Page 39

37

Qan – hər şeyin başıdır Arterial təzyiq – ürəkdən bütün digər orqanlara gedən qan axınının təzyiqidir. Təzyiqin artması qanın ürək tərəfindən həddən artıq intensiv sürətdə atılması, yaxud damarların və arteriyaların daralması hallarında baş verir. “Yuxarı” təzyiq – ürəyin yığılması zamanı baş verən haldır (bu zaman damar divarlarına olan təzyiq artır), “aşağı” isə boşalma zamanı formalaşır (gərginlik azaldıqda). Bu

Balzak yaşında Hipertoniya çox zaman menopauzanı müşayiət edir. 50 yaşından sonra qadınlarda aterosklerozun əmələ gəlməsinin qarşısını alan, damarları tonusda saxlayan və qanı “qatılaşmağa” qoymayan estrogen hormonunun istehsalı kəskin şəkildə azalır.

simptomlar ümumiyyətlə hipertoniyaya xasdır: zəiflik və ürək bulanması, baş ağrısı, qulaqlarda küy, gözlərdə sancı hissi, soyuq tərləmə, ətrafların keyiməsi, yuxusuzluq

Diaqnostika qaydaları Təzyiqi sakit vəziyyətdə hərəkət aktivliyinin dayanmasından 10 dəqiqə sonra, oturaq və ya uzanıqlı vəziyyətdə ölçmək lazımdır. Ölçü cihazının köpdürülmüş manjeti qan axınının qarşısını aldıqda, havanı astaca buraxmaq lazımdır, bu zaman manjetdə təzyiq azalır və müəyyən bir anda xüsusi səs əmələ gəlir. Bu, o deməkdir ki, hələ sıxılmış arteriyada qan dövranı bərpa olunmayıb, cihazın displeyində isə yuxarı təzyiqi əks etdirən rəqəm görünür. Bu səs arteriya “açıldıqda” və qan dövranı tam bərpa olunduqda kəsilir. Bu zaman cihaz aşağı təzyiqi göstərir. Göstəricilər dəyişə bilər: yuxarı təzyiq üçün 100-dən 140-dək və aşağı təzyiq üçün 70-dən 90-dək. Əgər təzyiqin 140/90-dan yuxarı artması müntəzəm şəkildə baş verirsə, söhbət hipertoniyanın əmələ gəlməsindən gedir. Yaş xüsusiyyətləri Orta yaş hipertoniyası əsasən, kişi xəstəliyidir. Onun səbəbi – ürəyi tezləşmiş rejimdə işləməyə vadar edən stress, alkoqol, siqaretçəkmə, ateroskleroza səbəb olan tez-tez və yağlı qida ilə qəlyanaltı etməkdir ki, nəticədə, damarların divarı yağ piləkləri ilə örtülür, arteriyanın mənfəzi daralır və qan axını daha dar kanaldan keçir. Bu halın əsas simptomları – yuxusuzluq, təngnəfəslik, ürək döyünməsi və həyəcandır. Bu hipertoniyanı həyat tərzinin tənzimlənilməsi, bəzən də, medikamentoz müalicə, misal üçün, beta-blokatorlardan istifadə etməklə hələ müalicə etmək mümkündür. Bu mərhələdə hipertoniyaya əhəmiyyət verməmək təhlükəlidir, çünki insult, infarkt, böyrək çatmamazlığı, qara ciyər problemləri, korluğa gətirib çıxara bilər.

Əlli yaşından sonra qadınlar tədricən öz “müdafiəçilərini” itirir və hormonal dəyişikliklər nəticəsində damar xəstəliklərinə daha tez məruz qalır. Bu dövrdə hipertoniyanın ən bariz simptomları baş ağrıları və ürək bulanmadır ki, çox zaman onlar diqqətdən kənarda qalır. Bir çox hallarda xəstəliyin uğurlu müalicəsi üçün əvəzləyici hormonal terapiya tələb olunur. Klimaks dövründə hipertoniyanın müalicəsi və profilaktikası üçün digər məsləhətlər başqa hallarda olduğu kimidir. Qocalıq – sevinc deyil Ahıl yaşda hipertoniya damarların aşınması, ürək əzələsinin zəifləməsi, altmış yaşından sonra inkişaf edən ateroskleroz ilə əlaqəlidir. Zəiflik, qulaqlarda küy, soyuq tər və gözlərdə sancı hissi - bu xəstəliyin qocalıqda təzahürləridir. Tez-tez təcili tibbi yardım tələb edən hipertonik krizlər, kəskin təzyiq sıçrayışları baş verir. Pəhriz və mötədil fiziki yük bu halda zəruri olan medikamentoz müalicə üçün yaxşı təməl yaradır. Körpə gözləyiriksə Hamilələrin hipertoniyası da çox rast gəlinən haldır. Onun bariz əlamətləri – ödemlər, üzün “yanması”, hissiyyatların tutqunluğu. Bu hipertoniyanı hormonal dəyişikliklər, orqanizmdə maye miqdarının, qan həcminin və nəticə etibarı ilə ürək üzərinə düşən yükün artması törədir. Bu hal doğuşdan sonra keçir, lakin hamiləlik zamanı mütləq müalicə tələb edir.

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement