Page 35

33 tələbkaram. Çünki istəyirəm ki, onlar peşəkar həkim olsunlar. Bəzən müəllimlər nəzəriyyəni, xəstəliklərin klassifikasiyanı daha çox tələb edirlər. Düzdür, bunlar da lazımlıdır. Ancaq ilk növbədə tələbə praktik vərdişləri yaxşı bilməlidir. Məsələn, hipertonik kriz keçirən xəstə ona baxan cavan həkimdən hipertoniyanın klassifikasiyasını izah etməyini yox, onun təxirəsalınmaz köməyini gözləyir.

xüsusiyyət onun ailənin psixoloqu rolunda da çıxış etməsinə kömək edəcək. Bir sözlə, ailə həkimi həm də ailənin yaxın dostu, sirdaşı olmalıdır. Bütün bunlar da öz növbəsində, heç şübhəsiz ki, sağlam həyat tərzinin qurulmasına, insanların öz sağlamlıqlarına diqqət yetirmələrinə və nəticədə xəstəliklərin azalmasına öz təsirini göstərməyə bilməz. Həmçinin gərək gələcək ailə həkimlərinin maaşı da yüksək olsun ki, onlar həvəslə bu işə getsinlər.

- Əvvəllər insanlar arasında müxtəlif xəstəliklər bu qədər geniş yayılmamışdı, xüsusən də cavanlar arasında, sizcə, bunun səbəbi nədir?

- Bir çox alimlər əksər xəstəliklərin qidalanma amili ilə sıx bağlı olduğunu bildirirlər. Bununla bağlı siz nə deyə bilərsiniz?

- Bunlar hamısı sivilizasiya xəstəlikləridir. Bu xəstəliklərin cavan nəsil arasında geniş yayılmasının obyektiv və subyektiv səbəbləri var. Son zamanlarda cavanların o qədər problemləri artıb ki, onlar idmanla məşğul olmağa, aktiv həyat tərzi sürməyə imkan tapmırlar. Bunlar obyektiv səbəblərdir. Subyektiv səbəblər isə ondan ibarətdir ki, bizdə tənbəllik var. Ayağımızı uzadıb, saatlarla televizora baxırıq, kompüter arxasında həddən çox vaxt keçiririk, oturaq rejimdə çalışırıq, yağlı yeməklər yeyirik, bir sözlə, düzgün həyat tərzi sürmürük, sağlamlığımıza biganə yanaşırıq, zərərli vərdişlərdən qorunmuruq. Bütün bunlar da xəstəliklərin artım dinamikasına təsir göstərir. Əksər xəstəliklərin “cavanlaşması”nda stress və ekoloji faktorların təsiri də danılmazdır.

- Tamamilə razıyam. Xəstəliklərin əmələ gəlməsində qidalanmanın böyük rolu var. Obrazlı desək, demək olar ki, bütün xəstəliklər ağızdan keçir. Vaxtlı-vaxtında yemirik, sulu qidaları az qəbul edirik. Mən özüm ilk növbədə xəstələrimə iynə-dərmandan əvvəl düzgün qidalanmağı, xüsusən də sulu yeməklər yeməyi məsləhət görürəm. Həddən artıq içki qəbul etmək də düzgün deyil. Yediyimiz yeməklərin miqdarını, yemək vaxtını nəzarətdə saxlamalıyıq. Gün ərzində az-az, ancaq tez-tez qida qəbul etməliyik. Qızarılmış, hisə verilmiş qidalardan uzaq olmalıyıq. Bol miqdarda meyvətərəvəz, süd məhsulları yeməyə üstünlük verməliyik.

- Mustafa müəllim, necə fikirləşirsiniz, Ailə həkimi praktikasından istifadə etməklə, maarifləndirmə, düzgün istiqamətləndirmə yolu ilə bu xəstəliklərin azalmasına nail olmaq mümkündürmü? - Əlbəttə. Ailə həkimi bütün problemləri həll edəndən, ailənin bir üzvü kimi olandan sonra, o zaman həmin ailənin xəstəlik problemləri də nəzərəçarpacaq dərəcədə azalacaq. Çünki ailə həkimi ailədə olan vərdişləri, genetikada olan problemləri biləcək, vaxtında profilaktik tədbirlər görəcək. Həmçinin həmin ailənin düzgün qidalanmasına yardımçı olacaq. Bu da öz növbəsində qidalanma ilə sıx şəkildə bağlı olan xəstəliklərin azalmasında özünü büruzə verə bilər. Ailə həkimi pasiyentinin keçirdiyi bütün xəstəliklərdən xəbərdar olacağı təqdirdə, biləcək ki, bu insana hansısa bir müalicəni tətbiq etmək düzgündür, ya yox. Ailə həkimi ailə üzvləri ilə yaxın olduğundan bu ailədəki münasibətlərə də yaxşı bələd olacaq. Və bu

- Mustafa Salihov üçün sağlam həyat tərzi nədir? “Ailə həkimi” oxucularına sağlamlıqlarını qorumaq üçün hansı məsləhətləri verərdiniz? - Sağlam həyat ilk növbədə ailədəki, mikromühitdəki müsbət ab-hava ilə bağlıdır. Ailə üzvləri arasında mehribançılıq olduqda, bu insanların sağlamlığına da yaxşı təsir göstərir. İkincisi daim aktiv həyat tərzi sürmək lazımdır. Alkoqollu içkilərdən, siqaretdən və digər zərərli vərdişlərdən, yağlı və şirin qidalardan uzaq olmaq lazımdır. Həyat tərzini yaxşılaşdırmaq üçün mütəmadi şəkildə piyada gəzməli, fiziki işlə məşğul olmalıyıq. Biz gərək bir-birimizi qoruyaq, çalışaq ki, yaxınlarımızla, dostlarımızla, ailə üzvlərimizlə daha çox ünsiyyətdə olaq. Çünki ünsiyyət stressi aradan qaldırır. Yaxşılıq etməyi bacarmalıyıq, kin saxlamamalıyıq. Bu da bizim ömrümüzü uzadar. Ümumiyyətlə, unutmamalıyıq ki, cavanlığımızı necə keçirməyimiz bizim gələcək sağlamlıq durumumuzdan xəbər verir. Rəna Kərimova

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement