"Ailə Həkimi" Jurnalı 30 - 2012

Page 49

47

H

amiləliyin erkən toksikozu zamanı gün ərzində 9-10 dəfə qusma yüngül formaya aiddir və hospitalizasiya tələb etmir. Adətən bu vəziyyət hamiləliyin 4-cü ayından sonra keçir. Nə ilə qidalandığınıza fikir verin. Tez-tez, hər 2-3 saatdan bir, kiçik porsiyalar ilə, uzanıqlı vəziyyətdə qidalanmaq lazımdır. Qidanın soyuq olması daha yaxşıdır. Yağlı qida və qəhvədən qaçmağa çalışın. Bu vəziyyətdə iştaha adətən azalır deyə, qidanın asan mənimsənilən, vitamin ilə zəngin olması vacibdir. Çoxlu maye için, çünki qusma ilə itirilən maye susuzluğa gətirib çıxara bilər. Gündə 5-6 dəfə kiçik həcmdə içilən qələvi mineral suyu yaxşı kömək edir. Hamiləliyin birinci üç aylığında isə bütün qadınlar hipotenziyaya meyllidir. Qusma artırsa, stasionarda yatmaq məsləhətdir. Hamiləliyi müşayiət edən əlamətlərdən biri də qıcqırmadır. Onun öhdəsindən gəlmək üçün tünd və şirin qidadan imtina edin. Gün ərzində yarım litrə qədər süd içməyə çalışın. Gecəyə doğru çox yeməyin və hündür balıncda yatmağa çalışın. Ananız, nənəniz və ya doğma bacınız hamiləlik zamanı gecikmiş toksikoz keçirmişsə, siz də bu riskə məruzsunuz. Xroniki xəstəlikləriniz varsa, həkiminizi onlar haqqında mütləq məlumatlandırın. Həkiminizin tərtib etdiyi tibbi müşahidə planına dəqiqliklə riayət edin. Təəssüf ki, gələcək anaların bəzisi qadın məsləhətxanasında müayinə və müşahidə olunmağa qeyri-ciddi yanaşır. Növbəti qəbula gəlməmək – adi haldır. Tibbi statistikaya görə isə tibbi dispanserə heç olmazsa qismən də etinasız yanaşan hamilə qadınlar arasında hamiləlik və doğuş fəsadları xeyli dərəcədə, tam imtina edənlər arasında isə – 1000 dəfə artıq təsadüf edir. Unutmayın ki, sizə lazım olmayan ilk növbədə stressdir. İşdə və evdə ondan qaçın. Çox vaxt bunu etmək çətindir, çünki hamilə qadınların emosional durumu bunun üçün zəmin yaradır, ailə üzvləri və əməkdaşlar isə bu məsələyə hər zaman lazımi anlayışla yanaşmır. Psixoloqla məsləhətləşin, həyat yoldaşınız ilə analıq məktəblərinə məşğələlərə gedin. Çətin hallarda psixoterapevtin xidmətlərindən istifadə edin. Yaxşı iş və istirahət rejimi, o cümlədən yuxu və ya sol tərəf üstə uzanıqlı vəziyyətdə istirahət etmək nəinki stress yükünü azaldır, habelə daxili orqan və sistemlərin işini yaxşılaşdırır. Hamilə qadın üçün düzgün qidalanmaq çox vacibdir. Balanslaşdırılmış rasion gecikmiş toksikozun ağırlığını azaltmağa, yaxud ondan qaçmağa imkan yaradır. Menyuda həm zülal, həm karbohidrat, həm vitamin və mikroelementlər, həm də təbii liflər olmalıdır. Unutmayın ki, istənilən tibbi problemə profilaktik yanaşma ən yaxşı nəticələr verir. Odur ki, həkimin köməyi ilə öz risk amillərinizi və gecikmiş toksikoz ehtimalını təhlil edin, bunu hamiləlikdən əvvəl etsəniz – daha yaxşıdır. Hamiləlik zamanı bədən çəkisi orta hesabla 8-10 kiloqramdan çox artmamalıdır. Maye yığılması hesabına yalnız bədən çəkisinin artması ilə təzahür olunan hestoz variantı hamiləlik ödemi adlanır. Əgər yalnız ayaqlar şişmişdirsə, bu, yüngül dərəcəli ödemdir. Qəbul etdiyiniz mayenin

