Page 33

31 Dosye: Professor Mustafa Salihov Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini və aspiranturanı bitirib. ATİ-nin “Hospital terapiya” kafedrasında əvvəl assistent, sonra isə dosent vəzifəsində çalışıb. 1981-1984-cü illərdə Əlcəzair Xalq Demokratik Respublikasında ezamiyyətdə olub. 1987-1994-cü illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Baş terapevti vəzifəsində çalışıb. 1988-1993-cü illərdə Terapevtlərin Ümumittifaq Elmi Cəmiyyətinin İdarə Heyətinin üzvü olmuşdur. 1990-cı ildə bu cəmiyyətin fəxri fərmanı və S.Botkin adına medalı ilə təltif olunub. 1990-2002-ci illərdə “Poliklinik terapiya” kafedrasının müdiri vəzifəsində çalışmış, 2002-ci ildən isə yeni təşkil olunan “Ailə təbabəti” kafedrasının müdiridir. 2002-ci ildə Beynəlxalq Ekoenergetika Akademiyasının “ailə təbabəti” ixtisası üzrə professoru seçilib. Elmi tədqiqatları ilkin tibbi yardım, Azərbaycanda ailə təbabətinin inkişafı problemləri, tez-tez rast gəlinən xəstəliklərin profilaktika və diaqnostikasına həsr olunub. Ölkəmizdə və xaricdə çap olunan 150-dən artıq elmi əsərin müəllifidir.

- 1990-cı ildə Azərbaycanda terapevtlərin I qurultayını keçirməyə nail olduq. Mən o zaman ölkənin Baş terapevti kimi fəaliyyət göstərirdim. Qurultayda SSRİ-nin bir sıra tanınmış alimləri də iştirak edirdi. Onların bir neçəsi “Poliklinik terapiya” kafedralarının rəhbərləri idilər. O zaman onlar mənə sual verərək, nə üçün bizdə də analoji kafedranın fəaliyyət göstərmədiyi ilə maraqlanırdılar. Doğrudan da, bizdə də belə bir kafedranın yaranmasına ehtiyac var idi. Və biz çətinliklə də olsa “Poliklinik terapiya” kafedrasını yaratmağa nail olduq. 2002-ci ildə isə bu kafedrasının bazasında “Ailə təbabəti” kafedrası təşkil olundu. Daha sonra Həkimləri Təkmilləşdirmə İnstitutunda ailə təbabəti kursu yaradıldı. Bir müddətdən sonra bu kurs “Ailə təbabəti” kafedrası kimi fəaliyyət göstərməyə başladı. Bizim kafedranın əsas məqsədi o deyil ki, Tibb Universitetində ailə həkimi hazırlayaq. Biz diplomaqədərki mərhələdə tələbələrə bu sistemin incəliklərini öyrədirik. Ailə həkiminin ümumi təkmilləşməsi və sertifikasiyası isə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kurslarında aparılır. Bizim kafedranın bir xüsusiyyəti də odur ki, bir binada yerləşmir, 15 bazası var. Şəhərin bir çox poliklinikalarında bizim nümayəndələr fəaliyyət göstərir və tələbələrə praktik məşğələlər keçirlər. Əsas məqsəd də odur ki, tələbələr ilkin səhiyyə xidməti ilə yaxından tanış olsunlar.

- Mustafa müəllim, gələcək ailə həkiminin fəaliyyətini indiki sahə həkimlərinin gördüyü işlərlə eyniləşdirmək olarmı? - Ailə həkimi ali tibbi təhsil almış, əhaliyə (cinsindən, yaşından və xəstəlik növündən asılı olmayaraq) ilkin profilli tibbi-sosial yardım göstərməyə hüquqi səlahiyyəti olan mütəxəssislərə deyilir. Başqa sözlə, ailələr bütün xəstəliklərini ailə həkimlərinə etibar edə bilərlər. Sahə terapevtlərindən söhbət aparırıqsa, ümumiyyətlə qeyd etmək lazımdır ki, onların nüfuzu aşağı salınıb. O qədər dar ixtisaslar yaranıb ki, hətta hər bir daxili üzvün ayrıca həkimi əmələ gəlib. Amma bir şeyi unuduruq ki, orqanizm bütövdür, bunu xırda hissələrə bölmək olmaz. Mən qətiyyən dar ixtisas həkimlərinin olmasının əleyhinə deyiləm. Ancaq hesab edirəm ki, ilk dəfə xəstəni müayinə edən həkim özü bütün məsələləri müəyyən etməli, xəstəliklər barədə məlumatlı olmalıdır. Misal üçün hazırda biz xəstələndikdə, ilk olaraq sahə terapevtlərinə müraciət edirik. Ürəyimizlə bağlı hansısa bir narazılıq olduqda sahə həkiminin göndərişi ilə kardioloqun qəbuluna yazılırıq. Kardioloq da müayinə edərək, bir neçə dərman yazır və qastoenteroloqun qəbuluna düşməyi məsləhət görür. Qastoenteroloq da bir neçə dərman yazır və başqa şikayətlərə əsasən digər ixtisas həkimlərinin qəbuluna göndərir. Beləliklə, xəstə sanki labirintə düşür. Və getdiyi hər bir ixtisas həkimi hərəsi bir neçə dərman

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement