Page 1

M A R T

02(06) 2009

İNFEKSİYASIZ MƏHƏBBƏT

YUXUSUZ GECƏLƏR

QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ AZƏRBAYCANIN MƏTBƏX MƏDƏNİYYƏTİ Tahir Əmiraslanovla müsahibə

NOVRUZ BAYRAMI VƏ SAĞLAMLIQ


AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL Mart 2009 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Kazım oğlu Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə

SƏHİYYƏ XƏBƏRLƏRİ.........................................4 İCTİMAİ SƏHİYYƏ AİLƏ HƏKİMİ VƏ AİLƏNİN PSİXİ DURUMU.....................6

CAN SAĞLIĞI

Baş redaktor Gülnar Məsimli

NOVRUZ BAYRAMI VƏ SAĞLAMLIQ..............................8

Tibbi redaktor Əli Nağıyev

ANTİBİOTİKLƏR VƏ FƏSADLARI..................................12

Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Əlfəddin Abdullayev tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi Fərid Ələkbərli tarix elmləri doktoru Art-dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Texniki işlər üzrə menecer Natiq Nəbili Marketinq üzrə menecer Anar Əzimov Reklam meneceri Cavid Mustafayev Korrektor-operator Rəna Kərimova

KALSİUM ÇATMAYANDA................................................14 YUXUSUZ GECƏLƏR......................................................15 DAMAR “ULDUZCUQLAR”I...........................................16 AĞCİYƏRDƏNKƏNAR VƏRƏM......................................18 YENİYETMƏLƏR NARKOTİKLƏR HAQQINDA NƏ BİLMƏLİDİRLƏR?.....................................................20 BEYNİMİZİN İSTİFADƏ ARAYIŞI....................................22

REPRODUKTİV SAĞLAMLIQ SONSUZLUQ...................................................................26

Fotoqraf Ellada Novruzova

TOKSİKOZ: GƏLƏCƏK ANALARIN SINAĞI..................28

Yazarlar Rəna Namazqızı Xəyalə Mustafayeva

ARZUOLUNMAZ HAMİLƏLİK.........................................30

“Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510

İNFEKSİYASIZ MƏHƏBBƏT............................................32

Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

ŞƏRQ TƏBABƏTİ VƏ MÜASİR DÜNYA.........................34

Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 Qiyməti: 3 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

TİBB TARİXİ KÖRPƏM SÜDƏMƏR UŞAĞIN YEMƏYİ..........................................38 UŞAQ YOLUXUCU XƏSTƏLİKLƏRİ...............................40


GÖZƏLLİK ONDUR... BOTOKS NƏDİR?......................................44

QİDA RASİONU VƏ BAŞ AĞRILARI..........................................64

GÖZALTI KÖLGƏLƏR...............................................46

İŞDƏ QƏLYANALTI....................................65

İNCƏSƏNƏT VƏ SAĞLIQ

“AZ AŞIM, AĞRIMAZ BAŞIM”..................66

PARÇANIN MÜALİCƏ XÜSUSİYYƏTLƏRİ....................................50

BAYRAM ZİYAFƏTİ VƏ TOXLUQ.............68

QONAĞIMIZ QANUNLARIMIZ SAĞLAMLIĞIMIZI QORUYUR (Hadı Rəcəbli ilə müsahibə).....................52

TƏRƏVƏZLƏR...........................................70

PSİXOLOGİYA ORQANİZMİN KONSTİTUSİYASI..............72

XALQ TƏBABƏTİ İTDİRSƏYİ: GÖZLƏRİNİZİ QORUYUN.................................................56

ZƏHƏRLİ ZOB VƏ PSİXOLOGİYA...........................................74

SİSTİT OTLARLA MÜALİCƏ OLUNUR....................................................56

ŞOPİNQ-TERAPİYA...................................75 QƏDİM ŞƏRQ FƏLSƏFƏSİ.......................76

QİDALANMA AZƏRBAYCANIN MƏTBƏX MƏDƏNİYYƏTİ (Tahir Əmiraslanov ilə müsahibə)...........60

İLK TİBBİ YARDIM YANIQLAR.................................................78

BU SAYIMIZIN EKSPERTİ MƏHƏMMƏD KƏRİMOV Tibb Universitetinin Ümumi cərrahiyyə kafedrasında fəaliyyət göstərir. “Qida borusunun xərçənginin proqnoz amilləri və cərrahi müalicəsi” mövzusunda doktorluq dissertasiyası müdafiə edib. 2006-cı ildə Səhiyyə Nazirliyinin baş cərrahı təyin olunub.

səh.12


4 Azərbaycanda reproduktiv sağlamlıq sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə konfrans keçirilib Bakıda reproduktiv sağlamlıq sahəsində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması üzrə ikigünlük konfrans keçirilib. Konfransın keçirilməsində məqsəd təbabətə uyğun milli keyfiyyət standartlarının yaradılması, bu standartların diplomaqədər və diplomdan sonrakı tədris proqramına salınması və reproduktiv sağlamlığın ilkin səhiyyə xidmətlərinə inteqrasiyasına nail olmaq idi. Qeyd edək ki, konfrans ABŞ‑ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilib. Fevral ayının 17‑18‑də “Ambassador” otelində keçirilən konfransda səhiyyə sistemində keyfiyyət standartlarının inkişafı, pasiyentə yönəlmiş xidmət keyfiyyətinin yaxşılaşdırıl‑ ması və reproduktiv sağlamlıq sahəsində gənc mütəxəs‑ sislərin hazırlanması və təhsil proqramının gücləndirilməsi məsələləri müzakirə olunub. Onu da bildirək ki, konfrans USAİD tərəfindən maliyyələşdirilən və dünya üzrə reproduktiv sağlamlıq (RS) və ailə planlaşdırılması (AP) xidmətlərinin inkişaf etdirilməsi və təkmilləşdirilməsi sahəsində Qlobal Əməkdaşlıq çərçivəsində Azərbaycanda həyata keçirilən 5 illik ACQUİRE (Reproduktiv Sağlamlıq Xidmətlərinin Əldə Edilməsi Mümkünlüyü, Keyfiyyəti və İstifadəsi anlamlarından ibarət abreviatura) Layihəsi çərçivəsində baş tutub. ACQUİRE Layihəsi 2004‑cü ilin oktyabr ayından başlayaraq Səhiyyə Nazirliyi, yerli səhiyyə idarələri və icmalarla sıx əməkdaşlıqda Azərbaycanın 7 rayonunda (Ağsu, Kürdəmir, Şamaxı, Göyçay, İsmayıllı, Abşeron) RS və AP xidmətlərinin əlçatanlığı, keyfiyyəti, istifadəsi və davamlılığının yaxşılaşdırılması istiqamətində

fəaliyyət göstərir. Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru dr. Ceyhun Məmmədov, ABŞ‑ın Beynəlxalq İnkişaf Agentliyinin Ölkə üzrə koordinatoru Skot Teylor, Ümumdünya Səhiyyə Təşkilatının Avropa regional bürosunun reproduktiv sağlamlıq və tədqiqatlar üzrə regional məsləhətçisi Quanta Lazdane, reproduktiv sağlamlıq üzrə milli koordinator Faizə Əliyeva, millət vəkilləri Məlahət Həsənova, Musa Quliyev və başaqları çıxış ediblər. Qeyd edək ki, Milli Məclisin yaz sessiyasında "Reproduktiv sağlamlıq haqqında" qanun layihəsi müza‑ kirəyə çıxarılacaq. Millət vəkili Məlahət Həsənova hesab edir ki, qanun birinci oxunuşda qəbul olunacaq. Sessiya ərəfəsində qanun layihəsinə bəzi düzəlişlər də edilib. Ümumilikdə Azərbaycan cəmiyyətində reproduktiv sağlamlıq məsələsinə çox böyük diqqət var.

Yeni hemodializ mərkəzi istifadəyə verilib Xroniki Böyrək Çatışmazlığına dair dövlət proqramı çərçivəsində hemodializ müalicəsini alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir. Bunlardan biri də və ən vacibi ölkədə müasir tələblərə cavab verən hemodializ mərkəzlərinin yaradıl‑ masıdır və bu da dövlətimizin və cənab Prezidentin səhiyyəyə olan şəxsi diqqəti və qayğısı nəticəsində uğurla həyata keçirilir.

Azərbaycan Səhiyyə Nazirliyi yaxın vaxtlarda xroniki böyrək çatışmazlığından əziyyət çəkən xəstələr üçün Sumqayıt, Şamaxı, Bərdə, Tovuz, Quba və Cəlilabad şəhərlərində hemodializ mərkəzləri açacaq. Artıq Naxçıvan, Gəncə, Siyəzən, Şirvan, Lənkəran, Qazax, Zaqatala və Qəbələ şəhərlərində belə mərkəzlər istifadəyə verilib. Hazırda respublikada fəaliyyət göstərən 16 dializ mərkəzində xroniki böyrək çatışmazlığından əziyyət çəkən 1200‑ə yaxın xəstə

üçün dövlət hesabına hemodializ seansları aparılır və xəstələr müvafiq dərman vasitələri ilə tam təmin olunur. Adıçəkilən Dövlət Proqramı çərçivəsində növbəti dia‑ liz mərkəzi fevralın 14‑də Bakıda açılıb. “Azərsutikinti” xəstəxanasın‑ da ölkədə ən böyük, 40 “süni böyrək” aparatı ilə təchiz olunmuş, yeni müasir tələblərə uyğun olan hemodializ mərkəzi istifadəyə ver‑ ilib. Bu mərkəzdə 200‑dən artıq xəstə müalicə oluna bilər.


6

AİLƏ HƏKİMİ

VƏ AİLƏNİN PSİXİ DURUMU

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Respublikada icti‑ mai səhiyyə xidmətlərinin təşkili, səhiyyə proqramlarının işlənib hazır‑ lanması və tətbiqi sahəsində əsas istiqamətlərin müəyyənləşdirilməsini, islahatların tibb müəssisələrində tən‑ zimlənməsini, idarəetmə sisteminin təkmilləşdirilməsini, eləcə də səhiyyə‑ nin maliyyələşdirilməsi sahəsində isla‑ hatların aparılmasının metodik əsas‑ landırılmasını həyata keçirir.

Jurnalın əvvəlki buraxılışında söhbət açdığımız “Əhalinin sağlamlığının mühafizəsində ilkin tibbi‑sanitariya yardımının əhəmiyyəti” mövzusunun davamı olaraq ilkin tibbi‑sanitariya yardımının bir hissəsi kimi ümumi praktika həkiminin (ailə həki‑ minin) ailənin psixi durumunda rolu barədə danışmaq istərdik. Ailə kiçik bir sosial təbəqə olaraq, ər‑arvad, valideyn‑övlad, bacı‑qardaş, qohum‑əqrəba münasibətlərinə əsaslanan birlikdir. Onlar birlikdə yaşayır, birgə təsərrüfat yaradırlar. Ailədə insan dünyaya gəlir, böyüyür, təhsil alır, bir şəxsiyyət kimi formalaşır, özü ailə qurur, valideyn olur və vaxtı gələndə dünyasını dəyişir. Ailə üzvü xəstələnir, müalicə alır, sağalır. Bəzən isə sağalma mümkün olmur və xroniki xəstəlik onu ömür boyu müşayiət edir. Belə həyatı proseslər hər bir ailəyə xas olan psixi mühit şəraitində keçir. Ailədə mövcud olan psixi mühitin mülayim və ya sərt olmasından asılı olaraq, bu proseslər mənfi və ya müsbət istiqamətdə inkişaf edə bilər. Ailənin psixi durumu bioloji, psixoloji və sosial amillərdən for‑ malaşır. Bioloji amillərə xroniki xəstəliklər, yeni doğulmuş körpə, ailədə yaşlı insanın olması, sonsuzluq kimi faktorlar aiddir. Keçirilmiş psixi travmalar, ailədaxili münasibətlər, ailənin hər bir üzvünün psixoloji xüsusiyyətləri və s. psixoloji amillərə aid edilir. Sosial amillər isə kasıblıq, işsizlik, təbii fəlakətlər, qeyri‑bərabərlik, narkomaniya, alkoqolizm və digər faktorlardan ibarətdir. Ailənin psixi durumuna ən çox mənfi təsir göstərən problem‑ lərdən ailədaxili münaqişələri, həyat yoldaşına xəyanət etməyi, boşanmaları, uşaqlara qarşı fiziki və psixoloji təzyiqləri, narko‑ maniyanı, alkoqolizmi, işsizliyi, kasıblığı və s. kimi öndə gedən faktorları misal gətirmək olar. Bu baxımdan, ölkədə tez‑tez rast gəlinən bir neçə problemi sadalamaq olar: Övladların dünyaya gəlməsi bəzi ailələrdə psixoloji problem yarada bilər. Məsələn, ailədə təkrar qız uşaqlarının ( 2‑ci, 3‑cü, 5‑ci və daha çox) dünyaya gəlməsi bir çox hallarda son nəticədə ər‑ arvad, gəlin‑qaynana münasibətlərinin pozulmasına gətirib çıxarır; Ailə qurmaq prosesinin özü də problemlərlə qarşılaşa bilər. Azərbaycan ailəsi bu gün sual qarşısındadır – gənclər öz həyatını necə qurmalıdır: milli ənənələrə və ya şəxsi münasibətlərə əsasla‑ naraq? Yeni ailə quran gənclər kimlə yaşamalıdır? Bu da ailənin daha bir psixoloji probleminə çevrilir; Yaşlı valideynlərə kim baxmalıdır? Qız, yoxsa gəlin? Qadına qarşı münasibətlərin pis olması. Bəzi ailələrdə qadına qarşı zorakılıq halları mövcuddur; Sonsuzluq və bununla bağlı ailədə yarana bilən psixoloji prob‑ lemlər. Müasir cəmiyyətdə adət‑ənənələrin zəifləməsi şəraitində xəstə‑ liklərin 80%‑i xroniki olduğu dövrdə (100 il əvvəl bu göstərici 20% təşkil edirdi) və depressiyanın xroniki xəstəliklər arasında ön yerdə olması ilə əlaqədar, pasiyentin problemlərinin psixoloji aspektlərini daha dərindən anlayan və başa düşən, onun ailəsində psixoloji


7 durumu nəzərə alan və öz nüfuzu ilə ona təsir göstərə bilən bir həkimə böyük ehtiyac var. Ailənin psixi durumuna təsir göstərən amillər kütləvi informasiya vasitələrində dəfələrlə işıqlandırılsa da, nüfuzlu, peşəkar həkim məs‑ ləhətləri ailənin bütün üzvləri üçün daha əhəmiyyətli ola bilər. “Ailə həkimi” adı onu birbaşa ailənin əhəmiyyətli bir üzvü, həyatın ən önəmli, çətin, bəzən faciəli məqamlarında ailənin ən mühüm məsləhətçisi və köməkçisi edir. Bunun üçün o, mənəvi cəhətdən təmiz, xəstəni özü kimi, özünü xəstə kimi duya bilən, özünə qarşı tələbkar, psixoloji və fiziki cəhətdən sağlam, tibbi etikadan məlumatlı, yüksək intellektə malik bir peşəkar kimi yaxşı psixoloq və psixoterapevt olmalıdır. Nəticədə cəmiyyətin fiziki və psixi sağlamlığı onun fədakar əməyi ilə formalaşır. Ailə cəmiyyətin bir hissə‑ sidir, ailənin psixi duru‑ munda hər hansı

səbəbdən baş verən pozuntular cəmiyyətdə öz mənfi əksini tapır. Hal‑hazırkı sahə həkimindən fərqli olaraq, ailə həkimi ailənin hər bir üzvünün səhhətinə, psixoloji duru‑ muna, ailədaxili münasibətlərinə yaxşı bələd olaraq və müvəqqəti, keçici olan kilinki məqamlarla üzləşərək, onlara daha düzgün qiymət verməyə qadirdir. Düzgün diaqnoz qoymaq üçün o, xəstədən anamnez toplamağa, fiziki və labora‑ tor müayinələr keçirməyə daha az ehtiyaclı olur. Bu isə maliyyə cəhət‑ dən həm pasiyent, həm də dövlət üçün daha sərfəlidir. Belə meyarlar ailə həkimi üçün səhiyyənin dörd klassik məqsədinə daha uğurlu nail olmağa şərait yaradır: xəstə‑ liklərin qarşısını almaq, profilak‑ tik tədbirlərin həyata keçirilməsi, müalicə və reabilitasiyanın aparıl‑ ması. “Ailə həkimi” konsepsiyası kom‑ mersiyalaşmış müasir dünyada çətin bir problemi həll edir – fərdin və onun ailəsinin səhhətinə birbaşa

cavabdeh olan bir həkimi ortaya çıxardır. Nəzərə alsaq ki, xəstənin öz xəstəliyinə və müalicəsinə münasi‑ bəti çox vaxt onu əhatə edən sosial‑ psixoloji mühitdən də asılı olur, bu zaman ailə həkiminin məsuliyyəti daha da artır. Beləliklə, ailə həki‑ minin qarşısında çoxsaylı “problem‑ lər” durur, çünki ailənin üzvlərinin hər bir problemi 24 saat ərzində və ömür boyu onun da problemi olur.


8

BAYRAMI VƏ SAĞLAMLIQ u günlər də ölkəmizdə hamı azərbaycanlıların ən əziz və sevimli bayramı olan, kökü çox qədim dövrlərə gedib çıxan Novruz bayramına hazırlaşır. Şəkərburalı, paxlavalı, qoğallı, qoz‑ fındıqlı zəngin bayram süfrəsi Novruzun əsas atributlarındandır. Məhz bu bayram günlərində həmvətənlərimizin "həzm‑rabedən keçirdiyi" şirniyyat və çərəz bütün rekordları geridə qoyur. Bu qidalar nə dərəcədə cana xeyirlidir? Onları sağlamlığa zərər vurmadan nə qədər yemək olar? Təbabətə həsr olunmuş orta əsr Azərbaycan məxəzlərindən bu barədə ətraflı məlumat almaq olar. Bəzi qədim təbabət əlyazmalarına müraciət edərək, Novruzun bayram təam‑ larının müalicəvi xüsusiyyətləri barədə loğmanlarımızın fikirlərini öyrənməyə çalışaq. Novruz günlərinin bol və rən‑ garəng süfrə ənənəsinin kökləri çox qədim zamanlara gedib çıxır. Məlumdur ki, VII əsrdə Azərbaycanda islam dini yayıl‑ mağa başlayanadək, ölkə əhalisi atəşpərəst olub və həmvətənləri‑

miz Zərdüşt peyğəmbərə tapınıb. Yazda gecə ilə gündüzün bərabər‑ ləşdiyi gün yeni ili qarşılayan qədim atəşpərəstlər doyunca yeməyi mömin həyat tərzinin mühüm şərtlərindən hesab edirdilər. Bu müddəa onların müqəddəs kitabı "Avesta"da da təsbit olunmuşdu. E.ə. I minillikdə yaşamış Zərdüşt öz ardıcıllarına öyrədirdi ki, əsl dindar atəşpərəst mütləq öz sağlamlığının qayğısına qalmalı, vaxtında və düzgün qidalanmalı və bunların nəticəsi kimi görkəmcə ürəyəyatan olmalıdır. Başqa sözlə, bizim qədim əcdadlarımız köklüyü mömin atəşpərəstlər üçün normal hesab edirdilər. Müalicəvi aclıq və pəhrizlər qədim Azərbaycanda müsbət qəbul edilmirdi. Zərdüştlük dini hesab edirdi ki, nümunəvi atəşpərəst “bir qədər dolu, qır‑ mızıyanaq, sağlam və şən” olmalıdır. Asketizm, tərki‑ dünyalıq, mütəmadi və kifayət qədər qidalanmamaq, qidanın məhdudlaşdırılması yolu ilə orqanizmə zərər vurmağın digər

formaları böyük günah hesab olunurdu. Əlbəttə, zərdüştlüyün sağlam həyat tərzi konsepsiyasının nə dərəcədə düzgün olub‑olma‑ ması barədə mübahisə etmək olar. Lakin etiraf etmək lazımdır ki, qədim yunan mənbələrində o dövr Azərbaycan əhalisinin sağlam və uzun ömürlülüyü xüsusi qeyd edilirdi. Qədim atəşpərəstlər tərəvəz, göyərti, yağ, qoz, ət, süd və müx‑ təlif şirniyyatı ən xeyirli ərzaqlar hesab edirdilər. Novruzda və digər milli bayramlar zamanı bayram süfrəsi üçün xörəklər də məhz onlardan hazırlanırdı. İslamın gəlişi ilə azərbaycanlıların qida rejimi çox da dəyişmədi. Şəkərbu‑ ra, paxlava, halva, tərkibində bal, qoz, badam və s. olan digər bu kimi şirniyyatlar yenə də çox isti‑ fadə edilirdi. Yeməyə plovdan və digər isti xörəklərdən başlayar, şirniyyatla bitirərdilər. Qida qəbulu şərbətlə müşayiət olunurdu (çay və qəhvə çox sonralar məşhurlaşdı). O zaman hesab olunurdu ki, bu xörəklər nəinki xeyirlidir, hətta bir sıra xəstəlikləri müalicə edir.


9 “PEYĞƏMBƏRİN TƏBABƏTİ” (“TİBBİ NƏBƏVİ”) Bayram günlərində istifadə olu‑ nan ərzaqların və hazırlanan xörəklərin müalicəvi xüsusiyyətləri barədə Məhəmməd peyğəmbərin (s.ə.v.) və onun məs‑ ləkdaşlarının bir çox fikirləri bu günümüzədək gəlib çatıb. Bu fikir‑ lər peyğəmbərin həyatı və əməlləri barədə rəvayətlərdən ibarət olan hədislərdə öz əksini tapıb. XVIII əsr Azərbaycan təbibi Məhəmməd Bərgüşadi şərq şirniyyatı və quru meyvələrin müalicəvi xüsusiyyətləri barədə Məhəmməd peyğəmbər (s.ə.v.) və onun məs‑ ləkdaşlarının fikirlərini toplayaraq, kitab tərtib edib. “Tibbi‑nəbəvi” (“Peyğəmbərin təbabəti”) adlanan bu kitab ərəb dilindədir. O, artıq Azərbaycan Milli Elmlər Akademiyası Əlyazmalar İnstitutunda tərcümə olunub və çapa hazırlanır. Məhəmməd peyğəmbərə (s.ə.v.) aid olan bir ifadəni həmin kitab‑ dan iqtibas gətirək: “Üzüm giləsinin ətində şəfa, qabığında isə əziyyət vardır”. Bu zaman nəzərdə tutulurdu ki, üzüm qabığı pis həzm olunur və bağırsaqlarda qaz əmələ gətirir. Buna görə də, gilələri çeynədikdən sonra qabıq və dənələri udmaq yox, atmaq məs‑ ləhət görülürdü. Novruz gün‑ lərində təzə üzümün mövsümü olmadığından, onu müxtəlif cür kişmişlər əvəz edərdi. Kişmişi isə peyğəmbərimiz orqanizm üçün çox faydalı ərzaq hesab edirdi.

PLOV Çox qədimlərdən plov nəinki faydalı, hətta müalicəvi xörək sayılıb. XIV əsr Azərbaycan təbibi Yusif ibn İsmayıl Xoyi plov haqqında yazırdı: “Ən qədim zamanlardan bütün dünya həkim‑ lərinə məlumdur ki, mütəmadi olaraq düyü yemək sağlamlıq üçün xeyirlidir və uzun ömür‑ lülüyün sirlərindən biridir”. Digər

qədim məxəzlər də plovun və başqa bayram xörəklərinin faydalı xüsusiyyətləri barədə məlumat verirlər. Zahiri görünüş. Şirin quru meyvəli plov və kərə yağı ilə südlü aş üzün rəngini yaxşılaşdırır, bədənə gümrahlıq və köklük gətirir. Acqarına yeyilən yağsız və qarasız quru plov isə əksinə, orqanizmi şlaklardan təmizləyir və adamı arıqladır (Məhəmməd Hüseyn, “Dərmanların xəzinəsi”, XVIII əsr).

xan, “Bilik ümmanı”, XVIII əsr). Böyrəklər. Böyrək və sidik kisəsi xəstəliklərində düyü xeyir‑ lidir. Zəfəranlı plov bu zaman xüsusilə yaxşı kömək edir (Hacı Süleyman İrəvani, “Müdrikliyin faydası”, XVIII əsr). Cinsiyyət orqanları. XVII əsr müəllifi Məhəmməd Mömin qeyd edir ki, plov cinsi istəyi gücləndirir və spermatogenezi artırır. Bu, xüsusən toyuq çığırtması, qoyun əti və fisincan ilə yeyilən plova aiddir.

Orta əsrlər dövrünün məşhur həkimləri Novruz gün‑ lərində süfrəyə qoyulan təamların və bişirilən xörəklərin cana faydasından çox yazıblar. Azərbaycan mətbəxinin şah əsərlərinin “xülasəsi”nə bayram süfrəsinin bəzəyi plovdan başlayaq. Mədə‑bağırsaq sistemi. Quru (yavan) plov qarını bərkidir, ishalı dayandırır, dispepsiya zamanı fay‑ dalıdır. Sumax və nar onun bu xüsusiyyətlərini gücləndirir (Yusif Xoyi, “Bağdad məcmuəsi”, XIV əsr). Ağ ciyərlər. Südlü plov vərəm xəstələri üçün xeyirlidir, qan hayqırmada kömək edir, ümu‑ miyyətlə, bədəni möhkəmlədən təsirə malikdir (Məhəmməd Əzəm

Bu, orta əsrlər Azərbaycan tibb əlyazmalarında plovun müalicəvi xüsusiyyətləri haqqında yazılan‑ lardır. Müasir elm də təsdiq edir ki, düyü zülal və karbohidratlarla zəngin, faydalı pəhriz ərzağıdır. Lakin təmizlənmiş düyünün tər‑ kibində vitaminlər, demək olar ki, yoxdur. Buna görə də onu təzə tərəvəz və göyərti ilə yemək məs‑ ləhət görülür. Bundan başqa, həd‑ dən artıq yağlı plov da faydalı deyil. Onu çox yemək qidanın


10 Şəkərburanın hazırlanma qay‑ dası

həzm edilməməsi və digər mədə‑ bağırsaq pozuntularına səbəb ola bilər.

o

Südü 300‑350 C‑yə qədər isidirsən, ona maya, duz, yumurta, ərinmiş yağ, ələnmiş un qatırsan və bərk xəmir yoğurursan. Xəmiri 1‑1,5 saat saxladıqdan sonra 30 qr qədər kürəciklər hazırlayaraq, onlardan 2 sm qalınlığında dairəciklər yayırsınız. Həmin dairəciklərə iç qoyurlar, vintvari çimdiklərlə bağlayırlar, üzərini isə müxtəlif

Plovun hazırlanma qaydası Lazım olan ərzaqlar: Qoyun əti – 221 qr, düyü ‑ 150 qr, ərinmiş yağ – 50 qr, kişmiş – 30 qr, quru ərik – 25 qr, şabalıd – 50 qr, baş soğan – 20 qr, zəfəran – 0,1 qr, zirə – 0,1 qr, darçın – 0,1 qr, istiot, duz. XVII əsr müəllifi Məhəmməd Hüseyn xan qeyd edir: “Bişirməmişdən əvvəl düyünü bir müddət suda islatmaq, yaxşı sürtərək və yuyaraq, bir neçə dəfə suyu dəyişdirmək lazımdır. Sonra düyünü qaynadırlar. Elə ki, o, azca yumşaldı, həlimi süzmək lazımdır”. Qaynar həlimi süzdükdən sonra süzgəcdə düyünü isti qaynanmış su ilə elə yuyursan ki, kraxmalı təmizlənsin və düyü dən‑dən dursun. Bundan sonra böyük qazanı isidib, içini kərə yağı ilə yağladıqdan sonra, əvvəlcədən hazırlanmış yuxanı qazanın dibinə sərərək (qazmaq üçün) üzərinə süzülmüş düyünü tökürlər. Nəticədə qazanın ağzını ikiqat dəsmal və ya parça ilə örtür‑ lər və aşağı odda dəmlənməyə qoyurlar. Hazır olmağa on dəqiqə qalmış, düyünün üzərinə ¼ stəkan zəfəran (2‑3 saçaq) dəmi tökürlər. Süfrəyə gətirməmişdən əvvəl bəzən üzərinə qaynanmış kərə yağı tökürlər. Başqa vaxtlarda qay‑ nanmış yağı ayrıca qabda qoyurlar. Yaxşı plov quru və dən‑ dən olmalıdır və dənləri çox bişməməlidir. Plovun xuruşu ayrıca bişir. Qoyun ətini bütöv qızardaraq, sümükdən ayırırlar. Üzərinə yarı qızarmış soğan, quru meyvə, təmizlənmiş şabalıd, zirə və bir qədər bulyon tökərək bişənə qədər oda qoyurlar. Böyük boşqaba ayrı‑ ca dağ kimi düyünü tökürlər, üzərinə hazır bişmiş qoyun ətini, quru meyvə, şabalıd və qazmaq qoyurlar. Bütün bunların üzərinə yağ tökür və darçın səpirlər.

o

ŞƏKƏRBURA Qədim zamanlarda şəkərbura “müalicəvi” şirniyyatlardan biri hesab olunurdu. Hələ e.ə. IV əsrdə qoz və şəkərdən şəkərbura for‑ masında hazırlanmış şirniyyatlar Atropatena (qədim Azərbaycan) hakimlərinin sevimli yeməyi idi. Onlar mömin zoroastrizm ardıcılı olduqlarına görə, arıqlamaqdan və xəstə görkəm almaqdan çox qor‑ xurdular. Atəşpərəstlər hesab edirdilər ki, insan xəstələnəndə şər allahı Əhrimanın hakimiyyəti altı‑ na düşür və paklığını itirir. Ona görə qədim hakimlər bir qədər kök olmağa çalışırdılar və şəkərbura da onlara bu işdə kömək edirdi. Nizami Gəncəvi Sasani şahı Xosrovu təsvir edərkən yazırdı ki, o, səhərlər əzilmiş qozla təmiz şəkər yeməyi xoşlayırdı. Orta əsr müəllifi Məhəmməd Mömin (XVII əsr) bu şirniyyatı “şəkərpara” adlandırır, onun müalicəvi xüsusiyyətlərini sadalayırdı: “Bu təam beyin üçün faydalıdır, bədəni möhkəmlədir, qan yaranmasına kömək edir, kişilik gücünü artırır”. Gördüyümüz kimi, artıq çəki və damarların xolesterinlə tutul‑ ması əcdadlarımızı qorxutmurdu. Ümumiyyətlə, həddən ziyadə qəbul edilməsə, şəkərbura yaxşı həzm olunur və orqanizm üçün heç bir fəsad törətmir. Ənənəyə görə, bir oturuma 2‑3 şəkərbura və ya paxlavadan artıq yemirdilər.

naxışlarla bəzəyirlər. 160‑180 C‑də, 25‑30 dəqiqə ərzində bişirirlər. İçi hazırlamaq üçün təmizlənmiş badam və ya qızardılmış qozu xırdalayırlar, sürtgəcdən keçirirlər, şəkərlə 1:1 nisbətində qarışdırırlar və hil qatırlar. Lazım olan ərzaqlar: buğda unu (əla növ) – 240 qr, ərinmiş yağ ‑ 60 qr, yağlı süd – 80 qr, yumurta – 1 ədəd, xəmir mayası – 8 qr, təmiz‑ lənmiş badam və ya qoz – 200 qr, şəkər ‑ 200 qr, hil ‑ 0,4 qr, duz.

PAXLAVA Yusif ibn İsmayıl Xoyi 1311‑ci ildə orta əsr təbabəti nöqteyi‑ nəzərindən paxlavanın müalicəvi xüsusiyyətləri barədə yazırdı ki, o, cinsi qabiliyyəti gücləndirir və beyin üçün faydalıdır. Buna görə də zehni əməklə məşğul olanlara ‑ alimlərə, yazıçılara, şairlərə, dövlət xadimlərinə paxlava yeməyi məs‑ ləhət görürdülər. Hesab edilirdi ki, səhər acqarına yeyilən bir paxlava həzmi yaxşılaşdırır, bağırsağı şlak‑ lardan təmizləyir, qarnı boşaldan təsir edir, qəbizlikdə kömək edir.


11 Ondan xroniki xolesistit zamanı ödqovucu kimi də istifadə olunur‑ du. Həm şəkərburanın, həm də paxlavanın üstündən az maye içmək məsləhət görülürdü. Şirniyyatın üstündən bir stəkan limon, heyva və ya nar şərbəti içirdilər. Bu, həzm prosesini asan‑ laşdırır, mədə‑bağırsağa yaxşı təsir göstərirdi. Sonralar paxlava ilə mixək, hil, yaxud başqa ədviyyat əlavə olunmuş tünd çay içməyə başladılar ki, o da həzmi yaxşılaşdırırdı. Hesab olunurdu ki, qəhvə çaya nisbətən şirniyyatla daha pis tutur. Lakin Azərbaycan, Orta Asiya və İrandan fərqli olaraq, Osmanlı imperiyasında qəhvə geniş istifadə olunurdu. Türklər 2‑3 dilim yağlı və həddən artıq şirin türk paxlavasının üstündən xırda stəkanla tünd qəhvə içirdilər. Çoxlu soyuq su və sərinləşdirici içki içmək isə qəti surətdə məsləhət görülmürdü. Paxlavanın hazırlanma qaydası Xəmiri və içi şəkərburanın hazırlandığı kimidir. Xəmiri 0,5 mm qədər yayırsınız. Yağlanmış tavaya bir lay xəmiri qoyursunuz, üzərinə 3‑4 mm iç töküb, eyni bərabərlikdə yayırsınız. Sonra üzərinə yenə də ikinci lay xəmiri qoyaraq, yağ çəkirsiniz və yenə də iç tökürsünüz. Beləliklə 8‑10 laya çatdırırsınız. Bundan sonra paxla‑ vanı 10x4 sm ölçüsündə romb şək‑ lində kəsirlər, üzərinə zəfəranlı yumurta sarısı çəkirlər. Hər rom‑ bun ortasına yarım qoz içi və ya püstə yapışdırırlar. Paxlavanı 180‑ 200o C‑də 35‑40 dəqiqə ərzində bişirirlər. Bişməyə 15 dəqiqə qalmış, üzərinə şəkərli və ya ballı şərbət tökürlər. Lazım olan ərzaqlar: Buğda unu (əla növ) – 240 qr, ərinmiş yağ – 60 qr, yağlı süd – 80 qr, yumurta – 1 ədəd, maya – 8 qr, təmizlənmiş badam və ya qoz içi – 200 qr, şəkər 200 qr, vanil (orta əsrlərdə Şərqdə məlum deyildi) – 0,2 qr, zəfəran – 0,4 qr, bal – 20 qr.

zülalla zəngin olub, orqanizmə ümumi möhkəmləndirici təsir edir. Lakin həddən artıq istifadə olunduqda həzmi pozur və köp əmələ gətirir. Püstə, xüsusən onun daxili yaşıl qabığı, taxikardiya (şiddətli ürək döyün‑ tüsü) əleyhinə vasitə kimi istifadə olunurdu. Onu uzun müddət mütəmadi olaraq qəbul etdikdə ürəkdöyünmənin qarşısını alırdı.

QOZ-FINDIQ Şəkərbura, paxlava və digər şirniyyatın tərkibindəki qoz‑fındıq barədə orta əsrlər Azərbaycan təbibi Məhəmməd Mömin deyirdi: “Fındıq cinsi qabiliyyəti gücləndirir, bağırsaqlar üçün fay‑ dalıdır, amma pis həzm olunur. Fındıq yemək sinə və ağ ciyərlər üçün, xüsusilə ürəyə çox xeyirdir”. Orta əsrlər müəllifləri fındığın, qozun, badamın, şəkərbura və paxlavanın faydasından danış‑ maqla yanaşı, onları həddən artıq yeməməyi də məsləhət görürdülər ki, mədədə ağırlıq hissi yaran‑ masın və həzm pozulmasın.

BAL Qeyd etmək lazımdır ki, o vaxt‑ lar şirniyyatlar əsasən bal ilə hazır‑ lanırdı. Bu, həm onların qidalılığını, həm də sağlamlıq üçün faydasını artırırdı.

QAYSI VƏ KİŞMİŞ Qaysı, kişmiş, innab və xonçaya qoyulan digər çərəzlər ürəyə xeyirli ərzaqlar hesab olunurdu. Qara gavalı, əncir və albuxara qurularının qarını boşaltdığı bildirilirdi. Onlardan xalq təbabətində qəbizlik əley‑ hinə istifadə olunurdu. Ləbləbi

Milli bayramlar və ənənəvi mətbəx Azərbaycan xalqının milli mədəniyyətinin zəngin xəzinəsidir. Orta əsr təbiblərinin məsləhətləri bu gün də öz əhəmiyyətini itir‑ məyib. Bütün deyilənlər bir daha onu göstərir ki, biz əcdadlarımız‑ dan hələ çox şeylər öyrənə bilərik. Fərid Ələkbərli, tarix elmləri doktoru


12

ANTİBİOTİKLƏR VƏ FƏSADLARI

ntibiotiklər nədir, nə zaman lazım olur? Hansı hallarda onlardan istifadə zərurəti yaranır? İnsan orqanizminə necə təsir göstərir? Bu və digər sualları Azərbaycanın baş cərrahı Məhəmməd Kərimov cavablan‑ dırır. Tibb elminin tarixində bir neçə kəşflər olub ki, onları inqilabi kəşflər adlandırmaq olar. Onlardan öndə gedəni peyvəndlərin kəşfidirsə, ikincisi antibiotiklərin kəşfi sayılır. Antibiotiklərin kəşfindən sonra təbabətdə kardinal dəyişikliklər oldu. Bəşəriyyət tarixinin 1930‑cu ilə qədər olan zaman kəsiyini insanların mikroblardan müdafiə‑ siz dövrü kimi adlandırmaq olar. 1929‑cu ildə Aleksandr Fleminq tərəfindən ilk antibiotik kəşf olun‑ du. Kəşf olunan ilk antibiotik olan penisillin uzun illər sənaye masştabında istehsal oluna bilmə‑ di. 1940‑cı ildə Oksford Universitetinin professoru biokimyaçı Hovard Florinin “Lanset” jurnalında nəşr etdiyi məqalədə artıq penisillindən öz xəstələrinin müalicəsində istifadə etdiyi göstərildi. Amerika və İngiltərə hökumətləri arasındakı razılığa əsasən, Flori ABŞ‑a köçərək, orada öz tədqiqatlarını davam etdirdi. 1943‑cü ildə ilk

dəfə ABŞ‑da penisillin preparatı istehsal olundu və ilk dəfə olaraq yaralanmış hərbiçilərin müali‑ cəsində istifadə edildi. Bu preparatın bir çox xəstəliklərin müalicəsində kliniki tətbiqi onun yüksək antibakterial effektini göstərdi. İndiyədək çarəsi mümkün olmayan bir çox xəstəlik‑ lər antibiotiklərin köməyi ilə müa‑ licə olunmağa başladı. Ancaq təəssüf ki, o dövrdə həkimlər arasında elə bir eyforiya yaran‑ mağa başladı ki, antibiotiklər sanki bütün xəstəlikləri müalicə edir və onlardan istənilən sahədə istifadə etmək olar. Yalnız 3 illik isti‑ fadədən sonra, 1946‑cı ildə ilk informasiyalar daxil olmağa başladı ki, antibiotiklərə qarşı mikroblarda həssaslıq azalır. Rezistentlik deyilən bir hal yaran‑ mağa başlamışdı. Sonrakı 30 il ərzində yeni mexanizmə malik olan və bir‑birindən əsaslı şəkildə fərqlənən ən azı 10 sinif antibiotik kəşf olundu. Antibiotik sözünü ilk dəfə Amerika alimi Vaksman təklif edib. “Antibiozis” sözündən götürülüb, həyat əleyhinə deməkdir. Çünki antibiotikdən istifadə zamanı bir canlının həyatı digər canlı tərəfindən məhv edilir. Bunu ilk dəfə 1889‑cu ildə bugünkü mikrobiologiyanın banisi sayılan fransız mikrobioloqu Lui

Məhəmməd Kərimov 1955‑ci ildə anadan olub. Orta məktəbi əla qiymətlərlə bitirdikdən sonra Tibb İnstitu‑ tunun müalicə‑profilaktika fakültəsinə qəbul olunub. SSRİ Tibb Elmlər Akademiyasının A.V.Vişnevski adına Cərrahiyə İnstitutunda fəaliyyət göstərib. 1988‑ci ildə namizədlik disser‑ tasiyanı müdafiə etdikdən sonra Azərbaycana qayıdıb. Həmin vaxtdan da Tibb Universitetində çalışır. Səhiyyə Nazirliyinin baş cərrahıdır. Pasterin tələbəsi olan Pol Vaylemin sübuta yetirmişdir. O dövrdə Lui Paster yazırdı ki, mikroorqanizm‑ lər insanlardan ağıllıdır. O göstərirdi ki, mikroblar çox sürətlə bölündüyündən gün ərzində dəfələrlə çoxala bilirlər. Doğrudan da mikroblar yaşamaq uğrunda mübarizədə çox böyük adaptasiya qabiliyyətinə malikdirlər. Antibiotiklərin təsiri ilə onlarda mutasion‑irsi dəyişikliklər gedir. Mikroorqanizmlərdə “kütlə şüuru” deyilən hissiyyat var. Yəni hər hansı bir mikroorqanizmdə antibiotikə qarşı həssaslıq itdikdə sanki bu informasiya digərlərinə də ötürülür və hamısında bu dəyi‑ şiklik baş verir. Tanınmış Çili şairi Pablo Nerudanın bir poemasında deyilir ki, alimlər dərman preparatları kəşf edərək, milyardlarla


13

mikroorqanizmləri məhv etdilər, ancaq qalmış olan yüzlərlə mikroblar sonra milyonlarla dəfə hirsli, aqressiv olaraq, bəşəriyyətə yeni‑yeni problemlər yaratdılar. Bu məsələ doğrudan da öz təsdiqini tapıb. Antibiotiklərin təsirindən kənarda qalan çox az sayda mikroorqanizmlər insanlar üçün daha çox təhlükə yaratmaqdadır. Antibiotiklər insanları hələ ana bətnində olduğu dövrdən bütün həyatı boyu izləməkdədir. Məsələ ondadır ki, ilk antibiotik olan penisillin təbabətdə istifadə olun‑ maqla yanaşı, kənd təsərrüfatında da, yəni ev heyvanların və ev quşlarının yemində böyümə fak‑ toru kimi tətbiq olunmağa başlan‑ mışdır. Yemə əlavə edilən antibio‑ tiklər ev heyvanlarının ət və südü, ev quşlarının yumurtası vasitəsilə insanların orqanizminə daxil olmaqdadır. Əksər hallarda təbabətdə və kənd təsərrüfatında istifadə olunan antibiotiklər eyni olur. Ona görə də Ümumdünya Səhiyyə Təşkilatı son illər bu məsələ ilə mübarizə apararaq təbabətdə istifadə olunan antibio‑ tiklərin başqa sahələrdə tətbiqinə qadağa qoymuşdur. Digər bir məsələ də kənd təsərrüfat bitki‑ lərinin zərərvericilərlə mübarizəsində dezinfeksiyada bəzən antibiotiklərdən istifadə edilməsidir. Beləliklə qəbul edilən meyvələrin də tərkibində antibio‑ tiklər orqanizmə daxil ola bilirlər. Son illər mikroblarla mübarizədə bir çox gigiyenik vasitələrin (sabun, gel və s.) geniş reklam edilməsi və dərinin

səthində olan normal mikroflo‑ ranın məhv edilməsi, patogen mikrobların artıb çoxalmasına şərait yaradır. Gördüyünüz kimi insan orqanizmi, eləcə də onu əhatə edən mikroblar bu və ya digər formada daimi antibiotiklər‑ lə kontaktda və mübarizədədir. Bu mübarizənin daha ciddi forması isə hələ uşaq yaşlarından infek‑ siyalara, xüsusi ilə də virus mənşəlilərə qarşı antibiotiklərdən geniş istifadə edilməsidir. Bildiyiniz kimi uşaqların 5‑8 yaşına kimi immuniteti çox zəif olur və mikroblarla mübarizədə öz immunitetlərini yaradırlar. Ona görə də uşaqlar daha tez‑tez müx‑ təlif infeksiyalar keçirir və əksər hallarda bu infeksiyalar virus mənşəli olurlar. Antibiotiklər isə viruslara təsir etmir, onlar ancaq mikroblara öldürücü təsir etmək qabiliyyətinə malikdirlər. Ona görə də antibiotikləri təyin edərkən çox diqqətli olmaq lazımdır və orqanizmi bu qədər ağır preparat‑ la yükləmək o qədər də məqsədəuyğun deyil. Dünya sta‑ tistikasına görə, uşaqlara təyin olu‑ nan antibiotiklərin 40%‑i əsassız, artıq təyin olunur. Antibiotiklərin istifadəsi insanın bütün həyatı boyu davam edir. Empirik antibio‑ tikoterapiyada əvvəlcə birinci və ya ikinci sıra antibiotiklər tətbiq olunmalıdır. Onlar effekt ver‑ mədikdə ehtiyat qrupundan olan antibiotiklər işlədilə bilər. Antibiotiklər necə və hansı müddətə təyin olunmalıdır? Onların dozası nə qədər olmalıdır? Antibiotiklər ancaq həkim məs‑

ləhəti ilə təyin edilməli və onun təyinində rasional antibiotikoter‑ apiyanın klassik prinsipləri gözlənilməlidir. Son illər bu prinsiplərə iki yeni və bir‑birini tamamlayan prinsiplər əlavə edilmişdir: maksimal spektr və səmərəli kifayət etmə. Təbii ki, bunlar empirik antibiotikotera‑ piyaya aiddir. Maksimal spektr dedikdə antibiotikoqramma alı‑ nana qədər tətbiq edilən yüksək effektli, geniş spektrli antibiotik‑ lərin təyini nəzərdə tutulur. Düzdür, bu halda antibiotiklərə rezistentlik yaranma ehtimalı yük‑ sək olur. İkinci prinsip olan səmərəli kifayət etmədə mikrobun həssaslığı müəyyən edildiyindən müalicə daha effektli olur və rezis‑ tentlik yaranma ehtimalı minimum olur. Bir çox bakterial mənşəli xəstə‑ liklər zamanı (bağırsaq infeksiya‑ ları, işləmə, qusma ilə müşayiət olunan hallar) mikroblara təsir edə biləcək digər antibakterial preparatlara üstünlük vermək lazımdır. Mikrobla mübarizədə bütün yükü antibiotikin üzərinə atmaq olmaz. Antibiotiklərin fəsadlarını 4 qrupa bölürlər: 1. Antibiotiklərə qarşı davam‑ lılığın yaranması; 2. Allergik fəsadlar; 3. Disbakteriozlar; 4. Başqa orqanlara toksiki təsir‑ lər.


14

KALSİUM

ÇATMAYANDA

ida ilə alınan kal‑ siumun yalnız 30%‑i insan orqanizmi ilə mənimsənilir. Bəzi insanlarda bu rəqəm daha da azdır. Buna davamlı stress, endokrin xəstəliklər, vitamin çatışmazlığı, immun sisteminin vəziyyəti səbəb ola bilər. Lakin daha çox kalsiumun pis mənim‑ sənilməsi digər daha geniş yayılmış səbəblər ilə törədilir. Birinci səbəb: klimaks Yaş artdıqca kalsiumun mə‑ nimsənilmə sürəti azalır – bu, təbii haldır. 20 yaşa qədər sümük toxuması bu mikroelementi toplayır, sonra onun səviyyəsi müəyyən bir səviyyədə qalır. 50 yaşdan sonra isə kritik məqam yaxınlaşır – kalsiumun səviyyəsi kəskin azalır. Menopauzadan sonra qadınlar il ərzində sümük kütləsinin bir faizə qədərini itirir. Ona görə də dərhal osteoporoz riski artır. Kalsium çatışmaz‑ lığının qarşısını yalnız qidalanma ilə almaq artıq mümkün deyil. Süd məhsulları ilə zəngin olan pəhrizə əlavə olaraq, kalsium preparatları qəbul etmək məs‑ ləhətdir. İkinci səbəb: mineral disbalans Kalsiumun pis mənimsənil‑ məsinin digər vacib səbəbi ‑ mi‑ neral mübadilənin qeyri‑balans‑ laşmış şəkildə keçməsidir. Kalsium fosfor ilə qarşılıqlı əlaqədədir. Bu nisbəti qanda tən‑ zimləyən D vitaminidir. O, çatmadıqda, kalsium qida tərki‑ bindən mənimsənilmir. Lakin D vitamininin çoxluğu da təhlükəlidir – ürəkbulanma, qusma, zəiflik, yorğunluq əmələ

gələ bilər. Kalsium‑fosfor‑D vita‑ mini nisbəti pozulduqda, kalsium sadəcə sümüklərdən yuyulur. Rasionun tərkibində çoxlu tərəvəz, qaraciyər, mal əti və dəniz məhsulları olduqda, bu vəziyyətdən qaçmaq olar. Südü də unutmaq lazım deyil. Xüsusən, keçi südünü. Eyni zamanda, maqniuma da diqqət vermək lazımdır. Normada onun bir hissəsinə iki hissə kalsium təsadüf etməlidir. Bu mikroelementin çoxluğu kal‑ siumun bağırsaqlardan mənim‑ sənilməsini azalda bilər. Nəticədə,

onun çatışmazlığı əmələ gəlir. Bu isə o deməkdir ki, bu “kəsiri” bərpa etmək üçün orqanizm lazım olan miqdarı sümük toxumasından götürəcək. Lakin başqa bir ifratçılıq da mövcuddur – kalsiumun əzələlərdə toplanması və böyrəklərdə daşların əmələ gəlməsinə gətirib çıxaran maqnium çatışmazlığı.

Diqqətli olun – sizin rasionda mütləq maqnium ilə zəngin olan ərzaqlar olmalıdır: qoz, tərəvəz, meyvə, kəpək çörəyi, yarmalar və paxlalılar. Lakin onlar səmərəli miqdarda olmalıdır. Üçüncü səbəb: mədə və bağırsaq problemləri Kalsium duzları mədədə əriyir, ona görə də, orada bu duzları həll etmək üçün kifayət qədər turşu əmələ gəlməlidir. Lakin bəzi hal‑ larda, turşunun miqdarı az olur. Misal üçün, insan xoraya qarşı dərmanlar qəbul edəndə. Bu zaman əlavə olaraq, kalsium preparatları qəbul etmək lazımdır. Kalsiumun sorulması bağırsaq‑ da baş verir. Qida ilə kifayət qədər həll olunan liflər daxil olduqda, bakteriyalar qidalanır və bağırsaqlar müntəzəm işləyir. Demək, kalsium da yaxşı mənim‑ sənilir. Disbakterioz zamanı bu “idil‑ liya” pozulur. Buradan belə nəticəyə gəlmək olar ki, kalsiu‑ mun yaxşı mənimsənilməsi üçün tərkibində bifido, laktobakteri‑ yalar və prebiotiklər olan çoxlu südturşulu ərzaq yemək lazımdır. Dördüncü səbəb: qida xarakteri Bu mikroelementin ən yaxşı təchizatçısı süd məhsullarıdır. Onlar rasionda kifayət qədər olmalıdır. Və unutmayın ki, preparatları acqarına deyil, yüngül qidadan sonra qəbul edərkən, kalsium daha yaxşı mənimsənilir. Qəhvəni çox ehti‑ yatla içmək lazımdır – o, bu mikroelementin böyrəklər vasitəsi ilə xaric olunmasını artırır.


15

YUXUSUZ GECƏLƏR Nə qədər qəribə səslənsə də, yuxusuz gecələri qadınlar daha asan keçirir. Lakin növbəli iş rejiminin törətdiyi problemlər güclü cinsə nis‑ bətən, qadın üçün daha əhəmiyyət‑ lidir. Axı gecə əməyindən sonra onu ev “növbəsi”, diqqət tələb edən uşaqlar, məişət qayğıları gözləyir. Beləliklə, yuxu kəsirini bərpa etmək üçün qadının, sadəcə, fiziki vaxtı çat‑ mır. Gecədən sonra yatmaq cəhdləri səmərəsizdir. Gündüz yuxusu dərin deyil, qısadır və tamdəyərli gecə yuxusunu əvəz etmir. Ona görə də, bütün səylərə baxmayaraq, yuxusuz‑ luq toplanır. Müəyyən olunmuşdur ki, gecə işləri ilə məşğul olan insanlar həftədə 5‑7 saat az yatır. Nəticədə, onlar daha tez xəstələnir, qocalır, yaddaşları zəif‑ ləyir, maraq dairələri məhdudlaşır. Xroniki yuxusuz qalma orqanizm üçün ciddi stressdir. Qadın öz prob‑ lemləri ilə mütləq “gecələməlidir”, əks halda, o, psixoloji müdafiənin vacib amilindən məhrum olaraq, daha da zəifləyəcəkdir. Məcburi gecə oyaqlığı daxili biolo‑ ji saatların işini pozur. Belə olan halda, yataqda keçirilmiş istirahət günləri baş ağrıları və əzginlik hissindən başqa heç nə verməyəcək. Gecə növbəsinin səhəri yatmamaq daha yaxşı olardı. Çünki səhər saat 9‑10‑da yuxuya getmək çox çətindir. Bu zaman gecə yuxusundan asılı olmayaraq, orqanizmi əmək gününə hazırlayan oyaqlıq hormonları aşıb‑ daşır. Gündüz yatmaq istəsəniz belə, fəallığın təbii enmə dövrünü gözləyin – belə olan halda, yuxuya getmə və baş ağrısız oyanma şansınız artır.

Adətən, bu yuxulu vaxt gündüz saat 1‑dən saat 4‑dək davam edir. Pəncərələri pərdələyin. Kənar səsləri və işığı minimuma endirin. Lakin özünüzü yuxuya getməyə məcbur etməyin. Axşamı gözləmək və yatağa adət etdiyinizdən 2‑3 saat tez getmək daha yaxşı olardı. Çünki gündüz yuxuya getdikdə, siz yenidən daxili saatların işini pozur və nəticədə, pis əhval‑ruhiyyədə oyanırsınız – gün hədər keçdi, amma yatmaq istəyi hələ də qalıb. Bəs, gündüz yuxululuğun öhdəsindən gəlmək üçün nə etmək lazımdır? Evinizdə bütün çilçıraqları yandırın. Günəşli havada pəncərələri açın. Çünki məhz işıq bizim bioloji saatların əsas aktivatorudur. Və daha çox fəallıq göstərin. Hərəkət edərkən, orqanizminizi aldadar, eyni zamanda yorularsınız. Və erkən axşam yuxusu sizin üçün nəşələndirici dərəcədə xoş olacaq. Amma qəhvə, çay və xüsusən də spirtli içkilər və nikotindən sui‑istifadə etmək olmaz. Yatmamaq üçün istənilən zülal qidası qəbul etmək olar – ət və ya balıq yeməkləri, quş əti, qayğanaq. Onlar oyaqlıq hormonlarının azad olunmasını stimulyasiya edir. Amma un məmulatları və şirniyyat, əksinə, yuxululuq əmələ gətirir. Və ehtiyatlı olun. Az yuxu yatan qadın çox yeməyə başlayır. Yorulmuş orqanizm əlavə “yanacaq” tələb edir və qəbul edilmiş qidanın piy ehtiyatına çevrilmə təhlükəsi mövcuddur. Həftədə bir dəfə də olsun gecə işləyən şəxslərdə hipertoniya, şəkər‑ li diabet və infarktın əmələgəlmə riski 5 dəfə artır.

Gecə növbəsindən qayıtdıqdan sonra: 1. Dərhal yuxuya getməyin. Yuxudan əvvəl stressdən azad olmaq və minimum 3 saat yataqda istirahət etmək lazımdır. 2. Mümkün qədər az yeyin. Aclıq hissini yüngül sup, tərəvəz şirələri, quru və ya təzə meyvələrin vasitəsi ilə aradan qaldırın. 3. Dərinizə qulluq edin. Kosmetikanı silin, üzünüzə sakit‑ ləşdirici maska, sonra isə nəmləndiri‑ ci qidalı krem çəkin. Əlləriniz üçün vanna və manikür edin. 4. Gimnastikaya qarşı etinasız‑ lıq göstərməyin. 5. Mümkün qədər, axşamadək yatmayın. 6. İsti şam ekstraktlı duz vannaları qəbul edin. 7. Yuxudan yarım saat əvvəl nanə, limonotu, pişikotu, mayaotu otlarının qarışığından hazırlanmış yarım stəkan cövhər və ya süd ilə bal için.


16

DAMAR “ULDUZCUQLAR”I u gün skleroterapiya varikoz venalar və damar ulduzcuqlarının populyar, effek‑ tiv və az travmatik müalicə üsu‑ ludur. Xəstə venaya xüsusi dər‑ man preparatı – sklerozant yeridilir. O, tam təhlükəsiz olaraq, anestezik təsirə malikdir. O, sanki xəstə damarı “plomblayır” və tezliklə bu damar tam yox olur. Belə bir üsul çox uzun müddətə, bəzən isə ömürlük olaraq, sizi “ulduzcuqlardan” xilas edəcək. Skleroterapiya ağrısız prosedu‑ radır. O, xüsusi nazik iynələr və ya mikrokateterlər vasitəsi ilə həyata keçirilir. Əksər hallarda skleroterapiya əla nəticələr verir. Lakin təxminən

10 faiz insanlarda, hətta dəfələrlə sklerozlaşdırıcı maddənin yeridilməsinə baxmayaraq, effekt əldə olunmur. Buna baxmayaraq, xəstəliyin əlamətləri azalır.

“ULDUZCUQLAR” NƏYƏ GÖRƏ ƏMƏLƏ GƏLİR? Vena qapaqlarının normal işinin pozulması nəticəsində. Bu prosesi hormonal kontrasep‑ tivlərin qəbulu, fiziki iş, güc, idman növləri ilə məşğul olma, qəbizlik, piylənmə, mübadilə pozuntuları, irsiyyət faktorları törədə bilər. Damar ulduzcuqları ayaqların daimi travmaya məruz qalması, çoxsaylı hamiləlik

nəticəsində baş verə bilər. Yeri gəlmişkən, qadınlar kişilərdən 4‑6 dəfə tez xəstələnir.

SKLEROTERAPİYA ÜÇÜN NEÇƏ İYNƏ TƏLƏB OLUNUR? Damarların tam yox olması üçün inyeksiyaların lazım olan sayı müxtəlif pasiyentlərdə fərq‑ lidir. O, venaların zədələnmə xüsusiyyətləri və sklerozlaşdırıcı maddənin növündən asılıdır. Bir skleroterapiya prosedurası zamanı həkim sizə 3‑dən 10‑dək inyeksiya yerinə yetirə bilər. Onları 3 gündən bir etmək lazımdır. Proseduraların orta sayı 1‑5 arasında tərəddüd edir.


17 HOSPİTALLAŞMA LABÜDDÜRMÜ? Prosedura ambulator şəraitdə yerinə yetirilir və ağrısızlaşdırma və hospitallaşma tələb etmir.

SKLEROTERAPİYADAN ƏVVƏL Hormonal preparatlar qəbul etməyiniz haqqında həkimə mütləq məlumat verin. Əgər aspirin, trental, ibuprofen və ya digər ilti‑ habaqarşı preparatlar qəbul edirsinizsə, müalicədən 2 sutka

ərzində piyada gəzmək lazımdır. Yalnız uzun müddət ayaq üstə qal‑ maq və ya oturmaqdan çəkinmək lazımdır. Və skleroterapiyadan sonra ilk 3 gün ərzində gimnastika, aerobika ilə və velotrenajorda məşğul olmaq olmaz. İki həftə ərzində isti vannalar qəbul etməyin. Və 1,5‑2 ay ərzində sauna və hamama getmək olmaz. Prosedura başa çatdıqdan sonra kompression corablar geyinmək lazımdır. Yaxşı olar ki, bundan sonra da 1,5‑2 ay ərzində profilaktik trikotaj geyinəsiniz.

Xəstəlik, adətən davamlı şəkildə ayaq üstə qalaraq işləməli olan şəxslərdə əmələ gəlir: satıcılar, bərbərlər, cərrahlar, aşpazlar. Hündür boylu insanlar damar çat‑ mazlığına daha çox meyllidir. Bundan əlavə, venoz qan durğunluğu avtobusda, təyyarədə və ya avtomo‑ bildə uzun müddətli səyahət zamanı əmələ gəlir. əvvəl onlardan imtina etməli ola‑ caqsınız. Çünki bu preparatlar toxu‑ ma qanamasını artırır və qançırların əmələgəlmə riskini çoxaldır. Skleroterapiyadan iki sutka əvvəl və sonra alkoqol qəbul etmək və siqaret çəkmək olmaz. Proseduradan bir gün əvvəl epilyasiya etmək, losyon və krem‑ lərdən istifadə etmək olmaz. Proseduradan 1,5 saat əvvəl yemək yeyin.

SKLEROTERAPİYADAN SONRA Skleroterapiya bitdikdən sonra ayağa xüsusi elastik bint sarılır və ya kompression corab geyilir. Onu bütün sutka ərzində gəzdirmək lazımdır. Həkim icazəsi olmadan onu çıxarmaq olmaz. Həkim prose‑ duranı başa çatdırdıqdan sonra, 10‑30 dəqiqə gəzməyiniz lazımdır. Preparatın tərkibinə spirt daxil olduğundan, skleroterapiyadan sonra sükan arxasına oturmağınız məsləhət deyil. Fiziki aktivliyi məhdudlaşdır‑ maq lazım deyil. Hər gün bir saat

HANSI ƏKS TƏSİRLƏR OLA BİLƏR Proseduradan sonra diskomfort və inyeksiyalar nahiyəsində hissiy‑ yatın pozulması müşahidə oluna bilər. Lakin bu əlamətlər bir neçə gündən sonra özbaşına yox olacaq. İnyeksiyanın yerində kiçik səthi yara qala bilər. O, 2‑4 həftədən

sonra iz qoymadan sağalır. Sklerozlaşmış venalar nahiyəsində toxumaların bərkiməsi əmələ gələ bilər. Bu əlamət də bir neçə aydan sonra yox olur. Pəncə və oynaqlar nahiyəsində venaların sklerozlaşması zamanı oynağın qısa müddətli ödemi inkişaf edə bilər. Müalicədən dərhal sonra vena boyu piqmentasiya çoxala bilər. Toxumaların bir qədər qızarması və ödemi əmələ gələ bilər ki, bu da, 1‑2 saatdan sonra keçir. Bəzi pasiyentlərdə sklerozlaşmış vena boyu dərinin müvəqqəti qaralması əmələ gəlir. Bilmək lazımdır ki, sklerotera‑ piya ömürlük sağalmanı təmin etmir. Təkrar müalicə də tələb oluna bilər. Profilaktika olaraq, xüsusi profi‑ laktik və ya müalicəvi corabların daimi istifadəsi məsləhət olunur. Bundan əlavə, ayağı ayaq üstə aşıraraq oturmaq, çox isti vanna qəbul etmək, dar paltar və ayaqqabı geyinmək olmaz. Masa arxasında uzun müddət oturarkən, ayaqlarınızı kiçik skamya üzərinə qoyun. İstirahət zamanı ayaqlarınızın altına balınc yerləş‑ dirin ki, pəncə və baldırlarınız bir qədər ürək səviyyəsindən hündürdə yerləşsin.


18 AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ AĞCİYƏR XƏSTƏLİKLƏRİ ELMİ‑TƏDQİQAT İNSTİTUTU

AĞCİYƏRDƏNKƏNAR

VƏRƏM əlum olan və olmayan minlərlə xəstəlik mövcuddur. Lakin onların arasın‑ da ən qəddarının vərəm olması heç kimin ağlına belə gəlməz. Ağciyərlərdən savayı, o, praktiki olaraq, bütün orqanları zədələyə bilər, lakin daha çox sümüklər və cinsiyyət orqanlarına “nokaut” zərbəsi yetirir. Qadın və kişi son‑ suzluğu, prostatit, osteoxondroz, radikulit, çəpgözlük, iflic, böyrək çatışmazlığı – vərəmin orqanizmdə illərlə arxasında gizləndiyi və insanı uroloq, nevropatoloq və cərrah müa‑ yinələrindən keçdikdən sonra, nəhayət, ftiziatrın qəbuluna gəlməyə vadar edən maskaları çoxdur. Hazırda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağciyər Xəstəlikləri Elmi‑ Tədqiqat İnstitutunun ağciyərdənkənar vərəm şöbəsinin hər hansı pasiyentindən soruşsanız, məlum olar ki, klinikaya qəbul olmazdan əvvəl bağırsaq, böyrək və ya digər bir orqanın vərəmi haqqında heç nə

bilməmiş və eşitməmişdir. Əksər hallarda xəstəlik simptomsuz və ya yuxarıda qeyd olunduğu kimi digər xəstəliklərin maskası altın‑ da keçir. Əgər tibb işçiləri – uroloqlar, terapevtlər, cərrahlar –ağciyərdənkənar vərəm haqqın‑ da son növbədə düşünürsə, təəc‑ cüblü deyil ki, bizim xəstələr ilk dəfə olaraq bu xəstəlik haqqında institutumuzun çarpayısında yatarkən məlumat alır. Ümumi müalicə şəbəkəsində bu problemə çox az diqqət yeti‑ rilir. Uzun müddət iltihabi xəstə‑ liklərdən əziyyət çəkən insanlar‑ dan risk qruplarının formalaş‑ dırılması üzrə iş çox az sayda poliklinikalarda aparılır. Ədalət naminə qeyd etmək lazımdır ki, ağciyərdənkənar vərəm formaları daha çətin və gec aşkarlanır, lakin buna baxmayaraq, ilkin kliniki müayinələrin aparılması – flüoro‑ qrafiya, rentgen, mantu sınağı, mikrofloranın təyin olunması üçün analizlər – xəstəliyin aşkar‑ lanma və müalicə prosesini xeyli sürətləndirir. Əks halda, yəni

xəstəlik müalicəsiz qaldıqda, insanlar bəzi həyati vacib funksiyalarını itirərək, əlil olur. Vərəm çox qəddardır. Hava‑ damcı və ya alimentar yolla (qida vasitəsilə) ağciyərdənkənar vərəmə yoluxduqdan sonra yoluxmuş insan uzun müddət səhhəti ilə bağlı heç bir problem yaşamır. Bu zaman xəstəlik sadəcə öz “saatı”nı gözləyir. Orqanizm zəiflədikdə, vərəm törədicisinin qanla daxil olduğu hər hansı orqanda infeksiya üzə çıxır: çox zaman onurğa sütunu, limfodüyünlər və sidik‑cinsiyyət sistemində. Nadir hallarda göz, beyin qişaları, periton, dəri vərəminə rast gəlmək olar. Əlverişli mühitə düşdükdə, vərəmin törədiciləri əvvəlcə toxu‑ maları, sonra isə bütün orqanı zədələyir. İrinli iltihabi proses başlanır və orqan tədricən parçalanır. Ağciyərdənkənar vərəmin gizli şəkildə keçməsi səbəbindən, tibbi statistika xəstələrin həqiqi sayını əks etdirmir. Demək olar ki, hər biri‑


19 miz gizli təhlükəyə məruz qalırıq – Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, yer kürəsi əhalisinin üçdə bir hissəsi vərəmə yoluxmuşdur. Ağciyərdənkənar vərəmin müali‑ cəsi də, aşkarlanması kimi çətindir. Yalnız həb və iynələr ilə iş bitmir. Çox zaman, xüsusən, sümük‑oynaq forması zamanı cərrahi əməliyyat zəruridir. Bizim instituta iflic olmuş, bəzən, qozbel şəkildə insanları xərək‑ lərdə gətirirlər, lakin əməliyyatlar sayəsində xəstələr normal həyata qayıdır. Düzdür, müalicə müd‑ dəti davamlıdır – 12 aya yaxın stasionar şəraitində, sonra uzun müddətli reabilitasiya kursu. Bir çox pasiyentlər bir neçə il ərzində, 10%‑ə yaxın isə ömürlük əlil olur, lakin əksəriyyəti tam sağalır. Qadın cinsiyyət orqanları vərəmi baxımsız hallarda qadını həmişəlik hamilə qalmaq qabiliyyətindən məhrum edə bilər. Vaxtında aşkarlanmadıqda, uşaqlıq boruları iltihabı nəticəsində onlarda toxum hüceyrəsinin keçməsinə mane olan çapıqlar əmələ gəlir. Qadınlarda ağciyərdənkənar vərəmin aşkarlanması daha çətindir. Bütün analizlərin aparıl‑ ması iki həftədən bir ayadək davam edə bilər. Lakin mütəxəs‑ sislərin fikrincə, ən çətini bağır‑ saq limfodüyünləri və bağırsaq vərəminin öhdəsindən gəlməkdir. Ağciyərdənkənar vərəm şöbəsi əməkdaşları israrla bildirir ki, praktiki olaraq, bütün vərəm for‑ malarını müalicə etmək mümkündür, lakin keçirilmiş xəstəliyin nəticələrinə gəldikdə, onlar o dərəcədə ciddi olur ki, xəstəliyin sağalması sevinc gətir‑ mir və bundan sonra həyat tamamilə dəyişir. Ona görə də, ən yaxşı məsləhət – müntəzəm olaraq tibbi müayinədən keçmək, həkimə müraciəti gecikdirməmək və öz sağlamlığına qarşı son dərəcə diqqətli olmaqdır.

VALİDEYNLƏRİN NƏZƏRİNƏ Uşaq orqanizmi üçün vərəmin müalicəsi daha böyük stressdir. Uşaqda mantu sınağı müsbət‑ dirsə, bu, o deməkdir ki, onun orqanizmində vərəm çöpü mövcuddur, həm də aktivdir. Uşağın immun sistemi infek‑ siyanın öhdəsindən təkbaşına gələ bilmir, bu səbəbdən də pre‑ ventiv kimya terapiyası tədbirləri aparılır. Qəddar ağciyərdənkənar vərəmin spesifik simptomları mövcud deyil. Xəstələnmiş insan göz önündə solur. Ona görə də, xəstəlik əvvəlcə zahiri kliniki əlamətlərə görə təyin olunur – tez yorulma, süstlük, tərləmə, işta‑ hasızlıq, çəkinin azalması, hərarətin artması, baş ağrıları, yuxululuq və s. Sonra rentgen, maqnit‑rezonans tomoqrafiya, uroqrafik müayinələr aparılır.

PROFİLAKTİKA Bu və ya digər səbəblərdən orqanizmi zəifləmiş insanlar vərəm ilə xəstələnmə riskinə daha çox məruz qalır. Bu, digər ağır xəstəliklər ilə bağlı ola bilər (şəkərli diabet, İİV‑infeksiyalar, alkoqolizm, az qidalanma, çox yorulma, yuxusuzluq, tütün çəkmə, narkomaniya). Əlbəttə, vəba, hepatit, yatalaq, dizenteriya və digərləri kimi vərəm kəskin yoluxucu infeksiya deyil. Lakin yalnız, ümumi profilaktika təd‑ birlərini mənimsədikdə və onlara riayət etdikdə, siz özünüz və ətrafdakıları, uşaqları təhlükədən qorumuş olarsınız. Axundova İ. Ağciyər Xəstəlikləri Elmi‑Tədqiqat İnstitutunun direktor müavini, Məhərrəmova R. “Ağciyərdənkənar vərəm” şöbəsinin müdiri


20 AVROPA İTTIFAQI VƏ BMT-NİN İNKİŞAF PROQRAMININ «CƏNUBİ QAFQAZDA NARKOTİKLƏRƏ NƏZARƏT» (SCAD) REGİONAL PROQRAMI

Yeniyetmələr narkotiklər haqqında nə bilməlidirlər? ormal nöqteyi‑ nəzərdən narkotiklər bədənin funksiyasını dəyişən və ya ona təsir edən kimyəvi maddələrdir. Ona görə də tibbi dərmanlar da, siqaret də, kofe və alkoqol da bun‑ lara aid oluna bilər. Lakin burada qanunsuz və mağazalardan əldə edilə bilinməyən narkotiklər barədə bəhs edilir. İnsanların narkotiklərdən qanunsuz istifadə etməsinin bir çox səbəbləri var. Bəziləri bu vasitələrdən öz problemlərindən qaçmaq üçün istifadə etdikləri halda, digərləri darıxdığı üçün, maraq üçün və ya sadəcə özlərini yaxşı hiss etmək üçün istifadə edirlər. İnsanlara hər hansı kam‑ paniyaya daha yaxşı "uyğunlaşmaq" üçün narkotiklərdən istifadə etməyə təzyiq göstərilə bilər və ya onlar narkotiklərdən özlərini göstərmək, diqqəti cəlb etmək üçün istifadə edə bilərlər. Narkotiklərdən istifadə edənlər müxtəlif mənşələrdən ola bilərlər. Onlar kişi və ya qadın, cavan və ya qoca, kasıb və ya dövlətli, işləyən və ya işsiz, şəhər və ya kəndlərdən ola bilərlər, bunun fərqi yoxdur. Narkotiklərdən istifadə hər bir insana təsir edəndir.

Marixuana (ot, alaq və s.) adətən siqaretə doldurularaq istifadə edilir və qəhvəyi parçalar şəklində satılır. Amfetamin (metafitaminlər daxil olmaqla) və "ekstazi" adətən həblər şəklində, həmçinin içkilərlə qarışdırıla bilən toz halında da satıla bilər. İstifadəçi sadəcə həbi udur və ya içkini qəbul edir. Kokain ağ və ya açıq qəhvəyi rəngli toz olub, adətən iyləməklə istifadə olunduğu halda, heroin ümu‑ miyyətlə iynə vasitəsilə yeridilir. Müxtəlif narkotiklərin insan orqanizminə təsirləri müxtəlifdir, ancaq həmişə asılılığın yaranması ilə yekunlaşır. Bir çox insanlar təsir ötdükdən sonra depressiyaya düşür, özlərini tənha və pis hiss

etməyə başlayırlar. Eyni zamanda narkotiklərdən istifadə edən insan‑ lar çox hallarda çaşqınlıq vəziyyətində olur, gözləri qızarır, çox tərləyir, necə göründüklərinə və pis qoxu verdiklərinə fikir vermir‑ lər. Əlbəttə ki, burada asılılıq riski də mövcuddur. Narkotiklərin təsirinin digər fiziki tərəfləri də var. Məsələn, mari‑ xuana doldurulmuş siqaretdə adi siqaretdə olduğundan daha çox qətran olduğu üçün istifadəçinin ağciyər xərçəngi və ya başqa tənəf‑ füs yolu xəstəliklərinə tutulma riski‑ ni artırır. Kokain iyləyən insanlarda burun nahiyəsində olan selikli qişanın zədələnməsi riski yaranır. İynə vasitəsilə qəbul edilən narkotiklər istifadəçiləri müxtəlif yoluxucu xəstəliklərə, HİV/QİÇS‑ə yoluxdura bilər. Ümumilikdə isə narkotiklərin istifadəsi pis qidalan‑ maya, keyliyə, menstrual pozuntu‑ lar və qeyri‑normal ürək döyün‑ tüləri kimi sağlamlığa zərərli prob‑ lemlərə yol aça bilər. Araşdırmalar təsdiq etmişdir ki, gənc yaşlarında siqaret və alko‑ qoldan istifadə edən insanlar digər‑ lərinə nisbətən narkotiklərdən isti‑ fadə etməyə daha çox meylli olurlar.


21

NARKOMANİYA ÖZ ÖLÜMÜNDƏN ALDIĞI HƏZDƏN BAŞQA BİR ŞEY DEYİL. Fransua Moriak


22

BEYNİMİZİN

İSTİFADƏ ARAYIŞI

Məlumdur ki, beyin iki yarımkürədən ibarətdir – sol və sağ. Eləcə də, məlumdur ki, sol yarımkürə zədələndikdə, bədənin sağ tərəfi iflic olur, sağ tərəf zədələnmişsə, əksinə, bədənin sol tərəfi iflic olur. Kaliforniya Universitetinin professoru Robert Ornsteynin apardığı tədqiqatlar müxtəlif yarımkürələrin idarə etdiyi fəaliyyət növlərinin nə dərəcədə fərqli olmalarını bir daha işıq‑ landırdı. İki beyin hissələrinin eyni olması və iki hissəyə bölünmüş bir beyindən çox, tam ahənglə işləyən iki identik beyin kimi qəbul olun‑ ması fərziyyəsindən çıxış edərək, professor Ornsteyn onun hər iki yarısının ayrılıqda hansı intellektual və fiziki fəaliyyət növlərini idarə etməsini müəyyənləşdirməyi qərara almışdır. O, öz tələbələrinin bəzilərinin üzərinə beyin dalğalarını ölçmək üçün xüsusi ötürücü cihaz yer‑ ləşdirərək, müxtəlif əqli məsələləri həll etməyi onlardan xahiş etmişdir. Belə ki, tapşırıqlar rəqəm sırasını bütövləmək, standart məktub və ya inşa yazmaq, rəngli kubikləri düzmək, hər hansı məlumatın mən‑ tiqi təhlilini vermək, xəyal etmək kimi məsələlərdən ibarət idi. Bu

hərəkətlərin yerinə yetirildiyi bütün zaman ərzində professor hər şagirdin beynindən yayılan dalğaların parametrlərini ölçürdü. Onun kəşfi qəribə və əlamətdar idi. Sol yarımkürə aşağıdakı əqli fəaliyyət növlərini idarə edir: ‑ Riyaziyyat; ‑ Dillər; ‑ Məntiq; ‑ Təhlil; ‑ Yazı; ‑ Digər analoji fəaliyyət növləri. Sağ beyin yarımkürəsi isə müx‑ təlif fəaliyyət növlərini idarə edir: ‑ Təxəyyül; ‑ Rəng qavrayışı; ‑ Musiqi; ‑ Ritm hissi; ‑ Xəyal etmə; ‑ Digər analoji fəaliyyət növləri. Həmçinin alim təyin etmişdir ki, insanlar öz beyinlərinin hansı yarımkürəsindən daha çox istifadə etməyə üstünlük verirsə, müvafiq olaraq, digər yarımkürəsini zəruri vəziyyətlərdə daha zəif işlədir. Ornsteyn daha bir faktı aşkar etmişdir: iki yarımkürədən “daha zəifi” stimulyasiya olunaraq, daha güclüsü ilə birgə işləməyə cəlb olu‑

narkən, son nəticədə, insanın bütün qabiliyyətlərinin və fəaliyyət səmərəsinin artması qeyd olunur. Bu artım alimin gözlədiyindən də artıq olmuşdur: o, “zəif” yarımkürəni güclü ilə birgə fəaliyyətə cəlb edərək, 1 yarımkürə + 1 yarımkürə = ikiqat yaxşılaşma düsturuna müvafiq olan nəticə əldə edəcəyini ehtimal edirdi. Lakin təcrübələrin nəticələri göstərmişdir ki, bəzən beyin standart kalkulyator kimi işləmir, yəni bir yarımkürənin fəaliyyəti o birisinə qoşulduqda effektivlik çox zaman 5‑10 dəfə artır. Ornsteynin kəşfləri oxu, yazı, hesab (yalnız sol beyin yarımkürəsi cəlb olunmuşdur) prinsipi ilə təhsil almış insanlar üçün xüsusi əhəmiyyət daşıyır. Ənənəvi olaraq, biz aktyorluq və ya musiqi istedadı olan, əlləri “qızıl” olan və ya bir qədər xəyalpərəst olan şagirdi uni‑ versitetdə yeri olmayan insan hesab edirdik. İndi isə tam aydınlığı ilə etiraf edə bilərik ki, bu, bir səhv idi, yaradıcı və ya artistik şəxsiyyət də elmi şüur tərzli insanlar kimi ağıl‑ lıdır. Sevda Aydınqızı


23 DALANDA TƏHLÜKƏ:

PANKREATİT Mədəaltı vəzi orqanizm üçün bir sıra vacib, demək olar ki, həyati vacib funksiya yerinə yetirir. O, orqanizmə daxil olan qidanın həzm olunmasın‑ da iştirak edən üç komponentdən biri olan mədəaltı (pankreatik) şirə ifraz edir. Mədəaltı şirəsiz digər iki kom‑ ponent (xlor turşusu və öd) bu mürəkkəb vəzifənin öhdəsindən gələ bilməz. Mədəaltı vəzinin ən vacib funksiyalarından biri qanda şəkər səviyyəsini tənzimləyən insulin hor‑ monunun ifraz olunmasıdır. Pankreatit (mədəaltı vəzi iltihabı) qarın boşluğu xəstəlikləri arasında (apendisit və xolesistitdən sonra) üçüncü yeri tutur. Ümumiyyətlə, adətən insanlar kəskin pankreatit tutması ilə “təcili yardım”la stasionara düşür. Adətən, kəskin pankreatiti özümüz‑özümüzə hədiyyə edirik. Çoxlu miqdarda yağlı və qızardılmış yeməklər yeyirik, sonra isə… xəstəxanaya gedirik. Kəskin pankreatitin diaqnostikası zamanı əsas göstərici ağrı sindro‑ mudur. Xroniki pankreatit zamanı ağrılar praktiki olaraq daimidir, lakin hər hansı tünd qida qəbul etdikdən sonra güclənir. Zədələnmə ocağının mədəaltı vəzidə lokalizasiyasından asılı olaraq, ağrılar sağ və ya sol qabırğa altı, kürək nahiyələrinə yayılır. Xroniki pankreatit zamanı tez yorulma, zəiflik, yuxu pozğunluğu, qıcıqlanmadan şikayətlənirlər. Xəstələr bəzən fobiya və depres‑ siyalardan əziyyət çəkir. • Kəskin pankreatit tutması zamanı ilk qayda – aclıq, soyuq və sakitlikdir. • Epiqastral (mədəyanı, günəş kələfi zonaya) nahiyəyə soyuq su ilə dolu qrelka qoymaq olar • 2‑3 gün heç nə yemək olmaz, içki əvəzi isə hidrokarbonat‑xloridli sular içmək olar; • Alkoqol, tünd qida, konserv, qazlı su və turş şirələri unutmaq

lazım gələcək. Eləcə də, qatı bulyon‑ lar, hisə verilmiş ərzaqlar, marinadlar və qıtığotu, sarımsaq, sirkə və xardal kimi ərzaqları da rasiondan xaric etmək lazımdır.

SOS! “Kəskin qarın” üzərinə isti qrelka qoymaq və spazmolitiklərdən istifadə etmək qəti qadağandır (klinik vəziyyəti pozmamaq üçün). Təmizləyici imalə həkim gəlişinə qədər həyata keçirilməsinə icazə veri‑ lən yeganə tədbirdir (sol böyrü üstə uzanaraq, 1‑1,5 l otaq temperaturlu su daxil etmək).

PƏHRİZ Kəskinləşmə zamanı birinci gün ac qalmaq məsləhətdir – şəkərsiz çay və qələvi mineral su içmək lazımdır. Sonra ehtiyatla pəhrizə suxarı, su ilə bişmiş sıyıqlar, yağsız kartof püresi əlavə etmək olar. Son günlərdə pəhriz tədricən genişləndirilir. Xəstəyə yağsız, qaynadılmış mal əti, suda və ya buxarda bişirilmiş balıq, duru sıyıq vermək olar. Üzlü süd, qaymaq, xama istisna olunur. Amma yağsız kəsmik və ya süzmə fayda verər. Qida rejimi bölünmüş və tez‑tez olmalıdır (gün ərzində 5‑6 dəfə).

PANKREATİTİN QEYRİ-ƏNƏNƏVİ MÜALİCƏ ÜSULLARI Mədəaltı vəzi bərkiməsi və fibromların profilaktikası üçün qaçış, heç olmazsa, gündə 20 dəqiqə (əks‑ göstəriş olmadan), müalicəvi gimnas‑ tika, qarın nahiyəsinin saat əqrəbi istiqaməti ilə ovxalanması (yeməkdən əvvəl) faydalıdır. Mineral sular içmək tövsiyə olunur. Banan, suda bişmiş qabıqlı kartof yemək faydalıdır. Zəncirotu, biyan kökü və ayıpəncəsi çiçəyi həlimi effektlidir. Həlim isti vəziyyətdə içilir. Belə bir

resept də məsləhətdir. Bərabər miq‑ darda zirinc yarpağı, solmaz çiçəyi və pişikdili otundan hazırlanmış qarışıq dəmləməsi içmək. Pəhrizdən əlavə, əvəzedici və ağrıkəsici məqsədi ilə ferment preparatları qəbul etmək tövsiyə olunur. Bu iki tələbə xroniki pankreatitin ağrılı forması müalicə‑ sində dünyada lider olan Mezim forte 10 000 cavab verir. Mezim ® forte 10000 – pankreatik mənşəli ağrını yatırtmaq və mədəaltı vəzi (MV) funksiyası çatışmazlığını effektiv müalicə etmək üçün yüksək texnologiyalı həb formalı ferment preparatıdır. Mezim ® forte 10000 həbləri turşuyadavamlı qişa ilə örtülmüşdür. Həbləşmiş poliferment preparatlar xroniki pankreatit zamanı abdominal ağrı sindromunun aradan qaldırıl‑ masında müəyyən üstünlüklərə malikdir: onların tərkibindəki enzim‑ lərin aktivləşməsi, əks rabitə mexa‑ nizmini işə salan (pankreatik sekre‑ siyanın tormozlanması, axarlarda təzyiqin enməsi) və tezliklə mədəaltı vəzin funksional sakitliyini yaradan və pankreatik mənşəli abdominal ağrının yatırdılmasına səbəb olan fer‑ mentlərin yüksək qatılığı yaranan bilavasitə onikibarmaq bağırsağın proksimal hissəsində başlayır (pankreatik axarın 12 barmaq bağır‑ sağa keçən yerə maksimal dərəcədə yaxın).

DƏRMAN PREPARATININ DOZALAŞMA REJİMİ

Mezim ® forte 10000 Böyüklər üçün orta bir dəfəli doza – yemək vaxtı 1‑2 həb təşkil edir. Müalicənin müddəti bir dəfə və ya bir neçə gündən (pəhriz pozuntu‑ ları zamanı həzm prosesi pozğun‑ luğunda) bir neçə ay və ya ilədək (daimi əvəzləyici terapiya zəruriyyəti olduqda) davam edə bilər.


24 FİTOPREPARAT «TONZİLQON® N» BOĞAZ XƏSTƏLİKLƏRİNİN MÜALİCƏSİ ÜÇÜN LOR orqanları infeksiyalarının xroni‑ ki xarakteri çox zaman orqanizmin immun sisteminin disfunksiyası göstəricisidir. Orqanizmin qeyri‑spe‑ sifik müdafiə mexanizmlərinin daimi aktivləşməsi iltihab reaksiyalarının əmələ gəlməsinə səbəb olur və infek‑ siya törədicilərinin tam yatırdılması üçün kifayət deyil. Bundan başqa, LOR orqanlarının residiv xəstəlikləri immun sisteminin zəifləmə dövründə proqressivləşən gizli infeksiyaların nəticəsidir. Çox zaman buna antibio‑ tiklərin əsassız təyini səbəb olur. Bir çox hallarda onlar bakteriostatik təsir göstərərək, faqositlərin fəallığını azaldır. Orqanizmin müqavimətini zəif‑ lədən digər amil yuxarı tənəffüs yol‑ larının virus xəstəlikləridir. Respirator viruslar selikli qişanın baryer funksiyasını pozaraq, yerli immu‑ nitetin, eləcə də, faqositlərin infeksiya törədicilərini udma qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Çox yayılmasına görə, xroniki tonzillit daha ciddi problemdir ki, onun müalicəsində birinci yerdə antibiotiklər durur. Xroniki tonzilliti olan xəstələrdə antibiotik seçimi haqqında tez qərar qəbul etmək zəruriyyəti və törədicinin identi‑ fikasiyası prosesinin uzun müddətli olması səbəbindən antibakterial tera‑ piya empirik xarakter daşıyır. Tonzillitin müalicəsi üçün antibakte‑ rial preparat seçimi, yalnız daimi artan antibiotikə qarşı rezistentlik ilə deyil, eyni zamanda, antibiotiklər ilə törədilən allergik reaksiyaların xeyli artması ilə çətinləşir. Bundan başqa, həkimlər, orqanizmin təbii mikro‑ biosenozunu pozan antibiotiklərdən istifadənin neqativ nəticələri haqqın‑ da fikir ətrafında birləşir. Konservativ tədbirlər səmərə ver‑ mədikdə və tonzillitin dekompen‑ sasiyası əlamətləri mövcud olduqda, tonzilektomiya haqqında qərar qəbul

edilir. Orqanizmin müdafiə qüvvəsinin artırılması konsepsiyası təbabətdə çoxdan bəllidir. Həm xroniki LOR xəstəliklərinin müalicəsində, həm də əməliyyatönü dövr və xəstələrin reabilitasiyası dövründə immunomodulyar preparatların isti‑ fadəsi zəruriyyəti şübhə doğurmur.

BİTKİ ALTERNATİVİ Ümumdünya Səhiyyə Təşkilatı və Avropa Şurasının nüfuzlu ekspertləri təhlükəsiz və effektiv fitopreparat‑ ların işlənilməsini məqsədəuyğun hesab edir. Xroniki və ya ləng proqressivləşən forma zamanı bir sıra xəstəliklərin müalicəsində gələcəyin fitoterapiyaya məxsus olması artıq sübut olunmuş‑ dur. Bu konsepsiya «Tonzilqon® N», «Sinupret», «Kanefron® N», «Mastodion» və s. kimi məşhur preparatların yaradıcısı və istehsalçısı olan «Bionorika AQ» alman kom‑ paniyasının fəlsəfəsində aparıcı rol oynayır. «Bionorika AQ» kom‑ paniyasının mütəxəssisləri «BİONORİKA – fitonirinq kom‑ paniyasıdır» (phyto – bitkili və engi‑ neering – işlənilmə, texnologiya sözlərindən) devizini fəal şəkildə həy‑ ata keçirir. Hazırda geniş istifadə olunan preparatlardan biri «Tonzilqon® N»‑dir. O, 1933‑cu ildən etibarən yuxarı tənəffüs yolları xəstəlikləri zamanı istifadə olunan effektiv vasitə kimi özünü doğrultmuşdur. «Tonzilqon® N» tərkibinə gülxət‑ mi kökü, çobanyastğı gülü, qatırquy‑ ruğu, boymadərən, zəncirotu, qoz yarpağı və palıd qabığı daxildir. Preparat daxili qəbul üçün damcı və draje formasında buraxılır. Çobanyastığı, gülxətmi və qatırquy‑ ruğunun aktiv komponentləri makro‑

faqlar və qranulositlərin faqositar aktivliyinin artırılması hesabına orqanizmin müdafiə mexanizmlərini stimulyasiya edir. Bu bitkilərin ekstraktları, bakterisid oksigen metabolitlərin artıq əmələ gəlməsi nəticəsində faqositləşmiş mikrobların hüceyrədaxili parçalanmasını gücləndirir. Çobanyastığı, gülxətmi və zəncirotunun polisaxaridləri, efir yağları və flavonoidlər iltihabaqarşı təsir göstərir və tənəffüs yolları selik‑ li qişası ödemini azaldr. Tonzilqon® N aşağıdakı hallarda istifadə olunur: • Yuxarı tənəffüs yollarının kəskin və xroniki iltihabı (tonzillitlər, farin‑ gitlər, laringitlər) • Tonzilektomiya əməliyyatından sonrakı dövrdə • Tonzilektomiyaya alternativ seçimində • Orqanizmin infeksiyalara qarşı müqavimətinin enməsi zamanı • Virus və bakterial infeksiyaları zamanı əmələ gələn fəsadların profi‑ laktikasında (otitlər, sinusitlər, pnev‑ moniyalar, kəskin və xroniki bron‑ xitlər, residiv anginalar) • Antibiotikoterapiya zamanı yardımçı vasitə kimi «Tonzilqon® N» yüksək təhlükə‑ sizlik, zəmanətli standart tərkib, yük‑ sək effektivliyə malikdir və müasir beynəlxalq tələblərə tam uyğundur. «Tonzilqon® N» preparatı ilə kompleks istifadə zamanı antibio‑ tikoterapiyası müddəti orta hesabla 2 dəfə azalır. Damcı formasında «Tonzilqon N» preparatı südəmər körpələr üçün də tam təhlükəsiz təyin oluna bilər. «Tonzilqon® N» ‑ bütün ailənin sağlamlığı üçün etibarlı fitoqayğıdır!


26

ilə cəmiyyətin ən kiçik nümunəsidir. Buna görə də ailəni kiçik cəmiyyət adlandırırlar. İnsan Allah və onun yaratdıqları qarşısındakı vəzifələrini – böyük‑ lərə hörmət, kiçiklərə şəfqət, mərhəmət və insanlıq borcunu ilk növbədə ailədə öyrənir. Ailə sevgi və tərbiyənin ilk mənbəyidir. Ər və arvad ailənin iki köküdür. Ailənin qurulması, yəni kiçik cəmiyyətin yaranması evlənmək ilə baş verir. Buna görə də Peyğəmbərimiz (s) : “Evlənin, çoxalın, çünki mən qiyamət günü başqa ümmətlərə sizin çox olmanızla iftixar edərəm”, – buyu‑ rur. Amma çoxalmanın da

özünəməxsus problemləri var. Son zamanlar ailə quran gənclərin qarşılaşdığı ilk problemlərdən biri də elə sonsuzluqdur. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata əsasən sağlamlıq yalnız xəstəlik‑ lərin olmaması kimi deyil, tam fiziki, mental, sosial tarazlıq kimi qiymətləndirilir. 1 ildən az olma‑ yaraq, müntəzəm cinsi əlaqə zamanı hamiləliyin müşahidə olunmaması sonsuzluq adlanır və insanlarda müxtəlif psixoloji pozulmalara, şəxsi komplekslərin inkişafına səbəb olur. Bütün qeyd olunan bu faktorları nəzərə alaraq, yeni beynəlxalq təsnifata əsasən

sonsuzluq xəstəlik hesab olunur. Bu xəstəliyin ən mühüm tərəfi həm qadının, həm də kişinin ətraflı müayinə olunmasının vacib‑ liyindədir. Aparılan statistik araşdırmalara əsasən, bütün dünyada 50‑80 milyon insanın son‑ suzluqdan əziyyət çəkməsi qeydə alınıb. İnsanın fertilliyi (mayalanma keyfiyyəti və qabiliyyəti) digər canlılardan daha yüksəkdir. Belə ki, qadın orqanizmi artıq 13‑14 yaşlarında mayalanmaya hazır olur. Reproduktiv dövr 40‑50 yaşa qədər davam edə bilər. Kişilər isə hətta ahıl yaşlarda da nəsil törətmə qabiliyyətini saxlayır.


27 Mayalanmanın baş tutması və ya hamiləliyin başlanması üçün yüzlərlə hormonal, kimyəvi, fer‑ mentativ və fiziki proseslər ardıcıl olaraq həyata keçməlidir. Prosesin mahiyyəti spermatozoidin xayalar‑ da yaranması, müəyyən yollar keçərək yetişməsi, uşaqlıq boru‑ larına keçməsi və nəhayət, yumur‑ ta hüceyrə ilə görüşməsindədir. Yumurta hüceyrələri yumur‑ talıqlarda follikuların əlverişli mühitində yetişməli, ovulyasiya mərhələsindən keçməli, uşaqlıq borusunun ampulyar hissəsində mayalanmalıdır. Bundan sonra mayalanmış embrion uşaqlığa düşərək, onun divarına yapışaraq, implantasiya olunur və növbəti mərhələ, hamiləlik baş verir. Bu uzun və mürəkkəb zəncirin istənilən hissədə qırılması sonsuz‑ luğun hər hansısa növünün mey‑ dana gəlməsinə səbəb olur. Beləliklə, sonsuzluq çox mürəkkəb kompleks olub, müxtəlif səbəblərdən yarana bilər. Sonsuzluğun səbəbləri kimi təsni‑ fatı da müxtəlifdir. Əgər qadın heç vaxt hamilə olmayıbsa, bu birincili sonsuzluq adlanır. Bəzən elə olur ki, qadın bir və ya bir neçə dəfə hamilə olur, lakin müxtəlif patologiyalar nəticəsində övlad dünyaya gətirə bilmir. Belə hal ikincili sonsuzluq adlanır. Ümumilikdə isə sonsuzluq 2 yerə bölünür: qadın və kişi son‑ suzluğu. Qadın sonsuzluğu – endokrin, boru və uşaqlıq sonsuzluğuna bölünür. Endokrin sonsuzluq qadının hormonal mexanizmində patologiya olduqda; boru sonsuz‑ luğu boru keçiriciliyinin pozul‑ masında; uşaqlıq sonsuzluğu isə uşaqlığın anatomik çatışmazlığın‑ da (anadangəlmə və ya qazanılma) müşahidə olunur. Kişi sonsuzluğu – hal‑hazırkı statistikaya əsasən problemin 45‑ 60%‑ni təşkil edir. Kişi sonsuzlu‑ ğunun da səbəbləri müxtəlifdir:

travmalar, keçirilmiş infeksion xəstəliklər, anadangəlmə və qazanılmış inkişaf patologiyaları. Bütün bu faktorlarla yanaşı cütlərin bioloji uyğunsuzluğu da sonsuzluğa səbəb olan amillər‑ dəndir. Bu proses zamanı qadın orqanizmi ərinin spermalarına qarşı antitellər sintez edir. Bioloji uyğunsuzluq zamanı təbii yolla hamiləlik mümkün deyil. Lakin spermanı xüsusi zülallardan təmizləyərək, qadın orqanizmi üçün bioloji stress olmasın deyə, kiçik dozalarla uşaqlığa yeritməklə hamiləliyə nail olmaq olar. Müşahidə olunan sonsuzluqlar arasında səbəbi məlum olmayan patologiyalar da mövcuddur. Nəzərə alsaq ki, övladın dünyaya gəlməsində hər iki tərəfin rolu eynidir, bu sual bir qədər yersiz görünür. Əlbəttə, müali‑ cənin daha uğurlu olması üçün hər iki tərəf həm müayinələrdə, həm də təyin olunan müalicənin müzakirəsində iştirak etməlidir. Vaxtında düzgün müalicə olan cütlər arasında valideyn olmaq şansı daha böyükdür. Bu gün müasir təbabətin imkanları durma‑ dan artmaqdadır. Sonsuzluğun müalicəsinə hər iki tərəf ətraflı müayinə olunub, diaqnoz dəqiqləşdirildikdən sonra başlanır. Müalicə çox şaxəli və son metodlara əsasən aparılır. Bura cinsi fəaliyyətin planlaşdırılması, hormonal terapiya, uşaqlıq daxili inseminasiya, ekstrakorporal mayalandırma, fallop borularına qametin transplantasiyası və s. metodlar aiddir. Metodlardan hər hansı biri tətbiq olunmazdan öncə xüsusi instrumental və laborator müayinələr aparılır. EKM metodu mütləq qadın sonsuzluğunun, kişi sonsuzluğu‑ nun və sonsuz cütlərin digər for‑ malarının cərrahi və konservativ müalicəsinin effektsizliyi zamanı uğurla tətbiq olunur. Born Holl klinikasında embrio‑ loq R.Edvards və mama‑ginekoloq P.Steptounun sonsuzluğun müali‑

cəsinin insan oositlərinin in vitro mayalanmasına əsaslanan işləmələri geniş səs‑küyə səbəb oldu. Qadın uşaqlığına in vitro mayalandırılmış insan oositlərinin köçürülməsi haqqında məlumat 1976‑cı ildə dərc olundu, lakin təəssüf ki, bu hamilə‑ lik ektopik nəticələndi. Və yalnız 1978‑ci ildə elə həmin klinikada uşaqlıq boruları götürülmüş qadının “sınaq şüşəsi”ndən olan övladı mey‑ dana gəldi. Bu hadisə EKM və köməkçi reproduktiv texnologiyanın praktikada tətbiqinə geniş yol açdı. EKM metodunun inkişafında tibbi texnikada proqres böyük rol oynadı, belə ki P.Steptou və həm‑ müəllifləri artıq yumurtahüceyrələri əvvəllər olduğu kimi laparotomik yolla deyil, laparoskopik əldə etməyə başlamışdılar. Lakin bunun‑ la belə laparoskopik müdaxilə özünün mürəkkəbliyi və ağırlaş‑ maları ilə müşayiət olunmuşdu. Preovulyator oositlərin transabdo‑ minal yolla US müşayiəti və yerli anesteziya altında follikul punksiyası metodu haqqında məlumatlar meydana gəlməyə başladı. Sonralar bu metod folli‑ kulların transvaginal punksiyası metodu ilə əvəzləndi. A.Trounson və həmmüəllifləri (1983) embrion‑ ların dondurulması və donu açılmış embrionların uşaqlıq boşluğuna yeridilməsi sahəsindəki müvəffə‑ qiyyətləri ilə köməkçi reproduktiv texnologiya metodlarının imkan‑ larını nəzərəçarpacaq dərəcədə genişləndirdi. Qadınların reproduktiv sağlam‑ lığı onların reproduktiv yaşı ilə müəyyən edilir, çünki qadınların reproduktiv yaşı doğulan uşaqlar və doğum əmsalı arasında müəyyən uyğunluq yaradır. Cəmiyyətdə reproduktiv yaşlı qadınlar çox olduqca, gələcəyə və cəmiyyətin məhsuldar qüvvələrinin inkişafına inam artır. Sevinc Sevdimalıyeva Ailə Planlanması Mərkəzi həkim‑ginekoloq, ekstrakorporal mayalanma üzrə mütəxəssis


28

TOKSİKOZ: GƏLƏCƏK ANALARIN SINAĞI

ANTİK QARŞIDURMA Qədim Yunanıstanda toksikoz keçirən qadınlara acıyaraq münasi‑ bət bəslənirdi. Qadın üçün rahatlıq və komfort yaradılırdı, o, ev işlərindən azad olunurdu. Təbiblər dəvət olunurdu və onlar pasiyentləri olan qadınlara özlərinin hazırladığı həlimlər və qarışıqlar verirdilər. Onların tər‑ kibinə, adətən, kül və ovularaq toz halına salınmış heyvanların bədən hissələri daxil olurdu. Qədim yunanların fikrincə, bu qarışıqlar dölün kişi kökünü möhkəm‑ ləndirir və ona qüvvət verirdi. Hesab olunurdu ki, toksikozlar yalnız oğlana hamilə qalarkən baş verir. Yunanlar elə güman edirdi ki, problemli hamiləlikdən sonra doğulan uşaqlar enerji və güclü xasiyyət ilə fərqlənirlər. Onlardan yaxşı döyüşçü, natiq və dövlət xadimləri alınacağına ümid bəs‑ lənirdi. Qədim Romada hər şey tərsinə baş verirdi. Əbədi şəhər zəif uşaqlara qarşı amansız idi. Uşaq çox kiçik və arıq doğulurdusa, hətta onu məhv edə bilərdilər. Hamiləliyi pis keçirən qadınlara

hörmət bəslənilmirdi, çünki o, məntiqə görə, dünyaya zəif övlad gətirirdi. Axı toksikoz iki kökün mübarizəsidir. Hər bir qarşıdurma isə, hətta ana bətnində olsa belə, gələcək döyüşçünü zəiflədir. Ona görə də, dəfələrlə təkrar olunan toksikozlar boşanmaya da səbəb olurdu. Kişi hamiləliyin öhdəsindən problemsiz gələ bilən başqa qadınla evlənirdi.

ÇİN ULDUZ FALI Qədim Çində toksikozdan sonra doğulmuş uşaqlara tamamilə fərqli münasibət bəs‑ lənirdi. Hesab olunurdu ki, hamiləlik nə qədər problemli keçirsə, uşaq o qədər günahsızdır. O, yer üzünə gəlmək istəmir – axı həyat çətin və təhlükəlidir. Ona görə də, dünyaya gəlmək üçün körpəni dilə tuturdular. Hamilə qadın gözəl əşyalar ilə əhatə edilir, həzin musiqiyə qulaq asır və dadlı, məbəddə təqdis edilmiş qida qəbul edirdi. Həyatın gözəl və ahəngdar olmasını körpəyə sübut etməyə çalışırdılar. Müalicə üsulları da bu münasibətdən irəli gəlirdi. Onlar əsasən, dərman bitkilərinin həlim‑

lərindən ibarət olurdu. Bu bitki həlimlərinin dadlı olması da vacib şərt idi. Eyni zamanda, həlimlərin tərkibinə mütləq sidikqovucu təsirə malik olan komponentlər daxil idi ki, bu da toksikozun gedişini asanlaşdırırdı.

TAXTA DƏRMAN Afrikalı tayfalarda toksikozları çox maraqlı üsul ilə müalicə edirdilər. Orada gələcək analara tərkibinə kinə ağacı qabığı daxil olan qarışıqlar verilirdi. Məlumdur ki, kinə çox acı dada malikdir və bu səbəbdən hamilə qadınlara müalicə heç də asan başa gəlmirdi. Yalnız XX əsrdə bu müalicənin məqsədi aydın oldu: kinə mal‑ yariya törədicisini məhv edir. Məhz bu xəstəlik hamiləlik ilə bağlı olan problemlərin əsas səbəbi idi. Bundan başqa, kinə çoxlu miqdarda mikroelement, o cümlədən, kaliumun təchizatçı‑ sıdır. O, çox gərgin olan uşaqlıq əzələlərini boşaldır və hamiləliyin özbaşına pozulmasının qarşısını alır.


29 Katolik kilsə toksikozlara qarşı birmənalı münasibət bəsləmirdi. Misal üçün, orta əsrlərdə hesab olunurdu ki, problemli hamiləlik qadına hər hansı bir qəbahətə görə verilmişdir. Flandriyada din xadimləri, tok‑ sikozun xaç suyuna salınmış qadının və xaçlanmamış uşağın mübarizəsi olmasını iddia edirdi. Bütün problemlər – pis əhval‑ ruhiyyə, ürəkbulanma, yorğunluq – günahsız və günahlının qarşıdur‑ ması kimi yozulurdu.

lunu misal gətirirdi. Onun nəzarəti altında xanımlar bu halların öhdəsindən xüsusi pəhriz, gimnas‑ tika və təmiz havada gəzintilər vasitəsi ilə gəlirdi. Eləcə də, su prosedurları və masaj tətbiq olunurdu. O zamanlar üçün nail olunmuş uğur çox böyük idi: demək olar ki, doktor Şternin bütün pasiyentləri tez bir vaxtda iştahalarını bərpa etdi və normal çəkili övlad dünyaya gətirdi. Bu, dünya tarixində ilk hadisə idi ki, toksikozlara ciddi yanaşıldı və onun xəstəxanada müalicəsinə başlanıldı.

YATAQ REJİMİ

QEYRİ-DÜZGÜN TOKSİKOZ

SƏRT AVROPA

Sonralar hesab edilirdi ki, tok‑ sikozlar – ərköyün və zəif, yəni aristokrat qadınların qismətidir. Kəndli və kasıb şəhər qadınları hamiləlik zamanı heç bir problem ilə üzləşmirdi. Zadəgan qadınlarda hər şey tərsinə baş verirdi. Ən xırda bir nasazlıq çoxlu şikayətlərə səbəb olurdu. Beləliklə, ilk dəfə olaraq, toksikozun əmələ gəlməsi gələcək ananın sağlamlıq durumu ilə əlaqələndirildi. Zəngin qadınlara xüsusi rejim təyin edilməyə başlandı. Onlar hamiləliyin əvvəlindən yatağa uzanırdı. Gələcək ana sutkalarla pərqu döşəklərdə uzanırdı, hətta yeməyi də onlar üçün yatağa gətirirdilər. Nəticədə uşaqlar zəif, xəstə, kiçik bədən çəkisi ilə doğu‑ lurdu.

ALMAN GİMNASTİKASI Vəziyyət yalnız XIX əsrin orta‑ larında dəyişməyə başlandı. O zamanlar fiziki işin təbliği baş‑ landı. Onu müxtəlif xəstəliklərdən əziyyət çəkən qadınlara təyin edirdilər. Alman alimi Mixael Ştern hamilə qadınlara gimnastika etməyi məsləhət verəndə, bütün mədəni dünya sarsılmışdır. Lakin cəsur həkim “hamilələrin ürəkbu‑ lanması”nın bir neçə müalicə üsu‑

XX əsrin 20‑ci illərində toksikozlar haqqında yüksək tribu‑ nalardan danışmağa başladılar. Problemin elmi tədqiqatı başlandı.

Əvvəlcə onu anadangəlmə inkişaf pozuntuları ilə əlaqələndirdilər. Sonra infeksion nəzəriyyə peyda oldu. 60‑cı illərdə toksikozları orqanizmin zəhərlənməsi ilə izah etməyə çalışırdılar. Guya, hamilə‑ lik zamanı ananın sağlamlığına zərərli təsir göstərən toksiki mad‑ dələr ifraz olunur. Məhz o zaman‑ larda ilk dəfə olaraq “toksikoz” termini ortaya çıxdı. 80‑ci illərdə alimlər bu terminin qeyri‑korrekt olması haqqında danışmağa başladı. Onu “hestoz” termini ilə əvəz etdilər. Bu, immunoloji nəzəriyyə qəbul olun‑ duqdan sonra baş verdi. O, bütün problemləri dölün ananın immun sistemini zəiflətməsi ilə izah edir‑ di. Bu, rəsmi təbabətin bu günə olan mövqeyidir. Bəs, sabah nə olacaq?


30

ARZUOLUNMAZ

HAMİLƏLİK

lə qadınlar var ki, onlara ən müasir kontraseptivlər belə qəbul etmək olmaz. İki qadın hormonu – estrogen və proges‑ terondan ibarət olan birləşdirilmiş hormonal preparatların qəbuluna daha çox qadağa şamil olunur. Damarlarında ciddi problemlər mövcud olan şəxslərə (venaların varikoz genişlənməsi, miqrenlər, hipertoniya və ya ağır ürək xəstəlik‑ ləri) bu preparatların köməyi ilə hamiləlikdən qorunmaq və ya müalicə olunmaq olmaz. Trombların əmələ gəlməsinə meylli və ya qanın laxtalanma sistemi pozulmuş insanlara hormonal həblər qəbul etmək qəti qadağandır. Qaraciyər, böyrəklərin kəskin və xroniki xəstəlikləri və şəkərli diabet də kontraseptivlərdən istifadə etməyə imkan vermir. Hormonlar problemli qaraciyəri yükləyir və ödün qatılaşmasına səbəb olur. Böyrəklər xəstə olduqda, hormonlar orqanizmdən çox ləng və pis xaric olunur və onların əks təsiri cəm‑ lənir. Süd vəziləri, yumurtalıq və endometriumun hormon asılı şişləri zamanı da bu preparatları qəbul etməkdən çəkinin. İlk günlərdə qeyri‑adi baş və ya ürək ağrıları əmələ gəldikdə, arte‑ rial və kəllədaxili təzyiq artdıqda, görmə və eşitmə qabiliyyəti kəskin zəiflədikdə, həblərin qəbulunu dərhal dayandırın. Sarılıq inkişaf etdikdə, güclü qaşınma əmələ gəldikdə, epileptik tutmalar tezləşdikdə də həblərdən imtina edin.

UŞAQLIQDAXİLİ VASİTƏLƏR Uşaqlıqdaxili vasitələr yalnız hamiləliyin qarşısını almaq məqsədi ilə istifadə olunur. Spiralların heç bir müalicəvi dəyəri yoxdur. Uşaqlıqdaxili spiralların bir neçə çatışmayan cəhətləri mövcuddur. İlk növbədə etibarlılığı yüz faiz


31 deyil, 70‑75 faizdir. İkincisi, uşaqlıq boşluğunun daimi “aralı” qalması infeksiya üçün birbaşa yoldur. Hətta köməksiz uşaqlığı “çağırıl‑ mamış mikrob‑qonaqlar”dan müdafiə etmək üçün nəzərdə tutul‑ muş mis və ya gümüş məftilciklər belə heç də hər zaman yardım etmir. Uşaqlıq daxilində yerləşmiş yad cisim eyni zamanda bol, davamlı və çox ağrılı menstruasiyalara səbəb olur. Aybaşı zamanı uşaqlıqdan xaric olunan qan təbiətin fikirləşdiyi kimi deyil, qarın boşluğu tərəfə axmağa başlayır. Bu da, uşaqlıqdan kənar hamiləlik, endometrioza səbəb ola bilər. Spiralın “ayaqcıq”larının uşaqlıq divarına dirəndiyi yerlərdə qan dövranı aza‑ lır, bu isə miomatoz düyünün əmələ gəlməsi üçün ideal şəraitdir. Yəqin məlumdur ki, spiralı olan qadınlarda uşaqlıqdan kənar hamiləliklərin faizi başqa qadınlar‑ dan 4 dəfə artıqdır. Bəzi xəstəliklər zamanı spiral‑ dan istifadə etmək ümumiyyətlə qadağandır. Bu, uşaqlıq boyu eroziyası, uşaqlıq və artımların xroniki infeksiyaları, uşaqlıq cismi və boynunun bəd xassəli şişləri, endometriumun iltihabıdır. Uşaqlıq boynunun çapıq deformasiyası olan qadınlarda isə doğuşdan sonra spi‑ ral ümumiyyətlə qalmır. Son zamanlarda hormonal uşaqlıqdaxili vasitələr də əmələ gəlmişdir. Onlar adi spiralların analoqudur. Hər gün spiraldan kiçik dozada hormon ifraz olu‑ naraq, mayalanmanın qarşısını alır. Hormonlar qan axınına daxil olmur, bu səbəbdən də belə spirallar hor‑ monal həblərə xas olan bəzi əks təsirlərdən məhrumdur. Bununla belə, hormonal spirallar da bir sıra çatışmazlıqlara malikdir. Onlar menstrual dövrdə pozuntular törədə bilər. Və yalnız hormonal spiral xaric olunduqdan yarım il sonra 50% qadınlarda uşaq doğma qabiliyyəti bərpa olunur. Hər halda, üstünlüyü hormonal həblərə ver‑ mək məsləhətdir.

KİMYƏVİ KONTRASEPTİVLƏR Bu vasitələrin tərkibində həm spermatozoidləri, həm də, demək olar ki, bütün zərərli bakteriya və virusları zərərsizləşdirən maddə olan spermisidlər mövcuddur. Onlar vaginal şamlar, kremlər və tamponlar formasında təmsil olun‑ muşlar və beləliklə, yerli üsul ilə istifadə olunur. Kimyəvi kontrasepsiyanı uşaqlıqdaxili və hormonal vasitələrin tətbiqi göstəriş olmayan, təzə doğmuş və uşaq əmizdirən qadınlar istifadə edə bilər. Hamilə qadınlar üçün isə belə “kimya” əks‑ göstərişdir. Kifayət qədər yumşaq olan kimyəvi kontrasepsiyanın öz nöqsanları da var. “Farmateks”, “Patenteks‑Oval”, “Sterilin” krem‑ ləri arzuolunmaz hamiləlikdən tam qorumur. Xüsusən də, menstrual dövrənin ortasına yaxın və ovulyasiya zamanı. Bu kremlər sabun ilə təmasdan sonra aktivliyini itirir və ümumiyyətlə uzun müd‑ dətli təsirə malik deyil. Təkrar yaxınlıq zamanı yenidən vasitədən istifadə etmək lazım olur. Kimyəvi kontraseptivlərdən tez‑ tez istifadə etdikdə, təbii uşaqlıq yolu mikroflorası pozula bilər. Antiseptikin təsiri altında faydalı bakteriyalar zərərlilər ilə birlikdə məhv olur. Və nəticədə xoşagəlməz bir hal – yerli disbakterioz inkişaf edə bilər. Xarici cinsiyyət orqan‑ larının kəskin iltihabi xəstəlikləri olan qadınlara bu kontrasep‑ tivlərdən heç istifadə etmək olmaz – əvvəlcə müalicə olunmaq lazımdır.

HORMONAL İYNƏLƏR Hormonal inyeksiyalar, misal üçün, Depo‑Provera, uzun müd‑ dətli kontrasepsiya vasitəsidir. Onlar yalnız doğmuş və ya yetkin yaşlı qadınlar üçün nəzərdə tutu‑ lub. Preparatın inyeksiyası tər‑ kibində levonorgestrel hormonu mövcuddur. O, tədricən azad olu‑ naraq, qanda preparatın daimi

qatılığını qoruyub saxlayır. İnyeksiyaların kontraseptiv effekti bundan ibarətdir. Bu üsulun əsas üstünlüyü ondan ibarətdir ki, qadın hər gün eyni vaxtda hormonal həbləri qəbul etmək məcburiyyətində deyil. Əsas odur ki, 2‑3 ayda bir dəfə həkimə müraciət etməyi və iynə vurdur‑ mağı unutmayasınız. Lakin menstrual dövrəsi tam formalaşmamış cavan qızlara və 40 yaşından yuxarı qadınlara belə inyeksiyalar vurmaq olmaz. Axı, onlar yumurtalıqların funksiyasını boğur və menstruasiyalar, demək olar ki, kəsilir. Yaşından asılı olma‑ yaraq, hələ doğmamış qadınlara da risk etmək olmaz. Eləcə də, uşaqlıq‑ dan kənar hamiləliyi olmuş qadın‑ lara, çünki bu hadisənin təkrarlan‑ ması riski mövcuddur.

HORMONAL İMPLANTATLAR Hormonal implantatları artıq uşaq doğmağı planlaşdırmayan qadınlar istifadə edir. Hormon tər‑ kibli kapsullar cərrah tərəfindən dərinin altına tikilir. Hormonlar kapsulun divarından müntəzəm şəkildə azad olunur və qan dövranına daxil olur. Hormonal həblərdə olduğu kimi, bu kontrasepsiya üsulu qan xəstəlikləri, qaraciyərin kəskin xəstəlikləri, vena və arteriyaların trombozu, süd vəzi xərçəngi xəstə‑ liklərinə ziddir. Hormonal implantatları cavan, doğmamış qadınlara qətiyyən isti‑ fadə etmək olmaz. Onlarda mens‑ trual funksiyanın və nəticədə, uşaq doğmaq qabiliyyətinin bərpa olun‑ mayacağı riski çox yüksəkdir. Beləliklə, ideal kontraseptiv mövcud deyil. Əgər biz qadının fizioloji xüsusiyyəti olan hamiləliyin qarşısını alırıqsa, mütləq əks‑təsirlər olacaqdır. Onları minimuma endirmək üçün kon‑ traseptivləri yaxşı həkim ilə birlikdə seçin.


32

İNFEKSİYASIZ

MƏHƏBBƏT adın cinsi infek‑ siyaları yay xəstəliklərinə aid olmasa da, isti mövsümdə onlara daha tez yoluxulur. Xlamidiya, trixomonas, ureaplazma, miko‑ plazma və digər mikroblar isə orqanizmə daha çox cinsi yolla daxil olur. Vəziyyəti şəxsi gigiyenanın olmaması da çətinləşdirir. İnfeksiyaya məişət yolu ilə də yoluxmaq olar. Misal üçün, hamamda alt paltarsız oturarkən və ya yoluxmuş şəxsin məhrabasından istifadə edərkən, ictimai tualetlərdən istifadə zamanı yoluxmaq mümkündür. İlk öncə yoluxmanız haqqında məlumatsız ola bilərsiz. Bəzi mikrob növləri – xlamidiya, urea‑ plazma, qardnerella – heç bir qorxunc simptomlarla təzahür olunmadan sakit yaşamağa malikdir. Mikrob daşıyıcısı olmanız haqqında, həyat yoldaşınızın xəstələnməsindən

sonra xəbər tuta bilərsiz. Çoxları belə hallarda bir‑birini nahaq yerə xəyanətdə günahlandırmağa başlayır. Sadəcə olaraq, əriniz infeksiyaya qarşı sizdən daha həs‑ sasdır, sizin isə immunitetiniz möhkəmdir. Vəziyyətdən ən yaxşı çıxış yolu – hər ikinizin müayi‑ nədən keçməyiniz və birlikdə müalicə olunmağınızdadır. Hadisələrin başqa inkişaf variantı da təəccüb doğurur. Misal üçün, qadının həyatında kişi olmadıqda və ya onun ilə çoxdan ayrıldıqda. Və birdən‑birə o, özündə bu xəstəliyin simptomlarını aşkar etdikdə və infeksiyanı analizlər də təsdiq etdikdə, təəccüb daha da artır. Məsələ ondadır ki, əvvəllər orqanizm müqavimət göstərərək, mikroba baş qaldırmağa imkan vermirdi, indi isə müxtəlif səbəblərə görə, müdafiə zəiflə‑ mişdir və mikrob aktivləşmişdir.

PROFİLAKTİK SƏDAQƏT İnfeksiyaya yoluxmanın qarşısını almaq üçün aşağıdakı qaydalara riayət etmək lazımdır. 1. Ailənizə sədaqətli olun. 2. Prezervativdən istifadə edin. 3. İntim gigiyena qaydalarına riayət edin. Qıcıqlanma, qaşınma, ifrazat əmələ gəldikdə, onları zəif kalium‑ permanqanat məhlulu və ya çobanyastığı cövhərinin kömək‑ liyi ilə aradan qaldırın. Yaxşı olar ki, həb və ya şam şəklində hər hansı xüsusi iltihabaqarşı vasitələr əlinizin altında olsun. Bu, yaxşı yoxlama üsuludur: bayağı süd yarası onların təsiri altında keçəcək, cinsi infeksiyaya isə təsiri olmayacaq. Belə halda dərhal həkimə müraciət etmək lazımdır. 4. İldə bir‑iki dəfə profilaktik ginekoloji (qadınlar) və androloji (kişilər) müayinədən keçin.


33 Xəstəlik

Törədici

İnkubasion dövr

İlkin simptomlar

Mümkün nəticələr

Müalicə

QİÇS

Virus

İlkin mərhələlərin aşkar olunması üçün 1‑8 həftə; QİÇSin inrkişafı üçün bir neçə il

Limfa düyün‑ lərinin böyüməsi, qızdırma, çəkinin azalması, tez yorulma

Ağır infeksiya‑ lar, bədxassəli şişlər, ölüm

Həyatı uzadan preparatlar

Genital herpes

Virus

2‑12 gün

Qaşınma törədən kiçik maye tərkib‑ li qabarcıqlar, qızdırma

Ana bətnində dölün tələf olması; nata‑ mam uşaqların doğulması

Xüsusi preparatlar

Hepatit B

Papilloma virusu

45‑160 gün

İştahanın pozul‑ ması, ürəkbulan‑ ma, sarılıq

Qara ciyər xərçəngi

Vaksinasiya

Genital ziyil

Bakteriyalar

1‑20 ay

Xarici cinsiyyət orqanları üzərində ziyillər

Uşaqlıq boyunu xərçəngi

Ziyillərin ləğv olunması

Xlamidiya ilə törənən infeksiyalar

Bakteriyalar (kokklar)

5‑7 və daha çox gün

Sidiyə getmə zamanı göynəmə, uşaqlıq yolu və ya sidik kanalından ifrazat

Sonsuzluq, uşaqlıqdan kənar hamilə‑ lik, pelvioperi‑ tonit, vaxtından əvvəl doğuş

Xüsusi preparatlar

Süzənək

Bakteriyalar (spiroxetlər)

2‑8 və daha çox gün

Sidiyə getmə zamanı göynəmə, uşaqlıq yolu və ya sidik kanalından ifrazat

Sonsuzluq, artrit, ürək xəstəlikləri, pelvioperitonit

Antibiotiklər

Sifilis

Maya göbələkləri

10‑90 gün

Şankr – bir və ya bir neçə

Mərkəzi sinir sitemi və digər həyati vacib orqanların ağır pozğunluqları

Antibiotiklər

Kandida növlü maya göbələk‑ ləri ilə törənən infeksiyalar

Bəsitlər

Dəyişir

Uşaqlıq yolundan ağ rəngli çoxlu miqdarda ifrazat, uşaqlıq yolunun qıcıqlanması

Körpələrin mümkün yoluxması

Xüsusi preparatlar

4‑20 gün

Pis qoxulu köpük‑ lü ifrazat, cin‑ siyyət orqan‑ larının qıcıqlan‑ ması, qaşınma

Uşaqlıq yolu qanaxmaları

Xüsusi preparatlar

Trixomoniaz


34


35 ƏNƏNƏVİ TƏBABƏTİN MÜASİR DÜNYADA YЕRİ

əxminən yüz əlli ‑ iki yüz il bundan öncə Avropada еlmi‑tеxniki tərəqqi başladı. Bütün еlmlər, xüsusən də tibb еlmi, sürətlə inkişaf еtdi. Bu uğurlar avropalılarda bir növ “başgicəllənməsi” yaratdı. Onlar Şərq təbabətini büsbütün dandılar, bütövlüklə müasir tibb sisteminə arxalandılar. Bunun həm müsbət, həm də mənfi nəticələri oldu. Müasir tibb elminin ən böyük qüsuru ondadır ki, o, məhdud Qərb rasionalizmi üzərində qurulub. Son onillik‑ lərdə Qərbdə formalaşmış tibb еlmi məlumat cəhətdən nə qədər zəngindirsə, düşüncə, müdriklik baxımından bir o qədər kasıbdır. Lakin son zamanlar insanlar qədim müalicə üsullarının üstünlüyünü anlamağa başlayıblar və bütün dünyada, o cümlədən Qərbdə Şərq təbabəti‑ nə maraq artır.

Şərqdə ənənəvi təbabət hеç zaman unudulmamışdı. Müasir Hindistanda orta əsr təbabəti diqqətlə öyrənilir və tətbiq olunur. Onun metodları 200‑dən artıq xəstəxanada və 15 000 dis‑ pansеrdə istifadə olunur. Orada ənənəvi təbabəti araşdıran elmi‑ tədqiqat institutları var: Ayurvеda Milli İnstitutu və Ayurvеda Univеrsitеti. Hindistanın müxtəlif yerlərində ənənəvi tibbi öyrənən mərkəzi şuralar fəaliyyət göstərir. Onların nəzdində institutlar, elmi‑ tədqiqat laboratoriyaları var. Çağdaş Çində də Ənənəvi Çin Təbabəti Akademiyası mövcud‑ dur. Bu Akademiyanın nəzdində Çin təbabəti üzrə mütəxəssis hazırlayan 20 institut vardır. Ənənəvi təbabət üsulları ilə müalicə еdən həkimlər ölkənin bütün yerlərində fəaliyyət göstərir və dövlət xəstəxanaların‑ da işləyirlər. Müsəlman dünyasında da ənənəvi təbabətə maraq mövcud‑ dur. Məsələn, müasir İran, Əfqanıstan və Pakistanda xüsusi əttar dükanları var. Orada qədim İslam təbabətinin dərmanları, müxtəlif otlar və sağaldıcı minerallar satılır. Pakistanda doktor Məhəmməd Səidin rəhbər‑ liyi altında “Həmdərd” Tibbi Fondu adlı təşkilat fəaliyyət göstərir. Orada çalışan alimlər Şərq təbabətini araşdırır və onu müasir tibb еlmi ilə uzlaşdırmağa çalışırlar. Son iyirmi‑otuz il ərzində nəinki Şərqdə həm də iqtisadi cəhətdən inkişaf еtmiş Avropa ölkələrində və ABŞ‑da ənənəvi təbabətə maraq artır. Məsələn, 1950‑ci illərlə müqayisədə indi Amerikada dərman otlarının satışı 10‑15 dəfə artıb. Otuz‑qırx il bundan öncə amеrikalıların əksəriyyəti pişikotu, çobanyastığı,

dazıotunun nə olduğunu bilmirdilər. Bu gün isə onlar dər‑ man otları ilə müalicəyə üstünlük vеrirlər. Müasir Amеrikada ən popul‑ yar dərman bitkilərindən biri dazıdır. İngliscə ona Saint Johns Wort, latınca isə Hipеricum pеr‑ foratum dеyirlər. Müasir araşdır‑ malara görə dazı mülayim anti‑ dеprеssantdır və yüngül dеprеs‑ siya hallarının müalicəsində isti‑ fadə еdilə bilər. Amеrikada məşhur olan başqa otlar jеnşеn və pişikotudur.

ŞƏRQ TƏBABƏTİNİN ƏSAS MƏKTƏBLƏRİ Hal‑hazırda dünyada mövcud olan əsas tibb məktəbləri bun‑ lardır: Hind, Çin, Tibеt, Yunan və müsəlman tibb məktəbləri. Qədim Yunan və orta əsr Müsəlman təbabətləri bir‑birinə çox yaxındır. Onların ikisi də Hippokratın və Qalеnin irsinə arxalanır. Hind təbabəti, Çin təbabəti ilə müqayisədə müsəl‑ man təbabətinə daha yaxındır. Bu hər iki rеgionun coğrafi yaxın‑ lığından və tarix boyu yеr almış mədəni kontaktlardan irəli gəlir. Orta əsrlər zamanı bir çox Hindistan dərman bitkiləri və mürəkkəb nüsxələr müsəlman xalqları tərəfindən mənim‑ sənilmiş və istifadə olunmuşdu. Əks istiqamətdə də təsirlər mövcud idi. Müasir Hindistanda ənənəvi təbabətin iki qolu var: biri “ayurvеda” (əsl hind təbabəti), başqası isə “yunan” adlanır (qədim müsəlman təbabəti). Qədim Müsəlman təbabətinin Hindistanda “yunan” adı ilə tanınması təsadüfi dеyil, çünki həm Yunan, həm də İslam tibbi еyni nəzəri əsaslar üzərində qurulub. Ənənəvi Tibеt təbabəti Çin və Hind təbabətlərinin arasında bir körpü təşkil еdir. Tibеt təbabə‑ tinin əsas kitabları «Çjud‑şi» və «Vaydurya Onbo»dur.


36 İSLAM TƏBABƏTİNİN TƏŞƏKKÜLÜ Hələ uzaq daş dövründə ibtidai icma həyatı sürən insanlar çoxsaylı yarasağaldıcı, qansaxlayıcı, ağrıkəsici bitki növlərini tanıyırdılar. Daha son‑ ralar, tayfanın bilici adamları, ilk kahinlər və şamanlar təbiblik еtməyə başladılar. Bu dövrdə təbabət bəsit dini inanclarla, cadugərliklə sıx bağlı idi və yaranmaqda olan dinin bir qolu‑ nu təşkil еdirdi. Qədim Şumеr, Misir, Çin və Hind kimi dövlətlərdə tibb və din artıq bir‑birindən ayrılmağa başlayır və peşəkar həkimlər zümrəsi meydana gəlir. Qədim Misirdə həkimlik yüksək səviyyəyə çatmışdı, orada milad‑ dan əvvəl XVII əsrə aid çoxsaylı tibbi papiruslar aşkar еdilmişdi. Azərbaycanda da hələ 4000 min il əvvəl qədim Şumеr və Babilistanın tibbi nüsxələri isti‑ fadə olunurdu, insan kəlləsində trеpanasiya əməliyyatı aparılırdı. Tibbin rasional bir еlm şək‑ lində əsl təşəkkülünü yunan alimi Hippokratın (m.ö. VI əsr) adı ilə bağlayırlar. O, dönə‑dönə Misirdə olmuş və çox şеyləri qədim misirlilərdən öyrənmişdi. Bununla bеlə, Hippokrat tibbi nəzəriyyələşdirdi və xüsusi tibbi fəlsəfə yaratdı. O, tibdə rasional düşüncəni, məntiqi və еlmi təhlili gücləndirdi. Hippokratdan sonra da yunanlılar Şərq xalqlarından öyrənməyi davam еdirdilər. Məsələn, miladdan iki əsr əvvəl məşhur yunan həkimi Еrasistrat Azərbaycanı və İranı ziyarət еtmiş və buradan tibbi məlumat‑ lar toplamışdı. Miladın I əsrində Misirin İsgəndəriyyə şəhərində yaşayan Roma alimi Qalеn “məzac” nəzəriyyəni inkişaf еtdi‑ rir. Qalеnə görə məzac (latınca – tеmpеramеnt) insanın fiziki, fizioloji və psixiki individuallığını

xaraktеrizə еdən təbii xüsusiyyə‑ tidir. Xristianlığın ilk əsrlərində Bizans alimləri Amidiyalı Aеsi, Еginalı Pavеl və başqaları qədim yunan təbabətinə aid ilk еnsiklo‑ pеdiyalar yaratdılar. İslamın gəlişindən və Ərəb Xilafətinin bərqərar olmasından sonra bütün bu kitablar, еləcə də Hippokratın, Qalеnin, Dioskoridin əsərləri ərəb dilinə çevrildi və hind, türk, İran, ərəb təbabətləri ilə birliklə yеnicə yaranmış İslam təbabətinin bünövrəsini təşkil еtdi. Kitablar əl‑Məmun, Hərun ər‑Rəşid və başqa ərəb xəlifələrinin şəxsi tapşırığı və sifarişi ilə müxtəlif dillərdən ərəb dilinə tərcümə еdi‑ lirdi. Bunun üçün xüsusi еlm və tərcümə mərkəzləri yaradılmışdı, dünyanın müxtəlif ölkələrindən yüzlərlə təcrübəli tərcüməçi cəlb olunmuşdu. Artıq Hippokratı, Qalеni və yüzlərlə başqa qədim yunan, Roma, Bizans, səryani (qədim Suriya) və hətta hind müəlliflərini ərəbcə oxumaq mümkün idi. Bu tərcümələrdən bəhrələnən ilk böyük müsəlman alimləri (əl‑Kindi, Razi, İbn Sina və s.) tibb üzrə orijinal və dahi əsərlər yazmağa başladır. IV əsrdə Avropada faciəli hadisələr baş vеrdi. Mеşələrdə ibtidai icma həyatı sürən döyüşkən alman tayfaları Qərbi Avropanın yеganə mədəniyyət mərkəzi olmuş Roma İmpеriyasını zəbt еdərək dağıt‑ dılar. Romanın süqutundan sonra bütün Avropada cəhalət dövrü başlandı, savadsızlıq və dini fanatizm hökm sürdü, qədim təbabət unuduldu, xəstəxanalar və həkimlər yoxa çıxdı. Bu dəfə də mədəniyyət Avropaya Şərqdən gəldi. I‑XIV yüzilliklərdə müsəlman təbiblərinin ən məşhur əsərləri (İbn Sinanın “Qanun”, Razini “əl‑Havi”, Əli İbn Abbasın “Kitabül‑məliki”, Əbülqasım Zəhravinin “Risalətül‑cərrahi” və s.) latın dilinə çеvrilərək, Qərbi Avropada yayıldı və orada tibb

еlminin dirçəlməsinə və inkişafı‑ na təkan vеrdi. Bеləliklə, tibb еlminin Avropada inkişafı müsəl‑ man tibbinin təsiri ilə bağlıdır. Bəzi müasir Avropa alimləri İslam təbabətinin qeyri‑orijinal olmasını söyləyirlər. Guya müsəl‑ man təbibləri kitablarını büs‑ bütün qədim yunan risalələrindən köçürüblər. Bu hеç də bеlə dеyil. Tarix boyu bütün xalqlar öz qonşuları ilə mədəni və еlmi mübadilə еdib, nəyisə vеrib, nəyisə götürüblər. İlk mərhələdə Hippokrat, Qalеn və başqa yunan alimləri tibb еlmini qədim misirlilərdən, Yaxın Şərq İran və Azərbaycan əhalisindən öyrənirdilər. Daha sonrakı dövr‑ lərdə Hippokratın və Qalеnin irsinə əsaslanan İbn Sina, Əbubəkir Razi, Əli İbn Abbas, İbn Baytar, İbn Kəbir və başqa dahi Şərq alimləri tibb еlmini daha da yüksək zirvələrə ucaltdılar. Hippokrat cəmi 200, qədim hindlilər isə 760 dərman bitkisini tanıdığı halda, İbn Sina və başqa müsəlman alimləri öz əsərlərində 2600 dərman maddəsindən, o cümlədən 1400 dərman bitki‑ sindən söhbət açırlar. Ona görə də İslam təbabətinin dərindən öyrənilməsi həm nəzəri, həm də praktiki cəhətdən böyük əhəmiyyət kəsb еdir. Fərid Ələkbərli, tarix elmləri doktoru


37


38 UŞAĞIN YEMƏYİ üdəmər uşağın yeməyi ən əvvəl çaydan başlayır, çünki yeni doğulmuş uşaq aclıqdan çox susuz‑ luğa dözmür. Uşağın temperaturu qalxdıqda, ishal və ya qusma baş verdikdə ona mütləq hər saatdan bir çay vermək lazımdır. Uşağa itburnu çayı, ya da adi çay vermək olar. Südəmər uşağın əsas yeməyi ana südüdür. Ana südü tərkibcə inək, qoyun və keçi südündən fərqlənir (məsələn, ana südündə olan yağlar, inək südündə və ya başqa südlərdə olan yağlardan fərqlənir). Bundan başqa, heyvan südündə bu və ya başqa maddələr döş südünə nisbətən lap çox olur, buna görə də südəmər uşağa inək südünü su ilə qarışdırıb vermək lazımdır. Döş südündə olan qoruyucu maddələr uşağı bəzi yoluxucu xəstə‑ liklərdən qoruyur, bir çox xəstəlikləri asan keçirməyə kömək edir. Uşağı əmizdirməyə başlayarkən ana rahat oturmalı, bir ayağını kətilə söykəməlidir. Əyilib oturan ana tez yorulur, hövsələsiz olur, bunu da uşaq hiss edir. Uşağı zorla əmizdirmək olmaz, uşaq ac olduqda özü həvəslə döşü əmir. Uşağa hər dəfə döşün ancaq birini vermək lazımdır. 4‑5 aylıqdan sonra bir döşün südü uşağa çatmır. Qabaqcadan həkimlə məs‑ ləhətləşib, 4‑6 həftəlik südəmər uşağa ana südündən başqa alma, armud, şaftalı, yerkökü və pomidor şirəsi ver‑ mək olar. 3 aylıq uşağa gündə bütöv bir alma əzməsi vermək lazımdır. Bəzən uşaqlar əməndən sonra qusurlar. Uşaq yaxşı inkişaf edib, çə‑ kisi artırsa, buna görə qorxuya düşməyə dəyməz. Çünki çox vaxt uşaqlar artıq südü qusurlar. Bəzən isə uşaq fəvvarə ilə qusur. Və bu hər əmizdirmədən sonra təkrar olunursa, onu həkimə göstərmək lazımdır,

çünki bu, ciddi xəstəliyin əlaməti ola bilər. Uşaq əmizdirən ana özünə də fikir verməlidir. Ana nə qədər iştaha ilə yeyərsə və yeməyinin tərkibi vita‑ minli qidalarla zəngin olarsa, südü bir o qədər keyfiyyətli və çox olar. Uşaq əmizdirən ana çalışmalıdır ki, kökəlməsin. Buna görə də çörəyi, xəmir xörəkləri, şirniyyatı və yağı azaltmalıdır. Uşaq əmizdirən ananın bədəninə çoxlu maye lazımdır, o, təzə meyvə yeməli, meyvə şirəsi, su və ya açıq çay içməlidir. Uşaq əmizdirən ana həkimlə məsləhətləşməmiş heç bir dərman qəbul etməməlidir.

UŞAĞIN ƏLAVƏ YEMƏYƏ ÖYRƏDİLMƏSİ Həkim icazə verdikdən sonra 4‑5 aylıqdan yeni yeməklərə keçmək olar. Bunun üçün ilk vaxtlar uşağa duru kartof püresi verilir. Ona həmçinin yerkökü, çuğundur, kələm, gül kələ‑ mi də vermək olar. Lakin fikir ver‑ mək lazımdır ki, bunlar uşağın qarnında köp və sancı əmələ gətir‑ məsin, belə olarsa, tərəvəzə müvəqqəti ara vermək lazımdır. Birinci dəfə yeməyə ½ çay qaşığı kartof püresi verməklə başlamaq olar.

UŞAQ YEMƏK İSTƏMƏDİKDƏ Heç vaxt uşağa yeməyi zorla ver‑ məyin. Lakin uşağın hər hansı yeməyi birinci dəfə rədd etdiyini görüb, arxayın olmayın. Uşağın nə üçün bu yeməyi istəmədiyini aydın‑ laşdırın və mümkün qədər həmin səbəbi aradan qaldırın. Bəzən südəmər uşaqlar şirin yeməkləri xoşlayırlar. Şirin olmayan hər şeyi ağızdan çıxarırlar. Bəzən isə uşaq müəyyən yeməyin dadını xoşlamır. Məsələn, uşaq

yerkökünü çiy halda xoşlayır, bişirdikdə isə xoşlamır. Bəzən də uşaq yeni yeməyi ona görə xoşlamır ki, o, yaxşı əzilməmişdir və ağzına iri tikə düşüb, ürəyini bulandırır və ya qusdurur. Uşağı həmişəki vaxtda yedizdirmədikdə, yaxud onu anası yox, başqa bir adam yedizdirdikdə də yemək istəmir. Uşaq birinci gün təzə yeməyi istəmirsə, ertəsi gün yenə də ona həmin yeməyi vermək lazımdır. Bu vaxt ana səbirli və ardıcıl olmalıdır.

QİDALANMA GİGİYENASI Südəmər uşağın yeməyini ayrı bişirmək lazımdır. Südəmər uşaq azca böyüyən kimi (bir neçə aydan sonra) bəzi analar ona ailənin böyük üzvləri üçün hazırlanmış xörəkdən verməyə başlayırlar. Bu, uşaq üçün çox zərərlidir. Böyüklərin yeməyi uşaqda ağır ishal törədə bilər. Bu cür yemək yeyən uşaqlar köpmüş, solğun, xəstə görkəmli olur. Südəmər uşağın yeməyini hazırladıqda təmiz‑ liyə xüsusi fikir vermək lazımdır, çünki böyüklər üçün zərərsiz olan bəzi bakteriyalar südəmər uşaqlarda ağır xəstəliklər törədə bilər. Südəmər uşağın qabı (kasa, boşqab, qaşıq, sürtgəc və s.) ayrı olmalıdır. Bu qabdan böyüklər və ya başqa uşaqlar istifadə etməməlidirlər. Uşağın yeməyini qızdırmaq üçün yemək olan qabı birbaşa ocağa qoy‑ maq olmaz, çünki o, çox qızar, yaxud lazım olduğundan qatı olar. Uşağın yeməyi tökülmüş kasanı və ya stəkanı su tökülmüş qazana qoyub, ocaqda qızdırın. Diqqətli olmaq lazımdır ki, içində yemək olan qaba qazandakı sudan düşməsin.


40 UŞAQ

YOLUXUCU XƏSTƏLİKLƏRİ GÖYÖSKÜRƏK Göyöskürək fransızcadan tər‑ cümədə (koklyuş) “xoruz çığırtısı” deməkdir. Çünki uşaq öskürən zaman belə bir səs eşidilir. İnfeksiyanın əsas “hədəfləri” • Südəmərlər. Ömürlərinin ilk aylarında körpələr göyöskürəkdən immunitet vasitəsilə hələ müdafiə olunmayıb. Bağça yaşlı uşaqlarla təmas xüsusi ilə təhlükəlidir. • 1 yaşdan 5 yaşadək. Bir bağça yaşlı uşaq öz peyvənd olunmamış 10 yoldaşından 7‑ni yoluxdura bilər. • Yeniyetmələr. Bu zaman peyvəndin effekti heçə enir və yeniyetmə xəstələnə bilər. Kimdir günahkar? Göyöskürəyi Borde‑Janqu çöpləri törədir. Onunla bir dəfə, adətən, uşaq yaşlarında xəstələnirlər və son‑ radan ömürlük immunitet yaranır. Uşaq, xəstə ilə bilavasitə təmasda olan zaman yoluxur: göyöskürək çöpləri yalnız hava‑damcı yolu ilə ötürülür. Karantin müddəti 14 gündür.

Kim yoluxdurur? Adətən, uşaqlar xəstəliyin ilk günlərində yoluxdurucudur, lakin xəstəlik başladıqdan bir ay sonra da xəstələnməmiş yoldaşlarını onlara yaxın buraxmaq olmaz. Uşaq daha güclü öskürdükdə vəziyyət xüsusilə təhlükəlidir. Buz zaman bəlğəm uzağa sıçrayır və onun tərkibində daha çox mikrob olur. İnkubasion dövr – 3‑15 gün (orta hesabla 5‑8 sutka). Uşaq özünü nor‑ mal hiss edir. Tipik simptomlar Kataral dövrdə (3 gündən 2 həftəyədək) göyöskürək toksinləri qana daxil olur, uşağın vəziyyəti pis‑ ləşir, hərarəti 38‑39°C‑dək artır, quru öskürək əmələ gəlir. Spazmatik dövrdə (2‑8 həftə) göyöskürək toksinləri baş beyni zədələyir, ona görə də, öskürək tabe olmayan olur, hər hansı xarici qıcıqlandırıcı amil tərəfindən törədilir – küy, parlaq işıq. Bitmə dövründə öskürək özünəməx‑ sus “xoruz” xarakterini itirir və seyrəkləşir. Uşaq selikli‑irinli bəlğəm öskürüb tüpürür. Sonra xəstəliyin ayrı‑ayrı simptomları da yox olur. Buna 2‑4 həftə vaxt gedir. Müalicə Göyöskürək bu gün antibiotiklər vasitəsi ilə uğurla müalicə olunur. Daimi yataq rejimi tələb olunmur. Təmiz hava faydalıdır. Qida diyetik olmalıdır.

SU ÇİÇƏYİ Su çiçəyi hələ antik zamanlardan məlumdur. Lakin virus özü yalnız 1958‑ci ildə aşkarlanıb və herpeslər fəsiləsinə aiddir. İnfeksiyanın əsas “hədəfləri” • 6 aydan 7 yaşadək uşaqlar. • Son zamanlarda yeniyetmələr daha çox xəstələnir. • Uşaqlıqda su çiçəyi ilə xəstələn‑ məmiş insanlar böyük yaşlarında xəstələnə bilər. Kimdir günahkar? Su çiçəyi, qurşaqlı dəmrov, və ya herpes zosteri törədən viruslarla keçir. Ona görə də, su çiçəyi ilə xəstələnməmiş uşaqlar bu xəstə‑ likdən əziyyət çəkən böyüklərdən yoluxa bilər. Virus hava‑damcı yolu ilə yayılır. Karantin müddəti 21 gündür. Kim yoluxdurur? İnkubasion dövrün sonunda (hələ xəstəliyin simptomları olmadıqda), səpmə dövründə və dəri üzərində qovuqcuqların əmələ gəlməsi dayandıqdan 5 gün sonra uşaq və yeniyetmələr yoluxdurucu‑ dur. İnkubasion dövr – 11‑21 gün (orta hesabla 14 sutka). İnkubasion dövrün sonunda prodromal əlamətlər əmələ gələ bilər: əhvalın bir qədər pisləşməsi, hərarətin art‑ ması. Tipik simptomlar Əsas əlamət səpkidir. Adətən, səpki hərarətin artması ilə birlikdə və ya bir neçə saat sonra əmələ gəlir. Qovuqcuqlar bütün bədəni, üzü, əllər və ayaqları örtür. Əvvəlcə onlar çox kiçik olur, lakin tədricən iriləşərək, noxud ölçüsünə çatır. Hətta bəzən səpkilər ağız boşluğun‑ da əmələ gəlir. Bir neçə gün ərzində yeni səpkilər yaranır. Hər dəfə də hərarət artır. Səpki dövrü 1,5‑2 həftə davam edir. Sonra qovuqcuqlar quruyur. Müalicə Ev rejimi, yaxşı qulluq və brilyant yaşılı (zelyonka). Uşağı mütləq çimdirin və qovuqcuqları zədələməməyə çalışın. Qovuqcuqları brilyant yaşılı ilə işləyin. Bu, irinli


41 dəri infeksiyasının qarşısını alır. Bütün səpki dövrü ərzində uşaq yataqda olmalıdır. Səpkilərin əmələ gəlməsindən 9 gün sonra uşaq artıq yoluxdurucu deyil.

QIZILCA İlk dəfə olaraq, bu xəstəliyi ərəb həkimi Razes təsvir etmişdir, lakin yalnız XVIII əsrdə qızılca müstəqil xəstəlik kimi tanındı. Bu, ağır və çox yoluxdurucu infeksiyadır. İnfeksiyanın əsas “hədəfləri” Kiçik yaşlı uşaqlar, körpələr istis‑ na olaraq: onları doğulan zaman anadan keçmiş immunitet qoruyur. ÜST‑ün məlumatlarına görə, hər il qızılca ilə 40 mln.‑dək uşaq xəstələnir. Son zamanlarda yeniyet‑ mə və böyüklər də xəstələnir. Kimdir günahkar? Qızılca virus infeksiyasıdır. Hava‑damcı yolu ilə keçir. Karantin müddəti qızılcaya qarşı qamma‑qlobulinin vurulmasından

asılıdır. Vurulmayıbsa – 17 gün, vurulubsa – 21 gündür. Kim yoluxdurur? Ən çox xəstələnmə riski ilkin kataral dövrdə və səpmə dövrünün ilk günlərində xəstə uşaq ilə təmasda olduqdan sonra qeyd olunur. Səpkilərin əmələ gəldiyinin 4‑cü günündən sonra uşaqlar artıq yolux‑ durucu deyil. Xəstəliyin mənzərəsi İnkubasion dövr – 9‑10 gün. Yoluxma anından səpkilərin əmələ gəlməsinə qədər 13 gün keçir. Tipik simptomlar Qızılca soyuqdəyməyə oxşayan simptomlardan başlayır, hərarət artır, bəzən çox yüksək olur. Konyunktivit, işıqdan qorxma əmələ gəlir. Bu, ilkin kataral dövrdür. O, 3‑ 4 gün davam edir. Onun sonuna yaxın hərarət enir. Sonra səpki dövrü başlayır. Əvvəlcə səpki yaranır, sonra isə qulaqların arxasında, üz və boyunda, bədənin müxtəlif yer‑ lərində qırmızı ləkələr müşahidə olunur. Onlar tədricən birləşərək, böyüyür və bənövşəyi çalar alır. Səpki dövründə yenidən hərarət artır. 3‑4‑cü gün səpki solmağa başlayır və açıq‑qəhvəyi ləkələrə çevrilir. Bu ləkələr 1‑2 həftə qalır. Müalicə İzolyasiya, yaxşı qulluq və başqa

infeksiyaların qarşısının alınması. Tez‑tez vanna və duş qəbul olun‑ ması vacibdir. Müntəzəm olaraq, otağın havasını dəyişmək lazımdır. Boğazı soda məhlulu ilə yaxalamaq, fəsadların profilaktikası üçün isə gözlərə sulfasil və ya başqa antibak‑ terial damcılar daxil etmək lazımdır. Peyvənd və profilaktika AKDS – bütün valideynlərə tanış hərflərdir. Bu, eyni zamanda üç xəstəliyə qarşı peyvənddir – göyöskürək, tetanus və difteriya. İlk peyvənddən sonra immunitet yaran‑ mır, ona görə də bir yaşınadək onları üç dəfə edirlər: 3 ay, 4,5 və 6 aylıqda, sonra bir ildən sonra və 6 yaşında təkrarlayırlar. Qızılcaya qarşı peyvənd olun‑ mamış uşaqlar, adətən, mütləq xəstələnir və yaş ötdükcə, xəstəlik daha ağır keçir. İlk peyvəndi bir yaşında, ikincini 6 yaşında edirlər. İmmunitet minimum 25 il saxlanır. Şəhla Nəbiyeva həkim‑reanimotoloq‑infeksionist


42

SERVYE

ELMİ-TƏDQİQAT QRUPU

LES LABORATOIRES SERVIER (SERVYE) – Fransanın ən iri özəl farmasevtik və dünya miqyasın‑ da ikinci fransız farmasevtik kompaniyasıdır. Onun müəssisi və sahibi, kompaniyanın prezi‑ denti, tibb və farmasiya doktoru Jak Servyedir. Bu gün SERVYE kompaniyası dünyanın 140 ölkəsində təmsil edilmiş və buraxdığı preparatların 85%‑i Fransa hüdudlarından kənarda yayılmışdır. Hal‑hazırda SERVYE‑də 20000‑dən artıq əməkdaş çalışır ki, onlardan 3000‑ni elmi‑tədqiqat fəaliyyəti ilə məşğuldur. Kompaniyanın

illik maliyyə dövriyyəsinin 25%‑ ni təşkil edən 3,7 milyard avro‑ dan çox vəsaitin hər il elmi‑ tədqiqat işinə sərf olunması sayəsində bu prosesə verdiyi böyük töhfə bu kompaniyanı fərqləndirən cəhətdir. Məhz elmi‑ tədqiqat prosesinə verilən belə zəngin töhfələr sayəsində, Servye orijinal molekul, yəni, yüksək effektliyi təmin edən və milyon‑ larla pasiyentin əzablarını mühüm dərəcədə azaltmaq və həyatını xilas etməyə imkan verən unikal təsir mexanizminə malik olan preparatlar istehsalçısıdır.

Yeni preparatların kəşf olun‑ ması və işlənib hazırlanması üçün SERVYE‑nin nəzdində, üçü Paris şəhəriətrafı və biri Londonda yerləşən 4 iri tədqiqat mərəkəzi mövcuddur. Bu mərkəzlərdə zəruri molekulun axtarışı və kəşfi aparılır və bu proses ərzində preklinik biofar‑ makologiya öyrənilir və yeni dər‑ man vasitəsinin buraxılış forması təyin olunur. Yeni molekulun sonrakı terapevtik təsirini öyrən‑ mək üçün Servyenin sərəncamın‑ da Paris, Brüssel, Budapeşt, Buyenos‑Ayres, London, Madrid, Melburn, Montreal, Moskva,


43 Münhen, Pekin, Praqa, Roma, Rio‑de‑Janeyro, Seul, Sinqapur, Stoqholm, Tokio və Varşava şəhərlərində yerləşən 19 beynəlxalq terapevtik tədqiqat mərkəzləri mövcuddur. Əsas tədqiqat sahələri – ürək‑damar patologiyası, diabet və metabo‑ lizm, onkologiya, revmatologiya, sinir sistemi və psixiatriyadır. SERVYE kompaniyası qarşısı‑ na 3 əsas məqsəd qoyur: 1. Həkimlərin imkanlarını genişləndirmək və pasiyentlərin əzablarını azaltmaq və həyat‑ larının keyfiyyətini yaxşılaşdır‑ maq üçün yeni molekulların kəşfi və yeni dərmanların yaradılması. 2. Tədqiqatlar yolu ilə tibb elminin inkişafını təmin etmək və elmi tərəqqi prosesində iştirak etmək. 3. Kompaniyanın əməkdaşları‑ na qarşı qayğı: Servye kom‑ paniyasının hər işçisinin peşəkar və şəxsi inkişafına göstərilən böyük diqqət nəticəsində, hər bir əməkdaş ən yaxşı kompaniyada işlədiyini hiss etməlidir. SERVYE‑nin demək olar ki, hər preparatı, onu müvafiq tera‑ pevtik istiqamətli digər preparat‑ lardan fərqləndirən və onlar ilə müqayisədə sübut olunmuş üstünlükləri təmin edən unikal təsir mexanizminə malikdir. SERVYE kompaniyasının preparatları, bir çoxu beynəlxalq, irimiqyaslı, çox yüksək etibarlıq dərəcəli trayl olan və dünya miqyaslı tibb cəmiyyətləri tərəfindən qəbul olunmuş çoxsaylı tədqiqatlarda əsaslı sürətdə öyrənilmişdir. PROGRESS (Prestarium preparatının insult keçirmiş 6000 pasiyentə göstərdiyi təsirin öyrənilməsi), EUROPA (ÜİX olan 12000 pasiyentə Prestarium preparatının göstərdiyi təsirin öyrənilmiəsi), ASCOT (arterial hipertoniyalı 19000 pasiyentə Prestarium preparatının göstərdiyi təsirin öyrənilmiəsi),

ADVANCE (Diabeton MR və Noliprel forte preparatlarını qəbul edən 11000 şəkərli diabet pasiyentlərində arterial təzyiqin və qlikemiya səviyyəsinə ciddi nəzarət zəruriyyətinin öyrənilməsi), BEATIFUL (ÜİX olan 10000‑dən artıq pasiyent üzərində Koraksan preparatını tətbiq etməklə innovasion yanaş‑ ma yolu ilə ürək ritminin endirilməsi zəruriyyətinin öyrənilməsi), HYVET (Arifon Retard preparatından istifadə yolu ilə 4000 ahıl yaşlı pasiyentlərdə arterial təzyiqə nəzarət zəruriyyətinin öyrənilməsi), RELIEF (xroniki venoz xəstəliyi olan 5000‑dən artıq pasiyentin həyat keyfiyyəti‑ nə Detraleks preparatının təsirini öyrənmək üçün epidemioloji tədqiqat) kimi beynəlxalq çoxmərkəzli tədqiqatların nəticələri avropa və amerika tibb cəmiyyətləri tərəfindən tanınmış və ən məşhur elmi tibbi jurnallar‑ da dərc olunmuşdur. Və məhz belə mötəbər tədqiqatların əsasında müvafiq patologiyanın müalicəsi üzrə yeni tövsiyələr tərtib edilir. Azərbaycanda SERVYE kom‑ paniyası rəsmi olaraq, 2005‑ci ilin oktyabr ayından etibarən “SERVYE AZƏRBAYCAN” MMC filialı timsalında təmsil olunmuş‑ dur. Bu gün ölkəmizdə, demək olar ki, SERVYE‑nin bütün əsas preparatları qeydiyyatdan keçmişdir, o cümlədən: Preduktal MR, Diabeton MR, Prestarium, Noliprel, Arifon Retard, Detraleks, Koraksan, Bivalos, Bioparoks, Erespal, Koaksil və Pronoran. Bütün dünyada olduğu kimi, “SERVYE AZƏR‑ BAYCAN” MMC tibb ictimaiyyə‑ tinin elmi tərəqqisinə böyük diqqət göstərərək, MDB və Avropa ölkələrindən dəvət olun‑ muş mütəxəssislərin iştirakı ilə çoxsaylı konfranslar, dəyirmi masalar, treninqlər keçirir. Eləcə

Jak Servye kompaniyanın prezidenti, tibb və farmasiya doktoru də, “SERVYE AZƏRBAYCAN” MMC ölkə mütəxəssislərinin beynəlxalq konqresslərə səfərini və bizim həkimlərin müasir tibbi ədəbiyyat ilə təchizatını təmin etmək üçün hərtərəfli səylər göstərir. Azərbaycana daxil olan bütün preparatlar SERVYE‑nin Fransadakı mərkəzi zavodunda hazırlanır. SERVYE kompaniyası öz preparatlarının keyfiyyətinə görə tam məsuliyyət daşıyır. Azərbaycanda SERVYE preparat‑ larına nəzarət Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Ekspertizası üzrə Analitik Mərkəzin köməyi ilə həyata keçirilir. Yaxın gələcəkdə Azərbaycanda SERVYE‑nin yeni preparatlarının qeydiyyatdan keçirilməsi planlaşdırılır. “SERVYE AZƏRBAYCAN” MMC‑nin ölkəmizdə inkişaf etməsi üçün geniş planları mövcuddur və bu kompaniya Azərbaycanda tibb elminin inkişafı üçün öz yuksək fəallığını davam etdirəcək.


44

BOTOKS NƏDİR? ÜZÜN YUXARI HİSSƏSİ VƏ BURUNDODAQ BÜKÜKLƏRİ NAHİYƏSİNDƏ QIRIŞLAR Prosedura: Botoks inyeksiyaları + filler inyeksiyaları Bu gün botulizm toksini inyek‑ siyaları istənilən cavanlaşdırıcı proqramların əsasını təşkil edir.

Botoks mimik əzələləri boşalmağa və nəticədə, onların çox yüksək fəallığı səbəbindən törənən qırışları ləğv etməyə kömək edir. İnyeksiyadan 2‑3 həftə sonra qırışların doldurulması üçün nəzərdə tutulan preparat ‑ fillerin əlavə olaraq haraya daxil edilməsini müəyyənləşdirmək olur. Adətən, onların əsasını qeyri‑heyvani mənşəli gialuron turşusu təşkil edir. O, büküyü

hamarlayır və dərinin nəmliyini artırır. Botoks inyeksiyaları bir zona‑ ya, misal üçün, alın və göz ətrafı nahiyələrə, filler isə digər zonaya, misal üçün, burun‑dodaq bükük‑ ləri nahiyəsinə vurulduqda, fasilə etmək lazım gəlmir. Hər iki inyeksiya bir gündə vurulur. Lakin eyni sahə işlənməli olduq‑ da, həmin 2‑3 həftəni gözləmək lazımdır.


45 MİMİK QIRIŞLAR VƏ ŞİŞKİNLİK Prosedura: Botoks inyeksiyaları + aparat proseduraları Bəzən hesab edirlər ki, fizioterapiya botoks inyeksiyası nəticələrinə mənfi təsir göstərə bilər. Belə təsir xüsusən ultrasəs və mikrocərəyan müdaxiləsinə aid edilir. Bu günədək bu iddianı sübuta yetirən heç bir kliniki tədqiqat mövcud deyil. Ona görə də, kosmetoloji mərkəzlərdə aparat proseduraları botulizm toksini inyeksiyaları ilə birlikdə aktiv şəkildə istifadə olunur. Bu, həm mikrocərəyan tera‑ piyası, həm limfodrenaj proqram‑ larına, həm də lazer və ya ultrasəs təsirinə aiddir. Əvvəlcə botulizm toksini inyeksiyası vurulur, sonra – mütləq 2‑3 həftəlik fasilə verilir. Daha sonra isə aparat kursu aparılır. Belə yanaşma həm qırışların, həm də şişkinliyin öhdəsindən gəlməyə kömək edir. Eyni zamanda, o, dərinin elastik‑ liyini artırır və üzün rəngini təravətləndirir.

MİMİK QIRIŞLAR, PİQMENT LƏKƏLƏRİ, DƏRİ NAHAMARLIĞI Prosedura: Botoks inyeksiyaları + kimyəvi pilinq Botulizm toksini əzələləri boşaldır və beləliklə, dərini hamarlayır. Bu, pilinq üçün özünəməxsus bir hazırlıqdır. Axı daha hamar dəri üzərində o daha yaxşı təsir göstərir. Bundan başqa, pilinq özü‑özlüyündə mimik qırışlardan azad etmir. Axı onların səbəbi dərinin elastikliyinin azal‑ masında deyil, dərinin altındakı əzələnin vəziyyətindədir. Eyni zamanda piqment ləkələrin, nahamarlığın, çapıqların ləğv olunması üçün pilinq əvəzolun‑ mazdır. O, dərini çox gözəl hamarlayır, onu daha elastik

edərək, keyfiyyətini yaxşılaşdırır. Pilinqin növünü – səthi və ya ortalıq – eləcə də, onun sayını həkim pasiyentə görə fərdi olaraq seçməlidir. Ümumi qayda birdir – tələsməmək və inyeksiya aparıldıqdan sonra 2‑3 həftə gözləmək. Botulizm toksini əzələyə daxil edildikdən sonra əldə olunan effekt adətən orta hesabla 4 ay saxlanılır. Bu, o deməkdir ki, qalan kosmetik manipulyasiya‑ ların aparılması üçün sizin ən azı üç ay vaxtınız qalacaq.

MİMİK QIRIŞLAR VƏ DƏRİNİN TONUSUNUN AZALMASI Prosedura: Botoks inyeksiyaları + mezoterapiya Botoks qırışları lokal şəkildə ləğv etməyə kömək edir. Cavanlaşdırıcı effekt daha kom‑ pleksli olsun deyə, inyeksiyadan

bir müddət sonra mezoterapiya kursu aparmaq olar. Daxil edilən preparatlardan asılı olaraq, bu üsul xırda natarazlıqları aradan qaldırmaq, dərinin elastikliyini, enerji və tonusunu artırmağa kömək edir. Bir çox salon və klinikaların “menyusunda” mezobotoks prose‑ durasına rast gəlmək olar. Onun mahiyyəti ondan ibarətdir ki, botulizm toksini bilavasitə əzələyə deyil, səthi olaraq, çox saylı mikroinyeksiyalar vasitəsi ilə daxil edilir. Belə metodika, hələ ki, rəsmi qeydiyyata alınmayıb, lakin artıq özünü kifayət qədər effektiv təqdim edib. Buna baxmayaraq, bir çox həkimlərin fikrincə, botoks ciddi şəkildə instruksiya üzrə tət‑ biq olunmalıdır. Axı hər halda, bu, krem və vitamin deyil, incə yanaş‑ ma tələb edən dərman preparatıdır.


46 TƏNƏFFÜS ORQANLARI XƏSTƏLİKLƏRİ Keçirilmiş kəskin bronxit, ağ ciyər iltihabı və bronxial astma tut‑ malarından sonra qanda oksigenin tərkibi azalır. Belə hallarda gözlərin altında kölgələr tez‑tez əmələ gəlir. Onlar yanaqlarda qeyri‑sağlam qızartı ilə müşayiət olunur. Xroniki zökəm və ya digər tənəffüs pozun‑ tuları zamanı gözün altında yer‑ ləşən damarlar qan ilə dolur. Bu effekti haymorit, frontit, adenoidlər və ya burun polipləri yaradır. Xroniki xəstəliyi müalicə etmək lazımdır. Bu zaman kölgələr yox olacaq.

GİZLİ XƏSTƏLİKLƏR

GÖZALTI KÖLGƏLƏR

QEYRİ-DÜZGÜN HƏYAT TƏRZİ

gözlərin kölgələnməsinə səbəb ola bilər.

Gözlərin altında çoxlu sayda xırda qan damarları yerləşir. Onların vasitəsi ilə baş nahiyəsindən əlavə qan novu baş verir. Bəzi hallarda damarlar qan ilə dolur və şişir. Bu sahədə dəri çox nazikdir, ona görə də, gözlərin altında “qançır” effekti əmələ gəlir. Bu, yorğunluq, üzgünlük və ya yuxusuzluq zamanı daha tez‑tez baş verir. Belə “qançırlar” bir qədər isti‑ rahət etdikdən, yatdıqdan və ya təmiz havada gəzdikdən sonra keçir. Gözləriniz kompüter arxasında işləməkdən yorulmuşsa, hər saat ərzində beş dəqiqəlik fasilə etmək və göz üçün gimnastika etmək lazımdır. Bu, durğunluq əlamətlərini və qara kölgələri azaldır. Düzgün qidalanmamaq da

İRSİYYƏT Bəzi hallarda gözlərin altındakı kölgələr orqanizmin xüsusiyyətlərinin təzahürüdür. Bu zaman damarların çox səthi quruluşu və nazik dəri “günahkar”dır. Çox zaman qara kölgələr irsən keçir. Belə hallarda kosmetik vasitələrin köməyindən istifadə etmək lazım gələcəkdir.

BAŞ İLƏ BAĞLI PROBLEMLƏR Beyin sarsılması keçirmiş insanlar‑ da “qançırlar” iki aydan altı ayadək qala bilər. Xroniki miqren və ya yük‑ sək kəllədaxili təzyiq zamanı gözlərin kölgələnməsi adi haldır. Bu zaman da istirahət və sakitlik tələb olunur.

Bəzi hallarda, gözlərin altında əmələ gələn kölgələrin aşkar səbəbi mövcud deyil. Bu zaman bu halın səbəbinin daha ciddi xəstəlik olmasını ehtimal etmək lazımdır. Misal üçün, gözlərin altındakı “qançırlar” qalxanvari vəzi xəstəliyinin ilk əlaməti ola bilər. Digər əlamətlər də mövcud olduq‑ da – əsəbilik, əllərin titrəməsi – qalxanvari vəzi hormonlarına görə analiz vermək lazımdır. Gözlərin altında kölgələr qaraciyər və öd kisəsi fəaliyyətinin pozulması nəticəsində də əmələ gələ bilər. Böyrəklərin fəaliyyəti pozulduqda nəinki kölgələr, torbalar da əmələ gəlir. “Qançırlar” ürək nahiyəsində ağrılar, təngnəfəslik, ürək döyün‑ məsi ilə müşayiət olunursa, kardio‑ loqa müraciət etmək, EKQ və EXOKQ müayinələrini aparmaq lazımdır. Bəzən kölgələr orqanizmin xroniki intoksikasiyasına dəlalət edir. Onun səbəbi bağırsaq qur‑ dudur. Analiz vermək lazımdır. Antiparazitar preparatların qəbu‑ lundan sonra kölgələr, adətən, itir. Nəticə budur: kölgələri kos‑ metika vasitəsi ilə maskalamağa dəyməz. Mütəxəssisə müraciət etmək düzgün olardı.


48

TERMAJ Yüksək peşəkarlığı ilə seçilən, müştərilərinin nüfuz və etibarını qazanmış “Amaliya” estetik təbabət mərkəzi 14 ildir ki, şəhərimizin xanımlarına xidmət göstərir. Bu illər ərzində mərkəz yüzlərlə xanımlara gözəlliyini qorumağa, bərpa etməyə və yaşla əlaqədar dəyişiklikləri aradan qaldırmağa kömək edib. Mərkəzin həkimləri mütəmadi olaraq, Moskvanın aparıcı kosme‑ toloji tədris müəssisələrində profes‑ sional səviyyələrini artırırlar. Qazandıqları nüfuzu qoruyub saxlamağa çalışan kollektiv öz fəaliyyətində müasir avadanlıqlar‑ dan, özünü doğrultmuş metodlar‑ dan və effektiv kosmetoloji vasitələrdən istifadə edirlər. Üzün cavanlaşdırılması, bədənin korreksiyası, üz və bədən dərisinə tam qulluq, mikrotok terapiyası, mezoterapiya, kontur plastikası, kimyəvi pilinqlər əzələlərin stimul‑ yasiyası, LPG... Bunlar mərkəzin təqdim etdiyi xidmətlərin tam siyahısı deyil. Göstərilən xidmət‑ lərin çeşidlərinin çoxluğu qayğıkeş həkimlərə problemə uyğun metodu seçməyə və hər bir müştəriyə fərdi yanaşmağa imkan verir. Mərkəz qazandığı uğurlarla kifayətlənmir və daim yeni metodlar , yüksək texnologiyalara əsaslanan müasir aparatlar, müştəriləri ən çox narahat

edən problemlərin həlli üçün effek‑ tiv vasitələr axtarır. Mərkəzin əldə etdiyi son aparat‑ lar arasında solmaqda olan dəriyə əvvəlki təravətini qaytaran Termajı qeyd etmək istərdik. Thermage – qabarıq üçölçülü liftinq məqsədi ilə dərinin dərin qat‑ larına təsir etməyə imkan verən patentləşdirilmiş texnologiyadır. Prosedura Thermage (ABŞ) kom‑ paniyasının istehsalı olan Therma Cool aparatı vasitəsilə aparılır. Radiodalğalı Thermage liftinqi dərinin yaşla əlaqəli dəyişiklikləri ‑ üz və göz qapaqları dərisinin sallan‑ ması, doğuşdan sonra qarın dərisi elastikliyinin itirilməsi, kəskin şəkil‑ də arıqlama və sellülit zamanı göstərişlidir. Radiodalğaların təsiri altında dərin dəri qatlarının qızması və bunun nəticəsində, yaşla əlaqə‑ dar boşalmış kollagen liflərinin yığılması və bərkiməsi baş verir və dərinin cavanlıqda olduğu kimi əzələlər səthinə sıx yatmasına səbəb olur. Proseduradan sonra dəri üzərində heç bir iz qalmır, çünki təsir zamanı onun səthi soyudulur. Prosedura yeni kollagenin əmələ gəlməsini stimulyasiya edir, ona görə də, seansdan 6‑7 ay sonra lif‑ tinq effekti artaraq, 5 ilə qədər saxlanılır. Proseduranın üstünlük‑

lərinə qeyri‑invaziv olması, reabili‑ tasiya dövrünün olmaması, təhlükə‑ sizlik və minimal əks‑göstəriş aid‑ dir. Dəri və dərialtı piy təbəqəsinin eyni bərabər və dərin şəkildə qızdırılması hesabına prosedura bir dəfə keçirilir və sonrakı effektin üçölçülüyünü, yəni liftinq prosesi‑ nin nəinki iki müstəvi oxu üzrə, eləcə də, toxuma dərininə sirayət etməsini təmin edir. Proseduranın aparılması üçün Treatment Tip adlanan birdəfəlik keçirmələrdən istifadə olunur. Bizim kliniki təcrübəmiz göstərir ki, proseduranın effektivliyi yalnız pasiyentin dərisinin obyektiv, yaşla əlaqədar dəyişikliklərindən deyil, eyni zamanda lazım olan keçirmə‑ nin düzgün seçilməsi, prosedura zamanı istifadə olunan impulsların sayı və işçi enerji səviyyəsindən asılıdır. Savadlı seçim və peşəkar yanaş‑ ma, yarım il ərzində artan və bir neçə il davam edən aşkar liftinq effektini təmin edir. Təhlükəsizliyə gəlincə, Termaj 5 il ərzində ABŞ‑ın aparıcı klinikalarında sınaqdan keçirilmiş və 2002 ildə prosedura FDA tərəfindən bəyənilmiş və estetik kosmetologiya sahəsində tətbiq olunmaq üçün buraxılmışdır.


50

PARÇANIN

MÜALİCƏ XÜSUSİYYƏTLƏRİ bn Sina sağlamlığın qorunmasının əsas üsullarından söhbət açaraq “geyimin düzgün sеçilməsi”nin adını çəkir. Bizim əcdadlarımız pambıq, kətan, ipək, yun kimi təbii parçalardan və dəridən paltar geyinərdilər. Məsələn, qədim Assuriya mən‑ bələri xəbər vеrirlər ki, hələ bizim еradan əvvəl IX əsrdə Cənubi Azərbaycanda (Manna padşahlığında) “naxışlı rəng‑ bərəng kətan paltarları qoyun və kеçi yunundan hazırlanmış tünd bənövşəyi və al rəngdə iplərlə bəzəyib tikirdilər”. Bizim еranın əvvəllərində Azərbaycanda pam‑ bıqdan tikilən paltarlar da gеniş vüsət tapmışdı, Çin tacirləri isə bura barama qurdunu gətirdilər. XV əsrdə Şirvan ipəyi ən yaxşı və keyfiyyətli ipək növü sayılırdı və bütün qonşu ölkələrə göndərilərək, vеnеsiyalı və

gеnuyalı tacirlər tərəfindən alınırdı. Yüzillər kеçdikdən sonra еlmi‑tеxniki tərəqqi məişətə yеni sintеtik parçalar (krеmplin, nеy‑ lon, kapron və s.) gətirdi. Onlar ucuz, yüngül və rahatdırlar, lakin müasir alimlər hеsab еdirlər ki, təbii parçalar sintеtik parçalardan daha faydalıdır. Müasir tədqiqatlar müəyyən еtmişlər ki, sintеtik alt paltar təri hopdurmur və oksigеni buraxmır. Nəticədə dəri nəfəs almır, orqanizm soyuyur, əzələlər isə zərərli təsirə malik rütubətə məruz qalır. Tədricən bu bir sıra xəstəliklərin əmələ gəlməsinə səbəb ola bilər: dəri və göbələk xəstəliklərinə, revmatizmə, sistitə, böyrək xəstəliklərinə və s. Bu təh‑ lükənin qarşısını nеcə almaq olar? Cavabı sadədir: düzgün geyin‑ mək, paltar və yorğan‑döşək üçün

uyğun parça sеçməyi öyrənmək lazımdır.

PARÇANIN DÜZGÜN SEÇİLMƏSİ Qədimdə alt paltarını yalnız pambıq, kətan və başqa hava keçirən və rütubəti özünə çəkən parçalardan tikirdilər. Bundan əlavə onlar yüngül və yumşaqdır, dərinin mexaniki qıcıqlanmasına və kobudlaşmasına gətirib çıxar‑ mırlar. İnək, yun və dərini əksinə, üst paltar tikmək üçün istifadə еdirdilər. Bu parçalar istini qoruyur və orqanizmi soyumağa qoymur, ancaq alt paltarı tikmək üçün bunlar yaramır, çünki dərinin nəfəs almağına manе olur və təri hopdurmur. Buna əlavə olaraq, yun dərini qıcıq‑ landırır, bəzi adamlarda isə allergiyaya səbəb olur.


51 YORĞAN-DÖŞƏK Yorğan və döşəyi yunla doldurmaq lazımdır. Yundan allergiyası olan insanlar istisna təşkil еdirlər. Pambıq qubka, saman və üfürülmüş döşək məmulatları ucuz başa gəlməyinə baxmayaraq, insanın sağlamlığı üçün hеç də zərərsiz dеyil. Yastıq üzü, mələfə və yorğan ağı pambıqdan və ya kətandan tikilməlidir: onların rütubəti özlərinə çəkmələri çox vacibdir. Bu məqsədlə ipək və sintеtik parçaları istifadə еtmək məsləhət görülmür.

QALIN PARÇA “Tibbnamə”də (1712‑ci il) qеyd еdilir ki: “Əgər qalın parçadan paltar geyinilsə, bu insanın bədənini arıq və zərif, dərini isə kobud еdər”. Həddindən artıq isti, kip, hava buraxmayan parça doğrudan da arıqlamağa kömək еdir. Bu fikir müasir tədqiqatlar tərəfindən də təsdiq еdilir. Hətta bundan ötrü “arıqlamaq üçün kombinеzonlar” hazırlayıblar. Bəzi mütəxəssislər təsdiq еdirdilər ki, bеlə “tərqovucu” paltarlar sağlamlıq üçün xeyirlidir, çünki tərlə bərabər, orqanizmdən zərər‑ li şlaklar da çıxır. Bununla bеlə, qalın, kip parça bədənin üst qatına oksigenin daxil olmasına mane

olur, buna görə də dəri üçün zərərlidir.

NAZİK PARÇA Yayda pambıqdan, kətandan, flanеldən yüngül, hava buraxan, rütubəti özünə çəkən paltar gеymək məsləhətdir. “Tibbnamə”‑ də qеyd olunur ki: “Əgər nazik parçadan köynək gеyinilsə, dəri incə və yumşaq olar”. Bu ona görə baş vеrir ki, dəri oksigеnlə “nəfəs alır” və bədənin üst qatındakı toxumalarda maddələr mübadiləsi yaxşılaşır.

İPƏK Bеlə hеsab еdilirdi ki, ipək parça orqanizmin daxili tarazlığını bərpa еdir və əsəb gərginliyində müsbət təsir göstərir. İpəyin üstün‑ lüyü ondan ibarətdir ki, o, nazikdir, yüngüldür və allergiyaya səbəb olmur. Bundan əlavə, ipək istiliyi yaxşı saxlayır. “Tibbnamə”də yazılıb ki: “İpək parça kətandan isti saxlayır, kətan isə pambıq parçalardan soyuq‑ dur”. Amma yun parça havanı pis buraxır və rütubəti hopdurmur. Buna görə, yun parçanı alt gеyim üçün nadir hallarda istifadə еdir‑ lər. Böyrək, əzələ və dəri xəstəlik‑ lərində ipək paltar gеymək qadağandır.

YUN Yun paltar revmatizmə, poliar‑ tritə, osteoxondroza qarşı çox fay‑ dalıdır. Bu ən isti gеyim növüdür. Əzələ xəstəliklərinə tutulan xəstələri əvvəlcə pambıq parça ilə, sonra isə yun parça ilə sarı‑ maq məsləhətdir. Lakin bəzi xəstələrdə yun allergiya törədir. Bundan əlavə yun parça təri hop‑ durmur. Buna görə də yun gеyi‑ mi köynəyin üstündən və ya pambıq, yaxud kətandan olan alt gеyimin üstündən gеyinmək məs‑ ləhətdir. Məhəmməd Mömin (vəfatı ‑ 1697 il) qеyd еdirdi: “Yun ona görə xeyirlidir ki, insanı isti və quru saxlayır”. Doğrudan da qışda yun paltar istini çox yaxşı saxlayır.

PAMBIQ Pambıqdan paltar dəri xəstə‑ liklərində faydalıdır, dərini cavan və еlastik saxlayır, oksigen buraxır və rütubəti özünə çəkir. Qədimdə bеlə hеsab еdirdilər ki, ipək paltarın altından pambıqdan alt gеyimi gеysələr, bu, orqanizmi soyuqdan qoruyar. Pambıqdan gеyim soyuqdəymədə, sidik kisəsi iltihabında və böyrək xəstə‑ liklərində xeyirlidir və allergiya yaratmır.


52

1947‑ci il oktyabrın 25‑də Lənkəran rayonunun Veravul kəndində anadan olub. Moskva Yeyinti Sənayesi İnstitutunun texnologiya fakültəsini və Bakı Ali Partiya məktəbini bitirib. Millət vəkilidir. Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədridir. Siyasi elmlər namizədi, dosentdir. 8 kitabın və 200‑dən çox elmi‑ publisistik məqalənin müəllifidir.

QANUNLARIMIZ SAĞLAMLIĞIMIZI QORUYUR Hadı Rəcəbli: “Sığorta haqqında qanun inqilabi qanun sayılır”


53

əzən tanınan tanın‑ mışların ömür yolu, həyata baxışları bizim üçün maraqlı olur. Bir çox tanınmışlar əslində öz işləri ilə məşğul olaraq, bizlərin də sağlamlığının qayğısına qalır‑ lar. Qanunlar yazırlar ‑ insanların həyatlarını düz axara istiqamətləndirməklə, sağlıqlarına diqqət yetirmələrinə yardımçı olan qanunları…. Biz də belə insanlardan biri olan, hamımızın yaxşı tanıdığımız Milli Məclisin Sosial siyasət daimi komis‑ siyasının sədri Hadı Rəcəbli ilə söhbətləşdik. H.Rəcəbli ilə qanunlara və həyata baxışı haqqındakı söhbətimizə də məhz sağlamlıqla bağlı qanunlar barədə sualla başladıq.

QANUNLARIN SAĞLIĞIMIZA TƏSİRİ ‑ Hazırda parlamentin Sosial siyasət daimi komissiyasında səhiyyə ilə bağlı hansı layihələrin üzərində iş gedir?

‑ İlk növbədə qeyd edim ki, bizim komissiya qanunları yenidən işləməyə üstünlük verir. Qanunlara çoxlu əlavə və dəyişikliklər edildikdə, o zaman növbəti addım olaraq həmin sənədləri yenidən işləməyi məqsədəmüvafiq sayırıq. Çünki burada daha çox dünya təcrübəsi, yeniliklər, dünya və Azərbaycan reallıqları özünü göstərir və göstərməlidir. Hazırda biz "Bədən tərbiyəsi və idman haqqında" mövcud qanunu yenidən işləmişik. Bununla yanaşı, bir neçə il öncə qəbul olunmuş və indi müasir dövrün tələblərinə bir o qədər cavab verməyən "QİÇS haqqında" qanunu yenidən işləyirik. Böyrəyin hemodializinə çox böyük vəsait ayırmışıq. Hansı ki, son nəticədə ölümlə nəticələnir. Eyni zamanda yaxşı olardı ki, biz bu məbləğin bir qismini suyun təmizlənməsinə və digər məsələlərə ayıraq ki, bunun da nəticəsində böyrəkdə daş əmələ gəlməsin. Azərbaycanda müstəqillik yaranandan sonra biz səhiyyənin pullu bazasını yaratmışıq. İnqilabi qanunlar qəbul edilib. Bunlardan “Özəl səhiyyə haqqında” qanunu göstərə bilərəm. Həmçinin “Sağ‑ lamlığın qorunması haqqında” qanunda transplantasiya məsələsi öz əksini tapıb. “Sığorta haqqında” qanun imzalanıb ki, bu da inqilabi qanun sayılır. Həmçinin müxtəlif sahələrə aid qanunlarımız var. Duzun yodlaşdırılmasına aid, hemofiliya‑talassemiya xəstəliyi ilə bağlı qanunlar mövcuddur. Ümu‑ milikdə bizim səhiyyə sahəsi ilə bağlı 25‑30‑a yaxın qanun qəbul edilib. Bundan başqa Ailə və Əmək Məcəllələrinə dəyişikliklərin, əlavələrin üzərində çalışırıq. “Reproduktiv sağlamlıq haqqında” qanuna yenidən baxılması üzərində də iş gedir. ‑ “Reproduktiv sağlamlıq haqqında” qanun nə üçün aktual‑ dır? ‑ Bu günün reallığında repro‑ duktiv sağlamlığın və ailə plan‑

laşdırılmasının hüquqi tənzimlən‑ məsi vacibdir. Reproduktiv sağlam‑ lıq sahəsində və bütövlükdə Azərbaycan səhiyyə sistemində xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması Səhiyyə Nazirliyi üçün də vacib məsələlərdən biridir. Reproduktiv sağlamlıq cəmiyyətin ən aktual məsələlərindəndir və geniş bir sahəni əhatə edir. Bu istiqamətdəki vəziyyət yeni bir qanun layihəsinin hazırlanması zərurətini yaradıb. ‑ Konkret olaraq, Ailə Məcəlləsində hansı dəyişikliklər olacaq? Oğlan və qızların nikaha girərkən sağlamlıq kağızı alma məsələsi də Məcəlləyə daxil ediləcəkmi? ‑ Biz nikaha daxil olan şəxslərin ‑ oğlanların və qızların bir‑bir‑ lərinin sağlamlığı haqqında tibbi arayış tələb etmək haqqını impera‑ tiv norma kimi Ailə Məcəlləsinə daxil etməyi nəzərdə tuturuq. Amma tibbi arayışlar məsələsində ciddi olmaq lazımdır ki, arayışlar saxta olmasın və gələcəkdə nikaha girənlər bundan əziyyət çəkməsin‑ lər. Bundan başqa biz məcəllədə qızların erkən nikah yaş həddinin 18 yaş müəyyən olunmasını nəzərdə tuturuq. Çünki dünyada 18 yaşa qədərki yaş uşaq yaş həddi hesab olunur.O cümlədən, BMT‑nin standartlarında qızlarla bağlı 18 yaş erkən nikah yaş həddi hesab olunur. Bu, həm fizioloji, həm psixoloji, həm ailə məsuliyyəti baxımından da düzgündür. ‑ İctimai yerlərdə siqaret çəkil‑ məsini məhdudlaşdıran bir qanun layihəsindən söhbət gedirdi, bu məsələ ilə bağlı yenilik varmı? ‑ Siqaretin qadağan olunması haqqında qanunla bağlı əlimizdə neçə illərdir ki, layihə var. Məsələn, siqareti qadağan edərək, bildirə bilərik ki, bu qanuna əməl etməyənləri cərimə gözləyir. Ancaq gəlin görək, bunu kim icra edəcək? Bu məsələ vizual olaraq sadə olsa da, bunun icra mexanizmi çox


54 çətindir. Bu məsələ cəmiyyəti narahat edən problemlərdəndir. Siqaret sağlamlığa ciddi təsir göstərir, tütün məmulatlarının istehlakının məhdudlaşdırılması istiqamətində işlər aparırıq. Ayrı‑ayrı qanunlarda müəyyən məqamlar əksini tapsa da, bunlar problemin həlli üçün yetərli deyil. Məsələn, “Reklam haqqında” qanunda siqaretin reklamı qadağan olunur. Eləcə də “Tütün və tütün məmulatları haqqında” qanun qüvvədədir. Biz bu qanunlara dəyişikliklər edə və ya yeni qanun layihəsi hazırlaya bilərik. Cərimələr tətbiq edilməsini nəzərdə tuturuqsa, onda İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər olunmalıdır. Amma bu məsələyə nəzarəti hansısa orqana həvalə etmək lazımdır. Bu məsələ ilə bağlı komissiyamızda işçi qrupu yaradıb, beynəlxalq təcrübəni öyrənirik. Çünki məsələ sadə deyil. Bütün hallarda siqaretdən istifadənin art‑ masına qarşı mübarizəni gücləndirməliyik. ‑ Tibbi sığorta ilə bağlı vəziyyət necədir, yaxın vaxtlarda bu sistemin tam gücü ilə işə başlayacağını deyə bilərikmi? ‑ Norveçdə səhiyyə sistemi pul‑ suzdur. Ancaq bunun qarşılığında səni sığorta edirlər. Sığortanın haqqını müəyyən qədər işçi özü verir, müəyyən qədərini isə işə götürən ödəyir. Yəni ikisi də maraqlıdır, sağlamlığın qorun‑ masında. Biz nə üçün sığorta sis‑ teminə keçmək istəyirik? Birincisi səhiyyənin maliyyələşməsində yük büdcənin üzərinə düşməsin. İkincisi sahibkar bilsin ki, mənim canımın qiyməti var. Sığorta sistemi odur ki, sənin canın puldur. Yəni ki, “ay sahibkar sən bundan muğayat ol, bunu xəstələndirsən, sən pulunu ödəyəcəksən”. Sığortanın mahiyyətində hansı növ xəstəliklərin sığortalanması məsələsi də var. Məsələn, elə xəstə‑ liklər var ki, onlar sığortalanmır. Bunlardan biri də kosmetik

məqsədlə aparılan əməliyyatlardır. Doğuş prosesinin 30 %‑i sığorta tərəfindən, 70 % isə həmin insanın özü tərəfindən ödənilir. ‑ Səhiyyə ilə bağlı qanun qəbul edərkən hansı ölkələrin təcrübələrinə istinad edirsiniz? ‑ MDB ölkələrinin bəzi təcrübələrinə istinad edir, bəzən də Türkiyənin qanunlarından yarar‑ lanmağa çalışırıq. Ümumiyyətlə, beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində aparıcı ölkələrin qanunlarından istifadə edirik. Məsələn UNİCEF‑lə bizim daimi əməkdaşlığımız var. Və eyni zamanda səhiyyə ilə bağlı bir çox beynəlxalq konvensiyalara qoşul‑ muşuq. Bunun özü də qanun yaradıcılığı prosesinin bir hissə‑ sidir. İmmun çatışmazlığı ilə bağlı ilk dəfə qanun qəbul edən ölkələrdən biri də Azərbaycandır. Biz bu qanunu 1996‑cı ildə qəbul etmişik. Ancaq təəssüf ki, bu gün dünyada QİÇS‑in azalma tenden‑ siyası getdiyi halda, Azərbaycanda artım müşahidə olunur. Bu bizi bir daha düşündürür və həmin məsələyə yenidən dönməyimizi labüd edir. Həmin qanun üzərində yenidən işləyirik. Bu günkü gündə QİÇS‑in mahiyyətində ilk növbədə narkomaniya dayanır. Yəni biz narkomaniya ilə mübarizə apararaq, QİÇS‑in qabağını ala bilərik.

HƏYATA BAXIŞI ‑ Sizcə, həyata pozitiv baxışın sağlamlığa təsiri varmı? ‑ Mən Şəki şəhərində birinci katib işləmişəm. Mənim orada işlədiyim müddətdə ən ağır sözüm “məsuliyyətsiz” kəlməsi idi. Mən kimə “məsuliyyətsiz” deyirdimsə, həmin insan üçün bundan ağır cəza yox idi. Yəni mən hər zaman insan‑ lara da, işimə də pozitiv yanaşmağa çalışıram. Pozitiv düşüncə hər bir addımımızda bizə kömək olur. Ancaq mənim hal‑hazırda çalışdığım işdə ‑ Milli Məclisdə proqressivlik də vacib şərtdir.

‑ Hadı Rəcəbli üçün düzgün həyat tərzi nə deməkdir? ‑ Birincisi Allah‑təalanın bizə qismət etdiyi ömrü normal yaşa‑ malıyıq. Ancaq çox təəssüf ki, insanlar öz ömürlərini çox israfla xərcləyirlər. İş gördükdə də, əsə‑ biləşdikdə də, yeməkdə də əndazəni aşırlar. İlk növbədə ata‑babaların məs‑ ləhətinə qulaq asmaq lazımdır. Onlar belə deyiblər ki: “Səhər yeməyini özün ye, günortanı dos‑ tunla bölüş, axşamı düşməninə ver”. İkincisi deyirlər ki, “Süfrədən duranda gərək, gözün süfrədə qal‑ sın”. Həmçinin müasir təbabətin verdiyi bir sıra məsləhətlər var ki, onlara əməl etmək lazımdır. Yəni insan özü‑özünün həkimi olmalıdır. İsti qida qəbul edəndən sonra soyuq yemək olmaz. Bu tipli şeylərə gərək diqqət yetirək. Sovet dövründən başlayaraq bizdə poliklinika sistemi mövcud‑ dur. Sahə həkimləri ilə işləmişik. Ailə həkimi ona görə vacibdir ki, xəstənin genetik durumunu, atasının, anasının sağlamlıq duru‑ munu və bütövlükdə nəslində hansı xəstəliklər olubsa, onları bilir. Və bu baxımdan insanların müali‑ cəsində genetik faktorlara əsaslanır‑ lar. ‑ Ailədə xanımın rolunu necə dəyərləndirirsiniz? ‑ Ümumiyyətlə, qadının ağıllı, ali təhsilli olması çox vacibdir. Çünki cəmiyyətin bünövrəsi ailədir. Ailənin bünövrəsi isə xanımdır. Yəni biz ailəni sağlam görmək istəyiriksə, qadınların tibbi savadının olmasına diqqət etməliyik. Onların səhiyyədən xəbərdar olmağı çox vacibdir. Ailənin xanımı uşaqların sağlam yetişməsində, sağlam böyüməsində böyük rol oynayır. ‑ Sağlamlığın təzahürünü nədə görürsünüz? ‑ Sağlam bədəndə sağlam ruh olar, deyirlər. Mən də onun tərəf‑ darıyam ki, insan nə qədər çox


55 hərəkətdə olarsa, o qədər sağlam olar. İdman edən zaman sanki meditasiya edirsən və hər şeyi unudursan. Mən özüm də idmanı çox sevirəm. Mənim ailəmdə də həmişə yüksək əhval‑ruhiyyə olub. Evdə həmişə deyinməkdən çox, zarafat ab‑havası olur. Bir yemək bişirəndə nənəm deyərdi ki, elə edin ki, qonşuya iyi çıxmasın. Və ya bayramlarda yaxşı paltar geyəndə deyərdi ki, kasıb uşağın yanında bunu nümayiş etdirib, onların qəl‑ binə dəyməyin. Bu tipli şeylər də insanda bir təmizlənmə aparır, xeyirxah hisslər aşılayır. Bizim Milli Məclisdə işləyən‑ lərin birinci xəstəliyi hipodi‑ namiyadır (hərəkətsizlik). İkincisi mədə‑bağırsaq xəstəlikləri siyasətçilər arasında geniş yayılıb. Çox zaman mühüm məsələlər iki şəxs arasında müzakirə olun‑ duqda bir süfrə arxasında oturmaq məqsədəuyğun olur.Tez‑tez təkrar olunan belə işgüzar yemək mərasimləri mədə‑bağırsaq sistemi‑ nə mənfi təsir göstərir. Mən özüm işləməyəndə, işim az olanda xəstələnirəm. Ancaq işim çox olan‑ da heç bir ağrı hiss etmirəm. Bir saniyə belə boş dayanmağı sevmirəm.

‑ Sizin ailəyə məxsus hansı ənənə var ki, hələ də davam eləyir? ‑ Mənim dörd övladım var, üçü evlidir, kiçik oğlum subaydır. Biz ənənəvi olaraq ayda bir dəfə ailə‑ likcə yığışıb, Lənkəran yemək‑ lərindən ibarət süfrə açırıq. Mənim yoldaşım Bakıdan Lənkərana gəlin gəlib. Bütün qədim Lənkəran yeməklərini hazırlamağı öyrənib. Yoldaşım hətta Lənkəran mətbəxi‑ nə məxsus ən qəliz yeməkləri belə məharətlə bişirir. Mən başda olmaqla bütün ailə üzvlərim az yeməyin tərəfdarıdır. O qədər də çox ət yeməkləri sevmirik. Ancaq arada bir piti bişirtdirirəm. Mən yağlı yemək yeyəndən sonra şalğam suyu içirəm. İnsan orqanizmi eyni zamanda yeməklə də müalicə olunur. Məsələn, mənim anam həmişə deyib ki, yeməyi çeynəməmiş udma. Bu mənim beynimdə həkk olunub. Hər səhər yerkökü şirəsi ilə alma şirəsi içməyə adət etmişəm. ‑ Sizcə, sağlamlığı və xoşbəxtliyi necə əldə eləmək olar? ‑ Sağlamlıqla bağlı tövsiyələrim odur ki, birinci hipdinamiyanın

əksinə olaraq, hərəkət etmək lazımdır. İkinci stressdən uzaq olmalı, yüksək əhval‑ruhiyyəni qorumaq lazımdır. Məsələn, mən özüm bəzən evdə yaxşı bir müsiqi eşidəndə yoldaşımla rəqs edirəm. Bu, yüksək əhval‑ruhiyyə yaradır. O adam xoşbəxtdir ki, kininə, həsə‑ dinə, tamahına qalib gələ bilir. İnsanın xoşbəxtliyi üçün onu başa düşən həyat yoldaşı olmalıdır. Bu zaman sosial durumda, təfəkkürdə, dünyaya baxışda da uyğunluq olmalıdır. Əməli saleh, tərbiyəli övladlar böyütmək də xoşbəxtlikdir. İnsan işindən razı qalmalı, zövq almalıdır. Ləzzət verməyən işdə gərək işləməyəsən. Sağlamlığın, xoşbəxtliyin rəhni bunlardır. ‑ Jurnalımıza arzunuz. ‑ Sizin jurnala daim oxucu sevgisi arzulayıram. Oxucularınızın nəşrini səbirsizliklə gözləyəcəyi bir jurnal ola biləcəyinizə inanıram. Hər zaman inkişaf edib, daha da mükəmməl olmağınızı arzu‑ layıram. Gülnar Mayisqızı


56

İTDİRSƏYİ:

GÖZLƏRİNİZİ QORUYUN

GÖZ QIZARIB, QAŞINIR VƏ YAŞ GƏLİR Bunlar piy vəzisinin kəskin iltihabı olan itdirsəyinin ilk əlamətləridir. İtdirsəyi kiçik, ağrılı şişkinlikdən başlayaraq, bir neçə gün ərzində böyüyür, sonra onun mərkəzində xırda ağ irin əmələ gəlir. Proses fəsadsız inkişaf edirsə, yetişdikdən sonra itdirsəyi özü deşilir və iltihab sovrulur. İrini heç zaman sıxmaq olmaz. Xoşagəlməz hissiyyatı aradan götürmək üçün kom‑ preslər və dərman bitkilərindən hazırlanmış cövhərlər kömək edər. • Çobanyastığı cövhəri hazırlayın. Bir stəkan qay‑ nar suya 1 xörək qaşığı çobanyastığı bitkisi qatıb, 30 dəqiqə ərzində dəmləyin. Daha sonra onu süzüb, bir qədər isidin. Təmiz tənzifi hazır həlimdə isladıb, hər dəfə 15 dəqiqə olmaqla, gündə 3 dəfə gözün üzərində saxlayın. • Orta ölçülü aloe yarpağını bıçaq ilə xırda doğrayın, üzərinə 1 stəkan qaynadılmış soyuq su əlavə edin və 6‑8 saat saxlayın. Sonra süzün, hazır mayedə pambıq tamponu isladın və hər dəfə bir neçə dəqiqə olmaqla, gün ərzində 3‑4 dəfə xəstə göz qapağı üzərinə qoyun. İtdirsəyinin əmələ gəlməsinə qan azlığı (anemiya), A, C və B vitaminlərinin çatışmazlığı, xroniki yorğun‑ luq səbəb ola bilər.

SİSTİT

OTLARLA MÜALİCƏ OLUNUR • Tozağacı yarpağı, ayıqulağı yarpağı, qarğıdalı saçağı, biyan kökü, ayrıq kökümsovu (hər bitkidən 20q) götürərək, qarışdırın. Bir xörək qaşığı qarışığın üzərinə bir stəkan soyuq su əlavə edin və 6 saat saxlayın, sonra 15 dəqiqə qaynadın. Gündə üç dəfə için.

fitoterapevtlər gilas və albalı budaqcıqlarından (təzə və quru) hazırlanmış və bal əlavə olunmuş çay məsləhət edir. Onu ac qarına içmək yaxşı olardı. Eləcə də, sistitin profilaktikası məqsədi ilə hər gün bir stəkan quşüzümü şirəsi içmək və ya bu giləmeyvəni müxtəlif xörəklərə əlavə etmək məsləhətdir.

• Donmusunuz? Evə gəldikdən sonra ayaqlarınızı 32‑35°C temperaturda isti suda isidin, qarının aşağı hissəsinə isə isti kəpəkdən hazırlanmış kompres qoyun. Suya bataqlıq zanbağı cövhəri əlavə edərək, vanna qəbul edin (1 çay qaşığı xırda doğranmış kökümsovun üzərinə 2 stəkan qaynar su əlavə edin, 20 dəqiqə dəmləyin, sonra süzün).

• 10‑15 ədəd ardıc giləmeyvəsini həvəngdəstədə əzərək, 1 xörək qaşığı qatırquyruğu otu əlavə edin, 0,5 l qaynar su əlavə edərək, 10 dəqiqə ərzində zəif odda qaynadın. Sonra həlimi soyudun, süzün və üçdə bir stəkan gündə 3 dəfə qəbul edin.

• Qida rasionunuza diqqət yetirin: südlü‑bitkili pəhriz saxlayın. Və əlbəttə, çoxlu maye için: südlü çay, kompot, mineral su. Hamısı – ilıq şəkildə! Sidik kisəsi qıcıqlanmasına qarşı effektiv xalq təbabəti vasitəsi kimi

• Sistit zamanı mərsin də əla kömək edir. Bir ovuc giləmeyvənin üzərinə üç stəkan soyuq su əlavə edin. Odun üzərinə qoyun, qaynara düşənədək isidin və 10 dəqiqə qaynadın. Sonra odun üzərindən götürərək, üstünü örtün və təxminən 4 saat saxlayın, sonra süzün. Hazır cövhəri gün ərzində üç dəfə için.


58

Süd ən vacib qida məhsullarından biridir. O, uşaqlar, hamilə qadınlar, ana südü ilə qidalandıran qadınlar və ahıl yaşlı insanlar üçün xüsusi ilə faydalıdır. Süd və çox saylı süd məhsulları qidaya müxtəliflik gətirir, onun dadını yaxşılaşdırır, qidalılığını artırır və böyük diyetik və müalicəvi əhəmiyyət daşıyır. Akademik İ. P. Pavlov deyirdi: “...İnsan qidası növləri arasında süd müstəsna mövqe tutur…təbiətin özü tərəfindən hazırlanmış və yüngül həzm olunma və qidalılıq ilə fərqlənən bir qida….”. Ərzaqların tərkibindəki insan orqanizminə lazım olan bütün maddələri üç qrupa ayırsaq: energetik (insanın enerjiyə olan tələbatını təmin edən); plastik (hüceyrə və toxumaların quruluşunda iştirak edən); tənzimləyici (mübadilə proseslərində iştirak edən), ‑ əmin olarıq ki, südün tərkibində həm birincilər – karbo‑ hidratlar və qismən yağlar, həm ikincilər – zülal və min‑ eral maddələr, həm də üçüncülər – mikroelementlər, vit‑ aminlər, fermentlər mövcuddur. Diyetoloqlar, fiziolo‑ qlar, pediatrların fikrincə, süd və süd məhsulları uşaqların əqli və fiziki inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. “Əgər siz 1200 ay ərzində hər gün bir litr süd içsəniz, özünüzə yüz il ömür təmin etmiş olarsınız!” — İsveç alimi Nile Qustavson zarafatla belə demişdir. Yüz qırx illik yaş həddini aşmış azərbaycanlı uzunömürlü Məcid Ağayevdən nə ilə qidalandığını soruşanda, o, süd, ağ pendir, qatıq və tərəvəzin adını çəkdi. Qədim zamanlardan müxtəlif heyvanların südü həm sağlam, həm də xəstə insanlar tərəfindən qida üçün isti‑ fadə olunur. Qədim misirlilər müalicəvi məqsəd ilə dişi

eşşəklərin südünü istifadə edirdi. Hippokrat müxtəlif süd növlərinə müxtəlif müalicəvi xüsusiyyətlər isnad edirdi, misal üçün, keçi və at südünə – vərəmi, inək südünə – podaqra və qan azlığını, eşşək südünə – bir çox xəstəlikləri sağaltmaq xüsusiyyəti. Südün müalicəvi xüsusiyyətlərini dahi alim Əbu Əli İbn Sina (Avisenna) da qeyd etmişdi. O, xüsusi ilə keçi südünü faydalı hesab edir və onu duz və bal ilə içməyi tövsiyə edirdi. XVIII əsrdə Hoffman ilk dəfə olaraq, südün padzəhər (zəhər əleyhinə) kimi istifadəsinə diqqət yetirmiş və onu mineral su ilə qarışdırmağı təklif etmişdi. O, südü qıcolma əleyhinə vasitə hesab edir, onun qan tərkibini yaxşılaşdırdığını və zərərli maddələri orqanizmdən xaric etdiyini qeyd edirdi. Rusiyada süd ilə müalicənin geniş yayılmasına F.İ.İnozemtsev (1802—1869) səbəb olmuşdur. O, ağciyər vərəmi, bronxit, plevrit, bronxial astma, mədə‑bağırsaq xəstəlikləri, sinqa, vəba, sinir xəstəlikləri, ürək dekom‑ pensasiyası, qaraciyər sirrozu, ağciyər xəstəlikləri, piylənmə, podaqra zamanı özünün süd ilə müalicə üsullarını təklif etmişdi. S. P. Botkin südü “...ürək və böyrək xəstəliklərinin müalicəsi zamanı qiymətli vasitə” kimi qiymətləndirmişdi. Südün daha yaxşı mənimsə‑ nilməsi üçün tərkibinə karbon qazının əlavə edilməsi ideyası da ona məxsusdur. Süd üzülmüş, zəifləmiş və yorulmuş insanların qidalanması üçün əvəzolunmazdır. O, orqanizmin müqavimətini artırır və maddələr mübadiləsini normallaşdırır.


60

AZƏRBAYCANIN MƏTBƏX MƏDƏNİYYƏTİ Tahir Əmiraslanov: “İbn-Sina yazırdı ki, xoşbəxt o həkimdir ki, onun dərmanı qidadır və təklif etdiyi qida dərmandır”.

Tahir Əmiraslanov 1958‑ci ildə mart ayının 14‑də Tovuz rayonun Qovlar qəsəbəsində anadan olub. Leninqrad Sovet Ticarət İnstitutunun İctimai İaşənin Təşkili və Texnologiyası fakültəsi‑ ni bitirib. Mühəndis‑texnoloq, tarix elmləri namizədidir. Azərbaycan Milli Kulinariya Mərkəzinin direktorudur. 13 kitabın, 600‑dən çox elmi məqalənin müəl‑ lifidir. Usta aşpazdır. Ümumdünya Kulinariya üzrə Hakimlər Kollegiyasının üzvüdür. Fransa Kulinariya Akademiyasının fəxri üzvidir. Gürcüstan Milli Akademiyasının akademiki, Gürcüstan Dövlət Universitetinin professorudur. YUNESKO‑nun Xalq Yaradıcılığı Təşkilatında dünya üzrə ənənəvi qida komissiyasının sədridir. Bir çox xarici ölkələrin Kulinariya Təşkilatlarının fəxri üzvidir. Bir sıra mükafatlara layiq görülüb.


61 əzən insanlar sevginin qadir olduğu möcüzələrə inanmırlar. Sevgini ancaq bəsit formada axtarmağa çalışırlar, düşünmürlər ki, sevgi bizim var‑ lığımızdadır, hər yerdədir. Allahın yaratdığı bütün hər şeyə sevgini ünvanlayaraq, xariqələr əldə etmək mümkündür. Hər birimizin gündəlik yaşam tərzimizin özəyi olan qidalanma, mətbəx və sevginin burada yarada biləcəyi xariqələr haqqında daha ətraflı məlumat əldə eləmək üçün Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanovla həmsöhbət olduq. ‑ Tahir müəllim, ümumiyyətlə, mətbəx mədəniyyəti nədir? Bu haqda bir az məlumat verərdiniz. ‑ Hər bir mətbəx öz xalqının təfəkkürünü, onun düşüncə tərzini, psixologiyasını, xarici görünüşünü formalaşdıran landşaftla etnosun, millətin arasında olan zəncirin bir həlqəsidir. Və o landşaftı insanlarda əks etdirən bir amildir. Landşaft etnosu, milləti formalaşdırır. Məsələn, hansı ölkələrin ki yemək‑ lərinin 70%‑i düyüdən ibarətdir, həmin ölkələrin əhalisi balaca boy və daha çox nəsil törətmək xüsusiyyətlərinə malikdirlər. Qida rasionunda dəniz yosunları və dəniz məhsulları üstünlük təşkil edən millətin nümayəndələri bəyaz dərili, saçları gur olur və onlar hip‑ noza daha tez düşürlər. Landşaftla etnosun arasında əsas zəncir qida zənciridir. Bu nöqteyi‑nəzərdən baxsaq, Cənubi Azərbaycan, İrəvan, Borçalı, Dağıstan və müstəqil Azərbaycan Respublikasının ərazisi olmaqla bütün qədim Azərbaycan torpaqlarında çox böyük mətbəx mədəniyyəti formalaşmışdır. Bütün bu ərazilərdə yaşayan azərbaycan‑ lılarda əsrlər boyunca formalaşmış mətbəx mədəniyyəti var. Azərbaycanlılar özlərində bu

landşaftı əks etdirirlər. ‑ Bir mətbəxin formalaşmasına hansı amillər təsir göstərə bilər? ‑ Mətbəx xüsusiyyətlərinə təsir edən amillər bu ərazilərin coğrafi xüsusiyyətləri və iqlim şəraitidir. Çünki bütün bunlar mətbəx üçün baza verəcək flora və faunanın inkişafından asılıdır. Sahəsinə görə kiçik olmasına baxmayaraq, Azərbaycanda 9 iqlim qurşağı var və bu mühit çox gözəl flora və fauna bazası yaradıb. Biz Azərbaycana məxsus 2000‑dən çox yemək toplamışıq və toplamaqda davam edirik. O qədər gözəl, dadlı ərzaq məhsulları var ki, bu ərazidə mütləq gözəl mətbəx formalaşmalı idi. Həmçinin əhalinin sayına nis‑ bətən yetişdirilən ərzaq məh‑ sullarının miqdarı da çoxdur. Ona görə də biz çinlilər kimi qurd‑quş, ərəblər kimi çəyirtkə, avropalılar kimi qurbağa məcburiyyətində qal‑ mamışıq, onlar kimi zülal axtar‑ mırıq. Bəzi xalqlarda, məsələn, Hindistanda, Ərəbistanda, Afrika ölkələrində xörəyi dadlandırmaq üçün ədviyyatdan, qida zəhərlən‑ mələrinin qarşısını almaq , mikrob‑ ları öldürmək üçün isə istiotdan çox istifadə edirlər. Bizdə isə qida məh‑ sulları o qədər çox çeşidli və dadlıdır ki, ədviyyatlardan artıq dərəcədə istifadə etməyə ehtiyac

olmur. Gözəl iqlim faktoru gözəl də mətbəx əmələ gətirir. Qidaların keyfiyyətində ocaq amili də böyük rol oynayır. Məsələn, sac xörək‑ lərinin öz xüsusi dadı olur. Biz döymə təndir, şirəli təndir, yerüstü təndir və digər təndir növlərindən istifadə edirik. Bu təndirlərin özü də bir istiqamət yaradır. Təndir kababları, təndir xörəkləri və s. Həmçinin közün içərisində közləmə, külləmədə kartof, qarğı‑ dalı, kömbə bişirilir. Bundan başqa evdə olan ocaqlarda, məsələn, buxarıda qazan asılaraq, yeməklər hazırlanır. O qədər cürbəcür ocaqlarımız var ki, həm evin içərisində bağlı şəraitdə, həm də çöldə. Mətbəxə təsir edən amil‑ lərdən biri də qab faktorudur. XV əsrdə yaşamış Məhəmməd Şirvani Azərbaycanın çox böyük aşpazıdır. Sultan Fateh Məhəmmədin də sarayında baş həkim və baş aşpaz kimi fəaliyyət göstərib. O deyirdi ki, xörəyi daş qazanda bişirin. O, daş qazan deyəndə gil qabları nəzərdə tuturdu. Əgər gil qazan yoxdursa, onda çalışın ki, xörəyi mis qazanda bişirin, amma elə edin ki, paxırı çıx‑ masın. Belə qablar qalaylanmalıdır ki, yeməklərin keyfiyyətinə təsir etməsin. Qabda temperatur bərabər paylanmalıdır. Bunu Şərqdə ilk dəfə azərbaycanlılar tapıb. Taxta, metal, gil, dəri qabların hər birinin mət‑ bəxə öz təsiri var və Azərbaycan bu


62 içilməməsi islamın təsirindədir. Donuz ətini isə həm atəşpərəstlik, həm yəhudilik, həm xristianlıq, həm də islam dini qadağan etdiyindən bu dinlərdən keçən mət‑ bəximizdə donuz əti yoxdur.

mərhələləri keçib. Bütün bunlar da mətbəxə rəngarənglik verir. Mətbəxə təsir edən amillərdən biri də başqa xalqlarla olan təmas‑ dır. Buradan gəlib keçən xalqların, ticarət edən tacirlərin də mətbəxə öz təsiri olub. Azərbaycana Çindən çay, Ərəbistandan qəhvə gəldi, Rusiyadan, Ukraynadan borş yeməyi, “Paytaxt” salatı gəldi. Ancaq mətbəxin gücü aldıqları ilə yox, verdikləri ilə hesablanır. Dünyada ən güclü mətbəxlər Çin, Fransa və Türk mətbəxidir. Türk mətbəxinin tacı isə Azərbaycan mət‑ bəxidir. ‑ Din amilinin mətbəxə təsiri varmı? ‑ Əlbəttə var. Azərbaycan Təkallahlılıq olan Zərdüştiliyi və İslamı mərhələ‑mərhələ keçib və ölkəmizdə hər bir din öz təsirini, öz kökünü qoyub. Məsələn, Novruz bayramında olan adət‑ənənələrin çoxunda atəşpərəstliyin izləri görünür. Azərbaycan mətbəxində qızıl, gümüş qab‑qacaqdan istifadə olunmurdu. Bunlar islam dininin təsirləridir. Spirtli içkilər də çox qədimdən mövcuddur. İlk vaxtlar belə içkilər spirtsiz şəkildə bitki‑ lərdən çəkilərək, müalicə məqsədi ilə hazırlanılırdı. Hətta Dədə Qorqud dastanında da bu içkilərin adı çəkilir. İndi spirtli içkilərin

‑ “Savadlı” adlandırdığımız mətbəx digər mətbəxlərin for‑ malaşmasına təsir edə bilirmi? ‑ Bəli, edir. Məsələn, fransız mət‑ bəxi Avropada Türk və İtalyan mətbəxindən formalaşıb, eyni zamanda bütün Avropa mət‑ bəxlərinə təsir edir. Birma, Tailand, Koreya və s. Asiya mətbəxləri isə Çin mətbəxinin təsiri altındadır. Fars mətbəxinə nəzər salsaq görərik ki, fars mətbəxinin az qala 50%‑i Azərbaycan mətbəxidir. Erməni mətbəxinin 99%‑i, gürcü mətbəxinin 70%‑i Azərbaycan mətbəxindən ibarətdir. Azərbaycan mətbəxi o qədər gözəl formalaşıb ki, ətraf xalqlara da təsir edib. Hər hansı bir mətbəxə əsasən, həmin xalqın düşüncə tərzini, yaşam tərzini, psixologiyasını da öyrənmək mümkündür. Bir ölkənin mətbəxinin 20‑yə yaxın əsas yemək resepti ortaya qoyularsa, həmin xalq haqqında, onun yaşam tərzi, məşğuliyyəti, inkişafı və s. haqqında çox söz söyləmək olar. ‑ Musiqi ilə qida harmoniya yarada bilirmi? ‑ Musiqi özü insanı qidalandır. O ki, qaldı musiqi sədaları altında qidalanmaya, mən deyərdim ki, hər bir musiqinin öz menyusu var. Məsələn, Novruz bayramının musiqisi muğamdır. Muğamda sızıltı ilə yanaşı, mütləq bir doğuluş da var. Muğam musiqisinin müşa‑ yiəti ilə mer‑meyvə və şirniyyat yedikdə, daha tez və rahat həzm olunur. Koroğlu bir əlində qılınc, bir əlində tar‑kaman tuta bilməzdi, bu, mümkün deyildi. Çünki muğamda öldürmək, vurub‑yıxmaq yoxdur. Sadə ət xörəkləri, ayran və s. sazla daha yaxşı həzm olunur. ‑ Novruzla bağlı hənsı rəmzi

mənalar qidalanmada da öz əksini tapıb? ‑ Novruz bayramında süfrəyə gözəl şeylər qoymaq lazımdır. Çünki burada sevgi, məhəbbət, yeni doğuluş, yaradılış var. Hətta hər çərşənbənin də özünün qidası, musiqisi var. Novruzda bişən paxla‑ vanın ortasına qoyulan qoz‑fındığın da öz fəlsəfi mənası var. Paxlavanın ortasına qoyulan qoz‑fındıq gözün, yaranışın, doğuluşun, qadınlığın rəmzidir. ‑ Rəssamlıq və qidalanmanı bir‑birinə hansı tellər bağlaya bilər? ‑ Rəssamlar 7 rəng və onların qarışığı ilə müxtəlif tablolar yaradaraq, insanların təfəkkürünə təsir edir, onları düşündürür, ağladır və güldürür. Qida musiqi ilə, rəssamlıqla, rənglərlə çox bağlıdır. Məsələn, iqlimi isti olan yerlərdə restoranı qırmızı rənglə rəngləsəniz, ora heç kim gəlməz. Qabın rəngi, verilən xörəklərin rəngi, bütün bunlar da təsir göstərir. Kulinarlar 7 dad, 7 rəng, 7 ətir, 7 təmasla (barmaqlar, dodaqlar, damaq, dil, boğaz, udlaq, mədə və bağırsaqlar) eyni zamanda təfəkkürə təsir göstərirlər. Allah‑təala dünyanı var etmək üçün 3 əsas ləzzət faktoru yaratdı. Biri yeməkdən alınan ləzzətdir. İkincisi məhəbbət və ləzzətdir. Üçüncüsü isə yalnız ali varlıq olan insanlara məxsus yaradıcılıq ləzzəti‑ dir. Bu ləzzətlərdən hər hansı biri çatışmadıqda, insan digərləri ilə kompensasiya etməyə çalışır.


63 ilə bişirilən yemək də dadlı alınır. Deyingən qadının bişirdiyi yemək isə dadsız olur. Ona görə də yeməyin dadlı olması üçün onu sevgi ilə hazırlamaq lazımdır. Yemək ilə ötürülən sevgi onun dadlı olmasını təmin etmiş olur.

Məsələn, sevgidən məhrum olan bir qadın yeməkdən ləzzət almaq yolu ilə bu boşluğu doldurmağa çalışır və nəticədə çox kökəlir. İnsan yaşayır ki, yesin, yaşayır ki, sevsin, yaşayır ki, yaratsın və həm də əksinə. ‑ Hansı tibbi ədəbiyyatı mütaliə etməyi sevirsiniz? ‑ Mən özüm İbn‑Sinanı oxumağı çox sevirəm. İbn‑Sina yazırdı ki, xoşbəxt o həkimdir ki, onun dər‑ manı qidadır və təklif etdiyi qida dərmandır. Sonra XIV‑XVI əsrlərdə yazılmış “Cud‑ Şi” Tibet traktatı var, burada fars, hind alimlərinin maraqlı fikir‑ ləri əks olunub. Dünyanın bir çox yerlərindən alimlər toplaşaraq, bu kitabı tərtib ediblər. Badmayevin bu kitaba izahı da çox maraqlıdır. Orta əsr Şərq alim həkimlərinin çox gözəl kitabları var. Hippokratı mütaliə edirəm. Ən çox istifadə etdiyim tibb ədəbiyyatları bun‑ lardır. Müasir tibbi yeniliklərini də izləyirəm. ‑ El arasında deyirlər ki, “filankəsin əlinin duzu var”. Bu fikrə münasibətinizi bilmək istərdik? ‑ Ən yaxşı kulinarlar kişilərdir. Kişilərdə gözəlliyi duymaq qabiliyyəti və dadbilmə reseptorları daha güclü inkişaf edib. Qadının kefi kökdürsə, onun bişirdiyi xörək də çox dadlı olur. Ancaq əsəbi, həvəssiz halda bişirilən yemək zəhərdən pisdir. Zərdüşt deyirdi ki, yemək bişirən adam yeməyə yalnız fiziki deyil, həm də mənəvi təsir göstərir. Sevgiylə, müsbət emosiya

‑ Tahir müəllim, sizcə, xüsusi mərasim süfrəsi hazırlayarkən hansı məqama diqqət yetirmək lazımdır? ‑ Nəzərinizə çatdırım ki, hər bir xörəyin öz mənası var. Çox təəssüf ki, bizdə yas yerlərində paxlava ver‑ məyə başlayıblar. Bu qətiyyən olmaz. Yas yerində yuxaya bükülmüş halva vermək lazımdır. Bu, insanın fiqurudur. Yuxanın içindəki halva rəmzi mənada torpaq deməkdir. Eyni zamanda halva ilə çörək mənfi emosiyalardan yaranan stressi aradan qaldırır, bədənə qüvvət verir. “Leyli və Məcnun”da göstərilir ki, İbn Səlam Məcnuna halva çörək gətirir. Məcnun isə halva çörək dərddən qurtulmaq üçündür, mən isə bu məhəbbət dərdindən qurtulmaq istəmirəm deyərək, halvadan imtina edir. Məhəbbət və yas şirniyyatları ayrıdır. Paxlava qadınlıq, doğum simvoludur. Evdə hazırlanan şirniyyat və xörəklər sevgi ilə hazır‑ landığı üçün həm dadlı, həm də cana xeyirli olur. ‑ Tahir müəllim üçün düzgün qidalanma meyarı nədir? ‑ Sağlam adam üçün düzgün qidalanma meyarı var. Birincisi, süfrənin üzərində hər cür meyvə və ya yemək olsa da, yalnız ürəyin ən çox hansını istəyirsə, onu yemək lazımdı. İkincisi, yalnız yaşadığın ərazidən 400 kilometrlik məsafədə yetişdirilən qidaları yemək məs‑ ləhətdir. Çünki Afrikadan gətirilən qida məhsulları da həmin ölkələrin insanlarının alışdığı mühitə uyğun olur. Ona görə də yerli məhsullarla qidalanmaq daha məqsədəuyğun‑ dur. Pəhrizlə qidalanmaya riayət edərkən mütləq həkim ilə məs‑ ləhətləşmək lazımdır. Dünyada 38

minə yaxın pəhriz sistemi var. Birinə uyğun gələn digərinə uyğun gəlməyə bilər. İnsanın məcazına, xəstəliklərinə uyğun olaraq pəhriz təyin edilə bilər. Pəhriz müvəqqəti bir sistemdir. Xarici ölkələrdə isti‑ fadə olunan pəhrizlər bizə uyğun gəlməyə bilər. Coğrafi məkan anlayışı, uyğunlaşdığımız qida menyusu pəhrizlər təyin olunarkən mütləq nəzərə alınmalıdır. ‑ Jurnalımıza arzularınız ‑ Hər zaman düzgün məlumat‑ lar verəsiniz və bu məlumatlardan insanlar həmişə yararlana bilsinlər. Oxucularınıza məsləhət görmək istərdim ki, hər hansı məlumatı praktik cəhətdən özlərinin və yaxın‑ larının üzərində həyata keçirdikləri zaman mütləq həkimlə məs‑ ləhətləşsinlər. Çünki hər bir insanın özünəməxsus xüsusiyyəti var, ona görə də həkim müayinəsi olmadan özünü müalicəyə tələsməsinlər, bu, düzgün deyil. Eyni zamanda jur‑ nalınıza oxucu sevgisi, rəğbəti və inamı arzulayıram. Daha böyük uğurlarınızı gözləyirəm. Gülnar Mayisqızı


64

QİDA RASİONU

VƏ BAŞ AĞRILARI

AĞIL İLƏ SEÇİRİK İlk öncə nevroloqa müraciət etmək və ağrının əmələgəlmə mexanizmini izləmək lazımdır. Bunun üçün xüsusi sınaqlar mövcuddur. Misal üçün, dərinin bir sahəsini sürtərkən, üzərində qırmızı ləkələr əmələ gəlirsə, baş ağrılarının damarların genişlənməsi ilə əlaqəsi ehtimal olunur. Dəri ağarırsa, məsələ həddən artıq daralmadadır. Belə “eksperiment”dən sonra şəxsən sizə nəyi qida rasionunuza daxil etməyinizin məsləhət olmaması aydın olur: banan, qəhvə və ya hisə verilmiş məhsullar.

MÖTƏDİLLİK VƏ MÜNTƏZƏMLİK Sevimli yeməklərdən imtina etmək heç də vacib deyil – sadəcə, aza qane olun. Qida qəbulundan sonra baş ağrılarından qaçmaq üçün çox ciddi gün rejiminə riayət etmək lazımdır. Damarların vəziyyəti bir çox hallarda vegetativ sinir sistemindən asılıdır. O isə özünəməxsus bioloji saat kimi fəaliyyət göstərir və misal üçün, nahar etməyi çatdırmadıqda, nasaz ola bilər. Məhz bu səbəbdən ac və ya yalnız tutumlu səhər və şam yeməyi yeyən adamlarda baş ağrıları daha çox olur. Normal qida rejimini bərpa edin. Bu zaman problemlə xeyli az rastlaşacaqsınız.

PENDİR VƏ KONSERV ARASINDA

TƏRƏVƏZLİ “MÜALİCƏ”

Sağlam insanda heç bir ərzaq məhsulu baş ağrıları törətməməlidir. Baş ağrısı çox zaman damar sistemi‑ nin vəziyyəti ilə əlaqədardır. O, baş beyin damar‑ larının hər hansı səbəbə görə həddən artıq genişlən‑ məsi və ya daralması nəticəsində baş verir. Birinci halda baş ağrılarına daha çox nitrit və ya digər “kimya” tərkibli ərzaqlar səbəb olur. Bu, sosiska, kolbasa, hisə verilmiş məhsullar və digər ət yarımfabrikatlardır. Buraya bütün növ konservlər də daxildir. Nasazlıq damarların daralması nəticəsində baş verirsə, bu halda əhval‑ruhiyyəyə tərkibinə tironin və serotonin daxil olan qida pis təsir edir. Belə məh‑ sullara şokolad, banan və pendir, eləcə də, kofein tərkibli içkilər ‑ kola, qəhvə və çay aiddir.

Xiyar, yerkökü, pomidorun tərkibində damar divarlarına yaxşı təsir göstərən neytral, ballast mad‑ dələr mövcuddur. Nəticədə, orqanizm onların genişlənməsi və ya daralmasına ağır reaksiya vermir. Ona görə də, tərəvəzləri mümkün qədər çox istifadə etmək lazımdır. Baş ağrılarına meylli olmanızı bilirsinizsə, evinizdə göyərti olan küpəciklər saxlayın – salat, göy soğan və ya cəfəri. Yağsız ət, balıq, yumurta, kişmiş, dəmir ilə zənginləşmiş qida qəbul edin. Özünüzü B qrupu vitaminləri ilə də təmin edin. Onlar stresslərə qarşı daha dözümlü olmaqda sinir sisteminə kömək edir. Çoxlu brokkoli, cod üyüdülmüş undan hazırlanmış çörək, qoz və tunes balığı yeyin.


65

İŞDƏ

QƏLYANALTI axşı naharın sirri doyumlu səhər yeməyindədir. O, metabolizm prosesini daha aktiv keçməyə vadar edir. Düzgün təşkil olunmuş gündüz qəlyanaltıları isə bu aktivliyin səviyyəsini saxlamağa kömək edir. Sağlam qidalanmaq istəyirsinizsə, nəyi və nə vaxt yeyəcəyinizi əvvəlcədən planlaşdırmağı öyrənin. Əks halda, aclıq sizi yaxalayaraq, əlinizə keçəni tez yeməyə vadar edəcək. Belə ərzaqlar isə əksər hallar‑ da, heç də faydalı və az kalorili məhsullar deyil, bulka, şokolad və ya qamburger olur. Daha bir əhəmiyyətli məqam – qidanın qəbul vax‑ tıdır. Məlumdur ki, hər 2,5‑3 saatdan bir qidalanmaq lazımdır. Beləliklə, səhər yeməyinizi saat 8‑də qəbul etmişsinizsə, saat 10.30‑11.00‑ də qəlyanaltı və günor‑ ta saat birdə nahar etməlisiniz. Belə olduqda, ikinci nahar saat 15.30‑16.00‑ya təsadüf edir, şam yeməyini isə axşam saat 7‑də qəbul etmək olar. Belə rejim sizi aclıq hissindən azad edəcək və artıq yeməkdən sığor‑ talayacaq. Ona görə də, iş gününüz saat 9‑dan 18‑dək davam edirsə, özünüz ilə 3 porsiya yemək götürün: biri iri, ikisi isə kiçik həcmdə. Yeri gəlmişkən, naharınızı qablaşdırma tərzi də vacibdir. Çox zaman evdən gətirilmiş yemək bir müd‑ dət çantada və ya masanın yeşiyində qalır. Ona görə də, aşağıdakı tədbirlərə riayət etməyiniz məsləhətdir: • Yeməyi hazırlamazdan əvvəl və sonra qabları və istifadə etdiyiniz doğrama taxtalarını isti su və sabun ilə yuyun. • İmkan daxilində, ərzaqların temperaturunu qoruyan konteyner və ya isti yemək üçün termoslar‑ dan istifadə edin. Yeməyin 7 sağlam qaydası: 1. Səhər yeməyi tutumlu olmalıdır; 2. Nəyi və nə vaxt yeyəcəyinizi əvvəlcədən plan‑ laşdırın; 3. Hər 2,5‑3 saatdan bir yemək yeyin; 4. Ərzaqları düzgün qablaşdırın; 5. Yeməyi yaxşı çeynəyin və yemək zamanı yayın‑ mayın; 6. Gün ərzində 2 litrdən az miqdarda olmayan maye qəbul edin; 7. Nahardan 15 dəqiqə əvvəl bir stəkan su, 10 dəqiqə əvvəl isə banandan başqa istənilən meyvə yeyin.

• Qabaqcadan buterbrod hazırladıqda, onları her‑ metik plyonkaya bükün və dondurun. Belə buter‑ brodlar üçün istifadə olunan tərəvəz və ya sousları ayrılıqda dondurun və yeməkdən bilavasitə əvvəl bir‑ ləşdirin. Nəhayət, ən vacib məsələ – nə yemək? Qidanın tərkibində bütün qida maddələri olmalıdır: karbo‑ hidratlar, zülal və yağlar. Bu zaman yağlar zəngin‑ ləşməmiş olsa yaxşıdır (qoz, bitki yağları, balıqdan alınmış yağ). Bundan başqa, kifayət qədər sellüloz və vitamin, yəni tərəvəz və meyvə qəbul etmək lazımdır. “Qızıl” siyahıya 4 ərzaq qrupu daxildir: • Xırçıldayan kökələr, çovdar, kəpək və ya buğda çörəyi, düyü; • Meyvələr (alma, armud, banan), tərəvəzlər (xiyar, pomidor, suda bişirilmiş çuğundur, yerkökü), qoz və quru meyvələr; • Suda və ya sobada bişirilmiş ət və yağsız balıq növləri; • Yağsız kefir, yoqurt, süzmə.


66

“AZ AŞIM, AĞRIMAZ BAŞIM” ÇOXŞƏKİLLİ STRESS Qida sizin üçün sakitlik və rahatlığın əsas mənbəyidirsə, istisna deyil ki, siz stress zamanı çox yeyirsiniz. Məlumdur ki, əsə‑ biləşdikdən sonra iki gün ərzində 2 kq‑a qədər arıqlamaq olar, lakin bu, orqanizmə xeyir gətirməyən qısa müddətli effekt‑ dir. Stress zamanı xaric olunan adrenalin hormonu, əlbəttə ki, yağların parçalanmasına səbəb olur, lakin elə bu hormon da bir müddətdən sonra güclü aclıq hissi törədir. Və bir qayda olaraq, əlavə qəbul edilmiş qidanın enerji dəyəri stress zamanı “yandırılmış”dan artıqdır. Bundan başqa, əsəbiləşdikdə çox zaman sakitləşdirici dərman və ya alkoqol qəbul edirik, bu isə öz

növbəsində, artıq çəkinin yığıl‑ masına səbəb olur. MƏSLƏHƏT. Stresslə savadlı mübarizə aparmağı öyrənin. Alternativ kimi aromatik vanna, dosta zəng, təmiz hava alma, hətta şopinq qəbul edilir. Fiziki məşqlər də stressin öhdəsindən yaxşı gəlir.

MÜXTƏLİF KOMPLEKSLƏR Onlar hamıda mövcuddur, lakin bəziləri onların öhdəsindən gəlməyə, digərləri isə onları və törətdikləri həyəcanı, inciklikləri, ümidsizliyi yemək ilə unutmağa çalışır. MƏSLƏHƏT. Yeməkdən və həyatdan aldığınız ləzzəti, o cüm‑

lədən, komplekslərinizin dəf edilmə prosesini mütləq bölüşməyə çalışın. Onları “bəs‑ ləmək” yox, özünüzdən rədd etmək və uğurlarınıza sevinmək lazımdır. Kompleksli insanlara fəal həyat mövqeyi (peşəkar, insani, fiziki) gərəkdir.

SÜFRƏ ETİKETİ QAYDALARI Əvvəllər həm aristokrat, həm də sadə insanlar üçün qida qəbu‑ lu prosesi mərasim xarakteri daşıyırdı. Hamı təyin olunmuş vaxtı masa arxasına toplanır, din‑ mədən, yaxud da mülayim, kübar söhbətlər apararaq, nahar və şam edirdilər. İndi biz zahiri ədəb qaydalarına riayət etmir və yeməyi ayaqüstü, televizora


67 baxarkən, telefonla danışaraq yeyirik. Halbuki insanın beynində orqanizmi zəruri miq‑ darda vitamin və mineral mad‑ dələr ilə təmin edən, daxil olan qidanın miqdarını tənzimləyən “doyma mərkəzi” mövcuddur. Misal üçün, südəmər körpələr bu mərkəzin siqnallarına tabe olur və müəyyən miqdarda süd əmdikdən sonra döşü buraxırlar. Təbiətin qanunlarına vəhşi hey‑ vanlar aləmində də ağılla riayət olunur. Və yalnız homo sapiens (ibtidai insan) “doyma mərkəzi”nin siqnallarına məhəl qoymur. Lakin bir çox hallarda biz bu mərkəzin siqnallarını eşit‑ mirik, çünki beyin məhz bu məqamda bizim üçün vacib olan hər hansı hadisəyə nəzarət etməklə məşğuldur. Bu zaman biz nə doyma, nə də aclıq hiss etmədən yeməyə davam edirik və sonradan aşkar edirik ki, masanın üzərində nə varsa, mədəyə yol‑ lamışıq. MƏSLƏHƏT. Belə halların baş verməməsi üçün aşağıdakı qaydalara riayət edin, yəni: • kitab, qəzet və jurnal məqaləsi oxuyarkən qida qəbul etməyin. Lakin birdən‑birə gecə yemək istəsəniz, mütaliə edin ‑ maraqlı kitab qismən aclığı unut‑ mağa kömək edir; • yemək televeriliş və DVD‑ filmlərin baxışı ilə eyni zamanda olmamalıdır; • yemək vaxtı vacib məsələlər haqqında düşünməyin; • masa arxasında qızğın mübahisələrdən imtina edin. • azartlı oyun oynayarkən (kompüter, kart), yanınıza yeyinti ilə dolu məcməyi qoymayın; • həyəcan və ya qəzəbdən, eləcə də, sevincdən yemək yeməyə çalışmayın.

TƏRBİYƏ QÜSURLARI Bəzən, lap erkən yaşlarından uşağa təlqin edirlər ki, o, boşqaba

qoyulmuş yeməyin hamısını yeməlidir. Artıq böyüdükdən sonra biz bunu avtomatik olaraq edirik. Başqa variant – siz həmişə uşağınızın artıqlarını yeyirsiniz. 1. MƏSLƏHƏT. Yeyib qurtar‑ maq vərdişindən azad ola bilmirsinizsə, yeməyi çox kiçik porsiya ilə qəbul edin. 2. MƏSLƏHƏT. Həyatda hər şeydən çox yeməyi sevən dost‑ tanış‑qohumlardan və yalnız həd‑ dən artıq qida qəbulundan ibarət olan tədbirlərdən uzaq olun və ya bunu nadir hallarda edin.

QAYDALARA KOR-KORANƏ RİAYƏT İnsan müəyyən vaxtda müəyyən yeməkləri qəbul etməyə vərdişlidirsə, bu cədvələ gözlənilməz müdaxilələr onu tərəddüd etməyə vadar edir. Çox zaman məcburilik qalib gəlir. MƏSLƏHƏT. Günün nizam qaydalarının girovuna çevrilməyin. Hətta nahar vaxtı çatmışsa, lakin orqanizm yemək tələb etmirsə, bunu etmək lazım deyil. Nəticədə artıq çəki sahibi ola bilərsiniz. Misal üçün, iri amerikan klinikaların birində qadın pasiyentlər dispanseriza‑ siya zamanı divarda iki dəfə tez işləyən saat asılmış həkim otağı‑ na dəvət olunurdu. Nəticədə, otaqda yarım saat qalan pasiyentə elə gəlirdi ki, o, artıq bir saatdır gözləyir. Sonra tibb işçiləri gecik‑ mələrinə görə üzr istəyərək, kabi‑ netə daxil olur və pasiyentlərə şirə, bulka, peçenye təklif edirdi. Qamətli və arıq qadınlar gözləmə vaxtından asılı olmayaraq, imtina edir, artıq çəkili xanımlar isə hesab edirdilər ki, onlar qəlyanaltı etməlidir. Yəni, öz aclıq hisslərini (əslində mövcud olmayan) nahar vaxtına (əslində hələ çatmayan) uyğunlaşdırmağa çalışırdılar. Necə deyərlər, şərh‑ siz.

MÜXTƏLİF YAŞ DƏYİŞİKLİKLƏRİ 20 yaşda qamburger, koka‑ kola, dondurma və ekler fiquraya xələl gətirmirsə, 30 və daha artıq yaşlarda bu belə deyil. Anlamaq lazımdır ki, illər keçdikcə, metabolizm ləngiyir və əvvəllər özbaşına sərf olunan enerji və kaloriləri indi fiziki məşqlər vasitəsi ilə idman zalında qov‑ maq lazımdır. MƏSLƏHƏT. Nə qədər tez məşq etməyə başlasanız, bir o qədər yaxşıdır. Bir saatlıq məşq sizi 200‑400 kkal‑dən azad edir və yaxın bir‑iki sutka ərzində mad‑ dələr mübadiləsinin intensivliyini artırır.

QASTRONOMİK İFRATÇILIQ Təklif olunan ərzaq və məh‑ sulların çeşidi o qədər zəngindir ki, insan başını itirə bilər. Belə olduqda, özünü necə saxlayasan?! MƏSLƏHƏT. Aclığı iştahadan ayırmağı öyrənin. Axı nəfis şəkil‑ də hazırlanmış və gözəl qoxulu hər şey istənilən məqamda işta‑ hanı stimulyasiya edə bilər. Aclıq hissi isə ciddi məsələdir, bu, ener‑ ji və istiliyin tükənməsi, başın düşünmək qabiliyyətinin azal‑ ması, qüvvətin azalması haqqın‑ da orqanizmin təkidli siqnalıdır. Buna məhəl qoymamaq olmaz! Yemək lazımdır. Lakin əvvəlcə orqanizminizi sınaqdan keçirin: bir qədər su için və diqqət yetirin. Bəzən susuzluq hissini aclıq hissi ilə səhv salırıq. Daha bir fənd – ürəyiniz istəməyən qidanı almaq. Məsələn, suda bişmiş herkules (yulaf yarması), yağsız xama. Aclıq hissi olmadan, artıq tikə boğazınızdan keçməz.


68

BAYRAM ZİYAFƏTİ VƏ TOXLUQ ayram süfrəsindən sonra bir çox, o cümlədən, mövcud‑ luğu haqqında insanın heç məlumatı olmayan xroniki xəstəliklər kəskinləşə bilər. Məsələn, xolesistit, hepatit, pankreatit. Belə xoşagəlməz hallara yol ver‑ məmək üçün, ilk növbədə, həddən artıq yeməmək lazımdır. Bayramlar yaxşıdır, lakin sağlamlıq hər halda daha qiymətlidir. Əgər süfrə başında qıcqırma və gəyirmə hiss edirsinizsə, çox güman ki, bu, tam həzm olunmamış qidanın mədədən qida borusuna tullanması ilə əlaqədardır. Acılıq hissi öd kisəsinin həddin‑ dən artıq gərginliyinə dəlalət edə bilər. Bu isə o deməkdir ki, siz hədsiz dərəcədə yağlı qidaya meyl göstərirsiniz. Şirniyyat, kələm, qıtığotu və digər karbohidrogen tərkibli yeməklərdən sui‑istifadə qarın köpünə səbəb ola bilər. Mədənin dolma və şişmə hissləri, sadəcə, həddindən artıq yeməkdən xəbər verir. Qoyun əti, donuz əti və digər çətin həzm olunan zülallı ərzaq‑ lardan həddən çox istifadə etdikdə, xoşagəlməz bir hadisə olan qəbizliyə məruz qalmaq olar. Və nəhayət, qarında ağrı hiss edirsinizsə, bu, həzm olunmama, qaz yığıntısı və ya mədə divarlarının gərilməsindən xəbər verir. Baxmayaraq ki, mədə boşluğu 10

litrə qədər maye tutumuna malikdir, əslində, belə yüklənmə onun üçün son dərəcə ağırdır. Lakin mədə, digər orqanlar ilə sıx şəkildə bağlıdır. O, yükləndikdə, qaraciyər, onikibarmaq bağırsaq və mədəaltı vəzini də ikiqat qüvvə ilə işləməyə məcbur edir. • Süfrə arxasına əyləşməzdən təxminən yarım saat əvvəl həzm prosesini asanlaşdıran və köp və qıc‑ qırmanın qarşısını alan preparatlar qəbul etmək yaxşı olardı. Çox yediyinizi hiss etdikdə, panzinorm, mezim və ya enzistal kimi preparatlar kömək edə bilər. • Qarın köpməsi zamanı ənənəvi aktivləşmiş kömür və festal əvəzinə espumizan qəbul etmək daha yaxşıdır – o, xeyli effektlidir. • Baxmayaraq ki, bayram bütün gecəni davam edir, süfrədəki bütün təamların dadına baxmaq istəsəniz belə, bir dəfəyə yeməyin. Bütün gecə ərzində az‑az və tez‑tez yeyin. • Yeməklərin hazırlandığı ərzaq‑ lardan da çox şey asılıdır. Bayram süfrəsi hazırlayarkən, ucuzluq arxa‑ sınca qaçmayın: daha bahalı, lakin keyfiyyətli ərzaqlar almaq məsləhət‑ dir. • Yeni il – allergiyadan əziyyət çəkənlər üçün də bir sınaqdır. Unutmayın ki, qoz, balıq kürüsü, şokolad, portağal qida allergenləridir. • Böyüklərdə allergiyaya çoxlu miqdarda qəbul edilmiş krevetlər də səbəb ola bilər. Onlardan sui‑istifadə

Kefir günü. Bayram təamlarını unudun. Bu gün yalnız kefir için. Hər iki saatdan bir 1 stəkan miqdarında. Gün ərzində 6‑8 stəkan. Kəsmik günü. Menyunuzu 500‑600q yağsız kəsmik təşkil etməlidir. Onu 5‑6 dəfəyə yeyin, sonra itburnu dəmləməsi için. Gün ərzində bundan başqa heç nə qəbul etməyin.

etməyin. • Salmonellyozdan (bağırsaq çöpü) qaçmaq üçün çiy yumurta ağı əsasında hazırlanmış krem və tərki‑ binə çiy yumurta daxil olan souslar‑ dan istifadə etməyin. • Ənənəvi olivye və şuba salatın‑ da hisə verilmiş balıqdan imtina edin. Adətən, onlara tərkibinə sirkə daxil olan çoxlu mayonez əlavə olunur ki, bu da xroniki xəstəliklərin kəskin‑ ləşməsinə gətirib çıxara bilər. Çiy tərəvəz, meyvə və göyərtidən salat hazırlamaq daha yaxşı olardı, onların üzərinə yoqurt və ya yağsız xama, limon və ya nar şirəsi əlavə edin. • İsti yemək kimi ağır həzm olu‑ nan ördək, qaz, ət əvəzinə sobada bişmiş balıq təklif etmək daha yaxşıdır. Lakin ətdən də istifadə etmək olar, amma yağsız və az miq‑ darda. Göyərti, tərəvəz, meyvə, otlar‑ dan məhdudiyyətsiz istifadə edə bilərsiniz – onlar sizin sağlamlığınıza heç bir ziyan vurmaz. İçkilərdən, məşhur firmaların qır‑ mızı quru şərablarından istifadə etmək məsləhət olardı. Arağa gəldikdə, o, birmənalı şəkildə sağlam‑ lıq üçün ziyandır. Araq ziyan olsa da, yeni il ziyafəti‑ ni onunla açmaq bəzən qəbul olunan‑ dır. Bu, iştaha artırmağa və əhval‑ru‑ hiyyəni yaxşılaşdırmağa kömək edir. Eyni zamanda, soyuqdəymənin də qarşısını ala bilər. Resept sadədir: qədəhin içinə yumurta sarısı salın. Üzərinə zövqə görə duz və qırmızı istiot əlavə edin. Sonra çox ehtiyatla, qədəhin divarı ilə, mütləq buzlu şəkildə olan araq süzün. Arağın miqdarı – 50q. Bu kokteyli birnəfəsə bayramın lap əvvəlində için. Bayramlardan sonrakı pəhriz həm sağlam, həm də xəstə insanlar üçün çox vacibdir. Bayramınız mübarək!


70

Qış və yaz aylarında təzə tərəvəzlərlə qidalanmaq o qədər də mümkün olmur. Bu itkinin qarşısını almaq üçün duza qoyulmuş tərəvəzlərdən də istifadə etmək olar, çünki onlar da vitamin və minerallarla zəngindir. Hər bir insan gün ərzində ən azı 700 qram müxtəlif tərəvəzlərə qidalanmalıdır (bu, ancaq kartofun hesabına olmamalıdır!). Təzə tərəvəzləri yaz aylarında çox qəbul etmək mümkün olmasa da, bu zaman köməyinizə duza qoyulmuş və marinad edilmiş tərəvəzlər çata bilər. Təzə tərəvəzlərdə olduğu kimi marinadlarda da bütün xeyirli maddələr öz tərkibini qoruyub saxlayır. Bu tərəvəzlərin hamısı mineral maddələr, müxtəlif vitaminlər, orqanizm üçün həyati əhəmiyyət daşıyan sellülozla zəngindirlər. Həkimlər bildirirlər ki, sellüloz ürək və damarlar üçün xeyirlidir, karbohidratların mənimsənilməsini yavaşıdır, bağırsaqların işini tənzimləyir, qəbizliyin qarşısını alır, hətta yoğun bağırsağın xərçənginin yaranma riskini azaldır.

XİYAR

POMİDOR

BOLQAR BİBƏRİ

Tərkibinin 96,8 %‑i sudan ibarət‑ dir ki, bu da ürək və damarların işi üçün zəruridir. Böyrəyin fəaliyyətini tənzimləyir, iştahanı artırır. Mineral duzlar, karotin, efir yağları

Orqanizmdə maddələr mübadiləsini nizamlayır, ürək və damarlar üçün çox xeyirlidir, həmçinin mədə və bağırsaqların fəaliyyəti üçün də lazımlıdır. Üzvi turşular, C və P vitaminləri, karotin

Qan damarlarını möhkəmləndirir, orqanizmdə C vitamininin toplan‑ masına kömək edir, istənilən ərzaqla yaxşı uyğunlaşır. Askorbin turşusu, B qrupu vita‑ minləri


71

KÖK

ÇUĞUNDUR

SARIMSAQ

İmmuniteti qaldırır, zülal, yağ və karbohidrat mübadiləsini tənzim‑ ləyir, qanı təmizləyir. Sidikqovucu təsirə malikdir. Karotin, fitonsid (antibakterial maddə), fol turşusu (B9 vitamini)

Kök və qara turpla birlikdə isti‑ fadə etdikdə, çuğundur qanda hemoqlobinin miqdarını artırır. Marinad edilmiş çuğundur əla işlətmə dərmanı hesab olunur. Dəmir, kobalt, manqan, mis, C vitamini

Zökəm və öskürəyə qarşı effek‑ tivdir, həmçinin diş ağrıları və ateroskleroz zamanı kömək edir. Qan təzyiqini aşağı salır, nəbzi yavaşıdır. Fitonsid, kalium və fosfor duzu

QARĞIDALI

LOBYA

PATİSSON

Mədənin işini qaydaya salır, müx‑ təlif bağırsaq xəstəliklərində xeyir‑ lidir, dietik ərzaq hesab olunur. Əvəzedilməz amin turşuları, B qrupu vitaminləri

Tərkibində olan yüksək miqdarda zülalın hesabına, istinasız olaraq hər kəs üçün xeyirlidir. Həlimindən revmatizm və böyrək xəstəlikləri zamanı istifadə olunur. Sidikqovucu təsirə malikdir. Zülal, kalium, fosfor, sellüloz

(qabaq növü) Bağırsaqların işini tənzimləyir, orqanizmdən toksinləri xaric edir, həmçinin xolesterin səviyyəsini nizamlayır. Əla sidikqovucu vasitə hesab olunur. Karotin, C, PP və B qrupu vita‑ minləri, dəmir, fosfor

BADIMCAN

GÜL KƏLƏM

QIRMIZI KƏLƏM

Su mübadiləsini tənzimləyir, ürək əzələlərinin işini nizamlayır, orqanizmdən xolesterin artıqlarını xaric edir, onun səviyyəsini aşağı salır. Dəmir duzu, kobalt, manqan, kalium

Mədə və qaraciyərlə bağlı bir sıra xəstəliklərdə, həmçinin podaqra xəstəliyi zamanı kömək edir. Arıqlamaq istəyənlər üçün əla qida növüdür. Xolin (B4 vitamini), metionin

Piylənmədən, aterosklerozdan, hipertoniya və şəkərli diabetdən əziyyət çəkənlər üçün əla yeməkdir. Sellüloz, C vitamini, kalium, kalsium

(əvəzolunmaz amin turşu), A vitamini, maqnezium


72

ORQANİZMİN KONSTİTUSİYASI ərdi xüsusiyyətlərinə görə insanlar bir‑birindən fərqlən‑ sələr də, bəzi oxşar əlamətlər var ki, onları bir qrupda birləşdirir. Tibdə böyük əhəmiyyət kəsb edən bu variant konstitusiya anlayışı (constiutio‑quruluş) kimi işlədilir. Müxtəlif morfoloji və biokimyəvi əlamətlər, əzələ tonusu, vegetativ sinir sisteminin fəaliyyəti, orqanizmin temperamenti, ali sinir fəaliyyətinin xüsusiyyətləri konsti‑ tusional tiplərin müəyyən edilməsi üçün əsasdır. İlk dəfə Hippokrat orqanizmlərin bir‑ birindən fərqini qan, selik, qara öd və sarı ödün miqdarca nisbət dəyişikliyində görmüşdü. Buna görə o, insanları temperamentinə görə 4 əsas tipə‑sanqvinik (qan), fleqmatik (selik), xolerik (sarı öd) və melonxoliklərə (qara öd) bölmüşdür. K.Qalen isə insanları konstitusional tiplərə bölərkən onların xarici əlamətlərinə ‑ (bədən quruluşu, sifət) fikir verirdi. Müasir təsnifatlarda isə morfoloji prinsip, müxtəlif funksional sistemlərin fəaliyyəti, həmçinin İ.P. Pavlov tərəfindən qeyd edilən ali sinir fəaliyyətinin tipləri əsas götürülür. Morfoloji prinsip üzrə skeletin müxtəlif hissələrinin nisbəti, orqanizmin bu və ya digər hissələrinin inkişaf dərəcəsi əsas götürülür. Bədən quruluşuna görə astenik, hiperstenik və normostenik (A.M.Çernorutski), ali sinir fəaliyyətinə görə (İ.P.Pavlov) qüvvətli, müvazinətli, mütəhərrik və qeyri‑mütəhərrik; qüvvətli, müvazinətsiz və zəif tiplər mövcuddur. Bunları bilməklə, zahiri əlamətlərə əsasən insanların hansı tip xüsusiyyətlərə malik olmasını

müəyyən etmək mümkündür. Belə ki, sanqviniklər ali sinir fəaliyyətinə görə qüvvətli, müva‑ zinətli mütəhərrik tipdir. Sanqviniklər alçaq və ya nadir hallarda orta boylu, dolu bədən quruluşuna malik olurlar. Başda, döş və qarın boşluqlarında yer‑ ləşən orqanların güclü , lakin çiyin qurşağı və ətrafların zəif inkişafı nəzərə çarpır. Döş qəfəsi qabarıq, sümüklər qısa, əzələlər şişkin, ayaq pəncələri də enli olur. Kəllənin quruluşuna gəldikdə, alın hamar, təpə və ənsə sümükləri yastı olur. Almacıq, çənə və burun sümükləri zəif nəzərə çarpır, boyun qısa olur. Onlar optimist, yüksək enerjili, coşqun təbiətli olurlar. Zahirən narahat, daxilən isə sakitdirlər. Fleqmatiklər üçün ali sinir fəaliyyətinin qüvvətli, müvazinətli, qeyri‑mütəhərrik tipi xarakterikdir. Onlar sakit, sabit əhval‑ruhiyyəli, inert tipdir. Süst, yavaş, ancaq güclü olub, arxayınlıqları, xarici mühit təsirlərinə qarşı ləng reak‑ siyaları ilə seçilib, xarici görünüşcə daxillərini ifadə etmirlər. Zahirən sakit olan fleqmatiklər dolğun, çəl‑ ləyi xatırladan gövdəyə, orta uzunluqda ətraflara, qısa, enli bar‑ maqlara malik olurlar. Sümükləri iri, əzələləri möhkəm və güclü olur. Fleqmatiklər kökəlməyə meylli olur. Onların alınları dar, təpə sümükləri dairəvi, ənsə sümüyü yastı, yanaqları sallaq olur. Burnunun ucu düz, aşağıya doğru yönəlmiş olur. Onlar qısa, yoğun boyuna malik olurlar. Qüvvətli, müvazinətsiz sinir tipi xoleriklər üçün xarakterikdir. Beyində tormozlanmanın üstünlük təşkil etməsi, dəyişkən və aydın emosiya, nümayişkaranə ifadəli

mimika, tələsik nitq, kəskin jestlər, müxtəlif şəraitdə gözlənilməz təzə ideyalar irəli sürmək bacarığı bu tipə məxsusdur. Xarici görünüşcə onlar cılız bədən quruluşuna, yaxşı inkişaf etmiş ətraflara malik olurlar. Sümük və əzələləri uzun, döş qəfəsi ensiz olur. Kəllə ovoid formada olub, almacıq sümükləri çıxıq, burun sümükləri isə hündür və donqarlığı ilə seçilir. Onlarda boyun nisbətən uzun olur. Xoleriklərdə maddələr mübadiləsinin sürətlə getməsi müəyyən edilir. Melanxoliklər üçün zəif sinir tipi uyğun gəlir. Onlar emosional, qorxu və narahatlığa meylli, qərarsız, tez yorulan insanlardır. Melanxolik tipinə aid olan insan‑ ları tez əsəbiləşdirmək və ya sakit‑ ləşdirmək olur. Zahirən onlar çevikliyi ilə seçilir, əhatələrində baş verən dəyişikliyə müvafiq tərzdə hərəkət edirlər. Onlar yüksək bacarıq qabiliyyətinə, intellektual fəaliyyət sferasına malik olurlar. Xarici görünüşcə arıq bədən quru‑ luşuna, yorğun simaya malik olurlar. Quruluşca yastı sümüklərin və uzun əzələlərin üstünlük təşkil etməsi nəzərə çarpır. Onlarda kürək sümüyü uzun, dayaz, yastı olur. Həmçinin yastı döş qəfəsi nəzərə çarpır. Bədənin digər hissələrinə nisbətən ətraflar uzun olub, yaxşı inkişaf edir. Çiyin ensizdir, çanaq enlidir. Kəllədə alın kvadrat şəkilli olub, ənsə qabarıqlığı yaxşı nəzərə çarpır. Çənə sümüyü bir qədər qabağa çıxır, almacıq sümüyü qabarıq, burun isə uzun olur. Onlar həmçinin uzun boyuna malik olurlar.


73

UŞAĞINIZIN HANSI TIPƏ AİD OLMASINI NECƏ MÜƏYYƏN EDƏ BİLƏRSİNİZ? Əgər uşağınız gün ərzində çox hərəkət edirsə, yaxşı yuxuya gedirsə, tez‑tez və ucadan danışır‑ sa, sakit mimikaya malikdirsə, demək o, sanqvinik tipidir. Bu cür uşaqlar gah qaçıb oynayır, gah da sakitcə bir küncə çəkilib, otururlar. Onlar həm hərəkətli, həm də səs‑ siz oyunlardan zövq alırlar. Belə ki, onlar üçün oynayan zaman bir tərzdən başqa tərzə keçmək asandır. Oyuncaqlarını tez‑tez dəyi‑ şir, tez təsir altına düşür və üzü‑ yola olurlar. Sanqvinik uşaqlar ətrafdakılara tənqidi yanaşa bilmir, hər şeyi “çəhrayı eynək”də görür, öz fikirlərini müdafiə etməyi və mənafelərini qorumağı bacarırlar. Başçılıq etməyi, həmçinin tabe olmağı bacaran insanlar bu tem‑ peramentə aiddir. Sanqvinik uşaqlar hər yerdə özlərinə tez dost tapır və mülayim xarakterli olurlar, kin‑ küdurət onlardan uzaqdır, optimist‑ dirlər. Fleqmatik uşaqlar zəif emosiyaya malik olub, yavaş hərəkət edirlər. Bu cür uşaqları fikirlərindən döndərmək çətin olur. Əgər uşağınız səsli‑küylü oyun‑ ları xoşlayırsa, gecələr çətin yuxuya gedib, narahat yatırsa, lakin səhər‑ lər heç nə olmamış kimi oyanıb və

yenidən tam enerji ilə hərəkət edirsə, o, xolerik tipinə aiddir. Bu cür uşaqların valideynləri bilmə‑ lidir ki, onlara qadağa qoymaq olmaz. Bu cür uşaqlar çətinliklə sakitləşir, hətta yorulduqda belə çarpayıya uzanmır, şıltaqlıq etməyə başlayırlar. Əgər hər hansı səhv hərəkət edərsə, bu cür uşaqların təqsirindən keçmək lazımdır. Valideynlər onları həvəsləndirən məşğələlər ‑ televizor, kino, musiqi ilə kifayətlənməlidirlər. Bu cür uşaqları yuxuya bir neçə saat qalmış səsli‑küylü oyunlardan çəkindirmək və nisbətən sakitliyə cəlb etmək lazımdır. Onlara cəza vermək, qışqırmaq olmaz. Danlaq onlara kömək etməyəcək, əksinə daha da hiddətləndirəcək. Əgər uşağınız çox həssasdırsa, ətraf qıcıqlara tez reaksiya verirsə, tez‑tez qorxu və həyəcan keçirirsə, demək o, melanxolik tipinə aiddir. Ümumiyyətlə, bütün tiplərdən olan uşaqların kiçik yaşlarından məşğələlərə cəlb edilməsi vacibdir. Humanizm, səbr bu cür uşaqları tərbiyə üçün əsas vasitələrdəndir. Düzgün tərbiyə isə sağlam gələcəyin meyarıdır. Bu sağlamlığın təmin olunması da ilk növbədə valideynlərdən asılıdır.

XƏSTƏLİKLƏRİN MEYDANA ÇIXMASINDA KONSTİTUSİYANIN ROLU Bədən quruluşuna görə boyu çəkisinə, ətrafları gövdəsinə, döş qəfəsi qarın nahiyəsinə nisbətən üstünlük təşkil edən tip astenikdir ki, onlarda mədə və 12 barmaq bağırsaq xorası, xronik kolit və vərəm kimi xəstəliklərə nisbətən çox təsadüf edilir. Asteniklərdə arterial təzyiq aşağı, qanda hemoqlobinin miqdarı və eritrositlərin sayı az olur. Mədənin hərəki və sekretor fəaliyyəti zəif olur, böyrəküstü və cinsiyyət vəzilərinin fəaliyyətində hipofunksiya, maddələr

mübadiləsində dissimilyasiya üstünlük təşkil edir. Asteniklərdə qanda xolesterin, kalsium, sidik turşusu və şəkərin miqdarı da az olur. Əgər gövdə nisbətən uzun, ətraflar qısadırsa, qarın nahiyəsinin ölçüləri döş qəfəsinə nisbətən üstünlük təşkil edirsə, bu, hiper‑ stenik tipidir. Hipersteniklərdə arte‑ rial təzyiq yüksək , qanda eritrosit, hemoqlobin, şəkər və xolesterinin miqdarı çox, mədə və bağır‑ saqların hərəki fəaliyyəti qüvvətli olur. Asteniklərdən fərqli olaraq, hipersteniklərdə qalxanabənzər vəzinin fəaliyyətində hipofunksiya nəzərə çarpır. Buna görə də onlarda ateroskleroz, stenokardiya, hiper‑ toniya, miokard infarktı, öd daşı xəstəliyi və mübadilə pozğun‑ luqları ilə əlaqədar xəstəliklərə çox rast gəlinir. Asteniklə hiperstenik tip arasın‑ da orta mövqe tutan isə normoste‑ nik tipdir. Ən başlıcası isə hansı tipə aid olmasından asılı olmayaraq, hər bir insan üçün xoş əhval‑ruhiyyə hər zaman çox vacibdir. Rüstəmova Sədaqət tibb elmləri namizədi


74

ZƏHƏRLİ ZOB

VƏ PSİXOLOGİYA

ir alim deyir ki, duyğularsız hormonlar yoxdur, hormonlarsız duyğular... Tibb elmində inqilabi kəşflərdən biri o olub ki, fikir hara istiqamət götürürsə, hor‑ monlar da ora istiqamət götürür. Zəhərli zob deyilən tireotok‑ sikoz halı qalxanabənzər vəzin hormonlarının qanda miqdarının bədəni zəhərləyəcək dərəcədə art‑ masıdır. Yuxarıdakı fikirləri nəzərə alaraq, istərdik ki, fikir‑ lərimizin (yəni psixoloji vəziyyə‑ timizin) zəhərli zobun inkişafına təsiri haqqında alimlərin düşüncələrini nəzərdən keçirək. Tireotoksikoz zamanı qalxana‑ bənzər vəzin ölçüləri böyüyür, həddindən çox tərləmə, əllərin əsməsi, ürəkdöyünmə hissi, təz‑ yiqin qalxıb‑enməsi, əhval‑ruhiy‑ yənin tez‑tez dəyişməsi, əsəbilik, yuxusuzluq, ağır hallarda isə gözlərin bərəlməsi kimi əlamətlər meydana çıxır. Amerikan alimlərinin tədqiqatlarına görə, tireotoksikoz‑ dan əvvəl stress situasiyaların

olması çox geniş yayılıb. Məsələn, iki yüz tireotoksikozlu xəstə tədqiq olunub və müəyyən edilib ki, onların 90%‑i xəstələnməzdən əvvəl psixi travma alıblar. Ümu‑ miyyətlə, tireotoksikozlu xəstələri, xüsusən qadınları tədqiq edərkən aydın olub ki, onlara özünəinamsızlıq, həd‑ dindən çox məsuliyyət hissi, öz emosiya və duyğularını boğub saxlamaq kimi düşüncə tərzi xas‑ dır. Buna əlavə etmək olar ki, tireotoksikozla daha çox boş şeylərdən həyəcanlanan, tez‑tez qorxu keçirən, daimi təhlükə duyğusunda yaşayan və həyatın‑ da stabillik hiss etməyən insanlar xəstələnir. Öz evində əri tərəfin‑ dən şəxsiyyəti alçaldılan və qabiliyyətlərinə inam göstərilməyən qadınlarda tireotoksikoz daha tez‑tez inkişaf edir. Bu qadınlar maraqlı hallar keçirirlər. Onlar çox həssas duyğulu və ağıllı qadın olmaqla, öz üstün cəhətlərinə bələddirlər. Ancaq fədakarlıq tərbiyəsi alıb, özünü başqalarına həsr etməyə

alışdıqları üçün ərlərinə və uşaqlarına özlərini tənqid etməyə və alçaltmağa imkan yaradırlar. Nəticədə onlarda ətraf aləmə qarşı inciklik, küskünlük kimi duyğular yaranır. Belə duyğular nə qədər güclüdürsə, zəhərli zobun inkişafına o qədər çox zəmin yaranır, eyni zamanda qalxanabənzər vəzidə düyünlərin əmələgəlmə ehtimalı artır. Bu hal‑ ları yaşayan xanımların psixoloji yardıma ciddi ehtiyacı var. Bəzi alimlərə görə həyatın ədalətsiz olduğunu düşünən insanlarda da tireotoksikozun inkişafı mümkündür. Yəqin ki, bu yazımızdan sonra genetikasında tireotoksikoz olan xanımlarımız deyilənləri nəzərə alıb, düşüncə tərzlərində müsbət dəyişikliklər edəcək. Əli Nağıyev həkim


75

ŞOPİNQTERAPİYA

sixoloqların fikrincə, şopinqin müsbət effekti ona əsaslanır ki, alınmış hər bir şey sadəcə kassada konkret əşyanın ödəniş faktı deyil, hər bir hissəsinin xüsusi əhəmiyyəti olan bütöv bir sistemdir.

NƏ AXTARIRIQ? Əgər biz adətən, mağazaya konkret əşya üçün gəliriksə, şopinq‑ terapiya zamanı alış faktının özü vacibdir. Əslində, bu zaman nə ala‑ cağımız bizim üçün o qədər də əhəmiyyətli deyil. Bundan reklamçılar və dizaynerlər məharətlə istifadə edir. Birincilər bizi məharətlə qərar qəbul etməyə təkan verir, ikincilər isə malları elə bacarıqla düzüb nümayiş edirlər ki, ilk növbədə məhz onların kütləyə yönəltdikləri və irəli çəkdikləri şeylərə diqqət yetirilir. Kələk? Bəli, kələkdir ki, var. Lakin şopinq‑tera‑ piya reklamı öz məqsədləri üçün istifadə etməyə imkan verir: əgər alış‑verişin bu qədər zövq verəcə‑ yinə bizi əmin edirlərsə, niyə də biz onu almağa cəhd göstərməyək?

SEÇİM PROBLEMİ Biz mağazada könlümüzün nə isə istədiyini anlamayaraq, gəzişirik. Bu hiss qəlbimizdə tikan kimi otu‑ rur və bizi axtarışları davam etdirməyə sövq edir. Bu məqamda nəzərimiz ümumi kütlədən ayrılan bir əşyaya düşür. Biz, “Mənə lazım olan məhz budur!” deyirik və

böyük rahatlıq hiss edirik. Tədqiqatların nəticələrinə görə, qərar qəbul etdikdən sonra, insanın qanında endorfinlərin miqdarı artır və onun vəziyyəti eyforik hala yaxınlaşır. Şopinq‑terapiyanın əsas sirri elə bundan ibarətdir.

HESABLAŞMA VAXTI Bu məqam isə o qədər də ürəkaçan deyil: axı kim öz pulların‑ dan ayrılmaq istəyir. Lakin alıcıların əzabları bir neçə yolla, misal üçün, kredit kart ödənişi və ya elektron pullar ilə yüngülləşir. Qeyri‑maddi olan nəyi isə vermək canlı şəkildə pul kisəsini boşaltmaqdan daha asandır. Və bu şopinqin əsas sualtı daşıdır. Ona görə də, özünüzdə israfçılığa meyl hiss edirsinizsə, nağd ödəniş edin – beləliklə, öz işta‑ hanıza nəzarət etmiş olarsınız.

PULSUZ ŞOPİNQ Bir çox xanımlar alış‑veriş etmədən, mağazaları sanki, muzeylərdə olduğu kimi gəzir – baxır, geyib‑çıxarır, heyran olur. Gözlər doyur, maliyyə isə bütöv qalır. Digər variant isə alış‑verişi internet‑mağazalarda etməkdir.

NÜMAYİŞ ETMƏK Etiraf etməliyik ki, biz çox nadir hallarda yalnız özümüz üçün nə isə alırıq. Bizə daha çox qiymətləndirilməyimiz, alınmış növbəti şeyin bizi nə qədər dəyərli etdiyinin təsdiqlənməsi lazımdır.

Məhz buna görə biz tezliklə yeni paltarı geymək və onu mümkün qədər çox tanışlara nümayiş etmək istəyirik.

XÜLASƏ Şopinq‑terapiya şopoqolizmə çevrilməsin deyə, bir neçə suala səmimi olaraq cavab verməyə çalışın: “Mən mağazaya nə üçün gedirəm?”, “Mənə əslində nə çat‑ mır?”. Yeni əşyanın əldə olun‑ masının bizə nə verəcəyini dəqiq anlamaq və ona xərcləyəcəyiniz məbləği əvvəlcədən təyin etmək lazımdır.


76

QÄDÝM ÞÄRQ FƏLSƏFƏSİ RUHİ VƏ FİZKİ KAMİLLİYƏ APARAN YOL - YOQA Son zamanlar müxtəlif dövri informasiya vasitələri Şərq müalicə metodlarından biri kimi Yoqanı təbliğ edirlər. Yoqa sözünün tez‑tez təkrarlanmağına baxmayaraq, bu sahədə Azərbaycan dilində məlumat çox azdır. Hətta rus və digər xarici dillərdə olan ədəbiyyatda belə Yoqanın bir anlayış olaraq dərin və səhih təsvirinə çox az rast gəlinir. Bu məqsədlə yoqa barədə az da olsa, bölüşmək qərarına gəldik. Yoqa sözü sanskrit dilindən tər‑ cümədə ali kamilliklə birləşmə mənasına gəlir. Yəni Yoqa təkcə sağlamlaşma yolu yox, ruhi və fiziki kamilliyə aparan bir yol hesab edilə bilər. Sağlamlıq isə bildiyimiz kimi fiziki kamilliyin göstəricisidir. Əgər yoqanı bir elm kimi qəbul etsək, o, öz əsasını qədim Hind mənbələri sayılan dörd veda kitabı adlanan ədəbiyyatdan götürür. Əslində Yoqa elə bir sahədir ki, bu sahədə təkcə nəzəri biliklərlə kifayətlənmək olmaz. Bu elmi kamil şəkildə əldə etmək üçün kitablardan əlavə, ruhani ustadın da olması vacib sayılırdı. Beləliklə, tarixə nəzər salsaq, Yoqa fəlsəfi sisteminin iki əsas yolu olması

məlumdur. Onlardan daha geniş yayılan və fiziki sağlamlığa daha çox diqqət ayıran birinci üsul Patancalinin səkkiz pilləli Yoqa sis‑ temidir. Digər daha az saylı nümayəndələri olan Yoqa sistemi isə Bhakti‑Yoqa sistemi sayılır. Bu yazımızda Patancalinin səkkiz pilləli Yoqa sistemini aydınlatmaq üçün məşqlərin hansı mərhələlərdən keçdiyini göstərmək istəyirik. ‑ Yama – mənfi keyfiyyətlərdən imtina etmək mərhələsidir. ‑ Niyama – müsbət keyfiyyətlərin yetişdirilməsi mərhələsidir. ‑ Asana – fiziki hərəkətlər və bədən pozalarının inkişaf etdirilməsi mərhələsidir. ‑ Pranayama – tənəffüs hərəkətlərindən ibarətdir. ‑ Pratyahara – hisslərə tam nəzarət və onların insanın öz iradəsi ilə yönləşdirilməsi mərhələsidir. ‑ Dharana – diqqətin meditasiya obyektinə yönləndirilməsinin məşqidir. ‑ Dhyana – ruhi‑psixi meditasiya prosesidir. ‑ Samadhi – ruhi gerçəkləşmə və nurlanma mərhələsidir. Bütün bu mərhələlər ardıcıl şəkil‑ də və ruhani ustadın nəzarəti altında həyata keçirilirdi. Növbəti mərhələyə yetişdikdən sonra da şagird əvvəlki

mərhələlərin inkişafını da davam etdirməli idi. Müasir dövrdə informasiya axınının və psixoloji stresslərin insanı üstələdiyi şəraitdə bütün bu mərhələləri tam şəkildə keçmək çox çətin bir proses sayılır. Amma hər bir insanın gücü daxilindədir ki, bu pil‑ lələrə qismən də olsa, yiyələnsin. Yoqa əslində düşüncə və həyat tərzidir. Nəticə etibarı ilə insan şəxsiyyət olaraq bütövləşməyə və sağlam həyat yaşamağa qadirdir. Tibbi nöqteyi‑nəzərdən Yoqa çox ciddi əhəmiyyətə malikdir. Məsələn, birinci mərhələni götürək: mənfi key‑ fiyyətlərdən imtina etmək nə deməkdir?


77 ‑ Fikirlərinlə, sözlərinlə və əməl‑ lərinlə ətrafdakılara zərər verməmək; ‑ Özünə qarşı gözlədiyin münasi‑ bəti başqalarına bəsləmək; ‑ Yalan danışmamaq; ‑ Qeybət, söyüş, təhqirdən uzaq olmaq; ‑ Təmənnasız olmaq, başqasına məxsus olana göz dikməmək; ‑ Acgözlükdən, tamahkarlıqdan, şəhvaniyyətdən, həsəddən uzaq olmaq və s. Müasir tibbi‑psixoloji nöqteyi‑ nəzərdən yanaşsaq, yuxarıda adı çə‑ kilən mənfi keyfiyyətlərin hər biri nəhayətdə psixo‑somatik təsir yolu ilə bədənimizi xəstələndirir. İkinci mərhələyə nəzər yetirək. Yoqa ilə məşğul olan özündə hansı müsbət keyfiyyətləri tərbiyə etmə‑ lidir: ‑ Xeyirxahlıq, minnətdarlıq, canlı varlıqlara və təbiətə qarşı sevgi, daxi‑ li və xarici intizam, diqqətcillik, sakit‑ lik və səbr, nitqə nəzarət. Bunlarla yanaşı olaraq, bu mərhələdə mütləq vücuda aid olan su proseduraları, mədə və bağır‑ saqların yuyulması, dişlərə qulluq, burun boşluğuna qulluq, defekasiya aktının gündəlik icrası kimi qay‑ dalara əməl edilməlidir. Yəqin ki, bu təmrinlərin sağlamlıqdakı rolu inkaredilməzdir. Bu mərhələdə vacib aspektlərdən biri düzgün qidalan‑ madır. Düzgün qidalanmanın əsası isə ətli qidalardan və şəkərdən imtina sayılır. Əvəzində isə ağartı məh‑ sullarını və bitkiləri qidada artırmaq məsləhət görülür. Bu məsləhətlərin sağlamlığa müsbət təsirinin olması da şəksizdir. Yalnız bu iki mərhələnin düzgün icrasından sonra şagirdlərə bədənə və tənəffüsə aid olan Yoqa hərəkətlərinin icrasına icazə verilirdi. Bu hərəkətlər və sonrakı Yoqa mərhələləri barədə gələcək yazılarımızda söhbət açmaq fikrindəyik. Bugünkü yazımızın məqsədi isə əsasən ondan ibarət idi ki, Yoqa kimi qədim fəlsəfi sistemə sadə idman hərəkətləri kimi bax‑ mayasınız.

FEN-ŞUY ELMİNİN XƏSTƏLİKLƏRİN MÜALİCƏ VƏ QARŞISININ ALINMASINDA ROLU Qədim Çin fəlsəfəsinə görə, xəstə‑ liklər insanların səhvləri və günahlarına görə yaranır. İnsan öz həqiqi həyat yolunu (çinlilər buna “dao” deyirlər) səhv və günahlarla pozaraq, həqiqi həyat mahiyyətini itirərək, ifrata yol verir və xəstələnir. Yəni insan həyatın qanunlarını pozur və kainatla harmoniyada yaşamır. İnsanların çoxu razılaşar ki, müasir təbabət ancaq xəstəliklərimiz‑ lə məşğuldur, sağlamlığa diqqət ayır‑ mır. Kimyəvi sintez yolu ilə alınmış dərmanlardan kömək olmaması fizi‑ ki, psixi və ruhi xəstəliklərin sayının artması yanaşmanın dəyişdirilməsini labüd edir. İnsanlar nəhayət ki, başa düşməyə başlayırlar ki, dərmanlar deyil, təbiəti öyrənməklə, orqanizmin təbii vasitələrlə (işıq, hava, su, qida, hərəkət) kompleks sağlamlaşdırıl‑ ması və qeyri‑ənənəvi müalicə üsullarının (masaj, iynəbatırma, çil‑ dağ, Tsi‑Qun terapiya) tətbiqi yolu ilə əsil sağlamlıq əldə olunur. Qədim sivilizasiyalar ən dolğun diaqnostika müalicə üsullarını yaradıblar. Qədim çinlilər deyir ki, insan özünü pis hiss edən kimi dərman qəbul etməmə‑ lidir. Belə məqamda qidalanmaya fikir vermək daha düzgündür. Axı biz öz bədənimizi yeməyimiz vasitəsilə qururuq. Yəni yemək bədənimizin inşaat materialıdır. Ona görə də sağlam qida sağlam vücuda gətirib çıxarır. Bu sadə, lakin dahiyanə fikrə əsasən, ərzaq təravətli, keyfiyyətli, az bişmiş və tez həzm olunan olmalıdır. Orqanizmi yük‑ ləmək yox, onu çirklərdən təmiz‑ ləmək lazımdır. Alman yazıçısı Höte deyirdi: “İnsan nəyi başa düşmürsə, ona malik deyil”. Deməli, sağlam olmaq üçün həqiqi sağlamlığın hansı prinsiplərlə qurulduğunu başa düşmək lazımdır. Bu mənada qədim Şərq fəlsəfəsi insanın öz vücudu və ətraf aləm haqqında sistemli və nizamlı, sadə anlayışlı bir

dünyagörüşü formalaşdırmışdı. Fen‑ Şuy bunlardan biridir. Bəzilərinə elə gəlir ki, Fen‑Şuy yalnız bina tikintisi‑ nə və otaqların bəzədilməsinə aiddir. Amma Fen‑Şuyun həqiqi mənası dünyanın üç əsas sistemi: göy, yer və insan arasında harmonik ünsiyyətin əldə olunması deməkdir. İnsan göy‑ dən aydın, işıqlı və aktiv enerji alır, yerdən isə qaranlıq və passiv enerji alaraq, öz bədəninə yığır. Fen‑Şuy sisteminin məqsədi bu enerji axınını tarazlığa gətirməkdir. Fen‑Şuya görə, ən yaxşı müəllim insan vücududur. Yəni insan diqqəti‑ ni rahat şəkildə vücudunda cəmlərsə, onun nə istədiyini eşidə bilər. Fen‑Şuy elminə görə, bədəndə bəzi nöqtələri masaj etmək yolu ilə enerji tarazlığını əldə etmək olar. Bu yazımızda məqsəd Fen‑Şuy fəlsəfəsinin sağlamlığa təsiri haqqın‑ da ilkin təsəvvür yaratmaq idi. Gələcək yazılarımızda bu mövzuya daha geniş qayıtmaq niyyətindəyik. Əli Nağıyev həkim


78

YANIQLAR rqanizm güclü və ya uzunmüddətli isti, müəyyən kimyəvi maddələr və ya elektrik cərəyanının təsirinə məruz qaldıq‑ da yanıqlar baş verir. İstinin təsirindən yaranan termik yanıqlara tez‑tez rast gəlinir. Məişətdə istifadə olunan elektrik şəbəkəsi və ya ildırım kimi elektrik mənbələri bədənə daxil olub, xarici və daxili yanıqlar yarada bilər. Elektrik cərəyanı həmçinin, ürək sisteminə, beynin tənəffüs və ürək döyüntüsünü tənzim edən hissəsi‑ nə də təsir göstərir. Müəyyən kimyəvi maddələr də dəri ilə təmasda olduqda yanıq əmələ gətirə bilərlər. Günəş şüalarının təsiri isə günəş yandırmasına səbəb ola bilər. Bu baxımdan yanıqlar mənbəyinə görə termik, kimyəvi və elektrik yanıqlarına bölünürlər. Onlar həmçinin yaranın dərinliyi‑ nə görə də təsnif olunurlar. Yanıq nə qədər dərindirsə, bir o qədər də ağırdır. Ümumi olaraq, yanıqlar dərinliyinə görə iki yerə bölünür‑ lər: səthi və dərin yanıqlar.

SƏTHİ YANIQLAR Bu cür yanıqlar dərinin yuxarı qatını əhatə edir. Dəri qırmızı və quru olur. Yanıq adətən ağrı verir və şişə bilər. Günəşdən yanmaların əksəriyyəti səthi yanıqlardır. Belə yanmalar adətən iz qalmadan 5‑6 gün ərzində sağalırlar.

DƏRİN YANIQLAR Belə yanıqlar zamanı qızartı ilə yanaşı suluqlar da əmələ gəlir. Suluqlar deşilərək dərini nəm edirlər. Yanmış dəri çox vaxt ləkəli görünür. Bu növ yanıqlar adətən ağrılı olur və yanmış ərazi çox zaman şişir. Yanıq, adətən 3 və ya 4 həftəyə sağalır və yanıq izləri qala bilər. Daha güclü dərin yanıqlar isə dərinin bütün qatlarını, həmçinin, dəri altı strukturu – piy qatı, əzələlər, sümüklər və sinirləri məhv edə bilər. Belə yanıqlar qəhvəyi rəngdə və ya kömür rəngində olur. Altdakı toxumalar isə bəzi hallarda ağ rəngdə görsənir. Dərin yanıqlar həyat

üçün təhlükəlidir. Çünki yanıqlar açıq yara yaratdığı üçün orqanizm çoxlu maye itirir, infeksiya və şok ehtimalı artır. Yanıqların tənəffüs sistemini və gözləri də zədələməsi mümkündür. Dərin yanığa məruz qalmış bir çox nahiyələrdə dərinin köçürülməsi tələb olunur. Yaşı 60‑ı ötən adamların dərisi kövrək olduğundan güclü yanıq zədəsi almağa qarşı çox həssasdır. Həmçinin balaca uşaqların dəriləri çox incə olduğu üçün güclü yan‑ maya məruz qala bilər. Xroniki tibbi problemləri (ürək, böyrək və s.) olan şəxslər də yanıqların təsirindən daha çox əziyyət çəkir‑ lər. İflicolma nəticəsində sinirləri zədələnmiş şəxslər hissiyyatını itirdiklərindən, istiliyi hiss etmə‑ yib, asanlıqla yana bilərlər.

AĞIR YANIQLARIN MÜƏYYƏN OLUNMASI Yanmadan dərhal sonra yanığın ciddilik dərəcəsini qiymətləndirmək asan olmur. Hətta səthi yanıqlar belə geniş


79 sahəni əhatə edərsə, kritik ola bilər. Aşağıdakı yanıqlar zamanı ixti‑ saslı tibb yardımı çağırmaq zəruridir: ‑ Yanıq nəticəsində zərərçəkənin tənəffüsü çətin‑ ləşmişsə, ‑ Yanıq geniş səthi əhatə edirsə, ‑ Tənəffüs yollarının yanması şübhəsi varsa, ‑ Baş, boyun, əllər, ayaqlar və cinsiyyət üzvlərinin yanması, ‑ 5 yaşından kiçik və 60 yaşın‑ dan böyük hər hansı şəxsin dərin yanığa məruz qalması, ‑ Kimyəvi maddələr, partlayış və ya elektrikin təsirindən yaranan yanıqlar. Qaynar yağ və buxar da ciddi yanıqlara səbəb ola bilər. Yanmalar nəticəsində isti məhlulun, buxarın və ya alovun geyimlə təmasda olması nəticəsində yanıq daha da ağırlaşar. Çünki geyim istiliyi özündə saxlayır və onun dəriyə təsir müddətini artırır.

NECƏ YARDIM ETMƏLİ? Yanıqlar zamanı 4 əsas qaydaya riayət etmək lazımdır: ‑ Yanmanı dayandırmaq üçün yanıq nahiyəsini soyudun. Hətta istilik mənbəyi kənar edildikdən sonra belə bir neçə dəqiqə ərzində yumşaq toxumalar yanmaqda davam edərək, daha çox zədələn‑ məyə səbəb olur. Buna görə də hər hansı yanmış sahənin çoxlu miq‑ darda soyuq su vasitəsilə soyudul‑ ması vacibdir. Bilavasitə suya batırıla bilməyən müxtəlif sahələrə (məsələn, yanmış sifətə) nəm dəs‑ mal, mələfə və ya digər örtük qoy‑ maq olar. Belə kompresin soyuq və nəm olmasına əmin olun və perio‑ dik olaraq su əlavə etməklə onun nəmliyini təmin edin, əks halda, kompresin nəmliyi dəri tərəfindən tez udularaq, yanmış əraziyə yapışa bilər. Yanıq yeri soyuduqda astaca dartmaq və kəsmək yolu ilə bütün geyimi yanmış sahədən kənar edin.

‑ Yanmış nahiyəni örtün. Yanıqlar çox zaman hissiyyatlı sinir uclarını üzə çıxarırlar. Yanıqlar çox zaman hissiyyatlı sinir uclarını üzə çıxarırlar. Ona görə də yanmış sahəni havadan qorumaq və ağrını azaltmaq üçün örtün. Mümkündürsə, quru və steril bükmə qoyun və həmin yeri yüngülcə sarıyın. Sarğı yanmış səthi sıxmamalıdır. Yanıq bədənin geniş səthini əhatə edirsə, onu təmiz quru mələfə və ya başqa örtüklə örtün. ‑ İnfeksiyanın qarşısını alın. Yanığın üstünün örtülməsi infek‑ siyanın da qarşısını alır. Yanığın üstünün örtülməsi infeksiyanın da qarşısını alır. Tibbi yardıma ehtiya‑ cı olan yanığa maz, yağ və ya məl‑ həm qoymayın. Maz və ya yağ istidən yapışır və ağrını yüngül‑ ləşdirmir. Suluqları yarmayın, çünki yarılmamış dəri infeksiyanın qarşısını almağa kömək edir.

‑ Zərərçəkəni soyuqdan və ya istidən qorumaqla və rahatlıq yaratmaqla şok ehtimalını azaldın. Yanığa məruz qalmış zərərçəkənlər adətən soyuqdəyməyə qarşı həssas olurlar. Odur ki, zərərçəkəni hava axınından qorumaqla, normal bədən temperaturunu saxlamasına kömək edin. Kifayət qədər ciddi olmayan, geniş sahəni əhatə etməyən kiçik səthi yanıqlar və açıq suluqları olan yanıqlar zamanı isə yanmış sahəyə açıq yara kimi yardım göstərin. Yanıq nahiyəsinə soyuq tətbiq edin. Həmin sahəni sabunlu su ilə yuyun və təmiz saxlayın. Antibiotik məlhə‑ mi qoyun və infeksiya əlamətlərinin olub‑olmadığına nəzarət edin. Dərin yanıqlar isə ağrı və bədən mayesinin itməsi nəticəsində şoka səbəb ola bilər. Zərərçəkəndə tənəf‑ füs çətinliyi yoxdursa, onu uzadın. Mümkündürsə, yanmış sahəni ürəyin səviyyəsindən yuxarı qaldırın.


"Ailə Həkimi" Jurnalı 6 - 2009  

"Ailə Həkimi" Jurnalı Mart 2009