçiliklə belə məşğul olmaq imkanı əldə edir. Bütün əməliyyatları internet vasitəsilə aparılan Bill Pay sisteminin köməyilə aşağıdakı ödənişləri etmək olar:

MOBİL RABİTƏ ÜZRƏ ÖDƏNİŞLƏR

İNTERNET PROVAYDERLƏRİ ÜZRƏ ÖDƏNİŞLƏR

SIĞORTA XİDMƏTLƏRİ ÜZRƏ ÖDƏNİŞLƏR

• Azercell • Bakcell • NarMobile • Azerfon • FONEX

• AdaNet/Alfanet • Avirtel • AzDataCom • Bakinternet • Hotnet • AiləNet • Azeronline • AzStarNet • Connect • Eurosel • Provayder.az • Elcell (tezliklə) • SAZZ (tezliklə) • Mega Telecom • Max İnternet (tezliklə) • Telekomİnvest (tezliklə)

• Alfa İnsurance • AzSığorta • Axa-MBask • A-Group İnsurance • Azərbaycan Sənaye Sığorta • Xalq Sığorta

KABEL TELEVİZİYALARI ÜZRƏ ÖDƏNİŞLƏR

TQDK XİDMƏTLƏRİ ÜZRƏ ÖDƏNİŞLƏR

• Ailə TV • B&B TV • KATV1 • Connect TV

• TQDK • TQDK e-journal

STASİONAR RABİTƏ ÜZRƏ ÖDƏNİŞLƏR • Aztelekom • BTRİB • CATEL KOMMUNAL XİDMƏTLƏR ÜZRƏ ÖDƏNİŞLƏR • AzəriQaz • AzərSu • BakıElektrikŞəbəkə

XEYRİYYƏÇİLİK ÜZRƏ ÖDƏNİŞLƏR • Leykemiya ilə mübarizə • Women’s Forum • Uşaqların Xoşbəxt Gələcəyi • SOS uşaq kəndləri • Qızıl Aypara Cəmiyyəti


“PLATINUM CARD” paketinə daxil olan digər pulsuz xidmətlər 1. Bankda depozit seyfi AtaBank-ın Visa Platinum kartının istifadəçisinə Bankda olan xüsusi depozit seyfinə pulsuz giriş hüququ verilir. Depozit seyfləri sənədlərin, qiymətli kağızların, qızıl zinət əşyalarının və digər qiymətli əşyaların saxlanılması üçün ən yaxşı yerdir. Məlum olduğu kimi, xarici ölkələrdə bu cür seyflər çox geniş yayılmışdır. İstənilən şəxs istənilən müddət ərzində bu cür depozit seyfini icarəyə götürə bilər. - AtaBank-ın depozit seyfləri üç mərhələli mühafizə sisteminə malik anbarda (Bakı ş., Ş.Bədəlbəyli küç., 102 ünvanında) yerləşir. - Bütün otaq günün 24 saatı həftənin 7 günü ərzində mühafizə olunur. - Hər bir seyfin iki açarı var. Seyf yalnız hər iki açar olduğu halda açıla bilər. Açarın biri müştəridə, digəri isə Bankda saxlanılır. - Seyfə yalnız müştərinin özü və ya onun etibar etdiyi şəxs daxil ola bilər. - Bank seyfin mühafizəsini və orada saxlanılan əşyaların mühafizəsini tamamilə öz üzərinə götürür. Əcnəbi vətandaşlar uzun müddət ərzində xarici ölkələrə ezamiyyətə gedərkən öz qiymətli əşyalarının saxlanılması üçün məhz banklarda yerləşən depozit seyflərindən istifadəyə üstünlük verirlər. AtaBank-ın Visa Platinum kartının istifadəçiləri də bü cür eksklüziv imkana malikdirlər. Hər hansı sual yarandıqda AtaBank-a müraciət edin və əmin olun ki, bütün suallarınız burada öz cavabını tapacaqdır.


