Page 57

55 Xəstəliyi diqqətdən qaçırmayın Yalnız 5-6 yaşından, uşağın ayağının alt pəncəsi formalaşdıqdan sonra, həkim yastıpəncəlik diaqnozu qoya bilər. Bu, pəncə qübbəsinin yastılanması ilə müşayiət olunan pəncənin deformasiyasıdır. Səbəb – raxit, piylənmə nəticəsində pəncələrin yüklənməsi, iflicə gətirib çıxaran birləşdirici toxumanın anadangəlmə pozuntuları, sinir sistemi xəstəlikləri ola bilər. Körpə yeriyərkən tez yorulursa, daima ələ götürülmək istəyirsə, onun ayaqqabıları tez və qabarıq deformasiyaya uğrayırsa (altlığın xarici və ya daxili kənarı əyilirsə, çəkmə quncu yerini dəyişirsə), çevik olmayan oyunlara üstünlük verirsə, ortopedə müraciət edin. Artıq yastıpəncəliyin birinci mərhələsində həkim küçə və ev ayaqqabıları üçün ortopedik içlik təyin edir. Üçüncü dərəcəli yastıpəncəlik zamanı həkim mütləq qaytanlı və sərt daxili divarı olan ortopedik ayaqqabı təyin edir.

• Aptekdən alınmış duzu qabın üzərində göstərilmiş nisbətdə həll edin. Vanna üçün suyun hərarəti 40-50 dərəcə, proseduranın müddəti – 15-20 dəqiqədir.

İlk ayaqqabılar İlk ayaqqabılar körpəyə adətən, ayaq üstə durmağa başlayarkən, yəni, təxminən 7-8 ayında alınır. Bəs onları necə seçmək lazımdır? • Uşaq ayaqqabısı pəncəni və baldır-pəncə oynağını sıx fiksasiya etməlidir, bunun üçün isə, yapışqan və ya qaytan olmalıdır. • Ayaqqabı ayaqda boş qalmamalı və ya pəncəni çox sıxmamalıdır. Adətən, ayaqqabı pəncədən 1,5 sm böyük seçilir ki, körpə sərbəst gəzə bilsin və barmaqları çəkmənin kənarına dirənməsin.

• Ayaqqabı seçərkən, tikişlərin sayına diqqət yetirin – onların sayı mümkün qədər az olmalıdır, çünki çox zaman onlar uşaqların ayağını sürtür. • Ayaqqabının dalı hündür, sərt, baldırın aşağı və ya orta üçdə bir hissəsinə çatmalıdır. • Ayaqqabıları hazırlayarkən (içliklər daxil olmaqla) təbii materiallardan istifadə olunmalıdır və bu zaman yaxşı olar ki, ayaqqabıda xırda dəliklər mövcud olsun və ayaqlar nəfəs alsın. • Ayaqqabı altlığı dayanıqlı və sürüşməyən, balaca dabanlı olmalıdır (1-1,5 sm). Küçə ayaqqabısının altlığı sərt, ev ayaqqabısının isə dəridən olmalıdır. • İki yaşına qədər uşaqların ayaqqabısında supinator (ayağının altı yastı olanlar üçün adi çəkmənin içinə qoyulan altlıq) olmamalıdır, çünki amortizasiya rolunu pəncə dərisinin altındakı piy təbəqəsi oynayır.

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement