Issuu on Google+

M

Y

2012

M A Y 2012

www.ailehekimi.az

A

TİBBİ KÜTLƏVİ JURNAL

SƏHƏR-SƏHƏR AC QARINA

YOLÇU YOLDA GƏRƏK ÇİYƏLƏYİM GİLƏMEYVƏM MAYE KALORİLƏRİ

5

Sağlam dişlərin qaydası


1


TİBBİ KÜTLƏVİ JURNAL MAY 2012

CAN SAĞLIĞI Uşaqlara qarşı zorakılıqla mübarizə.......................................4

Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC

“Səhər-səhər acqarına qüvvət gəlsin qollarına”.....................8

İdeya müəllifi və layihənin rəhbəri İlham Məmmədov MMC-nin təsisçisi Tural İlham oğlu Kazımzadə Baş redaktor Ayşə Məmmədova Redaktorlar Lamiyə Nəbiyeva Rəna Kərimova Məsləhətçilər prof. Mustafa Salihov ATU, “Ailə təbabəti” kafedrasının müdiri Ülviyyə Əliyeva tibb elmləri namizədi Art-dizayner İman Hüseynov Fotoqraflar Tofiq Babayev Hüquqşünas Səbuhi Abdullayev Marketinq meneceri Rüstəm Əliyev marketing@ailehekimi.az “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən “Ailə həkimi”nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan” nəşriyyatı Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 E-mail: office@ailehekimi.az www.ailehekimi.az Tiraj: 4000 CBS nəşriyyatında çap edilmişdir.

“İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransı............10 Ailə Həkimlərinə "Ailə Həkimi" çantası təqdim olundu........14 Çiyələyim - giləmeyvəm........................................................18 Ailə həkiminin "Legionerlər xəstəliyi"nə baxışı.....................20 Arıqlamaq istəyirəm! ...........................................................22 Azərbaycan-Almaniya Cərrahiyyə Günləri...........................24 Sağlam dişlərin 5 qaydası…...............................................26 Böyrək təzyiqi.......................................................................30 Təsadüfi qlaukoma...............................................................32 Maye kaloriləri......................................................................36 Emosional qıcolmalar..........................................................40 Melonom xallar.....................................................................44 Günəşli göbələk...................................................................46 Diqqət! Nə gəldi dadmaq təhlükəlidir..................................48 Taqətdən salan susuzluq....................................................52 Yolçu yolda gərək!..............................................................54 REPRODUKTİV SAĞLAMLIQ Adi vaginit.............................................................................56 KÖRPƏM Mavi ekran və körpələr.........................................................60 GÖZƏLLİK ONDUR Kosmetoloqların peşə sirrləri.............................................64 QİDALANMA Makaron nədir?....................................................................66 PSİXOLOGİYA Yeganə övlad.....…...............................................................70


4

VALİDEYNLƏR ÜÇÜN MƏSLƏHƏTLƏR Hörmətli valideynlər! Uşaqlar hər bir ailənin güzgüsüdür. Onlar bizim gələcəyimizdir. Gəlin onları sevgi ilə əhatə edək ki, sabahımızın, xoşbəxt gələcəyimizin təminatçısı olaq!

COUNCIL OF EUROPE

CONSEIL DE L'EUROPE

UŞAQLARA QARŞI ZORAKILIQLA MÜBARİZƏ

• Övladınızın yaşadığı evin ünvanını və telefon nömrəsini bildiyinə əmin olun; • Uşaqlarınıza polis bölməsinin nömrəsinin necə yığılmasını və müraciət qaydasını öyrədin; • Hər zaman uşaqlarnıızın harada olduğunu bilin, onlar da sizin harada olduğunuzdan məlumatlı olsunlar; • İctimai yerlərdə uşaqlarınızı tək qoymayın; • Kiçik uşaqları hər zaman böyüklər müşayiət etməlidir; • Uşaqlarınıza evdə tək olarkən tanımadığı və ya az tanıdıqları insanlarla qapı arxasından danışmağı qəti qadağan edin; • Əgər uşaqlarınız alış-veriş mərkəzində və ya oyuncaq mağazasında Sizinlə gəzdiyi zaman itərsə, heç kimlə getməməyi və ayrıldığınız yerdəcə sizi gözləməyini tövsiyə edin; • Uşaqlarınızın dostlarını tanımağa çalışın, onların ünvanları, valideynləri və əlaqə nömrələri barədə məlumatlı olun; • Uşaqlarınızın, adətən, hansı yolla məktəbə getdiyini və harada dostları ilə görüşdüyü haqqında məlumatlı olun; • Uşağınız ətrafdakı insanlardan kiməsə aqressiv münasibət bəsləyirsə, buna həssaslıqla yanaşın və səbəbini araşdırın; • Kimsə yad insanlardan sizin uşağınıza lazım olduğundan artıq nəvaziş göstərirsə, diqqətli olun; • Uşaqlarınızla dost olmağa çalışın,onları əmin edin ki, hər nə olursa olsun, siz onların köməyinə gələcək və bütün problemlərini həll edəcəksiniz; • Uşaqlarınıza izah edin ki, heç bir vaxt tanımadıqları insanın təklifı ilə avtomobilinə minməsinlər, belə hal baş verərsə, sizi məlumatlandırsınlar; • Uşaqlarınızın qarşısında problemlərinizi həll etməyin; • Uşaqlarınızla kobud rəftar etməyin; • Uşaqları döymək və danlamaq olmaz, bu cür münasibət gələcəkdə övladınızın həyatında fəsadlara səbəb olacaq; • Uşaqların qarşısına qadağalar qoyduqda, bu qadağaların nə üçün qoyulduğunu mütləq başa salın; • Uşaqlarınıza daha çox vaxt ayırın (onlarla kitab oxuyun, oyunlar keçirin, birgə gəzintiyə gedin. Onların sizə, sizin də onlara lazım olduğunuzu hiss etdirin.) • Onların seçiminə hörmətlə yanaşın, səhv olarsa, istiqamətləndirməyə çalışın: "Mən sənin valideyininəm, nə istəsəm o olacaq!" kimi ifadələrdən uzaq olun.


5


6

YENİYETMƏLƏR ÜÇÜN MƏSLƏHƏTLƏR Əziz uşaqlar! Siz elə bir yaş dövründəsiniz ki, hər şey sizə maraqlı gəlir, qadağalarla razılaşmırsınız, çox zamanlar fikirlərinizdə haqlı olduğunuzu sanırsınız. Lakin ilk növbədə bir məqamı unutmamalısınız ki, bu yaşda səhvə yol verilərsə, gələcəyiniz təhlükə altında qala bilər... • Evdən heç bir zaman qaçmaym! Əgər ailədə səni anlayan biri yoxdursa, sənə yaxın olan müəllimlərin biri ilə problemlərini bölüş; • Sən evdən qaçdığın zaman pis insanların əhatəsinə düşə bilərsən və səni zərərli vərdişlərə sövq edə bilərlər; • Tanımadığını insanlarla öz problemlərini bölüşmə, həmin insanlar zəif hisslərindən istifadə edib, öz niyyətlərinə çatmaq üçün sənə məqsədli qayğı göstərməyə çalışacaqlar; • Axşamlar tək heç bir yerə getməyə can atma; • Tanımadığın insanların avtomobilinə minmə; • Valideyinlərinə dostlarınla görüşdüyün məkan barədə məlumat ver, dəyişiklik olarsa mütləq xəbər verməyi unutma; • Kimsə sənə toxunmağa cəhd edərsə, buna imkan vermə, iradını göstərməyə utanma; • Heç bir vaxt içki təklifini qəbul etmə və həmin insandan uzaq ol;

• Əgər yaşıdlarınla aranda mübahisə yaranırsa, onu zor işlətməklə həll etməyə çalışma, bu, yalnız sənin mənəvi zəifliyini sübut edəcək.

KİÇİK UŞAQLARA MƏSLƏHƏTLƏR • Valideynlərinizə hər zaman getdiyiniz yer haqqında məlumat verin; • Əgər məktəbinizin əhatəsində şübhəli şəxs tez-tez görünərsə, onun xarici görünüşünü yadda saxlamağa çalışın və müəllimlərinizə məlumat verin; • Evdə tək olduqda tanımadığınız insanlara qapı açmayın və ya qapı arxasından onlarla ünsiyyətə girməyin; • Əgər kimsə qapını zor gücünə açmağa çalışarsa, təcili polis bölməsinə zəng edin və pəncərəni açıb kömək çağırın; • Harasa səni dəvət edirlərsə, mütləq valideyinlərindən icazə al və getdiyin yer haqqında məlumat ver; • Dost seçərkən diqqətli ol, təsadüfi insanlarla yaxın münasibətlər qurma; • Hansısa məsələ səni düşündürürsə, bunu valideyinlərin və ya müəllimlərinlə bölüş.

Bu məqalə Azərbaycan Respublikasının Milli Məclisi və Avropa Şurasının təşəbbüsü ilə "One in five" kampaniyası çərçivəsində hazırlanmışdır.


7


8

“Səhər-səhər acqarına qüvvət gəlsin qollarına”

Tərəvəz şirəsi – böyük nemətdir. Xüsusən, qadınlar səhərlərini əsasını yerkökü təşkil edən tərəvəz şirəsini içməklə açmalıdır. Bu qayda yuyunma, dişlərin təmizlənməsi, makiyaj etmək kimi dəyişməz olmalıdır. Buna dörd ay – sentyabrdan dekabra qədər riayət olunmalıdır. Yeni ildən sonra tərəvəzlərin tərkibində vitamin miqdarı azalır. Tərəvəz şirəsi bir-iki ədəd orta ölçülü yer­ kökü, çuğundurun dörddə bir hissəsi və üç ədəd kələm yarpağından hazırlanır. Bu, necə deyərlər, klassik variantdır. Şirələrin çeşidi zövq və ehtiyatda olan ərzaqlardan asılı olaraq dəyişir. Sadalanmış komponentlərə kərəviz, cəfəri kökü, salat yarpaqları, boranı və turp parçaları da əlavə oluna bilər. İndi vitamin defisiti qadınların əksəriyyətinə xasdır. Təklif olunan şirə ən zəngin vitamin mənbəyidir. Meyvə-giləmeyvə şirəsindən fərqli olaraq, o, kalium, natrium, dəmir kimi mine­ral maddələr ilə daha zəngindir. Gün ərzində biz ləzzətlə meyvə yeyirik. Amma hər gün üç yerkö­ kü, kələm və çiy çuğundur yediyi­mi­zi təsəvvür etmək çətindir. Məlumdur ki, tərəvəz şirələrinin tərkibində zərərli herbisidlər orqanizmə, demək olar ki, daxil olmur. Onlar sellülozun tərkibində qalır. Çiy yerkökü, çuğundur və kələm şirə kimi istifadə edildikdə yorucu işin yerinə yetirilməsi zamanı əlverişli güc mənbəyidir. Bu şirə bütün göz sistemini qidalandırır. Artıq bir həftədən sonra yanaqlar allanır, tənəffüs dolğunlaşır, yuxu və iştaha bərpa olunur. Qadınlar üçün əhəmiyyət

CAN SAĞLIĞI

kəsb edən amil bir də ondan ibarətdir ki, tərəvəz şirələri dərini vitaminlər ilə zənginləşdirir, damar divarlarını möhkəmləndirir, gözlərin parlaqlığını, ümumilikdə - bütün orqanizmin immunitetini artırır. Yeri gəlmişkən, yerkökü şirəsi bədən çəkisinin azalmasına səbəb olur, sinir sistemini stresslərdən qoruyur və orqanizmin vəziyyətini tarazlaşdırır. Tərəvəz şirələrinin üstünlüyü tez mənimsənilməsindən ibarətdir. Artıq qəbul edildikdən bir saat sonra orqanizm enerji və qüvvə ilə təmin olunur. Eyni komponentlərdən hazırlanmış tərəvəz yeməklərinin tam həzm olunması üçün bir neçə saat tələb olunur. Demək, bu şirələri qəbul etməklə həzm orqanlarının yükünü azaltmış oluruq. Yalnız təzə hazırlanmış şirələri içmək lazımdır. Şirələri qəbul etdikdən 10-15 dəqiqə sonra orqanizm artıq səhər yeməyinə hazırdır. İlk növbədə, şirələri yalnız təzə, korlanmamış tərəvəzlərdən hazırlamaq lazımdır. Son illərin tədqiqatı göstərmişdir ki, şirəçəkən vasitəsilə alınmış şirələr bir sıra üstünlüyə malikdir. Onlar 3-4 dəfə tez hazırlandığından fizioloji aktiv maddələr də az oksidləşir. Bundan başqa, bu şirələrin tərkibinin 10%-ə qədərini lət təşkil etdiyindən onlar nektar hesab olunur. Onun tərkibində daha çox fizioloji aktiv maddələr və mikroelementlər olduğundan bioloji cəhətdən orqanizm üçün daha faydalıdır. Hazırlanmış şirənin hamısını dərhal qəbul etmək ümumi qayda olmalıdır. Artıq 20 dəqiqədən sonra o, öz dəyərini itirməyə başlayır. Hətta qısa müddət soyuducuda saxlandıqda belə qıcqırma prosesi sürətlənir və dadı dəyişməsə də məhsul korlanır. Tərkibinə yerkökü daxil olan şirəni mütləq xama və ya yağ ilə qəbul etmək lazımdır, çünki A vitamini yağda əriyəndir. Şirənin qalığını xama ilə qarışdırıb yuyunmadan beş dəqiqə əvvəl üz və boynunuzu silsəniz, dəriniz ipək kimi zərif olacaqdır.


9

CAN SAĞLIĞI


10 “İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransı 5 May tarixində Heydər Əliyev adına Sarayda “İRƏLİ” İctimai Birliyinin II Hesabat-Seçki Konfransı keçirilmişdir. Konfransda Gənclər və idman Naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, millət vəkilləri, nazirliklər, dövlət nümayəndələri, səfirliklər, beynəlxalq təşkilatlar, media qurumları, özəl sektor və QHT nümayəndələri iştirak etmişlər. Eyni zamanda 56 rayon və 11 şəhərdən 1700-ə yaxın “İRƏLİ” fəalı iştirak etmişdir. “İRƏLİ” İctimai Birliyinin həmtəsisçisi, millət vəkili Ceyhun Osmanlı çıxış etmiş və qeyd etmişdir ki, “İRƏLİ” elə böyük bir ailədir ki, onunla bağlı hesabatı bir videoda, bir çıxışda çatdırmaq mümkün deyil: “Bir neçə il bundan qabaq böyük ümidlərlə Azərbaycan cəmiyyətinin, dövlətinin inkişafı üçün bu təşkilatı qurduq. “İRƏLİ” Azərbaycan ideyasına inanan insanların təşkilatıdır. Kiminsə inkişaf deyə, demokratiya deyə arxasını Azərbaycana çevirdiyi, Azərbaycan ideyasına inanmadığı zamanda, “İRƏLİ” üzünü Azərbaycana tutanların, Azərbaycan ideyasına inananların və bu ideyanı yaşadanların təşkilatı oldu. “İRƏLİ” heç vaxt bitməyəcək bir ideyadır və mən bu ideyaya inanan minlərlə İRƏLİ üzvündən biri kimi hər zaman təşkilatımızın yanında olacağam”. Gənclər və idman Naziri Azad Rəhimov çıxış edərək bildirmişdir ki, “İRƏLİ” yarandığı vaxtdan ətrafında fəal, intellektual, vətənpərvər gəncləri birləşdirməyi qarşısına məqsəd qoymuşdur. “İRƏLİ”nin fəaliyyəti təkcə Bakı ilə məhdudlaşmır, regionları əhatə edir. Nazir qeyd etmişdir ki, bu gün “İRƏLİ” Azərbaycanın rayonlarında yaşayan gənclərin də ictimai sahədə və vətəndaşlıq məktəbi istiqamətindəki fəaliyyətlərinin genişləndirilməsinə yaxından köməklik göstərir. Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasi-

ya təminatı şöbəsinin müdiri Elnur Aslanov keçirilən konfransın istər “İRƏLİ” İctimai Birliyinin, istərsə də Azərbaycanın digər qeyrihökumət təşkilatlarının tarixində uzun müddət qalacağını bildirmişdir. Elnur Aslanov qeyd etmişdir ki, “İRƏLİ” 20 minlik bir ordudur və Azərbaycan gəncliyinə gələcək fəaliyyətində daim təşəbbüskarlıq nümayiş etdirməyi, uğurlu layihələr həyata keçirməyi və yüksək intellektual potensialını qoruyub saxlamağı tövsiyə etmişdir. Eyni zamanda konfransda Mərkəzi Nə­za­­rət Təftiş Komissiyasının yeni üzvləri müəyyən­ ləşmiş, səs çoxluğu ilə Xəqani Fərəcov, Orxan Əmrahov, Kövsər Orucova, Leyla Yolçiyeva və Dünya Fərzəliyeva təşkilatın MNTK üzvü seçilmişlər. Son olaraq Sədrliyə namizdlər Nərmin Məmmədova və Rauf Mərdiyev də çıxış etmişlər. Nərmin Məmmədova çıxışında “İRƏLİ”nin gənclər üçün yaratdığı imkanlardan danışmış, və çıxışının sonunda öz namizədliyini Rauf Mərdiyevin leyhinə geri götürmüşdür. Daha sonra keçirilmiş səsvermədə Rauf Mərdiyev səs çoxluğu ilə növbəti müddət üçün “İRƏLİ” İctimai Birliyinin sədri seçilmişdir. Yeni “İRƏLİ” Sədri çıxışında əsas məqsədlərinin daha müstəqil Azərbaycan olduqlarını qeyd etmiş və bu istiqamətdə yorulmadan çalışacaqlarını bildirmişdir: “Biz yalnız eyni təşkilat üzvləri deyilik, 9 milyonluq Azərbaycanın ümidləriyik və bu ümidləri doğrultmaq bizim borcumuzdur. Durmadan özümüzü inkişaf etdirməli, bilik və təcrübəmizi artırmalı, fəal olmalı, bizi əhatə edən mühitin çağırılışlarına cavab verməyi bacarmalıyıq.” Tədbirin ikinci qeyri-rəsmi hissəsi “Qala Bazar” restoranında 2000 nəfər gəncin iştirakı ilə konsert proqramı keçirilmişdir. Konsertdə yerli və xarici müğənnilər öz ifaları ilə gəncləri təbrik etmişlər. Əyləncəvi tədbir DJ-lərin səsləndirdiyi mahnılarla davam etmişdir.


11


CAN SAĞLIĞI

12

İNSULT

“vurmasın“ deyə İnsult insanı gözlənilmədən və sürətlə haqlayır. Bir neçə dəqiqə oksigensiz qalan beyin hüceyrələri məhv olur. Hətta xəstənin həyatını xilas etmək mümkün olsa da belə, insultun nəticələri çox zaman dönməz olur: çoxları hərəkət etmək qabiliyyətini, koordinasiyanı, hissiyyatını, nitqini, intellektini, yaddaşını itirir. Sağ qalmışların 80%-i çarəsiz əlilə çevrilərək daimi qulluğa ehtiyac duyur. Hələ ki, təbabət sınmış «qırıqları» birləşdirməyi bacarmır. Amansız xəstəliyin qarşısını almaqda isə düzgün həyat tərzi, pəhriz və bəzi dərmanlar kömək edə bilər. Beyin qan dövranının pozulmasının ən çox yayılmış səbəbi arterial təzyiqin birdən-birə artmasıdır. Nevroloq­lar bütün hipertoniklər, xüsusən də, irsiyyəti təhlükəli olanlar üçün profilaktikanın zəruriliyi fikrində israrlıdırlar. Aşağıdakı hallarda insan insulta meyllidir: - AT-in yuxarı həddi həmişə 140-dan, aşağı həddi isə – 90-dan artıq olarsa, hər hansı stress vəziyyəti əhəmiyyətli dərəcədə təzyiqin kəskin artmasına səbəb olarsa; - Analizlər qanın tərkibində yüksək xolesterin səviyyəsini göstərirsə. Bununla belə, arterial hipertenziya yalnız kəskin pozğunluq deyil, insult ilə nəticələnə bilən xroniki beyin işemiyasının, yəni dissirkulyator ensefalopatiyanın inkişaf etməsinə də səbəb ola bilər. Xroniki beyin işemiyasının əlamətləri müxtəlifdir, lakin xəstəliyin əvvəlində pasiyentlərin şikayəti, adətən, astenik sindrom ilə təzahür olunur. Pasiyentləri baş ağrıları, baş gicəllənməsi, yorğunluq və ümumi zəiflik, tez qıcıqlanma, yaddaşın pozulması narahat edir. Adekvat müalicə olmadan bu əlamətlər daha da ağırlaşır: baş ağrıları və baş gicəllənməsi daimi xarakter daşıyır, depressiyalar, fobiyalar inkişaf edir. Bütün bunlar həyat keyfiyyətini xeyli azaldır. Xroniki beyin işemiyasının müalicəsi zamanı ilk növbədə, arterial təzyiqin korreksiyası lazımdır ki, bunun üçün həkimlərin sərəncamında müxtəlif qrupa aid olan müasir antihipertenziv preparatlar mövcuddur. Bu patologiyanın müalicəsində beyin qan dövranını yaxşılaşdıran və neyroprotektiv təsir göstərən preparatlar xüsusi yer tutur. Belə keyfiyyətlərə malik olan preparatlardan biri də KAVINTON FORTEdir. Bu sıradan

CAN SAĞLIĞI

olan dərman vasitələri artıq onilliklər ərzində damar xəstəliklərinin fəsadlaşmasının profilaktikası məqsədi ilə uğurla istifadə edilir. Qeyd etmək lazımdır ki, pasiyentlərin xeyli hissəsi terapiya tərəfdarı deyillər. Təyin edilən dərmanların çoxluğu onları qorxudur. Bu səbəbdən də, KAVINTON FORTE kimi çoxkomponentli təsir xarakterli bir preparat təyin etmək daha məqsədəuyğundur. KAVINTON FORTEnin farmakoloji təsiri baş beyin damarları tonusunun normallaşmasına və beyin qan dövranının yaxşılaşdırılmasına yönəlmişdir. Preparat damar divarlarının saya əzələlərini boşaltmaqla, qan dövranını gücləndirməklə beyinin oksigen təchizatını yaxşılaşdırır. Preparatın əsas üstünlüklərindən biri, baş beyinin enerji təminatını artırmaq qabiliyyətidir (qlükozanın utilizasiyası hesabına). Bu, çox vacibdir, çünki öz enerji ehtiyatları olmayan beyin tamamilə bu enerjinin daimi daxilindən asılıdır. Preparat baş beyinin işemizasiyaya məruz qalmış sahələrinin qan dövranını yaxşılaşdırmaqla digər sahələrin qan təchizatını dəyişmir. Preparat beyin hüceyrələrinin zədələnməsini azaldır, qlükoza və oksigenin çatdırılmasını gücləndirməklə antioksidant təsir göstərir. Kavinton fortenin damarlara qoruyucu təsiri, qanın patoloji qatılığının və tromblaşma qabiliyyətinin azalması hesabına baş verir ki, nəticədə damar divarları az yüklənir və onların tıxanma riski azalır. KAVINTON FORTE arterial hipertenziya zamanı xroniki beyin işemiyasının, xüsusən də, baş ağrıları, baş gicəllənməsi, yaddaşın pozulması və s. kimi şikayətləri olan pasiyentlərin müalicəsində seçim preparatıdır. Preparat qişa ilə örtülmüş həb şəklində (10mq), qutuda 30 ədəd olmaqla buraxılır. Müalicə kursu, adətən, uzun müddətlidir. Arterial hipertenziya fonunda beyin qan dövranının çatışmazlığı zamanı kavinton forte 3 ay ərzində gündə 3 dəfə yeməkdən sonra 1 həb qəbul edi­lir. Müalicə kursu altı aydan sonra təkrarlanır. Preparatın kurs ilə qəbul edilməsi yaddaş funksiyasının bərpa olunması, zəifliyin, baş gicəllənməsinin, dayanıqsız yerişin azalmasına kömək edir. Kurs müalicəsi fonunda fiziki, psixi və sosial funksiyaların, həyat keyfiyyətinin xeyli yaxşılaşması qeyd olunur. Aptek çeşidində preparatın yeni, daha əlverişli qablaşdırılması təklif olunur – KAVINTON FORTE №90. Bir qutu bir aylıq müalicəyə kifayət edir.


13

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

14

Ailə Həkimlərinə “Ailə həkimi“ çantası təqdim olundu AR Səhiyyə Nazirliyi tərəfindən ailə təbabəti ilə bağlı 2008-ci ildə verilmiş 119 №-li əmr Azərbaycan səhiyyəsində aparılan islahatların səmərəliliyinin artırılması istiqamətində atılan növbəti addımdır. 2008-ci ildən Azərbaycanda “ailə həkimi” vəzifəsi təsdiqlənib. Ölkəmizdə səhiyyənin bu istiqamətinin inkişaf etdirilməsi təqdirəlayiqdir. Bu yöndə aparılan fəaliyyət 5 pilot rayondan 158 nəfərin “ailə həkimi” statusu qazanması ilə nəticələnib. 2012-ci il aprelin 6-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Abşeron, Ağdaş, İsmayıllı, Qax və Şəkidə çalışan ailə həkimləri ilə görüş keçirilmişdir. Tədbirdə iştirak edən İSİM-in Direktoru C.Məmmədov aparılan islahatlardan danışarkən Əziz Əliyev adına Həkimləri təkmiləşdirmə

CAN SAĞLIĞI

İnstitutunun “Ailə Təbabəti” kafedrasının müəllim heyəti və Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində Haccetepe Universitetində təlim keçmiş təlimçilər tərəfindən ailə təbabətinin təkmilləşdirilməsi ilə bağlı yüksək səviyyəli təlimlərin keçirildiyini qeyd etdi. Həmçinin təlimlərdə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanmış sübutlu təbabətə əsaslanan klinik protokollardan istifadə olunduğundan məmnunluğunu bildirdi. Azərbaycan Tibb Universitetinin “Ailə təbabəti” kafedrasının müdiri Mustafa Salihov Ümumdünya Sağlamlıq günü ərəfəsində bu tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu vurğuladı. Sonda “ailə həkimi” statusu qazanmış tibb işçilərinə “Ailə həkimi” tibbi kütləvi jurnalı və layihə çərçivəsində hazırlanmış xüsusi çantalar təqdim olundu.


15

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

16

Ana olmağa hazırlaşırsınız? Ayaqlarınızın gözəlliyi və sağlamlığını unutmayın! Övlad gözləyən ana çox vaxt dəyişir: o, daha həssas, duyğulu, kövrək olur. Bətnində körpə bəsləyən ananın ovqatı və müəyyən dərəcədə xasiyyəti də dəyişir. Lakin bu dəyişikliklər hamilə qadının yalnız daxili aləminə deyil, həmçinin zahiri görünüşünə də təsir edir. Söhbət yalnız tez böyüyən və yuvarlaqlaşan bətndən getmir. Hamilə qadınların 97%-də və doğuşdan sonrakı dövrdə ayaqlarda ağırlıq və varikoz (venoz çatışmazlıq) aşkar edilir. Venoz çatışmazlıq hamilə qadının orqanizmində gedən aşağıdakı səbəblərdən yaranır: • Bədən çəkisinin ayaqların üzərinə düşən yük artır; • Kiçik çanaq venaları böyüyən uşaqlıq tərəfindən sıxılır; • Prohesteronun («hamiləlik» hormonu) səviyyəsi artaraq, damar divarının tərkibindəki birləşdirici toxumanın yumşalmasına və nəticədə, damar divarının genəlməsinə və mənfəzin genişlənməsinə səbəb olur; • Orqanizmdə duz və suyun miqdarı dəyişir, dövr edən qanın həcmi və damarlara olan yük artır; • Xüsusən, hamiləliyin son aylarında hamilə qadın az hərəkətli həyat tərzi keçirir. Sadalanmış bütün səbəblər ayaq damar­ larında qan axınını çətinləşdirir və beləliklə, hamilə qadınlar aşağı ətraf damar xəstəlik­ ləri üzrə «risk qrupuna» daxil olurlar.

CAN SAĞLIĞI


VENOZ ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ

• Ayaqların tez yorulması və ya sızıltılı ağrıların olması; • Ayaqlarda ağırlıq hissi; • Axşam artan və səhər azalan ayaq ödemləri; • Gecələr baldır əzələlərində qıcolma halları; • Baldır nahiyəsində (xüsusən, aşağı üçdə bir hissəsində) dərinin qaşınması və qabıq verməsi. Sonradan damar xəstəlikləri proqressivləşərək tromboflebit kimi ciddi fəsadın inkişaf etməsi ilə nəticələnə bilər.

AYAQLARINIZIN SAĞLAMLIĞI VƏ GÖZƏLLİYİ

Hamiləlik vaxtı varikoz genişlənmə ilə ən yaxşı mübarizə vasitəsi – profilaktika və bir daha profilaktikadır. Ayaq üstə çox durmayın, ağırlıq daşımayın. Əvvəllər mümkün hesab etdiyiniz ev işlərinin hamısını çiyninizə yükləməyin. Bütün «ayaqüstü» işləri ayaqlarınızı bir qədər qaldırmaqla uzanmağınız məsləhət görülən fasilələrlə yerinə yetirin. Kürsüdə oturarkən ayaqlarınızı xüsusi yumşaq taburet və ya dayaq üzərinə qoymaqla onlara istirahət vermiş və damarlarda qan axınını təmin etmiş olursunuz. Sıx rezin, bağlı corab və qolfilərı geyinməyin: axı səthi damarları sıxmaqla onlar ayaqlarınızı dartır. Piyada gəzməyə çalışın, akvaaerobika və üzgüçülük ilə məşğul olun. Müasir tibb tərəfindən hamiləlik vaxtı varikoz xəstəliyinin profilaktikası və müalicəsi üçün ən effektiv vasitə kimi Alman istehsalı olan Lioton® 1000 gel qəbul edilir. Lioton® 1000 gelin tərkibi maksimal qatılıqda heparindən ibarətdir (1000 TV/q). Onun müalicəvi təsiri analoji preparatlardan əhəmiyyətli dərəcədə üstündür. Lioton® 1000 gel venoz qan dövranını normallaşdırır, damar divarını bərkidir, iltihabi prosesləri aradan qaldırmaqla dəri örtüklərinə faydalı təsir göstərir. Yüksək heparin tərkibli olduğundan Lioton® 1000 gel güclü iltihab əleyhinə və ödem əleyhinə təsirə malikdir, ayaqlardakı ağrının qarşısını alır və azaldır. Unikal su-spirt əsaslı olması gelin dəri örtüklərindən keçərək dərman vasitəsinin dərin toxumalara

17

çatdırılmasını və etibarlı davamlı təsirini təmin edir. Lioton® 1000 gel tez sorulur və paltarı çirkləndirən yağlı ləkə salmır. Bundan başqa, Lioton® 1000 gelin tərkibinə lavanda və acı portağal çiçəklərinin yağı daxil olduğundan preparat təkrarolunmaz xoş ətirə malikdir. Lioton® 1000 gel hamiləlik və doğuşdan sonrakı dövrlərdə, 1 ay müddətində, baldır nahiyələrinə, gündə 2-3 dəfə çəkilir. Bir ay fasilədən sonra müalicəni təkrar edə bilərsiz. Maksimal qatılıqda olan heparinin sayəsində müalicəvi effekt artıq 2-3 gündən sonra aşkar olunur: ödemlər azalır, baldır əzələlərinin qıcolması, ayaqlarda ağrı, ağırlıq və yorğunluq hissləri keçir. Lioton® 1000 gel ana və uşağın orqanizminə ümumi təsir göstərmədiyindən hamiləliyin bütün dövrləri və laktasiya zamanı da təhlükəsizdir.

Lioton® 1000 gel – hamiləlik zamanı varikozdan ən etibarlı müdafiədir.

Azərbaycanda “Berlin-Chemie AG Menarini” Nümayəndəliyi AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 16-cı mərt. Tel.: (+994 12) 436 88 41; Faks: (+994 12) 436 88 42 www.berlin-chemie.az

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

18

CAN SAĞLIĞI

Çiyələyim giləmeyvəm


Çiyələk – yaz süfrəsinin bəzəyidir. C vitamininin tərkibinə görə çiyələk yalnız qara qarağatdan geri qalır. Orta ölçülü beş çiyələk giləmeyvəsinin tərkibində C vitamininin miqdarı bir iri portağalın tərkibindəkinə bərabərdir. Fol turşusunun miqdarı isə moruq və üzümdən artıqdır. Bu giləmeyvələri hər gün yesək immun sistemin və damar divarlarının möhkəmlənməsinə nail olarıq. Çiyələk güclü iltihab əleyhinə və mikrob əleyhinə təsirə malikdir. Bu səbəbdən mədə xəstəliyi zamanı o, dərman kimi təyin edlir. Çiyələyin antimikrob xüsusiyyətləri xroniki gənzik xəstəliklərinin müalicəsində istifadə edilməklə yanaşı, xoşagəlməz ağız qoxusunu da aradan qaldırır. Çiyələk qrip virusunun inkişafının qarşısını alır. Odur ki, yayın qızmarında şirin giləmeyvələrdən dadarkən qışın şaxtasında sağlamlığınızı təmin etmiş olursunuz. Çiyələyin tərkibindəki yod, bu mikroelementin gündəlik qidanın və içməli suyun tərkibində çatışmazlığını müvazinətləşdirir. Çiyələk şəkərsalıcı təsirə malikdir. Bu səbəbdən o, şəkərli diabet xəstələrinin qida rasionuna daxil edilmişdir. Həm dadlıdır, həm faydalı. Acqarına 4-6 xörək qaşığı təzə çiyələk şirəsinin qəbul edilməsi öddaşı xəstəliyinin müalicəsinə kömək edir. Böyrək və sidik yollarının xəstəlikləri zamanı bütün mövsüm ərzində çiyələk yemək məsləhətdir. Hər gün ən azı 400 qram çiyələk yemək sağlamlıq üçün çox faydalıdır. Bütün böyrək xəstəlikləri zamanı çiyələk şirəsindən hazırlanmış həlim içmək məsləhətdir. Çiyələk təbii sidikqovucu vasitə olmaqla yanaşı, qaraciyərə yaxşı təsir göstərir. Odur ki, revmatizm və qaraciyər xəstəliklərinin müalicəsi üçün çiyələk pəhrizindən (həftə ərzində hər gün 1,5 kq giləmeyvə yemək) istifadə etmək məsləhətdir. Eyni zamanda, qışda topladığınız artıq kilolardan da azad ola bilərsiniz. Giləmeyvənin tərkibindəki salisil turşusu oynaq ağrılarında da kömək edir. Bununla yanaşı, çiyələk – ekzema, diatez, dəri səpgisi, kiçik yaraların müalicəsində də sınaqdan keçmiş xalq təbabəti vasitəsidir. Çiyələk horrasını sadəcə ağrıyan yerin üzərinə çəkin. Çiyələk giləmeyvələri və onun yarpaqlarından hazırlanmış həlim maddələr mübadiləsini və təzyiqi normallaşdırır, yuxusuzluqdan xilas edir. Çiyələk- qan azlığı zamanı dəmir çatışmazlığının bərpasında, ateroskleroz və hipertoniya kimi

xəstəliklərə qarşı da gözəl profilaktik vasitədir.

19

Ulduzlu giləmeyvə

Bir çox hollivud ulduzları vaxtaşırı çiyələk pəhrizinə riayət edirlər. Ay ərzində üç gün onlar yalnız bu dadlı giləmeyvə ilə qidalanırlar. Allergiyanız yoxdursa, onu məhdudiyyətsiz istifadə etmək olar. Çiyələk – güclü allergendir. Allergiyaya meylli olanlar ondan az istifadə etməli, yaxud üstündən südturşulu məhsul içməlidirlər. Çiyələk, həmçinin yüksək mədə şirəsi ifrazı, davamlı mədə, qaraciyər sancıları və appendisit zamanı əks-göstərişdir. Balaca uşaqlar, hamilə qadınlar çiyələyi və onun yarpaqlarından hazırlanmış içkiləri ehtiyatla qəbul etməlidirlər.

Çiyələk maskaları

Çiyələk maskaları sızanaqları qurudur və sağaldır, məsamələri daraldır. Çiyələk maskasından əvvəl təmiz üz dərisinə bu giləmeyvənin şirəsini çəkin. Sonra 15-20 dəqiqə ərzində çiyələk horrasında isladılmış pambığı üzünüzə hopdurun. Pambıq parçalarını götürdükdən sonra şirəni dərinizə yeridirmiş kimi onlar ilə üzünüzü döyəcləyin. Maskanı ilıq su, yaxud sərin süddə isladılmış pambıq tamponu ilə yuyun. Bu maska quru və çatlamış dəriyə daha yaxşı təsir edərək onun elastikliyini artırır. Təzə çiyələyin ətirli şirəsi ən yaxşı losyondur! Bu, piqment ləkələri və çillərin ləğv edilməsi üçün möcüzəli vasitədir. Amma arzuladığınız nəticəni əldə etmək üçün üç həftə ərzində hər gün “maskalanmaq” lazımdır. Dəriniz quru, susuzlaşmış, piqment ləkəlidirsə, əvvəlcə onu zeytun və ya qarğıdalı yağı ilə silin. Günəbaxan yağı bəzən piqmentasiyanı artırır. İsti nəm kompres edərək 5-7 dəqiqəlik üzünüzdə saxlayın. Sonra üzünüzə 10-15 dəqiqəlik çiyələk maskası çəkin. Bu maskanı 1 litr suya 2 xörək qaşığı hesabından hazırlanmış cökə çiçəkləri cövhəri ilə yumaq daha faydalıdır. Əzilmiş çiyələyi kəsmik, bal, limon maskaları ilə birlikdə kremlərə əlavə etmək çox yaxşıdır. Beləliklə, gözəlləşmək fürsətini əldən verməyin – çiyələk mövsümünün qızğın çağıdır.

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

20

AİLƏ HƏKİMİNİN

"LEGİONERLƏR XƏSTƏLİYİ"NƏ BAXIŞI

“Legionerlər xəstəliyi“ ağır pnevmoniya, intoksikasiya, mərkəzi sinir sistemi və böyrəklərin funksiyasının pozulması ilə gedən bakterial infeksion xəstəlikdir. “Amerika legionu” veteranlarının 1976-cı ildə Filadelfiyada (ABŞ) keçirilən illik konqresi zamanı onlar arasında yayılan yoluxucu xəstəliyə “legionerlər xəstəliyi“ adı verilmişdir. Konqresdə iştirak edən 4400 insandan 182 nəfəri xəstələnmiş, onlardan 29 nəfəri isə dünyasını dəyişmişdir. Bir il sonra Amerika alimləri ölmüş xəstənin ağciyər toxumasında xəstəliyin törədicisini aşkar etmiş və ona “legionerlər pneucophilla” adını vermişlər. 1982-ci ildən etibarən legionellarının müxtəlif növlərinin yaratdığı bütün xəstəliklər təcrübədə “legionellyoz” termini ilə adlandırılmışdır. Dünyanın bir çox ölkələrində (Kanada, Avstraliya, İngiltərə, Şotlandiya, İsrail, Rusiya və s.) rast gəlinən bu xəstəlikdən Azərbaycanın əhalisi də sığortalanmamışdır. Xəstəliyin törədicisi legionella cinsindən olan qram mənfi aerob hərəkətli bakteriyadır. Halhazırda legionellaların 40-dan artıq növü vardır ki, bunlardan da 22-si insan üçün patogen hesab olunur. Legionellaların yaşayış yeri şirin su hövzələridir. İnfeksiyanın yayılması aerozol yolu ilə baş verir. Belə aerozolla nəfəs alan zaman baş verən yoluxma hallarının əksəriyyəti su soyutma sistemləri (kondisioner) ilə əlaqəlidir. Tikinti və torpaq işləri zamanı hava-toz (torpaq) yolu ilə də yoluxmaq mümkündür. Çoxlu sayda insanların qapalı məkanlarda toplanması, alkoqoldan istifadə, siqaret çəkmə, endokrin pozğunluqları, ağciyərlərin xroniki xəstəlikləri insanların bu xəstəliyə qarşı mövcud olan yüksək təbii həssaslığının daha da artmasına səbəb olur.

CAN SAĞLIĞI

Legionerlər xəstəliyi ağır pnevmoniya, mərkəzi sinir sistemi, mədə-bağırsaq traktı, böyrəklərin zədələnməsi ilə müşayiət olunur. Xəstəliyin inkubasiya dövrü 2-10 gün təşkil edir. İlkin olaraq nasazlıq, baş ağrısı, zökəm, öskürək kimi əlamətlər müşahidə edilir. Sonrakı günlərdə xəstələrin əksəriyyətində təngnəfəslik, döş qəfəsində və qarında ağrı, dispeptik pozğunluqlar qeyd edilir. Hərarət 39-40oCdək yüksəlir. Auskultasiya zamanı ağciyərlərdə xırıltılar eşidilir. Sidiyin ümumi analizində prote­ inu­riya, hematuriya, qanın ümumi analizində isə leykositoz və yüksək EÇS aşkar edilir. Rentgenoloji müayinədə lobar və ya interstitial pnevmoniya qeyd edilir. Xəstəliyin 7-8-ci günü ağciyər, böyrək çatışmazlığından ölüm baş verə bilər. Legionerlər xəstəliyinin müalicəsi antibiotiklərlə aparılır. Ağır intoksikasiya ilə müşayiət olunan, hətta ölümə gətirib çıxaran legionerlər xəstəliyinin profilaktikası məqsədilə ictimai yerlərdə, ofislərdə, həmçinin evlərdə kondisionerlərə mütəmadi olaraq baxışların keçirilməsi məsləhət görülür. Mustafa Salihov ATU-nun Ailə təbabəti kafedrasının müdiri

Kafedranın assistentləri: R.Q.Qədimov M.A.İbrahimov


21

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

22

Arıqlamaq

İSTƏYİRƏM!!! CAN SAĞLIĞI


23

A

rıqlamaq problemi əksər insanları narahat edir. Bu mövzu istənilən kollektivdə həmişə ən zəruri mövzulardan biridir. Hər hansı pəhrizin səmərəliliyini artırmağa kömək edən bir neçə sadə fənd var ki, onların hamısı pəhrizin kəskin aclıq hissi, əsəbilik və qadağanı pozmaq istəyi kimi fəsadların aradan qaldırılmasına yönəlmişdir. Orqanizm – ağıllı və mürəkkəb bir varlıqdır. İstənilən pəhriz zamanı maddələr mübadiləsi ləngiyir, çünki yaranmış “aclıq” səbəbindən bədənimiz piy ehtiyatı ilə vidalaşmağa tələsmir. Arıqlamaq istəyənlərə maddələr mübadiləsini sürətləndirərək piy yığınlarını yandırmağa kömək edən 5 qaydaya riayət etmək məsləhətdir.

SƏHƏR YEMƏYİNİ BURAXMAYIN

Arıqlayanlar arasında yayılmış yanlış fikirlərdən biri odur ki, pəhriz zamanı bir parça pendir və bir fincan şəkərsiz qəhvə ən normal səhər yeməyidir. Yaxud, ümumiyyətlə, səhər yeməyinin buraxılması yaxşıdır. Lakin diyetoloq­lar çoxdandır bunun əksini sübut etmişdir: səhər yeməyi nə qədər doyumlu olsa, orqanizm gün ərzində kaloriləri daha yaxşı sərf edir. Əlbəttə, səhər menyusu sağlam, yəni xalis dənli bitkilər, zülal və beyinin işləməsi üçün şəkərdən ibarət olmalıdır. İdeal səhər yeməyi –suda bişirilmiş və bir çay qaşığı bal əlavə edilmiş bir boşqab yulaf sıyığı, xalis buğda çörəyi, nazik yağ qatı və bir pendir, yaxud bişirilmiş ət parçasından hazırlanmış buterbroddan, içki kimi isə çay və ya qəhvədən ibarətdir. Belə doyumlu səhər yeməyi sayəsində nahar vaxtı qadağan olunmuş ərzaqlarla qəlyanaltı etmək arzusu oyanmır.

DADLI – ZƏRƏRLİ DEMƏK DEYİL

Pəhrizlərin əksəriyyəti makaron məmulatlarının istifadəsini qadağan edir, amma əbəs yerə. Makaronların özü deyil, onlarla birlikdə verilən souslar zərərlidir. Sousları tomat, şərab, cüzi miqdarda zeytun yağı əlavə etməklə hazırlayın. Yağlı bekonu krevet və başqa dəniz məmulatları ilə əvəz edin. Par-

mezan və ya çedder kimi pendirdən isə imtina etməli olacaqsınız – onların tərkibindəki duz və yağın miqdarı çoxdur. Rikotta kimi azyağlı kəsmik növlərini rasiona əlavə etmək daha yaxşıdır.

YEMƏYİ DÜZGÜN HAZIRLAYIN

Qidanın hazırlanma qaydasından çox şey asılıdır. Ciddi pəhriz zamanı buxarda və ya qrildə hazırlanmış məhsullardan istifadə etmək olar. Pörtlətmə və ya sobada bişirmə çox zaman yağın əlavə olunmasını nəzərdə tutur. Hətta pəhriz saxlamadıqda belə qidanı düzgün hazırlamağa çalışın – bu sağlam vərdişin təsiri nəinki bədənizdə, dərinizdə də öz əksini mütləq tapacaq – o, daha hamar və cavan olacaq.

ÖZÜNÜZÜ ÇƏRƏZDƏN MƏHRUM ETMƏYİN

Pəhriz zamanı çərəz – bu, mümkündür! Sadəcə, daha zərərsiz şirniyyatları seçin. Şokolad, yağlı bişmələr və dondurmanı meyvəli-giləmeyvəli parfe, sufle və sorbetlərlə əvəz edin. Marmelad, pastila və şokoladsız zefirin də tərkibində yağ olmadığından onlar şokolada təhlükəsiz alternativdir. Əlbəttə ki, bu zaman təzə meyvə və giləmeyvələri də unutmayın.

OTLARI SEVİN

Müxtəlif ədviyyat və ətirli otlar asanlıqla duzu əvəz edir: onlar dolğun dada malik olmaqla yanaşı, yeməyi ətirli və iştahalı edir. Bundan başqa, karri, sarımsaq, soğan, tərxun, cəfəri, çili bibəri və zəncəfil kimi bəzi ədviyyatlar maddələr mübadiləsini sürətləndirir və yağların parçalanmasına səbəb olur. Yaşıl çay – çox faydalı içkidir, lakin diyetoloqlar gün ərzində 3 fincandan artıq içməyi məsləhət etmir. Onu faydasına görə yaşıl çaydan geri qalmayan nanə, çobanyastığı və ya limonotu kimi müalicəvi ot cövhərləri ilə əvəz edin. Onları, habelə limonlu zəncəfilli çayı məhdudiyyətsiz içmək olar.

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

24

Azərbaycan-Türkiyə Pediatrik Onkoloji Simpozium Hər il bütün dünyada 160 min uşaq xərçəng xəstəliklərindən tələf olur. Belə ki, xərçəng xəstəliklərinin erkən diaqnostikası yaxşı təşkil olunmuş inkişaf etmiş ölkələrdəki 25%-dən fərqli olaraq inkişaf etməkdə olan ölkələrdə uşaq ölümü 60% çatır. Lakin, bu gün rəsmi təbabət xərçəngin sağalmasının mümkünlüyünü əminliklə təsdiqləyə bilər! Uşaq onkologiyası – gənc elmdir. Lakin, bununla belə, pediatrik onkologiya mühüm elmi nailiyyətləri nümayiş etdirir. Bu elm Respublikamızda çətin yolun ilk addımlarını atmaqdadır. Bu gün, bədxassəli şişləri olan uşaqların müalicəsi problemi çox aktualdır və yalnız uşaqların həyatını xilas etməyə deyil, həmçinin bu həyatı dolğun və mənalı yaşamağa yönəlmişdir. Zəif məqamlara nəzarət edərək və uşağın, onun ailəsinin, cəmiyyətin ehtiyatlarını qoruyaraq valideyn və yaxınlarının vasitəsi ilə uşaqlara sağlam həyat tərzi keçirməyi aşılamaqla buna nail olmaq olar. Məlumdur ki, xəstələnmə səviyyəsinə görə birinci yeri qan xəstəlikləri, sonra mərkəzi sinir sistemi, böyrək, sümük, yumşaq toxuma və s. şişlər tutur. Müasir müalicə proqramları bədxassəli yenitörəmələrdən əziyyət çəkən uşaqların 70%ni sağaltmağa imkan verir. Uşaq onkologiyası və onkohematologiya sahəində xəstəliyin müalicəsi gözəgörünməz düşmən ilə mübarizəni xatırladır. Bu prosesin özünəməxsus strategiya və taktikası, qazanılmış qalibiyyət və uduzulmuş döyüşləri vardır.

CAN SAĞLIĞI

Onkoloji xəstəliklərin müalicəsi – uşaqlara böyük fiziki və mənəvi əzab verən uzun müddətli və çox ağır prosesdir. Artıq, uzun müddətdir ki, Respublikamızda uşaq onkologiyası və hematologiyanın inkişafı proqrammı həyata keçirilir. 7 mart 2012-ci il tarixində Milli Onkologiya Mərkəzin bazasında yaradılmış regionda ilk Uşaq Onkologiyası Klinikası açılmışdır. Uşaq Onkologiyası Klinikasının inşa edilməsində Azərbaycanın Birinci xanımı, YUNESKO və İSESKOnun Xoşməramlı Səfiri Mehriban xanım Əliyeva və Milli Onkologiya Mərkəzinin direktoru, akademik Cəmil Əziz oğlu Əliyevin böyük xidmətləri vardır. Hazırda Uşaq Onkologiyası Klinikası regionda uşaq onkologiyasının flaqmanıdır. Klinikada kompleks müalicənin bütün növləri işlənilir və təkmilləşdirilir: cərrahi, kimya terapiyası, immun terapiyası və s. Leykozlar, limfomalar, nefroblastomlar, neyroblastomlar, rabdomiosarkomalar və uşaqlarda sümük şişlərinin kimya terapiyası protokolları və proqramları işlənilir. Prosesin lokalizasiyası və yayılmasından asılı olaraq erkən yaşlı uşaqlarda kimya terapiyasının aparılması üçün göstərişlər və əksgöstərişlər müəyyənləşdirilmişdir. Uşaqlarda şişlərin və şiş residivlərinin profilaktika sahəsi inkişaf etdirilir. Həkimlər öz işlərində, mütəxəssis təyinatlarının sistemləşdirilməsi və dəqiq nizamlanmasını nəzərdə tutan və bunu, ənənəvi təbabətə xas olan pasiyentə qarşı qayğı və diqqət ilə uyğunlaşdıran beynəlxalq


25

protokol və standartlardan istifadə edir. Axı, qazanılmış beynəlxalq təcrübə, texniki imkanlar, habelə, hər bir konkret halda vəziyyəti dərindən anlamaq qabiliyyəti yalnız bir məqsədə yönəlmişdir: xəstə uşağın sağalmasına kömək etmək və xəstəliksiz həyata uyğunlaşmaq. Hər bir şəfa tapmış uşaq – ümumi xoşbəxtliyə səbəb olur. Mərkəzin tibbi heyətinin təlimi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə institutunun kafedralarında, habelə, Avstriya (St. Anna), ABŞ (St. Jude), Almaniya və Türkiyə kimi ölkələrin klinikalarında aparılır. «Hoffmann-La Roche» şirkətinin dəstəyi ilə azərbaycanlı və Türkiyə, Rusiya, Ukrayna, Belorusiya kimi xarici ölkələrdən gəlmiş həkimlər arasında intensiv təcrübə mübadiləsi aparlır. 10 may 2012-ci il tarixində pediatrik onkologiya üzrə 1-ci AzərbaycanTürkiyə simpoziumu keçirilmişdir. Simpoziumun fəxri qonağı və məruzəçisi, nüfuzlu CƏRRAHPAŞA

İstanbul Universitetinin Tibb Fakultəsinin professorhematoloqu, elmi şöbənin müdiri DR. Osman Bülent Zülfikar olmuşdur. Professor DR. Osman Bülent Zülfikar həmçinin müştərək tədqiqatların elmi məsləhətçisi və iştirakçısıdır. Professorun çıxışı, uşaq yaşlarında daha çox rast gəlinən hematoloji onkoxəstəliklərə həsr olunmuşdur. Onkoloji xəstəliklərə aid məruzə ilə həmçinin Uşaq Klinikasının rəhbəri DR. Anar Məmmədov çıxış etmişdir. Pasiyentlərdə onkoloji xəstəliklərin erkən əlamətlərinin aşkar edilməsi üsulları haqqında həkimləri məlumatlandırmaq və, bununla da, sonrakı müalicə üsün qiymətli zamanın qorunması məqsədi ilə, hematoloq və onkoloqlardan savayı, uşaq klinikaları və poliklinik müəssisələrində çalışan pediatrlar da dəvət olunmuşdur. Yalnız birgə səylərlə xərçəngə qalib gəlməyin mümkünlüyünə əmin olmaq olar!

«Hoffmann-La Roche» şirkətinin Azərbaycandakı nümayəndəliyi: Bakı şəhəri, Bakıxanov küçəsi 6, Bridge Plaza, 10-cu mərtəbə Tel.: (+994 12) 404 50 31; Faks: (+994 12) 404 50 32

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

26

5

Sağlam dişlərin qaydası

CAN SAĞLIĞI


Dünya əhalisinin cəmi 10%-i sağlam diş əti və möhkəm dişlərlə öyünə bilər. Bu bəxtəvərlərin cərgəsinə necə düşmək olar?

1

Düzgün qidalanın Yediyimiz nə varsa, dişlərin və diş ətinin sağlamlığına birbaşa təsir edir. Ağ çörək və yağlı xəmirdən hazırlanmış yumşaq və özlü qida dişlərin üzərində mikrobların mənbəyinə çevrilən və parodont toxumalarını parçalayan “yapışqan” ərpin əmələ gəlməsinə səbəb olur. Odur ki, yağlı yeməkləri qida rasionundan mümkün qədər xaric etmək lazımdır, xüsusən, ona görə ki, bu, yalnız diş və diş ətinin deyil, bədən biçiminin də xeyrinə olar. Hər dəfə qida qəbul edərkən təzə tərəvəzlərdən istifadə etmək çox yaxşı olardı. Yerkökü, çuğundur, turp, kərəviz gövdəsini çeynəyin – bu, dişləri mexaniki olaraq təmizləyəcək. Diş əti üçün təzə və şirin olmayan meyvələr də faydalıdır. Arzuolunanlar arasında – qabıqlı alma durur. Çox kobud qida ilə ehtiyatlı olmaq lazımdır. Belə ki, suşka və ya suxari həm diş minasını, həm də diş ətini zədələyə bilər. Dişləri ilə qoz sındırmağı sevənlər də həmin fəsadlar ilə üzləşə bilərlər.

2

Dişlərinizi səylə təmizləyin Diş əti problemlərinin əsas səbəblərindən biri – bədnam diş ərpidir. Dişlərinizi müntəzəm şəkildə ondan təmizləyərkən gələcəkdə bir çox problemlərin qarşısını almış olursunuz. Diş səthini tam təmizləmək məqsədi ilə onun hər səthini 20 dəfədən az olmayaraq fırçalamaq lazımdır. Təmizləmə prosesi isə üç dəqiqədən az davam etməməlidir. Düzgün diş fırçasını (müxtəlif bərklik dərəcəli, ideal girdələşdirilmiş qıllar, anatomik cəhətdən yoxlanılmış forması olan) seçmək çox vacibdir.

3

Mikroblara rəvac verməyin Əksər hallarda diş ətinin iki xəstəliyi ilə üzləşirik – gingivit və parodontit. Gingivit – diş ətinin iltihabıdır. Vaxtında müalicə olunmadıqda o, tədricən parodontitə, yəni dişi əhatə edən bütün toxumaların iltihabına çevrilir. İltihabın ilk əlamətlərindən olan diş ətinin qanaması yaranan kimi vaxtı itirmədən dərhal mübarizəyə başlamaq lazımdır. Diş məcununun tərkibində xlorheksidin olması yalnız bakteriyaları deyil, herpes virusu, göbələk infeksiyasını yatırdır, ağrıkəsici təsir göstərir. Alüminium laktat diş ətinin qanaması və boşalmasını aradan qaldırır, onu iltihabdan qoruyur və bərkidir. Bu komponentlərin birləşməsi ərpin effektiv və üsullu ləğv edilməsinə səbəb olur. Bu zaman mikrobların yığıntısı məhv olur. Beləliklə, həm gingivit, həm stomatit, həm də parodontitin qarşısı alınmış olur. Adətən, məcunun müalicəvi effekti birinci istifadədən sonra dərhal hiss olunur. Tam kurs isə cəmi 7-10 gün təşkil edir. Bundan başqa, yaxalayıcı maddələr ilə mikrob əleyhinə qarqaralar etmək də çox faydalıdır. Onların tərkibində xlorheksidin olduğundan yaxşı antibakterial təsirə malikdir. Bu yaxalayıcı maddələr diş ərpinin qarşısını effektiv şəkildə alır. Onların tərkibinə

daxil olan nanə yağının ətri isə nəfəsi təravətləndirir.

27

4

Hissiyyata nəzarət edin Ağız boşluğunun daha bir xoşagəlməz xəstəliyi – yüksək həssaslıqdır. Bəzi qıcıqlandırıcılara qarşı sağlam dişlərin ağrıması dişlərin hiperhəssaslığı deməkdir: Kimyəvi (turş, şirin, duzlu) Temperatur (soyuq və isti qida, soyuq hava) Mexaniki (dişlərin diş fırçası, diş çöpü ilə təmizlənməsi). Hiperhəssaslığın səbəbi dişlərin bərk toxumalarının demineralizasiyasıdır (mikroelementlər, o cümlədən kalsium çatışmazlığı). Adətən, belə reaksiya diş boynunun çılpaqlaşması zamanı yaranır, çünki dişin çeynəmə səthindən fərqli olaraq diş boyunu daha nazik mina qatı ilə örtülmüşdür. Gücləndirici amillər: diş boynu və köklərinin çılpaqlaşması (parodontitin nəticəsi olaraq), dişlərin əzilməsi (minanın qopması), pazşəkilli qüsur, dişlərin yaşla əlaqədar yeyilməsi, kariyes, hamiləlik və pasiyentin yüksək psixoemosional vəziyyətidir (belə ki, bütün insanlarda ağrı hissiyyatının həddi müxtəlifdir – tez qıcıqlanan pasiyentlərdə ağrı daha güclü qavranılır, nəinki sakit insanlarda). Ağrı hissiyyatını tez aradan qaldırmaq və diş ətinin iltihabını azaltmaqda alüminium laktat tərkibli və ftor ilə zəngin olan diş məcunu kömək edə bilər. Onların tərkibinə diş minasını bərkidən unikal olaflur komponenti daxildir. Bu tərkibin sayəsində diş məcunu isti, soyuq, şirin və ya turş qıcıqlandırıcıların xoşagəlməz təsirini azaldır. O, həmçinin açıq diş boyunlarını qoruyur, onları boyunətrafı kariyesdən mühafizə edir, diş ətini canlandırır, iltihab və qanamanın qarşısını alır. Yeri gəlmişkən, belə məcunu yeniyetmələr və hamilə qadınlar da istifadə edə bilər axı məhz bu dövrlərdə orqanizmdə kalsium çatışmazlığı hiss olunur və diş minası nazilir. Bu məcun, həmçinin minanın peşəkar ağardılmasından sonra da istifadə edilir.

5

Təhlükəsiz ağardılmanı seçin. 25 yaşa çatanda dişlərinin əzəli bəyazlığı ilə az adam öyünə bilər. Bununla belə, hamı təbəssümünü ağappaq etməyə çalışır. Buna nail olmağın ən mühafizəkar üsulu – dişlərin ağardıcı məcun ilə təmizlənməsidir. Effekt ani olmasa da, etibarlıdır. Diş ərpi siqaret çəkmək və ya qəhvə içməkdən yaranmışdırsa xüsusi diş məcunundan istifadə etmək daha yararlıdır. O, bakterial ərpi effektiv şəkildə aradan qaldırır, dişləri kariyesdən qoruyur və diş minasını minerallaşdıraraq, siqaret, çay və ya qəhvədən istifadə zamanı dişlərin qaralması prosesini ləngidir. Stomatoloqlar yekdilliklə təsdiq edirlər ki, diş sağlamlığı 90% düzgün qulluq ilə təmin olunur. Razılaşın ki, ağız boşluğunun düzgün və vaxtında aparılan gigiyenası stomatoloqun alətindən daha yaxşıdır. Dişlərinizə maksimum dərəcədə qayğı göstərin. Onlar isə “minnətdarlığını” sağlamlıq və bəyazlıq ilə təzahür edəcək.

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

28

ALLERGİYA, bizim yollarımız ayrıdır!

Son illər insanlar arasında geniş yayılan xəstəliklərdən biri də allergiyadır. Əvvəllər bu xəstəliyə min nəfərdən birində rast gəlinirdisə, indi hər 10 nəfərdən ikisi bundan əziyyət çəkir. Bir müddət əvvəl Ümumdünya Səhiyyə Təşkilatı son illər dünya əhalisi arasında geniş yayılan xəstəliklərin siyahısını açıqlayıb. Təşkilat tərəfindən tərtib edilən bu siyahıda 3-cü yeri allergiya xəstəliyi tutur. Allergiyalı xəstələrin üstünlük təşkil etdiyi ölkələr arasında isə Almaniya, Fransa və Türkiyə ön sıralardadır. Azərbaycanda da allergiya daşıyıcılarının sayı çoxdur. Xüsusilə də, son bir neçə ildə onların sayı nəzərəçarpracaq dərəcədə artıb.

CAN SAĞLIĞI


Allergiya nədir?

Allergiya - ətraf mühitin “allergen” adlandırılan bəzi faktorlarının (kimyəvi maddələrin, mikroorqanizmlərin və onların həyat fəaliyyəti məhsullarının, qida maddələrinin və s.) təsiri ilə əlaqədar orqanizmin qeyri-adi (qabarıq) cavab reaksiyasıdır. Bu, immun sisteminin patologiyasıdır. Bu termini ilk dəfə 1906-cı ildə avstriyalı pediatr Pirke işlədib. Allergiyanın formaları arasında ən geniş yayılanı isə allergik və xroniki rinitdir. Allergik rinit, əsasən, yaz mövsümündə, çiçəklərin tozlanma dövrü başlayanda baş qaldırır, xroniki rinit isə bütün mövsümlərdə müşahidə edilir. Allergik rinit zamanı xəstədə ilkin olaraq fasiləsiz asqırmalar, burunda göynəmə və qaşınmalar ortaya çıxır. Daha sonra gözlərdə qaşınma və sulanma kimi əlamətlər müşahidə olunur. Xəstənin burnu daim tutulu vəziyyətdə olur və o, qoxu hiss etmir. Bir müddət sonra isə burundan selik gəlməyə başlayır, qulaq tutulur. Bəzilərində üz və burun pərdələri şişməyə başlayır və nəfəsalma çətinləşir. Evdə olan zaman xəstə özünü yaxşı hiss etsə də, çölə çıxanda vəziyyəti dəyişir, rinitin simptomları özünü kəskin şəkildə biruzə verməyə başlayır. Bir qisim xəstələrdə bu əlamətlər 1 ay, bəzilərində isə mövsümün sonuna kimi davam edir. Yaz mövsümü başa çatdıqdan sonra allergik rinitin əlamətləri yavaş-yavaş aradan qalxır və xəstə normal vəziyyətə qayıdır.Sitrus meyvələri, tərxun, bal, yemiş, tum və fındıq allergiya əlamətlərini artırır. Allergik rinit zamanı xəstənin hansı çiçək və ağac növünə, toz, yun, toyuq tükünə qarşı həssas olduğunu müəyyənləşdirmək üçün onun qol hissəsinə 19-21, bəzən isə 7-9 sınaq qoyulur. Məhz bu sınaqlar vasitəsilə xəstədə allergiyanı törədən amillər müəyyən edilir. Bu zaman yalnız şiddətlənən allergiya əlamətlərinin qarşısını almaq üçün antihistamin preparatlarından ibarət müalicə kursu təyin edilir. Müalicə ilə paralel xəstənin gözlərində və burnunda yaranan problemlər burun, göz damcıları vasitəsilə aradan qaldırılır. Mövsüm qurtaranadək bu müalicə kursu davam etdirilir. Soyuq aylarda isə xəstəyə sınaqlar qoyulur və alınan nəticəyə uyğun olaraq, növbəti yaz mövsümündə müalicə aparılır. Allergik rinitin daşıyıcısı olan xəstələrin müalicə müddətində bəzi qidaların istifadəsinə qadağa qoyulur. Əsasən, müalicə ilə paralel xəstələrdə allergiyanın əlamətlərini artıran qida məhsullarından – sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina edilməlidir. Allergik rinitin daşıyıcısı olan xəstə hər mövsüm vaxtlıvaxtında lazımi müalicə kursu almalıdır. Əks halda,

xəstəlik ağır sayılan dövrə keçir. Bu zaman isə rinit əlamətləri ağır formada təkcə yaz mövsümündə yox, ilboyu özünü göstərir. Xəstədə boğulma halları ortaya çıxır. Bir neçə il sonra isə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Allergik rinitin əlamətləri özünü biruzə verməyə başlayanda xəstə mütləq həkimə müraciət etməli və lazımi müalicəni almalıdır. Allergik rinitin yüngül keçməsi üçün xəstələr yaz mövsümündən 4 ay əvvəl müalicəyə başlamalı və proses mövsümün sonuna kimi davam etdirilməlidir. Allergiya tam aradan qalxanadək bu müalicənin aparılması mütləqdir. Dəqiq diaqnoz qoyulub hər il düzgün müalicə aparıldıqdan sonra allergik riniti 3-5 ilə aradan qaldırmaq mümkündür. Hal-hazırda allergiyanın müalicəsində Zyncet preparatı uğurla istifadə olunur. Zyncet - 5 və 10 mq setirizin hidroxlorid tərkibli antihistamin preparat olub, üstün farmakoloji xüsusiyyətlərə malikdir, bu da onun yüksək selektivliyi ilə xarakterizə olunur. Zyncet allergiyanın mexanizmində vacib rol oynayan histaminə həssas reseptorları blokada etməklə, allergiyanın həm ilkin, həm də son fazasına antihistamin təsir edir. Analoqlarından fərqli olaraq Zyncet qaraci­ yərdə metabolizmə uğramır və buna görə də kiçik yaşlarda

29

istifadə etmək mümkündür. Antiallergik təsiri qəbulundan 20 dəqiqə sonra başlayır və 24 saat ərzində stabil saxlanılır. Zyncet mərkəzi sinir sisteminə təsir etmədiyinə görə sedasiya (yuxululuq) vermir. Preparatın istifadəsi çox rahatdır və sutkalıq doza gündə 1 dəfə qəbul olunur. Vaxtında müalicə olunmadığı təqdirdə həm allergik, həm də xroniki rinit bronxial astmaya çevrilə bilər. Buna görə də Zyncet allergiyaların müalicəsində SİZİN ƏN DOĞRU SEÇİMİNİZDİR!

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

30

BÖYRƏK TƏZYİQİ Böyrəklərdə əmələ gəlmiş qum çöküntüsü sidiyin axmasına maneçilik törətməklə onun böyrəklərdə durğunlaşmasına səbəb olur. Nəticədə, maye ilə dolmuş böyrəklərin toxuması dartılır, ölçüsü böyüyür. Beləliklə, el arasında “vadyanka” adlanan hidronefroz xəstəliyi inkişaf edir. Bu zaman duzlar çökərək daş əmələ gətirir. Sidik kisəsinin tez-tez boşalması isə bunun qarşısını almaqda kömək edir. Streptokokkların törətdiyi angina xəstəliyi zamanı qan damarları ilə hərəkət edən mikroblar böyrəklərə sirayət edərsə orqanizmdə (xüsusən də, immuniteti zəifləmiş) ciddi fəsadın inkişaf etməsi ilə nəticələnə bilər. Bu zaman müalicəsi mümkün olan adi böyrək iltihabı deyil, qlomerulonefrit kimi çox ağır xəstəlik törənir. Hər iki böyrəyi zədələyən bu xəstəlik sürətlə inkişaf edərək artıq bir neçə ildən sonra böyrək çatışmazlığına gətirib çıxarır. Bu səbəbdən xroniki tonzilliti olan bütün xəstələrə həkimlər badamcıq vəzilərini ləğv etməyi məsləhət görürlər. Böyrəklərdə arterial təzyiqi tənzimləyən maddələr istehsal olunur. Böyrəklərin istənilən xroniki xəstəliyi təzyiqin qalxması ilə müşayiət olunur. Məhz bu səbəbdən hipertoniya zamanı, ilk növbədə, böyrəklər müayinə edilir. Ən geniş yayılmış müasir preparatlar məhz böyrəklərə təsir edir. Bəzi hallarda, misal üçün, göbələk zəhərlənməsindən sonra böyrək çatışmazlığı inkişaf edə və xəstəyə hemodializ prosedurasının aparılması tələb oluna bilər. Əsas odur ki, müalicəyə vaxtında başlanılsın. Xoşbəxtlikdən, nə qədər zədələnmiş olsa

CAN SAĞLIĞI

da, böyrək hüceyrələri tam bərpa olmaq qabiliyyətinə malikdir. Odur ki, hətta hemodializ kimi ciddi proseduradan sonra da sağlamlığı tam bərpa etmək mümkündür. Kəskin böyrək çatışmazlığı xronikidən də uğurlu müalicə olunur. Böyrək xəstələrinin əsas düşməni – duzdur. Duzlu qida çox qəbul edildikdə arteriyalardakı təzyiq kəskin şəkildə artır və böyrəklərdə qan axını güclənir. Amma xəstə böyrəklər belə yüklənmənin öhdəsindən gəlmir. Nəticədə, maye­nin orqanizmdə ləngiməsi yüksək qan təzyiqi və ödemlərlə aşkar olunur. Odur ki, böyrək çatışmazlığı zamanı duzun istifadəsi həddən artıq zərərlidir. Qidanızı az duzlayın. Duzu isə qurudulmuş dəniz kələmi, ədviyyatlar ilə əvəz edin. Bəzən kəskin şəkildə arıqlama zamanı böyrək sallanması inkişaf edə bilər. Məsələ ondadır ki, böyrəklər onları zədələnmə və başqa hallardan qoruyan, bir növ yataq kimi xidmət göstərən piy toxuması ilə əhatə olunmuşdur. Kəskin arıqlama zamanı yalnız dərialtı deyil, daxili piy təbəqəsi də “əriyir”. Nəticədə, böyrəklər dayaqsız qalır. Bundan başqa, onları etibarlı vəziyyətdə saxlayan əzələ və bağlar da zəifləyir. Odur ki, tədricən, asta-asta arıqlamaq lazımdır. Sidiyin sidik kisəsindən geri, sidik axarları və böyrəklərə axması kisə-sidik axarı reflüksü adlandırılır. Çox vaxt bunun səbəbi hər hansı maneə, misal üçün, anadangəlmə qapaq və ya daş olur. Reflüks cərrahi yol ilə aradan qaldırılır. Əks halda, böyrək iltihabı və ya hidronefroz inkişaf edə bilər.


31

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

32

CAN SAĞLIĞI

TƏSADÜFİ QLAUKOMA


Gözdaxili təzyiqin bir dəfə qalxması hələ qlaukoma diaqnozunu təyin etmək üçün kifayət deyil. Bu, təsadüfi hal da ola bilər. Misal üçün, təzyiqin qısamüddətli artması duz və sudan həddən artıq çox istifadə etdikdə, başıaşağı vəziyyətdə uzun müddət qaldıqda da yaranır. Amma yenə də sayıq olmaq lazımdır. Qlaukoma – ciddi xəstəlikdir. Uzun müddət xəlvəti keçsə də, sonradan görmə qabiliyyətinin itirilməsi ilə nəticələnə bilər. Göz ağrıları varsa, işıq mənbələri ətrafında əlvan dairələr yaranırsa, yaxud görmə sahəsi daralırsa, ləngimədən mütəxəssisə müraciət edin. Yalnız vaxtında aparılmış müalicə qlaukomanın gedişatını ləngitmək və görmə qabiliyyətini saxlamağa qadirdir. Hazırda bu məqsədlə göz damcıları, medikamentoz, lazer və cərrahi üsullardan istifadə olunur. Onları daimi istifadə etmək lazımdır. Müalicəni özbaşına dayandırmaq və ya fasilə etmək olmaz. Hər bir fasilə görmə qabiliyyətinin bərpaolunmaz pisləşməsinə gətirib çıxarır. Qlaukomanın müalicəsində görmə sinirinin fəaliyyətini yaxşılaşdıran B qrup vitaminlərindən istifadə edilir. Artıq fiziki yük, uzun müddət başıaşağı vəziyyətdə işləməkdən qaçın. Qlaukoma zamanı üç aydan bir oftalmoloqa müraciət etmək lazımdır. Erkən mərhələdə insan görmə sahələrinin daralmasını hiss etmir, lakin bu göstərici böyük əhəmiyyət kəsb edir. Heç bir xalq təbabəti, qida əlavələri və ya məşqlər oftalmoloqun təyin etdiyi dərman və ya cərrahi müalicəni əvəz edə bilməz. Bəzi hallarda qlaukoma lazer üsulu ilə müalicə olunur. Bu, bir neçə dəqiqə davam edən ağrısız proseduradır. Göz damcıları və lazer ilə müalicə kifayət etmədikdə əməliyyat tələb olunur. Bəzi insanlar illərlə göz damcıları ilə keçinir, bəzilərinə isə tezliklə cərrah yardımı tələb olunur. Qlaukomadan tam azad olmaq mümkün deyil, lakin onun inkişafını ləngitmək olar. Müasir tibbi texnologiyalar dövründə kataraktanın ləğv edilməsi əməliyyatı ən təhlükəsiz əməliyyatlardan biridir. Bütün manipulyasiyalar çox kiçik bir dəlik vasitəsi ilə aparılır. Bu, qanaxma və infeksiya riskini minimum səviyyəyə endirir. Süni göz bülluru hər bir insan üçün fərdi şəkildə seçilir. Göz büllurunun yeni dəyişdirilmə metodikaları o dərəcədə yaxşı mənimsənilmişdir ki, istənilən yaşda –80, hətta 90 yaşlı pasiyentlərdə uğurlu əməliyyatlar aparılır. 20 dəqiqə davam edən ağrısız əməliyyatın, adətən, ertəsi günü pasiyentin görmə qabiliyyəti bərpa olunur. Çoxları əmindir ki, katarakta və qlaukoma kompüterdən sui-istifadə etmə nəticəsində əməl�� gəlir. Amma bu, belə deyil. Daimi kompüter gərginliyi xüsusi “kompüter görmə sindromunun” formalaşmasına gətirib çıxarır. Displey arxasında uzun müddət işlədikdə insanda gözlərin yorulma əlamətləri yaranır. Bu, yaşla əlaqədar uzaq görmədən əziyyət çəkən, lakin müəyyən səbəblərdən eynək taxmayan şəxslərdə xüsusi ilə nəzərə çarpır. Görmənin kəskin zəifləməsinin səbəbini araşdırmaq üçün oftalmoloqa müraciət etmək lazımdır. Gənc yaşlarda gözlər öz optik qüvvəsini dəyişməyə

33

qadirdir. Elastik göz bülluru sayəsində insanlar həm uzaq, həm yaxın məsafəni eyni səviyyədə görə bilir. Lakin təxminən 40 yaşa çatanda göz büllurunda dəyişikliklər baş verir. O, əvvəlki kimi “iti” və elastik olmadığından, yaxın məsafədə yaxşı görmə qabiliyyətini təmin edə bilmir. Əvvəldən yaxından görən insanlara bu, demək olar ki, aid deyil. Amma 100% görmə qabiliyyəti olan insanlara 40-45 yaşından sonra oxumaq çətin olur. Uzaqdan görmə tədricən inkişaf edir. Odur ki, oxumaq üçün insanlar müsbət linzalı eynək taxmalı olurlar. Uzaqdan görmənin standart lazer korreksiyası yaxından görməni yaxşılaşdırsa da, uzaq məsafələri görmə qabiliyyətini pisləşdirir. Bu vəziyyətdən çıxış yolu- yaşla əlaqədar uzaqdan görmənin yalnız bir göz üzərində lazer korreksiyasından ibarətdir. Bu gözün hesabına insan oxuyur, ikinci gözü ilə isə uzağa baxır. Bu metodika miopik anizokorreksiya adlandırılır. Eynək və kontakt linzalardan azad etməklə, bu müalicə üsulu həm yaxın, həm də uzaq məsafədə eyni dərəcədə yüksək görmə qabiliyyətini təmin edir. Lakin bu korreksiya üsulu hamı üçün yararlı deyil. Əməliyyatdan əvvəl, əsaslı müayinədən savayı, əməliyyatdan sonrakı görmənin “modelləşdirilməsi” aparılmalıdır. Bu, kontakt linzaların köməyi ilə aparılır. Misal üçün, uzağı yaxşı görən və yaşla əlaqədar uzaqdan görmədən əziyyət çəkən pasiyentlərə aparıcı olmayan gözə taxmaq üçün “müsbət” kontakt linzası verilir. Təbii ki, ilk günlər və həftələrdə belə “ayrıgözlük” görmə diskomfortu yarada bilər. Bununla belə, insan eynəksiz oxuya və əvvəlkitək uzağı yaxşı görə bilər. Müxtəlif görmə qabiliyyətinə öyrəşərsə və özünü rahat hiss edərsə, nəticə lazer korreksiyası üsulu ilə təsbit edilir. Əks halda, əməliyyatdan imtina edilir. Yaşla əlaqədar uzaqdan görmənin digər korreksiya üsulları da mövcuddur. Bu, buynuzlu qişa səthinin eksimer lazer üsulu ilə dəyişməsi, habelə təbii göz büllurunun süni, çoxfokuslu ilə əvəz edilməsidir. Lakin belə manipulyasiyalardan sonra qaranlıq vaxtlarda təsvirin “pozulması” riski yaranır. Büllurun sünisi ilə əvəz edilməsi, adətən, katarakta zamanı aparılır. Beləliklə, yalnız bir manipulyasiyanın köməyi ilə həm uzaqdan görmə, həm də kataraktadan azad olmaq olar. Əvvəllər hesab edilirdi ki, yalnız katarakta “yetişəndə” əməliyyat etmək olar. Bu gün isə bu problemə yanaşma tərzi köklü şəkildə dəyişmişdir. İndi oftalmoloqlar göz büllurunun tam tutqunlaşmasını gözləmir. Katarakta normal yaşamaq və işləməyə mane olmağa başlayan kimi əməliyyat edilir. Göz büllurunun müasir dəyişdirilmə üsulları əməliyyat vaxtı görmə korreksiyasına aid bir sıra əlavə məsələləri də həll etməyə, misal üçün, əvvəldən mövcud olan yaxından və ya uzaqdan görməni aradan qaldırmağa imkan yaradır.

CAN SAĞLIĞI


34

BİR DƏLİKDƏN ƏMƏLİYYATLAR Dr. Rəfiyev Fərid Səxavət oğlu 1981-ci ildə Bakı şəhərində anadan olub. 1998-ci ildə orta məktəbi fərqlənmə ilə bitirdikdən sonra həmin il ATU-nin müalicəprofilaktika fakültəsinə daxil olmuşdur. 2004-cü ildə fərqlənmə diplomu ilə universiteti bitirmişdir. 2004-2006-cı illər ərzində 1-ci cərrahi xəstəliklər kafedrasında klinik-ordinator vəzifəsində çalışıb. 2006-2009-cu illər ərzində həmin kafedranın aspirantı vəzifəsində çalışıb. İşlədiyi illər ərzində 21 məqalə, 1 ixtira, 3 səmərələşdirici təklifin müəllifidir.2007-ci ildə “Mini invaziv cərrahiyyə” “Laparoskopik cərrahiyyə” kurslarını Almaniyanın (Berlin şəhəri) “Vivantes Humbolt klinikum” və “DrK klinikum Westend” klinikalarında keçmişdir. Prof. Dr. Ernst Kraas-ın “Laparoskopik cərrahiyyənin mütəxəssis” adına layiq görülmüşdür. 2008-ci ildə Türkiyənin İstanbul şəhərində “İstanbul cərrahi hastanesi.” klinikalarında həkim-cərrah vəzifəsində çalışıb.İşlədiyi elmi əsərlər sırasında “Laparoskopik fundoplikasiya ağırlaşmalarının profilaktikası” mövzusunda tibb elmləri üzrə fəlsəfə doktoru (PhD) adına layiq görülüb. 2007-ci ildən etibarən Uniklinika xəstəxanasının cərrahiyyə şöbəsinin müdiri vəzifəsində çalışır.

CAN SAĞLIĞI

Son zamanlar dünya praktikasında tətbiq olunan yeni növ əməliyyatlar Azərbaycanda tətbiq edilməkdədir. Artıq 20 ildən çoxdur ki, aparılan endoskopik əməliyyatlar heç kimi təəcübləndirmir. Bu üsulla qarın boşluğunda istənilən cərrahi əməliyyatı aparmaq mümkündür. Texniki proqresin dayanmadığı təqdirdə cərrahi avadanlığın inkişafı, yeni üsulların işlənib hazırlanması labüddur. SİLS nədir?

Standart qəbul edilmiş laparoskopik əməliyyatların yerini yeni növ əməliyyatlar “tək port” və ya “bir dəlikdən” aparılan əməliyyatlar əvəz etməkdədir. SİLS (Single İncision-Less Surgery) adlanan bu növ əməliyyatlar göbək həlqəsi çərçivəsində 2 sm kəsiklə icra edilir. Xüsusi avadanlığın köməyi ilə aparılan bu əməliyyatlar texniki inkişafın son nailiyyətlərindəndir. Bir dəlikdən qarın boşluğuna salınan cihazlar kamera müşayəti ilə aparılır. Standart laparoskopik əməliyyatlardan fərqli olaraq, tətbiq olunan videoqurğu mobil olaraq istənilən tərəfə döndərilə


bilir. Orqanların görüntüsü hər tərəfdən öyrənilə bilir. Nəticədə, orqanın zədələnmə dərəcəsi, yerləşməsi və əməliyyat olunması daha aydın müəyyən edilir.

Niyə məhz SİLS?

35 Çox şadıq ki, siz sağalmısınız, lakin hər ehtimala qarşı bizi yadınızda saxlayın!

Standart endoskopik əməliyyatlarla müqayisədə: - Dəri üzərində əlavə kəsiklərin olmaması - Eyni zamanda göbək yırtığının plastikası imkanı (simultan əməliyyatlar) - Əməliyyatdan sonrakı yırtıqlara daha az rast gəlinməsi - Orqanın (məsələn öd kisəsi) tam çıxarılması, böyük daşların parçalanmasına ehtiyacın olmaması və yara travmatizasiyasının olmaması - Əməliyyatdan sonrakı dövrdə ağrıların daha az olması - “kosmetik” effektin yüksək olması

Şək.1. Laparoskopik əməliyyat

Şək.2. Tək port əməliyyatı

Klinikamızda artıq 5 ilə yaxındır ki, laparoskopik əməliyyatlar aparılır. Son bir neçə ayda aparılan “tək port” əməliyyatlar yüksək kosmetik və estetik effektin olmasını sübut edib. Tərəfimizdən aparılan ümumi cərrahi (öd daşı xəstəliyi, appendisit və s.) və ginekoloji əməliyyatlar məhz bu üsulla aparılır.

Nə etməli?

Əgər sizin cərrahi probleminiz varsa, məhz bu növ əməliyyatlara və yalnız təcrübəli “əllərə” özününü etibar edin. Unutmayin ki, sizin sağlamlığınız sizin əllərinizdədir. Ünvan: B.Ağayev k.115 Tel: (012)510 80 60 / 510 80 70 Fax: (012) 510 62 46 Mob: (050) 209 01 65 E-mail: unikal-115@mail.ru

www.uniklinika.az CAN SAĞLIĞI


CAN SAĞLIĞI

36

Maye kaloriləri

Uzun qış ayları dəriyə təsirsiz ötüşmür. Oya­nan günəş isə ona daha böyük zərər vura bilər – qəddar ultrabənövşəyi şüalar üzdəki hər hansı səpgiyə dərhal reaksiya verərək hiperpiqmentasiyaya səbəb ola bilər. Birinci məsləhət: cüzi piqmentasiya əlamətləri yaranan zaman onun səbəbini aydınlaşdırmağa çalışın. Bəzən bu, hormonal pozğunluq, qaraciyər və öd yolları xəstəlikləri ilə əlaqədar olur. Bu halda ciddi müalicə tələb olunacaq. Sağlamlığınız qaydasındadırsa, səbəbi dərinizin xüsusiyyətində görmək və ona daha çox diqqət yetirmək lazımdır. Məlumdur ki, insan qidasız bir neçə həftə yaşaya bilər, susuz isə bir neçə sutkadan sonra məhv olur. Su çatışmazlığı piyin toplanması, əzələ zəifliyi, həzmin pisləşməsinə gətirib çıxarır. Böyük adama bədən çəkisinin 1 kq-na 20-40 ml su tələb olunur. Onun ən yaxşı mənbəyi içməli, mineral, bulaq suyu, bitki və meyvə çaylarıdır. Meyvə və tərəvəzlərin də tərkibində çoxlu miqdarda faydalı maye mövcuddur. Misal üçün, xiyar və baş salatın tərkibi 95%, pomidorun – 93%, qarpızın – 92%, çiyələyin – 89%, portağalın isə tərkibi 87% sudan ibarətdir. Sutkalı “su rasionunu” hesablayarkən bunu nəzərə almağı unutmayın. Lakin bütün bunlar heç də o demək deyil ki, orqanizmə

CAN SAĞLIĞI

zərər vurmadan mayeni litrlərlə qəbul etmək olar: suya olan sutkalıq tələbat xarici mühit şəraiti, işin xarakteri, qəbul edilmiş qidanın miqdarı, ilin fəsli ilə müəyyənləşir. Normal temperatur şəraitində və orta fiziki yük zamanı insan sutka ərzində bir litrdən artıq maye qəbul etməməlidir. Bu baxımdan “izafə” şübhəsiz zərər yetirəcək, çünki ürəyin artıq yüklənməsinə səbəb olur və zülalın parçalanma prose­ sini sürətləndirir. İnsan bədənindəki suyun miqdarı müəyyən dərəcədə müxtəlif duzların istifadəsindən asılıdır. Belə ki, natrium duzları, o cümlədən xörək duzu suyun orqanizmdə saxlanmasına səbəb olur. Odur ki, ürək və böyrək xəstəlikləri zamanı duzdan mümkün qədər az istifadə olunmalıdır. Eyni zamanda intensiv tərləmə zamanı qanın tərkibində duzun qatılığı artır və insan susuzluqdan əziyyət çəkir. Amma şirin su içdiyindən orqanizmdəki duz itkisi bərpa olunmur və insan duz aclığı yaşayır. Bu səbəbdən, uzun səfər, habelə isti havada gərgin fiziki iş zamanı su itkisini azaltmaq məqsədi ilə bolluca duzlanmış çörək parçası yemək, qaynar sexlərdə işləyən fəhlələri isə azacıq duz vurulmuş qazlı su ilə təchiz etmək məsləhətdir. Bu, orqanizmdə lazımi duz və su balansını təmin edəcək. Kalium və kalsium duzlarına gəldikdə isə, natrium duzlarına münasibətdə onlar tamamilə əks təsirə malikdir, yəni sidik ifrazını artırmaqla orqanizmdən suyu “buxarlandırır”. Bəzən orqanizm çoxlu maye almalıdır, misal üçün, sistit (sidik kisəsinin iltihabı) zamanı. Az maye tərkibli qida sidik kisəsini daha da qıcıqlandırır. Belə hallarda həkimlər, adətən, gün ərzində 1,5-2 litrdən az olmayaraq maye içməyi tövsiyə edirlər. Susuzluğu yatırtmaq üçün yalnız suyun miqdarı deyil, onun dad keyfiyyətləri də əhəmiyyət kəsb edir. Əsrlərin sınağından keçmiş xalq təcrübəsi var. Bu təcrübəyə görə, Rusiyada yanğını yatırtmaq üçün çörək kvası, Orta Asiyada meyvə qaxından hazırlanmış soyuq həlim və ya yaşıl çaydan istifadə edilir. Alpinistlər və turistlər susuzluq ilə mübarizədə dadına görə çox gözəl içki olan quşüzümü cövhərindən istifadə edirlər. Bu içkilər qəbul edildikdən sonra həll olunmuş maddələr ağız boşluğundakı sinir hüceyrələrinə kimyəvi təsir göstərir ki, nəticədə, tüpürcək ifrazı artır, selikli qişanın həssaslığı isə zəifləyir. İsti havalarda qəbul olunan qida tez həzm olunan və az miqdarda olmalıdır – bu zaman su içmək


tələbatı da azalır. Düzgün su rejiminin gözlənilməsi almış olursunuz. də vacib rol oynayır. Səhərlər, iş vaxtına qədər, çoxlu Lazımdır: bir yerkökünün yarısı, bir ədəd alma, bir miqdarda çay, xüsusən də, yaşıl çay içmək faydalıdır portağalın yarısı, kiçik zəncəfil parçası. ki, orqanizmdə “maye deposu” yaradılsın. Günorta Nəticədə, 350 q içki ilə 136 kkal, 3q zülal, 1q yağ, isə istinin qızğın çağında, əksinə, maye qəbulunu 32q karbohidrat, 6q sellüloz, habelə maqnium, kalium, azaltmaq lazımdır. Yalnız axşam, isti azalandan sonra beta-karotin, C və E vitaminləri almış olursunuz. məhdudiyyət gözləmədən çay içmək olar. Qida qəbulunu məhdudlaşdıraraq qəbul etdiyimiz Faydalı məsləhətlər: mayenin – çay, qəhvə, kakao, limonad, pivə, südlü Unutmayın ki, izafi maye qəbulu tərləməni kokteyllər, şampan şərabının - kaloriliyi haqqında gücləndirir və orqanizmi üzür. İsti havalarda da sudan unuduruq. Maye içərkən insan doyduğunu hiss etmir. səmərəli istifadə edin. Güclü tərləmə vaxtı vaxtaşırı Bundan başqa, içkilərin həzm edilməsinə orqanizm boğazınızı və ağzınızı su ilə yaşlayın – bu, susuzluğu praktiki olaraq enerji sərf etmir, bərk qidanın yatırır. Nəzərə alın ki, içilmiş su susuzluğu dərhal parçalanması zamanı isə alınmış yatırtmır, çünki onun sorulması, enerjinin 10%-dən artığı həzm orqanizmdə qan və toxumaprosesinə sərf olunur. İçkilərin kaloriliyi lara yeriməsi təxminən 10-15 Amerikalı diyetolo100q içkinin orta kaloriliyi (kkal) dəqiqədən sonra başlayır. qlar maraqlı test tədqiqatı Tez-tez və çoxlu maye içmək Şampan şərabı – 110 aparmışdır. Seçilmiş 20 könülvərdişindən vaz keçin – bu Qatıq – 100 lünün rasionuna bir ay ərzində zaman müəyyən müddətdən şirin içkilər qismində normadan Kakao – 78 sonra susuz­luq hissi daha gec artıq 450 kkal əlavə olunurdu. Giləmeyvəli kisel – 75 yaranacaq. Susuzluğu tədricən, Ayın axırında iyirmi nəfərin hər 10-20 dəqiqədən bir, bir Südlü qəhvə (2 parça qənd ilə) – 75 hamısı artıq çəki toplamışdır. neçə qurtum su içməklə yatırın. Qırmızı şərab – 74 Növbəti otuz gün ərzində İmkan dairəsində susuzluğu Ağ şərab – 70 diyetoloqlar öz “təcrübəlik” yatırtmaq məqsədi ilə minSüd (3,5% yağlılıq) – 64 heyətini konfet və pirojna eral və ya azca duz qatılmış şəklində gündə əlavə 450 kkal Kola – 57 sudan istifadə edin. Bununla, ilə bəsləyirdi. Bir aydan sonra Limonad – 49 orqanizmin toxumalarını duz heç kimdə əhəmiyyətli çəki ilə zənginləşdirməklə lazımi Pivə – 47 artımı qeydə alınmamışdır. miqdarda suyun saxlanılmasına Alma şirəsi – 46 Sadəcə, şirniyyatlar toxluq kömək etmiş olursunuz. Portağal şirəsi – 41 hissi yaratdığından təcrübə İçməli suyun şəffaf, qoxuÇay (2 parça qənd ilə) – 27 iştirakçıları nahar vaxtı az yeysuz, xoş dadlı, sərin, amma çox irdi. Təzə tomat şirəsi – 40 soyuq olmamasına diqqət yetiSusuzluğu yatırdan ən yaxşı Paket tomat şirəsi – 14 rin. Xüsusən, dayaz quyu, çay, vasitə yaşıl çaydır. Bununla belə, göl və nohurlardan çıxarılmış Şəkərsiz qara qəhvə –1 səhərlər içilən, bədən biçiminə çiy suyu içməməyə çalışın. Bir Şəkərsiz yaşıl çay –1 xələl yetirməyən, əhvalı qayda olaraq, qaynadılmış su Su –0 yaxşılaşdıran və susuzluğu için. yatıran, sadə hazırlanış qaydası və əla müalicəvi keyfiyyətlərə malik olan içkilər də var. Sən demə… Lazımdır: bir ədəd iri alma, bir banan və kivinin İnsan beyninin tərkibi 80%, əzələlərin – 76%, yarısı. Almanı şirəçəkəndən keçirin, tropik meyvələri sümüklərin isə – 25%-ə qədəri sudan ibarətdir. Suda mikserdə əzin. bişmiş ətin tərkibində 40%-ə yaxın, qayğanağın – Nəticədə, 350 q içki ilə 137 kkal, 2q zülal, 1q 70%, tərəvəz salatının tərkibində isə – 80% maye var. yağ, 33q karbohidrat, 4q sellüloz, habelə maqnium, Bərk qida və çörək ilə birlikdə orqanizmə bir litrə kalsium, C və E vitaminləri almış olursunuz. Bu içki yaxın maye daxil olur. Demək, qida xarakterindən zəifləmiş immunitet zamanı xüsusi ilə faydalıdır. asılı olaraq gün ərzində 4-5 stəkan “azad” maye tələb Lazımdır: 6 orta ölçülü yerkökü, bir orta ölçülü olunur. çuğundur, kiçik cəfəri və ispanaq dəstəsi. Hamısını şirəçəkəndən keçirin. 350 q içki ilə 228 kkal, 7q zülal, 1,2q yağ, 47q karbohidrat, 13q sellüloz, habelə maqnium, kalsium, kalium, dəmir, sink, C və E vitaminləri, beta-karotin

37

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

38

QALXANVARİ VƏZİ haqqında nələri bilməliyik?

Nə qədər ki, bəşəriyyət mövcuddur, o qədər də insanlar qalxanvari vəzi xəstəliklərindən əziyyət çəkir. Eramızdan əvvəl yaşamış Qədim Çin, Misir, Hindistan, Yunanıstan və Romanın məşhur mütəfəkkirləri, alimləri, təbibləri boyun şişlərini təsvir etmiş, bu xəstəliklərin fəsadlarından xəbərdar olmuş və onları müalicə etməyə cəhd göstərmişlər. Tarixçilərə üzərində nəhəng uru olan və əlində əqli zəifliyin əlaməti olan zınqrov tutan xəstə təsvir edilmiş qədim rəsm nümunəsi məlumdur. Bundan əlavə, ordusu üçün əsgər seçərək, Napoleon, xüsusən urlu xəstələr tez-tez rast gələn dağlıq yerlərdə böyümüş namizədlərin boynunu nəzərdən keçirirdi. Bu cür xəstəliklərin müalicəsi üçün hələ Qədim Çində dəniz yosunları, çaxırda həll edilmiş dəniz süngərlərinin külü, heyvanların qalxanvari vəzisindən istifadə edilirdi.

ORQANİZMDƏ YOD ÇATIŞMAZLIĞININ ƏLAMƏTLƏRİ

Yod defisiti nəticəsində yenidoğulmuşlarda bədən quruluşu pozgunluğu və fiziki inkişafın ləngiməsi, lal-karlıq yarana bilər. Bu körpələrin 2/3 hissəsində qalxanvari vəzi funksiyasının pozulması artıq ana bətnində inkişaf edir. Yod çatışmazlığı dölün və yeni doğulmuşların inkişaf qüsurlarına, hətta ölüm səviyyəsinin artmasına gətirib çıxarır. Daha yuxarı yaşlı uşaqlar və yeniyetmələrdə fiziki və əqli inkişafın ləngiməsi, əmək qabiliyyətinin, dərslərin qavranma səviyyəsinin azalması, yüksək xəstələnmə səviyyəsi (o cümlədən xroniki xəstəliklərlə), cinsi inkişaf pozğunluqları müşahidə olunur.

CAN SAĞLIĞI


Yetkin və ahıl yaşlı insanlarda fiziki və intellektual əmək qabiliyyətinin azalması, aterosklerozun erkən inkişaf etməsi qeyd olunur. Yod defisiti emosional pozğunluqlarla müşahidə oluna bilər və bu ovqatın pisləşməsi, tez qıcıqlanma, yuxululuq, yaddaşın zəifləməsi, tez-tez yaranan baş ağrıları, yuxudan sonra qüvvətin bərpa olunmaması aiddir. Yod çatmamazlığının ürək-damar sisteminə də mənfi təsir göstərir. Bu təsir arterial təzyiqin artması və standart medikamentoz terapiyaya tabe olmayan ürək fəaliyyətinin pozulması, qanda pəhriz ilə tənzimlənməyən yüksək xolesterin səviyyəsindən ibarət ola bilər. Orqanizmin müdafiə mexanizmləri, o cümlədən immunitetin pozulması nəticəsində tez-tez yoluxucu xəstəliklər və soyuqdəymə halları qeyd olunur. Çox vaxt həkimə müraciətin səbəblərindən biri ginekoloji problemlər, yəni sonsuzluq, menstrual dövrün, hamiləliyin pozulması və ya fəsadlaşması, mastopatiya olur. Bu səbəbdən, belə xəstəliklərdən əziyyət çəkən qadınlar qalxanvari vəzi patologiyasını aşkar etmək məqsədi ilə mütləq endokrinoloqun müayinəsindən keçməlidirlər. Bəzi hallarda, yodun orqanizmə kifayət qədər da­ xil olmaması nəticəsində qalxanvari vəzi hormonları çatışmazlığı qəbzlik, qan azlığı (anemiya) ilə təzahür olunur. Bu vəziyyət öddaşı xəstəliyinin inkişaf etməsinə səbəb ola bilər. Yod çatışmazlığı zamanı ölçüləri böyüyən qal­ xanvari vəzinin daha aktiv fəaliyyət göstərməsi ilə orqanizm bu problem ilə özü mübarizə aparmağa çalışır. Beləliklə, ur formalaşır. Lakin sonradan bu böyümə hormonların kifayət qədər hasil olmasını təmin etmədiyindən qalxanvari vəzi funksiyasının azalması, yəni hipotireoz xəstəliyi inkişaf edir. Sadə hesablamalara görə, bütün həyatı ərzində insan 3-5 qr yod almalıdır (təxminən 1 çay qaşığı qədər). Bir məqamı xüsusi ilə qeyd etmək lazımdır: südəmər uşaqlar yodu yalnız ana südü ilə alır ki, bu da körpələrin normal fiziki və əqli inkişafı üçün təbii qidalandırmanın vacibliyini bir daha təsdiq edir. Spirtli yod cövhəri damcılarını qəbul etmək tövsiyəsi kobud səhvdir (bu cövhərin bir damcısının tərkibində yarım aylıq yod dozası var ki, bu da, qalxanvari vəzi funksiyasını yatırdaraq, onu uzun aylar və illər sıradan çıxarmaqla daha ağır xəstəliklər və yenitörəmələrin yaranmasına səbəb ola bilər). Bundan başqa, yodun damcı şəklində daxilə qəbul edilməsi yodizm adlanan mənfi təsirlərə səbəb olur (dəri qaşınması, zökəm və s.). Nəticə ondan ibarətdir ki, profilaktik və ya müalicə məqsədilə yod təyin edilərsə, onun qəbul qaydasını həkim ilə razılaşdırmaq lazımdır. Çox vaxt hamilə qadınlara Yodomarin adlı preparat təyin edilir. Adından bəlli olduğu kimi, preparatın tərkibində gələcək körpənin

formalaşmasında vacib rol oynayan yod mövcuddur. Yodun orqanizmdə əsas rolu, gələcək körpənin düzgün beyin inkişafına təsir edən qalxanvari vəzi hormonlarının istehsal olunmasında iştirakından ibarətdir. Beləliklə, hamilə qadının orqanizmində yodun miqdarı kifayət qədər olmadıqda, dölün əqli inkişafdan qalması riski yaranır. Yod defisitinin ən qorxulu nəticəsi – kretinizm adlanan xəstəlikdir. Bundan başqa, hamiləliyin erkən dövrlərində yod defisiti düşük törədə bilər. Bu hallardan qaçmaq məqsədi ilə həkimlər Yodomarin preparatının qəbulunu təkid edir. Yodomarin yalnız hamiləlik dövründə təyin edilmir. Bu dərman vasitəsi qalxanvari vəzi xəstəliklərinin müalicəsində də yaxşı təsirə malikdir. Tərkibinə daxil olan yod qalxanvari vəzi normal vəziyyətdə saxlayır. Qalxanvari vəzin tərkibindəki tireoid hormonların sayəsində hər bir insanın orqanizmində zülal, yağ, karbohidratların normal mübadiləsi baş verir. Eyni zamanda bu hormonlar baş beyin, ürək-damar, cinsiyyət sistemi, süd vəzilərin fəaliyyətini tənzimləyir və dölün bətndaxili inkişafına təsir edir. Beləliklə, Yodomarin preparatını qəbul etməklə orqanizmdə yod defisitini aradan qaldırmış və yoddefisitli xəstəliklərin inkişaf etmə riskini azaltmış olursunuz. Yodomarin preparatının dozalaşmasına gəldikdə isə, fərdi normanı müalicə həkimi təyin etməlidir. Hamiləlik və laktasiya dövründə yod tələbatı artdığından dozalaşma 200 mkq/sut təşkil edir. Bu preparat müxtəlif dozalarda – 100 və 200 mkq olmaqla buraxılır. Odur ki, Yodomarin 100 almışsınızsa, normanız gündə 2 həbdən ibarətdir. Onu yeməkdən sonra, lazımi qədər su ilə qəbul etmək lazımdır. Beləliklə, Yodomarin preparatını qəbul etməklə orqanizmdə yod defisitini aradan qaldırmış və yod defisitli xəstəliklərin inkişaf etmə riskini azaltmış olursunuz.

39

Azərbaycanda “Berlin-Chemie AG Menarini” Nümayəndəliyi AZ1065, Cəfər Cabbarlı 44, Caspian Plaza 3, 16-cı mərt. Tel: (+994 12) 436 88 41; Faks: (+994 12) 436 88 42 www.berlin-chemie.az

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

40

Emosional

QICOLMALAR

CAN SAĞLIĞI


Üç yaşına qədər körpələrdə qıcolmaların ən çox yayılmış səbəbi – müxtəlif, əksər hallarda, respirator yoluxucu xəstəliklər zamanı yaranan yüksək hərarətdir. Adətən, valideynlər bunu orqanizmin reaksiyası hesab edərək lazımi əhəmiyyət vermir və bu halların özbaşına keçib gedəcəyini düşünürlər. Əslində isə, yüksək hərarətə həmişə qıcolma ilə reaksiya verən uşaqların 20%-ə qədəri böyüdükcə epilepsiya “qazanmaq” riskinə məruz qalırlar. 40% hallarda bu qorxulu xəstəlik epilepik tutmalar ilə başlamır. Adətən, 5-6 yaşlara yaxın yüksək hərarət artıq qıcolmaya səbəb olmur. Qıcolmaların ikinci daha çox yayılmış səbəblərindən - havanın kəskin dəyişməsindən başlamış somatik pozğunluqlara qədər müxtəlif amillərin törətdiyi nevroloji xəstəlikləri qeyd etmək lazımdır. Bəzən qıcolmalar uşağın keçirdiyi neqativ emosiyalar və həyəcan ilə də bağlı ola bilər. Cərrahi müdaxilə zamanı istifadə edilən narkoz da körpələrdə qıcolma reaksiyasına səbəb ola bilər. Yalnız üçüncü yeri epilepsiya tutur. Bir çox vəziyyətlər sinir sisteminə təsirinə görə qıcolma hallarına bərabərləşdirilsə də, əslində, o deyil. Bu, bayılma, huşun qısamüddətli itməsi, nəzərin donması, uğunmaq, üz, əl, ayaq, bədəndə əzələ dartılmalarıdır. Bəzən körpə yeridiyi zaman yıxılır, yaxud səbəb olmadan qaşığı yerə salır. Belə hallar sinir sistemi funksiyasının qısamüddətli pozulması deməkdir. Təhlükəli olan odur ki, bu hallar bəzən epileptik xarakter daşıya bilər. Bəzi qıcolma tutmalarını erkən mərhələdə dayandırmaq olar. Misal üçün, uşağın çeçələ barmağını, qulaq

mərcəyini möhkəm sıxmaq və ya sancmaqla. Lakin bu üsullar yalnız körpələr üçün və tez-tez baş verməyən qıcolma hallarında effektivdir. Qıcolma baş verdikdə, ilk növbədə, “təcili yardım” çağırın. Kəllə-beyin travmasını istisna etmək məqsədi ilə bütün iti əşyaları xəstədən uzaqlaşdırın. Huşunu itirmiş uşaq bu əşyaların, otaq mebelinin iti bucaqlarınının üzərinə yıxıla bilər. Uşağı yastıq olmayan çarpayı və ya divanın üzərinə qoyun, onu narahat etməyin. Onu çağırmaq, silkələmək cəhdləriniz faydasızdır, əksinə, sinir sistemini qıcıqlandıran bu hərəkətlər qıcolmanı bir daha təhrik edir. Pəncərəni açın – qoy, otaq təmiz hava ilə dolsun. Zəif qıcolmalar vaxtı uşağın başını, alnını tumarlamaq olar – bəzən bu, sakitləşdirir. Körpənin başını yana çevirin, çalışın ki, dili qatlanmasın, tənəffüsü pozulmasın və həkimi gözləyin. Qıcolmadan üzün əyilməsi, dilin qatlanmasını və güclü spazmı müşahidə etdikdə, uşağın ağzını açmağa və dişlərin arasına, dilini də əhatə etməklə, yumşaq döşəkcə və ya xovlu dəsmaldan hazırlanmış turna qoymağa cəhd edin. Heç bir halda xəstənin dilini qaşıqla saxlamağa çalışmayın. Güclü tutmanın öhdəsindən gələ bilmədiyiniz halda növbəti spazm zamanı körpə qaşıq ilə dişlərini sındıra, dişləyə və ya onu uda bilər. Dərman verməyin, iynə vurmayın. Günəşli havada pəncərənin pərdəsini çəkin, uca səsli radio və televizoru söndürün. Valildeynlər üçün ən çətin məsələ – qıcolmaların xarakterini təyin etməkdir. Odur ki, qıcolmanın ilk əlamətlərində nevropatoloqa müraciət etmək çox vacibdir.

41

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

42

SABİT STENOKARDİYANIN MÜALİCƏSİNƏ YENİ YANAŞMA

CAN SAĞLIĞI


43 Bəllidir ki, Ürəyin İşemik Xəstəliyinin (ÜİX) ən sıx manifestasiyalarından olan sabit stenokardiya belə xəstələrin 58%-də təsadüf olunur. Stenokardiya xəstələrin nəinki həyat keyfiyyətinə, hətta proqnozuna belə mühüm mənfi təsir göstərir. Belə ki, stenokardiyalı xəstələrdə ürək-damar hadisələrinin olma ehtimalı stenokardiyası olmayan xəstələrdən 3-qat artıqdır. Bu qrup xəstələrdə müxtəlif qrup anti-anginal preparatlar simptomatik müalicə üçün istifadə olunsa da, onların proqnoza, yəni ürək-damar ağırlaşmaları ilə yanaşı ümumi ölümün azalmasına təsiri, xüsusən, miokard infarktı (Mİ) keçirməmiş xəstələrdə sübuta yetməyib. Hətta revaskulyarizasiya olunmuş qeyri-kəskin koronar xəstələrdə ölüm və Mİ hallarının qarşısının alınmaması son 20 ildə keçirilən 61 tədqiqatın meta-analizi ilə sübuta yetmişdir. Ona görə də revaskulyarizasiya medikamentoz müalicə ilə bir-birini tamamlayan müalicə üsulları kimi qəbul olunmalıdır. Geniş istifadə olunan antianginal preparatların simptomatik olması və koronar müdaxilələrin geniş istifadəsinə baxmayaraq, koranar xəstələrin əksəriyyəti stenokardiyayla birgə yüksək ürək-damar ağırlaşmalarına məruz qalır. Ən çox və birinci növbədə təyin olunan b-blokatorlar haqqında belə Avropa Kardioloqlar Cəmiyyətinin (AKC) sabit stenokardiya üzrə tövsiyələrində qeyd olunur ki, onlar (b-adrenoblokatorlar) öz proqnostik effektini yalnız Mİ keçirmiş, bu günün standartlarına cavab verməyən zəif preventiv terapiya (RAAS inhibitorları, statinlər və s.) alan xəstələrdə sübut edib və digər stenokardiyalı xəstələrə sırf nəzəri şamil edilir. B-blokatorlarla keçirilən tədqiqatların metaanalizinə baxdıqda görürük ki, onların ürək-damar ağırlaşmalarına göstərdiyi təsirlə ürək döyüntülərinin sayını (ÜDS) endirmə dərəcəsi ilə düz mütənasiblik var. Ümumiyyətlə, çoxsaylı tədqiqat və sorğular göstərir ki, ÜDS azaldıqca ÜİX ilə olan xəstələrdə proqnoz bir o qədər yaxşılaşır və bunun əsasında AKC-nin ürək-damar profilaktikası tövsiyələrində ÜDS ayrıca müstəqil risk faktoru kimi qəbul olunub. Fizioloji nəzərdən problemə yaxınlaşsaq bilirik ki, işemiyanın əsasında miokardın oksigenə olan tələbatı ilə təchizatı arasında balansın pozulması durur və miokardın əsas qanla təchiz olunmasının diastola zamanı baş verdiyini xatırlasaq aydın olar ki, ÜDS nə qədər az olsa, bir o qədər diastolanın vaxtı uzanar və bir o qədər miokardın oksigənlə təchizatı zənginləşər. Bu prinsip üzrə təsirə malik, son illərdə istifadə üçün mövcud olan İf inhibitoru Koraksan spesifik olaraq ÜDS endirir və güclü anti-işemik və anti-anginal effektə malik olmaqla yanaşı, sabit stenokardiyalı xəstələrdə ölüm və xəstələnmə hallarını azaltması sübut olunmuşdur. Koraksan sırf sinus düyününə təsir edərək müstəsna olaraq ÜDS-nı azaldır. Beta-blokatorladan fərqli olaraq, Koraksanın mənfi inotrop və dromotrop effektləri yoxdur, respirator funksiya və arterial təzyiqə təsir etmir. Məlumdur ki, fiziki gərginlik zamanı b-blokatorlar koronar vazokonstriksiyaya səbəb olur, Koraksan

isə fərqli təsir mexanizminə malik olduğu üçün normal fizioloji adaptasiya olan koronar vazodilatasiyanın qarşısını almır. Üstəlik, Koraksan diastola vaxtını maksimal dozada beta-blokatorla müqayisədə 20%-ə qədər daha çox artırır. Bütün bu üstünlüklər ona gətirir ki, Koraksanın anti-işemik effekti, fiziki gərginliyin keçiriciliyini atenolol 100mq-dan 2dəfə, koronar təchizat isə 40% daha artıqdır (İNİTİATİVE tədqiqatı). Koraksanın bütün keyfiyyətlərinin b-blokatorla müqayisə edilməsinə səbəb b-blokatorlar əvəzinə istifadə edilməsi deyil; b-blokatorlar öz yerini tutmuş və təsdiqini tapmış qrup preparatlardır. Yalnız betablokatorların istifadəsi bir çox yanaşı mənfi təsirlər və əks göstərişlərlə məhdudlaşdırır. Təyin olunduqda isə əksər hallarda tam klinik effektiv dozalardan istifadə olun­mur. Məsələn, bisoprolol-10mg və metoprolol200mg effektiv sübuta malik dozalar olsalar da, real olaraq bu dozaların yarısı və hətta ¼ təyin olunur. Bu dozalarda ÜİX olan xəstələrin yarısında nəbz 70 vurğu/ dəqiqədən artıq qalır ki, bu da 2 il ərzində Mİ riskinin nisbi 46% daha yüksək olmasının göstəricisidir. Məhz buna görə ÜDS tövsiyə olunan 55-60 vurğu/dəqiqəyə çatdırılması üçün Koraksanın təyin olunması betablokatorla birgə və ya monoterapiyada vacibdir. 11minə yaxın UİX və sol mədəciyin disfunksiyası olan xəstələrin iştirakı ilə keçirilən BEAUTİFUL tədqiqatı Koraksanın sabit stenokardiyalı xəstələrdə fatal və qeyri-fatal Mİ ilə bağlı hospitallaşma riskini 42% azaltmışdır, ÜDS dəqiqədə 70 vurğudan artıq olan xəstələrdə bu göstərici 73% idi. Bu xəstələrin tam preventiv terapiya və 87%-nin artıq beta-blokator qəbul etməyinə baxmayaraq, Koraksanın əlavə olunması belə müsbət proq­ nostik nəticə vermişdir. Bu gün Koraksan yeganə antianginal preparatdır ki, sabit stenokardiyalı xəstələrdə (Mİ keçirməsindən asılı olmayaraq) belə sübuta malik olsun. Beləliklə, ÜİX olan xəstələrdə ÜDS-na nəzarəti ciddiləşdirməklə yanaşı, elmi-sübuta bağlı təbabət prinsiplərinə əsasən normal sinus ritmi ilə nəbzi 70 vurğu/dəqiqədən artıq olan sabit stenokardiyalı xəstələrdə qəbul etdiyi terapiyadan asılı olmayaraq, o cümlədən beta-adrenoblokatorlar da bütün xəstələrə Koraksanın təyinatı AKC və dərman preparatları üzrə Avropa agentliyi tərəfindən tövsiyə olunur. Xəyal Məmmədov

"Servye"nin Azərbaycandakı nümayəndəliyi, Bakı, AZE 1065, İzmir küç., 1033, Hyatt Tower II, 5-ci mərtəbə Tel.: (+994 12) 490 79 00; Faks: (+994 12) 490 79 09 e-mail: bakufilial@ultel.net www.servier.com

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

44

M

Melonom

XALLAR

CAN SAĞLIĞI

əlumdur ki, onkoloqların əsas “yaz-yay problemi” melanomadır. Əvvəllər melanoma nadir xəstəlik hesab olunurdu. İndi isə hər beş ildən bir xəstələnənlərin sayı iki dəfə artır. Melanoma – ən bədxassəli insan şişlərinə aiddir. İlk növbədə, ona görə ki, tez bir zamanda şaxalənərək metastaz verməyə (demək olar ki, bütün orqanlara – ağciyər, qaraciyər, böyrək və sümüklərə) qadirdir. Aydındır ki, belə sürətli gedişatı olan xəstəliyi müalicə etmək çox çətindir. Melanoma radioterapiyaya qarşı davamlı, kimya terapiyasına qarşı zəif həssasdır. İndi alimlər “müqayisəli qenom hibridləşməsi” adlanan həssas genetik test üzərində işləyirlər. Onun mahiyyəti, normal və bədxassəli hüceyrələrin genetik aparatının müqayisəsindən ibarətdir. Yeni test həkimlərə mürəkkəb melanoma hallarını, normal hüceyrənin şiş hüceyrəsinə çevrilməsinin sərhəd vəziyyətlərini təyin etməyə kömək edəcək. Məsələ ondadır ki, melanomanın hansı forması ilə – nisbətən xoşxassəli və ya bədxassəli rastlaşdığına əmin olmayan həkim kimya terapiyası təyin edərkən həmişə daha pis variantı nəzərə alır. Amma məlumdur ki, melanomanın müalicəsi üçün istifadə edilən dərman preparatları həddindən artıq zəhərlidir. Pasiyent isə onları tam kurs ilə qəbul etməlidir. Bu test mübahisəli halları istisna edir. Xəstə yalnız sağalması üçün lazım olan miqdarda dərman alacaq. Yüzilliklər ərzində xallara qarşı həmişə ehtiyatlı münasibət bəslənmişdir. Əbəs yerə deyilmir ki, xallara heç bir halda toxunmaq olmaz. Müasir təbabət təsdiq etmişdir ki, 80% hallarda melanoma maskalanaraq sonradan durmadan böyümək üçün məhz xalları seçir. Təhlükəsi şübhə doğurmayan xallar mövcuddur – bu, nəhəng, mavi və ya göy, mürəkkəb nevuslardır. Melanoma sarıdan təhlükəsiz xallar isə mövcud deyil. Onların hər biri melanomanın yaranması üçün zəmin ola bilər. Xalın ləğv edilməsi üçün əsas göstəriş onun yerləşməsidir. Xal tez-tez zədələnirsə ondan azad olmaq daha yaxşıdır. Bu, əsasən, başda yerləşən və daraqla zədələnən xallara aiddir. Büstqalter,


yaxalıq, kəmərin də tez-tez toxunduğu xalı ləğv etmək olar. Xalın üzərində daha birisi də çıxmışdırsa bu, onların ikisinin də ləğv edilməsinə dəlalət edir. Vaxtında aparılmış əməliyyat xalın bədxassəli şişə çevrilməsinin qarşısını alır. Həkim xalın çevrilməsini təsdiq etmişdirsə, əməliyyat xüsusiləşdirilmiş onkoloji klinikada aparılmalıdır. Adi xalları isə kosmetoloji kabinetlərdə də ləğv etmək olar. Bunun bir neçə üsulu var. Papillomadan, yəni “ayaqcıqlı” yenitörəmədən elektrobıçaq üsulu ilə azad olunmaq daha asandır. Yastı xallar üçün çox zaman lazerdən istifadə olunur – lazer şüasının təsiri altında xal “buxarlanır”. Müasir üsullar çox effektiv və demək olar ki, ağrısızdır. Xalları daimi nəzarət altında saxlamaq lazımdır. Aşağıdakı əlamətlər sayıq olmağı tələb edir: - xalın rənginin dəyişməsi – rəngi açılmış və ya tündləşmişdir; - xalın ölçüsü sürətlə böyüyür və qeyridüzgün, asimmetrik forma alır; - xalın rəngi qeyri-bərabərdir – qəhvəyi, boz, qara və çəhrayı rənglərin qarışması qeyd olunur. Bəzi insanlar xallara xüsusi diqqət və ehtiyatla yanaşmalıdır: - açıq saçlı və kürən insanlar; - 20 yaşına qədər güclü günəş yanıqları almışlar; - qohumları melanoma ilə xəstələnmişlər; - kürək və çiyin nahiyələrində çoxsaylı çilləri olanlar. - diametri bir santimetrdən çox ölçülü, üçdən çox xalı olanlar. Qaralmağa gəldikdə isə, hər gün bərabər qaydada ultrabənövşəyi şüa almaq təhlükəsizdir. Amma uzun müddət şəhərdə qaldıqdan sonra təbiət qoynuna çıxaraq bir neçə saat ərzində aramsız qaralmaq yaxşı nəticələr vəd etmir. Dəri xərçənginin əsas səbəbi – günəş altında qalmaq müddəti deyil, dərinin ultrabənövşəyi şüalar ilə şüalanma intensivliyi və şiddətidir. Şimal sakinləri günəş ilə xüsusi ehtiyatla davranmalıdır. Yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatının nəşr etdiyi “Ultrabənövşəyi radiasiya” kitabında deyilir: “şimal sakini Aralıq dənizi en dairəsində hər gün iki həftə ərzində günəş vannaları qəbul edərsə, dəri xərçəngi ilə xəstələnmə riski 5 dəfə, bir ay qəbul edərsə – 20 dəfə artır”. Solyariumlar da real təhlükə mənbəyidir. Boston universitetinin əməkdaşları

gənc qadın və qızların arasında melanoma hallarının əhəmiyyətli dərəcədə artacağını proqnozlaşdırırlar. Solyariumdakı cihazların ultrabənövşəyi şüaları günəş şüalarından fərqlənmir. Nəhayət, melanomanın inkişaf etmə riskinin dərinin fototipi ilə daha çox əlaqəli olmasını vurğulamaq lazımdır. Cəmi altı fototip mövcuddur. I və II fototip nümayəndələri üçün günəş vannaları xüsusi ilə təhlükəlidir. Bu qrup­ lara, əsasən, ağ dərili, açıq və ya kürən saçlı, mavi gözlü və çoxsaylı çilləri olan insanlar daxildir. Yaxınlarda aparılmış tədqiqatlar göstərir ki, daima günəşə qarşı kremlərdən istifadə edənlərdə melanomanın inkişaf etmə riski bir neçə dəfə yüksəkdir. Bu, onunla əlaqədardır ki, insanlar kremin müdafiəsinə güvənərək günəş altında çox vaxt keçirirlər. Günəş vannalarının müddəti həm qorunmuş, həm də qorunmamış insanlar üçün eyni olmalıdır. Unutmayın ki, günəşə qarşı kremin təsiri məhduddur. Bir saatdan sonra dəriyə yeni porsiya krem çəkmək lazımdır. Ahıl yaşlı insanlara krem daha pis təsir edir. Bəzi dərmanlar ultrabənövşəyi şüaların zərərli təsirini gücləndirir. Bu hadisəyə fotosensibilizasiya deyilir. Günəş yanıqlarını təhrik edən ən çox yayılmış preparatlar sulfanilamidlərdir. Onlar müxtəlif mikrob infeksiyalarının müalicəsində geniş istifadə olunur. Dazı otu, xəşəmbul, dağ tərxunu, ətirli zubrovka kimi bitkilər də fotosensibilizasiya təsirinə malikdir. Hətta tərkibinə dazı otu daxil olan adi əl kremi də günəş altında gözlənilməz fəsadlar törədə bilər. Bəzi dezodorantlar, antibakterial sabunların tərkibindəki portağal, berqamot, qreypfrut efir yağları kimi maddələr də eyni effektə malikdir.

45

FAYDALI MƏSLƏHƏTLƏR

Açıq su hövzəsində çimdikdən sonra duş qəbul edin və dəsmal ilə yaxşıca qurulanın. Unutmayın: su damcıları, dəniz duzu kristalları günəşli havada linza kimi təsir göstərərək günəş şüalarının zərərli təsirini dəfələrlə gücləndirir. Heç vaxt saat 1000–1500-a qədər olan müddətdə qaralmayın. Bu, ən təhlükəli vaxtdır. Günorta günəşindən qaçmaq lazımdır. Gələcək analar xüsusilə ehtiyatlı olmalıdır. Hamiləlik dövründə orqanizmdə baş verən hormonal dəyişikliklər bəzən dəri hüceyrələrində qarşısıalınmaz və ciddi dəyişikliklərə səbəb olur.

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

46

Günəşli

GÖBƏLƏK

İsti günəşli havalardan sonra sentyabrda bəzi qadınların bədənində çox qaralma səbəbindən ağ və ya açıq qəhvəyi rəngli ləkələr əmələ gəlir. Bu ləkələr, əsasən, kürək, sinə, boyun və çiyin nahiyəsində yerləşir. Təşvişə düşmək lazım deyil. Bu, sadəcə, el arasında “günəş göbələyi”, yaxud “çimərlik xəstəliyi” adlandırılan “dəri” dəmrovunun təzahürüdür. Yoluxucu olmayan bu xəstəlik immunitet zəiflədikdə aşkar edilir. Uzun müddət günün altında qaldıqdan sonra səpgilər ağarır və daha da nəzərə çarpır. Başqa insandan günəş göbələyinə yoluxmaq praktiki olaraq mümkün deyil. Bəbir çalarının uzun müddət qalmasını istəmirsinizsə, vaxtında həkim-dermatoloqa müraciət edin. Dermatoloq, ilk növbədə, sizi müayinə etməli, ləkələrin mənşəyini dəqiq təyin edən analizlər aparmalı və yalnız bundan sonra düzgün müalicə vasitələri seçməlidir. Günəş göbələyi mövsümi şəkildə, yəni ildə iki dəfə – yazda və payızda müalicə edilir. Göbələk əleyhinə vasitələr yaxşı müalicəvi effekt verir. Ən sadə və əlverişli çıxış yolu kremlərdən istifadə etməkdir. Belə kremlər qalıqsız sorulur və iz qoymur. İstifadə müddəti – 10-15 gün ərzində gündə bir dəfədir. Bir aydan sonra müalicə kursu təkrarlanmalıdır. Həmçinin

CAN SAĞLIĞI

çaytikanı, itburnu, qaxotu və şaftalı yağlarından da istifadə etmək, gündə 6-7 dəfə ləkələri alma sirkəsi ilə silmək olar. Bundan başqa, C vitamini, 5%-li salisil turşusu da yaxşı kömək edir. İki həftə ərzində, səhər və axşam səpki yerlərini salisil turşusu ilə silmək lazımdır. Günəş göbələyi ultrabənövşəyi şüaların təsiri altında aktivləşir. Odur ki, nə birbaşa günəş şüaları, nə də solyariumda uzun müddət qaralmaq olmaz. Qoruyucu kremləri də unutmayın. Vanna qəbul etmək, antibakterial sabun və gellərdən istifadə etməkdən də müvəqqəti olaraq çəkinin. Sintetik paltardan imtina etmək lazımdır – o, artıq tərləmə və günəş göbələyinin “aktivləşməsinə” səbəb olur. Odur ki, iplik parçalardan hazırlanmış alt paltarı seçmək vacibdir. Bu zaman paltarı hər iki tərəfdən ütüləmək və buxara vermək lazımdır. Yataq dəsti ilə də eyni qayda ilə davranılmalıdır. Profilaktik tədbirlər də vacibdir. İlk növbədə, şəxsi gigiyena qaydalarına riayət etmək lazımdır: hər gün duş qəbul etmək, paltarı zəif sirkə turşusu əlavə edilmiş məhlulda yaxalamaq önəmlidir, çünki turşu göbələyin inkişaf etməsinə mane olur. Ketokonazol tərkibli şampunlar da yaxşı profilaktik vasitə kimi istifadə edilə bilər.


47

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

48

Diqqət! NƏ GƏLDİ DADMAQ TƏHLÜKƏLİDİR CAN SAĞLIĞI


Yayda zəhərli bitkilərdən ən çox zərər çəkən bağa və ya kəndə qonaq gedən şəhər uşaqları olur. Maraq uşaqları gəndalaş giləmeyvələrini, şirin akasiya çiçəklərini dadmağa sövq edir. Belə dequstasiya cəhdləri mədə-bağırsaq traktının ciddi pozulmasına gətirib çıxara bilər. Hər şey yeyilmiş giləmeyvə və ya çiçəklərin miqdarından asılıdır. Ən yaxşı halda məsələ ürəkbulanma, yaxud qusma və ishal ilə məhdudlaşır, ən pis halda isə zəhərlənmə simptomları o qədər güclü olur ki, orqanizm çoxlu maye itirdiyindən zərərçəkmişi xəstəxanaya yerləşdirməli oluruq. Kökləri yerkökünə bənzəyən su baldırğanı ilə təmasda olmuş uşaqlarda daha ağır zəhərlənmə halları baş verir. Nəm meşəliklərdə, çay qıraqlarında məskunlaşan bu bitki ilə zəhərlənənlər daha çox turistlər olur. Su baldırğanı ilə zəhərlənmə halları həmişə çox ağır gedişatlı olaraq qıcolma, huşun pozulması ilə müşayiət olunur və əksər hallarda tibbi yardım çatana qədər ölüm ilə nəticələnir. Cənub bölgələrində tatla və bəngotu bitkiləri ilə zəhərlənmə hallarına tez-tez təsadüf edilir və qabarıq oyanıqlıq, qarabasma, ruhi pozğunluqlar ilə müşayiət olunur. Kiçik yaşlı uşaqlarda qıcolmalar, hərarətin artması, hətta ölüm nəticələri baş verir. Akonit adlanan bitki ilə təmasda olmaq da çox təhlükəlidir. Onun bütün hissələri – gövdəsi, yarpaqları, yaraşıqlı bənövşəyi çiçəkləri də olduqca zəhərlidir. Ağız boşluğuna daxil olarkən o, ürək və damar fəaliyyətində ağır pozuntulara səbəb olur və adətən, zərərçəkmişi xilas etmək mümkün olmur. Bu bitki, əsasən, Uzaq Şərqdə, Dağlıq Altayda və Pamir dağətəyində məskunlaşır. Bir çox gülçülərin evlərində açıq rəngli xallar və ya zolaqlar ilə bəzədilmiş, yaraşıqlı yarpaqları olan, iri, dekorativ difenbaziya bitkisinə rast gəlmək olar. Lakin bu bitkinin çiçəkləri çox zəhərlidir. Ailənizdə kiçik yaşlı uşaqlar varsa, bu bitkinin evinizdə yer alması haqqında, xüsusilə, düşünmək lazımdır. Belə bitkiləri tanımaq həm də yaz-yay fəslində səyahət zamanı gərəyiniz ola bilər.

Əmin deyilsən – əl vurma!

Toksikologiyanın klassik vəziyyəti – göbələk zəhərlənməsi hallarıdır. Bütün zəhərli göbələklərin ən qəddarı – solğun poqankadır. Bu göbələyin mədəyə daxil olmasından sonra 6-24 saat davam edən gizli dövr müşahidə olunur. İnsan özünü yaxşı hiss edir, heç bir şikayəti olmur. Birdən – ürəkbulanma, halsızlıq, qusma, güclü, bəzən qanlı ishal əlamətləri meydana çıxır. Dərhal tibbi yardım göstərilmədikdə bu zəhərlənmə halları ölüm ilə nəticələnir. İkinci zəhərlənmə növü – düzgün hazırlanmamış şərti-yeməli göbələk zəhərlənmələridir. Onları

yaxşıca bişirmək, sonra toksiki maddələrin keçdiyi bulyonu boşaltmaq və yalnız bundan sonra qara göbələkdən və ya svinuşkadan (acı göbələk) istənilən yemək hazırlamaq olar. Bu qaydaya məhəl qoymayanlar öz sağlamlığı ilə hesablaşmırlar. Belə hallarda gizli dövr çox qısa – bir saat yarımdan da az ola bilər. Gizli dövr üç-dörd saat davam edirsə, qusma və ishal əlamətləri, üstəlik hərarətin yüksəlməsi ilə də müşayiət olunursa, ehtimal ki, bu, göbələk zəhərlənməsi deyil, qida toksikoinfeksiyasıdır. Belə hallar, əsasən, göbələklər düzgün konservləşdirilmədikdə və ya həddən artıq uzun müddət saxlandığına görə mikrob patologiyasının inkişaf etməsi nəticəsində yaranır. Lakin bəzən aşkar yeməli olan və təhlükəsiz göbələklərin, misal üçün, şampinyon və ağ göbələklərin qida ilə qəbul edilməsindən sonra da mədə-bağırsaq pozuntuları baş verir. Məsələ ondadır ki, bütün dad və qidalı məziyyətlərinə baxmayaraq, göbələk kifayət qədər kobud qidadır. Onun tərkibinə pis həzm olunan xitin qişası tipli strukturlar daxildir ki, çoxlu miqdarda qəbul olunduqda, ağıllı orqanizm lazımsız maddələrdən azad olmağa çalışır. Bu, xüsusi ilə uşaqlarda və ya mədə-bağırsaq traktı xəstəliklərindən əziyyət çəkən böyüklərdə baş verir. Göbələk zəhərlənməsinin qarşısını almaq o qədər də çətin deyil. Bunun üçün, yalnız tanıdığın və əmin olduğun göbələkləri yığmaq, belə təcrübə olmadıqda isə, ümumiyyətlə, göbələk yığmamaq lazımdır. Baş çıxarmadığın, qurudulmuş göbələkləri əldən almaq, xüsusi ilə, fərdi şəxslərin təklif etdiyi konservləşdirilmiş göbələk almağa dəyməz. Cüzi zəhərl��nmə əlamətləri yaranan kimi ləngimədən tibbi yardıma müraciət etmək lazımdır. “Təcili yardım” gələnə qədər mədəni adi və ya bir neçə manqan kristalları əlavə olunmuş su ilə yumaq olar. Orqanizmin susuzlaşması ilə mübarizə aparmaq çox vacibdir, çünki qusma və güclü ishal zamanı insan çoxlu miqdarda su və faydalı duzları itirir, bu isə təhlükəlidir. Limonlu tünd çay içmək, yaxud imkan olduqda, apteklərdə satılan belə təyinatlı xüsusi preparatlar qəbul etmək lazımdır. Zəhərlənmə hallarında “xalq vasitələri” olan duz və ya istiot qatılmış araq içməyi məsləhət edə bilərlər. Belə tövsiyələrdən yararlanmaqdan Allah qorusun. Göbələk zəhəri qaraciyərə təsir edir və zəhərlənənlərin əksəriyyəti məhz qaraciyər çatışmazlığından məhv olurlar. Alkoqol bu vəziyyəti daha da ağırlaşdırır. Zərərçəkmiş ailədə uşaqlar varsa, təcili tibbi yardım xüsusi zəruriyyət kəsb edir. Kütləvi zəhərlənmələrin kədərli təcrübəsi göstərir ki, tibb müəssisələrinə gecikmiş müraciət hallarında böyükləri birtəhər xilas etmək olursa, uşaqların praktiki olaraq hamısı məhv olur.

49

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

50

CAN SAĞLIĞI


51 VAKSİNİ SUÇİÇƏYİNDƏN YÜKSƏK MÜDAFİƏYƏ TƏMİNAT VERİR OKAVaKS: birdəfəlik istifadə

• Bütün yaşlar üçün birdəfəlik doza rejimi tövsiyə olunan standartdır. • Okavaks – Dünyada qeydiy­yatdan keçmiş və birdəfəlik daxil edilən yeganə vaksindir. • Suçiçəyinə qarşı digər vaksinlər ikidəfəlik doza rejimlidir. • Birdəfəlik doza rejimi Okavaks vaksininin yüksək immunogenliyi ilə əlaqədardır.

OKAVaKS: 20 il sübut edilmiş effektivlik

• Ehtimal olunan yoluxmadan sonrakı 3 gün ərzində vaksinasiya aparıldıqda Okavaks xəstəliyin və ya ağır halların inkişaf etməsinin qarşısının alınmasında effektivdir; • 20 il ərzində saxlanılan immunitet; • 20-illik tədqiqatlarda Okavaksın göstərdiyi nəticələr: — humoral immunitet 100% —hüceyrə immuniteti 100%

1998-ci ildən 2007-ci ilə qədər suçiçəyi ilə xəstələnmə səviyyəsi 1,8 dəfə artmışdır.

“Epidbiomed” MMC Azərbaycan, Bakı şəhəri, Zivərbəy Əhmədbəyov 5 Tel./Faks: (+994 12) 596 48 40 Faks: +994 12) 596 48 41 E-mail: office@epidbiomed.az epidbiomed@bk.ru Web: www.epidbiomed.az

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

52

Taqətdən salan

SUSUZLUQ CAN SAĞLIĞI


MAYE ÇATIŞMIR

Fərqləndirici əlamətlər: ağız boşluğunun selikli qişası quruyur, üz cizgiləri sivriləşir, gözlər çuxura düşür. Dəri boşalır – onu bükərək buraxdıqdan sonra dərhal hamarlaşmır. Məsələ ondadır ki, böyrəklər qiymətli mayeni qənaət etdiyindən insan az-az və gec-gec sidik ifraz edir. Təbiidir ki, orqanizmi susuzlaşmadan xilas edən özünəməxsus qoruyucu mexanizm kimi susuzluq yaranır. Çıxış yolu: isti hava, fiziki gərginlik, qan itkisi, yanıq, qusma, ishal zamanı və bədən hərarətinin artması nəticəsində yaranan çoxlu tərləmə hallarında daha çox maye içmək lazımdır. Orqanizmdə su tarazlığı bərpa olunan kimi susuzluq keçir.

SƏBƏBKAR - DİABETDİR

Su-duz mübadiləsini tənzimləyən hormon balansının pozulması da daimi susuzluğa səbəb ola bilər. Belə ki, şəkərli diabet zamanı qanda izafi şəkər miqdarı ifraz olunan sidiyin həcmini kəskin şəkildə artırır. Fərqləndirici əlamətlər: insan çoxlu su içsə də, susuzluqdan əziyyət çəkir. İnsulin və ya şəkərsalıcı preparatlar qəbul edən diabet xəstələrində susuzluğun yaranması xəstəliyin kəskinləşməsindən xəbər verir. Çıxış yolu: şəkərə görə qan analizi vermək və dərhal qlükozanın səviyyəsini endirən preparatlar qəbul etməkdir.

BEYİN TRAVMASI

Bəzən güclü susuzluq baş beyinin zədələnməsi və ya neyrocərrahi əməliyyatlardan sonra yaranır. Fərqləndirici əlamətlər: xəstəlik həmişə kəskin başlayır – xəstə nəinki həlledici günü, hətta saatı belə göstərə bilər. Şəkərsiz diabet inkişaf edir. Bu zaman xəstələr sutkada 10-20 litr su içə bilir. Səbəb – sidik ifrazını məhdudlaşdıran hormon çatışmazlığıdır. Bu xəstəliyin səbəbləri tam aydın deyil. Bəzən bu pozğunluq irsən keçir. Çıxış yolu: nevropatoloqa müraciət etməkdir.

HORMON ARTIQLIĞI

kəskin arıqlama halları müşahidə edilir. Yuyula­ raq sümüklərdən aparılan kalsium sidiyi ağ rəngə boyayır. Çıxış yolu: endokrinoloqun müalicəsi.

53

XƏSTƏ BÖYRƏKLƏR

Zədələnmiş böyrəklər suyu saxlamaq qabiliyyətini itirdiyindən suya tələbat artır. Pielonefrit, qlomerulonefrit, hidronefroz və böyrəklərin polikistozu zamanı da susuzluq yaranır. Fərqləndirici əlamətlər: ifraz olunan sidiyin miqdarı azalanda və ödemlər yarananda da susuzluq davam edir. Belə hallarda susuzluq yaranmış böyrək çatışmazlığından xəbər verir. Təəssüf ki, bu təhlükəli vəziyyət artıq xəstəyə yalnız hemodializ və ya böyrək köçürülməsi kömək edə biləcəyi hallarda aşkar edilir. Odur ki, susuzluğa vaxtında diqqət yetirmək böyrəkləri davam edən parçalanmadan xilas etmək deməkdir. Çıxış yolu: nefroloqa müraciət etməkdir.

PREPARATLARIN QƏBULU

Arterial təzyiqə qarşı geniş yayılmış klofelin preparatı ağızda quruluq yaratdığından xəstələr çoxlu su içir. Hipertoniya zamanı isə bu, zərərli olmaqla yanaşı, müalicəni əhəmiyyətsizləşdirir. Çıxış yolu: kardioloq ilə məsləhətləşdikdən sonra sidikqovucu təsirə malik preparatları digərləri ilə əvəz etməkdir.

NAMƏLUM MƏNŞƏLİ SUSUZLUQ

Bu xoşagəlməz azardan, əsasən, qadınlar əziyyət çəkir. Fərqləndirici əlamətlər: tərslik, əsəbilik və münaqişəyə meyllilik halları müşahidə edilir. Çıxış yolu: orqanizmi çaşdırmağa çalışın. Misal üçün, suya yaxınlaşaraq bir neçə udma hərəkəti edin. Yaxud bir fincan duzlu dəniz suyu götürərək yalandan için. Su təmizdirsə, dodaqları islatmaq olar. Bu, beyini yayındarmaq və bir müddət susuzluğun yatırılmasından məmnun etmək üçün kifayətdir.

Qalxanvari ətraf vəzi funksiyasının artması zamanı da susuzluq ön plana çıxır. Fərqləndirici əlamətlər: dişlərin tökülməsi, sümük ağrıları, tez yorulma, əzələ zəifliyi və

CAN SAĞLIĞI


CAN SAĞLIĞI

54

YOLÇU

YOLDA

GƏRƏK!

Problem: nəqliyyatda ürəkbulanması

Yola çıxmazdan əvvəl yorulmamaq və doyunca yatmaq lazımdır. Artıq yemək və aclıq da ürəkbulanmasına səbəb ola bilər. Odur ki, səfərdən əvvəl az və yüngül qida qəbul etmək lazımdır. Nəqliyyatda olarkən hərəkət amplitudası az olan oturacaqda, yəni avtobusun ön hissəsində olmaq gərəkdir. Pəncərədən obyektlərin ötməsini izləmək olmaz. Qabaq oturacaqda əyləşərək uzaq bir əşyaya baxmaq daha yaxşıdır. Yaxud rahat vəziyyət alaraq oturacağı mümkün qədər arxaya açmaq və gözləri qapamaq məsləhətdir. Xoş və sevimli musiqi, qonşu ilə söhbətləşmə diqqəti bu problemdən yayındırmağa kömək edir. Ürəkbulanması zamanı zəncəfil kökü yaxşı kömək edir. Onu çiy vəziyyətdə ağızda saxlamaq, zəncəfilli peçenye çeynəmək və ya zəncəfilli karamel sovurmaq olar. Amma başqa nabatlar da yarayar, sadəcə, onlar turş və ya nanəli olsa daha yaxşıdır. Profilaktika və xalq təbabəti nəticə vermədikdə dadımıza həblər çatır. Homeopatik preparatlardan başlamaq daha yaxşıdır. Onların xoş dadı həm böyüklər, həm də balacalar tərəfindən bəyənilir. Çoxlarına tanış olan avia-dəniz preparatlarından da istifadə etmək olar. Lakin bəzən antihistamin vasitələr qrupuna aid olan daha güclü preparatlardan istifadə etmək lazım gəlir. Sükan arxasında olanlara ürəkbulanmasına qarşı vasitələrdən qəbul etmək qəti qadağandır.

Problem: saat qurşağının dəyişməsi

Qərbdən şərqə və əksinə səyahət edərkən əzginlik yarana bilər. Nə qədər çox saat qurşağı keçilibsə, bioritmlər bir o qədər pozulur. Şərqə uçuşdan sonra əhvalın pozulması günün birinci yarısında, qərbə uçuşdan sonra isə – ikinci yarısında müşahidə olunur. Qərbə uçmağa hazırlaşırsınızsa, gec yatmaq və oyanmağa çalışın. Qərbə səfər etdikdə isə, tez yatmaq və sübh tezdən oyanmaq lazımdır. “Yuxu-oyaqlıq” ritmini 2-3 saatdan artıq dəyişmək olmaz. Bitki preparatları da uyğunlaşmağa kömək edir. Səhər 20-30 damcı jenşen, eleuterokokk, çəhrayı rodiola cövhəri qəbul etmək məsləhətdir. Axşam isə pişikotu, pion cövhəri içmək lazımdır.

CAN SAĞLIĞI

Problem: səyyah diareyası

Bağırsaq pozulmasının səbəbi çox vaxt adi sudur. Yad məkanda öyrəşmədiyimiz mikroorqanizmlər məskunlaşmışdır. Bu səbəbdən, bağırsaq “yad” bakteriyalara kəskin reaksiya verə bilər. Diareyaya yol stressi, alışmadığımız qida da səbəb ola bilər. Odur ki, bəzi qaydalara riayət etmək lazımdır. Belə ki, səfər zamanı çiy su ilə yalnız yuyunmaq olar, içmək üçün isə yalnız sənaye şəklində hazırlanmış bağlı qablardakı sudan istifadə etmək lazımdır. Həm də daha təhlükəsiz olsun deyə, suyu birbaşa qabdan içmək lazımdır. Avtomobil və ya avtobusla səfər edənlər yalnız korlanmayan, yaxud bişirilməsi bilavasitə göz önündə mümkün olan ərzaqlar ilə qidalanmalıdır. Termiki emaldan keçməmiş ərzaqlardan imtina etmək lazımdır. Sabun və qablaşdırılmış su ilə yuyulmuş təzə meyvə və tərəvəzlər ilə kifayətlənmək daha faydalı olar. Yolda istidə qalmış kəsmik, qatıq, yoğurt, süddən istifadə etməyin. Ən ağır zəhərlənmə halları məhz korlanmış süd məhsulları tərəfindən törədilir. Alkoqol mədə-bağırsaq traktını dezinfeksiya edə bilməz, o, yalnız əlavə susuzlaşma təhlükəsi yaradır. Yeməkdən əvvəl əllərinizi yumaq imkanı olsun deyə, xüsusi su şüşəsi və sabun tədarük edin. Bu, mümkün deyilsə, özünüzlə nəm salfet götürün.

Problem: ayaqların şişməsi və bel ağrısı

Səfər vaxtı hər 30-45 dəqiqədən bir beş dəqiqəlik gimnastika və özünümasaj etmək lazımdır. Çiyinlərinizi oynatmağa, ayaqlarınızı ovuşdurmağa, bədən və başınızı bir neçə dəfə döndərməyə çalışın. Avtomobildə səfər edərkən hər üç saatdan bir dayanmaq və 10 dəqiqə ərzində gəzişmək, ayaqları ovuşdurmaq lazımdır. Təyyarədə bel ağrısı halları nisbətən az təsadüf edilir. Kəmər taxmaq mütləq deyil, amma vaxtaşırı salonda gəzişmək lazımdır. Varikozdan əziyyət çəkənlər yola düşərkən kompression corab və ya qolfi geyinməlidir. Təyyarədə hər 15-20 dəqiqədən bir ayağa qalxmaq və ya kürsüdə ayaqlarınızı tərpətmək lazımdır. Səfərə çıxmazdan əvvəl ayaqlarınıza qan dövranını yaxşılaşdıran məlhəm çəkin. Səfər zamanı bir dəfəyə bir neçə qurtum mineral su və ya turşməzə şirə içmək lazımdır.


55

CAN SAĞLIĞI


REPRODUKTİV SAĞLAMLIQ

56

Adi vaginit Çox zaman qadınlar, alışmadıqları uşaqlıq ifrazatı aşkar etdikdə narahat olur və bunun pis xəstəlik əlaməti olduğunu zənn edirlər. Lakin tələsmək və təşvişə düşməyə dəyməz. Zöhrəvi xəstəliklərdən çox, kolpit adlanan sadə vaginit halları ilə rastlaşırıq. Bu xəstəlik özünü, sulu, irinli, hətta köpüklü, qatı ağımtıl ifrazatla aşkar edir. Sidik ifrazı zamanı qaşınma və göynəmə hissi narahat edir. Belə hallarda qadın xarici cinsiyyət orqanları nahiyəsində daimi diskomfort, istilik və ağırlıq hiss edir. Cinsi akt ağrılı olur. Bütün bu əlamətlər aşkar patologiyadan uzaq görünsə də, bəzən ciddi və xoşagəlməz hallar ilə nəticələnərək əhvalımızı korlaya bilər. İlk baxışdan xəstəliyin gedişatı kandidoz, trixomoniaz, süzənək, xlamidioz kimi daha ciddi iltihabi xəstəliklərə bənzəyir. Bu infeksiyaların sizdə olmamasına sizi həkim-ginekoloq məsləhəti əmin edə bilər. Bu xəstəliklər sonsuzluq, uşaqlıqdankənar hamiləlik, yumurtalıqların iltihabı kimi ciddi və çətin müalicə olunan fəsadlar törədə bilər. Bu səbəbdən vaginiti özbaşına müalicə etmək olmaz. Təcrübəli həkim güzgü ilə baxış keçirdikdən və uşaqlıq yaxmasının mikroskopik müayinəsini apardıqdan sonra düzgün diaqnozu təyin edəcək. Sadə vaginit aşkar edilərsə, bu, təhlükəli deyil, çünki bu nasazlığın törədicisi olan mikroorqanizmlər normal şəraitdə daimi olaraq uşaqlıq mühitində yaşayır, lakin miqdarca faydalı südturşulu bakteriyalardan xeyli azdır. Müəyyən şəraitdə ekoloji balans digər tərəfə yönələ bilər ki, bu zaman südturşulu bakteriyaların miqdarı azalır, şərti-patogen mikroorqanizmlər isə artaraq iltihab törədir. Belə törədicilərə stafilokokklar, streptokokklar, bağırsaq çöpü və s. aiddir. Çox zaman onların inkişafı, orqanizmin hormonal fonunu və nəticə etibarı ilə, uşaqlıq mühitinin turşuluğunu dəyişdirən hamiləlik dövrünə təsadüf edir. Bu isə mikroblar üçün münbit şərait yaradır. Odur ki, hər ehtimala qarşı hamiləliyə görə analiz verin. Hamilə qadınlarda mikrofloranın pozulmasını da müalicə etmək lazımdır: xoşagəlməz hissiyyatlardan savayı, bu, uşaq üçün də təhlükəlidir, çünki doğuş vaxtı doğuş yollarından keçərkən o, patogen mikroorqanizmlərə yoluxa bilər. Belə bir fikir mövcuddur ki, kolpit, həmçinin doğuş zamanı uşaqlıq boynunun cırılması təhlükəsini də artırır. O qədər də təhlükəsiz olmayan və başqa qadınlardan keçən xlamidiya vaginitinə də yoluxmaq olar. Bu, adətən, hovuz, məşq zalı, başqasının tualetindən istifadə etdikdə baş verir. Diaqnoz təyin edilənə qədər ehtiyatlı olmağa və yaxınlarınızı yoluxma riskindən qorumağa çalışın. Daha bir vacib şərt ondan ibarətdir ki, müalicə müddəti ərzində, tam sağalana qədər cinsi həyatdan

REPRODUKTİV SAĞLAMLIQ

çəkinmək lazımdır. İlk növbədə, iltihabi prosesi sakitləşdirmək, xəstəlik törədən mikroorqanizmlərin miqdarını azalt­ maq və ekoloji tarazlığı əks istiqamətə, südturşulu bakteriyalar tərəfə yönəltmək lazımdır. Adətən, bunun üçün kalium permanqanat, çobanyastığı, sürvə, boymadərən və başqa dərman otları, antiseptik məhlullar ilə uşaqlığın şırınqa edilməsi aparılır. Lakin uşaqlığın normal mikroflorası və turşuluğunun bərpa olunmasına mane olmamaq üçün bu proseduradan tez-tez istifadə olunmamalıdır. Hazırda vaginitin müalicəsi məqsədi ilə böyük çeşiddə iltihab əleyhinə və antiseptik təsirli hazır şamlar və vaginal həblər mövcuddur. Antibiotiklərin istifadəsindən çəkinmək lazımdır, çünki xəstəlik törədən bakteriyalar çox vaxt onlara qarşı hissiyyatsızdır, normallar isə məhv olur. Bu preparatların istifadəsindən sonra xoşagəlməz hissiyyatlar aradan qaldırılarsa, müalicəni kəsməyə tələsməyin. Sağalma, uşaqlıq ifrazatları analizinin laborator göstəriciləri ilə təsdiqlənməlidir. Analizlərin normallaşdırılmasından sonra laktobakteriyaların artmasına səbəb olan və uşaqlıq mikroflorasını bərpa edən preparatlar təyin edilir. Yalnız bundan sonra vaginiti unutmaq olar.


57

REPRODUKTİV SAĞLAMLIQ


58 ANA SÜDÜ ƏVƏZOLUNMAZ QİDADIR

BIO HİPP 2 BİO 6 ayından ç 300q • Əlavə qidalanmaya ideal başlanğıc • Əvəzolunmaz Omega 3 yağ turşuları • Qlütensiz • Karbohidratlardan yalnız laktoza • Asan həzm olunur Enerji dəyəri: 100 ml hazır qarışıqda – 70 kkal

Omega 3 yağ turşuları əsas yağ turşuları sayılır, çünki orqanizm özü onları istehsal edə bilmir və yalnız qida vasitəsilə qəbul edilə bilər. Omega 3 polidoymamış yağ turşuları qrupundandır. Beyin hüceyrələri və göz qi��ası üçün bu sinifdən ən vacib iki turşu sayılır. Omega 3 ümumi möhkəmləndirici, iltihab əleyhinə antioksidant təsiri göstərir, ürəyin fəaliyyətini yaxşılaşdırır, qanda lipid səviyyəsini normallaşdırır. O, körpələrin beyin inkişafı və immun sistemi üçün vacibdir.

KÖRPƏM


59 HİPP 3 BİO 10 ayından ç 300q • Enerji ilə zəngindir • Əvəzolunmaz Omega 3 yağ turşuları • Qlütensiz • Keyfiyyətli qida maddələri ilə zəngindir • Orqanik süddən əldə edilən yüksək keyfiyyətli zülal • Asan həzm olunur • Doyumlu Enerji dəyəri: 100 ml hazır qarışıqda – 70 kkal

HİPP 2 BİO və HİPP 3 BİO QARIŞIQLARININ HAZIRLANMA QAYDASI:

Hazır pay (ml.)

1dəfə üçün yeməyin hazırlanması Qaynadılmış su

Ölçü qaşığı

170

150

5

200

180

6

235

210

7

Niyə HİPP-in keyfiyyət standartları Avropa keyfiyyət standartlarından daha ciddidir və hər bir məhsul 260 keyfiyyət yoxlamasından keçir? Çünki həmin qidaları həyatımızın dəyəri olan uşaqlar üçün hazırlayırıq. KÖRPƏM


KÖRPƏM

60

Mavi ekran və

KÖRPƏLƏR Uşaq psixoloqları təsdiq edirlər ki, müasir uşaqlar uzun-uzadı televizor qarşısında oturmaqdan aqressivləşir. Əfsuslar olsun ki, bu faktdır. 2007-ci ildə 14 yaşa qədər uşaqlar 60 min cinayət törətmişdir. Tədqiqatçılar cinayətkarlığın bu dərəcədə artmasını birbaşa televizor vasitəsi ilə aqressiv, cinayətkar, pis davranış modellərinin nümayiş etdirilməsi ilə əlaqələndirirlər. Kütləvi informasiya vasitələri texnoloji cəhətdən cəmiyyətin idarə olunmasına uyğunlaşdırılmışdır. Onlar insan hisslərinə toxunur, dəyərlərin, zövqlərin, təfəkkürün formalaşmasına təsir edir. KİV-in psixologiya üzrə dərsliklərində onların əsas təsir üsulları sadalanmışdır – davranış, fizioloji, məqsədlərin dəyişməsi. Söhbət xüsusi ilə böyüməkdə olan nəsildən getdikdə, bu üsullar təcrübədə müvəffəqiyyətlə həyata keçirilir. Bu gün ekran səciyyəvi cəhətləri aqressiya, emosional kütlükdən ibarət olan şəxsiyyət formalaşdırır. İzafi istehlakçılıq, təhrif edilmiş seksual davranış televiziya tərəfindən təşviq edilir. Nə qədər əxlaqsız olsa da, bütün bunlar, xüsusən, qərb istehsalı olan uşaq cizgi filmlərində də nümayiş etdirilir. Həm Azərbaycan, həm də bir çox dünya ölkələrinin nağıllarında xeyirxah və mənfi qəhrəmanlar var. Adətən, nağıllarda düzgün davranış modelləri mükafatlandırılır, yaramaz davranış isə cəzalandırılır. Odur ki, xalq nağılları ilə tərbiyələnmiş uşaqlar xeyir və şər arasındakı fərqi yaxşı anlayırlar. Milli cizgi filmləri uşaqlara çalışmaq,

KÖRPƏM


köməyə ehtiyacı olana yardım etməyi aşılayır. Uşaqlar anlayır ki, cəsur olmaq, ürəkdən sevmək, bağışlamaq lazımdır, xeyir bütün maneələri aşır, şər isə cəzalandırılır. Uşaq üçün əjdaha – şər mücəssəməsidir. Xeyirxah qəhrəman isə həyatı hesabına da olsa, onunla vuruşur ki, xalqını, istəklisini xilas etsin. Qalib mütləq mükafatlandırılır. Xalq nağılları sağlam mənəvi qalib psixologiyasını formalaşdırır. Qərb cizgi filmlərinin qəhrəmanları isə qəddarlıq və aqressiyanı təbliğ edir. Uşaqların sevimli cizgi filmi olan “Tom və Cerri”ni xatırlayaq. Orada ağıllı süjet və gülməli zarafatlar olsa da, “qəhrəmanların” davranışı həmişə aqressivdir döymək, əziyyət vermək. Bu, bütün incəliklərlə, təfsilatı ilə, kəskin şəkildə nümayiş etdirilir. Bütün film boyu personajların aqressivliyi davam edir və bu “qoçaqlıqdan” heç bir mənəvi ibrət dərsi almaq mümkün deyil. Nədənsə, bu filmlərdə kiminsə yıxılması və ya əzilməsinə gülmək adət halı almışdır. Bu filmlərə tamaşa edən uşaq hansı hissləri keçirir? Sadist və mazo­ xist davranış modelləri ilə daimi “topa tutulan” uşaq psixikasında gələcək aqressiya formalaşaraq onun hisslərinə, ətraf mühitə, valideynlərinə, həmyaşıdlarına münasibətinə təsir edir. Elmdə sosial öyrətmə adlandırılan fenomen mövcuddur. XX əsrin 70-ci illərində kanadalıamerikalı psixoloq A. Bandura bu öyrətmənin baş verdiyi şəraiti tədqiq etmişdir. O, öz kitabında demişdir ki, “cəmi bircə televiziya modeli milyonlar üçün təqlid nümünəsi ola bilər”. 4-6 yaşlı uşaqlardan ibarət olan iki qrupu videomüşahidə olan oyun otaqlarına yerləşdirmiş və bir qrupa aqressiv film göstərmişlər. Videoyazıları müqayisə etdikdən sonra filmə baxmış uşaqların qrupunda aqressiv əlamətlər 8 dəfə artıq qeydə alınmışdır. Bu zaman uşaqlar ekranda gördüklərini təkrar edirdi. Uşaqların, kino və teleqəhrəmanların paltarlarını, davranış və tərzini tam yamsılayaraq cinayət törətməsi halları məlumdur. “Bivis və Bathed” cizgi filminə baxdıqdan sonra beş yaşlı uşaq alışqanla yatağını yandırmışdır, çünki oradakı xuliqan yeniyetməqəhrəmanlar “Yanğın – əladır!” söyləyirlər. Bəzən gənc valileynlər hiss edirlər ki, onların yeddi yaşlı oğulları birdən-birə özünü çox kobud aparmağa, yumruqla böyüklərin üzərinə hücum etməyə başlayır. Ata uzun müddət nəyin baş verdiyini anlamır, dostu ona uşağın “Simpsonlar” cizgi filminin qəhrəmanlarını yamsıladığını deməyincə. Günün günorta çağı nümayiş etdirilən cizgi filmində zərərli vərdişlərin olması atanın ağlına belə gəlmirdi. Belə “tərbiyyəvi” filmləri,

ümumiyyətlə, göstərməmək daha yaxşı olardı. Yaxınlarda psixoloqlar yeni bir termin tətbiq etmişdir – “teleşagird”, yaxud “teleyetirmə”. Təəssüf ki, müasir ailələrdə uşaqlar tez-tez və uzunuzadı televizora baxırlar. O, az qala uşağın yeganə “həmsöhbəti” və “tərbiyyəçisi”nə çevrilir. Uşaqların “danışan qutuya” olan marağı anlaşılandır. Ekranın sayrışması müəyyən ritmə malikdir. O, psixikaya hipnotik təsir göstərir. Nəticədə, bala­ ca uşaq özünəməxsus görmə transına düşür və ekrandan gələn bütün məlumatları tamamilə tənqidsiz qavrayır. Bu isə, gənc tamaşaçının psixi inkişafının ləngiməsinə apararaq uşaqların səsli məlumatı qavraya bilməməsi, yalnız təsviri məlumatı mənimsəməsi, sözlərin isə onlardan yan keçməsinə gətirib çıxarır. Məhz bu səbəbdəndir ki, “teleyetirmələr” danışan müəllimi demək olar ki, dərk etmir və materialı pis mənimsəyirlər. Başqa uşaqlarla da ünsiyyət çətinləşir. Uşaqlara “Pokemonlar” cizgi filminə baxmaq məsləhət deyil. Axı bu multiserialın əsas mövzusu – pokemonların “məşqçilər” tərəfindən döyüşdürülməsi – xoruz və ya it döyüşməsini xatırladan əyləncədir. O, ən aşağı emosiyaları, yəni öldürməkdən həzz almaq kimi hissləri oyadır. Psixo­loqlar əmindir ki, bu serial uşaqlarda aqressiya yaradır. Misal üçün, “Simpson-Qriffin” cizgi filmində bütün böyük günahlar çox incəliklə və cəlbedici şəkildə, qabarıq bədii tərzdə təbliğ edilir. Bir seriya narkotiklərin qanuniləşdirilməsinə həsr olunmuş, digərinin qəhrəmanı isə xeyirxah və alicənab homoseksualistdir. Daha bir seriyada qocaların əlacsızlığı, xəstəliyi, zəifliyi ələ salınır. Qocalar, böyümüş uşaqları bezdirən zəhlətökən, ziyankar kimi təsvir olunmuşdur. Burada uşaqların və valideynlərin davranış normaları tam pozulur. Bu gün yüzlərlə filmlərdə həyatın bütün sahələri, o cümlədən ən giz­li, incə məqamları haqqında təhrif olunmuş, anlayış­lı şəxsiyyət formalaşdırılır. Nəticədə, odun parça­ sından yonulmuş küt, kobud, qəddar insan böyüyür. Milli və rus cizgi filmləri ən yaxşı nümunədir. Söhbət yalnız sevərək izləyə-izləyə böyüdüyümüz “Balıqçı və balığın nağılı”, “Al çiçək”, “Boz boyuncuq” kimi gözəl cizgi filmlərindən getmir. İndi də yaxşı cizgi filmləri yaradılır. “Tıq-tıq xanımın nağılı” milli cizgi filmlərimizin gözəl nümunəsidir. Hər bir valideyn öz uşağını “mavi ekranın” pozucu təsirindən qorumağa qadirdir. Nə qədər ki, televiziya tamaşaçılara qarşı işləyir, onu uşaq məişətindən kənarlaşdırmaq lazımdır.

61

KÖRPƏM


KÖRPƏM

62

Impamil -

ana südünə ən yaxın uşaq qidası!

İmpamil şirkəti dünyanın ən məşhur uşaq qidaları istehsal edən şirkətlərindən biridir. 1964-cü ildən Serbiyanın Belqrad şəhərində fəaliyyət göstərir. Bütün Avropa, Şimali və Cənubi Amerika, eləcə də bir sıra Asiya ölkələrində nümayəndəlikləri vardır. İmpamil-in əsas üstünlüyü və dünya bazarında yüksək yerlərdən birini tutmasının səbəbi onun istehsalı zamanı yüksək keyfiyyətli süddən istifadə olunması və daha müasir və mükəmməl istehsal texnologiyalarından istifadə edilməsidir. Bildiyimiz kimi, Serbiya dünyada süd məhsullarının istehsalı üzrə ilk yerlərdən birini tutur. Bu ölkənin ərazisində dağlıq zonalar daha çox olduğuna görə maldarlıq üçün mühüm şəraitə malikdir. Burada otlaq sahələri o qədər çoxdur ki, demək olar ki, heyvanlara heç bir süni qidalar verilmir. Məhz buna görə də, belə inəklərin südü daha zəngin və keyfiyyətli hesab edilir. Məhz İmpamilin istifadəsi zamanı belə

süddən istifadə edilir. İmpamil 2007-ci ildə qızıl medala layiq görülüb, çünki yeganə qidadır ki, inək südündən qidanın istehsalı zamanı südün tərkibində olan immun cisimciklər və antioksidantlar parçalanmadan qidanın tərkibinə keçir. İmpamil sıyıqları və qarışıqlarının özəllikləri: • Hamısı hipoallergikdir • Proteinlər, yağlar və karbohidratların unikal konsentrasiyası • Vitamin və mineralların lazımi miqdarı • Tərkibində antioksidant və immuncisimciklərin olması • Tərkibində heç bir kimyəvi qarışığın olmaması • Tərkibində heç bir genetik modifikasiyalı komponentin olmaması • Tərkibində qlüten və saxarozanın olmaması


ALPROVİN fiziki ve zehni inkişaf faktoru! Alprovin 200ml sirop məhz inkişafda olan orqanizmin tələbatına uyğun tərkibdə istehsal olunmuşdur. Alprovinin tərkibinə orqanizmdə ən çox çatışmazlığı yaranan komponentlər yerləşdirilmişdir. Məsələn, insan orqanizmi üçün zəruri olan 20 aminturşunun 17-si və bəzi mikroelementlər preparatın tərkibinə daxil edilmişdir. Alprovinin tərkibindəki komponentlər iştahanı artırır və sümük və qığırdağın əsas komponenti olan kollagen zülalının sintezi artıraraq uşaqlarda boy artımını sürətləndirir. Alprovinin tərkibindəki komponentlər məhz sinir sisteminin funksiyalarını normallaşdırır, yaddaşı, diqqəti artırır, yuxunu normaya salır və zehni inkişafı sürətləndirir. Alprovinin tərkibində olan Qlisin, Qlutamin, Fenilalanin aminturşuları uşaqlarda hiperaktivlik, əsəbilik, həddindən artıq qıcıqlanmanın qarşısını alır.

63 Siropun hər 5 ml-də Protein hidrolizatları Karbohidratlar Niasinamid Dəmir xolin sitrat Maqnezium xlorid Sink sulfat L-lizin monohidrat Tirozin Fenilalanin Triptofan Qlutamin Qlisin Arginin Leysin Izoleysin Treonin Metionin Alanin Valin Histidin Asparagin Sisitin Prolin

- 0,333mq - 3,0mq - 10mq - 15mq - 3,333mq - 2,7mq - 20mq - 20mq - 20 mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq - 20mq

Dozası və istifadə qaydası: Uşaqlar – 0-6 ay - 2,5ml gündə 1 dəfə 6-12ay - 2,5ml gündə 2 dəfə 1-3 ay - 5ml gündə 2 dəfə Böyüklər – >3 yaş - 10ml gündə 2 dəfə >12 yaş - 15ml gündə 2 dəfə

KÖRPƏM


GÖZƏLLİK ONDUR

64

Kosmetoloqların peşə sirrləri O

nlar üçün gözəl görünüş – peşə vəzifəsidir. Öz cavanlıq və gözəlliyini qorumaq üçün onlar da bir sıra prosedura və bacarıqdan istifadə edirlər. Belə ki, kosmetoloqların fikrincə, 50 yaşından yuxarı plastik əməliyyatsız gözəl görünmək mümkün deyil. Odur ki, onlar üz dərisinin liftinqi və göz qapaqlarının plastikasına müraciət edirlər. Alınmış nəticəni davamlı etməkdə isə onlara kosmetoloji proseduralar yardımçı olur. Misal üçün, məşhur Termaj prosedurası “təzə” kollagenin əmələ gəlməsini canlandırır və dərinin daxili ehtiyatlarını qoruyur. Hər altı aydan bir alın və göz ətrafı qırışların korreksiyası məqsədi ilə Botoks inyeksiyası vurula

GÖZƏLLİK ONDUR


bilər. Xüsusən, aktiv mimikası olan qadınlar üçün belə “gözəllik iynələri” zəruridir. Vaxtaşırı yüngül (kimyəvi və ya ultrasəs) pillinqə də müraciət etmək olar. İsti iqlimli ölkələrə çox səfər edən xanımların üz dərisi günəş şüalarından zərər çəkməsin deyə, kosmetoloqlar səfərdən sonra mütləq gialuron turşusu ilə mezoterapiya kursu keçməyi məsləhət edirlər. Bir çox xanımlar dəriyə qulluq vasitələrini artıq mağazadan almır. Onlar kosmesevtik, yəni kosmetoloqların seçdiyi və yalnız gözəllik salonlarında satışda olan daha aktiv vasitələrdən istifadə etməyə üstünlük verirlər. Çox effektiv olan bu vasitələr istənilən problemi həll etməyə imkan verir. Onların arasında qış, yay, qaralma, ümumiyyətlə, bütün hallar üçün nəzərdə tutulmuş vasitələr var. Dərin, hətta orta pillinqi etməyi kosmetoloqlar nə özünə, nə də başqalarına rəva görmürlər. Yaxınlarda keçirilmiş kosmetoloji konqresdə bütün mütəxəssislər bir ağızdan söyləmişdir ki, bir orta pillinq əvəzinə iki səthi pillinq etmək daha yaxşıdır. Effekt eynidir, dəri isə daha az zədələnir. Dərin pillinqlər, həmçinin çox vaxt fəsadsız keçmir – çapıq, dərinin dartılması, qeyribərabər piqmentasiya əmələ gəlir. Bir çox kosmetoloqlar işlədiyi vasitələri öz üzərində də sınaqdan keçirmişdir. Belə ki, müntəzəm olaraq həftədə iki dəfə 6-8 seansdan ibarət yaş əleyhinə qulluq proseduraları kursu, istirahətdən sonra isə dərini nəmləndirmək məqsədi ilə mütləq nəmləndirici proqramdan istifadə edirlər. Bu, dərini yaxşı vəziyyətdə saxlamağa kömək edir. Habelə konturlu plastika, yəni restilayn və disport inyeksiyaları etmək məsləhətdir. Onlar çox təbii effekt yaradır: qırışlar yox olur, lakin dəri bu zaman “dartılmış” görünmür. Kosmetoloqların istifadə etdiyi daha bir əvəzedilməz prosedura – IAL System preparatı ilə biorevitalizasiya üsuludur. Şəhər mühitində dəri daima quruyur, bu metodika isə onun nəmliyini saxlamağa kömək edir. Dərinin strukturunu yaxşılaşdırmaq üçün vaxtaşırı Renophase adlanan səthi pillinq kursu qəbul etmək məsləhətdir. Bu kurs məxsusi olaraq evdə oturub reabilitasiya dövrünün bitməsini gözləyə bilməyən, işləyən qadınlar üçün nəzərdə tutulmuşdur. Gündəlik qulluq vasitələrinə gəldikdə isə kosmetoloqlar burada müntəzəmliyin, peşəkar kosmetikadan istifadənin vacibliyini qeyd edirlər. Səhər və axşam üz dərisini kosmetikadan yuyunma köpüyü vasitəsi ilə təmizləmək məsləhətdir. Gündə iki dəfə göz qapaqları üçün kremdən istifadə etmək, axşamlar isə onun altından serum çəkmək də lazımdır. Üz üçün iki kremdən – gündüz və axşam kremlərindən istifadə etmək yaxşıdır, belə ki, dərinin fotoqocalmadan qorunması üçün gündüz kremi mütləq SPF 40 və antioksidant tərkibli olmalıdır. Hər bir kosmetoloq öz dərisinin xüsusiyyətlərinə bələddir. Dərini təmizləmək və yeniləşdirmək

məqsədi ilə vaxtaşırı enzim və ya turşu pillinqi etmək, qocalmanın ilk əlamətləri ilə mübarizə aparmaq üçün isə Carita kosmetikası əsasında aparılan “Liftinq və elastiklik”, “ulduz” proseduralarından biri aparılır. Bu prosedura xırda qırışları ideal şəkildə ləğv edir və dərinin tonusunu artırır. Dərini təcili şəkildə parlaqlaşdırmaq lazımdırsa, bəzi kosmetoloqlar C vitamini tərkibli kollagen laylarından istifadə edirlər. Nəticədə - hamar, parlaq və enerji ilə dolu dəriyə sahib olursunuz. Üz dərisini müntəzəm olaraq təmizləmək, canlandırmaq, nəmləndirmək və qidalandırmaq lazımdır. Gündəlik qulluq vasitələrindən savayı, aktiv qulluq vasitələrindən də istifadə etmək məsləhətdir. Misal üçün, solma əlamətləri ilə mübarizə aparmaq məqsədi ilə kremlərin altından serum çəkmək məqsədəuyğundur. Göz ətrafı dəriyə qulluq etmək üçün isə nəmləndirici vasitələrdən başqa xüsusi pinələrdən istifadə etmək olar. Bu, bir neçə dəqiqəlik göz ətrafı dərinin üzərinə qoyulan, göz qapaqları dərisini möhkəmləndirən və hamarlaşdıran xüsusi “plastırdır”. Həm plastik əməliyyatlar, həm də kosmetoloji proseduralar peşəkar tərəfindən yerinə yetirilərsə, yaxşı effekt təmin olunur. İkinci vacib şərt – bu proseduraların vaxtında aparılmasıdır. Kosmetoloqların daha bir sevimli metodikası – disport-liftinqdir. Bu prosedura, üz əzələləri üzərində zərgər dəqiqliyi ilə aparılan işi nəzərdə tutur. Məlumdur ki, bəzi üz əzələləri toxumaları yuxarı “dartır”, bəzilərinin isə təsir qüvvəsi aşağı yönəlmişdir. Yaş keçdikcə sonuncuların aktivliyi artır və üz sallanmağa başlayır. Üzün cavan qalması üçün bu proseduranı 7-8 ayda bir dəfə aparmaq lazımdır. Nəticə sevindiricidir: açıq baxış, alın və qaşarası nahiyələrdə mimik qırışların olmaması, üz çevrəsinin saxlanılması, ikinci çənənin və boyun qırışlarının olmaması. Dodaq ətrafı qırışları unutmaq üçün, Teosial filler inyeksiyası etmək məsləhətdir. Bu preparatlar heç bir cərrahi müdaxilə və ya tellərdən istifadə etmədən gözəl dodaq cizgiləri və dürüst almacıq konturu yaratmağa imkan verir. Qışda daha güclü qidalandırıcı kosmetik vasitələrinə üstünlük vermək lazımdır. Axşamlar isə meyvə turşulu kremlərdən istifadə etməklə dərinin yeniləşməsini canlandırmaq olar. Yayda nəmləndirici və mütləq günəşdən qoruyan vasitələrdən faydalanmaq olar. 35 yaşdan sonra SPFamillərlə “dostluq” etmək lazımdır. Bu vasitələri hər gün üz, boyun, sinə nahiyələrinə çəkmək lazımdır. Üz çevrəsini bərpa etməkdə Aptos telləri ilə liftinq prosedurasının aparılması yardımçıdır. Gözlərin altı “torbalaşarsa”, blefaroplastika bu problemi həll edə bilər.

65

GÖZƏLLİK ONDUR


QİDALANMA

66

Makaron nədir?

Yəqin ki, dünyada az adam tapılar ki, makaron dadmasın. İtalyan mətbəxinin şah yeməklərindən biri olan makaron bütün dünyaya yayılmış, bir çox çeşid və formaları yaradılmışdır. Qələm, üzük, qalın boru, incə boru, spiral, burma, dirsək, taçlı dirsək, balıqqulağı, xəngəl, vermişel, mantı, spagetti, buqatini və s... Dünyada öz forması ilə biri-birindən seçilən yüzdən çox makaron çeşidləri vardır. Bu çeşid və formaların adı çəkildikcə insanın o dəqiqə ağlına indi aşsüzəndən süzülmüş isti makaronlar, üzərində qızardılmış ət, qatı tomat sousu və ya pendir, qatıq və s. gəlir. Bu yazılardan sonra sanki mətbəxə qaçıb makarondan nə isə dadlı və ləzız bir təam hazırlamaq istəyi yaranır. Yalnız hərdən, bu möcüzəvi kulinariya məmulatlarına öz daimi məhəbbətini və bu məmulatlardan hazırlanmış

QİDALANMA

yüzlərlə yemək növlərindən daim dadmaq istəyinə, çox geniş yayılmış, guya makarondan insan kökəlir kimi bir mif maneçilik törədir. Əlbəttə, makaronun üzərinə böyük həcmdə kərə yağı süzüldükdə və ya üzərinə yağlı ət, qatı mayanez əlavə edildikdə, hətta bütün bunlar çörəklə yeyildikdə, sözsüz ki, insanı kökəldər və səhətinə ziyan yetirər. Amma əslində isə, düzgün hazırlanmış makaron nəinki insanı kökəltmir, hətta insanın sağlam qidalanma tərzində müstəsna rol oynayaraq insana hədsiz xeyir yetirir. Yəqin İtaliyada olanlar bizimlə razılaşar ki, bu ölkənin əhalisi kifayət qədər normal fiquraya malikdir. Bəs bu necə olur, axı italyanlı öz mətbəxini makaronsuz təsəvvür edə bilmir? Bu, ona görədir ki, İtaliyada istehsal olunan makaronlar yüksək keyfiyyətə malik olmaqla, yalnız və yalnız bərk buğda növlərinin özəyindən


emal olunmuş makaron unundan hazırlanmışdır. Bəs onda biz neyləyək? Doğrudanmı, bu gözəl təamı dadmaq üçün biz İtaliyaya gedək, yoxsa iri marketlərdə xaricdən gətirilmiş və həddən artıq baha başa gələn makaron alaq? Xeyr, buna heç bir ehtiyac yoxdur. Hal-hazırda Azərbaycanda da keyfiyyət baxımından və istehsal şəraitindən asılı olaraq, əsl makaron istehsal edən və lazım gələrsə dünya makaron istehsalçı nəhəngləri ilə rəqabətə girişə biləcək istehsal sahələri var. Belə yerli istehsalçılardan biri də "Karmen" makaron fabrikidir. "Karmen"" makaron fabrikinin istehsalı olan makaronların yüksək keyfiyyətə malik olan İtalyan makaronları ilə eyni cərgədə qoyulmasının əsas səbəbi, "Karmen" makaron fabrikinin istehsal sahələrindən biri olan və ən müasir avadanlıqlarla təchiz olunmuş, tam kompüterləşdirilmiş dəyirmanda, yalnız bərk buğda özəyindən hazırlanan makaron unundan hazırlanmasıdır. Bu un, öz sahəsində dünyada bir nömrəli olan Bühler avadanlıqları ilə təchiz olunmuş istehsalat sahəsində, tam kompüterləşdirilmiş, yəni insan əli dəymədən, yüksək gigiyenik normalara cavab verən ən müasir texnoloji şəraitdə makaronlara çevrilir və qablaşdırılır. Bütün bu qeyd etdiklərimiz "Karmen" makaron fabrikinin istehsalı olan makaron məhsullarının keyfiyyətinə tam zəmanət yaradır. Deməli, nəticə olaraq belə anlam yaranır ki, bərk buğda növlərinin özəyindən əldə olunmuş makaronlar artıq çoxdan "Düzgün" qidalar qrupuna aid edilmişdir və onun gündəlik qida məhsulu kimi istifadəsi insana heç bir ziyan yetirə bilməz, əksinə

olaraq, əsl makaronun tərkibində olan vitaminlər, mikroelementlər orqanizmin düzgün fəaliyyətinə yardımçıdır. Bəs onda sual oluna bilər ki, makaronun bərk və ya yumşaq buğda növlərindən hazırlanmağını adi istehlakçı necə təyin edə bilər? Bişməmiş halda bərk buğda növlərinin özəyindən hazırlanan makaron məmulatları sanki cilalanmış və hamar olur, makaron paketinin dibinə un tozu çökmür. Bişəndə isə belə makaronlar biri-birinə yapışmır, formasını itirmir, qazandakı su bulanıq hala düşmür. Əsl makaronlar, hətta hər gün yeyilsə belə, insana heç bir ziyan yetirə bilməz, əlbəttə əgər..., burada dahi Nizami Gəncəvinin bir gözəl kəlamı yerinə düşər.

67

Bir inci saflığı varsa da suda Artıq içiləndə dərd verir o da! "Karmen" makaronsevərləri artıq çoxdan öz seçimlərini etmiş və "Karmen" makaron məmulatlarının sadiq istifadəçilərinə çevrilmişlər. Bunu bilən və öz müştərilərinin sağlamlığını uca tutan "Karmen" makaron fabrikinin mütəxəssisləri daim texnoloji prosesləri nəzarətdə saxlayır və müasir makaron istehsalı standartlarına tam riayət edərək öz müştərilərini keyfiyyətli makaron məmulatları ilə sevindirir. "Arıqlamaq istəyirsinizsə, çoxlu makaron yeyin: onlar orqanizmə xeyirdir. Bunu əsrlərdir ki, İtaliya anaları bilirlər". Bu sözlər məşhur İtaliya aktrisası Sofi Lorenə məxsusdur.

QİDALANMA


68


69


PSİXOLOGİYA

70

Yeganə övlad

Deyilənlərər görə, ailədə yeganə olan uşaq xudbin böyüyür. Guya ona uşaqlıqda həmişə ən dadlı tikə qismət olur, heç kimlə bölüşməyə adət etmir. Hamı onun başına fırlanır, onun üçün çalışır. Nəticədə o, şıltaq və zalım böyüyür. "Mən isə bununla razı deyiləm. Mənə elə gəlir ki, yeganə övladlar valideynlərinə o qədər bağlıdır ki, yalnız özü haqqında düşünə bilməzlər. Qardaş və bacısız böyüsəm də, özümü heç zaman kainatın mərkəzi sanmamışam. Lap erkən yaşlarımdan öyrəşmişəm ki, ailəmizdə hər şey üç nəfər üçündür. Cəmi bircə qoğalım olsa da, onu üç hissəyə bölərək ana və atamı qonaq etməyə qaçırdım. Etiraf edirəm ki, valideynlərim məni dünyada hər şeydən çox istəyirdi. Mən də onlara qarşı eyni münasibət bəsləyirdim və indi də bəsləyirəm. İndi ailə qurmuşam, qızım var. Lakin ana və atamla olan sıx daxili təmasım itməmişdir. Biz indiyə qədər hər şeyi bölüşürük. Düzdür, böyüdükdən sonra məlum olur ki, yalnız qoğal deyil, problemləri də bölüşməli olursan. Ən ağırı, valideynlərimin qocaldığını anlamaq idi. İndi onların yetmişə yaxın yaşı var,

PSİXOLOGİYA

onlar, xoşbəxtlikdən, gümrahdır. Amma onların nə vaxtsa olmayacağı haqqında düşünməyə belə qorxuram. Hətta bacı və qardaşları olan məktəb rəfiqələrimə qibtə etməyə başlamışam. Rəfiqəmin anası xəstələnəndə onlar bacısı ilə xəstəxanada növbə çəkir və biri-birlərinə həyan olurdular. Mənim nə vaxtsa məhrum olacağım doğmalıq əlaqəsi onların həyatında daima var və ömrü boyu davam edəcək". Ana və atanın yola getmədiyi ailələrdə isə yeganə övlad olmaq çox çətindir. Mənim valideynlərim indiyə qədər bir yerdə olsa da, yad kimi davranırlar. Onların münasibəti hələ mən balaca qız olduğum vaxtlardan korlanmağa başladı. Düşünürəm ki, məhz bu səbəbdən onlar ikinci uşaq istəmədilər. Düzdür, evimizdə nəyinsə düz getmədiyini on beş yaşında anlamağa başladım. Uşaqlıqda bir dəfə də olsa dava görməmişdim, heç bir münaqişəmiz olmamışdı. Hamı məni sevir və az qala, qaşıqla yedirməyə çalışırdı. Anamın ən çox istifadə etdiyi sözlər “nə yaxşı ki, sən varsan”, yaxud”əyləş yanımda axı mənim səndən başqa heç kimim yoxdur”. Onuncu sinifdə oxuyarkən onun bu


sözlərinə etiraz etdim ki, atam var. Bu zaman məlum oldu ki, valideynlərim yalnız “mənim xatirimə” boşanmır. Sonra yavaş-yavaş aydın oldu ki, elə mənə görə də anam institutu bitirməyib. Mən sessiya vaxtı xəstələnmişəm – “bircəcik övladın qızdırırsa, hansı imtahanlardan danışmaq olar?”. Atamın üzülənədək işləməsinin, anamın əsəbdən xəstələnməsinin səbəbi də mən olmuşam: “Sənin atanla sakit yaşamaq mümkün deyil, amma sənin gələcəyin xatirinə…”. Əlbəttə, belə problemlər çoxuşaqlı ailələrdə də olur. Amma yeganə övladın üzərinə əlavə məsuliyyət yükü düşür. Yalnız o, valideynləri üçün sevinc mənbəyidir, bütün ümidlər yalnız ona bəslənir, hər kəs yalnız ondan fayda gözləyir. Universitetə qəbul imtahanları zamanı yığdığım ballar az olduqda, evə getmək istəmirdim. Anamın onsuz da həyatı düz gətirməyib, özü də, mənə görə. Onu yenidən məyus edimmi? O axşam söz-söhbət ailəmizdən yan keçmədi. İndi yaşım anamın o vaxtkı yaşına çatır. Mən dərk edirəm ki, ona həmdərd olmaq, daha çox qayğı göstərmək lazım idi. Lakin o zaman mən yeniyetmə idim və məsuliyyət yükünə dözmədim. Evdən getmədim, pis mühitə düşmədim – sadəcə 18 yaşında olarkən cəmi üç ay tanış olduğum birisinə ərə getdim. Zənn edirdim ki, bu nigah - valideynlərimin həyatını asanlaşdırmaq üçün yaxşı vasitədir. O, ağır mühitdən qaçmaq, valideynlərimin bəlalarına görə cavabdeh olduğumu bir az da olsa unutmaq istəyirdim. Gözlənilən kimi, bir ilə çatmamış boşandıq. İndi başqa birisi ilə ailə qurmuşam. İnstitutu bitirmişəm, işləyirəm. “Pəncərədə işıq” aqibəti ilə barışmışam, bacardığım qədər valideynlərimə kömək etməyə çalışıram. Öz övladım isə hələ yoxdur. Bilmirəm, bəlkə tezliklə cəsarət etdim. Amma problemlərimə görə məsuliyyəti uşağın üzərinə qoymaqdan qorxuram. Bir də ki, hələ də əmin deyiləm: bəlkə doğrudan da valideynlərimin həyatını mən sındırmışam… Yeganə övlad üçün ən çətini, valideynlər ilə əlaqəni kəsmək, ayrı yaşamağa başlamaqdır. Mənim seçimim yox idi. Mən, heç bir ali məktəbi olmayan balaca bir şəhərdə böyümüşəm. Təhsil almaq üçün istər-istəməz əzizlərimdən ayrılmalı idim. Anam və atam haraya gedəcəyim haqqında çox düşündükdən sonra belə qərara gəldilər ki, Moskvaya gedim. Uzaq idi, amma valideynlərim həmişə təkəbbürlü insan olub. Deməliyəm ki, onlar mənim təhsilimə həmişə çox həssas yanaşmış və dərslərimdəki müvəffəqiyyətlərə görə əllərindən gələni etmişlər. Müəllimlər ilə əlavə dərslər, kitabların alınması, dərnəklər – mən heç nəyə ehtiyac duymamışam. Deyirlər ki, yeganə övladlar intellektual baxımdan daha inkişaf etmiş olur və daha nüfuzlu təhsil alırlar. Hesab edirəm ki, bu, yalnız valideynlərin xidmətidir

və ömür yolunun başlanğıcında böyük üstünlükdür. Mən asanlıqla universitetə daxil oldum. Yayda evə qayıtdım və başlandı… Birdən-birə anladıq ki, artıq heç zaman əvvəlki kimi yaşamayacağıq. “Qızımız ali məktəbə daxil olub!” iftixarı tezliklə kədər ilə əvəz olundu. Hiss edirdim ki, valideynlərim məni başqa şəhərə buraxmağa qorxur. Sonra tətil zamanı evə gəlirdim, hər gün göz yaşları, telefon zəngləri ilə üzləşirdim. Zəng etməyi unudurdumsa, “biz sənə lazım deyilik” kimi incikliklə rastlaşırdım. Təhsilimi bitirdikdən sonra atamın ürkəkcəsinə söylədiyi “Qayıt!” xahişini eşitdim. İndi, əslində, iki evdə yaşayıram. Moskvada ailə qursam da, demək olar ki, hər istirahət günləri valideynlərimə baş çəkirəm. Anam həmişə eyni sözləri təkrarlayır: “Nə yaxşı ki, gəlmisən. amma getməyin çox pisdir”. Bu sözlər indiyə qədər qəlbimi parçalayır. Əlbəttə, indi hər şey əvvəlki kimi faciəli deyil. Dadıma oğlum çatır – nənəsi və babası onu görməyə həmişə şaddır. İkinci övladım olmasında israrlıyam. Tək olmaq çətindir. Öz övladlarıma bunu arzulamıram. Yeganə övlad olmaq bütün cəhətlərdən yaxşıdır, birisindən savayı – sənə daima himayə göstərilir. Özümü dərk edəndən bəri, həmişə nazlandığımı, qeydimə qalındığını xatırlayıram. Misal üçün, anam, atam və nənəm bağa gedirdi. Onlar kartofu əkənə qədər mən arxayıncasına qaralırdım. Əlimə bel alım? Cəfəngiyatdır! İyirmi üç yaşıma qədər valideynlərimlə birlikdə yaşamağıma baxmayaraq, anam məni sobaya yaxın belə buraxmırdı. Ailə qurduqdan sonra həyat yoldaşım, hətta qayğanaq belə bişirməyi bacarmadığımdan heyrətə gəlirdi. Evləndikdən sonra valideynlərimlə yaşamaqdan imtina etdik. Valideynlərim hesab edirdi ki, onların şahzadəsi onlarla bütün hadisələri bölüşməlidir. Lakin günlərin bir günü maraqlarımız ayrılmağa başladı. Deyirlər ki, tək övladların valideynləri onları başqa əlaqələrdən və səhvlərdən mühafizə etməyə çalışır. Amma bu, o demək deyil ki, onlar övladlarının əvəzinə yaşamalı, onların problemlərinə qapılmalıdır. Belə qayğı on yaşımızda yaxşıdır. İyirmi yaşında mən bunu, valideyn nüfuzunun həddən artıq nümayiş etdirilməsi kimi qəbul edirdim. Yeganə və əvəzsiz övlada görə daha çox narahat olur, onu daha çox qoruyurlar. Amma ona, həmçinin daha çox nəzarət edilir. Nəticə – özünü müdafiə etməyi bacarmayan insan. Mən bacardım, baxmayaraq ki, bu, çox çətin idi. Küsülülük və incikliklərdən keçməli oldum. İndi valideynlərim ilə, əlbəttə ki, kifayət qədər isti münasibət saxlayıram. Amma mən, bilərəkdən üç övlad dünyaya gətirdim. Birini izafi diqqət ilə üzməmək üçün.

71

PSİXOLOGİYA


Yeniyetmə yaşlarında qalxanvari vəzi hormonları (QVH) çox mühüm rol oynayır, çünki bütün orqan və sistemlərin morfofunksional cəhətdən yetkinləşməsini təmin edir. Yaş inkişafının bu mərhələsində yod ilə təminat səviyyəsi tireoid statusuna əhəmiyyətli dərəcədə təsir edir. Təyin olunmuşdur ki, qalxanvari vəzinin funksio­ YENİYETMƏLƏRDƏ nal aktivliyinin zəifləməsinə gətirib çıxaran yod YOD ÇATIŞMAZLIĞI çatışmazlığı yeniyetmənin sağlamlığına mənfi təsir göstərir. Yoddefisitli regionlarda QVH-na olan yüksək tələbat çox vaxt qalxanvari vəzinin ölçülərinin böyüməsi hesabına təmin edilir (yuvenil struma). Yuvenil struma fonunda yeniyetmələrin 10-30%-də subklinik hipotireoz inkişaf edə bilər.

HƏKİM NƏYİ BİLMƏLİDİR?*

YODOMARİN ® - SAĞLAMLIQ ÜÇÜN HƏR GÜN ZƏRURİDİR!



"Ailə Həkimi" Jurnalı 32 - 2012