“PLATINUM CARD” paketinə daxil olan güzəştlər 1. “Excelsior” otelində 10% güzəşt AtaBank-ın Visa Platinum kartının istifadəçisi kimi Siz Azərbaycanın ən nüfuzlu otelində, 5+ ulduzlu “Excelsior” otelində bütün xidmətlərə 10% güzəşt əldə edirsiniz. “Excelsior” otelində ən müxtəlif xidmətlər mövcuddur: otel nömrələri, bar və restoranlar, görüş və konfrans zalları, sağlamlıq mərkəzi. Bütün bu xidmətlər haqqında ətraflı məlumat aşağıda göstərilir:

Otel nömrələri Dəbdəbəli nömrələr və süitlər “Excelsior Otel Bakı”-da başdan ayağa dəbdəbə və zərifliklə əhatə olunacaqsınız. Sayı 61 olan yüksək zövqlə dekorasiya edilmiş gözəl nömrələrdə və dəbdəbəli süitlərdə lüks oteldən gözləyə biləcəyiniz bütün müasir rahatlıqlar təmin edilir. “Excelsior Otel Bakı”-da aşağıdakı xüsusiyyətlərə malik ən iri nömrələr təklif edilir: • • • • •

Nömrənin axşam təmizliyi 24 saatlıq otaq xidməti Tam konsiyerj xidməti Şəxsi seyf Səsli poçt və səsucaldan funksiyalı rəqəmsal ikixətli telefonlar • Kompüter və faks qoşulmaları

• • • • • •

Pulsuz simsiz / kabel internetə çıxış Nömrələrə pulsuz çay-kofe İstirahət mərkəzləri Geniş vanna otaqları Yumşaq xalat və otaq ayaqqabıları Keyfiyyətli vanna ləvazimatları və otaq xidməti

Bütün nömrələrdə fərdi iqlimə nəzarət funksiyalı mərkəzi kondisioner sistemi var. Nömrələr aşağıdakı şəkildə fərqlənir: 45 ədəd Heritage (standart) nömrə (41 m2) 9 ədəd Duke nömrə (24 m2) 4 ədəd Crown Suite (60 m2) 2 ədəd Royal Suite (63 m2) 1 ədəd İmperial Suite (300 m2)


Bar və restoranlar Yeməyi və içməyi sevənlər üçün cənnət məkan. Bakıda mövcud olan ən nəfis yeməklərdən möhtəşəm bar atmosferinədək hər şey … Belvedere Restaurant Bizim Belvedere Restoranı, şübhəsiz, Bakının ən gözəl yemək məkanıdır. Burada qonaqlara dünya mətbəxlərindən ekslüziv təamlar təqdim olunur. Səhər saat 7:00-dan gece yarısınadək açıq olan restoranda açıq bufet tərzi eksklüziv səhər yeməyi, o cümlədən gün ərzində “la carte” menyu verilir. Bazar günlərinin açıq bufet brançları hər zaman sizin üçün sürpriz olacaq. L’Atelier Bar Belvedere restoranının yaxınlığında, otelin sakit və gizli guşəsində geniş çeşidli ekzotik kokteyllər və seçilmiş Kuba siqarlarının müşayiəti ilə rahat və zövqlü görüşlərin keçirilə biləcəyi L’Atelier Barı yerləşir. Bar gecə gec saatlaradək açıq olur. La Patisserie La Patisserie şəhərin ən dadlı kofesini içmək istəyənlərin əsl yeridir. Burada həmçinin çay, şirniyyatlar, suflelər, tortlar, sendviçlər və təzə bişirilmiş çörək və bulkalar əldə edə bilərsiniz. Vitality Bar Səhər saat 8:00-dan axşam 22:00-dək açıq olan və Aura Salamlıq Mərkəzinin daxilində yerləşən Vitality Barında çox gözəl saladlar, balanslı qida və vegetarian yeməkləri təqdim olunur. Bu cür sadə yeməklər təzə sıxılmış meyvə suları və evdə hazırlanış südlü kokteyllər kimi təzə inqrediyentlər və sağlıqlı alternativlərlə kombinasiya edilir. Hovuzkənarı Bar Yay mövsümündə müxtəlif qəlyanaltı və manqal yeməklərinin təqdim olunduğu hovuzkənarı barın rahatladıcı atmosferində istirafət edin. The Villa Villanın rahat klub evi atmosferidən həzz alın!

Görüş və konfrans zalları Bakının mərkəzinin yaxınlığında, eyni zamanda isə yorucu nəqliyyat səsindən uzaqda yerləşən Excelsior Otel xüsusi və sosial tədbirlər, konfrans və işgüzar görüşlər üçün ideal seçimdir. Excelsiorun dörd xüsusi görüş zalında yüksək səviyyəli işgüzar görüşlərdən böyük konfrans, kiçik seminar və ya toy qəbuluna kimi bütün növ tədbirlər üçün son dərəcə fərqli zərif tərtibt mövcuddur. Bütün zallar ən son audio-vizual texnologiya ilə tam şəkildə təchiz edilmişdir. Excelsior Otelin tədbir təşkilatçıları qrupu diqqətinizi daha vacib məsələlərə yönəltməyiniz üçün bütün təfərrüatlarla özləri məşğul olacaq. Otelin peşəkar qrupu tədbirinizin yüksək səviyyədə, səmərəli və rahat keçməsinə kömək edəcək. Biznes Mərkəzi Excelsior Oteldə xidmətlərimiz işgüzar səyhətdə olan qonaqlrımızın bütün ehtiyaclarına cavab vermək üçün nəzərdə tutulur. Otelimizdə işləyən qonaqlarımız üçün sinxron tərcümə avadanlıqları, simsiz internet və telefon kimi müasir lavazimatlar təmin olunur. Növbəti konfrans məkanı olaraq Excelsior otelinin görüş zallarını seçin və aşağıdakı xidmətlərimizdən yararlanın: • Yüksək sürətli internetə çıxış (simsiz və simli) və videokonfrans imkanları da daxil olmaqla ən yeni şəbəkə infrastrukturu • Kserokopiya, faks, computer icarəsi, internet çıxışı, çatdırma və katiblik xidmətləri ilə tam təchiz olunmuş biznes mərkəzi


Sağlamlıq mərkəzi Geniş sahəyə malik “Aura” Sağlamlıq Mərkəzi” ən müasir trenajor avadanlıqlarının olduğu yüksək texnologiya ilə təchiz edilmiş idman zalı, böyüklər və uşaqlar üçün açıq və qapalı üzmə hovuzları, açıq tennis kortu, iki skvoş kortu, günəş terrası və yay bağına malikdir. Mərkəz, xanımlar və bəylər üçün ayrıca sauna və buxar otaqları, relaksasiya və masaj kabinləri təklif edir. Yay ayları ərzində Siz 18 metrlik üzmə hovuzunda üzərək həm bədəninizi, həm də beyninizi rahatladacaqsınız. Siz həmçinin 24 metrlik möhtəşəm, isidilən qapalı üzmə hovuzumuzda üzməklə də idman edə bilərsiniz. Hovuz bütün il boyu fəaliyyət göstərir və günəş vannası qəbul etmək üçün açıq sahəsi olan günəş terrası ilə əlaqəlidir Aura SPA Aura Spa bədəninizi və ruhunuzu bütövləşdirmək üçün xüsusi müalicə zonalarında aparılan çoxsaylı cavanlaşdırıcı və müalicəvi prosedurlar təklif edir. Excelsior otelinin eksklüziv “Aura” spa və gözəllik prosedur və məhsullarına aşağıdakı xidmətlər daxildir.

Aura mərkəzindən eksklüziv masaj terapiyasi • İsveç masajı • Aromaterapiya • Qarışıq masaj • İsti daşlarla müalicə • Belin quru masajı • Reiki • Baş və üzün masajı • Dəniz duzları ilə masaj

• Bədən üçün müalicəvi • Əl və ayaqlara qulluq • Masaj terapiyası

Aura mərkəzində dərslər Ürək məşğələləri sağlam həyatın və bədənin təmin edilməsində mühüm rola malikdir. Onlar ürək-damar sisteminin möhkəmlənməsinə, əzələlərin bərkiməsinə, dözümlülüyün artırılmasına və yağların təbii yollarla yanmasına kömək edir. Bizim aerobika və rəqs dərslərimizlə hər zaman sağlam və formada qalın. • Göbək rəqsi • Aerobika • Latino MİKS • Bodi-şeypinq • Yoga • Kallanetika • Pilates

Aura mərkəzinin gözəllik salonu Manikür və pedikürün fərqli kombinasiyasını təklif edir. Bütün stilist və spa mütəxəssisləri peşəkar təlim görmüş və əl-ayaq qayğısı sahəsində ixtisaslaşmışdır. Bütün məkanlara otelin birinci mərtəbəsindən və ya çöl girişi vasitəsilə getmək mümkündür. Hər bir qonağa ayrıca şkaf, dəsmallar, KOSMETİK və digər vasitələr verilir.


2. Otel və turlara 20%-dək güzəşt (AtaTravel) Yüksək səviyyədə xidmət göstərən və Azərbaycanda ən yaxşı turizm agentliklərindən biri sayılan AtaTravel agentliyi AtaBank-ın Visa Platinum kartının istifadəçisi kimi Sizə öz xidmətlərini 20%-ə qədər güzəştlə (ölkə xaricində) təklif edir. AtaTravel İATA Travel birliyinin rəsmi agenti sayılır. Şirkət 1994-cü ildən etibarən fəaliyyət göstərir və AtaHolding şirkətlər qrupuna daxildir. Bronlaşdırmalar on-line rejimində və ya telefonla aparıla bilər. AtaTravel agentliyi vasitəsilə Siz istənilən ölkədə otel bronlaşdıra, otel paketlərini əldə edə və xüsusi səyahətləri planlaşdıraraq yüksək səviyyəli servisə nail olursunuz. Azərbaycandakı xüsusi tədris görmüş, təcrübəli, mehriban, peşəkar heyəti, eləcə də, bütün dünyadakı partnyorları (hava yolları, otellər, digər səyahət agentlikləri) sayəsində AtaTravel müştərilərinin bütün istəklərini yüksək səviyyədə qarşılamaq iqtidarındadır. AtaTravel müştərinin səyahətlə bağlı bütün ehtiyaclarını təmin edir. AtaTravel agentliyi aşağıdakı xidmətləri göstərir: - Dünyanın istənilən nöqtəsinə aviabiletlərin satışı; - Dünyanın bütün ölkələrində otellərin bronlaşdırılması; - Bütün dünya üzrə tur paketləri; - Ölkədaxili ekskursiyaların təşkil edilməsi; - Müxtəlif hava limanlarında VİP xidmətlər; - Nəql edilmə və avtomobillərin icarəyə götürülməsi; - Transfer; - Azərbaycan və digər ölkələr üçün vizanın alınması və s. AtaTravel Ünvan: H.Əliyev pr., 2 (Excelsior Hotel) AZ1154 – Bakı, Azərbaycan, Tel.: (+994 12) 496 78 00 / 01 / 02 / 03 Faks: (+994 12) 496 78 04 E-mail: info@atatravel.az


“PLATINUM CARD” paketinə daxil olan əlavə xidmətlər 1. “Card to Card” AtaBank-ın Visa Platinum kartının istifadəçiləri Bank tərəfindən tətbiq edilmiş “Card to Card” xidmətindən rahatlıqla istifadə edə bilərlər. “Card to Card” xidməti Azərbaycan üçün yeni bir xidmətdir. Bu xidmət vasitəsilə açılmış kart hesabının valyutasından asılı olmayaraq, bir kart hesabından digər kart hesabına vəsaitlərin köçürülməsi mümkündür. “Card to Card” xidməti üzrə əməliyyatlar AtaBank tərəfindən yeni tətbiq edilmiş “E-card” sistemi, Bankın bankomatları və ya həmin xidmətə qoşulmuş digər bankların bankomatları vasitəsilə aparılır. “Card to Card” xidməti üzrə əməliyyatlar bu xidmətə qoşulmuş bütün bankların plastik kartları arasında aparıla bilər. Bankomatlarda xidmətin işləmə mexanizmi aşağıdakı kimidir: - Müştəri kartı bankomata daxil edir - ŞEN-kodu yığır və təsdiqləyir - Bankomatın monitorunda “Card to Card” funksiyasını seçir - Ünvanlanacaq kartın nömrəsini daxil edir - Köçürüləcək məbləği daxil edir (istənilən valyutada) - Əməliyyat keçirilir və müştəriyə çek təqdim edilir “Card to Card” xidməti üzrə komisyon haqları: Kart hesabından vəsaitlərin köçürülməsi üzrə Bankın komisyon haqqı

