Issuu on Google+

ZOOLOGİYA Heyvanların təkamülü


Onurğasız heyvanların təkamülü


Birhüceyrəli heyvanların m ə nş ə yi İlk canlı varlıqlar kiçik selik topası şəklində olmuş, bunlarda

hüceyrənin quruluş elementləri olmamışdır. Lakin onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsini yerinə yetirilməyə və artıb-çoxalmağa qabil olmuşlar. • İlk birhüceyrəli orqanizmlər öz başlanğıcını məhz bu selik topalarından götürülmüşlər.Hazırki təsəvvürlərə ibtidai birhüceyrəli heyvanların əcdadları qədim birhüceyrəli qamçılılar olmuşdur.


Çoxhüceyrəli heyvanların m ə nş ə yi Koloniyaların yaranması heyvanların quruluşunun sonrakı

inkişafının mürəkkəbləşməsində mühüm əhəmiyyət daşımışdır. Qədim koloniyalı ibtidailərin müxtəlif qatlara ayrılaraq ilk çoxhüceyrəli orqanizmlərə başlanğıc vermişdir . Bu qatlarda yerləşən hüceyrələr xarici mühitin təsirindən fərqli istiqamətlərdə inkişaf etmiş və nəticədə iki funksiyanı yerinə yetirən qrup əmələ gətirmişdir. Hidrada olduğu kimi xarici qatda yerləşən hüceyrə qrupu müdafiə, hərəkət və qida əldə etmə funksiyasını yerinə yetirmiş, daxili qatdakı hüceyrələr isə həzmə xidmət etmişdir.


Süngərlərin mənşəyi • İlk çoxhüceyrəlilər olan süngərlər məhz koloniyalı ibtidailərdən əmələ gəlmişdir. Onların bədənini təşkil edən hüceyrələr bir-birindən az fərqlənmişdir. Süngərlər heyvanlar aləminin tarixi inkişafında kor şaxə əmələ gətirmiş və özlərindən sonra başqa heyvan qruplarına başlanğıc verməmişdir.


Bağırsaqboşluqluların mənşəyi • Bağırsaqboşluqluların bədən quruluşu və hüceyrələri süngərlərə nisbətən daha da ixtisaslaşmış, dəri-əzələ və sinir hüceyrələri yaranmışdır və onlarda refleks meydana gəlmişdir. Bağısaqboşluqlular da süngərlər kimi koloniyalı ibtidailərdən başlanğıc götürmüşlər. Bağısaqboşluqluların daxili qatında qamçılı hüceyrələrin olması, hidranın mayalanmış yumurta hüceyrəsinin amöbə oxşaması qədim ibtidailərlə qohumluğun olduğunu göstərir.


Sap qurdların mənşəyi • Sap qurdlar sərbəst yaşayan qədim yastı qurdlardan başlanğıc almışdır. İlk dəfə olaraq onlarda anal dəlik və bədən boşluğu yaranmış və bu xüsusiyyətlərinə görə yastı qurdlardan fərqlənirlər.


Həlqəvi qurdların mənşəyi • Qurdların ümumi əcdadlarından başlanğıc almışlar. Bu heyvanların təkamülündə ən mühüm mərhələ bədənin buğumlu olmasıdır. Həlqəvi qurdlarda sap qurdlardan fərqli olaraq ilk dəfə ikinci bəən boşluğu, qandamar sistemi və tənəffüs sistemi yaranmışdır.


Molyuskaların mənşəyi • Dənizdə yaşayan molyuskaların bəzilərinin sürfələri dənizdə yaşayan çoxqıllı həlqəvi qurdların sürfələrinə oxşardır.Buna görə də molyuskalar və həlqəvi qurdların ümumi mənşədən başlanğıc almaları süfrələrinin quruluş xüsusiyyətlərinə görə ehtimal olunur.


Buğumayaqlıların mənşəyi • Buğumayaqlılarla dənizlərdə yaşayan çoxqıllı həlqəvi qurdlar arasında olan oxşarlıq onların mənşəcə qohum olduğunu göstərir.Hər iki tipin nümayəndələrində buğumlu bədən,sinir sistemi,tənəffüs sistemi (xərçəng kimilərdə) bir – birinə çox oxşardır.Qədim buğumayaqlılardan nəsli kəsilmiş trilobitlər çoxqıllı dəniz qurdlarına oxşamışlar.Ancaq onların hər bir buğumunda bir cüt ətraf olmuşdur. Trilobitlər qədim buğumayaqlılar və həlqəvi qurdlar arasında keçid təşkil etmişdir.


Xordalıların mənşəyi • Xordalıların yaranması heyvanların tarixi inkişafında ən mühüm hadisə hesab olunur.İbtidai xordalı heyvanlar (neştərçə) həlqəvi qurdlarla bir sıra quruluş oxşarlığına malikdir. • Bununla yanaşı udlaq qəlsəmələri ,xorda, sinir borusu və s. əlamətlərin olması neştərçənin təkamüldə daha yüksək pillədə durduğunu göstərir.Heyvanların təkamülündə kəlləsiz xordalılar passiv həyat keçirmiş,digər xordalılar isə fəal həyat tərzinə keçərək inkişaf etmişdir. Bunlar da çənəsizlərə başlnğıc vermişdir.


Balıqların mənşəyi • Uzun sürən təkamül nəticəsində çənəsizlərdən əvvəlcə qığırdaqlı balıqlar,sonra sümüklü-qığırdaqlı,n əhay ət sümüklü balıqlar inkişaf etmişlər.


Amfibilərin mənşəyi • Qədim balıqlardan olan pəncəüzgəcli balıqların əmələ gəlməsi quru onurğalıların təkamülündə mühüm rol oynamışdır.Onurğalı heyvanların sudan quru həyat tərzinə kçməsi iki mühüm uyğunlaşma ilə əlaqədar olmuşdur.bərk substrat üzərində gəzmək və atmosfer havası ilə tənəffüs etmək.İlk amfibilər (steqosefallar) qədim pəncəüzgəcli balıqlardan əmələ gəlmişdir.Onlar su hövzəsi sahillərində yaşamış və suda coxalmışlar.


Sürünənlərin mənşəyi • İlk sürünənlər (katilozavrlar) öz başlanğıcını steqosefallardan götürmüşdür.Onlar sür ətl ə inkişaf etmiş və nəhəng sürünənlərə başlanğıc vermışdir.Sürünənlər yer üz ərind ə uzun müddət hökmanlıq etmiş və Mezozoy erasının sonunda məhv olmuşlar.


Quşların mənşəyi • Quşlar öz mənşəyini hava sahəsini zəbt ed ən qədim sürünənlərdən almışlar. Onların bədən quruluşu , çoxalmaları və s. kimi xüsusiyyətləri quşların sürünənlərdən başlanğıc almalarına şübhə yaratmır.


Məməlilərin mənşəyi • Tarixi inkişaf prosesində sürünənlərin istiqanlı heyvanlara başlanğıc verməsi iki istiqamətdə getmişdir.Quşlarla yanaşı , məməlilər də onlardan yaranmışdır. Hər iki sinif sürünənlərin fərqli şaxələrindən başlanğıc almışlar.Sürünənlərdən fərqli olaraq, məməlilərdə istiqanlılıq, dördkameralı ürək,tük örtüyü , və s. kimi xüsusiyyətlər yaranmışdır. • Ümumiyyətlə , heyvanlar aləminin uzun tarixi inkişafı daha yüksək quruluşlu onurğalı heyvanların – primatların əmələ gəlməsinə gətirib çıxarmışdır.


zoologiya