miqdarını azaltmaq lazımdır. O, gün ərzində 1500 ml-dən artıq olmamalıdır. Belə ki, şorba, bulyon, meyvə və tərəvəzlər də 100% maye hesab olunur. Gün ərzində içdiyiniz “suyun” miqdarını hesablayarkən bunu nəzərə alın. İfraz etdiyiniz mayenin də miqdarını nəzərə almaq lazımdır. İçilmiş və ifraz edilmiş mayenin miqdarı təxminən eyni olmalıdır. Asan olsun deyə, bloknot açın və hər günün göstəricilərini oraya qeyd edin. Onu özünüzlə qadın məsləhətxanasına aparın. Bu, vəziyyətinizi qiymətləndirməkdə həkimə də kömək edəcək. Sidik ifrazı ilə bağlı problemlər yaranırsa, yüngül sidikqovuculardan istifadə etmək olar. Bunun üçün istənilən sidikqovucu və böyrək üçün ot yığmaları yarayır. Onları ½ qaynar suya 1 paket əlavə etməklə dəmləmək və gündə 3 dəfə yeməkdən sonra içmək lazımdır. Hamiləlik ödemi başqa müalicə tələb etmir. Buna baxmayaraq, ödemlər qalır və əl və üz nahiyələrinə də yayılırsa, qan təzyiqi 130/90 mm c. st qədər artırsa, sidik analizində zülal izləri aşkar edilirsə, təcili olaraq həkimə müraciət etmək lazımdır. Bu əlamətlərin hamısı gecikmiş toksikoz simptomlarıdır. Yəqin ki, həkim xəstəxanada müalicə olunmağı təklif edəcək. Bundan imtina etməyə dəyməz, çünki vaxtında başlanılmış müalicə həm hamilə qadına, həm də dünyaya gələcək uşağa fəsadlardan qaçmağa imkan yaradacaq. Gecikmiş toksikoz zamanı aparılan müayinə aşağıdakılardan ibarətdir: - müntəzəm qaydada tərəzidə çəkilmə; - arterial təzyiqin ölçülməsi. O, 125/90 mm c. st yüksək olmamalıdır; - sutkalıq diurezin müəyyənləşdirilməsi – içilmiş və ifraz olunmuş mayenin nisbəti; - müntəzəm qaydada sidik analizinin verilməsi. Bu analizin tərkibində zülal olmamalıdır; - qanın biokimyəvi analizi; - dölün USM-si və dopplerometriya (bu zaman dölün bətndaxili vəziyyəti, göbəkbağı və ciftin qan dövranı qiymətləndirilir); - dölün kardiotaxoqrafiyası. Bu üsulun köməyi ilə dölün ürək vurğularının sayı, onun hərəki aktivliyini müəyyən etmək olar. KTQ nəticələrinə görə gələcək körpənin vəziyyətini bilmək olar. Gecikmiş toksikoz zamanı digər pozğunluqlardan savayı, ciftin qan dövranının pozulması da baş verir. Onun vasitəsi ilə uşaq tənəffüs və normal inkişaf üçün zəruri olan qida maddələri və oksigen alır. Nəticədə, uşaq daimi hipoksiya, yəni oksigen çatışmazlığı vəziyyətində qalır. Bu, boy artımının ləngiməsi, ağciyər və başqa daxili orqanların formalaşmasının pozulmasına gətirib çıxarır. Belə vəziyyətdə doğuş vaxtından əvvəl başlaya bilər. Hamiləlik dövründə həkim müntəzəm olaraq hamilə qadını müşahidə etməlidir, bu zaman hər şey nəzarət altında olacaq.

5(352'8.7ø9 6$ö/$0/,4


Issuu converts static files into: digital portfolios, online yearbooks, online catalogs, digital photo albums and more. Sign up and create your flipbook.