Page 81

79 Qadın hökmranlığı Yalnız qadın tərəfindən tərbiyə olunan qadın ailə başçısının kişi olması ilə barışa bilmir, ona görə də ər və arvad sonsuz rəqabətə məhkumdurlar. Tənha qadınlar kişisiz oğul böyütdükdə də, çıxılmaz vəziyyət yaranır. Belə ailə əzəldən qadının müstəsna nüfuzu üzərində qurulur. Ana üzərinə atalıq rolunu götürməyə məcburdur, nəticədə oğul qadını çox güclü, müdafiəyə ehtiyacı olmayan, əksinə, bütün problemləri həll etməyə qadir olan bir məxluq kimi qəbul edir. Qadın hökmranlığı, ananın hər şeyi həll edən ixtiyarı ilə mübarizə, tədricən oğlan üçün qadın incəliyinin bütün təzahürlərinin inkarına çevrilir. Bütün səmimi duyğu ifadələrini, hətta insanlara mərhəməti belə, o, zəiflik, öz cinsinə xəyanət, kobudluq və həyasızlığı isə “əsl kişi” keyfiyyətləri kimi qəbul edir. Nəticədə, öz qəlbini məhv edən, sonradan ömrü boyu iztirab çəkən və kişi “mən”i üzərində mübarizənin nə üçün tam əks aqibətə gətirib çıxardığını anlamayan mütərəddid bir məxluq yaranır.

Yaradıcılıq enerjisi Cinslərin mübarizəsi heç kimə nə qalibiyyət, nə də fayda gətirir. Son nəticədə hamı itirir. Daha zəif kişi nəsli əmələ gəlir, böyüməkdə olan qızlar isə, daha güclü, sərt olmağa məcburdur, onlar artıq bələkdən “ailə lideri karyerasına” məhkumdurlar. Və onların seçimi analarından da az olur. Nəticədə, iki yarıdan ibarət olan məhəbbət alması parçalanır. Və insanlar öz qəlblərində onları, hətta həyat edə biləcəyindən də uzaq məsafəyə atır və hərə yalnız özünə məxsus yarıdan tutaraq, bütün dünyadan imtina etdiyini dərk etmir. Yalnız bərabər nisbət əsasları üzərində qurulmuş ailədə güclü, məsuliyyətli, alicənab kişilər və onlara yaraşan, öz zəifliklərində müdrik olan qadınların tərbiyə olunması mümkündür. Nə etməli? 1. Səbəbi özünüzdə axtarın, özünüzü bu tərzdə aparmağa sizi nəyin vadar etdiyini anlamağa çalışın. Özünüzdən, öz davranışınızdan, həyat tərzinizdən narazılığınız, yaxınlarınızın üzərinə yönəltdiyiniz qıcıq, onları öz iradənizə tabe etmək istəyinə çevrilir. 2. Artıq özünüzdən çıxdınızsa, öz davranışınızın nəticələrini aradan qaldırmağa çalışın. Bəzən, kobud tona görə, hətta ailənin ən kiçik üzvləri qarşısında belə üzr istəmək kifayətdir. Zəif olmaq və məsləhət istəməkdən qorxmayın. 3. Öz davranışınıza fikir verin. Hər bir səfhə görə özünüz üçün ağır olmayan cəza təyin edin, bu, gələcəkdə özünüzü ələ almağa kömək edəcəkdir. 4. Unutmayın: mədəni ailələrdə istibdad qəbul olunmazdır.

Alimlər beş əsas ana tipini müəyyən ediblər: “Superana” Uşağın əqli qabiliyyətini inkişaf etdirməyə, ona nə isə yeni bir bacarıq aşılamağa çalışır. O, öz övladını olduğu kimi sevir.

“Zalım ana” Uşaq səhərdən axşamadək onun əmr və göstərişlərini yerinə yetirmək ilə məşğuldur.

“Demək olar ki, ana” Öz övladını sevir və bütövlüklə qəbul edir. Lakin onun davranışı sistemsiz və xaotikdir və o, öz uşağının tələbatlarını ödəyə bilmir. Oğlunun (qızının) əqli inkişafına təsir etmək qabiliyyətinə malik deyil. Belə tip analar adətən passiv şəkildə uşağından təşəbbüs gözləyir, lakin bu, baş verdikdə, onun səbəblərini anlamır və qəbul etmir.

“Üzgün ana” Öz gündəlik vəzifələrini o qədər əzablı hesab edir ki, uşaqlara diqqət yetirmir və onları böyük bacı və qardaşları və ya öz öhdələrinə buraxır. Adətən, bu, çoxuşaqlı və maddi sıxıntılar içində yaşayan analardır.

“Pedant-ana” Ev gözəl şəkildə təşkil edilib, uşağın hər şeyi var, lakin o, tənhadır və əksər vaxtı özü ilə keçirir. Belə ana və uşaq arasında qarşılıqlı anlaşma mövcud deyil.

Ekspert rəyi: Ailə “avtoritarizmi” rejimində ən zəif ailə üzvlərinin “köməyinə” nevrotik simptomlar gəlir (baş ağrıları, gecə qorxuları, enurez və s.). Yaxud, ailə üzvləri psixoloji cəhətdən təhlükəsiz olan kompüter oyunları məkanına “gedir”, içkiyə qurşanırlar… Ailə üzvlərinin müalicə xərcləri, adətən, ailə başçısı, yəni “diktatorun” çiyinləri üzərinə düşür. Və bu xərclər heç də az deyil. Ona görə də əminliklə demək olar ki, “avtoritarizm” “diktator”a baha başa gəlir.

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement