Page 51

49 ması zamanı qoruyucu amillərin əksəriyyəti parçalanır. Hərarəti yalnız, ana onu pis keçirdikdə endirmək lazımdır, çünki yüksək hərarət, hər halda, orqanizmin müdafiə reaksiyasıdır və bu halda viruslar daha pis inkişaf edir. Virus infeksiyaları antibiotik və ya sulfanilamid preparatlarının təyinini tələb etmir, onlar yalnız simptomatik müalicə edilir. Virus infeksiyalarının simptomatik müalicəsi (soyuqdəyməyə qarşı vasitələr, qarqara dərmanları, inhalyasiyalar və s.) ana südü ilə qidalandırma ilə uyğunlaşır. Anada patogen mikroorqanizmlər tərəfindən törədilmiş xəstəlik aşkar edilibsə (misal üçün, mastit, otit, angina, pnevmoniya) və ona antibakterial preparatlar ilə müalicə göstərilibsə, ana südü ilə qidalandırma ilə uyğunlaşan antibiotiklər seçilir. Belə antibiotiklər mövcuddur və onların sayı kifayət qədərdir. Sümüklərin böyüməsi və qantörəmə prosesinə təsir göstərən antibiotiklərin istifadəsi qəti qadağandır (misal üçün, tetrasiklin, ftorxinolon törəmələri, levomisetin). Antibakterial terapiya kursunun keçirilməsi zamanı və ya ondan sonra rast gəlinən əsas problem – bağırsaq mikrobiosenozunun pozulması, yəni, disbakteriozdur. Bu problem bir çox hallarda xüsusi müalicə tələb etmir, çünki ana südündə normal mikrofloranın

inkişafına kömək edən və patogen mikrofloranı yatırdan amillər mövcuddur. Bağırsaq mikroflorasını bərpa edən xüsusi preparatlar mövcuddur və onları həm südəmər körpə, həm də ana qəbul edə bilər. Süd ilə qidalandıran anaya dərman terapiyasının təyinatına aid ÜST-nın ümumi tövsiyələri mövcuddur: “Süd ilə qidalandıran analara dərman terapiyası təyinindən mümkün qədər qaçmaq lazımdır. Dərmanlar göstərilibsə, əvvəlcə, uşağa ən az neqativ təsir göstərənləri seçmək lazımdır. Süd ilə qidalandıran qadın dərmanları onların qan və südün tərkibində maksimal konsentrasiyası dövründən qaçmaq üçün, əsasən, əmizdirmə zamanı və ya ondan dərhal sonra qəbul etməlidir. Ana südü ilə qidalandırılan uşağa zərərli təsir göstərən dərmanın təyinində zəruriyyət varsa, qidalandırma müvəqqəti olaraq kəsilməli, laktasiya isə saxlanılmalıdır”. Yetkin laktasiyası olan anaya gün ərzində 6-7 dəfə südünü süzmək lazımdır ki, kifayət qədər süd istehsalı saxlanılsın. 2-3 həftəlik, müstəsna hallarda isə, 1 aylıq döşdən ayırma mümkündür. Təyin olunmuş dərmanın ana südü ilə qidalandırma ilə uyğunlaşmasını müəyyən etmək üçün ana nə etməlidir? Əlbəttə ki, körpəni əmizdirməniz haqqında müalicə həkiminə məlumat verməniz lazımdır.

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement