Page 1

En


Bu jurnal heç bir qurum ya təşkilata bağlı qalmadan hazırlanır. Hələki yalnızca internet vasitəsilə paylaşılır. Birinci say jurnalist Çingiz Mustafayev`ə və Şəfəq Elçin`ə ithaf olunur.

Baş Redaktor: Möhsün Mirvəlişli Redaktor: Selcan Əhməd Tərtibat: Böyük Zərdüşt Üz qapağı: Böyük Zərdüşt

Əlaqə: G-mail: amneziyajournal@gmail.com Facebook: https://www.facebook.com/Amneziya100/ Twitter: https://twitter.com/Amneziya100 Blog: https://amneziyajournal.wordpress.com


İÇİNDƏKİLƏR: 01. “Utopik Cinayətim”..............................4 (Selcan Əhməd) 02. “Uzun saçlı, rok həvəskarı...”..............9 (Möhsün Mirvəlişli) 03. “Qız Qalası”..........................................12 (Əbülfət Əhmədov) 04. “Stolüstü Kitabım” (Dostoyevski – “Bəyaz Gecələr”).......17 (Bəyaz Zərdüşt) 05. “Hamı`ya Məktub”..............................19 (Selcan Əhməd)


“UTOPİK CİNAYƏTİM” (roman-xatirə bir parça) I Hər kəs düşünə bilər. Amma hər kəs düşüncəsindəki insan ola bilməz. Bunun üçün cəsarət lazım dır. Oxuyacağınız əsərdə də...yox, yox bu barədə heç bir şey oxumayacaqsınız. Sadəcə bir neçə maraqlı insanla tanış olacaqsınız. Realda heç vaxt tanış ola bilməyəcəyiniz insanlarla. Odur ki, sevin onları... Hələki bu gündəliyi oxumaqla evin təməlini qoyaq... 4


An etibarilə 7-ə qalır. Fevral ayının 20-sidir və gözəl qar yağır. Pəncərənin kənarından bunu müşahidə edirdim ki, həyətin qapısı açıldı. Bu bəs deyilmiş kimi ev telefonu da çaldı. Bacımla aramızda mübahisə yaranacaqdı. Nə etmək olar? Kim telefona cavab verəcək? Kim qapıya baxacaq? “TELEFONA BAX DA” komandasıyla işimin nədən ibarət olduğunu anladım. Gələn evin sahibəsi idi. Onun gəlməsi normal hal idi. Lakin telefon... Açdım. - Alo - Bəli? - ... - Alo, kim lazım idi? - Fərqi yoxdur. Təcili kömək lazımdır. - Necə? Başa düşmədim. - Xahiş edirəm, “flan,flan; gəlin! - Mən? - Sadəcə bir nəfər lazımdır. - Bilmirəm, düz edirəm ya səhv... gəlirəm. (xətt kəsildi) Yola çıxmaq üçün hazır vəziyyətdə idim.

5


Telefonu bir kənara qoyaraq evdəkilərə düz bildiyim bir yalanımı dedim. Yol çox uzun deyildi. Piyada... 10 dəqiqəlik yol idi. Vaxtında çata bilməyi bacarmışdım, zənnimcə. Çox qəribə bir mənzərəylə qarşılaşdım. 18-19 yaşlarında iki oğlan və bir qız bərələmiş gözləri ilə mənə tərəf baxırdılar. Yaxşı ki, qızın üzündə səmimi bir gülüş var idi. Yoxsa ölümüm barədə düşünməyə başlayacaqdım ki, birini deyəsən öldürməyə çalışıblar amma alınmayıb. Hər üçünün də gözü bataqlıq rəngindəydi. O an yalnız bununla maraqlanırdım. İşıqlı bir yer idi. Əvvəl də burda olmuşam. Hər kəs skamyalarda oturanda mən adətən onların arasındakı ağaca söykənərək boş vaxtımı keçirərdim. Yəni başa düşdüyünüz, bu məkan daimi məskənlərimdəndi. Bu üç nəfərin bu qədər sabit qalması məni qorxudurdu. Və nəhayət buruq saçları ilə görüntüsü daha da qorxulu olan oğlan danışmağa başladı. - Sən idin hə? Vaxtında gələ bildin. - Telefonu açanı deyirsənsə, hə. Kömək deyirdin. 6


Düzdür, sizləri tanımıram amma xahiş etdin axı. - Şübhəli adamlara oxşamırıq? - Niyə yalan deyim? Sanki həbsdən təzə qaçmısız, əlinizə telefon keçən kimi bəxtəbəxt bir nömrəyə zəng vurmusuz ki, bəs gizlənməyə yer lazımdır, amma inanmıram bu qədər məntiqsiz bir səbəb olsun. - (gözləri ilə gülərək) Mən Pino. Qızın adı Reza, digər oğlanın adı isə Marizmiş. Nəyə görə məni çağırdıqlarını soruşdum. Məni tanımadıqlarına özümü o qədər inandırmışdım ki, ssenarini heç cürə poza bilməzdim. Verəcəkləri cavab həyatımı dəyişəcəkdi sanki. Sualımı Mariz cavablandırdı və məni necə tapdıqlarını başa saldı. Bərəmdə hər şeyi bilirlərmiş. Halbuki mən heç bunu düşünməmişdim. Hələ də təsadüfi bir hal olduğunu fikirləşirdim. Hər zaman arzuladığım bir şeyin bir anda reallaşması 4-5 dəqiqəlik huşunu itirməklə nəhayət tapdı. 7


Gözlərimi açanda həmin vəziyyətdə qaldıqlarını gördüm. Normal insan kömək edir adətən. Artıq suallarım öz cavabını tapmışdı. Əhatəmə yeni anormallar daxil olmuşdu... (davamı növbəti sayılarımızda)

- Selcan Əhməd

8


“UZUN SAÇLI, ROK HƏVƏSKARI...” XX əsrin böhranla dolu sonları... Sovet steriotiplərinin dağılma vaxtı... Hələ Azərbaycan yeni-yeni Avropa incəsənətinə, standartına yol tapmışdı. Bu qarmaqarışıqda Bakıda Tibb Universitetində təhsil almış, “Beatles”, “Rolling Stones” kimi dünya roku dahilərinin hər mahnısını əzbər bilən rok həvəskarı, həm də jurnalistikada da özünü sınamağa çalışan birini təsəvvür edin.. Çətin gəlir, hə?

9


Çingiz Mustafayev - Azərbaycan musiqisində keçən əsrin sonlarında fəaliyyət göstərən ilk DJ, ilk reper, rokçu idi. Onun atası onu hərbçi görmək istədiyindən, Çingizi “Cəmşid Naxçivanski Adına Hərbi Lisey”ə yollamışdı. O, burada 3-cü sinifdən 10-cu sinifə qədər təhsil aldı. Nəhayət, o, hərbi məktəbi tərk edib, müntəzəm orta məktəbə daxil olmuşdu. Özünü islahatçı-novator görən Mustafayev, 1970ci illərdə keçmiş SSRİ-də və Azərbaycanda ilk disko-klubun yaradıcısı olmuşdur. 1981-ci ilin sentyabr ayında, Mustafayevin başçılığı altında, 12 nəfərdən "light DJ" və "texnik"lərdən ibarət olan “3M” adlı qrup yaradılmışdır. Anası onu həkim görmək istədiyindən, Mustafayev 1977-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, 1983cü ildə institutu müvəffəqiyyətlə bitirir. Onun “Dünənki Keçdi” mahnısı; musiqiçi, söz yazarı Rasim Müzəffərli ilə müştərək qurduqları “Ozan” qrupu; “Cəngi” birliyindəki aktiv fəaliyyəti o dövrün gəncləri arasında çox yayılmışdı. Onun imzasını qoydu hər iş şübhəsiz, çox gözəldir. İki filmdə (“Özgə Ömür”, “Yaramaz”) rol alıb. 10


(1985, “Cəngi”)

(Ç.Mustafayev dostu ilə, 1983)

Onun Xocalıda çəkdiyi kadrlardan 1996-cı ildə “Dəyirman” rep qrupu “Qurd” albomunda yer alan “Ya Qarabağ, Ya Ölüm!” trekinin əvvəlində remiks olunub. 11


O, “gənc bir oğlan hərtərəfli olub, hər sahə ilə məşğul ola bilərmi?” sualına ən optimalı cavabı vermişdi. O öz etdikləri ilə hər şeyi sübut etmişdi. Niyə də olmasın?! Onun haqqında çox söhbətlər gedib, mahnılar yazılıb. Bu isə qısa arayış idi. Daha ətraflı informasiyanı oxuyucularımızın ixtiyarına veririk. Biz onun incəsənt yönünü açmağa çalışdıq. Çingiz Mustafayev – indiki Azərbaycan gəncinin, jurnalistikasının yeni simvolu!...

- Möhsün Mirvəlişli

12


“QIZ QALASI” (araşdırma, fərziyyə-toponim) Bakı toponimi haqqında o qədər deyilib, yazılıb ki, həqiqətdən başqa! Fərziyyələr olmasa həqiqət bəlkə də çox uzaq qalar. Bu deyilənlər, yazılanlar bizi sanki şüurlu və qərəzli şəkildə həqiqətdən uzaqlaşdırır. Bir yöndən fars mənşəli olan “badkubə” sözü də “Bakı” adının yaranmasıyla əlaqəliymiş deyilir. Axı “badkubə” –bu sözün “Bakı”-ya nə dəxli var? “Nəsimi” filmində məhz Bakı kafirlər yurdu adlandırılır. Bu isə düşmən dəyirmanına su tökməkdir. Savadım olsaydı bu barədə daha çox yazardım, 13


tənbəlliyim olmasaydı bu cəfəng sayıqlamaları daha çox uzadardım. “Baqovan” daha məzəlidir. “Baqovan” yəni “Boqovan”, “Boqun evi”, “Boqun vətəni”, “Boq” “Boq” “Boq”. Rusca bildiyimə görə “Allah, tanrı” deməkdir. Əgər bütün “ərşi-əla” Allahın, boqun, tanrınındırsa bu balacalıqda “Bakı” onu evi, vətəni necə ola bilər? Ruslar Bakını “Boqun yeri”, farslar isə “Bəd-Kəəbə” deyərək ruslaşdıra bilir və ya Kəəbəyə qarşı qoya bilirlər. Biz isə bu ilahiləşdirmələri fəxrlə, sevinclə qəbul edib, özümüzü unuduruq. Doğrudanmı mümkün deyil görmək adi həqiqəti? Hərif yedirəyedirə, hərflərimizi yeyə-yeyə hərifləyiblər bizi. Bəlkə bu insanın həyatı bahasına olan bir həqiqətdir ki, burnumuzun ucundadır, amma deyə bilmirik və ya o haqda düşünə bilmirik. Bu açıqlama o qədər bəsit və adidir ki, adam utanır deməyə. Bu ki, axı sadəcə kar “k” ilə “Bakı”, cingiltili “k” ilə “Bakı” deməkdir. İndinin özündə türklər “baxmağa” “bakmak” deyirlər. “Qız qalası” Bakıda tikilən binaların ən yaşlısıdır desək, yalan olmaz. Bəlkə də bu qala yaxın keçmişdə müdafiə məqsədli istifadə olunub, amma uzaq keçmişdə tikilmə məqsədi başqa olub (çox yəqin ki).

14


Bəlkə də bu atəşpərəstlik dövründə ayinləri icra etmək məqsədi daşıyıb. Bu qalaya “qüllə” desək daha məntiqli səslənərdi. Çünki “qala” deyiləndə “müdafiə məqsədli” anlamına gəlir. Onun isə müdafiə məqsədli olmasından əsər əlamət yoxdur. Qüllənin çox güman ki, yerüstü, birbaşa girişi olmayıb. Bu girişi islam Azərbaycana gələndən sonra adını, soyadını qüllənin yuxarısına həkk eləmiş hansısa “ibn” “ibnə” açdırmış və ya açmış və qülləni öz adına çıxartmışdır. Kahinlər ayinləri icra etmək üçün yeraltı yolla qüllənin yastı damına çıxarmışlar və sanki qeybdən var olurmuşlar. Bu isə camaatda qülləyə qarşı ilahi bir yer təəssüratı oyadırmış. Kahinlərə isə qeybdən var olan ilahi bir varlıq kimi baxırmışlar. Qüllənin yastı damında tanrı ilə “birbaşa” təmas qurulurmuş, qurbanlar mı seçilirmiş ya yalvarışlar mı edilirmiş... “Qız Qalası” yuxarıdan baxanda Azərbaycan milli xalçalarını bəzəyən butaya bənzəyir. Bəlkə də bu elə bir simvoldur ki, bunu bəlkə də hələ izah eləmək mümkün deyil. Bu bəlkə 9 və ya 6 forması deyil, xalçaları bəzəyən buta məhz qız qalasının özüdür. Fərziyyələr... Bu simvolu oxumaq üçün uzaq, çox uzaq keçmişə qayıtmaq lazımdır. 15


Qantəmir xan ola-ola belə heç bir rahatlığı, genişliyi olmayan bir saray tikdirə bilməzdi, tikdirməzdi. Heç qalanın indiki giriş qapısı da olmayıb. Oraya giriş yəqin ki, yeraltı yolla olub. Pəncərələr (bunlara pəncərə demək mümkünsə) dənizə tərəf yuxarıdan aşağı cərgələnib. “Qız Qalası” isə sanki bu pəncərələri nədənsə qoruyurmuş kimi qucaqlayıb. Pəncərələrdə işarə vermək üçün məşəl yandırırmışlar. Külək məşəlləri söndürməsin deyə də məhz pəncərələr “Qız Qalası”nın qucağında qoyulub. Bu qala mayak mı olub? Bu qaladan harasa baxırmışlar mı?..Dənizə mi, planetlərə mi?..Hər nə isə bu məhz müşahidə etmək, baxmaq üçün tikilibmiş. Bakıda indiyə qədər tikilən binaların yaşıyla “Qız Qalası”nın yaşını müqayisə etsək, bu qala fantastik dərəcədə daha qədimdir.

- Əbülfət Əhmədov

16


“STOLÜSTÜ KİTABIM” (Ekzüperi – “Balaca Şəhzadə”) Bu əsəri ilk oxuduğumda bir az daha “yetişkin” idim və uşaq ruhumu artıq itirmişdim. Soyuqqanlığın çox qapıları açacağında əmin halda və intellektual formada mövzuya yaxınlaşdım. Belə edəndə də, çox məsələni fərqinə vara bilmədim. Hətta bunun böyüklər üçün yazılmış bir nağıl olduğunu belə düşündüm. Ancaq hər şey mətnin içində idi. Kiçik Şəhzadə kimdir? Özünü sorğulama ilə ortalığa çıxan “İçimizdəki Mən”dir. 18


Böhran vaxtlarında önə çıxan “dərindəki adam”dır. Bu kitabın müəllifidir. Lap elə biz özümüzük! Bu kiçik romandır. Kitabdaki orginal illüstrasiyalar Ekzüperi tərəfindən çəkilmişdir. Kiçik Şəhzadə`nin planetlərə etdiyi səyahət Sent Ekzüperi’nin öz içində etdiyi axtarışdır, güzgüdəki əksimizdir Ziyarət edilən hər planetdə eqo`muzun bir oyunu ilə qarşılaşırıq. Böyükdən kiçiyə bu kiçik roman “Mütləq Oxunmalılar” içərisində yer alır.

- Böyük Zərdüşt

19


“HAMI`YA MƏKTUB” - Əziz Hamı, Sizə sevinəcəyiniz bir xəbər göndərirəm. Bu məktubu oxuduğunuz an bəzi insanların sahib olub digərlərinin olmadığı xoşbəxtlik və bədbəxtliyi yaxından, öz çılpaq gözlərinizlə görəcək, “saf” ruhunuzla hiss edəcək, dilə gətirmədiyiniz gerçəklərinizi qışqırmaq istəyəcəksiniz. Bəlkə də heç diqqət etmədən şirin həyatınıza davam etdiniz. Əgər insanları “məcbur olmadıqca evdən çıxmayan” və “dörd fəsli evsiz keçirməyə məcbur olan” deyə iki qrupa ayırsaq, 20


bu hardasa yüz illər sonra öz gerçəkliyini tapar. Deməli, hazırda o yola doğru gözübağlı addımlayırıq. Fərziyə deyib keçməyin. Düşünün. “Ac və köməksiz uşaqlar” – bu ifadəyə bəşər tarixinin ən böyük bədbəxtliyi deyə bilərik. Bütün fərziyələrdə bu ifadə sayəsində məhv olub gedir və geriyə sadəcə gerçəklik qalır. Onlara yad olan çox şeyə biz sahiblik edirik. Belə bir deyim var – “Bədbəxt olana qədər xoşbəxtsən”. Bəs indi anlıq xoşbəxtlikləri necə adlandıraq? Yaxud doğulduqları zamandan bu vaxta kimi bədbəxt olanları? Bəlkə də həmin insanların artıq nələrisə düzəldib, hər şeyi yerinə qoymağa zamanları yoxdu və bəlkə də onların heç vaxt əldə etmədikləri xoşbəxtliklərə sahiblik edirik. Bəlkələr. O bəlkələr ki, insanı əqidəsindən döndərməyə qadirdi. Bir sözlə daxildə olan fəsli dəyişməyə fürsət varsa bunu özünüzdən gizlədib öz düşməninizə çevrilməyin. Həyata pərdə arxasından da baxmağa cəht edin. - Selcan Əhməd

21

"Amneziya" magazine №01 (April, 2017)  
Read more
Read more
Similar to
Popular now
Just for you