Page 45

43 Pis proqnoz Qan təzyiqinin tənzimlənməsi funksiyasının pozulması kimi başlayaraq, hipertonik xəstəlik sonradan daxili orqanların müxtəlif xəstəliklərinə gətirib çıxarır. Arterial hipertoniya ömür qısalmasının əsas səbəbləri arasında qabaqcıl yer tutur, çünki həyat üçün təhlükəli olan stenokardiya, miokard infarktı və insult kimi xəstəliklərin inkişafına səbəb olur. Hipertonik xəstəliyi həmişəlik müalicə etmək mümkün deyil, lakin ona nəzarət etmək olar.

Yumşaq və mötədil hipertoniyanın müalicəsi Yumşaq hipertoniya öz fəsadları ilə təhlükəlidir. Hipertoniklərin əksəriyyəti məhz yumşaq hipertoniya formasından əziyyət çəkir – 70%-ə qədər – beyin qan dövranı pozğunluqlarının 60%-i də onların payına düşür. Bundan başqa, hipertoniya ilə əlaqədar letal nəticələrin 25%-i xəstənin təzyiqi 140/90 mm c.st.-dan yüksək olmadığı hal-

larda baş verir. Yumşaq və mötədil hipertoniyanın müalicəsi mərhələli şəkildə aparılır. Birinci mərhələ AT-in qeyri-medikamentoz terapiyasına az duzlu və az yağlı pəhriz, normalaşdırılmış fiziki gərginlik, tütün və alkoqoldan imtina, autotreninq və refleksoterapiya, eləcə də, akupunktura, fitoterapiya, elektroyuxu və hətta klassik və relaksasion musiqi ilə müalicə daxildir. Pasiyentin anamnezində ağırlaşdırıcı amillər mövcuddursa (hipertonik krizlər, kəskin təzyiq dəyişmələri, ürəyin sol mədəcik hipertrofiyası, koronar arteriyaların aterosklerozu

və s.), diaqnozun dəqiqləşməsindən dərhal sonra dərman terapiyası təyin olunur. İkinci mərhələ Qeyri-medikamentoz müalicə və bir dərman preparatı. 1ci mərhələnin 3-4 ayı ərzində davamlı müsbət nəticələr qeyd olunmursa, dərman terapiyasına başlamaq lazımdır. Adətən, müalicə bir preparat ilə və minimal tövsiyə edilmiş dozada başlayır. Preparatın düzgün seçiminin böyük əhəmiyyəti var. Üçüncü mərhələ Preparatların kombinasiyası və həyat tərzinin korreksiyası. Adətən həkim pasiyenti mümkün qədər uzun müddət monoteraiya ilə saxlamağa çalışır. Preparatın dozasının tədricən artması zamanı təzyiq normallaşmırsa, başqa qrupdan olan preparat və ya müxtəlif qrupdan olan iki preparat kombinasiyası ilə müalicə təyin olunur.

Dərmanları necə qəbul etmək lazımdır Dərman terapiyasının effektivliyini artırmaq üçün nəzərə almaq lazımdır ki, preparatın tez təsiri, onun yeməkdən 1 saat əvvəl və ya 2 saat sonra qəbul olunması ilə təmin olunur, çünki dərmanın sorulması bağırsaqda baş verir. Preparat yemək vaxtı qəbul edilirsə, qida isti olmalıdır, çünki bu zaman

onun mədədən evakuasiyası prosesi tezləşir. Yüksək zülal tərkibli qida qəbulu preparatın terapevtik effektini azaldır. Preparatları 50-100 ml miqdarda qaynadılmış su ilə içmək məsləhətdir.

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement