Page 1

NOYABR-DEKABR

№4 2008

AROMATERAPİYA

FOLKLORŞÜNAS ALİMLƏ TİBBƏ DAİR SÖHBƏT QONAĞIMIZ QƏZƏNFƏR PAŞAYEV

SUYUN YADDAŞI

ŞƏKƏR KABUSU

EMOSİYA VƏ XƏSTƏLİKLƏR

“AĞ ÖLÜM”ÜN CAYNAĞINDA MƏZAHİR ƏFƏNDİYEVLƏ MÜSAHİBƏ


AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL Noyabr - Dekabr 2008 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC İdeya müəllifi və layihənin rəhbəri İlham Kazım oğlu Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə Baş redaktor Gülnar Məsimli Tibbi redaktor Əli Nağıyev Baş rəssam Mir-Teymur Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Əlfəddin Abdullayev tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi Roza İzmayılova həkim-oftalmoloq Fərid Ələkbərli tarix elmləri doktoru Art-dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Texniki işlər üzrə menecer Natiq Nəbili Reklam meneceri Cavid Mustafayev Korrektor Rəna Kərimova Operator Arzu Yusubova Yazarlar Eldar Sadıqov Aynur Haqverdiyeva Rəna Namazqızı Xəyalə Mustafayeva “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan Nəşriyyatı” Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 Qiyməti: 4 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

BAŞ REDAKTORDAN “Bir dərman istəsən dərdinə əgər, Gizlətmə dərdini təbibə göstər.” Dahi Nizaminin bu sətirlərini izlədikcə zamanın süzgəcindən süzülərək, günümüzə qədər gəlib çatan bu müdrik sözlərdə bir inci gözəlliyi gizləndiyinin dönə-dönə şahidi oluruq. Sözlərimi bu sətirlərlə başmaqda məqsədim ondan ibarətdir ki, hər kəs hansısa bir xəstəliklə üzləşdikdə, mütləq vaxt itirmədən inandığı, etibar etdiyi həkimlə dərdini bölüşməlidir. Bu zaman istənilən xəstəliyin öhdəsindən çox asanlıqla gələ bilərsiniz. Sadəcə olaraq qəlbinizdə bir inam işığını gəzdirməyiniz, onu paylaşmanız yetərli olar. Dəyərli oxucularımız, hər birinizin ürəyində olan inam hissini oyatmaqda, bir qədər də möhkəmləndirməkdə sizlər üçün jurnalımız vasitəsilə əlimizdən gələni edəcəyimizə inanıram. Jurnalımızın bu sayını izləməklə, siz bir çox xəstəliklər və onlarla mübarizə metodlarını öyrənə biləcəksiniz. Bununla bərabər ənənəmizə sadiq qalaraq, bu nömrədə də tanınmış insanlarla müsahibələr hazırlayaraq, maraqlı həmsöhbətləri sizlərlə görüşdürəcəyik. Bu nömrədə siz görkəmli tədqiqatçı, tanınmış folklorşünas, ədəbiyyatşünas, dilçi alim Qəzənfər Paşayevlə, “Ailə həkimi” verilişinin aparıcısı və jurnalımızın tibbi redaktoru Əli Nağıyevlə, eyni zamanda Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının icra etdiyi

Cənubi Qafqaz Narkotiklərə Nəzarət Proqramının (SKAT) rəhbəri Məzahir Əfəndiyevlə maraqlı müsahibələri oxuya biləcəksiniz. Oxucularımızın zövqünü oxşamaq üçün biz mütəmadi olaraq yeniliklərlə sizləri sevindirməyə çalışırıq. Jurnalımızın bu sayından başlayaraq sizi narahat edən, sualları bizə ünvanlaya bilərsiniz. Bu nömrədən etibarən “Sualcavab” adlı yeni rubrikanı da sizin ixtiyarınıza veririk. Həmin rubrikada “Soruşun, cavab verək” başlığı altında müxtəlif xəstəliklərlə bağlı sizləri narahat edən sualları cavablandırmağa çalışmışıq. Onu da deyim ki, bu rubrikanı jurnalımızın elektron ünvanına (ailehekimi@mail.ru) göndərilən suallar əsasında tərtib etmişik. Ümidvarıq ki, istəkli oxucularımız jurnalımızın bu sayını oxumaqla, sağlıqlarını zamanında qoruyacaq, sağlamlığın Tanrı tərəfindən bizə əmanət olaraq verildiyini unutmayacaqlar. Hər birinizə könül rahatlığı, sağlamlıq, gözəllik arzusu ilə Gülnar Məsimli


Əli Nağıyev: «Yaşlı bir xanım bildirdi ki, sizin verilişə baxanda təzyiqim normallaşır».

səh.

12

SAĞLAMLIQ

QADINLAR ÜÇÜN

ŞƏKƏR KABUSU...............4

ARZU OLUNMAYAN TÜKLƏR...........................38

SUYUN YADDAŞI...............8

KÖRPƏ GÖZLƏYİRİK VİTAMİN............................10 HƏRƏKƏTSİZLİYİN FƏSADI OSTEOXONDROZ...........16

HAMİLƏLİYİ AĞIRLAŞDIRAN SƏBƏBLƏR......................40

KÖRPƏM QRİP VƏ MÜALİCƏSİ......................26

UŞAĞIN İNKİŞAF DÖVRLƏRİ.......................44

KİŞİLƏR ÜÇÜN TİBB YENİLİKLƏRİ..........32

KEÇƏLLƏŞMƏNİN SƏBƏBLƏRİ.....................48

TİBB TARİXİ

GÖZƏLLİK ONDUR...

İBN SİNA - ŞƏRQİN YETİRMƏSİ, MİKELANCELONUN SEVİMLİSİ........................34

QIŞDA DA GÖZƏL OLAQ................................50

Məzahir Əfəndiyev: «Qadınlar arasında narkomaniya bəlasına düçar olanların sayı artıb».

səh.

20


İNCƏSƏNƏT VƏ SAĞLIQ AROMATERAPİYA...........54

XALQ TƏBABƏTİ ZƏLİ İLƏ MÜALİCƏ.........................60

Qəzənfər Paşayev: «Azərbaycan Şifahi xalq ədəbiyyatında öz əksini tapan müalicəvi iksirlər, məlhəmlər bu gün də maraq doğurur».

DAŞ-QAŞIN SİRRİ ƏJDAHA QANI..............62

QİDALANMA ƏTİN ZİYANI ÇOXDUR, YOXSA.............................64 ZEYTUN - MÜQƏDDƏS MEYVƏ.............................68

MARAQLIDIR......70 PSİXOLOGİYA EMOSİYALAR VƏ XƏSTƏLİKLƏR.................72

SUAL-CAVAB.........74 İLK TİBBİ YARDIM...............76 ULDUZLARDAN XƏBƏR................78

QONAĞIMIZ

səh.

56


4


5 Azərbaycan Diabet Cəmiyyətinin sədri Möminət Ömərova şəkərli diabet xəstəliyi ilə bağlı daha ətraflı məlumat toplamaqda bizə yardımçı oldu.

İNSULİNDƏN ASILI HƏYAT

nsan həyatının müəyyən mərhələsində qəfil arıqlamağa, ya da kökəlməyə başlayır, dəhşətli yanğı, qaşınma hiss edir, ayaqlarındakı ağrılardan əziyyət çəkir. Bu əlamətlərdən sonra həkimə gedəndə isə adətən, xəstəyə bir diaqnoz qoyulur - şəkərli diabet. Maraqlıdır, sağlam, möhkəm orqanizm birdən-birə bu xəstəliyə necə tuş gəlir? Maşın benzinsiz hərəkət edə bilmədiyi kimi insan orqanizmi də qlükozasız işləyə bilməz. Qandakı qlükozanın orqanizmin hər bir hüceyrəsinə gedib çatması üçünsə mədəaltı vəzin ifraz etdiyi insulin çox vacibdir. Şəkərli diabet xəstəliyi zamanı məhz bu mexanizm sıradan çıxır - şəkər bədən hüceyrələrinə daxil ola bilmir və qan damarlarında toplanaraq tədricən onları dağıdır. Nəticədə isə digər orqanların, xüsusən, xırda damarlarla daha zəngin olan göz və böyrəyin də fəaliyyəti pozulur.

Noyabrın 14-ü bütün dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin günü kimi qeyd olunur. Dünya Səhiyyə Təşkilatı və Beynəlxalq Diabet Federasiyası şəkər xəstələrinin müalicəsində geniş istifadə olunan insulini kəşf edən kanadalı alim Frederik Bantinqin doğum gününü Beynəlxalq Diabet Günü elan edib. Qeyd edək ki, 1921-ci ildə F.Bantinq və onun assistenti Çarlz Best Nobel mükafatına layiq görülüblər. Şəkərli diabet xəstəliyi bütün dünyada ən geniş yayılan xəstəliklərdən sayılır. Qərb ölkələrində əhalinin 2-5, inkişaf etməkdə olan ölkələrdə isə 10-15 faizi bu xəstəlikdən əziyyət çəkir. Hər 15 ildən bir şəkər xəstələrinin sayı 2 dəfə artır. Şəkərli diabetin 2 tipi var. Birinci tip xəstəlik əsasən gənclərin və zəif bədənli insanların arasında daha geniş yayılıb. Bu tip diabet xəstəliyi mədəaltı vəzin lazımi qədər insulin "hazırlaya" bilmədiyi vaxt yaranır. Birinci tip diabet bədənə insulin vurulmaqla müalicə olunur. İnsulin - mədəaltı vəzin ifraz etdiyi xüsusi hormondur. Şəkər xəstələrinin müalicəsində daha çox heyvan insulinindən istifadə olunur. Amma Qərbdə artıq 1978ci ildən gen mühəndisliyi üsulu ilə hazırlanan insulinlə müalicəyə keçiblər. Xəstə belə süni insulini xüsusi texnologiyalar vasitəsilə qəbul edə bilir. Məlumdur ki, şəkər xəstəliyindən əziyyət çəkənlər uzun müddət yaşaya, işləyə və özlərini normal hiss edə bilərlər. Amma bu yalnız xəstələrin gündəlik insulin qəbul etdikləri vaxt mümkündür.

İkinci tip şəkərli diabet isə yaşlı və kök adamların xəstəliyi sayılır. Bu xəstəlik insulinin bədəndə lazımi qədər olduğu, amma hüceyrə reseptorlarına daxil ola bilmədiyi vaxtlarda yaranır. Yəni yaşlaşmış orqanizmin həmin insulini qandan hüceyrələrə ötürmək üçün bioloji qüvvəsi çatmır. İkinci tip diabet xəstəliyi bədəndə şəkəri azaldan həblərlə müalicə olunur. Statistikaya əsasən, dünyadakı 100 şəkərli diabet xəstəsinin 90-ı xəstəliyin ikinci tipinə aiddir. Azərbaycanda da ikinci tip şəkərli diabet xəstələri daha çoxdur.

KORLUQ TƏHLÜKƏSI Ümumiyyətlə, statistik rəqəmlər ölkədə bu xəstəliklə bağlı vəziyyətin bir o qədər də ürəkaçan olmadığından xəbər verir. Əgər 2003-cü ildə Azərbaycanda 50 minə yaxın şəkər xəstəsi var idisə, 2007-ci ilin məlumatlarına görə, onların sayı 73 min nəfərə çatıb. Cəmi 3-4 il ərzində şəkər xəstələrinin sayının 22 min nəfərə qədər çoxalması ölkədə bu xəstəliyin kifayət qədər yüksək templə artdığından xəbər verir. Şəkərli diabet xəstəliyinin əsas əlaməti qanda şəkərin miqdarının artması nəticəsində xəstənin teztez sidik ifraz etməsindən ibarətdir. Xəstə tez-tez, özü də böyük həcmdə sidik ifraz etdiyindən, bu, onda susuzluq, yanğı hissinin yaranmasına səbəb olur. Sidiklə birlikdə xəstə qlükoza formasında xeyli kalori itirdiyindən, onda dəhşətli aclıq hissi baş qaldırır. Həmçinin, xəstə çox vaxt yatmaq istəyir, tez yorulur. Xəstənin görmə qabiliyyəti zəifləyir, aşağı və yuxarı ətraflarda soyuqluq yaranır. Qanda şəkərin miqdarının çoxalması tədricən ürəyin, beynin, gözlərin, aşağı ətrafların qan damarlarını sıradan çıxarır. Bu isə infarkt, insult, görmə qabiliyyətinin itməsi, böyrək çatış-


6 mazlığı, qolların və ayaqların qanqrenası ilə nəticələnə bilər. Amma düzgün müalicə nəticəsində qanda şəkərin miqdarına nəzarət olunarsa, belə ağırlaşmaların qarşısını almaq mümkündür. Ona görə də şəkər xəstələrinin vaxtaşırı göz, böyrək və digər həkimlər tərəfindən müayinə olunması vacibdir. Vaxtında aparılan belə müayinələr xəstələrdə yaranan damar ağırlaşmalarını uzun müddətə əngəlləyə bilər.

ŞƏKƏRƏ ƏLVİDA? Şəkər xəstəliyinin müalicəsində düzgün qidalanma və pəhriz çox mühüm rol oynayır. Axı şəkərli diabet maddələr mübadiləsinin pozulması ilə bağlı olan xəstəlikdir. İlk növbədə orqanizm tərəfindən asan mənimsənilən qidaların, əlbəttə ki, şəkərin, müxtəlif mürəbbə və cemlərin, başqa şirniyyatların, üzüm, banan və digər şirin meyvələrin istifadəsinə məhdudiyyət qoyulmalıdır. Hətta bəzən həkimlər bu qidaları xəstənin rasionundan tamamilə çıxartmağı məsləhət görürlər. Amma belə kəskin addım yalnız diabetin ən ağır formasında atıla bilər. Yüngül və orta formada isə qanda şəkərin miqdarına nəzarət etməklə az miqdarda şəkərdən və başqa şirniyyatlardan istifadəyə icazə verilir. Bu sahədə aparılan son tədqiqatlar göstərib ki, şəkər xəstəliyində şirin qidalar kimi yağlı yeməklərin istifadəsinə məhdudiyyət qoymaq da vacibdir. Çünki piylənmə şəkərli diabetin inkişafını artırır. Gündəlik istifadə olunan yağın miqdarı (bitki və kərə yağları, piy və s.) 40 qramı ötməməlidir. Eyni zamanda, yağlılığı çox olan başqa qida məhsullarının, məsələn, yağlı ət, sosiska-kolbasa məhsulları, pendir, xama, mayonezin istifadəsinə də məhdudiyyət qoymaq lazımdır. Bununla yanaşı,

qızardılmış, kəskin, duzlu, hisə verilmiş, konservləşdirilmiş qidalardan, istiot, xardal, alkoqoldan istifadəyə son qoyulsa, yaxşıdır. Şəkər xəstəliyində aşağıdakı qida məhsullarından istifadə məsləhət görülür: • Gündə 200 qram çörək (qara və ya diabetiklər üçün xüsusi çörək). • Tərəvəz şorbaları. Az miqdarda ət və ya balıq bulyonunda hazırlanan şorbalar isə həftədə iki dəfədən artıq məsləhət deyil. • Yağsız mal əti, quş əti (gündə 100 qramdan artıq olmamaq şərtilə) və ya balıq (gündə 150 qram). • Yumurta (gündə 2 dənədən çox olmamaq şərtilə). Yumurtanı suda bişmiş və ya omlet şəklində yemək, eyni zamanda başqa yeməklərin tərkibində də istifadə etmək olar. • Qarabaşaq və düyüdən hazırlanan yeməklər. Amma yarma sıyığı əksər pəhriz yeməklərinin siyahısında olsa da, şəkər xəstəliyində bir o qədər də məqsədəuyğun hesab olunmur. • Tərəvəz və göyərti. Amma kartof, kök, çuğunduru gün ərzində 200 qramdan artıq qəbul etmək tövsiyə olunmur. Kələm, kahı, xiyar, pomidor və göyərtilərdən isə həm çiy, həm də bişmiş halda istənilən qədər yemək olar. • Meyvə və giləmeyvələrin yalnız turşaşirin sortlarına üstünlük verilməlidir: yaşıl alma, portağal, limon, qırmızı moruq və s. kimi (gündə 200-300 qram). • Südü isə yalnız həkimin icazəsi ilə içmək olar. Gündə 1-2 stəkan qatıq, kefir, şirin olmayan yoqurt yemək olar. Pendir, xama və qaymaq isə çox nadir hallarda və cüzi miqdarda qəbul edilə bilər. Kəsmikdən gündəlik istifadə məsləhət görülür. • İçkilərdən yaşıl və qara çay, pomidor, turş meyvə və giləmeyvələrin şirəsindən istifadə

oluna bilər. Şəkər xəstəliyi olan insanlar gün ərzində ən azı 4 dəfə qida qəbul etməlidirlər. Bu say 5-6 dəfəyə çatdırılsa, daha yaxşıdır. Yemək rejiminə əməl etmək, həmişə eyni vaxtda yemək vacibdir. Qida vitaminlər, mikro və makro elementlərlə zəngin olmalıdır. Sonda bir məsələni də qeyd edək ki, əgər həkiminizin sizə təyin etdiyi pəhriz yeməkləri yuxarıdakı siyahı ilə üst-üstə düşmürsə, onun tövsiyələrinə üstünlük verin. Çünki həkiminiz sizin xəstəlik tarixiniz, analizlərinizin nəticələri ilə yaxından tanışdır və ona görə də sizə daha dəqiq pəhriz təyin edə bilər.

Aynur Haqverdiyeva


8

yaxud səs, musiqi, dua, hündürdən ifadə olunmuş təhqirlər suda hansı effektləri yaradır?

ədim zamanlardan bəri Şərqin müdrik fəlsəfəsi suya canlı varlıq kimi baxıb. Yəni suyun yaddaşının və möcüzəli təsirlərinin olması, bütün kainatın sudan törənməsi haqda fikirlər Şərq dünyagörüşünün tərkib hissəsi olub. Müasir elmi-fəlsəfi baxışlar və bu baxışlara söykənən təbabət isə suyun möcüzəli xarakterlərini, yaddaşını yalnız son əsrlərdə təsdiq etməyə başlayıb. Tibbi praktikada "suyun yaddaşı" anlayışı təxminən 200 il əvvəl istifadə edilməyə başlayıb. Bunu ilk dəfə alman alimi Samuel Haneman tətbiq edərək, müalicə üsulunu homeopatiya adlandırıb. O, fizioloji məhlulda (0,8 %-li duzlu məhlul)


9 bəzi dərmanları çox kiçik sıxlıqda həll edirdi. Təkrar durulaşdırma nəticəsində məhlul elə həddə çatırdı ki, içərisində dərman maddəsinin molekulları qalmırdı. Amma həmin məhlul ona qatılan dərmanın təsirini göstərirdi. Bu maraqlı nəticələr sonradan elmi-tədqiqat obyektinə çevrildi. Aydın oldu ki, su molekulları ona təsir edən istənilən maddənin quruluşuna uyğun olaraq, müəyyən düzülüş əldə edir ki, bu da suda uzun müddət qalır. Bunlara ingiliscə klaster deyilir. Kimyəvi təmiz suyun 80%-i bu klasterlərdən ibarətdir. Hətta qaynama temperaturuna yaxın olanda belə sudakı klasterlər dağılmır. Maraqlı cəhət odur ki, həmin klasterlərin kənarlarında müsbət və mənfi yüklənmə olur. Bu yüklənmə isə sanki suyu aktivləşdirir. Beləliklə, su ilə kontaktda olan dərman maddəsinin kristal quruluşunu, onun təsir qabiliyyətini su özündə uzun müddət saxlaya bilər. Maraqlı nəticə alınır: Su öz tərkibində digər kimyəvi qatışıqlar olmasa belə, informasiyanı saxlamaq və ötürmək qabiliyyətinə malikdir. Tədqiqatlar dərinləşdikcə məlum olub ki, suda 5 növ həndəsi cəhətdən düzgün formalı klasterlər əmələ gəlir: tetraedr, heksaedr, oktaedr, dodekaedr və ikosaedr. Bunlara "Platon hissəcikləri" adı verilib. Nəzərə alsaq ki, bu formalar kainatdakı maddələrin hamısının molekulyar quruluşuna xasdır, onda belə çıxır ki, suda hətta qədim dövrlərdə ona təsir etmiş maddə və hadisələrin izləri qalır. Qeyd edək ki, su mühiti özünü kristal tərkibli maye kimi aparır. Bu da onun hər şeyi yadda saxlamasına imkan verir. Belə çıxır ki, suyu məqsədli şəkildə strukturlaşdırmaq üçün onu hər hansı kimyəvi və fiziki təsirə məruz qoymaq lazımdır. Bu fikirlər yuxarıda adı çəkilən homeopatiyanın təsirini aydınlaşdırmağa imkan verir. Çox maraqlıdır ki, insan vücuduna zərər verə biləcək kimyəvi və fiziki hadisələrin izləri suda varsa, bu halda su insanı xəstələndirə bilir.

Bu da alimlər tərəfindən təsdiq olunub. Ona görə də bir çox alimlər qida məqsədilə təmiz çeşmə suyunun istifadəsini tövsiyə edirlər. Yapon alimləri maraqlı tədqiqatlar aparıblar. Onlar suyu nəinki kimyəvi və fiziki təsirlərlə, hətta səs vibrasiyaları və psixoloji təsirlə strukturlaşdırmağa çalışıblar. Nəticədə müxtəlif musiqi növlərinə, səsləndirilən dualara, hündürdən ifadə olunmuş təhqirlərə, tarixi şəxsiyyətlərin çıxışlarına müvafiq olaraq suda müxtəlif klasterlər yaranıb. Məsələn, bir çox dillərdə oxunan ilahi mətnlərdə demək olar ki, həmişə heksaedr formalı klasterlər yaranır. Və yaxud Hitlerin çıxışlarına, ağır rok musiqiyə su eybəcər formalı klasterlər yaratmaqla cavab verir. Motsartın musiqisinə isə su daha düzgün formalı klasterlərlə cavab verir. Daha dərin tədqiqatlar suyun yaddaşında əsas rolu, hər bir molekulda olan torsion elektromaqnit sahələri nəzəriyyəsinə əsasən bu sahələri daha çox hiss edən suyun molekulyar quruluşu oynayır. Beləliklə, su energetik-informasion yaddaşa malikdir. Dediklərimizi sadələşdirsək, su özündə və ya onda həll olmuş maddə haqqında, ya da ona təsir edən energetik informasiya haqqında yaddaşa və bu yaddaşı ötürmək qabiliyyətinə malikdir. Su hətta ən zəif təsirlərə belə yüksək həssaslıq göstərir, struktur və keyfiyyətini dəyişir. Maraqlıdır ki, insan bədəninin 80%-ə qədəri sudan ibarətdir. Bu, o deməkdir ki, qida kimi qəbul etdiyimiz su bizim bədənimizin normal fəaliyyətinə birbaşa təsir edən amildir. Əgər qəbul etdiyimiz suyun yaddaşında mənfi fiziki və ya energetik təsirlər varsa, ilk baxışdan kimyəvi təmiz su içsək belə, əslində zəhər qəbul etmiş oluruq. Digər tərəfdən, suya səs vibrasiyaları və əhval-ruhiyyə də təsir edir. Bu, o deməkdir ki, bizim işlətdiyimiz sözlərin və düşündüklərimizin müsbət və ya mənfi yükü

ilk olaraq öz vücudumuza təsir edəcəkdir. Çox maraqlıdır ki, bizim xalqın təfəkküründə su haqqında qədimdən formalaşan deyimlər var ki, müasir tədqiqatları özündə əks etdirir. Məsələn, "filankəs suyu üfürə-üfürə içir". Bu deyim "hər birimiz qəbul etdiyimiz mayeyə qarşı həssaslıqla davranmalı və onu xoş əhval-ruhiyyə ilə qəbul etməliyik" anlamını daşıyır. Digər bir deyim isə belədir: "Su girdi qaba, oldu içməli". Bu, o deməkdir ki, mühitə qarşı ən həssas və ən çox uyğunlaşan varlıq məhz sudur. "Suyu murdarlamaq olmaz" və "Bulaq başında ağır sözlər söyləmək olmaz" ifadələri də məhz bizim xalqa məxsusdur. Söylədiklərimizin nəticəsi ondan ibarətdir ki, qəbul etdiyimiz suyun bədənimizin sağlamlığına və ruhumuzun sakitliyinə müsbət təsir etməsi üçün onu özümüz də strukturlaşdıra bilərik. Bunun üçün bir neçə praktik qayda təklif edirik: - Suyun kimyəvi təmizliyi ilə yanaşı, daha çox onun dağ bulaqlarından götürülməsinə fikir verin. Çünki belə suda yalnız gözəl təbiətin yaddaşı olur. - Hətta su xətlərindən götürdüyümüz suyu istifadə edəndə belə, onu bir qədər saxlamaq lazımdır ki, yığdığı mənfi yaddaş bir az azalsın. - Tərkibində su olan qidaların istifadəsi zamanı minnətdarlıq əhval-ruhiyyəsində olun. - Su qəbul etməzdən öncə bildiyiniz dualardan suya oxusanız, su xeyirli klaster quruluşu əldə edəcəkdir. - Həmişə xoş əhval-ruhiyyədə olmaq üçün mənfi informasiya kimi qəbul olunan fikir və sözlərin daşıyıcısına çevrilməyin. Bu məsləhətlərə əməl etsəniz, ruh və vücud sağlamlığınız üçün addım atmış olarsınız. Hətta bu şəkildə xəstələrin müalicəsinə belə nail olmaq mümkündür.

Əli Nağıyev həkim


10


11 FƏSİLƏ GÖRƏ VİTAMİN...

nsanın sağlamlığında vitaminlər böyük rol oynayır, hətta hava qədər vacibdir, desək, yanılmarıq. Məsələ burasındadır ki, insanın normal həyat fəaliyyətinin təmin edilməsində mühüm rol oynayan vitaminlər orqanizmə lazımi miqdarda daxil olmadıqda, müxtəlif patoloji dəyişikliklər meydana çıxır. Orqanizmə qida vasitəsilə kifayət qədər vitamin daxil olmadıqda, hipovitaminozlar və avitaminozlar meydana gəlir. Qeyd edək ki, vitaminlərə tələbat yaşdan, cinsdən, əmək fəaliyyətinin xarakterindən, məişət və iqlim şəraitindən, orqanizmin fizioloji vəziyyətindən və digər amillərdən asılıdır. Məsələn, soyuq şəraitdə, gərgin fiziki və əqli iş zamanı, stress vəziyyətində vitaminlərə tələbat daha da artır. Həmçinin qadın hamilə olarkən və uşağa süd verdiyi dövrdə vitaminlərə tələbatı yüksəlir. Uşaqların inkişafı dövründə də vitaminlərin gündəlik norması artırılmalıdır. Bu artım əsas etibarı ilə qida məhsullarının hesabına baş verməlidir. Ancaq yenə də vitamin çatışmazlığı halları yaranarsa, həkim məsləhəti ilə vitamin preparatları qəbul etmək məsləhət görülür.

Orqanizmin müxtəlif vitaminlərə olan tələbatı özünü yeni fəslin başlanğıcında daha çox büruzə verir. Dəyişən temperatur və hava şəraiti bədənin xəstəliklərə qarşı müqavimətinə təsir göstərir. Ona görə də günəşli və isti yay fəslini arxada qoyaraq yağışlı payız və soyuq qış günlərini yaşadığımız bu dövrdə bədənin zəifləməməsi və immunitetin aşağı düşməməsi üçün diqqətli olmaq lazımdır. Bunun üçün ilk növbədə düzgün qidalanmaya fikir verilməlidir. Əgər qida ilə lazım olan vitamin ehtiyatını toplaya bilmirsinizsə, həkim məsləhəti ilə vitamin preparatlarından da istifadə edə bilərsiniz. Çünki payız və qış aylarında soyuq hava şəraiti ilə bağlı vitaminlərə olan ehtiyac ikiqat artır. Bu fəsillərdə C vitaminin qəbuluna xüsusi fikir vermək lazımdır. Bu vitamin çatışmadıqda halsızlıq, tez yorulma halları olur və xəstəliklərə qarşı mübarizə gücü zəifləyir. Soyuq aylarda sümükləri möhkəmləndirmək və soyuqdəymədən qorunmaq üçün də vitaminlər qəbul olunmalıdır. Yaşlılar, uşaqlar və xroniki xəstəliklərdən əziyyət çəkənlərin vitamin preparatları qəbul etməsi vacibdir.

HAMİLƏLƏRİN QİDALANMASI Hamilə qadın qidanı təkcə özü üçün yox, həm də körpə üçün qəbul edir. Sizin körpəniz qəbul

etdiyiniz qidanın hesabına yaşayır. Ona görə də siz zülalları, mineralları, vitaminləri lazım olan miqdarda qəbul etməlisiniz ki, gündəlik kalorini toplaya biləsiniz. Hamilə qadınlar A, B12 və D vitaminləri qəbul etməlidirlər. B qrupu vitaminləri isə hamiləliklə bağlı ortaya çıxan ürəkbulanma və qusma hallarına qarşı effektlidir. Hamiləlik zamanı D vitamininin qıtlığı ağır fəsadlar törədir.

GÖZƏLLƏŞDİRƏN VİTAMİNLƏR A vitamini dəri üçün vacibdir, onun rəngini tənzimləyir. Üz dərisini günəş şüalarının mənfi təsirindən qoruyur və yaranan ləkələrin azalmasına səbəb olur. Həmçinin dəri hüceyrələrinin yenilənməsinə və çoxalmasına kömək edir. Xüsusən də quru, həssas, çatlamış və yaşlı üz dərisinə sahib olanlar üçün gərəklidir. E vitaminindən bir çox kremlərdə, şampunlarda, kosmetik vasitələrin hazırlanmasında geniş şəkildə istifadə olunur. E vitamini qırışları azaldır, üz dərisini nəmləndirir, günəşin zərərli təsirlərindən qoruyur, zərər görmüş dərinin fəaliyyətini bərpa edir. C vitaminindən kosmetik vasitələrin hazırlanmasında istifadəsinə son dövrlərdə başlanıb və daha çox yaşlı dərilər üçün nəzərdə tutulur. Tərkibində C vitamini olan kosmetik vasitələr melanoma xəstəliyinin yaranmasına qarşı effektlidir.


12

AİLƏNİZİN HƏKİMİ, YOXSA SİRDAŞI? Əli Nağıyev: “Yaşlı bir xanım bildirdi ki, sizin verilişə baxanda təzyiqim normallaşır”.


13

əkim yeganə şəxsdir ki, insan öz həyatını, taleyini ona etibar edir. O, danışanda, məsləhətlər verəndə bütün varlığımızla diqqət kəsilirik. Dediklərinə, məsləhətlərinə əməl etməyə çalışırıq. Ən yaxınımıza belə açmadığımız dərdi, sirri asanlıqla onunla paylaşırıq. Hətta bəzi hallarda üzünü görmədiyimiz bir həkimin telefon, yaxud başqasının vasitəsilə çatdırdığı tövsiyələrə əməl etməyi özümüzə borc bilirik. Xeyli vaxtdır dünya praktikasında tətbiq olunan, Azərbaycanda isə hələ ilk addımlarını atan AİLƏ HƏKİMİ isə digər tibb işçiləri ilə müqayisədə obrazlı desək, insanlar üçün daha məhrəm adam sayılır. «Ailə həkimi» verilişinin aparıcısı, jurnalımızın tibbi redaktoru, ixtisasca həkim olan Əli Nağıyevlə söhbətimizdə ailə həkimi praktikasından, həmçinin sözügedən verilişin rolundan söz açmağa çalışmışıq.

- "Ailə həkimi" verilişinin aparıcısı kimi ailə həkimi anlayışını necə xarakterizə edərdiniz? - Adından göründüyü kimi ailə həkimi ailə üzvlərini yaxşı tanıyan, onların sağlamlıq problemləri ilə vaxtaşırı maraqlanan, ailə üçün ilkin səhiyyə xidmətini təşkil edən və ehtiyac olarsa, onların ixtisaslaşdırılmış tibb müəssisələrində müayinə və müalicəsini təşkil edən bir mütəxəssisdir. Daha doğrusu, ailə həkimi ailə üçün ilkin səhiyyə xidməti, profilaktika-maarifləndirmə işi, müalicənin koordinasiyası işini təşkil edir. Bu dediklərimiz keçmiş sovet tibbinin yox, müasir Qərb təbabətinin tələbləridir. Əslində, ailə həkimi Qədim Şərqdə mövcud olub. Bu həkimlərə məvacibin ödənilməsində maraqlı yanaşma tərzi var imiş: onların cavabdeh olduğu ailələrdə xəstəliklər çoxalardısa, məvacibləri azalardı. Yəni xəstəliklərin qarşısının alınmasına yönəlmiş tədbirlər üstünlük təşkil edirdi. Bu məsələ müasir dövrdə də aktualdır. Beləliklə, bu gün bizim Qərbdən əxz elədiyimiz ailə həkimi anlayışı vaxtilə Şərqdə yaranıb və hazırda bizə müasir formada yenidən təqdim olunub. İlkin səhiyyənin təşkili nöqteyi-nəzərindən ailə həkimi bütün xəstəliklərdən məlumatlı olmalıdır . Bəzi ölkələrdə ailə həkiminə hətta doğuşu belə qəbul etməyə icazə verilir. Lakin özəl sahələrə aid olan bəzi xəstəlikləri ailə həkimi o sahəyə aid olan mütəxəssislərin yanında müalicə etdirməlidir. Sevindirici haldır ki, Azərbaycanda da ailə həkimi konsepsiyası artıq rəsmi şəkildə müəyyən mənada təbliğ olunmağa başlayıb. Tibb Universitetində fəaliyyət göstərən ailə həkimi kafedrası gələcəkdə geniş tətbiq olunacaq ailə həkimi anlayışının bazasıdır. - Sizcə, "Ailə həkimi" verilişi vasitəsi ilə tamaşaçıların suallarını cavablandırmaq nə dərəcədə effektlidir? - Bilirsinizmi, Qərb ölkələrində

çox geniş tətbiq olunan bir metod var. Buna teletəbabət deyilir. Teletəbabət – telekommunikasiya vasitələri ilə xəstələrin suallarını cavablandırmaq, onları müalicə üçün düzgün istiqamətə yönəltmək, ilkin məsləhət vermək kimi bir neçə funksiyanı yerinə yetirir. Verilişimizin ideyası teletəbabətin sanki televiziya hissəsidir. Bu bir növ tibbi etimad telefonudur. Veriliş zamanı tamaşaçıların suallarına cavab verərkən onların verdiyi məlumatlara əsaslanırıq, dəqiq diaqnoz qoymadan istiqamət və məsləhət verməyə çalışırıq. Bunun effektinə gəlincə, nəticə etibarı ilə xəstələr verilişdəki sadə izahatlar vasitəsilə xəstəliklərin mahiyyətini qavramağa başlayır, hansı mütəxəssisə müraciət etməli sualına cavab tapırlar. Məsələn: veriliş zamanı xəstə ürək ağrısı ilə döş qəfəsindəki sinir ağrısını, böyrək ağrısı ilə bel ağrısını bir-birindən ayırmağa başlayır, yəni öz ağrılarının mahiyyətini müəyyən edə bilir. Tamaşaçıların efirdən əlavə saxladıqları ünsiyyətə əsasən bilirik ki, verilişin başqa maraqlı effektləri də var. Xəstələrin inamı sayəsində onlarda bəzi psixosomatik effektlər müşahidə olunur. Məsələn, yüksək qan təzyiqi olan 60 yaşlı bir xanım verilişdən sonra zəng vurub bildirdi ki, verilişə baxandan sonra təzyiqi normaya enir. Bəzi tamaşaçılar isə baş ağrılarının azaldığını söyləyirlər. - Bu tipli verilişlər tamaşaçılarda tibbi bilgilərin, geniş mənada götürsək, tibbi mədəniyyətin formalaşmasında rol oynayırmı? - Təbii ki, bu tip verilişlər vasitəsilə xəstə həm də tibb mədəniyyətinin nə demək olduğunu yavaş-yavaş qavrayır, anlayır. Məsələn mövsümlə qidalanma, adi gigiyena qaydaları, mövsümə uyğun olaraq vitaminlərin qəbulu, reproduktiv sağlamlığın təbliği - cinsi sağlamlığın təbliği (bura sonsuzluq problemləri-


14 ni də aid etmək olar), onların müalicəsi, uşaq psixologiyasının təlimi və s. bunlar haqqında məlumatlar verilirsə, tamaşaçı bu məlumatlarla zənginləşirsə, deməli, sağlamlığa dair verilişlər tibbi mədəniyyətin formalaşmasına yardım etmiş olur. Bizim verilişin də mahiyyəti ondan ibarətdir ki, xəstə sağlamlığının qayğısına vaxtında qalmaq lazım olduğunu bilsin. İnsanlar bilməlidirlər ki, xəstəliyin müalicəsinə çəkilən xərc, onun profilaktikasına (xəstəliyin qarşısının alınmasına) çəkilən xərcdən qat-qat yüksəkdir. Bundan başqa insanlar belə verilişlər vasitəsilə alternativ müalicə üsulları, yəni qeyri-tibbi üsullar və lazım gələndə onların tətbiqi barədə məlumat alırlar. - Sizə ünvanlanan suallara əsasən deyə bilərsinizmi ki, tamaşaçıları ən çox maraqlandıran, narahat edən mövzular, xəstəliklər hansılardır? - İlk növbədə tamaşaçılar xroniki ağrılar, yəni uzun müddət davam edən xəstəliklər haqqında, məsələn, baş ağrıları, ürək-qan damar sisteminə aid suallar verirlər. Eyni zamanda funksional dəyişikliklər fonunda yaranan xəstəliklər də tamaşaçıları maraqlandırır. Bizə verilən suallara əsasən demək olar ki, tamaşaçıları psixosomatik xroniki ağrılar daha çox narahat edir. Bu ağrılar psixoloji əsaslara söykənən ağrılardır və müalicəsində dərman çox da böyük rol oynamadığına görə, xəstələr şəfa tapa bilmirlər. Onu da deyim ki, bizə efirdən sonra da suallar verilir. Bura əsasən insanların efir vasitəsilə səsləndirməyə çəkindikləri suallar daxildir. Bu zaman daha çox cinsi sferaya aid - kişilər prostat vəzi, spermatogenezin problemləri, elektrik disfunksiya, kişi sonsuzluğunun səbəbləri və s. haqqında suallar verirlər. Qadınlar sonsuzluğa, tüklənməyə, yumurtalıqlara aid suallarla müraciət edirlər.

- Yeri gəlmişkən, xəstəliklərin müalicəsində psixoloji faktor nə dərəcədə vacibdir? - Psixoloji faktor qədim dövrlərdən üzü bəri aktual məsələ olub. Təsadüfi deyil ki, Şərq təbabəti birbaşa psixosomatika üzərində qurulub. Hind və Çin təbabətinə nəzər salaq. Qədim Çin təbabətinin baza prinspləri əsasən iki fikrə söykənir. - Meditativ sakitlik vasitəsilə hərəkət əldə eləmək, - Meditativ hərəkət vasitəsilə sakitlik əldə eləmək. Bu günə qədər də Çin ailələrində qədimdən qalan və qorunan ənənə kimi Tsi-Qun gimnastikasından istifadə olunur. Bu zaman bədəndə gizlin olan özünü sağaltma qüvvələri möcüzəli şəkildə təsirini göstərməyə başlayır. Müasir dövrə bunun Qərbdə analoqu var. Və kinezioterapiya adlanır. Bu isə psixoterapiyanın növlərindən biridir. Hind üsuluna gəlincə, hindistanlılar yoqa meditasiya növündən istifadə edirlər. Bu meditasiya vasitəsilə insanın şüurunun bədən üzərində maksimal nəzarəti təmin olunur, psixoloji gərginlikdən azad olunur və bədən ruhun sağlamlığı yolu ilə sağlamlaşır. Qərbdə isə psixosomatik xəstəliklər üzərində son əlli il ərzində araşdırma aparılıb. Artıq ABŞ-da elmi-təcrübə yolu ilə sübut ediblər ki, uzun müddət təsir edən mənfi emosiyalar xəstəliklər törədir. Azərbaycanda da psixoloji faktorun xəstəliklərə təsiri məsələsi aktual olub. Hətta bu məsələ xalqın yaddaşında maraqlı məsəllərlə əksini tapıb. Məsələn, "dərddən belim büküldü", "qorxumdan matımqutum qurudu", "Qorxumdan ürəyim ağzıma gəldi", "ürəyim partladı", "dərddən vərəmlədim", "ciyərimi dağladı", "qorxumdan ödüm partladı". Bu mənada, “Söz var - gələr keçər, söz var - dələr keçər” atalar sözü, sözün insan psixikasına, insan sağlamlığına göstərdiyi böyük təsiri özündə əks etdirmək baxımından olduqca

maraqlıdır. Görkəmli həkimlərdən biri deyib: “Həkimlərin üç silahı olmalıdır: söz, otlar və bıçaq”. Çünki illərin sınağından keçmiş tibbi inamlara və göstərişlərə görə ən faydalı dərmanlar belə, bəzən bir kəlmə xoş sözün, mehriban münasibətin, qarşılıqlı ünsiyyətin qadir olduğu qüdrət qarşısında aciz, gücsüz görünür. İnsan ruhu, şüuru möcüzəli bir aləm kimi heç də öz sirrini tibb elmi qarşısında açmağa tələsmir. Şirin dil nə qədər məlhəmvericidirsə, acı söz, yerində deyilməmiş bircə kəlmə belə, bəzən insan həyatına son qoya bilir. - Mütəxəssislər bir çox xəstəliklərin qidalanma ilə birbaşa bağlı olduğunu deyirlər. Siz necə, bu məsələni zəruri hesab edirsinizmi? - Həqiqətən də bir çox xəstəliklər düzgün olmayan qidalanma nəticəsində yaranır. Qidalanma hətta insan psixologiyasına da təsir edir. Məsələn, vegetarian, ağartı məhsulları ilə qidalanan insanların aqressiyası az olur. "Kabab qanlı, igid canlı" prinsipi ilə qidalanan insanlarda isə aqressiya üstünlük təşkil edir. Bundan başqa gec həzm olunan qidalarla müntəzəm qidalandıqda müxtəlif həzm problemləri yaranır. Həm xəstə insanlar, həm də sağlam insanlar qidalanmalarına ciddi yanaşmağı bacarmalıdırlar. Məsələn, ət məhsullarından az istifadə etmək lazımdır, xüsusilə də heyvan mənşəli ətlərdən. İnsanlar yaş artdıqca yumşaq ətlərdən (balıq, toyuq mənşəli) istifadəyə keçməlidirlər. Yağlı, xolesterini çox olan məhsullardan isə az istifadə olunmalıdır. Mayenin özünü də mövsümə görə qəbul eləmək məqsədəuyğundur. Belə bir atalar sözü var: "səhəri bərkit, günortanı ləngit, axşamı tərgit". İnsanlar gün ərzində bu prinsipə əməl etsələr, daha az problemlə qarşılaşarlar.

Gülnar Mayisqızı


16


17 özü sudan, mikroelementlərdən, amin turşulardan ibarətdir. Yaş artdıqca pulpoz nüvədə və fibroz həlqədə degenerasiya yaranır, fəqərəarası disklərin qalınlığı azalır. Ona görə də yaşlı insanlarda kəskin hərəkətlər etmək daha zərərli olur və bu, bir sıra fəsadlara gətirib çıxarır. Osteoxondroz zamanı fibroz həlqənin nazikləşməsi və pulpoz nüvə maddəsinin həlqədən çıxması nəticəsində fəqərəarası disk yırtığı yaranır ki, bu da osteoxondrozun ağırlaşmasına səbəb olur. Bu xəstəlik zamanı fəqərəarası sinirlər, damarlar sıxıldığından nevralgiyalar yaranır, qidalanma pozulur.

OSTEOXONDROZA SƏBƏB OLAN AMİLLƏR

alq arasında «duz laşma» kimi tanınan osteoxondroz son zamanlar geniş yayılmış xəstəliklərdən biridir. Osteoxon droz onurğanın, xüsusi ilə fə qə rə arası disklərin distrofik-degenerativ (disklərin qidalanması və strukturunun pozulması) xəstəliyidir. Osteoxondroz dedikdə çoxlu sayda metabolik pozğunluqların birləşməsi nəzərdə tutulur. Bu pozğunluqlar maddələr mübadiləsinin pozulması nəticəsində ortaya çıxır. Maddələr mübadiləsinin pozulması hallarının artmasının əsas səbəbi isə ətraf mühit və qidalanma ilə bağlıdır. Qeyd edək ki, onurğa sütununda 2-ci boyun fəqərəsindən başlamaqla büzdüm fəqərəsinə kimi fəqərəarası disklər (qığırdaq) yerləşir. Fəqərəarası disklər onurğa üçün amortizasiya rolunu oynayır. Diskin kənarları sərt parçaya bənzəyən fibroz həlqədən, ortası kauçuk kimi elastik pulpoz nüvədən ibarətdir. Pulpoz nüvə

Həkim-nevropatoloq Pərvanə Osmanova osteoxondrozun ya ranmasına bir çox amillərin təsir göstərdiyini bildirir: “İrsi meyllilik, onurğa əyrilikləri, çox oturma, hərəkətsizlik, həddən artıq yüklənmə, aşağı temperatur, nisbi rütubətin çoxalması, piylənmə və s. Bu xəstəliyin oturaq həyat keçirənlər, sürücülər, piylənmə xəstəliyi olan şəxslər, kompüterlə çox məşğul olanlar, onurğasına həddən artıq ağırlıq düşən şəxslər arasında daha geniş yayılması da təsadüfi deyil”. Həmsöhbətimizin sözlərinə görə, əvvəllər osteoxondroza daha çox 40-60 yaşlar arasında olan şəxslərdə rast gəlinirdi. Hazırda isə bu xəstəlik cavanlaşıb, çox erkən yaşlarda yaranmağa başlayır. Hətta 12-13 yaşlı uşaqlarda belə osteoxondroza təsadüf olunur. Erkən yaşda osteoxondrozun yaranması son zamanlar uşaq ların travma ilə doğulması və bunun nəticəsində onurğada anadangəlmə qüsurların olması ilə bağlıdır. Belə uşaqlarda əllərdə tərləmə, əsəbilik, skolioz xəstəliyi olur. Tez-tez soyuqlamalar, immunitetin aşağı olması da osteoxon-

droz üçün zəmin hazırlaya bilər. Erkən yaşda osteoxondroza yol açan xəstəliklərdən biri də revmatizmdir. Həmçinin sümük oynaq sisteminin degenerativ xəstəlikləri, vərəm xəstəliyi zamanı da onurğa sütunu zədələnir ki, bu da öz növbəsində osteoxondroza səbəb olur. Sümük boşluğu – raxit xəstəliyi olan uşaqlarda da yaxın gələcəkdə osteoxondroz təhlükəsi ola bilər. Düzgün olmayan kəskin hərəkətlərlə də onurğaya güc düşür. Ağır fiziki işlərdə, ağır yüklərdə əzələlərə güc verilir. Bu zaman disk yerindən tərpənə, hətta onları bir-birinə bağlayan bağlar qırıla bilər. Belə onurğalar da osteoxondroz üçün əsl zəmin yaradır. Həkim-nevropatoloqun sözlərinə görə, nəmişlik və iqlimində rütubətlilik çox olan bölgələri mizdə osteoxondroz geniş yayılıb. Həmçinin yod defisiti olan rayonlarımızda da osteoxondroz xəstəliyinə çox rast gəlinir. Çünki yod defisitində qalxanvari vəzin funksiyasında pozulma gedir və bu da paralel olaraq osteoxondroza səbəb olur. Stress, emosional gərginlik də osteoxondrozla nəticələnə bilər. Çünki insan əsəbi olduqda əzələ gərginləşir və bu zaman durğunluq yaranır”.

“DUZLAŞMA”YA MƏRUZ QALAN NAHİYƏLƏR Osteoxondroz daha çox boyun, döş, bel və oma fəqərələrində olur. Boyun nahiyəsində osteoxondroz olduqda aşağı və yuxarı ətraflarda keyləşmə və şişkinlik olur, barmaqlar yığılmır. Əzələlərin sıxılması hesabına diskomfort hissi olur. Bu zaman sinirlərin sıxılması nəticəsində baş nahiyəsində kəskin ağrılar yaranır. Boyun osteoxondrozu zamanı onurğa arteriyası sıxıla bilər. Nəticədə vertebrobazilyar çatışmazlıq yaranır. Yəni onurğa arte-


18 riyasının hesabına qan dövranının pozulması baş verir ki, bu da çox ciddi problemdir. Belə xəstələr boynunu kəskin döndərə bilmir, onlarda baş gicəllənmə, ürək bulanma, yaddaş pozğunluğu, baş ağrıları ola bilər. Hətta bu, qusmaya gətirib çıxarar. Başın yarı hissəsində kəskin ağrılar, dilin yarı hissəsində keyləşmə ola bilər. Bəzən udmada da yüngül problemlər yaranır. Vertebrobazilyar çatışmazlıq zamanı müalicəni iki istiqamətdə aparmaq lazımdır. Belə ki, boyun osteoxondrozu ilə yanaşı, damar çatışmazlığı ilə bağlı da müalicə təyin olunmalıdır. Döş osteoxondrozu sancılarla müşayiət olunduğundan çox zaman bunu ürəkdə olan patologiyalarla səhv salırlar. Həmçinin ağciyərdə şiş olduqda da bunu döş osteoxondrozu ilə qarışdırırlar. Ona görə belə xəstələrdə həm ürək, həm ağciyər, həm də bütövlükdə döş qəfəsi yoxlanmalıdır. Döş qəfəsinin osteoxondrozunda sıxıcı, kəsici, yandırıcı ağrılar olur. Döş qəfəsinin osteoxondrozuna ən çox orta boylu adamlarda rast gəlinir. Bel-oma osteoxondrozu radikulit adlanır. Bu nahiyədə çoxlu sayda sinirlər, kələflər olduğundan radikulit kəskin ağrılarla müşahidə olunur. Osteoxondrozun bu növü aşağı ətraflara əlillik verə bilər. Ayağın biri tutula və ya pəncələrdə problemlər yarana bilər. Bel-oma osteoxondrozunun yüngül formasında isə yalnız soyuqdəymə zamanı və ağırlıq qaldırdıqda, ağrılar çoxalır. Bu osteoxondroz ən çox oturaq adamlarda olur. Çünki hərəkət etmədikdə qan dövranı pozulur. Həkim-nevropatoloq Pərvanə Osmanovanın sözlərinə görə, osteoxondrozun ağır formalarında çox ciddi fəsadlar ortaya çıxa bilər: “İnsanın həyat fəaliyyətini, iş rejimini dəyişə bilər. Hətta əlilliyə belə gətirib çıxarar. Osteoxon drozun ağırlaşmalarında fibroz

həlqənin yırtılması, pulpoz maddənin bayıra çıxması ilə beldə disk yırtığı əmələ gəlir. Yırtıq onurğa beynini və ya onu qidalandıran damarı sıxarsa, qıçlarda ağır iflic və çanaq üzvlərinin funksiya pozğunluqları, siniri sıxarsa, qıçlarda ağrı, keylik, əzələ zəifliyi inkişaf edir”.

DİAQNOZ VƏ MÜALİCƏ Bədəndə duzlaşmanın getməsi rentgen aparatı vasitəsi ilə təyin edilir. Onurğada gedən hər hansı bir dəyişiklik müəyyən olunduqdan sonra xəstəyə düzgün diaqnoz qoyulur. Kompüter tomoqrafiyası çox düzgün diaqnoz alınmasında effektlidir. Son dövrlərdə isə nüvəmaqnit rezonansı adlanan yeni diaqnostik metodla da xəstəlik müəyyən edilir. Nevropatoloq P. Osmanova osteoxondrozun müalicəsi zamanı ilk növbədə maddələr mübadiləsinin tənzimlənməsinin zəruriliyini önə çəkir: “Müalicə zamanı ağrıların götürülməsinə, əzələ gərginliyinin aradan qaldırılmasına, hərəkət məhdudluğu varsa, tam aktiv hərəkətin bərpa olunmasına çalışmaq lazımdır. Müalicə metodunun seçilməsi təbii ki, onurğanın nə dərəcədə zədə almasından asılıdır. Həmçinin düzgün müalicə fərdilik, yəni konkret hər xəstəyə uyğun taktika tələb edir. Ümumiyyətlə, osteoxondroza tək bir xəstəlik kimi yox, maddələr mübadiləsinin pozğunluğu nəticəsində ortaya çıxan kompleks xəstəliklər sistemi kimi yanaşmaq və ona uyğun müalicə üsulu seçmək lazımdır. Xəstəliyin müalicəsində zəli tətbiq edilməsi də çox effektlidir. Bu, qədim, eyni zamanda səmərəli yoldur. Zəlini onurğada olan müəyyən aktiv nöqtələrdə gəzdirməklə əzələ gərginliyini, ağrıları aradan qaldırırıq. Zəli 15-20 dəqiqə ərzində həmin bölgədə qalmaqla, orada olan venoz qanı, ödemi sorur”. Otlarla müalicə, masajlar, müxtəlif iltihab əleyhinə mazlar, ağrı

kəsici və əzələ spazmasını azaldan dərmanlar, elektrik cərəyanlar, vannalar, fizioterapiya, ozonoterapiya da əlverişli müalicə metodlarıdır. Pnevmoakupunktura isə osteoxondrozun müalicəsində ən yeni üsuldur. Bu zaman duzlaşmanın aktiv olduğu nöqtələrə iynə batırmaqla deyil, ora karbon qazı yeritməklə iltihab prosesi sorulur. Mezoterapiya da çox effektli müalicə növüdür. Bu zaman müəyyən nöqtələrə osteoxondrozun qarşını almaq üçün bitki dərmanları yeridilir. Həkim-nevropatoloq xəstəliyin ağır formasında ən son hal kimi cərrahi müdaxiləyə ehtiyac duyula biləcəyini də istisna etmir: “Cərrahiyyə əməliyyatına disk yırtığı həddən artıq böyük olduqda, sidik və nəcis ifrazının pozulması, iflic kimi ağır əlamətlər əmələ gələndə gərək duyulur”. Osteoxondroza qarşı müəyyən profilaktik tədbirlər də həyata keçirilə bilər. Bu baxımdan çox oturmaq düzgün deyil, daim hərəkətdə olmaq lazımdır ki, onurğanın əzələləri atrofiyaya uğramasın. Turnikdə sallanmaq, üzmə, onurğanı düz tutmaq lazımdır. Çantanı bir tərəfdən asmaq, ağır yüklər götürmək olmaz. Yataq sərt və düz olmalıdır. Nəzərə almaq lazımdır ki, xəstəliyin qarşısını almaq, onun müalicəsindən çox asan, həm də ucuzdur. Xüsusilə bir neçə dəfə beli ağrıyanlar unutmamalıdırlar ki, çatlayan qab təkrar zərbə alarsa, tez sınar.

Rəna Namazqızı


19


20

"AĞ ÖLÜM"ÜN CAYNAĞINDA


21

"Bir dəfə daddın, bir də istəyirsən. Fikirləşirsən ki, tək bircə dəfə də istifadə edim, ataram. Bir də onda ayılırsan ki, artıq əl çəkmək mümkün deyil, əksinə, digər vasitələrə əl atıbsan, doza artıb və s. Üstəlik vaxtı çatanda tapılmasa, gen dünya adama dar gəlir. Elə bu məqamdan da başqa bəlalar başlayır. Narkotik vasitə əldə etmək üçün borca girirsən. Bir gün borc da vermirlər. Evdə olan-qalan əşyaları, ardınca da evi satmaq məcburiyyətində qalırsan, ailə dağılır, qohum-əqrəba, qardaşbacı, ata-ana, dostlar, həyat yoldaşın üz döndərir. Amma bütün bunlar vecinə də olmur. Təki narkotik vasitə tapılsın. Sonra... Sonra isə iki yol qalır: damarları doğrayıb intihar etmək, ya da cinayət törətmək...". Bu sözləri narkomaniya bəlasına düçar olan şəxslər öz həyatları ilə bağlı danışarkən deyirlər. Müxtəlif statistik rəqəmlər, hadisələr, müşahidələr də onu göstərir ki, deyilənlər həqiqətdir. Təəssüf ki, bu yoldan geri, cəmiyyətə, ailəsinə dönən insanların sayı yüz minlərlə narkomanın arasında azlıq təşkil edir. Amma bu, o demək deyil ki, çarələr tükənib. Əksinə, müasir dövrdə belə insanları yenidən həyata qaytarmaq üçün vasitələrin, metodların sayı artıb. Günbəgün həmin metodlar daha da təkmilləşir. Müsahibimiz Avropa İttifaqının və Birləşmiş Millətlər Təşkilatı (BMT) İnkişaf Proqramının icra etdiyi Cənubi Qafqaz Narkotiklərə Nəzarət Proqramının (SKAT) rəhbəri Məzahir Əfəndiyevdir. Onunla müsahibəmizdə də elə bu metodlardan söhbət açmışıq.

- Məzahir müəllim, rəhbəri olduğunuz proqram və onun əhəmiyyəti haqda məlumat verərdiniz... - Bu proqram 2001-ci ildə Azərbaycan hökumətinin yazılı razılığına əsasən fəaliyyətə başlayıb. Və həmin ildən etibarən Azərbaycan hökumətinin narkomanlığın və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinin qarşısının alınması istiqamətində həyata keçirdiyi reformalara yardım xarakteri daşıyır. İndiyə qədər proqram çərçivəsində müvafiq işlər görülüb. İlk növbədə hüquq mühafizə orqanlarının iş fəaliyyətinin müasir standartlara cavab verməsini təmin etmək üçün həm metodoloji, həm də texniki yardımlar həyata keçirilib. Eyni zamanda beynəlxalq tədbirlərdə yaxından iştirak etməklə məlumat mübadiləsi aparılıb. İnkişaf etmiş ölkələrə, xüsusən də Avropa dövlətlərinə tanışlıq səfərləri edilib. Bu səfərlər zamanı həmin ölkələrdə narkomaniya ilə bağlı həyata keçirilən siyasət öyrənilib və yerli qanunvericiliyin hazırlanmasında, təkmilləşməsi istiqamətində ümumi işlər görülüb. Bundan başqa narkotiklərin epidemiologiyasının müəyyən olunması, narkosituasiya ilə bağlı ətraflı məlumatların əldə edilməsi üçün xüsusi mərkəz də yaradılıb. Bu mərkəzdə beynəlxalq standartlar çərçivəsində narkotiklərlə bağlı illik məruzənin hazırlanması istiqamətində bir çox işlər görülüb. Onu da deyim ki, bu, genişmiqyaslı tədbirlər 2001-ci ildən 2007-ci ilə qədər həyata keçirilib. Və bu müddət ərzində dörd mərhələ icra olunub. Hal-hazırda SKAT-ın beşinci mərhələsi həyata keçirilməkdədir. Bu mərhələ Azərbaycan üçün daha əhəmiyyətlidir. Belə ki, beşinci mərhələdə altı subproyektin icrası nəzərdə tutulur. Birinci istiqamət qanunvericiliyin təkmilləşməsidir. İkinci istiqamət epidemioloji vəziyyətin müəyyən olunması və məruzənin hazırlanmasıdır. Üçüncü istiqamət daha

vacib hesab etdiyimiz təbliğattəşviqat işlərinin həyata keçirilməsidir ki, bu komponent də özlüyündə iki yerə bölünür. - Kütləvi İnformasiya Vasitələrinin bu maariflənmədə xüsusi rolunu nəzərə alaraq onlarla iş birliyi; - Orta məktəblərdə maarifləndirmə işi ilə məşğul olacaq müəllimlər üçün təşviqat kitablarının hazırlanması. Beşinci istiqamət narkotik vasitələrə aludə olmuş şəxslərin reabilitasiyası, müalicə metodları, əvəzedici terapiyanın tətbiq olunmasıdır. Altıncı istiqamət isə beynəlxalq, regional əməkdaşlıqla bağlıdır ki, bu çərçivədə biz həm Azərbaycanda, həm də regionun digər ölkələrində narkomaniyaya qarşı mübarizə aparan idarələrlə daha sıx, daha çevik əməkdaşlıq edəcəyik. - Narkomaniya bəlasına düçar olmanın əsas səbəbləri hansılardır. Konkret olaraq Azərbaycanda narkomaniyaya qurşanma hansı səbəblərdən qaynaqlanır? - Bunun səbəbləri müxtəlifdir. Sovetlər dövründə bu problem gizli saxlanılırdı. Yəni Azərbaycan Sosialist Respublikasında narkomaniya probleminin olmadığı bildirilirdi, statistikası aparılmırdı. Bu məsələ problem kimi qarşıya qoyulmadığına görə də xüsusi ixtisaslaşmış kadrların yetişdirilməsi üçün diqqət ayrılmırdı. Bu, məsələnin bir tərəfidir. Yeni transformasiya dövründə isə müxtəlif problemlər, işsizlik, psixoloji problemlər və s. ortaya çıxdı və məsələnin genişlənməsinə, vüsət almasına təkan verdi. Bundan başqa bir çox ailələr bu problemi gizli saxladıqlarından həlli çətinləşir. Biz Azərbaycanda narkotik vasitələrin təsirindən ölən adamların siyahısını faktlaşdırmağa çalışırıq. Amma qeyd etdiyim kimi, ailələr bu faktları gizlətməyə çalışdıqlarından ortaya yekun analiz qoymaq çox çətin


22 olur. Azərbaycan müstəqilliyini yeni əldə etmiş bir dövlətdir və müstəqillik dövründə də çox keşməkeşli bir tarix yaşayıb. Bu gün Azərbaycanın bir milyondan artıq məcburi qaçqın və köçkün düşmüş insanları var. Onların sosial-psixoloji durumları və s. də bu məsələyə öz təsirini göstərir. Digər bir məsələ ondan ibarətdir ki, Azərbaycanın işğal olunmuş ərazilərindən mənfur düşmənlərimiz narkotranzit kimi istifadə edirlər. - Məzahir müəllim, bu bəladan xilas olmaq üçün dünya praktikasında hansı metod və üsullar tətbiq edilir? - Bu məsələnin həlli istiqamətində dünya praktikasına nəzər salsaq, zəngin bir yol keçildiyinin şahidi olarıq. Məsələn, ABŞ-ın bu problemin aradan qaldırılması üçün xüsusi siyasəti var. Bu ölkədə narkomaniya ilə mübarizə məsələsinə həddindən artıq radikal yanaşırlar. Dünya miqyasında isə narkotik maddələrin qeyri-qanuni dövriyyəsi BMT-nin üç konvensiyası ilə tənzimlənir. Bu gün demək olar dünyanın bir çox ölkələri BMT-nin üç konvensiyası ilə həm öz qanunvericiliyini təkmilləşdirir, həm də zəruri hallarda həmin konvensiyaları tətbiq edir. Azərbaycan dövləti də həmin konvensiyaları qəbul edib. Onu da deyim ki, biz bu problemin həll olunması üçün Avropa praktikasına üstünlük veririk. Məsələ burasındadır ki, Avropa İttifaqı bu məsələyə daha çox insan haqlarının qorunması prizmasından yanaşır. Hər bir vətəndaşın yaşamaq hüququ var. Bu kontekstdə Avropa ilk növbədə vətəndaşların hüququnu tanıyır, onların reabilitasiyası üçün şərait yaradır. Azərbaycan hökuməti də demokratik quruluşun yaradılması, insan haqlarının aliliyinin qorunması ilə bağlı öhdəliklər götürdüyü üçün Avropa metodunu məqsədəuyğun hesab edir. Bu

metodun daha əlverişli olmasını həm də onunla izah edərdim ki, ABŞ-da narkomaniya ilə mübarizəyə ildə təxminən 17-18 milyard dollar civarında vəsait xərclənməsinə baxmayaraq, qeyrirəsmi statistikaya əsasən, bu ölkədə narkotikdən istifadə edən şəxslərin sayı 1 milyonu keçib. Onu da bildirim ki, Azərbaycan cəmiyyətində bu problem haqqında insanlar çox az məlumatlıdırlar. Narkomaniyaya aludə olmuş şəxslərlə görüşlər zamanı aydın olur ki, onların əksəriyyəti bilməyərəkdən bu pis vərdişə qurşanıblar. Bu mənada hesab edirəm ki, əhali arasında maarifləndirmə işlərini daha da gücləndirmək lazımdır. Ona görə də problemin həllinə iki prizmadan yanaşmaq lazım gəlir. - İnsanların narkotik vasitələrə aludə olmasının qarşısını almaq, maarifləndirmə işləri aparmaq; - Bu bəlaya düçar olmuş xəstənin reabilitasiyası ilə məşğul olmaq. Təbii ki, bu iki istiqamət mütləq paralel aparılmalıdır. - Sizcə, narkomaniya bəlasından xilas olmaq üçün dini faktor təsirli ola bilərmi? - Narkomaniya xəstəliyinə düçar olan insanın yenidən normal həyata qayıtması üçün tibbi baxımdan bütün imkanlardan istifadə olunur. Amma bəzi hallarda əfsuslar olsun ki, tibb aciz qalır. Belə hallarda insan iradəsi önə çəkilir. Mən də düşünürəm ki, insanın iradəsini toplaya bilməsi üçün ona Allah sevgisi yardım edər. Həmsöhbət olduğumuz bir çox şəxslər özləri də etiraf ediblər ki, uzun illər aparılan müalicə heç bir effekt verməyib. Amma Allaha sevgi, dinə inam onları bu bəladan birdəfəlik xilas edib. Məsələ burasındadır ki, narkoman fiziki asılılığa düşməmişdən əvvəl psixi asılılığa məruz qalır. Bu mənada müalicə zamanı narkotik vasitə istifadəçisi birinci növbədə psixoloji asılılıqdan yaxa qurtarmalıdır ki, fiziki asılılıqdan da yaxa

qurtarmaq çətin olmasın. Bu nöqteyi-nəzərdən də bəzi hallarda dini faktor mühüm rol oynaya bilir. - Yeri gəlmişkən, ölkəmizdə bu xəstəliyin müalicəsi ilə bağlı vəziyyət necədir, hər hansı effekt varmı? - Təəssüflər olsun ki, narkomaniya xəstəliyinin müalicəsi üçün Azərbaycanda dünya standartlarına cavab verən metodlar tətbiq olunmayıb. Düzdür, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi tərəfindən əvəzedici proqramların tətbiq olunması istiqamətində müəyyən addımlar atılıb. Nəzərinizə çatdırım ki, biz hal-hazırda SKAT proqramı çərçivəsində Azərbaycanda da dünya standartlarına cavab verə biləcək reabilitasiya mərkəzlərinin yaradılmasını planlaşdırırıq. Ümidvarıq ki, yaxın gələcəkdə belə xəstələrin müalicəsi bu reabilitasiya mərkəzlərində daha da effektiv olacaqdır. - Hazırda ölkəmizdə narkomaniyadan əziyyət çəkən nə qədər insan var? - Səhiyyə Nazirliyi tərəfindən 22 min narkomaniya xəstəsi qeydə alınıb. Bunlardan təqribən 480 nəfəri qadındır. Təəssüflər olsun ki, bu rəqəm ilbəil çoxalır. Son zamanlar qadınlar arasında da belə xəstələrin sayı artmaqdadır. Hesab edirəm ki, bu, qadınların tütün məmulatlarına olan aludəçiliyinin artması ilə bağlıdır. Rəsmi statistikaya görə, 20062007-ci illərdə narkomaniyaya düçar olan qadınların sayı 30-40 nisbətində idisə, 2007-2008-ci illərdə bu say 100-ə qədər artıb. Sonda qeyd eləmək istərdim ki, narkomaniya problemi cəmiyyətin problemidir. Zənnimcə, hər kəs bu problemə öz problemi kimi yanaşmağı bacarsa, narkomaniya ilə mübarizə daha yaxşı effekt verə bilər. Gülnar Mayisqızı


23


24

TERMAJ BAKIDA! «Amaliya» Tibb Mərkəzi Ünvan: Bakı, M. Naxçıvani küç., 15 Tel.: (+ 994 12) 418 35 76; 495 65 15 Mob.: (+ 994 55) 861 77 76


25 əvvəl

TERMAJ həm qadınlar, həm də kişilər üçün eyni dərəcədə yararlı olan, yalnız bir seans nəticəsində heyranedici cavanlaşma effekti verən unikal metodikadır.

TERMAJ – göz ətrafında Göz qapaqları və qaşların liftinqinin nəticəsi cərrahi müdaxilənin nəticəsi ilə müqayisə oluna bilər.

TERMAJ – üzdə Bütün yumşaq toxumaların liftinqi, buxağın kiçilməsi, üzün konturunun bərpası və boyun dərisinin cavanlaşması prosesi baş verir.

TERMAJ – bədəndə Doğuşdan, liposaksiyadan və xeyli çəki itkisindən sonra əmələ gələn dəri boşluqlarının effektiv liftinqi həyata keçirilir. Mərkəzə müraciət edənlərin konfidensiallığı qorunur.

6 ay sonra


26

QRİP VƏ MÜALİCƏSİ


27 QRİP, YOXSA SOYUQDƏYMƏ?

“Hər fəslin öz gözəlliyi var” ifadəsini “hər fəslin öz xəstəliyi var” sözləri ilə də əvəzləmək olar. Belə ki, bahar allergiyaları, yay fəsli isə infeksiyaları ilə daha çox yadda qaldığı kimi, payız və qış mövsümləri də soyuqdəymə və nəfəs yolları infeksiyaları ilə insanlar üçün narahatlıq yaradır. Payız və qış mövsümünün gəlişi ilə havalar kəskin şəkildə soyuduğundan bədən temperaturu buna uyğun olmur, nəticədə orqanizmin immunitetini zəifləyir və hava-damcı vasitəsilə yoluxan xəstəliklər artır. Qış aylarında daha çox bağlı məkanlarda zaman keçirilməsi də bu viruslu xəstəliklərin öskürək, asqıraq, əllə təmas yolu ilə yayılmasını asanlaşdırır. Havaların soyuq keçməsi ilə əlaqədar zökəm, qrip, faringit, laringit, orta qulaq iltihabı və bronxit kimi xəstəliklərin yayılma riski artır.

Havanın temperaturunun aşağı düşməsi ilə yayılan xəstəliklərin başında qrip və soyuqdəymə gəlir. Xalq arasında bunlar eyni xəstəlik kimi qəbul olunsa da, əslində fərqlidirlər. Qrip soyuqdəymədən fərqli olaraq, tədricən deyil, infeksiya ilə yoluxma nəticəsində qəfildən yaranır. İnfluenza virusu nəticəsində yaranan, yüksək temperatur, əzələ ağrıları ilə özünü büruzə verən bu xəstəlik diqqət edilməsə, ciddi ağırlaşmalara səbəb ola bilən infeksiyadır. Qrip zamanı quru öskürək, boğaz ağrısı, burun axması və burun tıxanıqlığı halları da müşahidə olunur. Bu əlamətlər hər kəsdə müxtəlif ola bilər. Bəziləri bir neçə gündə sağaldıqları halda, bəzilərində bu əlamətlər bir həftə və ya 10 gün də davam edə bilər. Bir çox hallarda qrip və soyuqdəyməni türkəçarələrlə və yaxud həkimə müraciət etmədən müxtəlif dava-dərmanla müalicə etməyə çalışırıq. Düzdür, yüngül soyuqdəymə olduğu halda bu üsullar kömək edir. Ancaq xəstəlik yüksək temperaturla müşahidə olunarsa və uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu xəstəlik ağırlaşaraq, xəstədə pnevmoniya, bronxit, plevrit, rinit, haymorit, faringit kimi xəstəliklər, böyrək patologiyası yarada bilər. Bu səbəbdən qripi ağır keçirən xəstələr mütləq həkimə müraciət etməlidirlər. Qrip olduqda virusla ağciyər də xəstələnə bilər və bu zaman istənilən bakteriyaya qarşı həssaslıq yaranır. Belə xəstələr vərəmə də yoluxa bilərlər. Xüsusən də xəstə insan rütubətli şəraitdə işləyirsə, düzgün qidalanmırsa, orqanizmi zəifdirsə, vərəmə yoluxma riski daha böyükdür. Qrip əleyhinə peyvənd olunmaq bu xəstəliyin profilaktikasında əsas yer tutur. Peyvənd kütləvi şəkildə təhsil ocaqlarında, iş yerlərində keçirilməsə də, hər kəs könüllü şəkildə peyvənd oluna bilər. Peyvənd vurdurmaqla, bir il ərzində

orqanizmdə bu xəstəliyə qarşı immunitet yaradırlar. Mütəxəssislər qrip əleyhinə peyvəndlərin hər il yenidən hazırlandığını bildirirlər. Çünki bu il hazırlanan peyvənd növbəti il təsirsiz olur. Bu isə qrip viruslarının sabit viruslar olmaması ilə bağlıdır. Hər il dünya üzrə araşdırma aparılaraq, bu il hansı qrip epidemiyasının olacağı müəyyənləşdirilir və qrip peyvəndlərində əvvəlki ildə iştirak edən üç virusdan biri və ya ikisi dəyişdirilərək, hazırlanır. Bu, peyvəndin təsirli olması üçündür. Peyvəndlər 40-60% qripdən qoruma gücünə sahibdir. Hər kəs peyvənd olunmasa da, 6 ayından 5 yaşına kimi körpələrin, qış aylarında hamilə qalmağı planlaşdıran qadınların, 60 yaşdan yuxarı yaşlıların, şəkər, ürək, böyrək və ağciyər xəstəlikləri olanların peyvənd olmağı zəruridir. Bəzi hallarda isə qrip əleyhinə peyvənd edilməsi düzgün deyil. Hamilə qadınlara (xüsusən də ilk 3 ayında), yumurtaya allergiyası olanlara və yüksək temperaturu olan insanlara peyvənd vurulması məsləhət deyil. Ümumiyyətlə, qrip yüngül formaları ilə yanaşı, ölümcül də ola bilər. Belə ki, qrip epidemiyaları hər il dünyada 3-5 milyon insanın ciddi şəkildə xəstələnməsinə və 250-500 min xəstənin ölümünə səbəb olur. 75 yaşına çatmış hər bir insan isə ömrünün təxminən 4 ilini soyuqlamış vəziyyətdə keçirir.

SOYUQDƏYMƏDƏN YARANAN DİGƏR XƏSTƏLİKLƏR Sinuzit - Burun ətrafındakı boşluqların iltihablaşmasıdır. Xəstəlik zamanı burun tıxanıqlığı, ağız qoxusu, üzdə və dişlərdə ağrı, temperatur ola bilər. Bu xəstəlik soyuqdəymə ilə yanaşı, allergiyası olanlarda, siqaret çəkənlərdə və çirkli atmosfer mühitində yaşayanlarda da çox rast gəlinir. Faringit - Udlaq iltihabı xəstəliyidir. Boğazda yanma, ağrılı udqunma, temperatur, boyun


28 sahəsində şişkinlik ola bilər. Bronxit - Bronxların iltihablaşmasıdır. Soyuqdəymə zamanı quru öskürək yerini bəlğəmli öskürəyə verir. Bəzi xəstələrdə xırıltılı sinə, nəfəs darlığı və baş ağrıları da baş verə bilər. Astma - Hər yaşda özünü göstərə bilər. Uşaqlarda daha çox rast gəlinir. Öskürək, xırıltı və nəfəs darlığı ilə müşayiət olunur. Astmaya tutulmanın ən başlıca səbəbi allergenlər və qrip kimi viruslu infeksiyalardır.

SOYUQDƏYMƏDƏN QURTULMAQ ÜÇÜN... Qrip infeksiyaları meydana çıxdıqda, xəstəliklə mübarizə aparmaq üçün dərman preparatları ilə yanaşı, yaxşı istirahət və qidalanma əsas şərtdir. Xəstə təmiz və siqaret tüstüsündən uzaq bir yerdə istirahət etməli, maye və vitaminlə zəngin meyvə, tərəvəz yeməlidir. Öskürək şikayətlərinin azalması üçün xəstənin qaldığı otaq nəmləndirilməlidir. Ürək-damar və yüksək təzyiqdən əziyyət çəkən xəstələr qripə qarşı dərmanlardan istifadə edərkən həkimlə məsləhətləşməlidirlər. Çünki belə dərmanlar təzyiqi daha da qaldıra bilər. Qrip zamanı antibiotiklərin qəbulu vacib deyil, yalnız bu xəstəlikdən doğan sinuzit, bronxit və zökəm kimi hallarda həkim məsləhətləri ilə antibiotiklər qəbul etmək olar. Soyuqdəymədən tez yaxa qurtarmaq üçün isti otaqda oturmaq lazımdır ki, burun boşluqlarında qan dövranı aktivləşsin. Sonra bir soğanın yarısını xırda doğramaq, tənzifdən sıxmaq və alınmış şirəni hər burun dəliyinə 1-2 damcı daxil etmək məsləhətdir. Bir-iki dəqiqəlik «kəskin» hissiyyatdan sonra ağrılar yumşalır, bir neçə proseduradan sonra isə soyuqdəymə tam yoxa çıxır. Qripə yoluxmağın qarşısını almaq üçün sarımsaqdan (çiy halda) istifadə etməyiniz də məsləhətdir. Yeri gəlmişkən, sarımsaq iyini ağız boşluğunu limon şirəsi ilə yaxalamaq vasitəsi ilə aradan götürmək olar.

Soyuqdəyməyə qarşı cökə, qarabaşaq və xəşəmbül balı da effektlidir. Xalq təbabəti infeksiyanın ilk əlamətləri zamanı balın boranı və turpla birgə istifadə olunmasını məsləhət görür. Bu zaman təzə boranını yumaq, balaca hissələrə doğramaq, tumlarını təmizləmək və 25-30 dəqiqə ərzində vam odda bişirmək lazımdır. Süfrəyə gətirməzdən əvvəl isti boranının üzərinə bal əlavə edin. Həmçinin turpu nazik hissələrə bölün. Üzərinə bal əlavə edib, bir saat saxlayın. Bal turp dilimlərinə hoparaq, onlara xoş tam verəcək. Yüksək hərarət zamanı isti çay və ya süd ilə bal kömək edir. Ballı süd hərarəti endirmək və tərlətmək gücünə malikdir. Limonlu böyürtkən, zoğal, moruq mürəbbələri ilə çay içməklə, müxtəlif yarpaq dəmləmələri ilə soyuqdəyməsi olan insan özünə kömək edə bilər. Vanna qəbul etməklə də soyuqdəyməyə qarşı prosedura yerinə yetirmək olar. Bunun üçün müxtəlif bitki cövhərlərini, efir yağlarını əlavə etməklə isti vanna qəbul edin.

QORUNMA YOLLARI Qış mövsümündə infeksiyalar ağır keçdiyi üçün qorunma tədbirlərinə diqqət yetirmək çox faydalıdır. Hava-damcı infeksiyaları xüsusilə uşaqlara, yaşlılara və hamilələrə daha pis təsir edir. Həmçinin ürək, astma, bronxit və diabet kimi sağlamlıq problemi olan insanlar üçün soyuqdəymə və qrip kimi xəstəliklər ağır nəticələr törədə bilər. Bunun qarşısını almaq üçün belə insanlara havanın çox soyuq olduğu günlərdə və məcbur olmadıqları halda küçəyə çıxmamaq tövsiyə olunur. Onlar eyni zamanda geyimlərinə də diqqət yetirməli, isti, qalın paltarlar geyinməlidirlər. Soyuq havalarda burun, boyun və əllər xüsusilə qorunmalıdır. Çünki bədənin bu hissələrini daha tez soyuq tutur. Qripdən qorunmaq üçün xəstə insanlarla yaxın təmasdan uzaq olmalı, əllər tez-tez yuyulmalı,

xəstə insanların əşyaları (qələm, kitab, stəkan və s.) istifadə olunmamalıdır. İş stolunuzu antibakterial salfetlərlə silə bilərsiniz. Qış boyunca əllə görüşməməyə çalışın. Görüşdüyünüz təqdirdə, dərhal vaxt tapan kimi əllərinizi yuyun. Əlinizi yumadan qətiyyən yemək yeməyin. Çünki qripə yoluxduran viruslar saatlarla əllərdə canlı qala bilər. Əlləri sabunla yaxşıca yumaq, hətta dırnaq içlərini təmizləmək lazımdır. Həmçinin qidalanmanıza, yuxu rejiminizə diqqət yetirərək, immunitetinizi gücləndirə bilərsiniz. Bu zaman infeksiyalara yoluxma halları da azalar. İmmuniteti gücləndirmək üçün nizamlı məşq və idman hərəkətləri də edə bilərsiniz. Soyuqdəymə və qripdən qorunmada C vitamininin düzgün qəbulu da böyük rol oynayır. Çünki çirkli və soyuq hava düzgün olmayan qida rejimi ilə birləşdikdə soyuqdəymə və qriplə yanaşı, bir çox xəstəliklərə səbəb olur. Qış aylarında C vitamini ehtiyacını qarşılamaq üçün portağal, mandarin, limon, pomidor, kələm, kivi kimi qidalara üstünlük verə bilərsiniz. Qış aylarında yaranan xəstəliklər sadəcə havaların kəskin soyuması ilə bağlı deyil. Evləri, iş yerlərini qızdırmaq məqsədilə qapalı mühitləri həddən artıq quruduruq. Bu hal astma xəstələri başda olmaqla, bronxitdən və digər xəstəliklərdən əziyyət çəkənlərdə infeksiyalara qarşı müqavimət gücünü zəiflədir. Ona görə də qapalı yerlərin havası tez-tez dəyişilməlidir. Xüsusən də günümüzün çox hissəsini havasız, mikroblarla dolu olan bu qapalı yerlərdə keçirdiyimizi nəzərə alsaq, daha diqqətli olmalıyıq. Otaqların həddən artıq qızdırılması deyil, kifayət qədər isidilməsi əhəmiyyətlidir. İdeal otaq temperaturu 20-25 dərəcə arasında olmalıdır. Quruluq yaranmaması üçün qızdırıcıların üzərinə yaş dəsmal və ya yaxınlığına su ilə dolu qab qoymaq lazımdır. Rəna Namazqızı


30 Bu gün bütün dünyada təbabət çox böyük sürətlə inkişaf edir, müalicə prosesində tətbiq edilən yeni üsul və texnologiyalar xəstələrin sağlamlıq durumunun yaxşılaşmasında geniş perspektivlər açır. Lakin müxtəlif yeniliklərə baxmayaraq, səhiyyədə mövcud olan və artaraq, daha çox insanları əhatə edən bəlli problemlərin öhdəsindən heç də həmişə asanlıqla gəlmək mümkün olmur. Müasir təbabətin aktual problemlərindən biri də şəkərli diabetdir (ŞD) ki, bu xəstəlikdən ölüm səviyyəsi ilk yerlərdən birini tutur. Statistikaya görə, ŞD xəstələrinin ikidə üç hissəsi ürək-damar xəstəliklərindən ölür. ŞD xəstələri arasında makrodamar fəsadları, o cümlədən, ürəyin işemik xəstəliyi (ÜİX), insult və periferik damar xəstəlikləri xəstələnmə və ölümün aparıcı səbəbləridir. Belə ki, ÜİX və insultdan ölüm səviyyəsi şəkərli diabet zamanı 2-4 dəfə artır. Beləliklə, ŞD və onun inkişafına, proqressivləşməsinə səbəb olan risk amillərinin ciddi nəzarəti zəruriyyəti şübhəsizdir. ŞD-nin inkişafında vacib risk amillərindən biri pəhrizə riayət olunmaması və hipodinamiya nəticəsində əmələ gələn piylənmədir. Qeyd etmək lazımdır ki, ürək-damar fəsadlarının yüksək tezliyi ilə bir mənalı şəkildə bağlı olan abdominal piylənmə visseral piy kütləsinin artması nəticəsində hətta normal bədən çəkisi olan insanlarda da müşahidə oluna bilər. Bu isə o deməkdir ki, qəbul edilən müalicədən asılı olmayaraq, bütün ŞD xəstələrinə zəruri pəhrizə riayət etmək və orta intensivlikdə fiziki hərəkətlər yerinə yetirmək həddən artıq vacibdir. Eyni zamanda, ŞD-in inkişafında siqaret çəkmənin və tez-tez təkrar olunan stress vəziyyətlərin zərərli təsirini də qeyd etmək lazımdır. Qanda qlükozanın səviyyəsinə ciddi nəzarət və məqsədli rəqəmlərə nail olmağa xüsusi diqqət yetirmək lazımdır. Müasir təbabətin məlumat-

ları, pasiyentin qənaətbəxş əhvalı zamanı qlükozanın artıq səviyyəsinin norma kimi qəbul olunması nəzəriyyəsini tam inkar edir. Yaşından, cinsindən və əhvalından asılı olmayaraq, bütün ŞD xəstələrində qlikemiyanın ciddi nəzarəti zəruridir (HbA1c <6,5%)!!! Qlikemiyaya ciddi nəzarət aparılmasının üstünlüyünü 2 tipli ŞD pasiyentləri üzərində bu vaxtadək aparılmış ən iri tədqiqat olan ADVANCE tədqiqatının nəticələri bir daha sübut etmişdir. Bu tədqiqatın məqsədi qlikemiyaya və arterial təzyiqə (AT) ciddi nəzarətin 2 tipli ŞD olan xəstələr arasında xəstələnmə və ölüm səviyyəsinə təsirini qiymətləndirməkdən ibarət olmuşdur. ADVANCE tədqiqatı sübut etmişdir ki, Diabeton MR preparatının qəbuluna əsaslanmış qlikemiyanın intensiv nəzarəti pasiyentləri ağır diabetik fəsadların inkişaf etməsindən mühafizə edir. Belə ki, 2 tipli ŞD-in Diabeton MR preparatı ilə intensiv müalicə strategiyası böyrək fəsadları riskini 20%-dən artıq endirməyə imkan yaradır. Amerika Diabet Assosiasiyasının 68-ci Konqresi (AMERICAN DIABETES ASSOCIATION-ADA), şəkərli diabetin öyrənilməsi üzrə Avropa Assosiasiyasının 44-cü illik konqresi (EUROPEAN ASSOCIATION FOR THE STUDY OF DIABETES EASD) çərçivəsində təqdim olunmuş ADVANCE tədqiqatının nəticələri və bu yaxınlarda New England Journal of Medicine jurnalında dərc olunmuş məlumatlar göstərir ki, diabetin intensiv müalicə strategiyası bütün dünyada mövcud olan milyonlarla diabetli pasiyentlərə əhəmiyyətli fayda verə bilər. Qeyd etmək vacibdir ki, bu gün Azərbaycanın farmasevtik bazarında Servye kompaniyasının iki orijinal antidiabetik preparatı mövcuddur Diabeton (80mq) və Diabeton MR. Diabeton MR Diabetonun (80mq)

yeni və təkmilləşmiş formasıdır və innovasion buraxılış forması, yəni həbin hidrofil matriks üzərində hazırlanması sayəsində bir dəfə qəbul etmə zamanı və daha az dozada olmaq şərti qlikemiyaya daha yaxşı nəzarəti təmin edir. Bir neçə söz Servye kompaniyası haqqında demək istərdik. Servye – Fransada ən iri özəl farmasevtik kompaniyadır və onun iş üsulları elmi-sübutlu təbabətə dayanır. Bu kompaniyanın fərqli cəhəti onun elmitədqiqat fəaliyyətinə verdiyi böyük səmərədir – illik dövriyyənin 25%-i. Məhz belə səmərə nəticəsində Servye kompaniyası müvafiq patologiyanın müalicəsi zamanı tətbiq olunma səviyyəsinə görə lider olan unikal dərman preparatlarını kəşf və istehsal etmək imkanına malikdir. Dünyanın 140 ölkəsində istifadə olunan Servye preparatları kompaniyanın orijinal kəşfi və müasir təbabətdə innovasiyadır. Bu gün Azərbaycanda Servye bu kimi preparatları təqdim edir: Diabeton və Diabeton MR, Noliprel və Noliprel Forte, Preduktal MR, Prestarium, Arifon Retard, Detraleks, Koraksan, Bivalos, Pronoran, Erespal, Bioparoks və Koaksil. Bütün bu preparatlar Azərbaycana (eləcə də, digər MDB ölkələrinə) Servye-nin Fransadakı mərkəzi zavodundan təchiz olunur. Servye kompaniyası öz preparatlarının keyfiyyət və təhlükəsizliyinə tam zəmanət verir. Beləliklə, hazırda bütün 2 tipli ŞD olan pasiyentlərin həyat davamlığını uzatmaq və keyfiyyətini artırmaq və beləliklə, əmək qabiliyyətini saxlamaq məqsədi ilə qlikemiyanın ciddi nəzarəti, pəhriz və fiziki aktivlik qaydalarına riayət olunması zəruridir. Effektiv medikamentoz müalicə üçün səmərəliyi, təhlükəsizliyi sübut olunmuş və ürək-damar fəsadlarından mühafizə edən preparatlardan istifadə etmək lazımdır.


32

SÜNİ QƏLB 2011-Cİ İLDƏ HAZIR OLACAQ Orqan donorluğu sahəsində yaranan çətinlikləri azaltmaq məqsədilə süni qəlb hazırlanır. 15 illik uzun araşdırma dövrünü əhatə edən süni qəlbin hazırlanması prosesinin 2011-ci ildə başa çatması gözlənilir. Avropalı alimlərin hazırladıqları bu qəlb öz prototipi ilə eynilik təşkil etsə də, tamamilə süni olması ilə fərqlənəcək. Tədqiqatlara rəhbərlik edən kardioloq Alain Carpentier bu süni qəlblərin kimyəvi prosedura aparılmış heyvan hüceyrələrindən hazırlandığını bildirib. Onun sözlərinə görə, onlar xəstələrin bu süni qəlbi yad orqan kimi rədd etməməsi üçün də çalışıblar. Paris yaxınlığında aparılan tədqiqatlar artıq heyvanlar üzərində təcrübədən keçirilib və bu əməliyyat fəsadsız ötüşüb. Bütün bunlar tədqiqat qrupunda həmin süni qəlbin insanlar üzərində də effektiv olacağına əminlik yaradır. Əsil ürəkdən fərqlənməyəcək olan bu süni qəlblərin tibdə böyük imkanlar yaradacağı gözlənilir. Hər il bu süni qəlblər vasitəsilə 20 min insana transplantasiya əməliyyatının olunması nəzərdə tutulub.

ALKOQOL BEYNİ KİÇİLDİR ABŞ alimləri alkoqolun az miqdarda qəbul edilsə belə, beyində kiçilməyə səbəb olduğunu müəyyən ediblər. Tədqiqatçılar

qadınların beyninin kişilərə nisbətən alkoqoldan daha çox təsirləndiyini də ortaya çıxarıblar. Onlar bunu qadınların kişilərə nisbətən kiçik bədən quruluşuna malik olması və alkoqolun təsirlərinə qarşı daha həssas olmaları ilə əlaqələndiriblər. 2 min insan üzərində aparılan tədqiqatlara görə, heç alkoqol qəbul etməyən insanlarda beyin kəllənin 78,6 faizini tutub. Alkoqoldan imtina edənlərdə 78,2, arabir içənlərdə 77,8, həddən çox içənlərdə isə bu rəqəm 77,2 faiz təşkil edib.

XALLAR QOCALMANIN QARŞISINI ALIR Bir çox tədqiqatçılar xalların dəri xərçənginə tutulma ehtimalını artırdığını bildirirlər. Bu fakt artıq öz sübutunu tapdığından çox xalı olan insanlar özlərini günəş şüalarından qorumalıdırlar. Britaniya alimləri isə xalların bu mənfi xüsusiyyətinə qarşı, maraqlı nəticə əldə ediblər. Uzun sürən araşdırma nəticəsində onlar belə bir qənaətə gəliblər ki, xalların sayına görə insan orqanizmində gedən qocalma prosesinin sürətini müəyyən etmək olar. London Universitetinin alimləri 1800 insan üzərində apardıqları araşdırma nəticəsində müəyyən ediblər ki, insanda xallar nə qədər çoxdursa, bu, onun uzunömürlülüyünü göstərir. Alimlər tədqiqatlarında xalların xüsusi qoruma qabiliyyətinə malik olduğunu sübut etməyə çalışıblar. Onlar bu xalların genetikasını öyrənərək belə bir nəticəyə gəliblər ki, 100 xalı olan insan 25-dən çox xalı olmayan birinə nisbətən 6-7 il daha çox ömür sürə bilər. Alimlər ümid edirlər ki, xalların genetikasını öyrənməklə gələcəkdə, stenokardiya və osteoporoz kimi xəstəliklərin müalicəsində də yeniliklər edə biləcəklər. Onu da deyək ki, xallar erkən yaşlarından yaranmağa başlayır

və illər sonra bunların bir qismi yox olur. Hər bir insanda təxminən 30-a yaxın xal olur. Bəzən bu rəqəm 400-ə çata bilər.

NƏSLİ KƏSİLMİŞ HEYVANLARIN KLONLARINI YARATMAQ MÜMKÜNDÜR İndiyədək yalnız canlı hüceyrələrin klonlarını yaradan alimlər artıq nəsli kəsilmiş heyvanları da yenidən yaratmaq qərarına gəliblər. Belə ki, yaponiyalı alimlər 16 il dondurulmuş halda saxlanılan siçanın DNT-sindən klon yaradıblar. Bu da bir zamanlar donmuş halda tapılan mamontların da yenidən "həyata qaytarılmasına" ümidləri artırıb. Buz kristalları DNT-yə zərər verdiyi üçün klonlaşdırma prosesi çətinləşsə də, alimlər uğurlu nəticə əldə edəcəklərinə inanırlar. Onlar Rusiyada tapılan donmuş mamont balasının cəsədi üzərində tədqiqatlarını davam etdirirlər. Tədqiqat qrupuna daxil olan yaponiyalı alim Teruhiko Vakayama bu araşdırmanın nəticəsinə əsasən, bütün nəsli kəsilən heyvan növlərinin yenidən həyata qaytarılmasını təmin edə biləcəklərini açıqlayıb. Araşdırmanın nəticələri "National Academy of Sciences" jurnalında dərc edilib.


33 QRİPƏ QARŞI PEYVƏND İNFARKT RİSKİNİ AZALDIR Alman mütəxəssislər qripin ürəyi qidalandıran damarlarda infeksiyalara yol açdığını bildiriblər. Onlar bu infeksiyaların damarları tıxadığından infarkt riskini artırdığını iddia edirlər. Elə ona görə də qripə qarşı peyvənd etdirməklə, daha az bu xəstəliyə yoluxmaq və damarları infeksiyalardan qorumaq mümkündür. Hətta araşdırma nəticəsində müəyyən olunub ki, qrip epidemiyaları dövründə infarkt keçirən insanların sayı 30% artıq olur. Ona görə də mütəxəssislər ürək-damar xəstəliklərindən əziyyət çəkənlərin qripə qarşı peyvənd olunmasının zəruriliyini irəli sürürlər. Bu tədqiqatı aparan alman professor Wolfram Delius xüsusilə 60 yaşdan yuxarı olan insanların hər il qripə qarşı peyvənd olmasını vacib saydığını bildirib.


34


35 QƏRB TƏBABƏTİNİN BANİSİ

ünyada az insan tapılar ki, İbn Sina qədər bəşəri şöhrətə malik olsun. O həm İslam, həm də Avropa mədəniyyətinin inkişafında həlledici rollardan birini oynayıb və bu cəhətdən bəşəriyyətin ən parlaq simalarından biridir. İbn Sina sadəcə istedadlı həkim deyildi. Daha çox "Qanun fit-tibb" ("Tibb qanunları") əsərinin müəllifi kimi tanınan İbn Sina ensiklopedik biliyə malik dahi bir insan idi. İbn Sinanın 450-yə qədər əsər yazdığı güman edilir. Bunlar müxtəlif sahələri əhatə edir: fəlsəfə, tibb, riyaziyyat, astronomiya, mineralogiya, poeziya, musiqi və s. İbn Sina fəlsəfədə Aristotelin parlaq davamçısı idi. Onun fəlsəfə üzrə məşhur əsərlərindən biri "Kitabüş-şifa" ("Şəfa kitabı") adlanır. Burada sadəcə bədənin deyil, ruhun, insan qəlbinin və mənəviyyatın "şəfasından" bəhs edilir.

İslam dünyasında İbn Sinanı ən məşhur təbib və alim kimi tanıyır, onu "Şeyxür-rəis" ("Rəislərin şeyxi") adlandırırdılar. İbn Sinadan sonra yetişmiş bütün Şərq təbibləri və alimləri məhz ondan öyrənir, ona istinad edirdilər. İbn Sina orta əsr Qərb təbabətinin də əsasını qoymuşdu. Onun "Tibb qanunları" həm Qərbdə, həm də Şərqdə tibb sahəsində yazılmış ən mükəmməl, tayı-bərabəri olmayan ensiklopedik əsər sayılırdı. XII əsrdə Kremonalı Gerard (1140-1187) bu kitabı ərəb dilindən latın dilinə çevirəndən sonra o, yüzilliklər boyu Avropa Universitetlərində tibb üzrə ən mükəmməl dərs vəsaiti sayılırdı. Avropada kitab çapı icad edildikdə, Bibliyadan sonra İbn Sinanın məhz bu əsəri çap olundu və əsrlər boyu Qərbdə tirajına görə bütün başqa kitabları üstələdi. XVII əsrə qədər "Tibb qanunları" bütün Avropa universitetlərində tibb üzrə əsas dərs kitabı kimi istifadə olunurdu. Yeri gəlmişkən, Qərbdə İbn Sina Avisenna adı ilə məşhur idi. Böyük dramaturq Aligyeri Dante məşhur İbn Sinanı anaraq, "İlahi komediya"sında onun fəlsəfəsindən yararlanır. Məşhur ispan dramaturqu Löpe de Veqa da "Valensiya gicbəsərləri" əsərində İbn Sinanı yada salıb. İbn Sinanın əsəri o qədər böyük şöhrət qazanmışdı ki, dahi rəssam və heykəltəraş Mikelancelo onun haqqında belə demişdi: "İbn Sinanın ardınca gedib yanılmaq, başqalarının ardınca gedib uğur qazanmaqdan daha yaxşıdır".

İBN SİNA VƏ ODLAR YURDU Müsəlman dünyasının, türk aləminin və ümumiyyətlə, bəşəriyyətin böyük övladı Əbu Əli İbn Sina 980-ci ildə Özbəkistanda, Buxara şəhərinin yaxınlığında yerləşən Əfşana qəsəbəsində anadan olmuşdu. Lakin onun tibbi və elmi

fəaliyyəti daha çox İran və Cənubi Azərbaycanla bağlıdır. O, uzun müddət Həmədanda yaşamış və tibbi biliklər toplamaq üçün Azərbaycanı qarış-qarış gəzmişdi. Dahi Əbu Əli İbn Sina "Tibb qanunları" əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. O, buraya suyun keyfiyyətini yoxlamaq üçün Həmədan şəhərinin hakimi tərəfindən göndərilmişdi. Böyük alim, ensiklopedik zəka sahibi olan İbn Sina 1037-ci ildə 57 yaşında Azərbaycanın cənub sərhədlərində yerləşən Həmədan şəhərində vəfat edib. Qəbri də bu şəhərdədir.

AZƏRBAYCANDA İBN SİNANIN DAVAMÇILARI XI əsrdə yaşamış azərbaycanlı müəllif İsa ər-Raqi Tiflisi İbn Sinanın yaradıcılığı ilə maraqlanırdı və onun "Tibb qanunları" əsərinə şərhlər yazmışdı. Bu şərhlər indi də dünyanın bir sıra məşhur əlyazma toplularında saxlanılır. Böyük Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani (vəfatı 1067-ci il) də İbn Sinanın tələbəsi idi. Fəlsəfəyə aid "ət-Təhsil" ("İdrak") əsərində Bəhmənyar bir sıra tibbi mövzulara da toxunur. Bəhmənyar və İbn Sinanın tanışlığı haqqında bir sıra maraqlı rəvayətlər var. İbn Sina tanınmış alim olanda Bəhmənyar hələ uşaq imiş. Tarixi mənbələrə görə bir gün İbn Sinanın yanına qonşuluqda yaşayan bir uşaq gəlir. O, evlərində ocağı qalamaq üçün İbn Sinadan köz istəyir. İbn Sinanın yanında əyləşmiş şagird və alimlər deyirlər: "Sən özünlə heç nə gətir-


36

məmisən. Közü necə aparacaqsan?" Uşaq bir anlığa duruxur. Sonra yerdən bir qoşa ovuc torpaq götürüb deyir: "Közü bura qoyun". Alimlər uşağın fərasətinə heyran olurlar. İbn Sina isə onun valideynlərinin yanına adam göndərib xahiş edir ki, uşağı ona şagirdliyə versinlər. Bu uşaq gələcəyin filosofu Bəhmənyar əl-Azərbaycani idi. Bəhmənyar İbn Sina haqda xatirələrində belə yazır: "Bir dəfə şənbə günü fəxrlə dərsə gəlmişdik. Elə oldu ki, müzakirədə lazımınca iştirak edə bilmədik. Müəllimimiz dedi: "Görünür, sizin istirahət gününüz faydasız keçib" (müsəlmanlarda cümə istirahət günüdür). Mən də yoldaşlarım kimi cavab verdim ki, istirahət günü gəzməyə getmişdik və buna görə də dərsimizi yaxşı öyrənə bilməmişik. Bu cavabdan sonra müəllim ah çəkərək, gözü yaşarmış halda söylədi: "Kəndirbaz işi ilə gündəlik məşğul olduğundan öz kamilliyi ilə hər şeydən baş çıxaran müdrikləri belə heyrətə sala bilir. Niyə sizin aranızdan bir ağıllı və müdrik uşaq çıxmadı ki, dərs oxumağı

avaraçılıqdan üstün tutsun?". İbn Sina ilə Bəhmənyarın birbirinə yazdığı məktublar da günümüzə qədər gəlib çatıb. Bu məktublarda bir sıra fəlsəfi və elmi məsələlərə toxunulur. İbn Sina qeyd edirdi ki, Bəhmənyar ona doğma oğlundan da yaxındır. İbn Sinanın başqa məşhur azərbaycanlı davamçısı Yusif ibn Məhəmmədcan Qarabağidir (vəfatı 1591). O, Qarabağda anadan olmuşdu. Osmanlı-Səfəvi müharibələri zamanı Azərbaycandan mühacirət edərək, Səmərqənddə yaşayırdı və orada mədrəsədə dərs deyirdi. Yusif Qarabaği İbn Sinanının "Tibb qanunları" əsərinə şərh və haşiyələr yazmışdı.

ƏN MÜKƏMMƏL ƏLYAZMA Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda çox nadir əlyazma əsərləri mövcuddur. Belə əlyazmalardan biri də Əbu Əli İbn

Sinanın "Tibb qanunları" əsəridir. Bu nüsxə 1143 ildə - müəllifin ölümündən 106 il sonra köçürülüb və "Tibb qanunları"nın ən etibarlı əlyazması sayılır. Qeyd edək ki, 2005-ci ilin payızında YUNESKO Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda mühafizə olunan bu əlyazmanı orta əsr tibb elminə aid digər iki əlyazma ilə birlikdə "Dünya Yaddaşı" Proqramının Reyestrinə daxil edib. Həmin siyahıya dünyanın ən unikal və əvəzolunmaz yazılı abidələri daxil edilir. Bu qərarı təsdiqləyən sertifikat Əlyazmalar İnstitutuna YUNESKO-nun baş katibi Koişiro Matsuura tərəfindən təqdim olunub. Beləliklə, "Tibb qanunları" əsərinin ən mükəmməl nüsxələrindən biri Azərbaycanda mühafizə olunur və bu fərəhləndirici fakt dünya ictimaiyyəti tərəfindən qəbul edilib. Fərid ƏLƏKBƏRLİ tarix elmləri doktoru


37


38

ARZU OLUNMAYAN TÜKLƏR


39 lə xəstəliklər var ki, ağrı və əziyyətdən daha çox insana psixoloji gərginlik gətirir. Belə xəstəliklərdən biri də tibb elmində hirsutizm kimi tanınan tüklənmədir. Bu xəstəlik nəticəsində bəzi yeniyetmə qızlarda, həmçinin qadınlarda arzu olunmayan nahiyələrdən tük çıxır və kosmetik görüntünü pozduğundan zərif cinsin nümayəndələri üçün psixoloji problemə çevrilir. Belə qızlarda və qadınlarda özünə inamsızlıq yaranır, xarici görünüşdən doğan narazılıq onları narahat edir. Bəs bu proses nə ilə bağlıdır? Bədənin müxtəlif yerlərində gedən tüklənmə prosesinin hansısa xəstəliklə əlaqəsi varmı? Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz həkim-ginekoloq Gülnarə Məmmədovanın sözlərinə görə, tüklənmə əsasən çənədə, dodaq üstə, döş arasında, göbək ətrafında, beldə müşahidə olunur: “Tüklənmə dərəcəsinə görə müxtəlif olur: yüngül, orta və həddən artıq. Yüngül tüklənmə çənədə, qol və bud hissədə, qarında müşahidə olunur, əsasən incə, yumşaq və açıq rəngli tüklər əmələ gəlir. Tüklənmə səviyyəsi orta dərəcədə olduqda tüklər daha qalın və tünd olur. Əsasən üzdə, sinədə və qarında yaranır. Həddən artıq tüklənmə zamanı isə çox kobud, sərt tüklər çıxır. Saqqala oxşar formada çənədə, hətta qulaqlar və barmaqlarda da çoxlu tüklər yaranır”. Tüklənməyə genetik, hormonal, metabolik pozğunluqlar səbəb ola bilər. Tüklənmənin ən çox rast gəlinən səbəbi genetik faktordur. Belə hallarda həmin qadınlarda menstrual tsikilin gedişi normaldır və həmin qadın üçün hamilə qalmaq da problem olmur. Ancaq mütəxəssisin sözlərinə görə, tüklənmə prosesi əksər hallarda bir sıra xəstəliklərin nəticəsində meydana çıxır. Xüsusən də yumurtalıqların polkistozu nəticəsində qadınlarda tüklənmə

prosesi gedir: “Bu xəstəliyin əsasını uzunmüddətli anovulyasiya nəticəsində yumurtalıqların kistozlu degenerasiyası prosesi təşkil edir. Anovulyasiyanın səbəbləri isə müxtəlifdir. Bu səbəblər içərisində daha çox təsadüf ediləni neyrotransmitterlərin (dofamin, endorfin) hipotalamusda yaranmasının və ifrazının pozulmasıdırsa, digəri böyrəküstü vəzidə androgenlərin hipersintezi və yumurtalıqlarda kistoz dəyişikliklə nəticələnən follikulogenez prosesinin pozulmasıdır. Etioloji baxımdan yumurtalıqların polikistozunun 2 forması var. Birincisi yumurtalıqların polikistozu xəstəliyidir. Hipotalamushipofiz-yumurtalıqlar sisteminin ilkin pozğunluğu olduqda, yəni hamiləlik və ya doğuş patologiyasının, irsi meylliliyin nəticəsində meydana çıxır. İkincisi isə yumurtalıqların polikistozu sindromudur. Bu zaman pozğunluq mövcud olan patologiyanın fonunda baş verir (yoluxucu xəstəliklər, intoksikasiya, stress, androgenital sindrom)”. Qeyd edək ki, bu xəstəliklə bağlı ilk məlumatlar XVIII əsrdə verilib. Lakin ən dolğun məlumatları Şteyn və Levental verib (1935). Ona görə də bu xəstəlik Şteyn-Levental sindromu adı ilə tanınıb. Bu xəstəlik zamanı qadınların yumurtalıqlarında çox saylı narın kistalar aşkarlanır. Bu kistalardan estrogen hormunu az ifraz olunduğu halda, qadının cinsi həyatı üçün mənfi təsir göstərən testosteron hormonu daha çox ifraz olunur. Nəticədə hiperandrogenizm adlanan hormon natarazlığı ortaya çıxır. Hormonlar qan dövranı nəticəsində bütün orqanlara daşındığından vücudun hər yerində dəyişikliklər yaradır. Bu zaman üz dərisi yağlanır, üzdə və bel nahiyəsində müalicəyə tabe olmayan civzələr çıxır, menstrual tsikl pozulur, saç tökülür, çəki artır. Gülnarə Məmmədova yumurtalıqların polikistozunun şəkər xəstəliyi olanlarda daha çox rast gəlindiyini bildirir: “Yumurtalığın polikistozu və bundan doğan tüklənmə prosesi həddən artıq kök qızlarda da geniş yayılıb. Polikistozlu yumurtalıqların ən böyük fəsadı onun sonsuzluğa yol

açmasıdır. Bəzi hallarda yumurtalıq xərçəngi nəticəsində də tüklənmə gedir. Bu halda tüklənmə qəfildən başlayır, sürətlə çoxalır, saçlar tökülür, səs qalınlaşır və qadında kişi görkəmi yaranır”. “Yumurtalıqların polikistozu zamanı artıq çəki, üzdə civzə və sızanaqların yaranması, normadan artıq tüklənmə müşahidə edilsə də, bəzi hallarda bu xəstəlik heç bir kliniki əlamət göstərmir. Polikistozlu yumurtalıqların yeniyetmə və gənc yaşlı qızlarda da geniş rast gəlindiyinə baxmayaraq, hər hansı klinik əlamətin olmadığı halda bunu yalnız sonsuzluqla bağlı müraciət etdikdə aşkarlaya bilirik. Yeniyetmə qız uşaqlarında anamnez toplayarkən aybaşı tsiklinin pozulması, saçların sürətlə uzanması, bədənin müxtəlif yerlərinin sıx tüklənməsi, çəkinin artıq olmasına diqqət yetirmək lazımdır. Bəzən isə bu əlamətlərin heç birinə rast gəlinmir və bu diaqnoz yalnız USM zamanı təyin edilir”. Ginekoloq Gülnarə Məmmədova bu fikirdədir. Tüklənmənin səbəblərindən biri də böyrək üstü vəzdən qaynaqlanan hormonal pozğunluqlardır. Bu hal anadangəlmə olur, yeniyetməlik çağlarında isə özünü büruzə verir. Və daha çox qohum evliliyindən doğulan qızlarda özünü göstərir. Qadınların təxminən 8 faizində tüklənmə böyrəküstü vəzdən qaynaqlanır. Fizioloji amillər (erkən yeniyetməlik), bəzi dərmanlar (xüsusən də hamiləliyə qarşı olan kontraseptiv həblər), xroniki stress kimi amillər də tüklənməyə səbəb ola bilər. Tüklənmənin qarşısını almaq üçünsə ilk növbədə həkim müayinəsindən keçərək, onun hansı səbəbdən ortaya çıxdığını öyrənmək lazımdır. Bu zaman dərman müalicəsi ilə yanaşı, kosmetik müalicə də aparmaq olar. Müasir dövrdə tüklərin lazer üsulu ilə məhv edilməsi effektiv yol sayılır. Əgər tüklənməyə məruz qalan qadının çəkisi artıqdırsa, o, ilk növbədə arıqlamağa çalışmalıdır. Çünki piylənmə tüklənməni daha da artırır. Xəyalə Mustafayeva


40

HAMİLƏLİYİ AĞIRLAŞDIRAN SƏBƏBLƏR


41 VİRUS VƏ İNFEKSİYALARIN DÖLƏ TƏSİRİ

dətən qadınlar həkimə yalnız hamilə olduqlarını öyrəndikdən sonra müraciət edirlər. Hamiləlikdən əvvəl müayinə və müalicə olunmaq isə çoxlarına artıq bir iş kimi görünür. Əslində isə hamiləlik aylar öncə planlaşdırılmalı, qidalanma rejimi, həyat tərzi buna uyğun qurulmalıdır. Həmçinin hamiləliyin gedişini ağırlaşdıra biləcək xəstəliklər vaxtında aradan qaldırılmalıdır. Əks təqdirdə, bir sıra xəstəliklər, virus və infeksiyalarla yoluxma hamiləliyin patologiyalı keçməsinə, həm ana, həm də dünyaya gələcək körpənin sağlamlığı üçün təhlükə yaranmasına səbəb ola bilər. Hamiləliyin ağırlaşmasına səbəb olan amillər, bu patologiyaların aradan qaldırılması yolları barədə gələcək anaları məlumatlandırmaq üçün suallarımızı həkim-ginekoloq Suqra Hüseynovaya ünvanladıq.

Onu da qeyd edək ki, hamiləlik dövründə baş verən patoloji hallar həm qadının özünün genital (cinsiyyət orqanlarının patologiyası) xəstəliklərindən, həm də ekstragenital amillərdən asılı ola bilər. Ekstragenital dedikdə ürək, böyrək, ağciyər, qaraciyər, ürək patologiyaları nəzərdə tutulur. Ginekoloq S.Hüseynovanın sözlərinə görə, müasir dövrdə genital infeksiyalar çox yayılıb: “Uşaqlıq yolunda, uşaqlıq boynunda baş verən stafilokok, streptokok, qonoreya, göbələk, xlamidiya kimi infeksiyalar hamilə qadın üçün təhlükə törədə bilər. Bunlardan xlamidiya virusu daha qorxuludur. Cinsi yolla keçən bu virus çox vaxt sonsuzluqla nəticələnir. Hamiləlik zamanı qadın uşaq salma və qanaxmalarla üzləşir. Qanda olan infeksiyalar, viruslar da hamiləlik üçün qorxuludur. Bunlardan hazırda sitomeqalovirus, herpes, rubella, toksoplazma geniş yayılıb. Onların həm kəskin, həm də xroniki formaları müşahidə olunur. Xroniki forma hamiləlik üçün o qədər də böyük təhlükə yaratmır. Bu zaman bədən immuniteti aşağı düşür və qrip, angina, soyuqdəymə hallarının hamilə qadında ağır keçməsinə səbəb olur. Sitomeqalovirus, herpes kimi virusların kəskin formaları isə daha çox dölün bətndaxili inkişafında qüsurlar əmələ gətirə bilər. Bu virusların ən çox sevdiyi yer isə dölün sinir toxuması və gözüdür”.

TOKSOPLAZMA ÇİY ƏTDƏN YARANIR Dölü bətn daxilində zədələyə biləcək infeksion xəstəliklərdən biri də zoonoz infeksiyası olan toksoplazmozdur. Toksoplazmozu göyərçinlər, xəstə pişiklər, itlər və digər һeyvanlar yayırlar. Onların ağız suyu, südü, sidiyi, nəcisi vasitəsilə toksoplazma ifraz olunur. İnsan heyvanların yoluxdurduğu

qida və sudan istifadə etdikdə, xəstə һeyvanlardan alınmış ərzağı çiy, ya da yaxşı bişməmiş һalda (ət, süd, yumurta) yedikdə, həmçinin çirkli əllərdən toksoplazma ilə yoluxurlar. Xanımların adət etdiyi, çiy ətin dequstasiyası (dadını yoxlama) da çox vaxt toksoplazma ilə yoluxmaya gətirib çıxarır. Çox vaxt xəstəliyin simptomlarını müşahidə etmək mümkün olmur. Qadın һamilə olmayınca onda toksoplazmoz olduğunu һiss etmir. Qeyd edək ki, hamiləlikdən qabaq yoluxma uşaq üçün o qədər də böyük təhlükə törətmir. Bu virus və infeksiyalar xüsusən hamiləliyin ilk üç aylığında təhlükəlidir. Çünki bu dövrdə orqanogenez, yəni uşağın müxtəlif orqanlarının qurulması və formalaşması prosesi gedir. Ona görə də hamilə qadın bu dövrdə qidalanmasına, həyat şəraitinə xüsusi diqqət yetirməlidir ki, hər hansı patologiyalar yaranmasın. Həmsöhbətimizin sözlərinə görə, toksoplazmoz müalicə olunduqdan sonra qadın sağlam uşaq doğa bilər: “Bu infeksiya uşaqlıq əzələsi, beyin və göz toxumasını daha çox «sevir». Toksoplazma həmin nahiyələrin ətrafında bərk sistlər əmələ gətirir. Onun buraxdığı toksinlər ananın qanına yayılır. Toksoplazmoz da kəskin və xroniki ola bilər. Əgər xəstəlik kəskin formada deyilsə, dərman qəbuluna ehtiyatla yanaşmaq lazımdır. Çünki infeksiyanı məhv etmək üçün qəbul edilən dərmanlar qaraciyərin funksiyasının pozulması ilə nəticələnir. Məsələ burasındadır ki, qaraciyər zərərli maddələrin, toksinlərin orqanizmdən çıxarılmasında əsas rol oynayır. Qaraciyərin funksiyası pozulduqda bu maddələr çıxarılmır və daha ağır fəsadlara səbəb olur. Hətta dölün də qaraciyərində patologiyaların yaranmasına gətirib çıxarır. Bir çox həkimlərimiz bunları bilmədiyindən hamilə qadınları hamiləliyin ilk 4, bəzən 7 ayı müddətində müalicə edir, onlara güclü dərmanlar yazırlar. Nəticədə uşaq ölü və ya vaxtından əvvəl doğulur, səbəb kimi isə yenə


42 də toksoplazmoz göstərilir. Həmçinin belə hallarda döldə kəskin sarılıq və qaraciyər patologiyaları yaranır ki, buna da dərman sarılığı və ya dərman hepatiti deyilir”.

HAMİLƏLİK VƏ QAN AZLIĞI Hamiləliyin patoloji keçməsinə infeksiyalarla yanaşı anemiya (qan azlığı) halları da böyük təsir göstərir. Anemiya daha çox dölün mərkəzi sinir sisteminin pozulmasına səbəb olur. Qan azlığı dölün beynində hipoksiyanın (oksigen aclığı) yaranmasına səbəb olur. Bu da döldə ağır nevroloji vəziyyətin yaranmasına və beynin hipoksik-işemik mənşəli zədələnməsinə gətirib çıxara bilər. Sonralar belə körpələrdə yuxusuzluq, narahatlıq, əsəbilik, iştahasızlıq, kəskin nevroloji əlamətlər müşahidə oluna bilər. Hətta qıcolmalara belə gətirib çıxarar. Anemiyalı qadınlar uşağa oksigen çatdıra bilmədiyindən mübadilə prosesi pozulur. Çünki anemiya hallarında oksigeni daşımaq üçün qadın orqanizmində «nəqliyyat vasitəsi» olan hemoqlobin çatışmır. Yaddan çıxarmaq olmaz ki, hamiləlik zamanı qadın orqanizminin oksigenə olan tələbatı əhəmiyyətli dərəcədə artır, bir sözlə, hamilə qadın «iki nəfərin» əvəzinə həm yeyir, həm də nəfəs alır. Qanın oksigenlə zənginləşməsinin azalmasına ürək və ağciyərlərin, yəni oksigenlə mübadilədə əsas rol oynayan orqanların bəzi xəstəlikləri, eləcə də hipertoniya, ağır infeksion və digər xəstəliklər də səbəb ola bilər. Oksigen aclığı dölün orqanlarının zədələnməsinə, zəif, hətta ölü uşaqların doğulmasına səbəb olan əsas amillərdəndir. S.Hüseynovanın sözlərinə görə, hamiləliyin erkən dövrlərində oksigenin çatışmazlığı rüşeymin tələf olmasına, onun qüsurla inkişaf etməsinə ya da ciftdə qüsurun olmasına gətirib çıxarır: “Bu da, öz növbəsində, hamiləliyin gedişinə və doğuşa təsir göstərir. Bətndaxili inkişafın sonrakı dövrlərində də dölün oksigen aclığı çəkməsi

gələcək uşağın səhhəti üçün izsiz keçmir. Belə halda döl inkişafdan qala bilər, ya da çəkisi az olan uşaq doğular. Sonradan uşağın zehni cəhətdən də geri qaldığı üzə çıxır. Unutmaq lazım deyil ki, anemiyalı qadınlarda doğuş prosesi qanaxmalara, normal yerləşmiş ciftin hissəvi və ya tam ayrılması kimi ağır fəsadlara da gətirib çıxara bilər”.

HAMİLƏLİK VƏ BÖYRƏK ÇATIŞMAZLIĞI Bəzən ən cavan qadınlarda belə ürək qüsuru, ağciyərlərin, qaraciyərin, böyrəklərin müxtəlif xəstəliklərinə təsadüf edilir. Məsələ burasındadır ki, ürəkdə olan xəstəlik, böyrək çatışmazlığı, həmçinin diabet və digər xəstəlikləri olan qadınlarda hamiləliyi başa çatdırmaq bir çox hallarda təhlükəli olur. Ancaq bu, o demək deyil ki, belə xəstəlikləri olan qadınlar ana ola bilməzlər. Sadəcə bu cür patologiyaların yaranmaması üçün hər hansı bir xəstəliyi olan qadınlar hamiləlikdən əvvəl müalicə olunmalıdırlar. Yaddan çıxarmaq olmaz ki, һamiləlik xəstə orqana əlavə, bəzən gücü çatmayacaq yükdür. Ginekoloq S.Hüseynova hamilə qadınlarda ekstragenital amillərdən böyrək patologiyalarının daha çox müşahidə olunduğunu deyir: “Çünki hamiləlik vaxtı böyrəyə çox güc düşür. Böyrəklər bədəndə olan bütün artıq maddələri çıxarmalıdır. Hamiləlik artdıqca mexaniki olaraq sidik axarları və sidik kisəsi sıxılır. Bu zaman böyrək ləyənləri genişlənməyə başlayır. Böyrəklər öz funksiyalarını yerinə yetirə bilmədikdə isə hamiləliyi davam etdirmək təhlükəli ola bilər. Bundan başqa bədəndə oksigen mübadiləsini həyata keçirən ağciyərdə patologiya olduqda oksigen aclığı yaranır. Bu zaman dölün də oksigenlə təchizatı pozulur. Bu da döldə beynin qan dövranının zəifləməsinə və uşağın inkişafdan qalmasına səbəb ola bilər. Epilepsiya, sinir sistemi xəstəlikləri, ürək xəstəlikləri də

hamiləliyin patoloji keçməsinə səbəb olur. Endokronoloji xəstəliklərdən zob, böyrək üstü vəzin pozuntuları, androgen hormonların çox olması da hamiləliyin gedişində xoşagəlməz hallar yaradır”. Xromosomlarda baş verən dəyişikliklər də hamiləliyin patologiyasına səbəb ola bilər. Bu zaman Daun sindromlu, dovşan dodaqlı, qurd ağızlı uşaqlar doğulur. Belə halların yaranmasına isə çox vaxt bizim qidalanma rejimimiz, ekoloji çirklənmələr səbəb göstərilir. Hətta içdiyimiz suyun, stressin, gərgin rejimin də hamiləliyin patologiyalı keçməsinə təsiri var. Çünki bu vəziyyətlərdə uşaqlığın tonusu artır. Bu isə öz növbəsində ya uşaqsalma ilə nəticələnə, ya da uşaqda hər hansı bir qüsurların yaranmasına səbəb ola bilər. Genetik amillərin, irsi xəstəliklərin də hamiləliyin ağırlaşmasına təsirləri böyükdür. Hamiləlik ərzində alkoqol və tütün kimi faktorlardan uzaq olmaqda da fayda var. Düzdür, Azərbaycanda qadınlar arasında siqaret çəkmək geniş yayılmayıb. Ancaq nəzərə alsaq ki, siqaret çəkən adam özünə bir dəfə ziyan vurursa, ətrafındakılara 50 qat artıq zərər yetirir, onda hamilə qadının da nikotinin zərərlərinə məruz qaldığı ortaya çıxar.

REZUS UYĞUNSUZLUĞU OLDUQDA... Hamiləlik zamanı rezus amilin də böyük rolu var. Məlumat üçün bildirək ki, rezus-amil eritrositlərin tərkibində olan xüsusi zülal maddəsidir. Bu maddə insanların hamısında olmur. Yer kürəsində yaşayan əhalinin 15%-də eritrositlərinin tərkibində rezus-amil yoxdur. Belə insanlarda rezus-amil mənfidir. Digər 85 faizdə isə rezus müsbətdir. Adi hallarda qanda olan rezus-amil adamların sağlamlığına, onların səhhətinə, zehni qabiliyyətinə heç bir təsir göstərmir. Ancaq hamiləlik vaxtı bu məsələ xüsusi əhəmiyyət daşıyır. Əgər atanın qanı müsbət,


43 ananın qanı mənfidirsə, onda uşaq rezus amilini həm anadan, həm də atadan götürə bilər. Əgər dölün eritrositlərində anada olduğu kimi rezus-amil yoxdursa, onda bətn daxilində böyüyən döl ilə ana orqanizmi arasında heç bir uyğunsuzluq baş verməyəcək, yəni hamilə qadında antitellər əmələ gəlməyəcək, uşaq normal inkişaf edəcək və sağlam doğulacaq. Ancaq döl rezus amilə görə ana orqanizmi ilə uyğun gəlmədikdə, buna cavab olaraq hamilə qadının orqanizmi rezusa qarşı xüsusi antitellər hasil etməyə başlayacaqdır. Bu məqamla bağlı fikirlərini bizimlə bölüşən ginekoloq S.Hüseynova antitellərin ciftdən dölün qanına keçərək onun eritrositlərini parçaladığını bildirir: “Nəticədə döl zədələnə, bəzən hətta bətn daxilində ölə də bilər. Bəzi qadınlarda uşaq diri doğulur, ancaq onlarda aydın görünən qanazlığı və sarılıq olur. Ancaq bu ilk hamiləlikdə o qədər də qorxulu deyil. Çünki rezus amilə qarşı antitel 28-ci həftədən sonra yaranmağa başlayır. 37-38-ci həftələrdə daha çox artır. Ona görə də rezus amili mənfi olan qadınlar hamiləliyin 28-ci həftəsində müayinə olunmalı, döllə ananın qanında rezus fərqliliyi varsa, onda antitellərin yaranmasının qarşısını almaq üçün müalicə edilməlidir. Belə hallarda doğuş iki həftə qabağa alınır ki, antitel uşağı zədələməsin. Sonrakı hamiləliklərdə rezus fərqliliyi uşağın düşməsinə və hamiləliyin patologiyalı keçməsinə səbəb ola bilər”. Ginekoloqun sözlərinə görə, qadınlar hamiləlikdən doğuşa qədər müntəzəm olaraq həkim nəzarətindən keçməli, uşağın inkişafı izlənilməli, həmçinin gələcək analar özlərini stress və əsəbdən qorumalı, düzgün qidalanmalıdırlar. Unutmaq lazım deyil ki, uşağın bətndə düzgün inkişaf etməsi üçün ilk növbədə ananın özü sağlam olmalıdır. Rəna Namazqızı


44

UŞAĞIN İNKİŞAF DÖVRLƏRİ


45

raşdırmalar göstərir ki, altı yaşa qədər olan dövr uşağın gələcək inkişafında mühüm rol oynayır. Belə ki, bu mərhələdə uşağın fizioloji, zehni, psixoloji inkişafı normal gedərsə, sonrakı illərdə onun şəxsiyyəti daha düzgün formalaşar, qabiliyyəti, bilik və bacarığı yaxşı inkişaf edər. Obrazlı desək, möhkəm təməl üzərində tikilən bina daha dayanıqlı olduğu kimi, inkişafına çox vaxt və əmək sərf edilən uşağın gələcək həyatı da bir o qədər düzgün qurular. Mütəxəssislər bu dövrü iki hissəyə ayırırlar: 0-3 yaş; 3-6 yaş. Bu yazıda birinci dövrdən söhbət açacağıq.

QİDA REJİMİ DÜZGÜN QURULMAZSA... Mütəxəssislər bildirirlər ki, bu dövr ərzində ilk növbədə uşağın düzgün qidalandırılmasına, gigiyenik təmizliyinə, sağlamlığına xüsusi diqqət göstərmək lazımdır. Körpələrin ana südü ilə qidalan-

ması, xüsusən də ilk 6 ay üçün vacib şərt kimi irəli sürülür. Məsələ burasındadır ki, körpələrin ana südü ilə qidalanması onların xəstəliklərə qarşı immunitetini artırır, eyni zamanda körpələrin sağlam böyüməsinə təminat verir. Ümumiyyətlə, qidalanma amilində ilk 3 ildə yaradılan alışqanlıqlar uşağın həyatında mühüm rol oynayır. Araşdırmalara görə, 3 yaşa qədər qurulan düzgün qida rejimi uşağın gələcək həyatına və sağlamlığına böyük təsir göstərir. Belə ki, qida prosesinin düzgün qurulması həmin körpəni gələcəkdə piylənmə, şəkər, ürək xəstəlikləri və böyrək çatışmazlığından qoruya bilər. Ona görə də mütəxəssislər sağlam gələcək üçün körpələrə verilən qidalara diqqət yetirməyin vacib olduğunu vurğulayırlar. İlk növbədə isə duzdan istifadədə diqqətli olmağı məsləhət görürlər. Çünki körpələrin böyrəkləri hələ kifayət qədər inkişaf etmədiyindən bədəndəki artıq duzu ata bilmir və erkən yaşlardan körpənin vücudunda duz ehtiyatı toplanmağa başlayır. Bu həmin körpənin gələcəkdə hipertoniyadan (yüksək təzyiq) əziyyət çəkməsinə də səbəb ola bilər. Bir yaşına qədər olan körpələrin gün ərzində 1 qramdan, 1-3 yaş arasındakı körpələrin isə 2 qramdan artıq duz işlətməsi düzgün deyil. Körpələr dünyaya gəldikləri ilk gündən şirin qidalara meylli olurlar. Düzdür, şirin qidalar körpəyə enerji verir, amma onu vacib vitamin və minerallarla təmin etmir. Ona görə də körpələrin həddən artıq müxtəlif şirniyyatlar, qazlı içkilər qəbul etməsinə mane olmaq lazımdır. Bu qidaların əvəzində uşağa müxtəlif meyvə və tərəvəzlər, süd vermək daha xeyirlidir. Çünki meyvələrdə C vitamini çox olur. Körpələr isə böyüklərdən 4 dəfə artıq bu vitaminə ehtiyac duyurlar. Sağlam diş ətləri, zehni inkişaf üçün də bu vitamin vacibdir. Bundan başqa gün ərzində 2-3 dəfə meyvə yemək körpələrdə qəbizliyin qarşısını alır.


46

ƏRKÖYÜNLÜK QORXUSU Digər əsas şərtlərdən biri də uşağı oxşamaq, qucaqlamaq, onunla danışmaq, oynamaq, birlikdə vaxt keçirmək, gəzdirmək, bir sözlə ona sevildiyini hiss etdirməkdir. Düzdür, bəzi valideynlər düşünürlər ki, körpəni çox əzizləmək, qucaqlamaq onun ərköyün böyüməsinə səbəb olur. Ancaq psixoloqlar bunun yanlış fikir olduğunu bildirirlər. Hələ erkən aylardan körpə ilə danışmaq (o sizə cavab verə bilməsə belə), ona daim gülümsəmək lazımdır. Bu baxımdan Çikaqoda 2 yaşlı körpələr arasında aparılan araşdırmanın nəticəsi xüsusi maraq doğurur. Araşdırma zamanı bəlli olub ki, çox danışan anaların uşaqları az danışan anaların uşaqlarına nisbətən daha artıq söz bilir. Bu fərq 295 sözdən ibarət olub. Ona görə də bu dövrlərdə uşaqla daim söhbət etmək, onun suallarını cavablandırmaq, yeni sözlər öyrənməsinə kömək etmək lazımdır. Psixoloqlar bildirirlər ki, ünsiyyətin zəngin olduğu bir ailədə böyüyən uşağın məktəbdə uğur qazanması danılmaz faktdır. Onu da qeyd edək ki, 1-1,5 yaşa kimi körpə anasına çox bağlı

olduğundan və onun yanında özünü arxayın hiss etdiyindən bu mərhələdə ananın uşağından uzun müddətə ayrılması düzgün deyil. Çünki bu dövrdə körpə həm də onun üçün yad olan mühitdən, insanlardan və əşyalardan qorxur.

UŞAĞI ALDATMAYIN, YALAN VƏD VERMƏYİN... 1,5-3 yaş arasındakı mərhələ isə uşaqların müstəqillik dövrü adlandırılır. Bu yaşlarda ayaq üstə dayanmağı, yeriməyi öyrənən uşaq ətrafdakı hər şeyi araşdırmağa, yeni sözlər öyrənməyə başlayır. Uşaq ilk addımlarını atması ilə kimdənsə asılı olmadığının sevincini yaşayır, artıq istədiyi tərəfə sərbəst gedə bilir. Digər tərəfdən qorxur. Axı, bundan əvvəl həmişə anası yaxında olub, onun qucağında özünü etibarlı hiss edib. Ona görə də bu dövrdə uşaq qarışıq duyğular içərisində olur, həm anasından uzaqlaşıb sərbəst yeriməyi öyrənmək istəyir, həm də bir neçə addım atan kimi arxasına baxıb, var gücü ilə anasına doğru qaçmağa çalışır. Uşağın ananı itirmək qorxusu onun daha gec yeriməsinə səbəb ola bilər. Bu zaman yeriməklə anasını itirməyəcəyini, nə qədər uzaqlaşsa da, anasının daim yaxınında olduğunu ona hiss etdirmək lazımdır. Bunu analar

təbəssümü, sevgi və nəvazişli davranışı ilə uşaqlarına hiss etdirə bilərlər. Yeriməyə başlayan körpə artıq hər bir hərəkətində müstəqil olmağa çalışır. Hətta təkid edir ki, yeməyini özü yesin. Onun bu arzusunu anlayışla qarşılamaq lazımdır. Sərhədi keçən, özünə və ya ətrafındakılara zərər verə biləcək ərköyün davranışlar zamanı məhdudiyyət tətbiq etmək olar. Ancaq digər hallarda onu məcburiyyət qarşısında qoymaq düzgün deyil. Çünki bu mərhələdə onun hər hərəkətinə qadağa qoymaqla uşağın şəxsiyyətinin inkişafına mane olarsınız. Düzgün hərəkətlər etmədikdə onu danlamaq, utandırmaq, ağır cəzalar vermək də uğurlu seçim deyil. Bu, onun gələcəkdə sərbəst şəkildə qərar qəbul etməsinə mane olar, zəif iradəli, inamsız böyüməsi ilə nəticələnər. "Uşaqdır, aldatsaq, heç nə olmaz" deyərək, az yaşlı uşağa yalan danışmaq da düzgün hərəkət deyil. Xüsusən də "yaddan çıxarar" düşüncəsi ilə yalan vədlər vermək uşağın zehni inkişafına mənfi təsir göstərər. Onda böyüklərə inamsızlıq hissi yaranar, həmçinin özü də böyükləri təqlid edərək yalan danışmağa başlayar. Unutmaq lazım deyil ki, ana və ata uşaq üçün ətrafa, dünyaya açılan bir pəncərədir. Ona görə də uşaq bu pəncərədən hər zaman gözəl şeylər görməlidir. Rəna Namazqızı


48

KEÇƏLLƏŞMƏNİN SƏBƏBLƏRİ


49

əşhur «gözəllik ondur, doqquzu don» məsəlini, «gözəllik ondur, doqquzu saç» kimi səsləndirsək, yəqin ki, səhv etmərik. Ən azı ona görə ki, zərif cinsin nümayəndələri müxtəlif saç düzümü üçün hər zaman xərc çəkməyə hazırdırlar. Düzdür, bu məsələdə kişilər qadınlar qədər həssas deyillər. Amma kişilərin yaralı yeri olan keçəlləşmənin qarşısını almaq üçün elə güclü cinsin nümayəndələri də vardövlətlərindən keçməyə hər an hazır olurlar. Xüsusilə də keçəlləşmə gənc yaşlarında baş verdikdə. Qeyd edək ki, kişilərdə saçların tökülməsinə hər yaşda rast gəlmək mümkündür. Düzdür, saçların müəyyən yaşdan sonra seyrəlməsi fizioloji haldır və normal hesab olunur. Ancaq bəzən keçəlləşmə prosesi sürətlənir və saç gənc yaşlardan tökülməyə başlayır. Bəs bu proses nə ilə bağlıdır? Tədqiqatlar göstərir ki, saç

tökülməsinə kişilik hormonları (androgen), genetik faktorlar və yaş amili daha çox təsir göstərir. Müasir dövrdə kişilərdə keçəlləşmə prosesinin 70%-nin genetik amillərlə bağlı olduğu bildirilir. Bu proses genetik olduqda, bir çox hallarda saç tökülmələri 18 yaşda başlayır. Bəzi hallarda isə saç tökülməsinin başlama dövrü 35 yaşa qədər gecikə bilər. Stress, infeksion və dermatoloji xəstəliklər, normal qidalanmamaq, yanıqlar və travmadan sonrakı səbəblər də saç tökülməsinə gətirib çıxara bilər. Vərəm, çoxlu tərləmə nəticəsində də baş dərisinin qan dövranı zəifləyir, saç köklərinin qidalanması prosesi pozulur. Bu da saçların itirilməsi ilə nəticələnir. Dəri xəstəliklərindən olan dermatitlər də saç tökülməsinə səbəb olur. Belə ki, bakteriyaların əmələ gətirdiyi dermatit növlərində baş dərisi bir neçə təbəqədə qabıq verir, daha sonra saçlar tökülür. Dermatitin ilkin əlamətlərinə misal olaraq, dəri həssaslığının artması və saç dibinin ağarmasını göstərmək olar. Onu da bildirək ki, kişilərdə saç tökülməsi alın kənarları və təpə nahiyəsindən başlayaraq, qulaqların arxası və peysər xaric bütün saçların itirilməsinə qədər irəliləyə bilər. Bəzən isə saç başın müəyyən bir bölgəsində, dairəvi və ya oval şəkildə tökülür. Sağlam qidalanmamaq, hormon çatışmazlığı, qan dövranı pozğunluqları, hədsiz zehni yorğunluq, əsəbilik bu cür saç tökülməsinə yol açan səbəblərdir. Saç tökülməsinin qarşısını vaxtında almaq üçün ilk növbədə dermatoloqa müraciət edərək, bunun səbəbini aydınlaşdırmaq lazımdır. Daha sonra saçların itirilməsinə gətirib çıxaran xəstəlikdən asılı olaraq vaxtında və düzgün müalicə tətbiq olunmalıdır. Saç tökülməsinə hər hansı bir ciddi xəstəlik, hormonal və genetik amillər səbəb olmadıqda qısa müddət ərzində bu problemlər aradan qalxır. Məsələn, stress, qidalanma rejiminin pozulması, dəmir

çatışmazlığı, A vitamininin həddən çox qəbul edilməsi, kimyaterapiya müalicəsindən sonra saç tökülməsi halları baş verir. Ancaq bu cür tökülmə müalicədən sonra dayanır. Müalicə zamanı stressdən qorunmaq, istirahət etmək və qidalanmaya da xüsusi diqqət yetirmək lazımdır. Ancaq saç tökülməsinə dəriyə dəyən zərər, yanıq və irsi faktorlar səbəb olduqda bu cür keçəllik ömür boyu qala bilər. Saç tökülməsi xəstəliklə bağlı ortaya çıxdıqda və tökülmə başlanğıc fazasında olduqda, dərmanlardan istifadə etməklə keçəlləşmədən yaxa qurtarmaq mümkündür. Psixoloji səbəbdən saç tökülməsinin qarşısını isə yalnız psixoloji müalicə ilə almaq mümkündür. Müasir dövrdə müalicə effekt vermədikdə, əməliyyat yolu ilə saç əkdirmək mümkündür. Əkilən saçlar başda həm bir neçə il, həm də uzun illər qala bilər. Başın peysər nahiyəsində olan, androgenlərə və genetik faktorlara dözümlü saç köklərinin seyrəlmiş hissəyə köçürülməsi digər üsullardan daha uğurludur. Başqa insandan saçların köçürülməsi halında isə orqanizm yad saçı rədd edir və belə saçlar tezliklə tökülür. Keçəlləşmə kişilərin əksəriyyəti üçün arzuolunmaz və stress yaradan prosesdir. Cəmiyyətdə keçəllik daha çox yaşlılıq əlaməti kimi qəbul edildiyindən bir çox kişilərdə bu hal özünə inamsızlıq və psixoloji problemlər yaradır. Bilirsiniz? Saç hər ay təxminən 1 sm uzanır. Sağlam insanda təqribən 100.000 - 150.000 saç teli var. Gün ərzində tökülən saçların normal həddi 50-100-dür. Bir saç telinin diametri 0,1 millimetrdir. Rəna Namazqızı


50

QIŞDA DA GÖZƏL OLAQ


51

oyuq qış aylarında külək, şaxta, rütubətli hava, yağıntılar qadınlar üçün arzuolunmaz hallar yaradır, gözəlliklərinin qorunması yolunda onlara çətinlik törədir. Havaların soyuması ilə birlikdə, sifətin və əlin dərisi, göz ətrafları, zərif dodaqlar quruyur və kobudlaşır. Saçlar öz canlılığını və təravətini itirərək solğun görüntü alır. Ona görə də bir çox qadınlarda qış fəsli quru və gicişən dəri, çatlamış dodaqlar və elektriklənmiş saçlar ilə assosiasiya olunur. Əslində isə dəri və saçların gözəlliyini qorumaq hətta qış aylarında da çətin deyil. Qış aylarında kəskin soyuqlar və qapalı məkanların quru, isti havası dərinin nəmlilik səviyyəsini qorumağa mane olur. Xüsusən də havası dəyişdirilməyən qapalı yerlər dərinin nəfəs almasını çətinləşdirir, məsamələri tutur və dəridə qara nöqtələr artır.

Həmçinin evlərdə istifadə olunan xüsusi qızdırıcılar da havanı qurudur. Çirklənmiş və quru hava isə dəri və saçlar üçün əsl problemdir. Yaxşı olar ki, qızdırıcıların üzərinə yaş dəsmal və ya yaxınlığına iri qabda su qoyulsun. Bu zaman otağın havası nəmləndirilmiş olar və dərinin, saçların qurumasının qarşısı alınar. Soyuq havalar ən çox uşaqlar, yaşlılar və quru dərili insanların dərisində problem yaradır. Qış aylarında qida rejiminin düzgün qurulmaması da soyuq hava qədər dəriyə zərər vurur. Belə ki, dərinin yaşlanmasının və qurumasının qarşısını almaq üçün ilk öncə menyuya balıq və tərəvəz məhsulları daxil edilməlidir. Həmçinin gün ərzində ən az 1,5 litr maye qəbul olunmalıdır. Qoz, fındıq, badam da dərini nəmləndirir, qidalandırır və gəncləşdirir. Qış aylarında dəriyə zərər verən əsas amillərdən biri də teztez çox isti vanna və ya duş qəbul etməkdir. Bu dəridəki təbii yağların yox olmasına səbəb olur. Həmçinin dərinin qurumasını tezləşdirir. Ümumiyyətlə, qış aylarında üz dərisini də isti su ilə yumaq məsləhət deyil. Qış aylarında kontrastlı duş qəbul etmək dəri üçün çox xeyirlidir. Bunun üçün duş qəbul edərkən 15 saniyə ərzində soyuq suyun altında qalın. Daha sonra suyun istiliyini bir az artırın və azaldın. Bu proseduranı iki dəqiqə ərzində davam etdirin. Bu sadə hidroterapiya əməliyyatıdır. Bu yolla bədəninizin qan dövranını tənzimləyərək, dərinizin təravətlənməsinə kömək etmiş olarsınız. Dərinin yumşaq və gözəl görünməsi üçün limon qatılmış isti su içə bilərsiniz. Dezinfeksiyaedici xüsusiyyətə malik limon pis görünüşlü dəriyə səbəb olan toksinlərin qara ciyər və öd kisəsindən daha tez atılmasına və qanın təmizlənməsinə

kömək etmiş olar. Qış aylarında masaj vasitəsilə dərinin əvvəlki parlaqlığını və təravətini də qaytarmaq mümkündür. Masaj zamanı dəri tipinizə uyğun krem və losyonlardan, yağlardan istifadə edə bilərsiniz. Həmçinin bir qaşıq qarğıdalı ununu qatıqla yaxşıca qarışdırıb əl, üz və ayaqlarınıza sürtərək, masaj edə bilərsiniz. Bu dərinizin təmizlənməsinə və yumşalmasına səbəb olar. Qışda qarlı havalarda əks olunan şüalar da dərini zədələyir. Yay aylarında olduğu kimi belə havalarda da günəşdən qoruyucu kremlərdən istifadə etmək zəruridir. Belə kremləri havaya çıxmazdan 20-30 dəqiqə əvvəl dərinin günəşlə təmasda olacaq bütün nahiyələrinə nazik təbəqə şəklində çəkmək lazımdır. Hər 34 saatdan bir isə yeniləmək məsləhətdir. Soyuq havaların təsiri ilə dərinin həddən artıq quruması ekzema xəstəliyənə səbəb ola bilər. Ona görə bu quruluğun qarşısını almaq üçün yağ tərkibli şampunlar və dərini qurutmayan sabunlara üstünlük verilməlidir. Hər dəfə vanna və ya duş qəbul etdikdən dərhal sonra, dəri bir az islaqkən bədən üçün olan nəmləndirici kremlərdən istifadə etmək lazımdır.

ÜZ DƏRİSİNİN GÖZƏLLİYİ Bu fəsildə dəri həddən artıq quru və həssas olduğundan üz dərisinə xüsusi diqqət göstərmək lazımdır. Kosmetik vasitələr seçərkən də həddən artıq quru və ağır tərkibli olanlarına üstünlük verilməməlidir. Hətta dəri yağlı olduqda belə yumşaq, kifayət qədər yağlı və nəmləndirici xüsusiyyətlərə malik kosmetik vasitələrdən istifadə etmək lazımdır. Makiyajı təmizlədikdən sonra mütləq qış fəsli üçün nəzərdə tutulmuş nəmləndirici kremlərdən çəkmək lazımdır. Yaxşı olar ki,


52 bu kremlərin tərkibində qliserin, lanolin və mineral yağ olsun. Qliserin sizin dəriniz üçün əla müdafiə baryeri yaradacaq və nəmi saxlayacaq, lanolin yağı isə onu yumşaldacaq və hamarlaşdıracaq. Bu zaman kremin necə çəkilməsi də əhəmiyyətlidir. Belə ki, kremləri üzü yuduqdan dərhal sonra bir qədər nəmli dəriyə çəkmək lazımdır. Daha sonra yüngül şəkildə masaj edilərək dəriyə hopdurulmalıdır. Lakin bundan sonra ən azı bir saat şaxtaya çıxmaq məsləhət deyil. Soyuğa çıxarkən isə üzünüzü mütləq şal və ya şərflə qoruyun. Qış aylarında üz dərisini badam və zeytun yağları ilə də masaj edə bilərsiniz. Həmçinin qış aylarında nəmliyini itirən üz dərisini buxar vannası ilə yenidən təravətləndirə bilərsiniz. Sauna və ya hamama getməyə vaxtınız yoxdursa, ev şəraitində də bunu tətbiq edə bilərsiniz. Bunun üçün çobanyastığı bitkisi qatılmış bir qab qaynar su lazımdır. Üzünüzü həmin qaba tutaraq, 10 dəqiqə bu vəziyyətdə qalın. Buxarın kənara yayılmaması başınızın üzərində dəsmal tuta bilərsiniz. Daha sonra üzünüzü qurulayıb, nəmləndirici krem çəkin. Bu dərinizi təravətləndirəcək və yumşaldacaq. Ümumiyyətlə, hər fəsildə olduğu kimi qış aylarında da üz dərisinin təravətini və canlılığını qorumaq üçün alkoqol və nikotinin təsirlərindən uzaq olmaq, yaxşı yatmaq lazımdır. Təmizlənməmiş makiyajla yatmaq isə dəri üçün ən böyük düşməndir.

GÖZLƏR DƏ DİQQƏT İSTƏYİR Gözlər insan qəlbinin aynası olduğu kimi, simanın da yaraşığıdır. Gözlərin yaraşıqlı görünməsi üçün ilk növbədə onlar sağlam olmalıdır. Ancaq təəssüf ki, qış aylarında soyuq havalar gözlərə, xüsusən də göz ətrafına

mənfi təsir göstərir. Göz ətrafının quruyaraq tez qırışmasına səbəb olur. Həmçinin havanın təsiri ilə göz ətrafında tünd kölgələr əmələ gəlir. Qış aylarında göz ətrafına çobanyastığı dəmləməsi ilə kompres edilməsi effektiv nəticə verir. Bunun üçün pambığı həmin məhlulda isladaraq gözlərinizin ətrafına yerləşdirin. 5 dəqiqədən sonra isə göz ətraflarını dəsmalla qurulayaraq, göz üçün qoruyucu krem çəkin. Göz ətrafı üçün ən gözəl vasitələrdən biri də cəfəridir. Təzə cəfərini xırda-xırda doğrayıb, sıyıq halına salaraq, gözünüzün ətrafına çəkin. Bu, gözün altında əmələ gələn kölgəni yox edəcək. Ultrabənövşəyi şüalar yay aylarında olduğu kimi günəşli qış günlərində də gözə mənfi təsir göstərir. Bunun qarşısını almaq üçün xüsusən də qarlı havalarda günəş gözlüklərindən istifadə etmək lazımdır.

ÇATLAMIŞ DODAQLARDAN QURTULMAQ ÜÇÜN... Üzün başqa hissələrindən fərqli olaraq, dodaqlar, demək olar ki, müdafiə baryerindən məhrumdur. Qış aylarında dodaqlar quruyur, qabıqla örtülür və tez çatlayırlar. Həmçinin dodaqların qabığının soyulması nəticəsində qızartılar yaranır, sızıltı hiss olunur. Belə dodaqlarda boya da çox səliqəsiz görünür. Ona görə də hər şeydən əvvəl dodaqların nəm qalmasına çalışmaq lazımdır. Daha yaxşı olar ki, dodaqların qurumasının qarşısını almaq üçün tərkibində yağ turşuları olan dodaq kremlərindən istifadə edəsiniz. Əgər sizin əlinizin altında heç bir kosmetika yoxdursa, o zaman adi bitki yağlarından istifadə edin. Bitki yağlarından mütəmadi istifadə dodaq dərinizin elastikliyini saxlamaqda kömək edər. Bal vasitəsilə dodaqların nəm-

ləndirilməsi də effektivdir. Balın tərkibindəki maddələr dodaq çatlamasına qarşı xeyirlidir. Balı birbaşa dodaqlara sürtmək, və ya bal tərkibli nəmləndiricilərdən istifadə etmək olar.

ƏLLƏRİNİZİN QƏDRİNİ BİLİN Adətən, qışda əllər kobudlaşmağa daha meylli olurlar, nəinki yayda. Soyuğun təsiri ilə əllərdə çatlar əmələ gəlir və dəri quruyur. Bunun qarşısını almaq üçün ilk növbədə, əlcəksiz bayıra çıxmamaq məsləhətdir. Əlin dərisi çox quruduqda, su ilə az təmasda olmaq lazımdır. Hər dəfə əli suya vurduqdan sonra nəmləndirici krem çəkmək lazımdır. Buna vaxt yoxdursa, gün ərzində ən azı 2 dəfə əllərin kremlənməsi vacibdir. Əllərə qulluq məqsədilə müxtəlif vannalar etmək olar. Bunun üçün 2 litr ilıq suya 2 xörək qaşığı üzüm sirkəsi əlavə edib, əlləri 15 dəqiqə onun içində saxlayın. Yaxud da 1,5 litr suya 1 xörək qaşığı qliserin, yarım çay qaşığı naşatır spirti qatıb, bu məhlulda əlləri 10 dəqiqə saxlayın. Sonra əlləri adi su ilə yuyun, qurulayın və masaj edə-edə yağlı kremlərdən birini çəkin. Vanna etməyə imkanınız yoxdursa, hər axşam yatmazdan əvvəl əlləri zeytun yağı, qliserin və ya müxtəlif losyonlarla masaj edə bilərsiniz. Soyuq havada əllərdə həddən artıq göyərmə və ya qızarma müşahidə olunduqda, mütləq həkimə müraciət etmək lazımdır. Çünki bu cür əlamətlər bəzi xroniki xəstəliklərin ilkin xəbərçisi ola bilər.

AYAQLARA QULLUQ Yay aylarında ayaqlara çox qulluq göstərilsə də, qışda bağlı ayaqqabılar geyildiyindən bir çoxlarımız bu işə əhəmiyyətsiz yanaşırıq. Əslində isə, bütün gün ərzində bədənin yükünü çəkən


53 ayaqlara ilin hər bir fəslində diqqət yetirmək lazımdır. Soyuq aylarda bağlı ayaqqabı geyinmək ayağın hava almasına mane olur. Həmçinin isti çəkmələrin təsiri ilə ayaqlar çox tərləyir, yaş qalır. Bu ayaqda xoşagəlməz qoxularla yanaşı, dəri xəstəliklərinin yaranmasına da səbəb ola bilər. Odur ki, hər zaman ayaqların quru qalmasına diqqət yetirmək lazımdır. Həmçinin həftədə ən azı iki dəfə müxtəlif bitkilərlə ayağınızı vanna edə bilərsiniz. Daha sonra ayaq üçün nəmləndirici kremlər çəkmək və qliserin tərkibli losyonlarla ayaqları masaj etmək lazımdır.

QIŞ VƏ SAÇLAR Qışda saçların problemləri artır: həddən artıq quruluq və elektrikləşmə, saçqıran, kəpək və s. Yağış, qar, hava çirkliliyi saç diblərinə təsir göstərərək, canlılığını itirməsinə səbəb olur. Bu aylarda yağlı saçlar daha da yağlanır, quru saçlar isə əksinə, çox quruyur. Ümumiyyətlə, soyuq aylarda ən çox quru və zəif saçlar

zərər görür. Belə saçlara sahib qadınlar qidalandırıcı şampunlardan istifadə etsələr, yaxşı olar. Saç dərisi çox quruduqda baş tez-tez qaşınır və gicişir. Bu cür dəridən kəpəyə oxşar hissəciklər qopub tökülür. Çoxları həmin bu dəri hissəciklərini kəpəklə səhv salırlar. Dəridən qopan bu hissəciklər kəpəkdən kiçik olur və una oxşayır. Həmin hissəciklərdən yaxa qurtarmaq üçün tərkibində sink olan şampunlardan istifadə etmək məsləhətdir. Bu cür şampunlar həm göbələyi məhv edir, həm də quru baş dərisini yumşaldır. Bir çox qadınlar başlarını yuyarkən şampundan çox istifadə edirlər. Bununla saçlarının daha təmiz və təravətli olacağını düşünürlər. Əslində çox tökülən şampun yaxşı yaxalanmadıqda kəpəyin yaranmasına səbəb ola bilər. Saçları yuduqdan sonra hələ nəmli ikən qidalandırıcı krem çəkərək, dəsmal köməkliyi ilə masaj edə bilərsiniz. Ümumiyyətlə, saç dərisinə yüngül

hərəkətlərlə masaj etmək qan dövranını tənzimləyəcək, saçlarınızı qidalandıracaq. Tərkibində E vitamini olan kremlər də saçlara yaxşı təsir göstərir. Qış aylarında istifadə etdiyiniz papaq və ya şalın başınızı çox sıxmamasına diqqət yetirin. Çünki sıx olduqda baş dərisində qan dövranı pozular və bu saçlara zərər verər. Soyuq havalarda çox isti su ilə saçları yumaq da məsləhət deyil. İlıq su ilə yuyulan saçlar daha canlı və parlaq olur. Saçları qurutmamış çölə çıxmaq düzgün deyil. Çünki soyuq hava saçları donduraraq, qırılmasına səbəb olur. Qış aylarında mümkün qədər saç qurutma vasitələrindən az istifadə etmək lazımdır. İstifadə etdikdə isə əvvəlcə qidalandırıcı və nəmləndirici kremlərin çəkilməsi məsləhətdir.


54


55 AROMATERAPİYA METODLARI oxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdən məlumdur. Elə ona görə də hələ qədimdən tibb aləmində bir çox metodlarla yanaşı, özünəməxsusluğu ilə fərqlənən aromaterapiya – qoxu ilə müalicə də xüsusi yer tutur. Mənbələrə görə, aromaterapiyanın tarixi 6 min il əvvələ gedib çıxır. Qədim misirlilər mumiyalama prosesində müxtəlif bitki cövhərlərindən istifadə edirdilər. Bitki cövhərlərinin müalicə və gözəllik məqsədilə istifadəsi isə Qədim Yunan mədəniyyəti ilə bağlıdır. Roma İmperiyası dövründə bitkilərdən alınan yağlar masaj vasitəsilə tətbiq olunmağa başladı. Müasir aromaterapiyanın banisi isə fransız kimyaçısı Rene Qattefosse hesab olunur. Aromoterapiyada müalicə məqsədilə müxtəlif efir yağlarından istifadə edilir. Efir yağları – bitki cövhərlərindən (ekstrakt) əmələ gəlir. Bu yağları əldə etmək o qədər də asan deyil. Belə ki, bir çay qaşığı qızılgül yağı əldə etmək üçün 5000 çiçəkdən istifadə edilir. Aromaterapistlər müalicə üçün 400-dək bitkinin yağlarından yararlanırlar. Efir yağları ilə müalicə insanın sağlamlığına və əhval-ruhiyyəsinə müsbət təsir göstərməklə yanaşı, immuniteti möhkəmləndirir, zehni itiləşdirir. Çünki bu yağların tərkibində 300-ə qədər aktiv maddə var. Bu yağlar insanın dərisi üçün də xeyirlidir. Həmçinin efir yağlarından bir sıra keyfiyyətli kosmetik vasitələrin hazırlanmasında da istifadə olunur. Aromaterapiya prosedurası mütəxəssis tərəfindən həyata keçirilməlidir. Və ya qabaqcadan həkimlə məsləhətləşərək, heç bir ciddi xəstəliyin olmadığı müəyyənləşdirilməlidir. Ümumiyyətlə, aromaterapiyadan yalnız xəstəliklərin müalicəsi üçün istifadə etmək düzgün deyil. Heç bir xəstəliyi olmayan, sadəcə sağlamlığını qorumaq istəyən hər bir kəs aromaterapiyadan faydalana bilər.

Qoxu ilə müalicə prosesini müxtəlif yollarla həyata keçirmək olar. Bunlardan efir yağları ilə masaj edilməsi çox effektiv üsuldur. Bu zaman istənilən efir yağından 1ml. götürülür və ona 49 ml. digər yağlardan (zeytun, badam və s.) əlavə edilərək, masaj olunur. Tənəffüs yolu ilə aromaterapiya da geniş yayılıb. İsti suyun içərisinə, bir dəsmalın üzərinə və ya balışa bir neçə damcı efir yağı tökməklə bu müalicəni həyata keçirmək olar. Aromaterapik şamlar və ətirli tüstülərlə də müalicə etmək mümkündür. Geniş yayılmış üsullardan biri də vanna qəbul edilən suya bir neçə damcı efir yağının qatılmasıdır. Bu zaman vanna edilən suya 8 damcıya qədər efir yağı tökülür.

HANSI XƏSTƏLİKLƏRƏ YAXŞI TƏSİR EDİR? Bel və kürək ağrıları, revmatizm, dəri ilə bağlı yaranan problemlər, qaşınmalar, ekzema xəstəliyi, menstruasiya ağrıları, klimaks dövründə ortaya çıxan narahatlıqlar, hipertoniya, həzm problemləri, qəbizlik zamanı aromaterapiya xəstələrə yaxşı təsir göstərir. Həmçinin baş gicəllənməsi, baş ağrıları, miqren, stress, gərginlik və yuxusuzluq, enerji azlığı, halsızlıq, psixoloji problemlər olduqda da aromaterapiya məsləhət görülür. Üz dərisini təravətləndirmək, sellülitdən qurtulmaq üçün də qoxu ilə müalicəni həyata keçirmək olar.

AROMATERAPİYA KİMLƏRƏ ZƏRƏRLİDİR? Aromaterapiyanın körpələrə, hamilələrə, allergiyası olan insanlara tətbiqi düzgün deyil. Həmçinin dərman müalicəsi alan insanlar aromaterapiyaya üz tutmamalıdırlar. Çünki efir yağları dərmanların təsir gücünü azalda, hətta əks-göstərişə səbəb ola bilər. Hipertoniya xəstəliyindən əziyyət çəkənlər rozmarin bitki ekstraktından istifadə etməməlidirlər. Epilepsiya xəstəliyi olanlar isə şüyüd, evkalipt və kəklikotu ilə müalicə aparmamalıdırlar. Diabetiklər evkalipt, limondan uzaq

olmalıdır. Hamiləliyin ilk dörd ayında efir yağları qadağan olsa da, sonrakı aylarda onlar da aromaterapiyadan yararlana bilərlər. Bu üsul onlarda bel ağrılarına kömək edər. Ancaq hamilələrin qərənfil, reyhan, ardıc, rozmarin, sürvə, şüyüd, cirə, sərv, yasəmən, xardal, qara turp, kəklikotu kimi bitki cövhərlərindən istifadəsi məsləhət deyil. Bu yağlar əzələ spazmasına və uşaqsalmaya səbəb ola bilər. Üz dərisində istifadəsi yasaq olan efir yağları isə darçın və qərənfildir. Astma, bronxit kimi xəstəliklərdən əziyyət çəkənlərin tənəffüs yolu ilə aroma müalicə etdirmələri düzgün deyil. Yüksək hərarəti olan insanlarda, dəridə qaşıntı və qızartılar, ödem, açıq yaralar, yanıqlar, oynaqlarda burxulmalar, sınıqlar olduqda, həmçinin xərçəng xəstəliyi zamanı aromaterapiyadan yararlanmaq olmaz.

AROMATERAPİK YAĞLAR Efir yağlarının sakitləşdirici, ağrıkəsici, hafizəni gücləndirici, nəfəs tənzimləyici, toxumaları yeniləyici xüsusiyyətləri var. Bənövşə yağından istifadə etmək göz ağrısı, baş ağrısı, dərrakənin itilənməsi, insanın bədən temperaturunun mövsümə uyğun tənzimlənməsi üçün olduqca faydalıdır. Ban yağı isə hind fıstığından istehsal edilən yağdır. Bu yağ dəridə, xüsusən ayaqda olan çatlar üçün xeyirlidir, immuniteti yüksəltmək qüdrətinə malikdir. Küncüt yağı baş ağrılarının aradan qalxmasına kömək edir. Evkalipt sakitləşdirici gücü ilə yanaşı, mikrobları öldürmək və qrip simptomlarını azaltmaq təsirinə malikdir. Bu yağla sinəyə masaj edərək, soyuqdəymənin qarşısını almaq olar. Həmçinin qış mövsümündə havanı qurutmamaq üçün qızdırıcıların yanına qoyulan suya da bir neçə damcı evkalipt əlavə etmək olar. Bu otaqda olan mikrobları öldürməyə kömək edər. Qış aylarında soyuqdəymə və qrip epidemiyalarına qarşı qara istiot, rozmarin, şam ağacı, lavanda, kəklik otu bitkilərindən əldə edilən efir yağları da çox kömək edir.


56

FOLKLORŞÜNAS ALİMLƏ TİBBƏ DAİR SÖHBƏT Görkəmli tədqiqatçı, tanınmış folklorşünas, ədəbiyyatşünas, dilçi alim Qəzənfər Paşayev 27 avqust 1938-ci ildə anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Dillər Universitetinin İngilisAzərbaycan dilləri fakültəsini bitirib. Müxtəlif vaxtlarda İraqda tərcüməçi işləyib (1962-1966, 1972-1975), 1972-1989-cu illərdə Bakı Slavyan Universitetində müəllim, dekan müavini, xarici dillər kafedrasının müdiri vəzifəsində çalışıb. ABŞ-da (1983) və İngiltərədə (1988) ixtisasartırma kursları keçib, 1989-2000-ci illərdə isə BDU-nun filologiya fakültəsində dərs deyib. 1969-cu ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib, 1995-ci ildə professor adı alıb. AMEA-nın Nizami adına Azərbaycan Ədəbiyyatı Muzeyində Beynəlxalq əlaqələr şöbəsinin müdiri (2001-2005) işləyib, 2003-cü ildən etibarən isə Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçidir.


57 iz onu "Altı il DəcləFərat sahilində" adlı elmi-publisistik əsərindən tanıyırıq. İraqdan, burada yaşayan türkmanlardan, onların həyatından, folklorundan, dərdindənsərindən bəhs edən bu kitab elə populyarlıq qazanmışdı ki, əl-əl, ev-ev gəzirdi. 1996-cı ildə bu kitab İraqda çap olunandan sonra ölkə prezidenti ona pul mükafatı da təyin etmişdi. Amma o, bu mükafatın vəziyyəti ağır olan İraq türkmanlarına verilməsini xahiş etmişdi. Daha sonra yazdığı digər kitablar onu xalqın sevimli yazıçılarından birinə çevirdi. Aradan təxminən 25-30 il keçəndən sonra "Nostradamusun möcüzəli aləmi"ni qələmə aldı. Bu kitab da əməlli-başlı sensasiyaya səbəb oldu. Təbii ki, müəllifinə şöhrət gətirən kitablar, əsərlər asanlıqla yazılmayıb, hər sözün, cümlənin arxasında insan zəhməti, əməyi durur. Zəhmətə qatlaşmaq isə onun alın yazısı idi. Anasını erkən yaşlarında itirmişdi. Digər problemlər də az deyildi. Dövrün çətinlikləri, kasıblıq və s. Amma buna baxmayaraq onda oxumaq həvəsi azalmamışdı. Taras Bulbanın əsərini bir gecəyə bitirirdi. Neftə qənaət etmək üçün gecələr lampanı söndürən bacısına deyərdi ki, "sabah bütün işləri özüm görəcəm, amma lampanı söndürmə". Çoxları buna oxumağa, elmə həvəs adı verir, amma zənnimcə, bu, əsl qəhrəmanlıq, fədakarlıqdır. Tanınmış folklorşünas alim, professor Qəzənfər Paşayevi elmin zirvəsinə çıxaran da elə məhz bu qəhrəmanlıq, fədakarlıq olub. - Qəzənfər müəllim, səhhətiniz necədir, sağlamlığınıza fikir verə bilirsinizmi, yoxsa siz də millətimizə xas olan "xəstələnəndən sonra həkimə müraciət etmə" prinsipinə əməl edirsiniz? - Bu bütün Şərq xalqlarına (yəhudilərdən başqa) xas olan bir xüsusiyyətdir. Hətta biz şərqlilər həkimə xəstələnəndə deyil, yeriyə,

yata və dura bilməyəndə, bir sözlə ümid hər yerdən kəsiləndən sonra müraciət edirik. Təəssüf ki, bizdə "sağlamlığın qayğısına vaxtında qalmaq" prinsipi hələ tam şəkildə formalaşmayıb. Açığı mən də sağlamlığıma bir o qədər fikir verən adam deyiləm. Gec yatıram, vaxtlı-vaxtında qidalanmıram və s. Amma Avropada və dünyanın digər inkişaf etmiş ölkələrində belə deyil. Bir dəfə xaricdə yaşayan dostum bizə qonaq gəlmişdi. Burada qaldığı müddətdə xəstələndi. Təsəvvür edin, həkim müayinəsindən keçəndən sonra müayinənin nəticələrini təkrar analiz üçün Moskvaya, Türkiyəyə də göndərmişdi. Cavablar yaxşı idi. Amma ürəyi bununla da sakitləşməyib həmin analizləri İngiltərəyə də göndərdi. Bu, mənim üçün çox böyük dərs oldu. Amma etiraf edim ki, elə dərs olaraq qaldı. Əməl edə bilmədim. Bəxtim onda gətirib ki, ömür-gün yoldaşım qayğıma yaxşı qalır, o, sağlamlığıma qarşı məndən daha çox diqqətlidir. Yəqin, ona görə də intensiv yaradıcılıqla məşğul ola bilirəm. - Sağlamlıqdan söz düşmüşkən, Azərbaycan şifahi xalq ədəbiyyatında tibbə dair ayrı-ayrı janrlar çərçivəsində nümunələr varmı, yəni xalq bu sahəyə öz münasibətini ədəbi formada bildiribmi? - Xalqın əsrlərlə topladığı nümunələr, gəldiyi qənaətlər şifahi xalq ədəbiyyatında öz əksini tapıb. Bu günümüzə qədər qorunub saxlanan türkəçarələr də xalqın təfəkküründən süzülüb gələn nümunələrdir. Azərbaycanda tibb elminin tarixi kökləri çox qədimlərə gedib çıxır. Xalq təbabəti ilə bağlı məlumatlara qədim Azərbaycan ədəbi abidəsi olan “Avesta”da da rast gəlinir. Ümumiyyətlə, istənilən ədəbi abidəmizdə, eləcə də folklor nümunələrimiz olan atalar sözləri, bayatılar, məsəllər, rəvayətlər, əfsanələr, dastanlar və nağıllarımızda sağlamlıqla bağlı inanclar, misallar öz əksini tapıb. Şifahi xalq ədəbiyyatı nümunələrində öz əksini

tapan müalicəvi iksirlər, məlhəmlər haqqında məlumatlar bu gün də geniş maraq doğurur. Məsələn, “Kitabi-Dədə Qorqud” dastanında “Dirsə xan oğlu Buğacın boyu”nda Dirsə xanın xatını öz yaralı oğlunu Ağ donlu Xızırın məsləhəti ilə dağ çiçəklərindən və ana südündən hazırlanmış məlhəmlə sağaldır. “Məlikməmməd” nağılında isə cavanlıq iksiri kimi göstərilən almadan istifadəni qeyd eləmək yerinə düşər. Folklor nümunəsi olan bayatılarımızda da belə misallara istənilən qədər rast gəlmək mümkündür. Məsələn: Üzərliksən havasan, Hər dərdə dəvasan. Hər yerdə sən olasan, Qada-bəla sovasan. *** Zoğal yeyən adamın Qara qanı durular. Ona insanlar deyil, İlanlar da vurular. Bu nümunədə ağbirçəklərimizin üzərliklə, zoğalla bağlı inancları öz əksini tapıb. Atalar sözü və məsəllər də xalq təbabətini özündə əks etdirmək baxımından diqqəti çəkir. “Az yeyənin azarı da az olar”, “Min dərd varsa, min bir də dərmanı var”, Piyin çoxdursa, zoğal ye, arıqsansa, qoğal ye.” Xalq təbabətinin izlərinə tapmacalarda da rast gəlinir. Məsələn: Rəngi sarıdır, Sarılığa dərmandır (zirinc). Bir çox tapmacalara nəzər saldıqda aydın olur ki, zirinc mədə, qaraciyər və ürəyi qüvvətləndirir, meyvəsi və ya şirəsi qan təzyiqini aşağı salır. Azərbaycan əfsanələrində də xalq təbabəti mövzusu özünü göstərir. “Keçi südü və ilan zəhəri” bu baxımdan maraqlıdır. Əfsanəyə görə, ağır xəstəliyə düçar olan, ən tanınmış loğmanların belə dərdinə əlac tapa bilmədikləri bir varlı kişi evdən uzaq xarabalıqda ölümünü gözləyir. Günlərin birində həmin xarabalıqda bir keçi peyda olur. Bir qadın isə gəlib, həmin keçini sağıb, südünü qoyub gedir. Bir ilan da gəlib, həmin süddən bir az içir, yerdə qalanına isə


58 zəhər tökür. Kişi ağrısız və tez ölmək məqsədilə südlə qarışmış zəhəri başına çəkir. Ancaq ölmür, əksinə vəziyyəti get-gedə yaxşılaşır və tam sağalmış halda evinə dönür. Yeri gəlmişkən, tibdə ilan zəhərindən istifadə hamıya yaxşı məlumdur. - Bir sıra maraqlı tərcümələrin müəllifisiniz. Bu sırada professor Sula Benetin "Necə yaşayasan, yüzü haqlayasan?" əsəri də var. Sağlam həyat tərzi keçirmək arzusunda olan oxuculara S.Benetin uzun ömür barəsindəki qənaətini necə çatdırardınız? - Öncə qeyd edim ki, böyük alim, professor Sula Benet Nyu-York Elmlər Akademiyasının akademiki olub, bir neçə dil bilib. Onun kitabında Qafqaz xalqlarının həyat tərzi, yaşayışı, qidalanması və s. araşdırılır. S.Benet qeyd edir ki, "Qafqaz mədəniyyəti ənənəvi, sabit ailə münasibətlərini saxlayır. Burada sənayeləşmə və texnoloji səviyyə yüksək deyil. Amma bununla belə bütün yaş qruplarının və ictimai birliklərin birgə yaşadığı Qafqazda, sənaye və texnologiya cəhətdən inkişaf etmiş ölkələrə örnək ola biləcək çox şeylər var. Müasir cəmiyyət bir daha dərk etməlidir ki, insan bir parça plastik kütlə deyil, onun ruhi, mənəvi cəhətdən təmin edilməsi zəruri olan tələbləri var". Kitabda həmçinin qidalanma, sağlam həyat sürmənin yolları və s. haqda maraqlı məlumatlar yer alıb. Müxtəlif qida məhsullarından, onların əhəmiyyətindən söz açılır. Benet vurğulayır ki, qafqazlılar boyat yemək yemirlər. Hətta qafqazlılar soyuducu olmadığı zamanlarda məhsulların təzə və təbii şəkildə qalması üçün onları dərin quyularda saxlayardılar. Onu da deyim ki, S.Benet uzun illər Qafqazda, o cümlədən Azərbaycanda tədqiqat aparıb. O, bu regionda qocalara olan münasibətə də xüsusi diqqət çəkib. Alim qeyd edir ki, Qafqazda uzunömürlülüyün ən başlıca səbəbi qocalara münasibətlə bağlıdır. Hansı evə getsən, qocalara böyük ehtiram görərsən. Bundan başqa, o, Qafqazda kişilik

dövrünün uzun çəkdiyini, kişilərin ixtiyardan çox gec düşdüyünü xüsusi olaraq qeyd edir. S.Benet qafqazlıların həyat tərzini, ailə həyatını başqa xalqlardan fərqli qurduqlarını, qonaqpərvər olduqlarını, qocalara xüsusi ehtiram göstərildiyini, onların istirahətə, şənlənməyə fərqli münasibət göstərdiklərini, xalq təbabətindən geniş şəkildə istifadə etdiklərini önə çəkir. Və bütün bunların uzunömürlülüyə səbəb olduğunu qeyd edir.

- Sizcə, insan sağlamlığını necə qorumalıdır? - Bu suala milliyyətcə bolqar olan məşhur görücü Vanqa yaxşı cavab verib. O, bacısı qızı Krasimira Stoyanova ilə müsahibəsində deyir ki, bunun üçün xüsusi resept yoxdur. Sadəcə insan yaxşı bilir, nə yaxşıdır, nə pisdir. Ən əsası odur ki, lazımi qədər yeyəsən. Qədərindən artıq yemək bədənin bütün üzvlərinə mənfi təsir göstərir. Bizə çox yemək lazım olsa idi, təbiət hər birimizə iki mədə bəxş edərdi. İnsan çox yeməkdən çəkinməli, çoxlu hərəkət etməli, çox işləməli, axşam tez yatıb, səhər erkən qalxmalıdır. Bizdə belə misal var, "tez duranla tez evlənən uduzmaz".

- Bir çox ölkələrdə olmusunuz. Hansı ölkələrin mətbəxini "savadlı mətbəx" adlandırmaq olar? - Bir çox ölkələrin zəngin və maraqlı mətbəxi var, məsələn türklər salatlarda müxtəlif yeməklərdə limondan çox istifadə edirlər. Bildiyimiz kimi limon bir çox xəstəliklərin dərmanı sayılır. Keçmişdə insanlar xəstə yanına gedəndə özləri ilə həmişə limon da aparardılar. Limon həm də həzm sistemi üçün çox yaxşı təbii vasitədir. Bu baxımdan türk mətbəxini, eyni zamanda menyusu cana xeyirli olan mətbəxlərin hamısını "savadlı mətbəx" adlandırmaq olar. Çinlilərdə belə bir deyim var. “Dadlı olanı deyil, xeyirli olanı ye”. Çinlilərin sözünə qüvvət kimi mən də xeyirli qidalanması olan mətbəxi “savadlı mətbəx” adlandırardım.

- Bu mənada bizim mətbəx barədə nə demək olar? - Aleksandr Düma 1858-ci ildə Qafqaza səyahəti zamanı buranın mətbəxini bir o qədər də xoşlamayıb. O yazır ki, Qafqazda yeməkləri çox qarışdırırlar. Doğrudan da bir neçə qida məhsulunu birdən yemək olmaz. Həkimlər də bunun zərərli olduğunu deyirlər. Toylarımızda, qonaqlıqlarda vəziyyət bir qədər də qəlizdir. Süfrədə çoxlu, bir-birinə uyğun gəlməyən qidalar olur. Biz də nə gəldi yeyib, hər şeyi bir-birinə qatırıq. Bu da təbii ki, ziyandır. - Məşhur görücü Nostradamusun həyat və fəaliyyətindən bəhs edən kitab yazmısınız. Nə az, nə çox, ömrünüzün yeddi ilini "Nostradamusun möcüzəli aləmi" kitabına həsr etmisiniz. Həkim Nostradamusu necə xarakterizə edərdiniz? - Xatırladım ki, Mişel Nostradamus Fransada Monpelye Universitetinin tibb fakültəsində təhsil alıb, ixtisasca həkim olub. O, təbabət üzrə bir neçə kitabın müəllifidir. Nostradamus dezinfeksiyaedici toz dərmanlarının, dişlərin təmizlənməsi üçün diş tozunun, müxtəlif pomadaların (kosmetik yağların), mürəbbə və cemlərin, ətirlərin, sabunların, distillə olunmaq üçün suların, arıqlamağın reseptlərini hazırlayıb və kitab halında çap etdirib. Bundan başqa infeksiya düşmüş yerin dezinfeksiyası, həmçinin bakteriyaların mövcudluğu barədə bəlkə də ilk dəfə Nostradamus söz açıb. Onu da deyim ki, Nostradamusun yaşadığı dövrdə taun xəstəliyi geniş yayılmışdı. Xəstəliyin qarşısını almaq mümkün deyildi. Taun on minlərlə insanı həyatdan məhrum etmişdi. Qurbanlar arasında Nostradamusun həyat yoldaşı və iki övladı da var idi. Belə bir zamanda, 1546-ci ildə Nostradamusu Fransanın Provans vilayətinin Eks şəhərində tauna qarşı mübarizə qrupuna rəhbər təyin edirlər. Az vaxt içərisində Nostradamus epidemiyanın qarşısını


59 alır. Bu ona böyük uğur və şöhrət gətirir. Epidemiyanın qarşısını aldığına və profilaktikanın yollarını dəqiq göstərdiyinə görə Eks şəhər bələdiyyəsi onu şəhərin fəxri vətəndaşı adına layiq görərək ömürlük pensiya kəsir. "Nostradamusun möcüzəli aləmi" kitabına gəlincə, onu deyə bilərəm ki, yeddi il üzərində işlədiyim və "Ömür kitabı" adlandırdığım əsəri Nostradamusun məşhur katrenlərinə əsasən yazmışam. Bu kitabda katrenlər tərcümə olunub və onların barəsində şərh verilib. Astronomiyanı gözəl bilən görücü hər yüz katreni bir senturiya adı altında kodlaşdırıb. Məhz buna görə də həmin katrenlər oxucuları, hətta tədqiqatçıları belə çaş-baş salır. Katrenlərdə bilmək

istədiyimiz gələcək aləmdən söz açılır. Qürur hissi ilə deyə bilərəm ki, Nostradamusun Azərbaycanla bağlı bir neçə katreni var. - Qəzənfər müəllim, uzun illərdir elm sahəsindəsiniz. Təbii ki, bu yolun çətinlikləri də az olmayıb. Bu yolu seçən gənclərə, gənc alimlərə tövsiyəniz… - İlk növbədə arzu eləyərdim ki, sağlıqlarına fikir versinlər, çünki sağlıq olarsa, hər şey əldə etmək mümkündür. Tənbəllik eləməsinlər, işləsinlər, yaratsınlar, əmək sərf eləsinlər. Nəfslərini boğmağı, vaxtdan ağılla sərf etməyi

bacarsınlar. Çoxlu mütaliə eləsinlər. Ləyaqətlə, arzu ilə yaşasınlar. Mən İraqda işləyərkən Almaniyada bir milyarderin oğlu 18 yaşında intihar eləmişdi. İntihar etməmişdən qabaq yazdığı məktubda qeyd edirdi ki, mən bu yaşa kimi nə istəmişəmsə, çətinliksiz əldə eləmişəm. Artıq mənim nə arzum, nə istəyim, nə də yaşamağa marağım var. İnsan gərək arzu ilə yaşasın. Arzunun bitdiyi gün son deməkdir. İnsanı yaşadan arzulardır. Gənclər arzu və ümidlə yaşamalıdırlar. Sonda çətin də olsa, bu arzuya nail olacaqlarına əminəm. Gülnar Mayisqızı


60

ZƏLİ İLƏ MÜALİCƏ


61 ibb elmi nə qədər inkişaf etsə də, yeni-yeni müalicə metodları meydana gəlsə də, bəzi qədim müalicə üsulları aktual olaraq qalır. Bunlardan biri də zəli ilə müalicədir. Mənbələrə görə, zəli ilə müalicənin tarixi 2500 il əvvələ gedib çıxır. Bizim eradan əvvəl 15-ci əsrdə yaşamış babilli həkimlər, 3-cü əsrdə isə misirli həkimlər zəli ilə müalicədən geniş şəkildə istifadə ediblər. İbn-Sinanın əsərlərində də zəli ilə müalicədən söz açılır. Hirudoterapiya adlanan bu müalicə metodu müasir dövrdə bir çox ölkələrdə geniş yayılıb. Təkcə Avropada müalicə məqsədilə ildə 100 milyon zəlidən istifadə olunur. Onu da qeyd edək ki, təbiətdə zəlinin 400-ə yaxın növü olsa da, təbabətdə onun 3-4 növündən istifadə edilir. Zəliləri apteklərdən əldə etməklə, ev şəraitində də bu müalicə növünü tətbiq etmək mümkündür. Ancaq istər ev şəraitində, istərsə də xəstəxana və klinikalarda zəli ilə müalicə prosesini aparmazdan öncə müəyyən müayinələrdən keçmək lazımdır. Yeri gəlmişkən, zəli ilə müalicə yaz və payız mövsümlərində daha əlverişlidir.

MİN BİR DƏRDİN DƏRMANI Zəlinin hansı xəstəliklərdə istifadə olunmasına gəlincə, onun tüpürcəyi vasitəsilə insan orqanizminə daxil etdiyi maddələr qan təzyiqini aşağı salmağa və qanda xolesterini lazımi səviyyədə saxlamağa kömək edir. Bu maddələr həmçinin sinir sistemi hüceyrələrinin bərpasına yardımçı olur. Zəlinin buraxdığı hirudin adlı maddə qanı duruldur, əsəbləri sakitləşdirir, qanı oksigenlə zənginləşdirir, orqanizmdəki iltihab prosesini aradan qaldırır, immuniteti yüksəldir. Ümumiyyətlə, zəlilər tüpürcəkləri vasitəsilə qana 100-dən artıq xeyirli maddə, zülal komponentləri buraxır. Bunlar qan laxtalanmasını əngəl-

ləyən, yaranmış laxtaları əridən, mikrobları məhv edən, təzyiq tənzimləyici, əzələ yumşaldıcı, stressi azaldan maddələrdir. Zəlinin ağız suyu həm də effektiv ağrıkəsici hesab olunur. Ağız suyundakı bu maddələr iltihabı aradan qaldırmağa, yanıq və yara izlərini sağaltmağa kömək edir. Bu xüsusiyyətlərinə görə rekonstruktiv və plastik cərrahiyyə əməliyyatlarından sonra yara izlərinin sağalmasına və orqanların bərpasına yardım məqsədilə zəlidən geniş istifadə edilir. Bir sözlə, 270 dişi, üç çənəsi olan zəli ilə müalicə müasir tibdə ginekoloji və uroloji xəstəliklərdən tutmuş ürək-damar, dermatologiya, allergiya, qan dövranı, həzm sistemi, qulaq, burun, göz, diş xəstəliklərinə qədər böyük sahəni əhatə edir. Zəli ilə müalicə yüksək təzyiq, xüsusilə gözdə təzyiq (qlaukoma), miqren və müxtəlif baş ağrıları, astma, allergiya, piylənmə xəstəliklərində, ürək-damar xəstəlikləri, nevroloji patologiyalar, böyrəklər, sidik kisəsi, öd kisəsi, qaraciyər xəstəlikləri, epilepsiya, iflic, ekzema kimi dəri xəstəliklərində, kürəkdə, oynaqda ağrılar (revmatizm) zamanı güclü effekt verir. Zəlilərdən həmçinin prostatın müalicəsində də istifadə olunur. Onu da bildirək ki, zəlilərin ifraz etdiyi maddələr antioksidant, antibakterial, antidepressant xüsusiyyətlərə malikdir. Ona görə də il ərzində bir dəfə də olsa zəli ilə müalicə tətbiq edən insanlarda infeksiyalar başda olmaqla bir çox xəstəliklərə qarşı müqavimət artır.

ZƏLİ İLƏ MÜALİCƏNİN MƏNFİ TƏSİRLƏRİ Bununla belə, bəzi xəstəliklər zamanı zəli ilə müalicə əks təsir göstərə bilər. Belə ki, qan azlığı (anemiya) zamanı, qanı sulandırmaq üçün dərman qəbul edənlərə, hemofiliyalı xəstələrə, dəmir çatışmazlığı olanlara, beyin qanaxması keçirənlərə, mədə və on iki barmaq bağırsağın qanaması zamanı, kimyaterapiya tətbiq olunan xəstələrə, təzyiqi aşağı olanlara, dializ

xəstələrinə, qan xərçəngi olanlar, şəkər xəstələri və ürək çatışmazlığı olanlara zəli ilə müalicə tətbiq etmək olmaz. Həmçinin hamilə və süd verən qadınların da zəli ilə müalicə üsulunu seçməsi yolverilməzdir. Müalicə zamanı bəzi orqanlara zəli tətbiq edilməsi də düzgün deyil. Məsələn göz qapağı və onun ətrafı, ovucun içi, dabanlar, damarların üzərinə (boyun, çənə altı, qoltuq altı, qasıq nahiyəsi) zəli yerləşdirmək olmaz. Ümumiyyətlə, xəstəlikdən asılı olaraq zəlinin tətbiq ediləcəyi nahiyə müxtəlif olur. İltihab, qanqrena olan bölgənin düz üzərinə zəli qoymaq olmaz, bu halda həmin yaralar daha gec sağalar. Zəlini həmin nahiyəyə yaxın yerlərə qoymaq daha məqsədəuyğundur. Bundan başqa bir xəstədə istifadə olunan zəlini qətiyyən başqa xəstəyə tətbiq etmək olmaz. Çünki bir xəstədə olan xəstəlik qan vasitəsilə digərinə keçə bilər. Digər tərəfdən zəlilər ilk istifadə zamanı xeyirli maddələri boşaltdıqlarından təkrar müalicədə eyni effekti göstərə bilmirlər.

MÜALİCƏDƏN ƏVVƏL VƏ SONRA … Bəzi hallarda zəli ilə müalicə çətinləşir, daha doğrusu zəli dərini dişləmək istəmir. Buna dərinin soyuqluğu səbəb ola bilər. Odur ki, müalicədən öncə dərini əvvəlcə spirtlə, sonra ilıq su ilə təmizləmək lazımdır. Ətir, krem, losyon və gel vurulmuş dərini təmizləmədən həmin hissəyə zəli tətbiq etmək düzün deyil. Zəli ilə müalicədən sonra ən çox rast gəlinən fəsad həmin nahiyədə qaşıntı və az miqdarda şişlikdir. Həmçinin nadir hallarda baş gicəllənməsi, təzyiqin düşməsi, qanaxmanın uzun çəkməsi halları ola bilər. Müalicədən sonra zəlinin dişlədiyi yerdən yüngül sızıntı şəklində 6-8 saat qan axa bilər. Ona görə də zəli ilə müalicə seansından sonra xəstə istirahət etməli, çox isti və ya həddən artıq soyuq şəraitdə qalmamalı, bol maye içməlidir.


62

şaq vaxtı nənəmin boynuna taxdığı, qəribə rəng çalarları olan muncuqlara oyuncaq kimi baxardım və öz-özümə sual edərdim ki, görəsən nənəm niyə boynunda oyuncaq gəzdirir. Nənəm isə sual dolu baxışlarımın qarşılığında deyərdi ki, "bala oyuncaq deyil, "zob"um var, ona görə taxıram, yoxsa bu xəstəlik məni çoxdan öldürmüşdü". Böyüyüb ağlım kəsəndən sonra eşidib və oxuyub öyrəndim ki, "nənəmin oyuncağı" elə belə oyuncaq deyilmiş, nəinki "zob"un, hətta ayrı xəstəliklərin də əlacı imiş. Yəqin ki, söhbətin kəhrəbadan

getdiyini hiss etdiniz. Bəli "Daşqaşın sirri" rubrikasının bu dəfəki sayında hamının xoşladığı, digər qiymətli daşlardan fərqli olaraq, heç bir zərəri olmayan, xeyirxahlıq rəmzi kimi tanınan kəhrəbadan söz açacağıq.

QULDAN QİYMƏTLİ... Litvalıların "qintaras", rusların "alatır", almanların "barnşteyn", ukraynalıların "burştın" adlandırdığı Kəhraba (latın "amber") digər daş-qaşlarla müqayisədə qiymətli hesab olunmasa da, öz ecazkarlığı ilə insanların diqqətini cəlb edib. Tarixi

mənbələrə görə, Misir fironu Tutanxamonun tacı da kəhrəba ilə bəzədilibmiş. Roma imperatoru Neronun hakimiyyəti dövrlərində isə kəhrəbadan inşaat materialı kimi istifadə olunub. Onunla villaları, hovuzları bəzəyiblər. İmperatorun özü isə qara kəhrəbanı daha çox sevərmiş. Qədim mənbələrə görə, hətta Neronun dövründə kəhrəbadan düzəldilmiş kiçik fiqur bir quldan qiymətli olub. Çin və Yaponiyada isə imperatorlar əjdaha qanının rəngini xatırlatdığına görə, albalı rəngli kəhrəbanı daha çox sevərdilər. Məşhur italyan sənətçiləri Stradivaranın,


63 Qvarnerin və Miotinin skripkaları kəhrəba qatılmış lakla laklanmışdı.

BÖYRƏK DAŞININ QƏNİMİ Kəhrəba qiymətli daş olmasa da, ta qədim zamanlardan indiyə qədər müalicəvi xüsusiyyətlərinə görə, digərlərini üstələyib. Boğazında qalxanvari vəzi olan insanlara uzun illər dənizdə qalıb, canına yod çəkmiş kəhrəba taxmaq məsləhət görülüb. Bundan başqa kəhrəba biogenik enerjiyə malik olduğundan qırmızı qan hüceyrələrinin parçalanmasının qarşısını alır, qanın laxtalanmasını əngəlləyir. Təsadüfi deyil ki, qanın köçürülməsi və konservləşdirilməsi üçün alətləri məhz kəhrəbadan hazırlayırlar. Kəhrəba, xüsusilə də ağ rəngdə olanı göz zəifliyinin, kataraktanın, angina və ürək çatışmazlığının müalicəsində effekt verir. O, qanaxmanı və ürəkbulanmanı saxlayır, böyrəkdən daşı qovur, həmçinin sidikqovucu gücü böyükdür. Almaniyada protestantlığın əsasını qoyan və ona rəhbərlik edən dahi islahatçı Martin Lüter (XV-XVI əsrlər) cibində daim kəhrəba gəzdirərmiş ki, böyrəklərində daş əmələ gəlməsin. Toz halında su ilə içildikdə mədə xəstəliklərini müalicə edir. Bal ilə qarışığı göz və qulaq xəstəliklərində faydalıdır. Kəhrəbadan alınmış yağ və naşatır spirti isə ürəkgetmə zamanı istifadə olunur. Başgicəllənmədən, şişlərdən, bərk öskürəkdən, epilepsiyadan əziyyət çəkənlərə də üzərilərində kəhrəba saxlamaq tövsiyə edilir. Bundan başqa psixi çatışmazlığı, qızdırması olanlar, qulaqları zəif eşidənlər üçün də kəhrəba məsləhət görülür. Litoterapiya (daşqaşla müalicə) ilə məşğul olan mütəxəssislər bildirirlər ki, hamilə qadın üzərində daim kəhrəba gəzdirərsə, dölü qoruyar və doğuşu rahat keçər.

Onu da qeyd edək ki, qədim mənbələrdə kəhrəbadan hazırlanmış minlərlə reseptə rast gəlmək mümkündür. İndi də kəhrəbadan müxtəlif dərmanlar hazırlanır. Məsələn, D3 kəhrəba turşusu, antiseptik məhlul olan yod, revmatizm üçün maz, diş pastalarına əlavə olan maddələr və s. Müasir tədqiqatçılar bildirirlər ki, kəhrəbanın müalicəvi xüsusiyyətləri, tərkibində etilenin olması ilə bağlıdır. Bundan başqa daha güclü müalicəvi təsirə malik kəhrəba dənizdən deyil, torpaqdan tapılanlardır. Nə qədər qəribə olsa da, kəhrəbanın köməkliyi ilə suyun zəhərli olub-olmadığını müəyyənləşdirmək mümkündür. Deyilənlərə görə, kəhrəba zəhərli suya atıldıqda sudan qığılcımlar çıxır və çırtıltı səsi gəlir.

İNSULİN "BAZASI" Yeri gəlmişkən, XX əsrin ikinci yarısından etibarən Rusiyanın Kalininqrad vilayətində yaradılmış kombinatda istehsal olunan kəhrəba turşusundan da müalicə məqsədilə istifadə olunur. Mütəxəssislər bildirirlər ki, bu turşu əsəb sistemini tənzimləyir, böyrək və bağırsaqların fəaliyyətini yaxşılaşdırır, soyuqdəyməni çıxarır. Bundan başqa ürək əzələlərinin patologiyalarında, artritlərin müalicəsində, qan azlığında, narkozdan sonra nəfəsalmanı tənzimləmək üçün məsləhətlidir. Bu turşu həmçinin fiziki və əqli aktivliyi yüksəldir, ağır xəstəlikdən sonra orqanizmin gücünü bərpa edir, beyinə aydınlıq gətirir, insanın alkoqola bağlılığını azaldır, içkidən sonra başgicəllənməni aradan götürür. Qandakı xolesterini azaltmaqla və insulin hasil etməklə şəkər xəstələrində insulin və digər dərmanlara olan ehtiyacı minimuma endirir. Qlükoza ilə kəhrəba turşusunun qarışığı isə idmançılarda uzun çəkən məşq prosesindən sonra yaranan

yorğunluğu aradan qaldırır, həmçinin onların orqanizminin fiziki yükə tez və asan uyğunlaşmasına kömək edir. Hamiləlik zamanı bu turşu ananın orqanizminin hormonal qurulmasını asanlaşdırır, toksikozun qarşısını alır, müxtəlif ağırlaşmaların baş vermə ehtimalını azaldır. Doğuşdan sonra kəhrəba turşusu ana orqanizmini tez bərpa edir və südün miqdarını artırır. Kəhrəba yağı da çox böyük tibbi effektə malikdir. Bu yağ antiseptik və virus əleyhinə xassəyə malikdir, yaraları tez sağaldır. Zeytun, ərik yağları ilə qarışığından dəri xəstəliklərində müalicə və masaj məqsədilə istifadə olunur. Kəhrəba oynaq xəstəlikləri zamanı da effektlidir. Belə ki, qan dövranını bərpa edir və duzların orqanizmdən çıxmasına səbəb olur.

KƏHRƏBA VƏ MAGİYA Kəhrəba astronomiya üçün də maraqlı obyekt olub. Məsələn, hələ qədim dövrlərdən münəccimlər bu daşı Şir bürcü altında doğulanlar üçün "tilsimli daş" hesab ediblər. Bəziləri isə Buğaların bu daşı gəzdirməsini məsləhət görmürdü. Deyilənlərə görə, kəhrəba Buğalara ziyan verə bilər. Kəhrəbanın mistik xüsusiyyətləri barədə də xeyli məlumatlar var. Qədim inanclara görə, kəhrəba pis gözdən, sehrdən, cadudan qoruyur. Məhz buna görə də, müxtəlif xalqlar arasında kəhrəba amulet dəbdə olub. Körpələrin geyiminə kəhrəba muncuq taxarmışlar ki, pis, zalım qüvvələr ondan uzaq olsun. Hətta İran şahı üzərində kəhrəba muncuq gəzdirərmiş ki, sui-qəsdlə üzləşməsin. Qədim rus və polyak ailələrində uşağa süd verən qadınların, dayələrin boynuna ağır kəhrəba asarmışlar ki, uşaq pis niyyətdən, nəzərdən qorunsun. Eldar Sadıqov


64

ƏTİN ZİYANI ÇOXDUR, YOXSA…


65

ər bir insanın sağlam yaşaması, xəstəliklərə qarşı immunitetinin artması düzgün qidalanma ilə bağlıdır. Ancaq çox az insan qidalanma rejiminə düzgün riayət edir. Bu baxımdan biz azərbaycanlıların işi lap müşküldür. Düzdür, Azərbaycan mətbəxi bütün dünyada məşhurdur. Amma mətbəximizin əsasını daha çox ət, un və şəkər məhsulları təşkil etdiyindən qidalanma zamanı istər-istəməz normalara əməl edə bilmirik. Xüsusilə də ətdən hazırlanan yeməkləri çox sevdiyimizdən işlər bir qədər də çətinləşir.

BAKTERİYALAR ÜÇÜN ZİYAFƏT Çoxlarına elə gəlir ki, ət ona güc verir, orqanizmini möhkəmləndirir. Amma bu güclənmə daha çox spirtli içki qəbul edən adamın müvəqqəti "güclənməsinə", "cəsarətlənməsinə" bənzəyir. Bir çoxları elə düşünür ki, ət

yemədən güc toplamaq, iş qabiliyyətini saxlamaq, hətta yaşamaq belə mümkün deyil. Əslində isə belə deyil. Əksinə, ət mədədə çox gec həzm olunur. Məhz bu hal, insanda "toxluq" ovqatı yaradır. Amma qan damarları məhz belə vaxtlar korluq çəkir. Çünki mədəyə düşmüş yağlı ətin həzm olunması və yoğun bağırsaq vasitəsilə qana keçməsi üçün xeyli vaxt tələb olunur. Üstəlik, yoğun bağırsağa düşmüş ətin böyük hissəsi qana sorula bilmir və uzun müddət orada qalaraq çürüyür. Bu da bakteriyalar üçün yaxşı bir ziyafət süfrəsidir. Bəzi təhlükəli xəstəliklər məhz bu prosesdən sonra qan vasitəsilə bütün bədənə yayılır. Qeyd edək ki, ətin tərkibində külli miqdarda toksinlər, xolesterin və s. zərərli maddələr mövcuddur. Bu maddələr əsəb sisteminə mənfi təsir göstərir. Təsadüfi deyil ki, ət yeyən insanlar arasında cinsi pozğunluq halı, ürək, mədə və digər orqanların xəstəlikləri ilə üzləşənlər daha çox olur. Bütün bu amillər son illər inkişaf etmiş ölkələrdə milyonlarla insanın vegetarian qidalanmaya, yəni bitki mənşəli kulinariyaya üstünlük verməsinə səbəb olub. Yeri gəlmişkən, "vegetarian" sözünün mənası latıncadan tərcümədə sağlam, gümrah, möhkəm deməkdir. Müşahidələr göstərir ki, vegetarianlar fiziki və mənəvi cəhətdən sağlam, sülhpərvər və şən olurlar. Güclü intellektə, uzun ömrə malik olan vegetarianlar hər cür xəstəliyin öhdəsindən gəlirlər. Çünki orqanizmə lazım olan çoxsaylı vitaminlər, zülallar, yağlar, minerallar, karbohidratlar və s. maddələr əsasən bitki mənşəli qidalarda daha zəngindir.

ERKƏN ÖLÜMÜN ÜÇÜNCÜ SƏBƏBİ Hələ qədim zamanlardan ətin həzm olunma prosesinin uzun çəkdiyi bildirilir. Hətta ilk həkim sayılan Hippokrat da ətin həzminin çətin olduğunu yazırdı. Tədqiqatlara görə, vegetarianlar ət

yeyən insanlardan orta hesabla 610 il çox ömür sürürlər. Bundan başqa, onların arasında ürək xəstəlikləri və xərçəng az müşahidə olunur. Araşdırmalara görə, ət yeyilməyən ölkələrdə yoğun bağırsaq və döş xərçəngi xəstəliklərinə daha az rast gəlinir. Bundan başqa ət yeyənlər vegetarianlara nisbətən doqquz dəfə çox kök olurlar. Müasir dövrdə həkimlər ürək, qan-damar, mədəbağırsaq və xərçəng xəstəliklərinin yaranmasında ətlə qidalanmanın təsiri olduğunu etiraf edirlər. Tədqiqatlar göstərir ki, alkoqollu içkilər və nikotindən sonra erkən ölümün əsas səbəblərindən biri də məhz ət məhsulları ilə qidalanmadır. Vegetarian qidalara üstünlük verənlərdən fərqli olaraq, ətlə qidalananlarda diş çürükləri və xəstəlikləri də çox olur. Onu da qeyd edək ki, ət vasitəsilə insan bədəninə daxil olan xolesterin qan damarlarının divarlarına yığılaraq ürəyə qan axınını azaldır ki, bu da öz növbəsində, yüksək qan təzyiqinə, ürək çatışmazlığına və insulta gətirib çıxarır. Həmçinin böyrəklər ətlə birlikdə orqanizmə daxil olan zəhərli maddələri, toksinləri xaric etməkdə çətinlik çəkdiyindən böyrək xəstəlikləri yarana bilər. Həddən artıq ətlə qidalanma qəbizlik hallarına da səbəb ola bilər.

ALKOQOL QƏDƏR TƏHLÜKƏLİ Ətlə həddən çox qidalanma revmatizm, vərəm, apendisit kimi xəstəliklərə də səbəb olur, həmçinin erkən qocalma ilə nəticələnir. Üstəlik tərkibindəki zəhərin bir qismini orqanizmdə buraxır. Bu zəhərlər də zaman keçdikcə orqanizmdə müxtəlif xəstəliklər üçün zəmin hazırlayır. Ətin tərkibindəki zərərli maddələrin yaranmasına gəlincə, bəzi məlumatlarda qeyd olunur ki, kəsim əsnasında ölüm qorxusu ilə ürkmüş heyvanın biokimyəvi quruluşu kəskin dəyişikliklərə məruz qalır. Bu zaman yaranan toksiki


66 vasitələr heyvanın bütün bədənini zəhərləyir. Həmin zəhərli maddələr isə öz növbəsində onu qəbul edən insanın toxumalarını zəhərləyir, eyni zamanda zehnini zəiflədir. Bəzi tədqiqatçılar bildirirlər ki, ət qüvvə verən qida deyil, əzələləri gücləndirmir, əksinə sinir sistemini hərəkətə gətirən alkoqol qədər təhlükəlidir. Bağırsaqlarda çürüyərək müxtəlif mikroblar yaradır. Bundan başqa həzm sistemi ilə bağlı ortaya çıxan əksər problemlərin kökündə ətlə qidalanma dayanır.

ƏTDƏN İMTİNA NƏ İLƏ NƏTİCƏLƏNİR? Ancaq bütün bunlar o demək deyil ki, ət yeməklərini birdəfəlik qida rasionunuzdan çıxarmalısınız. Ətin zərərləri olduğu kimi faydaları da var. Belə ki, ət və ət məhsulları B12 vitamini ilə zəngindir. Bitki mənşəli məhsullarda bu vitamin olmur. İnsan orqanizmində azacıq

da olsa B12 qıtlığı yarandıqda əzginlik, huşsuzluq, səhərlər yataqdan yorğun qalxma halları əmələ gəlir. Kəskin çatışmazlığında isə anemiya inkişaf edir, sinir sistemi pozulur. Bu halları aradan qaldırmaq üçün hazır polivitamin pereparatlarından da istifadə etmək olar. Tərkibində çoxlu dəmir, B1, B2, bir sıra digər vitaminlər və mineral maddələr, həmçinin yüksək dərəcədə yağ var. Yağlı ətdə zülal az, yavan ətdə isə çoxdur. Ona görə də yağlılığı orta dərəcədə olan ət yemək məsləhətdir. Onu da bildirək ki, ətdə zülalın miqdarı 15-16%-dən 20%-dək olur. Ət kaliumla da zəngindir. Onu qeyd edək ki, ətdə olan zülalı süd və süd məhsulları, yumurta, taxıl və tərəvəzlərdəki zülal əvəz edir. Ona görə də əti azaldaraq, zülallarla zəngin olan bu qidalara üstünlük vermək

sağlamlıq üçün daha xeyirlidir. Böyük Britaniyanın Oxsford Universitetində aparılan bir araşdırmaya görə, ət və süd məhsulları ilə qidalanmayanlarda yaddaş pozuntusu və huşsuzluq halları digərləri ilə müqayisədə 6 dəfə yüksəkdir. Məsləhət: Ətdə digər qida məhsullarına nisbətən dəmir də çox olur. Mütəxəssislər yaşıl yarpaqlı tərəvəzlər, bəkməz, yumurta, quru meyvələr yeməklə dəmirə olan tələbatı ödəməyin mümkün olduğunu bildirirlər. Ancaq unutmayın ki, yeməklərlə birlikdə qəbul edilən çay və qəhvə dəmir ehtiyatını azaldır. Odur ki, çay və ya qəhvənin yeməkdən bir saat əvvəl və ya 2 saat sonra içilməsi məsləhət görülür.


68

ZEYTUN MÜQƏDDƏS MEYVƏ


69

eytun bitkisi və ondan hazırlanan yağ ləzzətli olduğu qədər sağlamlıq üçün də çox xeyirlidir. Təsadüfi deyil ki, tarixi bizim eradan əvvəl altıncı minilliyə gedib çıxan bu möcüzəli bitki haqda hətta Nuh peyğəmbərin gəmisi ilə bağlı yaranan rəvayətlərdə də söz açılır. Rəvayətə görə, uzun müddət öz gəmisi ilə suda qalan Nuh həyatın başlayıb-başlamadığını öyrənmək üçün gəmisindən göyərçin uçurur. Göyərçin gəmiyə ağzında təzə qoparılmış zeytun budağı ilə dönür. Nuh bu işarədən tufanın bitdiyini başa düşür. Eramızdan 2500 il əvvəl qədim misirlilər də zeytun əkib-becərirdilər. Hətta qədim misirlilər zeytunun meyvəsinin və yağının bir sıra xəstəliklərə (revmatizm, yanıq, göz xəstəlikləri və s.) əlac olduğunu bilirdilər. Onu da qeyd edək ki, zeytun ağacından müqəddəs kitablarda da söz açılır. Məsələn, Qurani-Kərimdə zeytunun meyvələrindən yağ əldə olunduğu və bu yağın yeməklərə ləzzət vermək üçün istifadə edildiyi yazılır. Bundan başqa Hippokrat da öz əsərlərində müxtəlif yaraları müalicə etmək üçün zeytun yağını tövsiyə edib. Zeytunun 500-dən çox növü məlumdur. Bu bitkinin meyvələrini iki mərhələdə yığırlar: tam yetişməmiş və tam yetişmiş halda. Birinci mərhələdə, yəni tam yetişməmiş yığılan meyvələrdən yeyinti sənayesində konserv məmulatları hazırlanır. Tam yetişmiş meyvələr isə duza qoyulur (marinad edilir). Tam yetişmiş qara zeytundan səhər yeməyi zamanı istifadə etmək çox xeyirlidir. Həmçinin tam yetişmiş meyvələrdən tibbi məqsəd üçün əla keyfiyyətli zeytun yağı alınır. Zeytun yağından bir sıra - yanıq məlhəmləri, yara sağaldan, iltihabı aradan

qaldıran və s. dərmanlar hazırlanır. Hətta orta əsrlərdə hazırlanan bütün dərmanların tərkibinə zeytun yağı qatılırdı. Zeytun yağı digər duru yağlardan asan həzm olunması ilə fərqlənir. Zeytun iştahanı artırır, mədə-bağırsaq traktatının, öd ifrazının sekretor funksiyasını yaxşılaşdırır. Ona görə də mədə-bağırsaq, öd daşı xəstəlikləri olanlara zeytundan istifadə məsləhət görülür. Zeytun qastrit xəstəliyi üçün mükəmməl bir dərman hesab olunur. Mütəxəssislər bildirirlər ki, zeytun yağını yeməkdən əvvəl içməklə mədəni xoradan qorumaq olar. Bundan başqa limon və qəhvə ilə içilərsə, qəbizliyi aradan qaldırar. Zeytun yağı həmçinin sidik yolları və öd kisəsində olan problemləri aradan qaldırır, qaraciyərin işini tənzimləyir. Tədqiqatlar göstərir ki, zeytunda ana südündə olan qədər linoleum turşusu var. Təsadüfi deyil ki, yağsız inək südünə zeytun yağı qatıldıqda körpələr üçün ana südü kimi təbii qida növü əmələ gəlir. Bu qida körpənin beynini inkişaf etdirir, sümüklərini möhkəmləndirir. Zeytun yağı həmçinin vitaminlərlə zəngindir. Bu yağın tərkibində A, D, B və K vitaminləri var. Bu vitaminlər sayəsində hüceyrələr yenilənir, toxuma və orqanların yaşlanması gecikir. Yeri gəlmişkən, diyetoloqlar iddia edirlər ki, zeytun yağı qocalma prosesini ləngidir. Dərini bəsləyir, qoruyur və yumşaldır. Üz dərisinin daha da gənc görünməsinə səbəb olur. Zeytun yağının tərkibində olan E vitamini beyin və sinir kürələrinin qocalma prosesini yavaşıdır. Bundan başqa heyvan mənşəli yağlardan fərqli olaraq zeytun orqanizmdə olan zərərli xolesterini, həmçinin infarkt riskini azaldır. Britaniya həkimləri isə bildirirlər ki, bu yağdan hazırlanan qidalar xərçəng xəstəliyi əleyhinə olan ən effektiv komponentlərdəndir. Həzm prosesini asanlaşdıran zeytun yağı həm də mədə turşuluğunu azaldır, dəyərli maddələrin bağırsaq tərəfindən asanlıqla sorulmasını təmin edir, öd kisəsində daşların əmələ gəlməsinin qarşısını alır. Baş ağrısından əziyyət çəkənlər

üçün də zeytun yağı məsləhət görülür. Həkimlər bu yağı müasir ağrıkəsici dərmanlardan üstün hesab edirlər. Tədqiqatlar göstərib ki, bir çay qaşığı zeytun yağında ağrıkəsici həblərin tərkibində olan ibuprofen preparatının on faizlik miqdarı var. Amma bu, o demək deyil ki, başınız ağrıyanda bir çay qaşığı zeytun yağı içsəniz, ağrı keçib gedəcək. Yaxşı olar ki, baş ağrısından birdəfəlik yaxa qurtarmaq üçün zeytun yağından mütəmadi istifadə edəsiniz. İtaliyalı həkimlərin apardığı tədqiqat da bunu sübut edir. Baş ağrısından əziyyət çəkən bir qrup xəstəyə 6 ay ərzində yalnız zeytun yağından hazırlanmış yeməklər verilir. Altı ay tamam olanda xəstələr düçar olduqları ağrıdan tamamilə xilas olurlar. Digər bir qrup xəstə isə ən müasir preparatlarla müalicə edilir. Düzdür, həmin xəstələrdə də baş ağrıları keçir, amma bu müvəqqəti olur. Bir müddətdən sonra həmin xəstələrdə yenidən baş ağrıları əmələ gəlir. Tədqiqatçıların rəyinə görə, zeytunun belə effektli nəticə verməsinə səbəb onun tərkibində mərkəzi əsəb sistemini stimullaşdıran təbii maddələr kompleksinin olmasıdır. Bundan başqa digər yağlardan fərqli olaraq, zeytun yağının ürəyə çox xeyri var. Zeytun yağından mütəmadi istifadə qan dövranı sistemi ilə əlaqəli olan xəstəliklərin (əsasən trombozlar) profilaktikasında kömək edir. Hər gün səhər yeməyində 40 ml. zeytun yağı qəbul etmək bir çox xəstəliklərin müalicəsində effektli ola bilər. Həmçinin müxtəlif salatlar hazırlayaraq, onlara zeytun yağı və limon qata bilərsiniz. Zeytun yağı və limon həm E vitamini, həm “Omeqa-9” yağ turşusu, həm də C vitamini ilə zəngin olduğundan orqanizmin müqavimətini artırır. Zeytun yağını ağızda çalxaladıqda dişləri ağ saxlayır və diş ətlərini gücləndirir. Hələ qədim zamanlardan üzü bəri zeytun yağından masaj zamanı da istifadə olunur. Bir sözlə, tərkibindəki sabit yağ turşularının və təbii oksidlərin hesabına yağlar arasında ən xeyirlisi hesab olunan zeytun yağını qida rasionunuza daxil etməyi unutmayın.


70 ƏSNƏK ƏSNƏK GƏTİRƏR... Bir çoxlarımız əsnəməni yuxusuzluğun əlaməti kimi qəbul edirik. Amma sən demə, əslində əsnəmək yuxunu qaçırmağa və orqanizmi canlandırmağa kömək edirmiş. Bu nəticəyə Nyu York Universitetinin alimləri gəliblər. Tədqiqat qrupunun rəhbəri Endyu Qellapanın sözlərinə görə, insan beyni kompüteri xatırladır: «isinəndə», o, pis işləməyə başlayır və əsnəməyə səbəb olur. Əsnəmək isə qan dövranına kömək edir ki, bu da beynin iş qabiliyyətini gücləndirir. O, sübut etməyə çalışır ki, əsnəmə baş beynin temperatur balansını tənzimləyir. Havasız və siqaret çəkilmiş yerdə qaldıqda, ürək və damarların işi pozulduqda, əzələ fəaliyyətsizliyi zamanı, həmçinin yuxulu və yorğun hallarda da əsnəmə yarana bilər. Əsnəmək təqribən 6 saniyə çəkir. Uzunmüddətli əsnəmə isə beynin oksigen aclığının və ya digər tibbi yardım tələb edən halların əlaməti ola bilər. Onu da deyək ki, təkcə insanlar deyil, pişiklər, siçanlar, quşlar və digər canlılar da əsnəyir. Aparılan tədqiqatlara görə, heyvanlar hər hansı bir çətinlik qarşısında, diqqət tələb olunan anlarda əsnəyirlər. İnsanlarda isə bunun əksinə, ətraf aləmə qarşı diqqət azaldıqda, darıxma hissi yarandıqda əsnəmə baş verir. Araşdırmalar əsnəmənin “yoluxucu” olduğu faktını ortaya çıxarıb. Yəni “əsnək əsnək gətirər” deyimi əbəs yerə yaranmayıb. Əsnəmənin insan üzündə əmələ gətirdiyi fizioloji dəyişiklik bunu görən başqa bir insanda qeyri-ixtiyari əsnəmək istəyi yaradır. Yəni iştaha ilə yemək yeyən birini gördükdə necə aclıq hiss ediriksə, əsnəyən biri də bizdə bu hala qarşı reaksiya yaradır. Həm də bu xəstəliyə daha çox həssas adamların yoluxduğu bildirilir. Bu barədə Britaniyanın York şəhərində keçirilən böyük elmi festivalda məlumat verilib. Əgər siz də bu sətirləri oxuduqca, əsnədinizsə,

deməli, yeni elmi araşdırmanın nəticələrinə görə həssas adamsınız. Bu Lidz Universitetinin professoru doktor Katriona Morrissonsun gəldiyi nəticədir. Onun fikrincə, başqasına qoşulub əsnəmək, ona rəğbətlə yanaşmaq deməkdir. O, başqa adamların taleyinə biganə olmayanların əsnəyə daha çox yoluxduqlarını iddia edir. Doktor Morrissonsun fikrincə, nə qədər çox əsnəyirsənsə, deməli, bir o qədər diqqətli adamsan. Əsnəmənin yoluxuculuğunu iddia edən alimlər bunun çox qədim kökləri olduğunu sübut etməyə çalışırlar. Deyilənlərə görə, hələ ibtidai icma quruluşunda qəbilə və tayfa başçıları gecələr ocağın ətrafına yığışan insanların qarşısında əsnəyər, bununla da gecənin başa çatdığını, hər kəsin yatmaq vaxtının gəldiyini bildirərmiş. Daha sonra tayfa üzvlərinin hər biri əsnəyərək ona cavab verər və başçının qərarı ilə razı olduqlarını bildirərmişlər.

HIÇQIRIQ Hıçqırıq bir çox səbəblərdən (çox yeməkdən stressə qədər) baş verə bilər. Səs tellərinin qısa müddətə bağlanması nəticəsində hava çölə çıxa bilmir, diafraqma qeyri-iradi daralır ki, bu zaman hıçqırıq yaranır. Adətən hıçqırma daha çox yeməkdən sonra olur. Həddən artıq acılı qidaların, infeksiyaların, mədə xorası kimi xəstəliklərin də hıçqırığa səbəb ola biləcəyi bildirilir. Hıçqırıq davam edən müddətdə heç bir şey yeməməkdə fayda var. Çünki bu əsnada həddən artıq hava daxil ola bilər. Ən yaxşısı odur ki, hıçqırığın


71 NƏ ÜÇÜN ASQIRIRIQ?

qarşısını almaq üçün yavaş yeyin, həddən artıq yeməyin, qazlı içkilərdən çox içməyin. Bunun qarşısını almaq üçün bir çox üsullar var. Nəfəsi tutmaq, dərin və uzun nəfəs almaq, qurtum-qurtum soyuq su içmək, nəfəsi tutaraq üç dəfə udqunmaq, nanə yarpağı udmaq və s. Həmçinin bir çox hallarda qorxutmaq yolu ilə də hıçqırığın qarşısını almaq olur. Bundan başqa xırda-xırda doğranmış dəfnə və albalı yarpaqlarının hərəsindən 10 qr. götürüb, bir stəkan qaynar suda dəmləmək lazımdır. Ondan gündə bir neçə dəfə, hər dəfə də 20-25 damcı bir xörək qaşığı suya töküb içmək hıçqırığın qarşısını alır. Zirəni soyuq suya töküb, vam odda qaynadaraq, ondan bir neçə dəfə qurtum-qurtum içmək olar. Əgər hıçqırıq ara vermirsə, onda bir qədər badam yağı ilə şəkər qarışdırın və əzin, onu qəbul etsəniz, hıçqırıq kəsilər. Şüyüdün gövdə və toxumunu qaynadıb, qurtum-qurtum içmək də xeyrlidir. Adətən hıçqırıqlar 5 saniyədən bir təkrarlanır və bir dəqiqə çəkir. Siz hıçqırığı necə kəsəcəyinizi düşünərkən, o artıq öz-özünə yox olur. Ancaq aylarla davam edən hıçqırıqlar da olur. Belə hallarda mütləq tibbi müdaxilə lazımdır. Hətta cərrahiyyə əməliyyatına belə ehtiyac duyulan anlar olur. Hıçqırıq üzrə rekordsmen isə amerikalı Çarlz Osborn sayılır. O, 68 il ərzində 1922-ci ildən 1990-cı ilə qədər hıçqırıb.

Asqırma ani, qeyri-iradi, səsli şəkildə ağızdan və burundan nəfəs verməkdir. Xarici və ya daxili qıcıqlanmaya qarşı olan asqırıq insan orqanizmi üçün çox faydalıdır. Asqırma burun kanallarındakı sinirlərin xəbərdar edilməsi nəticəsində yaranan psixoloji bir reaksiyadır. Əslində burnumuz nəfəs almamızda çox əhəmiyyətli bir vəzifə yerinə yetirir. Buradakı sinirlərin xəbərdar edilməsinin səbəbləri müxtəlifdir. Allergiyalar, toz, tüstü, ətirlər hətta birdən işığa baxma kimi bir çox səbəbdən asqırmaq mümkündür. Asqırarkən gözlərinizi açıq tuta bilməzsiniz. Bunu elm adamları hər hansı bir ağrı nəticəsində gözümüzü yummağımızla bağlayırlar. Nəzakətlilik olsun deyə, asqırığı tutmağa çalışmaq isə qəti şəkildə tövsiyə edilmir. Çünki insan asqıran zaman ürək də daxil olmaqla bütün bədən funksiyaları bir anlıq dayanır. Asqırığın qarşısını süni surətdə aldıqda, iflic və beyin xəstəliklərinə şərait yaradır. Asqırma sayının genetik olduğu da iddia edilir. Bəzi ailələrdə üç dəfə asqırılarkən, bəzilərində səkkiz dəfəyə qədər asqırırlar. İnsanlara asqırdıqdan sonra “sağlam ol” demə adətinin mənşəyi xristianların “God bless you”, yəni “Tanrının xeyir-duası səninlə olsun” cümləsinə söykənməkdədir. Altıncı əsrdə asqıranlara bədənlərindəki şeytanı atdıqları üçün təbrik mənasında deyilən bu söz böyük vəba epidemiyası başlayınca Papa tərəfindən qanuniləşdirildi. Tək bir asqırıq 85 milyon bakteriyanı ətrafa saça bilir. Tədqiqatçılar bir nəfər asqırdıqdan yarım saat sonra havada hələ 4.000 zərrəciyin olduğunu iddia edirlər. Bu zərrəciklər yalnız zərərsiz su dənəcikləri və ya cansız maddələr deyil. Vücudumuza bu mexanizm qoyulmasaydı, bizi narahat edən bir çox zərərli maddələrdən və tozlardan qurtulmaq mümkün olmayacaqdı.


72

EMOSİYALAR VƏ XƏSTƏLİKLƏR əəccüb, qorxu, sevinc, kədər, qəzəb, kin, inciklik, gülmək, ağlamaq, həyəcan, narahatlıq... Bütün bunlar insanı digər canlı varlıqlardan ayıran və bəlkə də insan ruhunun fəaliyyətdə olduğunu göstərən əsas məqamlardır. Bu məqamlara həkimlər psixoemosional vəziyyətlər deyirlər. Yəni insan həyatı bunlarsız mümkün deyil. Təbiətin varlığında maraqlı bir dialektik tarazlıq var. Yəni gecə gündüzlə, isti soyuqla, müsbət mənfi ilə tarazlaşmasa, kainatın varlığı da mümkünsüzdür. İnsanın emosional vəziyyətləri haqqında da bunu söyləmək olar. Sevinc kədərlə, inciklik barışıqla, gülmək ağlamaqla qoşadır. Qədim Çin filosofları insan təfəkkürünü və ruhi fəaliyyətini okeana bənzədiblər. Okean dalğalanırsa, deməli, insan yaşayır. Müasir alimlər isə sübut ediblər ki, təfəkkür okeanındakı hər bir emosiya dalğası bədəndəki proseslərə birbaşa təsir edir. Bu məsələyə elmi yöndən baxaq: mərkəzi sinir sistemindəki qıcıqlanma və oyanmalar məhz beyində yerləşmiş qabıqaltı nüvələr, hipofiz, hipotalamus və digər endokrin mexanizmlər vasitəsilə vücudda dəyişiklik yaradıb, onu çətinliyə hazırlayır. Bir emosiya misalı üzərində bunu izah edək. İnsan qorxu keçirəndə məhz beyindəki mexanizmlərin vasitəsilə qanda adrenalinin miqdarı sürətlə artır. Nəticədə bədənin hər yerində


73 damarlar daralır, vücud qorxu emosiyasının təsiri ilə ya mübarizəyə, ya da qaçmağa hazırlaşır. Damarlar daraldıqda, əzələlərin oksigenlə təminatı sanki artmış olur, bədənin ümumi tonusu qalxır. Qorxu aradan qalxandan sonra isə adrenalinin miqdarı azalır, bədən boşalmış vəziyyətə düşür. Boşalma mərhələsi mütləq baş verməlidir ki, vücud tonus zamanı itirdiyi enerjini bərpa edə bilsin. Bir anlığa fikirləşək ki, həmin qorxu emosiyası davam edir və bədən boşalmağa macal tapmır. Belə olan halda bədəndəki ehtiyat enerji tükənməyə başlayır. Eyni fikri digər mənfi emosiyalar haqda da söyləmək olar. Bədənin kompensator mexanizmləri tükənəndə isə xəstəliklərin yaranmasına zəmin hazırlanır. Müasir tibbi dildə mənfi emosiyalar psixoloji stress faktorlarına aid edilir. Bu zaman mənfi emosiyaların həm birdəfəlik və güclü, həm də uzun müddətli və zəif təsiri eyni dərəcədə stress faktoru sayılır. Qeyd edək ki, xəstəliklərin bu yolla yaranmasının öyrənilməsi ayrıca elm sahəsi kimi son 50 ildə inkişaf etməyə başlayıb. Bu elm sahəsi psixiatriyanın tərkibinə daxil olub, psixosomatika adlanır. Belə xəstəlikləri psixosomatik xəstəliklər adlandırırlar. Bu elmin dərinliklərinə baş vurmaq fikrində deyilik. Sadəcə, psixosomatika ilə məşğul olan alimlərin gəldiyi qənaətlərin bəzilərini sizinlə bölüşmək istəyirik. Hesab edirik ki, hansı mənfi emosiyaların hansı xəstəlik hallarını törədə biləcəyini bilməyiniz yaxşı olar və həmin emosiyalara baxışınızı dəyişdirər. - Tez-tez baş verən və uzun müddət davam edən gərgin əsəbi şərait - boyun və baş ağrıları, göz ətrafında ağrılar, arterial qan təzyiqinin yüksəlməsi, beyin qan dövranının pozğunluqları, xroniki rinit və haymorit, nevralgiyalar, ürəyin işemik xəstəliyi (miokard infarktına qədər), zəhərli zob, isterik nevroz, tez-tez soyuqlama və s.

yaradır. - Şiddətli qorxu - ikinci tip şəkərli diabet, ürəyin işemik xəstəliyi, qorxu nevrozları, ishal, qıcıqlanmış bağırsaq sindromu, bel və boyun ağrıları, ayaqların tutulması, yuxusuzluq, xroniki pankreatit hepatit və s. əmələ gətirir. - Uzunmüddətli narahatlıq duyğusu - el arasında "qulunc ağrıları" kimi tanınman miozitlər, döş fəqərələrinin osteoxondrozu, ürəyin işemik xəstəliyi, arterial qan təzyiqinin yüksəlməsi, saçların tökülməsi, kalsium defisiti nəticəsində osteoporozun sürətlə inkişafı, oynaq ağrıları, həzm pozğunluqları, baş və boyun ağrıları və s. meydana çıxır. - Uzunmüddətli qəzəb duyğusu - qaraciyərin müxtəlif səviyyəli zədələnmələri, şiddətli oynaq ağrıları, ürəyin işemik xəstəliyi, tənəffüs yollarının müxtəlif xroniki xəstəlikləri, beldə və başda şiddətli ağrılar və s. törədir. - Kin və nifrət vəziyyətinin davam etməsi - revmatik xəstəliklərə meyllilik, depressiv nevroz, şiddətli oynaq ağrıları və oynaqlarda şişkinliklər, qaraciyər və öd yollarının xəstəlikləri, göz dibində dəyişikliklər və s. əmələ gətirir. - Davamlı inciklik - onkoloji xəstəliklərə, depressiv nevroza, birləşdirici toxumanın sistem xəstəliklərinə, ürəyin işemik xəstəliyinə, beldə, ayaqlarda ağrılara və s. səbəb olur. - Uzun müddətli həsəd duyğusu - mədə və on iki barmaq xorası, parazitar xəstəliklərə meylliliklər, ürəyin işemik xəstəliyi, bel və boyun ağrıları, depressiv nevrozlar və s. yaradır. - Həyatdan narazılıq - baş ağrıları, təzyiqin qalxması və enməsi, depressiya, həzm pozğunluqları, öd durğunluğu, tez-tez soyuqlama, xroniki yorğunluq sindromu, yuxusuzluq, xroniki qastrit və sairlə nəticələnir. - Özünə qapanma - depressiv nevrozlar, autoimmun xəstəliklər, oynaq ağrıları, yuxusuzluq, hipotireoz, kalsium çatışmazlığı və osteo-

poroz, hipovitaminoz və s. törədir. - Davamlı aqressivlik - insanı kəskin qastritə, qaraciyər problemlərinə, baş və boyun ağrılarına, arterial qan təzyiqinin yüksəlməsinə, şəkərli diabetə, piylənməyə və s. düçar edir. - Darıxmaq və həsrət çəkmək ürəyin işemik xəstəliyi, boyun və kürək ağrıları, yuxusuzluq, depressiv nevrozlar, qulaq ağrıları, baş ağrıları, iştahasızlıq, dispepsiyalar və s. yaradır. Təbii ki, bir yazıda mənfi emosiyaların doğurduğu bütün xəstəlikləri sadalamaq mümkün deyil. Önəmlisi odur ki, istənilən mənfi emosiya, əgər, ona qarşı düzgün münasibət formalaşdırmamışıqsa, bizə xəstəlik törədicisi kimi təsir göstərəcək. Düzdür, həyatı mənfi emosiyalarsız təsəvvür etmək mümkün deyil, amma hər birimiz o emosiyalardan çıxmağı və onların davamlı təsirindən qaçmağı öyrənməliyik. Psixosomatika elminin nəticələrindən çıxış edən psixoterapiyanın müxtəlif metodları sizin mənfi emosiyalardan qorunmaq üçün şansınızdır. Psixosomatikanın müasir elmdə yalnız bu gün müzakirə mövzusuna çevrilməyinə baxmayaraq, qədimdən bəri Şərqdə bu barədə biliklər olub. Və psixosomatik xəstəliklərin qarşısını almaq, eyni zamanda ömrün uzadılması məqsədilə müxtəlif yollar tətbiq olunub. Bu gün qədim Hind və qədim Çin müalicə profilaktika metodları müasirləşdirilmiş şəkildə, uğurla tətbiq olunmaqdadır. Psixoterapiyanın müxtəlif yollarının başlıca məqsədi odur ki, sizdə mənfi mühit təsirlərinə qarşı (psixoloji və ekoloji) mübarizə yollarını çatdırsın. Beləliklə, mənfi emosiyalar xəstəlik törədən faktorlardır. Və biz onlarla düzgün davranmağı bacarmalıyıq ki, nə ruhumuz, nə də vücudumuz xəstələnsin. Əli Nağıyev həkim


SORUŞUN, CAVAB VERƏK

74

Dəyərli oxucular, bizə ünvanladığınız sualları həkim Əli Nağıyev cavablandırır. Sizi narahat edən sualları hər gün saat 16 00-dan 18 00-dək redaksiyamıza zəng vuraraq (Tel.: (0 12) 510 84 35; Faks: (0 12) 510 84 35) həkimlərimizə ünvanlaya bilərsiniz. Və ya ailehekimi@mail.ru elektron ünvanına yaza bilərsiniz.

Sual: (Elmira S. 36 yaş, Bakı). Bir neçə müddətdir ki, sağ qabırğa altında, qaraciyər nahiyəsində sancı şəkilli ağrılarım var. Müayinələrdən məlum olub ki, qaraciyər tərəfdən ciddi problem yoxdur. Nə məsləhət görürsünüz? Cavab: Yaşınızı nəzərə almaqla, bu yaşda qadınlarda tez-tez rast gəlinən sinir ağrılarından şübhələnməyə əsas var. Ola bilsin ki, onurğanızda gedən osteoxondroz prosesinin əks-sədası kimi qabırğalar arası sinirlərdə iltihablaşma gedir. Bir daha vurğulayım ki, bu şübhələr əgər qaraciyər sınaqları çox ciddi aparılıbsa, daha çox artır. Yəni sağ qabırğa altı nahiyədə olan ağrı və narahatlıqlar orqanik dəyişikliklər olmadığı təqdirdə, sinir mənşəli olması ehtimalı böyükdür. Deməli, siz nevropatoloqa müraciət etməli və müvafiq müalicə almalısınız. Sual: (Rauf M. 27 yaş, Bakı). Tez-tez soyuqlayıram və ağzım uçuqlayır. Qanımda herpes virusu aşkar olunub. Necə etməliyəm ki, payız mövsümü soyuqdəyməyə daha az məruz qalım? Cavab: Əgər herpes virus infeksiyasına görə tam müalicə almasanız, o halda payız və qış mövsümlərində xəstələnmək ehtimalınız yenə var. Herpes virus infeksiyasının bədəndə xroniki şəkildə qalmasının əsas səbəbi immunitet zəifliyidir. Bu, o deməkdir ki, hətta ağzınızda uçuqlama olmasa belə, immunitet gücləndirici və virus əleyhinə kurs müalicə almalısınız. Müalicə kursundan sonra isə qida əlavəsi kimi polivitamin preparatı seçməli və bir neçə ay ərzində qəbul etməlisiniz. Bu halda tez-tez soyuqlama ehtimalınız azalacaqdır. Sual: (Əlövsət H. 42 yaş, Lənkəran). Payız-qış mövsümündəyik. Bu münasibətlə bilmək istəyirəm ki, qripə yoluxmamağın ən müasir üsulları hansılardır? Cavab: Qripə yoluxmanın qarşısını almanın ən müasir üsulu kimi qrip əleyhinə vaksinasiyanı misal göstərə bilərik. Bu ya dövlət, ya özəl tibb müəssisəsi tərəfindən aparıla bilər. Əlavə olaraq, immunitet möhkəmləndirici vasitə kimi polivitamin preparatları işlədilə bilər. Sonda onu deyək ki, ən etibarlı vasitə qrip xəstəsi ilə kontaktdan çəkinməkdir. Sual: (Bənövşə Ə. 34 yaş, Ağsu). Bir qohumumun qaraciyərində exinokokk tapılıb. Ölçüləri böyük olduğu üçün əməliyyat məsləhət görülüb. Exinokokkdan necə qorunmaq lazımdır? Bunun əməliyyatsız müalicəsi varmı? Cavab: İlk olaraq onu deyək ki, exinokokkozun cərrahiyyə əməliyyatı yolu ilə müalicəsi barədə qərarı cərrahlar veribsə, bu əməliyyatdan çəkinmək düzgün deyil. Çünki böyük ölçülü exinokokk kistaları dərman müalicəsinə demək olar ki, tabe olmur, orqan və toxumalar üçün


75 ciddi təhlükələr törədir. Exinokokkoza yoluxmadan qorunmaq üçünsə yadınızda saxlayın ki, exinokokkun mənbəyi ev heyvanları ola bilər. Buna görə də ümumiyyətlə, gigiyenaya əməl etməklə yanaşı, ev heyvanları saxlayırsınızsa, onlarla kontaktdan sonra xüsusilə əllər və üz yuyulmalı, təmizlənməlidir. Yəni exinokokkoz gigiyena qaydalarına əməl etməyən insanlara daha tez yoluxur. Sual: (Tural H. 27 yaş, Bakı) Ötən qış sətəlcəm keçirdim. Temperaturum çox yüksək idi. Heç bir antibiotik kömək etmədi. Yalnız roksitromitsin tərkibli antibiotikin qəbulundan 2 gün sonra temperaturum düşdü. Və tədricən sağaldım. Bu qış eyni hal təkrar oluna bilərmi? Cavab: Tam sağalma əldə etmisinizsə, eyni xəstəliyin residivi kimi yox, yenidən sətəlcəmə (pnevmoniya) tutulma ehtimalı hamıda olduğu kimi, sizdə də var. Çünki qış mövsümündə immunitet zəifləyir və bronx-ağciyər sistemində soyuqlama mənşəli xəstəliklərin sayı artır. Məsləhətim odur ki, pulmonoloq yanında müayinədən keçəsiniz (xüsusilə rentgenoloji müayinədən) və xroniki bronxit və ya xroniki pnevmoniya vəziyyətinin olub-olmaması aydınlaşsın. Bundan sonra müvafiq profilaktik tədbirlər həyata keçirmək olar. Sual: (Rəna K. 47 yaş, Sumqayıt). Yuxuda ikən səs-küydən ayılıb qorxmuşam. O vaxtdan bəri bir az həyəcanlanandan sonra güclü ürək döyüntüsü hiss edirəm. Əllərim buzlayır və həmin günü başımda ağırlıq və ağrı hiss edirəm. Səhərisi gün isə fikir verirəm ki, göz ətrafım qaralıb. Sizcə, mən hansı həkimə müraciət etməliyəm? Cavab: Yaşınızı nəzərə alsaq, aydınlaşdırmaq lazımdır ki, vəziyyətinizin ağırlaşmasında, klimakterik nevrozun rolu varmı? Bunun üçün siz ginekoloji və nevroloji konsultasiyalarda olmalısınız. Ehtiyac ola-

cağı təqdirdə, ginekoloq hormonlarınızın müayinəsini aparıb, endokrinoloji konsultasiya keçirəcək və müvafiq hormonal təyinat verəcəkdir. Nevropatoloq isə öz növbəsində əsəb sakitləşdirici müalicə təyinatı verə bilər. Beləliklə, kompleks tibbi yardım almış olarsınız. Sual: (Teymur M. 41 yaş, Oğuz). Futbol oynayarkən sağ baldır əzələlərim dartılmışdır. Bunu müalicə etdirən dövrdə sağ tərəfdə belimdə gecələr ağrı hiss etməyə başladım. Bunların bir-biri ilə əlaqəsi ola bilərmi? Cavab: Ola bilsin ki, sizdə bel-oma osteoxondrozu və bununla əlaqədar olan xroniki radikulonevrit olmuşdur. Travma isə sinirin dartılması yolu ilə bel ağrılarını oyada bilər. Məsləhət görərdim ki, nevroloji konsultasiyadan keçəsiniz. Sual: (Gülarə Z. 67 yaş, Yevlax). Evdə gəzərkən ayağım büdrədi. Yıxılmadım. Amma sağ bud-çanaq oynağımda şiddətli ağrılar yaranıb, məcbur olmuşam ki, əl ağacı ilə yeriyim. Həkimə getməmişəm. Məsləhətinizi istəyirəm. Cavab: Ortoped-travmatoloqa təcili müraciət etməlisiniz. Sizdə budçanaq oynağı nahiyəsində (bud sümüyü boynunun patoloji sınığı) ciddi travma ehtimalı yüksəkdir. Bu yaşda kalsium çatışmazlığının nəticəsində osteoporoz inkişaf edə bilər ki, hətta adi büdrəmə nəticəsində belə patoloji sınıq olması mümkündür. Sual: (Nigar S. 23 yaş, Bakı). Qanımda hepatit C aşkar olunub. Çox qorxuram. Görəsən, bu xəstəlik sağalırmı? Cavab: Birinci növbədə qorxunu kənara qoyun. Çünki qorxu özlüyündə xəstəliklərin səbəbidir. Hepatit C-nin daha dəqiq müayinəsi polimeraz zəncirvari reaksiya deyilən analiz növüdür. Amma özbaşına müraciət etməyin. Hepatoloq-infek-

sionist (qaraciyər infeksiyaları mütəxəssisi) sizin analizin cavabına baxıb, ehtiyac olarsa, yuxarıda adı çəkilən müayinəni təşkil edəcək. Bilməlisiniz ki, hepatit C ilə yoluxma hələ xəstələnmə demək deyil, siz adi daşıyıcı da ola bilərsiniz. Bu halda sadəcə, qaraciyərinizi pəhrizlərlə ömrü boyu qorumalı və dövri olaraq, qaraciyər funksiyasını yaxşılaşdıran bəzi preparatları qəbul etməlisiniz. Sual: (Fuad K. 48 yaş, Qazax). Təzyiq xəstəsiyəm. Arterial təzyiqim 170/100 mm-dək qalxır. Son bir ay ərzində xüsusilə səhərlər baş hərlənməsi və ürək bulanması hiss edirəm. Bu hissiyyat bir neçə dəqiqə çəkir. Sizcə, bu təzyiqdən ola bilərmi? Cavab: Çox güman ki, təzyiqdəndir. Burada təhlükə ondadır ki, uzun illər dərmanlar vasitəsilə aşağı endirilməyən təzyiqin beyində, ürəkdə və böyrəkdə ciddi dəyişikliklər əmələ gətirmə ehtimalı var. Sizin əlamətləriniz beyin qan dövranında pozğunluqların olmasından xəbər verə bilər. Buna görə də təcili şəkildə nevroloji müayinədən keçməli və kardioloji konsultasiya da almalısınız. Çünki təzyiq təcili şəkildə normaya salınmalı və əgər ehtiyac varsa, beyin qan dövranını yaxşılaşdıran müalicə aparılmalıdır. Sual: (Səbinə D. 27 yaş, Bakı). Çənə altında, qarında, tüklənmə hiss edirəm. Maraqlıdır ki, tüklənmə artan dövrdən menstruasiyam da ləngiməyə başlayıb. Sanki çəkim də artıb. Bunların əlaqəsi varmı və bu problemlərlə bağlı kimə müraciət etməliyəm? Cavab: Dediyiniz əlamətlər qadın hormonlarında miqdar dəyişikliyindən xəbər verə bilər. Ginekoloji müayinədən keçməlisiniz: FSH, estrogenlərin miqdarı təyin olunmalı, yumurtalıqların ultrasəs müayinəsi aparılmalıdır. Əlamətləriniz daha çox yumurtalıqların polikistozu olarsa, meydana çıxır. Bunun isə daha dərin səbəbləri var. Bir sözlə, ginekoloqa müraciət edin.


76

İNSULT Qanın beynin bir hissəsinə axınının pozulması və bunun nəticəsində beyin toxumalarının davamlı zədələnməsi insult adlanır. Çox zaman beyni qan ilə təmin edən arteriyalarda əmələ gələn laxtalanma da insulta səbəb olur. Beyin zədələnməsi nəticəsində arteriyadan qan sızması, yüksək qan təzyiqi və ya arteriya divarındakı zəif yerin şişib, yırtılması da insulta səbəb ola bilər. Arteriyanı əhatə edən piy qatının da insultun baş verməsində rolu var. Mini insult isə beynin müəyyən hissəsinə müvəqqəti olaraq qan axınının kəsilməsi ilə bağlı yaranır. Lakin insultdan fərqli olaraq, onun əlamətləri bir neçə dəqiqə və ya saatdan sonra yoxa çıxır. Mini insultun əlamətləri tez aradan qalxsa da, xəstə təhlükədən tam qurtulmuş sayılmır. Çünki mini insult keçirmiş şəxsin digər insanlara nisbətən insult keçirmə ehtimalı 10 dəfə yüksəkdir.

ƏLAMƏTLƏRİ Qəfil zəifləmə, sifət, əl və ayaqların keyləşməsi insultun ilkin əlamətlərindəndir. Adətən, zəiflik və keyləşmə bədənin yalnız bir tərəfində baş verir. Xəstə danışmaqda və söylənənləri başa düşməkdə çətinlik çəkir. Görmə ləkəli və tutqun, gözün almacıqları isə müxtəlif ölçülərdə olur. Zərərçəkəndə qəfil güclü baş ağrısı, baş gicəllənməsi, qarışıq hisslər, qulaqların cingildəməsi halları da müşahidə oluna bilər. İnsult keçirən adamın huşunun itməsi, selik, nəcis və ya sidik ifrazı da mümkündür. NECƏ YARDIM GÖSTƏRMƏLİ? Əgər xəstə huşunu itiribsə və ağzında qusuntu, maye varsa, onu bir böyrü üstə uzadıb, ağzındakıların axıb getməsinə şərait yaradın. Bu onun tənəffüs yollarının açılmasına kömək edər. Dərhal həkim çağırmaq və zərərçəkənin tənəffüsünü nəzarət-

də saxlamaq lazımdır. Zərərçəkənin huşu özündədirsə, ona rahatlıq və toxtaqlıq verin. Çünki insult zamanı xəstədə qorxu və həyəcan hissi yaranır. Zərərçəkənə yemək və içmək üçün heç nə vermək olmaz. Xəstə danışmağa çətinlik çəksə də, bəzi hallarda deyilənləri başa düşür. Xəstə danışa bilmədikdə və eşitmədikdə, mimikalardan istifadə edə bilərsiniz. Ümumiyyətlə, insulta bənzər simptomlar bir neçə dəqiqə və ya saat sonra tamamilə keçib getsə də, bu əlamətlərə biganə qalmaq olmaz. Mütləq həkimə müraciət etmək lazımdır. İNSULTA MƏRUZ QALMAMAQ ÜÇÜN... İnsultun risk faktorları ürək xəstəliyində olduğu kimidir. Bir çox hallarda bu amillər sizdən asılı olmayaraq baş verir. Məsələn yaş, cins, insultun, diabetin və ya ürək xəstəliyinin ailəvi tarixi. Ancaq siz


77

də müəyyən qədər özünüzə diqqət yetirsəniz, insultun qarşısını ala bilərsiniz. - Qan təzyiqinizə nəzarət etməklə; - Siqaretdən uzaq olmaqla; - Sağlam qidalanma rejimi qurmaqla; - Müntəzəm idman etməklə; - Diabeti gözləməklə; - İnsult əlamətlərinin meydana çıxmasını dərhal həkimə bildirməklə.

ŞƏKƏR KOMASI Diabet xəstələrində şəkərin səviyyəsinin çox aşağı düşməsi xəstə üçün ciddi təhlükələr yarada bilər. Həddən artıq insulin qəbul etdikdə, lazımi qaydada qidalanmadıqda, orqanizmdə şəkərin qeyi-normal sərfi olduqda, güclü emosional stress halı keçirdikdə beynin fəaliyyəti üçün zəruri olan şəkər çatışmır. Heç bir tədbir görülmədikdə isə xəstənin həyat üçün təhlükəli ola biləcək insulin şoku və ya diabetik koma keçirməsi mümkündür. ƏLAMƏTLƏRİ - Huşun səviyyəsində dəyişiklik, baş gicəllənməsi, süstlük, çaşqınlıq; - Qeyri-müntəzəm tənəffüs; - Qeyri-normal nəbz. YARDIM GÖSTƏRİLMƏSİ İnsulin şoku keçirən xəstənin huşu özündə olduqda, qida və ya maye qəbul etmək imkanı varsa, ona şəkər verin. Həmçinin şirniyyat və meyvə şirələrinin tərkibində də kifayət qədər şəkər var ki, bu da

zərərçəkənin qanında şəkəri kafi səviyyəyə qaytarmaq üçün yaxşı təsir göstərir. Zərərçəkən qanda şəkərin azlığından əziyyət çəkirsə, bu prosedura tez kömək edir. Xəstənin qanında şəkərin səviyyəsi çox yüksək olduqda da, əlavə şəkərin verilməsi ziyansız olur. Bir çox hallarda diabeti olan şəxs vəziyyətinin pisləşdiyini hiss etdikdə, tərkibində şəkər olan bir şey istəyir. Əgər zərərçəkənin huşu özündədirsə və şəkər qəbul etdikdən 5 dəqiqə sonra yenə də özünü yaxşı hiss etmirsə, dərhal həkim çağırın. Xəstə huşunu itirdikdə isə onun ağzına heç bir şey daxil etmək olmaz. Əksinə, tənəffüsünə nəzarət edib, onu soyuqdan və istidən qorumaq lazımdır.

EPİLEPSİYA (APOPLEKTİK VURĞU) Tutma kəskin və xroniki vəziyyət nəticəsində yarana bilər. Xroniki vəziyyət epilepsiya adı ilə tanınır. Epilepsiya daha çox ciddi baş zədələnməsi, mərkəzi sinir sisteminin infeksiyası, ailə üzvləri arasında epilepsiyalı şəxsin olması və insult zamanı baş verir. ƏLAMƏTLƏRİ Tutma baş verməzdən əvvəl zərərçəkən şəxs aura (epilepsiyanın ilkin əlamətləri) vəziyyətinə düşə bilər. Aura qeyri-adi hissiyyat halıdır. Bu qəribə səs, dad və ya qoxu, nədənsə xilas olmaq istəyi ilə ifadə olunan haldır. Əgər zərərçəkən şəxs auranı ayırd edə bilirsə, bunu yanındakılara deyə və tutma baş verməmiş otura bilər. Tutma adətən 1-3 dəqiqə baş verir. Bu zaman xəstənin tənəffüsünün qeyri-müntəzəm olması və ya tam dayanması mümkündür. Bu halda ağızdan selik axması, gözlərin yuxarıya doğru yönəlməsi və bədənin hərəkətsiz hala düşməsi müşahidə olunur. Zərərçəkən həmçinin sidik və nəcis ifraz edə bilər. Körpələrin və kiçik yaşlı uşaqların bədən temperaturunun

birdən artması ilə tutma halının baş verməsi də mümkündür. ZƏRƏRÇƏKƏNƏ KÖMƏK ETMƏK ÜÇÜN... Tutma zamanı zərərçəkən nəzarətini itirir və bu zaman güclü əzələ gərilmələri baş verir. Belə vəziyyətdə olan birini tutmağa və hərəkətlərini məhdudlaşdırmağa çalışmayın. Çünki bu əzələ-skelet zədələnmələrinə səbəb ola bilər. Yaxınlıqdakı zədələnməyə səbəb ola biləcək əşyaları götürün. Zərərçəkənin başının altına nazik yastıq və ya qatlanmış paltar qoyun. Onun tənəffüsünü məhdudlaşdıra biləcək geyimi boşaldın. Zərərçəkənin ağzına və ya dişləri arasına heç nə yerləşdirməyin. Geniş yayılmış fikrin əksinə olaraq, tutma zamanı şəxs dilini udmur. Zərərçəkən nadir hallarda dil və yanağını dişləyərək, ciddi qanaxma yaradır. Əksər hallarda isə yüngül qanamalar ola bilər. Tutma başa çatdıqdan sonra zərərçəkəni böyrü üstə uzatmaq lazımdır ki, qan və ya digər maye onun ağzından axa bilsin. Tutmadan sonra şəxs süst, müvazinətini itirmiş olur və rahatlanmaq üçün ehtiyac hiss edir. Əgər bayılma kütlə içərisində olubsa, həmin şəxs pərtlik və ya utancaqlıq hiss edə bilər. Ona görə belə birinin başına toplaşmaq düzgün deyil. Zərərçəkəni sakit bir yerə aparıb, istirahət etməsinə şərait yaradın. O, tam özünə gəlib, ətrafı tanıyana kimi yanında qalmaq lazımdır.


78

BÜRCLƏRƏ GÖRƏ VALİDEYNLƏR... Qoç bürcü: 21 mart - 20 aprel

də onlara sevgi və nəvaziş göstərməyə çalışırlar. Qayda-qanuna riayət edilməsini sevən Buğalar yalnızca çox hirslənəndə gözləri nəinki uşaqlarını, heç bir şeyi görmür.

Ana: Qoç bürcündən olan qadınlar özlərini hamıdan yaxşı ana, övladlarını isə ən ağıllı uşaq hesab edirlər. Övladları üçün hər şeyin mükəmməlini etməyə çalışırlar. Uşaqlarına sürprizlər etməyi, hədiyyələr almağı, onlarla oyun oynamağı çox sevirlər. Övladlarını ciddi qayda-qanunla tərbiyə etmək istəsələr də, çox vaxt onlara qarşı yumşaq olurlar. Ata: Qoç ataların bəziləri bütün vaxtlarını uşaqlarına həsr edə bildikləri halda, bəziləri övladlarının varlığını belə unudacaq qədər gərgin olurlar. Onlar uşaqlarına qarşı tələbkar olur, onlardan hər zaman düzgünlük gözləyirlər. Ancaq nə qədər sərt görünsələr də, Qoç atalar uşaqlarına “yox” sözünü deməyi sevmirlər. Qoçlar idarə etməyi sevdiklərinə görə xüsusən də uşaqlarının yeniyetməlik dövründə onların həyatlarına çox müdaxilə edirlər.

Ana: Əkizlər bürcündən olan analar hələ körpəlikdən uşaqlarını müstəqil ruhda tərbiyə etməyə çalışırlar. Öz qərarlarını verə bilmələri üçün uşaqlarına şərait yaradırlar. Övladlarını demokratik ruhda böyütmək istəyən Əkizlər onların fikirlərinə hər zaman böyük əhəmiyyət verirlər. Ata: Onlar ata olmağa tələsmirlər. Ancaq bu baş verdikdə çox yaxşı ata olurlar. Övladları ilə böyük insan kimi rəftar edir, onların düşüncəsinə önəm verirlər. Təzyiq göstərmədən, qadağalar tətbiq etmədən övladı ilə sirdaş olmağı sevirlər. Övladlarını cəzalandırmayan, onların öz ayaqları üstə dayanmalarına hər cür imkan yaratmağa çalışan atalardır.

Buğa bürcü: 21 aprel- 21 may

Xərçəng bürcü: 22 iyun – 23 iyul

Ana: Övladsız yaşamaq? Bu mümkün deyil. Onun üçün həyatda ən böyük hədiyyə uşaqlarıdır. Buğa bürcündən olan analar hər zaman çalışırlar ki, övladlarına qarşı ədalətli olsunlar, onların problemləri və çətinliklərini nəzarətdə saxlasınlar. Uşaqları ilə hər zaman dost münasibətində olmağa çalışırlar. Buğalar ən nəvazişli analardır. Ata: Buğa atalar övladlarını öz atalarından gördükləri kimi tərbiyə edib, böyütməyə çalışırlar. Mehriban atalar olan Buğalar uşaqları üçün hər şeyin ən yaxşısını etməyə çalışırlar. Adətən oğul atası olmaq arzusu ilə yaşayan Buğalar qız uşaqlarına da şəfqətlə yanaşırlar. Onlar istiqanlı, səbirli atalardır. Uşaqları üçün gözəl gələcək təmin etmək üçün çox çalışırlar. Övladları üçün sadəcə maddi fədakarlıqlarla kifayətlənmirlər, həm

Ana: Fədakar analardır. Övladlarının yolunda hər bir əzab-əziyyətə, çətinliklərə qatlaşırlar. Uşaqlarına qarşı çox diqqətli və qayğıkeşdirlər. Uşaqlarının əhval-ruhiyyəsində baş verən ən xırda dəyişiklik belə onların gözündən yayınmır. Çox sentimental olurlar. Ata: Xərçəng atalar övladlarını həddən çox sevirlər. Uşaqlarının bütün problemləri ilə yaxından maraqlanırlar. Digər bürclərdən fərqli olaraq Xərçənglər uşaqlarının müstəqil şəkildə qərar verməsinə kədərlənirlər. Çünki o hər zaman övladının dayağı olmasından xoşbəxt idi, övladının onun himayəsinə ehtiyacı qalmadığını düşündüyünə görə aqressivləşir. Mükəmməl ata olan Xərçənglər uşaqları ilə çox həssaslıqla rəftar edirlər.

Əkizlər bürcü: 22 may – 21 iyun

Şir bürcü: 24 iyul – 23 avqust Ana: Şir anaların övladlarının hər bir şeyi ən yaxşı və bahalı olmalıdır. Çox əliaçıqdırlar. Onların ən böyük arzusu övladlarını xoşbəxt və həyatda öz yerini tutmuş müvəffəqiyyətli biri kimi görməkdir. Uşaqları ilə oyun oynamağı, onlarla dost olmağı çox xoşlayırlar. Övladları ilə yanaşı, işlərinə, cəmiyyətdəki mövqelərinə də diqqət göstərirlər. Ata: Şirlər böyük ailəni sevmirlər. Adətən tək uşaqla kifayətlənirlər. Ancaq ata olduqlarında da uşaqları ilə mehriban və nəvazişlə rəftar edirlər. Bir çox hallarda övladları onlara hər zaman haqlı olmasına, hökmlü davranışlarına görə soyuq davranırlar. Şir atalar övladlarını çox sevsələr də, bəzi hallarda uşağının hansısa hərəkətinə görə xəyalqırıqlığına uğrayırlar.

Qız bürcü: 24 avqust – 23 sentyabr Ana: Qızlar erkən yaşlarda ana olmağa tələsmirlər. Qız bürcündən olan analar bir az soyuq görünsələr də, uşaqlarına nəvazişli, mehriban ana olduqlarını hiss etdirməyi bacarırlar. Uşaqlarının fikirlərini dinləməyi, ağıllı məsləhətləri ilə onlara yol göstərməyi bacarırlar. Bu bürcdən olan analar uşaqlarının fiziki inkişafına, qidalanma rejiminə, gigiyenasına da diqqətlə yanaşırlar. “Sağlam ruh, sağlam bədəndə olar” devizini əsas tuturlar. Ata: Əkizlər bürcü kimi Qızlar da ata olmağa tələsmirlər. Kiçik bir ailələrinin olmasını xəyal edirlər. Ancaq uşaqları olduqda, onlara çox bağlanırlar. Məsuliyyətlərini unutmurlar. Ağıllı və intellektual bir ata kimi övladlarının dərsləri ilə hər zaman yaxından maraqlanırlar. Uşaqlarını ərköyün etməyi sevmirlər. Həmçinin Qız atalar sevgisini göstərməkdə o qədər də mahir deyillər.


79 Tərəzi bürcü: 24 sentyabr – 22 oktyabr

Oxatan: 23 noyabr – 22 dekabr

Ana: Tərəzilər üçün uşaqlar ərindən sonra gəlir. Hər zaman övladlarına atalarını sevməyi, ona hörmət etməyi təlqin edirlər. Ev işlərindən, səliqəsizlik və səs-küydən tez yorulurlar. Ancaq xoşbəxtlikdən çox vaxt Tərəzi anaların uşaqları sözəbaxan olurlar. Tərəzilər həmişə uşaqlarına qarşı münasibətdə dürüst olmağa çalışırlar. Yumşaq təbiətli olsalar da, bəzən çox sərt görünürlər. Ata: Sakit və ədalətli atalardır. Tərəzi atalar uşaqlarını çox sevsələr də, onlar üçün əvvəlcə həyat yoldaşı gəlir, sonra övladları. Tərəzi kişiləri mülayim xarakterli görünsələr də, övladlarını ciddi qayda-qanunlarla tərbiyə edirlər. Onlar uşaqlarının hərtərəfli inkişafı üçün əllərindən gələni edirlər, xüsusən də övladlarının yaradıcılıq sahəsində uğur göstərə bilməsi üçün geniş imkanlar açırlar.

Ana: Çox məsuliyyətli və dəqiq analardır. Uşaqlarının yuxu, yemək, istirahət rejiminə saniyəsinədək dəqiq yanaşırlar. Oxatan analar üçün rejim ən vacib məsələdir. Uşaqları üçün əyləncəli oyunlar, sürprizlər, müsabiqələr təşkil etməyi çox sevirlər. Həyatsevər və yumor hissləri güclü olduqlarından uşaqları üçün onlarla oynamaq çox əyləncəlidir. Övladlarını da həyatsevər ruhda böyütməyə çalışırlar. Ata: Oğlan uşaqlarına daha çox yaxınlıq duyurlar. Xüsusən də yeniyetmə övladları ilə çox yaxın olurlar. Onların hər bir sirrinə ortaq olmağa çalışaraq, övladlarının ən yaxın dostu olurlar. Hətta uşaqlarının hər hansı bir səhvi olduqda belə, ona hirslənmək əvəzinə, anlayışla yanaşırlar. Böyük uşaqlarla çox sıx dostluqları olsa da, körpə övladları ilə münasibətləri nisbətən çətin olur. Körpəyə məsuliyyət və qayğı ilə yanaşmaq onları narahat edir.

Əqrəb bürcü: 23 oktyabr – 22 noyabr Ana: Uşaqlarını sevsələr də, çox vaxt bu istəklərini büruzə vermirlər. Əqrəblərin intuisiyaları güclü olduğundan uşaqlarını gözlənilən təhlükələrdən qorumağı bacarırlar. Övladlarının yüksək hədəflərinin olmasını, güclü böyüməyini arzulayırlar. Əqrəb analar övladlarının gizli istedadlarını üzə çıxarmaqda, onların yaradıcılığını inkişaf etdirməkdə çox mahirdirlər. Ata: Sərt ata olan Əqrəblər tənbəlliyi bağışlamırlar. Uşaqlarının sahib olduqları şeylərin dəyərini bilməsini istəyirlər. Avtoritet olmaları uşaqlarının xoşuna gəlməsə də, onlar məhz övladlarının güclü biri kimi böyüməsi üçün belə davranırlar. Uşaqlarının həyatda müvəffəq olmasını çox arzulayırlar. Əgər onların övladları çox həssas, tez inciyən biri olarsa, belə uşaqların özünə qapanma halları və psixoloji problemləri ola bilər. Odur ki, Əqrəb atalar uşaqlarına qarşı daha anlayışla davranmağa cəhd etməlidirlər.

Oğlaq bürcü: 23 dekabr – 20 yanvar Ana: Uşaqlarını çox əzizləyib, öpüb qucaqlamırlar. Ancaq təmkinli, səbirli və məsafəli təsir bağışlayan Oğlaq anaların qəlbində övladlarına qarşı çox böyük sevgi və nəvaziş gizlənir. Ciddi və tələbkar Oğlaqlar səliqəliliyə və onlara qulaq asılmasına böyük önəm verirlər. Oğlaqlar üçün dünyanın mərkəzində onların övladları dayanır. Uşaqlarından başqa hamı onlar üçün ikinci plandadır. Oğlaq analar övladının ən ağlasığmaz arzusunu da reallaşdırmaq üçün dağları dəlməyə belə hazırdır. Ata: Onlar övladlarından hörmət və itaətkarlıq gözləyir, əvəzində isə fədakar və dürüst ata olurlar. Çox vaxt övladlarını ərköyün tərbiyə etmək yerinə, lazım gəldikdə onları cəzalandırmağı da bacarırlar. Adətən Oğlaq ataların təlim-tərbiyədəki rolu quru və formal görünsə də, əslində onlar bu məsələyə çox ciddi yanaşırlar. Uşaqlarının tər-

biyə və inkişafına barmaqarası yanaşmalarını onların gələcəkdə güclü və çətinliklərə dayanıqlı böyüməsini istəmələri ilə əlaqələndirirlər.

Dolça bürcü: 21 yanvar – 19 fevral Ana: Hər zaman qərarlı və yeni macəralara hazırlıqlı olurlar. Ən böyük arzuları övladlarının da özləri kimi macərapərəst, hər şeylə maraqlanan, nikbin ruhda böyüməsidir. Emosional və psixoloji baxımdan övladlarının inkişafında çox yardımçı olurlar. Ata: Dolçaların uşaqlarına qarşı olan münasibəti soyuqdur. Bu onların xarakterindən irəli gəlir. Dolçalar övladlarını sevsələr də, bunu reklam etməyi, hamıya nümayiş etdirməyi xoşlamırlar. Dolça atalar övladlarının, məntiqi, yaradıcı baxımdan inkişaf etməsi üçün hər zaman kömək olacaqlar. Onlar uşaqlarına atadan daha çox dost olurlar.

Balıq bürcü: 20 fevral – 20 mart Ana: Çox həssas analardır. Həyatlarının ən böyük sevgisi olan övladları üçün çox həyəcan keçirirlər. Onların xoşbəxtliyi və təminatı üçün çox narahat olur və bunun üçün əllərindən gələni edirlər. Özlərinin uşaq vaxtı məhrum qaldıqları hər bir şeyə övladının sahib olmasını arzulayırlar. Bəzən çox mülayim olması onlara qaydaqanun yaratmaqda çətinlik törədir. Ata: Onlar övladlarını çox sevirlər. Həssas və anlayışlı xarakterlərinə görə çox vaxt övladlarına analarından daha yaxın olurlar. Onların əhval-ruhiyyəsində baş verən hər bir dəyişikliyi gözdən qaçırmırlar. Anaları hər hansı bir səhvinə görə uşağı danlamaq yolunu seçdikdə, Balıqlar bürcündən olan atalar övladının problemini dinləyib, məsələyə aydınlıq gətirməyə çalışır. Gəzintilərə, mədəni fəaliyyətlərə, idmana, əyləncəyə, bir sözlə, övladları üçün yararlı ola biləcək hər bir şeyə maraq göstərirlər.


"Ailə Həkimi" Jurnalı 4 - 2008  

"Ailə Həkimi" Jurnalı Noyabr-Dekabr 2008