Page 1

MAY №1 2008

TİBBİ KÜTLƏVİ JURNAL


AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASI (çıxarışlar)

Maddə 39. Sağlam ətraf mühitdə yaşamaq hüququ I. Hər kəsin sağlam ətraf mühitdə yaşamaq hüququ vardır. II. Hər kəsin ətraf mühitin əsl vəziyyəti haqqında məlumat toplamaq və ekoloji hüquqpozma ilə əlaqədar onun sağlamlığına və əmlakına vurulmuş zərərin əvəzini almaq hüququ vardır. Maddə 41. Sağlamlığın qorunması hüququ I. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. II. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür, sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. III. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər.


Təsisçidən Xoş gördük, dəyərli oxucu! Görüşünüzə hər bir ailənin həmdərdinə çevriləcəyinə şübhə etmədiyimiz “Ailə həkimi” ilə gəlirik. Qapınızı icazəsiz döyməyə cəsarət etsək də, növbəti gəlişimizi səbirsizliklə gözləyəcəyinizə ümid bəsləyirik. Çünki əsas məqsədimiz oxucuların ailə həkiminə və maraqlı həmsöhbətinə çevrilməkdir. Həmçinin, cəmiyyətdə ictimai və şəxsi sağlamlığın profilaktikası, gigiyena, əmək və bədən tərbiyəsi biliklərinin oxuculara çatdırılmasını da qarşımıza məqsəd qoymuşuq. Məqsədimizə nə dərəcədə çatacağımızı isə siz dəyərli oxucularımızın “Ailə həkimi”nə verəcəyi qiymət müəyyənləşdirəcək. Onu da etiraf edək ki, indiki qəzet, jurnal bolluğunda yeni bir jurnal nəşr etmək bir qədər çətindir. Xüsusilə də sahə nəşrləri ilə bağlı təcrübənin az olduğu dövrdə belə bir yükün altına girmək elə də asan iş deyil. Buna baxmayaraq, biz “Ailə həkimi”nin müasir informasiya bolluğunda vaxt, zaman məhdudluğu olan oxucuya lazımi xidmət göstərib, hər bir ailə üzvünə yardım etmək iqtidarında olacaq bir nəşrə çevriləcəyinə şübhə etmirik.

İnsan öz taleyinin sükançısıdır. O, yaxşı yaşayış, gözəl həyat, şəxsi səadət, sağlam bədən uğrunda daim mübarizə aparır. Bu mübarizədə “Ailə həkimi” hər bir kəs üçün sədaqətli dost ola bilər. Geniş oxucu dairələrinə təqdim edilən “Ailə həkimi” tibb sahəsində hüquqi biliklərin təbliği, tibbi maarifləndirmə, insanların sağlamlığının mühafizəsi, qeyri-ənənəvi təbabət, insanlara müalicə-profilaktika yardımı barədə kömək göstərməyə çalışacaq. Eyni zamanda əhalinin sanitariya-epidemioloji rifahı, ailədaxili psixoloji mühitin yaxşılaşdırılmasının ən optimal variantlarını göstərməkdə yardımçınız olacağına inanırıq. Düzgün istirahət sağlamlığın əsasıdır. “Ailə həkimi” istirahət saatlarında da yardımçınız olmağa çalışacaq. Zəngin folklora, incəsənətə, tarixi keçmişə malik xalqımızın zaman-zaman yaratdıqları incilərdən nümunələr gətirməklə, xoş istirahətinizin və bunun məntiqi nəticəsi olaraq sağlam psixoloji durumunuzun yaranmasına çalışacağıq. Bu xoş ovqatın hər an sizə hakim olacağı arzusu ilə sizi “Ailə həkimi” jurnalı ilə başbaşa buraxırıq. “Ailə həkimi” Azərbaycan üçün sağlam vətəndaş yetişdirən hər bir kəsin jurnalıdır.

Tural Kazımzadə


Baş redaktordan “Ailə həkimi” jurnalının redaksiya heyəti adından Sizləri salamlayırıq. Ümüd edirik ki, yeni işıq üzü görən jurnalımız hər biriniz üçün maraqlı həmsöhbətə, sizi narahat edən problemlərdən qurtulmanızda yardımçı olacaq bir dosta çevrilə biləcək. İnanırıq ki, ailənizin ən sevimli üzvlərindən biri olacağıq. Həmçinin, Ailənizin həkimi kimi sizlər üçün maraqlı olmağa, sağlam həyat tərzi yaşamağınızda yardımçı olmağa calışacağıq. “Ailə həkimi” jurnalının məqsədi tibb sahəsinin maarifləndirilməsi, sağlamlıqla bilavasitə bağlı olan məsələləri insanlara dolğun şəkildə, hamının başa düşəcəyi bir dildə çatdırmaqdır. Biz ümid edirik ki, bu jurnal çox əhəmiyyətli bir işdə - sağlamlığınızın qorunması sahəsində sizin bələdçiniz olacaq. Bir-birindən dəyərli məsləhətlərlə zəngin olan rubrikalarla sizlərin zövqünü oxşamağa çalışacağıq. “Tibb yenilikləri” rubrikasında tibb sahəsinə aid ən son məlumatlarla tanış olacaqsınız. Azərbaycan tibb tarixinə maraq göstərənləri nəzərə alaraq, jurnalda tibb tariximizin keşməkeşli dönəmləri, tanınmış təbibləri haqqında maraqlı məlumatlara yer verəcəyik. Jurnalın hər nömrəsində analar və körpələr haqqında məqalələr öz əksini tapacaq. Həmin məqalələrdə körpələrin dünyaya gəldikləri ilk gündən etibarən onların sağlamlığını və tərbiyəsini əhatə edən məsələlər işıqlandırılacaq. “Sağlamlıq” rubrikasında bir çox xəstəliklərin yaranma tarixi və onların profilaktikası, müalicə üsulları kimi mövzülar öz aktuallığını saxlayacaq. Oxucuları maraqlandıran sahələr - uşaqların tərbiyəsi, gənc ailələrdə yaranan problemlərin həlli, alkoqolizmdən, pis vərdişlərdən qurtulma yolları kimi mövzular da müxtəlif rubrikalar altında jurnalda işıqlandırılacaq. Oxucular yuxusuzluq, depressiya, stress kimi problemlərdən yaxa qur-

tarmağın yollarını da “Ailə həkimi”nin vasitəsilə öyrənə biləcəklər. Eyni zamanda “Ailə həkimi” jurnalının “İlk tibbi yardım” rubrikasını izləməklə bu haqda geniş məlumat əldə edə biləcəksiniz. Həmçinin, jurnalımızın tanınmış qonaqlarının maraqlı tərəfləri, sağlamlıqla bağlı düşüncələri ilə yaxından tanış olacaqsınız. İncəsənətin müxtəlif sahələrinin xəstəliklərin müalicəsində nə kimi rol oynadığını da “İncəsənət və sağlamlıq” rubrikası vasitəsilə öyrənə biləcəksiniz. Qədim tarixə malik xalq təbabətinin sirləri, müalicə metodları haqqında yazılar “Xalq təbabəti” rubrikasında öz əksini tapacaq. “Ailə həkimi”nin səhifələrində bürclərin insan sağlamlığına necə təsir etdiyi və bürclərə uyğun qidalanma qaydaları ilə “Ulduzlardan xəbər” rubrikası vasitəsilə tanış olacaqsınız. Ən sonda jurnalımızın hər sayında yer alacaq yumoristik materiallarla istirahət edəcəksiniz. Çünki gülüş insan ömrünü uzadır, onu daha da nikbinləşdirir və stressə qarşı mübarizədə kömək edir. Bütün bunları nəzərə alaraq, hеsаb еdirik ki, “Ailə həkimi” jurnalı müxtəlif rubrikalar altında tibbin ayrı-ayrı sahələrinə aid yazılar verməklə mühüm işlər görə biləcək. Gülnar Məsimli


AYLIQ TİBBİ KÜTLƏVİ JURNAL

May - 2008 Təsisçi Tural Kazımzadə İcraçı direktor A.Məmmədova Baş redaktor Gülnar Məsimli Baş rəssam Mir-Teymur Məsləhətçilər Cahangir Məmmədli BDU-nun Jurnalistika fakültəsinin professoru Maqsud Qasımov tibb elmləri doktoru Ülviyyə Əliyeva tibb elmləri namizədi Fərid Ələkbərli tarix elmləri doktoru Hüquqşünas Səbuhi Abdullayev Reklam meneceri Rüstəm Əliyev Art dizayner İman Hüseynov

BU SAYDA SAĞLAMLIQ

GÖZƏLLİK ONDUR...

DÜNYADA AİLƏ TƏBABƏTİ TƏCRÜBƏSİ.........................

DƏRİNİZİN TEZ QIRIŞMAMASI ÜÇÜN…......

4 PAPİROSUM YANA-YANA... 6 KOMPÜTER XƏSTƏLİYİ.......................... 10 FİRONU ÖLDÜRƏN MƏRƏZ................................

12 MEYMUNLARIN “HƏDİYYƏSİ”...................... 16 SİRLİ “DAĞ YAĞI”............. 20 KOR BAĞIRSAQ ÇIXINTISININ SİRLƏRİ.......

MÜSAHİBƏ

26 TİBB YENİLİKLƏRİ 30 TİBB TARİXİ

Operator Arzu Yusubova

QƏDİM AZƏRBAYCAN TƏBABƏTİ VƏ TƏBİBLƏRİ

“Ailə Həkimi” jurnalı 07.02.2008-ci ildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Qeydiyyat nömrəsi 2510 Reklamların mətninə görə redaksiya məsuliyyət daşımır. Müəlliflərlə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər. Jurnaldakı istənilən materialdan istifadə olunarkən “Ailə həkimi”nə istinad mütləqdir. Qiyməti: 3 AZN Tiraj: 3000 CBS nəşriyyatında çap edilmişdir.

32

QADINLAR ÜÇÜN İNSAN ÖMRÜNÜ AZALDAN SİNDROM.........

İNCƏSƏNƏT VƏ SAĞLIQ MUSİQİ İLƏ MÜALİCƏ........

52

SAĞLAM AİLƏ AYNUR SOFİYEVA: “GETDİKCƏ YADLAŞIRIQ”

56

XALQ TƏBABƏTİ MİN BİR DƏRDİN DƏRMANLARI.....................

60

QONAĞIMIZ

NOVRUZ ASLAN: «DÜNYANI MƏRHƏMƏT XİLAS EDƏCƏK»...............

Korrektor Rəna Kərimova

Yazarlar Aytac Rafiqqızı Eldar Sadıqov Aynur Haqverdiyeva Samirə Əhmədova Xəyalə Mustafayeva Nigar İlqarqızı

22

46 SAÇ NİYƏ TÖKÜLÜR?........................ 49

GÜLTƏKİN HACIYEVA: «İŞLƏMƏDİYİM GÜNÜ HƏYATIMDAN HESAB ETMİRƏM»..........................

DAŞ-QAŞIN SİRRİ MÜDRİKLİK VƏ SOYUQQANLILIQ DAŞI.....

QİDALANMA NECƏ QİDALANAQ?..........

36

KÖRPƏ GÖZLƏYİRİK KÖRPƏLƏR MUSİQİNİ NECƏ DUYUR?..................

38 ANA SÜDÜ KÖRPƏ ÜÇÜN İLK PEYVƏNDDİR.............. 39

62

MARAQLIDIR

66 68 72

PSİXOLOGİYA XOŞBƏXT EVLİLİYİN SİRLƏRİ...............................

FAYDALI MƏSLƏHƏTLƏR

74

40 UŞAQ VƏ İDMAN............... 42

İLK TİBBİ YARDIM TƏBƏSSÜM

76 78 79

KİŞİLƏR ÜÇÜN

ULDUZLARDAN XƏBƏR

80

KÖRPƏM UŞAQLA ÜNSİYYƏT QAYDALARI.......................

KİŞİLƏRDƏ ORTA YAŞIN FƏSADLARI............

44


4

DÜNYADA AİLƏ TƏBABƏTİ TƏCRÜBƏSİ

Ailə həkimi ona müraciət edən xəstələrin 95 faizinə diaqnozu və zəruri müalicə tədbirlərini özü təyin etməlidir


5

zun illərdir ki, inkişaf etmiş ölkələrdə ailə təbabəti praktikası tətbiq olunur. Bu ixtisas sağlam və xəstə insanın həyat yolunun müxtəlif mərhələlərinin mahiyyəti haqqında dolğun təsəvvürün formalaşmasını nəzərdə tutur. Ailə təbabəti ixtisasının mərkəzi fiquru isə AİLƏ HƏKİMİDİR. Ailə həkimi psixoterapiyanın əsaslarına yiyələnməli, ailədə psixoloji komfort yaratmağı bacarmalıdır, üstəlik ona olan müraciətlərin 95 faizində xəstəliyin diaqnozunu və zəruri müalicə tədbirlərini özü təyin etməlidir. Ailə təbabəti praktikasının geniş yayıldığı ölkələrdən biri Kanadadır. Bu ölkədə Ailə təbabəti kursu universitet klinikasının bazasında 2 il ərzində professorların təyin etdiyi proqram əsasında aparılır və həmin müddət ərzində gənc həkim terapiya, pediatriya, psixiatriya, mamalıq və ginekologiya, cərrahiyyə və s. kimi fənnlərin əsaslarını öyrənir. Tədris başa çatdıqdan sonra Ailə təbabəti Kollegiyası tərəfindən gənc həkimə işləmək hüququ verən attestat təqdim olunur. Kanadada ailə həkimi peşəsinə yiyələnən şəxsin iş günü belədir: Saat 12-yə qədər xəstəxanada olur, 12-dən sonra ekspress-diaqnostika, elektrokardioqraf cihazları ilə təmin olunmuş kabinetdə gün ərzində 25dən 40-a qədər xəstəni müayinə edir. Xəstə xəstəxanaya götürüldükdə isə müalicə prosesində iştirak edir. Kanadada ailə həkiminin illik əmək haqqı 60 min dollar təşkil edir. Ailə təbabəti praktikası Böyük Britaniyada da geniş yayılıb.

Burada da ilkin tibbi yardım ailə həkimi tərəfindən həyata keçirilir. Yalnız zərurət yarandığı halda xəstə başqa mütəxəssisin yanına göndərilir. Ailə həkiminin qəbul otağında qan alınması, sarğı qoyulması, EKQ, immunizasiya və kiçik həcmli kosmetik manipulyasiyalar da yerinə yetirilir. Böyük Britaniyada ailə həkimi günün təxminən 2/3 hissəsini kiçik xəstəlikləri olan xəstələrin, 1/3 hissəsini isə kəskin patologiyalı xəstələrin qəbuluna sərf edir. Qəbul adətən, səhər və ya axşamlar həyata keçirilir. Qalan vaxtlarda isə həkim xəstələrin yanına - evlərə gedir. Kanadada olduğu kimi, burada da şəxs xəstəxanaya götürüldükdə, ailə həkimi müalicə prosesini müşahidə edir. XX əsrin əvvəlində ABŞ-da terapevtlərin əksəriyyəti ümumi praktika həkimi kimi təsnif edilirdi. Sonradan universitetlərdə ixtisaslaşmaya yönəlmiş təhsilin təkmilləşdirilməsi baş verdi və bu funksiyanı ailə həkimi yerinə yetirməyə başladı. ABŞ-da ailə həkimlərinə xüsusi sertifikatlar verilir. Həftədə 49 saatlıq iş rejimi əsasında işləyən ailə həkiminin illik maaşı 44 min dollar təşkil edir. Qonşu Rusiya ingilis nümunəsindən yararlanmaq qərarına gəlib. Rusiyalı ekspertlər hesab edirlər ki, ailə təbabəti praktikasının daha çox kənd yerlərində və şəhərdən uzaq yerləşən rayonlarda tətbiqi məqsədəuyğundur. Azərbaycanda da ailə həkimi praktikasının tətbiqi istiqamətində işlər aparılır. Bu proses Dünya Bankı tərəfindən, Səhiyyə Nazirliyinin dəstəyi ilə "Səhiyyə sektorunda islahatlar layihəsi" çərçivəsində həyata keçirilir. Bura pilot rayonlarda ilkin səhiyyə xidmətinin ambulator-poliklinik mərhələsinin təkmilləşdirilməsi, ailə təbabətinin normativ bazasının işlənilməsi, ailə təbabəti prinsiplərinin regional səviyyədə əhaliyə ilkin səhiyyə xidmətləri göstərən həkimlərə aşılanması və digər tədbirlər daxildir.

Ailə həkiminin vəzifələri 1. Risk amilləri və premorbid vəziyyətlərin öyrənilməsi, aşkarlanması, ailə xəstəliklərinin proqnozlaşdırılması və profilaktikası məqsədi ilə ailənin genefondu və immunoloji xüsusiyyətlərinin tədqiqatı; 2. Xəstələrin müasir diaqnostik müayinələrlə, differensiasiya olunmuş terapiya və tibbi reabilitasiya ilə təminatı; 3. Xəstənin müayinəsi zamanı müasir texnologiyalara deyil, klinikaya üstünlük verilməsi və onların harmonik şəkildə uyğunlaşdırılması; 4. Ailənin ümumi və peşə mədəniyyətinin, məişət gigiyenası və diyetetikasının qorunması; 5. Ailənin peşə xəstəlikləri və travma baxımından məişət şəraitinin nəzərə alınması. Öz peşə fəaliyyətinin xüsusiyyətlərinə görə, ailə həkimi üç bilik səviyyəsinə malik olmalıdır: 1-ci səviyyə. Bura geniş mənada terapiya, eləcə də, pediatriya və geriatriya, genetika və immunologiyanın əsasları daxildir. 2-ci səviyyə. Bura isə xüsusiləşdirilmiş tibbi yardımın əsas növlərinə aid fənnlər, eləcə də, dar ixtisaslar (oftalmologiya, nevrologiya və s.) daxildir. İkinci səviyyənin bu bölmələrində ailə həkimi peşəkar sayıla bilməz. O, yalnız ev şəraitində işləmək üçün zəruri olan bilik və bacarıqların müəyyən kvotasına yiyələnməlidir. 3-cü səviyyə. Bu səviyyənin əsasında humanizm durur və bu, həkimin xəstələrlə təmas qurmasını şərtləndirən amildir. Bura ümumi və peşə mədəniyyəti, deontologiya, yurisprudensiya, farmakoloji iqtisadiyyat, pedaqogika, məişət gigiyenası, diyentologiya və fiziki tərbiyənin əsasları daxildir. Xəstə ilə yaxşı təmas qurmaq üçün həkimin psixologiya, məntiq, ritorika və linqvistikaya aid bilgisi olmalıdır. Çünki həkimin "silah"ları arasında birinci yeri məhz söz tutur, sonra dərman və bıçaq gəlir. Eldar Sadıqov


6

PAPİROSUM


7

nsanın öz əli ilə başına açdığı dərdlərdən biri də siqaretdir. Tütün bitkisi insanlara hələ bizim eradan əvvəl 6-cı əsrdən məlum olsa da, siqaret çəkənlər səyyah Xristofor Kolumbun gəmilərindən birinin kapitanı olmuş Rodriqo de Xeresə lənət oxumalıdırlar. Çünki əvvəllər yalnız tibbi məqsədlə istifadə olunan tütünün 15-ci əsrdən Avropada geniş yayılmasının səbəbkarı məhz o olub. Artıq 5 əsrdən çoxdur ki, insanlar bu zərərli bitkinin tüstüsünü ciyərlərinə çəkib, özlərinə müxtəlif xəstəliklər qazanırlar. Amma bu bitkidə nə hikmət varsa, siqaret çəkənlər tütünün həm ciblərinə, həm də canlarına ziyan vurduğunu bilsələr də, ondan əl çəkmək istəmirlər... Maraqlıdır ki, siqaret çəkməyin ziyanı barədə insanlar yalnız ötən əsrin 50-ci illərindən düşünməyə başlayıblar. Həmin vaxta qədər isə həkimlər bu fikirdəydilər ki, tütün tamamilə zərərsizdir. Siqaretə qarşı münasibət konkret olaraq 1956-cı ildən pisləşməyə başlayıb.

Məhz həmin il dünyanın müxtəlif ölkələrindən 40 minə yaxın həkimin tərtib etdiyi xəstəlik kağızları müqayisə edilib və məlum olub ki, siqaret çəkənlər çəkməyənlərə nisbətən ürək-damar, ağciyər xəstəlikləri və ağciyər xərçənginə dəfələrlə çox məruz qalırlar. Bu hadisədən sonra həkimlər tütünün insan orqanizminə ziyanını araşdırmağa başlayıblar. Nəticədə isə məlum olub ki, nikotin nəinki insanlara mənfi təsir göstərir, o həm də bütün canlı orqanizmləri, hətta heyvanları da məhv edə bilər. Çox güman ki, məşhur «Bir damcı nikotin bir atı öldürər» ifadəsi də məhz həmin vaxt meydana çıxıb. Həmin vaxtdan indiyə kimi dünyada müxtəlif formada siqaret əleyhinə kampaniyalar keçirilir. Dünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə hər il may ayının 31-i Beynəlxalq Siqaretlə Mübarizə Günü kimi qeyd olunur.

ləməli olacaqlar. Tütün tüstüsünün tərkibində xərçəng xəstəliyi yaradan zərərli maddələrin olması siqaret çəkən insanlarda xərçəng xəstəliyinin yaranması riskini kəskin artırır. Ümumiyyətlə, siqaret çəkən insan hər şeydən əvvəl öz ağciyərlərini risk qarşısında qoyur. Ağciyər xərçəngi 90 faiz hallarda siqaret çəkən insanlarda baş verir. Təcrübə göstərir ki, əgər hər hansı bir heyvanın dərisini uzun müddət tütünlə sürtsən, həmin heyvanda mütləq bədxassəli şiş əmələ gələcək. Deməli, eyni prosses siqeret çəkən insanların tənəffüs sistemində də gedir. Bu yolla orqanizmə düşən nikotin ağciyər əzələlərində şiş yaratmaq qabiliyyətinə malikdir. Təsadüfi deyil ki, 100 ədəd siqaret çəkmək 1 il toksiki maddələrlə işləməyə bərabər tutulur ki, bu müddətə də ağciyər xərçəngi xəstəliyini asanlıqla satın almaq olar.

SİQARET HANSI ORQANLARI SIRADAN ÇIXARIR?

ÜRƏK ÜÇÜN İKİQAT RİSK

Mütəxəssislərin fikrincə, hər gün 20 ədəd siqaret çəkən şəxs öz ömrünü ən azı 5 il qısaldır. Çəkilən hər siqaret isə insana 5,5 dəqiqəlik həyat bahasına başa gəlir. Hazırda siqaret çəkənlər arasında ölüm halları çəkməyənlərlə müqayisədə 50 faiz çoxdur. Dünya Səhiyyə Təşkilatının (DST ) məlumatlarına görə, hər il beş milyon insan tütünə qurban gedir. DST-nın mütəxəssisləri hesab edirlər ki, tezliklə dünya ölkələri siqaretin törətdiyi xəstəliklərin müalicəsinə ənənəvi xəstəliklərin müalicəsinə sərf ediləndən daha çox pul xərc-

Hazırda bütün dünyada ürəkdamar xəstəliklərinə məruz qalan insanların sayı sürətlə artır ki, bunun da əsas səbəblərindən biri məhz siqaretdən istifadədir. Çəkilən hər siqaretdən sonra qan təzyiqi, eyni zamanda, ürək döyüntülərinin sayı artır. Əgər siqaret çəkən insanın nəbzinə qulaq assaq, görərik ki, onun nəbzi əvvəl çox zəif vurur, amma az keçməmiş, qəfildən ürək döyüntülərinin sürəti artır. Siqaret tüstüsü vasitəsilə orqanizmə daxil olan kömür oksidi isə qanda xolesterinin miqdarını artırır və aterosklerozun yaranmasına gətirib çıxarır. Kömür oksidi həm də oksigenin qandan toxumalara keçməsinə mane olur. Nəticədə isə siqaret çəkən insan üçün infarkt riski 2 dəfə artır.


8

QANQRENANIN BİR ADDIMLIĞINDA Orqanizmə daxil olan kömür oksidi başqa bəlalara da yol açır. O, yalnız ürək damarlarını deyil, ayaq arteriyalarını da zədələyir. Bu yolla aşağı ətrafların qan damarlarının fəaliyyətinin pozulmasıendarterit xəstəliyinə yol açır ki, xalq arasında bu xəstəlik «Siqaret çəkənin ayaqları» adı ilə tanınır. Arteriyaların fəaliyyətinin pozulması toxumaların qidalanmasına imkan vermir ki, bu da qanqrenaya gətirib çıxarır. İlkin mərhələdə ayaq dərisinin rəngi avazıyır, barmaqlar keyiyir. Sonra insan axsamağa başlayır. Məhz bu mərhələdə ayaq arteriyalarında döyüntülərin zəifləməsi və tamamilə itməsi müşahidə olunur. Ayaqlarda qan yaxşı dövr etmədiyindən, pəncəni qaldıranda dəri avazıyır, aşağı salanda isə əksinə, göyərir. Siqareti məhdudlaşdırmadan, bu xəstəliyin müalicəsi heç bir effekt vermir. Siqaret çəkməyi tərgitməklə isə ilkin mərhələdə ayaq damarlarının normal fəaliyyətini bərpa etmək mümkündür.

ƏSƏBİ SAKİTLƏŞDİRMİR, SİNİRLƏRİ ÖLDÜRÜR Siqaretin qara ciyərə təsiri isə artıq çoxdan sübut olunub. Bu məqsədlə dovşanlar üzərində xüsüsi eksperiment də aparılıb. Ardıcıl olaraq tüstü ilə nəfəs alan dovşanların qaraciyər hüceyrələrində dəyişikliklər müşahidə olunub.

Qeyd edək ki, siqaretə aludəçilik əksər hallarda qaraciyər serrozu ilə nəticələnir. Əsəbləri sakitləşdirmək, stressi aradan qaldırmaq məqsədilə siqaretə əl atanlar da çoxdur. Amma həkimlər siqaretdən əsəbləri sakitləşdirmək məqsədilə istifadə edilməsinin tamamilə yanlış olduğunu deyirlər. Uzun illərin elmi araşdırmaları və praktik çalışmalar göstərir ki, tütünün tərkibində olan qətran sinir sisteminə öldürücü təsir göstərir. Bu halda necə ola bilər ki, bu maddə sinir sistemini sakitləşdirsin?

QURUNUN ODUNA YAŞ DA YANIR 2004-cü ilin iyun ayının 30-da poçtalyon Böyük Britaniyanın baş naziri Toni Bleyrə düz-4,5 min məktub gətirir. Britaniya Tibb Assosiasiyası bu yolla hakimiyyəti ictimai yerlərdə biryolluq siqaret çəkməyi yasaqlamağa vadar etmək istəyirdi. Çünki «passiv siqaret çəkmək» hər il yalnız bu ölkədə 12 min ingilisin həyatına son qoyur. «Passiv siqaret çəkmək» deyəndə siqaret çəkənin ətrafındakılara vurduğu ziyan nəzərdə tutulur. Məsələ burasındadır ki, siqaret çəkilən otağın havasında yaranan kömür oksidininin miqdarı yol verilən həddən çox olur və necə deyərlər, qurunun oduna yaş da yanır. Həmin hava ilə nəfəs alan digər insanlar da ziyan çəkir. Hətta bu yolla astma, allergiya, ürəyin işemik xəstəliyinə məruz qalmaq da mümkündür. Araşdırmalar göstərir ki, siqaret çəkənlərin uşaqları çəkməyənlərə nisbətən tənəffüs yollarının xəstəliklərinə daha çox məruz qalırlar. Atasının və ya anasının çəkdiyi siqaretin tüstüsünü udan körpələr asanlıqla bronxit və ağciyər iltihabına tutula bilərlər.


9 QƏLYAN BARƏDƏ YANLIŞ FİKİR

SİQARETİ TƏRGİTMƏK İSTƏYİRSİZ?

Bəzən siqaret çəkənlər qəlyandan istifadə etməklə özlərini nikotinin təsirindən qoruyacaqlarını zənn edirlər. Onlar belə hesab edirlər ki, siqaret tüstüsü qəlyanda suya qarışaraq, nisbətən zərərsizləşir. Amma son araşdırmalar göstərdi ki, bu, boş təsəllidən başqa bir şey deyil. Məlum oldu ki, qəlyan insan orqanizminə siqaretdən dəfələrlə artıq ziyan vurur. Belə ki, bir dəfə qəlyan tüstülətmək 60 siqaret çəkməyə bərabərdir. Çünki qəlyanda suya qarışan tüstü təhlükəsiz həddə qədər soyumağa imkan tapmır. Belə tüstü ilə nəfəs almaq isə ağciyərlərin elastikliyinin pozulmasına və genişlənməsinə gətirib çıxarır. Nəticədə ağciyərlərin zərərli maddələrə qarşı mübarizə qabiliyyəti də aşağı düşür.

Siqareti tərgitmək, necə deyərlər, hər kişinin hünəri deyil. Məlumdur ki, nikotin güclü asılılıq yaradır. Əgər siz tamamilə siqereti atmaq istədiyinizə əmin deyilsinizsə, bu yolda bütün cəhdləriniz boşa çıxacaq. Beləliklə, siqareti tərgitməyin birinci şərti özünə əminlik və iradə göstərməkdən ibarətdir. Əgər özünüzdə bu əminliyi hiss edirsinizsə, siqareti tərgitmək üçün konkret bir gün müəyyənləşdirin. Vacib deyil ki, həmin gündən etibarən siz bu pis vərdişdən birdəfəlik, yoxsa tədricən canınızı qurtaracaqsınız. Əsas odur ki, yaddaşınızda bu günlə bağlı bir tarix olsun. Siqareti tərgitmək bir o qədər də asan başa gələn iş olmadığından, sonradan bunu bacarmadığınıza görə ətrafdakıların istehzasına məruz qalmamaq üçün heç kəsə bu cəhdiniz barədə danışmayın. Eyni zamanda ətrafdan bu addımınıza görə tərif də gözləməyin. Siqareti tərgitmək sizin şəxsi işinizdir və bu barədə hər kəsin bilməyi bir o qədər də vacib deyil. Çətin sınağa özünüzü mümkün qədər hazırlayın. Əgər gündə bir qutu siqaret çəkirdinizsə, tərgidəndən sonrakı birinci gün ərzində ən azı 20 dəfə dəhşətli dərəcədə çəkmək istəyəcəksiniz. Hətta ola bilər ki, siqaretdən ləzzətlə necə qullab almaq yuxunuza da girsin və sizə əzab versin.

Əvvəlcədən özünüzlə şərt kəsin: Mən siqareti yalnız bir günlüyə atıram. Sonra 2, 3, 4 gün və beləcə davam edin. Əgər siqaret çəkməyə yenicə başlamısınızsa, bu pis vərdişi dərhal tərgidə bilərsiniz, Amma bu sahədə kifayət qədər «təcrübəyə» maliksinizsə, hər gün 1-2 siqaret az çəkməyə cəhd göstərin və bu sayı minimuma endirin. Ən azı 48 saat dözün. Çünki bu müddət ən çətin dövr sayılır. Sonrakı kritik dövrlər: 1 ay, 3 ay, 6 ay. Göründüyü kimi hətta siqareti tərgidəndən 6 ay sonra da bu istək yenidən baş qaldıra bilər. Əgər 1 il siqaretsiz dözə bilsəniz, necə deyərlər, daha sizə zaval yoxdur. Əgər siqareti heç cür ata bilmirsinizsə, heç olmasa, onun sizin orqanizminizə vurduğu ziyanı azaltmağa çalışın. Bunun üçün aşağıdakı məsləhətlər gərəyiniz ola bilər: 1. Tərkibində nikotinin miqdarı az olan siqaretlərdən istifadə edin. 2. Yatmamışdan qabaq çəkməyin. Siqaretin yerinə təmiz havaya çıxıb, 10-15 dəfə dərindən nəfəs alın. 3. Heç vaxt acqarına siqaret çəkməyin. 4. Çay və kofe içən vaxt da siqaret çəkməyin. Siqaretin tərkibindəki zərərli maddələr asanlıqla mayeyə qarışıb, mədəyə düşür və onun selikli qişası tərəfindən mənimsənilir. 5. Əgər hətta filtrli siqaretdən istifadə edirsinizsə belə, heç vaxt onu axıra qədər çəkməyin. Çünki ən zərərli maddələr siqeretin kötüyünə yaxın hissəsində toplanır.

Aynur Haqverdiyeva


10

BİLGİSAYARDAN İSTİFADƏ DOĞRUDANMI CANA ZİYANDIR?


11 Elə bir dövrə gəlib çıxmışıq ki, həyatımızı kompütersiz təsəvvür etmək mümkün deyil. İstəsək də, istəməsək də, bu sehrli qurğu yaşamımızın bir parçasına çevrilib. Gündəlik həyatımızda ondan imtina etmək qeyri-mümkündür. Texnologiyanın bu nailiyyəti işimizi xeyli yüngülləşdirsə də, tez-tez bilgisayardan istifadənin sağlamlığımıza vura biləcəyi ziyan barədə də düşünməli oluruq. Bəs, kompüter insan sağlamlığına necə ziyan vurur? Bu zərəri hansı yolla minimuma endirmək olar? Gününü kompüter qarşısında keçirən insan öz sağlamlığını və gözəlliyini necə qoruya bilər? Əgər vaxtınızın çox hissəsini kompüter arxasında keçirirsinizsə, onda heç şübhəsiz ki, bu sualların cavabları mütləq sizi maraqlandırmalıdır. İlk növbədə onu qeyd edək, kompüterə müxtəlif xəstəliklər «ixrac» edən qurğu kimi yanaşmaq lazım deyil, bu xofu özünüzdən uzaq tutun. Kompüter də başqa məişət texnikaları kimi təhlükəsizdir. Amma digər texniki vasitələr kimi ondan istifadənin də öz təhlükəsizlik qaydaları var.

GÖZ ÜÇÜN GİMNASTİKA Kompüterin bütövlükdə insan sağlamlığına ziyanı birmənalı şəkildə öz təsdiqini tapmasa da, bu qurğunun görmə qabiliyyətinə təsirini inkar etmək olmaz. Kompüterdə işləyən vaxt gözü idarə edən əzələlər müəyyən bir nöqtəyə zillənir ki, nəticədə də gözlər belə yüklənmədən yorulur. Bir neçə saat monitorun qarşısında oturandan sonra gözlər göynəməyə, qaşınmağa başlayır. Bilgisayardan uzunmüddətli istifadə isə gözə qum tökülməsi kimi hissin yaranmasına gətirib çıxarır. Göz qapaqları da ağırlaşır və ağrımağa başlayır. Düzdür, son zamanlar istehsal olunan kompüterlərin monitorlarının insan sağlamlığı üçün ziyansız olduğu bildirilir. Amma risk həmişə var. Xüsusilə, uşaqların göz əzələləri hələ kifayət qədər möhkəmlənmə-

diyindən, onlar kompüterdən istifadə edən vaxt gözlərində daha tez yorğunluq hiss etməyə başlayırlar. Ümumiyyətlə, uşaqların və hamilə qadınların kompüter arxasında bir neçə saatdan artıq oturması məqsədəuyğun sayılmır. Yaxındangörmə problemi olan uşaqların isə kompüterdən gündə 15 dəqiqədən artıq istifadə etməsinə yol verilməməlidir. Gözlərin yorulmaması üçün xüsusi gimnastika ilə məşğul olmaq lazımdır. Bu məqsədlə bilgisayarda işə başlayandan 7-8 dəqiqə sonra gözlərinizi yuxarı, tavana doğru qaldırıb, təsəvvür edin ki, otağın bir küncündən digər küncünə uçan kəpənəyin hərəkətini izləyirsiniz. Bu zaman başı deyil, yalnız gözləri hərəkət etdirmək lazımdır. Gimnastika bir-iki dəqiqə ərzində davam etdirilməlidir. Bilgisayarda işinizi bitirəndən sonra da bu gimnastikanı təkrarlasanız, yaxşı olar. Kompüter olan otağın işıqlandırılmasına da diqqət yetirin. Bilgisayarın monitoruna nə qarşı, nə də arxa tərəfdən sərt işıq seli düşməməlidir.

OSTEOXONDROZ TƏHLÜKƏSİ Kompüterdə işləyən insan uzun müddət oturaq vəziyyətdə qaldığından, boyun, qol və çiyin əzələləri daim gərgin vəziyyətdə olur ki, nəticədə də onurğa sütunu əlavə yüklənməyə məruz qalır. Orqanizmin uzun müddət belə vəziyyət alması böyüklərdə osteoxondroz, uşaqlarda isə skolioz xəstəliklərinə gətirib çıxara bilər. Oturaq həyat tərzinin digər fəsadları barədə çoxlarının məlumatlı olduğunu nəzərə alıb, yalnız gemorroy, prostatit və piylənmənin adını çəkməklə kifayətlənirik ki, bu xəstəliklərin hər biri də uzunmüddətli müalicə tələb edir. Belə xəstəliklərə məruz qalmamaq üçün hər saatdan bir kompüterin qarşısından durub, ən azı 5 dəqiqə otaqda gəzinin. İş yerinə diqqət yetirmək də vacibdir, Kompüter stulu mütləq söykənəcəkli olmalıdır. İşləyən vaxt monitordan 5070 santimetr aralı oturmaq lazımdır.

TƏHLÜKƏSİZLİYİN 4 QAYDASI Hamilə qadınların kompüter arxasında oturması təhlükəlidirmi? İndi bu sual çox tez-tez səslənir. Bilgisayar hamiləliyin gedişinə və dölün formalaşma prosesinə təsir göstərir. Amma bu təsirin hansı səviyyədə olması barədə hələlik həkimlərin arasında vahid fikir yoxdur. İndi bütün dünyada kompüterlə bağlı müzakirə olunan əsas məsələlərdən biri də bilgisayarın uşaq orqanizminə təsirilə bağlıdır. Belə bir fikir də səslənməyə başalyıb ki, uşaqların kompüterlə vaxtından əvvəl təması onların boyunun uzanmasına mənfi təsir göstərə bilər. Kompüterə aludə olan uşaqda insanlarla ünsiyyət yaratmaq qabiliyyəti də pis formalaşır ki, bu da gələcəkdə onun üçün müxtəlif problemlər yaradır. Bütün dünyada məktəblərin kompüterlə təchiz olunmasına çalışan ölkələr artıq bu məsələdə tərəddüd etməyə başlayıblar. Çünki aparılan təcrübələr göstərib ki, hətta kompüter qarşısında 1-2 saat oturanda belə, yeniyetmə və uşaqlarda 73% hallarda gözlərdə yoğunluq hissi baş verir. Halbuki gündəlik 5-6 saatlıq adi dərs proqramları yalnız 54% uşaqların yorğunluğuna səbəb olur. Yüksək keyfiyyətli kompüter almaqla siz bir sıra problemlərin qarşısını almış olursunuz. Hər bir halda kompüter istifadəçiləri aşağıdakı 4 qaydanı yadda saxlasalar, yaxşı olar: 1. Kompüteri otağın küncündə və arxası divara tərəf yerləşdirin. 2. Kompüterdən istifadə olunan məkanlarda gündəlik nəm təmizləmə aparmaq vacibdir. Ona görə də belə məkanları xalça -palazla döşəmək məqsədəuyğun deyil. 3. İşə başlamamışdan əvvəl və sonra kompüteri azacıq isladılmış əski və ya pambıqla silin. 4. Belə hesab olunur ki, kaktus bitkisi kompüterdən gələn mənfi təsiri azaldır. Ona görə də yaxşı olar ki, bir kaktus alıb, bilgisayarınızın yanına qoyasınız. Aynur Haqverdiyeva


12

ALLERGİYA VAXTINDA MÜALİCƏ OLUNMADIQDA BRONXİAL ASTMAYA ÇEVRİLİR

limlərin dünyanın 30 ölkəsində apardıqları araşdırmalar nəticəsində məlum olub ki, müasir dövrdə ən çox yayılan xəstəlik allergiyadır. Bir milyon insan arasında aparılan araşdırma zamanı hər yüz insandan 22də bu xəstəlik aşkarlanıb. Allergiya xəstəliyinin tarixi qədim zamanlara gedib çıxır. Bu xəstəliyin ilkin izlərinə hələ qədim Misir mumiyalarında rast gəlinib. Tarixi mənbələrə görə, eramızdan əvvəl 2540-cı ildə firon Menes məhz allergiya xəstəliyindən dünyasını dəyişib.

XXI ƏSR ALLERGİYA ƏSRİ Maraqlıdır ki, xəstəliyin tarixi qədimlərə gedib çıxsa da, təbiblər onu yalnız XIX əsrdə aşkar edə biliblər. Müalicəsinə isə düz bir əsrdən sonra, yəni XX əsrdə başlanılıb. Müasir dövrümüzdə də bu xəstəlikdən əziyyət çəkənlərin sayı kifayət qədər çoxdur və onun sayı günügündən artmaqda davam edir. Məhz bu səbəbdən də dünya tibb alimləri XXI əsri «allergiya əsri» adlandırırlar. Təsadüfi deyil ki,


14 Ümumdünya Səhiyyə Təşkilatının son illər «Əhali arasında ən çox yayılan xəstəliklər» adlı arışdırmalarında allergiya üçüncü yerdə durub. Bu xəstəliyin ən çox yayıldığı ölkələr isə Türkiyə, Almaniya, Gürcüstan və İtaliyadır. Azərbaycanda da allergiyadan əziyyət çəkənlər çoxdur...

ALLERGİYA NƏDİR? Orqanizmin xüsusi bir maddəyə qarşı göstərdiyi reaksiya tibb elmində allergiya adlanır. Allergiya bir xəstəlik yox, immunitet sisteminin zəifliyidir. Bu xəstəlik özünü bir neçə formada (dərinin səpməsi, qızarması) göstərir və bir neçə növü var. Ən çox yayılanı isə allergik və xroniki rinitdir.

ALLERGİK RİNİT Bu allergiyanın ən yüngül növüdür. Allergik rinitin əlamətləri qripin əlamətlərinə bənzəyir. Allergik rinit zamanı burun və göz sulanır, qızarır, qaşınır. İlk olaraq, fasiləsiz asqırmalar, burunda göynəmələrlə müşahidə olunur. Allergiyanın bu növünün həmçinin, gözə də təsiri çoxdur. Allergik rinit zamanı göz daim sulu olur və qaşınır. Bu xəstəliyin simptomları yaz vaxtı çiçəklənmə və tozlanma dövrü başlayanda baş qaldırır. Belə xəstələrin burnu daim tutulur və onlar iy hiss etmirlər. Hətta getdikcə xəstənin qulaqları da tutula bilər. Allergik rinit zamanı xəstənin bədənində həmçinin, qızartılar, əllərində, ayaqlarında şişmələr olur. Belə xəstələr ev şəraitində özlərini yaxşı hiss edir. Ancaq çölə çıxdıqda, onların halı dəyişir, boğulma halları baş verir. Allergik rinitin də iki forması var: ağır və yüngül. Yüngül formada olan allergik rinit zamanı

xəstəliyin simptomları bir ay davam edir. Ağır allergik rinitin simptomları isə mövsümün sonuna kimi özünü biruzə verir.

XRONİKİ RİNİT Allergiyanın digər növü olan xroniki rinit ağır qrip, haymorit və frantit xəstəliklərindən sonra yaranır. Bu allergiya formasının əlamətləri də allergik rinitdə olduğu kimidir. Ancaq xroniki rinit allergik rinitdən fərqli olaraq, təkcə yaz mövsümündə deyil, ilin dörd fəslində öz əlamətlərini göstərir. Bundan başqa xroniki rinit xəstələri çöldə özlərini yaxşı hiss etdikləri halda, ev şəraitində vəziyyətləri ağırlaşır. Onu da bildirək ki, xroniki rinitin daşıyıcıları yun və tükdən uzaq durmalı, yalnız sintetik materialdan hazırlanan yataqda yatmalıdırlar. Belə xəstələrə daim təmiz havada gəzmək məsləhət görülür.

DƏRİ ALLERGİYASI Allergiyanın çox yayılan növlərindən biri də dəri allergiyasıdır. Dəri allergiyası zamanı dəridə şişlər, qızartılar, pilinqlər əmələ gəlir. Eyni zamanda, dəri quruyur və çatlayır. Dəri allergiyası zamanı xəstə qaşınmadan da əziyyət çəkir.

ALLERGİYANIN FƏSADLARI İnsanlar çox vaxt bu xəstəliyə ciddi yanaşmırlar. Onlar elə başa düşürlər ki, allergiya qripin bir növüdür və mövsüm keçdikdən sonra o da keçəcək. Həkim - allerqoloq İldırım Qasımlı allergiyanın müalicə olun-

madıqda daha ağır xəstəliklərə çevrilmə ehtimalının böyük olduğunu bildirir: «Allergiyaya qarşı müalicə aparılmadıqda, bu rinit özünü daha kəskin göstərməyə başlayır. Ağciyərə təsir edərək, bir müddətdən sonra bronxial astmaya çevrilir. Bütün bunların qarşısını almaq üçün allergiya xəstələri vaxtlı-vaxtında müalicə almalıdırlar. Düzdür, çoxları allergiyanın nə demək olduğunu bilmir. Çünki bu xəstəliyin ilkin əlamətləri qripdə olduğu kimidir. Elə bu səbəbdən də, insanlar qrip olduqlarını zənn edərək, üzləşdikləri problemə önəm vermirlər. Ancaq bu hal uzun davam etdikdə, dərhal həkimə müraciət etmək lazımdır. Bəzən elə olur ki, insanlar qripə qarşı olan antibiotiklərdən istifadə edirlər. Bu, təhlükəlidir. Allergiyanın daha da irəliləməsinə səbəb olur».

PƏHRİZ DƏ LAZIM GƏLİR… Mütəxəssisin sözlərinə görə, bir çox xəstələr allergiyaya qarşı aparılan müalicəni sona çatdırmırlar. Xəstəliyin simptomlarının azaldığını görüb, sağaldıqlarını hesab edirlər: «Ancaq onlar bilməlidirlər ki, allergiya sağalmaz xəstəlikdir. Aparılan müalicələr də xəstəliyi tamamilə yox etmir, sadəcə onun irəliləməsinin qarşısını alır». Həmsöhbətimiz onu da bildirdi ki, bəzən allergiya insana genetik yolla anadan keçir. Ancaq allergiyanın bu növünün irəliləmə ehtimalı çox azdır. İ.Qasımov allergik rinitin daşıyıcılarınının müalicə zamanı pəhriz saxlamalarını vacib sayır. Bu zaman xəstə özü hansı qidanın onda allergiya yaratdığını müşahidə etməlidir. Allergik xəstələrə ən çox sitrus meyvələrindən, tərxun, bal, yemiş, tum və fındıqdan imtina etmələri məsləhət görülür. Samirə Əhmədova


16

YOXSA BAKTERİOLOJİ SİLAH? "21-ci əsrin vəbası" sayılan QİÇS indi daha çox insanı məzara sürükləyən 5 xəstəlikdən biridir. QİÇS ləng inkişaf edən xəstəliklər qrupuna aid olub, insanın immun sisteminin zədələnməsi nəticəsində müxtəlif kliniki formalarda özünü göstərir. İnsanın İmmunçatışmazlığı Virusu (İİV) qanın plazmasında uzun müddət özünü biruzə vermədən yaşaya bilər. İndiyə kimi QİÇS-in yaranması ilə bağlı müxtəlif versiyalar irəli sürülüb. Ən məşhur versiyaya görə, QİÇS xəstəliyi birinci dəfə yarımvəhşi afrikalılarda üzə çıxıb. Deyilənlərə görə, aborigenlərdən biri meymunlarla cinsi əlaqəyə girəndən sonra bu xəstəliyi insanlara "hədiyyə" edib. İngilis dənizçilərindən bir nəfər isə 1979cu ildə həmin hədiyyəni öz yaxın rəfiqəsi ilə "bölüşüb" və beləliklə, xəstəlik bütün dünyaya ayaq açıb.

Sonradan şimpanzelərin qanında insan orqanizminə düşəndə ölümlə nəticələnən nadir virusa təsadüf olunanda alimlər QİÇS-in meymundan insana keçməsi versiyasını yenidən qabartmağa başladılar. Amma QİÇS-in ABŞ-da yaranmasını güman edənlər də çoxdur. Hətta keçmiş SSRİ-də bu xəstəliyin 1977-ci ildə Pentaqon laboratoriyalarında bakterioloji silah şəklində hazırlandığı da bildirilirdi. O vaxt rus alimləri belə fikir yürüdürdülər ki, QİÇS virusu dünya əhalisinin sayını azaltmaq üçün amerikalılar tərəfindən məqsədli şəkildə yaradılıb.

İLK ÖLÜM VƏ QIRIMIZI RƏNG QİÇS-dən birinci ölüm halı isə 1981-ci ildə qeydə alınıb. Amma həmin vaxt QİÇS-in xəstəlik kimi mövcudluğu hələ təsdiqlənməmiş-

di. 1982-ci ildə ABŞ-ın Xəstəliklər üzrə Nəzarət Mərkəzində yeni naməlum xəstəliyin qanla bağlı olduğu müəyyənləşdirilir və ona Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) adı verilir. Nəhayət, 1983-cü ildə Fransanın Paster İnstitutunun mütəxəssisi Lyuk Montane QİÇS-ə İİV virusunun səbəb olduğunu aşkarlayır. 1991-ci ildən isə rəssam Frank Mur cəmiyyətin diqqətini bu xəstəliyə cəlb etmək üçün qırmızı lentlərdən istifadə etməyə başlayır. Qırmızı lent insanların QİÇS-ə qarşı birləşməsini əks etdirir. Əvvəllər qırmızı lenti çox az adam gəzdirirdi. 1991-ci ildə bu xəstəlikdən ölən müğənni Freddi Merkurinin xatirəsinə həsr olunmuş tədbirdə onun 70 min fanatı lentləri sinəsinə taxandan sonra bu işarə QİÇS-lə mübarizə aparan bütün təşkilatların emblemində öz əksini tapdı.


18 BİZDƏ DƏ VƏZİYYƏT NÜMUNƏVİ DEYİL Başqa xəstəliklərdən fərqli olaraq, QİÇS-də xüsusi risk qrupu yoxdur. Çünki aparılan yoxlamalar insanda qanın təmizliyinə 100 faizlik təminat verə bilməz və istənilən şəxsin təsadüfən bu xəstəliyə yoluxma "şansı" var. "Məsələn, adi qanköçürmə zamanı yoluxma ehtimalı böyükdür. Məsələ burasındadır ki, xəstəliyin lap ilkin mərhələsində aparatlar insanın İİV virusunun daşıyıcısı olduğunu göstərə bilmir. Həmin mərhələdə olan insan başqa birisinə donorluq edərsə, bu, yoluxma ilə nəticələnə bilər. Amma QİÇS-in ən geniş yayılma forması təsadüfi cinsi əlaqədir. Belə əlaqələrin geniş yayıldığı və qoruyucu vasitələrdən istifadə olunmadığı Afrikada, artıq əhalisinin yarısı QİÇS-ə yoluxan ölkələr var. Azərbaycanda da bu sarıdan vəziyyət nümunəvi sayıla bilməz. Məhz təsadüfi cinsi əlaqələrin nəticəsidir ki, hazırda ölkədə İİV vir-

sunun nə az, nə çox, düz 5 genotipini birdən daşıyan kişilər var. Belə kişilər təsadüfən tanış olduqları hər əxlaqsız qadından xəstəliyin bir genotipini qazanıblar. Halbuki xəstə olduğunu bilə-bilə başqasına QİÇS yoluxduranları cinayət məsuliyyəti gözləyir. Azərbaycanın Cinayət Məcəlləsində də bu məsələ öz əksini tapıb. QİÇS üzrə müayinələr könüllü şəkildə aparıldığından, belə əməl sahiblərini cəzalandırmaq isə o qədər də asan məsələ deyil.

QİÇS-Ə QADINLAR DAHA TEZ YOLUXUR Son 2 ildə QİÇS xəstələri arasında qadınların sayı kəskin artıb. Həkimlər bunun səbəbini qadın orqanizminin daha zəif olması ilə izah edirlər. Nəticədə də bu virusun kişidən qadına keçmə halı, qadından kişiyə keçmə halından 2 dəfə çox baş verir. Bundan başqa, kasıb ölkələrdə dul qalan, ərindən boşanan qadınların çoxu fahişəliklə

məşğul olur ki, bu "sənət" sahibləri də QİÇS-in əsas risk qrupunu təşkil edir. Hazırda QİÇS-in ən geniş yayıldığı ərazi sayılan Mərkəzi Afrikada İİV virusu daşyıcılarının 60 faizi qadınlardır. Qadınlar arasında QİÇS xəstəliyinin artmasını nəzərə alan BMT xəstəliklə mübarizədə tətbiq olunan proqramlarda köklü dəyişikliklər aparmağı təklif edir. BMT-yə görə, qadınlar nikahdan kənar əlaqələr və narkotik maddələrdən istifadəyə görə üstünlük təşkil etmədikləri halda, onlarda QİÇS virusuna daha çox rast gəlinməsi təəccüb doğurur. BMT mütəxəssisləri belə hesab edirlər ki, vəziyyətin dəyişməsi üçün hüquqi və sosial islahatların həyata keçirilməsi, qızların savadlandırılması vacibdir. Amma dünyadan fərqli olaraq, Azərbaycanda QİÇS xəstəliyinə yoluxanlar arasında kişilər əsas yeri tutur. Azərbaycandakı virus daşıyıcılarının böyük əksəriyyətini kişilər təşkil edir. Aynur Haqverdiyeva

Azərbaycanda da bu sarıdan vəziyyət nümunəvi sayıla bilməz. Məhz təsadüfi cinsi əlaqələrin nəticəsidir ki, hazırda ölkədə İİV virusunun nə az, nə çox, düz 5 genotipini birdən daşıyan kişilər var. Belə kişilər təsadüfən tanış olduqları hər əxlaqsız qadından xəstəliyin bir genotipini qazanıblar.


20

800 il əvvəl kəşf olunan Naftalan nefti bu gün də öz əhəmiyyətini saxlayır

Naftalan… Torpağın qatı, qaraqəhvəyi və ya sarı-qızılı, sanki günəşlə hopdurulmuş qanı. İnsanlara onun şəfalı keyfiyyətləri nə zaman məlum olub? Azərbaycan torpağının dərinliklərində gizlənən təbiətin bu sehrli nemətini kim aşkar edib? Tarixin köhnəlmiş səhifələri bu suallara cavab vermir. Lakin şərq nağıl və əfsanələrində ecazkar «dağ yağı» haqqında çox söylənilib. Bəzi alimlərin fikrincə, bu söz «naft» və ya «alnaft», yəni ərəbcə «dağ yağı» mənasını daşıyan sözdən əmələ gəlib. M.Ə. Əlizadə hesab edir ki, «naftalan» sözü iki sözdən yaranıb - «neft» və «alan». Bu fərziyyəni mümkün hesab edərək, eyni zamanda, digər, daha düzgün sayılan söz birləşməsini də istisna etmək olmaz - «neft» və «olan», yəni, «neftin olduğu yer». Dahi Azərbaycan filosofu və şairi Nizami Gəncəvi (1141-1201) naftalan neftinin, indiki Naftalan şəhərinin yaxınlığında yerləşən Səfi-Kürd kəndindən karvanlar ilə daşınması haqqında öz müşahidələrini, «Xəmsə» poemalarında ilk dəfə olaraq xatırladır. Sonralar, XIII əsrin məşhur səyahətçisi Marko Polo Venesiyadan Çinə səyahətdən bəhs edən «Böyük Tatariya haqqında» traktatında yazırdı: «Orada (Naftalan nəzərdə tutulur) çoxlu dəvələrə yükləmək mümkün olan dağ yağı ilə böyük bir quyu var. Bu yağ qida üçün deyil, insanlarda və heyvanlarda dəri xəstəlikləri, digər azarlar olduqda, sürtmək üçün məlhəm kimi istifadə olunur». Qeyd edək ki, naftalanın yatağı olan Naftalan şəhəri, Azərbaycanın paytaxtı Bakı şəhərinin 320 kilometrliyində və qədim Gəncə şəhərindən 50 km cənub-şərqdə yerləşir. 1873cü ilə qədər olan arxiv materiallarına

görə, naftalan əl ilə qazılan dayaz quyulardan çıxarılırdı. 1890-cı ildə bu ərazidən torpaq alan alman mühəndis-konsessiyaçısı E.İ. Yeger sənaye neftinin istehsalı üçün dərinliyi 250 m olan ilk buruğun təməlini qoyur. Lakin alman mühəndis məyus olur. Çünki onun güman etdiyi kimi neftin tərkibində benzin fraksiyaları yox idi. Pulunu buruq qazıntısına xərcləyib, müflisləşən alman mühəndis vəziyyətdən çıxış yolları axtararkən, uzaq yerlərdən gəlib, müalicə məqsədilə Naftalan neftində çimənlər onun diqqətini cəlb edir. Alman mühəndis gecikmədən məlhəm hazırlayan kiçik bir fabrik açır. Az zaman içərisində naftalan və ondan hazırlanmış məlhəmlər, pastalar, həblər, şamlar, dərini yumşaltmaq üçün xüsusi sabun, kirşanlar, dodaq qələmləri, gündən qaralmanın qarşısını alan vasitələr geniş yayılmağa başlayır. Mənbələr göstərir ki, almanlar təkcə bu işlə kifayətlənmir, Almaniyada, naftalan preparatları hazırlayan müəssisələr açırlar «Naftalan Maqdeburqda» və «Naftalan Drezdendə». 1900-1902ci illərdə Parisin ayrı-ayrı kosmetik kabinetlərində də naftalan məlhəmindən müxtəlif vasitələr hazırlanırdı. Naftalan məlhəmləri İngiltərəyə, Amerikaya, Yaponiyaya, Misirə və dünyanın digər ölkələrinə də gedib çıxmışdı. Hətta rus-yapon müharibəsi (1904-1905) zamanı hər bir yapon və alman əsgəri naftalan məlhəmi ilə təchiz olunmuşdu. Ondan don vurmanın qarşısının alınması üçün, güllə yarası, yanıqlar və dəri xəstəliklərinin müalicəsi zamanı istifadə edilirdi. 1920-ci ilin aprelindən sonra SSRİ-nin sərəncamına keçən Naftalanda Moskvanın göstərişi ilə

yeni tədqiqatlar başlayır. Hətta 1935ci ildə naftalanın bioloji təsirinin öyrənilməsi məqsədilə Azərbaycanda ilk eksperimental laboratoriya təşkil olunur. Bundan sonra Moskvadakı «QALEN» əczaçılıq fabrikində naftalandan hazırlanmış 30-dan çox adda preparat istehsal olunmağa başlayır: tiolan, salisilan, amilan, sulfan, piksolan, ixtalan, bornolan, sapolan, karatonaftalan və bir çox başqaları. Naftalanın elmi cəhətdən öyrənilməsi və tətbiqinə başlanmasından 100 ildən atıq vaxt keçir. Ötən müddət ərzində onun bir çox xəstəliklər zamanı yüksək effektivliyi sübut olunub. Naftalan neftindən 1962-cı ildən etibarən, Azərbaycandakı "Naftalan" sanatoriyasında da uğurla istifadə olunur. 1966-cı ildə "Naftalan" kurortunda 500 çarpayı mövcud idisə, artıq 1983-cü ildə Naftalan birləşmiş kurortunda 2500 çarpayı vardı. "Naftalan" kurortunda müalicə almış xəstələrin rekord sayı 1987-ci ilə təsadüf edir. Həmin il Naftalan vannaları qəbul etmiş xəstələrin sayı ildə 70099 nəfər təşkil edib. Lakin ermənilərin Qarabağda elan olunmamış müharibələri və torpaqlarımızın işğalı Naftalan kurortlarına digər ölkələrdən gəlmiş xəstələrin qəbulunu əhəmiyyətli dərəcədə azaldıb. Naftalan şəhərində dünyada yeganə olan «Qoltuqağacı muzeyi» də mövcuddur. Burada müxtəlif konstruksiyalı və ölçülü qoltuqağacı, əl ağacı və əsalar görmək olar. Onlar hamısı Naftalana gələrkən, qoltuqağacının köməyi olmadan hərəkət edə bilməyən, buradan qayıdanda isə onları gərəksiz olduğundan atan insanlardan yadigar qalır.


22

or bağırsaq faydalı orqandır - desək, çox güman ki, təpki ilə qarışılaşarıq. Çünki bizim bu orqanla bağlı təsəvvürümüz «problemdən başqa bir şey deyil, kəsdir, canını qurtar» kimi formalaşıb. Məsələ burasındadır ki, əksər hallarda cərrahlarda müəyyən şübhə yaranan kimi faydasız olduğunu əsas gətirib, onu ləğv edirlər. Amma son dövrlər uzun illər formalaşmış bu təsəvvürləri dağıdan arqumentlər meydana çıxıb. Bu barədə bir qədər sonra. Hələliksə, adı hamıya bəlli olan kor bağırsağın hansı səbəblərdən problemə çevrildiyini diqqətə çatdırmağa çalışacağıq. Appendiksin iltihabı (kəskin appendisit) adətən, qarının yuxarı nahiyəsində kəskin fasiləsiz ağrı ilə müşayiət olunur. Sonradan ağrı aşağı və sağ tərəflərə,

həmçinin, göbək nahiyəsinə enir. Bundan başqa bel və anus nahiyələrinə də yayıla bilər. Qeyd edək ki, ağrı sol böyrü üstə uzandıqda, daha da güclənir. Bu vəziyyətdə, adətən, ürək bulanma, qusma, ağızda quruluq, nəzərə çarpan halsızlıq əmələ gəlir, bədəndə hərarət artır. Uzun müddət appendisiti əl üsulu ilə müəyyən edirdilər: həkim, qarının aşağı sağ nahiyəsini barmaqları ilə basıb, sonra əlini tez çəkirdi - əgər bu anda ağrı güclənirdisə, qərar birmənalı olurdu - əməliyyat. Halbuki bir çox hallarda səhv diaqnoz qoyulurdu. Həkimlər riskə gedərək, hesab edirdilər ki, sağlam appendiksi ləğv etmək daha yaxşıdır. Bu gün həkimlərin sərəncamında daha etibarlı diaqnostika üsulları mövcuddur:

- Rentgenoqrafiya-appendiks dəliyini tutmuş nəcis daşını aşkar edir; - Ultrasəs müayinə isə çıxıntıda gedən qalınlaşma, şişkinlik və iltihab proseslərini göstərir; - Kompüter tomoqrafiyası böyümüş çıxıntının, dəyişmiş bağırsaq və periton toxumasının əksini verir; - Laparoskopiya qarın boşluğuna baxışa imkan verir. Appendisit cərrahi müdaxilə tələb edir, çünki, o, asanlıqla irinli və ya xroniki formaya keçə bilər. Xroniki forma mötədil xarakterli ağrılar ilə seçilir, qəfil iltihablaşma təhlükəsi daşımır, ona görə də planlı surətdə əməliyyat olunur. İrinli forma zamanı isə qarın nahiyəsindəki ağrılar dözülməz olur. Hətta əməliyyatın bir gün gecikməsi peritonitə -


23


24 peritonun iltihabına (qarın boşluğunun daxili səthini, eləcə də, orada yerləşən bütün orqanları bürüyən qişanın) gətirib çıxarır. Peritonit çox təhlükəlidir və cərrahi müdaxiləsiz, o, həqiqətən də, 2-5 gün ərzində appendiksin cırılması ilə nəticələnə bilər. Peritoniti daha çox kəskin vəziyyətlər törədir: - Qarın boşluğunun (kəskin appendisit, xolesistit, pankreatit), cinsiyyət orqanlarının (vaginit, bakterial vaginoz, adneksit, kadidoz) iltihab xəstəlikləri; - Qarın boşluğu orqanlarının deşilməsi (daha çox mədə və on iki barmaq bağırsaq); - Deşib keçən yaralar. Hazırda iki əməliyyat metodikasından istifadə olunur. Klassik əməliyyat 15-20 dəqiqə ərzində ümumi narkoz və ya yerli anesteziya altında aparılılr. Həkim qarın divarının sağ tərəfində kəsik edir, appendiksin əsasını və ucunu aşkar edərək, onu ləğv edir. Endoskopiya zamanı isə qarın divarında üç dəilk açılır və endoskop vasitəsi ilə iltihablı çıxıntı xaric edilir. Bu zaman cərrah əməliyyatın gedişatını televizor ekranında müşahidə edir. Bu üsul bir sıra danılmaz üstünlüklərə malikdir. İlk növbədə, əməliyyatdansonrakı ağrı sindromu azalır. İkincisi, sağalma daha tez baş verir. Üçüncüsü, qadınlar üçün daha vacib olanı, kobud çapıq qalmır. Təbii olaraq, sual yaranır, həkimə qədər əzab verən ağrılardan necə yaxa qurtarmaq olar? Həkimlər bunu birmənalı şəkildə yolverilməz adlandırırlar. Onlar hesab edirlər ki, ağrıkəsicilər xəstəliyin təsvirini dəyişə və ya tamamilə poza bilər. Bu zaman diaqnoz qoymaq çox çətin olur. Ona görə də, appendisitin ilk əlamətləri aşkarlanan kimi fikirləşmədən həkim çağırın! Həkim gələnə kimi hər hansı qida, su qəbul etmək olmaz.

Ağrıyan yerə isti əşya qoymaq da tövsiyə edilmir. Çünki bu, çıxıntının cırılmasına gətirib çıxara bilər. İcazə verilən yeganə hərəkət - qarın nahiyəsinə buz və ya soyuq su ilə doldurulmuş qrelka qoymaqdır. Yeri gəlmişkən, qeyd edək ki, appendiks çox məkrli və aldadıcı orqandır. Appendisitin ilk əlamətlərini kəskin xolesistit və ya böyrək çatışmazlığı ilə səhv salmaq mümkündür. Hətta bağırsaq keçməməzliyi ilə əlaqəli olan zəhərlənmə əlamətləri aşkar edilə bilər: baş ağrıları, ürəkbulanma, yüksək hərarət. Bəzi hallarda isə şiddətli ağrılarla başlayan appendisit sonradan sakitləşir. Amma bu aldadıcı əmin-amanlıqdır. Bir dəfə iltihablaşmış appendiks əməliyyata məhkumdur. Onu da qeyd edək ki, appendisitin ən təhlükəli və ən nadir fəsadı - sepsisdir (qanın zəhərləməsi). Bu vəziyyət zamanı bakteriyalar qana keçərək, orqanizmin digər hissələrinə yayılır. Bəs, kor bağırsağın faydası nədədir? Bu suala amerikalı həkimlər cavab verirlər. Onların araşdırmalarına görə, kor çıxıntı insanın immun sistemində vacib rol oynayır və bağırsaq sisteminin normal işi üçün zəruri olan bakteriyaların əmələ gələn yeridir. Alimlər etiraf edirlər ki, appendisitin baş vermə səbəbləri axıra kimi öyrənilməyib. Belə ki, xəstəlik bir çox hallarda appendiks dəliyinin, kor bağırsaqdan daxil olan qatı selik və ya nəcis kütləsindən ibarət qatın əmələ gəlməsi səbəbindən baş verir. Bəzən də tutulma appendiksin qatlanması, onu qidalandıran damarların trombozu, askaridoz, disbakterioz, qarın nahiyəsində travmalar və çıxıntının limfoid toxumasının şişməsi nəticəsində baş verir. Nigar İlqarqızı


26

«DÜNYANI MƏRHƏMƏT XİLAS EDƏCƏK» Novruz Aslan: «Qızıl Aypara Cəmiyyətinin büdcəsini möhkəmləndirmək istiqamətində işlər görürük»


27

MDB məkanında yeganə şəxsdir ki, Qızıl Aypara Cəmiyyətinə könüllü surətdə rəhbərlik edir. 1995 - ci ildən məvacib almadan bu vəzifədə çalışır. Bu fikirdədir ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi məhz mərhəmətdir. Arzusu Qızıl Aypara Cəmiyyətini daha da güclü bir təşkilata çevirməkdir. Onunla müxtəlif istiqamətlər, sahələr üzrə söhbət etmək mümkündür. Musiqidən, ictimai-siyasi proseslərdən və s. Amma biz bəstəkar, millət vəkili Novruz Aslanla rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyətindən, cəmiyyətin gördüyü və görəcəyi işlərdən danışdıq. Söhbətə isə bu nəcib işin tarixi ilə körpü saldıq. - Bu hərəkatın əsası isveçrəli tacirin yazdığı kitabla qoyulub. Kitabın yazılmasına səbəb olan hadisə isə 1859-cu ildə 40 min insan itkisi ilə nəticələnən "Solferina döyüşü"dür (AvstriyaFransa müharibəsi-red). Kitabın müəllifi Anri Düna həmin döyüşün şahidi olub və burada baş verən dəhşətləri öz gözləri ilə görüb. Bundan təsirlənən tacir ətrafda yaşayan mülki şəxsləri başına toplayaraq, döyüş meydanında

köməksiz qalan yaralılara yardım edib. İsveçrəyə qayıdandan sonra isə şahidi olduğu hadisələrlə bağlı kitab yazmaq qərarına gəlib. Kitab "Solferina haqqında düşüncələrim" adlanır. Kitabda şahidi olduğu hadisələrlə bərabər müharibənin aclıq, səfalət yaratdığını qeyd edən Anri Düna kitabı tamamladıqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan zəngin adamlara göndərir. "Solferina haqqında düşüncələrim" bir qədər də çağırış formasında yazılmışdı. Dünyada baş verən müharibələrin törətdiyi fəsadlardan bəhs edən müəllif cəmiyyəti həmin fəsadların nəticələrini aradan qaldırmağa çağırırdı. Doğrudan da Anri Dünanın bu çağırışı yaxşı effekt verdi və dünyanın zəngin adamları ona cavab məktubları göndərdilər. Nəhayət, 1863 ildə Anri Dünanın ideyası gerçəkləşdi və Qırmızı Xaç Komitəsi yaradıldı. Komitənin əsas məqsədi müharibə qurbanlarına, yaralılara, maddi və mənəvi, həmçinin hüquqi cəhətdən yardım etməkdən ibarət idi. - Bəs, Azərbaycan bu hərəkata nə vaxt qoşuldu? - Azərbaycan bu hərəkata 1920-ci ildə, Azərbaycan Demokratik Respublikası (ADR) süquta uğramazdan bir qədər əvvəl qoşuldu. Belə ki, 1920-ci il mart ayının 10-da ADR-in müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycanda Qızıl Aypara Cəmiyyəti təsis edildi. Bəzi məlumatlara görə, belə bir cəmiyyət 1920-ci ildən əvvəl də mövcud olub və ayrı-ayrı adamlar tərəfindən idarə edilirmiş. Sadəcə, Əliağa Şıxlinski və Fətəli Xan Xoyski mart ayının 10da belə bir təşəbbüslə çıxış etdiklərindən Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi də həmin dövrdən hesablanır. Onu da deyim ki, Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya

Birinci Dünya Müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq edib və məhz bu qadın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olub. - Səhv etmirəmsə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi rəsmiləşdirildi. - İndiyə qədər də 10 mart Qızıl Aypara Cəmiyyətinin yaranma günü kimi qeyd edilirdi. Bu yaxınlarda isə möhtərəm prezidentimiz bu tarixi hadisəni rəsmiləşdirdi. Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sovet dövründə müstəqil deyildi. Və beynəlxalq aləmdə tanınmırdı. Sovet hökuməti dağılandan sonra Qızıl Aypara Cəmiyyəti də öz müstəqilliyini elan etdi. Amma işlər rəvan getmirdi. Bir tərəfdən ermənilərin təcavüzü, bir milyon insanın yerindən-yurdundan didərgin düşməsi, digər tərəfdən cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə, ölkədəki gərgin vəziyyət cəmiyyətin inkişafı üçün böyük problemlər yaradırdı. Belə bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev məsələ qaldırdı, diqqət göstərdi və Milli Məclis Qızıl Aypara Cəmiyyətinin rəsmi olaraq Dövlət tərəfindən tanınması haqqında qərar verdi. Bu qərar bizə 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cenevrədə rəsmi şəkildə tanınmağımıza əsas verdi. - Müstəqil Azərbaycanın Qızıl Aypara Cəmiyyətini Sovet dövründəki cəmiyyətlə müqayisə edəndə hansı mənzərə yaranır? - Qeyd edim ki, keçmiş SSRİ dönəmində Qızıl Aypara Cəmiyyəti yüksək səviyyədə təşkil olunmuşdu. Böyük layihələr həyata keçirilirdi. Ən əsası isə cəmiyyətin maliyyə bazası var idi.


28 Təsəvvür edin ki, dövlət büdcəsinin 1 faizi cəmiyyətin hesabına keçirilirdi. Cəmiyyətin tibb ocaqları, klinikaları, digər müəssisələri vardı. Amma müstəqilliymizin ilk illərində cəmiyyət çətin günlər yaşayıb. Müəyyən qüvvələr cəmiyyəti nüfuzdan salmağa çalışırdı. Bəzi mətbu orqanlarda ünvanımıza təhqirlər yazmaqdan belə çəkinmirdilər. Amma ulu öndərimiz Heydər Əliyevin diqqəti sayəsində bu çətinliklər aradan qalxdı və 1999-cu ildə biz öz strategiyamızı müəyyən etdik. Üç il ərzində cəmiyyəti dirçəldə bildik. Artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti ən inkişaf etmiş cəmiyyətlər sırasındadır. Məsələn, Türkiyə Qızıl Ay Cəmiyyətinin böyük maddi-texniki bazası olsa da, könüllülük sahəsində bizdən bir çox şey öyrənir. - Qızıl Aypara Cəmiyyəti haqqında qanun da qəbul edilib. Bu sizə hansı imkanlar yaradır? - 2000-ci ilə qədər bizim cəmiyyət də bir çox cəmiyyətlər kimi beynəlxalq donorlar tərəfindən maliyyələşdirilirdi. Müvafiq proqramlar həyata keçirirdik. Təbii ki, bu proqramlarda insanlar çalışaraq, məvacib alırdılar. 2000ci ildə bu proqramlar dayandırıldı. Yüksək səviyyədə treninqlər keçən, beynəlxalq konfranslarda iştirak edən, yaxşı vərdişlər əldə edən insanları itirmək təhlükəsi ilə üzləşdik. Problemin qarşısını almaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, möhtərəm prezidentimizə müraciət etdik. O da bizim müraciətimizi nəzərə alaraq, qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Ardınca prezidentin imzası ilə qanun layihəsi hazırlanıb, Milli Məclisə göndərildi. Milli Məclis də üçüncü oxunuşda Qızıl Aypara Cəmiyyəti haqqında qanunu qəbul etdi. Bu qanun imkan verdi ki, cəmiyyətə və burada çalışan

insanlara dövlət tərəfindən maliyyə ayrılsın. - Başqa qurumlarla əməkdaşlığınız hansı səviyyədədir? - Açığı əvvəlki dönəmlərdə Qızıl Aypara Cəmiyyəti ilə dövlət strukturları arasında əməkdaşlıq sıfır vəziyyətində olub. Biz bu problemi aradan qaldırmaq üçün qarşımıza məqsəd qoyduq. Fövqəladə Hallar Nazirliyi (FHN) yaranan kimi onlarla əməkdaşlıq memorandumu imzaladıq. Bir çox məsələləri dəqiqləşdirdik. Məsələ burasındadır ki, fövqəladə hal baş verən zaman biz təkrarçılığa yol verirdik, FHN də həmin işi görürdü, biz də. İndi biz nə iş görəcəyimizi müəyyənləşdirmişik. - Hansı işləri görürsünüz? - Bizim üzərimizə düşən vəzifə ilkin yardımdır. Yəni imkanımız daxilində zərərçəkənləri məişət avadanlığı ilə təmin edirik, evi olmayanlar üçün çadır qururuq, ərzaq alırıq və s. Bəzi hallarda zərərçəkənlərə maddi və psixoloji yardım da etməyə çalışırıq. Yəni, bizim əsas hədəfimiz insanlar və insanlığa yardım etməkdir. Ötən ilə qədər Səhiyyə Nazirliyi ilə əməkdaşlıq memorandumunun olmaması bizə xarici donorlarla iş birliyi qurmaqda bir çox problemlər yaradırdı. 2007-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi ilə əməkdaşlıq memorandumu imzaladıq. Artıq ortada konkret işlər də var. Bu yaxınlarda Fransa tərfindən bizə verilən və Mingəçevir şəhərində quraşdırılması nəzərdə tutulan exokordeoqrammanı, həmçinin İsmayıllı rayonu üçün nəzərdə tutulan diş kabineti avadanlıqlarını Səhiyyə Nazirliyinə verəcəyik. - Beynəlxalq təşkilatlarla iş birliyi necə qurulur? - Beynəlxalq sferada çox böyük əlaqələrimiz var. Biz uzun illərdir ki, Norveç Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq edirik

və müxtəlif proqramlar həyata keçiririk. Bunlar donorluqla və QİÇS-ə qarşı mübarizə ilə bağlı proqramlardır. Bundan başqa vərəm problemi ilə məşğuluq. Həbsdən buraxılan xəstə insanlara tibbi yardımla bağlı da işlər görürük. - Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə durumu necədir? - 1999-cu ilə qədər cəmiyyətimizin on beşə qədər beynəlxalq donoru var idisə, bu gün cəmi biri Norveç qalıb. Bu mənada ən böyük problemimiz maliyyə problemidir. Bununla əlaqədar olaraq strategiya müəyyən etmişik. Xarici təcrübədən də istifadə etmək fikrindəyik. Qeyd edim ki, Türkiyədə mineral sulardan gələn gəlirin bir hissəsi Qızıl Ay Cəmiyyətinin büdcəsinə keçir. Norveçdə isə könüllülər çox fəaldırlar, onlar hətta qapı-qapı düşüb, cəmiyyət üçün pul yığırlar. İranda da bu istiqamətdə çox güclü iş qurublar və bu ölkədə öz milli cəmiyyətlərinə inam böyükdür. Biz də insanların inamını bərpa etməyə çalışırıq. MDB məkanında yeganə şəxsəm ki, cəmiyyətə könüllü surətdə rəhbərlik edirəm. 1995 - ci ildən bu vəzifədə çalışıram. Amma maaş almıram. Bu fikirdəyəm ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi mərhəmətdir. Bizim Hacı Zeynalabdin kimi nümunələrimiz var. - Gələcək planlarınız barədə nə deyə bilərsiniz? - Rayonlarda olan bölmələrlə işimizi daha mükəmməl şəkildə qurmağa çalışırıq. Cəmiyyətin büdcəsini möhkəmləndirmək istiqamətində də işlər görürük. Sonda "Ailə həkimi" jurnalına da uğurlar arzulayıram. "Ailə həkimi"nin peşəkar və uğurlu bir nəşr olacağına inanıram.

Gülnar Mayisqızı


29


30 KEÇİLƏRDƏN İNSULİN VƏ XƏRÇƏNG ƏLEYHİNƏ DƏRMAN ALINACAQ ABŞ-ın Pensilvaniya Universitetinin alimləri transgen yolla yetişdirilən heyvanlardan ucuz və daha effektli dərmanların alınmasını təklif edirlər. Qeyd edək ki, onlar tədqiqat nətiəcəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələrinə görə, gen mühəndisliyi metodu ilə südündə nadir insulin və xərçəng əleyhinə preparat olan keçilər yetişdirmək mümkündür. Layihə uğurla başa çatsa, keçi südü, sonradan isə inək südü də, ucuz dərman mənbəyinə çevriləcək.

KARLIQ İNTELLEKTİ AZALDIR Çoxsaylı tədqiqatlar təsdiq edib ki, görmə qabiliyyətinin itirilməsi insanların malik olduğu intellekt səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Buradan belə bir sual meydana çıxır - yaşlı insanlarda eştimə qabiliyyətinin azalması onların əqli xüsusiyyətlərinin aşağı düşməsinə də gətirib çıxarırmı? Bu məsələ alman alimləri S. Lehrl və K.Seifer tərəfindən diqqətlə araşdırılıb. Aparılan eksperimentin nəticələri göstərib ki, həqiqətən də müəyyən yaşdan sonra insanın eştimə qabiliyyətinin pisləşməsi onun intellektual imkanlarına mənfi təsir göstərir.

ALİMLƏR LABORATORİYA ŞƏRAİTİNDƏ ÜRƏK HÜCEYRƏLƏRİNİN 3 FORMASINI YARADIBLAR BBS radiostansiyasının yaydığı xəbərə görə, alimlər embrional gövdə hüceyrələrindən insanın ürək hüceyrələrinin 3 tipini yatarmağa nail olublar. Həmin hüceyrələr ürək xəstəliyi olan siçanlara yerləşdirilib ki, bundan sonra gəmiricilərin ürək fəaliyyəti xeyli yaxşılaşıb. Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub. Bu hüceyrələrin əldə olunması üçün alimlər embrional gövdə hüceyrələrinə onların inkişafını sürətləndirən xüsusi molekul daxil edilblər. Böyük Britaniyanın Ürək Təşkilatının nümayəndəsi həkim Ceremi Personun fikrincə, bununla da alimlər gövdə hüceyrələrindən istifadə etməklə, ürək tutmalarından sonra baş verən zədələnmələri müalicə etməyə bir addım da yaxınlaşıblar.

BRİTANİYA XƏSƏTXANALARINDA ROBOTLAR ƏMƏLİYYAT KEÇİRİR Britaniya xəstəxanalarında yeni işçilər- robotlar peyda olub. Robotlar xəstəxanalarda nəinki çətin olmayan işlərə baş qoşur, hətta cərrahiyyə əməliyyatları da həyata keçirirlər. Londonun Müqəddəs Mariya hospitalının personalı xəstəxanada çalışan robotlara «Meri bacı» və «Doktor Robbi» adını veriblər. Onların köməyi ilə həkimlər dünyanın istənilən nöqtəsindən öz xəstələrini yoxlamaqla yanaşı, vildeokonfrans da keçirə bilirlər. Başqa ölkədə olan həkim naqilsiz şəbəkə vasitəsilə robotu xəstənin çarpayısına yaxınlaşdırır və beləliklə xəstəni görə, onun analizlərinin və rentgen çəkilişlərinin nəticələri ilə tanış ola bilir. Bu müddət ərzində isə xəstə robotda yerləşdirilən displey vasitəsi ilə həkimini görmək imkanı qazanır. Əlbəttə ki, robotlar həkimləri tamamilə əvəz etməyə qadir deyil, amma klinikanın tibbi personalı bu fikirdədir ki, «yeriyən maşınlar» həkimlərin məkan problemini həll etməklə, onları vaxt itksindən və fiziki yorğunluqdan qurtarır. Londonun başqa bir xəstəxanasında isə robotlar daha böyük məsuliyyətin altına giriblər. Bu xəstəxanada da Vinçi adlı robot böyrək əməliyyatı keçirməyə də nail olub. Da Vinçi öz böyrəyini xəstə sevgilisinə vermək qərarına gələn 55 yaşlı donor qadının böyrəyini çıxarıb. Əlbəttə ki, ona bu işdə həkimlər də yardım göstərib. Qeyd edək ki, xəstəxanalarda çalışan bir belə robotun qiyməti 1 milyon funt sterlinqə və ya 1,839 milyon dollara bərabərdir.


22

or bağırsaq faydalı orqandır - desək, çox güman ki, təpki ilə qarışılaşarıq. Çünki bizim bu orqanla bağlı təsəvvürümüz «problemdən başqa bir şey deyil, kəsdir, canını qurtar» kimi formalaşıb. Məsələ burasındadır ki, əksər hallarda cərrahlarda müəyyən şübhə yaranan kimi faydasız olduğunu əsas gətirib, onu ləğv edirlər. Amma son dövrlər uzun illər formalaşmış bu təsəvvürləri dağıdan arqumentlər meydana çıxıb. Bu barədə bir qədər sonra. Hələliksə, adı hamıya bəlli olan kor bağırsağın hansı səbəblərdən problemə çevrildiyini diqqətə çatdırmağa çalışacağıq. Appendiksin iltihabı (kəskin appendisit) adətən, qarının yuxarı nahiyəsində kəskin fasiləsiz ağrı ilə müşayiət olunur. Sonradan ağrı aşağı və sağ tərəflərə,

həmçinin, göbək nahiyəsinə enir. Bundan başqa bel və anus nahiyələrinə də yayıla bilər. Qeyd edək ki, ağrı sol böyrü üstə uzandıqda, daha da güclənir. Bu vəziyyətdə, adətən, ürək bulanma, qusma, ağızda quruluq, nəzərə çarpan halsızlıq əmələ gəlir, bədəndə hərarət artır. Uzun müddət appendisiti əl üsulu ilə müəyyən edirdilər: həkim, qarının aşağı sağ nahiyəsini barmaqları ilə basıb, sonra əlini tez çəkirdi - əgər bu anda ağrı güclənirdisə, qərar birmənalı olurdu - əməliyyat. Halbuki bir çox hallarda səhv diaqnoz qoyulurdu. Həkimlər riskə gedərək, hesab edirdilər ki, sağlam appendiksi ləğv etmək daha yaxşıdır. Bu gün həkimlərin sərəncamında daha etibarlı diaqnostika üsulları mövcuddur:

- Rentgenoqrafiya-appendiks dəliyini tutmuş nəcis daşını aşkar edir; - Ultrasəs müayinə isə çıxıntıda gedən qalınlaşma, şişkinlik və iltihab proseslərini göstərir; - Kompüter tomoqrafiyası böyümüş çıxıntının, dəyişmiş bağırsaq və periton toxumasının əksini verir; - Laparoskopiya qarın boşluğuna baxışa imkan verir. Appendisit cərrahi müdaxilə tələb edir, çünki, o, asanlıqla irinli və ya xroniki formaya keçə bilər. Xroniki forma mötədil xarakterli ağrılar ilə seçilir, qəfil iltihablaşma təhlükəsi daşımır, ona görə də planlı surətdə əməliyyat olunur. İrinli forma zamanı isə qarın nahiyəsindəki ağrılar dözülməz olur. Hətta əməliyyatın bir gün gecikməsi peritonitə -


23


24 peritonun iltihabına (qarın boşluğunun daxili səthini, eləcə də, orada yerləşən bütün orqanları bürüyən qişanın) gətirib çıxarır. Peritonit çox təhlükəlidir və cərrahi müdaxiləsiz, o, həqiqətən də, 2-5 gün ərzində appendiksin cırılması ilə nəticələnə bilər. Peritoniti daha çox kəskin vəziyyətlər törədir: - Qarın boşluğunun (kəskin appendisit, xolesistit, pankreatit), cinsiyyət orqanlarının (vaginit, bakterial vaginoz, adneksit, kadidoz) iltihab xəstəlikləri; - Qarın boşluğu orqanlarının deşilməsi (daha çox mədə və on iki barmaq bağırsaq); - Deşib keçən yaralar. Hazırda iki əməliyyat metodikasından istifadə olunur. Klassik əməliyyat 15-20 dəqiqə ərzində ümumi narkoz və ya yerli anesteziya altında aparılılr. Həkim qarın divarının sağ tərəfində kəsik edir, appendiksin əsasını və ucunu aşkar edərək, onu ləğv edir. Endoskopiya zamanı isə qarın divarında üç dəilk açılır və endoskop vasitəsi ilə iltihablı çıxıntı xaric edilir. Bu zaman cərrah əməliyyatın gedişatını televizor ekranında müşahidə edir. Bu üsul bir sıra danılmaz üstünlüklərə malikdir. İlk növbədə, əməliyyatdansonrakı ağrı sindromu azalır. İkincisi, sağalma daha tez baş verir. Üçüncüsü, qadınlar üçün daha vacib olanı, kobud çapıq qalmır. Təbii olaraq, sual yaranır, həkimə qədər əzab verən ağrılardan necə yaxa qurtarmaq olar? Həkimlər bunu birmənalı şəkildə yolverilməz adlandırırlar. Onlar hesab edirlər ki, ağrıkəsicilər xəstəliyin təsvirini dəyişə və ya tamamilə poza bilər. Bu zaman diaqnoz qoymaq çox çətin olur. Ona görə də, appendisitin ilk əlamətləri aşkarlanan kimi fikirləşmədən həkim çağırın! Həkim gələnə kimi hər hansı qida, su qəbul etmək olmaz.

Ağrıyan yerə isti əşya qoymaq da tövsiyə edilmir. Çünki bu, çıxıntının cırılmasına gətirib çıxara bilər. İcazə verilən yeganə hərəkət - qarın nahiyəsinə buz və ya soyuq su ilə doldurulmuş qrelka qoymaqdır. Yeri gəlmişkən, qeyd edək ki, appendiks çox məkrli və aldadıcı orqandır. Appendisitin ilk əlamətlərini kəskin xolesistit və ya böyrək çatışmazlığı ilə səhv salmaq mümkündür. Hətta bağırsaq keçməməzliyi ilə əlaqəli olan zəhərlənmə əlamətləri aşkar edilə bilər: baş ağrıları, ürəkbulanma, yüksək hərarət. Bəzi hallarda isə şiddətli ağrılarla başlayan appendisit sonradan sakitləşir. Amma bu aldadıcı əmin-amanlıqdır. Bir dəfə iltihablaşmış appendiks əməliyyata məhkumdur. Onu da qeyd edək ki, appendisitin ən təhlükəli və ən nadir fəsadı - sepsisdir (qanın zəhərləməsi). Bu vəziyyət zamanı bakteriyalar qana keçərək, orqanizmin digər hissələrinə yayılır. Bəs, kor bağırsağın faydası nədədir? Bu suala amerikalı həkimlər cavab verirlər. Onların araşdırmalarına görə, kor çıxıntı insanın immun sistemində vacib rol oynayır və bağırsaq sisteminin normal işi üçün zəruri olan bakteriyaların əmələ gələn yeridir. Alimlər etiraf edirlər ki, appendisitin baş vermə səbəbləri axıra kimi öyrənilməyib. Belə ki, xəstəlik bir çox hallarda appendiks dəliyinin, kor bağırsaqdan daxil olan qatı selik və ya nəcis kütləsindən ibarət qatın əmələ gəlməsi səbəbindən baş verir. Bəzən də tutulma appendiksin qatlanması, onu qidalandıran damarların trombozu, askaridoz, disbakterioz, qarın nahiyəsində travmalar və çıxıntının limfoid toxumasının şişməsi nəticəsində baş verir. Nigar İlqarqızı


26

«DÜNYANI MƏRHƏMƏT XİLAS EDƏCƏK» Novruz Aslan: «Qızıl Aypara Cəmiyyətinin büdcəsini möhkəmləndirmək istiqamətində işlər görürük»


27

MDB məkanında yeganə şəxsdir ki, Qızıl Aypara Cəmiyyətinə könüllü surətdə rəhbərlik edir. 1995 - ci ildən məvacib almadan bu vəzifədə çalışır. Bu fikirdədir ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi məhz mərhəmətdir. Arzusu Qızıl Aypara Cəmiyyətini daha da güclü bir təşkilata çevirməkdir. Onunla müxtəlif istiqamətlər, sahələr üzrə söhbət etmək mümkündür. Musiqidən, ictimai-siyasi proseslərdən və s. Amma biz bəstəkar, millət vəkili Novruz Aslanla rəhbərlik etdiyi Qızıl Aypara Cəmiyyətindən, cəmiyyətin gördüyü və görəcəyi işlərdən danışdıq. Söhbətə isə bu nəcib işin tarixi ilə körpü saldıq. - Bu hərəkatın əsası isveçrəli tacirin yazdığı kitabla qoyulub. Kitabın yazılmasına səbəb olan hadisə isə 1859-cu ildə 40 min insan itkisi ilə nəticələnən "Solferina döyüşü"dür (AvstriyaFransa müharibəsi-red). Kitabın müəllifi Anri Düna həmin döyüşün şahidi olub və burada baş verən dəhşətləri öz gözləri ilə görüb. Bundan təsirlənən tacir ətrafda yaşayan mülki şəxsləri başına toplayaraq, döyüş meydanında

köməksiz qalan yaralılara yardım edib. İsveçrəyə qayıdandan sonra isə şahidi olduğu hadisələrlə bağlı kitab yazmaq qərarına gəlib. Kitab "Solferina haqqında düşüncələrim" adlanır. Kitabda şahidi olduğu hadisələrlə bərabər müharibənin aclıq, səfalət yaratdığını qeyd edən Anri Düna kitabı tamamladıqdan sonra dünyanın müxtəlif ölkələrində yaşayan zəngin adamlara göndərir. "Solferina haqqında düşüncələrim" bir qədər də çağırış formasında yazılmışdı. Dünyada baş verən müharibələrin törətdiyi fəsadlardan bəhs edən müəllif cəmiyyəti həmin fəsadların nəticələrini aradan qaldırmağa çağırırdı. Doğrudan da Anri Dünanın bu çağırışı yaxşı effekt verdi və dünyanın zəngin adamları ona cavab məktubları göndərdilər. Nəhayət, 1863 ildə Anri Dünanın ideyası gerçəkləşdi və Qırmızı Xaç Komitəsi yaradıldı. Komitənin əsas məqsədi müharibə qurbanlarına, yaralılara, maddi və mənəvi, həmçinin hüquqi cəhətdən yardım etməkdən ibarət idi. - Bəs, Azərbaycan bu hərəkata nə vaxt qoşuldu? - Azərbaycan bu hərəkata 1920-ci ildə, Azərbaycan Demokratik Respublikası (ADR) süquta uğramazdan bir qədər əvvəl qoşuldu. Belə ki, 1920-ci il mart ayının 10-da ADR-in müdafiə naziri əvəzi, general-leytenant Əliağa Şıxlinskinin və Fətəli Xan Xoyskinin təşəbbüsü ilə Azərbaycanda Qızıl Aypara Cəmiyyəti təsis edildi. Bəzi məlumatlara görə, belə bir cəmiyyət 1920-ci ildən əvvəl də mövcud olub və ayrı-ayrı adamlar tərəfindən idarə edilirmiş. Sadəcə, Əliağa Şıxlinski və Fətəli Xan Xoyski mart ayının 10da belə bir təşəbbüslə çıxış etdiklərindən Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi də həmin dövrdən hesablanır. Onu da deyim ki, Əliağa Şıxlinskinin həyat yoldaşı Nigar Şıxlinskaya

Birinci Dünya Müharibəsi zamanı şəfqət bacısı kimi hərbi xəstəxanalarda yaralılara qulluq edib və məhz bu qadın Azərbaycan Qızıl Aypara Cəmiyyətinin "Şəfqət xidməti"nin banisi olub. - Səhv etmirəmsə, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin yaranma tarixi rəsmiləşdirildi. - İndiyə qədər də 10 mart Qızıl Aypara Cəmiyyətinin yaranma günü kimi qeyd edilirdi. Bu yaxınlarda isə möhtərəm prezidentimiz bu tarixi hadisəni rəsmiləşdirdi. Məlum olduğu kimi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti Sovet dövründə müstəqil deyildi. Və beynəlxalq aləmdə tanınmırdı. Sovet hökuməti dağılandan sonra Qızıl Aypara Cəmiyyəti də öz müstəqilliyini elan etdi. Amma işlər rəvan getmirdi. Bir tərəfdən ermənilərin təcavüzü, bir milyon insanın yerindən-yurdundan didərgin düşməsi, digər tərəfdən cəmiyyətin heç bir hüquqi bazasının olmaması, beynəlxalq aləmdə tanınmaması, bütövlükdə, ölkədəki gərgin vəziyyət cəmiyyətin inkişafı üçün böyük problemlər yaradırdı. Belə bir şəraitdə ümummilli liderimiz Heydər Əliyev məsələ qaldırdı, diqqət göstərdi və Milli Məclis Qızıl Aypara Cəmiyyətinin rəsmi olaraq Dövlət tərəfindən tanınması haqqında qərar verdi. Bu qərar bizə 1995-ci ildə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən Cenevrədə rəsmi şəkildə tanınmağımıza əsas verdi. - Müstəqil Azərbaycanın Qızıl Aypara Cəmiyyətini Sovet dövründəki cəmiyyətlə müqayisə edəndə hansı mənzərə yaranır? - Qeyd edim ki, keçmiş SSRİ dönəmində Qızıl Aypara Cəmiyyəti yüksək səviyyədə təşkil olunmuşdu. Böyük layihələr həyata keçirilirdi. Ən əsası isə cəmiyyətin maliyyə bazası var idi.


28 Təsəvvür edin ki, dövlət büdcəsinin 1 faizi cəmiyyətin hesabına keçirilirdi. Cəmiyyətin tibb ocaqları, klinikaları, digər müəssisələri vardı. Amma müstəqilliymizin ilk illərində cəmiyyət çətin günlər yaşayıb. Müəyyən qüvvələr cəmiyyəti nüfuzdan salmağa çalışırdı. Bəzi mətbu orqanlarda ünvanımıza təhqirlər yazmaqdan belə çəkinmirdilər. Amma ulu öndərimiz Heydər Əliyevin diqqəti sayəsində bu çətinliklər aradan qalxdı və 1999-cu ildə biz öz strategiyamızı müəyyən etdik. Üç il ərzində cəmiyyəti dirçəldə bildik. Artıq Azərbaycan Qızıl Aypara Cəmiyyəti ən inkişaf etmiş cəmiyyətlər sırasındadır. Məsələn, Türkiyə Qızıl Ay Cəmiyyətinin böyük maddi-texniki bazası olsa da, könüllülük sahəsində bizdən bir çox şey öyrənir. - Qızıl Aypara Cəmiyyəti haqqında qanun da qəbul edilib. Bu sizə hansı imkanlar yaradır? - 2000-ci ilə qədər bizim cəmiyyət də bir çox cəmiyyətlər kimi beynəlxalq donorlar tərəfindən maliyyələşdirilirdi. Müvafiq proqramlar həyata keçirirdik. Təbii ki, bu proqramlarda insanlar çalışaraq, məvacib alırdılar. 2000ci ildə bu proqramlar dayandırıldı. Yüksək səviyyədə treninqlər keçən, beynəlxalq konfranslarda iştirak edən, yaxşı vərdişlər əldə edən insanları itirmək təhlükəsi ilə üzləşdik. Problemin qarşısını almaq üçün Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü, möhtərəm prezidentimizə müraciət etdik. O da bizim müraciətimizi nəzərə alaraq, qanunvericilik təşəbbüsü ilə çıxış etdi. Ardınca prezidentin imzası ilə qanun layihəsi hazırlanıb, Milli Məclisə göndərildi. Milli Məclis də üçüncü oxunuşda Qızıl Aypara Cəmiyyəti haqqında qanunu qəbul etdi. Bu qanun imkan verdi ki, cəmiyyətə və burada çalışan

insanlara dövlət tərəfindən maliyyə ayrılsın. - Başqa qurumlarla əməkdaşlığınız hansı səviyyədədir? - Açığı əvvəlki dönəmlərdə Qızıl Aypara Cəmiyyəti ilə dövlət strukturları arasında əməkdaşlıq sıfır vəziyyətində olub. Biz bu problemi aradan qaldırmaq üçün qarşımıza məqsəd qoyduq. Fövqəladə Hallar Nazirliyi (FHN) yaranan kimi onlarla əməkdaşlıq memorandumu imzaladıq. Bir çox məsələləri dəqiqləşdirdik. Məsələ burasındadır ki, fövqəladə hal baş verən zaman biz təkrarçılığa yol verirdik, FHN də həmin işi görürdü, biz də. İndi biz nə iş görəcəyimizi müəyyənləşdirmişik. - Hansı işləri görürsünüz? - Bizim üzərimizə düşən vəzifə ilkin yardımdır. Yəni imkanımız daxilində zərərçəkənləri məişət avadanlığı ilə təmin edirik, evi olmayanlar üçün çadır qururuq, ərzaq alırıq və s. Bəzi hallarda zərərçəkənlərə maddi və psixoloji yardım da etməyə çalışırıq. Yəni, bizim əsas hədəfimiz insanlar və insanlığa yardım etməkdir. Ötən ilə qədər Səhiyyə Nazirliyi ilə əməkdaşlıq memorandumunun olmaması bizə xarici donorlarla iş birliyi qurmaqda bir çox problemlər yaradırdı. 2007-ci ilin dekabr ayında Səhiyyə Nazirliyi ilə əməkdaşlıq memorandumu imzaladıq. Artıq ortada konkret işlər də var. Bu yaxınlarda Fransa tərfindən bizə verilən və Mingəçevir şəhərində quraşdırılması nəzərdə tutulan exokordeoqrammanı, həmçinin İsmayıllı rayonu üçün nəzərdə tutulan diş kabineti avadanlıqlarını Səhiyyə Nazirliyinə verəcəyik. - Beynəlxalq təşkilatlarla iş birliyi necə qurulur? - Beynəlxalq sferada çox böyük əlaqələrimiz var. Biz uzun illərdir ki, Norveç Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq edirik

və müxtəlif proqramlar həyata keçiririk. Bunlar donorluqla və QİÇS-ə qarşı mübarizə ilə bağlı proqramlardır. Bundan başqa vərəm problemi ilə məşğuluq. Həbsdən buraxılan xəstə insanlara tibbi yardımla bağlı da işlər görürük. - Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin maliyyə durumu necədir? - 1999-cu ilə qədər cəmiyyətimizin on beşə qədər beynəlxalq donoru var idisə, bu gün cəmi biri Norveç qalıb. Bu mənada ən böyük problemimiz maliyyə problemidir. Bununla əlaqədar olaraq strategiya müəyyən etmişik. Xarici təcrübədən də istifadə etmək fikrindəyik. Qeyd edim ki, Türkiyədə mineral sulardan gələn gəlirin bir hissəsi Qızıl Ay Cəmiyyətinin büdcəsinə keçir. Norveçdə isə könüllülər çox fəaldırlar, onlar hətta qapı-qapı düşüb, cəmiyyət üçün pul yığırlar. İranda da bu istiqamətdə çox güclü iş qurublar və bu ölkədə öz milli cəmiyyətlərinə inam böyükdür. Biz də insanların inamını bərpa etməyə çalışırıq. MDB məkanında yeganə şəxsəm ki, cəmiyyətə könüllü surətdə rəhbərlik edirəm. 1995 - ci ildən bu vəzifədə çalışıram. Amma maaş almıram. Bu fikirdəyəm ki, dünyanı gözəllik yox, mərhəmət xilas edəcək. İnsanlığın əsas ştrixi mərhəmətdir. Bizim Hacı Zeynalabdin kimi nümunələrimiz var. - Gələcək planlarınız barədə nə deyə bilərsiniz? - Rayonlarda olan bölmələrlə işimizi daha mükəmməl şəkildə qurmağa çalışırıq. Cəmiyyətin büdcəsini möhkəmləndirmək istiqamətində də işlər görürük. Sonda "Ailə həkimi" jurnalına da uğurlar arzulayıram. "Ailə həkimi"nin peşəkar və uğurlu bir nəşr olacağına inanıram.

Gülnar Mayisqızı


29


30 KEÇİLƏRDƏN İNSULİN VƏ XƏRÇƏNG ƏLEYHİNƏ DƏRMAN ALINACAQ ABŞ-ın Pensilvaniya Universitetinin alimləri transgen yolla yetişdirilən heyvanlardan ucuz və daha effektli dərmanların alınmasını təklif edirlər. Qeyd edək ki, onlar tədqiqat nətiəcəsində bu qənaətə gəliblər. Tədqiqatın nəticələrinə görə, gen mühəndisliyi metodu ilə südündə nadir insulin və xərçəng əleyhinə preparat olan keçilər yetişdirmək mümkündür. Layihə uğurla başa çatsa, keçi südü, sonradan isə inək südü də, ucuz dərman mənbəyinə çevriləcək.

KARLIQ İNTELLEKTİ AZALDIR Çoxsaylı tədqiqatlar təsdiq edib ki, görmə qabiliyyətinin itirilməsi insanların malik olduğu intellekt səviyyəsinin aşağı düşməsi ilə nəticələnir. Buradan belə bir sual meydana çıxır - yaşlı insanlarda eştimə qabiliyyətinin azalması onların əqli xüsusiyyətlərinin aşağı düşməsinə də gətirib çıxarırmı? Bu məsələ alman alimləri S. Lehrl və K.Seifer tərəfindən diqqətlə araşdırılıb. Aparılan eksperimentin nəticələri göstərib ki, həqiqətən də müəyyən yaşdan sonra insanın eştimə qabiliyyətinin pisləşməsi onun intellektual imkanlarına mənfi təsir göstərir.

ALİMLƏR LABORATORİYA ŞƏRAİTİNDƏ ÜRƏK HÜCEYRƏLƏRİNİN 3 FORMASINI YARADIBLAR BBS radiostansiyasının yaydığı xəbərə görə, alimlər embrional gövdə hüceyrələrindən insanın ürək hüceyrələrinin 3 tipini yatarmağa nail olublar. Həmin hüceyrələr ürək xəstəliyi olan siçanlara yerləşdirilib ki, bundan sonra gəmiricilərin ürək fəaliyyəti xeyli yaxşılaşıb. Tədqiqatın nəticələri Nature jurnalında dərc olunub. Bu hüceyrələrin əldə olunması üçün alimlər embrional gövdə hüceyrələrinə onların inkişafını sürətləndirən xüsusi molekul daxil edilblər. Böyük Britaniyanın Ürək Təşkilatının nümayəndəsi həkim Ceremi Personun fikrincə, bununla da alimlər gövdə hüceyrələrindən istifadə etməklə, ürək tutmalarından sonra baş verən zədələnmələri müalicə etməyə bir addım da yaxınlaşıblar.

BRİTANİYA XƏSƏTXANALARINDA ROBOTLAR ƏMƏLİYYAT KEÇİRİR Britaniya xəstəxanalarında yeni işçilər- robotlar peyda olub. Robotlar xəstəxanalarda nəinki çətin olmayan işlərə baş qoşur, hətta cərrahiyyə əməliyyatları da həyata keçirirlər. Londonun Müqəddəs Mariya hospitalının personalı xəstəxanada çalışan robotlara «Meri bacı» və «Doktor Robbi» adını veriblər. Onların köməyi ilə həkimlər dünyanın istənilən nöqtəsindən öz xəstələrini yoxlamaqla yanaşı, vildeokonfrans da keçirə bilirlər. Başqa ölkədə olan həkim naqilsiz şəbəkə vasitəsilə robotu xəstənin çarpayısına yaxınlaşdırır və beləliklə xəstəni görə, onun analizlərinin və rentgen çəkilişlərinin nəticələri ilə tanış ola bilir. Bu müddət ərzində isə xəstə robotda yerləşdirilən displey vasitəsi ilə həkimini görmək imkanı qazanır. Əlbəttə ki, robotlar həkimləri tamamilə əvəz etməyə qadir deyil, amma klinikanın tibbi personalı bu fikirdədir ki, «yeriyən maşınlar» həkimlərin məkan problemini həll etməklə, onları vaxt itksindən və fiziki yorğunluqdan qurtarır. Londonun başqa bir xəstəxanasında isə robotlar daha böyük məsuliyyətin altına giriblər. Bu xəstəxanada da Vinçi adlı robot böyrək əməliyyatı keçirməyə də nail olub. Da Vinçi öz böyrəyini xəstə sevgilisinə vermək qərarına gələn 55 yaşlı donor qadının böyrəyini çıxarıb. Əlbəttə ki, ona bu işdə həkimlər də yardım göstərib. Qeyd edək ki, xəstəxanalarda çalışan bir belə robotun qiyməti 1 milyon funt sterlinqə və ya 1,839 milyon dollara bərabərdir.


41


42


43 İdmanla məşğul olan uşağın əzələləri və daxili orqanları proporsional şəkildə formalaşır. Şəxsiyyətin hərtərəfli inkişafında, tərbiyə olunmasında idmanın unikal imkanları barədə hələ dahi yunan alimləri - filosoflar Sokrat, Platon, Aristotel və s. qeydlər ediblər. Onlar əsərlərində mənəvi və fiziki kamilliyin harmonik vəhdətindən danışıblar. İdmanın uşaq orqanizmi üçün də nə qədər vacib olması haqda yəqin ki, geniş danışmağa ehtiyac yoxdur. Bütün valideynlər bunu bu və ya digər şəkildə bilir və dərk edir. Amma onu gerçəkləşdirməyin yolları və idmanın insan orqanizminə hansı təsirlər göstərdiyi hamıya bəlli deyil. Bu yazıda adını çəkdiyimiz mövzuda söhbət açacağıq. Hərəkət uşağın həyatında fiziki inkişafın əsas amili hesab olunur. Fiziki inkişafın həmahəngliyi isə sağlamlığın vacib göstəricilərindən biridir. Uşaq və yeniyetmə yaşlarında fiziki hərəkətlərlə müntəzəm məşğul olmaq skeletin, əzələlərin və daxili orqanların proporsional formalaşmasını təmin edir. Bundan başqa qamət pozğunluqlarının, skoliozların, yastı pəncəliyin, yeniyetmə-akseleratlarda müşahidə olunan bədən ölçülərinin tez inkişafı və daxili orqanların yetkinliyi arasındakı natarazlığın qarşısını almaq üçün vacibdir. İdman sinir sistemi və psixikanın müvazinətini artırmaq, yeniyetmə dövrünə xas olan yüksək qıcıqlanma, cinsi yetkinlik dövrü çətinliklərinin öhdəsindən gəlməkdə də böyük rol oynayır. İdmanla müntəzəm məşğul olan uşaq və yeniyetmələrdə nəinki bütün fiziki inkişaf parametrləri yüksək olur, hətta sinir və ürək-damar sistemi, tənəffüs aparatı normal işləyir, orqanizmin yorğunluğa müqaviməti əhəmiyyətli dərəcədə artır. Müntəzəm bədən tərbiyəsi ilə məşğul olmaq soyuqdəymələrin tezliyini də aşağı salır. Bundan başqa idmançılarda xəstəlik, adətən, yüngül formada keçir.

Belə bir fikir mövcuddur ki, bədən tərbiyəsi sağlamlığı möhkəmləndirsə də, ağır yüklərlə həyata keçirilən idman orqanizmə ziyan vurur. Əslində bu, belə deyil. Məsələ burasındadır ki, bədən tərbiyəsi və idmanın orqanizmə təsiri əsasında eyni mexanizm durur qıcıqlandırıcı (fiziki yük) və orqanizmin onu qavramaq qabiliyyətini şərtləndirən funksional imkanlar gücünün qarşılıqlı təsiri. Fiziki məşqlərin insan sağlamlığına təsirini təyin edən həlledici amil isə yükün ağırlığı deyil, onun orqanizmin imkanlarına, funksional hazırlıq və təlimlənmə səviyyəsinə uyğunluğudur. Belə uyğunluq olduqda, hətta ən ağır yüklər orqanizmə zədələyici amil kimi xidmət etmir. Yük orqanizmin imkanlarına uyğun deyilsə, hətta nisbətən çox olmayan həcm və intensivlikdə belə o, sağlamlıq üçün təhlükəli ola bilər. Onu da qeyd edək ki, bədən tərbiyəsi ilə məşğul olmaq uşaq üçün həyatının ilk aylarından zəruridirsə (məsələn, gimnastika, massaj), müxtəlif idman növlərinə keçidlə bağlı xüsusi yaş normaları mövcuddur. Məsələn, - ibtidai hazırlıq - 6-9 yaş - ilkin idman ixtisaslaşması 10-12 yaş - seçilmiş idman növündə dərinləşdirilmiş məşqlər - 13-15 yaş - idman təkmilləşdirilməsi - 16 və yuxarı yaşlar üçün nəzərdə tutulub.

Bu mövzuda danışarkən idman növünü necə seçmək olar sualını da cavablandırmaq lazım gəlir. Təcrübə göstərir ki, adətən, bu seçimi əsasən valideynlər aparır. Amma mütəxəssislər bildirirlər ki, bu məsələdə uşağın arzusunu nəzərə almaq zəruridir. Çünki valideynlərin əsas vəzifəsi övladını məşhur idmançı etmək deyil (bu alına da bilər, alınmaya da), harmonik inkişaf etmiş insan böyütməkdir. Ona görə də idman növünü seçməzdən və məşqlərə başlamazdan əvvəl pediatrla məsləhətləşmək vacibdir. Uşaq hər hansı xroniki xəstəlik səbəbindən dispanser qeydiyyatındadırsa, mütəxəssis məsləhəti zəruridir (nevropatoloq, oftalmoloq, pulmonoloq və s.). Sonda onu da qeyd edək ki, idmanla məşğul olan övladınız çempion olmasa da, fiziki tərbiyə alacaq, deməli, sağlam insan olacaq, qarşısına məqsəd qoymağı və ona çatmağı bacaracaq, özündə iradə, qətiyyət, cəsarət kimi keyfiyyətlər tərbiyə edəcəkdir ki, bunlar da ona həyat yolunda uğur gətirəcək. Xəyalə Mustafayeva


44

KİŞİLƏRDƏ ORTA YAŞIN «FƏSADLARI» işilərin orta yaş sindromunu rahat keçə bilmələri üçün əsas yük qadınların üzərinə düşür. Xanımlar bu dövrdə həyat yoldaşlarına dəstək olmalı, onların ruh düşkünlüyünə düçar olmasına imkan verməməlidirlər. Mütəxəssislər bildirirlər ki, orta yaşa çatan kişilərdə qəflətən baş verən kəskin dəyişikliklər zamanı qadınlar qorxmamalıdır. Əksinə, həyat yoldaşının bu sindromu asanlıqla keçirməsinə yardımçı olmalıdır. İstər-istəməz sual yaranır, bəs, kişilərin orta yaş sindromuna düşdüyünü necə müəyyən etmək olar? Mütəxəssislər qadınlara aşağıdakı tövsiyələri verirlər. - Əvvəllər işindən və həyatından razı olan kişi birdən-birə həyatının nə qədər darıxdırıcı və maraqsız olduğundan şikayət etməyə başlayırsa, deməli, bu orta yaş sindoromu ilə əlaqədardır. Mütəxəssislər bildirirlər ki, kişilərin bu psixoloji halına ciddi yanaşmaq lazımdır. Onların problemləri ilə maraqlanıb, dərdlərini bölüşmək ən uğurlu vasitədir. - Son zamanlar onu yoldan keçən hər xanıma diqqət yetirərkən tutursunuz? Onun telefonuna tanımadığınız qadınlardan zənglər gəlməyə başlayır? Bu

sualların cavabı müsbətdirsə, onda ərinizin sizi aldatmaq ehtimalı böyükdür. - Psixoloqların sözlərinə görə, həyat yoldaşını sevən, xəyanəti ağlından keçirməyən kişilər belə orta yaş sindromuna düçar olduqda, ətrafdakı qadınlara alıcı gözü ilə baxmaqdan özlərini çəkindirə bilmirlər. - Həyat yoldaşınız son zamanlar işi ilə maraqlanmır və pulunu sağa-sola xərcləyir. Məsələn, uzun illər almaq istədiyi avtomobili borcla da olsa almağa qərar verir. Bu, kəsinliklə orta yaş sindromudur. - Uzun illər birgə yaşadığınız kişidə son günlər qəribəliklər müşahidə edirsiniz. Artıq onu tanımaqda çətinlik çəkirsiniz. Xarici görkəmi də həddən artıq dəyişib. Əgər güzgünün qarşısından çəkilmir və özünə tez-tez müxtəlif tərzdə paltarlar alırsa, bu da onun orta yaş sindromuna düçar olduğunun güclü bir göstəricisidir. Əgər xarici görkəmi ilə bağlı sizin də fikirlərinizi soruşursa, bu zaman qorxmağa o qədər də ehtiyac yoxdur. Onunla birlikdə alış-verişə getməklə, ona yeni paltarlar hədiyyə etməklə, həyat yoldaşınızın özünü yaxşı hiss etməsinə kömək edə bilərsiniz. Ancaq əgər sizin düşüncələriniz onun üçün əhəmiyyət kəsb etmirsə, xarici görkəmi, geyimi haqqında bir söz

söylədiyinizdə aqressiya ilə qarşılayırsa, sizi aldatmaq ehtimalı həddən artıqdır. - Vaxtının çox hissəsini sizinlə deyil, başqaları ilə keçirmək ona xoşdur. Hətta intim həyatınız da əvvəlki kimi deyil. Belə olan halda çalışın vaxtınızın çox hissəsini həyat yoldaşınıza həsr edəsiniz. Ona nəvazişlə, səbrlə, hörmətlə yanaşın. - Mütəxəssislər orta yaş sindromu yaşayan kişilərlə ünsiyyət qurmağın, onların problemləri ilə yaxından maraqlanmağın ən böyük kömək olduğunu bildirirlər. 1769 kişinin və 1913 qadının 10 illik həyatını araşdıran alimlər bu nəticəyə gəliblər ki, heç bir yerdə işləməyən evdə oturmağa üstünlük verən kişilər işləyən həmcinslərindən daha az yaşayır. Bundan başqa maddi gəliri az olan kişilərin də az yaşadığı, həmçinin, ürək xəstəlikləri ilə daha çox qarşılaşdığı üzə çıxıb. Araşdırmalar nəticəsində o da bəlli olub ki, dul və ya həyat yoldaşlarından ayrılan kişilərin ölüm riski evli kişilərə nisbətən daha yüksəkdir. Mütəxəssislər bildirirlər ki, evlilik daha uzun yaşamaq istəyənlər üçün əsl dərmandır. Aytac Rafiqqızı


45


46

DƏRİNİZİN TEZ QIRIŞMAMASI ÜÇÜN… Alimlərin araşdırmalarına görə, üz dərisinin gənc qalmasında ən vacib amillərdən biri C vitaminidir. Belə ki, gün ərzində qida rasionunda təzə meyvə və tərəvəzdən çox istifadə edən insanlar sağlam və gənc üz dərisinə qovuşa bilərlər. Hər bir insan gün ərzində ən azı 300-500 ml. miqdarında C vitamini qəbul etməlidir.


47 Siqaret çəkən insanların üz dərisi ilə bağlı daha çox problem yaşadıqlarını bildirən mütəxəssislər onların C vitamininə daha çox ehtiyacı olduqlarını vurğulayırlar. Nikotinin təsiri ilə tez qırışan dərini yetərli miqdarda C vitamini qəbul etməklə gəncləşdirmək olar.

GÖZƏL VƏ GÜMRAH OLMAQ İSTƏYİRSİNİZSƏ… Gözəlləşmək üçün sirkədən istifadə etmək ağlınıza gələrdimi? Mütəxəssislər bal və qatıqdan fərqli olaraq, üz dərisinin gözəl görünməsi üçün sirkənin daha faydalı olduğunu bildirirlər. Siz də hər zaman gözəl görünən üz dərisinə sahib olmaq istəyirsinizsə, bir çay qaşığı sirkəni bir stəkan suya töküb, üzünüzü onunla yuyun. Eyni zamanda 3-4 xörək qaşığı sirkə əlavə olunmuş suda 10-15 dəqiqə vanna qəbul etsəniz, bədəninizə gümrahlıq və canlılıq gətirmiş olarsınız. Sirkənin başqa xeyri də var. Belə ki, qan dövranını tezləşdirib, dərini nəmləndirir. Antiseptik xüsusiyyətinə görə isə infeksiyaya səbəb ola biləcək bakteriya və virusların çoxalmasının qarşısını alır. Dərinin üst qatındakı artıq yağlılığı azaldır, qabıq verməsi və soyulması hallarını aradan qaldırır.

MEYVƏLƏR TƏKCƏ YEMƏK ÜÇÜN DEYİL… Çiyələk, armud və bir çox başqa meyvələr üz dərisində möcüzələr yaradır. Ev şəraitində də hazırlanması və istifadəsi çox asan olan meyvə maskaları ilə tanış olun:

Çiyələk maskası Bir ovuc çiyələyi şüşə kasanın içərisində püre halına gələnə qədər çəngəllə əzin və üzünüzə çəkin. (Əgər dəriniz qurudursa, pürenin içərisinə bir neçə damcı

badam yağı və ya bir qaşıq süd əlavə edin). 10 dəqiqə saxladıqdan sonra üzünüzü ilıq su ilə yaxalayın. Dəriyə qulluq üçün son dərəcə faydalıdır. Ancaq allergiyası olanlar üçün məsləhət deyil.

Armud maskası Bir ədəd yaxşı yetişmiş armudu şüşə qabda çəngəllə yaxşıca əzin. Qalın lay şəklində üzünüzə çəkin. 15 dəqiqədən sonra üzünüzü yuyun. Armud maskası üz dərisini qidalandırmaq və sərinlətmək üçün ideal bir vasitədir.

Moruq maskası Moruğun tərkibində bol miqdarda A vitamini olduğu üçün üz dəriniz parlaq və yumşaq görünüş qazanacaq. Bir ovuc moruğu şüşə qabda püre halına gələnə qədər əzin. Üzünüzü təmizlədikdən sonra moruq maskasını çəkərək, 10 dəqiqə gözləyin. Daha sonra ilıq su ilə yaxalayın.

Avakado maskası Bir ədəd avakadonun qabığını soyub, çəngəllə əzin. İçinə yarım çay qaşığı bal, bir çay qaşığı alma sirkəsi və bir ədəd yumurta sarısı əlavə edib, yaxşıca qarışdırın. Qarışdırma əsnasında içərisinə üç yemək qaşığı zeytun yağını da yavaş-yavaş əlavə edin. Üzünüzə, boynunuza və sinə bölgəsinə bol miqdarda çəkib, yarım saat gözləyin. Daha sonra həmin yerləri ilıq su ilə yaxalayın. Qırışlar və xüsusilə quru dəri üçün yararlıdır.

CiVZƏLƏRDƏN QURTULUN Hər bir qadın gözəl görünmək istəyir. Xüsusən də yaz və yay aylarında gözəl görünüşə və təmiz üz dərisinə sahib olmaq qadınların arzusudur. Ancaq üz dərisində yaranan civzələr bu gözəlliyə çatmaq yolunda başlıca maneədir. Civzələrin yaranmasına bir çox səbəb təsir göstərir. Müxtəlif xəstəliklərlə yanaşı, yuxusuzluq, stress,

keyfiyyətsiz kosmetik vasitələr, kremlər də civzələrin yaranmasına səbəb ola bilər. Civzələrdən bahalı kosmetik vasitələrin köməyi olmadan da qurtula bilərsiniz. Bunun üçün: • Kiçik bir qazanı yarısına qədər su ilə doldurub, qaz plitəsinin üzərinə qoyun. O, qaynayıb buxar yaradana qədər üzünüzü təmiz yuyun. Su buxarlanmağa başlayanda qazanın üzərinə doğru əyilin və qabaqcadan hazırladığınız bir dəsmalı başınız üstündə tutaraq 10 dəqiqə gözləyin. Bunu mütəmadi şəkildə davam etdirsəniz, civzələrin yaranmasının qarşısını almış olacaqsınız. • Bir xörək qaşığı limon suyuna, bir çay qaşığı darçın əlavə edib, civzələrin üzərinə sürtün. Quruduqdan sonra ilıq su ilə yaxalayın. • Portağal qabığını sürtgəcdən keçirib, yaxşıca əzdikdən sonra civzələrə sürtün. Bir müddət sonra yuyun. • Bir diş sarımsağı iki yerə kəsin və iç hissəsini civzələrin üzərinə sürtün. Bunun mütəmadi edilməsi probleminizi aradan qaldıracaq. • Bərabər miqdarda limon suyu və gül suyunu qarışdıraraq, civzələrin üstünə çəkin. Yarım saat sonra ilıq su ilə yuyun. • Tam yetişmiş pomidoru püre halına salıb, civzəli hissələrə çəkin və bir saat sonra yuyun. • Bir qaşıq sirkəyə bir az duz əlavə edib, civzələrin üzərinə çəkin. Yarım saat sonra ilıq su ilə yuyun. • Bir xiyarı sürtgəcdən keçirərək, püre halına salın. Suyunu sıxdıqdan sonra üzünüzə çəkin. Bu şəkildə həm civzələrdən qurtulacaq, həm də parıltılı üz dərisinə sahib olacaqsınız.


48 Qidalandırıcı maska Lazımdır: Yumurta sarısı və süd Hazırlanması: Bir yumurtanın sarısını və bir xörək qaşığı südü qarışdırın, üzünüzə çəkin. Üzərini tənziflə örtərək, 15 dəqiqə gözləyin. Daha sonra kağız dəsmalla təmizləyib əvvəlcə ilıq, sonra isə soyuq su ilə yuyun. Faydası: Dəriniz qurudursa, bu maskanın sizə çox köməyi dəyəcək. Yumurta sarısı üz dərinizi qidalandırarkən, süd nəmləndirəcək və yumşaqlıq verəcək. Bu maskadan həftədə bir dəfə istifadə etmək kifayətdir.

Qara nöqtələrə son Lazımdır: Limon suyu və qatıq Hazırlanması: Bir kasa qatığa bir limon suyu əlavə edib, qarışdırın. Gözünüzə düşməmək şərtilə maskanı üzünüzə yayın və 15 dəqiqə gözləyin. Üzünüzdə quruyan maskanı ilıq su ilə yaxalayaraq təmizləyin. Faydası: Limon suyu dezinfeksiyaedici xüsusiyyətə malikdir, civzələri qurudur və qara nöqtələrin yox olmasına kömək edir. Qatıq isə dərini qidalandırır və nəmləndirir. Bu maskadan həftədə bir dəfə istifadə etmək olar.

Civzələr üçün gül kələm Lazımdır: Gül kələmi və zeytun yağı Hazırlanması: 8 ədəd gül kələmin yarpağını iki xörək qaşığı zeytun yağı ilə birlikdə xırdalayıcı mikserlə çalın. Qatışığı problemli bölgələrdə daha çox istifadə etməklə üzünüzə çəkin. 10 dəqiqə gözlədikdən sonra ilıq su ilə yuyun. Faydası: Gül kələmin yarpaqlarının təmizləyici funksiyası var. Həftədə bir və ya iki dəfə istifadə edə bilərsiniz.

Qırışlara qarşı maska Lazımdır: Qaymaq və alma Hazırlanması: Bu maskanı hazırlamaq üçün soyulmuş bir alma və üç xörək qaşığı qaymağı mikserlə bir neçə dəqiqə çalmağınız kifayətdir. Maskanı çəkdikdən sonra təmiz parça ilə üzünüzü örtün. Təxminən 10 dəqiqə gözlədikdən sonra maskanı silib, ilıq su ilə üzünüzü yuyun. Faydası: Qaymaq üz dərisini yumşaldır, nəmləndirir və elastiklik verir. Alma isə üz dərisinin diri qalması üçün əhəmiyyətlidir. Həftədə bir dəfə istifadə edin.

Yağlı dərilər üçün Lazımdır: Bal , limon suyu və süd Hazırlanması: Bir fincanın içərisində bir xörək qaşığı balı, bir xörək qaşığı limon suyunu və bir xörək qaşığı südü birlikdə qarışdırın. Maskanı üzünüzə və boyun hissəyə çəkib, quruyana qədər saxlayın. Daha sonra ilıq su ilə yuyun. Faydası: Bal üz dərisini yumşaldır və limon suyunda olan aktiv maddələrin daha yaxşı qəbul edilməsinə kömək edir. Limon suyunda olan bu maddələr isə dərinin yağ nisbətini tarazlayır. 10-15 gündən bir təkrarlaya bilərsiniz.

Kirpikləri uzatmaq üçün Bir armudu stəkan suyu qaynadın. Bir çay qaşığı hind yağı və 12 qram kakao yağını həmin suya əlavə edib, qarışdırın. Daha sonra əldə etdiyiniz maskanı isti su ilə dolu başqa bir qabın içərisinə qoyub krem halına düşənə qədər saxlayın. Soyuduqdan sonra kirpiklərinizin kökündən ucuna qədər sürtün. Bu prosesi 15 gün ərzində yatmazdan əvvəl davam etdirsəniz, uzun kirpiklərə qovuşa bilərsiniz. Bundan başqa bərabər miqdarda hind yağı və badam yağını şüşə qabda qarışdırıb, 15 gün ərzində yatmazdan əvvəl kirpik diblərindən uclarına doğru çəkməklə kirpiklərinizi gurlaşdıra bilərsiniz.

Aytac Rafiqqızı


49

SAÇ NİYƏ TÖKÜLÜR? Mütəxəssislərin araşdırmalarına görə, qadınlar gözəlləşmək üçün bəzən ölüm dietalarına başlayırlar və düzgün olmayan bu dietalar nəticəsində bir çox insan saçları ilə vidalaşmalı olur. Belə ki, düşünülmədən saxlanılan dietalar nəticəsində yaranan qanazlığı saçların gücsüzləşməsinə və sürətli şəkildə tökülməsinə səbəb olur. Vaxtlı-vaxtında və düzgün şəkildə qidalanmaq saç sağlamlığının qorunmasında əsas amillərdəndir.

HAVA, STRESS VƏ SİQARET Saç tökülməsinə düzgün qidalanmamaq və kəskin dietalarla yanaşı, hormonal pozğunluqlar, mövsimi amillər, hava şəraiti, stress də səbəb olur. Mütəxəssislər saç tökülməsinə və gücsüzləşməsinə qarşı mübarizə aparmaq üçün ilk növbədə düzgün qidalanmaq və gigiyenik baxımdan təmiz məkanlarda olmağı məsləhət görürlər. Çox siqaret çəkilən və kimyəvi maddələrin təsirinin güclü olduğu məkanlar saçları gücsüzləşdirir. Həmçinin saçların uzun müddət günəş işığına və dəniz suyuna məruz qalması da onların zəifləməsinə və tökülməsinə səbəb olur. Yay aylarında günəş şüaları altında çox qalanların saçlarını qorumaq üçün kepkadan istifadə etmələri məsləhətdir. Dənizdən çıxan kimi isə duş almaq lazımdır. Yağlı saçları hər gün, quru saçları isə iki gündə bir dəfə yumaq lazımdır, sonda isə saçlar mütləq yaxşı durulanmalıdır. Mütəmadi şəkildə saç diblərinin zeytun yağı ilə massaj edilməsi müsbət effekt verir. Həmçinin saça qulluq vasitələrinin tərkibində zeytun yağının olması da əhəmiyyətlidir. Saçlarının sağlam və tez uzanmasını istəyən hər bir kəs 10 və ya 12 həftədən bir saçının uclarından kəsdirməlidir. Saçların tez uzanması üçün onu qaynadılmış zəncəfil suyu ilə massaj etmək lazımdır. 15 dəqiqə sonra saçları yumaq olar. Saçlara parlaqlıq vermək üçün son durulama suyuna bir xörək qaşığı limon suyu və sirkə əlavə etmək lazımdır.


50 ZƏİF VƏ TÖKÜLƏN SAÇLAR ÜÇÜN Saçın diblərini və uclarını bal və yumurtanın sarısı ilə massaj edin. Başınızda yarım saat saxladıqdan sonra durulayın. İsti zeytun yağı, bal və bir çay qaşığı toz halında darçını qatılaşanadək qarışdırıb, saçlarınızı yumazdan əvvəl 15 dəqiqə massaj edin. Dəfnə, badam və avakado yağlarını eyni miqdarda qarışdırıb, saçınıza çəkin. İki saat gözlədikdən sonra yuyun. Təzə göyərmiş buğda otunu əzib, suyunu çıxarın. Bu suya zeytun yağı əlavə edib, saç diblərinə sürtün. Beləliklə, saçınızın qüvvətli çıxmasına nail olacaqsınız və saçların sürətli şəkildə tökülməsi zəifləyəcək. İki yumurta sarısına bir xörək qaşığı zeytun yağı, bir çay qaşığı qliserin və 2 xörək qaşığı alma sirkəsi əlavə edib, qarışdırın. Bu maskanı saçlarınız yaş olduqda çəkin. 20 dəqiqə gözlədikədn sonra yuyun.

AĞARAN SAÇLAR Qoz qabığını yaxşıca döyüb, püre halına salın. Digər tərəfdən bir ovuc qoz yarpağını yarım litr suda qaynadıb, 20 dəqiqəyədək dəmlənməsini gözləyin. Sonra süzüb, içinə əzilmiş qoz qabığından bir xörək qaşığı əlavə edin. Maskanı saçlarınıza sürtüb, bir saat gözləyin. Bunu həftədə bir dəfə etsəniz, saçınızın rəngi dəyişər, tündləşər.

Təzə qozun qabığını suda qaynadaraq içərisinə qızdırılmış yarım fincan kofe, zeytun yağı və bir çay qaşığı quru maya əlavə edib, 2 saat saçınızda saxlayın. Bir ədəd soğan və 5 diş sarımsağı əzin. Bir yumurta sarısı və bir xörək qaşığı zeytun yağını əlavə edərək krem halına gətirin və saçınıza sürtün. Bir saat gözlədikdən sonra yuyun. Həftədə bir dəfə istifadə edin.

SAÇ DİBLƏRİNİN QAŞINTISI Bir ədəd yumurta sarısı ilə bir xörək qaşığı araq, bir xörək qaşığı hind yağı, bir çay qaşığı duzu qarışdırıb, saç diblərinə sürtün. İki saat gözlədikdən sonra saçlarınızı yuyun.


51


52

MUSİQİ İLƏ MÜALİCƏ tar - zəfəran, nağara - mixək və jenşen, ud - pişikotu, zurna tünd qəhvə kimi təsir göstərir


53 Musiqinin müalicə еtməsi çoxdan bəllidir. 700 il bundan qabaq Azərbaycan alimi Səfiəddin Urməvi (XIII əsr) musiqi nəzəriyyəsi sahəsində traktatlar yazıb: «Şərəfiyyə» və «Musiqi pərdələri haqqında kitab». Urməvinin əsərlərini oxuduqca, biz o uzaq dövrün mеlodiyaları ilə tanış oluruq: mеtabil, еrani, təncigə, sеgah və s. Yorğunluğu və əsəbiliyi aradan qaldırmaq əhvalruhiyyəni və yuxunu bərpa еtmək üçün əcdadlarımız qədim Şərq alətlərinin (rübab, ud, dütar, tənbur, nеy, mizmara, surnai, çəng, şahrud, kanun və s.) müşayiəti ilə ifa olunan musiqiyə qulaq asırdılar. İranda və Ərəb ölkələrində Səfiəddin Urməvini «muğam atası» adlandırırlar. Axı məhz o, ilk dəfə bu janrın еlmi nəzəriyyəsini işləyib hazırlayıb, musiqi tеrminologiyasını və qammaların öyrənilməsini təkmilləşdirib, musiqinin insan sağlamlığına faydalı təsirindən yazıb. Sonralar onun işini başqa Azərbaycan musiqişünasları – Əbdülqədir Marağayi (1353-1433 illər) və Əbdüllətif Şirvani (XVI əsr) davam еtdiriblər. IX-XIV əsrlərdə musiqinin müalicəvi əhəmiyyətindən qonşu мüsəlman xalqlarının məşhur alimləri də yazırdılar: Əbu Nəsr əlFərabi, Məhəmməd əl-Xarəzmi, Əbu Rеyhan Biruni, Əbu Əli İbn Sina və s.

MUSİQİNİN MÜALİCƏVİ TƏSİRİ NƏDƏN İBARƏTDİR? Еnsiklopеdik biliyə malik məşhur Orta Asiyalı türk alimi Əbu Nəsr əl-Fərabi (873-950 illər) «Musiqi haqqında böyük kitab» əsərində qеyd еdir: «Musiqi əhvalruhiyyənin yaxşılaşmasına, mənəvi–əxlaqi tərbiyyəyə, təmkinli olmağa və mənən inkişafa təkan vеrir. O, həmçinin insanın fiziki sağlamlığı üçün faydalıdır, çünki bədən xəstələnəndə, ruh da hal-

dan düşmüş olur. İnsan hisslərinə müsbət təsir еdən musiqi isə əhval-ruhiyyəni yaxşılaşdırmaqla, bədənə sağlamlığı qaytarır…» Böyük İbn Sina (980-1037 illər) bеlə məsləhət görür: “Başınız ağrıyır? Çalışın gülxanada fəvvarənin pıçıltılı səsinə qulaq asın, oraya musiqiçini dəvət еdin və dütarın incə səsinin təsiri ilə yuxuya gеdin».Yеddi əsr sonra “Tibbnamə” əsəri də simli alətlərin mеlanxoliya və yuxusuzluğa qarşı faydalı olmasını qеyd еdir. Tanınmış həkim Sultan Qiyasəddin «Kitabüs-sinəət» (XVIII əsr) əsərində öz həmkarlarını musiqini öyrənməyə dəvət еdir və yazır ki: «Hind alimləri həkimlərə musiqini və onun nəzəriyyəsini öyrənməyi məsləhət görürlər. Bu еlmə yiyələnmək həkimlər üçün zəruridir, çünkü nəbzin dəqiqliklə müəyyən olunmasına kömək еtmiş olur. Bundan başqa, bəzi xəstəliklər musiqinin müəyyən janrına qulaq asmaqla müalcə olunurlar». Sultan Qiyasəddinin və başqa şöhrətli alimlərin məsləhətilə orta əsr həkimləri musiqi nəzəriyyəsini (еlmül-musiqi) öyrənməyə çalışırdılar. Məlum oldu ki, bu asan iş dеyil. Musiqi o qədər incə və dəqiq еlmdir ki, Orta Asiya alimi əl-Xarəzmi (783-850 illər) onu riyaziyyatın bir bölməsi sayаrаq, özünün cəbrə aid məşhur əsərinə daxil еtmişdi. Buna təəccüblənməyə dəyməz: o vaxtlar musiqi nəzəriyyəsi, doğrudan da, mürəkkəb xaraktеr daşıyırdı. Hər hansı həkim onu öyrənmək qərarına gələ bilmirdi. Əgər bu iş ancaq onunla məhdudlaşsa idi ki, musiqidə üç səs (yüksək, aşağı və orta) və üç kök (mеtr, mеlodiya və jеstlər) var, onda məsələ bir o qədər də mürəkkəb olmazdı. Axı bundan əlavə həkim gərək musiqili akustikanın nəzəriyyəsini, musiqidə tonları və onların qarşılıqlı əlaqəsini, intеrvalların növ və qruplarını, əmələ gəlmə qaydalarını, musiqili ritmləri və

sair mövzuları öyrənəydi. Bütün bu mürəkkəb mətləblər haqqında Əbdülqədir Marağayinin (13531433 illər) «Musiqili traktat»ında və Əbu Rеyhan Biruninin (9731048 illər) «Təbabətə aid böyük kitab»ında açıqlamalar vеrilir. Bu kitabların hamısı rəqəmlərlə, həndəsi fiqurlarla, şəkil və cizgilərlə doludur. Buna baxmayaraq, həkimlər musiqini öyrənmək üçün vaxtlarını əsirgəmirdilər – axı söhbət xəstənin sağlamlığından gеdirdi!

ORTA ƏSRLƏRDƏ AZƏRBAYCANDA HANSI MUSİQİ İLƏ MÜALİCƏ EDİRDİLƏR? Şərif Xan Bidlisi (XVI əsr) Azərbaycan hökmdarı Şah İsmayıl Səfəvinin ziyafət məclisini bеlə təsvir еdirdi: «Gümüşüayaqlı, büllurçiyinli, sifətləri nur saçan saqilər və qızıl paltarlar gеyinmiş cariyələr rəvan yеrişlə gəldilər və əbədiyyət bulağından götürülmüş su kimi təmiz çaxırla dolu badələri təmtəraqla əllərinə alıb, şadlığa və çaxır içməyə çağırırdılar. Xoşsəsli xanəndələr və xoşavazlı musiqiçilər yüksək və alçaq səslərlə uşşaq nəğməsini oxuyaraq, simli alətlərin iniltiləri altında ulu və sadə adamların ağıl və düşüncələrini başlarından apardılar». Onuncu əsrin sonunda «İxvənüs-Səfa» (Saflıq Qardaşları) adlanan sufi filosoflarının bir qrupu musiqi, təbiət ünsürləri (hеyvanlar, bitkilər, minеrallar) və rənglər arasında uyğunluq haqqında təlim yaratdılar. Başqa filosoflar hеsab еdirdilər ki, müxtəlif alətlərdə çalınan musiqi insan şüuruna dərman bitkiləri və ətirli ədviyyələr kimi təsir еdir. Məsələn, tarda çalınan musiqi ətirli zəfəran kimi, nağara – mixək və jеnşеn, ud – pişikotu, nеy – badrəncbuyə, zurna – tünd qəhvə kimi təsir göstərir.


54 QULAQ ÜÇÜN ƏN YAXŞI MƏŞQ SAZ. Sazda ifa еdilən musiqi sinir sistеmini tonuslaşdırır, insanı gümrah еdir, əhval-ruhiyyəni yüksəldir, mübariz ruh yaradır. Mеlanxoliyada və ruh düşkünlüyündə faydalıdır, bəd fikirləri insandan uzaqlaşdırır. Orta əsr müəllifləri musiqini düzgün qavramaq üçün saz və tara (xüsusilə yüksəkdən çalınan yox, incə mеlodiyalara) qulaq asmağı məsləhət bilirdilər. Yusif İbn Məhəmməd «Tibbi-Yusifi» (1511 il) əsərində qеyd еdir: «Еşitmə orqanı üçün məşq - ürəyəyatımlı musiqiyə qulaq asmaqdır, istəyir bu, tеz, yavaş və ya qarışıq ifa еdilən musiqi olsun». ZURNA. Bu alət insanda mübariz ruh yaradır, bəzən isə təcavüzkarlıq və cəngavərlik hisslərini oyadır. Zurnanın səsi ruh düşkünlüyünü, laqеydliyi aradan qaldırır, qan təzyiqini artırır. Əgər nеy (tütək) səsinə qulaq asan insan xеyirxah düşüncəyə dalırsa, zurna, əksinə, onu tеz və qətiyyətli hərəkətə çağırır. Amma yadda saxlamaq lazımdır ki, yuxusuz və əsəb xəstəliyinə düçar olmuş insanlara uzun müddət zurnaya qulaq asmaq məsləhət görülmür. NAĞARA. Bu alət insanlara qəm-qüssəyə, əqli və fiziki yorğunluğа, aşağı qan təzyiqinə qarşı mübarizədə kömək еdir. Hеsab olunurdu ki o, bəzi dərman bitkilərini əvəz еdir və mixək kimi insan orqanizmini tonuslaşdırır. Nağaranın gurultulu və amiranə ritmi insanın əhvalını özünə tabе еdir. O, emosionallığı və nikbinliyi artırır, şübhə və tərəddüdləri, düşüncələrdəki nizamsızlığı aradan qaldırır, ona qulaq asanı daha da gümrah еdir, onu əsəbləşdirmir və yormur. Nağaranın səsi orqanizmə müəyyən bir ritm vеrir. Bəzən bizə еlə gəlir ki, bədənimizin bütün еnеrjisi bu alətin taktları ilə birgə döyünür. Nəticədə nəinki əhvalruhiyyə, hətta daxili orqanların fəaliyyəti nizama düşür.

ƏSƏBLƏRİ SAKİTLƏŞDİRMƏK ÜÇÜN… TAR. Tarda çalınan musiqi baş ağrısı, yuxusuzluq malxulya (mеlanxoliya), əsəb və əzələ spazmalarını aradan qaldırır. Bu alətdə ifa еdilən mеlodiyalar insanda sakit, fəlsəfi əhvalruhiyyə yaradır, həyat barədə düşünməyə vadar еdir. Əgər təntənəli musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır. «Qabusnamə»nin müəllifi (XI əsr) məsləhət görür ki, musiqi pərdələrini sеçərkən qulaq asanın məzacını nəzərə alsınlar: aşağı pərdələr (bəm) – sanqvinik (qanıqaynar) və flеqmatik (soyuqqanlı, laqеyd), yüksək pərdələr (zil) – xolеrik (tündməcaz, tеzhirslənənlər), orta pərdələr isə mеlanxolik (qəmgin, məyus) insanlar üçündür. KAMANÇA. Kamançada səslənən musiqi güclü müalicəvi təsirə malikdir. O, əsəbləri sakitləşdirir, hal-əhvalı yaxşılaşdırır, mеlanxoliya və qəm-qüssəyə qarşı kömək еdir. Bu alətin incə səsi insanda lirik əhval-ruhiyyə, müsbət еmosiyalar yaradır, ətraf təbiətin gözəlliyini daha incə hiss еtməyə və ona qiymət vеrməyə kömək еdir. Kamançanın еcazkar səsində Şərq mədəniyyətinin incə özünəməxsusluğunu dərk еtmək olar. Orta əsrlərdə kamança timsalında olan musiqi alətindən bəhs еdən Sultan Əli Xorasani «Dəsturül-əlac» (1527 il) əsərində qеyd еdir ki, əsəbləri sakitləşdirmək və yuxusuzluğu aradan qaldırmaq üçün simli alətlərin ifasında yaxşı bir musiqiyə qulaq asmaq lazımdır. NEY (TÜTƏK). Nеyin incə səsi əsəbləri sakitləşdirir, gərginliyi və yorğunluğu alır və yaxşı yuxu gətirir. Nеy, əksər hallarda, insanda sеvinc, sakitlik yaradır, təbiətdən həzz almağa kömək еdir, bəzən isə fəlsəfi

düşüncələrə aparır. UD. Babalarımız hеsab еdirdilər ki, udun səsi baş ağrısı və mеlanxoliya üçün əla vasitədir, əzələ spazmalarını götürür, güclü sakitləşdirici təsirə malikdir.

ECAZKAR MELODİYALAR MUĞAM. Tar və kamançada ifa olunan muğamın еcazkar mеlodiyaları sinir sistеmini sakitləşdirir, gərginliyi alır, yuxusuzluğu aradan qaldırır. Muğam nеvroz zamanı dinləyicini sakitləşdirir və rahatlandırır, fəlsəfi düşüncəyə dalmağa vadar еdir. Lakin həddindən artıq kədərli muğam dinləyicidə qüssə, mеlanxoliya və sıxıntı hisslərini əmələ gətirə, pis xatirələri onun yadına sala bilər. «Qabusnamə» (XI əsr) müəllifi musiqiçiyə bеlə məsləhət görür: «Gənclərin əhvali-ruhiyyəsini qaldırmaq istəyirsənsə, məhəbbət və çaxırı tərənnüm еdən yüngül (həfif) mahnılar çal… Dünya görmüş, ahıl adamlara ciddi, kədərli mеlodiyalar (rah) çal, bu, onlara xoş gələr». Qədim mənbələrə görə, Azərbaycan muğamı şöbələrdən ibarətdir ki, onların hər birisi özünəməxsus tərzdə dinləyicinin əhvali-ruhiyyəsinə təsir еdir: dəraməd (mahnı-rəqs müqəddiməsi) və bərdaşt (instrumеntal başlanğıc) dinləyicini mərhələ-mərhələ daхili harmoniya halına gətirir; mayе (improvizasiya) və təsnif (mahnı) – tamamilə sakitləşdirir, “göylərə aparır”, bəzən psixoloji trans vəziyyətinə salır, bəzən isə haləhvalı qaldırır; rəng (rəqs havası) – dinləyicini gümrah еdir, onu «ayıldaraq», еlə bil ki, «göydən yеrə» qaytarır. OYUN HAVALARI. Muğamdan fərqli olaraq, oyun havaları insanı gümrah еdir və aktivləşdirir, onun həyat tonusunu qaldırır. Pis əhval-ruhiyyədə, əsəbilik, nеvroz və aşağı qan təzyiqində şən oyun havalarını dinləmək məsləhət görülürdü. Bu


55 musiqinin nikbin təbiəti orqanizmə müalicəvi təsir göstərir. Rəqsin özü də faydalıdır, insanı onun içində toplanmış mənfi еnеrjidən azad еdir, qan dövranını yaxşılaşdırır, sinir sistеmini tonuslaşdırır.

POP MUSİQİ ÜLVİ HİSSLƏR OYATMIR KLASSİK SİMFONİK MUSİQİ. Üzеyir Hacıbəyovun, Müslüm Maqomayеvin, Qara Qarayеvin, Fikrət Əmirovun, Qərb klassiklərindən - Şopеnin, Bеthovеnin, Çaykovskinin və başqa bəstəkarların musiqisi sakit əhval-ruhiyyə və incə hissləri oyadır, şəxsiyyətin mənəvi inkişafına təkan vеrir. Bеlə musiqilər nеvroza, qüssəyə, yuxusuzluğa qarşı əla vasitələrdən biridir. Gözəl klassik musiqiyə qulaq asarkən, insanın ruhu еlə bil yеrdən ayrılaraq yuxarılara, səmaya doğru üz tutur. Buna görə də bеlə musiqini çox vaxt ilahi musiqi adlandırırlar.

RİTMİK ESTRADA (POP) Ağır mеtal, rok, rokn-roll, disko və bu kimi musiqi janrları insana dеmək olar ki, qəhvə kimi təsir еdir, yəni orqanizmi tonuslaşdırır, ürəkdöyüntüsünü və psixi fəaliyyəti aktivləşdirir, əhval-ruhiyyəni yaxşılaşdırır. Bu musiqi cavanlara yaxşı təsir bağışlamaqla, problеmlərini müvəqqəti unutmağa, güclü еmosiyalara qapılmağa və istirahət еtməyə kömək еdir. Bununla bеlə, qəhvədə olduğu kimi pop musiqisində də zərərli təsirlər özünü göstərir. Bu musiqiyə uzun müddət qulaq asdıqda, o, yorğunluq, əsəbilik əmələ gətirməklə, ürəyə və sinir sistеminə zərərlidir. Klassik musiqidən fərqli olaraq pop musiqisi insanlarda ülvi hissləri oyatmır, onları səmalara ucaldıb, tanrıya ulaşdırmır, əksinə, maddiyata, bu dünyanın varnеmətlərinə bağlayır, kеfə və əyləncələrə istiqamətləndirir.

MUSİQİ VƏ CANLI TƏBİƏT Bəzi adamlar musiqinin müali-

cəvi təsirinə inanmırlar. Lakin son zamanlar məlum olub ki, musiqi nəinki insanları müalicə еdir, o, hətta bitkilərin boy atmasında da rol oynayır. Profеssor В.Dubrov «Musiqi və bitkilər» əsərində Amеrika alimlərinin kəşfi barədə məlumat vеrərək, qеyd еdir ki, mütəmadi çalınan klassik musiqi (Motsart, Şopеn, Bеthovеn və b.) bitkinin böyüməsini və inkişafını müəyyən qədər tеzləşdirir. Bundan əlavə Motsart və Bеthovеnin musiqisinə “qulaq asan” bitkilərdə yеtişən mеyvələr adi ot və ağacların barına nisbətən daha iri və dadlıdır. İlk baxışda alimlərin nəticələri təəccüblü və inanılmaz kimi nəzərə çarpır – axı bitkinin qulağı yoxdur! Lakin söhbət müəyyən еdilmiş еlmi faktdan gеdir. Yaxşı musiqi bitkilərə səmərəli təsir еtdiyi halda, onun insan üçün də faydalı olması təəccüblü dеyil.

Fərid Ələkbərli tarix elmləri doktoru


56

«GETDİKCƏ YADLAŞIRIQ»


57

May ayının 15-i Beynəlxalq Ailə Günüdür. Qeyd edək ki, bu gün BMT Baş Assambleyasının 1993-cü ildə çıxardığı qərara əsasən, 1994-cü ilin may ayının 15-dən etibarən qeyd olunmağa başlayıb. Artıq 3 ildir ki, Azərbaycanda da bu gün qeyd olunur. Beynəlxalq Ailə Gününün mahiyyətinə və digər suallara aydınlıq gətirmək üçün tanınmış şahmatçı, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva ilə həmsöhbət olduq. - Aynur xanım, Beynəlxalq Ailə Gününün qeyd olunmasında məqsəd nədir? - Məqsəd dünya ictimaiyyətinin diqqətini ailə məsələlərinə cəlb etmək, ayrı-ayrı ölkələrin ailə problemləri ilə yaxından tanış olmaqdır. Xüsusilə də qlobal problemlərə çevrilmiş narkomaniya, QİSÇ və s. xəstəliklərə qarşı birgə mübarizə aparmaq, ailələri belə bəlalardan qorumaq üçün qarşılıqlı fəaliyyət göstərməyin vacibliyini dünya ictimaiyyətinə çatdırmaqdan ibarətdir.

- Artıq 11 ildir ki, bu gün beynəlxalq səviyyədə qeyd olunur. Beynəlxalq Ailə Gününün məqsədindən irəli gələn məsələlərdə Azərbaycanın iştirakı hansı səviyyədədir? - Əvvəlcə onu qeyd edim ki, Ailə, Uşaq, Qadın Problemləri üzrə Dövlət Komitəsi 2006-cı ildə yaradılıb. Hələ rayonlarda nümayəndəliklərimiz yoxdur. Buna baxmayaraq, komitə yarandığı ildən Beynəlxalq Ailə Gününü qeyd edirik. Ötən iki ildə yüksək səviyyəli müxtəlif tədbirlər keçirmişik. Bu il isə biz bu bayramı daha geniş, təntənəli şəkildə keçirməyi planlaşdırırıq. Adını da "Ailə bayramı" qoymuşuq. Digər dövlət qurumlarının da qatılacağı bu proqram Şamaxıda açıq havada düzənlənən tədbirlə yekunlaşacaq. Şamaxıdakı tədbirə rayon rəhbərliyinin təşəbbüsü ilə 80-ə yaxın ailə qatılacaq. - Sizcə, Azərbaycan ictimaiyyətində Beynəlxalq Ailə Günü ilə bağlı yetərli məlumat varmı? - Biz imkan daxilində təbliğat aparmağa çalışırıq. Amma həqiqətən də bu gün onun mahiyyəti ilə bağlı vətəndaşlarımızda geniş məlumat olduğunu deyə bilmərik. Ola bilsin ki, bu, müddətin azlığı ilə bağlıdır. Qeyd etdiyim kimi, Beynəlxalq Ailə Günü Azərbaycanda 3 ildir ki, qeyd olunur. Əminəm ki, bu ildən etibarən insanlar daha geniş məlumat əldə edə biləcəklər. Bu məqsədlə mart ayında jurnalistlər üçün müsabiqə elan etmişik. Mükafatlar may ayının 15-də təqdim olunacaq. - Bir qədər də Beynəlxalq Ailə Gününün əsasında duran ailədən söhbət açaq. İnsanın həyatında ailənin rolunu necə xarakterizə edərdiniz? - Belə bir deyim var: «Ailə cəmiyyətin çox vacib institutlarından biridir». Yəni, ailə həm millimənəvi dəyərləri özündə saxlayır, həm də insan ailədə yetişir.

İnsanın hansı biçimdə yetişməsində ailənin rolu böyükdür. Bu mənada uşağın tərbiyəsi məsələsi ön planda olmalıdır. Hər bir ailənin öz problemləri olur, amma çalışmaq lazımdır ki, bu problemlər uşaqların tərbiyəsinə, psixikasına əngəl törətməsin. Məsələn, mənim indiki səviyyəyə çatmağımda ailəmin rolu əvəzsizdir. Ailədə mənə hər çür şərait yaratmışdılar. Valideynlərim şahmata olan marağıma hörmətlə yanaşırdılar, hətta atam oyuncaq əvəzinə mənə şahmat alırdı. Təbii ki, bizim ailədə də maliyyə problemləri olurdu. Amma atam bunları mənə hiss etdirmirdi və istedadımın üzə çıxması üçün əlindən gələni əsirgəmirdi. Elə vaxt olurdu ki, məktəbdə alman dili müəllimi işləyən babamın yanına gedib, dərsin ortasında ondan mənimlə şahmat oynamağı xahiş edirdim. O da xahişimi yerə salmırdı. Təbii ki, bu məndə şahmata olan marağı bir qədər də artırırdı. Onu da deyim ki, Azərbaycanda ailə modeli tarixən formalaşmış bir modeldir və unikal model sayılır. Bir çox ölkələrdə məhz bizim modeli öyrənməyə çalışırlar. - Azərbaycan ailələrinin üzləşdiyi ən ciddi problem hansıdır? Ailələrin üzləşdikləri müxtəlif problemlərin həllində təmsil olunduğunuz komitə hansı işləri görür? - Azərbaycanda ailələrin üzləşdikləri ən aktual problemlərdən biri boşanmalardır. Boşanma halları şəhərlərdə daha çoxluq təşkil edir. Ciddi problemlərdən biri də erkən nigahlarla bağlıdır. Qızların erkən yaşlarında ərə verilməsi onların təhsildən yayınmasına gətirib çıxarır. Ailələrdə məişət zorakılığı halları da var. Zorakılıqla üzləşən isə əsasən qadınlar və uşaqlardır. Bu problemlərin qarşısını almaq üçün müxtəlif tədbirlər


58 görürük. Məsələn, bu yaxınlarda VVAQ-lara təklif vermişik ki, nigah bağlanarkən ağsaqalların, ağbirçəklərin köməyindən istifadə olunsun. Yəni, rayon yerlərində müəyyən nüfuza, hörmətə malik insanlar yeni ailə quranlara öz məsləhətlərini versinlər. Təəssüflər olsun ki, son vaxtlar yadlaşma prossesi gedir. Əvvəllər ailə münasibətlərində ağsaqqalın, ağbirçəyin böyük rolu vardı. Onların bir sözü ilə ən çətin problemlər belə aradan qalxırdı. Bu sahədə xarici təcrübədən də yararlanmaq olar. Məsələn, xarici ölkələrdə ailə münasibətlərində problem yarananda ər və arvad ailə psixoloquna müraciət edirlər. Bu praktikadan istifadə edə bilsək,

müsbət nəticələr əldə oluna bilər. Onu da qeyd edim ki, Təhsil Nazirliyindən hər il may ayının 15də məktəblərdə ailə məsələlərinə həsr olunmuş bir saatlıq dərs keçirilməsini xahiş edəcəyik. - Azərbaycan Avropaya inteqrasiya dövrünü yaşayır. Sizcə, bu prosesin uşaqlara mənfi və müsbət təsirləri nədir? - Məni düşündürən və narahat edən mənfi tərəfləridir. Məsələ burasındadır ki, gənclərimiz Avropadan gələn mənfi təsirlərə daha tez reaksiya verirlər. Bu da bizim milli-mənəvi dəyərlərimizə daha çox təsir edir. Hesab edirəm ki, valideynlər bu məsələdə diqqətli olmalıdırlar ki, övladları

xarici KİV-lərdən, internetdən gələn yad təsirlərə məruz qalmasınlar. Komitə olaraq biz də bu istiqamətdə bir sıra tədbirlər həyata keçiririk. - Sonda qeyd etmək istədikləriniz. - Sizin jurnalın çox gözəl istiqaməti və ideyası var. Bu sahədə ilk addımlarınızı atırsınız. Bu sahənin maariflənməsinə böyük ehtiyac var. İnşallah addımlarınız sağlam və möhkəm olar. Bu münasibətlə sizi təbrik edir və sizə uğurlar arzulayıram.

Gülnar Mayisqızı


60

YAXUD MƏDƏDƏ, BAŞDA VƏ DİŞDƏ OLAN PROBLEMƏRİN TÜRKƏÇARƏSİ üxtəlif tibbi texnologiyalar, yeni-yeni dərmanlar kəşf edilsə də, bəzən bu vasitələr xəstəni sağaltmaq, həyata qaytarmaq üçün yetərli olmur. Belə olan halda adına türkəçarə, xalq təbabəti dediyimiz vasitə - minilliklərin təcrübəsi köməyə çatır. Bəzən onlarla dərman vasitəsinin kömək etmədiyi xəstəliyi çöllərdən yığılan, çox vaxt adi baxdığımız bir bitki sağaldır. Təsadüfi deyil ki, uzun illər xalq təbabətini inkar etməyə çalışan müasir tibb elmi son illər bu təcrübədən əməlli-başlı yararlanmağa başlayıb. «Xalq təbabəti» rubrikasında zaman-zaman sınaqdan keçirilmiş və müxtəlif xəstəliklərin müalicəsində müsbət nəticələr verən vasitələri sizin diqqətinizə çatdırmağa çalışacağıq.

HƏZMİ ASANLAŞDIRMAQ ÜÇÜN… Xörəkdən əvvəl və sonra turp yemək lazımdır. Yağış suyu da həzmə kömək edir. Quluncan mədəni isidir, həzmi sürətləndirir. Kəklikotu da belə təsirə malikdir.

Quru əncir qida borusunun yolunu genişləndirir. Yemiş qabığını mal əti ilə qaynadıb yedikdə qida yolunu təmizləyir. Turuncun yarpağını xörəyə qatıb, bişirir və həzm üçün işlədirlər. Limon suyu mədə ağzını təmizləyir və həzmə kömək edir. Həzm üçün turş nar suyu da faydalıdır.

İŞTƏHANIZ PİSDİRSƏ… Ağ üzüm və limon iştəhanı yaxşılaşdırır. Turş tut bu baxımdan çox faydalıdır. Darçın və quluncan iştəhanı açır. Yetişmiş şaftalı iştəha üçün çox yaxşıdır. İştəha olmadıqda, kahını sirkə ilə yemək faydalıdır. Zeytun iştəhanı açmaqla yanaşı, mədəni təmizləyir və cilalandırır. Zəfəran, əncir, pərpələng və küncüt isə iştəhaya əks təsir göstərir.

MƏDƏNİZ AĞRIYIRSA… Xörəkdə darçın işlətmək faydalıdır. Bu, soyuqdan olan ağrı üçün də münasibdir. Ənbəri yağla qatın və pambığa hopdurub, mədə üzərinə məlhəm kimi qoyun.

Şirin zeytun yağı mədə ağrısını sakitləşdirir. Bal da mədə üçün çox xeyirlidir.

KÖPMƏ VƏ QAZ YIĞILMASI ZAMANI… Cirə yemək faydalıdır, onu bal ilə qatıb, işlətmək daha yaxşıdır. Bu baxımdan kərəviz toxumu da təsirlidir. Şüyüd və zirə köpməyə qarşı çox faydalıdır. Turp, paxla, soğan, süd və xurma isə qaz əmələ gətirir.

MƏDƏNİZDƏ ŞİŞ VƏ YARA VARSA … Xiyar və təzə keşniş suyu mədə şişini sağaldır. Mərci, nar qabığı və qızılgülü balda qaynadaraq təpitmə qoymaq bu baxımdan çox faydalıdır. Kitrə və kərəviz toxumunu bala qatıb yemək təsirli dərmanlardan sayılır. Mədə şişi susuzluq, ürək bulanması və temperaturla olarsa, qarına heyva yağı sürtmək məsləhətdir. Mədəyə qan sızılıb, laxtalanarsa, dovşan qursağı və ya üzüm sirkəsi işlətmək məsləhətdir. Bu baxımdan nanə suyunu şəkərlə qatıb işlətmək də faydalıdır.


61 BAŞINIZ AĞRISA… Zəncəfil şirəsi, küncüt və ya gül yağınını qarışığı yaxşı vasitə hesab olunur. Lavanda (latınca - Llandula stoechas) göy rəngli, kəskin nanə qoxusu verən yarımkol bitkisidir, baş ağrısı üçün ən kəsərli vasitədir. Onun şirəsini su və ya bal şərbəti ilə içirlər. Gün istisinin təsirindən yaranan baş ağrısının dərmanı üzüm şirəsidir. Onu qaynadıb, başın ağrıyan yerlərinə məlhəm kimi qoymaq lazımdır. Zəfəranı sirkədə həll edib, məhlulunu başın ağrıyan yerlərinə sürtəndə ağrı dayanır. Xaşxaşı sirkədə qaynadıb, axşamlar başa sürtmək, səhərlər isə onu gül yağı ilə qarışdırıb, iyləyərək, asqırmaq da yaxşı vasitədir. Sədəfotu gül yağı və sirkə ilə qatılıb, məlhəm kimi kompres edilir. Beş ədəd şüyüdü göy süsənlə suda qaynadıb, alınan məhlulu boyun nahiysinə sürtmək lazımdır.

ZÖKƏMƏ TUTULMUSUNZSA… Çobanyastığı, yasəmən, sədəfotu, şüyüd və acı badamın yağından ibarət qarışığı isitdikdən sonra damcı şəklində burun və qulağa tökmək lazımdır. Yaşıl reyhanı iyləmək zökəm üçün təsirli vasitədir. Xaşxaş bəlğəmi kəsir, onu sacda qovurub, kətan parçaya bükmək və iyləmək xeyirlidir. Başı aloenin buxarına vermək zökəm və burun tutulmasına qarşı yaxşı dərmandır. Təzə lobya isə zökəm üçün ziyandır.

YADDAŞINIZ ZƏİFLƏMƏSİN DEYƏ… Qərənfil şərbəti beynə yaxşı təsir edir və diqqəti toplamağa imkan yaradır, skleroza qarşı da işlədilə bilər. Müşk ruh düşkünlüyünə qarşı

yaxşı dərmandır. 0,05 qram kibrit kükürdü ilə sədəfotunun qarşığını buruna damcıladıb asqırmaq da yaxşı vasitə sayılır. 0,6 qram kibrit kükürdünü təzə südə qatıb, ayın əvvəlində və sonunda 3 gün olmaq şərtilə buruna damcıladaraq asqırmaq baş gicəllənməsi və bir yerdə qərar tuta bilməmək üçün yaxşı vasitədir. İpək paltar beyni itiləşdirir, zehni qüvvətləndirir, gözü işıqlandırır. Çox fındıq və badımcan yemək isə baş ağrısı törədir və yuxusuzluq gətirir. Qırqovul əti yemək zehni artırır, beyni möhkəmləndirir, yaddaşsızlığa qarşı çox yaxşıdır. Püstə hafizə və zehni möhkəmləndirməkdə faydalı vasitələrdən biri sayılır. Mərzə çeynəmək beyin üçün faydalıdır. Beyni möhkəmləndirmək üçün yasəmən iyləmək də münasibdir. Cücə və fərə əti yemək zehni yaxşılaşdırır, beyin fəaliyyətini gücləndirir, onların beynini bişirib yemək xüsusilə, zehni qüvvətləndirir. Şamama iyləmək beyni isidir və qüvvətləndirir. Xardal yemək yaddaşsızlıq üçün faydalı sayılır. Əncir beyin fəaliyyətini gücləndirir, fəhmi artırır. Qabaq mürəbbəsi beyni möhkəmləndirməkdə faydalıdır, amma diqqəti pozur. Heyva iyləmək beyni və əhvalruhiyyəni yaxşılaşdırır. Alma yemək də faydalı hesab edilir. Fındıq yemək beyin fəaliyyətini gücləndirir. Gül yağı baş və beyin üçün olduqca münasibdir. Buruna gülab çəkmək huşsuzluğa qarşı faydalı olmaqla, beyni və diqqəti möhkəmləndirir. Yasəmən iyləmək də faydalıdır. Nərgiz iyləmək beyin fəaliyyəti üçün münasibdir. İstiot və zəncəfil hafizəni gücləndirir. Zəfəran diqqəti

qüvvətləndirir. Xiyar iyləmək beyin fəaliyyətini və əhval-ruhiyyəni yüksəldir. Kəklikotu gülünün mürəbbəsi zehni qüvvətləndirir.

DİŞİNİZ AĞRIYARSA… Nar çiçəyini qaynadıb ağız boşluğunu qarqara etdikdə dişin dibini bərkidir və qanaxmanı kəsir. Sürvə, şərab və zeytun yağının qatışığı da bu cəhətdən xeyirlidir. Çöl nanəsi çeynəmək daha faydalıdır. Ağrını azaltmaq üçün darçını dişə sürtmək və çeynəmək də kömək edir. Xardalı döyüb, dişin dibinə qoymaq şişli ağrıya qarşı çox faydalıdır. Küt ağrılar olarsa, istiotu sirkədə qaynadıb, dişin dibinə qoyurlar. Dişin ağrısı üzə və qulağa vurarsa, baş tükünü yandırıb, gül yağı ilə qatışdırın və ağrıyan diş tərəfdə olan qulağa damcıladın. Diş ağrılarını kəsmək üçün tütün yarpağını və qabığını qaynadıb, ağızı qarqara etmək və yaxud yovşanını çeynəyib uzun müddət ağızda saxlamaq xeyirlidir. Diş zədələndikdə, deşilmiş yerə kamfora qoymaq faydalıdır.

DİŞ ƏTİ MÖHKƏM DEYİLSƏ… Zeytunu duzlu suda saxlayıb, sonra həmin su ilə ağzınızı qarqara edin. Səndərək ağacının meyvəsini əzib, dişin dibinə qoymaq daha yaxşı nəticə verir. Kəklikotunu çeynədikdə, dişin dibindəki əti möhkəmlədir. Şirin və turş nar şirəsini piyə qatıb, dişin dibinə qoyanda da buna kömək edir. Dişin dibindəki ət zədələndikdə üzüm sirkəsini duzlu suya qatıb, ağızda saxlamaq xeyir verir. Mərcanı toz şəklində döyüb, dişə qoyduqda həm dişin dibindəki əti möhkəmlədir, həm də qanaxmanı kəsir. Qızılgülü döyüb, suyunu çıxarın və onu şərabda qaynadaraq ağzınızı qarqara edin.


62

«İşləmədiyim günü həyatımdan hesab etmirəm»


63 1973-cü il oktyabrın 13-də Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin şərqşünaslıq və hüquq fakültələrini fərqlənmə diplomu ilə bitirib. 1996-2002-ci illərdə Qərb Universitetinin ingilis dili və hüquq kafedralarında, eyni zamanda 1995-1997-ci illərdə Bakı Dövlət Universitetinin ərəb filologiyası kafedrasında müəllim işləyib. 2002-ci ildən BDUnun beynəlxalq hüquq kafedrasının müəllimidir. İngilis, fransız, rus, ərəb və fars dillərini bilir, 40-dək elmi məqalə və tezisin müəllifidir. - Gültəkin xanım, sizcə, sağlam ailə necə olmalıdır? - Həyat - ilk növbədə sağlamlıq deməkdir. Fərdi mənada götürsək, təbii ki, sağlam ailə hər bir üzvün sağlam olmasından başlayır. Yəni, ailənin təməlində sağlam can, sağlam həyat tərzi olmalıdır. Təsadüfü deyil ki, insanlar yaxın və doğma adamlarına, ilk növbədə can sağlığı, sağlam olmağı arzulayırlar. «Sağlam bədəndə sağlam ruh olar» məsəli də təsadüfi deyilməyib. İnsan nə qədər sağlam olarsa, onun beyni də, qəlbi də açıq olar, onun qəlbinə ancaq saf istək və arzular hakim kəsilər. Buna görə də hər bir insan öz sağlamlığının keşiyində durmalıdır. Sağlamlıqla bağlı diqqəti çəkən bir misal da var: “Yəhudilər xəstələnməmişdən qabaq, rus xəstələnən zaman, azərbaycanlı isə xəstəlik bərkiyəndən sonra həkimə müraciət edir”. Bu bir qədər lətifəyə bənzəsə də, mahiyyətində həqiqət var. Yəni, biz sağlamlığımızın keşiyində lazımi səviyyədə dura bilmirik. Bu mənada sağlam ailə vaxtlı-vaxtında öz sağlamlığının keşiyində duran, ailənin hər bir üzvünü, mütəmadi həkim nəzarətindən keçirən bir ailə olmalıdır. Daha geniş mənada götürdükdə isə sağlam ailə

cəmiyyətin bünövrəsi, gələcəyidir. Sağlam ailə sağlam gələcək deməkdir. Zənnimcə, sağlam ailə saf əqidənin, qarşılıqlı hörmətin, səmimi hisslərin üzərində bərqərar olan bir sütundur. Və bu sütun nə qədər güclü, nə qədər möhkəm olarsa, ailənin də, dövlətin də gələcəyi bir o qədər etibarlı və möhkəm olar. Hər şeydən əlavə sağlam ailə millətin, dövlətin gələcəyini yetişdirən, formalaşdıran əsas qurum, önəmli amildir. Bu baxımdan sağlam ailə sağlam dövlət, sağlam gələcək deməkdir. - Müəllim, millət vəkili, AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü, digər ictimai-siyasi proseslər təbii ki, hər birinə vaxt ayırmaq lazım gəlir. Bütün bu işlərin fonunda Gültəkin Hacıyeva ana kimi üzərinə düşən vəzifənin öhdəsindən necə gəlir? - Hər bir ananın arzusudur ki, övladı sağlam və daim onun yanında olsun. Günün 24 saatını övladı ilə bərabər keçirsin. Amma əslində bu övladın tərbiyəsi baxımından o qədər də vacib deyil. Əsas odur ki, övladınla keçirilən vaxtı necə sərf edəcəyini müəyyənləşdirəsən. Hər bir ana kimi mən də övladımla nəfəs alıram. Hər səhər onun səsinə yuxudan oynanda sevincimin həddi-hüdudu olmur. Oğluma “həyatım” deyə müraciət edirəm. Onu belə çağıranda çox xoşuma gəlir. Səhərlər Toğrul üçün sıyıq hazırlayıram, yeməyini özüm verməyə çalışıram. Amma qeyd etdiyiniz kimi, işlərimin çoxluğundan evdə az oluram. Ona görə də oğlum vaxtının cox hissəsini nənəsi ilə keçirir. Bununla belə, çalışıram ki, onunla daha çox vaxt keçirim. Deyə bilmərəm ki, övladımla ünsiyyətdən tam doyuram, bunu heç bir ana deyə bilməz. Çalışıram, oğlum mənimlə ünsiyyətin çatışmazlığını hiss eləməsin. Mümkün qədər onunla çox vaxt keçirirəm. Hətta elə olur


64 ki, seçicilərimlə görüşə gedəndə əksər vaxtlar Toğrulu da özümlə aparıram. Elə etməyə çalışıram ki, evdə az olmağım, mənimlə ünsiyyətin azlığı, Toğrulun əxlaqına, davranışına, psixikasına mənfi təsir göstərməsin. Mənə elə gəlir ki, bu günə qədər bu işin öhdəsindən gələ bilmişəm. - Sağlam ailədən söz düşəndə ənənəvi olsa da, paralel olaraq xoşbəxtlik də önə çəkilir. Gültəkin xanım üçün xoşbəxtlik nədir? - Xoşbəxtlik nisbi anlayışdır. Nisbi olduğuna görə də xoşbəxtlik barədə hərənin öz fikri var, hər kəs bu deyimi bir cür qavrayır. Bəziləri üçün səhər yuxudan gözəl əhval-ruhiyyə ilə durub işə başlamaq, bəziləri üçün övladının əla qiymətlər alması, onun uğur qazanması xoşbəxtlikdir və s. Elə insanlar da var ki, onlar xoşbəxtliyi bank hesablarında, əmlakının miqdarında görür. Mənim fikrimcə, insan bütün həyatı boyu xoşbəxt ola bilməz. Hər gün yuxudan duranda oğlumu, anamı, yoldaşımı, atamı, əzizlərimi, dostlarımı sağlam görə bilirəmsə, bu, mənim üçün böyük xoşbəxtlikdir. Əgər hər gün sevdiyim işlə məşğulamsa, özümü tapdığım, təsdiq edə bildiyim peşəm varsa, sənətim varsa, bu mənim üçün böyük xoşbəxtlikdir. Əgər mən istədiyim şəraitdə övladımı tərbiyə edə bilirəmsə, onun qayğısına qalıramsa, bu da mənim üçün böyük xoşbəxtlikdir. Ailənin hər bir üzvünün özünü xoşbəxt hiss etməsi də mənim üçün böyük xoşbəxtlikdir. Bütün bunlara əsasən deyə bilərəm ki, çox xoşbəxtəm. Ancaq eyni zamanda sözün əsl mənasında xoşbəxt deyiləm. Xoşbəxtliyin dadını ürək dolusu hiss edə bilmirəm. - Səbəbi nədir? - Yəqin ki, həmvətənlərim mənimlə razılaşar. Ayrı-ayrılıqda nə qədər xoşbəxt olsaq da, bir-

likdə hələ ki, xoşbəxt deyilik. Şəxsən mən bir vətəndaş kimi xoşbəxt deyiləm. Hesab edirəm ki, vətəndaş kimi xoşbəxt olmadan sözün əsl mənasında xoşbəxt olmaq mümkün deyil. Erməni işğalında olan torpaqlarımızı bütünlüklə geri qaytarmadan təbii ki, xoşbət ola bilmərik. Torpaq bizim həm keçmişimiz, həm gələcəyimizdir. Keçmişimizi qorumalıyıq ki, gələcək bizimlə olsun. Torpağa nahaqdan atam torpaq, anam torpaq deməyiblər. Və biz də atamız, anamız olan torpaqlarımızı işğaldan qaytarıb, qorumalıyıq. Bu mənada torpağı işğal altında olan bir xalqın övladı sözsüz ki, çox gözəl yaşasa belə, xoşbəxt ola bilməz. Əgər bu ərəfədə kimsə özünü tam xoşbəxt sanırsa, deməli, o özünü dərk etməyən biridir və ya onun vicdanı ilə münasibətləri taraz deyil. Mən də daxil olmaqla, hər bir azərbaycanlı sinə dolusu xoşbəxtliyi hiss etmək, ağız dolusu tamını dadmaq istəyiriksə, torpaqlarımıza, ulularımızın, ataanalarımızın narahat, sərgərdan ruhuna sahib çıxmalıyıq. Bununla biz övladımız üçün də bir örnək ola bilərik, gələcəyimizin sağlam təməlini qoya bilərik. - İşdən yorulub bir kənara çəkilmək istədiyiniz an olurmu? - Əsla, insanlarla işləmək onlara yardımçı ola bilmək mənə əlavə güc, stimul verir. Düzdür, işimin çətin tərəfləri də var. Səyahətlər, görüşlər və s. insanı yora bilər, amma hər yeni ölkə ilə, yeni şəhərlə, yeni mədəniyyətlə tanışlıq bütün bu yorğunluğu aradan qaldırır. Hətta psixoloqlar da depressiyaya düşən adama sayahət etməyi məsləhət görürlər. Gənc yaşlarımdan xalqın vəkili kimi məsuliyyətli bir işlə məşğul olmağım, xalq üçün çalışmağım mənim üçün böyük bir şərəfdir. Xalqımla təmasdan aldığım zövqü heç nədən almaq mümkün deyil.

İşləmədiyim günü həyatımdan hesab etmirəm. - Gənc yaşlarınızdan millət vəkili seçilmisiniz, digər mövqelər də qazanmısınız. Uşaqlıqdan elə bir arzunuz olubmu ki, hələ də ona çata bilməmisiniz? - Özümü dərk etməyə başlayandan ən böyük arzum hüquqşünas olmaq, insanların haqqını qorumaq, haqqı tapdanmışların haqqını geri qaytarmaq olub. Görünür, bu istək o qədər içdən gəlib ki, Allah mənə həm hüquqşünas, həm də millət vəkili kimi mövqelər nəsib etdi. Atam həkim olmağımı istəyirdi. Amma humanitar sahəyə olan marağım məni əvvəlcə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə gətirdi. Sonra daxilimdə kök salmış hisslərim mənə rahatlıq vermədiyi üçün hüquq fakültəsinə də sənədlərimi verdim və daxil oldum. Beləliklə, arzum reallaşdı. Bu günsə mənim ən böyük, ən ülvi arzum torpaqlarımızı vahid, toxunulmaz və bütöv görməkdir. İnanıram ki, tezliklə bu arzum da reallaşaçaq. - Biz də «Ailə həkimi» jurnalı olaraq, sizin bu arzunuzun reallaşmasını arzulayırıq… - Mən də sizə «Ailə həkimi» jurnalı olaraq öncə yaxşı, peşəkar kollektiv olmağı arzulayıram. Cünki nə qədər peşəkar olsanız, bir o qədər xalqın maariflənməsi istiqamətində çox iş görmüş olarsınız. İnanıram ki, yaxın zamanlarda “Ailə həkimi” jurnalı Azərbaycan ictimai fikrində, öz mövqeyi, öz çəkisi, öz oxucuları olan populyar nəşrə çevriləcək. Jurnalınıza uğurlar, eyni zamanda hər bir üzvünə can sağlığı, sağlamlıqlarının keşiyində durmağı arzulayıram. Bu zaman həqiqətən də işiniz yaxşı, cəmiyyət üçün daha faydalı olar.

Gülnar Mayisqızı


66

ZÜMRÜD ÜRƏYİ, BÖYRƏYİ, AĞ VƏ QARA CİYƏRLƏRİ, ƏSƏB SİSTEMİNİ MÜALİCƏ EDİR


67 Uzun illərdir biz onlardan bəzək əşyası kimi istifadə edirik. Var-dövlətini daş-qaşa çevirənlər də az olmayıb. Amma müasir dövrdə bir qədər qəribə səslənsə də, qədim zamanlarda qiymətli daş-qaşlar müxtəlif xəstəliklərin müalicəsində istifadə edilirmiş. Necə? Bu suala «daş-qaşla müalicə» rubrikasında cavab tapmağa çalışacağıq. Güman edirik ki, qiymətli daş-qaşlarla müalicə metodları və bu müalicə növünün tarixi sizin üçün maraqlı olacaq.

LİTOTERAPİYA MƏŞHURLARIN METODU Daş-qaşla müalicə metodu litoterapiya (litos-daş, therapia-müalicə) adlanır. Qeyd edək ki, litoterapiyanın əsasında bir çox mineral və metalların orqanizimdə enerji axınına təsir etmə qabiliyyəti haqda təsəvvür durur. Daşqaşla müalicə haqqında ilk məlumatlar bizim eradan əvvələ aiddir. Belə ki, Platonun şagirdi, Aristotelin davamçısı Teofrast (bizim eradan əvvəl 372-287-ci illər) «Daşlar haqda» əsərində bu barədə məlumat verib. Litoterapiyanın əsas prinsipinə görə, daşların titrəyişi insan bədənində olan titrəyişlə eynidir və bu mənada daşlar orqanizmdəki enerji axınına təkan verə bilər. Qədim mənbələrdə qeyd olunur ki, daşlar Günəş sisteminə daxil olan müxtəlif planetlərin müsbət enerjisini canına çəkib, onu insan orqanizminə ötürmə imkanına malikdir. Təsadüfi deyil ki, qədim dövrlərdə insanlar dərmanlardan fərqli olaraq, təmiz və təbii maddələrdən ibarət olan müxtəlif daşları üzərlərində gəzdiriblər. Barmaqlara, bədənin digər yerlərinə taxılan daşlar orqanizmdə tarazlıq yaradırdı. Onu da bildirək ki, daşlarla müalicə metoduna Çində yazılan «San-XeyDin» əsərində, «Tibet lamalarının vəsiyyəti» kimi mənbələrdə də rast gəlinir. Bundan başqa bu metoddan qədim zamanların bütün məşhur həkimləri Hippokrat, Avisenna, Parasels, Ambruaz Pare, İbn Sina və digərləri də istifadə ediblər. Həmin təbiblərin müxtəlif xəstəliklərin müalicəsində istifadə etdiyi daşlar-

dan biri də müdriklik və soyuqqanlılıq daşı kimi tanınan zümrüddür.

GÖZ ÜÇÜN DAŞ DƏRMAN Qədim dövrlərdə onu barmağında gəzdirən sahibinin pis əməl hazırladığını «duyub», parçalandığına görə uzaqgörən adı verilən zümrüd görməni yaxşılaşdırır. Böyük Plini yazırdı ki, «gözə zümrüddən çox xoş, zövqverən rəng yoxdur. Bütün qiymətli daşlar içərisində ancaq zümrüdə doymadan, daima baxmaq olar. Başqa əşyalara baxmaqdan yorulmuş gözlərimizi zümrüdə salsaq, göz dincəlir, istirahət edər». Doğrudan da yaşıl rəng əsəb sistemini sakitləşdirir, fikri cəmləşdirməyə imkan verir və yuxusuzluq zamanı kömək edir. Litoterapevtlər deyirlər ki, zümrüdü çarpayının baş hissəsinə və ya balışın altına qoyduqda, yuxusuzluğu yox edir. Boyuna taxdıqda isə görməni yaxşılaşdırır, yaddaşsızlığı aradan qaldırır. Qədim dövrlərdə zümrüd müxtəlif göz xəstəliklərinin dərmanı hesab olunurdu. Məsələn, zümrüd tozunu şafran ilə qatıb, toyuq korluğuna tutulan adamın gözünə qoyurmuşlar. Təsadüfi deyil ki, litoterapevtlər göz zəifliyini, yorğunluğunu aradan qaldırmaq üçün göz qapaqlarının üzərinə zümrüd daşı qoyaraq, 15 dəqiqə saxlamağı məsləhət görürlər. Zümrüd suyu ilə gözə kompress qoymaq, içərisində zümrüd saxlanılan suyu içmək də xeyirli hesab olunur. Qədim Çin təbabətinə görə zümrüdə sistemli olaraq baxmaq görməni yaxşılaşdırır və hətta insanı katarakta kimi göz xəstəliyindən də qoruya bilər. Yeri gəlmişkən, əfsanəyə görə qədim Roma imperatoru Neron gözləri zəif olduğundan qladiatorların döyüşünə zümrüd linza ilə tamaşa edərmiş.

ZƏHƏRİN VƏ İNFEKSİYANIN ƏLACI Qədimdə zümrüdü ilan və əqrəb zəhərinə qarşı dərman kimi də istifadə ediblər. Belə ki, zümrüdün dənələri üyüdülüb, ilanın vurduğu yerə sürtülür və ya su ilə xəstəyə içirdilirdi. Qədim

ərəb rəvayətlərinin birində deyilir: «…cüzi miqdarda (0,4 qrama qədər) zümrüdü əzib, dəvə südünə qatırlar. İlan vurmuş adam bu dərmanı içib, bəladan xilas olur». Litoterapevtlər bildirirlər ki, zümrüdü üzdə və bədəndə gəzdirməklə infeksiyalardan qorunmaq da mümkündür. Ancaq bu prosesi aydın işıqlandırılmış yerdə durmaqla, lakin düz günəş şüalarının altında durmamaq şərtilə etmək lazımdır. Yeri gəlmişkən, zümrüdün təsir gücünü artırmaq üçün onu bir müddət qırmızı şərabın içində saxlayırmışlar.

ZÜMRÜD QAŞLI ÜZÜK DEPRESSİYADAN ÇIXARIR Minilliklərin təcrübəsinə əsaslanan litoterapevtlər zümrüdün ürəyə də xeyirli olduğunu iddia edirlər. Hətta müasir litoterapevtlər də belə hesab edirlər ki, üzərində zümrüd daşı olan bəzək əşyaları qan təzyiqini normal saxlayır, yuxarı qalxdıqda, aşağı salır. Qədimdə zümrüddən qızdırma, epilepsiya, cüzam kimi xəstəliklərin müalicəsində də istifadə ediblər. Bu daşın temperaturu aşağı saldığı, soyuqdəyməni müalicə etdiyi, sidik yolları və sidik kisəsi xəstəlikləri zamanı xeyirli olduğu da bəllidir. İndi geniş yayılan şəkərli diabetin müalicəsində vaxtilə zümrüd kara gələrmiş. Zümrüd ürəyi, böyrəyi, ağ və qara ciyəri, əsəb sistemini müalicə edir və iş qüvvəsini artırır. Litoterapevtlər epilepsiya xəstəliyi olanlara, depressiyaya meyilli adamlara barmaqlarına zümrüd qaşlı üzük taxmağı məsləhət görürlər. Qədim dövrlərdə hamilə qadınlar zümrüd amulet gəzdirər, doğuşdan dərhal sonra onu uşağın beşiyindən asardılar. Hesab olunurdu ki, o, uşağa sevinc və şadyanalıq, ürək harmoniyası, ümid, istedad, zəriflik, natiqlik istedadı bəxş edir. Yeri gəlmişkən, qədim rəvayətlərə görə, zümrüdü nəsildən-nəsilə ötürəndə öz qüvvəsini və təsirini daha da artırır. Eldar Sadıqov


68

azın lap oğlan çağıdır. Təbiət bütün gözəlliyi ilə üzümüzə gülür. Ətrafımızdakı hər şey yenilənir, canlanır. Amma nədənsə, bizim orqanizmimiz bu canlanmaya reaksiya verə bilmir. Qışdan sonra əksər insanlar özlərini əzgin, yorğun hiss edirlər. Baş ağrıları, baş gicəllənməsi, ümumi halsızlıq yaranır. Görəsən, bu paradoksun səbəbi nədir? Məsələ burasındadır ki, yaz aylarında əksər insanlarda avitaminoz, başqa sözlə, vitamin çatışmazlığı özünü göstərir. Qış ərzində orqanizm topladığı bütün enerjini, vitamin və mineral maddə ehtyatını sərf edib, qurtarır. Odur ki, yazda hər kəs qəbul etdiyi qidaya daha diqqətli yanaşmalıdır. Biz də bu məsələdə oxucularımıza yardım göstərmək fikrindəyik. Bu işdə bizə Azərbaycan Tibb Universitetinin “Qidalanma və kommunal gigiyena” kafedrasının professoru, tibb elmləri doktoru Maqsud Qasımov yardımçı oldu.

İDEAL SƏHƏR YEMƏYİ NECƏ OLMALIDIR? Sağlamlıq və gözəlliyin mədədən başladığını nəzərə alsaq, yaz aylarında balanslaşdırılmış qida qəbuluna üstünlük verməklə öz orqanizminizə kömək etməlisiniz. Balanslaşdırılmış qida bədənin vacib komponentlər-vitaminlər, zülallar, yağlar və karbohidratlarla təmin olunmasına imkan yaradır. Gəlin, elə səhər yeməyindən başlayaq. İlk növbədə səhərlər tələm-

tələsik bir stəkan çay və ya kofe içib, işə yollanmaq vərdişini bir kənara qoyun. Əgər iştəhanız yoxdursa belə, özünüzü yeməyə məcbur edin. Gün ərzində özünüzü gümrah və enerjili hiss etmək istəyirsinzsə, gündəlik qəbul edəcəyiniz kalorinin 1/3-ni məhz səhər yeməyinə ayırmalısınız. İdeal halda səhər yeməyi çörək və çörək məmulatları, süd məhsulları və meyvədən ibarət olmalıdır. Məsələn, səhər-səhər süddə bişirilmiş yulaf yarması çox xeyirlidir. Ümiyyətlə, B vitamini ilə zəngin olan yarma sıyıqları yazda qadınlar üçün çox vacibdir. Əksər Avropa qadınları, xüsusilə də ingilis xanımları hər səhər mütləq belə sıyıqlarla qidalanırlar. O, bağırsağın işinə kömək edir, qəbul edilən yağların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır. Müxtəlif vitaminlərlə yanaşı, yulaf yarmasında həm də kalium, maqnium, fosfor, xrom, dəmir və yod var. Özünün əla bədən quruluşu ilə seçilən məşhur müğənni Madonna


69 da səhərlər yulaf yarmasından hazırlanan sıyığa üstünlük verir. Özü də Madonna sıyığı şəkərsiz və başqa əlavələrsiz qəbul edir. Qara çörəklə pendir və yoqurt, təzə meyvə şirəsi, kefir, meyvələrdən banan və alma da səhər yeməyi üçün çox uyğun qida sayılır. Səhər-səhər yeyilən A vitamini və züllallarla zəngin olan yumurta, tərkibindəki fruktoza və digər xeyirli maddələrlə seçilən bal gün ərzində sizi yüksək enerji ilə təmin edə və qarşılaşacağınız stressləri dəf etməyə yardım göstərə bilər.

birgə qəbul etmək isə məqsədəuyğun deyil. Məsələn, meyvəni yeməkarası qəbul etmək doğru variant sayılmır. Çünki bu zaman həzm orqanlarında, əsasən də, yoğun bağırsaqda həzm prosesi gedir. Meyvəni yeməyə yarım saat qalmış qəbul etmək daha yaxşıdır. Bu zaman o, yoğun bağırsağa düşməyə imkan tapır və rahat həzmə gedir. Bundan başqa, çalışın ki, turş və şirin meyvələri eyni vaxtda yeməyəsiniz. Şam yeməyində meyvə-tərəvəzdən hazırlanan yeməklər bir o qədər də uğurlu seçim sayılmır. Yazda axşam yeməyi daha çox zülallarla zəngin olmalıdır. Şam yeməyinə kəsmik, yoqurt, bir parça yağsız ət daxil etmək olar.

qəbulunu artırmaq lazımdır. Yaz depressiyasından əziyyət çəkirsinizsə, rasionunuzdan konservləşdirilmiş məhsulları, müxtəlif qızartmaları, çipsləri, ayaqüstü yeməkləri çıxarın. Əksinə, yaşıl salat, kələm, yarma sıyığı və ananasa üstünlük verin.

FINDIQ ORQANİZMDƏ DƏMİRİN MİQDARINI ARTIRIR YEMƏKARASI MEYVƏ QƏBUL ETMƏK ZİYANLIDIR Əgər səhərlər bir fincan qəhvə sizə gərgin iş şəraitində kömək edirsə, ondan imtina etməyin. Amma yadda saxlayan ki, qəhvədəki kofein maddəsi orqanizmdə adrenalini artırır. Uzun müddət yığılıb qalan adrenalin isə orqanizmi əldən sala bilər. Əgər kofeindən imtina etmək istəyirsinizsə, unutmayın ki, ilk 24 saat ərzində sizə çox çətin olacaq. Odur ki, həmin gün çoxlu meyvə yeyin və təzə meyvə şirələri qəbul edin. Çünki meyvədəki fruktoza beynin işini tənzimləyir. Ümumiyyətlə, yazda bol meyvə-tərəvəz yemək vacibdir. Düzdür, yaz meyvətərəvəzləri vitaminlərlə bir o qədər də zəngin olmur, bununla belə, gündəlik rasiona meyvə və tərəvəz məhsulları mütləq daxil edilməlidir. Meyvələri digər qida maddələri ilə

YAZ DEPRESSİYASINDAN ÇIXMAQ ÜÇÜN… Yaz həm də güclü depressiyalar dövrü sayılır. Odur ki, bu günlərdə stress və yorğunluğu aradan qaldıran B qrupu vitanminlərinə böyük ehtiyac yaranır. B qrupu vitaminləri süd məhsullarında, yumurtada, tünd yaşıl rəngli tərəvəzlərdə, fındıqda və bananda daha çoxdur. Yaz depressiyasından əziyyət çəkənlər bu məhsullardan istifadə etməyə çalışmalıdırlar. İşdə və ya məktəbdə banan və yaxud bir ovuc duzsuz fındıq yüngül qidalanmanın əvəzini verir. Əhval-ruhiyyəni qaldırmaq üçün maqnium, xrom, E vitamini və sink

Yazda yalnız vegeterian menyusu ilə kifayətlənmək də olmaz. Həftədə 3-4 dəfədən az olmamaq şərti ilə ət və heyvan mənşəli digər qidalardan istifadə olunmalıdır. Ət zülal və yağlarla zəngindir və bu maddələr sayəsində qida orqanizm tərəfindən daha asan qəbul olunur, maddələr mübadiləsi isə tənzimlənir. Yazda baş verən başgicəllənməsi, zəiflik və əhval-ruhiyyənin aşağı düşməsinə səbəb qanda hemoqlabinin miqdarının azalmasıdır ki, buna da əsasən, dəmir maddəsi «cavabdehdir». Fındıq orqanizmdə dəmirin miqdarını artırmağa qadirdir. Anton alması isə yeganə meyvədir ki, dəmirin bədənə tamamilə sovrulmasına təminat verir. Yazda bədəndə kalsium çatışmazlığı də özünü göstərir. Çoxları saç tökülməsindən, dırnaqların qırılmasınıdan şikayətlənirlər. Bu baxımdan, orqanizmə yalnız vitaminlər deyil, müxtəlif mikroelementlər də vacibdir.


70 İnsan üçün ən vacib mikroelementlər aşağıdakılardır: Kalsium - süd və süd məhsulları, əncir və digər meyvələrin qurusunda daha çox olur Yod - yodlaşdırılmış duz və dəniz məhsulları vasitəsilə orqanizmə daxil olur Sink - balığın, xurmanın, pendirin, mal ətinin tərkibində var Maqnium - banan, kartof, kakao və quş ətində daha çoxdur

Və nəhayat, pəhriz qidası barədə... Baharda əksər qadınlar yay geyimlərinə hazırlıq məqsədilə pəhrizə başlayırlar. Amma yazda bədənin vitaminlərə, karbohidratlara, zülallara və digər xeyirli maddələrə ehtiyacı böyük olduğundan, yaz pəhrizi kifayət qədər qidalı olmalıdır. Məsələn, pəhriz saxlayanlar öz menyusunu balıq və digər dəniz məhsulları ilə zənginləşdirə bilərlər. Çünki bu məhsullarda demək olar ki, zərərli yağlar yoxdur, əksinə, dəniz məhsullarında oynaqlar, dəri və saçlar üçün çox xeyirli olan Omeqa - 3 yağı var. Mütəxəssislər təsdiqləyirlər ki, ümumiyyətlə, balıq yeməklərindən istifadə beyinin fəaliyyətinə də çox müsbət təsir göstərir ki, bu da özümüzü çox yorğun və əzgin hiss etdiyimiz yaz aylarında tamamilə yerinə düşür.

ƏTİ BALIQLA ƏVƏZ EDİN Yazda bədəninizin tələb etdiyi vitaminləri müxtəlif qida məhsullarından əldə edə bilmirsinizsə, vitamin və yarımvitamin preparatlarından da istifadə edə bilərsiniz. Amma vitamin seçən zaman da qida rasionunuzu nəzərə almalısınız. Məsələn, əgər siz süd içməyi sevmirsinizsə, onda A, E vitaminlərinə üstünlük verməlisiniz. Bu məqsədlə 10 gün «Aevit» kursu keçmək olar. Adətən, «Aevit» gündə bir dəfə bir kapsul, yeməyə 20 dəqiqə qalmış qəbul edilir. Bundan sonra bir-iki həftə balıq yağı içmək də məsləhətdir. Daha sonra isə yarımvitaminlərin qəbuluna başlamaq olar. Amma heç bir halda vitaminləri annotasiyada nəzərdə tutulandan artıq qəbul etmək məsləhət deyil. Çünki bu zaman hipervitaminoz baş verə bilər ki, o da avitaminozdan daha dəhşətlidir və maddələr mübadiləsinin pozulmasına gətirib çıxarar. Balıq yeməkləri beyinin fəaliyyətinə müsbət təsir göstərir, insanı gümrahlaşdırır.

Sonda yaz yorğunluğunu dəf etmək üçün bir neçə yemək resepti də təqdim edirik:

GİCİTKƏN SALATI Tələb olunan ərzaqlar: 100 qram gicitkən yarpağı, 1 ədəd yumurta, 10 qram salat sousu, duz Hazırlanma qaydası: Yuyulub, təmizlənmiş, doğranmış gicitkən yarpaqları qaynar suya salınıb, 5 dəqiqə qaynadılır və aşsüzənə tökulür. Sonra bişmiş gicitkən salat qabına yerləşdirir, üzərinə əvvəlcədən bişirilmiş, xırdaxırda doğranmış yumurta, salat sousu və duz əlavə olunur. Salat sousu isə belə hazırlanır:

50 qram bitki yağı, 50 qram 3 faizlik sirkə, 4 qram şəkər, 0,2 qram qara istiot və duz qarışdırılır. Bu əlavədən digər salatların və vineqretin hazırlanmasında da istifadə oluna bilər.

KÖK SALATI Tələb olunan ərzaqlar: 50 qram kök, 20 qram gicitkən yarpağı, 3 qram sarımsaq, 10 ədəd qoz, 5 qram limon şirəsi, 3 qram cəfəri və duz Hazırlanma qaydası: Təmizlənmiş çiy kök sürtgəcdən keçirilir və xırda doğranmış gicitkən yarpaqları ilə qarışdırılır. Üzərinə xırda-xırda doğranmış qoz və istiot əlavə edilir. Mayonez və limon şirəsi tökülüb, yenidən qarışdırılır. Süfrəyə veriləndə cəfəri ilə bəzədilir.

GÖYƏRTİ SALATI Tələb olunan ərzaqlar: Hərəsindən 20 qram olmaqla müxtəlif növ göyərti: gicitkən, şüyüt, cəfəri, göy soğan, ispanaq, 2 qram sarımsaq, 8 qram bitki yağı Hazırlanma qaydası: Göyərtilər xırda-xırda doğranır, üzərinə doğranmış sarımsaq, bitki yağı və zövqə görə duz əlavə olunur. Bu müalicəvi xüsusiyyətə malik yaz yeməkləri qışdan qalan yorğunluğu, əzginliyi canınızdan çıxarmaqla yanaşı, həm də sizi bir sıra xroniki xəstəliklərdən də xilas edə bilər. Aynur Haqverdiyeva


71


72

ATANIN YAŞI VƏ UŞAĞIN SAĞLAMLIĞI on tədqiqatlar göstərir ki, gənc oğlanlarla müqayisədə nisbətən yaşlı kişilərlə ailə quran qadınların dünyaya sağlam uşaq gətirmək şansı daha çoxdur. Ataların yaşının uşaqların sağlamlığına təsirini öyrənmək məqsədilə aparılan irimiqyaslı tədqiqatın nəticələrinə görə, 20 yaşı tamam olmamış oğlanlarla ailə quran qızların dünyaya gətirdiyi körpələrin sağlamlığı daha çox təhlükə qarşısında olur. Tədqiqat zamanı atasının yaşı 20-yə yaxın olan uşaqlar arasında 4 həftəliyə qədər müddətdə başverən ölüm halları 22 faiz, 1 yaşa qədər ölüm halları isə 42 faizdən çox qeydə alınıb. Belə uşaqlar arasında vaxtından əvvəl və normadan az çəki ilə doğulanlar da nisbətən yaşlı ataların övladları ilə müqayisədə 17 faiz çoxdur. Bununla yanaşı, atanın yaşı 40-ı keçsə belə, uşağın anadangəlmə xəstəliklərlə doğulma riski artmır. Qeyd edək ki, sözügedən tədqiqatın nəticələri “Human Reproduction” tibb jurnalında dərc edilib. Tədqiqat qrupuna rəhbərlik edən Kanadanın paytaxtı Ottava şəhərində yerləşən Tibbi-Tədqiqat İnstitutunun professoru Şi Vu Venin sözlərinə görə, aparılan araşdırmaların nəticəsində ortaya çox dəyərli faktlar çıxıb: «Ayrıayrılıqda götürəndə gənc ataların uşaqları ilə bağlı risk kiçik görünsə

də, ümumilikdə cəmiyyət üçün çox nəhəng təhlükə sayıla bilər. Amma bu məsələdə ataların yaşı ilə yanaşı, sosial faktorlar da rol oynayır». Məsələ burasındadır ki, əksər hallarda yeniyetmə atalar 40 yaşını keçən kişilərə nisbətən daha kasıb, savadsız olurlar. Bu səbəbdən də onlar hamilə qadınlarına daha aşağı səviyyədə tibbi xidmət göstərirlər. Alimlərin fikrincə, bu məsələdə kişilərin cinsi fəallığı böyük rol oynamır. Çünki belə olsaydı, tədqiqat yaşlı ataların xeyrinə nəticələnməzdi. Məlumdur ki, yaş ötdükcə kişilərin cinsi hüceyrələrinin DNT-də daha çox çatışmazlıqlar yaranır. Ona görə də yaşlı kişilərdən olan uşaqların daha sağlam doğulması, sadəcə, bu yaşda olan kişilərin öz hamilə qadınlarına kömək etmək imkanının böyüklüyü ilə izah olunur. Başqa sözlə, yaşlı kişilərin uşaqları dünyaya daha yaxşı şəraitdə göz açırlar.

MƏŞHUR YAŞLI ATALAR Conatan Dimbli Bu məşhur teleaparıcının ailəsində keçən il növbəti dəfə artım baş verib. 62 yaşlı C.Dimblinin 31 yaşlı həyat yoldaşı Cessika Rey Deyzi adlı qız uşağı dünyaya gətirib.

Maykl Duqlas 2000-ci ildə bu məşhur aktyorun 56 yaşı olanda həyat yoldaşı, həmin vaxt 31 yaşında olan Ketrin ZetaCons ilk övladını dünyaya gətirib. İndi bu cütlüyın 2 övladı var. Haydi Klum Məşhur alman top modeli Haydi Klum 2004-cü ildə, 30 yaşında olarkən Leni adlı ilk övladını dünyaya gətirib. Uşağın atası isə həmin vaxt 54 yaşında olan Flavio Briatore adlı şəxs olub. Hazırda cütlük boşanıb.


73 ABŞ və Avropadakı hər 20 insandan yalnız biri təbii sarışındır. Dünyada hər üç qadından biri saçını saraldır. ABŞ alimi Tomas Telen sarışınların cazibədarlığının səbəbini onların saç rəngi ilə bağlamır. O, araşdırmalarına əsaslanaraq bildirib ki, sarışın saçlıların sayı az olduğundan insanlar onları cazibədar qəbul edir. Bu mənada təbii sarışınların say etibarilə azlıqda qalması onların arzulanan olmasının başlıca səbəbidir.

ANADANGƏLMƏ KORLARIN YUXUSU

SARIŞINLAR 193 İL SONRA YOX OLACAQ Dünyadakı ən son sarışın 2200-cü ildə doğulacaq və bundan sonra sarışınların nəsli tamamilə tükənəcək. Bunun da səbəbi getdikcə dünyada qara saçlı genlərin artması ilə bağlıdır. Sarışın doğulmaq üçünsə həm ananın, həm də atanın sarışın olması vacibdir. Bu məlumat İngiltərədə aparılan bir araşdırmanın sonucunda ortaya çıxıb. Araşdırıcıların dediyinə görə, son təbii sarışın Finlandiyada doğulacaq. Alimlərin hesablamalarına görə, 2050-ci ildə dünya əhalisinin sayı 9 milyarda (hazırda 6,5 milyard-red) çatacaq. Amma məsələ burasındadır ki, artımın yəni 2,5 milyardın demək olar ki, hamısı Asiya, Afrika və Cənubi Amerikaya, yəni sarışınların olmadığı ölkələrə təsadüf edəcək.

Araşdırmalar göstərir ki, anadangəlmə görmə qabiliyyətindən məhrum olanların yuxuları digər insanların yuxularından kəskin şəkildə fərqlənir. Belə ki, onların yuxularında heç bir cisim, əşya, insan obrazı yer almır. Onların yuxuları gündəlik həyatlarında qarşılaşdıqları müxtəlif hiss və həyəcanlardan ibarət olur. Ağrı hiss etmək, xoşbəxtlik duyğusu, kədər, sevinc kimi müxtəlif hissləri yuxularında təkrar yaşayırlar.

BİLİRSİNİZ?.. Hıçqırdığınız zaman ürəyiniz də daxil olmaqla, orqanizmdəki bütün orqanların funksiyaları bir anlıq durur. İnsan saçı 3 kiloluq yükü qaldırabilmə gücünə malikdir. İnsan bədənində ən güclü əzələ dildir. Hindistanda illik doğum sayı Avstraliyanın ümumi əhalisinin sayından çoxdur. Uşaqlar yaz fəslində daha tez böyüyür. İnsanlar beyinlərinin sadəcə 10%-dən istifadə edirlər. Bu günə qədər bilinən ən ağır böyrək daşının çəkisi 1,36 kq. olub. İnsanlar həyatları boyunca altı filin ağırlığına bərabər miqdarda

HİKMƏTLİ SÖZLƏR Bədən sağlam olsa, saf olar söz də, Süst adam süst olar bədəndə, sözdə. Həkim xəstələrə eyləyər əlac, Xəstələnsə, olar özgəyə möhtac. Nizami Həyat hərəkət tələb edir. Aristotel Sağlam bədən mehmanxana, xəstə bədən xəstəxana kimidir. F. Bekon Minlərlə xəstəlik var, sağlamlıq isə bir dənədir. K. Bernis Kim sağlamdırsa o, gəncdir. H. Bon Toxqarına yemək sağlamlığın evini yıxır. İbn Sina Təbiblik sənətin ən nəcibidir. Hippokrat Çox yemək xəstəliyin, az yemək isə müalicənin atasıdır. A.Kapus Sağlamlığa zərərli olan şeylər: Duzlu xörək yemək, qaynar su ilə çimmək, gözlüksüz günəşə baxmaq, sevmədiyin adamın üzünü görmək. C.Boqard


74

XOŞBƏXT EVLİLİYİN SİRLƏRİ


75 Evlilik səbirsizlik deyil, səbir, anlayış, hörmət, fədakarlıq istəyir Xoşbəxt ailə həyatı hər bir insanın arzusudur. Ancaq bunun üçün ailənin bütün üzvləri, xüsusən də ər və arvad öz üzərilərinə düşən məsuliyyəti dərk etməlidirlər. Psixoloqların araşdırmalarına görə, ailədə söz-söhbətdən, problemlərdən uzaq olmaq üçün aşağıdakı şərtlərə əməl etmək çox əhəmiyyətlidir: - Həyat yoldaşınızı başqa insanlarla müqayisə etməyin. Çünki başqaları ilə müqayisə etməyiniz onu dəyişdirməyəcək, əksinə, sizə qarşı aqressiv yanaşmasına səbəb olacaq. - Romanlarda oxuduğunuz, filmlərdə gördüyünüz böyük sevgilərə aldanmayın. Evliliyinizi onlarla müqayisə edib, xəyalqırıqlığına uğramaqdansa, gözünüzü açıb, əsl xoşbəxtliyin ailənizdə olduğunu görməyə çalışın. - Həyat yoldaşınızın sizin ürəyinizdən keçənləri oxumağını gözləməyin. Bu, o qədər də asan deyil. Probleminiz olduğunu, pis vəziyyətə düşdüyünüzü anlamaya bilər. Bəlkə də bunu hiss edər, ancaq ağlınızdan keçənləri bütünlüklə başa düşə bilməz. Bu mənada duyğularınızı həyat yoldaşınıza söyləməsəniz, yaxşı və ya pis başınıza gələn hər bir şeyi onunla paylaşmasanız, yalnız qalarsınız. Belə vəziyyətdə onu sizi başa düşməməkdə və tək qoymaqda günahlandırmağınız düzgün deyil. Gərəkli olan yeganə şey bütün hiss etdiklərinizi, ürəyinizdən keçənləri onunla bölüşməkdir. - Səbirsiz olmayın, gözləməyi bacarın. Evlənən kimi özünüzü xoşbəxtlik adasında tapacağınıza inanmayın. Bir-birinizin müsbət və mənfi xüsusiyyətlərini öyrənib, qəbul edənə kimi həyat yoldaşınıza səbirlə, hörmətlə yanaşın. Evlilik səbirsizlik deyil, səbir, anlayış, hörmət, fədakarlıq istəyir. - Ailədə nikbinliyinizi qorumağa çalışın. Deyib-gülən, zarafatcıl bir həyat yoldaşı hər insanın arzusudur. Günlərinizi daha əyləncəli, fərəhli, sevincli etməkdə və ağır bir günün

mənfi enerjisini atmaqda gülüşün çox böyük rolu var. Ancaq bu zarafatcıllıq müsbət yöndə olmalıdır, çünki yerinə düşməyən bir zarafat ailədəki ab-havanı korlayar. - Keçmişlə deyil, gələcəklə yaşayın. Ötən günlərdə qalan hər hansı bir problemi tez-tez yada salıb, qan qaraltmaqdansa, ondan dərs alaraq, gələcək günlərinizin xoşbəxtliyi üçün çalışın. - Səmimi və dürüst olmaq son dərəcə əsasdır. Pis və ya yaxşı hər bir məsələni həyat yoldaşınızla bölüşməkdə fayda var. Heç bir şeyi içinizdə saxlamayın. Belə olarsa, həyat yoldaşınızla aranızda inama dayanan çox güclü bir bağ yaranar. - Həyat yoldaşınızla dost olun. Evliliyi davam etdirmək üçün keçici zövqlər və həyəcanlar yox, qarşılıqlı hörmət, diqqət, heyranlıq əsas şərtdir. - Xoşbəxtliyi əvvəlcə özünüzdə axtarın. Ətrafdakı insanlarla çətin yola gedirsiniz, yoxsa hər kəsə müsbət enerji bəxş etməyi bacarırsınız? Bəlkə də özünüzü bədbəxt qadın hesab etməyinizin səbəbi sizin təbiət etibarı ilə heç nədən razı qalmamağınız, naşükür biri olmağınızla bağlıdır. - Pulu hər şeydən üstün tutmayın. Pul əhəmiyyətli olsa da, ailədə xoşxətliyin önündə dayanarsa, ikincini seçməyiniz zamanla pul problemini də ortadan qaldıracaq. - Həyat yoldaşınızın fikirlərinə əhəmiyyət verin. Düşüncə, zövq və dünyaya baxışlarının tamamilə üstüstə düşdüyü biri ilə ailə qurmaq çox az insana qismət olur. Əbəs yerə deyilməyib ki, zidd qütblər bir-birini cəzb edir. Odur ki, bütün fərqliliklərə baxmayaraq həyat yoldaşınızın düşüncələrinə, həyata baxışına hörmətlə yanaşın. - Ailədə hakim rolunu oynamaqdan əl çəkin. Hər bir xırda şeydə həyat yoldaşınızı günahlandırsanız, onun da sizi suçlu hesab edəcəyindən əmin ola bilərsiniz. Odur ki, hansınızın səhv etməsindən asılı olmayaraq, hər bir məsələni günahkar axtarmadan birlikdə həll etməyə çalışın.

- Əgər ürəkdən istəsəniz və bunun üçün çalışsanız, ailənizi xoşbəxtlik cənnətinə çevirmək sizin əlinizdədir. Evliliyinizi çətin şərtlər altında davam etdirsəniz belə, bu problemlərdən çıxış yolu tapmaq sizin əlinizdədir. Özünüzə inansanız və aranızdakı münasibətlərə diqqətlə yanaşsanız, xoşbəxt bir evlilik sizin üçün xəyal deyil, reallıq olar. - Ətrafdakıların təsirindən uzaq olun. İki insan arasında yaranan problemləri, münasibətləri üçüncü bir insan heç vaxt sizin qədər obyektiv həll edə bilməz. Heç bir insan sizin ən çox nəyə dəyər verdiyinizi, nəyə ehtiyacınız olduğunu sizin qədər başa düşə bilməz. Həmçinin, kömək istədiyiniz yaxınınız sizin münasibətlərinizdəki müsbət cəhətlərdən daha çox mənfilikləri görməyə meylli olacaq. Odur ki, başqalarının təsirinə qapılıb, həm özünüz, həm də həyat yoldaşınız üçün problem yaratmayın. - Yersiz qorxulardan uzaq olun, çünki bu evliliyinizə mənfi təsir göstərər. Onun dəyişəcəyinə, sizə xəyanət edəcəyinə və ya xoşbəxt olmayacağınıza özünüzü inandırsanız, xoşbəxt evliliyinizi zərbə altına salmış olarsınız. - İşinizdəki problemləri evə gətirməyin. İşdə işinizi, evdə isə ailənizi düşünün. - Bağışlamağı bacarın. Bir halda ki, xətrinizə dəyib, sonra da sizdən üzr istəyib, artıq bunu uzatmağınızın mənası yoxdur. Çünki bununla təkcə həyat yoldaşınızı deyil, özünüzü də əzmiş olacaqsınız. Bir də unutmayın ki, siz də səhv edə bilərsiniz. Elə edin ki, nə zamansa ondan sizi bağışlamasını istəyə biləsiniz. - Mükəmməli axtarmaqdan əl çəkin. Bədbəxt evliliklərin ən böyük səbəbi “hər şey daha yaxşı ola bilərdi” düşüncəsindən qaynaqlanır. İdeal bir evlilik yoxdur. Ona görə də sizi hər an, hər dəqiqə xoşbəxt edən biri olmadığına görə onu günahlandırmayın. Sahib olduqlarınızın qiymətini bilin. Yoxsa sonra xoşbəxtliyiniz əllərinizin arasından uçub gedər. Aytac Rafiqqızı


76 YUXUSUZLUĞUN ƏLACI

YADDAŞI TƏZƏLƏMƏK VƏ MÖHKƏMLƏNDİRMƏK ÜÇÜN… Sizə vacib olan məsələləri kağıza yazın, istədiyiniz vaxt onları xatırlaya biləcəksiniz. Alacağınız əşyaların və görəcəyiniz işlərin siyahısını tutun. Bu sizə unutqanlığınız ucbatından düşdüyünüz depressiyadan çıxmağa kömək edəcək. Ta qədim zamanlardan məlumdur ki, şeir əzbərləmək yaddaşı möhkəmləndirir. Qədim Hindistanda müəllimlər məktəbə yeni gələn uşaqlara ilk əvvəllər şer əzbərlədirdilər. Əgər siz özünüz qoyduğunuz hansısa bir əşyanın yerini unutmusunuzsa, onda onu əsəblə axtarmaqdansa, bir kənarda sakitcə oturmağınız məsləhətdir. Gün ərzində getdiyiniz yerləri, gördüyünüz işləri lent kimi göz önündən keçirin. Beləcə, əşyanın yerini tapmaq sizə daha rahat olacaq.

Yuxusuzluğun ən yaxşı dərmanı pomidor şirəsidir. Bir stəkan pomidor şirəsinə 2 çay qaşığı şəkər tozu və fındıq əlavə edib, gün ərzində 4-5 dəfə için. Yuxusuzluğun digər dərmanı isə isti süddür. Yatağa girməzdən əvvəl bir stəkan isti süd için. Belə etsəniz, gecə rahat yatacaq, səhər isə gümrah olacaqsınız. Yaşıl və çobanyastığı çayı da yuxusuzluğun qarşısını almaqda kömək edə bilər. Yatmazdan əvvəl bədəninizi isti efir yağları ilə massaj edin. İsti duş da rahat yatmağa kömək olan vasitələrdəndir.

KƏPƏK ZÜLAL ÇATIŞMAZLIĞINDAN YARANIR Saçda kəpəyin olmasını adətən dəri göbələyi adlandırırlar. Ancaq çox vaxt kəpəyin meydana gəlməsinə səbəb dəridə zülal çatışmazlığı olur. Zülal olmadıqda, başın dərisi quruyur və nəticədə qabıq verməyə başlayır. Kəpəkdən xilas olmaq o qədər də çətin deyil. Bunun üçün hər gün bir dəfə saçlarınızın dibini küncüt yağı ilə massaj edin. Bundan başqa 2 yumurtanın ağını çalın, üzərinə yarım limonun şirəsini əlavə edib, qarışdırın. Saçınızın dibinə çəkib, yarım saat saxladıqdan sonra yuyun.

BUNLARI BİLMƏK XEYİRLİDİR... • Qidaların tərkibində maqnezium çox olarsa, onkoloji xəstəliklərə yoluxma riski azalır. Həkimlərin fikrincə, bu element xərçəngin yaranmasına səbəb olan bütün infeksiyaları məhv edir. Orqanizminizdə maqneziumun çox olması üçün - balıq, göyərti, yoqurt, yer fındığı və qoz yeyin. • Axşam çox içki içən insanın səhərki baş ağrısı halı hamıya məlumdur. Səhər yuxudan duranda baş ağrısını götürmək üçün çoxları kofedən istifadə edir. Ancaq bu heç də doğru deyil. Spirt bədəni istilədir, kofe isə susuzluq əmələ gətirir. Buna görə də ən yaxşı vasitə yaşıl çay, mineral su, portağal və ya qreyfurt şirəsi sayılır. • Adətən biz qreyfurtun qabığını və içərisindəki pərdələri təmizləyirik. Əbəs yerə. Çünki qreyfurtun pərdəsinin tərkibində bolluca C vitamini, qabığında isə efir yağı var. Efir yağı boğaz xəstəliklərindən, astmadan uzaq olmağa kömək edir.


77

DIRNAQLARINIZDA LƏKƏ VARSA VƏ QIRILIRSA...

Qara çörəyin üzərinə 30 damcı bitki yağı əlavə edib, yeməkdən əvvəl yeyin.

Kişilərə nisbətən qadınlar dırnaqlarına daha çox diqqət yetirirlər. Qadınların ən böyük narazılığı isə dırnaqların qırılması, onların üzərində ağ ləkələrin əmələ gəlməsidir. Bəs görəsən, dırnaqların qırılmaması və ləkələrdən xilas olması üçün nə etmək lazımdır? Yəqin ki, ilk olaraq yadınıza dırnaqlarınızı manikür, pedikür

etdirmək düşür. Amma mütəxəssislər bildirirlər ki, buna böyük məbləğdə pul xərcləmədən də nail olmaq mümkündür. • Dırnaqda əmələ gələn ağ ləkələr onixosdrof xəstəliynin əlamətidir. Bu xəstəliyin nəticəsində ağ ləkələr əmələ gəlməklə yanaşı, dırnaqlar soyulur. Bu xəstəliklə mübarizə aparmaq çətindir. Çünki ağ ləkələr müəyyən müddət ərzində itib, sonra yenidən əmələ gələ bilir. Buna görə hər səhər A vitamini qəbul edin - qara çörəyin üzərinə 30 damcı bitki yağı əlavə edib, yeməkdən əvvəl yeyin.

• Bir sətkan qaynar suya bir xörək qaşığı dəniz duzu töküb, soyudun. Sonra dırnaqlarınızı həmin suyun içərisinə salıb, xeyli saxlayın. Bu müalicə metodundan günaşırı olmaq şərtilə 2-3 həftə istifadə edin. • Limonu kəsib, dırnaqlarınızın üstünə sürtün. Tərkibində vitaminlər olan xüsusi laklardan istifadə etməyə çalışın. Lakı dırnağınızda çox saxlamayın. Dırnaqlar nəfəs almalıdır. • Çoxlu tum və suxarı yeyin. Yeməklə birlikdə meyvə şirəsi qəbul edin.


78

İNSANA Hər birimiz həyatımızda bir dəfə də olsa, küçədə, iş yerində, evdə, səyahət zamanı halı pisləşən, xəsarət alan insanlarla rastlaşmışıq. Bu anlarda ilk ağlımızdan keçən həkim çağırmaq olur. Təəssüf ki, bəzi hallarda həkim gələnə qədər həmin insan dünyasını dəyişir. Halbuki, halı pisləşən insanın ətrafına toplaşanlar arasında kimsə azacıq tibbi bilgiyə malik olsa idi, vəziyyət başqa cür olardı.

Təcrübə göstərir ki, hər bir insan zəruri tibbi, xüsusilə də ilkin tibbi yardıma dair biliklərə yiyələnməlidir. Biz bu rubrika vasitəsilə sizə yardımçı olmağa çalışacağıq. Birinci yazıda it dişləyən insana göstərilən ilkin yardım haqda məlumat verəcəyik. Qeyd edək ki, it dişləyən, xüsusilə də küçə itlərinin dişlədiyi yerə infeksiya düşərək, yaranın şişməsinə səbəb olur. Bəzən bu xəsarət ölümlə də nəticələnir. Ona görə də it dişləyən adamın…

- Yarası qanayarsa, onu kəmərlə sıxıb, qanaxmanı dayandırın. - Qanaxma dayandıqdan sonra yaranın üstünü marqanisli suyla yuyun. - Yaranın ətrafını yodla silin. - Yaranı təmiz tənziflə bağlayın. - Yaralıya biseptol və ya sulfadimetoksin vermək məsləhətdir. Bu yaradakı infeksiyanın bədənin digər yerlərinə yayılmasının qarşısını alacaq. İlkin yardımdan sonra xəstənin özünü necə hiss etməsindən asılı olmayaraq, mütləq həkimə müraciət edin.


79 GÜLMƏCƏLƏR, BİLMƏCƏLƏR Molla Nəsrəddin xəstələnmişdi. Ona baş çəkməyə gələn dostu Nəsrəddinə macal vermədən o qədər danışır ki, xəstə ah-uf eləməyə başlayır. - Niyə ah-uf eləyirsən? - deyə dostu soruşur. - Molla cavabında belə deyir: - Sənin çərənçiliyinə və həddindən artıq oturduğuna görə. Molla Nəsrəddinin tibbə dair məsləhətləri: - Sağlam həyatın əsas şərtləri budur: başını isti saxla, ayağını sərin, yeməyinə fikir ver, düşünmə dərin. Bir dəfə Nəsrəddin əfəndidən soruşurlar: - Qəssabla həkimin arasında bir fərq varmı? - Var. - Nədir o fərq? - Qəssab əvvəlcə öldürür, sonra dərisini soyur. Həkim isə əvvəlcə dərisini soyur, sonra öldürür. Biri həkimə gəlib deyir: - Həkim vəziyyətim çox pisdir, bir dəqiqə əvvəl olan şeyi unuduram. Həkim: - Yaxşı... Bəs niyə xatırlamağa çalışmırsınız? - Nəyi?.. Oğlunun ürək həkimi olmaq istədiyini eşidən ata ona məsləhət verir: - Ay səfeh, diş həkimi olsan daha yaxşıdır! Çünki insanlarda bir ürək var, 32 diş. Həkim xəstəsinə: - İndiyə qədər sizdə şəkər axtarıblarmı? - Xeyr, yalnız İsveçrə sərhəddində kofe axtarıblar. Bacı-qardaş söhbət edirdi: - Sən körpələrin necə dünyaya gəldiyini bilirsənmi? - Yox. Sən bilirsən? - Mən də bilmirəm. Amma sən

günün birində öyrənəcəksən. Mənsə heç vaxt öyrənə bilməyəcəyəm. - Nəyə görə? - Çünki o zaman mən koridorda olacağam. Məşhur tibb alimi Falcon ömrünün son anlarında başına toplaşan məsləkdaşlarına: - Ölümümə üzülməyin, mən dünyada üç böyük həkim qoyub gedirəm. Baş ucundakı həkimlər böyük təbibin dilindən öz adlarını eşidəcəklərinə ümid edərək həyəcanla susdular. Falcon saydı: - Su, hərəkət, pəhriz! Həkim xəstəsinə pəhriz saxlamağı məsləhət görürdü: - Səhərlər bir dilim nazik çörək və ağappaq pendir; günortalar suda bişirilmiş ət və bir az salat; axşamlar suda bişirilmiş düyü, bir dilim çörək və meyvə yeyəcəksiniz. Xəstə həkimi dinlədikdən sonra soruşdu: - Bunları yeməkdən əvvəl yeyəcəyəm, yoxsa sonra? Çox yorğun olan bir cərrah nahar vaxtı qızardılmış toyuğu çəngəlbıçaqla kəsmək istədiyi vaxt deyir: - Narkoz gətirin!... Nəsrəddinin dişi ağrıyırdı. Təbibin yanına gəlib dedi: - Dişimi çək. - İki dinar verməlisən.

- Bir dinardan artıq vermərəm, deyə Nəsrəddin mübahisəyə başladı, lakin təbib də güzəştə getmirdi. Axırda Nəsrəddin sağlam dişini göstərdi. Təbib həmin dişi çəkəndən sonra Nəsrəddin hay-küy saldı: - Səhv eləmişəm, ağrıyan dişim o deyilmiş. Bax, budur. Təbib o biri dişi də çəkdi. Nəsrəddin ayağa qalxıb dedi: - Sən mənə kələk gəlib artıq pul almaq istəyirdin. Ancaq mən sənə kələk gəldim. Görürsən, özün də hiss eləmədən dişin birini bir dinara çıxarmalı oldun. - Əfəndi, gözlərim ağrıyır, neyləyim? - deyə dostu Molla Nəsrəddindən soruşur. - Dişim ağrıyanda mən onu çəkdirməyincə sakitləşə bilmədim. Yəqin ki, sən də ağrıdan canını qurtarmaq üçün buna oxşar bir şey eləməlisən. Nəsrəddin əfəndi bir parça çörək qazanmaq üçün təbibliyə qurşanmışdı. Bir dəfə qoca bir qarı qızını onun yanına gətirib dedi: - Bizim dərdimizə əlac eyləyin, möhtərəm əfəndi. Üç ildir qızımı ərə vermişəm, ancaq hələ uşağı olmur. Kürəkənim də fikir eyləyir, mənim də gün-güzəranım yoxdur. Özünüz yaxşı bilirsiniz ki, uşaqlı ev bazardır, uşaqsız ev - məzar. Nəsrəddin əfəndi qızı xeyli sorğu-sula tutdu. Lap axırda soruşdu: - Bəlkə bu xəstəlik sizdə irsidir? Sənin anan sonsuz deyil ki?


80

PƏHRİZ QOROSKOPU Astroloqlar tərəfindən hər bir bürcün nümayəndələri üçün müəyyən edilən xüsusi pəhrizlər mövcuddur. Məsələn, tərəvəzlər hamı üçün xeyirli olsa da, astroloqlar iddia edir ki, onları bürclərə görə qruplaşdırmaq vacibdir. Qoç bürcü Məlum olduğu kimi Qoç bürcünün himayədarı Mars planetidir. Bu planetin vitamini isə K vitamini sayılır. Həmin vitaminlər pomidor, göy noxud və ispanaqda daha zəngindir. Dietik qida olaraq Qoçlara soğan, sarımsaq, kök, təzə kələm tövsiyə olunur. Xüsusilə də, bü bürcün nümayəndələrinə təzə gicitkəndən bişirilmiş şorba yemək məsləhətdir. Buğa bürcü Himayədarı Venera planeti olduğundan, bu bürcün nümayəndələrinə daha çox E vitamini ilə zəngin qidalar tövsiyə edilir. Həmin vitamin bitki yağlarında və təzə yetişmiş sütül buğda dənələrində daha çox olur. Buğaların pəhriz yeməyində təzə kartof, ispanaq, kələm, göyərtilərdən isə cəfəri üstünlük təşkil etməlidir. Buğalar şirniyə çox meyllidirlər, halbuki onlara şəkər tövsiyə olunmur. Yaxşı olar ki, gündəlik şəkəri meyvə qurusu ilə əvəz etsinlər. Əkizlər bürcü Merkuri planetinin himayəsində olan Əkizlər bürcünün vitamini C-dir. Göy soğan, qaragilə, şüyüd, gicitkən, itburnu, kivi və bütün sitrus meyvələri bu vitaminlə zəngindir. Əkizlərin pəhriz qidasına təzə xiyar, cəfəri və şüyüddən hazırlanmış salatlar daxil edilməlidir. Xərçəng bürcü Bu bürcün himayəçisi Aydır. Ayın vitamini isə B vitamini-

dir. Kökdə, ispanaqda, göy noxudda, kələmdə bu vitamin daha çoxdur. Əgər Xərçənglər pəhriz saxlamaq qərarına gəliblərsə, onda menyularına turp və kələm də əlavə etməlidirlər. Bu tərəvəzlər mədə və əsəb sistemi üçün çox xeyirlidir.

kök daxil edilməlidir. Venera vitamini olan E vitamini Əqrəblər üçün çox vacibdir. Bu isə o deməkdir ki, Əqrəb bürcündən olanlar öz yeməklərini bitki yağında bişirməlidirlər.

Şir bürcü Günəşin himayəsində olan bu bürcün vitamini A-dır. Ona görə də kök, balqabaq və pomidor Şirlər üçün ən xeyirli tərəvəzlər sayılır. Şirlər ət yeməyi çox sevsələr də, yaxşı olar ki, rasionlarına daha çox sarımsaq və pomidor əlavə etsinlər.

Oxatan bürcü Yupiterin himayəsində olan bu bürcün nümayəndələri həmin planetin vitamini sayılan P vitamini ilə zəngin qidalar qəbul etməlidirlər. Kartof və cəfəri Oxatanların gündəlik qidasına daxil edilməlidir. Oxatanlar üçün C vitamini ilə zəngin qidalar - gicitkən, şüyüd, qaragilə, sitrus meyvələri və kivi də çox xeyirlidir.

Qız bürcü Merkuri planeti Əkizlər kimi həm də, Qız bürcünün himayədarı sayılır. Deməli, Əkizlər bürcünün nümayəndələri üçün yuxarıda sadalanan tərəvəzlər həm də Qız bürcündən olanlar üçün xeyirlidir. Bundan başqa, Qızlar öz rasionlarına paxlanı da əlavə etsələr, yaxşı olar.

Oğlaq bürcü Himayədarı Saturn olan bu bürcün nümayəndələri D vitamini ilə zəngin qidalarla qidalanmalıdırlar. Bu vitamin daha çox balıq yağında, yumurta sarısında, kərə yağında və süddə var. Oğlaqlara ən çox kökdən hazırlanan xörəklər yemək tövsiyə olunur. Turp və şuyüdlə zəngin salatlar da məsləhətdir.

Tərəzi bürcü Venera planeti isə Buğalar kimi həm də Tərəzilərin himayədarı sayılır. Deməli, bu bürcdən olanlar da E vitamini ilə zəngin qidalardan istifadə etməlidirlər. Yuxarıda da qeyd olunduğu kimi E vitamini bitki yağının və təzə buğdanın tərkibində daha çox olur. Eyni zamanda, təzə xiyar və cəfəri də E vitamini ilə zəngindir. Tərəzilərə K vitamini ilə zəngin qidalar da tövsiyə olunur ki, həmin vitaminə daha çox ispanaq, pomidor, göy noxudda rast gəlinir. Tərəzilər A vitamini ilə zəngin qidalardan da istifadə edə bilərlər.

Dolça bürcü Oğlaqlar kimi Dolçaların da himayədarı Saturn planetidir. Ona görə də Oğlaqlar üçün yuxarıda sadalanan qidalar Dolçalar üçün də xeyirlidir. Dolçalara da şüyüd və cəfəri ilə zəngin salatlar tövsiyə olunur.

Əqrəb bürcü Əqrəblərin pəhriz qidasına təzə sarımsaq, kələm və

Balıqlar bürcü Tərəzi və Buğalar kimi Balıqların da himayədarı Venera planetidir. Odur ki, Balıqlara da E vitamini ilə zəngin qidalar tövsiyə olunur. Bundan başqa, Balıqlar bürcünün nümayəndələri təzə ispanaqdan hazırlanan salatlardan daha çox istifadə etsələr, peşiman olmazlar. Kələm suyu isə bu bürcün nümayəndələrinin həmişə əla fiziki formada olmasını təmin edə bilər.


Nizami Gəncəvi

"Ailə Həkimi" Jurnalı 1 - 2008  

"Ailə Həkimi" Jurnalı May 2008