Page 1

İYUL - AVQUST

№2 2008

TİBBİ KÜTLƏVİ JURNAL

RƏNGLİ MÜALİCƏ ŞƏHƏR XƏSTƏLİYİ

GÜNƏŞ ŞÜASININ ZƏRƏRLƏRİ “SƏSSİZ QATİL”HİPERTONİYA


AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL İyul - Avqust 2008 Təsisçi “Ailə Həkimi jurnalı redaksiyası” MMC MMC-nin təsisçisi Tural Kazımzadə İdeya müəllifi İlham Məmmədov Baş redaktor Gülnar Məsimli Baş rəssam Mir-Teymur Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jumalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Əlfəddin Abdullayev tibb elmləri namizədi Ülviyyə Əliyeva tibb elmləri namizədi Roza İzmayılova həkim-oftormoloq Fərid Ələkbərli tarix elmləri doktoru Art dizayner İman Hüseynov Hüquqşünas Səbuhi Abdullayev Texniki işlər üzrə menecer Natiq Nəbili Reklam meneceri Cavid Mustafayev Korrektor Rəna Kərimova Operator Arzu Yusubova Yazarlar Aytac Rafiqqızı Eldar Sadıqov Aynur Haqverdiyeva Samirə Əhmədova Xəyalə Mustafayeva Nigar ilqarqızı “Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən "Ailə həkimi"nə istinad mütləqdir. Ünvan: Bakı şəh., Mətbuat pr., 529-cu məh., “Azərbaycan Nəşriyyatı” Tel.: (+994 12) 510 84 35 Faks: (+994 12) 510 84 96 Qiyməti: 4 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

BAŞ REDAKTORDAN İsti yay günlərində redaksiya heyətimiz adından hər birinizi salamlayıram. Düşünürəm ki, həyatda insan üçün sağlamlıqdan daha önəmli heç nə ola bilməz. Ona görə də “Ailə həkimi”niz olaraq bu vacib işdə sizə yardımçı olmaq missiyasını davam etdiririk. Yay ayları bir çox infeksion xəstəliklərin çoxaldığı dövrdür. Bu baxımdan jurnalımızın ikinci buraxılışını yay üçün aktual olan mövzular əsasında hazırlamağa çalışaraq, marağınıza səbəb olacağını düşündüyümüz dəyərli məsləhətlərimizlə görüşünüzə gəldik. “Ailə həkimi” jurnalı olaraq sizləri sağlamlığınızın qeydinə vaxtında qalmağa və diqqətli olmağa çağırırıq. Elə bu məqsədlə dərgimizdə bir çox tanınmış həkimlərin tövsiyələrinə yer vermişik. Jurnalımızın bu sayında da sizlər üçün maraqlı ola biləcək mövzulara toxunmağı, faydalı məlumatlarla tanış etməyi özümüzə borc bildik. Ötən buraxılışda olduğu kimi “Ailə həkimi”nin ikinci nömrəsində də sizlərin zövqünü oxşayacağımıza və sevimli dərginizə çevriləcəyimizə ümid edirəm. Bu nömrədə siz yay ayları üçün daha çox xarakterik olan bir sıra xəstəliklər haqqında və onlarla mübarizə metodları barədə məlumat alacaqsınız. Yay günlərində zəhərlənmə halları üstün-

lük təşkil edir. Buna görə də biz zəhərlənmə hallarına səbəb olan amilləri və bu halın ilkin əlamətlərini göstərməklə, baş verə biləcək gizli təhlükələrə qarşı özünüzü və övladlarınızı qorumağınıza yardımçı olmağa çalışırıq. Hipertoniyadan - yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkənləri nəzərə alaraq tanınmış həkim Əlfəddin Abdullayevin bu xəstəliklə bağlı faydalı məsləhətləri ilə də sizləri tanış edəcəyik. “Sağlamlıq” rubrikası vasitəsilə suyun insan orqanizminə göstərdiyi müsbət təsirdən, yay aylarında artan müxtəlif dəri xəstəliklərindən, günəş şüalarının zərərlərindən də xəbər tuta biləcəksiniz. Həmçinin qaynar şəhər həyatının, səs-küyün insan orqanizminə necə zərər vurduğunu və hansı xəstəliklərə səbəb olduğunu bilmək istəyirsinizsə, “Şəhər xəstəlikləri” yazısını oxumağınız məsləhətdir. Tibb elmləri doktoru Fərid Ələkbərlinin “Tibb tarixi” və “Rəngli müalicə”, rəssam Mir-Teymur Məmmədovun “Təbiblərin müəllimi” adlı yazılarının da marağınıza səbəb olacağına inanıram. Bu nömrədən etibarən biz “İlk yardım” rubrikasını Qızıl Aypara Cəmiyyətinin köməkliyi və məsləhətləri ilə hazırlayacağıq. (Bizə göstərdikləri köməkliyə görə redaksiyamız adından Qızıl Aypara Cəmiyyətinin sədri Novruz Aslana öz təşəkkürümüzü bildiririk.) Jurnalımızı vərəqlədikcə müxtəlif rubrikalar altında toplanmış bir-birindən maraqlı mövzularla tanış ola biləcəksiniz. Bu isti yay günlərində hamınıza gözəl istirahət və ən əsası sağlam həyat arzulayıram. “Ailə həkimi”ndən xoş ovqatla ayrılmağınız diləyi ilə Gülnar Məsimli


Əli Hüseynov: «Bu xəstəliyə düçar olan insanın müalicə adı altında cəmiyyətdən təcrid olunması yalnız müəyyən bir dövr üçün effektlidir» səh. 16

SAĞLAMLIQ

GİZLİ TƏHLÜKƏ..............32

AZƏRBAYCAN SƏHİYYƏSİNİN TARİXİ VƏ BU GÜNÜ........4

“SƏSSİZ QATİL”HİPERTONİYA..................40

SU NİYƏ HƏYAT MƏNBƏYİDİR?...................8 YUXUNUZUN ŞİRİN OLMASINI İSTƏYİRSİNİZSƏ..............12 GÜNƏŞ ŞÜASININ ZƏRƏRLƏRİ.....................20 ÇİMƏRLİYƏ GEDİN, AMMA UNUTMAYIN Kİ................26 YAY - DƏRİ XƏSTƏLİKLƏRİNİN ARTAN FƏSLİ..................30

Rasim Əliquliyev: «İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir»

səh. 22

UZUN ÖMRÜN SİRRİ.......44

TİBB YENİLİKLƏRİ

48

TİBB TARİXİ AZƏRBAYCANDA TİBBİN TARİXİ.................50 TƏBİBLƏRİN MÜƏLLİMİ.........................54 NAFTALAN.......................58


QADINLAR ÜÇÜN DÖŞ XƏRÇƏNGİ NECƏ YARANIR?............60 HAMİLƏLİYİN ERKƏN TOKSİKOZU.......64 HAMİLƏ QADIN SƏYAHƏTƏ ÇIXA BİLƏRMİ?..................66

İNCƏSƏNƏT VƏ SAĞLIQ

MARAQLIDIR

RƏNGLİ MÜALİCƏ...........82

XALQ TƏBABƏTİ

NƏFƏS ALDIĞIMIZ HAVA.................................98

PSİXOLOGİYA

MÖCÜZƏLİ BİTKİLƏR..........................88

QORXUNU YARADAN SƏBƏBLƏR....................100 AİLƏNİN QIZIL QAYDALARI...................102

Maqsud Qasımov: «Həkim olmağımı atam çox istəyirdi...»

UŞAQLARIN PSİXOLOJİ – SOSİAL FƏRQLİLİKLƏRİ.............104

FAYDALI MƏSLƏHƏTLƏR 106 səh. 84

KÖRPƏM

DAŞ-QAŞIN SİRRİ

QAMƏTLİ OLUN...............68

MÜSBƏT EMOSİYA MƏNBƏYİ......................90

PEYVƏND NƏ ÜÇÜN LAZIMDIR?.......................70

QİDALANMA

İLK TİBBİ YARDIM SUDA BOĞULANA, İSTİ VURANA, İLAN SANCANA NECƏ KÖMƏK EDƏK?............................108

ÜRƏK VƏ PƏHRİZ..........92

ULDUZLARDAN XƏBƏR

ÖLÜMÜN ÜÇÜNCÜ SƏBƏBİ............74

QARACİYƏRİN DƏRMANI.........................94

SAĞLAMLIQ HAQDA «ULDUZLARIN SÖHBƏTİ»...................112

GÖZƏLLİK ONDUR...

ÇÖRƏK VƏ SAĞLAMLIQ..96

KİŞİLƏR ÜÇÜN

GÖZƏLLİYİN SİRRİ..........76 ÜZ DƏRİSİ KİŞİLƏRİ NECƏ ÜZÜR.....................78

«Şəhər atmosferini əsasən, avtomobillər çirkləndirir...»

GÖZÜNÜZÜ QORUYUN....80 YAY MAKİYAJI..................81

səh. 36


4

AZƏRBAYCAN SƏHİYYƏSİNİN TARİXİ VƏ BU GÜNÜ övlətimizin və onun rəhbəri İlham Əliyevin səhiyyə sisteminə göstərdiyi diqqət və qayğı ona əsas verir ki, bu gün tibb işçiləri XXI əsrin həkim və tibb işçilərinə xas olan peşə məharətlərini inkişaf etdirsinlər. Ən qədim zamanlardan Azərbaycan ecazkar şəfaverici qüvvəyə malik təbiblər diyarı kimi tanınıb. İstər qədim dövrün, istərsə də zəmanəmizin həkimlik ənənələri uzun bir inkişaf yolu keçib. Lakin Azərbaycan səhiyyəsi və təbabət elmi XX əsrin reallıqlarında özünü daha çox təsdiq edə bilib. Bu əsrdə Azərbaycan səhiyyəsinin ən əsas və sürətli inkişafı ulu öndərimiz, xalqımızın ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. XX əsrin 70-ci illərində ulu öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməyə başladığı vaxtdan isə Azərbaycan tibb elmi, səhiyyəsi əsl inkişafa qədəm qoydu. 1993-cü ildə xalqın

tələbi ilə yenidən Azərbaycan dövlətinə rəhbərliyə başladığı vaxtdan ulu öndər Heydər Əliyev səhiyyənin inkişafına xüsusi diqqət göstərirdi. Səhiyyə işçiləri ilə çoxsaylı görüşlərinin birində o belə deyib: “Səhiyyə bizim üçün əziz, qiymətli bir sahədir və onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir”. Onu da qeyd etmək yerinə düşər ki, 2001-ci ildən iyun ayının 17-si ümummilli liderimiz Heydər Əliyevin xüsusi fərmanı ilə Tibb İşçilərinin Peşə Bayramı Günü kimi rəsmiləşdirilib. Həmin gün 30 minə yaxın tibb işçisi öz peşə bayramını qeyd edir. Tibb İşçilərinin Peşə Bayramı kimi 17 iyun tarixinin seçilməsi isə təsadüfi deyil. Belə ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti məhz iyun ayının 17-də özünün ilk Səhiyyə Nazirliyini yaradıb. Heydər Əliyevin səhiyyəmizə qayğısı möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Qısa müddətdə ölkəmizdə səhiyyənin

qanunvericilik bazası təkmilləşdirilib, səhiyyə sahəsində 15 qanun işlənib hazırlanaraq qəbul edilib. İndi həm regionlarda, həm də Bakıda müasir tibb müəssisələri, müasir tibbi infrastruktur yaradılır, bununla yanaşı əhalinin milli sağlamlıq monitorinqi sisteminin konsepsiyası işlənib hazırlanıb. İnnovativ sistemlərin ən yeni kompüter texnologiyası əsasında yaradılacaq bu sistem xəstəliklərin yayılmasına və immunlaşdırmanın gedişinə nəzarət etməyə, ucqar rayonlarda xəstələrin müalicəsi zamanı teleməsləhətlərin təmin edilməsinə və telediaqnostika aparmağa, kadrlardan və maddi ehtiyatlardan nə dərəcədə səmərəli istifadə edilməsini qiymətləndirməyə imkan verəcəkdir. Ölkə prezidentinin tapşırığına əsasən Dövlət Neft Şirkətinin xətti ilə Azərbaycanın bölgələrində müasir diaqnostik-müalicə mərkəzlərinin tikintisi davam etdirilir. Artıq onlardan 3-ü − Lənkəranda, Naxçıvanda və Şirvanda istifadəyə verilibdir. Bu gün


5


6 həm Naxçıvanda, həm də Lənkəranda açıq ürək üzərində əməliyyatlar aparılır. Son illərin ən ciddi problemi olan böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkənlərin 85 faizinin hemodializlə bağlı bütün xərclərini dövlət öz üzərinə götürüb, hansı ki, bu xəstələr son zamanlara qədər, demək olar ki, ölümə məhkum idilər. Digər bir ciddi problem - irsi qan xəstəliyi olan talassemiyanın müalicəsi məsələsi də praktiki olaraq öz həllini tapıb. Belə ki, dövlət bu xəstələrin müalicəsi üçün tələb olunan preparatları xaricdən alır və xəstələri tam təmin edir. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilməyə başlanılan Talassemiya Mərkəzi istifadəyə verildikdən sonra isə bu problem ən müasir diaqnostika və müalicə vasitələri səviyyəsində həll ediləcəkdir. Bundan başqa ana və uşaqların sağlamlığının qorunması ilə bağlı elektron sağlamlıq kartlarının tətbiqinə başlanılıb. İlk nümunələrini 2007-ci ilin sonlarında Mehriban xanım Əliyevanın təqdim etdiyi bu kartlarda körpələr haqda bütün informasiyalar toplanır - körpələrin xəstəlikləri, genetik problemləri, müayinələrin nəticələri, peyvəndləri və s. Bu sistemin tətbiqi üçün artıq avadanlıq alınıb, şəbəkə quraşdırılır. 2008-ci ilin sonunadək respublikanın bütün uşaq müəssisələri bu sistemlə əhatə ediləcək. Dövlətimizin və onun rəhbəri İlham Əliyevin səhiyyə sisteminə göstərdiyi diqqət və qayğı ona əsas verir ki, bu gün tibb işçiləri XXI əsrin həkim və tibb işçilərinə xas olan peşə məharətlərini inkişaf etdirsinlər. Həkimin fəaliyyəti öncə onun varlığı - intellekti, zəkası, biliyi, təcrübəsi və xarakteri ilə yaratdığı inama əsaslanır. İnam olan yerdə həm də bir doğmalıq vardır və bunun həqiqət yükü olduqca böyükdür - həkim xəstənin qardaşı, bacısı, anası və atasıdır. Həkimə inam hava və su

kimi lazımdır. Çünki xəstə öz dərdini yaxınına, doğmasına deyil, məhz həkiminə deyir. Həkim özü buna can atmalı, xəstənin qəlbinə yol tapmalı, xəstə ilə səmimi davranmalı, isti münasibət qurmalıdır. Yalnız bu zaman xəstə ürəyini həkimə aça bilər, ən doğma adamına deyə bilmədiyini ona deyər. Sirrini ona etibar edər. Xəstənin sirri dedikdə mən burada yalnız onun hansı mərəzə düçar olduğunu deyil, həm də daxili özünəməxsus, gizli sirrini nəzərdə tuturam. Bu sirri həmişəlik olaraq gizli saxlamaq lazımdır, axı xəstə sənə etibar edərək ürəyində öz-özünə pıçıldadığını səninlə bölüşüb. Xəstənin halına yanmadan, onun ağrı-acısını duymadan, dərdini öz dərdin bilmədən çətin ki, xəstəni düzgün müalicə edəsən. Xəstənin həkimə bəslədiyi inam haqqında söz açılanda mütləq məşhur Amerika yazıçısı O.Henrinin “Son yarpaq” novellasını xatırlayıram. Burada həyatdan küsmüş bir qızın iztirabları canlandırılır. Xəstə qız daim otağından həyətdəki ağacın yarpaqlarını seyr edir. Xəzan fəsli olduğundan yarpaq tökümü gündən-günə sürətlənir. Nəhayət, ağacda son yarpaq qalır - qız qərarını verir, “bu yarpaq da düşəndə mən dünyaya əlvida deyəcəm”. Onun həkim və rəssam olan qonşusu bunu eşidərək, gecə yağışın altında ağacda bir yarpaq rəsmi yaradır. Səhər qız yarpağı yerində görür və sevindiyindən canlanır, beləcə onun həyat uğrunda mübarizəsi başlayır. “Mən hər bir azərbaycanlının prezidenti olacağam” sözlərinin yüksəkliyində dayanan möhtərəm prezidentimiz İlham Əliyev həkimləri çox sevir və daim onların əməyini yüksək qiymətləndirir. “Həkimlərin böyük xidmətləri var. Onlar fədakar insanlardır. Bizim ailədə də həkim var. Mənim rəhmətlik anam da həkim olmuşdur. Ona görə də mən yaxşı bilirəm ki, həkim nədir”. (Yevlax şəhəri, 24 oktyabr, 2007-ci il. Prezident İlham Əliyevin xəstəxananın təməlqoyma mərasimindəki çıxışından).

Həkimlərin işinə, onların sənətinə bundan yüksək dəyərləndirmə ola bilməz. Ölkəmizin bütün tibb işçilərinin bayramını təbrik edirəm. İlham Məmmədov Millət vəkili, həkim


7


8

SU NİYƏ HƏYAT MƏNBƏYİDİR?

“Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir o da”. Nizami Gəncəvi


9

u insan orqanizminin əvəzolunmaz komponentlərindən biridir. O, orqanizm üçün oksigen qədər əhəmiyyətlidir. Su həyat mənbəyidir. Belə ki, insan yemək yemədən həftələrlə yaşadığı halda, susuz ancaq bir neçə gün yaşaya bilər. Suyun insan orqanizmi üçün əhəmiyyəti, tələb olunan su ehtiyacının qarşılanması, bədənin çox susuz qalmasından doğan fəsadlar, həmçinin normadan artıq su içmənin mənfi təsirləri barədə olan yazımızı Bakı Tibb Mərkəzinin həkimi, tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayevin fikirləri əsasında hazırlayıb, ərsəyə gətirdik.

BƏDƏN TEMPERATURU NİYƏ YÜKSƏLİR? Kimyəvi formulu H2O olan su 11,1% Hidrogen və 88,9 %

Oksigendən ibarətdir. Yetkinlik yaşına çatmış insan orqanizminin 55-75%-i sudur (təxminən 38-46 litr). Bu miqdar yaşa, cinsiyyətə, bədənin fərdi xüsusiyyətlərinə və digər faktorlara görə dəyişir. Ana bətnindəki üç aylıq körpənin isə orqanizminin 95%-i sudur. Vücuddakı bütün toxumalar su ilə zəngindir. Hətta qanın da təxminən 83%-i sudan ibarətdir. Kişilər qadınlara nisbətən daha çox su ehtiyatına malikdirlər. Cavan orqanizmin hüceyrələrində su daha çox olur. İnsan yaşlaşdıqca bədəndə suyun miqdarı tədricən azalır. Qeyd edək ki, gün ərzində qəbul olunan su orqanizmdən xaric edilən su ilə balans təşkil etməlidir. Belə ki, insana gündəlik 2-2,5 litr su lazım olur ki, elə bu qədər də su orqanizmdən müxtəlif yollarla xaric olunur. Əlfəddin Abdullayevin sözlərinə görə, orqanizmin su ehtiyatının 6-8%nin itirilməsi zamanı bədən temperaturu yüksəlir, dəri qızarır, tənəffüs və ürək döyüntüləri sürətlənir, əzələ zəifliyi, başgicəllənmə ortaya çıxır və kəskin başağrısı yaranır: “İnsan bədənindəki karbohidrat və yağın hamısı, zülalların yarısı, bədən suyunun isə 10%-i itirildikdə, sağlamlıq təhlükə altına girir. Bədən suyunun 20%-nin itirilməsi isə ölümlə nəticələnir. Çünki qan həddindən artıq qatılaşdığı üçün ürək onun ötürülməsi funksiyasının öhdəsindən gələ bilmir”.

Suyun funksiyaları: - Qidaların həzm olunması, gərəkli orqanlara daşınması; - Bədəndən atılması lazım olan qida artıqlarının böyrək və ağciyərə daşınıb, bədəndən xaric olunması; - Bədən temperaturuna nəzarətin təmin olunması.

Suyun faydası: - Ağız, burun və gözün nəm-

lənməsinə kömək edir; - Su nəcisin yumşalmasını təmin edərək, qəbizliyin qarşısını alır; - Bədənin müxtəlif orqanlarının, toxumalarının qorunmasına xidmət edir; - Pəhriz saxlayarkən yeməkdən əvvəl iştahanın yatırılmasına kömək edir; - Böyrək daşlarının yaranmasının qarşısının alınmasında təsirlidir; - Həzmi asanlaşdırır; - Yağ və tər vəzilərinin normal funksiyası üçün gərəklidir. Bundan başqa həm hamiləlik dövründə, həm də doğuşdan sonra su qadınlar üçün daha çox əhəmiyyətə malikdir. Bu mənada süd verən analar daha çox maye qəbul etməlidirlər.

DƏRİNİN GÖZƏLLİYİ SUDAN ASILIDIR Dəri də yüzdə 50 nisbətində suya malikdir. Bu nisbət körpələrdə yüzdə 80, kişilərdə isə 60 nisbətində dəyişir. Dərinin epidermis qatındakı su miqdarı alt dəri təbəqəsi ilə müqayisədə iki qat artıq olduğundan, dərinin parlaq və işıltılı görünməsinə səbəb olur. Su gözəlləşdirməsə də, susuzluq dəriyə mənfi yöndə təsir edir. Bədənimizdəki suyun təməl qaynaqları içdiyimiz su və digər içkilərdir. Yediyimiz müxtəlif qidalardakı su da düşündüyümüzdən daha çox maye yaradır. Xiyar, pomidor, qarpız, yemiş və digər sulu meyvə və tərəvəzlər 90%-dən çox suya malikdir. Hətta çörək kimi quru qidalarda da müəyyən miqdarda su vardır. Ümumiyyətlə, bədən gündəlik su tələbatının 50%ni müxtəlif içkilərdən, 35%-ni qidalardan, 15%-ni isə vücuddakı qidaların sərf olunmasından əldə edir.


10 SUSAMAMIŞ SU İÇİN… Yetkinlik yaşına çatan hər bir insan gün ərzində 2,5 litr (təxminən 10 stəkan) suyu tərlə, sidik, nəcis ifrazı və nəfəslə itirir. Əlfəddin Abdullayev hər gün təxminən bu miqdarda su qəbul olunmasının zəruri olduğunu bildirir: “Su ehtiyacı bədənin itirdiyi enerji miqdarına görə dəyişir. Yetkinlik yaşına çatanlarda enerji sərfiyyatının hər kalorisinə 1-1,5 ml su gərəkdir. Hər 1000 kalori üçün 1-1,5 litr və ya gündəlik 2000 kalorilik pəhriz üçün təxminən 8 stəkan maye qəbul olunmalıdır”. Onun bilgisinə görə, insan bədəni çox istiyə və ya soyuğa məruz qaldıqda normal temperaturun yaranması üçün bədən daha çox su sərf edir. Uzun müddət təyyarə ilə səfər etdikdə və həddən artıq günəşə məruz qaldıqda isə su dəridən buxarlanır. Xəstələndikdə də maye ehtiyacı dəyişir. Temperatur, ishal, qusma hallarında su itkisi artır. Ona görə də belə hallarda bol miqdarda maye qəbul etmək lazımdır. Həddən artıq susuzluq insanın fiziki, hətta psixoloji vəziyyətinə təsir edə bilər. Məsələ burasındadır ki, su içiləndən yalnız 30 dəqiqə sonra qan və toxumalardakı yerini ala bilir. Ona görə də susamadan su içməliyik ki, orqanizmimiz susuzluğa məruz qalmasın. Su içməni mövsümə, sərf olunan enerjinin miqdarına görə bölmək lazımdır. Ümumilikdə isə 15 dəqiqədən bir 50-100 ml. maye qəbul etmək tövsiyə olunur. Yaxud da yarım saatdan bir 200-250 ml. su içmək olar . Qış mövsümündə isə bu göstərici azalır. Qeyd edək ki, insan orqanizmi bəzən susuzluğu aclıq hissi kimi də duya bilər. Ona görə də aclıq hiss etdikdə ilk növbədə bir az su için.

QARACİYƏRİN FUNKSİYASI NİYƏ AĞIRLAŞIR? Gün ərzində kifayət qədər maye qəbul olunmadıqda bir sıra fəsadlar yaranır. Bu barədə Əlfəddin Abdullayevin dedikləri: “Su az qəbul edildikdə bədənimizdəki yağ nisbəti artır. Böyrəklər lazımi miqdarda su almadıqda qaraciyərin funksiyası ağırlaşır. Yağ anbarını enerjiyə çevirməli olan qaraciyər funksiyasını yerinə yetirə bilmir və yağların əridilməsi yavaşıyır. Yetərli miqdarda maye qəbul etdiyinizi anlamaq üçün sidik ifrazına nəzarət edin. Sidik nə su kimi rəngsiz, nə də tünd sarı rəngdə olmamalıdır. Az miqdarda və tünd rəngli sidik ifrazı kifayət qədər maye qəbul etmədiyinizi göstərir. Şəffaf sidik ifrazı isə lazımlı miqdarda maye qəbul etdiyinizin sübutudur”. Su kalori yaratmadığına görə pəhrizlərdə əsas yer tutan vasitədir. Ancaq həddən artıq su içmək bədənimizin ehtiyac duyduğu vitaminlərin də itirilməsinə səbəb ola bilər. Pəhriz və sağlamlıq məqsədilə edilən idman hərəkətlərinin ardından su içmək düzgün deyil, suyu 15 dəqiqə sonra içsəniz, daha məqsədəuyğun olar.

SU İÇMƏKLƏ ARIQLAYACAĞINIZI DÜŞÜNÜRSÜNÜZ? Əlfəddin Abdullayev qədərindən artıq içilən suyun da orqanizm üçün zərərli ola biləcəyini vurğulayır: “Həddən artıq su içmək də düzgün deyil. Belə olduqda qan lüzumundan artıq sulanar. Nəticədə kəskin sancılar belə

özünü büruzə verə bilər. Yay günlərində hər kəsə bol miqdarda su içmək məsləhət görülsə də, böyrək çatışmazlığı olan xəstələrə daha az maye qəbul etmək tövsiyə olunur. Belə xəstələrin böyrəkləri öz funksiyasını tam yerinə yetirə bilmədiyindən qəbul edilən mayenin xaric olunması normal getmir və vücudda su artıqlığı yaranır. Bu zaman iştahasızlıq, qusma və baş ağrısı şikayətləri də ola bilər”. Bir çoxları su içməklə arıqlayacağını düşünür, əslində isə suyun belə bir funksiyası yoxdur. Sadəcə onun verdiyi toxluq hissi, həzm sistemini hərəkət etdirir və dolayı da olsa arıqlamaq istəyənlərin imdadına çatır. Bəziləri isə «çox çay içirəm, su içməsəm də olar» deyə, yanlış düşüncəyə qapılırlar. Çay və qəhvə suyun yerini tuta bilməz. Çünki onların tərkibində olan kofein bədənin su itirməsinə səbəb olur. Digər şirələr və içkilər də suyun yerini tutmur. Əksinə, həmin mayeləri qəbul etdikdən sonra su içmək arzusu yaranır. Orqanizmin suya tələbatının daha da artdığı yay mövsümündə suyu hər an yaxınlığınızda saxlayın. Gündəlik qidalardan, müxtəlif içkilərdən su almaq əvəzinə suyu olduğu kimi için. Adi suyu çox içməyi sevməyənlər suyun içərisinə limon sıxa və ya nanə ata bilərlər. Su içərkən onun miqdarı ilə yanaşı, keyfiyyətinə, duruluğuna da xüsusi fikir vermək lazımdır. Mətbəxdə sudan istifadə etməmişdən qabaq onu xüsusi düzəldilmiş filtrlərdən süzmək tövsiyə olunur. Su qablarının içərisinə isə antiseptik xüsusiyyətə malik gümüş əşya və ya gümüş parçası salmağın böyük xeyri var. Aytac Rafiqqızı


11


12

qida rasionunuza maqneziumla zəngin tərəvəz, meyvə, göyərti, qoz-fındıq, balıq daxil edin


13

ir çox hallarda «yuxun şirin olsun» arzusu reallaşmır. Bu isə gərgin iş günündən sonra orqanizmin tam şəkildə bərpa olunmaması ilə nəticələnir. Ardınca da pis əhval, diqqətin zəifləməsi, yorğun zahiri görünüş kimi hallar ortaya çıxır. Lakin insan yuxudan doyduqda, tam əksinə olaraq, zahirən və daxilən özünü «100 faiz» yaxşı hiss edir.

ƏSƏBİN VƏ YORĞUNLUĞUN SƏBƏBİ Təəsüflər olsun ki, müasir həyat ritmi normal yuxu almaq üçün imkan yaratmır. Gün ərzində çoxlu sinir hüceyrələri sərf olunduğundan insana elə gəlir ki, o, «ölü kimi» yatacaq. Lakin bəzən bu, belə olmur: yatağa girəndən sonra da sabahkı görüşə gecikməmək, aylıq hesabatı bitirmək haqqında

fikirləşməli olursan. Belə olan halda insan orqanizmində olan vacib mikroelementlərdən biri - maqnezium köməyə çatır. Maqnezium mərkəzi sinir siteminin fəaliyyətində hakim mövqe tutur və orqanizmdə enerji mübadiləsinin əsasını təşkil edir. Ona görə də, orqanizmdə maqnezium çatışmazlığı olduqda, insan daha tez yorulur, əsəbi olur, yuxusu pozulur. Qadınlarda isə bu çatışmazlıq göz yaşları ilə müşahidə olunur. Qeyd edək ki, maqnezium insan orqanizminə yalnız qida məhsulları ilə daxil olur, yəni, orqanizm özü onu hasil etmir. Maqnezium təzə meyvə, giləmeyvə, tərəvəzlər, qoz və fındığın, xüsusi olaraq, göyərtinin tərkibində daha çoxdur. Lakin təəssüflər olsun ki, insanın gündəlik rasionunda maqnezium tərkibli ərzaqlar kifayət qədər deyil. Qida məhsulları istehsalı və emalının müasir texnologiyaları, eləcə də, müasir insanın həyat tərzi bu vacib mikroelementin orqanizmdən artıq dərəcədə xaric olmasına gətirib çıxarır.

«SİVİLİZASİYA XƏSTƏLİYİ» Maqnezium qıtlığı qida məhsullarının istehsal texnologiyaları və ümumilikdə qida mədəniyyətində baş vermiş inqilabi dəyişikliklər nəticəsində əmələ gələn «sivilizasiya xəstəlikləri»nə aiddir. Maqneziumun xaric olmasına, yarımfabrikatların qidada geniş istifadəsi, fast-fud, yəni «tez qidalanma», qazlı içkilərdən istifadə, pəhrizlərə aludəçilik kimi amillər səbəb olur. Eləcə də, bir sıra xroniki xəstəliklər maqnezium çatışmazlığı ilə müşayiət olunur: diabet, bronxial astma, tütündən asılılıq, spirtli içkilərdən istifadə və oral kontrasepsiya vasitələrindən istifadə. Maqnezium, həmçinin, gərgin

həyat ritmi, tez-tez baş verən neqativ təəssüratlar, stresslər, fiziki və əqli gərginliklər zamanı da çox məsrəf olunur və bütün bu hallarda onun bərpa olunması tələb olunur. Burada özünəməxsus qüsurlu dairə əmələ gəlir: maqnezium defisiti stressin inkişafına səbəb olur, bu isə öz növbəsində, orqanizmin maqneziuma olan tələbatını daha da artırır. Amma vəziyyəti çıxılmaz saymaq olmaz. Mütəxəssislər çıxış yolu kimi düzgün qidalanma və sağlam həyat tərzini önə çəkirlər.

QİDA RASİONU ZƏNGİN OLARSA... Qida rasionuna maqneziumla zəngin olan ərzaqlar daxil etmək zəruridir: çoxlu təzə tərəvəz, meyvə, göyərti, eləcə də, qozfındıq, balıq. Qəhvə və tütünə aludə olmamaq məsləhət görülür. Kifayət qədər yatmaq lazımdır. Bundan başqa maqnezium çatışmazlığını aradan götürmək və onun normal səviyyədə saxlanılmasını təmin etmək üçün tərkibində kifayət qədər maqnezium olan dərman vasitələrindən də yararlanmaq olar.

BUNDAN BAŞQA… Sakitləşdirici xüsusiyyətə malik olan çobanyastığı çayı qayğılı və əsəbi olanlar üçün yatmazdan əvvəl ən ideal vasitə hesab olunur. Bitki çayının və ya ilıq südün içərisinə atacağınız bir çay qaşığı balın da xeyri var. Bananı “sarı qabın içərisinə gizlənmiş möcüzəli yuxu dərmanı” da adlandırmaq olar. Süd də yuxusuzluğun dərmanı sayıla bilər. Bir ovuc badam da sizə rahat yuxu gətirə bilər. Həm triptofan, həm də kalsiumla zəngin olan badam insanın əzələlərini rahatladır. Bir dilim kəpək çörəyi isə vücuddakı insulinin sərbəst qal-


14 masına şərait yaradaraq, insanın vaxtında yatmasına kömək edər. Makaron, çörək, şirniyyat, şokolad və əncirin də yuxusuzluq üçün əvəzsiz dərman olduğunu söyləyirlər. Ancaq yatmazdan əvvəl bu qidalardan çox qəbul etmək düzgün deyil. Yatmazdan əvvəl həddən artıq zehni və fiziki işlə məşğul olmaq, qəhvə, tütün, alkoqollu və qazlı içkilərdən istifadə də yuxunu qaçırır.

YAY YUXUSU NİYƏ «ŞİRİN» OLMUR? İnsanın normal yatmasına mane olan səbəblər içərisində fəsillər də var. Məsələn, yay aylarında yatmaq əməlli-başlı problemə çevrilir. Bu isə havanın isti olması ilə bağlıdır. Yay yuxusuzluğundan yaxa qurtarmaq üçün bəzi qaydalara

əməl etmək lazımdır: - Hər gecə eyni vaxtda yatmağa və səhərlər eyni saatda qalxmağa çalışın; - Yatağa girməzdən əvvəl rahatlanmağa çalışın. İlıq duş qəbul edərək, bir stəkan süd və ya bitki çayı içə bilərsiniz; - Əgər yuxunuz gəlmirsə, özünüzü yatmağa məcbur etməyin, yataqdan qalxın və yuxunuz gələnədək kitab oxuyun; - Yataq otağında yemək yeməyin; - Üzərinizə çox nazik də olsa, mütləq bir şey örtün; - Gecə yatmazdan əvvəl alkoqollu və kofeinli içkilərdən uzaq durun. Unutmayın, alkoqol yuxu gətirə bilər, amma bir neçə saatdan sonra yuxunuzu qaçırar; - Gündüzlər yatmamağa çalışın;

- Gün ərzində, xüsusən də günortadan sonra hərəkət etməyə, mütəmadi şəkildə gimnastika ilə məşğul olmağa cəhd göstərin; - Yay aylarında yataq otağının havalandırılmasına və sərin saxlanılmasına ehtiyac var; Yay aylarında yuxuya «haram» qatan problemlərdən biri də üstü açıq yatmaqdır. Mütəxəssislər bunun yanlış olduğunu irəli sürərək, yay gecələrində hava çox isti olsa da, nazik bir örtükdən istifadə etməyi məsləhət görürlər. Çünki ən isti gecələrdə belə səhərə yaxın temperatur aşağı düşür.

Nigar İlqarqızı


16

NARKOMANİYA CƏMİYYƏTİN BƏLASI Əli Hüseynov: «Bu xəstəliyə düçar olan insanın müalicə adı altında cəmiyyətdən təcrid olunması yalnız müəyyən bir dövr üçün effektlidir»


17

ünya ölkələrinin bəlasına çevrilən narkomaniya Azərbaycanda da ciddi problem olaraq qalmaqdadır. Bu ümumbəşəri bəlanın Azərbay candan da yan keçmədiyi hamıya məlumdur. Narko ma ni ya və narkobiznes cəmiy yətin mənəvi-əxlaqi dəyərləri nə böyük zərbə vurur, eyni za man da insan sağlamlığına çox mənfi təsir göstərir. Hər gün xəbər buraxılışlarında bu məsələ ilə bağlı ən azı 4-5 xəbərə rast gəlmək müm kün dür. Bu bəlaya qarşı mübarizədən danışanda təbii olaraq qanunlar yada düşür. Bəs görəsən Azərbaycan qanunvericiliyini bu baxımdan təkmil saymaq olarmı və nə dərəcədə təsirlidir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiya sının sədri Əli Hüseynovla söhbətimiz də elə bu mövzudadır. - Azərbaycan Avropa hüquq məkanına daxil olub. Ona görə

də bəzi məsələlərə, o cümlədən narkomaniyaya qarşı mübari zədə yanaşma tərzi də dəyişib. Qanunvericilik baxımından bu gün birmənalı demək olar ki, Azərbaycan qanunvericiliyi Avropa standartlarına cavab verir. Lakin narkomaniya sadəcə olaraq bir hüquqi məsələ deyil, həmçinin sosial məsələdir. Biz hüquqşünaslar narkomana hüquqi aspektdən - cinayət məsuliyyətinə cəlb edilməsi kimi - yanaşırıq. Amma istənilən həkimdən bu haqda soruşanda norkomanın ilk növbədə bir xəstə olduğunu deyəcək. Zənnimcə, ictimai fikirdə nail oluğumuz ən mühim məsələ lər dən biri də odur ki, biz nəhayət, narkomaniya proble minə hüquqi müstəvi ilə yanaşı, sosial müstəvidə yanaşmağa baş ladıq. Başa düşdük ki, bu, həm də sosial problemdir və bu problemi yalnız hüquqi mexa nizmlə həll eləmək mümkün deyil. Bu insanları cəmiyyətdən təcrid eləmək, cəzalandırmaq və yaxud həbsxanalarda saxlamaq problemin həlli yolu deyil. Mən deyərdim ki, bu bizim nail olduğumuz əsas dönüş nöqtəsidir. - Yəni, narkomanın bir insan olaraq haqqı önə çəkildi… - Milli Məclisin bundan əvvəlki çağırışında «Narkoloji xidmət və nəzarət haqqında» qanunu müzakirəyə çıxartdıq. Müzakirələr zamanı qeyd olundu ki, bu bəlaya düçar olan insanın cəmiyyətdən təcrid olunaraq qapalı müəssisədə məcburi şə kildə müalicə edilməsi, müəyyən mənada insan haqları ilə ziddiyyət təşkil edir. Düzdür, müzakirələr o qədər də asan keçmədi, amma hər halda biz narkomanların cəmiyyətdən təcrid olunması probleminin həlli istiqamətində müəyyən işlər görə bildik. Onu da deyim ki, sovetlər dönəmində belə xəstələrin məcburi müalicəsini həyata keçirən müəssisələr mövcud idi. Narkomanlar burada

cəmiyyətdən təcrid olunmuş şə kildə müalicə alırdılar. Və cəmiy yət arasında görünmədiklərindən əksəriyyət düşünürdü ki, əgər xəstə müalicə ocağındadırsa, deməli, problem həll olunub. - Dediklərinizdən bu qənaətə gəlmək olur ki, məcburi və qapalı şəraitdə aparılan müalicə effekt vermir… -Sovetlər dövründə belə pis xəstəliklərə düçar olan insanların məcburi müalicəsi üçün müəyyən müəssisələr mövcud idi. Həmin xəstəlikdən əziyyət çəkən insanlar cəmiyyətdən təc rid olunurdular. Və cəmiyyətdə bu insanlar az göründükləri üçün hamı hesab edirdi ki, bu məsələ artıq öz həllini tapıb. Lakin o dövrdə belə Odessa şəhərində bu sahə üzrə ixtisaslaşmış institut tərəfindən aparılan araşdırmalar göstərmişdi ki, məcburi müalicə 0,01 faiz narkomanın bu zərərli vərdişinə son qoyur. Təbii olaraq sual yaranır: nəyə görə bu qədər az? Araşdırmalar onu göstərir ki, narkomaniyaya düçar olmuş xəstənin müalicə adı altında cəmiyyətdən təcrid olunması yalnız müəyyən bir dövr üçün effektlidir. Lakin narkoman əvvəlki mühitlə qarşılaşanda, həkim dili ilə desək birinci inyeksiya kifayətdir ki, o yenidən zərərli vərdişinə qayıtsın. - Sizə elə gəlmirmi ki, narkomanın müalicə məqsədilə təcrid olunması cinayət hallarını azaldır? - Narkotik vasitənin təsiri altında cinayət törətmə halları elə də çox deyil. Əksinə, narkoman narkotik vasitəni əldə etmək üçün pul tapmayanda cinayət halı baş verir. Yəni narkoman pul tapmaq üçün cinayət törədir. Əlbəttə, bu da bir arqumentdir. Amma bu arqumentin özü də bir daha təsdiq edir ki, narkomanlara xəstə kimi yanaşmaq və onlara kömək etmək lazımdır. Lakin Qərbi


18 Avropa ölkələrində olduğu kimi bizdə bu məsələ leqqallaşmalı deyil. - Sizcə, narkomanlar cəmiyyətdən təcrid olunmadan necə müailcə oluna bilər? - Bu istiqamətdə dövlət əlindən gələni edir. Amma problemin həllini bütünlüklə dövlətin üzərinə qoymaq düzgün olmazdı. Cəmiyyətin bütün üzvləri bu məsələdə hüquqmühafizə orqanlarına, həkimlərə yardımçı olmalıdır. Ən əsası isə bu zərərli vərdişdən, xəstəlikdən yaxa qurtamaq üçün birinci növbədə insanın inamı olmalıdır. Bu xəstəliyə düçür olan hər bir kəs sağlam əqidə mənbəyi tapıb özünə inamı formalaşdıra bilsə bu problemin öhdəsindən gələ bilər. Hesab edirəm ki, sidq ürəklə dinə bağlı olan insanlar bu məsələdə narkoman xəstəli yinə düçar olan insanlara yardımçı ola bilərlər. Lakin dini tərbiyə məsələsi ancaq millimənəvi dəyərlərin tərkib hissəsi olmalıdır. Əks təqdirdə, bu heç bir effekt verə bilməz. - Müxtəlif hesabatlarda Azərbaycan narkotik vasitə lərin daşınması baxımından tranzit ölkə kimi göstərilir. Sizcə, bu məqam ölkəmizdə narkomaniya bəlasına düçar olanların sayının artmasına təsir göstərirmi? - Bizdə statistik rəqəmlər olmadığından artıb, yaxud azaldığını deyə bilmərəm. Amma etiraf etmək lazımdır ki, tranzit ölkə olmağımız bizdə bu problemlərə qarşı olan diqqəti daha da artırıb. Narkotik vasitələrin satışı, yayılması ilə məşğul olan insanlarla qanun çox sərt davranır, onlara qarşı ciddi cəza tədbirləri mövcuddur və tətbiq olunur. Nə qədər maraqlı olsa da, qeyd eləmək istəyirəm ki, bəzən narkotik vasitələrin yayılması ilə məşğul olan insanlar narkotikin istifadəçiləri olmurlar. Onlar bu işə gəlir mənbəyi kimi baxırlar. Ən təhlükəsi isə odur

ki, bundan gənc nəsil zərər cəkir. Ona görə də biz bu problemin qabağını almalıyıq. Bir daha vurğulamaq istəyirəm ki, bunun üçün həm hüquqi mexa nizm güclü olmalıdır, həm də müəyyən cinayət təqibi olmalıdır. Amma unutmamalıyıq ki, bu, eyni zamanda sosial problemdir və biz onu yaradan mühitlə mübarizə aparmalıyıq. -Beynəlxalq təşkilatlar, yerli QHT-lər və dövlət strukturları narkomaniyaya qarşı mübari zədə birgə fəaliyyət göstərə bilirlərmi? - Onu deyə bilərəm ki, şəxsən mən beynəlxalq təşkilatların bu məsələ ilə bağlı apardığı fəaliyyətdən razıyam. Bu o sahədir ki, burada həm vətəndaş cəmiyyəti, həm milli qeyri-hökumət təşkilatları, həm də beynəlxalq təşkilatlar yumruğu bir yerə vura bilirlər. O cümlədən dövlət orqanları, Daxili İşlər Nazirliyi, Nazirlər Kabineti nin yanında yaradılmış komissiya, Ədliyyə Nazirliyi, bütün müvafiq dövlət orqanları da bu işdə yaxından iştirak edirlər. Vətəndaş cəmiyyəti ilə, beynəl xalq təşkilatlarla yaxından, sıx əməkdaşlıq edirlər. - Siz konkret olaraq nə təklif edirsiniz? - Düşünürəm ki, tezliklə ictimai yerlərdə tütün məhsullarının istifadəsinə məhdudiyyət qoymaq lazımdır. Çünki narkomaniyaya aparan yol əksər hallarda siqaretdən keçir. Yetkinlik yaşında tütündən istifadə edən uşaqlar, gənclər narkomaniyanın bir addımlığında olurlar. Artıq dünyanın əksər ölkələrində ictimai yerlərdə siqaretin çəkilməsi nə məhdudiyyət qoyulub. Bəzi millət vəkillərindən təkliflər almışıq. Artıq biz də bu məsələnin üzərində düşünürük. Qeyd elədiyim kimi, bu çox vacib məsələdir. Ən azından uşaqlar başa düşməlidirlər ki, bu, zərərli vərdiş olduğu üçün ictimai yerlərdə istifadəsi

qadağandır. Yəni istər uşaq, istər gənc su içən insanla siqaret çəkənin fərqinin psixoloji cəhətdən mahiyyətini anlama lıdır, başa düşməlidir ki, siqaret çəkən onun mühitindən kənarda durmalıdır. Əslində bu təbliğ olunmalıdır. Dediklərimizi həyata keçirə bilsək, bu da zərərli vərdişlərin yaranmasının qarşısını alan hallardan biri olacaq. Hesab edirəm ki, cəmiyyətin sosial inkişafını tezləşdirməliyik. Məsələn, idmanın inkişafı, sağlam həyat tərzinin təbliği və s. Bir məqamı nəzərinizə çatdırım ki, idman siqaret çəkənlərin sayının azalmasında mühüm əhəmiyyətə malikdir. Bundan başqa cəzaçəkmə müəssisələrində də işsizlik problemini aradan qaldırmaq lazımdır. Bütün bunlarla yanaşı sağlam həyat tərzi də mütləq olmalıdır. Sağlam həyat tərzi deyəndə mən burada millimənəvi dəyərlərin təbliğatını da nəzərdə tuturam. Zaman gələ cək cəmiyyətin sosial inkişafı çox böyük effekt verəcək. 1987-ci il noyabrın 20-dən etibarən BMT Baş Assamble ya sının qərarı ilə hər il 26 iyun Ümumdünya Narkomaniya ilə Mübarizə Günü elan edilib. Həmin tarixdən başlayaraq 26 iyun bütün dünyada Narko ma ni yaya Qarşı Mübarizə Günü kimi qeyd edilir. Düşünürəm ki, Azərbaycanda da həm bu günlə bağlı , həm də hər zaman ictimaiyyətin, xüsusən yeniyetmə və gənclərin arasında narkoma niya bəlasının fəsadları haqqında təsəvvürlərini formalaşdırmaq, narkomaniyanın dəhşətli fəsadları barəsində maariflən dirmə işi aparmaq istiqamətində hamı bir nəfər kimi mübarizə aparmalı, əlindən gələni etməlidir.

Gülnar Mayisqızı


19

Hər şeydən məhrum edin, ağlımdan başqa Aristotel


20

GÜNƏŞ ŞÜASININ ZƏRƏRLƏRİ ULTRABƏNÖVŞƏYİ ŞÜALAR Günəş şüalarının insan orqanizmi, xüsusilə də dərisi üçün bir çox faydaları var. Bu barədə çox deyilib, danışılıb. Amma çox vaxt fərqinə varmadığımız bir məqam da var. Bu da günəş şüalarının zərərli tərəfləri ilə bağldır. Mütəxəssislər bildirirlər ki, heç bir qoruyucu vasitədən istifadə etmədən uzun müddət günün altında qalmaq bir çox fəsadlara səbəb ola bilər. Problem təkcə bununla bitmir. Maraqlıdır ki, günəş şüalarının mənfi təsiri ilə uzun illərdən sonra da qarşılaşa bilərsiniz.

Qeyd edək ki, yer üzünə çatan şüaların böyük əksəriyyəti ultrabənövşəyi - A, çox az hissəsi isə ultrabənövşəyi - B şüalarıdır. «B» tipli şüalar insan dərisi üçün xeyirlidir, həmçinin onu qaraldır. «A» tipli şüalar isə əksinə dərini qocaldır, qırışların, hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Ona görə də günəşin zərərli şüalarından qorunmaq üçün krem, gel, losyon kimi müxtəlif qoruyucu vasitələrdən istifadə etmək lazımdır. Yeri gəlmişkən, bu vasitələrin üzərində SPF (sun protection factor = günəşdən qoruyucu faktor) nömrəsi olur.

DƏRİ TİPLƏRİ • Ağ rəngli dəri günəş şüalarının təsirindən qaralmır. Ancaq günəş şüasının təsiri nəticəsində belə dərilərdə kəskin yanıqlar və qızartılar əmələ gələ bilər. Ona görə də çox həssas dəriyə malik olan şəxslər ilk dəfə çimərliyə gedəndə günəş altında 5-10 dəqiqədən artıq qalmamalıdırlar. Xüsusilə də günəş şüalarının daha kəskin olduğu (saat 12.00-17.00 arasında) dövrdə. Uşaq dərisi də yumşaq və həssas olduğuna görə bu tipə aid edilir. Dərisi bu tipə daxil olanlara yüksək SPF-yə ( nömrəsi 30-40) malik qaralma üçün


21 nəzərdə tutulan kremlərdən istifadə etmək məsləhət görülür. • Bəzi dəri tipləri də var ki, açıq rəngli və həssas olsa da, ağ dəri tipindən fərqli olaraq qaralır. Amma buna baxmayaraq, məhz həssas olduğuna görə bu tip dərilərə malik olan şəxslərə ilk dəfə çimərliyə gedəndə günəş altında 20 dəqiqədən artıq qalmamaq məsləhət görülür. Bu növ dəriyə orta səviyyəli qorumaya malik olan qaralma üçün kremlər məsləhət görülür. Bu kremlərin suya dayanıqlı olmasına da diqqət yetirilməlidir. • Bir də var, orta həssas, tez qarala bilən və yanmaya meylli olan normal dəri. Qarabuğdayı dərisi olanlar bu qrupa aiddir. Bu tip dərisi olanlar çılpaq bədənlə günəş altında 30 dəqiqədən artıq qalmamalıdırlar və 20-25 faktorlu qaralma üçün qoruyucu kremlərdən istifadə edə bilərlər. • Tez qaralan və nadir hallarda yanan dəri tipi də var. Bu tip dərilər çox tünd olur. Tünd dərili insanlara əsasən təsiri az olan qaralma üçün kremlər məsləhət görülür (5-15 SPF). Tünd dəriyə sahib olan şəxslər günəş qoruyucuları istifadə etməsələr belə, dəriləri digərləri kimi zədə almır. Onu da qeyd edək ki, qoruyucu kremləri günə çıxmazdan 2030 dəqiqə əvvəl çəkmək, sudan çıxdıqdan sonra bu əməliyyatı təkrarlamaq dərinin sağlamlığı baxımından əhəmiyyətlidir.

GÜNƏŞ YANIĞI VƏ TÜRKƏÇARƏ Günəş şüalarının ziyanlı cəhətləri sırasına onun dəridə əmələ gətirdiyi qızartılar da daxildir. Dəri günəş şüasına çox məruz qaldıqda onda qızartılar əmələ gəlir və bu qızartılar günəş yanıqlarına çevrilir. Günəş altında 2-4 saat qalanda isə dəridə içərisi su ilə dolu olan şişkinliklər əmələ gəlir. Günəş yanığı zamanı adətən müxtəlif ağrıkəsicilərdən istifadə edirlər. Məsələn, qatıq, diş pas-

tası, duru yağ və s. bu kimi vasitələr. Amma bu vasitələrin yanıq yerlərinə sürtülməsi düzgün deyil. Çünki bu vasitələr qısa müddətli rahatlıq versələr də, sonradan yanıq yerlərində yaralara və infeksiyalara səbəb olur. Soyuq duş qəbul etməklə və ya gündə bir neçə dəfə yanıq yerinə soyuq su ilə isladılmış dəsmallar qoymaqla ağrını azalda bilərsiniz. Amma bu o demək deyil ki, soyuq vasitələr həmişə kara gəlir. Təəssüf ki, həmişə belə olmur. Belə ki, dəri üzərinə buz qoyularsa, yanığın dərəcəsi daha da arta bilər. Ona görə də nəmləndirici losyondan istifadə etmək lazımdır. Vazelin və digər yağlı kremlərin istifadəsi isə düzgün deyil, çünki onlar dərini hava almağa qoymur. Bu isə yanığın artmasına və gec sağalmasına səbəb olur.

XƏRÇƏNGİN ƏN TƏHLÜKƏLİSİ… Müasir dövrdə, qaralmaq üçün süni vasitələrə əl atanlar da olur. Ancaq əslində solyari şüaları da günəş şüaları qədər dəri üçün zərərlidir. Belə ki, bir çox solyari cihazları ultrabənövşəyi A şüalarını yayır. Və bu şüalar dərinin daha dərin qatlarına enərək, onun erkən qocalmasına, hətta xərçəngə səbəb olur. Yeri gəlmişkən, dəri xərçəngi əsasən dərinin günəşin təsirinə daha çox məruz qalan yerlərində - məsələn, üz, boyun, qulaq, qollar və əllərdə yaranır. Dəri xərçəngi ilə bağlı faktların əksəriyyəti xərçəng adlanmasına baxmayaraq, xoşxassəli olur. Tez diaqnoz qoyulduqda isə həyati təhlükə daşımırlar. Açıq rəngli dərilərin daha tez xərçəngə tutulma riski var. Anadangəlmə və ya sonradan yaranan bəzi xalların da melanoma adlanan ölümcül dəri xərçənginə çevrilməsində günəş şüalarının böyük rolu var. Melanoma dəri xərçənglərinin ən

təhlükəlisi olub, mənbəyini üz dərisinə rəng verən hüceyrələrdən götürür. Melanoma adətən tünd qəhvəyi və ya qara xal şəklində olur. Bəzən qırmızı, mavi, ağ rəngli də ola bilər. Melanoma yalnız erkən diaqnoz qoyulduqda müalicə edilə bilər. Ancaq əksər hallarda vücudun digər hissələrinə də yayılaraq ölümlə nəticələnir. Uzun müddət günəş altında qalanlarda dodaq xərçənginə tutulma riski olur. Ona görə də dodaqlarınıza da qoruyucu çəkməyi unutmayın.

QORUYUCU RƏNG Günəşin ultrabənövşəyi şüaları dəri xərçəngi ilə yanaşı erkən dəri qocalmasına, çillənməyə, hiperpiqmentasiya adlanan günəş ləkələrinin yaranmasına da səbəb olur. Günəşə ən çox məruz qalan üzdə, sinədə və qollarda qırışlar, çillər, günəş ləkələri ilə yanaşı, dəridə quruluq, çatlama, kobudlaşma kimi dəyişikliklər də meydana gəlir. Günəşin digər bir zərərli təsiri isə allergiyalar şəklində özünü göstərir. Bəzi insanlar günəşlə azacıq təmas nəticəsində belə allergik reaksiyaya məruz qalırlar. Bundan başqa kosmetik vasitələr, ətirlər, dəriyə çəkilən müxtəlif mazlar, günəşdən qoruyucu kremlər günəş şüaları ilə birləşərək həssas dərilərdə allergik reaksiyalar yarada bilərlər. Antibiotiklərin, təzyiq və depressiya dərmanlarının da günəşin təsiri ilə müxtəlif reaksiyalar göstərməsi mümkündür. Onu da qeyd edək ki, yay aylarında günəşin zərərli şüalarından qorunmaq üçün geyimə xüsusi fikir vermək lazımdır. Sıx toxunuşlu, açıq rəngli, pambıq və kətan parçalardan olan yüngül geyimlərə üstünlük verilməlidir. İmkan daxilində ağ rəngli paltarlar seçilməlidir. Çünki ağ paltar günəş şüalarını əks etdirdiyindən bədən qızmır. Aytac Rafiqqızı


22

İNFORMASİYA TƏBABƏTİ Rasim Əliquliyev: «İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir»


23 olmaqla yanaşı həm də informasiya dünyasının – infosfera nın fasiləsiz subyektidir. Insanın informasiya sistemi elə qurulub ki, ətraf mühitdən daim məlumat alır: «İnsan informasiyanı duyğu orqanları vasitəsi ilə qəbul və istehsal edir, eyni zamanda onu ətraf mühitə çatdırır. Bütün bunlar hamısı qapalı bir sistem əmələ gətirir. İnsan canlı varlıq olduğu üçün informasıya qəbulu və ötürülməsinin ona müsbət və mənfi təsirləri olur».

«Qulaq gündə bir söz eşitməsə kar olar» məsəli indiki dövrdə daha aktualdır. Həqiqətən də yaşadığımız cəmiyyəti informasiyasız təsəvvür etmək çətindir. İndi informasiya almadan, məlumat mübadiləsi aparmadan, internetin köməyi olmadan hər hansı sahənin inkişafına nail olmaq da mümkün deyil. Amma etiraf edək ki, bu qədər informasiya bolluğuna rəğmən, onun həyatımıza, səhhətimizə mənfi və ya müsbət təsirləri barədə düşünmürük. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun direktoru, texnika elmləri doktoru, professor, AMEA-nın müxbür üzvü Rasim Əliquliyevlə söhbətimiz də elə bu mövzudadır. Həmsöhbətimiz öncə qeyd etdi ki, insan bioloji varlıq

- Mənfi və müsbət təsirlər deyəndə nələri nəzərdə tutursunuz? - İnsanı əhatə edən informasiya mühiti sağlam olmalıdır. İnformasiya mühiti nə qədər sağlam olarsa bir o qədər də insan sağlam olar. Məsələ burasındadır ki, insan informasiya qəbul edərək özünü , ruhunu sağaldır, qidalandırır. Bir çox xəstəliklərin yaranması sinir sistemi ilə bağlıdır. Belə ki, sinir sisteminin funksiyası pozulur və bu da bütün orqanlara öz təsirini göstərir. Belə hallarda insan informasiya qəbul edərək özünü müalıcə edə bilər. Məsələn, sevdiyi müsiqiyə qulaq asaraq mənəvi qida alar. Gözəl bir rəsm əsərinə baxmaqla, yaxşı bir kitab oxumaqla da insan özü-özünə yardımçı ola bilər. Bu ilk növbədə informsiya bolluğu ilə bağlıdır. Yəni insanın qəbul etdiyi informasiya çox olanda həzm edə bilmir və onda mənəvi yorğunluq əmələ gəlir. Müasir dövrdə isə informasiya bolluğu o həddə çatıb ki, insanlar bundan əziyyət çəkirlər. Sel kimi gələn informasiyanın qarşısını almaq çox çətinləşib. İnsan bioloji varlıq olaraq sel kimi gələn informasiyanın qarşısında acizdir. Çünki onun duyğu orqanlarının yadda saxlamaq, qəbul və emal edərək ətraf

mühitə təqdim etmək imkanları məhdudlaşır. Konkret təsirlərə gəlincə, bir tədqiqat zamanı əldə olunan nəticələri nəzərinizə çatdırmaq istərdim. Eskapizm: qadınlar televizora baxaraq xörəyi yandırırlar, sürücülər radioya qulaq asaraq, mobil telefonla danışaraq qəza törədirlər. Bu isə o deməkdir ki, informasiya qəbul edən insan şərti olaraq başqa mühitə ayrılır. Ona gorə də informasiyanı lazımi vaxtda qəbul etmək doğrudur. Adi qaydada insan bir dəqiqədə 10-15 dəfə kirpiyini qırpır. Kompyuterdə işləyərkən bu hərəkət 60% azalır, bu da gözün səthinin tez qurumasına gətirib çıxarır. Digər tərəfdən, monitora baxanda göz bəbəyi geniş açılır, bu da gözün səthində olan mayenin tez buxarlanmasına səbəb olur. Kitab oxuyanda göz bəbəyi az açılır. Yaş ötdükcə qulaq, göz zəif lədiyi kimi, dad, iybilmə orqanları da zəifləyir. Ona görə də insan qocaldıqca deyir ki, əvvəlki meyvələrin, ətin dadı, ətri vardı, indi hər şeyin ləzzəti qaçıb. Əslində isə, belə deyil, sadəcə olaraq, insan yaşlaşdıqca duyğu orqanlarının həssaslığı azalır. Bundan başqa insan çox kitab oxuyanda, şəraiti dəyişən də tez acır. Çünki yeni informa siya qəbul edir və bu zaman enerjisi paylanır. Qocaların və körpələrin tez-tez yatması da çox informasiya qəbul edə bilməmələrindən irəli gəlir. - İnformasiya bolluğunun təsirləri sırasında onun məzmunu problemi də varmı? - İnformasiya məzmununa görə əsəb sisteminə təsir edir, onun fəaliyyətini pozur və nəticədə orqanlar normal işləmir. Əsəb pozğunluğu və digər bu


24 kimi xəstəliklərin yaranmasına səbəb olur. Bundan başqa informasiyanı məzmununa görə hərə bir cür qavrayır və qavranılan informasiyaya münasibət müxtəlif olur. Məsələn, bir bəd xəbər iki müxtəlif insana müxtəlif təsirlər göstərir. Birinin əhvalı pozulur, digərinə isə təsir etmədiyinin şahidi oluruq. Arzuolunmayan, məsələn təsadüfən televiziyada göstərilən ölüm səhnəsi və yaxud başqa informasiyalar da insanın əsəblərinə pis təsir göstərir. Yeri gəlmişkən, informasi ya nın vaxtında verilməməsi də (məsələn, gecə verilməsi) mənfi təsirlərə malikdir. - Rasim müəllim, informasiya bolluğundan yaxa qurtarmaq mümkündürmü? - İndki dövrdə bu çox vaxt mümkün olmur. Amma bəşər ta rixinə nəzər salsaq görərik ki, informasiyanın az olduğu zamanlarda yaşamaq daha maraqlı və rahat idi. İnformasiya az olduğundan ondan təkrar istifadə olunurdu. Bu halda insan istədiyi, axtardığı informasiyanı daha çox qəbul edirdi.

- Son vaxtlar informasiya ekologiyası, informasiya mədəniyyəti də bir problem kimi qabardılır… - İnformasiya daşıyan siqnalların səviyyəsi indiki zamanda informasiya ekologiyasının ən mühüm problemlərindən biridir. Bura toylarda musiqinin səsinin həddindən artıq çox olması, yollarda maşınların siqnallarının səsi, maqnitafonların yüksək səslə oxudulması və s. hallar daxildir. İnformasiya mədəniyyətinə gəlincə, bu, cəmiyyətin informasiya resurslarından və informasiya kommunikasiya vasitələrindən effektli istifadə etmək bacarığıdır. Elə bir dövrə gəlib çatmışıq ki, həyatımızı texnikasız təssəvvür etmək mümkün deyil.

Bu mənada cəmiyyət müasir texniki vasitə və metodlardan, kompüter texnologiyalarından istifadə etməklə informasiyanın əldə edilməsi və ötürülməsi bacarığına yiyələnməlidir. Burada texniki vasitələrdən düzgün istifadə məsələsi də önə çıxır. Tədqiqatlar göstərir ki, müasir texnikadan düzgün istifadə etmədikdə insanın səhhəti nə mənfi təsir göstərir. Gülnar Mayisqızı


25


26

ÇİMƏRLİYƏ GEDİN, AMMA UNUTMAYIN Kİ… Günəş vannaları qəbul etmək üçün ən ideal vaxt saat 10-dan 12-yə və 16-dan 18-ə qədər olan vaxtdır


27 ÇİMƏRLİKDƏ QİDALANMA

ay gələndə bir çoxları sərin yerlərə, ayrı-ayrı istirahət guşələrinə gedirlər. Bir çox insanlar da çimərliyə üz tuturlar. Günəş şüaları altında uzanıb dərini günə verərək qaralmaq isə əsas məqsədə çevrilir. Mütəxəssislər bunu məqbul hal saysalar da, bəzi qaydalara riayət etməyi məsləhət görürlər. Ancaq təəssüf ki, bəzən gərəkli olan qaydalara riayət etmədiyimiz üçün çimərliklərdən qanı qaralmış və xəstə vəziyyətdə qayıdırıq. Bu yazıda həmin qaydalardan bəziləri haqda söhbət açacağıq.

Çimərliyə gedərkən özünüzlə yemək götürsəniz, yaxşı olar. Bununla orada açıq şəraitdə satılan və keyfiyyətinə bələd olmadığınız qidaları almağa məcbur olmazsınız. Ancaq həddən artıq yemək aparmaq da lazım deyil. Götürəcəyiniz yeməyin miqdarını getdiyiniz qrup üzvlərinin sayına görə təyin edin. Meyvə-tərəvəz, buterbrodlar, bərk bişmiş yumurta, pendir və sərinləşdirici içki çimərlikdə sizin üçün əla yemək çeşidi ola bilər. Ağır, yağlı yeməklər götürmək isə məsləhət deyil. Yeməkləri qumdan qorumaq üçün polietilen örtüyə bükmək lazımdır. Çimərliyə gedərkən yol çantanıza digər lazımlı vasitələri də yerləşdirin. Belə ki, altınıza sərmək üçün örtük, dəsmal və günəş şüalarından qorunmaq üçün kremlərinizi götürməyi unutmayın.

GÜNƏŞ VANNALARI Günəş vannalarını hər kəs qəbul edir, lakin bunu necə etmək lazım olduğunu hamı bilmir. Bəli, аzacıq qaralmaq dəri üçün xeyirlidir. Günəşin ultrabənövşəyi şüaları dəridə D vitamininin yaranmasına kömək edir, dəri cazibədar rəng alır. Lakin unutmayın ki, dərinin qaralması eyni zamanda qüsurları da üzə çıxara bilər. Həddən artıq çox qaralmış dəridə qırışlar aydın nəzərə çarpır. Çimərlikdə günün altında çox qalmaq olmaz. Bu, baş ağrısına, yorğunluğa, zəifliyə, hərarətin yüksəlməsinə səbəb ola bilər. Xüsusən də günəşin intensivliyinin artıq olduğu günorta saatlarında gün altında qalmaq düzgün deyil. Günəş vannaları qəbul etmək üçün ən ideal vaxt saat 10-dan 12-yə və 16-dan 18-ə qədər olan vaxtdır. Həddən artıq isti günlərdə isə saat 11.00-dən


28 17.00-dək günəşdən uzaq olmaq məsləhətdir. Çimərliyə getdiyiniz ilk günlərdə günəş altında az qalmağa çalışın.

GÖZÜNÜZÜ VƏ SAÇINIZI QORUYUN Çimərliklərdə olarkən birtərəfli yanmamaq üçün hər 5 dəqiqədən bir vəziyyətinizi dəyişsəniz, yaxşı olar. Bu üsulla 1 saata qədər günün altında qalmaq olar. Təbii ki, bu müddət ərzində bir neçə dəfə kölgəyə çəkilmək və suya girmək lazımdır. Günün birbaşa təsirindən qorunmaq üçün çətirlərdən də istifadə edə bilərsiniz. Dərinizin eyni dərəcədə yanması üçün düzgün uzanmağa da diqqət yetirməyiniz lazımdır. Uzanarkən günəş şüalarının birbaşa bədənə düşməsinə fikir verin, ayaqlar isə günün olduğu tərəfə yönəlsin. Başınıza açıq rəngli panama, yaxud saman şlyapa qoysanız, yaxşıdır. Bununla həm gün vurmanın qarşısını alarsınız, həm də saçlarınızı ultrabənövşəyi şüaların mənfi təsirindən qorumuş olarsınız. Çünki bu şüalar saçı zəif və solğun edir. Gözünüzü parlaq gün işığından qorumaq üçün çimərliyə gedərkən tünd şüşəli eynək götürün. Tünd eynəklər göz

ətrafının zərif dərisinin erkən qırışmasının da qarşısını alır. Gün eynəklərinizin ultrabənövşəyi şüaları keçirməmə qabiliyyətinin olmasına da diqqət yetirin. Eyni zamanda günün altında olduğunuz bütün vaxtı eynəklə keçirməyin. Sonra göz ətrafı dərinin rəngi üzün dərisindən kəskin şəkildə fərqələnər.

masının qarşısını alır. Göz ətrafı dəri üçün də xüsusi vasitələr mövcuddur. Onların tərkibində yerkökü, vitaminlər və yağlar olur. Belə kremlərdən çimərliyə getdiyiniz ilk günlərdə istifadə edə bilərsiniz. Dodaqları da günəş şüalarından qorumaq lazımdır. Bu məqsədlə gigiyenik dodaq boyalarından istifadə edin.

GÜNDƏN QORUNMA VASİTƏLƏRİ

YAŞIN FƏRQİ VAR…

Düzgün günəş vannası qəbul etmənin və sağlam qaralmanın əsas şərtlərindən biri də müxtəlif qoruyucu vasitələrdən istifadədir. Bu vasitələr iki qrupa bölünür: 1. Gün vannası qəbul edərkən çəkilməsi zəruri olan vasitələr müxtəlif kremlər, yağlar, kosmetik südlər, gigiyenik dodaq boyaları və s. 2. Çimdikdən sonra bədən üçün lazım olan vasitələr - duş üçün gel, şampun, nəmləndirici krem və s. Üz üçün olan qoruyucu vasitələr bədən üçün olanlardan keyfiyyətinə görə fərqlənməli və günəşdən qoruma faktoru (SPF) daha artıq olmalıdır. Tərkibində E vitamini və aloye olan kremlər ən yaxşıları hesab edilir. Çünki bu komponentlər dərinin tez qocal-

Gündə qaralmaq fikrinə düşməzdən əvvəl, yaşınızı da yada salsаnız, yaxşı olar. Yaşı 40-ı ötmüş insanlar günəş şüalarının təsirinə qeyri-ciddi yanaşmamalıdırlar. Azyaşlı uşaqları da günəşin zərərli təsirlərindən qorumaq lazımdır. Çimərliyə gedərkən ətir, ətirlənmiş salfet və bu kimi vasitələrdən istifadə etməyin. Onların çoxunun tərkibində günəş şüasının təsirilə dəridə piqment ləkələri əmələ gətirən maddələr var. Çimərliyə gedərkən kosmetik vasitələrdən istifadəni ağlınıza belə gətirməyin. Çünki ustalıqla çəkilmiş makiyaj da günün altında əriyir və pis görünüş alır. Makiyajdan istifadə etməməklə, dərinizin rahat nəfəs almasına da imkan vermiş olarsınız. Çimərlikdən və gün van-


29 nalarından sonra da dərini diqqətdən kənarda qoymaq olmaz. Duzlu sudan və günəşdən sonra mütləq ilıq su ilə yuyunmaq lazımdır. Bundan sonra dərinizə qatıq, xama çəkə bilərsiniz. Bunları bədəninizdə müəyyən qədər saxladıqdan sonra ilıq su və sabunla yuyunun. Qatığı soyuq nanə dəmləməsindən hazırlanan kompreslə də əvəzləyə bilərsiniz. Ancaq ən yaxşısı gün üçün xüsusi vasitələrdən istifadə etməkdir. Xüsusən də dərinizdə ağır günəş yanıqları yaranıbsa, xama və qatıq kimi vasitələrdən istifadə etmək məsləhət görülmür.

TƏHLÜKƏSİZLİK TƏDBİRLƏRİ Çimərlikdə ən çox sudan zövq alırıq. Ancaq suya girərkən ehtiyyatı da əldən vermək düzgün deyil. Uzun müddət günün altında qaldıqdan sonra birbaşa suya girmək olmaz. Bu, spazma və qıcolmalara səbəb ola bilər. Çimmək istəyirsinizsə, bunu çimərliyə gələn kimi edin. Suya girərkən əvvəlcə bədəninizi əlinizlə isladın, temperatura alışdıqdan sonra tamamilə suya girin. Suda uzun müddət hərəkətsiz qalmayın. Ətraflarınızda qıcolma əmələ gəldiyi tədqirdə sudan çıxın və bədəninizi tam qurulayın. Digərləri ilə yarışmaq bəhanəsi ilə dərin yerlərə üzüb, həyatınızı risk altına salmayın. Xüsusən də spirtli içki qəbul

etdikdən sonра suya girməkdən uzaq qaçın.

ÇİMƏRLİKLƏRİN FƏSADLARI Dəniz suyu ilə yoluxan xəstəliklər bunlardır; mədə-bağırsaq, nəfəs yolları, qulaq, göz və dəri infeksiyaları. Bundan başqa gigiyenik cəhətdən təmiz olmayan çimərliklər qadınlarda sidik kanalı infeksiyalarına da səbəb ola bilər. Bu halın simptomları; tez-tez sidik ifrazı, sidik ifrazı zamanı yanma və ağrılar. Bəzən ağrılar bel nahiyəsinə də vura bilər. Bəzi xəstələrdə isə yüksək temperatur və titrəmələr də ortaya çıxır. Hansı ehtiyat tədbirləri görülməlidir? - Kanalizasiya qarışan yerlərdə və şiddətli yağıntılardan sonra dənizə girmək olmaz. - Çirkli bölgələrdə, üzü köpüklü və yaşıl görünən suda üzmək olmaz. - Dəniz suyunu mümkün olduğu qədər udmamaq lazımdır (suya baş vurarkən burun tutulmalıdır). - Dəridə sıyrıq və kəsik yerlər varsa, dənizdən çılxdıqdan sonra təmiz su və sabunla həmin yerlər yuyulmalıdır. - Qulaq infeksiyalarının qarşısını almaq üçün qulaqcıqlardan istifadə etmək lazımdır. - Göz infeksiyalarından qorunmaq üçün dəniz gözlüyündən istifadə etmək lazımdır.

Çimərliklərdə edilən ən böyük səhvlərdən biri də yaş çimərlik paltarı ilə uzun müddət oturmaqdır. Bu hal hər iki cinsin nümayəndələri üçün xəstəlik qaynağıdır.

ÇİMƏRLİKDƏ QADAĞANDIR Qadağan olunmuş işarələr qoyulan yerlərdə çimmək; Sərhəd qoyulmuş ərazilərdən kənara üzmək; Suda üzən motorlu, yaxud avarlı qayıqlara, gəmilərə və digər üzən qurğulara yaxınlaşmaq, bu məqsəd üçün nəzərdə tutulmayan qayıqlardan suya tullanmaq; Su hövzəsini və sahili çirkləndirmək, zibilləmək; Sərxoş vəziyyətdə çimmək; İt və digər heyvanları çimərliyə gətirmək; Bu məqsəd üçün ayrılmamış yerlərdə idman oyunları oynamaq, suda olarkən şıltaqlıq etmək, məsələn suya batıb çimən adamın ayağından tutmaq, yalançı həyəcan səsləri vermək və s.; Taxta, şalban, hava ilə doldurulmuş avtomobil kameraları və döşəklər üzərində üzmək və s.; Az yaşlı uşaqları nəzarətsiz qoymaq. Xəyalə Mustafayeva


30

YAY - DƏRİ XƏSTƏLİKLƏRİNİN

ARTAN FƏSLİ


31 lə xəstəliklər var ki, müəyyən fəsillərdə özünü daha da qabarıq büruzə verir. Məsələn, yay aylarında dəri xəstəlikləri daha geniş yayılır. Dəri xəstəlikləri müxtəlif qruplara bölünür: onlardan infeksion xəstəlikləri, virus dermatozlarını, dərinin parazitor xəstəliklərini, göbələk xəstəliklərini, allergik dəri xəstəliklərini və s. göstərmək olar. Yay aylarında daha çox müşahidə edilən dəri xəstəliklərindən biri qoturluqdur. Qoturluq dərinin parazitor xəstəlikləri qrupuna daxildir. Bu xəstəlik insanlara qoturluq gənələri vasitəsi ilə yoluxur. Xəstəlik yaşlılarda qarında, sağrıda və xarici cinsiyyət orqanlarında, qadınlarda döş giləsinin ətrafında, barmaq arası büküşlərdə, büzdüm nahiyəsində müşahidə edilir. Körpə və südəmər uşaqlarda isə qoturluq ovuc və ayaqaltı səthlərdə, dirsək nahiyəsində, üzdə təzahür edir. Sadalanan hissələrdə səpkilərin olması, gecə qaşınması halları qoturluq xəstəliyindən xəbər verir. Qoturluq xəstəliyinin müalicə edilməsində müxtəlif məlhəmlərdən və məhlullardan istifadə edilir. Ancaq bu zaman mütləq həkimə müraciət etmək lazımdır. 1990-cı illərdə daha çox rast gəlinən bu xəstəlik son vaxtlar azalmaqdadır. “Yayın dəvətsiz və xoşagəlməz qonaqları”ndan biri də göbələkdir. Göbələk xəstəlikləri dəri xəstəliyinin böyük bir qrupunu təşkil edir. Onlara dermatomikozlar, deramatofitiyalar, kandidozlar və dərin mikozlar aiddir. Göbələk dəridə, dırnaqların altında çoxalan və mikroskopla görülə bilən kiçik orqanizmlərdir. Bu orqanizmlərə müxtəlif yerlərdə, xüsusilə də ayaqqabılarda, dəsmallarda, ümumi hamamlarda, gimnastika salonlarında, üzmə hovuzlarının pilləkənlərində və otel xalılarının üzərində çox rast gəlinir. Bəs göbələk xəstəliklərinin

qarşını almaq üçün nə etmək lazımdır? Həkimlərin tövsiyə etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq. - Dənizdən çıxdıqdan sonra bədəninizi yaxşıca qurulayın. - Hovuzda, dəniz kənarında başqasına aid səndəl, ayaqqabı və dəsmaldan istifadə etməyin. - Yaş metlax üzərində çılpaq ayaqla gəzməyin. - Xəstəliyə ayaqda daha çox rast gəlinir. Bu səbəbdən də ayaqqabınızı nəm saxlamayın. Ayağı tərlətməyən ayaqqabılara üstünlük verin. - Göbələk xəstəlikləri inadcıldır və müalicəsi uzun çəkir. Ona görə də həkimlərin məsləhətlərinə qulaq asmaq lazımdır. Xüsusən də genital bölgələrdə yaranan göbələk xəstəliyi yay aylarında daha da artır. Bu bölgələrin çox isti və nəm qalması göbələk törəməsi üçün ideal zəmin hazırlayır. Hovuz və dəniz kənarında yaş çimərlik paltarını əyninizdə çox saxlamayın, onu dəyişsəniz, göbələyin yaranmasının qarşısını nisbətən almış olarsınız. - Dar və sintetik geyimlər geyinməkdən çəkinin. - Pambıqdan olan alt paltarları geyinin. - Ətirli tualet kağızlarından istifadə etməyin. Çünki onlar infeksiya mənbəyinə çevrilə bilər. Göbələk xəstəliyinin növlərindən olan kandidozlara isə daha çox qadınlarda rast gəlinir. Bu xəstəlik barmaqarası büküşlərdə, qasıq büküşlərində, döş vəzinin altında, qoltuq altı büküşlərdə əmələ gəlir, dəri qızartısı, şişkinlik və sulanma ilə müşahidə edilir. Büküşlərin kandidozu olan xəstələr mütləq şəkərli-diabetlə əlaqədar müayinədən keçməlidirlər. Çünki şəkəri olan xəstələrdə büküşlərin kandidozu xəstəliyinə daha çox təsadüf edilir. Yay aylarında insanların tez-tez yoluxduğu xəstəliklər sırasında müxtəlif allergiyaları da göstərmək olar. Kimyəvi maddələrdən və dərman preparatlarından, çeşidli süni qidalardan istifadə edilməsi, həmçinin ekoloji dəyişiklik yay mövsümündə allergik xəstəliklərin çoxalmasına səbəb olur. Allergik dermotitlər və ya

kantakt dermotitləri müxtəlif amillərin bilavasitə dəriyə təsiri nəticəsində əmələ gəlir və bu dəridə qızartı, sulanma, qabıqlanma ilə müşahidə olunur. Toksikodermiyalar isə müxtəlif vasitələrin – dərman preparatlarının, qidaların bilavasitə orqanizmə daxil olması nəticəsində yaranır. Xəstəlik dəridə qızartılarla bərabər, qaşınma ilə də müşahidə edilir. Dermatit və toksikodermiyaların müalicəsində ilk növbədə xəstəliyi əmələ gətirən səbəb aradan qaldırılmalıdır. Allergik xəstələr onlara ziyan verən hər hansı bir dərmanı, kimyəvi maddələri təkrarən qəbul etməkdən çəkinməlidirlər. Toksikodermiyaların ağır formalarından olan layer sindromu isə ölümlə nəticələnə bilər. Odur ki, allergiya xəstəlikləri olan insanlar mütləq vaxt itirmədən həkimə müraciət etməlidirlər. Yay aylarında əsasən günəş şüaları altında işləyən insanlarda fotodermatozlar çoxalır. Fotodermatozlar günəş şüalarının, əsasən də ultrabənövşəyi şüaların təsirindən yaranır. Bədənin açıq yerlərində - üzdə, başda, əllərdə qızartı, şişkinlik, qabıqlanma, düyüncüklər və piqmentasiya ilə müşahidə edilir. Fotodermatozların müalicəsində həkim məsləhəti ilə müxtəlif dərmanlar qəbul etmək lazım gəlir. Bununla bərabər bədənində fotodermatoz olanlar günəş şüalarından qorunmalı, örtülü yerlərdə işləməli, günəş şüalarına qarşı qoruyucu kremlərdən istifadə etməlidirlər. Çimərlik mövsümü ilə əlaqədar fotodermatozlu, həmçinin qırmızı qurd eşənəyi olan xəstələrin günəşli havada dənizə getməmələri, günəş şüaları altında olmamaları məsləhət görülür. Dəridə hansısa problemləri olan xəstələr mütləq həkimdən yardım almalı, özbaşına müalicə fikrinə düşməməlidirlər. Çünki dəri - insan orqanizmini xarici təsirlərdən qorumaqla yanaşı, maddələr mübadiləsində iştirak edir, orqanizmin temperaturunu tənzimləyir, zərərli maddələrin orqanizmdən xaric olunmasında mühüm rol oynayır. Samirə Əhmədova


32

GİZLİ TƏHLÜKƏ


33 ay aylarında sağlamlıqla əlaqədar qarşımıza çıxan problemlərin əksəriyyəti qida zəhərlənmələri ilə bağlı olur. Bunun səbəbi tərkibi təmiz olmayan çiy suların, mənşəyi bəlli olmayan, xarici ölkələrdən gətirilən və gün altında satılan vaxtı ötmüş qida məhsullarının, müxtəlif zəhərli gübrələrlə becərilmiş bostan bitkilərinin, tərəvəzlərin qəbul edilməsidir. Ləzzətinə aldanıb keyfiyyətinə fikir vermədən istifadə etdiyimiz qidaların əziyyətini sonra çəkirik, yalnız zəhərlənmələrə məruz qaldıqda diqqətli olmağa başlayırıq. Ancaq unutmaq lazım deyil ki, qəbul etdiyimiz qidalara qarşı laqeydlik göstərməyimiz ölümlə nəticələnə bilər.

EHTİYAT ALICININ YARAŞIĞIDIR Yay aylarında zəhərlənmələrə daha çox səbəb olan qidalar, zəhərlənmənin ilkin əlamətləri və qarşısının alınması haqda “Ailə həkimi” jurnalının məsləhətçisi, tibb elmləri doktoru, professor Maqsud Qasımovla söhbətləşdik. Maqsud Qasımovun sözlərinə görə, yay aylarında zəhərlənmə hallarının artmasının başlıca səbəbi qida məhsullarının əlverişsiz şəraitdə saxlanmasıdır: “Əhalinin sanitargigiyenik biliyi aşağı səviyyədə olduğundan, onlar qidaların təmizliyi və saxlanması ilə əlaqədar bir çox qaydalara əməl etmirlər. Ancaq unutmaq lazım deyil ki, zəhərlənməyə yol açan mikroblar natəmiz şəraitdə, təmiz olmayan sularda daha çox inkişaf edir. Bu baxımdan küçələrdə açıq şəraitdə meyvətərəvəzin satılması düzgün deyil. Günlərlə birbaşa günəş şüasının altında qalan məhsulların tərkibində toksiki maddələr çoxalır. Həmçinin küçənin tozu-torpağı, avtomobillərin zəhərli tüstüsü bu qida məhsulları-

na qarışaraq, zəhərlənmələrə səbəb ola bilər. Xüsusilə də ət məhsullarının açıq şəraitdə satışı onlarda bakteriyalar əmələ gətirir ki, bu da zəhərlənmələrə səbəb olur”.

«ZOLAQLI QATİL» Yay aylarında qarpızla bağlı olan zəhərlənmə halları çoxluq təşkil edir. Bu bostan bitkilərinin dərmanlanmış halda satışa çıxarılması və süni şəkildə böyüdülməsi zəhərlənmələrin əsas səbəbidir. Qarpızın tərkibində olan nitratlar orqanizmdə olan toksiki nitritlərlə əlaqəyə girirərək baş gicəllənməyə və mədə pozğunluğuna səbəb olur. Odur ki, günün altında günlərlə saxlanan qarpızları almamaq məsləhətdir. Həmsöhbətimiz içərisində ağ düyünlər olan qarpızı yeməməyi məsləhət görür: “Qarpız alan zaman onun böyüyünə üstünlük verilməməlidir. Çünki Azərbaycanda normal qarpız 3-6 kq arasında ola bilər. Qabığı isə təxminən 0,5 sm olmalıdır. Qarpız alarkən onun təzəliyinə də diqqət yetirmək lazımdır. Saplağı yaşıl qarpızlar təzə dərilmiş olur. Kimyəvi maddə vurulan qarpızlar həddindən artıq iri olur və içərisi bir qədər sarımtıl rəngə çalır”. Bəzən eyni qarpız və ya yemişdən bir neçə nefər yesə də, yalnız biri zəhərlənə bilər. Bu tərəvəzə vurulan kimyəvi maddənin yığıldığı hissənin onlardan hansının payına düşməsindən asılıdır. Onu da qeyd edək ki, bostan bitkilərindən zəhərlənmə halları uşaqlar və yaşlılar arasında çoxluq təşkil edir. Mövsümlə bağlı meyvə və tərəvəzlərdən zəhərlənmə təhlükəsi də artır. Çünki kartof, soğan, pomidor, xiyar, bibər, badımcan, lobya, çiyələk və digər məhsulları vaxtından əvvəl satışa çıxarmaq üçün onlara kimyəvi dərmanlar vururlar. Bu maddələr əsasən qabıq və qabıqaltı hissələrə toplanır. Ona görə də meyvə-tərəvəzin qabığını qalın soymaq lazımdır ki, zəhərlənmə təhlükəsi az olsun.

Bundan başqa meyvə-tərəvəzi, göy-göyərtini soyuq su ilə yuduqdan sonra ilıq suda da yumaq lazımdır. Əks təqdirdə ziyanverici bakteriyalar dizinteriya və digər xəstəliklər yaradır ki, bu da insan həyatı üçün təhlükəlidir.

SUSUZLUĞUN ZƏRƏRLİ ƏLACLARI İsti hava şəraitində susuzluğumuzu yatırmaq üçün müxtəlif sərinləşdirici içkilərdən, dondurmalardan istifadə edirik. Amma çox vaxt onun keyfiyyətinə fikir vermirik. M.Qasımovun sözlərinə görə, dondurmalar və sərinləşdirici içkilər steril qaydada hazırlanmadıqda və vaxtı keçdikdə zəhərlənmələrə yol açır: «İsti havalarda sərinləşdirici içkiləri yalnız bir gün soyuducudan kənarda saxlmaq olar. Bir gündən sonra mütləq soyuducuya qoyulmalıdır. Onu da nəzərinizə çatdırım ki, keyfiyyətli sərinləşdirici içkilər şəffaf, çöküntüsüz olur». Yayda susuzluğun yatırılmasında istifadə edilən məhsullardan olan dondurmaya gəlincə, saxlanma şəraiti pis olarsa, bu məhsul da zəhərlənmə ilə nəticələnir. Məlumat üçün bildirək ki, dondurmanın saxlanılma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Anbarlarda xüsusi temperaturda meyvə-giləmeyvə dondurmasını 1,5 ay, kərəli və südlü dondurmanı 2 ay, plombir dondurmasını 3 ay saxlamaq olar. Ticarət obyektlərində isə dondurmaları 120 C-dən yüksək olmayan temperaturda 5 gündən artıq saxlamaq düzgün deyil. Ucuz dondurmalarda təhlükə riski daha çoxdur. Çünki belə dondurmalar vaxtı keçmiş quru süddən hazırlanır.

MİKROB ÜÇÜN ƏLVERİŞLİ MÜHİT Yay aylarında kolbasa və sosikalardan, toyuq budlarından, müxtəlif balıq növlərindən, konservləşdirilmiş məhsullardan və dönərdən zəhərlənmələr də çoxalır. Yay aylarında zəhərlənməyə səbəb


34 olan qida məhsullarından biri də göbələkdir. İsti havalarda yeməklərin alüminium qablarda saxlanması nəticəsində də zəhərlənmələr baş verir. Ona görə də isti havada yeməklərin saxlanma şəraitinə xüsusi fikir vermək lazımdır. Çünki bişiriləndən sonra otaq temperaturunda saxlanılan yeməklərdə bakteriyalar əmələ gəlir. M.Qasımov yay aylarında ət yeməklərini uzun müddət saxlamağın düzgün olmadığını bildirir: “Çünki ətli xörəklər müxtəlif mikrobların çoxalması üçün əlverişli mühit hesab olunur. Soyuducuda saxlanan yeməklərin yalnız yeyəcəyiniz qədərini isidin. Əslində xörəyi bir dəfəlik istifadə üçün bişirmək məsləhətdir. Xüsusilə də yay aylarında. Əks halda yeməyin tərkibində olan mikroblar çoxalar, patogen şəkil alaraq, orqanizmdə patoloji dəyişikliklərə səbəb olar”. Yay aylarında kremli məhsullardan, müxtəlif şirniyyatlardan, şokoladlardan, tortlardan da zəhərlənmə halları olur. Həmçinin süd və süd məhsulları, çiy yumurtadan hazırlanan mayonezlə də ehtiyatlı olmaq lazımdır. Zəhərlənməyə səbəb olan amillərdən biri də ev quşlarında və çiy yumurtalarda olan Salmonella bakteriyalarıdır. Mütəxəssisin sözlərinə görə, Salmonella bakteriyalarını məhv etmək üçün ət və yumurta yaxşı qaynadılmalıdır. M.Qasımovun sözlərinə görə, zəhərlənmə zamanı mikrob qana keçdiyi təqdirdə insanda sepsis baş verər. Bəzən belə xəstələrin həyatını xilas etmək mümkün olmur. Onu da qeyd edək ki, yay aylarında azyaşlılar daha çox zəhərlənməyə məruz qalırlar. Bunun əsas səbəbi uşaqların meyvə şirələrinə, yoqurta, sərinləşdirici içkilərə, şokaladlara daha çox meylli olmaları ilə bağlıdır. Həmçinin onların orqanizmlərinin müqaviməti böyüklərə nisbətən zəif olduğundan zəhərlənməyə daha çox məruz qalırlar. Odur ki, valideynlər uşaqlarına verdikləri qidalarla bağlı daha diqqətli olmalıdırlar.

ZƏHƏRLƏNMƏ ÖZÜNÜ NECƏ BÜRUZƏ VERİR? Qida maddələri ilə zəhərlənmə bir neçə saat sonra ürəkbulanması, kəskin zəiflik, qızdırma, qarınüstü nahiyədə köpmə və ağrı, qanlı sidik ifrazı, qusma şəklində özünü büruzə verir. Qusma qarın işləməsi ilə müşayiət olunur, eyni zamanda qarında sancı şəklində ağrılar baş verir. Çox vaxt bədən temperaturunun yüksəlməsi ilə yanaşı, başda və bədəndə ağrı əmələ gəlir. Zəhərlənmənin ağır formalarında tor görmə də müşahidə olunur. Bu hal gec aşkarlandıqda, huşun müvəqqəti itməsi, ürək-damar sistemində pozğunluqlar, həmçinin arterial təzyiqin düşməsi halları baş verir: «Onu da qeyd edim ki, qusma və ishal nəticəsində orqanizmdə su itkisi olduğundan ölüm halları baş verə bilər. Zəhərlənmə aradan qaldırıldıqdan sonra orqanizmin su itkisini təmin etmək və enerjinin bərpası məqsədilə şirin qidalar yemək və bol miqdarda su içmək tövsiyə olunur». M.Qasımov zəhərlənmə zamanı həkim köməyindən yararlanmağın zəruri olduğunu bildirir: “Zəhərlənmə baş verdikdə, ilk növbədə mədə çay sodasından hazırlanmış məhlul ilə yuyulmalıdır. Konservləşdirilmiş məhsullardan zəhərlənmə halı baş verdikdə isə xəstəyə mütləq zərdab vurulmalıdır. Bəzi hallarda məcburi qusma yaratmaq qida vasitəsilə zəhərlənməyə qarşı düzgün yardımdır. Belə ki, qusma zəhərin mədədən həzm prosesi gedən nazik bağırsağa keçməsinin qarşısını alır». Bəzən eyni yeməyi iki nəfər yesə də, biri zəhərlənir, o birisi isə yox. Professor M.Qasımov bunun yaşdan, orqanizmdən, immunitet sistemindən və zəhərlənməyə səbəb olan bakteriyalardan asılı olduğunu deyir.

BOTULİZMZƏHƏRLƏNMƏNİN ƏN KƏSKİN FORMASI Qida zəhərlənməsinin ən kəskin forması botulizm xəstəliyidir. Bu xəstəlik bütün dünyada geniş yayılıb. Afrikada bu xəstəliyə tutulanların 68 faizi ölür. Avropada bu rəqəm 4-18 faiz təşkil edir. Azərbaycanda isə botulizm xəstələrinin arasında ölüm göstəricisi 7-14 faizdir: “Digər xəstəliklər kimi botulizmin də inkubasion (gizli) dövrü və inkişaf mərhələsi var.Gizli dövr 24 saatdan 4- 5 günə qədər uzana, 7-8 saata qədər qısala bilər. Bu xəstəliyin gizli dövrdən sonrakı mərhələsində ilkin simptomlar baş qaldırır ki, bu da üç istiqamətdə olur: birincisi, diareya-qusma, ishal başlayır; ikincisi, görmə qabiliyyəti itir, xəstə tor görür, haldan düşür, temperaturu yüksəlir, qan təzyiqi düşür, intoksikasiya başlayır; üçüncüsü, baş beyində paralic əmələ gəlir və udlağa təsir edir, udlağın iflicindən xəstənin dili topuq vurur, su belə içə bilmir, tənəffüsü çətinləşir. Belə hallarda xəstəyə kompleks müalicə təyin edilir. Müalicədən sonra 20-30 faiz xəstələrdə bərpa olunan əlillik qalır. Bura əsəbilik, gözün zəifləməsi, danışığın itməsi aid oluna bilər. Bu çatışmazlıqlar 6 aya, 1 ilə aradan qalxır”. Botulizm ən çox balıqlardan və konserviləşdirilmiş məhsullardan istifadə etdikdə baş verir. Bu xəstəliyi yaradan mikrob anaerob adlanır və əsasən havasız mühitdə inkişaf edir. Odur ki, ev xanımlarına, qışa ehtiyat görərkən meyvə-tərəvəzi yaxşı sterilizə etmək məsləhət görülür. Qida zəhərlənmələrinin ən böyük səbəbi istifadə etdiyimiz məhsulların keyfiyyətinə, təmizliyinə fikir verməməyimiz, sağlamlığımıza qarşı laqeyd yanaşmağımızdır. Sağlamlığımıza ciddi yanaşsaq, qəbul etdiyimiz qidaların və içkilərin keyfiyyətinə diqqət yetirsək, zəhərlənmələrdən az da olsa sığortalanmış olarıq. Aytac Rafiqqızı


35


36

ŞƏHƏR XƏSTƏLİKLƏRİ

on illər bütün dünyada urbanizasiya prosesi elə sürətlənib ki, artıq əksər ölkələrdə şəhər sakinləri kənddə yaşayanların sayını üstələyib. Hamı daha rahat, az hərəkətli şəhər həyatına can atır. Əgər 1950-ci ildə dünyada 5 milyondan çox əhalisi olan cəmi 5 şəhər var idisə, 2000-ci ildə belə meqapolislərin sayı 60-ı keçdi. Azərbaycan da bu prosesdən kənarda qalmayıb. İki milyon nəfərin yaşamasına hesablanan

Bakı şəhərində qeyri-rəsmi məlumatlara görə, hazırda 4 milyondan çox əhali yaşayır. Şəhərdə yaşamağa can atanlar isə heç özləri də bilmirlər ki, kəndin göy çəmənləri, sərin bulaqları, yaşıllıqlarına dəyişdikləri şəhərin boz asfaltı, benzin qoxusu verən havası, beton evləri, səs-küyü onlara hansı xəstəlikləri qazandırır. Bu yazıda şəhər xəstəlikləri adı altında qruplaşdırılan həmin azarlardan bəhs etmək niyyətindəyik.

XƏBƏRİNİZ VARMI… Hazırda şəhər apteklərində ən çox satılan dərmanlar antidepresantlar və ağrıkəsicilərdir, çoxumuzun səs-küylü şəhərdə keçən ağır iş günü ya bir həb antidepresant, ya baş ağrısı dərmanı, ya da yuxugətirici preparat içməklə bitir. Halbuki kənddə yaşayanların çoxu ömürlərində bir dəfə də olsun, bu dərmanların dadına baxmayıblar. Məsələ burasındadır ki, hazırda şəhərlərin havasında zərərli maddələrin konsentrasiyası


37 kəndlərə nisbətən 20 dəfə artıqdır. Belə hava ilə nəfəs alanlarda isə ən müxtəlif xəstəliklər baş qaldıra bilər.

AVTOMOBİLLƏR SAĞLAMLIĞIMIZA NECƏ ZİYAN VURUR? Şəhər atmosferini əsasən, avtomobillər çirkləndirir. Bir avtomobil orta hesabla il ərzində 15 min kilometr yol gedir. Bu isə o deməkdir ki, təkcə bir maşın il ərzində 2 ton yanacaq yandırır və nəfəs aldığımız havaya 700 kiloqram dəm qazı, 400 kiloqram azot oksidi, 230 kiloqram karbohidrogen və digər zərərli maddələr atır. Avtomobillərdən çıxan tüstü havadan ağır olduğundan, bütün bu zəhərli maddələr torpağın üstünə çökür və nəfəs aldığımız havanı əməlli-başlı zəhərləyir. Əgər mənzilinizdə maşınlardan çıxan tüstünün iyini hiss edirsinizsə, havada belə zəhərli maddələrin normadan artıq olduğuna qətiyyətlə əmin ola bilərsiniz. Bir müasir avtomobil havaya 200 qrama yaxın müxtəlif zəhərli maddələr buraxır ki, onların da hərəsi bizim orqanizmimizə bir cür ziyan vurur. Məsələn, maşınlardan çıxan karbohidrogenlər insan sağlamlığı üçün çox təhlükəlidir. Karbohidrogenlərin sırasına aid edilən benzopiren güclü konserogen maddə sayılır və əsasən, leykomiyaya, uşaqların anadangəlmə eybəcərliklərlə doğulmasına səbəb ola bilər. Özü də, bu maddə üçün təh-

lükəsiz hədd yoxdur! O istənilən miqdarda, hətta lap az həcmdə belə, insan orqanizmi üçün təhlükə yaradır. Avtomobillərdən çıxan bu maddə ən çox parklardakı gül kollarının, qazonların üstündə toplanır. Parklar isə uşaqların ən çox oynadığı yerdir. Əlini bu güllərə toxundurub, ağzına aparan uşaq həmin maddəni udmaqla müxtəlif xəstəliklər qazana bilər.

ÖLÜM HALLARININ 20 FAİZİ EKOLOJİ PROBLEMLƏRLƏ BAĞLIDIR Şəhərdə şütüyən avtomobillər dəm qazının da əsas mənbəyi sayılır ki, bu da insan orqanizminə mənif təsir göstərən zəhərli birləşmədir. O qanda oksigenin miqdarını azaldır, dərketmə qabiliyyətini aşağı salır, şərti refleksləri ləngidir, insanı yatırdır. Dəm qazı həm də baş ağrıları yaradır, bütövükdə sinir sisteminə mənfi təsir göstərir. Ürəyin işini və qan dövranını da çətinləşdirir. Bu maddə hətta ölümcül təsir də göstərir. Avtomobillərin havaya buraxdığı azot oksidi isə insanlarla yanaşı, bitkilərə və digər canlı orqanizmlərə də mənfi təsir göstərir. O, bitkilərin inkişafını ləngidir, insanlarda isə tənəffüs yolları, ağ ciyərlərin fəaliyyətini pozur. Havada azot oksidinin normadan artıq olması yoluxucu xəstəliklərin yayılma ehtimalını da artırır. Avtomobillər havanı nikel, xrom, dəmir, arsen («siçan

zəhəri»), marqanes, sink kimi ağır metallarla da zəhərləyir. Onların bəziləri isə hətta insan orqanizmi üçün əməlli-başlı təhlükə yarada bilər. Bu maddələr əsasən, canlı orqanizmlərin üzərində toplanır və balıq, inək südü kimi heyvan mənşəli qida maddələri vasitəsilə insan orqanizminə düşür. Ağır metallar əsəb və qan dövranına mənfi təsir göstərir. Ən başlıcası isə uşaqlarda əqli çatışmazlıqlara səbəb olur. Dünya Səhiyyə Təşkilatının məlumatlarına görə, avtomobillərin havanı çirkləndirməsi nəticəsində ürək və tənəffüs yollarının xəstəliklərindən Avstriya, İsveç və Fransa kimi ölkələrin iri şəhərlərində hər gün 21 min insan dünyasını dəyişir. Bu rəqəm isə həmin ölkələrdə yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayından çoxdur. Ümumiyyətlə, inkişaf etmiş ölkələrdə ölüm hallarının 20 faizi bilavasitə ekoloji problemlərlə bağlıdır.

«ASTA QATİL» «Şəhər xəstəlikləri»nin bir mənbəyi də meqopolislərdə ildənilə artan səs-küydür. Əgər 40 il əvvəl Bakı küçələrində addımlayanda qulağımıza şən uşaq səsləri, quşların civiltisi, aradabir səslənən tramvay zəngləri gəlirdisə, indi yolllarda çoxsaylı tikintilərin və maşınların səsindən başqa heç nə eşitmək mümkün deyil. Şəhərdə səs-küy o qədər artıb ki, artıq küçədə addımlayanda yanınca gedən yoldaşının dediyi sözü belə eşitmirsən. Bir o qədər də


38 əhəmiyyət vermədiyimiz bu səsküy isə insan orqanizminə çox böyük ziyan vurur. Əbəs yerə şəhərlər üçün səs-küy norması müəyyənləşdirməyiblər ki! Səs-küy də kimyəvi zəhərlənmə kimi «asta qatil» hesab olunur. Hətta orta əsrlərdə boynun vurulması prosesini məxsusi olaraq kilsə zənglərinin altında həyata keçirirdilər. Zəngin səsi cəllad hələ baltasını qaldırmamış insanı yavaş-yavaş öldürürmüş… Şəhər səs-küyünün insan orqanizminə təsiri yaşdan, eşitmə qabiliyyətindən, səsin davametmə müddətindən və xarakterindən asılıdır. O, normal istirahətə mane olur, eşitmə qabiliyyətini azaldır, insanın psixikasına mənfi təsir göstərir. Müasir şəhərlərin səs-küyü həm insanlar, həm də digər canlı orqanizmlərdə ağrılı reaksiyalara səbəb olur. Məsələn, uçan reaktiv təyyarənin səsi arıların oriyentasiya qabiliyyətini itirmələri ilə nəticələnir. Bu səs hətta yuvada açıq halda olan quş yumurtasının çatlamasına da səbəb ola bilər. Nəqliyyat və istehsalat səsküyü isə insanı yorur, qıcıqlandırır, fikrini cəmləşdirməyə mane olur. Bu səs kəsilən kimi insan dərhal rahatlaşır, azad nəfəs alır. Məsələ burasındadır ki, səsküyün təsiri altında beynin fəaliyyəti pozulur, elektroensofaloqrammaların xarakteri dəyişir, dərktmə, əqli qabiliyyətlər azalır. Səs-küy hətta həzm prosesinə də mənfi təsir göstərir. Uzun müddət səsküylü yerdə qalanda eşitmə qabiliyyəti zəifləyir, əsəb sistemi xəstəlikləri baş qaldırır. Səs-küy hətta onkoloji xəstəliklərə də səbəb olur. Ən əsası isə səs -küyün təsiri altında insanın eşitmə orqanlarında dəyişikliklər baş verməyə başlayır. Bir-iki ildən sonra artıq eştimə qabiliyyəti azalır və

nəhayət, karlıq yaranır. Səs-küy yuxunu da pozur.

ÇIXIŞ YOLU VARMI? Onu da qeyd edək ki, səsküyün səviyyəsi 20-30 desibelə qədərdirsə, bu insan üçün ziyanlı sayılmır. Çünki bu təbii səs fonu hesab olunur və onsuz insan həyatı mövcud ola bilməz. Amma səs 130 desibeli keçəndə insan narahat olur və bu onda ağrılı reaksiyalar əmələ gətirir. 150 desibellik səs-küy isə artıq dözülməzdir! Avtomobillərin səsi şəhərdə səs-küyün əsas mənbəyi sayılır. Magistral yollarda avtomobillərin səs-küyü 90-95 desibeldən yuxarı olur. Əhalinin sağlamlığını qorumaq üçün şəhərdəki səs-küyü tənzimləmək vacibdir. Hazırda əksər ölkələrdə şəhərdə yol verilən səs-küyün sanitar normaları müəyyənləşdirilib. Məsələn, minik avtomobilləri, avtobuslar üçün bu rəqəm 85-92 desibel, motosikletlər üçünsə 80-86 desibel təşkil edir. Şəhərdə tikinti gedən vaxt isə əhalini yaranan səs-küydən qorumaq üçün şəffaf akustik ekranlardan istifadə olunmalıdır. Amma təəssüf ki, bizdə hələlik tikinti şirkətləri ən yaxşı halda hasarların üstünə ətrafa verdikləri narahatlığa görə üzr istədiklərini bildirən lövhələr asmaqla kifayətlənirlər.

ALLERGİYA, ASTMA, PİYLƏNMƏ Şəhər həyatının səbəb olduğu xəstəliklərdən biri də allergiyadır. Son 10 ildə əksər ölkələrdə, xüsusilə də uşaqlar arasında, allergiya xəstəliyinə tutulan insanların sayı kəskin artıb. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, hazırda allergiya xəstəliyi yayılma tempinə görə, dünyada 3-cü yerdə

durur. Statistika göstərir ki, müasir şəhərlərin sakinləri bronxial astma xəstəliyinə kənd yerlərində yaşayanlarla müqayisədə 2 dəfə artıq məruz qalırlar. Özü də astma xəstəliyi çoxmərtəbəli binalarda yaşayanlar arasında daha çox yayılıb. Şəhər evlərində uzun müddət qapalı məkanda qalmaq uşaqlara, qocalara və xəstə insanlara çox mənfi təsir göstərir. Bəzən xəstələr, uşaqlar və qocalar günlərlə çöl-bayır havası görmür. Yelçəkər olmasın deyə, qapı və pəncərəni də bərk-bərk bağlayırlar. ABŞ-da aparılan xüsüsi tədqiqat zamanı xəstə və sağlam uşaqların yaşadığı evlərə baxış keçirilb. Məlum olub ki, xəstə uşaqlar əsasən, polimer materiallarla (sintetik xalçalar, linolium, yuyulan divar boyaları və. s) zəngin evlərdə yaşayır. Şəhərdə yaşayanların əsas xəstəliyi sayılan piylənmədən isə çox danışmağa o qədər də ehtiyac yoxdur. Xüsusilə də paltarı, qab-qacağı maşında yuyan, elektrik tozsoran, ətçəkən maşınlardan istifadə edən əksər şəhər qadınları nəticədə qazandıqları artıq çəkilərdən azad olmaq üçün aylarla fitnes-klublarda tər və pul tökməli olurlar. Şəhər həyatının gətirdiyi bu bəlaları nəzərə alan əksər inkişaf etmiş ölkələrdə necə deyərlər «mərkəzdənqaçma» kampaniyası başlayıb. Səs-küylü mərkəzi küçələrdəki evlərindən imtina edən əksər amerikalılar artıq şəhərkənarı rançolara «sığınmağa» başlayıblar. Avropada isə bir çox ölkələrdə tədricən bahalı maşınları ekoloji cəhətdən daha təhlükəsiz velosipedlər əvəz edir. Ümid edək ki, nə vaxtsa bizdə də insanlar bu təhlükəni anlayıb, kənd həyatına üstünlük verməyə başlayacaqlar… Aynur Haqverdiyeva


39


40

“SƏSSİZ QATİL”-

HİPERTONİYA


41 na düşür. Ümumiyyətlə, hipertoniya yaşı 18-dən yuxarı olan hər kəs üçün təhlükə mənbəyidir. Duzdan istifadənin həddən artıq olduğu ölkələrdə isə hipertoniya daha geniş yayılıb. Bu xəstəliyin əlilliyə yol açması, bəzi hallarda ölümlə nəticələnməsi onun təhlükəlilik dərəcəsini bir qədər də artırır. İnsanların böyük bir qisminin qan təzyiqlərinin yüksək olmasından bixəbər olmaları isə vəziyyəti bir qədər də ciddiləşdirir. Qan təzyiqi ölçülərkən iki normaya diqqət yetirilir: yuxarı təzyiq (sistolik qan təzyiqi) və aşağı təzyiq (diyastolik qan təzyiqi). Əgər maksimal təzyiq civə sütunundan 140 millimetr, minimal təzyiq isə 90 millimetr yuxarıdırsa, deməli, bu, hipertoniyanın varlığından xəbər verir. Adətən aşağı və yuxarı təzyiq eyni vaxtda yüksəlir. Ancaq onlardan yalnız birinin yüksəlməsi belə hipertoniyanın yaranmasına səbəb olur.

rterial təzyiqin yüksəlməsi - yəni hipertoniya ən çox yayılan xəstəliklərdən biridir. Demək olar ki, dünyada hər 5 nəfərdən birində bu xəstəliyə rast gəlmək mümkündür. Ancaq çox vaxt yüksək təzyiqdən əziyyət çəkənlər bunun əsl səbəbini bilmirlər. Onlar bu halı adi başağrıları kimi qəbul edirlər. Bu mənada hipertoniya xəstəliyinin “səssiz qatil” adlandırılması təsadüfi deyil. Yüksək təzyiqin əlamətləri, yaranma səbəbləri, fəsadları və müalicə üsulları barədə Bakı Tibb Mərkəzinin həkimi, tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayevin köməyi ilə sizlərə məlumat verməyə çalışacağıq.

HİPERTONİYA NƏDİR? Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Dünya əhalisinin təxminən 750 milyonu hipertoniyadan əziyyət çəkir. Bunlardan 50 milyonu ABŞ-ın payı-

ƏLAMƏTLƏRİ Xəstələrin bir hissəsində ilkin mərhələdə hipertoniyanın əlamətləri heç bir halda özünü göstərmir. Belə xəstələrdə yüksək qan təzyiqinin olması faktını yalnız onun təzyiqini ölçməklə müəyyən etmək olar. Tibb elmləri namizədi Əlffəddin Abdullayev hər bir kəsin ildə ən azı 1-2 dəfə təzyiqini ölçdürməsinin zəruriliyini vurğulayır: “Hipertoniyanın birinci mərhələsində həyəcan, əsəbilik, başağrısı, başgicəllənmə, yuxusuzluq, yorğunluq, qıcıqlanma, iştahasızlıq, ümumi zəiflik, ürək döyünməsi müşahidə olunur. İkinci mərhələyə keçdikdə bu əlamətlər mütəmadi olaraq təkrarlanır, nəticədə ürəyin sol mədəciyi qalınlaşır, onda sola tərəf böyümə baş verir. Üçüncü mərhələdə isə ürək, böyrək, beyin zədələnmələri də özünü göstərir, xəstələrin nəbzi teztez vurur, görmə qabiliyyəti zəifləyir. Bu zaman beyin damarlarının spazması sayəsində başağrısı, ürəkbulanma, öyümə, qusma, huşu itirmə və s. baş verir”.

HİPERTONİYANIN FƏSADLARI Onu da qeyd edək ki, bu xəstəlik zamanında və effektiv müalicə edilmədikdə ağır fəsadlarla nəticələnir, hətta digər xəstəliklərə səbəb olur. Hipertoniyanın ən ağır fəsadı isə beyinə qan sızmasıdır. Bakı Tibb Mərkəzinin həkimi Ə.Abdullayev hiprtoniyanın əsas orqanlara ürəyə, baş beyinə, böyrəklərə, gözlərə zərbə vurduğunu bildirir: “Həmin orqanlar hipertoniya xəstəliyi nəticəsində o qədər çox zərər çəkirlər ki, hətta onları “hədəf - orqanlar“ da adlandırırlar. İndi elə bir ailə yoxdur ki, onun üzvlərindən biri bu xəstəlikdən əziyyət çəkməsin. Hipertoniya ürəyə təsir edərək onun hipertrofiyasına, ürək çatışmazlığına gətirib çıxara, böyrəklərdə funksional pozğunluqlar törədə bilər. Bu xəstəlik iflicə, görmə qabiliyyətinin pozulmasına da yol açır. Müalicə olunmazsa, hipertoniya insan ömrünü 10-20 il qısalda bilər”.

YARANMA SƏBƏBLƏRİ Ə.Abdullayev hipertoniyanın yaranmasına bir sıra amillərin təsir etdiyini söyləyir: “Damar tonusunu tənzimləyən mərkəzi sinir sisteminin funksional pozğunluğu, mənfi emosiyalar, psixi travmalar, irsi meyllik, düzgün istirahət etməmək, hansısa daxili orqanın zədələnməsi də hipertoniyaya səbəb ola bilər”. Böyük Britaniyada aparılan araşdırmalara görə isə xroniki yuxusuzluq və yuxudan erkən oyanma da ürək-damar xəstəlikləri, xüsusilə arterial hipertoniya hallarını artırır. 6500 qadın üzərində aparılmış tədqiqat nəticəsində müəyyən edilib ki, gün ərzində beş saatdan az yatan qadınlar arasında arterial hipertoniya halları sutkada yeddi saatdan çox yatanlara nisbətən iki dəfə çoxdur.

MÜALİCƏSİ Müalicə məqsədilə ilk dəfə 1953cü ildə Rezernik dərmanı tətbiq edilib. Hazırda isə 100-dən artıq qan


42 təzyiqini aşağı salan, yuxugətirən, sakitləşdirici dərman mövcuddur. Tibb elmləri nazmiədi, dosent Ə.Abdullayev müalicənin iki mərhələdə aparıldığını qeyd edir: “Əvvəlcə vena daxilinə qan təzyiqini normaya salan, sonra təzyiqi normada saxlaya bilən dozada dərman yeridilir. Əgər xəstələrdə iki-üç risk amili varsa, yaxşı olar ki, onlar ağırlaşmaları gözləməsinlər və əsl hipertoniya xəstəliyindəki kimi qan təzyiqini aşağı salan preparatlarla müalicə edilsinlər. Hipertoniya xəstəliyi ilə fəal mübarizə, onun düzgün müalicəsi ümumi ölümü 17, beyinə qan sızmanı isə 65 faiz azaldır”. Həkim hipertoniyalı xəstələrin televizora çox baxmalarını da məsləhət görmür. İqlim şəraitinin kəskin dəyişməsi, xüsusən saniyədə on metrdən çox sürətlə külək əsməsi nəticəsində atmosfer təzyiqinin birdən-birə enməsi xəstəliyin gedişini ağırlaşdırır. Buna görə də belə günlərdə qan təzyiqini aşağı salan dərmanın dozasını artırmaq tövsiyə edilir.

QARŞISINI ALMAQ ÜÇÜN... Hipertoniya ilə o, hələ baş verməmişdən mübarizə aparmaq lazımdır. Bunun üçün normal yatmaq, gərgin fiziki işdən mümkün qədər qaçmaq, əsəbiləşməmək, psixi vəziyyətə düşməmək, alkoqoldan imtina, pəhriz saxlamaq kifayətdir. Məsələn, hirslənəndə, çox duzlu xörək yeyəndə qan təzyiqi normadan yuxarı qalxır, adam özünü narahat hiss edir. Bu zaman mütləq həkim çağırmalı, müalicəyə başlanmalıdır. İnsanın çəkisi ilə arterial təzyiqin səviyyəsi arasında da birbaşa əlaqə vardır. Duzlu və yağlı qidalardan, alkoqoldan çox istifadə edən, həmçinin artıq çəkisi olan insanlarda hipertoniya digərlərinə nisbətən 5-6 dəfə çox olur. Belə ki, çəkinin 10 kq artması təzyiqin də 2-3 mm civə sütunu artmasına gətirib çıxarır. Bundan başqa, çox saylı elmi tədqiqatlarla müəyyən olunub ki, həddindən çox xörək duzunun işlədilməsi arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır.

Mütəxəssislər hipertoniya xəstəliyindən əziyyət çəkənlərə çox yeməməyi, qaydasında qidalanmağı tövsiyə edirlər. Hipertoniyanın qarşısının alınması və müalicəsi üçün müntəzəm olaraq fiziki fəaliyyətlər də çox önəmlidir. Normal təzyiqli, az hərəkətli həyat tərzi keçirən, idman etməyən insanlarda arterial hipertoniyanın inkişaf riski, aktiv insanlara nisbətən 2050% yüksəkdir. Sürətli yeriş, sağlamlaşdırıcı qaçış, üzgüçülük və digər yüngül fiziki hərəkətlər arterial təzyiqi 5-10 mm civə sütunu aşağı sala bilər. Lakin ağır fiziki yüklər qan təzyiqi olanlara məsləhət görülmür, çünki ağırlıq qaldırma təzyiqi artırır. Siqaret də qan təzyiqinin yüksəlməsinə səbəb olur. Belə ki, siqaret tüstüsündə olan nikotin həyəcanlandırıcı və oyadıcı təsir göstərir, ürəyin işini artırır, damarların daralmasına səbəb olur, arterial təzyiqi yüksəldir, həmçinin qan təzyiqi olan insanlarda ürəyin işemik xəstəliyi və beyin insultu riskini də 2-3 dəfə artırır. Aytac Rafiqqızı


44

UZUN ÖMRÜN SİRRİ


45

u gün bağırsağı ağrısız yumaq üçün müasir aparat və xüsusi metod hidrokolonoterapiya mövcuddur. Qədim zamanlarda bir çox xəstəlikləri bağırsaqları yumaqla imalə yolu ilə müalicə ediblər. Təsadüfi deyil ki, bağırsaqların yuyulması barədə ilk yazılı məlumatlara eramızdan 1500 il əvvəl qədim yunan papiruslarında rast gəlinir. Müalicə və profilaktika məqsədilə bağırsaqların yuyulması barədə Hippokratın və Qalenin yazılı məsləhətləri də mövcuddur. Mənbələrə görə, bu əməliyyatı əsasən qızdırma və qəbizlik zamanı həyata keçiriblər. Amma 19-cu əsrdə qadınlar rəqs zamanı özlərini rahat hiss etmək üçün təmizləyici imalədən istifadə edirdilər. 20-ci əsrin ortalarında isə müxtəlif dərmanların, işlədicilərin və antibiotiklərin meydana gəlməsilə bu metoddan istifadə halları azalmağa başladı.

Amma zaman ötdükcə dərmanların tam müalicə effekti vermədiyi üzə çıxdı. Bu isə təhlükəsiz və yüksək effektli bağırsaqyuyan xüsusi aparatların yaranmasına təkan verdi. Bu aparatların adi imalədən fərqi ondan ibarətdir ki, yalnız düz bağırsaq deyil, yoğun bağırsağı da yuyur. Hər il ABŞ-da 4-5 milyon belə seans keçirilir. Təbii olaraq sual yaranır, bağırsaqları yumaq, qəbizliyi aradan qaldırmaq, yaxud qızdırmanı salmaq üçünmü lazımdır. Məsələ burasındadır ki, bütün toksinlər və zəhərlər illərlə yoğun bağırsaqda yığılır və bizim bədənimizi sərbəst tərk edə bilmir. Məsələn, 54 yaşlı bir qadının bağırsağı yuyularkən barium elementi xaric edilib. Bu ona 47 il əvvəl, 7 yaşında rentgen müayinəsi zamanı yeridilibmiş. Hətta bəzi mütəxəssislər xəstəliklərin böyük əksəriyyətinin təmiz olmayan bağırsaqlardan qaynaqlandığını bildirirlər. Dəri xəstəlikləri, hipertoniya, bədəndə xoşa gəlməyən iy, allergiya, artritlər, dizbakterioz, babasil, diareya, menstruasiya problemləri və s. Təbiblər bildirirlər ki, insan neçə dəfə qida qəbul edirsə, bir o qədər də bağırsaqları boşalmalıdır. Bəziləri hesab edir ki, bağırsağı təbii yolla boşalır. Amma yaddan çıxarmaq lazım deyil ki, böyük adamlarda bağırsağın uzunluğu 3 metrə yaxındır və nə qədər boşalsa da qida maddələri ilişib qalır, toksinlərə çevrilir. Üstəlik müasir qidalarda bağırsağın boşalmasına yardım edən sellüloza azlıq təşkil edir. Əksər hallarda mədə-bağırsağın işinin pozulması bədən çəkisinin pozulmasına gətirib çıxarır. Məsələn, bu, qadınlarda özünü qarının böyüməsi ilə büruzə verir. Belə ki, boşalıb sallanmış qarın bağırsaqlarda nəcis yığılmasının əlamətidir. Bu da müəyyən müddətdən sonra bərkiyib, nəcis daşlarına çevrilir.

Bəzi kök adamlar isə özü ilə 25 kq-dək nəcis kütləsi daşıya bilər. Təbii ki, belə olan halda orqanizm kömək üçün "siqnal" verməyə başlayır. Ona ən yaxşı və sadə kömək isə qeyd etdiyimiz kimi bağırsağı yumaqdır. Bu gün bağısağı yumşaq və ağrısız yumaq üçün müasir aparat və xüsusi metod hidrokolonoterapiya - mövcuddur. Siz bu metod üzrə xüsusi kurs keçmiş terapevtin yanına gəlirsiniz. O, sizinlə söhbət edir və əməliyyata əks-göstərişlərin olub-olmadığını dəqiqləşdirir. Çox nadir hallarda əks-göstəriş olur. Bu da ağır ürək xəstəlikləri, qan azlığı, bağırsaq qan sızmaları, kəskin babasil, qara ciyərin serrozu, yoğun və düz bağırsağın xərçəngi, gecikmiş hamiləlik, yeni keçirilmiş qarın boşluğunun cərrahi müdaxiləsi, kəskin böyrək çatışmazlığı ilə bağlıdır. Xoşbəxtlikdən belə diaqnozlar insanlarda tez-tez rast gəlinmir. Digər hallarda bu əməliyyat təhlükəsiz və vacibdir. Adətən, müalicə seansı 45-60 dəqiqə olur. Həkim sizin narahatçılığınızı yaxşı başa düşür, sinir sisteminizin xüsusiyyətlərini nəzərə alır, seans zamanı sizin özünüzü necə hiss etdiyiniz barədə suallar verir və aparatı sizə müvafiq quraşdırır. Seans zamanı 40-60 litr su doldurulub, boşaldılır. İşlədilən xüsusi filtrdən keçirilmiş adi su olur və hərarəti sizin arzunuza, vəziyyətinizə, adətən sizin bədən tempraturunuza müvafiq hazırlanır. Seansın sonunda təmiz su xaric edilir. Bir-iki gün fasilə ilə 3-5 əməliyyat keçirmək məqsədəuyğundur. Belə ki, hər dəfə yoğun bağırsaq daha dərin yuyulur. Bağırsaqların yuyulması narahatlıq yaratmır və bundan sonrakı hissiyyat adi ayaqyoluna getmək kimidir. Həmin andan öz işinizlə məşğul ola bilərsiniz. Bundan başqa faydalı orqanizmlərin də bağırsaqdan təmizlənməsinin qarşısını almaq


46 üçün Bifidum-Bakterin və ya Laktobakterin preparatları istifadə olunur. Aparat vasitəsi ilə viruslardan və ya başqa yoluxmalardan narahatlıq tamamilə əsassızdır. Menstruasiya da bağırsağın yuyulmasına mane olmur, əksinə hidrokolonoterapiyanın effektini artırır. Əməliyyatın nəticəsi o dəqiqə hiss olunur. Bağırsaq qidanı normal həzm edir və sorur.

Bağırsağın hərəkəti normallaşır, yəni bağırsaq əzələləri normal yığılır, qida kütləsini hərəkət etdirir. Qarının ön divarının ölçüləri normallaşır. Dərinin rəngi və keyfiyyəti, qara ciyər və böyrəklərin funksiyası yaxşılaşır, ümumi narahatlıq keçib gedir, yüngüllük gəlir, immunitet artır. Hidrokolonoterapiya məsuliyyətli əməliyyatdır və bunu sağlamlıq əməliyyatı kimi

təqdim edən bəzi gözəllik salonlarının reklamına uymaq məsləhət deyil. Bunu yalnız kolonohidroterapiya metodu üzrə sertifikat almış tibbi təhsilli mütəxəssis apara bilər. Ələddin Cabbarov Diaqnoz Tibb Mərkəzinin direktoru


48

ƏN XEYİRLİ GİLƏMEYVƏ Alimlər insan sağlamlığı üçün ən xeyirli giləmeyvənin adını açıqlayıblar. Məlum olub kı, bu qarağatdır. Alimlərin fikrincə, bu gilemeyvə tərkibindəki vitaminlər, minerallar və digər xeyirli maddələrin miqdarına görə, digər giləmeyvə növlərini xeyli üstələyir. Qarağatın üzərində aparılan çoxsaylı testlər gösrərib ki, bu giləmeyvə xərçəng və şəkərli diabet xəstəliklərinin qarşısını ala bilər. O da məlum olub ki, qarağat həm də insanın ürək-damar sistemini qoruyur və uşaqlarda erkən yaşda yaranan əqli çatışmazlıqların qarşısını alır.

SONSUZLUĞA KİM DAHA ÇOX MƏRUZ QALIR? Alimlər sonsuzluq problemindən hansı peşə sahiblərinin daha çox əziyyət çəkdiyini müəyyənləşdiriblər. Məlum olub ki, bütün sənət

sahibləri arasında ən az valideyn olmaq şansına tikintidə işləyənlər və mənzillərin dekoru ilə məşğul olanlar malikdir. Bunun səbəbi isə həmin peşə sahiblərinin müxtəlif boya, lak və digər tikinti materiallarının tərkibindəki kimyəvi maddələrin təsirinə məruz qalmaları ilə əlaqələndirilir. Bu nəticəyə məşhur Seffild və Mançestr Universitetlərinin tibb mütəxəssisləri gəliblər. Alimlərin fikrincə, lak, boya və digər belə vasitələri həll etmək üçün istifadə olunan maddələrin insan orqanizminə təsiri kişi sonsuzluğunun səviyyəsini 2,5 dəfə artırır.

problemlərlə doğulması üçün ananın hamilə vaxtı gündə 3-4 dəfə mobil telefonla danışması kifayətdir. Araşdırma zamanı Danimarkada 1990-cı illərin axırlarında dünyaya gələn 13 min uşağın valideynləri sorğuya cəlb olunub. Sorğu nəticəsində məlum olub ki, hamilə vaxtı mobil telefondan istifadə edən qadınların digərlərinə nisbətən dünyaya psixi cəhətdən xəstə uşaq gətirmə ehtimalı 54 faiz çoxdur.

ALİMLƏR QOCALMANI SÜRƏTLƏNDİRƏN VƏ LƏNGİDƏN GENLƏRİ MÜƏYYƏNLƏŞDİRİBLƏR

MOBİL TELEFONUN DAHA BİR FƏSADI ORTAYA ÇIXDI Hamilə qadınların mobil telefondan istifadə etməsi doğulacaq körpənin psixi sağlamlığına mənfi təsir göstərə bilər. Bu sahədə tədqiqat aparan alimlər müəyən ediblər ki, körpənin hiperaktiv, emosional və digər psixi

Amerikanın Mayo Klinikasının mütəxəssisləri hüceyrələrin qocalmasını sürətləndirən və ləngidən genləri müəyyənləşdiriblər. Bu barədə Nature Cell Biology jurnalında məlumat verilib. Siçanların üzərində təcrübə aparan alimlər iki genin - p16 və p19 - funksiyasını öyrəniblər. Nəticədə onlar müəyyən ediblər ki, p16 geni hüceyrələrin qocalma prosesini sürətləndirdiyi halda, p19 əksinə, bu prosesi ləngidir. Bu araşdırma nəticəsində alimlər onu da müəyyən ediblər ki, qocalmanın sürətlənməsi və ya ləngiməsi orqanlarda və toxumalarda ölü hüceyrələrin toplanması prosesinə də təsir göstərir. Belə ölü hüceyrələrin buraxdığı zülallar ətrafdakı hüceyrələri də zədələyir.


49 İDMAN XƏRÇƏNGİN QARŞISINI ALIR İdmanla mütəmadi məşğul olmaq kişiləri xərçəng xəstəliyindən xilas edə bilər. Bu nəticəyə İsveçdə 40 min nəfər (45-79 yaşlı kişilər) arasında aparılan tədqiqatın nəticəsində gəlinib. Karolina İnstitutunun alimləri tərəfindən 7 il ərzində həyata keçirilən həmin tədqiqat zamanı müəyyənləşdirilib ki, velosiped sürmək və ya gündəlik 30 dəqiqədən az olmamaq şərtilə qaçış bu təhlükəli xəstəliyə məruz qalma ehtimalını 34 faiz azaldır. Gündəlik 1 saatlıq intensiv idman

yerişi isə xərçəng riskini 16 faiz aşağı salır. Onkoloqların fikrincə, bu nəticələr göstərir ki, idman yalnız bədəni yaxşı fiziki formada saxlamaq və ümumi sağlamlıq üçün deyil, həm də sözügedən ölümcül xəstəliyin profilaktikası üçün çox vacibdir. İdmanla mütəmadi məşğul olmaq 50 faiz hallarda xərçəngin bütün formalarının qarşısını alır və bədəndə iltihabi prosesləri əngəlləməklə xərçəng hüceyrələrinin yaranma ehtimalını minimuma endirir.


50

Eramızdan əvvəl I minillikdə zərdüştilər həkimin hər müalicə növünə görə alacağı məbləği də müəyyənləşdirmişdilər


51

alağantəpədə aparılan arxeoloji qazıntı zamanı tapılan və arxasında oval dəlik olan insan kəlləsi Azərbaycanda yaşamış insanların hələ bir neçə min il bundan əvvəl tibbi biliklərə malik olduğunu sübut edir. Mütəxəssislərin fikrincə, bu, eramızdan əvvəl VI-V minilliklərdə aparılmış cərrahiyyə əməliyyatının izləridir. Əməliyyat çınqıl daşından hazırlanmış skalpellə yerinə yetirilib və çox güman ki, xəstənin ağrılarını azaltmaq məqsədi güdüb. E.ə. III-I minilliklərdə Şumer, Babilistan və Assuriya təbabəti də Azərbaycanda tibbi biliklərin inkişafına təsir göstərib. Bundan başqa e.ə. III minillikdə Azərbaycanın döyüşkən Quti tayfaları Şumer ərazisini əsarətdə saxladığı dövrdə də iki ölkə arasında tibbi biliklərin mübadiləsi gedib. Həmin dövrdə zəfəranın, küncütün, xurmanın, dəlibəngin və başqa dərman bitkilərinin müalicəvi keyfiyyətlərindən bəhs edən mətnlər xüsusi gil lövhəciklərdə mixi yazılarla həkk olunuraq məbədlərdə, padşahların saraylarındakı kitabxanalarda yerləşdirilirdi. Bir çox şəfaverici dağ çiçəkləri Assuriyanın paytaxtı Nineviyaya məhz Azərbaycandan gətirilirdi. E.ə. I minillikdə Azərbaycan təbabəti həm də qədim Avestadan qaynaqlanırdı. O dövrdə Zərdüştilik Azərbaycanın əsas dininə çevrilmişdi. Atəşpərəstlərin dini kitabı Avestada ilahi mövzularla yanaşı tibbi tövsiyələr, anatomiya və fiziologiyaya aid məlumatlar da var idi. Zərdüştilər xəstəliklərin şər tanrısı Əhrimənin yaratdığı gözlə görünməyən ziyanlı varlıqlar tərəfindən yayılmasına inanırdılar. Onlar gigiyena və profilaktika məsələlərinə böyük diqqət

yetirirdilər. Su, od, torpaq, hava müqəddəs sayılırdı və onların çirklənməsi qadağan olunmuşdu, ölmüş insanların cəsədlərinə isə ancaq kahinlər toxuna bilərdilər. Bu, yoluxucu xəstəliklərin yayılmasının qarşısını alırdı. Avestaya görə dünyanın birinci həkimi Trita olmuşdu. O, insanlara 9999 dərman bitkisinin xeyri və istifadə yolları haqqında məlumat vermişdi. Cərrahiyyə, dərman otları və sehrbazlıq əsas müalicə metodları sayılırdı. Avestada həkimin hər müalicə növünə görə alacağı məbləği də müəyyənləşdirmişdilər. Maraqlıdır ki, bu məbləğ xəstənin maddi durumu ilə əlaqələndirilirdi. Varlılar müalicəyə görə çox, kasıblar isə az pul ödəyirdilər. Ödənişlər təkcə pulla deyil, mal-qara, at, kənd təsərrüfatı ərzaqları ilə də həyata keçirilirdi. Zərdüştilər inək sidiyini (nirəng) güclü dərman sayırdılar. Onu antiseptik, insanı cavanlaşdıran və şər qüvvələrdən qoruyan vasitə hesab edirdilər. Zəfəran, sarımsaq və biyan kökü də geniş yayılmış dərman bitkilərindən idi. Bu dövrdə Azərbaycan təbabəti Yunan təbabətinin inkişafına da təsir göstərmişdi. Tibb elmində hökm sürmüş “dörd ünsür” nəzəriyyəsini yunanlar atəşpərəstlərdən götürmüşdülər. Qədim yunan filosofu Empedokl (təxminən e.ə. 484-424) bütün əşyaların dörd ünsürdən ( sudan, havadan, oddan, torpaqdan) ibarət olduğunu söyləyərkən, atəşpərəstlərin müqəddəs varlıqlar (od, su, torpaq, hava) haqqında təsəvvürlərinə arxalanırdı. Misirin məşhur İsgəndəriyyə Akademiyasında çalışan yunan həkimi Erasistrat (e.ə. təxminən 315—220) da tez-tez Azərbaycana gələrək, yerli tibb ənənələri haqqında məlumatlar toplayırdı. Şimali Azərbaycanda yerləşən Qafqaz Albaniyası dövlətində də tibb inkişaf edirdi. İki ölkə arasındakı sazişə əsasən, Albaniyadan Romaya dərman bitkiləri idxal edilirdi. Albaniyada I-IV əsrlərdə xristianlığın və yunan dilinin yayılması

nəticəsində qədim Yunastınana aid tibbi traktatlar, Hippokratın, Qalenin əsərləri məşhurlaşmışdı. Tibb sahəsinə aid biliklər kilsələrin nəzdində fəaliyyət göstərən dini məktəblərdə tədris olunurdu. Təsadüfi deyil ki, alban tarixçisi Moisey Kalankatlı özünün “Alban tarixi” əsərində ölkədə mövcud olmuş vacib peşələrin sırasında həkimliyin də adını çəkir. Qədim zamanlarda Azərbaycan təbabətində türk şamançılığı ilə bağlı müalicə üsulları da geniş yayılmışdı. Bu, öz kökləri ilə çox qədim zamanlara, daş dövrünə və ibtidai icmaya bağlı qam-şaman oyunları idi. Belə oyunlarda sehrbazlıq, xəstəyə psixoloji təsir göstərən xüsusi ritual mahnılar və rəqslər vacib rol oynayırdı. Şamanlar xəstələri müalicə etmək üçün onların canından cinləri qovmağa çalışır, bunun üçün sehrli dualar oxuyur və uyuşdurucu bitkilərin təsiri ilə ekstaza gələrək, ritual rəqslər oynayır və nəğmələr oxuyurdular. Psixoloji təlqinlə müşayiət olunan bu müalicələr çox vaxt həqiqətən də müsbət nəticə verirdi. Azərbaycanda məskunlaşmış bulqar, qıpçaq və oğuz tayfalarının biliciləri bir çox şəfaverici otları (yovşan, yarpız, çobanyastığı, dazıotu və s.) tanıyır və onlardan müalicə məqsədi ilə istifadə edirdilər. Acıyovşan ən məşhur dərman bitkilərindən biri idi. Onu mədəbağırsaq xəstəliklərini sağaltmaq və qarından qurdları qovmaq üçün işlədirdilər. Süd məhsulları (qımız, qatıq və ayran) güclü müalicə vasitələri hesab olunurdu. Qımız vərəmin, astma və bronxitin, qatıq isə mədəbağırsaq xəstəliklərinin müalicəsində istifadə edilirdi. İsti madyan südü öskürəyi götürmək və qızdırmanı salmaq, ayran isə ürək yanğısını dəf etmək üçün işlənirdi. Daha sonrakı dövrlərdə Azərbaycanda türk xalq təbabətinə “türkəçarə” deməyə başladılar. VIII əsdə Azərbaycan ərəb qoşunları tərəfindən işğal olundu və ölkə İspaniyadan Hindistana qədər


52 uzanmış Ərəb xilafətinin tərkibinə qatıldı. Müxtəlif xalqların vahid bir dövlətə qoşulması və bir-biri ilə ünsiyyətdə olması elmlərin və mədəniyyətlərin görünməmiş inkişafına səbəb oldu. Təxminən XIV əsrin sonlarına qədər davam edən bu inkişaf prosesində Şamaxının «Məlhəm» mədrəsəsi xüsusi rola malikdir. «Məlhəm» məşhur elm və tədris mərkəzlərindən biri idi. Bu mədrəsəyə görkəmli həkim və alim Kafiyəddin Ömər İbn Osman rəhbərlik edirdi. Ərəb və fars dilini mükəmməl bilən Azərbaycan həkimləri Xilafətin Bağdad , Dəməşq, Qahirə kimi şəhərlərinə səfər edir, orada təhsil alır və işləyirdilər. Əcnəbi müəlliflərin kitabları da Azərbaycana yol tapırdı. Bu dövrdə Azərbaycanda Əbu Osman Müvəffəq əl-Hərəvinin farmakoloji ensiklopediyası yayılırdı. Dərman bitkiləri haqqında məlumat toplamaq üçün Əbu Osman bütün dünyanı gəzmiş və bir çox xalqların, o cümlədən azərbaycanlıların tibb ənənələri ilə tanış olmuşdu. Dahi Əbu Əli İbn Sina (9801037) da dəfələrə Azərbaycanda olub və buradan tibbi məlumatlar toplamışdı. O, «Qanun fit-Tibb» («Tibb qanunları») əsərində Azərbaycanın Səburxast qəsəbəsinə səfərindən bəhs edir. Eyni zamanda İbn Sina uzun müddət Azərbaycanın Həmədan şəhərində yaşamışdı və “Tibb qanunları” əsərinin böyük hissəsini orada yazmışdı. XI əsrdə yaşamış azərbaycanlı müəllif İsa ər-Raqi Tiflisi İbn Sinanın yaradıcılığı ilə maraqlanırdı və onun «Qanun fit-Tibb» («Tibb qanunları») əsərinə şərhlər yazmışdı. Böyük Azərbaycan alimi Bəhmənyar əl-Azərbaycani (vəf.1067-ci il) də İbn Sinanın tələbəsi idi. Fəlsəfəyə aid “ət-Təhsil” (“İdrak”) əsərində Bəhmənyar bir sıra tibbi mövzulara da toxunur. Müəllif Əbubəkir İbn Zəkəriyyə Razinin, Əli İbn Abbasın, Əbu Reyhan Biruninin, əl-Kindinin və Şərqin başqa böyük alimlərinin tibbi

əsərləri ilə də yaxından tanış idi. Nizami Gəncəvi və Xaqani Şirvani kimi böyük şairlərin əsərlərində də dərman vasitələri, anatomiya və müalicə üsulları haqqında yetərincə məlumat var. XIII-XIV əsrlərdə qurulmuş Elxanilər dövlətində elm çox yüksək zirvələrə çatmışdı. Azərbaycanda tibb elminin çiçəklənməsi də məhz XIII-XIV əsrlərə təsadüf edir. Çox güman ki, Azərbaycanda refleksoterapiya (iynəbatırma və dağlama) müalicə üsulu məhz bu dövrdə yayılmağa başlayıb. Bu qədim müalicə üsulunun qalıqları indinin özündə də «çildağ» adı idə yaşamaqdadır. Azərbaycan alimi Nəcməddin Əhməd Naxçıvani (vəfatı - 1253) İbn Sinanın tibb və fəlsəfə üzrə əsərlərinə şərh və haşiyələr yazmışdı. Təbriz şəhərində yaşayıb yaratmış məşhur həkim Əbu Əbdulla Məhəmməd İbn Nəmvar Təbrizi (1194-1245) «Ədvarül-həmmiyyat» («Ən mühüm dərmanlar») əsərinin müəllifidir. Başqa bir həkim, İbn Kəbir təxəllüsü ilə məşhurlaşmış Yusif İbn İsmayıl Xoyi, Azərbaycanın və ümumiyyətlə Müsəlman Şərqinin ən görkəmli əczaçılarından biri idi. Onun 1311-ci ildə yazdığı «CameyiBağdadi» (« Bağdad toplusu») əsəri bütün Şərqdə dərmanşünaslıq üzrə ən mükəmməl əsərlərdən biri sayılırdı. O dövrdə yaşamış başqa məşhur Azərbaycan təbibi Mahmud İbn İlyas «Kitabül-havi fi elmülmədavi» («Tibb elmini tam əhatə edən kitab») əsərini yazmışdı. Marağa rəsədxanasının banisi və rəhbəri Nəsirəddin Tusi (1201-1274) minerallardan və başqa təbii müalicə vasitələrindən bəhs edən “Risaleyi-tibb” (“Tibb risaləsi”) və “Cəvahirnamə” (“Qiymətli daşlar haqqında kitab”) əsərlərinin müəllifidir. Nəsirəddin Tusinin elmi məktəbinə aid alimlər də bir sıra mühüm tibb əsərləri yaratmışdılar. Bu alimlərdən biri Əbdülməcid Təbibdir. Təxminən 1275-1280-ci illərdə o, «Kitabül-müdavat» əsərini yazmışdı. Kitabda psixiatriya, nevrologiya,

seksopatologiya ilə yanaşı, tibbin bir çox başqa mövzuları da araşdırılır. Onu da qeyd edək ki, XIII-XIV əsrlərdə təkcə Cənubi Azərbaycanda 67 xəstəxana fəaliyyət göstərirdi və orada tibb və əczaçılıq elmləri üzrə peşəkar mütəxəssislər işləyirdilər. Təsadüfi deyildi ki, XIV əsrin əvvəllərində Təbrizdə “Darüş-şifa” (“Şəfa evi”) adında elmi mərkəz təsis edilmişdi. Mərkəzdə Azərbaycan alimlərilə yanaşı Çindən, Hindistandan, Suriyadan və Misirdən dəvət olunmuş mütəxəssislər də çalışırdı. “Darüş-şifa”nın kitabxanasında İrandan, Hindistandan, Misirdən, Çindən, Kritdən və başqa ölkələrdən gətirilmiş on minlərlə əlyazma kitabı vardı. Şəhərcikdə müasir universitetlərə bənzəyən ali məktəb (mədrəsə) fəaliyyət göstərirdi. Bura təbiətşünaslığı, fəlsəfəni, tarixi, tibbi, astronomiyanı, məntiqi öyrənmək üçün hər il Şərqin müxtəlif ölkələrindən 6-7 min tələbə gəlirdi. XV əsrdə Azərbaycan hökmdarı Sultan Yaqub Ağqoyunlu Təbrizdə «Xəft behişt» («Yeddi cənnət») sarayını inşa etdirmişdi. Həmin sarayda 1000 çarpayılıq xəstəxana və dünyanın hər yerindən, o cümlədən Hindistandan və Çindən gətirilmiş dərman vasitələri ilə təchiz olunmuş əczaxana (aptek) vardı. Bu xəstəxanada səriştəli təbiblər çalışırdılar. Məşhur müəlliflərdən xorasanlı Yusif Hərəvinin adını çəkmək olar. Onun “Tibbi-Yusifi” (1511) əsəri bütün Müsəlman Şərqində, o cümlədən Azərbaycanda, iki formada (şeir və nəsr variantları) əldən-ələ gəzirdi. “Tibbi-Yusifi” əsərinin əlyazmaları dünyanın bir çox fondlarında, o cümlədən Bakıdakı Əlyazmalar İnstitutunda mühafizə olunur. Səfəvilər dövründə Azərbaycanda bir sıra görkəmli təbiblər yetişdi. Yusif Qarabaği XVII əsrdə Azərbaycandan mühacirət edərək, Səmərqənddə yaşayırdı və mədrəsədə dərs deyirdi. O, İbn Sinanın “Qanun” əsərinə şərh və haşiyələr yazmışdı. Səmərqənd


53 əhalisi ona hörmət əlaməti olaraq “Böyük Axund” deyirdi. Murtuza Qulu xan Şamlu cinsi xəstəliklər üzrə mütəxəssis kimi tanınırdı. O, alim və həkim olmaqla yanaşı, Ərdəbil şəhərinin valisi (1678-ci ildə) və Səfəvi əmirlərindən biri idi. Məhəmməd Füzulinin bir sıra əsərlərində, xüsusilə “Səhhət və mərəz” (“Sağlamlıq və xəstəlik”) və “Söhbətül-əsmar” (“Meyvələrin söhbəti”) poemalarda tibbi mövzulardan geniş bəhs olunur, o dövrün tibbi fəlsəfəsi açıqlanır. Əslən mazandaranlı olmuş Məhəmməd Möminin (vəfatı - 1697) fəaliyyəti də Azərbaycanla bağlı idi. O, şah Süleyman Səfəvinin saray həkimi olmuş və şahın sifarişi ilə “Töhfətül-möminin” (“Möminlərin töhfəsi”, 1669) adlı tibb və əczaçılıq ensiklopediyasını yaratmışdı. Bu dövrdə Azərbaycanda bir sıra Orta Asiya, fars və ərəb müəlliflərinin əsərləri şöhrət tapmışdı. Aşağıda adları çəkilən əsərlər Azərbaycan həkimlərinin masaüstü kitabları idi: Əli Ənsari (Hacı Zeynalabdin Əttar) «İxtiyarati-bədii» (XIV əsr), Yusif İbn Məhəmməd Hərəvi «Cəmül-fəvaid» yaxud «Tibbi-Yusifi» (1511 il), Mənsur İbn Məhəmməd «Kifayətül-mücahidə» yaxud «Kifayeyi-mənsuriyyə» (1423 il), Sultan Əli Xorasani «Düsturüləlac» (XVI əsr), Seyyid Mir Məhəmməd Mömin «Töhfətülmöminin» (1669 il), Müzəffər İbn Məhəmməd Hüseyn Şəfai «Qarabadin» (XVII əsr), Məhəmməd İbn Əli Nağı “Zadülmüsafirin” (XVIII əsr), Məhəmməd Hüseyn xan Ələvi Səmərqəndi «Məxzənül-ədviyyə» və “Qarabadini-Kəbir” (1777) və s. Osmanlı türklərinin də bir sıra tibbi əsərləri Azərbaycana yol tapmışdı. Onların bəziləri indi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunda saxlanılır: Dərviş Nidai “Mənafəün-nas” (XV əsr), Məhəmməd Rəisül-Ətibba “Unumuzəcüt-tibb” (XVII əsr), Mustafa Feyzi “Risaleyi-qinaqina”

(XVIII əsr) və s. “Mənafeün-nas” əsərinin əlyazmalarından biri azərbaycanlı katib Məhəmməd Əttar Səlyani tərəfindən XIX əsrdə köçürülüb. Osmanlı Sultan Murad dövrünə aid «Tibbnamə» əsərininin 1711-1712 ildə Məhəmməd Yusif Şirvani tərəfindən köçürülmüş nüsxəsi də mövcuddur. Kitab Osmanlı türkcəsində yazılıb və o dövrdə məlum olmuş əksər xəstəliklərin müalicəsindən bəhs edir. XVIII əsrdə Şamaxıda yaşamış Həsən İbn Rza Şirvani «Siracüttibb» («Tibbin çırağı») əsərini yazmışdı. Bu kitabda yüzlərlə mürəkkəb tərkibli dərmanlardan (həblərdən, şamlardan, məcunlardan, cüvarişlərdən, tozlardan və s.) bəhs olunur. Hacı Süleyman Qacar İrəvaninin «Fəvaidül-hikmət» («Hikmətin faydaları») əsəri dərmanşünaslığa həsr edilib. Burada minlərlə təbii dərman vasitələri sadalanır və onlardan istifadə üsulları göstərilir. İrəvaninin əlyazmaları Azərbaycanda, İranda, Misirdə və başqa ölkələrdə mühafizə olunur.

Əbülhəsən Mərağayinin 1775/6 ildə yazdığı «Müalicəti-münfəridə» («Ən mükəmməl müalicələr») əsəri müxtəlif xəstəliklərin müalicəsindən bəhs edir. XVIII-XIX əsrlərdə Azərbaycanda Məhəmməd Peygəmbərin və səhabələrinin tibbə aid deyimləri məcmuələr şəkilində tərtib edilir və köçürülürdü. Bu əsərlərin adı “Tibbi-nəbəvi” (“Peyğəmbərin tibbi”) idi. XIX əsrdə Azərbaycan dilində tərtib olunmuş tibb əsərlərindən biri də anonim “Nüsxəcat” kitabıdır. Burada xalq təbabətinin bir sıra reseptləri və həmçinin müxtəlif xəstəliklərə qarşı sehr və dualar verilib. O dövrdə yaşayan məşhur təbiblərdən biri də Xurşud Banu Natəvanın saray həkimi Məhəmmədqulu Qayıbzadə Qarabaği idi. Onu da qeyd edək ki, XIX əsdən etibarən artıq Azərbaycanda Avropa tibbinin təsiri duyulmağa başlamışdı və tibb elmi yeni bir mərhələyə qədəm qoyurdu. Fərid Ələkbərli


54


55

əlkə də, rəssamın təbabətə aid məqalə ilə çıxışı qəribə görünür. Lakin bunun tutarlı səbəbi var. Bu da bütün dövrlərin fenomeni olan Leonardo da Vinçinin anatomi yanı mükəmməl bilməsi ilə bağlıdır. Bu yazıda onun anato mik qabiliyyəti haqqında söhbət açmağa çalışacağıq. Dahi hər zaman öz dövrünü qabaqlayır, o, müasirləri tərəfin dən az başa düşülür və qiymətləndirilir. Adətən onun aqibəti yalnız minnətdar nəsillərin tərəfindən vəfatından sonra tanınmaq və qəbul olunmaq olur. Leonardo da Vinçinin həyatı ilə dərindən tanış olarkən, onun çoxdan məlum olan yaşayışı haqqında yazılmış səhifələri vərəqləyərkən, bir çox şeylərə gözlənilməz nəzər nöqtə sindən baxmağa başlayırsan. Çox təəssüf ki, Leonardonun əlyazmaları, XVIII əsrin ortalarına qədər məlum olmayıb və müasir dövrə natamam, dağınıq

şəkildə gəlib çıxıb. Yüz illiklər ərzində Leonardonun bir çox elmi ixtiraları və nailiyyətləri naməlum qalmışdır. Anatomik şəkillər və yazılara gəldikdə isə, onlar yalnız XVIII əsrin 60-cı illərində məşhur anatomlar İ.F.Blumenbax və Uilyam Gönterin diqqətini cəlb edib. O yazırdı: «Mən Leonardonun rəsmlərində ən yaxşı halda, rəssama lazım olan anatomik qeydləri aşkar etməyi gözləyirdim, lakin təəccüblə yəqin etdim ki, Leonardo anatomiyanı, onun tam genişliyi və dərinliyini əhatə etməklə öyrənib”. Leonardonu öz dövrünün ən yaxşı və böyük anatomu hesab etmək lazımdır. Bundan başqa, o şübhəsiz ki, düzgün anatomik şəklin əsasını qoyanlardan biridir. Təsviri sənət və heykəltəraşlıqda insan və heyvan vücudlarının təsviri üzərində apardığı iş, rəssamda insan və heyvan orqanizminin quruluşu və funksiyasını öyrənmək istəyi oyatmışdı. Və bu minvalla Leonardo onların anatomiyasını ətraflı şəkildə öyrənmişdi. Leonardo elmdə və incəsənətdə yeniliyin tədqiqatçısı idi. O cümlədən, anatomiyanı da, yeni tədqiqat üsulları ilə o dərəcədə inkişaf etdirib zənginləşdirmişdi ki, onu müasir anatomiyanın banilərindən biri saymaq olar. Orta əsrlərdə kilsə qanunlarına əsasən insan cəsədlərinin yarılması prosesi aparılmırdı. İlk dəfə insan cəsədinin yarılması əməliyyatı İtaliyanın Boloniya şəhərində həyata keçirilmişdi. Bu, zəhərlənmə faktı ilə əlaqədar məhkəmənin qərarı ilə həyata keçirilən yarılma əməliyyatı idi. Yarılmanı 1275-ci ildə yazılmış və dördüncü kitabı anatomiyaya həsr olunmuş «Cərrahiyyə»nin müəllifi Quliyelmo Saliseto aparmışdı. Sonralar 1302-ci ildə daha bir zəhərlənmə faktını aydınlaşdırmaq üçün yeni yarıl-

ma əməliyyatı həyata keçirildi. Bu əməliyyatı Bartolomeo de Varinyane dörd assistent ilə birlikdə aparmışdı. 1306-cı ildə Boloniya Universitetində ilk dəfə olaraq tibb fakültəsinin əsası qoyulmuşdu. Bu universitetdə insan anatomiyasını öyrənmədən heç bir cərrahın cərrahi əməliy yat aparmaq hüququ yox idi. Hətta bunun üçün qərar da qəbul olunmuşdu. Lakin heç bir mənbədə məhz insan bədəninin yarılması haqqında məlumat ve rilmirdi, çünki katolik kilsə insan cəsədlərinin yarılmasını günah hesab edirdi. Beləliklə, praktiki anatomiyanı dirçəltmək cəhdləri göstərilsə də, onlar yalnız heyvan cəsədlərinin yarılmasına aid idi. Hakimiyyət nümayəndələri tərəfindən insan cəsədlərinin yarılmasına icazənin verilməsi irəli atılmış böyük bir addım olmuşdu. Boloniyada bu faktdan geniş istifadə olunmuşdu və insan cəsədlərinin yarılması tibbi tədqiqat və tədrisinin bir üsulu kimi tətbiq olunmağa başlamışdı. Lakin yarılmalar maneəsiz ötmürdü və bəzi anatomlar qəbirlərdən meyitləri oğurladıqlarına görə təqib olunurdu. 1368-ci ildə Venesiyada ildə bir dəfə həkim və cərrahların iştirakı ilə anatomik yarılmanın aparılması zəruriliyini təsdiqləyən ilk hökumət aktı qəbul olundu. 1376-cı ildə belə bir imtiyaz Monpelyadakı universitetin tibb fakültəsinə verildi. XV-ci əsrdə belə imtiyazlar artıq təsdiq olunmuş fakta çevrilmişdi və Leonardonun dövrünə çatdıqda, təbabətin tədrisi zamanı insan meyitlərinin yarılması İtaliyada daha da adiləşdi, baxmayaraq ki, sonralar da kilsə onların aparılmasına qadağa qoymağa çalışırdı. Leonardonun ilk anatomik müşahidələri İbn Sinaya yaxın idisə, onun son tədqiqatları Vezaliya yaxındır. Leonardo da


56 Vinçi orqanların forması, quruluşu və funksiyalarını vəhdət şəklində öyrənirdi. О hesab edirdi ki, forma struktur və funksiya ilə müəyyənləşir. Hərəkətlərin mexanikasını öyrənərkən, Leonardo da Vinçi belə bir sxem irəli sürürdü: «oynaqlar vətərlərə tabedir, vətərlər – əzələlərə, əzələlər – sinirlərə, sinirlər isə – ümumi hissiyyata». Beləliklə, o, bununla funksional anatomiyanın əsasını qoyub. O əzələlərin antaqonizmi, binokulyar görmə qabiliyyəti, azan sinirin ürək fəaliyyətinə təsiri haqqında çox nadir və dəqiq qeydlər verib. Orqanizmin quruluşunu və funksiyalarını izah etmək üçün Leonardo da Vinçi riyaziyyat və mexanika qanunlarından da istifadə edib. Leonardo da Vinçi beyin mədəciklərinin əridilmiş mum ilə inyeksiyalaşdırma üsulunu tətbiq edib, onun yarılma metodikasını işləmişdi. Bundan başqa o, çox zəngin anatomik şəkillər kolleksiyası yarada bilmişdi. Bu şəkillər, mətn qeydləri və anatomiya, fiziologiya üzrə işlərin fraqmentləri olan digər əlyazmalarla birlikdə yalnız 1883-cü ildə ilk dəfə çap olunub. Leonardo da Vinçi məlum olmayan və az öyrənilmiş quruluş detallarını öyrənərək, insan skeletinin quruluşunu ətraflı təsvir edib (onurğa sütununun əyrilikləri, beş oma fəqərəsi, bəzi sümüklərin oynaq səthləri, kəllənin hava boşluqları, beynin yan mədəcikləri). O, ölçü, forma, vətərlərin təyinatı və onların sümüklərə birləşməsinə görə təsnifatını verib; uşaqlıq boruları və dairəvi uşaqlıq bağlarını ətraflı təsvir edib. O, göstərib ki, insan uşaqlığı iki deyil, bir boşluqdan ibarətdir, insan ürəyi isə üç deyil, dördkameralıdır. O, azan sinir, çiyin kələfi və digər sinirləri ətraflı göstərə bilib.

Leonardo da Vinçinin rəsmləri ilə tanış olmasaydıq, biz, əminliklə deyərdik ki, bu insanın əsas sənəti məhz anatomiya ilə bağlıdır, rəssamlıq isə yalnız onun hobbisidir. Leonardo da Vinçinin sənətşünaslıq mövzusuna aid olan «Rəssamlıq haqqında» traktatına nəzər salaq. O, təsviri sənəti bütün sənət və elmlərdən üstün tuturdu. Gəlin baxaq, Leonardo onun üçün ən məhrəm, vacib və yüksək olan sənət haqqında nə yazır: “Çılpaq fiqurların poza və jestlərini yaxşı ayırmaq üçün rəssam sinir, sümük, əzələ və vətərlərin quruluşunu bilməlidir. Müxtəlif hərəkətlər zamanı hansı sinir və ya əzələnin bu hərəkətin səbəbi olmasını bilmək üçün, yalnız onları aydın və böyüк göstərmək lazımdır. Çünki nəticədə, çılpaq fiqurlar taxtalaşmış və cazibəsiz görünər, onlara tamaşa edənə əzələli çılpaq bədən deyil, qozla dolu kisə və ya turp dəstəsi təsəvvürü bağışlayar. Sinirlərin, qısa və uzun əzələlərin təbiəti ilə tanış olan rəssam bədən üzvünün hərəkəti zamanı, bu hərəkətə hansı sinirlərin səbəb olmasını da yaxşı biləcək». Bu qeyd bir daha sübut edir ki, dahi Leonardo anatomiyanı rəssamlıq sənətinin vacib hissəsi sayıb və öyrənib. Onun fikirlərinin öyrənilməsi üçün ən vacib mənbələr yazı kitabçaları və əlyazmalardır. «Bu kitab rəhbərlik olacaqdır. O, mənim yazdığım və sonradan qaydaya salmağa hazırlaşdığım çoxsaylı səhifələrdən ibarətdir…. İnanıram ki, onu bitirməzdən əvvəl hələ çox qaydaya salmalı olacağam, ona görə də, hörmətli Oxucu, məni maraqlandıran mövzuların çox olması, yaddaşımın isə onların hamısını saxlamaq iqtidarında olmadığına görə məni lənətləmə….» Leonardonun bir filosof kimi,

eksperimental üsul carçısı olduğunu sübut edən bəzi fikirləri diqqətinizə çatdırırıq. «Təbiətin şərhçisi təcrübədir. O, heç zaman aldatmır; bizim fərziyyəmiz bəzən yanlış olur, çünki təcrübə ilə təsdiqlənməyən nəticələri gözləyir. Şəraitləri dəyişərək, onlardan ümumi qaydalar çıxarmayana qədər təcrübələr aparmaq lazımdır, çünki təcrübə həqiqi qaydaları əldə edir. Soruşa bilərsiniz ki, bəs, qaydalar nəyə xidmət edir? Buna cavab olaraq deyə bilərəm ki, onlar bizim təbiət tədqiqatlarını və incəsənət sahəsində işlərimizi istiqamətləndirir. Onlar bizi sui-istifadədən və kifayət qədər olmayan nəticələrdən qoruyur. Mən hər hansı mövzu üzərində çalışıramsa, əvvəlcə təcrübələr aparır, sonra nəticələr çıxarır və sübutlar qururam. Təbiət qanunlarını öyrənərkən, riayət etməli olduğumuz üsul budur». Bilik və sənətin bütün sahələrində çalışarkən, o, həmişə orijinal və böyük idi; və onun elm və fəlsəfə sahəsində əldə etdiyi nailiyyətlərin çox gec qiymətləndirilməsi və hətta indiyədək hamı tərəfindən qəbul olunmamağı heç də onun günahı deyil. Lakin mən əminəm ki, gec və ya tez, elm tarixi də Leonardo da Vinçiyə onun incəsənət tarixində tutduğu yeri verəcəkdir. Mir-Teymur rəssam


57


58

NAFTALAN BALZAMI Biz yeni naftalan məhsulu olan Naftalan balzamını təklif edirik. Bu məhsul həm farmakoterapiya, həm də kosmetologiyada bir tərəqqidir. Mahiyyətinə görə, öz sələfini, yəni Naftalan vannalarını üstələyən Naftalan balzamı biofarmasiyanın bütün tələblərinə cavab verir. Minimal doza əlavə təsirlər olmadan, maksimal effektivliyi təmin edir.

İSTİFADƏ QAYDASI Vannada suyun temperaturu 35-37º C olmalıdır. Nəzərə almaq lazımdır ki, 39º C və daha artıq temperaturda vannalar ürəkdamar sisteminin əlavə yüklənməsinə səbəb olur. Bu isə öz növbəsində başqa problemlərin yaranması ilə nəticələnə bilər. Yüksək temperaturlu ümumi naftalan vannası oynaqlarda iltihab proseslərinin kəskinləşməsinə və ümumi balneoloji reaksiyalara gətirib çıxarır (məsələn, bədən temperaturunun artması, EÇS-nin artması, ümumi halsızlıq, yuxu pozğunluğu və s.).

Amma su ilə dolu vannaya yaxşı çalxalanmaq şərtilə 50 ml. həcmində əlavə olunan Naftalan balzamı heç bir problemə yol açmır. İlk vannanın qəbulundan sonra xəstə 3 gün istirahət etməlidir. Sonra iki gün bir-birinin ardınca yenə vanna qəbul edərək 3-cü gün istirahətə çıxmalıdır. Bu yolla ümumilikdə 10-12 vanna qəbul etməlidir. Vanna qəbulundan sonra dəsmal ilə qurulanmaq olmaz. Əksinə, yağlı bədənə isti xalat geyib, ayaqları da odeyalla örtərək 20-30 dəqiqə istirahət etmək vacibdir. Bunun ardınca yataq şəraitində 1,5-2 saat istirahət etmək lazımdır. Balneoloji reaksiya (ocaqlı) tez başlayıbsa (2-3cü proseduradan sonra) və 5-6-cı prosedurada kəsilirsə, müalicə kursunu 9-10-cu prosedurada bitirmək olar. Gec başladıqda isə (5-6-cı prosedurdan sonra) 9-10-cu prosedurada bitirsə, müalicə kursunu 12-15-ci prosedura qədər davam etmək olar.


60

DÖŞ XƏRÇƏNGİ NECƏ YARANIR?


61

öş xərçəngi dünyada ağciyər xərçəngindən sonra ən çox yayılan xərçəng növü sayılır. Hər 8 qadından birinin döş xərçənginə tutulma ehtimalı var. Tibbin yüksək səviyyədə inkişafına baxmayaraq, bu gün də xərçəngin yaranma səbəbi və necə inkişaf etdiyi tam olaraq bilinmir. Ancaq mütəxəssislər düzgün həyat tərzi, sağlam qidalanmaq və bir sıra başqa amillərə diqqət yetirməklə döş xərçənginə tutulma riskini az da olsa aşağı salmağın mümkünlüyünü iddia edirlər. Odur ki, hər bir qadın bu amansız xəstəliyin caynağına keçməmək üçün özü özünün həkimi olmalıdır. Döş xərçənginin yaranmasına səbəb olan amillər, onun təyin olunması və müalicəsi, həmçinin bu xəstəlikdən qorunma yolları barədə Bakı Tibb Mırkəzinin əməkdaşı ginekoloq Nüşabə Hüseynova ilə söhbətləşdik.

QƏRB HƏYAT TƏRZİNİN FƏSADLARI Həmsöhbətimizin bilgisinə görə, döş süd vəzilərindən və kanallardan ibarətdir. Bu süd vəzilərindəki və kanallardakı hüceyrələrin nəzarətsiz şəkildə çoxalması və vücudun müxtəlif yerlərinə yayılması döş xərçəngi

adlanır. Döş xərçənginə adətən 50 yaşını keçmiş qadınlarda daha çox rast gəlinir. Nadir də olsa kişilərdə də döş xərçənginə tutulma halları ola bilər. Bu hal kişilərdə 1/150 nisbətində dəyişir. Erkən klimaks və 18 yaşında gerçəkləşən ilk doğuş döş xərçənginə tutulma riskini azalda bilər. Onu da qeyd edək ki, 1970-ci illərdən sonra döş xərçənginə tutulma faktları artmaqdadır və bu artıma müasir Qərb həyat tərzi səbəb göstərilir. Şimali Amerika və Avropa ölkələrində döş xərçənginin yaranması faktı dünyanın digər yerlərinə nisbətən daha çoxdur. ABŞ-da hər il 185 min qadına döş xərçəngi diaqnozu qoyulur və onların 46 mini ölümlə nəticələnir. Ginekoloq N.Hüseynovanın sözlərinə görə, döş xərçəngi metastaz verməzsə - yəni yayılmazsa, xəstələrin 96% yaşamaq şansı var: “Döşdə rast gəlinən şişlərin ancaq 10-da biri xərçənglə bağlıdır. Ona görə də xanımlar döşlərində bərk bir cisim yarandığı halda, çox da həyəcanlanmasınlar. Ancaq bu şişin hansı səbəbdən yarandığını öyrənmək üçün mütləq həkimə müraciət etmək lazımdır. Ümumilikdə götürdükdə isə, döşlərdə yaranan istənilən şişlər, xərçəng olmasa belə, ətraf toxumalara ağırlıq verdiklərindən ağrı hissinə səbəb ola bilər”. Döş xərçənginə məruz qala bilər… - Yaşı 50-dən yuxarı olan qadınlar; - Klimaksdan sonra həddən artıq kökələnlər; - Alkoqollu içkilərdən çox istifadə edən qadınlar; - Birdən-birə həddən artıq arıqlayanlar; - Yağlı yeməklərə üstünlük verənlər; - Qida rasionunda mal və qoyun ətinə çox yer verənlər; - Çox gec klimaksa girən qadınlar; - Daha öncə digər döşündə xərçəng olanlar;

Bundan başqa… - Erkən yaşda menstruasiya dövrünün başlanması (12 yaşdan tez); - Heç hamiləliyin olmaması və ya çox gec yaşda ana olmaq; - İrsi və ya fərdi döş anormallıqları; - Yaxın ailə üzvlərindən biri döş xərçənginə məruz qalıbsa (ana və ya bacıda rast gəlinibsə);

DÖŞ XƏRÇƏNGİNƏ TUTULMAMAQ ÜÇÜN... Digər xərçəng növlərində olduğu kimi döş xərçəngində də pəhrizlərə əməl olunması, düzgün həyat tərzi bu xəstəliyin yaranma təhlükəsini az da olsa aradan qaldıra bilər. Elmi tədqiqatlara görə qidalanmada meyvə-tərəvəzlərdən çox istifadə olunması, bədənin daim fəaliyyətdə olması xərçəng faktorunu azaltmağa kömək edir. Piylənmə və qeyri-rasional qidalanma xərçəngin inkişafına təsir göstərən amillərdəndir. Təsadüfi deyil ki, tarixən əhalisi az yeməyə öyrəşmiş ölkələrdə bağırsaq və döş xərçəngi xəstəliklərinin geniş yayılmadığı da qeydə alınıb. Qeyd edək ki, xərçəng xəstəliyinin yaranma səbəblərinin statistikasına görə səhv qidalanma tütündən sonra ikinci yeri tutur. Odur ki, qidalanmanızda və həyat tərzinizdə bəzi qaydalara əməl etməklə bu xəstəliyin yaranma riskini azalda bilərsiniz: - Həddən artıq arıqlıq və köklükdən qaçmaq lazımdır, xüsusən də yaşlandıqca artıq kilolardan xilas olmağa çalışın; - Yeməkləri bitki yağlarında hazırlamaq məsləhət görülür, məsələn, zeytun, qarğıdalı və soya yağları. - Alkoqollu içkilərdən çox az və ya ümumiyyətlə istifadə etməməyə səy göstərin; - Gündəlik fiziki hərəkətlərlə məşğul olun; - Gündəlik süd və süd məhsullarına, zülallarla zəngin qidalara üstünlük verin;


62 - Qida rasionunda meyvətərəvəzə üstünlük vermək lazımdır. Kələm, çuğundur, ispanaq xüsusilə xeyirlidir. - Az yağlı qidalardan, həmçinin yağsız ətlərdən daha çox istifadə edin; - Hisəverilmiş ərzaqlar (kolbasa, sosiska, balıq) sağlamlığa böyük ziyan vurur; - Qızardılmış yeməklərdən imtina etsəniz, yaxşı olar. Belə ki, onlar onkoloji xəstəliyə tutulma riskini artıran kanserogen maddələrini özündə cəmləşdirir; - Tort və kremli şirniyyatlardan həddən artıq istifadə etməyin; - Çox duzlu yeməyin; - Həddən artıq kalorili qidalar şişlərin inkişafını tezləşdirir; - Yaşıl çaya üstünlük vermək məsləhətdir; - Siqaretdən uzaq olun; - Güclü mənfi emosiyalardan qaçın.

İLKİN ƏLAMƏTLƏRİ Həmsöhbətimizin sözlərinə görə, döş xərçənginin erkən təyin olunması son dərəcə əhəmiyyətlidir. Bu zaman müalicə daha effektiv nəticə verə bilər. Döşün xarici deformasiyaya uğraması, şəkil dəyişkənliyi, dəridə qalınlaşma, ələ gələn sərt kütlələr, qoltuq altında yaranan sərt şişlər aşkarlandıqda, diqqətli olmaq lazımdır. Döşlərdən biri digərinə nisbətən azacıq böyük ola bilər. Ancaq bu böyüklük çox hiss olunarsa, bu zaman mütləq həkimə müraciət etmək lazımdır. Nüşabə Hüseynova döş xərçənginin yarandığı ilkin mərhələdə onun çətinliklə təyin olunduğunu bildirir: “Döş xərçəngi ilk vaxtlarda həm ağrılı, həm də ağrısız formada özünü göstərir. Həmçinin yuxusuzluq, halsızlıq, ümumi zəiflik, əsəbilik kimi hallara da rast gəlmək mümkündür. Hətta bəzən xərçəng digər orqanlara metastaz verənədək, onu aşkarlamaq olmur. Döş xərçəngi döşdən kənara yayıldıqda ən çox qoltuqaltı limfa düyünləri metastaza uğrayır. Xərçəngli hüceyrələr digər limfa

düyünlərinə, sümüyə, qaraciyərə və ağciyərə də metastaz verə bilər”. Döş xərçəngini müəyyənləşdirmək üçün bir neçə üsul var: 1. Palpasiya - əllə müayinə, 2. Ultasəs müayinəsi, 3. Mamoqrafiya müayinəsi. Ginekoloq N.Hüseynovanın sözlərinə görə bəzən bu proses gizli keçir. Ona görə də hər bir qadın mütəmadi şəkildə əl ilə palpasiya etməli, döşündə hər hansı bir dəyişikliyin yaranıb-yaranmadığını yoxlamalıdır: «Hətta hər bir qadın ən azı ildə bir dəfə həkim müayinəsindən keçməlidir”.

MÜALİCƏSİ N.Hüseynovanın sözlərinə görə, döş xərçəngi diaqnozu qoyulduqdan sonra müxtəlif müalicə formaları təyin oluna bilər. Müalicə növünün seçilməsi isə bir sıra faktorlardan asılıdır. Bunlar xəstənin yaşı, sağlamlıq vəziyyəti, xərçəngin hansı mərhələdə olması və s.-lə bağlıdır. Döş xərçəngi zamanı cərrahi müdaxilə və kimyaterapiya standart müalicə formalarıdır. Bəzi kiçik şişlərdə, yayılma olmayıbsa, sadəcə cərrahi müdaxilə kifayətdir. Ancaq şişin böyük olması və metastaz verməsi kimyaterapiyaya ehtiyac yaradır. Ancaq unutmaq lazım deyil ki, döş xərçənginə qarşı ən effektiv qoruma mexanizmi erkən diaqnoz qoyulmasıdır.

SAÇ BOYALARI DOŞ XƏRÇƏNGİNƏ SƏBƏB OLUR Kaliforniya Tibb Universitetinin tədqiqatçılarının gəldikləri qənaətə görə saç boyalarından istifadə edən qadınlar arasında digər qadınlara nisbətən xərçəngə tutulma halı daha çoxdur. Onlar belə bir nəticəyə gəliblər ki, saç boyasından (xüsusilə də tünd çalarlardan) istifadə immun sistemini darmadağın edən qorxulu şişin inkişafını gücləndirir. Tədqiqatçıların müşahidələrinə əsasən son 20-25 il ərzində saç

boyasından istifadə edən qadınların bu xəstəlikdən təbii saç rənginə üstünlük verən xanımlardan iki dəfə artıq əziyyət çəkdikləri məlum olub. Alimlər saç boyası ilə xərçəng şişini bir-birinə bağlayan mexanizmi tam şəkildə aydınlaşdırmağa müvəffəq olmasalar da, ilk növbədə, şübhə doğuran elementlər kimi saç boyalarının tərkibində olan kimyəvi maddələr yada düşür.

STRESS - XƏRÇƏNGİN MÜALİCƏSİ Bir qrup alim stressin xərçəngə səbəb ola biləcəyini söyləsə də, Danimarka alimlərinin apardığı araşdırmalar bunun tam əksini ortaya çıxardı. Onların apardıqları tədqiqatlar göstərdi ki, yaxın qohumun ölümü, ağır xəstəlik, qəza zamanı güclü stress keçirən qadınlarda döş xərçəngi müşahidə olunmayıb. Danimarka alimlərinin sözlərinə görə, güclü stress xərçəng xəstəliyinə tutulmaq ehtimalını 40% azaldır. Onlar bunu güclü stressin qadın hormonlarına - xüsusən də xərçəng hüceyrələrinin yaranmasının qarşısını alan estrogenlərə təsir etməsi ilə əlaqələndirirlər.

ANTİBİOTİKLƏR RİSKİ ARTIRIR Vaşinqton Universitetinin əməkdaşlarının apardığı müşahidələrə görə, antibiotiklərdən müntəzəm istifadə döş xərçənginə tutulmaq riskini ikiqat artırır. Belə ki, 25 kurs antibakterial müalicə keçən qadınlar xərçəng xəstəliyinə 1,5 dəfə tez tutulublar.

SOĞAN VƏ SARIMSAĞIN XEYRİ Fransanın şimal-şərq hissəsində yaşayan qadınlar arasında aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, soğandan və sarımsaqdan qida kimi istifadə edilməsi döş xərçənginə tutulma hallarının azalmasına səbəb olur. Nigar İlqarqızı


63

Salvador Dali


64

HAMİLƏLİYİN ERKƏN TOKSİKOZU


65

amiləlik toksikozu qadın orqanizmində döl yumurtasının inkişafı nəticəsində əmələ gələn dəyişikliklərlə bağlıdır. Bu hal qadın orqanizminin hamiləliyə öyrəşmə mexanizmi pozulduqda yaranır. Maddələr mübadiləsində, daxili sekresiya vəzilərinin funksiyasında, ürək-damar sistemində, böyrəklərdə, digər orqan və sistemlərdə nəzərə çarpacaq dəyişikliklər baş verir. Toksikozları 2 böyük qrupa bölürlər: erkən (hamiləliyin I yarısında) və gecikmiş (hamiləliyin II yarısında). Erkən toksikozlar, adətən, hamiləliyin 5-6-cı həftələrində yaranır və 12-ci həftəyədək davam edir. Hətta bəzən hamiləliyin erkən toksikozu 16-17ci həftələrdə də özünü büruzə verir. Bu zaman hamilə qadında ruh düşkünlüyü, pis əhval, ürək bulanma, qusma, ağız sulanması (gün ərzində 1,5 litrə qədər və daha çox tüpürcək ifraz oluna bilər) ilə müşahidə olunur. Ağız

suyu ifrazının artması – həm qusmadan əvvəl baş verən bir əlamət kimi, həm də ayrıca toksikoz forması kimi yarana bilər. Ağız suyu ifrazının artması hamilə qadının psixologiyasına mənfi təsir göstərir, dodaq və dərini qıcıqlandırır. Ağız suyu ifrazının hədsiz artması halı hətta orqanizmin susuzlaşmasına da səbəb ola bilər. Erkən toksikozun ən geniş yayılmış forması qusmadır. Qusma gündə bir neçə dəfə təkrar olunur, adətən yeməkdən sonra baş verir və tezliklə su, duz, zülal, karbohidrat və yağ mübadiləsinin pozulmasına, turşuqələvi və vitamin balansının, daxili sekresiya vəzilərinin funksiyasının, ilk növbədə böyrəküstü vəzilərin funksiyasının pozulmasına gətirib çıxarır. Qusma gün ərzində 3-dən 20 dəfəyə qədər ola bilər. Bu zaman orqanizm susuzlaşır, dəri quru, bürüşük olur, ağız boşluğunda pis qoxu əmələ gəlir. Erkən toksikoz nəticəsində yaranan qusmanı ağırlıq dərəcəsinə görə 3 qrupa bölmək olar: - Yüngül dərəcə - gündə 3-5 dəfə, yeməkdən sonra, ümumi vəziyyətə təsir etmir, asan müalicə olunur və 2-3 aydan sonra özözünə keçib gedir. - Orta dərəcə - yemək qəbulundan asılı olmayaraq baş verir, gündə 10-12 dəfə, bədən çəkisi azalır, zəiflik, ürək döyüntüsü yaranır, dəri quru olur, ifraz olunan sidiyin miqdarı azalır. - Ağır dərəcə - gün ərzində 20 dəfə və artıq təkrar olunur, ümumi vəziyyət kəskin ağırlaşır. Aclıq və susuzlaşma orqanizmin üzülməsinə səbəb olur, bədən çəkisi ayda 8-10 kq-a qədər azalır, gücsüzləşmə yaranır. Dil quru olur, ağızdan aseton qoxusu gəlir. Nəbz və bədən temperaturu artır, arterial təzyiq azalır. Ümumiyyyətlə, bir çox hamilə qadınlarda səhərlər ac qarına qusma baş verir, lakin onlar bunu toksikoz kimi qəbul etməməlidirlər.

ERKƏN TOKSİKOZ NƏDƏN BAŞ VERİR? Mədə-bağırsaq xəstəlikləri, infantilizm, qalxanabənzər vəzin xəstəliyi, qeyri-düzgün qidalanma, sinir gərginliyi toksikozun yaranmasına şərait yaradır.

TOKSİKOZ ZAMANI NƏ ETMƏK LAZIMDIR? Toksikoz keçirdiyiniz zaman onun kəskinləşməsini gözləməyin, tez-tez çəkinizi ölçün, aşağıdüşmə halları varsa, narahat olmağa dəyər. Vaxtında başlanan müalicə narahatlıqları tez bir zamanda aradan qaldırır. Ümumiyyətlə, toksikozun ilkin simptomları ilə qarşılaşdıqda mama-ginekoloqa müraciət edin (erkən toksikozların müalicəsi qadın məsləhətxanalarında aparılır). Adətən, vaxtında başlanmış müalicə xoşagəlməz halların qarşısını alır. Bu dövrdə gəzintilər çox faydalıdır. Fasilə ilə qidalanmaq lazımdır. Belə ki, gün ərzində 5-6 dəfə, ancaq az miqdarda yeyin. Bu zaman yeməyin isti olmamasına da diqqət yetirmək lazımdır. Yaxşı olar ki, uzanmış vəziyyətdə qidalanasınız. Müntəzəm olaraq çəkinizi yoxlayın, əgər çəkiniz kəskin sürətdə düşürsə, deməli bu, fəlakət siqnalıdır. Bu zaman təcili olaraq, həkimə müraciət etmək lazımdır. Bəzən hamiləliyin birinci yarısının toksikozundan əziyyət çəkən və əldən düşmüş qadın uşaqdan xilas olmaq haqqında düşünür. Bu fikirlərdən uzaq olun, çünki sonrakı hamiləlik zamanı toksikoz daha ağır formada təkrar olunur.

Samirə Əhmədova


66

HAMİLƏ QADIN SƏYAHƏTƏ ÇIXA BİLƏRMİ?

Bəzi qaydalara riayət etməklə bu niyyəti gerçəkləşdirmək mümkündür


67

ay mövsümü başlarbaşlamaz bir çoxları Bakının istisindən, tozlu və səs-küylü həyatından uzaqlaşmaq üçün səyahət planları qurmağa başlayır. Bu minvalla da bəziləri Azərbaycanın sərin rayonlarına, bəziləri isə xarici ölkələrə üz tuturlar. Amma digərlərindən fərqli olaraq hamilə qadınlar uzaq yola çıxmağın gələcək körpələri üçün zərərli ola biləcəyini düşünərək istirahətə getməkdən çəkinirlər. Əslində isə hamiləlik səyahət etməyi və hərəkəti əngəlləyən bir müddət deyil. Hamilələr də digər insanlar kimi səyahət edə bilərlər. Üstəlik hamilələrin səyahətə çıxmaları onların əhval-ruhiyyəsinin yüksəlməsi baxımından da əhəmiyyətlidir. Bəzi qaydalara riayət etmək şərtilə hamilə vaxtı da səyahətdən zövq almaq, dincəlmək olar. Beləliklə, uzaq yola çıxmazdan əvvəl: - Həkiminizlə görüşüb, müayinədən keçin və onun məsləhətlərinə əməl edin. - Getdiyiniz rayon və ya ölkə ilə bağlı sağlamlığa aid məlumatlar əldə edin, həmin yerdəki xəstəxanaların ünvanlarını öyrənin. - Həddindən artıq uzaq yerlər, həmçinin hava dəyişikliyi sizi və

körpənizi yora bilər. Ona görə də istirahət məqsədilə yaxın yerlər seçməyə çalışın. Təbii ki, digərləri kimi hamilə qadınlar da səyahət edərkən müxtəlif nəqliyyat vasitələrindən istifadə etməli olurlar. Bu zaman mütəxəssislər bəzi qaydalara riayət etməyi vacib sayırlar. Məsələn, avtomobil və dəmir yolu ilə səyahət zamanı ən əsas problem uzun müddət hərəkətsiz qalmaqdan dolayı aşağı ətraflarda qan dövranın pozulmasıdır. Bu zaman ayaq və topuqlarda şişmələr ola bilər. Ona görə də uzun müddətli səfərlərdə hər 1,5-2 saatdan bir fasilə verərək, yüngül gəzişməli və qan dövranını sürətləndirməlisiniz. Həmçinin yüngül qidalar yeyib, bol maye qəbul etmək, rahat paltarlar geyinmək lazımdır. Səfər marşurutu boyunca yerləşən tibb ocaqları haqqında qabaqcadan məlumat almağınız da yerinə düşər, gözlənilməz hadisə zamanı çətin vəziyyətdə qalmazsınız. Səfər zamanı təhlükəsizlik kəmərini mütləq taxmaq lazımdır. Bu sarsıntılar zamanı körpənin zərər çəkməsinin qarşısını alar. Yola çıxmazdan əvvəl həkimlə məsləhətləşərək, ürəkbulanmasına qarşı da dərmanlar götürmək olar. Avtomobil və dəmir yolundan fərqli olaraq təyyarə daha əlverişli nəqliyyat növü sayılır. Bu da onun mənzil başına tez çatması ilə bağlıdır. Ancaq hamiləliyin yeddinci ayından sonra təyyarə ilə səfərə çıxmaq təhlükəli hesab olunur. Məsələ burasındadır ki, hamilə vaxtı təyyarə ilə səyahət etmək bir neçə saat narahat vəziyyətdə hərəkətsiz oturmağınıza səbəb olur. Bu da tromboz riskini artırır. Təyyarə ilə səyahət edərkən də bol miqdarda maye qəbul etmək lazımdır. Dəniz yolu ilə səyahət isə daha etibarlı sayılır. Ancaq hamiləlikdən doğan ürəkbulanmalar və qusma halları bir qədər çətinlik yaradır. Əgər hamiləliyiniz kəskin ürəkbu-

lanmalarla müşayiət olunursa, gəmi ilə səyahətdən uzaq olun. Yüngül ürəkbulanması olanlar ürəkbulanmaya qarşı dərmanlar götürsələr, yaxşı olar. Hamilə vaxtı qadınlar tropik bölgələrə səyahət fikrindən daşınsalar, gələcək körpələri üçün daha xeyirli olar. Çünki bu bölgələrə səyahət hamilə qadınların malyariya, qızdırma kimi xəstəliklərə tutulma riskini artırır. Bu da həm ana, həm də uşaq üçün təhlükəlidir. Çünki şiddətli qızdırmalar ananın dünyaya ölü və ya şikəst uşaq gətirməsi ilə nəticələnə bilər. Bundan başqa hamilə qadınlar digərlərindən fərqli olaraq özlərini gündən qorumalı, şünəş şüalarının özlərinə və körpələrinə zərər verməməsinə çalışmalıdırlar. Çünki günün təsiri nəticəsində hormonların konsentrasiyası çoxalır, qadının üz dərisində, əsasən də alnında və burnunda tünd ləkələr əmələ gəlir. Bəzi hallarda doğuşdan sonra bu ləkələr yox olur, bəzi hallarda isə həmişəlik qalır. Digər tərəfdən günəşin altında çox qaldıqda daxili orqanlar qızır, bu da öz növbəsində dölün hərarətinin artmasına gətirib çıxarır. Əgər döl uzun müddət yüksək hərarət altında qalarsa, bu onun beyninin zədələnməsinə səbəb ola bilər. Həmçinin bəzi tədqiqatçılar ultrobənövşəyi şüalar ilə sinir sistemi arasında əlaqə olduğunu bildirirlər. Ona görə də şüalanmanın uşaqların onurğa sütununa təsir göstərdiyini iddia edirlər. Bu da körpənin qüsurlarla dünyaya gəlməsinə səbəb olur. Həkimlər qadınlara solyaridən istifadə etməməyi də tövsiyə edirlər. Çünki süni qaralma zamanı yanma riski aşağı düşsə də, şüaların təsirindən başqa problemlər yaranır. Ümumiyyətlə, gələcək körpəsini düşünən analar günəşdə çox qalmamlıdır. Uzun müddət günəşdə qalmaq vücudun su itirməsinə səbəb olur, bu hal isə hamiləliyi təhlükə altına alır. Aytac Rafiqqızı


68

QAMƏTLİ OLUN... Bel büküklüyü ürəyə, ağciyərə, mədəyə, hətta görmə qabiliyyətinə də mənfi təsir göstərir


69 ması və onun əyilməsi ilə nəticələnir. Ona görə də pediatrlar valideynləri körpəni erkən hərəkətə həvəsləndirməməyə çağırır. Mütəxəssislər bildirirlər ki, körpəni 3-4 aylığında oturtmaq olmaz. İlk addımlarını isə dayaq hesabına (manej və ya çarpayının dəstəyinə arxalanaraq) 10-11 aylıq olanda atmalıdır.

əbii ki, hər bir valideyn öz körpəsinin tez bir zamanda yeriməsini arzulayır. Körpə ilk addımını atanda valideynlərin sevincinin həddihüdudu olmur. Onun ayaqda durması, otağın bu başından o biri başına getməsi üçün hamı əlindən gələni etməyə çalışır. Təəssüf ki, bu zaman səhvlərə də yol verilir. Bunu nəzərə alan mütəxəssislər valideynlər üçün müəyyən tövsiyələr hazırlayıblar. Mütəxəssislər bildirirlər ki, körpənin onurğa sütunu formalaşsın deyə, uşağı oturtmağa və ayaqlar üzərinə qoymağa tələsməmək lazımdır. Çünki onun fəqərələri hələ bu yükə hazır deyil! Uşağın inamlı oturması üçün öncə onun iməkləməsi vacibdir. Bu zaman körpənin bel əzələləri də möhkəmlənir. Əks halda körpə çəkisinə davam gətirə bilməyən ayaqlar, təkər və ya X hərfi şəklində əyilə, pəncələr yastılana bilər. Bu isə onurğa sütununa düşən yükün art-

Uşağı tez-tez çarpayıda, beşikdə (bu, ideal variantdır), uşaq arabasında, əllərinizdə, hava ilə doldurulmuş iri top üzərində (qarnı üstə qoyaraq və əllərinizlə tutaraq) yelləyin. Belə hərəkətlər, spazma vəziyyətində olan əzələləri çox gözəl yumşaldır. • Körpəni embrion vəziyyətində uzadın. Kürəyi üstə qoyub, əllərini sinəsi üzərində çarpazlayın, dizlərini qarnı tərəfə yığın və sol əlinizlə saxlayın, sağ əlinizlə isə körpənin başını bədəni tərəfə əyin. Asta və ritmik şəkildə uşağı bu vəziyyətdə özünüzə və əks tərəfə doğru, böyrü üstə yelləyin (5-10 dəfə); • Kürəyini sığallayın. Ovcunuzla və əlinizin arxa tərəfi ilə körpənin dərisini sürtün; • Körpəni kürəyi üstə uzadın və silkələyin. Bazı önünün aşağı hissəsini əlinizlə tutaraq, uşağın əlini silkələyin, sonra bir qədər yuxarıda tutun və yenidən silkələyin; • Körpənin əlindən və ya ayağından tutaraq, astaca, bəzən də tez-tez yellədin; • Körpənin əlini və ya ayağını yana gərərək, onu xəmir yayılan tərzdə masaj edin. Narahatlıq doğuran başqa məqamlar da var. Mütəxəssilər hesab edirlər ki, uşağı «ona necə rahatdır, elə də otursun» prinsipi ilə böyütmək məqbul deyil. Çünki belə olan təqdirdə bir çox uşaqlarda skolioz (onurğa sütunu əyilməsi) əlamətləri əmələ gəlir: bükük bel və çiyinlər, yeriyərkən ayaqların bir-birinə sürtülməsi, daimi aşağı enmiş baş. Onu da qeyd edək ki, skoliozun formalaş-

ma təhlükəsi üç yaşdan etibarən artmağa başlayır. Ona görə də valideynlər maksimum diqqətli olmalıdırlar. Pis qamətin formalaşmasında artıq çəkinin də rolu az olmur. Bununla belə həddindən artıq arıqlıq da təhlükəlidir. Məsələ burasındadır ki, dərialtı piy təbəqəsi əzələlərlə birgə sümük karkasını stabilləşdirir. Arıq körpələrdə isə süst qamət formalaşır – qarın qabağa çıxır, çiyinlər sallanır, kürək sümükləri qanad kimi qabarır. Çarpayı üçün xüsusi ortopedik döşək alın. Körpə yumşaq, əyilən səth üzərində yatırsa, onurğa sütununun forması pozulur. • Həftədə 2-3 dəfə uşağı hovuza aparın – üzmə qaməti yaxşılaşdırır. Masaja yazılın; • Yüngül yükü, məsələn, kitabı əmgək üzərinə yerləşdirərək körpəni yeritmək, onda düzgün qamətin formalaşmasına kömək edir; Araşdırmalara görə, məktəb yaşına çatana qədər hər üç uşaqdan birində qamət pozğunluğu müşahidə olunur. Mütəxəssislər qeyd edirlər ki, bel büküklüyü yalnız uşağın zahiri görünüşünə deyil, eləcə də, ürək, ağciyər, mədə, digər daxili orqanlar, hətta görmə qabiliyyətinə təsir göstərir. Uşaq belini bükərək, dəftərin üzərinə əyiləndə qan göz dibinə yığılır. Bundan əlavə, vizual iş üçün optimal məsafə pozulur, bu səbəbdən uşağın gözləri gərginliyə məruz qalır və tezliklə uzağı zəif görür.

Xəyalə Mustafayeva


70 Peyvənd müxtəlif xəstəliklər zamanı yarana biləcək fəsadların qarşısını alır


71 hüceyrələri yenidən canlandırma qabiliyyətinə malikdir. Peyvənd bədəndə uzun müddət qalır. Əgər məhv olmuş infeksiya yenidən baş qaldırarsa, peyvənd onu məhv edə bilir. Peyvəndin uzun illər qoruyucu effekt göstərməsi üçün uşağın 6 yaşına kimi bu vasitədən istifadə etmək lazımdır. Yəni bir dəfə peyvənd etdirib, illərlə ara vermək olmaz. Çünki bədəndə olan infeksiyaların məhv edildikdən bir neçə il sonra yenidən baş qaldırma ehtimalı böyükdür. Peyvəndin ən böyük xeyri insanlarda sağlamlığın davamlı şəkildə olmasını təmin etmək, həmçinin xəstəliklərin çox yayılmasının qarşısını almaqdır. Peyvənd vasitəsilə insan təkcə özünü yox, həm də ətrafındakı insanları qorumuş olur. Peyvənd olunmuş insan hansısa bir keçici xəstəliyə tutulsa, bu zaman o, infeksiyanı başqasına keçirə bilməyəcək.

ayız və qış fəsli adətən qrip və digər keçici xəstəliklərin yaranmasına şərait yaradır. Müşahidələrə əsasən demək olar ki, bu tip xəstəliklərə böyüklərə nisbətən uşaqlar daha tez və çox yoluxurlar. Bəs görəsən uşaqları belə xəstəliklərdən qorumaq üçün nə etmək lazımdır? Mütəxəssislər ən effektli yol kimi peyvəndi məsləhət görürlər.

PEYVƏND NƏDİR? İnsanda və heyvanda xəstəlik yaratma qabiliyyətində olan viruslar mövcuddur. Bu viruslar zəhərli infeksiyalarla dolu olur və hər an partlayıb, bədənə yayıla, insanda müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər. Bunun qarşısını almaq üçün peyvənddən istifadə olunur. Peyvənd infeksiyaların məhv edilməsi üçün yaradılan bioloji maddədir. Peyvənd xəstəliklərdən qorunmaq üçün sağlam insanlara vurulur. O, bədənə daxil olduqda infeksiyaları məhvetmə və ölmüş

… VƏ NƏ ÜÇÜN LAZIMDIR? Yeni doğulmuş uşaq anadan bəzi qoruyucu hüceyrələr alır. Ancaq zaman keçdikcə bu hüceyrələr öz funksiyasını itirir. Elə buna görə də uşaqlar hansısa infeksiyaya qarşı mübarizə aparmaq gücündə olmur. Ona görə də anadan ötürülən hüçeyrələrin qoruyucu funksiyalarının saxlanması üçün peyvənd gərəklidir. Peyvənd xeyirlidir: • Körpə uşaqların şikəst doğulmamasına. • Hepatit B virusuna yoluxmamağa. • Beyinlə əlaqədər olan xəstəliklərdən sonra kar olma ehtimalının aradan qalxmasına. • Qızılca, məxmərək kimi xəstəliklərdən sonra beyində yaranan problemlərin qarşısının alınmasına. Bəzən elə olur ki, qadınlar hamiləlik zamanı qızılcaya tutulurlar. Bu zaman ana bətnində olan körpə anadan çox zərər görür. Belə halda uşağın şikəst doğulması ehtimalı böyükdür. Bu kimi halların qarşısını

almaq üçün erkən yaşlarda peyvənd olunmaq lazımdır. Ümumiyyətlə, peyvənd müxtəlif xəstəliklər zamanı yarana biləcək hər hansı bir şikəstliyin, xoşagəlməz halların qarşısını alır.

HƏKİM MƏSLƏHƏTİ Həkim-pediatr Dəyanə Bayramovanın sözlərinə görə, ilk peyvəndin uşaq dünyaya gələndən sonra 12 saat ərzində vurulması vacibdir: «Doğuşdan sonra ilk 12 saat ərzində körpəyə – Hepatit B-yə, 4-7 günündə isə vərəmə və polimetə qarşı peyvənd vurulmalıdır. Körpə 2 aylıq olanda Hepatit, polimet və AGDT-yə, 3 aylıq olanda isə yalnız AGDT- yə qarşı peyvənd edilməlidir. Körpə 4 ayına çatdıqda Hepatit B-yə qarşı peyvənd yenidən təkrarlanmalıdır. Uşaq 12 aylıq olanda mantı reaksiyası qoyulur və DPM, məxmərək, qızılca, parazitə qarşı peyvənd olunmalıdır. 18 aylıq uşaqlara isə difteriyaya qarşı peyvənd vurulmalıdır. Uşaq 6 yaşına çatana qədər ildə bir dəfə olmaq şərtilə qızılcaya, məxmərəyə, difteriyaya qarşı mantı reaksiyası qoyulmalıdır».

PEYVƏNDDƏN SONRA… Çoxları peyvənddən sonra bədəndə hansısa bir ləkənin qala biləcəyindən çəkinirlər. Ancaq peşəkar tibb işçisi tərəfindən qaydasında həyata keçirilən peyvəndin heç də böyük fəsadları olmur. Həmsöhbətimiz Dəyanə Bayramova uşaqlara peyvəndin olunub-olunmamasını bu çapıqlar vasitəsilə müəyyənləşdirdiklərini söyləyir: «Uşağın sağlamlığını nəzərə alsaq, bədəndə qalan izə əhəmiyyət vermək lazım deyil. İlk bir ay ərzində peyvəndin yeri qızarır, sonra orada çapıq qalır. Bu çapığı qüsur adlandırmaq olmaz». Yeri gəlmişkən onu da qeyd edək ki, peyvənd bir çox xəstəliklərə müsbət təsir etsə də, bəzi hallarda həkimlər onu qadağan edirlər. Belə ki, allergiyalı xəstələrə peyvənd vurulmasına icazə verilmir.


72 PEYVƏND OLUNMASA… • Hər il 10 minlərlə şikəst uşaq dünyaya gələrdi. • 20 min uşaqda qızılcadan əqli çatışmazlıq yaranardı. • Qızılca hər il 3 min uşağın ölümünə səbəb olardı. • Keçici və öldürücü xəstəliklər insanların dünyasını dəyişməsinə səbəb olan birinci amil hesab edilərdi. Peyvənd - su çiçəyi, Hepatit A, Hepatit B, qızılca, qulaqdibi, dif-

teriya, şikəstlik, quduzluq, məxmərək, vərəm kimi xəstəliklərə qarşı tətbiq olunur. Bir çoxları elə hesab edirlər ki, peyvəndi sadəcə, uşaq yaşlarında vurmaq olar. Ancaq həkimlər bütün yaş qrupunda peyvənd etdirməyin mümkün olduğunu deyir. Bir çox xəstəliklərə qarşı uşaq yaşlarında peyvənd vurulmayan insanlar sonrakı yaşlarında peyvənd vurdura bilərlər. Bu bəzi xəstəliklərin yaşlaşdıqca daha ağır keçməsinin qarşını almaq üçün vacibdir. Samirə Əhmədova


73


74

ünyada milyonlarla kişi prostat böyüməsi problemi yaşayır və təxminən 32 min kişi hər il prostat xərçəngidən dünyasını dəyişir. Son illər prostatla bağlı problemlər kişilərin ən çox şikayət etdikləri xəstəliklərin siyahısında ilk yeri tutur. Prostat xərçəngi ağciyər xərçəngi və ürək çatışmazlığından sonra başda gələn ölüm səbəbləri arasındadır. Yaşı 50-yə qədər olan kişilərin 35%-nin prostatında xərçəngli hüceyrələrə rast gəlinir. Dünyada hər 6 kişidən birinə prostat xərçəngi diaqnozu qoyulur və onların 31%-i bu xəstəlikdən dünyasını dəyişir. Prostat xəstəlikləri və onların müalicəsi, həmçinin prostat xərçənginin yaranma səbəbləri, ilkin əlamətləri, erkən diaqnoz qoyulmasının əhəmiyyəti barədə suallarımızı Diaqnoz Tibb Mərkəzinin androloqu Əsgər Xudiyevə ünvanladıq. Mütəxəssisin bilgisinə görə prostat kişilərin çanaq orqanında yerləşən şabalıdabənzər bir orqandır. Prostat vəzinin müxtəlif funksiyası var. Ən əsası sidiyin və spermanın daşınmasını təmin edir. Androloqun dediyinə görə prostat vəzinin endokrin və ekzokrin funksiyası var: “Endokrin funksiya dedikdə, prostatın daxili sekresiya vəzilərinin işini tənzim etməsi başa düşülür. Ekzokrin isə odur ki, prostat vəzi tərkibində lesitin dənələri olan xüsusi şirə ifraz edir. Spermatazoidlər lesitin dənələrə qarışdıqdan sonra aktivlik əldə edir. Prostat insanın yetkinlik yaşına qədər aktiv olmur. Yetkinlik yaşına

çatdıqdan sonra aktivlik göstərməyə başlayır və 25 yaşa qədər funksiyalarında artma müşahidə olunur. Bu yaşdan sonra fəaliyyətində yavaş-yavaş azalma başlayır”. Onu da qeyd edək ki, prostat vəzinin xəstəlikləri müxtəlif olur. Ən çox soyuqdəymə və cinsi yolla keçən infeksiyanın ağırlaşması hallarına rast gəlinir.

PROSTAT İLTİHABI Prostat iltihabına müxtəlif amillər səbəb ola bilər. Bədənin hər hansı bir yerindəki iltihabın qan dövranı nəticəsində prostat vəzinə yerləşməsi nəticəsində də prostatit yaranır. Prostat iltihabı spesifik və qeyri-spesifik olur. Spesifik prostatit cinsi yolla keçən infeksiyanın ağırlaşmasıdır. Qeyri-spesifik iltihab isə soyuqdəymə və durğunluq nəticəsində yaranır. Androloq Ə.Xudiyev prostat vəzinin iltihabının bəzən kataral (səthi) ola biləcəyini də bildirir: “Bu zaman prostat vəzinin selikli qişasında iltihab prosesi gedir. Folukulyar prosatatit zamanı isə prostatın içərisindəki folukullarda xırda iltihablar yaranır. Prosatatitlərin 90 faizi xroniki olur. Bu baxımdan mən prostatiti ağciyər vərəminə bənzədirəm. Yəni gənc yaşda prostatit olmuş birində hər zaman fəsadlar qalır. Prostatit zamanı xəstədə titrəmə, halsızlıq, qızdırma, bel və ayaq ağrıları özünü göstərir. Sidik ifrazı zamanı çətinlik çəkir, ağrılar və göynəmələr olur. Sidiyin rəngi bulanıqlaşır. Xəstə sidiyə getdikdən sonra da özünü

narahat hiss edir». Həkimin sözlərinə görə prostatit zamanı ilk növbədə xəstənin immun sistemi qaldırılmalıdır: “İmmunoterapiyanın fonunda dərman müalicəsi ikiqat effektli olur. Həmçinin qan dövranının yaxşılaşdırılmasına da çalışmaq lazımdır. Müalicə əsnasında xəstənin ən az 10 gün yataq rejimində qalmağı şərtdir. Xəstənin sağalmasını müəyyən etmək üçün ilk növbədə ultrasəs müayinəsi vasitəsilə prostatın ön və arxa ölçüləri müəyyən olunur. Ölçülər 1728 ml. olmalıdır. Bu ölçülər, həmçinin, prostat şirəsinin analizi zamanı götürülən leykosit analizləri normaldırsa, iltihabi proses aradan qalxmış sayılır. Bu zaman sidik ifrazındakı problemlər də yoluna düşür”.

PROSTAT BÖYÜMƏSİ Orta yaşlardan başlayaraq kişi hormonu olan testestoronun çatışmazlığı nəticəsində prostat böyüməyə başlayır. Prostatın xoşxassəli şişi olan bu böyümə prostatın adenoması da adlanır. Sidik ifrazı zamanı çətinlik çəkmək, sidiyin yavaş-yavaş axması, qan gəlməsi prostat böyüməsinin əsas əlamətləridir. 55 yaşında olan kişilərin 25%-də, 75 yaşında olan kişilərin isə 50%-də sidik ifrazının çətinləşməsi şikayətinin ən önəmli səbəbi məhz prostatın adenoması ilə bağlıdır. Ə. Xudiyevin sözlərinə görə prostat adenomasının 3 dərəcəsi var: “Birinci və ikinci dərəcələr dərmanla müalicəyə tabe


75 olur. Üçüncü dərəcə olduqda isə cərrahi müdaxiləyə ehtiyac yaranır. Ümumiyyətlə, prostat böyüməsinin ən böyük fəsadı dizuriya - yəni sidik ifrazında diskomfort yaranmasına səbəb olmasıdır. Prostat böyüdükdə sidik ifrazının mümkün olmaması nəticəsində sidik kisəsi dolur. Və nəticədə böyrəklərdə əvvəlcə şişmə sonra isə böyümə meydana gələr. Böyrək funksiyalarını itirməyə başlayır və bədəndə olan zərərli maddələri xaric edə bilmir. Bu da böyrək çatışmazlığının yaranmasına gətirib çıxarır”.

PROSTAT XƏRÇƏNGİ Prostat xərçəngi prostat vəzinin böyüməsi nəticəsində ortaya çıxan xəstəlikdir. Prostat xərçəngi əksər vaxtlarda prostatın özündə yaranır. Nadir hallarda digər orqanlar prostata metastaz verir. Yaranma səbəbləri: - Səbəbi çox vaxt bəlli olmur. Əslində prostat xərçəngi yaşlılıq xəstəliyidir. Yaşı 50-dən az olanlarda nadir hallarda rast gəlinir. Adətən 70 yaşını keçən kişilərdə daha çox yayılıb. Bu xərçəng növü yavaş yayılır. Və xəstəliyin ilkin dövrlərində demək olar ki, ağrı hiss olunmur. Yalnız xərçəngli hüceyrələr ətraf orqanlara yayıldıqdan sonra ağrılar başlayır. Əgər bir kişinin atası və ya babası prostat xərçənginə tutulubsa, həmin kişinin də irsi səbəblərdən dolayı prostat xərçənginə tutulma riski çoxdur. - Prostat xərçəngi olan kişilərə qadın hormonları verildikdə xərçəngin bir qədər gerilədiyi müəyyən olunub. Bu səbəbdən də hesab olunur ki, prostat xərçənginin yaranmasında kişilik hormonlarının təsiri var. Bəzən kişilər cinsi zəiflik zamanı həkimə müraciət edirlər və düzgün olmayan müayinə nəticəsində bu problemi aradan qaldırmaq üçün onlara kişi hormonu - testesteron yeridirlər. Bu isə xəstəliyin daha da şiddətlənməsinə səbəb olur. Ona görə də prostat xərçəngi olan insanlara yüksək dozada qadın hormonları - estrogenlər yeridirlər ki, xərçəng geriyə

inkişaf etsin. - Hava çirkliliyi, həddən artıq yağlı qidalanma da prostat xərçənginin yaranmasına səbəb olur. Aparılan araşdırmaların nəticəsində qida rasionunda ət məhsullarının üstünlük təşkil etdiyi kişilərin prostat xərçənginə daha çox tutulduğu müəyyənləşib. Meyvə və tərəvəzlərə daha çox yer verən kişilərdə isə bu risk nisbətən azalır. - Xroniki prostat iltihablarından sonra da xərçəng yarana bilər.

ƏLAMƏTLƏRİ Prostat xərçənginin əlamətləri yalnız sidik yolu tutulduqdan sonra ortaya çıxır. Sidik ifrazının çətinləşməsi, sidiyin birdən axıb tez də dayanması, sidik ifrazı zamanı ağrı hiss etmək, sidikdə və ya spermada qan görünməsi prostat xərçənginin əlamətləri sırasındadır. Androloq Ə.Xudiyev beldə, qasıqlarda və budlarda ağrı hissinin yaranmasının da prostat xərçəngi ilə əlaqəli ola biləcəyini söyləyir: “Bu hal adətən prostat xərçəngi hüceyrələrinin prostat vəzi xaricinə yayılması zamanı baş verir. İlk vaxtlar isə heç bir əlaməti olmur. Hətta sidiyə getmə zamanı da heç nə ilə özünü büruzə vermir. Ona görə də hər bir kişi 40 yaşını keçdikdən sonra mütəmadi şəkildə Prostat Spesifik Antigen (PSA) adlanan müayinədən keçməlidir. Prostat özü çanaqda yerləşən kiçik bir orqan olsa da, metastazı çox böyük olur. O, beyinə, qaraciyərə, ağciyərə metastaz verə bilər”.

MÜALİCƏSİ Düzgün müalicə aparılması üçün şişin vəziyyəti çox əhəmiyyətlidir. Xərçəng prostat xaricinə yayılıbsa, müalicəsi çətin olur. Cərrahi müalicə: Açıq əməliyyatla prostat və çevrəsindəki limfalar və bəzi ətraf orqanlar çıxarılır. Şüa ilə müalicə: Şüa vasitəsilə xərçəng hüceyrələri öldürülür. Və xərçəngin yayılımasının qarşısı alınır. Testislərin alınması: Kişilik hormonunun (testestoron) prostat xərçənginin yaranmasında bilavasitə təsiri

var. Bu səbəbdən testislər əməliyyatla alınır. Beləliklə, prostat xərçəngini alovlandıran kişilik hormonunun qaynağı qurudulur. Dərman müalicəsi (Kimyaterapiya): Digər xərçəng xəstəliklərinin müalicəsində istifadə olunan dərmanlar prostat xərçəngində də istifadə olunur. Dərmanlarla müalicə zamanı sağalmaq ehtimalı 40 faizdir və bu hal yalnız xəstəliyin ilkin dövrlərində mümkündür. Xərçəngli hüceyrələr çox yayılıbsa, onu yalnız cərrahi müdaxilə yolu ilə aradan qaldırmaq mümkün olur.

YAŞ ÇİMƏRLİK PALTARLARI PROSTATA SƏBƏB OLUR Araşdırmalara görə, uzun müddət yaş çimərlik paltarında qalmaq kişilərdə sidik yolunun infeksiyasına və prostat iltihabının yaranmasına səbəb olur. Dar alt paltarları da kişilərdə prostatla bağlı problemlər yarada bilər. Xüsusilə də pambıq olmayan alt paltarları kişilərin sağlamlığı üçün problem mənbəyi sayılır.

NAR SUYU PROSTAT XƏRÇƏNGİNİN QARŞISINI ALIR ABŞ-ın Viskonzin Universitetinin alimlərinin apardıqları araşdırmalara görə, nar suyu prostat xərçənginin inkişafını müəyyən qədər saxlaya bilər. Bunu siçanlar üzərində aparılan tədqiqat işi göstərib. Belə ki, bu meyvənin tərkibində səhhət üçün xeyirli olan anti-oksidantlar və anti-iltihabi maddələr var. Viskonzin Universitetinin alimləri nar suyunu laboratoriya şəraitində prostat xərçənginin hüceyrələri üzərində sınaqdan keçiriblər. Onlar aşkar ediblər ki, nar suyu xərçəng hüceyrələrini öldürüb. Maraqlıdır ki, dozanı artırdıqca ölən hüceyrələrin sayı da artıb. Eldar Sadıqov


76

GÖZƏLLİYİN SİRRİ


77

adınlar gözəl görünmək üçün müxtəlif vasitələrə əl atırlar. Bura idman, əsasən də kosmetik vasitələr daxildir. Amma bir məqam unudulur. Bu da gözəl görünmək üçün lazım və mövcud olan vasitələrdən düzgün və vaxtında istifadə edilməməsidir. Mütəxəssislərin təklif etdiyi bəzi qaydaları nəzərinizə çatdırırıq. Səhər saat 6-nı yuxudan oyanmaq üçün ideal vaxt hesab edirlər. Çünki bu vaxt orqanizm sərin duşa yaxşı reaksiya verir. Erkən saatlarda, dəri uzun müddət təravətli qalır. Bu vaxt qaynadılmış və filtrdən keçirilmiş suya üstünlük vermək məsləhətdir. Üzünüzü yuyacağınız suya bir neçə damcı limon turşusu və ya alma sirkəsi də əlavə etsəniz, ideal olar. Əgər dəriniz yuyunmaya davam gətirmirsə, alkoqolsuz təmizləyici kosmetik vasitələrdən istifadə edə bilərsiniz. Saat 7-ni keçəndən sonra damarlarda qan dövranı artır, toxumalarda aktiv maddələrin tərkibi çoxalır, amma maye mübadiləsi zəif gedir. Ona görə də, bu vaxt oyananların göz qapaqlarında şiş əmələ gəlir. Bu halda üzünüzü qaydaya salmaq üçün, buz və ya buxar vannasından istifadə etmək kifayət edir. Gimnastika və üz masajı da əlverişlidir. Yeni kremləri sınaq-

dan keçirmək məsləhət deyil – allergiya ehtimalı yüksəkdir. Saat 8-ə yaxın maddələr mübadiləsi normallaşır, damarlar daralır, allergiya ehtimalı azalır. Bu zaman makiyaj etmək olar. Lakin bundan əvvəl dərinizi təravətləndirici nəmlə doldurmağı unutmayın – gündüz kremi çəkin. 8-dən 13-ə qədər qadınların yaxşı göründüyü vaxtdır. Çünki həmin vaxt orqanizmdə maddələr mübadiləsi öz zirvəsinə çatır, dəridə qan dövranı güclənir. Bu müddət dərinizə qulluq üçün münasib vaxtdır. Öz kosmetoloqunuzun yanına gedə bilərsiniz. Belə imkanınız yoxdursa, ruhdan düşməyin, sadəcə olaraq, qeyd olunan vaxtda həmin əməliyyatı ev şəraitində aparın.

Çünki saat 10-dan 12-ə qədər piy vəzilərinin fəaliyyəti artır və dəri parıldamağa başlayır. Belə halda adi pudra və ya tonal krem də effektli nəticə verir. Saat 13-dən sonra dərinin tonusu enir və onun görünüşü çox da yaxşı olmur. Əgər kosmetoloqun yanına günortadan sonra getməyi planlaşdırmısınızsa, yaxşı olar ki, təxirə salasınız. Çünki bu vaxtlar dəri tamamilə etinasız olur və istənilən kosmetik əməliyyat arzu olunan nəticəyə gətirib çıxarmır. Bu vaxtlar saç ustasının yanına getmək olar, saçlar düzümə rahat yatır. Xəyalə Mustafayeva


78

ÜZ DƏRİSİ KİŞİLƏRİ NECƏ ÜZÜR


79

işilərin üz dərisi daha dayanıqlı və sağlam olsa da, illər və ətraf mühitin təsiri öz sözünü deyir. Zamanla kişi dərisində də ciddi problemlər yaranır. Həddən artıq siqaret çəkmək, alkoqola aludəçilik, yuxu pozğunluğu, düzgün qidalanmamaq, stress, gərgin iş rejimi, zərərli günəş şüaları kişilərin dərisini zədələyən amillər sırasındadır. Hər gün təraş olmaq məcburiyyəti, dəriyə uyğun gəlməyən kremlər və təraş vasitələrindən istifadə isə üz dərisinin başlıca düşmənləridir. Kişilərin üz dərisi də qadınlarda olduğu kimi müxtəlif tiplərə bölünür: normal, quru, yağlı və qarışıq. Ona görə də kremlər və losyonlar seçilərkən dərinin tipləri də nəzərə alınmalıdır. Kişilərin üz dərisi çoxlu yağ ifraz edir, xüsusən də yetkinlik yaşlarında bu proses daha sürətlə gedir. Yağ ifrazı kişilərin burun qanadlarının yanında kiçik qara nöqtələrin və yağ torbacıqlarının yaranması ilə müşahidə olunur.

Ona görə də kişilər üz dərisinin yağ ifrazını düzgün tənzimləmək üçün vaxtlı-vaxtında dəriyə qulluq etməlidirlər. Dərinin sağlamlığı ilk növbədə onun təmizliyindən asılıdır. Həmçinin təmiz və təravətli üz dərisi yaxşı nəmləndirilmiş dəri ilə əlaqədardır. Çünki dərinin susuzlaşması üzdə ciddi fəsadlar yaradır. Ona görə də duş qəbul etdikdən sonra qurumuş dəriyə minerallarla zəngin toniklər və nəmləndirici kremlər vurmaq tövsiyə olunur. Bu vasitələr qan dövranını sürətləndirir və cildi mikroblardan təmizləyir. Bundan başqa tez-tez təraş olmaq kişilərin üz dərisini zədələyir, qızartılara və səpkilərə yol açır, epidermisin üst - yağ və nəm qatı zədələnir. Çünki təraş üçün olan köpüklərin və gellərin tərkibində həddən artıq alkoqol, mentol, nanə, potasyum, natrium xlorid kimi cildi zədələyən maddələr var. Ona görə də təraşdan öncə və sonra istifadə olunan köpükləri, gelləri və kremləri cild tipinizə uyğun seçin. Həddən artıq həssas üz dərisinə sahib olanlar isə xüsusilə diqqətli olmalıdırlar. Əgər dəriniz iltihablaşmaya meyllidirsə, onda antibakterial və antiseptik xüsusiyyətli təraş köpüyü seçilməlidir. Düzdür, təraşın dəri üçün əhəmiyyətli cəhətləri də var. Belə ki, təraş cilddəki ölü təbəqənin təmizlənməsini təmin edir. Beləcə üz dərisi yenilənir. Ancaq bu hal sadəcə təraş olunan bölgələrə aiddir. Üst hissədəki dəri isə (alın, göz kənarları və yanaq üstü) soyulmadığı və təzələnmədiyi üçün zamanla sərtləşir və solğunlaşır. Ona görə də bu hissələrə xüsusi qulluq göstərmək tələb olunur. Bunun üçün təraşdan sonra istifadə edilən kremlər ən yaxşı vasitə hesab olunur. Yay aylarında isə dəriyə xüsusi diqqət yetirmək lazımdır. Tərkibində alkoqol olan vasitələrdən istifadə etməmək məsləhət görülür. Çünki bu cür

vasitələrdən istifadə etdikdən sonra günəş şüalarının təsiri ilə dəridə ləkələr əmələ gəlir. Təraş etdikdən sonra günə çıxdıqda mütləq günəş kremindən istifadə etmək lazımdır. Əks təqdirdə günəş və alkoqolun təsirindən yaranan bu cür ləkələrin müalicəsi çətin olur. Həmçinin dəriyə ətir vurub, günəşə çıxdıqda da ləkələr əmələ gəlir.

ÜZ DƏRİSİNİ QORUMAQ ÜÇÜN... - Gündə 2 litr su için; - Siqaret çəkməyin; - Dərini həddən artıq günəş şüalarına məruz qoymayın; - Üz dərisinə hər gün nəmləndirici vasitələr çəkin; - Civzə və qara nöqtələri sıxmayın; - Uzun müddət kondisioner altında oturmayın; - Üç gündən bir buzlu qabı içərisindəki buz əriyənədək üzünüzdə gəzdirin, bu qan dövranını sürətləndirəcək; - Səhər tezdən yuxudan duran kimi təraş olmağa tələsməyin, dərinizin oyanmasına fürsət verin; - Təraşdan öncə üzünüzü sabunla və ya onu əvəz edən gellə yuyun. Belə olduqda tüklər yumşalacaq, məsamələr açılacaq və daha rahat təraş etdiyinizi görəcəksiniz; - Təraş olarkən yaranan kəsiklərin böyük əksəriyyəti kəskin olmayan ülgüclərdən yaranır. Korşalmış və paslanmış təraş bıçağından heç vaxt istifadə etməyin; - Tükləri uzandığı istiqamətə doğru təraş edin. Bu çox önəmlidir. Çünki tükləri uzandığı yönün əksinə təraş etmək qızartı və zədələnmələrə səbəb olur; - Təraş bitdikdən sonra üzünüzü soyuq su ilə durulayın. Soyuq su cildin açılan məsamələrini qapayaraq, dərinin təbii tarazlığını tənzim etməsinə şərait yaradır; Samirə Əhmədova


80

stər azyaşlılar, istərsə də böyüklər uzun müddət gün altında qaldıqda eynək taxmalıdırlar. Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, dünyada 16 milyon insan katarakta xəstəliyindən dolayı görmə qabiliyyətini itirib. Onların 20 faizi isə ultrabənövşəyi şüalara məruz qaldıqları üçün katarakta xəstəliyinə tutulublar. Mütəxəssislər bildirirlər ki, günəş şüalarının mənfi təsirini azaltmaq, gələcəkdə katarakta və digər görmə problemləri ilə qarşılaşmamaq üçün uşaq yaşlarından gözləri günəş şüalarından qorumaq lazımdır. Bunun üçünsə gün eynəyindən istifadə məsləhət görülür. Ancaq nədənsə bəzi valideynlər yanlış olaraq gün eynəklərindən istifadəyə gərəksiz bir şey kimi baxırlar. Bəzi valideynlər isə belə eynəklərin azyaşlı uşaqlar üçün gərəksiz olduğunu düşünürlər. Əslində isə gün eynəklərindən istifadə etmək üçün yaş həddi yoxdur. İstənilən yaşdan gün eynəklərinə müraciət etmək olar. İstər azyaşlılar, istərsə də böyüklər uzun müddət gün altında qaldıqda mütləq eynək taxmalıdırlar. Bir şərtlə. Gün eynəyini seçərkən, onların keyfiyyətli olmasına diqqət yetirin. İlk növbədə isə eynəyin günəşin zərərli şüalarını

süzmə qabiliyyətinə, dayanıqlılığına və rahatlığına fikir vermək lazımdır. Gün eynəklərinin keyfiyyəti onların ultrabənövşəyi şüaların 99 faizini keçirməməsi ilə bağlıdır. Bunun üçün eynəyin bahalı olması şərt deyil. Ancaq yenə də küçədə satılan eynəklər yerinə, optik dükanlara üstünlük versəniz, daha yaxşı olar. Çünki küçədə satılan eynəklərdə ultrabənövşəyi şüaları süzmə funksiyası olmaya bilər. Əgər artıq gün eynəyiniz varsa, onu optik mağazada yoxladın. Əks halda keyfiyyətsiz eynəklərlə gözlərinizi günəş şüalarından qorumaq əvəzinə, daha da zədələmiş olarsınız. Bəziləri tünd rəngli şüşələrin gözü ultrabənövşəyi şüalardan daha yaxşı qoruduğunu düşünsə də, bu, yanlışdır. Çünki gün eynəklərində qoruyucu funksiyasını rəng deyil, şüşələrə əlavə olunan kimyəvi maddə yerinə yetirir.

Eynək seçərkən onun üz quruluşuna yaraşması ilə yanaşı, rahatlığına, geniş şüşəli, üzə yaxşı oturan və gözə yaxın yerləşən olmasına da fikir vermək lazımdır. Əgər nömrəli eynək taxırsınızsa, gün eynəyindən də istifadə etməlisiniz. Kontakt linzalar ultrabənövşəyi şüalardan qorumur. Ona görə də kontakt linza taxanlar da gün eynəklərindən istifadə etməlidirlər. Gözlərinizi qorumaq üçün gün eynəyi ilə yanaşı, geniş kənarlı şapkalar taxmaq, həmçinin qoruyucu kremlərdən (gözün altına çəkmək şərtilə) istifadə etmək lazımdır. Günorta saatlarında günün altında çox qalmaq da gözlərə ziyandır. Gözünüzdə eynək olsa da, birbaşa günəşə baxmayın. Çünki nə qədər keyfiyyətli olsa da, heç bir gün eynəyi birbaşa günəşə baxmaqdan yaranan mənfi təsirləri zərərsizləşdirə bilməz.


81 ay aylarında makiyajdan çox istifadə etmək düzgün deyil. Xüsusilə də qalın makiyaj qızmar günəş altında az müddət içərisində qeyri-təbii görkəm alır. Bundan başqa isti aylarda istifadə olunan kosmetik vasitələr günəşin zərərli şüalarının təsiri ilə üz dərisində problemlər yarada bilər. Ancaq bu, o demək deyil ki, ümumiyyətlə makiyajdan istifadə etmək olmaz. Yayda yüngül, təbii makiyaj etmək daha gözəl nəticə verir. Odur ki, yay makiyajının sirləri ilə yaxından tanış olun. Yay aylarında günəş şüalarına daha çox məruz qaldığınız üçün qoruyucu kremlərdən istifadə edin. Hər zaman olduğu kimi, ilin ən qızmar aylarında da gözəl bir makiyajın sirri ilk növbədə təmiz və nəmləndirilmiş dəri ilə bağlıdır. Belə ki, təbii makiyaj təmiz dəridə daha aydın nəzərə çarpır. Ona görə də, təbii tonlarda olan kosmetik vasitələri seçin. Səhər üzünüzü ilıq suyla yuyub, tərkibində spirt olmayan toniklə silin. Üzünüz quruduqdan sonra nəmləndirici kremdən və ya geldən istifadə edə bilərsiniz. Unutmayın ki, yayda cildin nəmləndirilməsinə hər zamankından daha artıq ehtiyac olur. Yay aylarında tonal kremdən çox istifadə etmək məsləhət deyil. Çünki bu zaman dəri nəfəs almır və tərlədikdə üzdə xoşagəlməz məsamələr yaranır. Buna görə də filtrlə zəngin ənlikdən (pudra) istifadə etməyə çalışın. Ancaq quru üz dərisinə sahib olanlar gecə makiyajı üçün tonal kremlərdən az miqdarda istifadə edə bilərlər. Göz çevrəsi həssas bölgədir və mütəmadi şəkildə nəmləndirilməsinə ehtiyac var. Göz çevrənizi kifayət qədər nəmli saxlamaq üçün göz kremindən istifadə edin. Makiyaja başlamazdan əvvəl göz altı tonal kremin dərinizdə gözəl görünməsini istəyirsinizsə, göz altına barmaq-

ların ucu ilə az miqdarda nəmləndirici çəkin. Daha sonra fırçanın köməyi ilə göz altı üçün tonal kremi çəkə bilərsiniz. Qaşlar isə təbii makiyajda daha aydın nəzərə çarpmalı və çox nazik olmamalıdır. Göz kölgələrini yay fəslinə uyğun olaraq əlvan tonlarda seçsəniz, daha yaxşı olar. Bu yay ötən əsrin 60-cı illərini xatırladan təbii mavi çalarlı göz kölgələri, dodaqlarda qırmızı gilası xatırladan rənglər, yanaqlarda "qızarmış" görünüş yaradan kirşan, qalın qaşlar və düz saçlar öndə olacaq. Bir neçə ildir ki, göz kölgələrində göz rəngi ilə ziddiyyət təşkil edən rənglər dəbdə olsa da, bu yay mavi ilə yanaşı, onun yaşıla çalan tonları da dəbdə olacaq. Ümumiyyətlə, yay aylarında bronz və ya şaftalı rəngli azacıq parıltılı rənglər də sizə gözəl görünüş verər. İstifadə etdiyiniz tünd-boz və tünd-qəhvəyi rənglərdən isə bir müddət uzaqlaşmağınız məsləhətdir. Dodaqlarınızı rəngləyərkən sadəcə xarici görünüşünüzə yox, dodaqlarınızın nəyə ehtiyac duyduğuna da fikir verin. İstifadə etdiyiniz boyanın rəngi ilə yanaşı, onun dodaqlarınızı nə dərəcədə qidalandırmasına, nəmləndirməsinə və günəşin təsirindən qorumasına diqqət edin. Bunun üçün SPF- yəni qoruma faktorlu dodaq boyalarından istifadə etsəniz, yaxşı olar. Yay fəslinə uyğun olaraq dodaqlarınıza da təbii tonda boya çəkməyə üstünlük verin. Bu dodaqların parlaq və sağlam görünüş qazanmasına səbəb olar. Təbii makiyaj edərkən dodaq qələmindən istifadə etməyin. Belə ki, yayda dodaqların ətrafına vurulan qələm qeyri-təbii görünür. Yağlı dodaq boyasından istifadə etmək də məsləhət deyil. Bunun əvəzinə açıq rəngli dodaq parıltısından istifadə etmək daha düzgün olar. Ümumiyyətlə, dodaqlarınızın daha cəlbedici olmasını istəyirsinizsə, boyanın üzərindən dodaq parıltıları çəkməyi unutmayın. Aytac Rafiqqızı


82

Rəngin hələ qədim zamanlardan insanın əhvalına təsir etdiyi bəllidir. Məsələn, qırmızı rəng – həyəcanlandırır, abı – əsəb sistemini sakitləşdirir, yaşıl – əhvaliruhiyyəni yaxşılaşdırır və s. Amma rəng ancaq insanın könlünü oxşamır, o, həmçinin bir sıra xəstəlikləri müalicə edir. Qədim Çin və Misir əhalisi xəstələri müxtəlif ovsunlu rənglərə boyamaqla və ya müxtəlif rəngli paltar geyindirməklə müalicə edirdilər. Afrika və Cənubi Amerikanın müasir tayfalarının əksəriyyəti də belə edir.

AĞ VƏ QARADAN BAŞQA… Orta əsr Azərbaycan alimlərinin də rəngin müalicə təsirindən xəbərləri var idi. Məsələn, «Tibbnamə» əsərində əsəbləri sakitləşdirmək və qarasevda (melanxoliya) ilə mübarizə etmək üçün, rəngli güllərdən (qızılgül, yasəmən, bənövşə) həzz almaq məsləhət görülür. Şərq hakimlərinin və əyanların saraylarında olan bağlar, rəngarəng çiçəklərlə dolu gülüstanlar istirahət və əsəb sistemini sakitləşdirən bir yer idi. Rənglə müalicənin bəzi elementləri müasir alimlər tərəfindən də tətbiq edilir. Məsələn, göy lampa iltihablı xəstəliklərin çoxunun müalicəsində fizioterapevtlər tərəfindən istifadə olunur. Bəs rəng nə üçün müalicə edir? Alimlərin fikrincə, bu, hər bir rəngdə əqli, ruhi və fiziki halımıza

təsir edən enerjinin olması ilə bağlıdır. Hər bir kəs anadan olandan ömrünün sonuna qədər özünəməxsus enerji sahəsi ilə əhatə edilib. Alimlər onu biosahə, ekstrasenslər isə aura adlandırırlar. Xəstəlik biosahənin normal strukturunu və orqanizmdə enerji axınının istiqamətini pozur. Rəng terapiyası isə zədələnmiş auranın bərpasına kömək edə bilər. Xəstələri müalicə etmək üçün bütün rənglərdən və günəş spektrinin çalarlarından istifadə etmək olar. Lakin adətən üç əsas rəng tətbiq edilir – qırmızı, sarı, göy. Bununla yanaşı qarışıq rənglər – narıncı, bənövşəyi və yaşıldan da yararlanmaq olar. Ağ və qara rənglər isə uyğun gəlmir, çünki birinci şüanı əks etdirir, ikinci isə onu bütünlüklə udur.

BİRİ AKTİVLƏŞDİRİR, BİRİ SAKİTLƏŞDİRİR Qırmızı rəng stimullaşdırıcı təsirə malikdir, həyati prosesləri aktivləşdirir. Ürək-damar sisteminə xeyirlidir, qan dövranını yaxşılaşdırır. Qırmızı corab ayağı isti saxlayır. Narıncı rəng özü ilə nikbinlik, həyatsevərlik və şadlıq gətirir. Bu rəng melanxoliyada, kədər və depressiya vaxtı fayda verir. İştahanı və yaradıcı aktivliyi artırır. Sarı rəng sinir sistemini sakitləşdirir, əhval-ruhiyyəni qaldırır, daxili orqanlara müsbət təsir göstərir.


83 Yaşıl rəng stress və yorğunluğu effektli surətdə aradan qaldırır, əsəbləri sakitləşdirir. Meşədə gəzinti, yaşıl otlar və ağacları seyr etmək də həmin təsirə malikdir. Göy rəng iltihaba qarşı effektlidir və yuxu dərmanı təsirinə malikdir, baş ağrısını götürür. Həkimlər fizioterapiya kabinələrındə göy lampadan istifadə edirlər. Göy səmaya və dənizə tamaşa etmək əsəbləri sakitləşdirir. Bənövşəyi rəng psixiki gərginliyi aradan götürür, diqqətin daha yaxşı toplanmasına təkan verir.

QƏDİM HİND TÖVSİYƏLƏRİ Rənglə müalicəni mütəxəssislərin köməyi olmadan özümüz də tətbiq edə bilərik. Məsələn, adi stolüstü lampa və rəngbərəng (müxtəlif çalarda, rəngdə) işıqlardan istifadə etmək olar. Rəngbərəng lampa olmadıqda, lampanın qabağına rəngbərəng şüşələr və ya plastik lövhəciklər qoyurlar. Həmçinin bədənə müəyyən rənglərdə plyonka qoyaraq işığın istiqamətini ona tərəf tutmaq mümkündür. Bununla yanaşı rəng düzgün seçilməzsə, insana zərər də vura bilər. Axı hər bir kəs üçün rəng fərdi olaraq seçilir. Bu halda şüanın fiziki parametrləri və rəngin bu və ya başqa orqanlara təsiri nəzərə alınır. Rəng vannaları. Vannaya xüsusi rəng əlavə etməklə, müalicə nəticələrini müəyyən qədər yaxşılaşdırmış olarsınız. Məsələ burasındadır ki, dəri su vasitəsilə rəngin bütün təsirlərini mənimsəyir. Geyimin rəngi. Geyindiyiniz paltarın rəngi sizin əhvalınıza və sağlamlığınıza dərhal təsir edir. Qırmızı geyim insanı şövqləndirir, yaradıcılığa təşviq edir, göy rəng isə əksinə, sakitləşdirir. Bu qədim hindlilər tərəfindən müşahidə olunan haldır. Onlar insan yuxudan halsız durubsa, əhvalı yaxşı deyilsə, yəni kədərli və əzgindirsə, isti-

lik verən, acıq və şən rəngdə paltar geyməyi məsləhət görürdülər. Yuxudan gümrah ayılan insana isə göy və ya yaşıl rəngdə sakitləşdirici paltar geyməyi tövsiyə edirdilər. Köynəyin və yorğan-döşəyin yaşıl rəngli pambıq parçadan hazırlanması da bu məsləhətlər sırasına daxildir.

YAŞAYIŞ SAHƏSİNİN RƏNG PALİTRASI Yataq otağı. Yataq otağının divarlarını heç bir vaxt çəhrayı, narıncı və ya qırmızımtıl rəngə boyamayın. Ora qırmızı xalça, həmin rəngdə döşəkağı sərmək, qırmızı – qəhvəyi mebel qoymaqdan çəkinin. Bu rənglər insanı həyəcanlandırır və normal yuxunu pozur. Yataq otağı soyuq (ağ, yaşımtıl, göyümtül) çalarlarda olmalıdır. Qonaq otağı (zal). Burada əşyaları yerləşdirərkən stimullaşdırıcı və sakitləşdirici tonların sintezini yaratmağa çalışın. Məsələn, divarlar açıq çəhrayı rəngə boyana bilər. Divarlardan birinə təbiət mənzərəsini təsvir edən (meşə, çəmən, çay, dəniz) sakitləşdirici göy və yaşıl tonlarda şəkil asmaq yerinə düşər. Divarlar ağ və ya göyümtül olduqda isə həm şəkil, həm də mebel və əşyalar parlaq rənglərdə olmalıdır. Bəzən zalda hər hansı bir şəkil və ya çox da böyük olmayan bir əşya qoymaq kifayətdir ki, onun rəngi mütəmadi olaraq sizin enerji toplamağınıza səbəb olsun. İş otağı, kabinet, emalatxana. Otaqda olan bütün əşyalar sizin həyat enerjinizin aktivləşməsinə kömək etməlidir. Buna görə otağın tərtibatı zamanı stimullaşdırıcı, parlaq (qırmızı və narıncı çalarlar) rənglərdən istifadə edin. Qəhvəyi rəng sizi işgüzarlığa sövq edər, bəzi yerlərə çilənmiş yaşıl rəng isə iş zamanı yaxşı əhval-ruhiyyənin təminatçısıdır. Fərid Ələkbərli


84

NƏCİB PEŞƏYƏ HƏSR OLUNAN 52 İL


85

“Təbiblik sənətin ən nəcibidir”, deyib Hippokrat... Elə biz də bu deyimdən yola çıxaraq jurnalımızın bu sayına ən nəcib sənət sahiblərindən biri olan həkim-professor Maqsud Qasımovu qonaq etdik. Keşməkeşli və faydalı bir həyat yolu keçən bu ağsaqqalla söhbətimizə isə onun uşaqlıq illərini xatırlamaqla körpü saldıq. Zəngibasar rayonunun Zəngilər kəndində, başqalarından heç nə ilə seçilməyən sadə kəndli ailəsində doğulub böyümüşəm. Rayonumuz İrəvana bitişik, kəndimiz isə bu şəhərin cəmi 10-12 kilometrliyində yerləşirdi. Atam Qasımov Səfər Məhərrəm oğlu da 1883-cü ildə elə həmin kənddə dünyaya gəlmişdi. Onun təhsili İrəvanda ibtidai ruhani məktəbində aldığı təhsillə məhdudlaşırdı. 1903-cü ildə türklərlə ermənilər arasında baş verən münaqişə zamanı

atamgil Zəngiləri tərk etmək məcburiyyətində qalırlar. Babam, atam və bibim əvvəlcə Türkiyəyə gedirlər. Buradan Cənubi Azərbaycanın Xoy şəhərinə, daha sonra isə Xorasana köçürlər. İki il Xorasanda yaşayırlar. 1905-ci ildə geri, doğma yurdyuvaya dönürlər. Elə həmin il rustürk savaşı başlayır. Fürsətdən istifadə edən ermənilər digər ailələrlə yanaşı atamgili də kənddən deportasiya edirlər. Onlar yenidən Xorasana qayıdırlar. Həmin vaxt artıq atam ailəli idi. Bu ərəfədə atam İrəvanda aldığı ruhani təhsilini tamamlamaq üçün dövrün elm mərkəzlərindən sayılan Nəcəf şəhərinə oxumağa gedir. O, Nəcəfdə işləyib ailəsini saxlamaqla bərabər ali ruhani məktəbinə daxil olur və 8-il burada təhsil alaraq axund və şeyx rütbələrinə layiq görülür. Atam ərəb və fars dillərini mükəmməl bilirdi. Səkkiz ildən sonra doğma torpaqlarına olan sevgisi onu yenidən öz diyarına, Zəngilərə gətirib çıxarır. Kənddə tez bir zaman içərisində insanların inam və hörmətini qazanır. Xeyirxahlığına, alicənab insan olduğuna, ağıllı məsləhətlər verdiyinə görə adamlar atama hörmət göstərirdilər. Onun təşşəbüsü ilə kənddə iki məscid tikilmişdi. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra atam 320 hektar torpaq səhəsini və meyvə bağlarını dövlətə təhvil verərək, özü də kolxozda nəzarətçi işləyir. - Bəs dini dünyagörüşünə görə, ona təzyiqlər olmurdu? - İlk illərdə atamın dini fəaliyyətini bir o qədər məhdudlaşdırmayıblar. Amma 30-cu illərin ikinci yarısında durum dəyişdi: evlərdə dini ibadətlər yasaqlandı, məscidlər bağlandı. Atamın təşəbbüsü ilə tikilən məscidlərdən biri anbara çevrildi, digəri isə dağıdıldı. Özünü isə həbs etmək istəyirdilər. Atamın ərəb, fars, azərbaycan dilində müxtəlif mövzulara aid nadir

kitablardan ibarət kitabxanası vardı. Ona təzyiqlər başlayanda məcburiyyət qarşısında hamısını suya atmışdı. Yalnız Quran kitabı qalmışdı, onu da anam qoynunda saxlayırdı. - Bütün var-dövlətini Şura hökumətinə verən bir şəxsi niyə həbs etmək istəyirdilər? - Atam bölgədə nüfuz qazanmışdı. Ona Şeyx Səfər deyə müraciət edir, hər məsələdə onunla məsləhətləşməyə gələrdilər. Ermənilər isə bunu həzm edə bilmirdilər. Ona görə də fürsətdən istifadə edib onu həbs etdirmək istəyirdilər. Nəhayət, onlar buna nail oldular. Onlar atamdan yaxa qurtarmaq üçün həyətdəki ot tayasına silah qoydular. Sonra da axtarış apararaq atamı silah saxlamaqda suçladılar. Və bu bəhanə ilə də 1941-ci ildə atamı birdəfəlik bizdən qoparıb apardılar. Biz bir daha onun üzünü görmədik. - Atanız həbs olunduqdan sonra ailənizin durumu necə oldu? - Atam həbs edildikdən sonra anam və biz, yeddi bacı-qardaş köməksiz qaldıq. Anam Məşədi Züleyxa bizi ərsəyə yetirənə qədər çox çətinliklər çəkdi. Atam aparılanda 9 yaşım vardı. Fiziki cəhətdən möhkəm olduğuma görə, ailəmə kömək etməyi və işləməyi qərara aldım. Eyni zamanda məktəbə də gedir, nə isə öyrənməyə çalışırdım. Bu minvalla yeddi illik orta məktəbi bitirdikdən sonra 1949-cu ildə Bakıya gəlib, Tibb İnstitutuna imtahan verdim. İmtahandan uğurla keçərək institutun müalicə işi fakültəsinə daxil oldum. Lakin hərbi xidmətlə bağlı çağırış vərəqəm gecikdiyinə görə yerimi başqa tələbəyə verdilər. Mənə isə sanitar fakültəsində təhsil almaq təklif olundu, düşünmədən təhsilimi bu fakültədə davam etdirdim.


86 - Maqsud müəllim, necə oldu ki, işləmək üçün Tacikistana getdiniz? - İnstitutun sonuncu kursunda oxuyanda eşitdik ki, Tacikistanda həkimə ehtiyac var və SSRİ Səhiyyə Nazirliyinin tapşırığı ilə bu respublikaya gənc mütəxəssislər göndəriləcək. 1956-cı ildə Tibb İnstitutunu bitirdikdən sonra gənc mütəxəssislər sırasında mən də Tacikistana getdim. Bir qrup həkimi, o cümlədən məni Tacikistanın Moskva rayonuna göndərdilər. Aclıq, yoxsulluq, müxtəlif yoluxucu xəstəliklərin hakim olduğu illər idi. Ölüm halları çoxalmışdı, doğulan uşaqların təxminən 40-50 faizi 15 yaşına çatana kimi infeksion xəstəliklərdən ölürdülər. Rayon iqtisadı cəhətdən çox geri qalmışdı. İşləmək çətin idi. - Tacikistanda neçə il işlədiniz? - On il. Bu müddətin 4 ilini tək işlədim. Tacikistanda işələdiym müddətdə ailə həyatı qurdum. Həyat yoldaşım Kamilə xanım da həkim idi. Ailə qurduqdan sonra daha 6 il Tacikistanda qalıb işlədik. Onu da deyim ki, Kamilə xanım məni elmi işlə məşğul olmağa vadar etdi. Ona ailə qurmaq təklifi edəndə şərt qoydu ki, «əgər elmi işlə məşğul olsan, biz ailə qura bilərik». Bu, əslində mənim də ürəyimdən oldu. Tacikistanda elmi tədqiqat İnstitutu vardı. Həmin institutun təklifi ilə yaşadığımız ərazidə tədqiqat işləri apardıq. Mən kolxozçuların qidalanması ilə bağlı elmi iş götürdüm. Bu da təsadüfi deyildi. Həmin vaxtlar vətəndaşlar çox işləyir, amma az qidalanırdılar. Eyni zamanda necə qidalanmaq haqqında bilikləri də yox idi. Məsələn, süd məhsullarının çeşidlərindən xəbərsizdilər, pendirin nə olduğunu bilmirdilər. Həyətyanı sahələrindən əkin üçün istifadə etməyi bacarmırdılar. Bu mənada həmin dövrə görə, götürdüyüm

mövzu həssas bir məsələyə həsr olunmuşdu. Ona görə də namizədlik dissertasiyasını məxfi şəkildə hazırladım. Çünki o zaman insanların aclıq, səfalət içində yaşadıqlarını açıq şəkildə göstərmək olmazdı. Elmi işimi Qazaxıstanın AlmaAta şəhərində müdafiə etdim və 1964-cü ildə tibb elmləri namizədi dərəcəsini aldım. 1992-ci ildən isə tibb elmləri doktoruyam. Nəhayət, 1966-cı ildə biz Tacikistanın Moskva rayonu ilə vidalaşıb, vətənə qayıtdıq. - Tacikistandan qayıtdıqdan sonra yəqin ki, təcrübəli mütəxəssis kimi işlə təmin olundunuz? - Bəli, Tacikistandan gələndən sonra məni Azərbaycan Tibb İnstitutunun Qidalanma kafedrasında işlə təmin etdilər. Həmçinin 1967-70-ci illərdə Səhiyyə Nazirliyində işlədim. 1970-80-ci illərdə isə Bakı şəhərinin Baş Dövlət sanitar həkimi vəzifəsində çalışdım. Bu illərdə Xəzər dənizinin Dağıstan sərhədindən başlayaraq İran sərhədinə qədər olan 840 kilometrlik sahili ilə bağlı olan «Bakı əhalisinin şəhər ətrafı istirahətinin təşkili» adlı mövzu götürdüm və doktorluq dissertasiyası hazırladım. Bu çox əhəmiyyətli bir mövzu olduğu üçün kitab halında da nəşr olundu. 1980-1994-cü illərdə akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının baş həkimi, 1994-1997-ci illərdə Səhiyyə Nazirinin müavini, həmçinin Respublikanın Baş Dövlət sanitar həkimi vəzifələrində çalışdım. 1997-ci ildən etibarən isə Taun Əleyhinə Stansiyanın direktoruyam. Bu müddət ərzində 120-dən artıq elmi əsərin, o cümlədən 6 monoqrafiyanın, 10 kitabın, 6 dərsliyin müəllifi olmuşam. “Sağlam həyat tərzi uğrunda” adlı kitab yazmışam. Məktəblilərin gigiyena və sağlamlıq üzrə biliyini artırmaq, mək-

təblərdə tibbi- gigiyenik qaydalara düzgün riayət olunması üçün metodik tövsiyələr hazırlamışam. Səhiyyə sahəsində göstərdiyim xidmətin müqabilində Qırmızı Əmək Bayrağı, Xalqlar Dostluğu və Şərəf nişanı ordenləri, “Əmək rəşadəti” və digər medallarla, Y.Məmmədəliyev adına medal və mükafatla, Hacı Zeynalabdin Tağıyev adına “Fəxri” və “İnam” Şərəf diplomları ilə, həmçinin Fəxri Fərmanlarla təltif olunmuşam. - Maqsud müəllim, səhv etmiriksə, ailə üzvlərinizin hamısı həkimdir. - Mənim həkim olmağımı atam çox istəyirdi. Elə onun bu istəyi məni bu sahəyə gətirdi. Həyat yoldaşım Kamilə xanım isə psixologiyanı seçmişdi. Amma biz Tacikistanda işlədiymiz dövrdə orada mama-ginekoloqa daha çox ehtiyac vardı. Ona görə də mənim təklifimlə Kamilə xanım Düşənbə şəhərində təkmilləşdirmə kursu keçdikdən sonra bu istiqamətdə fəaliyyətini davam etdirdi. İki qızım var, hər ikisi də həkimdir. Böyük qızım Aybəniz göz həkimidi. Moskvada oxuyub, hal-hazırda doktorluq dissertasiyası üzərində işləyir. Kiçik qızım Xumar isə sinir həkimidir. Nəvəm Aynur da həkimdir, hazırda təhsilini Amerikada davam etdirir. Kamilə xanımın qardaşı qızı Rəna xanım da həkimdi, Amerikada işləyir. Övladlarımızın həkim olmasına gəlincə, onlar özləri bu sənəti seçiblər, biz isə dəstəkləmişik. İnanıram ki, bizim ailəmizdə bu ənənə davam edəcək. Gülnar Mayisqızı


87


88

MÖCÜZƏLİ BİTKİLƏR


89 BOSTAN BİTKİLƏRİNİN MÜALİCƏVİ XÜSUSİYYƏTLƏRİ...

GÖYƏRTİLƏRİN XƏSTƏLİKLƏRƏ KÖMƏYİ...

Yemişin tərkibində su çox olduğuna görə bədənə rütubət verir. Sidikqovucu, tərqovucu, südqovucu xassəsi var. Böyrəkdə daş yaranmasına qarşı işlədilməsi münasibdir. Acqarına yemiş yemək məsləhət görülmür. Xörək üstündən birbaşa yemiş yemək də həzmə ziyandır. Onu təpitmə halında şiş üzərinə qoyduqda şişi sakitləşdirir. Yemiş tumu qaraciyər xəstəliyinə qarşı münasibdir, böyrək, sidik kisəsi və bağırsaqları təmizləyir. Sinə ağrısı və qızdırma ilə müşayiət olunan öskürək, sidik ifrazı zamanı törəyən yanğılarla yemiş tumu yemək faydalıdır. Qarpız da bədənə soyuqluq və rütubət verir. Qarpız yemək öd şiddətini, qan təzyiqini yatırır, susuzluğu aradan qaldırır, sidikqovucu xassəyə malikdir. Onun suyunu bal və zəncəfil ilə işlətmək bəlğəmi kəsir. İskəncəbi və qarpız həzmə yaxşı kömək göstərir, qanı durulaşdırır. Qarpız tumu böyrək daşına qarşı münasibdir. Qarpız qabığının şəkər və ya bal ilə bişirilmiş mürəbbəsi sinə ağrısı, mədə zəifliyi, həzm zəifliyi hallarına müsbət təsir göstərir. Xiyar öd şiddəti və qan təzyiqini azaldır, susuzluğa qarşı münasibdir, sidikqovucu təsiri var, böyrək daşı yaranmasına qarşı da faydalıdır. Mixəyi xiyar suyunda bir gün saxlayır, ikinci gün onu çıxarıb bal şərbəti ilə içirlər. Bunu bir müddət davam etdirmək üzün rəngini yaxşılaşdırır. Xiyar baş ağrısı və ürək döyüntüsü üçün faydalıdır. Onu döyüb təpitmə halında dəri üzərinə qoymaq qaşınmaya qarşı münasibdir, dərini yumşaldır. Xiyar tumu qaraciyər şişi, dalaq və sinə ağrısı hallarında faydalı sayılır. Bişmiş qabaq qızdırma və öskürək hallarında təsirlidir. Qabaq mürəbbəsi beyin fəaliyyətini qüvvətləndirir. Qabaq tumu sidik ifrazı zamanı müşayiət olunan yanğı, sidik kisəsi xəstəlikləri, susuzluq, öskürək, bağırsaq yarası zamanı faydalıdır. Qabaq tumunun yağı yuxusuzluq hallarında çox yaxşı təsirə malikdir.

İspanaq mədəni yumşaldır və həzmi sürətləndirir. Sinə iltihabı və susuzluq zamanı, bədən qızdırması çox olan hallarda ispanaqlı xörək yemək məsləhətdir. Bişmişi baş ağrısı üçün münasibdir. Onu bişirəndən sonra təpitmə kimi oynaqlara qoyduqda ağrıları sakitləşdirir, şişləri yatırır. Xam halda arı sancması zamanı və çibanın yetişməsi üçün təpitmə qoymaq məsləhətdir. Şüyüdün həm özündən, həm də toxumundan istifadə edilir. Bədənə istilik və quruluq verir, sidikqovucu və südqovucu xassəyə malikdir. Toxumu bu baxımdan daha qüvvətlidir. Şüyüd sancını kəsir, həzmedici xüsusiyyəti var, mədə zəifliyi, hıçqırma, qaraciyər və dalaq üçün faydalıdır. Təngnəfəslik, böyrək və sidik kisəsi xəstəlikləri, qulunc hallarında şüyüd yemək və ya xörəyə şüyüd qatmaq xeyirlidir. Özünü və toxumunu qaynadandan sonra alınan suyu sancını kəsir, yel və qazları özünə hopdurur. Xörək və turşularda şüyüd toxumu işlətmək mədə üçün çox faydalıdır. Bir qədər keşniş suyuna bir az şəkər qatıb içmək iştahanı artırır, yuxu gətirir, həzmi yaxşılaşdırır. Buna bir qədər sirkə və sumaq əlavə etmək daha yaxşı təsir göstərir. Ümumiyyətlə, keşniş öd ifrazı şiddətini azaldır, mədə iltihabı, susuzluq və ürəkbulanmaya qarşı münasibdir. Yarpağını təpitmə kimi qoyduqda şişi yatırır, qızıl yel üçün faydalıdır. Keşniş suyu ilə ağızı qarqara etdikdə ağız içindəki, dildəki sızanaqları və zədələri söndürür. Keşniş toxumu bədənə quruluq verir, ürəkdöyüntüsü, başağrısı üçün münasibdir. Cirə ilə qatıb yedikdə mədə fəaliyyətini gücləndirir, hıçqırmaya qarşı təsir göstərir. Keşnişi çeynədikdə ağızdan pis qoxunu, şərab iyini aparır. Çox yemək təngnəfəslik yaradır və astmaya ziyandır. Nanə mədə və ürək fəaliyyətini qüvvətləndirir. Xörəkdə nanə işlətmək həzmə kömək edir, mədə üçün faydalıdır. Onu turş nar suyu ilə yedikdə hıçqırma və ürəkbulanmanı yatırır, işta-

hanı gücləndirir, sinə və nəfəs borusunu təmizləyir. Tərxun mədəni möhkəmləndirir, iştaha gətirir, onu çeynəmək ağız yarası üçün faydalıdır. Kərəviz böyrək və sidik kisəsini təmizləyir. Mədə köpünü yatırır və qazları özünə hopdurur. Yeməklərdə kərəviz işlətmək təngnəfəslik, hıçqırma, böyrək ağrısı hallarında faydalıdır. Kök və yarpağını balda uzun müddət saxlayıb, işlətdikdə mədəni qüvvətləndirir, ürəkbulanmanı yatırır. Sirkə ilə işlətdikdə iştahanı artırır. Reyhan yuxu gətirəndir, pis qoxuları aparır. Xörəklərdə reyhan işlətmək ürək döyüntüsü, mədə zəifliyi hallarında münasibdir. Şirəsini şəkər ilə qatıb işlətmək sinə ağrısı və təngnəfəslik zamanı faydalıdır. Onu çeynəmək və suyu ilə ağızı qarqara etmək ağız yarası zamanı məsləhət görülür.

ÜRƏKKEÇMƏ ZAMANI İSTİFADƏ OLUNAN DƏRMANLAR Ürəkkeçmədə süsən iyləmək faydalı, zəfəran isə zərərli hesab edilir. Ürəkkeçmə zamanı xəstəyə naringi iylətmək məsləhətdir. Bundan başqa, şəkərlə qatışdırılmış turş nar suyu da ürəkkeçmə zamanı çox faydalıdır. Yaxşı dərmanlardan biri də şirin badam yağıdır. Gavalı yemək və bal şərbəti içmək məqsədəuyğundur. Ürəkkeçmənin başlanğıcında ən sadə və sınanmış vasitələrdən biri su və ya şərbət içməkdir. Eyni zamanda təzə xiyar dərib, qoxulamaq da məsləhətdir. Sınanmış dərmanlardan biri turş heyva suyudur: heyvanın qabığını soyub, içini təmizləyəndən sonra onu döyüb, suyunu çıxarın və süzüb, bir gecə saxlayın. Bundan sonra ona sirkə və şəkər qatıb, dəırman kimi istifadə edin. Ürəkkeçmə zamanı xəstənin rəngi qaçarsa, bədəni soyuyarsa və onu soyuq tər basarsa, üzünə sərin su və gülab çiləmək, kafur, müşk və ənbər iylətmək, limon və naringi yedirtmək məsləhətdir. Qızılgülün suyunu da damcı-damcı içirtmək çox faydalı hesab olunur.


90

MÜSBƏT EMOSİYA MƏNBƏYİ ALMAZ SKLEROZUN VƏ ÜRƏK TUTMALARININ QARŞISINI ALIR

Uzun illərdir biz onlardan bəzək əşyası kimi istifadə edirik. Vardövlətini daş-qaşa çevirənlər də az olmayıb. Amma müasir dövrdə bir qədər qəribə səslənsə də, qədim zamanlarda qiymətli daş-qaşlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirmiş. Necə? Bu suala «Daş-qaşın sirri» rubrikasında cavab tapmağa çalışacağıq. Güman edirik ki, qiymətli daş-qaşlarla müalicə

metodları və bu müalicə növünün tarixi sizin üçün maraqlı olacaq. Daş-qaşla müalicə metodu litoterapiya (litos-daş, therapiamüalicə) - adlanır. Qeyd edək ki, litoterapiyanın əsasında bir çox mineral və metalların orqanizimdə enerji axınına təsir etmə qabiliyyəti haqda təsəvvür durur. Daş-qaşla müalicə haqqında ilk məlumatlar bizim eradan əvvələ aiddir. Belə ki, Platonun şagirdi, Aristotelin davamçısı Teofrast (bizim eradan əvvəl 372-287-ci illər) «Daşlar haqda» əsərində bu barədə

məlumat verib. Rubrikamızın bu dəfəki sayında qədim dövrlərdə hökmdarların tacını bəzəyən, amma daha çox müharibələrə, faciələrə, ayrı-ayrı şəxslərin ölümünə, bədbəxtçiliyinə səbəb olan, Hindistan şahı Əlaəddin birinci Məhəmməd şahın oğulları, Xızır, Şahəbəddin Ömər və Kütubəddin Mübarəkin axırına çıxan, tarixə «Hindu nur», «Dəryayi nur», «Sansi» və digər adlarla düşən almazdan bəhs edəcəyik. Qiymətli daş-qaşlarla bağlı tari-


91 xin səhifələrini vərəqlədikcə almaz haqqında rastlaşdığımız faktlar, əfsanələr nəzərlərimizdə onu «qiymətli bədbəxtlik daşı» kimi canlandırır. Çox güman ki, bu almazın qiymətli, həmçinin mistik bir gücə malik olması ilə bağlıdır. Amma bütün bu tarixi məqamlar almazın gözəllik və nəciblik, günahsızlıq, cəsarətlilik, döyüş simvolu kimi qiymətləndirilməsinə kölgə sala bilmir. Qədim zamanlarda hesab olunurdu ki, almaz sahibini məğlubedilməz edir, ruhları, pis fikirləri qovur, onu bir çox başqa çətinliklərdən qoruyur. Münəccimlər isə bildirirdilər ki, almaz çox qüvvətli daşdır və hər insan onu daşımaq gücündə deyil. Onlar təmənnasız hədiyyə şəklində alınmış almazların daha güclü olduğunu deyirdilər. Hesab edirdilər ki, bu daş hədiyyə olunarsa və ya nəsildən-nəsilə ötürülərsə, sahibinə xoşbəxtlik gətirə bilər. Satın alınan almaz isə qorxulu daş sayılırdı. Münəccimlər deyirdilər ki, satın alınmış daşın sahibinə «alışması» üçün ən azı 9 il lazımdır. Oğurlanmış almaz isə sahibinə bədbəxtlik gətirən bir daş sayılırdı. Belə daşın sahibinə deyil, onun üçüncü nəslinə, yəni nəvələrinə xeyir gətirəcəyi bildirilirdi. Ənənəyə görə qədimdə almazı kişi daşı hesab edirdilər. Qadınlar isə bu daşı yalnız 30-35 yaşlarından sonra üzərlərində gəzdirə bilərdilər. Qədim dövrün həkimləri almazın qızlarda yetkinlik prosesinə, daha sonra isə hamiləliyə

maneçilik törətdiyini, doğuşu çətinləşdirdiyini deyirdilər. Yalnız yaşıl çalarlı almazın qadının hamilə qalma ehtimalını artırdığı və doğuşu asanlaşdırdığı qeyd olunurdu. Qeyd edək ki, orta əsrlərdə geyimə tikilmiş almaz qırıntısı pis gözdən və qəddar ruhlardan qoruycu mahiyyəti daşıyırdı. Hindistanda və İranda yeni doğulmuş uşağa ad qoyan zaman onun başına bir çimdik almaz tozu səpərdilər. Hesab olunurdu ki, bu uşağın sağlamlılığını, uzunömürlülüyünü və əmin-amanlığını təmin edir. Litoterapevtlər də bu daşı yüksək qiymətləndiriblər və ondan müalicə vasitəsi kimi istifadə ediblər. Onlar almazın enerjisinin ürəyə və beynə xeyir olduğunu, əsəb sistemini sakistləşdirdiyini, psixi xəstəlikləri (şizofreniya və depressiya), yuxusuzluğu aradan qaldırdığını qeyd edirlər. Şərq ölkələrində almazdan daha çox ürək tənzimləyici vasitə kimi istifadə olunub. Belə ki, qədim insanlar almazı axşamdan bir stəkan suya qoyurdular və səhər ac qarına həmin suyu içirdilər. Bu müalicə bir müddət davam etdirilirdi. Litoterapevtlər emal olunmuş almazın daha təsirli olduğunu, insana bayram, şənlik əhvalruhiyyəsi gətirdiyini deyirlər. Belə almazlar müsbət emosiya mənbəyi sayılır. Litoterapevtlər bildirirlər ki, yaşıla çalan almaz qadının nəsil

artırma qabiliyyətini yüksəldir, hamiləlik zamanı uşağı qoruyur, hamiləliyin normal keçməsini tənzimləyir və doğuşu asanlaşdırır. Onlar almazın insanı pis gözdən qoruduğunu, üzü ləkələrdən, nəfəsi isə üfunətdən təmizlədiyini iddia edirlər. Bundan başqa litoterapevtlər xəstələrə beynin fəaliyyətini yaxşılaşdıran, təfəkkürü gücləndirən, diqqəti artıran vasitə kimi almazı məsləhət görürlər. Almaz yüksək temperatur, soyuqdəymə və infeksiyalarla mübarizədə, sarılıq xəstəliyinə tutulduqda qaraciylərin böyüməsi zamanı effektli vasitə hesab olunur. Litoterapevtlər hər ay təzə ay çıxanda iki gün almaz qaşlı üzük taxmağı məsləhət görürlər. Onların fikrincə, bu vasitə böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır. Litoterapevtlər sklerozdan və ürək tutmalarından əziyyət çəkənlərə boyunlarından almaz kulon asmağı məsləhət görürlər. Yüksək təzyiqi olanlara isə üzərində almaz olan bəzək əşyaları gəzdirmək məsləhət deyil. Eldar Sadıqov


92

ÜRƏK VƏ PƏHRİZ


93

rək ağrısı yalnız məhəbbət (bu, əksinə, ürək üçün faydalıdır) və ya qaçılmaz qocalıq üzündən baş vermir. «Bizim dövrün epidemiyası», yəni, ürəyin işemik xəstəliyinin əsas səbəbi adət etdiyimiz, dadlı və doyumlu ətdəndir. Təsadüfi deyil ki, işemiyadan planetin hər beşinci sakini əziyyət çəkir. Və bu xəstəliyə tutulanların təxminən yarısı dünyasını dəyişir. Bəs niyə ət? Məsələ burasındadır ki, heyvan mənşəli zülal, bitki mənşəlidən fərqli olaraq, qanın tərkibində xolesterinin səviyyəsini əhəmiyyətli dərəcədə artırır. Xolesterin damarların divarına çökür və onları daraldır. Damarda baş verən bu dəyişikliklər isə işemiyaya və ateroskleroza aparan ən qısa yoldur. Yeri gəlmişkən, onu da qeyd edək ki, ürək xəstəliklərinə əsasən yaşlı adamlar məruz qalır. Belə ki, yaş ötdükcə orqanizmdə mübadilə proseslərinin sürəti azalır, qida, xüsusilə də ağır qida pis həzm olunur. Təbii olaraq sual yaranır. Əlac nədir? Ətdən imtina? Mütəxəsislər pəhriz təklif edirlər. Əlbəttə ki, pəhriz dərmanları tam əvəz edə bilməz. Lakin mütəxəssislər dərman qəbulunun azalacağına şübhə etmirlər. Bəzi tibb işçiləri aterosklerozun və işemiyanın müalicəsi üçün vege-

terian pəhrizlərini məsləhət görürlər. Hesab olunur ki, belə pəhrizlər xəstələnmə riskini mühüm dərəcədə azaldır. Müalicənin 25-ci günündə qanda xolesterinin səviyyəsi 15-27 faiz azalır, ümumi vəziyyət yaxşılaşır, fiziki yüklərə davamlılıq artır. Arterial təzyiq də normaya düşür. Bu baxımdan Rusiya Vegeterian Cəmiyyətinin rəhbəri, tibb elmləri doktoru, İrina Medkovanın ürəyi xəstə olanlar üçün tərtib etdiyi laktoovovegeterian pəhrizi diqqət çəkir. Medkovanın pəhrizinin əsasını balanslaşmış qidalanma nəzəriyyəsi təşkil edir. Rasion hər xəstə üçün fərdi şəkildə tərtib olunur. Pəhrizin əsas elementlərindən birini soya məmulatları təşkil edir – şnisel, qulyaş, farş – hər şey soyadan hazırlanır. Soya zülalı heç də heyvan zülalından pis mənimisənilmir. Medkovanın tərtib etdiyi pəhrizdə şokolad, konfet, pirojna və digər şirniyyatlar istisna olunur. Əvəzində aşağıdakılar təklif olunur: - Bütün yarmalar; - Tərəvəzlər – kartof, yerkökü, kələm, boranı, turp, çuğundur; - Təzə şampinyon; - Paxlalar – mərci, noxud, paxla, soya; - Bütün meyvə və quru meyvələr, xüsusən də, qaysı qurusu, qara gavalı, kişmiş. Medkova sistemi üzrə pəhrizlər 5-dəfəlik qidalanmanı nəzərdə tutur, sonuncu yemək – yuxudan 2 saat əvvəl qəbul edilməlidir (kefir və ya soya yoqurtu). Vegeterian pəhrizinin əsas komponentlərindən biri okara – soya südünün sıxılmasından sonra qalan soya paxlalarının lətindən hazırlanmış sıyıqdır. Okara sellulozla zəngindir, hipertoniya zamanı faydalıdır. VEGETERİAN PƏHRİZİNİN ƏSAS VARİANTI Səhər yeməyi - Alma şirəsi - Portağal - Şirəli soya pendiri

İkinci səhər yeməyi - Sobada bişmiş alma (banan da olar) - Bal və quru meyvələr (kuraqa, qara gavalı) ilə qara çay Nahar - Tərəvəzli salat (qırmızı şirin bibər, yarpaq salatı, ağ kələm, tomatlar, yaşıl soğan, şüyüd, cəfəri, günəbaxan yağı) - Okara - Qızardılmış çörək tikələri ilə noxudlu sup (variantlar: vegeterian borşu, mərci supu, göbələk supu, yulaflı sup-püre) - Tərəvəzli omlet (soya kotletləri, şnisel, qarnirli qulyaş) - Həkim kökələri (çörəkcikləri) - Şəkərli quşüzümü Şam yeməyi - «narıncı» kəsmik: yağsız kəsmik, yerkökü, şüyüd, cəfəri, sarımsaq, xama (variantlar: çuğundur ilə «çəhrayı» kəsmik, şampinyonlar, tərəvəzlər, göyərti, günəbaxan yağı) - Kərə yağı - Həkim kökələri - Quşüzümündən və ya itburnundan hazırlanmış içki Gecə – qatıq Orqanizmdən xolesterini xaric edən kalsium, əsasən paxlalıların tərkibində mövcuddur. Süd və süd məhsullarında pendir, kəsmik, toyuq yumurtasının tərkibində olan kalsium çox yaxşı mənimsənilir. Süd məhsulları və yumurtalardan orqanizmə həmçinin, dəmir də daxil olunur. Ürəyində xəstəlik olan şəxslərə maqnium, mis, sink, marqanes, yod da lazımdır. Bütün bu minerallar və C vitamini bitki məhsullarında kifayət qədərdir. Bundan başqa yaşıl rasionda B qrupunun bütün vitaminləri də mövcuddur. A vitamini isə cəfəri, yaşıl soğan, itburnu, qaysı, çaytikanının tərkibində çoxdur. Trombozların profilaktikası üçün zəruri olan E vitamini isə orqanizmə bitki yağlarının hesabına daxil olur. Nigar İlqarqızı


94

Gün ərzində bir neçə dilim limon yeməklə stressdən çıxmaq olar

ələ 3 min il bundan əvvəl insanlar limondan müalicəvi məqsədlərlə istifadə ediblər. Bizim eradan əvvəl 11-ci əsrdə İbn-Sina limonun ürək xəstəliyinin dərmanı olduğunu yazır və hamilə qadınlara ondan gündəlik istifadə etməyi məsləhət görürdü. Qədim insanlar inanırdılar ki, limon vəba xəstəliyindən qoruyur, ilan zəhərinin təsirini azaldır. Doğrudan da limon vaxtilə bütün növ zəhərlənmələrə qarşı yaxşı vasitə hesab olunub.

KLASSIK MÜALİCƏ VASİTƏSİ Bu sitrus meyvəsi insanın immun sistemini möhkəmləndirir, maddələr mübadiləsini aktivləşdirir, sümüklərə və dişlərə kalsiumun daxil olmasını sürətləndirir, birləşdirici toxumaları, saçları və dırnaqları möhkəmləndirir, orqanizmi cavanlaşdırır, artıq çəki ilə mübarizəyə kömək edir. Limon avitaminoza və ateroskleroza qarşı sitrus meyvələrindən ən təsirlisidir.

Xalq təbabətində isə limona daha çox difteriya, sinqa, vərəm xəstəliklərində, sarılıqda, revmatizmdə, sidik kisəsində daş olanda, podaqrada, mədə turşuluğunun azlığı ilə müşayiət olunan qastritdə müraciət olunur. S vitamini kəşf olunana qədər çinlilər uzun müddət bu vitaminin çatışmazlığı ilə müşayiət olunan sinqa xəstəliyini limonla müalicə ediblər. Həmin xəstəliyin uzunmüddətli səyahətlərə çıxan və bu zaman təzə meyvə-tərəvəzlərdən isti-


95 fadə etmək imkanı olmayan, əsasən, qaxac ətlə qidalanan dənizçilərdə yarandığı məlumdur. Bu səbəbdən 18-ci əsrdə Böyük Britaniya dəniz admirallığının əmri əsasında səyahətə çıxan gəmi ekipajlarının üzvlərinə gündə 30 millilitr lomon şirəsi verilirdi. Müasir tibb elmində də limon sinqa xəstəliyinin profilaktikasında və müalicəsində klassik vasitə hesab olunur. Tərkibindəki S vitaminin çoxluğu sayəsində limon yaraları da tez sağaldır, sınıq sümüklərin bərpasına kömək edir. Hətta qanqren vaxtı da müalicə vasitəsi olaraq limondan isitifadə olunur. Angina xəstəliyində isə boğazı limon şirəsi sıxılmış su ilə yaxalamaq olar.

MALYARİYANIN VƏ DÖYƏNƏYİN DƏRMANI Gün ərzində bir neçə dilim limon yeməklə stressə də qalib gəlmək mümkündür. Bu meyvə əzginliyi aradan götürür və bədəni gümrahlaşdırır. Xüsusilə, limondan hazırlanmış qarışıq daha faydalıdır. Bu məqsədlə 3 limonun şirəsini sıxıb, 3 xörək qaşığı su və 1 xörək qaşığı balla qarışdırın. Əgər bu qarışığı ağır fiziki işdən sonra qəbul etsəniz, sizdə yorğunluqdan əsər-əlamət qalmayacaq və orqanizminiz tezliklə öz əvvəlki gücünü bərpa edəcək. Aşağıdakı resept isə Şərqdə cavanlıq nüsxəsi kimi tanınır: Limon şirəsini, balı və bitki yağını 1:2:0,5 nisbətində qarışdırın və səhərlər 1 çay qaşığı acqarına qəbul edin. Orqanizmi cavan saxlayan bu reseptdən daha çox Türkiyədə və Bolqarıstanda istifadə olunur. Təsadüfi deyil ki, evində

limon yetişdirən adamlar çox gec-gec xəstələnirlər. İtaliyada isə limon malyariyanın dərmanı hesab olunur. Tez-tez başı ağrıyan adamlar gicgahlarına limon qabığı sürtsələr, ağrıdan azad ola bilərlər. Dişlərinizin ağ və möhkəm olmasını istəyirsinizsə, tez-tez limon qabığı çeynəyin. Yox, əgər ayağınızda döyənək varsa, səhər-axşam onu isti suyun buxarına verin və yaxşıca qurulayandan sonra üzərinə limonun iç hissəsindən çəkin. Belə etsəniz, 4-5 gündən sonra döyənəkdən əsər-əlamət qalmayacaq.

OYNAQLARINIZ AĞRIYIRSA… Qadınlar dırnaqlarına limon şirəsi və yağ qarışığı çəkməklə onları möhkəmləndirə bilərlər. Limon beyindaxili təzyiqi olanların da dadına çatır. Bu məqsədlə 3 limonu 3 baş sarımsaqla ət maşınından keçirib, bir şüşə qaba yığmaq və həmin qarışığın üzərinə 1 litr 250 ml su əlavə etmək lazımdır. Alınan məhlul 24 saat qaranlıq yerdə saxlanandan sonra 2-3 dəfə təmiz tənzifdən keçirilərək soyuducuya qoyulmalıdır. Qarışıqdan hər səhər acqarına yeməyə yarım saat qalmış və axşam yatmamışdan qabaq qəbul etmək lazımdır. Müalicə kursu 21 gündür. Bu maddədən ayaq oynaqlarının müalicəsində də yararlanmaq mümkündür. Limondan kosmetika - parfümeriya sənayesində də geniş istifadə olunur. Məsələn, limonun odekolonla bərabər miqdarda qarışığı yağlı üzə faydalıdır. Quru dərili qadınlar isə limondan qidalandırıcı maskalar hazırlaya bilərlər. Məsələn, 100

ml. balı bir limonun şirəsi, 1 xörək qaşığı bitki yağı və 3 xörək qaşıği spirtlə yaxşıca qarışdırıb, təmiz dəriyə çəkmək olar. Həmin qarışığı 30 dəqiqə dəridə saxlayıb, sonra yumaq lazımdır. Əgər limondan gündəlik rasionda müntəzəm olaraq istifadə edilərsə, o, orqanizmdə gedən çürümə prosesinin qarşısını ala bilər. Çünki bu sitrus meyvəsi orqanizmdəki qeyri-sağlam qalıqların ifrazını asanlaşdırır. Bu xüsusən, qaraciyərə aiddir. Limon şirəsi qaraciyərin sağlamlaşdırılması üçün əvəzolunmaz vasitədir. Limonun antiseptik və bakterioloji xüsusiyyətlərinə görə də tayı-bərabəri yoxdur. O, 20-dən çox bakteriyanı məhv edir. Mütəxəssislər bu fikirdədirlər ki, hər kəs özünü gündə bir limon yeməyə və ya şirəsini içməyə öyrətməlidir. Fransada limondan hazırlanan "gözəllik salatı" çox dəbdədir. Bu salatı hazırlamaq üçün 3 xörək qaşığı buğda yarması, 6 qaşıq qaynadılıb, soyudulmuş su, 3 qaşıq qaynadılmış soyuq süd, 1 xörək qaşığı şəkər, 1 sürtgəcdən keçirilmiş alma, 1 limonun şirəsi lazımdır. Əvvəlcə buğda yarması suda bir qədər qaynadılır və sonra tədricən digər komponentlər əlavə olunur. Bu salatın ardıcıl istifadəsi orqanizmdə maddələr mübadiləsini yaxşılaşdırır, insanın dərisinin elastik, saçlarının möhkəm və parlaq olmasına gətirib çıxarır. Aynur Haqverdiyeva


96


97 QARA CİYƏRİN PİYLƏNMƏMƏSİ ÜÇÜN… ndi mağazalarda satışa çıxarılan çörək növlərinin sayı artdığından seçim etməkdə çətinlik çəkirik. Əgər tamamilə sağlam insanlar çörəyi təkcə gözəl görünüş və ətrinə görə seçirlərsə, müxtəlif xroniki xəstəlikləri olanlar bu seçimdən qabaq bir qədər düşünməyə məcburdurlar. Çünki müxtəlif xəstəliklər zamanı pəhrizə riayət etmək lazım gəlir və bu zaman çörək seçimini də həkim-dietoloqla məsləhətləşmək vacibldir. Bu yazıda bəzi xəstəliklərlə bağlı tövsiyə olunan çörək növləri haqda məlumat verməyə çalışacağıq.

ATEROSKLEROZUN ƏLACI Həkimlər ateroskleroz xəstəliyi olanlara dəniz kələmi və qida lifləri, o cümlədən, kəpək, mikrokristal selluloz, arpa yarması, yulaf, qarabaşaq və soya unundan hazırlanan çörəklər tövsiyə edirlər. Çörəyə vurulan belə əlavələr qanda xolesterinin və şəkərin miqdarını azaldır. Soya unundan hazırlanan çörək isə üstəlik, sidikqovucu xüsusiyyətə də malikdir.

QAN TƏZYİQİ OLANLAR ÜÇÜN… Qan təzyiqi olanlara duzsuz çörək yemək məsləhətdir. Çünki hipertoniyadan əziyyət çəkənlər duz vurulmuş çörək qəbul edəndə qan təzyiqi bir az da yüksəlir. Çünki duz suyun orqanizmdən bayıra çıxmasını ləngidir və damarların divarlarına təzyiq göstərir. Qan təzyiqi olanlara da soya çörəyi tövsiyə olunur. Çünki soyanın tərkibində damarları genişləndirən maddə var.

Bu xəstəliklərdən əziyyət çəkənlərə də duzsuz çörək yemək yaxşı təsir göstərir. Çünki bu zaman orqanizm artıq miqdarda natrium maddəsi almır. Məlum olduğu kimi natrium da suyun orqanizmdən çıxmasını çətinləşdirir, bu isə bədəndə şişkinlik yaranmasına səbəb olur. Böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlərə yulaf unu və kəpəkdən hazırlanan çörəklərlə qidalanmaq məsləhətdir. Yulafın tərkibindəki züllallar qaraciyərdə piy toplanmasının qarşısını alır.

ŞƏKƏRİN DƏRMANI Bu xəstəlikdən əziyyət çəkirsinizsə, çovdar çörəyi ilə qidalanmanız məsləhətdir. Çovdar qanda şəkərin miqdarının artmasına səbəb olmur. Əgər yalnız çovdardan hazırlanan çörəyi yeməyə alışa bilmirsinizsə, onda buğda, çovdar və kəpək qarışığından bişirilmiş çörəklə qidalanın.

HƏZM PROSESİNİN YARDIMÇISI Qəbizliyə meylli olanlara kəpək, qarabaşaq və ya arpa yarmasından hazırlanan çörək yemək məsləhət görülür. Bu çörək mədə və onikibarmaq bağırsağı az qıcıqlandırır. Belə çörəyi boyat və azacıq qızardılmış halda yemək daha məqsədəuyğundur. Qəbiz olanlara zirə vurulmuş çörək yemək də məsləhətdir. Çünki zirənin tərkibindəki efir yağı spazma əleyhinə təsirə malikdir və mədədə yaranan ağırlığı, şişkinliyi aradan qaldırır. Xroniki mədə-bağırsaq xəstəlikləri, xüsusilə də, yüksək turşuluqla müşayiət olunan kəskin qastrit, enterit, xolesistit, pankreatitdən əziyyət çəkənlər buğda unundan bişirilmiş

çörəkdən uzaq olsalar yaxşıdır. Belə çörək mədə və bağırsaqların selikli qişasını qıcıqlandıra, həmçinin həzm prosesini ləngidə bilər.

YOD ÇATIŞMAZLIĞI VARSA… Bu zaman laminari ( iri su yosunu) tozu əlavə olunmuş çörək yeyin. 200 qram belə çörək yeməklə sutkalıq yod dozanızın 50 faizini almış olarsınız. Onu da qeyd edək ki, dəniz kələmindən alınan yod orqanizm tərəfindən yaxşı mənimsənilir və allergiya yaratmır. - Çörəyi çeynəyərkən diş itiləşir, möhkəmlənir. - Süd, yağ və yumurta sarısı ilə bişirilmiş çörək gec həzm olunur, böyrəyi möhkəmləndirir. - Razyana, cirə, qara çörəkotu ilə bişirilmiş çörək iştahanı artırır, qazları özünə hopdurur. - Xaşxaş ilə bişirilmiş çörək yuxu gətirir. - İsti çörək bədənə istilik verir, mədə rütubətini qurudur. - Arpa çörəyi tez həzm edilir, köpmə yaradır, bal şərbəti isə köpmənin qarşısını alır. - Daş üzərində bişirilən lavaş sacda bişiriləndən daha yaxşıdır. - Kəpəyi çox alınmadan bişirilən çörək bədən üçün münasibdir. - Kəpəyi çox alınan undan bişirilən çörəyi orqanizm daha tez həzm edir. Ancaq böyrək daşı və qaraciyər xəstəlikləri zamanı mənfi təsir göstərir. Bu cəhəti zərərsizləşdirmək üçün cirə, razyana, iskəncəbi və şəkər işlətmək məsləhətdir. - Buğda unundan hazırlanmış əriştəni və ya umacı yağ, ispanaq və pərpələnglə bişirib yemək öskürək üçün faydalıdır. Ancaq çox yemək mədənin fəaliyyətini süstləşdirir.

Aynur Haqverdiyeva


98

BUNLARI BİLMƏK VACİBDİR Sivilizasiyanın nailiyyətləri heç də həmişə insanlara xeyir gətirmir. Ətraf mühitin çirklənməsi, atmosfer havasına müxtəlif zərərli sənaye tullantılarının atılması barədə indi çox danışılır. Ayrı-ayrı dövlətlər bu problemi həll etmək üçün müxtəlif tədbirlər də görürlər. Amma buna baxmayaraq, problemə hər kəsin ciddi yanaşması lazım gəlir. Bu işə isə öz şəxsi mənzilinizdən başlaya bilərsiniz... Məsələ burasındadır ki, indiyə kimi mənzillərin havasında 100-ə qədər zərərli kimyəvi birləşmələr aşkarlanıb. Süni döşəmə örtükləri, yuyucu tozlar, mikrodalğalı sobalar və məişət texnikasının başqa «möcüzə»ləri vasitəsilə biz tədricən öz mənizilimizin havasını müxtəlif kimyəvi birləşmələrlə zəhərləyirik. Belə kimyəvi maddələrin arasında formaldegid, fenol, aseton, ammiyak, azot və kömür oksidi, hətta ağır metalların aerozolları da mövcuddur. Əksər inşaat materiallarının reklamlarında onların ekoloji cəhətdən təmiz olduğu vurğulansa da, mənzillərin havasında toplanın kimyəvi maddələrin 80 faizi məhz tikinti məhsullarından ayrılır. Belə uçan orqanik maddələr qapalı məkan-

larda insan sağlamlığı üçün əməlli-başlı təhlükə törədə bilər. Hətta o da məlum olub ki, qapalı məkanların havası bayır havasına nisbətən 1,5-4 dəfə daha artıq çirklənməyə məruz qalır. Bundan başqa müasir interyer üslubları özündə müxtəlif iti bucaqları birləşdirir ki, vertikal xətlərin belə birləşməsi də aqressvilik yaradır və insanların psixikasına mənfi təsir göstərib, onlarda əsəb sarsıntılarına, stresslərə gətirib çıxarır.

BU DURUMDA KÖMƏYİMİZƏ OTAQ BİTKİLƏRİ ÇATA BİLƏR. Onların yarpaqlarının yaşıl məxməri rəngi, zərif çiçəkləri, hətta tikanları da bizi sakitləşdirməyə, fiziki və psixi yorğunluğumuzu aradan qaldırmağa, stressdən çıxmağımıza kömək etməyə qadirdir. Ən əsası isə otaq bitkiləri mənzillərimizin havasını oksigenlə zənginləşdirərək, havanı ionlaşdırır ki, bu da sağlamlıq üçün çox vacibdir. Yeri gəlmişkən, bitkilər sadəcə, havanı ionlaşdırmır. Onlar həm də, mənfi yüngül ionların tərkibini zənginləşdirir və eyni zamanda, ağır ionların konsentrasiyasını aşağı salır. Mənfi yüngül ionlar isə çirkli atmosfer üçün

çox vacibdir və tənəffüs yollarına, maddələr mübadiləsinə, qana, arterial təzyiqə yaxşı təsir göstərir, insanı sakitləşdirir və orqanizmin mənfi faktorlara qarşı dözümlülüyünü artırır. Otaq biktləri həm də havanı fenomenal dərəcədə sürətlə təmizləyir. Bu yolla bitkilər həm özləri üçün əla şərait yaradır, həm də bizim qayğımıza qalırlar. Havanı təmizləmək baxımından yüksək effektivliynə görə ən çox xlorofitium bitkisi fərqlənir. Xlorofitium bu qabiliyyətinə görə, hətta xüsusi olaraq hazırlanan havatəmizləyici texnikanı da üstələyir. Mənzilin havasını təmiz tutmaq üçün otaqda 10 ortaölçülü xlorofitiumun olması kifayətdir. Otaq havasının yüksək təmizliyinə təminat verən bu bitkinin xarici görünüşü də çox gözəldir. Yaxşı qulluq ediləndə xlorofitium çox tez çoxalmağa başlayır. Yox, əgər siz interyerinizdə müxtəlifliyə üstünlük verirsinizsə, onda otaqlarınızı rəngarəng bitkilərlə bəzəyin. Spatifillum və aloenin də havanı təmizləmək qabiliyyəti yüksəkdir. Yaddan çıxarmayın ki, otaq bitkiləri yalnız sizin sağlamlığınız üçün faydalı deyil. Onlar həm də interyerə yaraşıq verib, evinizi bəzəməklə, onu sizin üçün ən rahat və sevimli məkana çevirə bilərlər. Aynur Haqverdiyeva


99

UŞAQLAR ÜÇÜN TƏHLÜKƏ

PLEYER KARLIĞA SƏBƏB OLUR

QƏHVƏ XƏRÇƏNG EHTİMALINI AZALDIR

Türkiyəli alimlər 10 yaşına qədər uşaqların kompüterdən istifadə etməsini düzgün saymır. Onların qənaətincə, bu yaşa qədər olan uşaqlarda abstrakt təfəkkür formalaşmadığından kompüterdən istifadə onların “robotlaşmasına” səbəb olur.

Böyük Britaniya alimləri araşdırma apararaq, bu qənaətə gəliblər ki, qulaqlıq vasitəsilə MP3 pleyer dinləyənlərin kar olması ehtimalı böyükdür. Azyaşlı uşaqların pleyerdən çox istifadə etməsi onların qulaq pərdələrini zərbə altına salır.

Mütəxəssislər bildirirlər ki, gündə bir-iki fincan qəhvə xəstələnmə ehtimalını azaldır. Belə ki, gündə bir neçə fincan qəhvə içən qadınlar arasında bağırsaq xərçənginə tutulma ehtimalı heç qəhvə içməyənlərə nisbətən 50 faiz aşağıdır.

DİQQƏTSİZLİYİN SƏBƏBİ

ANA NƏVAZİŞİ AĞRI HİSSİNİ AZALDIR

ÜRƏK TUTMASININ DƏRMANI

Televizora normadan artıq baxan uşaqların diqqəti zəifləyir. Bu hal məktəb yaşlı uşaqlar üçün çətinliklər yaradır. Yeni Zelandiya alimləri belə qənaətə gəliblər. Onların fikrincə, gün ərzində 2 saatdan artıq televizora baxan uşaqlar arasında diqqət pozğunluğu riski 40 faizdən artıq olur. Həmçinin azyaşlı uşaqlarda uzun müddət hər hansı bir monitora, lövhəyə baxma alışqanlığı olmadığından onların gözləri bu vəziyyətə dözmür. Belə uşaqlarda görmə ilə bağlı problemlər də ortaya çıxır.

Böyük Britaniya alimləri 61 yeni doğulan çağanın topuqlarından qan almaqla, onların üz ifadələrini, ürək döyüntülərini və qanlarındakı oksigenin səviyyəsini araşdırıblar. Nəticədə müayinə əsnasında analarının qucağında olan körpələrin daha az ağrıya məruz qaldığını müəyyən ediblər. Belə ki, bu körpələrin ağrıya qarşı reaksiyaları 3 dəqiqədən sonra keçdiyi halda, analarının qucaqlamadığı körpələr hələ də ağlayıb və ağrı hiss edib.

Araşdırmalar göstərir ki, diş fırçalanması ürək tutmasının qarşısını alır. Alimlər bildirirlər ki, ağız boşluğunda ürəkdə bakterial endokardit kimi iltihabi tromb əmələ gətirən mikroblar yığılır. Diş fırçalanan zaman bu mikroblar təmizlənir. Odur ki, dişlərin düzgün fırçalanmasına uşaq yaşlarından diqqət yetirmək lazımdır. Uşaqlar üçün xüsusi diş fırçalarını apteklərdən əldə etmək olar. Həmçinin azyaşlıların istifadə etdikləri diş pastaları da böyüklərinkindən fərqlənməlidir.


100

QORXUNU YARADAN SƏBƏBLƏR ir çox valideynlər uşaqlarında qorxu hissinin olduğunu bildiyi halda onları bu komplekslərdən uzaqlaşdırmaqda çətinlik çəkirlər. Sual yaranır, nə etməli? Bu yazıda həmin suala cavab tapmaq mümkündür. Onu da qeyd edək ki, qorxu – uşaqların görünən və görünməyən təhlükələr qarşısında göstərdikləri təbii reaksiyadır. Uşaq qorxusunun mənbəyi əşya, insan və ya hadisə ola bilər.

dörd yaşlarında isə bura ananın dəstəyini itirmək, təklik, yanğın, qəza kimi hadisələrdən qorxmaq hissi də əlavə olunur. Həmçinin bu yaşda olan uşaqlara gözlə görünən cisimlərlə yanaşı, xəyallarında yaratdıqları şeylər də qorxu mənbəyi olmağa başlayır. Ona görə də ağıllı, xəyal dünyası geniş olan uşaqların qorxuları daha çox və müxtəlif növlü olur. Uşaqlar dörd yaşına çatanda qorxu hissləri tədricən azalmağa başlayır.

QORXU YARADAN SƏBƏBLƏR…

AMMA…

Körpə uşaqlar onlar üçün yeni və naməlum olan hər şeydən qorxa bilərlər. İki-üç yaşında olan uşaqlar uca səslərdən daha çox qorxurlar. Üç-

Beş-altı yaşlarında olan uşaqlar adətən nağıllarda eşitdikləri qorxunc məqamlardan çəkinirlər. Bu yaşlarda uşaqların ətraf aləmlə ünsiyyəti və təcrübəsi çoxalır.

Ona görə də onlarda hansısa bir hərəkətlərinin başqaları tərəfindən təqdir edilməyəcəyi qorxusu da yaranmağa başlayır. Altı yaşından etibarən uşaqlarda qorxu hissi təkrarən artmağa başlayır. Uşaq qorxunu valideynlərindən örnək kimi də götürə bilər. Anasının itdən qorxduğunu görən uşağın itdən qorxmağa başlaması təbii haldır. Uşağa danışılan qorxulu nağıllar, tərbiyədə qorxutma üsullarından istifadə etmək, onun körpə yaşlarından həddən artıq qorunması da qorxu mənbəyi ola bilər. Eyni zamanda keçirmiş olduğu qəza, zəlzələ, şahidi olduğu davadalaş, yaralanma, ölüm kimi hadisələr də uşaqda uzunmüddətli qorxu yarada bilər. Psixoloqlar qorxu hissləri ilə


101 mübarizə aparmaq üçün uşağın körpəlik dövrünə daha çox diqqət yetirməyin vacib olduğunu vurğulayırlar. Çünki bu dövrdə hər şey ürküdücü olduğundan körpənin alışmadığı əşya, tanımadığı bir üz, yanına gətirilən başqa uşaq, aclıq, susuzluq və ya altının islanması kimi səbəblər qorxu hissini artırır. Əlamətləri: Uşaqlar qorxduğunu ağlayaraq, anasına sığınaraq, böyüklərdən birinin onun yanında qalmağını istəyərək, əşyaların arasında gizlənərək və ya açıq-aşkar dilə gətirməklə bildirirlər. Bir çox hallarda iştahasızlıq, yuxusuzluq, inadkarlıq, özünə qapanma kimi halların altında gizlənən əsl səbəb də qorxu olur. Qorxu anında üz saralır, nəbz və qəlb ritmləri tez-tez vurmağa başlayır, həmçinin bu zaman qusma halları da ola bilər. Bəzi uşaqlar isə qorxu nəticəsində danışarkən kəkələyirlər.

QORXU HİSSİNİ ARADAN QALDIRMA YOLLARI Uşaqda qorxu hissinin çox qalmaması və onun psixikasında dərin izlər açmaması üçün qorxunun səbəbləri vaxtında araşdırılmalı, onu yaradan şərait ortadan qaldırılmalıdır. Valideynlər uşağın qorxu hissini görməməzliyə vurmamalı, bu məsələni zarafata salıb əhəmiyyətsiz saymamalıdırlar. Uşağı nədənsə qorxduğuna görə danlamaq, sərt reaksiya göstərmək olmaz.

Qorxusundan dolayı uşağı utandırmaq, bu hərəkətinin ayıb olduğunu da demək olmaz. Qorxu hissi olan uşaqla səbrlə rəftar etməli, qorxularından qurtulması üçün ona zaman vermək lazımdır. Uşağa hər an “Ehtiyatlı ol, yıxılarsan”, “Sən təkbaşına bu işi görə bilməzsən” deyərək, ərtaf aləmin yalnız təhlükələrlə dolu olduğunu aşılamamaq lazımdır. Bu onun hər an ətraf aləmdən təhlükə gözləməsinə və hər şeydən qorxmasına səbəb ola bilər. Evdə qorxuducu bir əşya və ya vasitə varsa bu ortadan qaldırılmalı, uşaq oyundan və dostlardan məhrumdursa, bu problemi aradan qaldırmaq, uşağın özünə inamının yaranmasına kömək etmək lazımdır. Uşaq qorxduğu şeyə yavaşyavaş alışdırılmalıdır. Məsələn, dənizdən qorxan uşağın güclə suya salınması yanlışdır. Əvvəlcə dənizi uzaqdan göstərmək və orada oynayan uşaqları izləməsinə şərait yaratmaq lazımdır. Daha sonra qorxan uşağın əvvəlcə dənizin kənarında oynaması, sonra ayaqlarını islatması və ən nəhayət dənizdə çimməsi məsləhətdir. Və ya qaranlıqdan qorxan bir uşağı qaranlıq otağa salmaqla onun bu kompleksini aradan qaldırmağın mümkün olduğuna inananlar səhv edirlər. Bu hal əksinə uşaqda ciddi psixoloji problemlər yarada bilər. Valideyn qaranlıq otağa onunla birlikdə girməli və onun yanında olduğunu hiss etdirməlidir. İtdən qorxan uşağı böyük bir itin yanına gətirməklə onun bu qorxusunu aradan qaldıracağını düşünənlər də yanılır.

Bunun üçün ilk olaraq körpənin küçüklə oynamasına və əzizləməsinə şərait yaratmaq lazımdır. Uşaqlara qorxulu nağıllar danışmaq, onların şiddət səhnələri ilə zəngin olan filmləri izləməsinə imkan vermək düzgün deyil.

FƏSADLAR DA AZ DEYİL Qorxunun qarşısı kiçik yaşda alınmazsa, bu, gələcəkdə həmin uşaqda zəka geriliyi, hədən artıq əsəb və ya içinə qapanıqlılıq, həssaslıq, adamayovuşmazlıq, başqaları ilə yola getməmək kimi problemlər yarada bilər. Düzdür, qorxu hissi uşağın təhlükələrdən uzaqlaşmasına kömək edir. Qorxu hissi olmasa, o, bir çox təhlükələrdən özünü qoruya bilməz. Ancaq bu qorxuların hədən artıq olması uşağı narahat edir və onun psixoloji inkişafında problemlər yaradır. Belə hallarda valideynlərin və ətrafdakı insanların düzgün olmayan rəftarları həmin uşaqda bu qorxunun uzun müddət sürən kompleksə çevrilməsinə səbəb ola bilər. Hətta bu hisslərin yetkinlik yaşına çatana qədər sürmə ehtimalı var. Əgər uşağın qorxusu çox güclü kompleksə çevrilibsə və bu hal onun həyatına, düzgün psixoloji inkişafına maneçilik törədirsə, mütəxəssis köməyindən istifadə etmək lazımdır. Psixoloqa müraciət etməklə uşağınızı ona problem yaradan qorxunun əlindən xilas edə bilərsiniz. Eldar Sadıqov


102

AİLƏNİN QIZIL QAYDALARI


103

alideynlər üçün ən önəmli olan təbii ki, övladlarının sağlam, tərbiyəli böyüməsidir. Ona görə də mütəxəssislər bildirirlər ki, əgər qızınızın xoşbəxt, əsil xanım kimi sevimli və sevən böyüməsini, oğlunuzun isə əsil kişi kimi güclü, məsuliyyətli, cəsarətli olmasını istəyirsinizsə, onları elə beşikdəykən düzgün tərbiyə etməyə çalışın. Təbii olaraq sual yaranır, bu qızıl qaydanı necə həyata keçirək? Mütəxəssislər bildirirlər ki, oğlan uşağına sözün əsl mənasında, bələkdən təlqin etmək lazımdır ki, o, – gələcək kişidir. Oğlana əlində çəkic tutmağı və mismar vurmağı öyrədin, çünki bu vərdişlər ona gələcək həyatda lazım olacaq. Həmçinin, övladınızı gördüyü yaxşı işə görə tərifləməyi unutmayın. Məsələn, «afərin, mən sənsiz bu işin öhdəsindən gələ bilməzdim» deyə bilərsiniz. Oğlunuzun yaxşı

hərəkətlərini təqdir etsəniz, bu, onda alicənablıq və zəifləri müdafiə etmək hissini möhkəmləndirəcək. Tədqiqatçı alimlər bu qənaətə gəliblər ki, oğlan uşağının formalaşmasında ananın rolu böyükdür. Hesab olunur ki, ana azyaşlı oğlunu özünə köməkçi və qoruyucu kimi görməklə onun gələcək kişi kimi yetişməsinə səbəb ola bilər. Bundan başqa ana özünü zərif cinsin nümayəndəsi kimi nümayiş etdirməklə oğluna qadınlara qarşı diqqətli olmağı təlqin etmiş olar. Mütəxəssislərin fikrincə, oğlanda kişi xüsusiyyətlərinin formalaşmasında ana həlledici rol oynadığı kimi, qızın da əsl xanım kimi yetişməsində ata mühüm rola malikdir. Çünki ilk olaraq məhz ata qızını ağır yük götürməyə qoymur, yeri gələndə onun paltosunu tutur və s. Məhz atanın məhəbbəti və onun heyran baxışları qızı, məhəbbətə, hörmətə layiq olan əsil qadın kimi yetişdirir. Bunlar səhvdir… - Övladınızın yanında mübahisə etməkdən çəkinin. Əgər ana oğlunun gözü qarşısında ərini danlasa, o, qadınlardan çəkinəcək, elə güman edəcək ki, qadına etiraz edə və özünü doğrultmaq üçün heç bir söz deyə bilməz. O, kompleksli böyüyəcəkdir. Yaxşı olar ki, həyat yoldaşınızla münasibətləri təklikdə aydınlaşdırasınız. - Oğlunuzu dinlədikdən sonra, «Bu, nə sayıqlamadır!», «Boş sözdür!» və ya «Mən özüm bilərəm!», «Səsini kəs!» kimi ifadələr işlətməyin. Gələcək kişinin ünvanına belə ifadələr işlətmək məqbul deyil. Ona öz fikrini söyləməyə imkan verin.

- Oğlan uşağına «Niyə qız kimi ağlayırsan?» sözünü demək olmaz. Əslində yetkin yaşlarda ürək-damar xəstəlikləri qazanmamaq üçün nəinki ağlamaq olar, hətta məsləhətdir. Neqativ emosiyalardan ayrılmağın əsas yollarından biri də göz yaşlarıdır. Digər tərəfdən oğlan uşağının ağlamasına göstərilən bu təpki onlarda qızlara yuxarıdan aşağı baxma xüsusiyyəti əmələ gətirə bilər. - Tez-tez öz qızına «Atan kimisinə güvənmək olarmı?» və ya «Özünə atan kimi ər seçmə» deyən ana onda kişilərə nifrət hissi, gələcək tənhalığa zəmin yaratdığına əmin ola bilər. - Qızınızı ev işlərini yerinə yetirməyi öyrədin. Lakin o, uşaqlıqdan dərk etməlidir ki, qadın – qulluqçu deyil, həm də kiminsə gələcək sevgilisi, həyat yoldaşı və anasıdır. - Gələcək qadın don geyməyi, incə oturuşu, səliqəli saç düzümü düzəltməyi bacarmalıdır. XIX əsrə qədər qızlara bütün incəlikləri nəcib qızlar institutlarında öyrədirdilər, lakin təəssüflər olsun ki, zaman ötdükcə, bu amillərə getdikcə az fikir verilir. Nəhayət, oğlan və qız valideynlərinə son tövsiyəmiz. Sizin öz ailə təcrübəniz uğursuz olsa da uşaqlara, «Mənə baxın və ibrət götürün» deməyin. Uşağın yanında nüfüzunuz düşə bilər. Psixoloqlar bildirirlər ki, həyatını ata-anasında fərqlənən ssenari üzrə qurmağa çalışanların təxminən 80-85 faizi uğursuzluğa düçar olurlar. Fidan Vüqarqızı


104

UŞAQLARIN PSİXOLOJİ – SOSİAL FƏRQLİLİKLƏRİ


105

raşdırmalara görə, 11 yaşa qədər qız və oğlan uşaqlarının psixoloji-sosial xüsusiyyətləri bir-birinə çox bənzəyir. Yalnız bu yaşdan sonra onların arasında kəskin fərqliliklər meydana gəlir. Amma bununla belə, qızlar oğlanlardan 2 ay tez yeriməyə başlayırlar. Qızlar erkən yaşda daha zəngin söz ehtiyatına yiyələnirlər. Oğlan uşaqları öyrəndikləri hər kəlməni yaxşı mənimsəmədikcə həmin sözləri işlətmirlər. Onlar həmişə öyrəndikləri sözləri yerli-yerində işlətməyə cəhd göstərirlər. Qız uşaqları daha səbirsiz olduqlarından, başqa sözlər də öyrənməyə tələsirlər. Ona görə də 4-5 yaşlarında qız uşağının söz ehtiyatı oğlan uşaqlarına nisbətən daha zəngin olur. Qız uşaqlarında ətrafdakılara uyuşmaq, başqalarının istəyi ilə

hərəkət etmək kimi hallar daha güclüdür. Adətən onların ünsiyyət problemləri də az olur. Qızlar insanlara qarşı çıxmaqdansa, onların istəklərinə görə hərəkət edirlər. Oğlan uşaqlarında isə əksinə qarşı çıxmaq, imtina etmək xüsusiyyətləri daha güclü inkişaf edir. Oğlanlar adətən qızlardan daha ağır hərəkətli olur. Onların hərəkətlərində ağırlıqla yanaşı kobudluq da özünü kəskin büruzə verir. Həmçinin daha az çevik və qızlara nisbətən az bacarıqlı olurlar. İki yaşlı oğlan uşağının qız uşağına nisbətən dəcəl və hayküylü olması normaldır. 4-5 yaşındakı qız uşağı bacarığından, zərifliyindən yararlandığı halda, eyni yaşda olan oğlan uşağı çətinə düşəndə gücündən istifadə edir. Sərt bir oyun oğlan uşağının əsəblərini sakitləşdirir. Onlar üçün qaçmaq, yorulmaq, qışqırbağır salmaq, yorucu oyunlar oynamaq gərəklidir. Qız uşağının əsəblərinin sakit olması üçün isə onun oyun oynaması, mahnı oxuması, rəqs etməsi, şəkil çəkməsi köməyinə çatır. Ümumiyyətlə, qız uşaqlarının oyunları daha sakitdir. Elə bu səbəbdən qızlar yazı yazmağı və rəsm çəkməyi oğlanlardan daha tez mənimsəyirlər. Oğlan uşaqları isə şiddətli bədən hərəkətləri ilə müşayiət olunan oyunları sevirlər. Qız uşaqlarında xəyal qurmaq zövqü daha güclü formalaşıb. Başqalarını dinləmək, bəzənməyə aludəçilik, birini yamsılamaqdan həzz almaq da bu xüsusiyyətlərə əlavə oluna bilər. Qızlarda bu özəlliklər 5 yaşından daha güclü şəkildə özünü göstərməyə başlayır. Bunun müqabilində nəyisə kəşf etmək, yaradıcılıq oğlan uşaqlarında daha zəngindir. Edison, Motsart

kimi məşhurlar da kiçik yaşlarında kəşflər edib, əsərlər yaradıblar. Oğlan uşaqları qızlardan ağır və ləng düşünürlər. Qızlar isə hisslərinin köməyi ilə daha sürətli düşünmək qabiliyyətinə malikdirlər. Bu səbəbdən səhv etmək ehtimalları daha çox olur. Digər tərəfdən qız uşağı xarakterini daşıyan oğlanlar və ya əksinə oğlan xarakterli qız uşaqları da olur. Bu kimi hallar yetkinlik yaşına çatdıqdan sonra sabit xarakter alır. Bu halların yaranmasına ailələrin də böyük təsiri olur. Ailələr tərəfindən edilən zarafatlar, istehzalar onların özlərini belə görməsinə səbəb ola bilər. Qız uşaqları oğlan uşağını qısqanmağa başlayırsa, ona qız olduğu üçün qürur duyacağı sözlər söyləmək, onu təqdir etmək lazımdır. Qıza “qardaşın kimi et” və ya, oğlan uşağına “bacın kimi sakit ol” demək təhlükəlidir. Ümumiyyətlə, əks cinslərin qarşılaşdırılması düzgün deyil. Həmçinin eyni cinsdən olan uşaqların müqayisə edilməsi də onların psixologiyası üçün zərərlidir. Çünki uşaqlar örnək olaraq göstərilən digər uşağı qısqanmağa başlayır və ondan hər fürsətdə intiqam almağa çalışırlar. Belə hallar uşaqda içinə qapanıqlılıq, özünəinamsızlıq, bacarığı olduğu halda müvəffəq ola bilməmək, hətta özünə nifrət kimi komplekslərin yaranmasına səbəb ola bilər. Yuxarıda sadalanan fərqliliklər qız və oğlan uşaqlarının ümumi özəlliklərdir. Ancaq təbii ki, hər bir uşaqda bu xüsusiyyətlər özünü fərqli şəkildə göstərə bilər. Nigar İlqarqızı


106 lazımdır, onu udmaq xoşagəlməz hallara səbəb ola bilər. Rulon şəkildə bükülmüş pambığı burunun uc hissəsinə qoymaq məsləhətdir. Burundan təkrarən qan açılmaması üçün güc tələb edən hərəkətlərdən uzaq olmaq lazımdır. Önə doğru əyilmək və yerdən ağır bir şey qaldırmaq olmaz. Yatarkən də başınızın yuxarıda olmasına diqqət yetirin. İki yastıqdan da istifadə edə bilərsiniz. Günün qızmar çağlarında gün altında az qalın. Əgər qanaxma dayanmırsa, mütləq həkimə müraciət etmək lazımdır.

AĞIZ QOXUSUNDAN QURTULUN...

BURUN QANAMALARI ZAMANI NƏ ETMƏLİ? Yay aylarında isti havanın təsiri ilə müxtəlif yaş qrupundan olan bir çox insanda burun qanamaları artır. Buna səbəb isti və quru havanın burun içərisindəki kapillyarları zədələməsi və zəiflətməsidir. Burun qanaxmalarına yüksək təzyiqi olan insanlarda və azyaşlılarda daha çox təsadüf olunur. Ümumiyyətlə, ağır idman hərəkətləri, soyuqdəymə, allergik rinit, burun travmaları, burunun içərisində olan yad cisimlər, irsi qan xəstəlikləri və bədxassəli şişlər də burunda qanaxmalara səbəb ola bilər. Yay aylarında kondisioner altında çox oturmaq zərərlidir. Kondisioner nəmliyi qurutduğundan tez-tez otağın havasını dəyişmək lazımdır. Həmçinin burun üçün nəmləndirici kremlərdən istifadə etmək olar. Çox siqaret çəkmək də burun qanamalarına səbəb olan amillərdəndir. Belə ki siqaret tüstüsü burun içərisindəki tüklü hüceyrələrin işini məhdudlaşdırdığından asanlıqla

qanaxmalar baş verir. Burun qanamaları ön və arxada olmaq etibarilə iki cürdür. Burunun ön tərəfində olan qanamalar daha çox uşaqlarda və yeniyetmələrdə olur. Bu halda qan burundan aşağı axır. Burunun arxa hissəsində olan qanamalara isə daha çox yaşlılarda, xüsusən də təzyiqi olan insanlarda rast gəlinir. Burunun arxa qanamaları şiddətli olması ilə fərqlənir və təhlükəli sayılır. Belə ki, bu zaman qan arxaya - boğaza doğru axır. Onu da qeyd edək ki, burun qanamalarını düzgün olmayan şəkildə dayandırmaq insan həyatı üçün təhlükəlidir. Xəstəni arxası üstə uzadaraq qanamanı durdurmaq istəsəniz, qan ağciyər və mədəyə getməklə zəhərlənməyə və boğulmağa səbəb ola bilər. Qanaxma zamanı başı ürək səviyyəsindən yüksəkdə tutmaq lazımdır. Başı arxaya doğru tutmaq olmaz. Burunun uc tərəfini astaca sıxıb, 5 dəqiqə gözləmək lazımdır. Burun çevrəsinə və ənsəyə soyuq kompres tətbiq etmək olar. Mümkün olduqca boğaza axan qanı tüpürmək

Nəfəsdə olan arzuolunmaz qoxu təkcə həmin adamı deyil, eyni zamanda ətrafdakıları da narahat edir və bəzən saqqız çeynəməklə belə, bu narahatlığı aradan qaldırmaq mümkün olmur. İnfeksiya, diş ətinin xəstə olması, ağızda uzun müddət qalan qida qalıqlarındakı bakteriyalar qoxuya səbəb olan əsas amillərdəndir. Şəkər xəstəliyi, böyrək, qaraciyər çatışmazlığı da ağız qoxusuna səbəb ola bilər. Həmçinin siqaret çəkmək də ağız quruluğuna səbəb olduğundan ağızda xoşagəlməz qoxular yaradır. Bəzən də ağız qoxusu sadəcə soğan, sarımsaq, acı bibər, sosiska və kolbasa, bəzi pendir növləri, balıq və digər tünd qoxusu olan qidalardan yaranır. Həmin qidaları qəbul etdikdən dərhal sonra dişinizi fırçalasanız da, bu qoxular 24 saat ərzində sizə xoşagəlməz anlar yaşada bilər. Odur ki, ağız qoxusundan qurtulmaq üçün bəzi qaydalara riayət etmək lazımdır. İlk növbədə bol su için və bədənin susuz qalmasına imkan verməyin. Bununla dilin qurumasının qarşısını alarsınız və ağız qoxusuna səbəb olan bakteriyaların çoxalmasına imkan verməzsiniz. Alma, kök, turp nəfəsi təmizləməkdə təsirlidir. Nanə və darçın da pis qoxulara qarşı gözəl vasitədir. Darçının qabıqlarında olan xüsusi yağ ağızdakı bakteriyaları məhv edir. Bir çox təbii otları və bitkiləri


107 çeynəməklə də gözəl ağız qoxusuna sahib olmaq olar. Bu zaman cəfəri, qərənfil, zəncəfil, keşniş, razyana çeynəyə bilərsiniz. Limonu ortadan ikiyə bölüb, suyunu içməklə ağız qoxularını yox etmək olar. Gündə 1 və ya 2 dəfə yeyəcəyiniz yarım fincan qatıq da ağızda qoxu əmələ gətirən hidrogen-sulfidi aradan qaldırmaq üçün gözəl vasitədir. Dişinizlə bərabər dilinizi də fırçalamağı unutmayın. Burnunuzdan nəfəs almağa çalışın. Ağızdan nəfəs almaqla ağız quruluğuna yol açarsınız ki, bu hal da pis qoxuya səbəb olan bakteriyalar üçün əlverişli zəmin yaradar. Ağ un, şəkər tozu və çox şirniyyat yemək də ağızdakı bakteriyalar üçün “əlverişli” bir xəzinədir, çünki həddən çox şirin qidalar dişlərin çürüməsinə və ağızda qoxu yaranmasına şərait yaradır. Diş ipindən istifadə etmək də ağız qoxusunun qarşısının alınmasında mühüm rol oynayır. Diş ipi fırçanın çıxara bilmədiyi yerlərdəki bakteriya və ya yemək qalıqlarını asanlıqla üzə çıxarır. Xüsusən də, diş gövdələri arasındakı dar hissələrdə yığılıb qalan yemək artıqlarını çıxarmaqda kömək edir. Bəzən də ağız qoxusuna diş çürükləri, diş əti iltihabları səbəb olur. Odur ki, yuxarıda sadalanan məsləhətlərin heç biri köməyinizə çatmasa, stomatoloqa baş çəkməyi unutmayın.

AYAQDAN QOXU GƏLDİKDƏ... Yay aylarında ortaya çıxan problemlərdən bir də tərləmə ilə bağlıdır. Ən çox tərləyən bölgələr isə tər vəzilərinin çox olduğu, əllər, ayaqlar və qoltuq altıdır. Bu tərləmə pis qoxu ilə müşayiət olunduqda isə əsl kabusa çevrilir. Tərin xeyirli cəhətləri də var. Belə ki, tər ifrazı zamanı dəri nəmlənir və elastikləşir. Ancaq tər pis qoxu ilə ifraz olunursa, demək, tər vəzilərinə bakteriya yoluxub. Həmin bakteriyalar isə nəm şəraitdə 2 dəfə artıq çoxalır. Ona görə də həmişə ayaqları quru və təmiz saxlamaq lazımdır.

Tərdən və xoşagəlməz qoxulardan xilas olmaq üçün ən təsirli üsul budur. Ayağı böyük olanların daha çox tərlədiyi də bildirilir. Həmçinin şəkər xəstələrində də ayaqlar daha çox tərləyir. Əgər ayaq tərləməsi hər hansı bir xəstəliklə bağlı deyilsə, bunun ən böyük səbəbi ayağın hava almasına mane olan keyfiyyətsiz ayaqqabılar və ayaqların uzun müddət nəm qalmasıdır. Ayaq tərlədikdən sonra qurudulmadan uzun müddət yaş qalarsa, bakteriyaların artmasına və pis qoxulara səbəb ola bilər. Yay aylarında səhər və axşam ayaqlarınızı yuyun və yaxşıca qurulayın. Xüsusən də barmaq aralarına diqqət yetirin. Corablarınızı gün ərzində 2-3 dəfə dəyişməyə çalışın. Sintetik corablardan istifadə etməyin. Hər gün eyni ayaqqabını geyinməməyə çalışın. Ayaqqabınızın hava almasına və qurumasına şərait yaradın. Həmçinin sürvə dəmləməsi içmək də ayaq tərləməsi üçün xeyirlidir.

Marqanesli və sodalı suda vanna etmək də tərləmə və pis qoxulara qarşı təsirli vasitədir. Söyüd və mərsin dəmləmələri ilə vanna etmək də xeyirlidir. Nanə, gicitkan, çobanyastığı, dəvədabanı və palıd ağacının qabığını dəmləyib, ayaqları məhlulla yuyun. Həmçinin ayağınızı vanna etdiyiniz suya limon suyu və kəklikotu da qata bilərsiniz. İki xörək qaşığı duzu suda həll edib, vanna qəbul etmək tər ifrazını azaldar. Ayaqlara bor tozu səpmək də effektiv üsul sayılır. Ayaq üçün olan müxtəlif vasitələri, krem və losyonları gecə yatmazdan əvvəl vurmağınız məsləhətdir. Gündüzlər isə çölə çıxmazdan əvvəl ayaqlara uşaq pudrası sürtmək olar. O nəmi özünə çəkir, dərini asanlıqla qurudur, gün ərzində rahatlıq bəxş edir. “Faydalı məsləhətlər”in hazırlanmasında Bakı Tibb Mərkəzinin həkimi, tibb elmləri namizədi, dosent Əlfəddin Abdullayevə minnətdarlığımızı bildiririk.


108

SUDA BOĞULANA, İSTİ VURANA, İLAN SANCANA NECƏ KÖMƏK EDƏK?


109 belə şəxs suyun üzərində qalmaq qabiliyyətini itirərək boğula bilər. Batan şəxs aktiv və passiv vəziyyətdə boğula bilər. Aktiv boğulma zamanı batan şəxs suda şaquli vəziyyətdə olub heç bir üzmə hərəkəti edə bilmir. O yalnız əllərini aşağıya doğru hərəkət etdirməklə, nəfəs almaq və başını sudan yuxarı saxlamaq üçün instinktiv cəhdlər edir. Bu halda bütün enerji nəfəs almaq üçün cəhdlərə sərf edilir və şəxs kömək istəyə bilmir. Passiv vəziyyətdə boğulan şəxs isə üzüaşağı vəziyyətdə suyun dibində və ya suyun səthinə yaxın yerdə qalır.

zərbaycan Qızıl Aypara Cəmiyyətinin təqdim etdiyi vəsaitlər əsasında hazırlanan "İlk yardım" rubrikasının hər sayında kritik hallar (bədbəxt hadisələr, təbii fəlakətlər, qəzalar, qəfil xəstəliklər, suda boğulma, istivurma və s.) baş verən zaman zəruri olan ilkin tibbi yardımın sirləri barədə bilgilərlə tanış olacaqsınız.

SUDA BOĞULMA Nə qədər yaxşı üzməsindən asılı olmayaraq hər bir kəs suda boğula bilər. Adətən suda batanların çoxunun yardım istəmək, qışqırmaq imkanı olmur. Onlar bütün enerjilərini yalnız başlarını sudan yuxarıda tutmağa sərf edirlər. Suda baş verən kritik hallar özünü 2 cür büruzə verir: çətin vəziyyətə düşmüş üzgüçü və batan şəxs. Çətinliyə düşən üzgüçünün çox yorulduğundan sahilə çıxmaq imkanı məhdudlaşa bilər. Lakin onun suyun üzərində qalmaq, nəfəs almaq, köməyə çağırmaq imkanı olar. Kömək göstərilmədikdə isə,

Necə köməyə çataq? Suda boğulan adama kömək etmək istəyirsinizsə, ilk öncə əmin olun ki, şərait təhlükəsizdir. Təhlükəli vəziyyətdə suya atılmayın, əks halda siz də bu vəziyyətin qurbanı ola bilərsiniz. Əgər zərərçəkən şəxs kifayət qədər yaxındadırsa, onu sudan çıxarmaq üçün hər hansı bir əşya uzatmaqla kömək edə bilərsiniz.

Möhkəm bir yerdən tutun və zərərçəkənə tərəf əyilərək ona uzun taxta parçası, ağac budağı, köynək, kəmər, dəsmal və s. uzadın və bunların zərərçəkənə çatmasına çalışın. Sizdən uzaqda olan birini xilas etmək üçün effektiv yol, zərərçəkənə ip, avtomobil şini və s. atmaq olar. Əgər su dayazdırsa, zərərçəkənə kömək göstərmək üçün suya daxil ola bilərsiniz. Bir neçə dəqiqə suda hərəkətsiz və üzüaşağı qalan şəxs əksər hallarda huşunu itirir. Ona gərə də zərərçəkəni sahilə gətirin və dərhal ona ilk yardım göstərməyə çalışın. Əgər tənəffüs yolları su ilə dolubsa, diziniz üstə durun, ayaqlarınızı aralayın ki, xəsarət alan ayaqlarınızın arasında olsun. Bir əlinizin ovcunu göbəkdən azacıq yuxarı, döş sümüyünün ucu arasında yerləşdirin. Digər əlinizin ovcunu onun üzərinə elə qoyun ki, barmaqlarınızın istiqaməti boğulanın başına tərəf olsun. Bu vəziyyətdə qarına 6-10 dəfə bərk təzyiq etmək lazımdır. Zərərçəkənin ağciyərlərinə və mədəsinə dolmuş suyu boşalt-


110 maq da zəruridir. Onu yastıq və ya dizinizin üstünə uzadıb, belindən bərk basın, mədə və ağciyərlərə dolmuş suyu ağzından boşaldın. Su və qusuntu kütləsi xaric olunduqdan sonra xəsarət alanı böyrü üstə çevirmək və ağız boşluğunu təmizləmək lazımdır. Daha sonra onu arxası üstə uzadın, özü tənəffüs ala bilsə də, uzun müddət süni tənəffüs verin. Bu zaman: - Başı arxaya əyilmiş vəziyyətdə saxlayın; - Barmaqlarla burun deşiklərini qapayın; - Ağzınızı kip olaraq zərərçəkənin ağzına birləşdirin; - Hər 5 saniyədə bir yüngül nəfəs verin (uşaqlar üçün 3 saniyədən bir); - Verdiyiniz nəfəsin daxil və xaric olunmasını müşahidə edin; - Bir dəqiqə ərzində təxminən 12 nəfəs verməklə davam edin (uşaqlar üçün 20 nəfəs). Zərərçəkənin tənəffüsü bərpa olunduqdan sonra onun arxası üstə uzanmağı vacibdir. Həkim gələnədək yerini dəyişmək olmaz.

Lazım gələrsə, ürək və tənəffüsü yaxşılaşdıran dərmanlardan da istifadə etmək olar. Bu zaman xəstənin qıçlarını masaj edərək qızdırmaq və quru, isti paltarla örtmək lazımdır.

İSTİDƏN ÜZÜLMƏ VƏ İSTİ VURMA İstiliklə əlaqədar olan xəstəliklərin ən çox yayılmış forması istidən üzülmədir. Bu adətən, isti yerdə uzun müddət böyük səylə işlədikdə və ya idman etdikdə baş verir. Bəzən isə isti havanın təsiri ilə sakit duran və ya dincələn birində də istidən üzülmə halı ola bilər. Bu zaman zərərçəkən tərləmə vasitəsilə maye itirir ki, bu da qanın həcmini azaldır. Dəriyə qan axını artır, həyati vacib orqanlara isə qan axını azalır. Qan dövranı pozulduqda insan şok vəziyyətinə düşür. İstidən üzülmənin əlamətləri aşağıdakılardır: - Bədən temperaturunun normadan aşağı olması; - Avazımış, soyuq və nəm dəri;

- Baş ağrısı; - Ürək bulanma; - Baş gicəllənmə və zəiflik; - Üzülmə halı. İstidən üzülmənin ilkin mərhələsini dərhal yardım göstərməklə aradan qaldırmaq olar. Bir çox hallarda zərərçəkən sərin yerdə dincəldikdə və sərin su içdikdə özünü yaxşı hiss edir. Ancaq dərhal yardım göstərmədikdə, istidən üzülmə tez inkişaf edib, həyat üçün təhlükəli olan istivurmaya çevrilir. Bu zaman bədəndə mayenin səviyyəsi aşağı olduğundan tərləmə prosesi dayanır. Tərləmə dayandıqda, bədən özünü effektiv olaraq soyuda bilmir və bədənin temperaturu sürətlə qalxır. Bədən temperaturu tezliklə elə bir həddə gəlib çatır ki, beyin və digər vacib orqanlar (məsələn, ürək və böyrəklər) öz fəaliyyət qabiliyyətlərini itirməyə başlayırlar. Bədən soyudulmadıqda qıcolma, koma və ölüm baş verə bilər. İstivurmanın əlamətləri: - Yüksək hərarət (41 dərəcəyə qədər); - Quru və ya nəm dərinin qırmızı və isti olması; - Huşun səviyyəsində dəyişikliklər; - Nəbzin zəif və tez-tez vurması; - Təngnəfəslik. İlk olaraq nə etməli? - Zərərçəkəni isti mühitdən kənarlaşdırın və ona içmək üçün sərin su verin; - Tərli paltarı zərərçəkənin əynindən çıxarın; - Bədəni soyudun; - Sərin və nəm örtükdən, məsələn, dəsmal və ya döşəkağından istifadə edib, biləyi, topuğu, qoltuğu və boyunun arxasını örtün və zərərçəkəni yelpikləyib buxarlanmanı artırın; - Zərərçəkən huşunu itirməyibsə, ona maye verin; - Şok vəziyyətini azaltmağa çalışın; Zərərçəkən huşunu itirməyibsə, yavaş-yavaş sərin su içməklə həyati vacib orqanların maye itkisinin


111 əvəzini doldurmağa kömək edər. Su ürəkbulanmanın da qarşısını alır. Zərərçəkənə suyu birdəfəyə içməyə imkan verməyin. Hər 15 dəqiqədən bir ona yarım stəkan su verin. Yardımın sonrakı mərhələləri: Sudan imtina, qusma, zərərçəkənin huşunda olan dəyişiklik onun vəziyyətinin pisləşdiyini göstərir. Dərhal həkim çağırın. Əgər zərərçəkənin ürəyi bulanırsa və qusursa, ona maye verilməsini dayandırın və zərərçəkəni böyrü üstə uzadın. Əmin olun ki, onun nəfəs yolları təmizdir. Zərərçəkənin tənəffüsünə və huşuna nəzarət edin. Zərərçəkənin bədəninə nəm dəsmal və ya mələfə qoyun. İmkan varsa, zərərçəkəni soyutmaq üçün su şlanqından istifadə edin. Buz varsa, buzu zərərçəkənin biləklərinin, topuqlarının altına, qasığına, qoltuqlarına və boğazına qoyun ki, iri qan damarlarını soyutmaq mümkün olsun. İsti vurma nəticəsində şəxsin tənəffüsü dayana bilər. Süni tənəffüs verməyə hazır olun.

HƏŞƏRAT SANCANDA... Həşərat sancmaları adətən həyat üçün təhlükəli olmur. Amma ağrı verir. Həşərat sancan zaman ilk yardım göstərmək üçün iynənin sancılan yerdə olub-olmadığını müəyyən edin. Əgər iynə varsa, zəhərlənmənin inkişafının qarşısını almaq üçün iynəni dırnaqla dəridən

çıxarmaq lazımdır. Çox zaman zəhər kisəciyi iynəyə birləşmiş olur. Ona görə də iynəni sıxmaqla çıxarmağa çalışmayın. Belə ki, zəhər kisəciyinin yırtılması zəhərlənmənin sürətli inkişafına səbəb olur. Sonra zədə yerini sabunla yuyun və təmiz qalması üçün sarıyın. Ağrı və şişməni azaltmaq üçün soyuq kompres qoyun.

ƏQRƏB SANCANDA... Uzunluğu 8 sm, 8 qıçı və qısa quyruğu olan əqrəblər təhlükəli sayılır. Əqrəblər əsasən sərin və nəm olan yerlərdə məskunlaşırlar (məsələn, daşların altı, zibillik, ağac qabığı və s.). Onlar axşam tərəfi və gecə daha fəal olurlar. Əqrəb sancması zamanı aşağıdakı əlamətlər özünü büruzə verir: - Sancma nahiyəsində iz; - Ağrı; - Sancılmış yerin suluqlanması, zədələnməsi və şişməsi; - Ürəkbulanma və qusma; - Çətin nəfəsalma və ya udqunma; - Çox tərləmə və ağızdan selik axma; - Ürəyin qeyri-bərabər ritmi; - Əzələ qıc olması və ya qarın nahiyəsində ağrı. Əgər əqrəb sancması baş veribsə, dərhal həkim çağırmaq lazımdır. Həkim köməyə gələnə qədər yaranı yuyun, ağrını və şişi azaltmaq üçün soyuq kompres qoyun.

İLAN VURANDA... Əksər ilanlar zərərsiz olsa da, bəzilərinin sancması ölümlə nəticələnir. Belə ilanların ən təhlükəli nümayəndəsi gürzədir. Gürzənin uzunluğu 1,5 metrə qədər olur. Rəngi bozdur, belində tünd xalları var. Başı yastı, boynu nazikdir və quyruğu bədənindən fərqlənir. Əsasən, düzən və dağətəyi bölgələrdə yayılıb. Seyrək kollu, daşlı, çınqıllı və quraqlıq yerlərdə daha çox olur. Yazda və payızda gündüzlər, yayda isə gecələr ova çıxır. Bir

qram quru gürzə zəhəri 80 adam üçün ölüm dozasıdır. Zəhərli ilan sancmasını göstərən əlamətlərə aşağıdakıları göstərmək olar: - Qanaxma və ya qanaxmasız müşayiət olunan bir və ya iki aydın görünən diş yeri; - İlan sancdıqda dərhal və ya 4 saat müddətində kəskin ağrıların və yanğı hissinin olması; - İlan sancdıqdan dərhal və ya 4 saat müddətində yaranın şişməsi və rənginin dəyişməsi; İlan sancmış adama qulluq göstərmək üçün bu göstərişlərə əməl edin: - Mümkünsə ilan sancmış yeri yuyun; - Zədə nahiyəsini hərəkətsizləşdirin; - Yaranı ürək səviyyəsindən aşağıda saxlayın; - İxtisaslı tibbi yardım çağırın; - Zərərçəkənin hərəkətini məhdudlaşdırın; - Onun yerini dəyişmək lazım gəldikdə, xərək və ya başqa vasitələrdən istifadə edin. - Yaraya buz və ya soyuq şey qoymaq olmaz. Soyuq şeylər yara ətrafında olan qan damarlarının sıxılmasına səbəb olduğu üçün, ilan zəhəri başqa zəhərlərdən fərqli olaraq, daha dərinə işləyir; - Yaranı kəsmək olmaz. Yaranı kəsmək xəstənin vəziyyətini daha da ağırlaşdıra bilər. Kəsmə ilə çıxarılan zəhərin miqdarı hiss olunacaq qədər olmur; - Turnadan istifadə etməyin. Bu ətraflarda qan axınını məhdudlaşdıraraq, ətrafın itirilməsinə gətirib çıxara bilər.


112

SAĞLAMLIQ HAQDA «ULDUZLARIN SÖHBƏTİ»


113 Qoç bürcü: 21 mart - 20 aprel Qoç bürcü bədənin baş nahiyəsini idarə etdiyi üçün bu bürcdən olan şəxslərin tez-tez başları ağrıyır. Həmçinin onlarda yüksək temperatur, baş-beyin, şah damar, üzlə bağlı problemlər, beyin iltihabı, əzələ narahatlıqları, bir az yaşlandıqdan sonra yüksək təzyiq halları ola bilər. Həddindən artıq həyəcan və təlaş beyni gücə salır. Qoç tələskən, daim hərəkətdə və enerjili insanların bürcü olduğundan, bu bürcün nümayəndələri tez-tez qəza ilə üzləşirlər. Baş və üzləri isə qəzalarda ən çox zərər görən hissələr olur. İmmunitetləri zəngin olduğundan qoçlar tez-tez xəstələnmirlər. Ancaq dincəlmədən çalışdıqda, stressə düçar olurlar. Bununla belə fiziki baxımdan sağlam olduqları üçün xəstəliklərdən asanlıqla yaxa qurtarmağa, ciddi bir xəstəliyə tutulsalar belə tez sağalmağa müvəffəq olurlar. Meyvə və tərəvəz Qoç bürcündən olan insanlar üçün çox yararlıdır.

Buğa bürcü: 21 aprel- 21 may Buğa bürcü insanın ənsə və boğaz nahiyələrini idarə edir. Ona görə də Buğalar tez-tez soyuqdəymə və angina kimi xəstəliklərə tutulurlar. Xüsusən də qış aylarında diqqət etməsələr, boğaz ağrısı, səs batması, bronxit halları çox ola bilər. Ağır yeməkləri çox sevdiklərindən asanlıqla kökəlirlər. Amma artıq çəki onlar üçün problem yarada bilər. Ona görə də həddən artıq yeməməyə və fiziki hərəkətlərlə məşğul olmağa adət etməlidirlər. Buğalar adətən sağlam insanlardır. Açıq havada gəzməyi sevdikləri üçün sağlamlıqla bağlı problemləri az olur. İş vaxtı gec yorulurlar. Ağrıya digər bürclərdən daha dözümlüdürlər. Buğalar səbirli xəstələr olub, həkimin dediklərini

olduğu kimi yerinə yetirir, dərmanlarını düzgün şəkildə qəbul edirlər. Bu bürcdən olan kişilərdə prostat, qadınlarda yumurtalıq xəstəliklərinə çox rast gəlinir.

Qidalanmalarına fikir versələr və idmanla məşğul olsalar, sağlam qalarlar.

Əkizlər bürcü: 22 may – 21 iyun

Şir bürcü ürək, onurğa və beli idarə edir. Bu bürcdə doğulanlar həyatdan zövq alaraq yaşamağı sevirlər, orta yaşlarda daha sakit bir həyat keçirməsələr, ürək çatışmazlığı ilə üzləşirlər. Şirlərdə infarkt olmaq riski həddən artıq çoxdur. Açıq havada olmağı və idmanla məşğul olmağı sevdiklərindən sağlamdırlar. Şirlər çox işlədikdə özlərinə və sağlamlıqlarına əhəmiyyət vermirlər. Yaxşı yeməkləri çox sevdikləri üçün ifrata varırlar, bu da orta yaşlarda onlar üçün problemlər yaradır. Evdə və xəstəxanada olmasından asılı olmayaraq, bütün diqqət və qayğını üzərlərində cəmləməyi sevirlər. Ancaq xəstəliyin uzanmasını sevmirlər. Doğuluşdan sağlam bədən quruluşuna malik olduqlarından tez sağalırlar.

Əkizlər bürcü sinir sitemini, kürək və qolları idarə etdiyindən bu bürcdə doğulanların qol və körpücük sümüklərinin qırılma riski daha artıqdır. Əkizlər bürcü eyni zamanda ağciyəri idarə etdiyi üçün soyuqdəymə və bronxit kimi xəstəliklər də bu bürcdən olan insanlar arasında geniş yayılıb. Əkizlər adətən əsəbi və narahat olurlar. Həm fiziki, həm də zehni baxımdan sağlam olsalar da, gərginlikdən və çox işləməkdən yuxusuzluq problemi ilə qarşılaşa bilərlər. Xəstəlikləri o qədər də yüngül keçmir, həkimləri tənqid edir, onların sözlərinə əməl etmirlər. Əkizlər adətən kökəlmirlər. Çox hərəkətli olduqlarından həzm sistemləri yaxşı işləyir. Maşın sürərkən, idman edərkən diqqətli olmalıdırlar. Səbirsiz və diqqətləri dağınıq olduğundan həm özlərinin, həm də başqalarının qəzaya düşməsinə səbəb ola bilərlər. Əkizlər bürcündən olanlar istirahət etməyi bacarmadıqları üçün həddən artıq yorulurlar. Ona görə də yuxuya və istirahətə mütləq zaman ayırmalıdırlar.

Xərçəng bürcü: 22 iyun – 23 iyul Xərçəng bürcü mədəni və on iki barmaq bağırsağı idarə edir. Xərçənglər vasvası olurlar, üstəlik asanlıqla kədərləndiklərindən həzm problemi ilə üzləşirlər. Qastrit və böyrək xəstəlikləri onlarda sıx rast gəlinən xəstəliklərdəndir, ağrıya dözümləri olmur. Xəstəliklərini həddən atıq şişirdirlər. Hətta hava dəyişəndə də təsirlənirlər. İmmunitetləri güclü deyil.

Şir bürcü: 24 iyul – 23 avqust

Qız bürcü: 24 avqust – 23 sentyabr Qız bürcü sinir sistemi və bağırsaqları idarə edir. Qız bürcündən olanlar Xərçənglər kimi mədə xəstəliklərinə daha tez tutulmaq ehtimalı olduğundan düzgün qidalanmalıdırlar. Adətən özlərinə çox diqqət yetirdiklərindən sağlam olurlar. Yediklərinə və içdiklərinə çox diqqət edir və bu məsələdə başqalarına da nəsihətlər verirlər. Həkimlərin sözlərini diqqətlə dinləyib, sözəbaxan xəstə olurlar. Həzm və mərkəzi sinir sistemləri həssasdır. Psixi xəstəliklərə daha çox düçar ola bilərlər. Qızların immunitetləri güclü deyil, ancaq təmizlik və qidalanmalarına diqqət yetirdikləri üçün sağlam olurlar. Müalicəyə, dərmanlara çox diqqətlə yanaşırlar.


114 Tərəzi bürcü: 24 sentyabr – 22 oktyabr Tərəzi bürcü böyrəkləri, onurğa sütununu və bel bölgəsini idarə edir. Ona görə də bu bu bürcdən olanlar adətən əzələ, sümük və sinir ucları ağrıları ilə qarşılaşırlar. Tərəzilər hər hansı bir münaqişə, qəza və müxtəlif hadisələr zamanı ciddi narahatlıqlar yaşaya bilərlər. Sağlam görünmələrinə baxmayaraq, tez xəstələnirlər. Soyuqdəyməyə, yoluxucu xəstəliklərə daha tez yoluxurlar və bütün xəstəliklərə qarşı müqavimətsizdirlər. Kökəlməmək üçün teztez saxlanan pəhrizlər sağlamlıqlarını təhlükə qarşısında qoya bilər. Ona zidd bürc olan Qoçdan gələn sərt təsirlər nəticəsində baş bölgəsi və gözləri də həssas olur. Hətta onlarda görmə problemləri, gözdə müxtəlif xəstəliklər, qızarma, şişmə kimi hallar da yarana bilər. Tərəzilər ağrı hissini sakit keçirə bilmirlər, çox diqqət istəyirlər. Xəstələndikdə hər kəsin xəbər tutmasını istəyirlər.

Əqrəb bürcü: 23 oktyabr – 22 noyabr Əqrəb bürcü cinsiyyət orqanlarını idarə edir. Əqrəblər xəstəliyə qarşı savaşan bir ruha sahibdirlər. Xəstə olsalar da, güclü iradələri və enerjiləri ilə işləməyə davam edirlər. Ağrı hissinə dözməyi bacarırlar. Əqrəblər sağlamlığın insanların öz əlində olduğuna və xəstəlikləri iradələri nəticəsində aradan qaldıra biləcəklərinə inanırlar. Həddən artıq hərəkətli insanlardır. Çətin idman növlərini sevirlər və idmanın demək olar ki, bütün sahələrində müvəffəqiyyət qazanırlar. Bədənlərində zəif gördükləri bir yer varsa, idmanla həmin zəifliyi aradan qaldırmağa çalışarlar. Tez sağalırlar. Zəif və çarəsiz görünməkdən nifrət edirlər. Amma həddən artıq yemək yeyərlərsə, həzm sistemlərində pozğunluqlar yarana bilər. Sidik kisəsi, cinsiyyət orqanları ilə bağlı nara-

hatlıqları olur. Bu bürcdən olan kişilərdə prostat, qadınlarda isə yumurtalıq və kista ilə bağlı xəstəliklər əmələ gəlir. Həddən artıq hirsli olduqlarına görə əsəb xəstəliklərinə tutulma riskləri də artıqdır.

Oxatan: 23 noyabr – 22 dekabr Oxatan bürcü qaraciyər və dişləri idarə edir. Oxatanların ən zəif nöqtələrindən biri sinir sistemləridir. İdmanı çox sevmələri, enerjili və səbirsiz olmaları onların beyinlə bağlı travmalar alma riskini artırır. Güclərini düzgün istifadə etməlidirlər, çünki istirahət etməsələr, xəstələnərlər. Oxatanlar adətən revmatizmdən şikayət edirlər. Əsəbdən yaranan xəstəliklərə tez düçar olurlar. Adətən çox yemirlər. Bədən quruluşlarına diqqət edir, kökəlmirlər. Dişlərinə xüsusi fikir verməlidirlər. Diş əti xəstəlikləri, sümük əriməsi halları ola bilər. Qaraciyər həssaslığından qaynaqlanan allergiyalar, qan azlığı və zəifliyin yaranması normaldır. Əl və ayaqları adətən soyuq olur. Ağciyərlər və bronxlar da həssasdır. Kiçik xəstəlikləri belə şişirtməyi sevirlər. Ancaq pozitiv düşündükləri üçün özlərini xəstəliyin ağuşuna buraxmırlar. Xəstə olduqları zaman da hərəkətliliklərini itirmirlər. Hər zaman enerji dolu insanlardır.

Oğlaq bürcü: 23 dekabr – 20 yanvar Oğlaq bürcü dişləri və sümükləri idarə edir. Oğlaqlar ortopedik xəstəliklər və diş problemləri ilə daha teztez qarşılaşırlar. Kiçik yaşlarında xəstəliklərə qarşı müqavimətsiz olurlar. Yaşları artdıqca müqavimətləri də güclənir. Xəstələnəndə dərhal həkimə getməyə, dərmandan istifadəyə tələsmirlər. Ağrıdan şikayətlənməyi sevmirlər. Revmatizm də oğlaqların əsas xəstəliklərindəndir. Onlarda dəri

xəstəlikləri, egzema, çiban, civzələr də ola bilər. Xaraktercə həddən artıq həssas olduqlarından sinirlə bağlı gərginlikləri də fiziki xəstəliklər kimi ağrı verə bilər.

Dolça bürcü: 21 yanvar – 19 fevral Əzələləri və hərəkət sistemləri həssasdır. Dolça topuqları da idarə etdiyinə görə bu bölgəyə aid narahatlıqları olur. Dolçaların sağlıqla o qədər problemləri yaranmır. Amma ümumilikdə qan dövranı problemləri ilə rastlaşa bilərlər. Zəhərlənmə, yüksək hərarət, əzələ ağrıları, baldır, bilək, topuq hissələrinin narahatlıqları ilə tez-tez qarşılaşırlar. Dişlərində problemlər yarana bilər. Şir bürcündən aldıqları zidd təsir nəticəsində ürəkləri və onurğa sütünları həssas olur. Dolçalar adətən özlərinə yaxşı baxırlar. Sağlamlıqla bağlı məsələlərə ağılla yanaşır, tibb yeniliklərini izləməklə sağlam qalmağa müvəffəq olurlar. Adətən qocalanadək özlərinə qulluq edirlər. Çox yemək və siqaret çəkmək vərdişlərindən uzaqdırlar.

Balıq bürcü: 20 fevral – 20 mart Balıq bürcü ayaqları və sinir sitemini idarə edir. Ona görə də ayaqları və sinir sistemləri olduqca həssasdır. Azacıq sıxan ayaqqıbı belə balıqları xəstə edə bilər. Dırnaq iltihabları, daban və ayaq deformasiyası kimi problemlərlə qarşılaşırlar. Bundan başqa mikroblara tez yoluxurlar. Dərmanlara qarşı çox həssasdırlar. Bədbin və aqressiv vaxtlarında içki, sakitləşdirici dərmanlar, narkotik vasitələrə meyl edirlər. Psixoloji xəstəliklərə qarşı da müqavimətləri azdır. Həddən artıq yediklərinə görə çəki ilə bağlı problemləri olur. Orta yaşlardan sonra idman etmələri məsləhətdir.


115


"Ailə Həkimi" Jurnalı 2 - 2008  

"Ailə Həkimi" Jurnalı Iyul-Avqust 2008