Page 15

13 - Ölkədə baş verən demoqrafik proseslər onun sosial-iqtisadi vəziyyətini müəyyən edən başlıca amillərdir. İqtisadi və sosial həyatın elə bir sahəsi yoxdur ki, orada demoqrafik proseslərin dəyişilməsi nəzərə alınmasın. Demoqrafik proseslərin dəyişilməsinin özünəməxsus xüsusiyyətləri var və onlar real sosial-iqtisadi vəziyyətlə, bioloji amillərlə, ailənin planlaşdırılması və s. problemlərlə bağlıdır. Digər tərəfdən əhalinin cins-yaş tərkibi, məskunlaşma vəziyyəti, təhsil səviyyəsi və s. müəyyən sosial-iqtisadi problemlər yaradır və onların həllini tələb edir. Buna görə də Azərbaycan hökuməti demoqrafiya və əhali sakinliyi ilə bağlı məsələləri daim diqqət mərkəzində saxlayır, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir. Bu təşkilatların sırasında UNFPA – BMT-nin Əhali Fondunun xüsusi rolunu vurğulamaq istərdim. Əsas problemlərin həlli istiqamətində səhiyyənin inkişafı, səmərəli məşğulluq siyasətinin həyata keçirilməsi, qadınlar, gənclər, təqaüdçülər, əlillər kimi əhali qruplarının sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması ilə bağlı tədbirlər həyata keçirilir. Bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 11 noyabr 2004-cü il tarixli Sərəncamı ilə “Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram əhalinin optimal təkrar istehsalına nail olunması, ölüm səviyyəsinin azaldılması, orta ömür uzunluğunun artırılması, ana və uşaqların müdafiəsinin gücləndirilməsi, ailələrin inkişafı üçün əlverişli sosial-iqtisadi zəmin yaradılması və miqrasiya proseslərinin tənzimlənməsi üçün zəruri olan tədbirləri özündə əks etdirir. - Ölkəmizdə doğum səviyyəsi hansı vəziyyətdədir? - Azərbaycan Respublikası hər zaman yüksək doğum səviyyəsi ilə keçmiş sovet respublikaları arasında seçilib. Lakin son zamanlar

doğumun səviyyəsinin aşağı düşmə meylləri özünü aydın göstərir. Doğum səviyyəsinin azalması əsas etibarı ilə ailə daxilində uşaqların sayının nizamlanması ilə əlaqədardır. Hazırda Avropada olduğu kimi Azərbaycanda da 2-3 uşaqlı ailələrin sayı artır və ailələrdə çoxuşaqlılıqdan orta uşaqlılığa keçid müşahidə olunur. Müasir dövrümüzdə nəsillərin dəyişməsi prosesi keyfiyyətcə yenilənmişdir. Yəni əvvəllər əhalinin artımında təbii-bioloji amillər əsas rol oynayırdısa, indi tədricən sosial amillərin rolu artmış, insanın həyata gəlməsi və yaşaması ictimai münasibətlər müstəvisinə keçmiş, əhalinin təkrar istehsalı ictimai təkrar istehsalın faktoruna çevrilmişdir. - Son zamanlarda dünyanın bir sıra ölkələrində əhalinin ümumi sayında yaşlı insanların səviyyəsi artır. Azərbaycanda bununla bağlı vəziyyət nə yerdədir? - Əhalinin yaş-cins strukturu üç əsas prosesin təsiri altında formalaşır: doğum, ölüm və əhalinin miqrasiyası. Əhalinin sayının və quruluşunun dəyişilməsi ümumi əmək yükünün yenidən bölüşdürülməsinə gətirib çıxarır və yaş-cins qrupları üzrə əhalinin məşğulluq səviyyəsinin dəyişilməsinə səbəb olur. Belə ki, cavanların və orta yaşlıların əhalinin ümumi sayındakı xüsusi çəkisinin azalması ən böyük əmək yükünün yuxarı yaşlı əhali qrupunun üzərinə düşməsinə səbəb olur. İnsanların əmək aktivliyi isə çox vaxt onların yaş həddindən asılı olur. Əhalinin

qocalması işləyən əhalinin və tibbisosial xidmət sisteminin demoqrafik yükünü artırır. - Vahab müəllim, əhalinin optimal təkrar istehsalının ardıcıl surətdə həyata keçirilməsinin təmin edilməsinin şərtlərindən biri də yəqin ki, ölüm səviyyəsinin azaldılmasıdır... - Ölüm səviyyəsi ölkənin sosialiqtisadi və mədəni inkişafından, tibbi xidmətin səviyyəsindən də asılıdır. Müharibələri, təbii fəlakətləri, bədbəxt hadisələri, qətlləri, intiharları və digər xarici təsirləri çıxmaq şərti ilə insanların ölümünün əsas səbəbləri müxtəlif xəstəliklərdir. Ölüm səbəblərini təhlil edərkən aydın oldu ki, respublikamızda ölümə səbəb olan xəstəliklər içərisində ən çox yayılanı qan dövranı sistemi xəstəlikləridir. Ümumiyyətlə, insanların sağlamlıq vəziyyəti demoqrafik proseslərin inkişafına, xüsusən də ölüm göstəricilərinin səviyyəsinə güclü təsir göstərir. Ekoloji vəziyyətin də insanların sağlamlığına çox böyük təsiri var. Bakı və Sumqayıt şəhəri də respublikanın ən ağır ekoloji vəziyyəti olan regionlarındandır. Buna səbəb burada yüzlərlə müxtəlif sənaye müəs-

"Ailə Həkimi" Jurnalı 11 - 2009  

"Ailə Həkimi" Jurnalı Dekabr - 2009

Advertisement