Ataxan ƏBİLOV. Avropa İnsan Hüquqları Məhkəməsi və Azərbaycan

Page 33

informasiya vasitələrində, o cümlədən, mətbuatda dövlət senzurası qadağan edilmişdir (50-ci maddənin II hissəsi). Əlbəttə, bu məsələlər söz azadlığının çərçivəsi haqqında kifayət qədər aydın təsəvvür yaradır. Bununla yanaşı ayrı-ayrı elementlərin təhlili zamanı Məhkəmə təcrübəsinə istinad etmək zəruri hesab edilməlidir.

2.3.2. Dinc yığıncaqlar və nümayiş azadlığı

Hər kəsin dinc yığıncaqlar azadlığına malik olması Konvensiyanın 11-ci maddəsində öz əksini tapmışdır. Dinc yığıncaqlar azadlığı, həmkarlar ittifaqı yaratmaq hüququ da daxil olmaqla, assosiasiyalar azadlığı ilə bir maddədə nəzərdə tutulub. Bu hüquqlar demokratik cəmiyyətin vacib elementləri olub, belə cəmiyyətin sosial dəyərlərinə əsaslanır. Digər normalarda olduğu kimi, Komissiya və Məhkəmə bu normaya da genişləndirici təsvir vermişdir. Məsələn: 8191/78 saylı ərizəyə şərh verərkən Komissiya belə qənaətə gəlmişdir ki, "bu hüquq həm xüsusi yığıncaqları, həm də içtimai yerlərdə keçirilən mitinqləri əhatə edir. Son hüquqla əlaqədar xüsusi icazə prosedurunun mövculuğu faktı, bir qayda olaraq, bu hüququn mahiyyətinə toxunmur. Belə prosedura, əgər o, yalnız və yalnız hakimiyyətin mitinqin dinc xarakterinin təmin edilməsi imkanına yönəlibsə və özü-özlüyündə bu hüququn həyata keçirilməsinə maneçilik törədilməməsinə uyğundursa, 11-ci maddənin birinci bəndindəki müddəaların yerinə yetirilməsinə uyğundur". Bundan başqa, Komissiya hökumət tərəfindən müəyyən şəhərlərdə mitinqlərin müvəqqəti olaraq qadağan edilməsini 11-ci maddənin ikinci bəndi nöqteyi-nəzərindən qəbul edilən hesab etmişdi. Belə ki, konkret nümayişin keçirilməsi zamanı ümumi təhlükəsizlik və qayda üçün ciddi təhlükə mövcud ola bilər. Lakin belə hallarda dövlət tərəfindən qoyulan məhdudiyyət məhdud coğrafi zonanı əhatə etməli və qısa müddətli olmalıdır. 8440/78 saylı ərizəyə baxarkən Komissiya göstərmişdir ki, "dinc yığıncaqlar azadlığı dinc nümayiş təşkil etmək niyyətində olan hər bir kəs üçün təmin edilir. Əks nümayişin zorakı xarakter daşıması ehtimalı və ya nümayişə həmin assosiasiyaya üzv olmayan ekstremistlərin qoşulma imkanı və onların zorakılıq hərəkətləri törətmək niyyəti özü-özlüyündə bu hüququ ləğv ed? bilm?z, ... belə mitinqlərə qoyulan hər hansı məhdudiyyət bu maddənin ikinci bəndinin müddəalarına uyğun olmalıdır". Bundan əlavə, Məhkəmənin qənaətinə görə mitinqdə söylənilən fikirlər, səsləndirilən ideyalar bəzi dairələrin əleyhinə ola bilər. Əleyhdarların fiziki zorakılıqından qorunmaq imkanı mitinq 26iştirakçıları üçün dövlət tərəfindən təmin olunmalıdır. Mitinq və küçə yürüşlərinin keçirilməsilə əlaqədar təcrübədə meydana çıxan çətinliklər nəzərə alınaraq dövlətə nümayişlərin keçirilməsi üçün icazənin verilməsi, orada polis müdafiəsinin təşkili və s. bu kimi müəyyən tədbirlər görmək imkanı verilmişdir.


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.