AtaBank-ın bütün kart növləri üzrə

Kart hesabına vəsaitlərin mədaxil edilməsi üzrə Bankın komisyon haqqı

Əmək haqqı və depozit kartları

Digər kartlar

1% (min 1 USD və ya 1 AZN)

0%

0,5% (min 1 USD və ya 1 AZN)

“Card to Card” xidmətinin üstünlükləri: - Günün 24 saatı, həftənin 7 günü ərzində istənilən vaxt köçürmələr etmək mümkündür; - Bu xidmət bütün beynəlxalq sürətli pul köçürmələrdən daha səmərəli və sürətlidir; - Həyata keçirilən köçürmələr 1 (bir) dəqiqə ərzində ünvanına çatdırılır; - Ediləcək köçürmələrin məbləği məhdudlaşdırılmır. Hər hansı sual yarandıqda AtaBank-a müraciət edə bilərsiniz


2. Cash by Code “CASH BY CODE” NƏDİR ”Cash by Code” – bankomat vasitəsilə plastik kart olmadan nağd vəsaitin əldə edilməsi imkanını yaradan yeni bir xidmətdir. Bu xidmət vasitəsilə kart sahibləri bankomata yaxınlaşaraq, kart hesablarından istənilən məbləğdə və ya valyutada kartı olmayan şəxslərə nağd pul göndərə bilərlər. “CASH BY CODE” XİDMƏTİNİN ÜSTÜNLÜKLƏRİ Xidmət aşağıdakı üstünlüklərə malikdir: • Uzaq məsafədə yerləşən (Azərbaycan daxilində) və kartı olmayan şəxslərə bankomat vasitəsilə nağd pulun dərhal çatdırılması; • Banka müraciət etmədən, plastik kart olmadan nağd pulun xüsusi kodla bankomat vasitəsilə alınması; • Günün istənilən saatlarında (24/7/365) nağd vəsaitin əldə olunması imkanı; • Kodun iki hissəyə bölünməsi və müxtəlif yerlərə çatdırılması (çek və mobil telefon) ilə təhlükəsizliyin təmin edilməsi.

3. PİN Change AtaBank-ın plastik kart sahiblərinə təqdim etdiyi “PİN Change” xidməti onlara öz standart PİN kodlarını yeni və daha yadda qalan kodla əvəzləmək imkanı verir. Belə ki, kart dəyişdirildikdə və ya eyni adam bir neçə kartın sahibi olduğu halda bütün PİN-kodları yadda saxlamaq çətinlik yaradır. “PİN Change” xidməti məhz belə kateqoriya müştərilər üçün yaradılmışdır. Yeni xidmət istənilən dördrəqəmli kodu fikirləşib karta tətbiq etmək imkanı verir. Müştəri kodu AtaBank-ın bankomatlarında və ya “Mobile-banking”, “E-card” xidmətləri vasitəsilə günün istənilən vaxtı onlayn olaraq dəyişdirə bilər. Xidmət bankın emissiya etdiyi bütün kartlara şamil edilir. PİN-kodu dəyişmək üçün bankomatda aşağıdakı əməliyyatları həyata keçirmək lazımdır: XİDMƏTLƏR > PİN CHANGE >YENİ PİN-KOD Xidmətin dəyəri cəmi 3 manat təşkil edir.


Atabank Platinum Brochure  

Atabank Platinum Brochure

Read more
Read more
Similar to
Popular now
Just for you